28.04.2018 Views

x-lady

© Elnur Rüstəmov. X-Lady (konsultativ roman) Qiməti: 5 azn

© Elnur Rüstəmov. X-Lady (konsultativ roman)
Qiməti: 5 azn

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

KİTAB “PSİXOLOGİYA DÜNYASI” SERİYASINA AİDDİR

Heç bir insan 16 yaşdan o tərəfə

böyümür. 16 yaşdan o tərəfə yaşadıqlarımız

keçmişdə bizə təsir göstərən, yaxud o vaxt

yaşamadığımız istəklərin tamamlanması

üzərində formalaşır.

Elnur Rüstəmov

x–lady

Konsultativ roman

2-ci nəşr

Məsləhətçi:

Narınc Rüstəmova

Redaktor:

Cəlil Cavanşir

Naşir:

Müşfiq XAN

Korrektor:

Gülər Əliyeva

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Tamerlan İsmayılzadə

© Elnur Rüstəmov. X-Lady (konsultativ roman)

© “XAN” nəşriyyatı. Bakı–2018. 108 səh. 2-ci nəşr

ISBN: 901020841203

İŞIĞA DOĞRU...

Məmləkətimizdə və onun hüdudlarından kənarda kifayət

qədər tanınan psixoloq-alim Elnur Rüstəmovun “X

Lady” konsultativ romanının təkrar nəşrinə ön söz yazmaq

istəyirəm. (Bəlkə, önə çıxarılmış söz?! Bunun haqqında bir

az sonra). Bunu hər ikimiz istəyirik. Amma daha çox mən

istəyirəm! Və təklif də məndən gəldi. Niyə? Məhz bu suallımı

cavablandırmaq üçün son üç cümlənin metafizik qatına

(quyusuna!) düşməyimiz gərəkir. Ariadna ipinə əlimiz çatmayacaq!

Məlikməmmədin kəndiri isə “farağat” dayanıb!

O universial iplə bizim “kasıb” kədirimiz arasında nə qədər

istəsən, paralellər tapmaq olar...

Yunan mifoloji qəhrəmanı Tesey labirintdən qayıtmaq

üçün sevgilsi Ariadnanın ona toxuduğu ipdən istifadə edir.

Tesey labirintdəki Minotavrı öldürməlidir. Məlikməmməd

də divi. Kəndir (və ya ip!) təkcə nağıl qəhrəmanımıza deyil,

həm də quyu başında duran qanıbir, canıbir qardaşların altşüurlarında

tutduqları məkrli niyyətlərini həyata keçirməkdən

ötrü gərək olur. Göründüyü kimi, “doğma” kəndirimiz

daha “qiymətli” və “statuslu”dur, necə deyərlər, onun “izzəti-şərəfi”

daha çoxdur! Amma hər iki halda kəndir (və ya

ip!) kəndirlikdən (və ya iplikdən!) çıxıb dəruni məna daşıyır.

(Deyəsən, “Əndərun” sözünün də canında “dəruni” uyuyur).

Birincidə məhz əziz, sevgili barmaqların toxuduğu ip

Tseyi xilas edir. İkincidə isə kəndir Əndəruna (gizliliyə, mahiyyətə!)

aparır. Tsey ipə, Məlikməmməd də kəndirə (“borcludur”

yox!) minnətdardır! Zənnimizcə, dilimizdəki “ipucları”

sözü də buna rəğmən yaranıb. Nə qədər pafoslu səslənsə

də, deməliyik: Müəllim, öyrətmən, (və ya ustad!) öz şagirdinə

(və ya şəyirdinə!) ip, kəndir və ya ipucları verir. Şəyirdlər

onu götürüb uzun və məşəqqətli bir səfərə çıxırlar... Və

günlərin bir günü böyük “qənimətlər”lə (bədii-elmi!) qayıdan

şagirdlərini görən müəllim hansı hisləri yaşayar, özünüz

deyin! Elnurun “X Lady”si mənə həmin hisləri yaşadır...

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!