26.02.2020 Views

SMALL-123

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İdmançı üçün göz sağlamlığı əsasdır

Kim idmanla məşğul olarkən göz sağlamlığının təhlükə

altında ola biləcəyini düşünə bilər ki? Halbuki sağlam

həyat tərzini seçmiş hər bir kəs idmanı həyatından əskik

etmir; idmanı peşə seçmiş insanlar üçün isə idman

həyatlarının tam mərkəzindədir. Lakin idmanın, bədən

və zehin sağlamlığı üçün bu qədər faydalı olmasına

baxmayaraq, həyata açılan pəncərələrimiz olan gözlərimiz

üçün risk amili də ola bilər. Çoxlarına məlum olmayan,

idmançıların sağlamlıq problemlərindən birinin də gözlə

bağlı olduğunu bildirən Dünyagöz Bakı xəstəxanasından

Prof. Həkim Dilavər Erşanlı “Başda boks olmaqla, hər bir

idman növü ilə məşğul olarkən gözlərin zədələnməsi riski

yaranır. Xüsusilə də tor qişası təbəqəsində yarana biləcək

problemlər üçün fərdi və ya komanda oyunçusu, uşaq və

ya yetkin, lisenziyalı və ya lisenziyasız bütün idmançılar

mütləq göz dibi müayinəsindən keçməlidirlər” dedi.

"Ağ Canavar" ləqəbli Azərbaycanlı

peşəkar kikboksçu, 25 qat dünya çempionu,

7 qat Avropa çempionu, 7 qat dünya

kubokunun sahibi, 15 qat Azərbaycan

çempionu, Asiya və Avrasiya çempionu,

peşəkarlar arasında dünya çempionu,

peşəkarlar arasında WAKO versiya üzrə

interkontinental kəmərin sahibi, peşəkarlar

arasında IKBO versiya üzrə dünya kəmərinin

sahibi, əməkdar idman ustası, əməkdar

məşqçi, Azərbaycan Respublikasının

Prezidenti Cənab İlham Əliyev tərəfindən

layiq görülən "Vətən uğrunda" medalının

sahibi, Eduard Məmmədov Dünyagöz Bakı

xəstəxanasında müayinə oldu.

Hər-hansı bir travmaya səbəb olmasa da, idmanın

bütün növlərinin tor qişasına dolayı yolla mexaniki təsiri

olduğunu bildirən Dünyagöz Bakı xəstəxənasının prof.

həkimi Dilavər Erşanlı “İdmanla məşğul olarkən göz

sağlamlığının təhlükə altında ola biləcəyi ağılagələn bir

vəziyyət deyildir. Əsasən də yumruq və ayaq kimi travmaya

səbəb olan hərəkətlər edildiyi üçün idmançıların

gözlərinə xəsarətin yetirilməsi ilə bağlı ilk ağıla gələn idman

növü boksdur. Əslində bu risk hər idman növü üçün

keçərlidir. Bir futbol topuna kəllə vuran, basketbolda səbətin

altında dirsək zərbəsinə tuş gələn, karatedə ayağa

hədəf olan, voleybolda blok üçün tora qalxıb yerə düşən,

tennisdə üzünə top dəyən idmançılar və ya davamlı olaraq

ağırlıq qaldıran ağır atletikaçılar da risk altındadır.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!