EU Floods Directive AB-nin Dasqınlar Üzrə Direktivi - Kura River Basin

kura.aras.org

EU Floods Directive AB-nin Dasqınlar Üzrə Direktivi - Kura River Basin

EU Floods Directive

AB-nin Dasqınlar Üzrə Direktivi

Translation from English

İngilis dilindən tərcümə

EU Project Trans-Boundary River Management Phase II for the Kura River basin

Avropa Birliyinin Transsərhəd Su İdarəçiliyi Layihəsi- Kür Çayı hövzəsi üzrə İİfaza

(TASIS/2007/134-398)

This project is funded by the European Union and implemented by

Eptisa & Grontmij-CarlBro consortium

Layihə Avropa Birliyi tərəfindən maliyələşdirilir və onu Eptisa və Qrontmij- KarlBro

consortiumu icra edir


ÖN SÖZ

Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Əməkdaşlıq üçün prioritet

sahələr Azərbaycan Hökuməti və Avropa Komissiyası tərəfindən 2007-2013 cü illər üzrə Ölkə

Strategiyası Sənədində Avropa Qonşuluq və Partnyorluq Instrumentinə müvafiq olaraq

razılaşdırılıb, Qarşılıqlı surətdə razılaşdırılmış AB/Azərbaycan Fəaliyyət Planı Beynəlxalq və

Avropa norma və prinsiplərinə uyğun şəkildə birgə müəyyənləşdirilən prioritetləri icra etməkdə

Azərbaycanın səylərin göstərir. Plan su idarəedilməsi də daxil olmaqla əsas ətraf-mühit sektorları

üçün prioritet fəaliyyəti müəyyən edib.

Avropa Birliyində ətraf-mühit qanunvericiliyinin ən mühüm sahələrindən biri yeni Daşqın

Direktividir. Daşqın Direktivi Su Çərçivəsi Direktivi ilə əlaqəli şəkildə daşqın riskinin idarə

edilməsi və çay hövzələrinin idarəedilməsi planlarının, o cümlədən bu planların hazırlanmasında

ictimaiyyətin iştirakının əlaqələndirilməsi yolu ilə icra edilir. Hazırlanmış bütün risk

qiymətləndirmələri, xəritələr və planlar, ictimaiyyət üçün açıq olacaqdır. Avropa İttifaqı üzvləri

ümumi çay hövzələrində, o cümlədən üçüncü qrup ölkələrlə daşqın riskinin idarəedilməsi

sahəsində özlərinin birgə təcrübələrini tətbiq edəcəklər və qonşu ölkələrdə daşqın riskini artıra

biləcək fəaliyyətlərdən çəkinəcəklər. AB üzvləri və qonşu ölkələr uzunmüddətli inkişafı, o

cümlədən iqlim dəyişmələrini, həm də daşqın riskinin idarəedilməsi tsiklındakı dayanıqlı torpaq

istifadəsi təcrübəsini nəzərə alacaqlar.

Bu, AB Daşqın Direktivinin Azərbaycan dilində ilk nəşridir. Biz ümid edirik ki, bu, Azərbaycanda

qərar qəbul edənlərə daşqın riskinin idarə edilməsinə Avropa yanaşmasını daha yaxşı başa

düşməsində kömək edəcək və bu yanaşmanın Azərbaycan qanunvericilinə və iş təcrübəsinə

inteqrasiyasını asanlaşdıracaq.

Bu nəşr Avropa Birliyinin maliyyələşdirdiyi Trans-sərhəd Su İdarəeçiliyi - Kür çayı hövzəsi üzrə

İİ Fazaç regional layihəsinə müvafiq olaraq hazırlanır (TACIS/2007/134-398). Layihənin

partnyoru Azərbaycanda ətraf-mühit və su idarəedilməsi siyasətlərini müəyyən edən aparıcı

hökumət orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

İyun 2009

Bakı

Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir

və Eptisa & Grontmij-CarlBro konsorsiumu tərəfindən icra edilir.


PREFACE

Azerbaijan is looking for enhanced cooperation with the European Union. The priority areas for

cooperation have been agreed by the Azerbaijan Government and the European Commission in the

country Strategy Paper for 2007-2013 under the European Neighbourhood and Partnership

Instrument. The mutually agreed EU/Azerbaijan Action Plan shows Azerbaijan’s commitment to

implement jointly agreed priorities in compliance with international and European norms and

principles. The plan identified priority actions for key environmental sectors including water

management.

In the European Union one the most important pieces of environmental legislation is the new

Floods Directive. The Floods Directive in implemented in coordination with the Water Framework

Directive through coordination of flood risk management plans and river basin management plans

and through coordination of the public participation in the preparation of these plans. All risk

assessments, maps and plans prepared shall be made available to the public. Europen Union

members shall coordinate their flood risk management practices in shared river basins, including

with third counties, and shall avoid taking measures that would increase the flood risk in

neighbouring countries. EU members and neighbouring countries shall take into consideration long

term developments, including climate change, as well as sustainable land use practices in the flood

risk management cycle.

This is the first publication of the EU Floods Directive in Azeri language. We hope it will help

Azerbaijan’s decision makers to better understand the European approach to flood risk

management and will facilitate integration of this approach into legislation and practices in

Azerbaijan.

The publication is prepared under the European Union funded regional project Trans-boundary

River Management Phase II for the Kura River basin (TACIS/2007/134-398). The project partner

is Ministry of Ecology and Natural Resources, the leading government body in setting

environmental and water management policies in Azerbaijan.

June 2009

Baku

The project is funded by the European Union

and implemented by Eptisa & Grontmij-CarlBro consortium


AB – Daşqınlara dair Direktivi

Giriş

Daşqın risklərinin qiymətləndirilməsi və idarəedilməsi üzrə 2007/60/AK saylı Direktiv 26 Noyabr

2007-ci ildə qüvvəyə mindi. Bu Direktiv indi Üzv Ölkələrdən bütün su axınlarının və sahil xətlərinin

daşqın riski altında olub-olmamasını qiymətləndirməyi, bu ərazilərdə daşqınların miqyasını və risk

altında olan insanları və əmlakı xəritələşdirmək və bu riski azaltmaq üçün müvafiq və

əlaqələndirilmiş tədbirlər görməyi tələb edir. Bununla da Direktiv həm də bu informasiyanı əldə

etməkdə və planlaşdırma prosesində fikir bildirməkdə ictimaiyyətin hüquqlarını gücləndirir.

Direktiv 18/01/2006 tarixində Avropa Kommissiyası tərəfindən təklif edilmişdir və sonda 6 Noyabr 2007-ci

ildə Rəsmi Jurnalda nəşr edilmişdir. Bunun məqsədi daşqının insanların sağlamlığı, mədəni irs və iqtisadi

fəaliyyət qarşısında yaratdığı riski azaltmaq və idarə etməkdir. Direktiv tələb edir ki, Üzv Ölkələr ilk öncə

daşqın riski altında olan çay hövzələrini və əlaqəli sahil əraziləri müəyyən etmək üçün 2011-ci ilədək ilkin

qiymətləndirməni yerinə yetirsinlər. Bu kimi zonalar üçün onlar sonra 2013-cü ilədək daşqın riski xəritələrini

tərtib etməli və 2015-ci ilədək daşqınların qarşısının alınmasına, onlardan mühafizəyə və müvafiq hazırlığa

yönələcək. Direktiv bütün AB ərazisi boyu həm daxili həm də bütün sahil sularına aiddir.

Direktiv Su Çərçivə Direktivinə uyğun şəkildə daşqın riskinin idarəedilməsi və çay hövzələrinin idarəedilməsi

planlarının və bu planların hazırlanmasında ictimaiyyətin iştirakının əlaqələndirilməsinə əsasən icra

ediəcəkdir. Hazırlanmış bütün risk qiymətləndirmələri, xəritələr və planlar, ictimaiyyət üçün açıq olacaqdır.

Avropa İttifaqı üzvləri, üçüncü qrup ölkələr də daxil olmaqla birgə sahib olduqları çay hövzələrində özlərinin

daşqın riskinin idarəedilməsi təcrübələrini əlaqələndirəcək və qonşu ölkələrdə daşqın riskini artıra biləcək

tədbirlərdən imtina edəcəklər.

Üzv Ölkələr bu Direktivdə nəzərdə tutulan edilmiş uzun müddətli inkişafı, o cümlədən iqlim dəyişmələrini,

həm də daşqın riskinin idarəedilməsi prosesində torpaqdan dayanıqlı istifadə təcrübəsini nəzərə alacaqlar.

İlkin məlumatlar

1998 və 2004 cü illər arasında, Avropa 100-ə yaxın əsas dağıdıcı daşqınlardan, o cümlədən 2002-ci ildə

Dunay və Elba çayları boyu olan daşqınlardan əziyyət çəkirdi. Sonradan 2005-ci ildə baş verən bir neçə

dəhşətli daşqınla razılaşdırılmış fəaliyyətə olan ehtiyac artdı. 1998-ci ildən bəri Avropada daşqınlar 700

nəfərin ölümünə, yarım milyon insanın başqa yerə köçürülməsinə və azı 25 milyard €-luq sığortalanmış

iqtisadi itkiyə səbəb olub.

Fəlakəttörədici daşqınlar həyatı təhlükə altında qoyur, fəlakətə və həm də iqtisadi itkilərə səbəb olur. Daşqın

təbii hadisədir, amma düzgün tədbirlər görməklə biz onların ehtimalını və təsirlərini azalda bilərik. İqtisadi və

sosial ziyandan başqa daşqınlar həm də ətraf-mühitə də təsir edir, məsələn, külli miqdarda zəhərli kimyəvi

maddələr tutan qurğuları su basdıqda və ya bataqlıq sahələr məhv edildikdə. Üzümüzə gələn onilliklərdə

Avropada daşqın riskinin artacağı və iqtisadi ziyanın daha çox olacağı gözlənilir.

Direktivin Tələbləri

İndi Daşqın Direktivi qüvvəyə mindiyindən Direktivin icrasına başlanılıb və ya müvafiq vaxt cədvəli aydın

şəkildə müəyyənləşdirilib. Bütün növ daşqınlara (çay, göl, güclü daşqın, şəhər daşqınları, sahil daşqınları, o

cümlədən, sunami və tufan dalğa qasırğalar), tətbiq edilən Direktiv, bütün AB ərazisində Üzv Ölkələrdən

daşqın riskinin idarəedilməsinə aşağıdakı üç mərhələdən ibarət proses kimi yanaşma tələb edir:


1. Üzv Ölkələr 2011-ci ilə qədər əsas potensial təhlükəli daşqın riskinin olduğu yerləri müəyyən

etmək üçün çay hövzələri və əlaqədar sahil zonalarında daşqın riskinin ilkin qiymətləndirməsinə

başlayacaq.

2. Daşqınların ziyan vurma riskinin real mövcud olduğu yerlər üçün onlar 2013-cü ilə qədər daşqın

təhlükəsi xəritələri və daşqın riski xəritələri hazırlamalıdırlar. Bu xəritələr suyun gözlənilən

səviyyəsi də göstərilməklə, daşqınların baş verməsi orta ehtimallı olan (ən azı 100 ildə bir dəfə) və

həm də ekstremal, yaxud az ehtimallı daşqınların baş verəcəyi əraziləri müəyyən edəcək. Risk

altında olan ərazilər kimi tanınmış ərazilərdə potensial risk altında olan sakinlərin sayı, iqtisadi

fəaliyyət və ətraf-mühitə dəyə biləcək potensial ziyan göstəriləcəkdir.

3. Sonda, 2015-ci ilə qədər bu zonalar üçün daşqın riskinin idarəedilməsi planları tərtib edilməlidir.

Bu planlar daşqın ehtimalını və onun potensial nəticələrini azaltmağa yönələn tədbirlərin daxil

edilməsi üçündür. Onlar daşqın riskinin idarəedilməsi tsiklının bütün fazalarını göstərəcək, amma

xüsusən qarşısının alınması (məsələn, hal-hazırda olan və gələcək daşqınameylli ərazilərdə evlərin

və sənayenin qurulmasının aradan qaldırılması və ya gələcək tikililərin daşqın riskinə

uyğunlaşdırılması ilə daşqınlar tərəfindən vurulan ziyanın qarşısının alınması), mühafizə olunma

(bərpa edilən daşqın düzənliklərdə və bataqlıq ərazilər kimi xüsusi yerlərdə daşqınların ola bilmə

ehtimalının və/və ya daşqınların təsirinin azaldılmasına dair tədbirlər görməklə) və hazırlıq

(məsələn, daşqın hadisəsi zamanı nə etmək barədə ictimaiyyəəti təlimatlarla təmin etməklə)

fazalarına xüsusi diqqət verəcəklər. Daşqının təbiətini nəzərə alaraq kömək məqsədilə Üzv

Ölkələrə vəzifələr və tədbirlər üzrə yüksək imkanlar verilir.

Hər 6 ildən bir bu addımların Su Çərçivə Direktivinin (SÇD) icra tsikli ilə uyğunlaşdırılmış və

sinxronlaşdırılmış tsiklda nəzərdən keçirilməsi lazımdır. Birinci mərhələ 2009-cu ilə qədər hesabat

formatlarının hazırlanması və 2010-cu ilin yazınadək səlahiyyətli orqanların müəyyən edilməsindən

ibarətdir.

22.12.2010 tarixindən əvvəl bütün mövcud olan daşqın riskinin idarəedilməsi vasitələrindən istifadə

Direktivin xüsusi təminatına daxil olur (maddə 13, ÇD). Mövcud daşqın xəritələri üzrə təcrübələr Avropa

Daşqın Atlasında vardır (“Avropada Daşqınların xəritəyə alınması üzrə Məlumat kitabı”-nın bir hissəsi.

Tezliklə!

İcranı dəstəkləmək üçün strategiya

Direktivin icrasını dəstəkləmək üçün Ümumi İcra Strategiyasına əsasən Daşqınlar üzrə İşçi Qrupu

yaradılmışdır. Daşqınlar üzrə İşçi Qrupunun 2008-2009cu illər üzrə iş proqramı 3 əsas pilləyə yönəlib:

• Daşqın Direktivinin İcrası: Hesabat formatlarının işlənilməsi

• Su Çərçivə Direktivi: Daşqın Direktivi ilə birgə icraedilməyə doğru

• Daşqın riskinin idarəedilməsi sahəsindəməlumatların mübadiləsi


Hesabat formatlarının hazırlanması Direktivin tələblərinə cavab verir və bu hesabatın water.europa.eu –da

mövcud olan ASİS (Avropa üçün Su informasiya Sistemi) vasitəsilə aparılması nəzərdə tutulur. Digər

Direktivlərlə (SÇD, Şəhər Tullantı Suları, Yuyunma Suları) bağlı isə ASİS-ə hal-hazırda verilmiş hesabat

nümunələri ASİS viewer-də mövcuddur.

İnformasiya mübadiləsinin rolu, o cümlədən bu məlumat dəyişikliyinin bəzi nəticələri bu saytda mövcuddur.

Sonrakı məlumat mübadiləsi üçün seçilmiş mövzular bunlardır: dayanıqlı torpaq istifadəsi təcrübələri, iqlim

dəyişmələri, daşqının əvvəlcədən xəbər verilməsi/qəfl daşqınlar, daşqınların xəritələşdirilməsi, daşqın

risklərinin əvvəlcədən qiymətləndirilməsi və çay hövzəsinin inteqrasiyalı idarəedilməsi/Su Çərçivə

Direktivinə link. Bunlar əhəmiyyətli mövzulara aid edilirlər.

Birliyin digər vasitə və təşəbbüslərinə link

Daşqın risklərinin idarəedilməsi iqlim dəyişmələr adaptasiyasının mühüm komponentidir və Direktiv tələb

edir ki, üzv Ölkələr öz xüsusi ehtiyaclarından asılı olaraq daşqın riskinin qiymətləndirilməsi zamanı iqlim

dəyişmələrini nəzərə alsınlar.

Birliyin qanunvericilyinin digər hissələri Daşqın Direktivinin icrası ilə sıx əlaqəlidir, xüsusən də:

• Su siyasəti sahəsində birliyin fəaliyyəti üçün çərçivənin yaradılmasına dair Şuranın 23 Oktyabr

2000-ci il və Avropa Parlamentinin 2000/60/AK saylı Direktivi (Su Çərçivə Direktivi)

• Avropa Birliyinin Həmrəylik Fondunu (EUSF) müəyyən edən Şuranın 11 Noyabr 2002-ci il tarixli

(AK) No 2012/2002 saylı nizamnaməsi

• Mülki müdafiəyə yardım sahəsində gücləndirilmiş əməkdaşlığa Şura tərəfindən yardım mexanizmini

müəyyən edən 23 Oktyabr 2001 ci il Euratom, 2001/792/AK saylı Şura qərarı (Mülki müdafiə

Mexanizmi)

• İnteqrasiyalı formada çirklənmənin qarşısının alınması və ona nəzarətə dair 24 Sentyabr 1996-cı il

96/61/AK Şura Direktivi (IPPC Direktivi)

• Ətraf-mühit üzrə müəyyən ictimai və özəl layihələrin təsirlərinin qiymətləndirilməsi üzrə 27 İyun

1985-ci il 85/337/EAK Şura Direktivi (ƏTQ Direktivi)

• Zərərli maddələr daxil olan əsas qəza risklərinin idarə edilməsi üzrə 9 Dekabr 1996-cı il 96/82/AK

saylı Şura Direktivi,

• Müəyyən plan və proqramların ətraf-mühitə təsirinin qiymətləndirilməsi üzrə 27 İyun 2001-ci il Şura

və Avropa Parlamentinin 2001/42/AK saylı Direktivi (Dəniz Direktivi)

• Ətraf mühitə dair məlumatların əldə edilməsi və ictimaiyyətin iştirakı üzrə Aarhus Konvensiyası və

bununla əlaqədar Birlik qanunvericiliyi.


6.11.2007 AZ Avropa Birliyinin Rəsmi Jurnalı L 288/27

Direktivlər

Daşqın risklərinin qiymətləndirilməsi və İdarəedilməsi üzrə Avropa Parlamenti və

Şurasının 23 Oktyabr 2007-ci il tarixli

2007/60/AK saylı Direktivi

(Avropa İqtisadi Ərazisinə uyğun mətn)

AVROPA PARLAMENTI VƏ AVROPA BIRLIYININ ŞURASI,

Avropa Birliyini yaradan sazişə xüsusən də bu sazişin 175 (1)7-

ci Maddəsinə istinad edərək,

Kommisiyadan edilmiş təklifi nəzərə alaraq,

Avropa İqtisadi və Sosial Komitəsinin Rəyini (1) nəzərə alaraq,

Sazişin (2) 251-ci Maddəsində müəyyən edilmiş qaydalara uyğun

olaraq hesab edir ki,

Nəzərə alaq ki:

(1) Daşqınlar bədbəxtliyə, insanların köçürülməsi və ətrafmühitə

ziyan dəyməsinə səbəb ola bilən, iqtisadi inkişafa

ciddi əngəl ola bilən və Şuranın iqtisadi fəaliyyətini sarsıda

bilən potensiala malikdir.

(2) Daşqınlar elə təbii hadisədir ki, onların qarşısını almaq

olmur. Lakin, bəzi insan fəaliyyətləri (məsələn, subasarlarda

insanların məskunlaşmasının və təsərrüfat sahələrinin

artması və torpaq istifadəsi səbəbindən təbii su saxlamanın

azaldılması) və iqlim dəyişikliyi daşqın hadisələrinin baş

vermə ehtimalının və mənfi təsirinin artmasına səbəb olur.

(3) Daşqınlarla əlaqədar arzuolunmaz hadisələrin baş vermə

riskini, xüsusən də insan sağlamlığı və həyatı, ətraf mühit,

mədəni irs, təsərrüfat fəaliyyəti və infrastruktura mənfi təsir

riskini azaltmaq mümkündür və arzuolunandır.

(1) OJ C 195, 18.8.2006, səh. 37.

(2) Avropa Parlamentinin Rəyi 13 İyun 2006 (OJ C 300 E,

9.12.2006, səh. 123). Şuranın Ümumi Mövqeyi 23 Noyabr

2006 (OJ C 311 E, 19.12.2006, səh. 10) və Avropa Parlamentinin 25

April 2007 tarixli Rəyi. 18 September 2007 tarixli Şura Qərarı.

(4) Su siyasəti (3) sahəsində birliyin fəaliyyəti üçün

çərçivənin yaradılmasına dair Şuranın 23 Oktyabr

2000-ci il və Avropa Parlamentinin 2000/60/AK saylı

Direktivi tələb edir ki, yaxşı kimyəvi və ekoloji

vəziyyətə nail olmaq üçün hər bir çay hövzəsi rayonu

üçün çay hövzəsinin idarəedilməsi planı

hazırlanmalıdır və bu, daşqınların təsirini azaltmağa

kömək edəcək. Lakin, daşqın riskinin azaldılması bu

Direktivin əsas məqsədlərinə daxil deyil, nə də ki, bu,

iqlim dəyişikliyinin nəticəsi olan gələcək daşqın riskini

dəyişməsini nəzərə almır.

(5) Kommissiyanın Avropa Parlamentinə 12 Iyul 2004-cü

ilə olan Kommitəyə, Şuraya, Avropa İqtisadi və Sosial

Komitəsinə və `Daşqın riskinin idarəedilməsi –

Daşqının qarşısının alınması, daşqından qorunma və

azaldılması` üzrə Regionlar Komitəsinə müraciəti

Birlik səviyyəsində daşqın riskinin idarəedilməsinə dair

yanaşma və təhlillərini müəyyən edir və bildirir ki,

Birlik səviyyəsində razılaşdırılmış və əlaqəli fəaliyyət

daha səmərəli olur və bütünlükdə daşqından

qorunmanın səviyyəsini yaxşılaşdırır.

(6) Daşqının qarşısının effektiv alınması və daşqınların

azaldılması Üzv Ölkələr arasındakı razılaşmadan

əlavə üçüncü qrup ölkələr ilə də əməkdaşlıq tələb

edir. Bu, 2000/60/AK Direktivinə və 95/308/AK (4) saylı

Şura Qərarı və həmin qərarın tətbiqinə dair sazişlərlə

təsdiqlənmiş beynəlxalq göllərin və sərhəd su

axınlarının istifadəsi və qorunması üzrə Birləşmiş

Millətlər Konvensiyasında müəyyən edilən daşqın

riskinin idarəedilməsinin beynəlxalq prinsiplərinə

müvafiqdir.

(7) 2001/792/AK saylı Şuranın, mülki müdafiə sahəsində

gücləndirilmiş əməkdaşlığa yardım etmək üçün Birlik

mexanizmi yaradan 23 Oktyabr 2001 tarixli qərarı, öz

növbəsində fövqaladə hallarda, o cümlədən daşqınlar

zamanı Üzv Ölkələrdən dəstək və yardımı səfərbər

edir. Mülki müdafiə təsirə məruz qalmış əhalinin

tələblərinə tam uyğun cavab verə bilər və hazırlıq və

möhkəmliyi yaxşılaşdıra bilər.

(3) No 2455/2001/AK (OJ L 331, 15.12.2001, səh. 1)Qərarı

tərəfindən düzəlişlər edilmiş Direktiv OJ L 327, 22.12.2000,

səh. 1..

(4) OJ L 186, 5.8.1995, səh. 42.

(5) OJ L 297, 15.11.2001, səh. 7.


L 288/28 AZ Avropa Birliyinin Rəsmi Jurnalı 6.11.2007

(8) Avropa Birliyinin Həmrəylik Fondunun (1) 11 Noyabr 2002

tarixli 2012/2002 saylı Şura Qaydalarına əsasən böyük

fəlakət hadisəsi zamanı insanlara, təbii zonalara,

rayonlara və ölkələrə mümkün qədər normal şərtlərə

qayıtmağa kömək etmək üçün sürətli maliyyə yardımı

vermək mümkündür. Lakin Fond fövqaladə hallardan

əvvəlki fazalar üçün deyil, yalnız fövqaladə proses

zamanı müdaxilə edə bilər.

(9) Su və torpaq istifadəsinə dair hazırlanan siyasətlərdə Üzv

Ölkələr və Birlik bu kimi siyasətlərin daşqın riskinə və

daşqın riskinin idarəedilməsinə ola biləcək potensial

təsirlərini nəzərə almalıdırlar.

(10) Birliyin ərazisi boyu müxtəlif daşqın növləri baş verir,

məsələn, çay daşqınları, leysan daşqınları, şəhər

daşqınları və sahil ərazilərinə dənizdən gələn daşqınlar.

Daşqın hadisələrindən dəyən ziyan da Birlyin ölkə və

regionları üzrə müxtəlif ola bilər. Beləliklə, daşqın

risklərinin idarəedilməsi üzrə məqsədlər Üzv Ölkələrin

özləri tərəfindən təyin edilməlidir və yerli və regional

vəziyyətə əsaslanmalıdır.

(11) Birlik daxilində müəyyən ərazilərdə, məsələn, insanların

seyrək məskunlaşdığı, yaxud məskunlaşmadığı

ərazilərdə və ya məhdud təsərrüfat mülkiyyətlərinin və ya

ekoloji dəyəri az olan yerlərdə daşqın riski o qədər də

ciddi hesab edilməyə bilər. Hər bir çay hövzəsi rayonunda

və ya idarəetmə vahidində daşqın riski və sonrakı

fəaliyyətin zəruriliyi-yəni daşqının azaldılması potensialıqiymətləndirilməlidir.

(12) İnformasiya üçün səmərəli alətin mövcud olması, həm də

prioritetlərin müəyyənləşdirilməsi və daşqın riskinin

idarəedilməsinə dair sonrakı texniki, maliyyə və siyasi

qərarlar üçün qiymətli əsasın olması üçün müxtəlif daşqın

senariləri üzrə daşanların mənfi təsirləri, o cümlədən

daşqınların nəticəsi olan ətraf-mühit çirklənməsinin

potensial mənbələri barədə məlumatı göstətən daşqın

təhlükəsi xəritələri və daşqın riski xəritələrinin

hazırlanmasını təmin etmək lazımdır. Bu kontekstdə, Üzv

Ölkələr daşqın riskinin artmasına təsir edən fəaliyyətləri

qiymətləndirməlidirlər.

(13) Aid olan ərazidə daşqınların mənfi təsirlərinin azaldılması

və onlardan yan keçmə nöqteyi nəzərdən daşqın riskinin

idarəedilməsi planları ilə təmin etmək müvafiq olardı.

Daşqın hadisələrinin səbəb və nəticələri Birliyin ölkə və

regionları üzrə dəyişir. Buna görə də daşqın riskinin

idarəedilməsi planları əhatə etdiyi ərazilərin yerli

xüsusiyyətlərini nəzərə almalıdırlar və həmin ərazilərin

ehtiyac və prioritetlərinə əsaslanaraq çay hövzəsi rayonu

daxilində müvafiq əlaqələndirməni təmin etməklə və

Birliyin qanunvericiliyində müəyyən edilmiş ətraf-mühit

məqsədlərinə nailolmağa kömək etməklə həll edilməy

ollarını müəyyən etməlidirlər.

Xüsusən də, tədbirlər əlaqələndirilənə və əlaqəli Üzv

Ölkələr arasında razılaşdırılmış həll tapılmayana qədər

Üzv Ölkə digər Üzv Ölkələrdə daşqın riskini əhəmiyyətli

dərəcədə artıra bilən fəaliyyətlə məşğul olmaqdan və

belə tədbirlər görməkdən çəkinməlidirlər.

(14) Daşqın riskinin idarəedilməsi planları qarşısını alma

tədbirləri, qoruma və hazırlıq görülməsinə

yönəlməlidirlər. Çaylara daha çox yer vermək məqsədilə

onlar subasarların fəaliyyətini və bərpasını mümkün

qədər təmin etməklə yanaşı, həm də insan

sağlamlığına, ətraf-mühitə, mədəni irsə və təsərrüfat

fəaliyyətinə dəyən ziyanı azaltmaq və onun qarşısını

almaq üçün tədbirləri də nəzərə almalıdırlar. Daşqın

riskinin idarəedilməsi planlarının elementləri mütəmmadi

olaraq nəzərdən keçirilməlidir və lazım olduqda

daşqınların yaranmasına iqlim dəyişkənliyinin ola

biləcək təsirini nəzərə alaraq yenilənməlidirlər.

(15) Daşqın riskinin idarəedilməsi kontekstində həmrəylik

prinsipi çox mühümdür. Buna görə də su axınları boyu

daşqın riskinin idarəedilməsinə gəldikdə görüləcək

tədbirlər ümumi fayda üçün birlikdə qərarlaşdırılanda

Üzv Ölkələr məsuliyyətin ədalətli şəkildə bölüşdürülməsi

yollarını axtarmağa çalışmalıdırlar.

(16) İkiqat işin qarşısını almaq üçün Üzv Ölkələrin mövcud

ilkin daşqın riskinin qiymətləndirmələrindən, daşqın

təhlükəsi və daşqın riskinin idarə edilməsi xəritələrindən

bu Direktivin məqsədlərinə nail olmaq və onun

tələblərinə cavab vermək üçün istifadə etmək hüququ

olmalıdır.

(17) 2000/60/AK saylı Direktivə əsasən çay hövzəsinin

idarəedilməsi planları və bu direktiv üzrə daşqın

risklərinin idarəedilməsi planlarının hazırlanması çay

hövzəsinin inteqrasiyalı idarəedilməsinin elementləridir.

Buna görə də bu iki proses 2000/60/AK saylı Direktivin

ətraf-mühit məqsədləri ilə hesablaşaraq, 2000/60/AK

saylı Direktivə və bu Direktivə əsasən idarəetmə

vahidləri və səlahiyyətli orqanların müxtəlif olma

mümkünlüyü olsa belə resursların səmərəli və

məqsədyönlü istifadəsini təmin edərək birgə fəaliyyət və

ümumi maraq üçün qarşılıqlı potensialdan istifadə

etməlidir.

(18) Üzv Ölkələr öz qiymətləndirmələrini, xəritə və planlarını

daşqın riskinin idarəedilməsi sahəsində az xərcə

əsaslanan `ən yaxşı təcrübə` və `mövcud ən yaxşı

texnologiya` ya müvafiq aparmalıdırlar.

(1) OJ L 311, 14.11.2002, səh. 3.


6.11.2007 AZ Avropa Birliyinin Rəsmi Jurnalı L 288/29

(19) Su obyektlərinin müxtəlif növ davamlı insan fəaliyyəti

üçün çox-məqsədli istifadə (məsələn, daşqın riskinin

idarəolunması, ekologiya, naviqasiya və hidroenerji)və bu

istifadənin su obyektlərinə təsiri hallarında 2000/60/AK

Direktivi, o cümlədən onun 4-cü Maddəsi `yaxşı vəziyyət`

və ya `pisləşməmə` məqsədlərindən mümkün yayınmalar

da daxil olmaqla bu kimi istifadə və təsirlərin

ünvanlanması üçün aydın və şəffaf prosesi müəyyən edir.

2000/60/AK saylı Direktiv Maddə 9-dakı xərclərin

bərpasını nəzərə alır.

(25) Daha yaxşı qanun hazırlanmas ı(2) üzrə

İnterinstitutsional Sazişin 34-cü bəndinə müvafiq

olaraq Üzv Ölkələr özləri üçün və Birliyin

maraqlarına uyğun olaraq bu Direktivlə keçid

tədbirləri arasındakı korrelasiyanı təsvir edən

cədvəllərini hazırlamaqda və onları ictimaiyyət üçün

açıq etməkdə maraqlıdırlar.

BU DİREKTİVİ QƏBUL EDİBLƏR:

(20) Bu Direktivin icrası üçün lazım olan tədbirlər

Kommissiyada (1) təyin edilmiş icra funksiyalarına dair

orqanların tapşırığı üçün prosedurlar hazırlayan 28 İyun

1999 tarixli 1999/468/AK saylı Şura Qərarına uyğun

olaraq qəbul edilməlidir.

(21) Xüsusən də, elmi və texniki tərəqqi üçün Əlavəni qəbul

etməyə Kommissiyanın hüququ olmalıdır. Həmin

tədbirlər ümumi olduğu üçün və bu Direktivin qeyriəsas

elementlərini dəqiqləşdirmək üçün

hazırlandığından onlar 1999/468/AK Qərarının 5a

Maddəsində nəzərdə tutulmuş prosedurlarına uyğun

olaraq qəbul edilməlidirlər.

(22) Bu Direktiv əsas hüquqları təmin edir və Avropa

Birliyinin Fundamental Hüquqlarının Nizamnaməsi

tərəfindən xüsusilə tanınmış prinsiplərə əməl edir.

Xüsusən də bu, Avropa İttifaqının Fundamental

Hüquqlarının Nizamnaməsinin 37-ci Maddəsində

müəyyən edilmiş davamlı inkişaf prinsiplərinə uyğun

olaraq ətraf-mühitin qorunmasının yüksək səviyyəsinə

dair Birlik siyasətlərinə qatılmağa kömək etməyə

çalışır.

(23) Bu Direktivin məqsədinə, yəni daşqın ziyanı

riskinin azaldılması üçün görüləcək tədbirlər üçün

çərçivənin yaradılmasına, Üzv Ölkələr lazımi

səviyyədə nail ola bilmədiyindən və bu məqsədə

fəaliyyətin miqyası və təsiri cəhətdən Birlik

səviyyəsində daha yaxşı nail olmaq olduğundan,

Birlik Müqavilənin 5-ci Maddəsində müəyyən

edilmiş köməkçi prinsiplərə uyğun olaraq ölçülər

qəbul edə bilər. Həmin Maddədə

müəyyənləşdirilmiş mütənasiblik prinsipinə uyğun

olaraq, bu Direktiv həmin məqsədə nail olmaq üçün

lazım olan sərhəddən kənarlaşmır.

(24) Mütənasiblik və tabeçilik prinsiplərinə və

müqaviləyə əlavə edilən mütənasiblik və əlavəlik

prinsiplərinin tətbiqi üzrə Protokola müvafiq olaraq

və Üzv Ölkələrin mövcud bacarıqlarını nəzərə

alaraq, nəzərəçarpan qeyri-sabitlik yerli və regional

səviyyələrdə. xüsusən də, təşkilati və səlahiyyətli

orqanlarla bağlı uyğunlaşma olmalıdır.

Fəsil I

Ümumi Göstərişlər

Maddə I

Bu Direktivin məqsədi Birlik ərazisində daşqınlarınlarla

əlaqədar insan sağlamlığı, ətraf-mühit, mədəni irs və

təsərrüfat fəaliyyətinə olan mənfi təsiirin azaldılmasına

yönəldilmiş daşqın risklərinin idarəedilməsi və

qiymətləndirilməsi üzrə çərçivə hazırlamaqdır.

Maddə 2

2000/60/AK saylı Direktivin 2-ci Maddəsində verilən `çay`,

`çay hövzəsi`, `sub-hövzə` və `çay hövzəsi rayonu` kimi

anlayışlara əlavə olaraq bu Direktivin məqsədinə əsasən

aşağıdakı anlayışlar tətbiq ediləcək:

1. `daşqın` adi halda su ilə örtülü olmayan torpaqların

müvəqqəti olaraq su ilə örtülməsi deməkdir. Buraya çay

daşqınları, dağlardan gələn sel, Aralıq dənizi su axınları

və sahil ərazilərdə dəniz dən gələn daşqınlar daxildir və

kanalizasiya sistemlərindən çıxa biləcək daşqınlar

istisna edilə bilər;

2. `daşqın riski` daşqın hadisəsinin baş vermə ehtimalının

və onun insan sağlamlığına, ətra-mühit, mədəni irs və

təsərrüfat fəaliyyətinə ola biləcək mənfi təsirlərinin

birləşməsi deməkdir.

Məddə 3

1. Bu Direktivin məqsədinə əsasən Üzv Ölkələr

2000/60/AK Direktivinin 3(1), (2), (3),(5), (6)

Maddələrinə müvafiq olaraq hazırlanmış təsnifatdan

istifadə edəcəklər.

2. Lakin, bu Direktivin icrası üçün Üzv Ölkələr

aşağıdakıları edə bilərlər:

(a) 2000/60/AK saylı direktivin 3(2) Maddəsinə müvafiq

olaraq təyin edilmiş səlahiyyətli orqanlardan fərqli

orqanları təyin etmək

(b) Müəyyən sahil ərazilərini və ya xüsusi çay hövzələrini

ayırmaq və onları 2000/60/AK Direktivinin 3(1)

Maddəsinə müvafiq olaaraq təyin edilmiş idarəetmə

vahidlərindən fərqli vahidlərə aid etmək.

( 1 ) 2006/512/AK (OJ L 200, 22.7.2006, səh. 11).Qərarı

tərəfindən düzəlişlər edilmiş Direktiv OJ L 184,

17.7.1999, səh. 23.

( 2 ) OJ C 321, 31.12.2003, səh. 1.


L 288/30 AZ Avropa Birliyinin Rəsmi Jurnalı 6.11.2007

Bu hallarda, Üzv Ölkələr 26 May 2010-cu ilə qədər

2000/60/AK saylı Direktivə olan Əlavə I-ə aid məlumatları

Kommissiyaya ötürməlidir. Bu məqsədlə, səlahiyyətli

orqanlara və çay hövzəsi rayonlarına istənilən istinadetmə

bu Maddədə verilmiş səlahiyyətli orqanlar və idarəetmə

vahidinə istinad kimi qəbul ediləcəkdir. Üzv Ölkələr

Komissiyanı bu maddəyə müvafiq olaraq təmin edilmiş

məlumatlarda hər hansı dəyişikliklər olduqda bu barədə 3

ay müddətində məlumatlandıracaq.

FƏSİL II

DAŞQIN RİSKİNİN İLKİN QİYMƏTLƏNDİRİLMƏSİ

Maddə 4

1. Üzv Ölkələr hər bir çay hövzəsi rayonu və ya Maddə

3(2)-də sözügedən idarəetmə vahidi və ya onların

ərazisində yerləşən beynəlxalq çay hövzəsi rayonunun

bir hissəsi üçün bu Maddənin 2-ci bəndinə uyğun

olaraq daşqın riskinin ilkin qiymətləndirilməsinə

başlayacaq.

2. Uzun müddətli gedişə dair, xüsusən də iqlim

dəyişmələrinin daşqının yaranmasına təsirinə dair

məlumatlara və tədqiqatlar barədə əldə edilən

informasiyaya əsaslanaraq potensial riskləri

qiymətləndirmək məqsədilə daşqın riskinin ilkin

qiymətləndirilməsini təmin etmək üçün təşəbbüs

göstərəcək. Qiymətləndirmə ən azı aşağıdakılardan

ibarət olmalıdır:

(a) çay hövzələrinin, sub-hövzələrin sərhədləri və

torpaqdan istifadəni və topoqrafiyanı göstərən

sahilboyu ərazilər də daxil olmaqla çay hövzəsi

rayonunun müvafiq miqyaslı xəritələri;

(b) əvvəllər baş vermiş və gələcəkdə yenə də baş verə

bilən isan sağlamlığına, ətraf-mühitə, mədəni irsə və

təsərrüfat fəaliyyətinə çox mənfi təsir göstərmiş

daşqınların təsviri, o cümlədən onların daşqın həddi və

daşınma marşrutu və onların səbəb olduğu mənfi

təsirlərinin baş verməsi ehtimalının təsviri;

(c) keşmişdə baş vermiş əhəmiyyətli daşqınların təsviri,

burada gələcək oxşar hadisələrin mənfi təsirləri

baxımından təhlili;

və Üzv Ölkələrin xüsusi tələblərindən asılı olaraq

buraya daxil ediləcək:

almaqlagələcək daşqınların isan sağlamlığına, ətrafmühitə,

mədəni irsə və təsərrüfat fəaliyyətinə ola

biləcək mənfi təsirlərin qiymətləndirilməsi.

3. Digər Üzv Ölkələrlə bölüşdürülmüş beynəlxalq çay

hövzələri rayonlarında və ya 3(2) Maddəsində verilmiş

idarəetmə vahidlərində Üzv Ölkələr müvafiq səlahiyyətli

orqanlar arasında müvafiq məlumat mübadiləsinin baş

verməsini təmin edəcək.

4. Üzv Ölkələr daşqın riskinin əvvəlcədən

qiymətləndirilməsini 22 Dekabr 2011-ci ilə kimi

tamamlayacaq.

Maddə 5

1. Maddə 4-də verildiyi kimi daşqın riskinin əvvəlcədən

qiymətləndirilməsi əsasında, Üzv Ölkələr Maddə

3(2)(b)-də verilmiş hər bir çay hövzəsi rayonu və ya

idarəetmə vahidi üçün və ya əraziləri daxilində yerləşən

beynəlxalq çay hövzəsi rayonunun hissəsi üçün həmin

əraziləri güclü daşqın riskinin olduğu və ya daşqınların

baş verəcəyi ehtimal olunan ərazi kimi müəyyənləşdirir.

2. 1-ci bəndə əsasən beynəlxalq çay hövzəsi rayonu

hesab edilən və ya Maddə 3(2)(b)-yə əsasən idarə

etmə vahidi olan digər Üzv Ölkələr ilə bölüşdürülmüş

beynəlxalq aid olan ərazilər əlaqələndirilmiş şəkildə

Üzv Ölkələr arasında baxılacaq.

FƏSİL III

DAŞQIN TƏHLÜKƏSİ VƏ DAŞQIN RİSKİ NİN

XƏRİTƏLƏRİ

Maddə 6

1. 3(2)(b) Maddəsinin 1-ci bəndində verilmiş çay hövzəsi

rayonu və ya idarəetmə vahidi səviyyəsində Üzv

Ölkələr Maddə 5(1)-ə əsasən ərazilər üçün ən uyğun

miqyasda müəyyənləşdirilmiş daşqın təhlükəsi xəritələri

və daşqın riski xəritələri hazırlayacaqlar.

2. Maddə 5-ə əsasən müəyyənləşdirilmiş digər Üzv

Ölkələr ilə bölüşdürülmüş ərazilər üçün daşqın

təhlükəsi xəritələri və daşqın riski xəritələrinin

hazırlanması uyğun Üzv Ölkələr arasında ilkin

informasiya mübadiləsi elementi olacaq.

3. Daşqın təhlükəsi olan ərazilər aşağıdakı ssenariyə

uyğun şəkildə baş verə biləcək daşqınların olduğu

coğrafi əraziləri əhatə edəcək:

(d) Topoqrafiya, su axınlarının vəziyyəti və onların

hidroloji geomorfoloji xarakteristikaları, o cümlədən

subasarların təbii saxlama əraziləri kimi daxil edilməsi,

insanlar tərəfindən hazırlanmış mövcud daşqından

müdafiə infrastrukturlarının səmərəliliyi, məskunlaşmış

ərazilərin vəziyyəti, aktiv təsərrüfat əraziləri və iqlim

dəyişmələrinin daşqınların baş verməsinə təsiri də

daxil olmaqla uzun-müddətli inkişaf da nəzərə

(a) az ehtimala malik olan daşqınlar və ya qorxulu

hadisələrin ssenariləri,

(b) orta ehtimallı daşqın ssenariləri (təkrarlanma dövrü

təxminən ≥ 100 il);

(c) müvafiq yerlərdə baş vermə ehtimalı yüksək olan

daşqınlar,


6.11.2007 AZ Avropa Birliyinin Rəsmi Jurnalı L 288/31

4. 3-cü bənddə istinad edilmiş hər ssenari üçün

aşağıdakı elementlər göstəriləcək:

(a) daşqın həddi;

(b) müvafiq olaraq su dərinliyi və ya su səviyyəsi;

(c) uyğun olan yerlərdə suyun sürəti və ya müvafiq su

axımı.

5. Daşqın riski xəritələri 3-cü bənddə verilmiş daşqın

ssenariləri ilə əlaqədar ola biləcək mənfi nəticələri

aşağıdakı formada əsasən ifadə edəcək:

(a) Potensial təsirə məruz qalmış sakinlərin sayı;

(b) Potensial təsirə məruz qalmış ərazilərin təsərrüfat

fəaliyyətinin növü;

(c) daşqın baş verdiyi halda gözlənilməz çirklənməyə

səbəb ola biləcək və çirklənmənin kompleks qarşısını

alma və nəzarətə (1) dair 24 Sentyabr 1996-cı il tarixli

Şura Direktivinə edilmiş Əlavə I-də verilmiş qurğular və

2000/60/AK Direktivə edilmiş Əlavə IV (1)(i), (iii) və

(v)-də müəyyən olunmuş potensial təsirə məruz qalmış

ərazilər;

(d) ötürülən yüksək çöküntü və süxur qırıntıları ilə dolu

tərkibə malik daşqınların ola biləcəyi ərazilərin

müəyyənləşdirilməsi və çirklənmənin digər mühüm

mənbələri barədə məlumatlar kimi Üzv Ölkələrin

lazımlı hesab etdikləri digər məlumatlar.

6. Üzv Ölkələr qorunmanın yaxşı səviyyədə qorunan

sahil ərazilərdə daşqın təhlükəsi xəritələrinin

hazırlanmasını yalnız 3(a) bəndində verilmiş ssenariyə

əsasən aparılacağına qərar verə bilərlər.

7. Üzv Ölkələr yeraltı sulardan olan daşqınlar üçün

daşqın təhlükəsi xəritələrinin hazırlanmasını 3(a)

bəndində verilmiş ssenariyə əsasən aparılacağına

qərar verə bilərlər.

8. Üzv Ölkələr daşqın təhlükəsi xəritələrinin və daşqın

riski xəritələrinin 22 dekabr 2013-cü ilə qədər

tamamlanmasını təmin edəcəklər.

FƏSİL IV

DAŞQIN RİSKİNİN İDARƏEDİLMƏSİ PLANLARI

Maddə 7

1. Maddə 6-da verilmiş xəritələrin əsasında Üzv Ölkələr

Maddə 5(1)-də müəyyənləşdirilmiş ərazilər

(1) Avropa Şurasının və Parlamentin (AK) No 166/2006 (OJ L 33,

4.2.2006, səh. 1).Əsasnaməsi tərəfindən son olaraq düzəldilmiş

Direktiv OJ L 257, 10.10.1996, səh. 26.

və 13(1)(b) Maddəsində əhatə olunmuş ərazilər üçün

bu Maddənin 2 və 3-cü bəndlərinə uyğun olaraq Maddə

3(2)(b)-də verilmiş çay hövzəsi rayonu və ya idarəetmə

vahidi səviyyəsində uyğunlaşdırılmış daşqın riskinin

idarəedilməsi planı hazırlayacaqlar.

2. Üzv Ölkələr 5(1) Maddəsində göstərilmiş və 13(1)(b)

Maddəsinin əhatə etdiyi ərazilər üçün daşqınların

insanların sağlamlığı, ətraf-mühit, mədəni irs və

təsərrüfat fəaliyyətinə mənfi təsirini azaltmağa və lazım

heab edildikdə, qeyri-struktiv təşəbbüslər və ya

daşqının baş vermə ehtimalının azalması üzrə diqqəti

cəmləşdirərək daşqın riskinin idarəedilməsi üçün

müvafiq məqsədlər hazırlayacaqlar.

3. Daşqın riskinin idarəedilməsi planına 2-ci bəndə uyğun

olaraq qoyulmuş məqsədlərə nail olmaq üçün tədbirlər

və Əlavənin A Hissəsində müəyyənləşdirilmiş

komponentlər daxil olacaq.

Daşqın risklərinin idarəedilməsi planları xərclər və

gəlirlər, daşqın həddi və daşqının hərəkət istiqaməti və

daşqın suyunu saxlama potensialı olan ərazilər,

məsələn, təbii subasarlar, 2000/60/AK Direktivinin 4-cü

Maddəsinin ətraf-mühitlə bağlı məqsədləri, torpaq və

suyun idarəedilməsi, məkani planlaşdırma, torpaq

istifadəsi, təbiətin qorunub-saxlanması, naviqasiya və

liman infrastrukturu kimi mühüm aspektləri nəzərə

alacaq.

Daşqın riskinin idarəedilməsi planları xüsusi çay

hövzələri və ya sub-hövzələri nəzərə alaraq daşqının

qarşısını alma, ondan qorunma, ona hazırlıq, o

cümlədən daşqının qabaqcadan bilinməsi və ilkin

xəbərdarlıq sistemləri üzrə diqqəti cəmləşdirilərək

daşqın risklərinin idarəedilməsinin bütün aspektlərinə

istinad edəcəklər. Daşqın riskinin idarəedilməsi

planlarına həm də davamlı torpaq istifadəsi

təcrübələrinin dəstəklənməsi, suyun saxlanmasının

yaxşılaşdırılması, həm də daşqın hadisəsi hallarında

müəyyən ərazilərdə daşqınların tənzimlənməsinin

yaxşılaşdırılması daxildir.

4. Həmrəylik naminə, tədbirlər Maddə 8-in çərçivəsində

Üzv Ölkələr arasında uyğunlaşdırılmayana və

razılaşdırılmış həll yolu tapılmayana qədər bir ölkədə

təsis edilmiş daşqın risklərinin idarəedilməsi planlarına

təsirinə və həddinə görə digər ölkələrin həmin çay

hövzəsində və ya sub-hövzəsində aşağı və ya yuxarı

axınlarda daşqın risklərini əhəmiyyətli dərəcədə artıran

tədbirlər daxil edilməyəcək.

5. Üzv Ölkələr 22 Dekabr 2015-ci ilə qədər daşqın riskinin

idarəedilməsi planlarının tamamlanmasını və nəşr

edilməsini təmin edəcəklər.

Maddə 8

1. Maddə 3(2)(b)-də verilmiş tamamilə öz ərazi daxilinə

düşən çay hövzəsi rayonları və ya idarəetmə vahidləri

üçün Üzv Ölkələr vahid daşqın riskinin idarəedilməsi

planı və ya çay hövzəsi rayonunda uyğunlaşdırılmış

daşqın riskinin idarəedilməsi planlarının yaradılmasını

təmin edəcək.


L 288/32 AZ Avropa Birliyinin Rəsmi Jurnalı 6.11.2007

2. 3(2)(b) Maddəsinə aid olan beynəlxalq çay hövzəsi

rayonu və ya idarəetmə vahidi, tamamilə Birliyin

daxilinə düşdükdə, Üzv Ölkələr vahid beynəlxalq

daşqın riskinin idarəedilməsi planı və ya çay hövzəsi

rayonunda uyğunlaşdırılmış daşqın riskinin

idarəedilməsi planlarının hazırlanması məqsədilə

əlaqələndirməni təmin edəcək. Bu kimi planlar

hazırlanmayan yerlərdə Üzv Ölkələr imkan daxilində

beynəlxalq çay hövzəsi rayonu səviyyəsində

uyğunlaşdırılacaq və onun öz ərazilərinə düşən

beynəlxalq çay hövzəsi rayonunun daşqın riskinin

idarəedilməsi planlarını hazırlayacaqlar.

3. 3(2)(b) Maddəsinə aid olan beynəlxalq çay hövzəsi

rayonu və ya idarəetmə vahidinin Birliyinin

sərhədlərindən kənara çıxdığı yerlərdə Üzv Ölkələr

beynəlxalq çay hövzəsi rayonu səviyyəsində

beynəlxalq daşqın riskinin idarəedilməsi planı və ya

çay hövzəsi rayonunda uyğunlaşdırılmış daşqın

riskinin idarəedilməsi planlarını hazırlamağa cəhd

edəcəklər; bu mümkün olmayan yerlərdə bənd 2 ərazi

daxilinə düşən beynəlxalq çay hövzəsinin hissələri

üçün tətbiq ediləcək.

4. Sub-hövzəni bölən ölkələr lazım olanda beynəlxalq

sub-hövzələr səviyyəsində uyğunlaşdırılmış daha

təfərrüatlı daşqın risklərinin idarəedilməsi planları 2 və

3-cü bəndlərə aid olan daşqın riskinin idarəedilməsi

planlarına əlavə ediləcək.

5. Üzv Ölkələr öz sularının daşqın riskinin

idarəedilməsinə təsir edən problemi müəyyən edirsə

və əgər bu problem həmin Üzv Ölkə tərəfindən həll

edilə bilməzsə, o, problem barədə Kommissiyaya və

digər əlaqəli Üzv Ölkəyə məlumat verəcək problemi

nAKə həll etmək mümkün olduğu barədə təkliflər verə

və çıxış edə bilər.

Kommissiya Üzv Ölkələr tərəfindən olan istənilən

hesabata və zəmanətə altı ay müddətində cavab

verməlidir.

FƏSİL V

2000/60/AK SAYLI DİREKTİVİ İLƏ

ƏLAQƏLƏNDİRMƏ, İCTİMAİ İNFORMASİYA VƏ

KONSULTASİYA

Maddə 9

Üzv Ölkələr 2000/60/AK Direktivinin 4-cü Maddəsində

verilmiş ətraf-mühitlə bağlı məqsədləri nəzərə alaraq və

onun səmərəliliyin artırılması, informasiya mübadiləsi və

birgə nailiyyətlərə nail olmağa dair bəndlərinin tətbiqi üçün

mövcud imkanlara diqqətini cəmləşdirərək, bu Direktivin və

2000/60/AK saylı Direktivin tətbiqini əlaqələndirmək üçün

müvafiq addımlar atacaq. Xüsusən də:

1. ilkin daşqın təhlükəsi xəritələrinin və daşqın riski

xəritələrinin yaradılması və onların sonrakı təhlili bu

direktivin 6 və 14-cü Maddələrinə əsaslanaraq elə

aparılacaq ki, onlarda saxlanılan informasiya

2000/60/AK Direktivində təqdim olunmuş

informasiyaya uyğun olsun. Bu Direktivlər

əlaqələndiriləcək və onlar 2000/60/AK saylı Direktivin

5(2)-ci maddəsində nəzərdə tutulmuş təhlillərə uyğun

şəkildə aparılacaq;

2. bu direktivin 7 və 14-cü maddələrinə əsaslanaraq ilkin

daşqın təhlükəsi xəritələrinin və daşqın riski

xəritələrinin yaradılması və onların sonrakı təhlili

2000/60/AK saylı Direktivin 13(7)-ci Maddəsində

nəzərdə tutulan çay hövzəsi idarəetmə planlarının təhlili

ilə uyğun şəkildə aparılacaq və ola bilsin ki, onlarla

birləşdiriləcək;

3. Bu Direktivin 10-cu Maddəsinə əsasən bütün maraqlı

tərəflərin aktiv şəkildə cəlb edilməsi müvafiq olaraq

2000/60/AK Direktivinin 14-cü Maddəsinə əsasən

tərəflərin aktiv şəkildə cəlb edilməsinə

əlaqələndiriləcək.

Maddə 10

1. Birlliyin müvafiq qanunvericiliyinə müvafiq olaraq Üzv

Ölkələr daşqın riskinin əvvəlcədən qiymətləndirilməsini,

daşqın təhlükəsi xəritələrini, daşqın riski xəritələrini və

daşqın risklərinin idarəedilməsi planını ictimaiyyət üçün

açıq edəcəklər.

2. Üzv Ölkələr maraqlı tərəflərin Fəsil IV-ə aid olan daşqın

riskinin idarəedilməsi planlarının yaradıılması, təhlili və

yenilənməsinə aktiv şəkildə cəlb edilməsini artıracaq.

FƏSİL VI

İCRA TƏDBİRLƏRİ VƏ DÜZƏLİŞLƏR

Maddə 11

1. Kommissiya 12(2) Maddəsindəki tənzimləmə

prosedurlarına uyğun olaraq məlumatın, o cümlədən

statistik və kartoqrafik məlumatların emalı və

Kommissiyaya ötürülməsi məqsədilə texniki formatlar

qəbul edə bilər. Texniki formatlar mövcud standartları,

eləcə də Birliyin müvafiq aktına əsasən yaradılmış

formatları nəzərə alaraq Maddə 4(4), 6(8) və 7(5)-də

göstərilmiş tarixdən iki il öncədən qəbul edilməlidir.

2. Kommissiya təhlil və yeniləmə üçün müddəti nəzərə

alaraq Əlavəni elmi və texniki tərəqqiyə uyğunlaşdıra

bilər.

Direktivin qeyri-zəruri elementlərini düzəltmək üçün

hazırlanan bu tədbirlər 12(3) Maddəsinə aid olan

yoxlama tədbirləri olan tənzimləyici prosedurlara uyğun

olaraq qəbul ediləcək.

Maddə 12

1. Kommissiyaya 2000/60/AK saylı Direktivin 21-ci

Maddəsinə əsasən yaradılmış komitə tərəfindən kömək

ediləcək.

2. Bu bəndə istinad edildikdə 1999/468/AK saylı Qərarın

5və 7-ci Maddələri Maddə 8-i nəzərə alaraq tətbiq

ediləcək.

1999/468/AK saylı Qərarın 5(6) Maddəsində verilən

müddət 3 ay ərzində müəyyənləşdiriləcək.


6.11.2007 AZ Avropa Birliyinin Rəsmi Jurnalı L 288/33

3. Bu bəndə istinad edildikdə 1999/468/AK saylı

Qərarın 5a(1)- (4) və 7-ci Maddələri Maddə 8-i

nəzərə alaraq tətbiq ediləcək.

FƏSİL VII

MÜVƏQQƏTİ TƏDBİRLƏR

Maddə 13

1. Üzv Ölkələr o çay hövzələri, sub-hövzələr və ya

sahilboyu ərazilər üçün Maddə 4-ə aid olan daşqın

riskinin əvvəlcədən qiymətləndirilməsini təmin

etməmək qərarı verə bilər, harada ki onlar ya:

(a) artıq riskin qiymətləndirilməsinin 22 Dekabr 2010-cu

ilə qədər yekunlaşdırılmasını öhdəsinə götürüblər ki,

ya əhəmiyyətli dərəcədə potensial daşqın riski

mövcuddur ya da 5(1) Maddəsinə aid ərazilər

arasında tanınmasına aparıcı ola bilməsi hesab

oluna bilər, yaxud

(b) 22 Dekabr 2010-cu ilə qədər Direktivin müvafiq

göstərişinə uyğun olaraq daşqın təhlükəsi xəritələri

və daşqın riski xəritələri hazırlamağa qərar veriblər.

2. Xəritələr Maddə 6-nın tələblərinə uyğun olan

məlumatları təmin etdikdə, Üzv Ölkələr daşqın

təhlükəsi xəritələri və daşqın riski xəritələrinin

istifadəsinin 22 Dekabr 2010-cu ilə qədər

bitirilməsinə qərar verə bilər.

3. Planların tərkibi Maddə 7-də müəyyənləşdirilmiş

tələblərlə eyni olarsa, Üzv Ölkələr daşqın təhlükəsi

xəritələri və daşqın riski xəritələrinin istifadəsinin 22

Dekabr 2010-cu ilə qədər bitirilməsinə qərar verə

bilər

4. 1,2 və 3-cü bəndlər Maddə 14-ə zərərsiz şəkildə

tətbiq ediləcək.

FƏSİL VIII

TƏHLİLLƏR, HESABATLAR VƏ YEKUN

QƏRARLAR

Maddə14

1. Daşqın riskinin əvvəlcədən qiymətləndirilməsi və

ya 13(1) Maddəsinə aid qiymətləndirmə və

qərarlar təhlil ediləcək və lazım olarsa, 22

Dekabr 2018-ci ilə qədər uyğun olaraq hər altı

ildən bir yenilənəcək.

2. Daşqın təhlükəsi xəritələri və daşqın riski

xəritələri təhlil ediləcək və lazım olarsa, 22

Dekabr 2019-ci ilə qədər uyğun olaraq hər altı

ildən bir yenilənəcək.

3. Daşqın riskinin idarəedilməsi planı təhlil ediləcək

və lazım olarsa, Əlavənin B hissəsindəki

komponentlər də daxil olmaqla 22 Dekabr 2021-

ci ilə qədər uyğun olaraq hər altı ildən bir

yenilənəcək.

4. İqlim dəyişmələrinin daşqının baş verməsinə

ehtimal olunan təsiri 1 və 3-cü bəndlərə aid olan

təhlillərdə nəzərə alınacaq.

Maddə 15

1. Üzv Ölkələr Maddə 4, 6 və 7 yə aid olan daşqın

riskinin əvvəlcədən qiymətləndirilməsi, daşqın

təhlükəsi xəritələri,daşqın riski xəritələri və daşqın

riskinin idarəedilməsi planları, həm də onların təhlili

lazım olan yerlərdə onların Kommissiya üçün 4(4),

6(8), 7(5) və 14-cü Maddələrdə müvafiq olaraq

göstərilən tarixlərdən sonra 3 ay ərzində

yenilənməsini təmin edəcəklər.

2. Üzv Ölkələr 13(1), (2) və (3) Maddələrinə uyğun

olaraq verilmiş qərarlar barədə Kommissiyanı

məlumatlandıracaqlar və 4(4), 6(8) və 7(5)-ci

Maddələrində uyğun olaraq göstərilmiş tarixlərə

qədər müvafiq məlumatı təqdim edəcəklər.

Maddə 16

Kommissiya 22 Dekabr 2018-ci ilə qədər müvafiq

olaraq hər altı ildən bir bu Direktivin icrası üzrə

hesabatı Avropa Parlamentinə və Şuraya təqdim

edəcək. Bu hesabatın hazırlanmasında iqlim

dəyişikliyinin təsirləri nəzərə alınacaq.

Maddə 17

1. Üzv Ölkələr bu Direktivə tabe olan qanunları,

əsasnamələri və administrativ qərarları 26 Noyabr

2009-cu ilə qədər qüvvəyə mindirəcək. Onlar

Kommissiyanı dərhal məlumatlandıracaqlar.

Onlar Üzv Ölkələr tərəfindən qəbul edildikdə bu

tədbirlər bu Direktivə istinad edəcək və ya onlar

rəsmi surətdə nəşr olunduqda bu kimi araşdırmalarla

müşahidə ediləcəklər. Belə araşdırmaların

aparılması üsulları Üzv Ölkələr tərəfindən

müəyyənləşdiriləcək.

2. Üzv Ölkələr bu Direktivdə əhatə olunmuş sahədə

qəbul etdikləri milli qanunun əsas göstərişlərinin

mətnini Kommissiyaya verəcəklər.

Maddə 18

Bu Direktiv Avropa Birliyinin Rəsmi Jurnalında nəşr

olunmasının 20-ci günündə qüvvəyə minəcək.

Maddə 19

Bu Direktiv Üzv Ölkələrə ünvanlanıb.

Strasburqda edilib, 23 October 2007.

Avropa Parlamenti üçün

Prezident

H.‐G. PÖTTERING

____

Şura üçün

Prezident

M. LOBO ANTUNES


L 288/34 AZ Avropa Birliyinin Rəsmi Jurnalı 6.11.2007

ƏLAVƏ

A. Daşqın risklərinin idarəedilməsi planları

I. İlkin daşqın riskinin idarəedilməsi planının komponentləri:

1. Fəsil II-də tələb olunana müvafiq olaraq, daşqın riskinin əvvəlcədən qiymətləndirilməsinin nəticələri,

hansı ki, 3(2)(b) Maddəsinə aid hövzəsi rayonunun, yaxud idarəetmə vahidinin icmal xəritəsi formasında

göstərilmişdir, burada ərazilər Maddə 5(1)-ə müvafiq olaraq ayrılmışdır və bu daşqın riskinin

idarəedilməsi planının əsas mövzusudur;

2. fəsil III-ə əsasən və ya artıq Maddə 13-ə müvafiq olaraq hazırlanmış daşqın təhlükəsi xəritələri və daşqın

riski xəritələri və o xəritələrdən çıxarıla biləcək nəticələr;

3. 7(2) Maddəsinə uyğun olaraq müəyyənləşdirilmiş daşqın riskinin idarəedilməsinin uyğun vəzifələrinin

təsviri;

4. daşqın riskinin idarə olunmasının müvafiq məqsədlərinə nail olmaq üçün görüləcək tədbirlərin icmalı və

ardıcıllığı, o cümlədən Maddə 7-yə müvafiq olaraq görülmüş və Birliyin digər aktlarına, o cümlədən ətrafmühit

(1) üzrə müəyyən ictimai və özəl layihələrin təsirlərinin qiymətləndirilməsi üzrə 27 İyun 1985-ci il

tarixli 85/337/EAK saylı və təhlükəli maddələrin (2) də daxil olduğu başlıca qəza təhlükələrinə nəzarət

üzrə 9 Dekabr 1996-ci il tarixli 96/82/AK saylı Şura Direktivlərinə, ətraf-mühit (3) üzrə müəyyən plan və

proqramların təsirinin qiymətləndirilməsi üzrə Avropa Parlamentinin 2001/42/AK saylı və Şuranın 27 İyun

2001 tarixli Direktivinə və 2000/60/AK Direktivinə əsasən daşqınla əlaqədar tədbirlər ;

5. ortaq hövzələr və sub-hövzələr üçün müvafiq Üzv Ölkələr tərəfindən müəyyənləşdirilmiş

metodologiyanın və transmilli təsirlərə malik olan tədbirlərin qiymətləndirilməsində istifadə olunan xərcmənfəət

analizlərinin təsviri.

II. Planın icrasının təsviri:

1. planın yerinə yetirilməsində ardıcıllığın və irəliləyişlərin yoxlanılması üsullarının təsviri;

2. görülmüş ictimai məlumatlandırma və konsultasiya tədbirlərinin xülasəsi ;

3. səlahiyyətli orqanların siyahısı və müvafiq olaraq, istənilən beynəlxalq çay hövzəsi rayonu daxilində

uyğunlaşma prosesinin və 2000/60/AK saylı Direktiv ilə koordinasiya prosesinin təsviri .

B. Daşqın riskinin idarəedilməsi planlarının sonrakı yenilənmə elementləri:

1. Maddə 14-ə müvafiq olaraq aparılmış təhlillərin yekunu da daxil olmaqla, daşqın riskinin idarəedilməsi

planının əvvəlki versiyasının nəşrindən sonra olan hər hansı dəyişikliklər və ya yeniliklər;

2. Maddə 7(2)-yə aid məqsədlərə nail olmaq üçün edilmiş irəliləyişlərin qiymətləndirilməsi;

3. icrası planlaşdırılmış, lakin hələ başlanmamış daşqın riskinin idarəedilməsi planının əvvəlki versiyasında

əvvəlcədən görülmüş istənilən tədbirlərin təsviri və izahı

4. daşqın riskinin idarəedilməsi planının əvvəlki versiyasının nəşrindən sonrakı hər hansı əlavə tədbirlərin

təsviri.

(1) Avropa Parlamenti və Şura nın 2003/35/AK Direktivi tərəfindən son olaraq düzəldilmiş DirektivOJ L 175, 5.7.1985, səh. 40. (OJ L 156,

25.6.2003, səh. 17).

(2) Avropa Parlamenti və Şura nın 2003/105/AK Direktivi tərəfindən son olaraq düzəldilmiş Direktiv OJ L 10, 14.1.1997, səh. 13. (OJ L 345,

31.12.2003, səh. 97).

(3) OJ L 197, 21.7.2001, səh. 30.

More magazines by this user
Similar magazines