14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

çıqlar müalicə vasitəsi kimi

işlədilir.

MİNERAL SULAR – bioloji

aktiv mineral komponentlərin

çoxluğu ilə xarakterizə olunan və

insan orqanizmini müalicə edən

spesifik fiziki-kimyəvi xassələrə

malik təbii (əsasən, yeraltı) sular.

Kimyəvi tərkibi və fiziki-kimyəvi

xassələrindən asılı olaraq müalicə

məqsədi ilə (daxili və xaricə)

işlədilir. M.s. minerallaşma

dərəcəsinə görə zəif, çox

minerallaşmış, duzlu, çox duzlu,

ion tərkibinə görə xlorlu,

hidrokarbonatlı, sulfatlı, natriumlu,

kalsiumlu, maqneziumlu və s.

sulara bölünür: qazların və spesifik

elementlərin çoxluğuna görə

karbon qazlı, sulfidli, azotlu,

bromlu, yodlu, dəmirli,

mərgümüşlü, radioaktivli (radonlu)

və s., temperaturuna görə soyuq

(20°S-dək), ilıq (20-37°S), isti

(termal 37-42°S), çox isti (42°Sdən

daha çox) olur. Müalicə

baxımından üzvi maddələrlə

zəngin, zəif minerallaşmış sular

daha əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikasında 1000dən

çox termal və soyuq sulu

mineral bulaq qeydə alınmışdır.

Karbon qazlı M.s. əsasən Kiçik

Qafqazda, o cümlədən Naxçıvan

Muxtar Respublikasında (İstisu,

Turşsu, Sirab, Darıdağ, Badamlı,

Vayxır və s.); hidrogensulfidli sular

Böyük Qafqazda (Qalaaltı,

Suraxanı), Lənkəranda, Masallıda;

metanlı sular Abşeronda,

Xəzəryanı sahədə və s.

139

yerlərdədir.

MİNİMAL SƏRF – çayların

azsulu dövründə-qış və yay-payız

mövsumlərində təsadüf edilir.

Minimal sərfi səciyyələndirən onun

gündəlik və orta minimum

qiymətləri hesab olunur. Minimal

sərf göstəricisindən suvarma, su

təchizatı, gəmiçilik, energetika

məsələlərində münasib

tələbatların ödənilməsini aşkar

etmək üçün istifadə edilir.

MONİTORİNQ (ing. monitoring,

lat. monitor) – yad edici,

nəzarət edici) – Ekosistemin

(ekoloji M.) və biosferin (biosfer

M.) dəyişilməsi üzrə yerinə

yetirilən uzunmüddətli kompleks

müşahidələr və eksperimentlər

sistemi. Xüsusi stansiyalarda (o

cümlədən hidrometeoroloji) və

biosfer qoruqlarında yerinə yetirilir.

M. antropogen təsir altında

olan biosferin və onun ayrı-ayrı

elementlərinin vəziyyətinin dəyişməsinə

qiymət vermək və onu

proqnozlaşdırmağa yönəldilir. M.in

vəzifəsi biosferin davamlığının

zəifləməsi və bioloji

məhsuldarlığının azalmasına səbəb

olan mümkün antropogen yükün

həddinin aşmasını vaxtında aşkar

etməkdir.

Ekosistemin miqyasına görə

lokal M., regional M. və qlobal M.

ayrılır. İnsan fəaliyyətinin təsiri ilə

biosferin lokal dəyişməsi ayrı-ayrı

bitkilərin fizioloji vəziyyətinin

bilavasitə ölçülməsi yolu ilə

aparılır: Regional M.-də əsas

obyekt bitki populyasiyası,

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!