S P O R T S M A N ÁÓ ÑÀÉÛÌÛÇÄÀ
Zəfər-2016”
Beynəlxalq İdman
Mükafatı - 10 il
Kapoeyra
Azərbaycanda
20 il
ñÿù.6
ñÿù.8
Dünya kubokundan
üç medal
MALTADA
İŞGÜZAR GÖRÜŞLƏR
ñÿù.26
ñÿù.33
Azərbaycan
Velosiped idmanı
Federasiyasında
görüş
Natalya Prişepa:
“Azərbaycan üçün çempionlar
yetişdirmək
istəyirəm”
ñÿù.38
ñÿù.41
IV “Birlik”
xeyriyyə turniri
ñÿù.44
NISSAN
SENTRA
Bakı 2017
İslam Həmrəyliyi
Oyunları Əməliyyat
Komitəsində görüş
ñÿù.50
möhtəşəm
dönüş
ñÿù.52
ñÿù.55
ñïîðòñìàí
Áàø ðåäàêòîð:
Ðÿøàä Ãÿìÿðøàùîüëó
Öíâàí: Áàêû, Çàùèä Õÿëèëîâ 23,
Áàêû Äþâëÿò Óíèâåðñèòåòè
Òåëåôîí: 012 437 90 76
å-ìàèë: info@sportsman.az
www.sportsman.az
Æóðíàë Àçÿðáàéúàí Ðåñïóáëèêàñûíûí
ßäëèééÿ Íàçèðëèéèíäÿ ãåéäèééàòäàí
êå÷ìèøäèð. ¹1164
Ìöÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí ìþâãåéè
óéüóí ýÿëìÿéÿ áèëÿð.
Ðåêëàìëàðäà ýåäÿí ìÿòíëÿðÿ ýþðÿ
æóðíàë ìÿñóëèééÿò äàøûìûð.
Æóðíàë Àçÿðáàéúàíäà “Òèìå Ïðèíò”
ìÿòáÿÿñèíäÿ ÷àï åäèëèá.
Öç ñÿùèôÿäÿ:
Etibar Hüseynov,
“Zəfər 2016”
Beynəlxalq İdman Mükafatını
“ESPA at Fairmont Baku”
sağamlıq mərkəzinin direktoru
Thorsten Lipfertə
təqdim edərkən
“Sportsman” jurnalının Azərbaycan Gənclər və
İdman Nazirliyi və Azərbaycan İdman Jurnalistləri
Assosiasiyasının dəstəyi ilə düzənlənən “Zəfər-2016”
Beynəlxalq İdman Mükafatının növbəti təqdimetmə
mərasimi keçirildi. “JW MARRIOTT ABSHERON
BAKU” hotelində baş tutan tədbirdə idman ictimaiyyətinin
nümayəndələri – müxtəlif illərdə Olimpiya
və dünya çempionu titullarını qazanan idmançılar,
onların məşqçiləri, federasiya nümayəndələri, ölkəmizdə
fəaliyyət göstərən aparıcı holdinq və şirkətlərin
rəsmiləri və incəsənət xadimləri iştirak edirdilər.
2007-ci ildə təsis olunan və 10 yaşını qeyd edən
“Zəfər-2016” Beynəlxalq İdman Mükafatı öz qaliblərinə
təqdim edildi. İdman ictimaiyyəti arasında keçirilən rəy
sorğusuna görə, il ərzində uğur qazanan idmançılar və
idmana dəstək verən federasiya və şirkətlər mükafatlandırıldılar.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Gənclər
və İdman nazirliyinin “İdman” şöbəsinin müdiri, Olimpiya
və dünya çempionu Fərid Mansurov, nazir Azad Rəhimovun
təbrikini çatdırdı. O, 2016-cı ildə idmançılarımızın beynəlxalq
arenada əldə etdikləri uğurlardan danışaraq, əldə
olunan nəticələri yüksək qiymətləndirdi. Azərbaycan Kapoeyra
Federasiyasının prezidenti Taleh Orucovun Ümumdünya
Kapoeyra Federasiyasına prezident seçilməsini
xüsusi vurğulayan Olimpiya çempionu, Taleh Orucova və
“Sportsman” jurnalına gələcək işlərində uğurlar arzuladı.
Sonra mükatalandırma mərasiminə start verildi. Müxtəlif
nominasiyalar üzrə ilin qaliblərinə diplom və hədiyyələr
təqdim olundu. Böyük maraqla gözlənilən “İlin idmançı”sı
nominasiyasında Rio-2016 Olimpiadasının çempionu Radik
İsayev qalib elan olundu.
Tədbirdən fotoreportajı diqqətinizə təqdim edirik.
P.S. “Sportsman”, tədbirin keçirilməsində göstərdikləri
dəstəyə görə “Aztol Motors”a, “Gilan” Holdinqə, “AAAF
Park”a, “AzərTürk Bank”a, “ESPA at FAİRMONT BAKU”-
ya, “AzərİdmanServis”ə, “Atlant İstirahət Mərkəzi”nə, “Tovuz
Baltiya”ya, “Offissa Dizayn”a, “Emiliana Paratti”yə,
“Vita1000” şirələrinə, “Gədəbəy” mineral sularına, “King
Elektroniks”ə, “Delta Med”ə, “Sirab ” mineral sularına,
“Otaçi” məhsullarına, “NH Group”a və Fəxriyyə Xələfovaya
dərin təşəkkürlərini bildirir.
S P O R T S M A N
ЗЯФЯР - 2016
QALİB NOMİNANTLAR
* İlin İdman Adamı
* İlin İdmançısı
* İlin Veteran İdmançısı
* İlin Əzmkar İdmançıları
* İlin Məşqçisi
* İlin Federasiyası
* İlin Sensasiyası
* İlin Qolugüclüsü
* İdmanımızın Gələcəyi
* İlin Mətbuat Xidməti
* İlin Komandası
* İlin İdman Klubu
* İlin Ordu İdman Klubu
* Ilin Olimpiya Kompleksi
* İlin TV Kanalı
* İlin İdman Təşkilatçısı
* İlin Sağlamlıq Mərkəzi
* İlin İdman Avtomobili
* Azərbaycan Voleybol idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə
* İdmanın inkişafındakı xidmətlərinə görə
İsmayıl İsmayılov
Radik İsayev
Adil Əliyev
Azərb. Güləş Federasiyasınn İdmançıları
Elnur Amalov
Azərbaycan Cüdo Federasiyası
Taleh Orucov
İlham Tahir oğlu Mahmudov
Əli və Hüseyn Xəlilov qardaşları
Səmayə Məmmədova
Azərb. Triatlon Federasiyasının Komandası
Zirvə İdman Klubu
Mərkəzi Ordu İdman Klubu
Ismayıllı Olimpiya İdman Kompleksi
Lider TV
Şahmat Olimpiadası Əməliyyat Komitəsi
ESPA at Fairmont Baku
Volvo XC90 R- Dizayn
Cavid Qurbanov
Abel Məhərrəmov
Tale Heydərov
Günel Naiq qızı Məmmədhəsənova
Tahir Ərzimanoğlu
Paulo Sales Neto
спортсман № 102 / 2017
7
НОМИНАНТЛАР
S P O R T S M A N
8
спортсман № 102 / 2017
S P O R T S M A N
НОМИНАНТЛАР
спортсман № 102 / 2017
9
НОМИНАНТЛАР
S P O R T S M A N
10
спортсман № 102 / 2017
S P O R T S M A N
НОМИНАНТЛАР
спортсман № 102 / 2017
11
ГОНАГЛАР
S P O R T S M A N
12
спортсман № 102 / 2017
S P O R T S M A N
ГОНАГЛАР
спортсман № 102 / 2017
13
ГОНАГЛАР
S P O R T S M A N
14
спортсман № 102 / 2017
S P O R T S M A N
ГОНАГЛАР
спортсман № 102 / 2017
15
ГОНАГЛАР
S P O R T S M A N
16
спортсман № 102 / 2017
S P O R T S M A N
ГОНАГЛАР
спортсман № 102 / 2017
17
ГОНАГЛАР
S P O R T S M A N
18
спортсман № 102 / 2017
S P O R T S M A N
ГОНАГЛАР
спортсман № 102 / 2017
19
ГОНАГЛАР
S P O R T S M A N
20
спортсман № 102 / 2017
S P O R T S M A N
ГОНАГЛАР
спортсман № 102 / 2017
21
KAPOEYRA 20
S P O R T S M A N
22
спортсман № 102 / 2017
S P O R T S M A N
KAPOEYRA 20
спортсман № 102 / 2017
23
MISS SPORT
S P O R T S M A N
24
спортсман № 102 / 2017
S P O R T S M A N
MISS SPORT
спортсман № 102 / 2017
25
gИmnastИka
S P O R T S M A N
Paytaxtımız
daha bir mötəbər
turnirə evsahibliyi
edib. Bakıda batut
gimnastikası və
tamblinq üzrə ilk
Dünya kuboku təşkil
olunub. Turnirdə 15
ölkədən 82 idmançı
qələbə uğrunda
mübarizə aparıb.
Dünya kubokundan üç medal
Dünya kubokunun ilk günündə
təsnifat yarışları keçirilib. Turnir
zamanı Beynəlxlaq Gimnastika
Federasiyasının qəbul etdiyi yeni
qərarlar tətbiq olunub. İdmançıların
bu qaydalara uyğunlaşması üçün
kubok yarışları mühüm əhəmiyyət
kəsb edib.
Yarışın açılış mərasimində
Azərbaycan Gənclər və Idman naziri
Azad Rəhimov çıxış edib. O,
ölkəmizdə idmanın inkişafından
və gimnastika sahəsində əldə olunun
uğurlardan danışıb: “Xüsusilə
qeyd etmək istəyirəm ki, Azərbay-
26 спортсман № 102 / 2017
S P O R T S M A N
maşaçı və azarkeşlər üçün də bu
tədbirlər unudulmaz hadisə kimi
yaddaşlarda qalacaq”.
Yığmamızın üzvü İlya Qrişunin
təsnifat yarışlarında uğurlu çıxış
edib. O, 110,715 ballıq nəticə ilə
ilk mərhələni beşinci pillədə başa
vurub. Qrişunin cütlərin yarışında
da bacarığını nümayiş etdirib.
Onunla Oleq Pionovun təşkil etdiyi
duet 91,850 xal toplayaraq, təsnifat
mərhələsini ikinci pillədə başa
vurub.
Qadınların yarışında isə Svetlana
Makstareva və Veronika
Zemlyanaya cütlüyü ümidləri doğruldub.
Sinxron tullanmada adıçəgИmnastИka
canın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, millət
vəkili Mehriban Əliyeva Azərbaycan
Gimnastika Federasiyasının
prezidenti seçildikdən sonra bütün
gimnastika idman növlərinə,
o cümlədən batut və tamblinq
gimnastikasına diqqət və maraq
xeyli artıb və bunun nəticəsində
bütün tədbirlər yüksək səviyyədə
təşkil olunur və idman bayramına
çevrilir. Fürsətdən istifadə edərək
Azərbaycan idmanına göstərdikləri
diqqət və qayğıya görə ölkə
rəhbəri cənab İlham Əliyevə və
birinci xanım Mehriban Əliyevaya
idman ictimaiyyəti adından
dərin minnətdarlığımı bildirirəm.
Tamblinq üzrə Dünya Kubokuna
isə ilk dəfədir ev sahibliyi edirik.
Belə mötəbər yarışların respublikamızda
keçirilməsinə etimad
göstərdiklərinə görə Beynəlxalq
Gimnastika Federasiyasının rəhbərliyinə
təşəkkür edirəm. Dünyanın
15 ölkəsinin idmançılarının
qatıldığı bu yarışlar, şübhəsiz ki,
Azərbaycanda bu idman növlərinin
inkişafında və təbliğində əhəmiyyətli
rol oynayacaq, idmançılarımızın
təcrübə toplamalarına
münbit şərait yaradacaq. Əminəm
ki, yarışları izləməyə gəlmiş ta-
спортсман № 102 / 2017
27
gИmnastИka
S P O R T S M A N
kilən idmançılar finala yüksəlməyi
bacarıblar.
Tamblinqçi Mixail Malkin təsnifat
mərhələsini dördüncü pillədə
başa vurub. O, finalda daha
uğurlu çıxış edərək, Dünya kubokunun
gümüş medalını qazanıb.
Toplamda 72,100 nəticə göstərən
təmsilçimiz, böyük britaniyalı rəqibini
az fərqlə üstələyib. Bu növdə
gözlənildiyi kimi, Rusiya idmançısı
Qriqori Noskov fəxri kürsünün ən
yüksək pilləsində yer alıb.
Batut yarışlarının finalında İlya
Qruşinin yığmamıza medal qazandırıb.
O, yalnız rusiyalı həmkarı
Mixail Melnikdən geri qalıb.
Qeyd edək ki, adıçəkilən idmançı
son dünya çempionatının mükafatçısıdır.
Əvəzində digər rusiyalı,
Olimpiya oyunlarının gümüş mükafatçısı
Dmitri Uşakov medalçılar
arasında yer ala bilməyib. Bu növdə
qadınların yarışında ilk iki pillə
Rusiya idmançılarına nəsib olub.
Bürünc medala belaruslu batutçu
yiyələnib.
Qadınların sinxron yarışlarında
Makstareva-Zemlyanaya cütlüyü
ölkəmizə medal qazandırıb.
Təmsilçilərimiz yalnız Belarus komandasından
geri qalaraq, fəxri
kürsünün ikinci pilləsində yer alıb.
Dünya kubokunda analoji yarışda
kişilərin mübarizəsində Qazaxıstanı
təmsil edən Pirməmməd Əliyev-Danil
Mussabayov dueti qalib
olub.
Nəticədə yığmamız Dünya kuboku
yarışlarını üç medalla başa
vurub. Komandamızın qazandığı
hər üç medalın əyarı gümüş
olub. Əldə olunan nəticələr batut
və tamblinq növlərində yığmamızın
uğurlu nətiəcələr qazanmaq
gücündə olduğunu sübuta yetirir.
Ümid edirik ki, gələcəkdə təmsilçilərimizin
əldə etdikləri uğurlar
daha da artacaq.
İlyan Qruşinin: “Fərdi proqramda
hər şey uğurlu alındı. Gümüş
medal qazandım. Biz daha çox
sinxron çıxışlara ümid edirdik, lakin
yekunda hər şey qəfil dəyişdi
və biz dördüncü yeri tutduq. Bu
məni çox əsəbiləşdirdi. Əlbəttə,
mən medal olacağından yüz faiz
əmin deyildim, çünki bu çox çətindir.
Həm də nəzərə alsaq ki, yarışlarda
Olimpiya çempionu, Olimpiadanın
gümüş medalçısı iştirak
edirdilər. Düşünürəm ki, bu, mövsüm
üçün əla başlanğıcdır. Daha
yaxşı nəticə qazanmaq olar, bəzi
məqamları düzəltmək üçün avqusta
qədər vaxtımız var.
Mən özümə əmin idim və
sinxron çıxışlara başlayanda sakit
idim, amma partnyoruma görə
narahat idim. Lakin ona kömək
edə bilmədim, çünki hər kəs öz
hərəkətlərinə cavabdehdir. Düşünürəm
ki, gələcəkdə Oleqlə birlikdə
hətta birinci yer uğrunda mübarizə
aparacağıq”.
Vidadi Baxşiyev
28 спортсман № 102 / 2017
S P O R T S M A N
АИЖА
MALTADA İŞGÜZAR GÖRÜŞLƏR
İdman Mətbuatı üzrə Avropa
İttifaqı – AİPS EUROPE / UEPS icraiyyə
komitəsinin bu il fevral ayının
20, 21-də keçirilən toplantısı
zamanı Aralıq dənizinin üzük qaşı
sayılan Malta dövlətinin qəzetləri,
teleradio kanalları, internet portalları
öz xəbər proqramlarını bu
əlamətdar tədbirə həsr etdilər.
AİPS EUROPE / UEPS icraiyyə
komitəsinin hazırki tərkibi fəaliyyətdə
olduğu son üç il ərzində Bakıda
(Azərbaycan), Parisdə (Fransa),
Minskdə (Belorus), Dohada (Qətər),
Milanda (İtaliya), San Marinoda (San
Marino), Verdendə (Avstriya) toplanıblar.
Əvvəılcə bu suallara bir daha
aydınlıq gətirək – AİPS EUROPE /
UEPS nə deməkdir, hərfi abbluaviaturası
hansı mənanı verir, missiyası
nədir, neçə dövləti əhatə edir və s.
AİPS EUROPE/UEPS AİJA-nın
1997-ci ildən üzv olduğu qitə təşkilatıdır.
1924-cü il iyulun 2-də Fransa
paytaxtı Parisdə keçirilən Yay
Olimpiya Oyunları zamanı müxtəlif
ölkələrin idman jurnalistləri bir araya
gələrək Beynəlxalq İdman Mətbuatı
Assosiasiyasının əsasını qoyublar,
təşkilatın adı da fransızca qəbul olunub:
“Association Internationale de
la Presse Sportive”. Bu sözlərin hərfi
abbleviaturası, yəni, baş hərflərinin
birləşməsi AİPS ifadəsini yaradıb.
UEPS anlayışı da bunun kimi - fransız
dilində təşkilatın adının baş hərflərindən
yaranıb: UNION EUROPE-
ENNE de la PRESSE SPORTIVE
(UEPS) , yəni İdman Mətbuatı üzrə
Avropa İttifaqı. Bu ifadələr başqa dillərə
tərcümədə dəyişilmir.
Əslində AİPS və UEPS istər yazılı
mətbuat olsun, istər televiziya, istər
radio, istər elektron KİV, istər informasiya
agentliyi, ümumiyyətlə kütləvi
informasiya vasitələrində çalışan və
müntəzəm çıxış edən yaradıcı insanların
beynəlxalq peşəkar yaradıcılıq
birlikləridir. Sadəcə, həmin vaxtlar teleradio
o qədər də inkişaf etmədiyindən,
KİV-lər arasında yazılı mətbuat
dominantlıq etdiyindən qurumlar belə
adlandırılıb, tarixə xələl gəlməsin
deyə, sonralar da dəyişdirilməyib.
спортсман № 102 / 2017
33
АИЖА
S P O R T S M A N
İdman Mətbuatı üzrə Avropa
İttifaqı AİPS strukturuna daxildir.
1977-ci ildə AİPS-in İtaliyanın Milan
Marittima şəhərində keçirilən 41-ci
Konqresində yaradılıb.
Uzun müddət AİPS-ə və qitə təşkilatımıza
rəhbərlik etmiş dünya şöhrətli
idman yazarı, Böyük Britaniyalı
Frank Teylor söyləyirdi: «konqreslərdə
Afrika olkələri dominantlıq edirdilər.
Bu isə Avropa tələbatları üzərinə
çox vaxt kölgə salırdı. Bundan
əlavə, dünya təşkilatımızın Amerika
və Asiya bolmələri fəaliyyət göstərirdi.
Tərəqqi edən idman dünyasında
daha müdhiş idman olayları isə
məhz Avropada yer alırdı. Məsələn,
futbolda Avropa Kuboku beynəlxalq
aləmdə cəlbedici yarışdar sırasında
mühüm yer tutmağa başlamışdı.
Çempionlar liqası xüsusi maraq
dairəsində idi. İAAF yüngül atletika
üzrə dünya çempionatları keçirirdi,
EAA daxili çempionatlarının təməlini
qoymuşdu, FİS çoxsaylı yarışları
ilə Alp xizək idmanının Dünya Kuboku
sistemini inkişaf etdirməklə bir
çox çempionatlara nümunə olmuşdu.
Bütün bunlar qitə təşkilatımızın
təşəkkül tapmasında böyük rol oynadı».
AİPS-in son konqreslərində qitə
seksiyalarının öz adlarına uyğun
səsləndirilməsi məqsədilə onların
adlarında və loqolarında müəyyən
dəyişikliklər edildi. Əsas abbreviaturaların
əvvəlinə «AİPS AFRİKA»,
«AİPS ASİYA», «AİPS AMERİKA»
ifadələri əlavə edildi. Bizim qitə qurumumuz
da «AİPS EUROPE/UEPS»
adlandırıldı. Hətta təklif olundu ki,
milli təşkilatların da adları buna uyğunlaşdırılsın,
məsələn, Azərbaycan
İdman Jurnalistləri Assosiasıyası Aİ-
JA-nın qısa adı olsun “AIPS Azerbaijan”.
Lakin, hələlik biz köhnə adımızı
saxlamışıq.
Avropanın dövlət və idman dairələrində
bu fikir formalaşıb: “UEFA
qitə futbolunda hansı rolu oynayırsa,
“AİPS EUROPE/ UEPS” də idman
mediasında həmin rolu aparır”...
İndii AİPS EUROPE/UEPS Avropa
idman təşkilatları ilə sıx əlaqədə
işləməklə Avropada keçirilən bütün
mühüm idman olaylarında KİV
əməkdaşları ilə birlikdədir.
İdman Mətbuatı üzrə Avropa İttifaqı
- AİPS EUROPE/UEPS 48 Av-
34 спортсман № 102 / 2017
S P O R T S M A N
АИЖА
ropa ölkəsinin mili idman jurnalistləri
təşkilatını öz ətrafında birləşdirir.
Hər olimpiya mərhələsində, yəni
dörd ildə bir dəfə ümumi yığıncaqda
– Baş Assambleyada (konqresdə)
qurumun 12 nəfərdən ibarət ali
idarəedici orqanı seçilir. MDB məkanında
Rusiyadan sonra ilk dəfə qitə
təşkilatımızın icraiyyə komitəsində
2010-cu ildən Azərbaycan da təmsil
olunur. Bu, mili mətbuatımızın da
tarixində hər-hansı beynəlxalq jurnalist
təşkilatının rəhbərliyinə seçgilərdə
ilk qələbəmiz kimi həmişə
anılacaqdır.
Maltadakı toplantı AİPS EURO-
PE/UEPS İcraiyyə komitəsinin hazırki
tərkibinin son iclası idi. Yeni tərkib
təşkilatın bu ilin 9 mayında Cənubi
Koreya Respublikasının paytaxtı
Seulda keçiriləcək növbəti seçki Baş
Assambleyasında müəyyənləşəcək.
Namizədlər 6 ay öncədən müəyyən
olunublar. Yeni tərkibdə AİJA prezidenti
Eldar İsmayılovun da namizədliyi
təsdiq olunub.
Seul seçgilərindən öncə martın
26-dan 29-dək Avropa ölkələrinin
milli idman jurnalistləri təşkilatlarının
rəhbərləri Macarıstan paytaxtı Budapeşt
Sammitində bir araya gələcəklər.
AİPS EUROPE-nun Malta
toplantısı da əsasən bu məsələlərin
müzakirəsinə həsr olunmuşdu.
Qitə təşkilatımızın icraiyyə komitəsi
toplantılarına konkret olaraq
icrakomun 12 üzvü dəvət olunur –
qurumun prezidenti dr. Yannis Daras
(Yunanıstan), baş katibi Çarlz
Kamenzuli (Malta), vitse-prezident
Lev Rossoşik (Rusiya), xəzinədar
Murat Ağca (Türkiyə), üzvlər Eldar
İsmayılov (Azərbaycan), Predraq Milinkoviç
(Serbiya), Günter Fayslinger
(Avstriya), Nastassiya Marinina (Belarus),
David Naert (Belçika), Mark
Ventouillac (Fransa), Marina Uitte
(Niderland).
спортсман № 102 / 2017
35
АИЖА
S P O R T S M A N
reportyorların qatıldığı seminarda
Belarus Milli Olimpiya Komitəsinin
sözçüsü, AİPS EUROPE İcraiyyə
Komitəsinin üzvü Nastassiya Marinina
2018-ci ildə Minskdə təşkil
olunacaq 2-ci Avropa Oyunlarına
hazırlığın gedişi barədə məlumat
verdi, bu barədə maraqlı videoçarx
nümayiş etdirdi. Xanım Marinina
öz nitqində dönə-dönə vurğuladı ki,
Azərbaycandan sonra bu missiyanı
üzərimizə götürməmiz olduqca çətin
və məsuliyyətlidir. Biz Oyunları
mümkün qədər maraqlı keçirməyə
çalışacağıq. Lakin hər dəfə Bakıda
gördüklərimizi göz önünə gətirəndə
hansı məsuliyyətin altına girdiyimizin
fərqinə varmaya bilmirik.. Bəri başdan
deyim ki, biz Bakını təkrarlaya
bilməyəcəyik.
Bakıdan Maltaya birbaşa təyyarə
reysi yoxdur. Odur ki, Türk
Hava Yolları təyyarəsi ilə Bakı – İstanbul
– Malta marşrutunu seçdik.
Təşkilatın vitse prezidenti, Rusiyalı
jurnalist dostumuz Lev Rossoşiklə
İstanbuldan eyni təyyarədə uçduq.
Valetta hava limanında bizi həmkarım,
tədbirin təşkilatçısı, Malta İdman
Jurnalistləri Assosiasiyasının baş
katibi Sandro qarşılayıb Aralıq dənizi
sahilindəki beşulduzlu “Radisson Blu
Golden Hotel and Spa” mehmanxanasına
apardı.
Beşulduzlu “Radisson Blu Golden
Hotel and Spa” mehmanxanasında
uğurla baş tutan toplantının ilk
günü AİPS EUROPE və Malta İdman
Jurnalistləri Assosiasiyası birgə Beynəlxalq
Seminarı təqdim etdilər. Yerli
İcrakom üzvü, Serbiya Milli Televiziyasının
idman şərhçisi Predraq
Milinkoviz iştirak etdiyi və şərh etdiyi
Dakar Rallisində kadrarxası riskli
məqamlar, idman telejurnalistikasının
ekstremal vəziyyətlərdə iş həyatı
barədə maraqlı açıqlama verdi, nadir
kadrlar nümayiş etdirdi.
Malta İdman Jurnalistləri Assosiasiyasınıın
prezidenti, AIPS EURO-
PE-nin baş katibi Çarles Kamenzulinin
və milli təşkilatın baş katibi
Sandro Micallefin rəhbərliyi ilə seminar
iştirakçıları və AİPS EUROPE/
UEPS İcraiyyə Komitəsi üzvləri arasında
səmərəli fikir mübadiləsi oldu.
Qitə təşkilatımızın Yunanıstanlı
prezidenti doktor Yannis Daras
Malta Milli İdman Jurnalistləri As-
36 спортсман № 102 / 2017
S P O R T S M A N
АИЖА
sosiasiyasının rəhbərlərinə tədbirin
ölkələrində yüksək səviyyədə təşkil
etdiklərinə görə minnətdarlığını bildirdi.
Seminarda Malta dövlətinin idman
naziri, Milli Olimpiya Komitəsinin
prezidenti ölkənin jurnalistləri və
fotoqrafları iştirak etdilər.
Toplantı iştirakçıları ölkənin baş
stadionu, oradakı məşq və yarış
imkanları, həmçinin televiziya şərhçiləri,
jurnalistlər və fotoreportyorlar
üçün yaradılmış iş şəraiti ilə yaxından
tanış oldular.
Ölkənin birinci teleradioşirkəti
PBS ilə tanışlıq, “Public Broadcasting
Services” yayım şirkətinin baş
direktoru John Bundy ilə fikir mübadilələri
olduqca maraqlı və səmərəli
oldu.
Ölkə iqtisadiyyatının əsası da məhz
turizmdir.
Malta ilə Azərbaycan arasında
qarşılıqlı faydalı əlaqələr yüksək
səviyyədədir. 2015-ci ilin noyabrında
Malta parlamentinin spikeri cənab
Angelo Farrugianın rəhbərlik etdiyi
nümayəndə heyəti ölkəmizdə rəsmi
səfərdə olub.
Tədbirin proqramı maraqlı və faydalı
idi. Gündüzlər işgüzar görüşlər,
axşamlarsa Malta restoranlarındakı
şam yeməkləri, süfrə ətrafındakı səmimi
söhbətlər, yeni tanışlıqlar yaddaşlardan
silinməyəcək.
Eldar İsmayılov
AİJA prezidenti,
AİPS EUROPE İcraiyyə Komitəsinin üzvü,
Azərbaycanın əməkdar jurnalisti
İcraiyyə Komitəsi üzvləri Malta
İdman Jurnalistləri Assosiasiyasının
Valettadakı parlamentində təşkil
etdikləri idman fotosərgisinin açılışında
da iştirak etdilər. Parlamentin
spikeri Angelo Farrugia çıxış edərək
Avropalı qonaqları salamladı, sonra
sərginin açılışını etdi, sonda maraqlı
fotoşəkillərin müəlliflərini mükafatlandırdı.
İşgüzar qəbullar, ziyafətlər proqramın
yaddaqalan anları idi.
Malta dünyanın kiçik dövlətlərindəndir,
400 min nəfər əhalisi var.
Bununla yanaşı, Aralıq dənizində
yerləşən bu ada diyar mövcüd sərhədləri
daxilində Avropanın ən qədim
dövlətlərindən sayılir. Bura hər
il orta hesabla 5 milyon turist gəlir.
спортсман № 102 / 2017
37
AzVИФ
S P O R T S M A N
Azərbaycan Velosiped idmanı
Federasiyasında görüş
Dünyada velosipedin tarixi 500 il bundan
əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir
etməsi ilə başlayır. Velosiped - fransızca vélocipède
“tez ayaq” deməkdir. Velosiped tikiş
maşınından sonra dünyada kütləvi şəkildə istehsal
edilib yayılan ikinci texniki məhsul hesab
olunur. Hazırda dünyada yarım milyarda qədər
velosiped mövcuddur.
38 спортсман № 102 / 2017
S P O R T S M A N AzVИФ
Kiçik ölçüsü, aşağı qiyməti və
yanacağa ehtiyacın olmaması onun
dünyada belə geniş yayılmasının
əsas səbəblərindəndir. Mülahizələrə
görə, velosipedin ixtirası 1816-cı ildə
vulkan püskürməsi nəticəsində atların
qırılması və bununla da başqa
nəqliyyat vasitələrinin inkişafına ehiyac
yaranması ilə stimullaşdırılmışdır.
İlk velosipedin görünüşü müasir
velosipedlərdən tamami ilə fərqlənirdi.
Almaniyanın Mahhaym şəhərində
yaşayan Baron fon Drays tərəfindən
ilk velosiped 1817-ci ildə ixtira edilmişdir.
Bu idarə olunan velosiped
olub, tamamiilə taxtadan düzəldilmiş,
lakin pedallara malik olmayan bir
velosiped olmuşdur.
1893-cü ildən velosiped idmanı
üzrə dünya, Avropa və digər yarışlar
keçirilir. Velosiped yarışları ilk
Olimpiya Oyunları proqramına daxil
olub.
Velosiped idmanında şose, trek,
dağ velosiped idmanı və BMX (velosiped
motokrosu) kimi növlər var.
Azərbaycanda velosipeddən istifadənin
tarixi 1930-cu ildən başlayır.
Həmin ildə ilk dəfə olaraq
Azərbaycanda velosipeddən nəqliyyat
vasitəsi kimi istifadə olunmağa
başlanılmışdır. Azərbaycanda iri miqyaslı
velosiped yarışlarının keçirilməsi
ötən əsrin 40-cı illərinə təsadüf
edir. Bu dövrlərdə artıq respublika
daxilində velosipedçilər arasında
spartakiadalar da keçirilirdı.
1980-ci ildə ümummilli lider
Heydər Əliyevin müvafiq sərəncamı
ilə Bakıda dünya standartlarına
uyğun Respublika Velotreki tikilib istifadəyə
verildi. Sonrakı illərdə uzunluğu
333 metr olan bu velotrek bir sıra
ümumittifaq yarışlara ev sahibliyi
etdi.
1997-ci ildən cənab İlham Əliyev
Milli Olimpiya Komitəsinə prezident
seçildikdən sonra Azərbaycanda
Olimpiya hərəkatı sürətlə inkişaf
etməyə başlamış, peşəkar idman
federasiyaları, o cümlədən də
спортсман № 102 / 2017
39
AzVИФ
S P O R T S M A N
Azərbaycan Velosiped İdmanı
Federasiyası yaradılmışdır.
2011-ci ildə Azərbaycan
Velosiped İdmanı Federasiyası yenidən
təşkil olunmuş, Fazil Əsəd oğlu
Məmmədov Federasiyanın prezidenti
seçilmişdir. Bundan sonra velosiped
idmanının daha da inkişaf etməsi
üçün mühüm addımlar atılır.
Federasiyanın digər qurumlarla birgə
həyata keçirdiyi layihələr artıq öz
bəhrəsini verməkdədir.
Velosipedçilərimizin Olimpiya oyunlarında
və digər beynəlxalq yarışlarda
iştirakı təmin edilir. Məqsəd, bu
idman növünün ölkəmizdə, xüsusilə
gənclər arasında kütləviləşməsinə
nail olmaqdır.
Sevindirici haldır ki, “Respublika
Velosiped Treki” də federasiya rəhbərliyi
tərəfindən dünya standartlarına
tam uyğun olaraq yenidən qurularaq,
idmançıların istifadəsinə verilmişdir.
Federasiyanın idarə heyətinin
də yerləşdiyi velotrekdə idman trenajor
zalı, spa mərkəzi, futbol meydançası,
hotel, konfrans zalı və velosiped
muzeyi fəaliyyət göstərir.
Bu yaxınlarda “Sportsman”,
Azərbaycan Velosiped İdmanı
Federasiyasının qonağı oldu.
Görüşdə, Qafqazda yeganə olan,
İsmayıllı rayonunda yerləşən velosiped
zavodunun istehsalı olan “İsma”
velosipedi redaksiyaya hədiyyə olundu.
Velosipedi federasiyanın baş
katibi Fərhad Əliyev, jurnalın baş
redaktoru Rəşad Qəmərşahoğluna
təqdim etdi.
Cavid Allahverdiyev
40 спортсман № 102 / 2017
S P O R T S M A N
аьыр атлетика
Ağır atletika üzrə
qadınlardan ibarət
yığma komandanın
böyük məşqçisi Natalya
Prişepanın müsahibəsini
oxuculara təqdim edirik.
– Natalya, artıq yarım ildən
çoxdur ki, burdasan, məşqçi kimi
qadınlardan ibarət yığmamıza
rəhbərlik edirsən. Azərbaycanda
işləmək təklifini necə aldın?
– Məşqçimə zəng gəldi və qadın
məşqçiyə ehtiyac olduğunu dedilər.
Təklif çox maraqlı gəldi. Sadəcə,
həmin vaxt Rio Olimpiya Oyunlarına
hazırlaşdığımdan razılıq vermədim
və gözləməyi xahiş etdim. Moldova
Ağır Atletika Federasiyası Braziliyaya
yollana bilməyəcəyimi bildirəndən
sonra (sonradan, Olimpiadaya iki gün
qalmış bu qərar dəyişdi və Natalya
Rioda çıxış etdi –red.) Azərbaycandan
gələn təklifə müsbət cavab verdim.
– Fəal idmançı ola-ola məşqçilik
təklifini necə qarşılamışdın?
– Yaxşı, çünki bunu istəyirdim.
Məşqçilik etməyi xoşlayıram. Baş
məşqçimiz olmayanda yeniyetmələrə
mən məşq keçirdim. Çox ürəyimcə
olurdu, bundan zövq alırdım. Ona
görə də təklifə çox sevindim. Yeganə
narahat olduğum məqam dil fərqi idi.
Çünki bu, vacib məqamdır. İdmançılarla
ünsiyyət zamanı onların dilində
danışmalı, izah verməliyəm. İlk vaxtlarda
çətin idi, ancaq indi hər şey qaydasındadır.
Yavaş-yavaş öyrəşirəm,
öyrənirəm.
– Fikir verdik, məşq zamanı
tapşırıqların demək olar ki, hamısını
Azərbaycan dilində verdin.
Deyəsən, uyğunlaşma mərhələsini
arxada qoymusan…
– Bəli, diliniz çətin olsa da, ilk gündən
öyrənməyə başlamağı vacib bildim.
Artıq danışıqları 40 faiz başa düşürəm,
məşqdə tapşırıqları isə məhz
sizin dilinizdə verirəm. Azərbaycana,
onun insanlarına hörmətim böyükdür,
buna görə də dilinizi öyrənməliyəm.
Natalya Prişepa:
“Azərbaycan üçün çempionlar
yetişdirmək istəyirəm”
– Təşəkkür edirik. Azərbaycanda
məşqçilikdən öncə bir neçə yarışda
idmançı kimi də olmuşdun.
Buradan gələn təklif həyəcanlı olmadı
ki?
– Oldu, əslində. Çünki “birdən
alınmaz, bacarmaram” fikirləri gəlirdi
ağlıma. Ancaq digər tərəfdən də
özümə inanırdım. Belə insanlar məni
dəvət ediblərsə, güvənib seçiblərsə,
pis ola bilməz. Şükürlər olsun, hər
şey yaxşıdır.
– Hazırda işinin gedişi haqda nə
deyə bilərsən?
– Məşqləri mütəmadi edirik,
qızlar böyük səylə hazırlaşırlar.
Düzdür, çətin olur. Qızlar sabit olmurlar,
məşqlərdə çətinliklər olur.
Özüm də qadınam, onları başa
düşürəm. İndi anlayıram ki, məşqçilərimə
yaman çətin zamanlar yaşatmışam
(gülür).
– Demək olarmı ki, yığmamızda,
elə bu zalda böyük perspektiv vəd
спортсман № 102 / 2017
41
аьыр атлетика
S P O R T S M A N
edən, gələcəyin dünya və ya Avropa
çempionu, Olimpiya medalçısı
qızlarımız var?
– Bəli, potensialı olan, yaxşı texnikalı,
əzmkar, ambisiyalı qızlarımız
var. Görünür ki, öz üzərilərində çalışsalar,
böyük qələblər qazana bilərlər.
Məşqçi işi də vacibdir. Çünki yeniyetmə
qızlarımızda texniki baxımdan
çatışmazlıqlar, səhvlər var. Hazırda
onları həll etməyə çalışırıq. Texnikanı
yeniləmək yenisini tətbiq etməkdən
daha çətindir. Ancaq hər keçən gün,
hər həftə inkişaf edirik. Nəticələri
görürəm və buna sevinirəm. Martda
Azərbaycan çempionatı olacaq, orada
hamınız əldə olunan irəliləyişin
şahidi olacaqsınız.
– Bəs beynəlxalq yarışlar?
– Bunun üçün bir qədər vaxt lazımdır.
Təbii ki, orada da nəticələr
olacaq. Amma bunun üçün məşqlər
daha da intensivləşməli, sürəklilik artmalıdır.
Düşünürəm ki, təxminən 2-3
aya yaxşı nəticələrə yaxınlaşa biləcəyik.
– Ötən il də nəticələr pis olmadı…
– Elədir. İstər gənclərin, yeniyetmələrin
Avropa birinciliyində, istərsə
də İslam Həmrəyliyi İdman Federasiyasının
ağır atletika çempionatında
medallar qazandıq. Qızlarımız fəxri
kürsüdə yer aldılar, çempion oldular.
İordaniyadakı yarış qarşıdakı IV İslam
Oyunlarına yaxşı sınaq idi və biz
ondan üzüağ çıxdıq.
– Ümumilikdə, Azərbaycan ağır
atletikası barədə fikrin necədir?
– Üzərində çalışası çox iş var.
Mən kişilərdən ibarət yığmamız haqda
çox məlumatlı olmasam da, görürəm
ki, istiqamət doğru götürülüb.
Hazırda yeni nəsil ağır atletlər yetişir.
Diqqətin buna yönəldilməsi vacibdir.
42 спортсман № 102 / 2017
S P O R T S M A N аьыр атлетика
Federasiya rəhbərliyi bu baxımdan
böyük işlər görür. Bunu təqdir edir,
öz işimlə maksimum dəstək verməyə
çalışıram.
– Yığma üçün yaradılan şərait
necədir?
– Çox yaxşı. Məncə, bundan artığı
ola da bilməz. İstər qidalanma,
istər məşq, istər istirahət… Bir sözlə,
hər baxımdan ən yaxşısı var burada.
Bizə yalnız məşq etmək, nəticə qazanmaq
qalır.
– Yarım ildən çoxdur Azərbaycandasan.
Özünü “bizimki” hiss
edirsənmi?
– Etiraf edim ki, darıxıram. Bəlkə
də tək olduğumdandır. Ancaq buradakı
kollektiv çox mehribandır. Hər
kəslə yaxşı münasibətim var, məni
darıxmağa qoymurlar. Azərbaycanı
özümə çox yaxın ölkə hesab edirəm.
İnsanlarınız haqda ancaq yaxşı sözlər
deyə bilərəm.
– Buradakı hədəf və məqsədlərin
nələrdir?
– Bir məşqçi kimi ilk olaraq mehriban
kollektiv yaratmaq istəyirəm.
Görünən odur ki, yavaş-yavaş buna
nail oluram. Sonra atletlərimizin
yaxşı texnikaya malik olmasına çalışmalıyam,
çünki bu çox vacibdir.
Nəticə qazanmağın əsas yolu budur.
İlk hədəfim gələn il Argentinada
keçiriləcək Yeniyetmələrin Olimpiya
Oyunlarına lisenziya qazanmaqdır.
Sonra isə Avropa və dünya birincilikləri…
Bir sözlə, Azərbaycan üçün
çempionlar yetişdirmək istəyirəm.
Kənan Məstəliyev
ЭЦЛЯШ
S P O R T S M A N
IV “Birlik” xeyriyyə turniri
- Kazım müəllim, ilk öncə
keçirdiyiniz xeyriyyə turnirləri və
məqsədi barədə oxucularımızı
məlumatlandırardız.
- Xeyriyyəçilik ənənələrinin Azərbaycanda
qədim və özünəməxsus
tarixi var. Ta qədim dövrlərdən başlayaraq
bu günümüzədək, xalqımız,
dara düşənlərə təmənnasız köməklik
göstərməyi özünə mənəvi borc sayır.
Bakıda xeyriyyəçiliyin əsası 1871-
ci ildə, xalqımızın böyük maarifçisi
Həsənbəy Zərdabi və görkəmli mesenat
Hacı Zeynalabdin Tağıyev tərəfindən
qoyulub.
İnsan gördüyü işin mahiyyətini
tam dərinliyi ilə dərk etdikdə, onu
şan şöhrət üçün yox xalqına, dövlə-
44 спортсман № 102 / 2017
S P O R T S M A N
tinə, insanlığa və dünyaya xoşbəxtlik
gətirmək üçün edir. İlk xeyriyyəçilik
turnirini 1994-cü ildən başlayaraq,
ardıcıl üç il təşkil etmişəm. Ancaq o
illər müstəqilliyimizin çox çətin illəri
olduğu üçün mənim etdiyim bu işlərə
çox şübhə ilə yanaşırdılar. Ona görə
də mən bu yarışların davamlı olaraq
keçirilməsini dayandırdım. O ki, qaldı
yarışları keçirməkdə məqsədimə,
əsas məqsədim idmanla gələcək
nəsli mənəvi yüksəldərək, onları şəxsiyyət
olaraq həyata hazırlamaq və
vətənə igid oğullar vermək idi. Mən
hətta deyərdim ki, biz ilk növbədə igid
atalar hazırlamalıyıq ki, igid oğullar
yaransın. Demək istəyirəm ki, bu gün
mənəvi yüksəlişinə nail ola biləcəyimiz
gənc nəsli sabahın igid atası kimi
görəcəyik və çağırışsız igid oğulların
cəbhəyə necə milli qürurla gedəcəyinin
şahidi olacağıq. Çünki mən bunu
keçmiş tələbələrimin simasında görmüşəm.
- Kazım müəllim, necə oldu
ki, 23 il keçməsinə baxmayaraq,
yenidən xeyriyyə yarışını davam
etməyə bir daha qərar verdiniz?
- Bilirsiz, artıq qəbul olunduğu
kimi hər birimiz bilirik ki, həyatda təsadüf
yoxdur. Elə mənim bu gün burda
olmağım da təsadüf deyil. Nəvəm
Bakının 23 saylı məktəbində təhsil
alır. O, məni 2017-ci il yanvar ayında
məktəbin keçirəcəyi xeyriyyə aksiyasına
dəvət etdi. Mən çox böyük
həvəslə o aksiyaya getdim və iştirak
etdim. Uşaqların əl işlərindən və onların
satışından ibarət olan bu aksiya
məni 1994, 1995, 1996-cı illərə apardı.
Öz özümə dedim, Kazım, sən axı
bu xeyriyyəçiliyi 23 il bundan qabaq
tək etmisən, bu gün sən tək deyilsən.
Sənin xeyriyyəçi nəvən Cahan
xanım da onun simasında böyük bir
məktəbin kollektivi də səninlədir. Artıq
insanların mənəviyyatı yüksəlib.
Sənə qabaqkı illər kimi qəribə insan
kimi baxmayacaqlar və hətta səndən
çəkinməyəcəklər. Mən bu sözləri
deyərək elə həmin günü Gənclər
və İdman Nazirliyinə, eləcə də Güləş
Federasiyasına mənə bu işdə dəstək
olmalarını xahiş etdim. Gənclər və
İdman Nazirliyi mənə dəstək olacağını
bildirdi və yarışı Hövsan Olimpiya
Kompleksində yüksək səviyyədə keçirdim.
Biz bilməliyik ki, xeyriyyəçilik insanın
mənəvi yüksəlişindən yaranan
insani hissdir ki, bu hər bir insana
nəsildən nəsilə ötürülür. Bu gün biz
yaşlı nəsil və ziyalı təbəqəmiz bu işi
ЭЦЛЯШ
S P O R T S M A N
simvolik olaraq yox, gənc nəslin bu işi
dərk edərək, şüurlu surətdə davamlı
olaraq həyata keçirməsinə nail olmalıyıq.
- Kazım müəllim, Siz idmançı
hazırlığına hansı prizmadan baxırsız?
- Mən idmançı hazırlığına hörmətli
Prezidentimiz cənab İlham Əliyevin
baxdığı prizmadan baxıram. O, bir
çağırışında biz məşqçilərə demişdir:
“İdman tək qələbələrdən və uğurlardan
ibarət deyildir. İdman xalqın xoşbəxt
gələcəyidir!”.
Mən hesab edirəm ki, biz idmana
elə bu prizmadan yanaşmalıyıq. Asiya
ölkələrinin idman fəlsəfəsində də
deyilir: “Məşqçinin idmançını səhv öyrətməsi,
yol verilməzdir, çünki sabah
o idmançı öz biliyini insanlığa qarşı
çevirə bilər”.
Elə ona görə də mən bu yarışı
keçirdəndə 2 məqsədə nail olmağı
qarşıma bir əsas prioritet kimi qoydum:
1. Müəllim məşqçilərimizdə, idmançılarımızda,
ziyalı təbəqəmizdə,
eləcə də idmana aidiyyatı olmayan
valideynlərdə və adi vətəndaşlarda
mənəvi yüksəliş və birlik həmrəyliyini
yaradım. Əgər biz tarixən idmançı
qələbələrinin səbəbini arasaq görərik
ki, bu qələbələrin 90 faizi idmançının
mənəvi yüksəlişindən onda yaranan
əxlaqi hisslərdən - vicdan, şərəf və
ləyaqət, milli qürur, vətənə olan sevgi
və məhəbbətindən yaranır ki, məndə
bunu keçirəcəyim yarışın əsas
məqsədi kimi iştirakçılara təqdim etdim.
2. Bu gün düyada gedən elmi texniki
tərəqqi hər bir insandan eləcə
də idmandan da yan keçməmişdir.
Hörmətli Prezidentimiz cənab İlham
Əliyevin dediyi kimi: “Müasir dünyada
hər şeyi bilik, savad, təhsil həll edir”.
Mən də hörmətli Prezidentimizin
çağırışına praktik dəstək olaraq yarışda
saat 10:00-dan 11:00-a qədər
məşqçilərə seminar dərs proqramı
keçdim. “Məşqçinin həftəlik dərs planı”
adıyla keçirilən seminar proqramı
məşqçinin həftəlik məşq planının tərtib
edilməsini əhatə edirdi. Sonda isə
proqramı dinləmiş hər bir məşqçiyə
müəllifi olduğum “İdmançının qələbə
psixologiyası” və “Məşqçinin stolüstü
kitabı” dərslik proqramıni, “Məşqçinin
həftəlik dərs planı” DVD diski, eləcə
də “Mən maarifləndim” diplomunu
təqdim etdim. Sonda onu da demək
46
спортсман № 102 / 2017
S P O R T S M A N ЭЦЛЯШ
istəyirəm ki, idmançının hazırlığı ilk
olaraq mənəvi və psixoloji hazırlıqdan
başlamalıdır.
- Söz düşmüşkən bir qədər də
xeyriyyə turniri barədə...
- Mən yarış haqqında onu da
demək istərdim ki, yarışma komandalar
arasında keçirildi, ona görə ki,
istəmədim xeyriyyə yarışında 1-ci,
2-ci və 3-cü yeri tutan, sevinən və
məyus olan idmançı olsun. İstədim
ki, bu yarış xeyriyyə bayramı ruhunda
keçirilsin. Ona görə də yarış qurtardıqda
iştirak edən yüzdən yuxarı hər
bir idmançıya “Mən xeyriyyəçiyəm”
diplomu təqdim edildi. Bu diplom idmançının
mənəvi yüksəlişinə təkan
olacaq. Bundan əlavə hər bir iştirakçıya
“İdmançının qələbə psixologiyası”
kitabı hədiyyə edildi ki, o da özlüyündə
idmançının maariflənməsinə
xidmət edəcək. Üçüncü hədiyyə olan
canlı güllər isə həyat rəmzini, gələcək
nəsli həyatın əbədiliyini qoruyan
bir nəsil kimi yetişməsinin simvolu idi.
Mən çox istərdim bu xeyriyyə
aksiyası hətta beynəlxalq səviyyədə
keçirilərək, Azərbaycanın idman
ölkəsi olduğunu dünyaya bir daha
sübut etsin.
- Kazım müəllim, keçirdiyiniz
yarışda bir çox plakatlar və şuarlar
var idi, ancaq biri mənim diqqətimi
daha çox çəkdi. “Xeyriyyəçinin
böyüyü və kiçiyi olmaz” şuarı...
- Mən o şuarla onu demək istəmişəm
ki, xeyriyyə qutusuna atılan
1 manatın sahibi ilə 100.000 manat
atan insanın səviyyəsi və savabı Allahtəala
yanında eynidir və hər hansı
bir insan 5 yaşında və 100 yaşında
da xeyriyyəçi ola bilər. Təki o, mənəvi
yüksələrək, etdiyi xeyriyyə işini əqlən
və qəlbən duyaraq şüurlu surətdə etmiş
olsun.
- İdmanımıza nə arzu edərdiz?
- Mən arzu edərdim ki, idmanımız,
insanı şəxsiyyət zirvəsinə yüksəldən
bir vasilə kimi insanlığa xidmət etsin.
Eləcə də idmançılarımız böyük
arenalarda öz sözünü deyərək, sübut
etsin ki, Azərbaycan idman ölkəsidir.
Bunun da yolu ilk olaraq maariflənmədən,
şüurlu və elmli tədrisdən
keçir. Necə ki, hörmətli Prezidentimiz
İlham Əliyev demişdir: “Elmsiz idmanın
gələcəyi yoxdur”.
- Kazım müəllim, bir qədər də
gələcək planlar barədə...
- Mənim gələcək planımın əsası
odur ki, Allahtəala mənə imkan
versin, yer üzündə elə bir iş, elə bir
əməl, elə bir iz qoymağa qadir olum
ki, insanlar məndən sonra da ondan
istifadə edərək faydalana bilsinlər. O
ki, qaldı arzularıma istərdim nə qədər
ki, sağam, digər inkişaf etmiş ölkələrdə
olduğu kimi bizdə də idmanın elmi
araşdırmalar mərkəzi, idmançının
psixo-diaqnostik mərkəzi, məşqçinin
tədris mərkəzi olsun. Torpaqlarımızın
bütövlüyünü görərək bir neçə il özümü
və xalqımızı xoşbəxt olaraq yaşadığını
görüm və hiss edim.
Cavid Allahverdiyev
спортсман № 102 / 2017
47
İdman
zədələrinə
qarşı güclü vasitə
САЬЛАМ ОЛ
S P O R T S M A N
Müxtəlif mənşəli idman travmaları ümumi travmaların
(məişət, nəqliyyat, istehsalat və s.) 2-5%-ni
təşkil edir. Sport travmatizminin rast gəlmə tezliyi
idmanın növündən, onunla məşğul olunma dərəcəsindən
asılı olaraq dəyişir. Belə ki, müxtəlif idman
növlərində travmatizm eyni dərəcədə deyil. Bu göstərici
həmçinin, şəxsin idmanla məşğul olma tezliyindən
asılı olaraq dəyişir.
2003-cü ildə ABŞ-da 20,1 milyon idmançı üzərində
aparılan tədqiqatda müəyyən edildi ki, idman travmalarının
50%-dən çoxu aşağı ətraflarda meydana çıxır.
Almaniyada istehsal olunan TRAUMEEL S, ZEEL T,
SPASCUPREEL kimi təbii tərkibli, dopinq təsirə malik olmayan
preparatlar Avropanın bir çox idman komandalarının
seçim preparatına çevrilmişdir. Məhz bu preparatların
köməyi ilə zədə almış nahiyyə (oynaq, vətər, əzələ) qısa
müddətdə tam fəsadsız sağalır və idmançının yarışlara və
məşqlərə dönməsinə kömək olur. Müşahidə olunmuşdur
ki, bu kompleks tərkibli preparatlarının requlyar qəbulu
zamanı idmançılar travmala qarşı daha dözümlü olur,
zədələr isə yüngül formada olur. Bunlardan Traumeel S
preparatı artıq 60 ildir ki, dünyanın 50-dən çox ölkəsində
uğurla istifadə edilir. Traumeel S preparatının effektivliyi
dünyanın məşhur idman həkimləri tərəfindən təsdiq edilmişdir.
Məs: Almaniya milli Olimpiyada Komitetinin sədri
doktor Klaus Ştaynbax “FC Chelsea” futbol komandasının
rəsmi doktoru dr. Saşa Niperi misal göstərmək olar.
İdman həkimlərini maraqlandıran əsas xüsusiyyətlərdən
biri isə müalicədə istifadə olunan dərman preparatının dopinq
effektinə malik olub, olmamasıdır. Traumeel S idman
təbabətində müxtəlif travmaların, oynaq və yumşaq toxuma
zədələnmələrinin müalicəsində geniş istifadə olunur.
Məs: 2006 Turin, 2004 Afina, 2002 Solt-Leyk-Siti,
2000 Sidney olimpiyadasında iştirak edən Almaniya Milli
Olimpiyada komandası requlyar olaraq Traumeel S preparatını
qəbul etmişdir.
Təbii tərkibə malik olan Traumeel S preparatı dopinq
effektinə malik deyil. Beləki, Traumeel S Ümümdünya
Antidopinq Agenti tərəfindən hazırlanan qadağan olunmuş
preparatlar siyahısına daxil deyil. Qeyd edək ki, Almaniya
Milli Antidopinq Agenti Traumeel S preparatının
dopinq effektinə malik olmadığını və istifadəsininin yolverilən
olduğunu təsdiq etmişdir.
Beləliklə, idman travmaların müalicəsində TRAUME-
EL S preparatı effektiv müalicəvi təsirə malikdir. Ona görə
də, idman həkimləri və idmançılar TRAUMEEL S preparatını
öz dərman çantalarından əksik etmirlər!
48 спортсман № 102 / 2017
САЬЛАМ ОЛ
• Travma
• Əzilmə
• Bağ və vətər gərilməsi
• Oynaqda ağrı
• Sınıq
• Qansızma
• Osteoxondroz zamanı
• Osteoxondroz
• Artroz
• Artrit
• Revmatik xəstəliklər
- Qığırdaq toxumasını bərpa edir
- Oynağda hərəkəti yaxşılaştırır
- İltihabəleyhi
- Ağrıkəsici təsir göstərir
- Əzələlərdə spazm
- Bağ və vətərlərdə dartılma
Üstünlükləri:
- Alman keyfiyyəti və tam təbii tərkib
- Hətta uzunmüddətli istifadəsi zamanı heç bir
əlavə effekt meydana çıxmır.
- Effektivliyi klinik tədqiqatla təsdiq edilmişdir
- Butun yaş qruplarda istifadə olunur
- Məlhəm –gündə 3- 5 dəfə zədə nahiyəsinə
sürtülür
- Ampula –həftədə 2-3 dəfə əzələdaxili, venadaxili,
zədə nahiyəsinə dəridaxili, dərialtı yeridilə bilər
- Həb-1 həb gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl
dilaltı qəbul edilir
Azərbaycanda eksklüziv nümayəndə İKŞ “Planeta”
Ünvan: Bakı, 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24),
Memar Əcəmi metrosunun yaxınlığında
Tel.: (012) 430 89 49, 430 30 10
fb.com/bioloji.tababat
www.btk.az
спортсман № 102 / 2017
49
БАКЫ 2017
S P O R T S M A N
Bakı 2017 İslam Həmrəyliyi Oyunları
Əməliyyat Komitəsində görüş
olan 57 dövlətin qatılması nəzərdə tutulur.
Hələlik 53 dövlət qeydiyyatdan
keçib. Avropadan Oyunlara Türkiyə
və Albaniya atletləri qatılacaqlar. Onlar
21 idman növü üzrə yüksək nəticələr
uğrunda mübarızə aparacaqlar.
Məlumat üçün qeyd edək ki, 24
iyul 2014-cü ildə Səudiyyə Ərəbistanın
Ciddə şəhərində İslam Həmrəyliyi
İdman Federasiyasının 8-ci Baş
Assambleyasında Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Dr. Çingiz Hüseynzadə,
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının
Təşkilat Komitəsinin icraçı direktoru
Könül Nurullayeva və İslam
Azərbaycan İdman Jurnalistləri
Assopsiasiyası - AİJA
rəhbərliyi ilə Bakıda keçiriləcək
IV İslam Həmrəyliyi Oyunları
Əməliyyat Komitəsinin mətbuat
əməliyyatları şöbəsinin direktoru
xanım Ceyn Pirs ilə görüş
olub. Görüşdə Oyunlara hazırlığın
gedişi, media akkreditə
məsələləri, yerli və beynəlxalq
media təmsilçiləri üçün yaradılacaq
şərait və bir sıra başqa
məsələlər müzakirə olunub,
qarşılıqlı fikir mübadiləsi edilib.
Xanım Ceyn Pris bildirib ki, IV
İslam Həmrəyliyi Oyunlarına İslam
Həmrəyliyi İdman Federasiyasına üzv
50 спортсман № 102 / 2017
S P O R T S M A N БАКЫ 2017
Həmrəyliyi Oyunlarının işçi qrupunun
üzvü Mehman Kərimov Bakı şəhərinin
təqdimatı ilə çıxış etdikdən sonra
Assambleya çərçivəsində “Bakı
2017” namizədlik kitabının da təqdimatı
olub. Daha sonra yekdil səslə
Azərbaycan 2017-ci ildə IV İslam
Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək
hüququ qazandı.
Oyunlara mayın 12-də start veriləcək,
mayın 22-də isə təntənəli bağlanış
mərasimi nəzərdə tutulub. 10 gün
ərzində Bakının idman arenalarında
57 ölkədən 6 minə yaxın idmançısının
mübarizə aparacağı gözlənilir.
Xanım Ceyn Pris qeyd etdi ki, media
əməkdaşlarının akkreditəsi martın
31-ə kimi davam edəcək. Hələlik
300 nəfərdən artıq KİV əməkdaşı
bu mötəbər tədbirin işıqlandırılması
və AZƏRTAC-la yanaşı ölkənin yaradıcı
media təmsilçilərinin milli, peşəkar
yaradıcılıq birliyi olan AİJA-nın da
Oyunlara informasiya dəstəyi göstərməsi
məsələləri müzakirə edilib.
Görüşdə əməkdar jurnalistlər,
Azərbaycan Milli Olimpiya Komitəsinin
və Beynəlxalq İdman Mətbuatı
Assosiasiyasının (AİPS) üzvləri –
AİJA prezidenti, AİPS AVROPA İcraiyyə
Komitəsinin üzvü Eldar İsmayılov,
“Olimpiya dünyası” qəzetinin baş
redaktoru Murad Fərzəliyev və “İdman”
qəzetinin baş redaktoru Qabil
Mehdiyev iştirak etdilər.
Binnət Əliyev
AİJA-nın mətbuat katibi
qeydiyyatdan keçib. Onların arasında
yerli reportyorlar çoxluq təşkil edir.
Mötəbər beynəlxalq tədbirlərin və
yarışların yüksək səviyyədə işıqlandırılması
sahəsində zəngin təcrübəyə
malik AZƏRTAC IV İslam Həmrəyliyi
Oyunlarının rəsmi media tərəfdaşıdır.
Bu barədə müqavilə də imzalanıb.
İllərdən bəri Azərbaycan İdman Jurnalistləri
Assosiasiyası tərəfindən “İdmanı
ışıqlandıran ən yaxşı informasiya
agentliyi” elan olunan AZƏRTAC
ölkəmizin ev sahibliyi etdiyi “Bakı-
2015” birinci Avropa Oyunlarının da
rəsmi media tərəfdaşı olub. Söhbət
zamanı IV İslam Həmrəyliyi Oyunlarının
əhəmiyyəti xüsusi vurğulanaraq,
спортсман № 102 / 2017
51
AVTOBAN
S P O R T S M A N
NISSAN
SENTRA
• 2017-cü il Fevral ayının əvvələrindən
Yaxın Şərqdə satışlarına
start verilib
• Heyranedici dizayn, arxa və ön
LED işıqlar, yüksək səviyyəli
interyer
• Seqmentində ən geniş ayaq
yeri və yük yeri
• İki zonalı klimat-kontrol (hava
nəzarəti), intelektual açar və
arxa görüntü kamerası
• 1.6 litr və 1.8 litr üçün müvafiq
olaraq 100 km-ə 6.2 və 6.7 litr
yanacaq istifadə etməklə seqmentinin
ən qənaətcil avtomobili
olması
• Effektiv 1.6 litr və 1.8 litrlik
mühərriki və optimal performans
təminatı, yeni nəsil
Xtronic CVT ®
• Bluetooth ®
və peyk naviqasiyası
ilə problemsiz əlaqə
Nissan Sentra daha böyük avtomobil
ilə sürücülük səriştəsinin,
seqmentində birinci dəfə rast gəlinən
“estetik sürücülük” anlayışının
unikal kombinasiyasıdır. Kompakt
sedanda yeni ad olan Nissan
Sentra yüksək dəyərli seçimdir.
Cazibədar dizayn - Kompakt
Sedan seqmentində rəqib avtomobillərlə
müqayisədə yeni Nissan
52 спортсман № 102 / 2017
S P O R T S M A N AVTOBAN
Sentrada, daxili və xarici dizaynına
böyük diqqət ayrılıb. Zahirən xarakteristik
xətlərlə yaxşı tənzimlənmiş
eksteryerin nisbəti və yonulmuş
panellər, interyerdə də özünü
göstərən “peşəkar” hissini yaradır.
Rahat oturacaqlar, yüksək keyfiyyətli
material və müasir kabina
dizaynının zəngin texnologiya və
xüsusiyyətlərlə kombinasıyası sürücü
və ya sərnişin tərəfindən avtomobilə
daxil olan kimi hiss olunur.
Ağlagəlməz genişlik - Nissan
Sentra seqmentinin nümayəndələrindən
ən geniş interyeri ilə
fərqlənir. Orta ölçülü sedan seqmentinə
uyğun modellər arasında
ən geniş ön və arxa hissədə bütün
спортсман № 102 / 2017
53
AVTOBAN
S P O R T S M A N
sərnişinlər rahatlığı hiss edə bilərlər. Sentra sahibinə
həmçinin sinfinin və orta ölçülü sedan seqmentinin
ən böyük yük hissəsi olan 510 litrlik yük yeri də
təklif edir.
Seqmentindəki digər avtomobillərdən
fərqlənən xüsusiyyətləri
Nissan Sentra yüksək səviyyəli daxili və xarici
dizayn standartlarına diqqət ayırıb. Arxa sərnişin
havalandırma sistemi ilə avtomatik iki zonalı klimatkontrol
sistemi, naviqasiya sistemi, arxa görüntü kamerası,
mühərriki məsafədən işə salan intelllektual
açar və start/stop düyməsi Sentranın seqmentində
təqdim etdiyi bəzi funksiyalardı. Bütün versiyalar
yumşaq interyer üçün olan standart avadanlıq, iki
hava yastığı, ABS (tormozların antibloklanma sistemi
), EBD (tormoz gücünün elektrik paylanma sistemi)
BA (Gücləndirilmiş Əyləc) və ESP (Elektron
Sabitlik Proqramı) ilə geniş və etibarlı avadanlıqla
təchiz edilmişdir.
Ünvanlar: Bakı şəhəri, AZ 1029, Babək pr-ti 31,
Salamzadə küç.2
Tel.: (+994 12) 448 38 38, 430 90 90
Faks: (+994 12) 447 46 87
S P O R T S M A N ТЕННИС
Onu tennisin Kralı
adlandıran çoxdur.
Yəqin ki, söhbətin
Roje Federerden
getdiyi hamıya gün
kimi aydındı. İsveçrəli
tennisçi «Australian
Open»də bir daha
nəyə qadir olduğunu
sübuta yetirdi. 36 yaşlı
tennisçi mövsümün
ilk «Böyük Dəbilqə»
yarışında qələbə qazanmaqla,
tarixi uğura
imza atdı.
möhtəşəm dönüş
Əksəriyyət Federer erasının bitdiyini
düşünürdü. Çünki isveçrəli
idmançı sonuncu dəfə «Böyük dəbilqə»
yarışında 2012-ci ildə qələbə
qazanmışdı. Beş il əvvəl «Uimbildon
Open»də qalib gələn Federer, sonradan
Novak Cokoviç, Rafael Nadal,
Endi Murrey kimi idmançıların kölgəsində
qalmışdı. Arxada qalan illər ərzində,
o, üç dəfə final oynasa da (iki
dəfə «Uimbildon Open»də, bir dəfə
«Rollan Qarros»da), hər üç halda
Cokoviçə məğlub olmuşdu. Yaşının
ötməsi tennis mütəxəssislərinə Rojenin
bir daha əvvəlki səviyyəyə qayıtmayacağına
əsas verirdi. Müəyyən
zədələrdən əziyyət çəkməsi də
təcrübəli tennisçiyə mane olurdu.
Dizi və belindəki ağrılar ona əziyyət
verirdi. Buna səbəb kimi, Federer
yayda tennisə fasilə vermək qərarına
gəlmişdi.
Təxminən 6 aylıq istirahətdən
sonra təcrubəli tennisçi 2017-ci
ilin əvvəlində yığmanın heyətində
«Hopman Cup»da iştirak edir.
«Australian Open»ə hazırlaşan Federerin
Zverevə (Almaniya) uduzması
çoxlarını düşündürməyə bilməzdi.
Amma Melburnda hər şey
əksinə oldu.
Reytinq sırılamasında 17-ci olan
Federeri çətin sınaq gözləyirdi. O,
qələbəyə gedən yolda Endi Murrey,
Stanislav Vavrinka, Kei Nişikori kimi
tennisçilərlə qarşılaşa bilərdi. Roje
ilk görüşdə avstriyalı Melzerin ciddi
müqaviməti ilə üzləşdi. Birinci setdə
2:4 hesabı ilə uduzmasına baxmayaraq,
Federer vəziyyəti öz xeyrinə
dəyşərək, 7:5 hesabı ilə qələbə qazandı.
Növbəti setdə ssenari əks
istiqamətdə cəyəran etdi. Setin əvvəlində
önə keçən Roje, üstünlüyünü
qoruya bilmədi. Növbəti setlərdə
daha inamlı təsir bağışlayan isveçrəli,
rəqibin səhvlərindən lazımınca
istifadə edib qələbəni bayram etdi.
Ardıcıl iki oyunda Federerin işi
çox olmadı. Amerikalı Rubin və çexiyalı
Berdıx ilə görüşlərdə Roje tam
üstünlüklə qələbə qazandı. Halbuki,
Berdıxlə görüşdə qəhrəmanımızın
çətinlik çəkəcəyi gözlənilirdi. Kei Nişikori
ilə qarşılaşma gözlənildiyi kimi
gərgin mübarizə şəraitində keçdi. 3
saat 27 dəqiqə və beş set davam
edən matç, sonda isveçrəlinin qələbəsi
ilə başa çatdı. Dörddəbir finalda
спортсман № 102 / 2017
55
ТЕННИС
S P O R T S M A N
Roje 20 gün əvvəl uduzduğu Mişa
Zverevlə münasibətlərə aydınlıq gətirdi.
Bu görüşü Federer üçün asan
gəzinti kimi qələbə vermək olar. O,
yalnız ikinci setdə rəqibinin müəyyən
müqaviməti ilə üzləşdi. Qeyd edək ki,
Zverev bu matçdan əvvəl dünyanın
bir nömrəsi Murreyi məğlub etməklə
diqqətləri üzərinə çəkmişdi. Amma
almaniyalı növbəti sensasiyanı gerçəkləşdirə
bilmədi.
Ötən ilin son yarışının qalibi Vavrinka
ilə qarşıdurma heç də asan
olmayacaqdı. US Opendə qələbəni
bayram edən həmyerlisi ilə görüş
azarkeşlərə maraqlı mübarizə vəd
edirdi. Tərəflər arasında son görüş
2015-ci ildə baş tutmuşdu. Ümumiyyətlə,
Federerin son üç matçda qələbə
qazanmasına baxmayaraq, dueldə
qüvvələr bərabər hesab olunurdu.
Oyunun startında hər şey Federerin
istədiyi kimi gedirdi. İlk iki setdə Vavrinka
rəqibinə breyk edə bilmədi ki,
bu nəticədə özünü göstərdi. Növbəti
iki setdə isə Stanislas daha inamlı
təsir bağışladı. Amma həlledici
məqamda təcrübə öz sözünü dedi.
Beşinci settin altıncı qeymində uzun
sürən mübarizədən sonra Federer
bu seriyadan olan yarışlarda altı dəfə
həlledici görüşdə Federerə qalib gələ
bilmişdi. Roje dörd dəfə «Rollan Qarros»da,
bir dəfə «Australian Open»-
də, bir dəfə də «Uimbildon Open»də
Nadala uduzmuşdu. Federerin bu
qəbildən yarışlarda cəmi iki qələbəsi
var idi. Final ərəfəsində Rafaelin statik
göstəriciləri və rəqibinə nisbətən
daha gənc olması onu favoritə çevirirdi.
Amma...
topunu da qazanaraq, 2:0 üstünlük
qazanan ispaniyalı qələbəyə xeyli
yaxınlaşdı. Amma Roje böyük əzmkarlıq
göstərərək 1:3 hesabını 6:3-ə
çevirə bildi. Bu, onun karyerasında
18-ci Böyük Dəbilqə qələbəsi oldu
ki, göstəriciyə görə Federer əlçatmaz
görünür. O, 7 dəfə «Uimbildon
Open»in, hərəsi beş dəfə olmaqla,
«Australian Open» və «US Open»i,
elə cə də bir dəfə «Rollan Qarros»u
breyk etməyi bacardı. Bununla da,
üstünlüyə yiyələnən «Kral» finala
yüksəlmək şansını qaçırmadı.
Finalda onu daha bir güclü rəqib
gözləyrdi. Sonuncu dəfə 2014-cü ildə
«Rollan Qarros» qazanan Rafael Nadal,
bundan sonra «Böyük Dəbilqə»
yarışlarında finala belə yüksələ bilməmişdi.
Nəticədə İspaniyalı tennisçi
Final matçında son dövrlərin iki
böyük tennisçisinin ifasında möhtəşəm
oyun nümayiş etdirildi. Federer
iki dəfə önə keçməsinə baxmayaraq,
Nadal setlərin sayını bərabərləşdirərək,
asan təslim olmayacağını
göstərdi. Maraqlıdır ki, beş setin heç
biri taybreykə kimi dava etmədi. Sonuncu
setə nadal breyklə başladı. Öz
qazanıb. Bundan başqa, 35 yaşında
böyük turniri qazanan isveçrəli bu
göstəriciyə görə yalnız Ken Rosuelldən
geri qalır. Ken, 1972-ci ildə 37
yaşında analoji yarışın qalibi olub.
Bundan başqa, Federer 2004-cü ildən
sonra üç rəqibinə beş setdə qalib
gələn ilk tennisçi olub.
Roje Federer: «Düzü, biz yenidən
böyük yarışların finalında oynayacağımıza
inanmırdıq. Qələbə qazandığım
üçün çox şadam. Məğlub
olsa idim belə Rafaya görə sevinəcəkdim.
Əgər biz bu qələbəni bölüşə
bilsə idik, çox gözəl olardı. Çünki biz
çox əziyyət çəkmişdik. Qarşımıza
qoyduğumuz məqsədə çatdıq».
Avstraliyada qadınların yarışında
qalib Uilyams bacıları arasında
müəyyənləşdi. Serena qələbəni
bayram edərək, karyerasında 23-cü
tituluna sahib çıxdı. Bununla da, o,
Şteffi Qrafın (22 qələbə) rekordunu
yenilədi.
Kamal Rza
56 спортсман № 102 / 2017