14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yim iqlimə malikdir. (Azərbaycanın

Kür-Araz, Samur-Dəvəçi, Gəncə-

Qazax və Arazboyu düzənlikləri və

s.). Mal-qara üçün təbii qış

otlaqları və əsasən pambıq

tarlaları A.-dadır.

AREAL (yun. Area - sahə) –

hər hansı bir bitki və ya heyvan

növünün yer səthində (akvatoriya)

təbii yayıldığı sahə. Növün

yarandığı yer onun ilkin arealı

sayılır. İlkin areal növün təbii

surətdə və insan tərəfindən yayılması

ilə genişlənə və ya onun

məhv edilməsi nəticəsində darala

bilər. Bütün dünyada yayıla bilən

növlər və orqanizm qrupları

kosmopolit areala malikdir, hər

hansı növ Yerin məhdud ərazisində

rast gəlinirsə o, endemik areala

malikdir. Qədimdə yaranıb geniş

yayılan növlərin qalıqları relikt areal

sayılır. Əgər növ ona müvafiq

ərazilərin hamısında yayılarsa ona

başdan-başa areal, əgər növ birbirindən

aralı sahələrdə yayılarsa

ona kəsilən areal deyilir. A-ı

öyrənmək üçün onun xəritəsini

tərtib etmək lazımdır. A.-ın müqayisəli

öyrənilməsi flora və

faunanın tədqiqində böyük əhəmiyyətə

malikdir.

– Törəmə areal – digər

sistematik qrupun müəyyən

sahədə yaratdığı areal.

– Təbii areal – insan

fəaliyyətilə dəyişməyən areal.

– Qışlama arealı – növün

soyuq mövsümünü keçirdiyi region.

– Kosmopolit areal – qurunun

14

və ya akvatoriyanın geniş

ərazilərində yayılan növ və ya

başqa sistematik qruplar.

– Relikt areal – hər hansı bir

ərazinin müasir coğrafi şəritinə

yad olan növün arealı. Adətən

kiçik ölçülü sahələrdə olur.

– Müasir areal – digər

sistematik qrupun növü və ya

tipinin hazırki sərhədləri.

– Qısalan areal – hər hansı bir

sistematik qrupun və ya növün

təbii və ya antropogen səbəblər

nəticəsində azalması.

Ekoloji areal – regionun

harada yerləşməsindən asılı

olmayaraq hər hansı bir növ üçün

əlverişli olan şəraitdə

məskunlaşması.

AREALŞÜNASLIQ – 1)

Biocoğrafiyanın bitki və heyvanın

arealını öyrənən bölməsi; 2)

Arealın əmələ gəlməsinin ümumi

qanunauyğunluqlarını tədqiq edən

elm sahəsi.

ARXEOLOJİ ABİDƏLƏR

(yun. archaios - qədim) –

insanların yaratdığı qədim maddi

mədəniyyət abidələri. A.a-ə,

əsasən, əmək alətləri, silahlar,

məişət şeyləri, insan məskənləri,

şəhər və qala xarabalıqları, qaya

təsvirləri, torpaq sədlər,

sərdabalar, emalatxana qalıqları,

qəbirlər, qədim yazılar (daş və s.

üzərində), suvarma kanalları, su

kəmərləri və s. daxildir. A.a. insan

cəmiyyətinin tarixini öyrənir.

ARXİPELAQ – bir-birindən az

aralı olub vəhdət təşkil edən adalar

qrupu. Məs., Bakı arxipelaqı,

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!