14.06.2013 Views

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

Nəsibə Əhməd qızı HİDROMETEOROLOJİ LÜĞƏT «Nafta Press ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

əhəmiyyətə malikdir.

HELİUM (He) – sıfır qrupuna

aid olan kimyəvi element. Hər il

atmosferə yer qabığında

radioaktiv parçalanma zamanı on

milyon m 3 -larla helium düşür.

HEMOGEN ÇÖKÜNTÜLƏR –

dib çölüntülərinin tərkib hissəsi

olub kimyəvi reaksiya nəticəsində

gölün dibinə çökən duzlar.

HİDRAVLİKA – (yun.

hydraulikos – sulu; hüdorsu+aulos-borucuq)-mayelərin

hərəkət və müqavimət qanunları

və onların bərk cisimlərlə qarşılıqlı

əlaqəsi, habelə həmin qanunların

mühəndis məsələlərinin həllində

tətbiqi üsulları haqqında elm;

HİDRİK SUKSESSİYA – kiçik

göllərdə və üst bataqlıqlarda

müşahidə olunur. H.s. hər hansı

işinə görə suyun səviyyəsinin

aşağı düşməsi və dib qruntunun

aerasiyasının güclənməsi ilə də

baş verə bilər. Bataqlıqlarda H.s.

hövzənin kənar hissəsindən

başlayaraq, ora ilk dəfə su bitkiləri

ilə (cil, sfanqum mamırı) örtülür.

Belə bataqlıq, adətən, çeyillik

adlanır. Bataqlığın kənarı çöküntü

və detritlə dolduqca, torpaq

inkişaf etməyə başlayır və quru

sahə ilə birləşir, əvvəlcə kolların,

sonra isə torf üzərində meşənin

(küknar, qara şam) əmələ gəlməsi

müşahidə olunur, bu bitkilər isə

nəhayət yerli klimaks növlərlə

(tozağacı, ağcaqayın ağ şam və

s.) əvəz olunur. Bu H.s.-nın tipik

misalıdır.

HİDROAEROMEXANİKA

76

(hidro..+aero…+mexanika)-

mexanikanın bölməsi; maye və

qaz mühitlərin müvazinətini,

hərəkətini, onların bir-biri ilə və

bərk cisimlərlə qarşılıqlı təsirini

öyrənir. H. dənizçilik və hərbi işin

tələbatı ilə yaranmış və inkişaf

etmişdir.

HİDROBİOLOGİYA – su

orqanizmləri və onların xarici

mühitlə qarşılıqlı əlaqəsindən bəhs

edən elm. H., əsasən, ekoloji elm

olub okeanların, dənizlərin və şirin

suların bioloji məhsuldarlığını

öyrənir.

HİDROBİONTLAR – çay, göl

və dənizlərdə həyat sürən bütün

bitki və heyvanlar aləmi.

HİDROBİOSENOZLAR – su

biosenozları.

HİDROCOĞRAFİYA

(hidro…+coğrafiya)-hidrologiyanın

coğrafiyaya aid hissəsi; suyu

təbiətin digər komponentləri (iqlim,

relyef, torpaq, bitki örtüyü) ilə

əlaqəli şəkildə öyrənir, həmçinin

müxtəlif mənşəli su ehtiyatları

(çay, yeraltı və atmosfer suları)

arasındakı qarşılıqlı əlaqəni

aydınlaşdırır.

HİDRODİNAMİKA –

(hidro…+dinamika) –

hidroqrodinamikanın bölməsi;

sıxılmayan mayelərin hərəkətini və

onların bərk cisimlərlə qarşılıqlı

təsirini öyrənir (sıxılan mühitin

hərəkətini öyrənən bölmə qaz

dinamikasıdır).

HİDROENERGETİKA – su

ehtiyatları enerjisindən istifadə

problemləri ilə əlaqədar energetika

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!