14.07.2017 Views

SPORTSMAN-103IC

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S P O R T S M A N

idman arenaları

Heydər Əliyev adına İdman Arenası

Başqa bir möhtəşəm obyekt –

Heydər Əliyev adına İdman Arenası

Bakının mərkəzində, Tbilisi prospektində

yerləşir. Azərbaycanın ümummilli

lideri Heydər Əliyevin adını

daşıyan bu məkan, 1990-cı ildə istifadəyə

verilmiş və bu tarixdən etibarən

müxtəlif idman növləri üzrə 30-dan

çox beynəlxalq yarışa ev sahibliyi etmişdir.

Obyekt Avropa Oyunlarından

öncə əsaslı şəkildə təmir edilib.

Obyektə aid faktlar

n Heydər Əliyev adına İdman Arenası

2015-ci ildə Bakı 2015 Avropa Oyunları

ilə əlaqədar təmir edilmişdir.

n

Bu obyekt 1990-cı ildə istifadəyə

verilmiş və bu tarixdən etibarən

müxtəlif idman növləri üzrə 30-dan

çox beynəlxalq yarışa ev sahibliyi etmişdir.

n

Bakı 2017 zamanı Heydər Əliyev

adına İdman Arenasında cüdo və görmə

qabiliyyətini itirmiş şəxslər üçün

cüdo, Yunan-Roma güləşi və sərbəst

güləş üzrə yarışlar keçiriləcək.

n

Cüdo və görmə qabilyyətini itirmiş

şəxslər üçün cüdo yarışları 13-15

may, Yunan-Roma güləşi yarışları 17-

18 may, sərbəst güləş yarışları isə 19-

21 may tarixlərində keçiriləcək.

Milli Gimnastika Arenası

Milli Gimnastika Arenası Atletlər

Kəndinin cənubunda yerləşir. Obyektin

tikintisi 2014-cü ilin fevralında

tamamlanıb və 2014-cü ilin aprelində

bu arenanın rəsmi açılışı olub. Azərbaycan

Gimnastika Federasiyası burada

yerləşir; arena 2014-cü ilin iyununda

bədii gimnastika üzrə 30-cu Avropa

çempionatına ev sahibliyi edib.

Obyektə aid faktlar

n Azərbaycan Gimnastika Federasiyası

burada yerləşir.

n

Kompleks istifadəyə verildikdən

sonra burada keçirilmiş ilk tədbir

2014-cü ilin iyununda baş tutmuş 30-

cu Avropa Bədii Gimnastika Çempionatı

olub.

n

Bakı 2017 zamanı Milli Gimnastika

Arenası bədii gimnastika və idman

gimnastikası yarışlarına ev sahibliyi

edəcək.

n Bədii gimnastika və idman gimnastikası

yarışları 12-15 may tarixlərində

keçiriləcək.

спортсман № 103 / 2017

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!