19.02.2013 Views

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

Uygur, Qaqauz, Quzey Qafqaz turkl??rinin ?d ... - Folklor İnstitutu

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

və xristian dininə dair mətnlərin ana dillərinə çevrilməsinə xüsusi

diqqət yetirirdi. Bu işi görə biləcək kadrlar isə yox dərəcəsində

idi. Rusiya qaqauzlar arasında xristian dininin möhkəmlənməsi

üçün anadilli kadrlar hazırlamasına da şərait yaratdı.

1810-cu illərdə Vyanada çap olunmuş “Psaltıra”(Zəbur) və

Yunanıstanlı şair Aristofanın (M.Ö.455-385) komediyalarından

parçalar, Nikolay və İvan Fazlı qardaşlarının Aleksandr

Puşkinin “Qış yolları”, “Kahırsız quşcığaz” (Zavallı quşcuğaz)

və “Qış gecələri” şeirlərinin tərcümələri qaqauz türkcəsinin ilk

ədəbi məhsulları sayılır (Arnaut T., 2001).

Qaqauz yazılı dilinin formalaşması, tarixinin yazılması isə

Mixail Çakırın adı ilə bağlıdır.

Mixail Çakır (27.04.1861, Çadır qəsəbəsi- 08.10.1938, Kişinyov

şəhəri). 1812-ci ildə qaqauzlar Bucaq bölgəsinə köçürüləndə

Mixail Çakırın ata-babası da Çadır (indi Çadır–Lunqa

adlanır. Lunqa sözü də moldavca çadır deməkdir) yerləşdirilir.

İlk təhsilini doğulduğu Bender Tihin qəsəbəsidəki dördsinifli

ibtidai məktəbdə alır. Sonra ailəsinin istəyi ilə Kişinyov şəhərindəki

ilahiyyat məktəbinə daxil olur. Oranı bitirib Kiyevə

gedərək, üç il də orada dini təhsilini davam etdirir. 1881-ci ildə

onu Kişinyovda öyrətmən işləməyə göndərirlər. Qısa bir zamanda

din xadimi və öyrətmən kimi böyük nüfuz qazanır. Dini

məktəbdə riyaziyyatdan, təbiət elmlərindən dərs deməklə yanaşı,

keşiş vəzifəsini də yerinə yetirir. Mixail Çakır protoiyerey

(dini rütbə, keşiş - Ə.Ş.) rütbəsinə yüksəlir.

1884-cü ildə onu dini işlər üzrə məhəllə müvəkkili və rusca

və moldovca dini mətnlərin nəşri şurasına üzv seçirlər. O,

qazandığı nüfuzdan istifadə edərək kilsədə duaların milli dillərdə

oxunmasına razılıq ala bilir (Türkiye dışındakı…,

1999:351, 12-ci cild).

115

PDF created with pdfFactory Pro trial version www.pdffactory.com

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!