14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

sal daşdan düzəldilmiş orta əsr kürəbənd sistemlərindən indi də istifadə

olunur.

KANYON – (isp. canon) – dərin və dik yamaclı dar dərə, çox hallarda

çöküntü süxurları üfqi yatmış və ya lava ilə örtülmüş quru iqlimi olan

platolarda əmələ gəlir. K. bir qayda olaraq eroziya mənşəli olub dibindən

çay və ya su axır. K. şimali Amerikanın arid iqlimli dağlıq vilayətləri üçün

səciyyəvidir. Şimali Amerikada Kolorado çayında Böyük K.-un uzunluğu

380 km, dərinliyi 1800 m-ə çatır.

KAPİLLYAR SU – süxurların kapilyar məsamələrində, yarıqlarda və b.

boşluqlarda olan suya deyilir.

KARBOHİDRAT ÇİRKLƏNMƏSİ – su mühitinin, hidrobiontların

kütləvi çürüməsi nəticəsində əmələ gələn məhsullarla (karbohidratlarla)

çirklənməsi.

KARBON QAZI – SO2, karbon 4-oksidin başqa adı, karbonun baş

oksidi; rəngsiz qazdır, sıxlığı 0,0019 q/sm3-dir, -56,6°S-də mayeləşir, -

78,5°S-də də donur. Adi təzyiqdə -78,5°S-də mayeləşmədən birbaşa

bərkiyib qaraoxşar ağ kütləyə (“quru buz”a) çevrilir. 2000°S-dən yuxarı

temperaturda dissosiasiya olunaraq, karbon 2-oksidlə və oksigenə ayrılır.

Suda nəzərə çarpacaq qədər (20°-də kütləcə 0,169%) həll olur və

qismən reaksiyaya girib karbonat turşusu N2SO3 əmələ gətirir. SO2

yanmır və yanmaya kömək etmir. Közərdilmiş kömürlə reaksiyadan (SO2

+ S = 2SO) metallurgiyada geniş istifadə olunur. Mis 2-oksidin iştirakı ilə

hidrogenlə reaksiyaya girib metana çevrilir. Havanın həcmcə 0,03%-i

SO2-dir, hidrosferdə onun miqdarı 1,4 ⋅ 10 14 tondur. Bitkilər fotosintez

prosesində havadan SO2 alır. SO2 qazlı su, pivə və şəkər istehsalında,

“quru buz” hazırlanmasında, yanğının söndürülməsində və s. işlədilir.

İnsan və heyvan orqanizmində SO2 tənəffüs və qan dövranının

tənzimlənməsində iştirak edir. Havada karbon qazının normadan çox

olması orqanizmə zəhərləyici təsir göstərərək, hipoksiyaya səbəb olur.

Tərkibində 1,535 SO2 olan hava ilə uzun müddət (bir neçə gün) nəfəs

aldıqda qusma və başgicəllənmə başlayır. SO2 6%-dən çox olduqda isə

tənəffüs yavaşıyır, ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli

vəziyyət yaranır. Belə hallarda zəhərlənmiş adamı havaya çıxarmaq və

süni tənəffüs vermək lazımdır.

KARBON QAZININ MÜVAZİNƏTLİYİ – suda-həll olan karbon

qazının (SO2) miqdarı hidrokarbonat ionlarının və kalsium ionlarının

konsentrasiyasının müvazinətliyinə uyğun gəlir. K.q.m. pozulduqda su

biotasının pozulması baş verə bilər.

KARRLAR – hündür dağ zonasında, qar xətti yaxınlığında, habelə karst

sahələrində əhəng daşlarından ibarət, bitkisiz qayaların üzərində, yağıntı

və qar sularının əridici fəaliyyəti nəticəsində əmələ gələn çuxurlara və

115

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!