11.07.2015 Views

maliyyə menecmentinin konseptual əsasları - Journal of Qafqaz ...

maliyyə menecmentinin konseptual əsasları - Journal of Qafqaz ...

maliyyə menecmentinin konseptual əsasları - Journal of Qafqaz ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

MALİYYƏ MENECMENTİNİN KONSEPTUAL ƏSASLARISərvər ABBASOVAzərbaycan Dövlət İqtisad UniversitetiBakı / AZƏRBAYCANXÜLASƏMaliyyə menecmenti müstəqil sistemləşdirilmiş elmi‐praktiki istiqamət kimi təsərrüfat subyektlərininətraf mühit konteksində müəyyən xüsusiləşməsini, fəaliyyət prosesində baş verən əlaqə və münasibətlərineyniləşdirilməsini nəzərdə tutur. Maliyyə menecmentinin konseptual əsaslarını bir‐birilə qarşılıqlı əlaqəlisəkkiz elementlərdən ibarət olan model şəklində təqdim etmək məqsədəuyğundur: iştirakçıların maraqları;maliyyənin idarə edilməsi sisteminin məqsədlərinin ierarxiyası; kateqoriya sistemi; baza konsepsiya sistemi;maliyyə prosesləri; elmi‐praktiki instrumentariya (metodlar, modellər, üsullar və alətlər); maliyyəmexanizmləri; təminedici alt sistemləri. Məqalədə maliyyə menecmentinin konseptual əsasları və maliyyəmenecerinin funksiyaları ətraflı şərh olunur.Açar sözlər: maliyyə menecmenti, maliyyə mexanizmləri, təminedici alt sistemləriCONSEPTUAL BASICS OF FINANCIAL MANAGEMENTSUMMARYFinancial Management is the freely systematic organization that as a scientific‐practical direction enlightsthe matters and co‐ordinations occur during the process. It’s obvious to show the conceptual basics of theFinancial Management as a eight pointed model: presenter’s desires, aimful ierarchy of Finance managing,category system, stock conseptial system, financial processes, scientific instumantation (methods, models,means and tools) financial mechanizms and equipped under systems. It’s also usefull to say that the articlehas quietly shown conceptual basics of the financial management and financial manager’s functions.Key words: finance managing, financial mechanizms, equipped under systemsMaliyyə menecmentinin müstəqil sistemləşdirilmişelmi‐praktiki istiqamət kimiformalaşmasına biznesin idarə edilməsindəyaranmış meyllərin reallığına alimlərinvə praktiklərin təbii reaksiyası səbəb olmuşdur.Biznesin idarə edilməsindəkimeyllər maliyyə resursları və bazarlarınınəhəmiyyətinin artması, onların qloballaşması,biznesin beynəlmilləşnəsinin güclənməsivə iri transmilli şirkətlərin inkişafıilə şərtlənir. Bu reallıq, hər şeydənəvvəl, xüsusi kapitalın idarə edilməsi metodlarınınümumiləşdirilməsini və inkişafınıvurğulayan maliyyənin neoklassiknəzəriyyəsinin təşəkkülünə gətirib çıxarmışdır.Maliyyənin neoklassik nəzəriyyəsi kapitalbazarlarının inkişaf qanunauyğunluqlarınıvə onların iştirakçılarının davranışməntiqi və prinsiplərini nəzəri cəhətdənəsaslandırır. Bazar iqtisadiyyatı şəraitindəbu istiqamətin əsas sistemyaradıcı elementiolan müəssisə kapital bazarı ilə bilavasitəmünasibətdə fəaliyyət göstərir.Lakin firmanın maliyyə fəaliyyətinin ida‐142Journal of Qafqaz University

Maliyyə Menecmentinin Konseptual Əsaslarırə edilməsi təkcə maliyyə bazarlarındakıəməliyyatlardan ibarət deyil. Çünki maliyyəbazarlarındakı əməliyyatlar pulaxınları, investisiya, borc‐istiqraz əməliyyatlarınınidarə edilməsi üzrə aparılanmüxtəlif növ əməliyyatların yalnız birhissəsidir. Məhz bu vəziyyət maliyyə menecmentininnəzəri əsaslarının işlənilməsiüçün əsas olmuş üç elmin: maliyyəninneoklassik (müasir) nəzəriyyəsi, mühasibatuçotu və idarəetmənin ümumi nəzəriyyəsininbirləşməsindən müstəqil elmivə praktiki istiqamət kimi formalaşmışdır.Maliyyə menecmenti bəzi təsərrüfat subyektlərininmaliyyəsinin idarə edilməsibarədə elm kimi həmin subyektin ətrafmühit konteksində müəyyən xüsusiləşməsini,onun fəaliyyət prosesində baş verənəlaqə və münasibətlərin eyniləşdirilməsininəzərdə tutur. Makroiqtisadi səviyyədənmaliyyə axınları müəyyən məntiqətabe olurlar, onların savadlı idarəedilməsi isə həmin məntiqi başa düşməyəimkan verən bəzi obyektiv mövcud konseptualprinsipləri bilməyi tələb edir.Məhz müasir maliyyə nəzəriyyəsi çərçivəsindəmaliyyə menecmentinin təsərrüfatsubyektlərinin maliyyəsinin idarə edilməsimetodologiyası ilə izah olunan, maliyyəninidarə edilməsi elminin əsas kateqoriyalarıilə səciyyələnən, idarəetməməqsədi üçün istifadə olunan ayrı‐ayrıüsulları, metodları və alətləri işləyib hazırlayan,onların nəzəri əsaslandırılmasınıverən çoxlu baza konsepsiyaları formalaşmışdı.Müəssisə bir tərəfdən çoxlu alt sistemlərdən(onlardan biri maliyyə menecmentidir)ibarət olan mürəkkəb sistemi ifadəedir, digər tərəfdən isə daha yüksək nizamlısistemin tərkib hissəsi sayılır. Mexanikisistemdən fərqli olaraq müəssisəsosial‐iqtisadi sistem kimi çoxlu eyni tiplivə öz‐özünə əmələgələn, çox vaxt formalaşmayanfəaliyyət aspektləri olur, məntiqihansıki idarəetmənin ümumi nəzəriyyəsiçərçivəsində izah edilir. Fransa sahibkarıvə alimi Anri Fayol idarəetmənin beşümumi funksiyasının ayrılmasını məqsədəuyğunhesab etmişdir: planlaşdırma,təşkil, sərəncamvermə, kordinasiya və nəzarət.Əgər A.Fayolun təklifini əsas götürsək,onda ümumi funksiyalardan hərbiri idarəetmə prosesinin ayrı‐ayrı mərhələlərilətəcəssüm oluna bilər, onların ardıcıldəyişilməsi isə qapalı idarəetmə tsikliniyaradır.Istənilən müəssisə üçün əsas problemlərdənbiri maliyyələşmənin stabil mənbələrinintəmin edilməsidir. Pul ifadəsindəmaliyyə resursları praktiki olaraq toplanılmır;onlar təcili surətdə işə yatırılır.Bununla belə az, yaxud çox həcmdə pulvəsaitlərinə tələbat mütəmadi baş verir.Buna üç əsas səbəb göstərmək olar: birincisi,cəlbedici yeni investisiya imkanları;ikincisi, ödəniş‐hesab intizamının pozulmasıilə şərtlənən cari hesablamaların yerinəyetirilməsində kənarlaşma, üçüncüsü,pul vəsaitlərinin iri plan tapşırıqlarınınicrasına hazır olmaması. Bir qaydaolaraq artıq pul vəsaiti olmur. Ona görədə qeyd edilən çətin vəziyyətlərdə müəssisəmaliyyələşdirmənin qısa, yaxuduzunmüddətli mənbələrini axtarıb tapmaqməcburiyyətində qalır. Maliyyə mənbələriüzrə qərar qəbul edərkən plan‐analitikfunksiyanın rolunu nəzərə almaq lazımdır.Hətta uğurla işləyən müəssisə investisiyalaşdırmaproblemi ilə üzləşir. Söhbətxüsusi bazanın inkişafı haqqında gedir,yəni istehsal güclərinin genişləndirilməsiməqsədilə mənfəətin investisiyalaşdırıl‐Number 20, 2007 143

Sərvər Abbasovması, biznesin digər sferalarında və maliyyəaktivlərində investisiyalaşdırma barədəgedir. Biznesin yeni sferalarının investisiyalaşdırılmasımüəssisənin əsasməhsuluna tələbin azalması ilə şərtlənənmüvəqqəti tənəzzülün nisbətən zərərsizötüşməsinə imkan verən biznesin ağıllıdiversifikasiyası ideyasının reallaşdırılmasınıifadə edir. O ki, qaldı maliyyə investisiyasınadividend və faizi gəliri almağaimkan verən investisiya portfelininformalaşması başa düşülür. Investisiyaportfelinin formalaşması emitentlərin investisiyacəlbediciliyini nəzərdə tutur.Bazar şəraitində müəssisə yalnız stabilmənfəət əldə etmək şərtilə dayanaqlı fəaliyyətgöstərə bilər. Bunun üçün müəssisəfəaliyyətini elə təşkil etməlidir ki, alınangəlir çəkilən xərci üstələsin. Istənilən gəliröz təbiətinə görə risklidir, çünki əgərbiznes sferası cəlbedicidirsə, onda rəqibora mütləq daxil olmağa cəht edir. Onagörə də biznes‐planda gələcəkdə də mənfəətinalınması imkanları əsaslandırılmalıdır.Belə şəraitdə perspektiv təhlil çoxvacibdir, onun nəticəsində bazarda vəziyyətinəsaslandırılmış proqnozunu verməkvə mümkün neqativ amillərə qarşı qabaqcadanəməli tədbirlər işləyib hazırlamaqolar. Petrospektiv təhlil əhəmiyyətlidir,onun nəticəsində plan tapşırıqlarındankənarlaşmaların səbəblərini aydınlaşdırmaqmümkündür.Tərəfdaşların (malgöndərənlərin, alıcıların)seçilməsinə görə məsuliyyət müəssisəninüzərinə düşür. Belə situasiyadamövcud, yaxud potensial kontragentinmaliyyə vəziyyətini qiymətləndirmək bacarığınınolması çox əhəmiyyətlidir, çünkiburaxılan səhv həm istehsalın ahəngdarlığına,həm də maliyyə nəticələrinə mənfitəsir göstərə bilər. Məhz bu baxımdanmüəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsimetodikası müstəsna roloynayır.Idarəetmənin ümumi funksiyalarının qarşılıqlıfəaliyyət məntiqinin təsviri həmbütövlükdə müəssisəyə, yəni sosial‐iqtisadisistemə, həm də onun ayrı‐ayrı komponentlərinəşamil ediləndir.Məqsədi pul axınlarını optimallaşdırmaqolan maliyyənin idarə edilməsi sisteminəikisəviyyəli model kimi baxmaq məqsədəuyğundur:− makrosəviyyə – dövlətin və yerli idarəetməorqanlarının maliyyələrinin idarəedilməsi;− mikrosəviyyə – təsərrüfat subyektlərininmaliyyələrinin idarə edilməsi.Makrosəviyyədə maliyyənin idarə edilməsininəsas vəzifəsi dövlət və bələdiyyəbüdcələri və kreditlərini idarə etmək, monitarvə fiskal siyasəti həyata keçirməkdir.Makrosəviyyədə maliyyənin idarə edilməsininməntiqi və prinsipləri sahibkarsektorunun, yəni təsərrüfat subyektlərininmaliyyəsinin idarə edilməsində bazaparametrlərini və məhdudiyyətləri müəyyənləşdirirlər.Bununla belə istənilən müəssisəbəzi sistemləri, təsərrüfat subyektlərininmaliyyəsinin idarə olunması sistemininkonseptual əsasları kimi təsnifləşdirilənmüəyyən standartlar və qaydalarınnəzəri ümumiləşdirilməsi üzrə həyatakeçirilən maliyyənin idarə olunmasını ifadəedir. Sözsüz ki, təsərrüfat subyektləriçoxlu parametrlərinə: fəaliyyət növlərinə,müəssisənin ölçüsünə, aktivlərin strukturuna,maliyyə strukturuna vü s. görə fərqlənirlərki, bu da hər bir konkret müəssisədəmaliyyənin idarə edilməsi sisteminəbilavasitə təsir edir, lakin onunfəaliyyət məntiqi variantsız olaraq qalır.144Journal of Qafqaz University

Maliyyə Menecmentinin Konseptual ƏsaslarıMəhz bu məntiqin təsviri elmi istiqamətkimi maliyyə menecmentinin məzmununuzənginləşdirir; bununla belə onun digərtərəfi – maliyyənin idarə edilməsininmetod və üsullarının praktiki realizasiyasımövcuddur. Başqa sözlə, maliyyəmenecmentini həm elmi, həm də praktikiaspektdən xarakterizə etmək olar. Birincihalda söhbət bu elmi istiqamətin konseptualəsaslarının təsviri, ikinci halda isətəsərrüfat subyektinin maliyyəsinin idarəedilməsinin konkret metod və üsullarıbarədə gedir.Maliyyə menecmentinin mahiyyəti mümkünnəticənin alınması məqsədilə maliyyəaxınlarını optimallaşdırmaqdan ibarətdir.Çoxlu axınların, xüsusilə müəssisəyə kənardandaxil olanların rəqs etməsi, birqayda olaraq, maliyyə müqavilələri şəklindətərtib olunmuş bəzi maliyyə münasibətlərininqurulmasının nəticəsidir.Axının iki əsas xarakteristikası olur: axınınəvvəli, yəni maliyyə resursları haradanalınmışdır; axının sonu, yəni bu resurshara yatırılıb. Bundan başqa, nəqədərkiaxınların çoxluğu və qarşılıqlı əvəzolunması vardır, maliyyə menecmentiçərçivəsində həm yaranma mənbələri üzrə,həm də investisiyalaşdırma variantlarıüzrə axınların optimal strukturu barədəməsələ ortaya qoyulur. Beləliklə, maliyyəmenecmenti maliyyə mexanizmləri, resurslar,maliyyələşmə mənbələri, maliyyənəticələri, cari pul axınları kimi baza elementlərinəayrılır.Maliyyə menecmentinin konseptual əsaslarıdedikdə əhatə olunan siyasi‐iqtisadimühit kontekstində təsərrüfat subyektininmaliyyə fəaliyyətinin idarə edilməsisisteminin fəaliyyət məntiqi, strukturu vəprinsiplərini müəyyənləşdirən nəzəri biliklərinməcmusu başa düşülür.Maliyyə menecmentinin konseptual əsaslarını(CFjm) qarşılıqlı əlaqəli səkkiz elementlərdənibarət olan model şəklindətəqdim etmək məqsədəuyğundur 1 :CFjm = {S1, OT, SC, BC, FP, MM, SS},harada,S1 – iştirakçıların maraqları;OT – maliyyənin idarə edilməsi sistemininməqsədlərinin ierarxiyası;SC – kateqoriya sistemi;BC – baza (fundamental) konsepsiya sistemi;FP – maliyyə prosesləri;MM – elmi‐praktiki instrumentariya (metodlar,modellər, üsullar və alətləri);FM – maliyyə mexanizmləri;SS – təminedici altsistemləri.İştirakçıların maraqları. Təsərrüfat subyektiinsan amilinin mütləq və üstün iştirakıilə resursların məcmusu kimi müəyyənedilən sosial‐iqtisadi sistemi ifadəedir. Bu sistem təcrid edilmiş halda deyil,ətraf mühitin təsiri altında fəaliyyət göstərir,ona kapital göndərənlər, cari fəaliyyətiştirakçıları, dövlət və açıq orqanları,şirkətin işçiləri və sair maraqlı şəxslərdaxildir.Məqsədlərin ierarxiyası. Müəssisə maliyyəsininidarə edilməsi sistemi elə şəkildəqurulmalıdır ki, həm maraqlı şəxslərinməqsədli göstərişlərinin rəqabətliliyinintəmin edilməsi, həm də vaxt və strukturtəşkilediciləri üzrə müəssisənin məqsədligöstərişlərinin nizama salınması və razılaşdırılmasıkimi kontekstdə onun harmoniyasıhaqqında danışıla bilsin.Maliyyə menecmentinin kateqoriya sisteminəamil, model, stavka, faiz, diskont, maliyyəaləti, pul axını, risk, gəlir və s. aiddir.1Ковалев В.В. Финансовый менеджмент: теорияи практика – М.: ТК Велби, Изд‐во Проспект,2006, с. 90Number 20, 2007 145

Sərvər AbbasovBaza konsepsiyası maliyyə menecmentininməntiqini və praktikada onun tətbiqimetodları və üsullarının istifadəsini müəyyənləşdirir.Maliyyə prosesləri. Maliyyənin idarə edilməsiiki eyni proseslərin səfərbəretmə,yəni vəsaitlərin cəlb edilməsi və onlarınaxınlar və investisiyalaşdırma, yəni vəsaitlərinqoyuluşu və onların axınları münasibətindəqəbul edilən qərarların sonsuzəvəz edilməsi şəklində reallaşdırılır.Elmi‐praktiki instrumentariya (apparat) –təsərrüfat subyektlərinin maliyyə fəaliyyətininidarə edilməsinin ümumi elmi vəkonkret elmi üsullarının məcmusudur.Bazar iqtisadiyyatında maliyyə mexanizmlərininəsas növləri maliyyə bazarları,instituları və alətləri hesab edilir.Təminedici sistemlər. Maliyyə menecmentininkonseptual əsaslarının bu elementionun praktiki reallaşdırılması imkanlarınımüəyyənləşdirir.Maliyyə menecmenti elm kimi müasirmaliyyə nəzəriyyəsi və maliyyə bazarlarındakımeyllərin mahiyyətini, maliyyəxarakterli qərarlarən qəbul edilməsi məntiqini,kəmiyyət təhlilinin bu və ya digərmetodlarının tətbiqinin əsaslandırılmasınıbaşa düşmək üçün xidmətedici metodolojiəsas çərçivəsində hazırlanmış fundamentalkonsepsiyalara əsaslanır. Konsepsiyahər hansı təzahürlərin şərhi üçünəsas ideyaları ifadə edən, onların başadüşülməsinin, traktovkasının müəyyənüsuludur.Maliyyə menecmentinin fundamental konsepsiyalarınapul axınları konsepsiyasını;pul resurslarının müvəqqəti dəyərini; riskvə gəlir arasında kompromisi; əməliyyatvə maliyyə risklərini; kapitalın dəyərini;kapital bazarının effektivliyini; informasiyanınasimmetrikliyini (uyğunsuzluğu);agentlərin münasibətini; alternativ xərcləri;təsərrüfat subyektinin fəaliyyətininmüvəqqəti qeyri‐məhdudluğunu; təsərrüfatsubyektinin əmlak və hüquqi ayrılmasınıaid etmək olar.Müəssisənin əsas məqsədi səhmdarınmülkiyyətini maksimumlaşdırmaq vəonun nəticəsində müəssisənin kapitallaşmışdəyərini, yaxud bazar dəyərini maksimumartırmaqdır. Bu nöqteyi‐nəzərmülkiyyətçinin prinsipi adlanır, çünkimüəssisəni zəruri maliyyə resursları ilətəmin edən səhmdarların maraqlarındamüəssisənin mövcudluğunu qoruyub saxlamaqdurur. Bu prinsip o zəminə əsaslanırki, səhmdarlar bu müəssisəni yaradıblar,istehsal fəaliyyətinin aparılmasızəruriliyini əsaslandırıblar, onun əsasməqsədini müəyyənləşdirməyi davam etdirirvə onun həqiqi cəhətdən sahibi vəsərəncamverici adlanır.XX əsrin sonunda dünyada gedən dəyişikliklərşirkət mülkiyyətçisinin prinsipiniyalnız müstəsna hallarda məqbul saymışdır.Mülkiyyətçi prinsipinin transformasiyasımüəssisənin sosial məsuliyyətininmaksimumlaşdırılması prinsipininyaradılmasına gətirib çıxarmışdır. Sosialməsuliyyət o zəminə əsaslanır ki, müəssisəsosial boşluqda deyil, əksinə cəmiyyətinbütün elementləri ilə daim qarşılıqlıfəaliyyət göstərir. Sosial məsuliyyətin etirafedilməsi inzibatçının üzərinə müəssisəninfəaliyyət göstərdiyi rayonun sakinlərininrifah halının və bütövlükdə cəmiyyətingüzəranının yaxşılaşdırılmasına töhfəverməsi üçün əlverişli şərait yaratmaqvəzifəsini qoyur. İnzibatçının vəzifəsi cəmiyyətinyaxşı üzvü olmaq tələbləri iləuğurlu və mənfəətli iş aparılması zəruriyyətiarasında müvafiq bərabərliyi saxlamaqdır.146Journal of Qafqaz University

Maliyyə Menecmentinin Konseptual ƏsaslarıMüəssisənin maliyyə məqsədi kimi səhmdarlarıngəlirlərinin maksimum artırılmasıçıxış edə bilər. İkinci dərəcəli maliyyəməqsədləri xalis mənfəət, yaxud cəlbedilən kreditlərin həcmi ola bilər. Qeyrimaliyyəməqsədləri kimi aşağıdakı çıxışedə bilər:− müəssisənin işçilərinin həyat səviyyəsininyaxşılaşdırılması;− əmək şəraitinin yaxşılaşdırılması və ətrafmühitin vəziyyəti;− məhsulun və xidmətlərin keyfiyyətininyüksəldilməsi.Müəssisə əsas maliyyə məqsədlərini eləformalaşdırmalıdır ki, onlar qeyri‐maliyyəməqsədlərinə uyğun gəlsin.Mülkiyyətçinin və iştirakçının prinsiplərimüəyyən dərəcədə qarşılıqlı asılı şəkildəolurlar. Əgər müəssisə özünün səhmdarlarınamüvafiq gəlir gətirə bilmirsə, ondaöz fəaliyyətini genişləndirmək üçün əlavəsəhmdar kapitalı əldə etmək imkanı olmur.Müəssisə hər hansı səbəbdən yüksəkgəlir götürmürsə, o borc vəsaiti cəlb etməkvə mənfəətdən investisiya üçün istifadəetmək, müəssisə fəaliyyətinin iştirakçılarınıntələbatını ödəmək üçün kifayətqədər vəsaitə malik olmayacaqdır. Deməli,müəssisənin inkişafı üçün mənfəətmühüm əhəmiyyətə malikdir. Əgər müəssisəninmüvafiq pul vəsaitləri axını yoxdursa,onda o öz səhmdarlarına dividendödəyə və onların investisiya imkanlarınıtəmin edə bilməz ki, bu da öz fəaliyyətiniartırmaq və genişləndirmək üçün əlavəsəhmdar kapitalı cəlb etmək imkanınıməhdudlaşdıra bilər.Maliyyənin idarə edilməsi funksiyasınabaxarkən müəssisənin ümumi idarə olunmasınınspesifik aspektlərini nəzərə almaqvacibdir. Bu halda müəssisənin ümumiidarə edilməsini xarakterizə edən bəziməsələləri, məsələn, sosial mədəniyyətnəzərə almamaq lazımdır.Maliyyənin idarə edilməsini maliyyə menecerininfəaliyyər sferası və vəzifəsi kimimüəyyənləşdirmək olar. Maliyyə menecerimüəssisənin ümumi strukturundaəhəmiyyətli yer tutur. Müəssisənin idarəedilməsinin təqribi strukturu aşağıdakışəkildə təqdim edilir 2 .Şəkil 1. Müəssisənin idarə edilməsinin təqribistrukturuƏgər əvvəllər maliyyə menecerinin rolusadəcə ən əlverişli şəraitdə şirkətin sahibkarlıqfəaliyyətini maliyyə vəsaitləri ilə təminetmək kimi başa düşülürdüsə, müasirdövrdə bu rol əhəmiyyətli dərəcədəgenişlənmişdir. Belə ki, müəssisəni pulvəsaitləri ilə səmərəli şəkildə təmin etməkləyanaşı, müəssisə daxilində maliyyəresurslarında effektiv istifadənin müəyyənləşdirilməsivəzifəsi də maliyyə menecerləriyerinə yetirirlər. Maliyyə menecerininəsas vəzifəsi aşağıdakılardan ibarətdir:− əlverişli şərtlərlə müəssisəni maliyyəresursları ilə təmin etmək;− alınmış maliyyə resurslarından effektivistifadəni təşkil etmək.2Бахрамов Ю.М., Глухов В.В. Финансовый менеджмент:Учебное пособие – СПб.: Изд‐во«Лань», 2006,с. 57Number 20, 2007 147

Sərvər AbbasovMaliyyə meneceri müəssisənin büdcə planınıntərtibi, müəssisənin kapitallaşmışdəyərinin artırılması, investisiya layihələrininqiymətləndirilməsi, müəssisəninqiymət siyasətinin müəyyənləşdirilməsi,məhsulun satış bazarının öyrənilməsi üzrəvəzifələri yerinə yetirir.İqtisadiyyatın müxtəlif sahələrində müəssisəninfəaliyyətinin maliyyələşdirilməsiüsulları əhəmiyyətli dərəcədə fərqlənir.Bəzi şirkətlər üçün borc maliyyələşdirilməsininyüksək məbləği səciyyəlidir, halbukibaşqaları üçün borc maliyyələşdirməsipraktiki yox dərəcəsindədir. Beləolan halda müəssisənin fəaliyyətinin maliyyələşdirilməsininmüxtəlif növləriniəlaqələndirməklə optimal variantın seçilməsivacibdir.Aktivləri cəlb etdikdən və biznesin inkişafıüçün lazımi maliyyələşdirməni həyatakeçirdikdən sonra onların effektividarə edilməsinə zəruriyyət yaranır. Müxtəlifnöv aktivlər maliyyə menecerlərindənmüxtəlif dərəcəli məsuliyyət tələbedir. Belə ki, maliyyə meneceri dövriyyəvəsaitlərinin idarə olunması məsələsinədaha ciddi yanaşmalıdır. Çünki əsas vəsaitlərinidarə olunmasına görə məsuliyyətinçox hissəsini istehsal bölmələrinin rəhbərləridaşıyırlar.Maliyyə menecmentinin mühüm aspektiaktivlərin lazımi səviyyəsi və strukturununtəmin eidlməsi, biznesin maliyyələşdirilməsimənbələri və üsullarının axtarılıbtapılması ilə əlaqədardır. Maliyyə menecerininsərəncamında kifayət qədər maliyyələşdirməmənbələrinin geniş spektrivardır 3 . Ona görə də maliyyə menecerisəhmdarların rifahının yaxşılaşdırılmasıilə əlaqədar mülahizələri nəzərə almaqlamüəssisənin maliyyələşdirilməsinin optimalvariantını müəyyənləşdirməlidir.ƏDƏBİYYAT• Ковалев В.В. Финансовый менеджмент:теория и практика – М.: ТК Велби, Изд‐воПроспект, 2006, с. 90• Бахрамов Ю.М., Глухов В.В. Финансовыйменеджмент: Учебное пособие – СПб.: Издво«Лань», 2006, с. 57• Джеймс К.Ван Хорн, Джон М.Вахович. Основыфинансового менеджмента, 12‐е издание:пер. с англ. «ИД Вильямс», 2006, с. 543Джеймс К.Ван Хорн, Джон М.Вахович. Основыфинансового менеджмента, 12‐е издание: пер. сангл. «ИД Вильямс», 2006, с. 54148Journal of Qafqaz University

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!