26.02.2020 Views

SMALL-123

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S P O R T S M A N

ЭЦЛЯШ

Yunan-Roma güləşçilərimizin Avropa zəfəri

İtaliyanın paytaxtı Romada

güləş üzrə Avropa çempionatı

keçirilib.

Sənan və Rafiq Avropa çempionu oldu

Yunan-Roma güləşi üzrə millimiz

baş məşqçi Aleksandr Tarakanov,

böyük məşqçi Rövşən Bayramov və

məşqçi Akif Əliyevin rəhbərliyi altında

tarixi uğura imza atıb. Belə ki, komandamız

tarixində ilk dəfə Avropa

çempionatında rekord sayda - 6 medal

qazanıb. Sənan Süleymanov (77

kq) və Rafiq Hüseynov (82 kq) bütün

rəqiblərinə qalib gələrək fəxri kürsünün

ən yüksək pilləsinə qalxıblar. Eldəniz

Əzizli (55 kq), Murad Bazarov

(60 kq), Ülvü Qənizadə (72 kq) və

İslam Abbasov (87 kq) isə 3-cü yeri

tutublar. Beləliklə, 2 qızıl və 4 bürünc

medal qazanan millimiz 116 xal toplayaraq,

komanda hesabında Rusiyadan

(128) sonra 2-ci olub. Türkiyə isə

90 xalla 3-cü pillədə qərarlaşıb.

“Möhtəşəm qələbə”

Yunan-Roma güləşi üzrə millimizin

2020-ci ilin Avropa çempionatında

tarixi uğura imza atması ölkə rəhbərliyi

tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev yunan-Roma

güləşi üzrə milli komandamızın 2020-

ci ilin Avropa çempionatında böyük

uğur qazanması münasibətilə özünün

“Twitter” səhifəsində paylaşım edib.

Dövlət başçısının paylaşımında

deyilir: “Avropa çempionatında yunan-Roma

güləşi üzrə tarixdə ilk dəfə

6 medal qazanan milli komandamızın

möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı,

məşqçilərimizi və bütün

Azərbaycan xalqını ürəkdən təbrik

edirəm”.

Ölkənin 1-ci vitse-prezidenti

Mehriban Əliyeva isə "Instagram"

səhifəsindən təbriklərini çatdırıb:

“İdman sahəsində növbəti böyük

uğurumuz! İtaliyanın paytaxtı Romada

keçirilən Avropa çempionatında

yunan-Roma güləşi üzrə Azərbaycan

millisi tarixində ilk dəfə 6 medal qazanaraq

komanda hesabında ikinci

yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə

sevincini Azərbaycan xalqına yaşadan

idmançılarımızı - qızıl medal

sahibləri Sənan Süleymanovu və Rafiq

Hüseynovu, bürünc medal sahibləri

Eldəniz Əzizlini, Murad Bazarovu,

Ülvi Qənizadəni və İslam Abbasovu

və onların məşqçilərini səmimi-qəlbdən

təbrik edir, onlara yeni-yeni nailiyyət

və qələbələr arzulayıram!”

спортсман № 123 / 2020

33

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!