№ 114 / 2018 / 6 манат
www.sportsman.az
Журнал 2004-ъц илдян няшр олунур
YeniYetmələrin Olimpiadasından 6 medal
www.thy.com
AzЯrbAycAn èdmAn
JurnAlèstlЯrè AssosèAsèyAsÛ
1995-úè èëäÿ éàðàäûëûá
ÁÓ ÑÀÉÛÌÛÇÄÀ
Yeniyetmələrin
Olimpiadasından
6 medal
Eldəniz əzizli -
dünYa çEmpiOnu
ñÿù.6
Cüdo üzrə dünya
çempionatı Bakıda
Baku Open-2018
ñÿù.10
ñÿù.16
43rd CHESS
OlYmpIad BaTumI 2018
GEOrGIa
BErT SCHOOFS:
“Biz BraziliYaYa
qaliB Gəldik.
unudulmaz
HadiSədir...”
ñÿù.20
ñÿù.24
dünya
çempionatında
15-ci
FuTBOl üzrə
avrOpa
çEmpiOnaTI
ñÿù.31
ñÿù.36
ñÿù.38
ilHam ağaYEv:
STOlüSTü TEnniS -
5 Yaşdan aHIl qOCaYadək
maraqla OYnaYa BiləCək
Bir idman növüdür
VƏLİ
QASIMOV - 50
ñÿù.40
ñÿù.48
ñïîðòñìàí
Áàø ðåäàêòîð:
Ðÿøàä Ãÿìÿðøàùîüëó
Öíâàí: Áàêû, Çàùèä Õÿëèëîâ 23,
Áàêû Äþâëÿò Óíèâåðñèòåòè
Òåëåôîí: 012 437 90 76
å-ìàèë: info@sportsman.az
www.sportsman.az
Æóðíàë Àçÿðáàéúàí Ðåñïóáëèêàñûíûí
ßäëèééÿ Íàçèðëèéèíäÿ ãåéäèééàòäàí
êå÷ìèøäèð. ¹1164
Ìöÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí ìþâãåéè
óéüóí ýÿëìÿéÿ áèëÿð.
Ðåêëàìëàðäà ýåäÿí ìÿòíëÿðÿ ýþðÿ
æóðíàë ìÿñóëèééÿò äàøûìûð.
Æóðíàë Àçÿðáàéúàíäà “Òèìå Ïðèíò”
ìÿòáÿÿñèíäÿ ÷àï åäèëèá.
Öç ñÿùèôÿäÿ:
Azərbaycan milli komandası və
idman mütəxəssisləri
Yeniyetmələrin III Yay
Olimpiya Oyunlarında -
Buenos Ayres 2018
S P O R T S M A N
YenİYeTMƏLƏrİn OLİMpİAdASIndAn 6 MedAL
argentinanın paytaxtı Buenos
ayresdə Yeniyetmələrin III Yay
Olimpiya Oyunları keçirilib. Oktyabrın
6-da start götürən yarışlar,
ayın 18-ə kimi davam edib.
Azərbaycan milli komandasının
heyətində Argentinaya yollanan 17
idmançıdan 2-si qızıl, 1-i gümüş, 3-ü
bürünc medal qazanıb.
Cüdoçu Vüqar Talıbov (66 kq) və
sərbəst güləşçi Turan Bayramov (65
kq) qızıl, ağırlıqqaldıran Tarmenxan
Babayev (85 kq) gümüş, taekvondoçu
Cavad Ağayev (63 kq), boksçu Nurlan
Səfərov (60 kq) və qadın güləşçi
Şahanə Nəzərova (43 kq) bürünc medala
sahib çıxıblar. Bədii gimnast Yelizaveta
Luzan isə Beynəlxalq Olimpiya
Komitəsinin qarışıq komandasının
tərkibində qızıl medal qazanıb. Onun
medalı ümumi sıralamada ölkənin
adından göstərilməyib.
Bu nəticə ilə Azərbaycan komandası
medal əyarına görə 208 ölkə
arasında 34-cü yeri tutub. Olimpiadanın
qalibi isə 29 qızıl, 18 gümüş və 12
bürünc medalla Rusiya yığması olub.
Çin 18 qızılla 2-ci, Yaponiya 15 qızılla
3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan idmançıları
Sinqapur-2010 olimpiadasında
8 (5 qızıl, 3 gümüş), Nankin-2014-də
12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medal
qazanıblar.
Cüdoçumuz
Vüqar Talıbovun qızıl medalı
Olimpiadanın cüdo yarışlarında
66 kq çəki dərəcəsində çıxış edən
yeniyetmə idmançımız Vüqar Talıbov,
bütün rəqiblərini məğlub edərək fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.
Cüdoçumuz ilk görüşündə yəmənli
Əhəd Əl-Saqheeraya şans verməyərək,
ikinci görüşündə tacikistanlı
rəqibi Camşed Sulaimoni də məğlub
edib. Dominikan Respublikasının təmsilçisi
Antonio Tornalanı finala gedən
yolda yeniyetmə cüdoçumuzun üçüncü
rəqibi olub. Dominikanlı rəqibi üzərində
də uğur qazanan idmançımız,
bu qələbəsi ilə finala yüksəlib. Bütün
görüşlərini qələbə əzmi ilə keçirən
cüdoçumuzun finaldakı rəqibi Rusiya
idmançısı Abrek Naquçev olub. Qızıl
medal uğrunda keçən gərgin görüşdə
rusiyalı Naquçev üzərində parlaq
qələbə qazanan Vüqar Talıbov, qızıl
medala sahib çıxaraq, yeniyetmələr
arasında Olimpiya çempionu olub.
Cüdo yarışlarını Milli Olimpiya
Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə, MOK-un baş katibinin
müavini Azər Əliyev, SOCAR-ın vitse-prezidenti
Rəfiqə Hüseynzadə,
Gənclər və İdman nazirliyinin idman
şöbəsinin müdiri, olimpiya çempionu
Fərid Mansurov da izləyirdilər. Təltifetmə
mərasimindən dərhal sonra
6 спортсман № 114 / 2018
S P O R T S M A N
idmançıların məşq zalına gələn Çingiz Hüseynzadə və nümayəndə
heyətinin üzvləri parlaq qələbə ilə komandamıza
ilk medal qazandıran Vüqar Talıbovu təbrik etmiş və digər
idmançılara da qarşıdakı yarışlarda uğurlar arzulamışlar.
“Qızıl medal qazandığım üçün çox sevincliyəm. Buradan
Azərbaycan xalqına, ümumiyyətlə, mənə dəstək olan
hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu, yığma komandanın
baş məşqçilərinin, köməkçi məşqçilərin və şəxsi
məşqçimin də qızıl medalıdır. Şəxsi məşqçim Aslan Hacıyevə,
millinin baş məşqçisi Ramiz Ramizzadəyə, Zaur
Babayevə, Emin İsgəndərova və federasiyada çalışan hər
bir şəxsə təşəkkür edirəm. Üzərimdə əziyyətləri böyükdür.
Böyüklərin yarışında belə uğur qazanmaq asan olmayacaq.
Çox çətin olacaq. İnanıram ki, 2024-cü ildə Fransanın
paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının qalibi
olacağam”, - deyə Vüqar Talıbov bildirib.
qazanmağımda onların çox böyük əməyi var.
Demək olar ki, görüşlərim çətin keçmədi. Ən çətin qarşılaşmam
İran idmançısına qarşı oldu. Ona da rahatlıqla
qalib gəldim”.
Turan Bayramov qarşıdakı hədəfinin 2020-ci illdə Yaponiyanın
paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında
qızıl medal qazanmaq olduğunu söyləyib.
Taekvondoçu Cavad Ağayev
bürünclə kifayətləndi
Turan Bayramov Yeniyetmələrin
Olimpiya çempionudur
65 kq-da yarışan sərbəst güləşçimiz Turan Bayramov,
A qrupunda mübarizə aparıb. Yeniyetmələr arasında dünya
və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini
elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov
Pakistan güləşçisinə də asanlıqla qalib gələrək, A qrupunda
1-ci yeri tutub. Bununla idmançımız olimpiadanın finalına
vəsiqə qazanıb.
Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla
qarşılaşıb. Qeyd edək ki, güləşçimiz həmin pəhləvana
dünya çempionatının yarımfinalında 8:2 hesabı ilə
qalib gəlib. Həlledici görüşün birinci hissəsində rəqibini 4:0
hesab ilə məğlub edən Turan Bayramov, ikinci hissədə də
üstünlüyü əldən verməyib. Beləliklə, sərbəst güləşçimiz Yeniyetmələrin
Olimpiya çempionu adını qazanıb.
Bu da Turan Bayramovun yarışla bağlı fikirləri: ”Bu, bir
ilin yox, dörd ilin əziyyətidir. Ona görə də, adi medal deyil.
Qazandığım medal mənim üzərimdə çalışan insanların
əziyyətinin nəticəsidir. Bura qədər irəliləməyimin səbəbi
onlardır. Hamısına çox sağ olun deyirəm. Gənclər və İdman
Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan
Güləş Federasiyasına dərin minnətdarlığımı bildirirəm. Federasiyamızın
rəhbəri Namiq Əliyevə, böyük məşqçi Firdovsi
Umudova, Əsgərxan müəllimə, şəxsi məşqçim Aqil İbrahimova
öz təşəkkürümü çatdırmaq istəyirəm. Qızıl medal
Oyunlar çərçivəsində keçirilən taekvondo yarışlarında
təmsilçimiz Cavad Ağayev, milli komandamızın hesabına
bürünc medal yazdırıb. 63 kq çəki dərəcəsində yarışan
taekvondoçumuz, ilk görüşündə iranlı Hamed Aşqari
Mehdabadiyə (9:8) qalib gələrək yarımfinala yüksəlib. Bu
mərhələdə koreyalı Çho Vonhee ilə görüşdə Cavad məğlubiyyətə
uğrayıb. Bununla da idmançımız yarışların bürünc
medalına layiq görülüb. Onun rəqibi isə Olimpiya Oyunlarının
qızıl medalına yiyələnib. Qızların yarışında çıxış
edən idmançımız Minayə Əkbərova (44 kq) isə ilk görüşə
qazaxıstanlı Assel Usmanovaya məğlub olaraq (9:14), yarışları
mükafatsız başa vurub.
Güləşçi Şahanə nəzərova
bürünc mükafatçıdır
Azərbaycan güləşçisi Şahanə Nəzərova da bürünc medal
qazanıb.
спортсман № 114 / 2018
7
S P O R T S M A N
B qrupunda yer alan güləşçimiz ilk qarşılaşmada braziliyalı
rəqibinə vaxtından əvvəl qalib gəlib (11:0). Şahanə
ikinci görüşündə nigeriyalı güləşçini 6:0 hesabı ilə məğlub
edib. Növbəti mərhələdə Şahanə son dünya çempionatının
finalında uduzduğu amerikalı güləşçi ilə qarşılaşıb və bu
dəfə də rəqibi ilə bacarmayıb (2:12).
Ruhdan düşməyən Nəzərova, qrupdakı son qarşılaşmasında
fransalı rəqibinə qalib (3:0) gələrək, B qrupunu
ikinci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal
uğrunda yarışda A qrupunda ikinci pillədə qərarlaşan
Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə
şəraitində keçən görüşdə rəqibinə 7:6 hesabı ilə qalib
gələn Şahanə, Olimpiadanın bürünc medalını qazanıb.
Yelizaveta Luzan: “Fəxr edirəm ki,
ölkəmizə qızıl medal gətirdim”
Ağırlıqqaldıran Tarmenxan Babayev isə gümüş medal
qazanıb.
85 kq çəki dərəcəsində yarışan 16 yaşlı idmançımız,
birdənqaldırmada 142 kq, təkanla qaldırmada 174 kq nəticə
göstərib. Beləliklə o, iki hərəkətin cəmində 316 kq-lıq
nəticə ilə yalnız italiyalı Kristiano Cüzeppe Fiççodan geri
qalıb.
Tarmenxan Babayev yarışla bağlı fikirlərini belə bölüşüb:
“Yarışa çox yaxşı hazırlaşmışdım, körpücüyə də qələbə
üçün çıxdım. Olimpiada ciddi sınaqdır və burada istənilən
nailiyyət böyük əziyyət hesabına başa gəlir. Yarışın
özü də yaxşı keçdi. Ümidim Vətənə qızıl medalla qayıtmaq
idi, amma gümüş medalla kifayətləndim. Qeyd edim
ki, rəqiblərim də güclü idi. Mənə yalnız sona qədər mübarizə
aparmaq qalırdı. Çalışdım ki, var gücümü ortaya
qoyum. Olimpiya oyunlarında fəxri kürsünün ikinci pilləsinə
qalxdım. Çox gözəl hisslərdir. Ölkəmi layiqincə təmsil
etdiyimə, evə medalla döndüyümə görə çox şadam. Şükürlər
olsun ki, uzun müddətdir keçdiyimiz məşqlər, çalışmalar
öz bəhrəsini verdi. Bu uğurda əziyyəti olan hər
kəsə, məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər
hər kəsə minnətdarlığımı bildirirəm”.
Gimnast Yelizaveta Luzan, Beynəlxalq Olimpiya Komitəsinin
qarışıq komandasının tərkibində qızıl medalın
sahibi:
- Çalışırdım ki, Argentinada uğurlu çıxış edərək komandamıza
medal qazandırım. Fikrimcə, heç bir ciddi səhvə
yol vermədim. Fəxr edirəm ki, Azərbaycana qızıl medal
gətirdim. Çalışacağam ki, növbəti yarışlarda Azərbaycanın
bayrağını qələbəmlə zirvələrə qaldırım. Bizə yaradılan şəraitə
görə ölkə rəhbərliyinə və Gimnastika Federasiyasına
minnətdarlığımı bildirirəm.
Boksçumuz nurlan Səfərov –
bürünc medal
Boksçumuz Nurlan Səfərov isə Buenos Ayresdə ölkəmizə
bürünc medal qazandırıb.
Millimizin bayraqdarı bu uğura misirli Mərvan Mamdu
Məhəmmədi məğlub etməklə layiq görülüb.
Belə ki, Avropa çempionumuz ilk görüşdə kanadalı
Spenser Uilkoksa qalib gəlsə də, ardınca tailandlı Atiçay
Foemsapa məğlub olmuşdu. Lakin bu məğlubiyyət 60 kq
çəki dərəcəsində mübarizə aparan idmançımızı ruhdan
salmayıb. O, bürünc medal uğrunda döyüşdə inamlı təsir
bağışlayıb və 4:0 hesabı ilə qələbə qazanıb.
Ağırlıqqaldıran Tarmenxan
Babayevdən gümüş medal
8 спортсман № 114 / 2018
S P O R T S M A N
Mariana Vasileva:
«Federasiyamız üçün çox
əhəmiyyətli bir
yarış və nailiyyət oldu»
Mariana Vasileva, Bədii gimnastika
üzrə yığma komandanın baş
məşqçisi:
- Gimnastika idman növü ilk dəfə
idi ki, Yeniyetmələrin Yay Olimpiya
Oyunlarında təmsil olunurdu. Çox yaxşı
yarış oldu və sevinirik ki, bu yarışlarda
ilk dəfə bir azərbaycanlı gimnast da
medal qazandı. Biz belə nəticə gözləmirdik.
Bu, yeniyetmələrimiz üçün ilk
addım idi. Federasiyamız üçün çox
əhəmiyyətli bir yarış və nailiyyət oldu.
Azərbaycan Gimnastika Federasiyasının
prezidenti Mehriban Əliyevaya
təşəkkür edirəm. O hər zaman bizə
dəstək olur. İnanıram ki, gimnastlarımız
gələcəkdə də öz qələbələri ilə hər
birimizi sevindirəcəklər.
Bu olimpiadada yeni idman növlərində
təmsil olunduq. Lisenziya qazanan
idmançıların sayına görə əldə
olunan medal əmsalı çox yüksəkdir.
İştirakçı ölkələr çoxaldıqca rəqabət
də artır. İdman nailiyyətləri əldə olunarkən
rəqəmlər dəyişə bilər. Amma
əsas odur ki, sabitlik və davamlılıq
var. Nəticə göstərə bilməyən idmançıların
da çıxışları bizi qane edir. Çünki
ilk “5-liy”ə və “7-liy”ə düşən idmançılarımız
var idi. Bunların yaşı imkan
verir ki, növbəti yarışlarda da mübarizə
aparsınlar. 17 idmançı ilə təmsil
olunmuşduq. Əldə olunan medallar
əmsalın yüksək olduğunu göstərir”.
vüsal mövsümov
raqif Abbasov:
“Medal qazanan
yeniyetmələrin çıxışı
hamımızı sevindirir”
Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan
idmançılarının Argentinanın
paytaxtı Buenos-Ayresdəki Yeniyetmələrin
III Yay Olimpiya Oyunlarında
çıxışlarını belə dəyərləndirib: “Gənclər
və İdman Nazirliyini, Milli Olimpiya Komitəsini
və olimpiadada təmsil olunan
Azərbaycan idman federasiyalarını,
ümumiyyətlə, bütün Azərbaycanı, idmançılarımızı
və məşqçi heyətlərini
təbrik edirik.
Medal qazanan yeniyetmələrin
çıxışı hamımızı sevindirir. Bu gün
Azərbaycanda ölkə Prezidentinin idmana
diqqəti, qayğısı bizim üzərimizə
müəyyən məsuliyyət yükü qoyur. Bu
məsuliyyət yükü ölkəmizə medalların
qazanılmasından keçir. Bu gün görürük
ki, cüdo, ağırlıqqaldırma, güləş,
gimnastika, taekvondo və boks növlərində
idmançılar ölkəmizə medallarla
qayıdır. Bu isə onu göstərir ki,
federasiyalarda iş mükəmməldir.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya
Komitəsi cəmiyyətlərlə birgə iş
görür. Nəticəsi də göz qabağındadır.
Bir daha hər kəsi təbrik edir, idmançılara
uğurlar arzulayıram. Arzu edirəm
ki, bu idmançılar öz qalibiyyətləri və
uğurları ilə xalqımızı sevindirsinlər.
спортсман № 114 / 2018
9
S P O R T S M A N
eLdƏnİz ƏzİzLİ -
dünYA çeMpİOnu
macarıstanın paytaxtı Budapeştdə güləş
üzrə dünya çempionatı keçirilib. Oktyabrın 19-
da start götürən yarışlar, ayın 28-də başa çatıb.
Ölkəmizi dünya çempionatında sərbəst, yunan-Roma
və qadın güləşi üzrə idmançılar təmsil
ediblər. Güləşçilərimiz vətənə 5 medalla dönüblər.
Yeganə qızıl medalı komandamızın hesabına yunan-Roma
güləşçisi Eldəniz Əzizli yazdırıb. O, karyerasında
ilk dəfə dünya çempionu titulunu qazanıb.
Mübarizəyə ilk olaraq sərbəst güləşçilərimiz qoşulublar.
“Freestyle”çılardan yalnız Cəbrayıl Həsənov
(79 kq) medal qazanıb. Yarışlara 1/8 finaldan
qoşulan Cəbrayıl Həsənov, çətinlik çəkmədən
Puerto Riko idmançısına qalib gəlib. Yığmamızın
kapitanı 1/4 finalda Belarus təmsilçisi üzərində də
inamlı qələbə qazanaraq, yarımfinala adlayan ilk
güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl
əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi görüşün
əvvəlində 3:0 hesabı ilə irəlidə olsa da, idmançımız
son yarım dəqiqədə var gücünü toplayaraq, adını
finala yazdırmağı bacarıb. Finalda amerikalı güləşçi
Kayl Duqlas Deykə 0:2 hesabı ilə uduzan Cəbrayıl
Həsənov, dünya çempionatını gümüş medalla başa
vurub.
10 спортсман № 114 / 2018
S P O R T S M A N GüLƏŞ
əvvəl qalib gəlib. Millimizin ən titullu
güləşçisi 1/4 finalda dünya çempionu
və Rio-2016 Olimpiadasının bürünc
medalçısı olan çinli rəqibinə də heç
bir şans verməyərək adını yarımfinala
yazdırıb. Finalın bir addımlığında 4 il
əvvəl yeniyetmələr arasında Olimpiya
çempionu olan Şimali Koreya təmsilçisi
ilə ağır qarşılaşmadan qalib ayrılan
Stadnik, karyerasında 4-cü dəfə dünya
çempionatının finalına vəsiqə qazanıb.
Qadın güləşçimizin qızıl medal uğrunda
rəqibi 19 yaşlı Yaponiya güləşçisi
Yui Susaki olub. Mariya Stadnik güclü
rəqiblə bacara bilməyib və yarışı gümüş
medalla başa vurub.
Qeyd edək ki, 50 kq çəki dərəcəsində
güləşçilərin mükafatlandırma mərasimdə
Azərbaycan Güləş Federasiyasının
(AGF) prezident əvəzi Namiq Əliyev
də iştirak edib. Çempion Yui Susakiyə
qızıl medalı və çempionluq kəmərini
məhz AGF-in rəhbəri təqdim edib.
Digər qadın güləşçimiz, 65 kq-da
mübarizə aparan İrina Netreba, ilk görüşdə
Peru təmsilçisini məğlub etməyi
bacarıb. Millimizin üzvü 1/8 finalda İsveç
güləşçisi üzərində qələbə qazanıb.
Netreba 1/4 finalda çinli rəqibinə də
aman verməyib. Ancaq, güləşçimiz finalın
bir addımlığında kanadalı güləşçi
ilə bacarmayıb. Amerikalı rəqiblə bürünc
medal uğrunda gərgin keçən qarşılaşma
İrinanın xeyrinə başa çatıb.
Yunan-Roma güləşçilərimizdən isə
Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev
(72 kq) fərqlənib. Avropa çempionu
Eldəniz Əzizli, mübarizənin ilk mərhələsində
macar rəqibini cəmi 1 dəqiqəyə
məğlub edib. Həmyerlimiz çinli rəqibini
də ilk hissədə mübarizədən kənarlaşdırıb.
Böyük əzmkarlıqla uğurlu çıxışını
davam etdirən Eldəniz, yapon güləşçini
də vaxtından əvvəl üstələyərək, adını
yarımfinala yazdırıb. Əzizlinin qarşısını
Gürcüstan pəhləvanı da kəsə bilməyib.
Beləliklə, finalda Qırğızıstan güləşçisinə
də öz gücünü göstərən Eldəniz
Əzizli, dünya çempionu tituluna sahib
çıxıb.
3 qat dünya və 2 qat Avropa çempionu
Hacı Əliyev (65 kq) isə mundialla
erkən vidalaşıb. Bir ay əvvəl Belarusda
dizindən aldığı zədə ona ilk mərhələdə
kubalı rəqibinə qalib gəlməyə imkan
verməyib.
Qadın güləşçilərin yarışında isə
iki təmsilçimiz fərqlənib. Qadınlardan
ibarət yığmamızın kapitanı, 50 kq çəki
dərəcəsində yarışan Mariya Stadnik
1/8 finalda isveçli rəqibinə vaxtından
Difər güləşçimiz Rəsul Çunayev isə
yarışların bürünc medalını qazanıb. Rəsul,
ilk görüşlərində ardıcıl olaraq yapon
və iranlı rəqibləri məğlub edərək, yarımfinala
yüksəlib. Finalın bir addımlığında
ikiqat dünya çempionu olan Almaniya
təmsilçisi ilə bacarmayan güləşçimiz,
bürünc medal uğrunda görüşə çıxıb.
Rusiyalı rəqiblə gərgin keçən mübarizə
idmançımızın xeyrinə başa çatıb.
Dünya şempionatında 1 qızıl və 1
bürünc medal qazanan yunan-Roma
güləşi komandamız, yarışları 4-cü yerdə
başa vurub. 60 xal toplayan millimiz,
yalnız Rusiya (178), Macarıstan (83) və
Türkiyədən (75) geri qalıb.
vüsal Cəfərov
спортсман № 114 / 2018
11
GüLƏŞ
S P O R T S M A N
şaban donat: “şadam ki, azərbaycanın himnini səsləndirdik”
Yunan-Roma güləşi üzrə yığmamızın
baş məşqçisi Şaban Donat komandanın
çıxışı ilə bağlı öz fikirlərini
bölüşüb:
- Yarış yaxşı keçdi. Eldəniz Əzizli
və Rəsul Çunayev öz sözünü dedi.
Şadam ki, Azərbaycanın himnini səsləndirdik.
Bəzi çəkilərdə dəyişikliklər
etməli olduğumuzu anladıq. Dünya
çempionatında rəqabət çox güclü idi.
Güləşçilərimiz də çox çətin “səbətə”
düşmüşdü.
Hakimlərin bəzi qərarları mübahisəli
oldu. Buna baxmayaraq, daha
güclü olmalıyıq. Bu, güləşdir. Məncə,
daha iki medal qazana bilərdik. Elvin
Mürsəliyev və Kamran Məmmədovun
təsəlliverici görüşlərində hakim səhvləri
oldu. İnanıram ki, komandamız
bundan sonra daha yaxşı çıxış edəcək.
Bizi qarşıda gələn il keçiriləcək lisenziya
xarakterli dünya çempionatı
gözləyir. Bu yarışa daha ciddi və məsuliyyətlə
hazırlaşmalıyıq. Daha çox
işləmək lazım gələcək. Səhvlərdən nəticə
çıxarıb, gələn mundialda daha çox
medal qazanmağa çalışacağıq.
Eldəniz əzizli: “növbəti hədəfim Olimpiya çempionu olmaqdır”
Dünya çempionu Eldəniz Əzizli (55
kq) yarışla bağlı təəssüratlarını, sevinc
hissini belə bölüşüb:
- Avropa çempionu olandan sonra
hədəfim dünya çempionu olmaq idi.
Allaha həmd olsun ki, bunu bacardım.
Uğurumun səbəbi baş məşqçi Şaban
Donatın düzgün məşq sistemidir. 2-3
il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki
çəki sistemi mənə bir az ağır gəlirdi.
Yenidən öz çəkimdə güləşirəm. İnanıram
ki, medalların davamı olacaq. Hər
zaman yanımızda olan bütün məşqçilərimizə
minnətdarlığımı bildirirəm.
Qələbəmi mərhum jurnalist Akif Şahverdiyevin
xatirəsinə ithaf edirəm.
Finaldakı rəqibim gənc idi. Ən çətin
görüşüm Avropa çempionatında
məğlub etdiyim gürcü güləşçi ilə oldu.
Onlar məni bu dəfə daha yaxşı analiz
etmişdilər. Ona görə də bu görüş çətin
keçdi. Buna baxmayaraq, qələbə qazana
bildim. Növbəti hədəfim Olimpiya
çempionu olmaqdır”.
Cəbrayıl Həsənov: “dünya çempionatına
çox yaxşı formada getmişdim”
Sərbəst güləşçimiz Cəbrayıl Həsənov
(79 kq) dünya çempionatında çıxışı
ilə bağlı danışıb:
- Dünya çempionatına çox yaxşı
formada getmişdim. Çempion olacağıma
inanırdım. Təəssüf ki, alınmadı.
Hücumumu son saniyələrə saxlamışdım.
Ancaq uğurlu hücum qura
bilmədim. Bundan sonra çalışacağam
ki, şansımı son saniyələrə saxlamayım.
Səhvlərimin üzərində işləyəcəyəm.
rəsul çunayev: “Bu qələbəmi uğuruma sevinən insanlara həsr edirəm"
Dünya çempionatının bürünc mükafatçısı
Rəsul Çunayev (72 kq) isə
bunları deyib:
- Bütün dünyada güləş inkişafdadır.
Bu səbəbdən ildən-ilə bizim üçün çətin
olur. Dünya çempionatında hədəfim
qızıl medal idi. Ancaq buna dözümlülük
çatmadı. Buna baxmayaraq, iki
dəfə uduzduğum iranlı rəqibimə qalib
gəldim. Üçüncü yer uğrunda görüşdə
isə Rusiya təmsilçisini məğlub etdim.
Əsas odur ki, dünya çempionatından
əliboş dönmədim. Bərpa kursunu davam
etdirəcəyəm. Olimpiadaya lisenziya
qazanmaq üçün ciddi-cəhdlə hazırlaşacağam.
Əsas gələn il Qazaxıstanda keçiriləcək
lisenziya xarakterli dünya
çempionatıdır. Gələn il dünya çempionatında
67 kq-da güləşməyi planlaşdırıram.
Əlbəttə, çətin olacaq. Ancaq
çətinlik olmasa, nailiyyət də olmaz.
Uğur gələndə çətinliklər yaddan çıxır.
Bu qələbəmi uğuruma sevinən insanlara
həsr edirəm.
12 спортсман № 114 / 2018
S P O R T S M A N GüLƏŞ
mariya Stadnik: “özümdən razılıq
məğlubiyyətimə səbəb oldu”
1 dəfə dünya və 7 dəfə Avropa
çempionu Mariya Stadnik finalda
məğlub olmasının səbəblərini açıqlayıb:
– Nəticədən razı qalmadım. Çünki
qızıl medal qazanıb ikinci dəfə dünya
çempionu olmaq istəyirdim. Təəssüf
ki, final görüşümü zəif keçirdim.
Düzdür, mənim əsas hədəfim Olimpiya
çempionluğudur. Ona görə də
bu nəticə mənim üçün o qədər də
önəm daşımır. Olimpiadaya bir ildən
çox vaxt var. Hələ hazırlaşmağa, öz
səhvlərim üzərində işləməyə vaxtım
olacaq.
Onu da başa düşürəm ki, məni
dəstəkləyən insanlar sürətli, texniki
qələbələrimə öyrəşiblər. Ancaq təəssüf
ki, dünya çempionatının başlanmasına
bir həftə qalmış xəstələndim.
Ona görə də bərpa olunmağım üçün
az vaxt qaldı. Buna baxmayaraq, finaladək
yaxşı çıxış etdim. Üstəlik, finalda
məşqçinin taktiki göstərişinə qulaq
asmadım. Halbuki finaldan əvvəl necə
güləşməli olduğumuzu müzakirə etmişdik.
Düşünürdüm ki, vərdiş etdiyim
formada güləşsəm, qalib gələcəyəm.
Amma bu mənim ən böyük səhvim
oldu. Özümdən razılıq, məğlubiyyətimə
səbəb oldu.
спортсман № 114 / 2018
13
S P O R T S M A N
BudA İLƏ peŞTİ AYIrIrdI dunAY,
MƏnİ dƏ OnLArdAn GünƏŞLƏ AY
macarıstanda keçirilən güləş
üzrə dünya çempionatı məni bu
ölkəyə səfər etməyə fürsət verdi.
düzü, Budapeşti görmək çoxdankı
arzumdu. planımı da öncədən qurmuşdum.
Yarış qabağı şenqen vizasına
dəstək üçün Gənclər və idman
nazirliyinə müraciət edəndə, məlum
oldu ki, güləş federasiyasından rəy
almalıyam. aGF-ni ciddi nöqsanlar
səbəbindən son dövrdə sərt tənqid
etdiyimdən, baş katib Orxan məmmədov
öncə bəhanə gətirdi, sonra
ümumən telefonuma cavab vermədi.
Hər işdə bir xeyir var deyiblər. 2
yaratmır. Transportdan istifadə üçün ya
bilet almalı, ya da daimi bir neçə günlük,
həftəlik və aylıq kağız kartlardan
birini əldə etməlisən. Gediş haqqı bizlə
müqayisəyə gəlmir: 350 forint və ya 1
avro 3 sent, yəni 2 manat 10 qəpik. Çox
bahadır! Aparatların heç də hamısı xırda
pulu qəbul etmir. O cəhətdən Bakıda
çox əlverişlidir. 2 manat ver, plastik kart
al və arxayın dolan. Heydər Əliyev adına
hava limanıdan mərkəzə avtobus 1
manat 30 qəpiyə, orada 900 forentə gətirir.
Paytaxtımızda, taksi əks istiqamətə
təqribən 15 manata aparır. Peştdə sayğac
Elizabet hotelindən – mərkəzdən
oturacağın üstündə unutmuşam. Geri
qayıdarkən, pasportumu yoxlayıb möhür
vuran sərhəd xidmətçisinin kabinəsindən
çıxıb arxamca gəlmək istədiyini
gördüm. Məni gördükdə, başını buladı.
Tez ona yetişib noutbuku aldım və üzr
istədim.
Bir az da güləşçilərimizdən danışım.
Niyə bir az? Çünki 30 nəfərə 5 medal
qazanasan, onun da 4-ü qeyri-olimpiya
çəkisində ola. Belədə, hansı bəh-bəhdən
yazmaq olar? Sərbəstlərin çıxışı
fiasko oldu. Kapitan Cəbrayıl Həsənov
(79 kq) son anda gəmini xilas etməsəydi,
milli 2005-ci ildən bəri ilk dəfə Vətənə
günə səfirliyin tələb etdiyi sənədləri
topladım. üstəlik, anketdə multiviza
istəyimi qeyd etdim. çoxdankı
niyyətimi macarıstan səfirliyi həyata
keçirdi və «köhnə qitə»nin gözəl
şəhərlərindən birini dünya çempionatının
imkan verdiyi 11 gün deyil,
hətta 3 ay ərzində görmək imkanı
əldə etdim.
Məlum olduğu kimi, hunların paytaxtını
Dunay 2 hissəyə ayırır. Mən Peştdə
qərarlaşdım. Yaşadığım Oktoqon ter
mərkəz sayılır. Mehmanxananın qarşısındakı
əsas küçədən – Teres bulvarından
tramvaylar şütüyürdü. Bizdə artıq
xeyli müddətdir bu sərnişin nəqliyyat
vasitəsi yoxdur. Amma orada nəinki var,
üstəlik, bütün sutkanı işləyir. Avtobuslar
və trolleybuslar köməkçi küçələrdə
hərəkət edirlər. Bu 2 amil metroda sıxlığın
qarşısını alır, Bakıda zirvə saatı
zamanı ”qiyaməti” xatırladan durum
aeroporta 8020 forent yazdı. Təqribən
25 avro, yəni 50 manat. Sizə deyim ki,
məsafə bizdəkindən də az idi.
Şəhərin mərkəzi Bakıdan daha
əzəmətlidir. Çünki bizdə arxitektur binalar
2-3, orda 5-6-dan başlayır. Üstünlüyümüz,
tikintinin kərpiclə deyil, möhkəm
qaya daşları ilə işlənməsindədir. Amma
buna rəğmən, evlər çox möhkəmdir.
Paytaxtın Buda hissəsində də gözəl
memarlıq abidələri var. Orada küçələr
nisbətən dardır və İçəri şəhəri xatırladır.
Velosiped sürənlər üçün ayrıca zolaq
mövcuddur. Şəhər yollarında kameralar
yoxdur, hamı qaydaya əməl etməli
olduğunu yaxşı anlayır. Əvəzində, hava
limanında təhlükəsizlik güclüdür. Aşağı
qatlarda avtobuslarla təyyarəyə səmt almaq
üçün növbəyə dayananda, birdən
yadıma düşdü ki, noutbukumu sonuncu
nəzarət məntəqəsindən keçərkən,
«Düti fri»nin yanındakı gözləmə zalında
medalsız dönəcəkdi. Heyətdə yer alan
Pərviz İbrahimovla (61 kq) Murad Süleymanovun
(86 kq) uğursuzluğunu
anlamaq olar, hər ikisi gəncdir və ilk
dəfədir dünya çempionatına qatılmışdı.
Lakin digər debütantlar – legionçular
Hacımurad Hacıyevin (70 kq) və Əbubəkr
Abakarovun (74 kq) yenilgisi ilə
barışmıram. Əgər onlar elə ilk cəhddə
uduzacaqdılarsa, qoy bu çəkilərdə də
cavanlarımız çıxış edəydilər. Axı onlar
özümüzkülərdir! Üstəlik, böyük yarışın
ab-havasını hiss edib, indidən özlərini
gələcək dünya çempionatlarına hazırlayardılar.
Boşluqda yerli gənclərə fürsət
verilməyəndə, nə vaxt veriləcək? Bu azmış
kimi, olimpiya və dünya çempionu
Şərif Şərifov (92 kq), ötən eyni yarışın
mükafatçıları Aslanbəy Alborov (97 kq)
və Camaləddin Məhəmmədov (125 kq)
asan təslim oldular. Belə məlum olur ki,
sərbəst güləş millisinin işi Allaha qalıb.
14 спортсман № 114 / 2018
S P O R T S M A N GüLƏŞ
Dağıstanlı legionçular isə, yavaş-yavaş
dövrlərini başa vururlar. Artıq vitse-prezident
Məhəmməd Əliömərov
da yoxdur. Qovulub. Daha komandaya
selnən əcnəbilər gətirilməyəcək. Yeni
dəvət edilən dağıstanlı menecer Rizvan
Gənciyev boksda əlaqəsi yaxşıdır, nəinki
güləşdə. Firdovsi Umudova gəlincə,
hələ gec deyil: siyasətdən, vitse-prezidentlikdən
və özünü reklam etməkdən
yığışıb baş məşqçiliyi ilə məşğul olsa,
yaxşıdır. Qurban Qurbanovun düşdüyü
durumdan nəticə çıxarmalıdır. Komandada
eniş dönəmində 2 cəbhədə çalışmaq
mümkün deyil, mütləq birində axsayıb
uduzacaqsan. Bir də, «Şöhrət» və
«Tərəqqi» ordenli mütəxəssis anlamalıdır
ki, dünya çempionatı Avropa deyil
– Kaspiyskidə ardıcıl 2 qızıl medaldan
sonra zalda tamaşaçıların gözü önündə
jurnalistin üstünə qışqırıb hədə-qorxu
gələsən, elliklə birləşib media zonada
onun işləməsinə mane olasan.
Yeri gəlmişkən, yeni mətbuat
katibi də artıq havaya uyğunlaşıb.
Yazır ki, istəsəydilər tənqid
edən jurnalistə güləşçilər açıqlama
verməzdi. İctimai təşkilata
baxın, bişmiş toyuq eşitsə belə,
gülməkdən ölər.
Ümumiyyətlə, Budapeşt
sərbəst güləşçilərimizə düşərli
məkan da deyil. Son 5 ildə 3-cü
dəfə keçirilən dünya çempionatında
millimizin qazancı hər
dəfə 1 medal olub.
Sözü gedən növlə nisbətdə,
yunan-Roma güləş yığmasının
çıxışını yaxşı saymaq olar.
Şaban Donatın ən azı, öyünə
biləcəyi məqam var: ümumi komandalar
üzrə Eldəniz Əzizlinin
(55 kq) qazandığı yeganə qızıl medal!
Rəsul Çunayev (72 kq) açıqlamasında
dedi ki, Avropa çempionatından sonra
zədəsini sağaltmaqla məşğul olub
və məşqlərə son 2 həftədə başlayıb.
Hərçənd, onun «bürünc»ünə İslam
Abbasov (87 kq) da hay versəydi, çox
yerinə düşərdi. Təəssüf ki, gənc bahadırın
3-cü yer üçün görüşdə erməniyə
yenilərək «Laslo Papp»da ağlaması,
hamımızı çox məyus etdi. Yeri gəlmişkən,
bu nəhəng arena məşhur macar
futbolçusu Ferenç Puşkakın soyadını
daşıyan metro stansiyasının yaxınlığında
yerləşir.
Dünya çempionatı ilə bağlı keçirilən
mətbuat konfransının sonunda
Polşanın sərbəst güləş millisinin dağıstanlı
baş məşqçisi Yusif Abdusalamov
məşqçilər adından Dünya Güləş Birliyinin
prezidenti Nenad Laloviçə qarşı
çıxaraq, yeni dəyişikliklərə narazılıq
etdi. Bildirdi ki, yeni qaydalar məşqçiləri
həddən artıq yükləyir və yorur. Səhər
saat 6-da qalxıb komanda ilə çəkiyə
yollanmaq, ordan da yarış məkanına və
günortaya qədər qidalanmadan, fasilə
vermədən çalışmaq üzücüdür. Məçqçilər
qul deyillər, onlar da normal şəraitdə
çalışmalıdılar. Finalların növbəti
gündə keçirilməsi tamaşaçı marağını
da azaldır. Onlar yeni çəkidə çıxış edən
idmançıları canlı izləmək üçün, bir neçə
dəfə bilet almalıdırlar. Ötən il Parisdə
köhnə qaydalarla dünya çempionatının
yüksək səviyyədə keçdiyini xatırladan
şikayətçi, bütün mütəxəssislərin yeniliyin
əleyhinə olduğunu dedi. O, ən azı,
ildə bir dəfə Nenad Laloviçin məşqçilərlə
görüş təşkil edilməsini istədi və qərar
qəbul edilərkən “aşağılar”ın da rəyininin
öyrənilməsini dedi. UWW prezidenti etirazı
normal qarşıladı və bu barədə toplantı
keçirəcəklərini söylədi.
Bu yarışda ən sevindrici məqam
baş məşqçi Aslan Ağayevin adına layiq
nəticə verməsiydi. Mariya Stadnikin (50
kq) finalda yapon səddinə ilişəcəyi artıq
bütün idmansevərlərə bəllidir. Amma
Rusiya kimi nəhəng, güləşdə aparıcı
ölkənin Azərbaycanla müqayisədə,
qadınlarda bir dənə də olsun medala
sahib çıxmaması, dübarə, İrina Netrebanın
(65 kq) da fərqlənməsi, hamını
fərəhləndirdi.
Qayıdım yenə Budapeştə. Nə vardı,
elə onda vardı. Mərkəzdə bizdən fərqli
hündür və müasir tikili görməzsən. Memarlıq
binalarını olduğu kimi qoruyurlar.
Düzdür, şəhərin kənarında sovet
əlaməti qalmaqdadır. Amma paytaxtın
içi onlarçün müqəddəs sayılır. Parlament
meydanın qarşısındakı yeraltıda
1956-cı ildə sovet qoşunları tərəfindən
qırılan dinc əhalinin xatirəsi əbədiləşdirilib.
İndi nəinki cavanlar, heç yaşlılar
rus dilini bilmirlər, təmiz unudublar.
Payızın 2-ci ayınının başa çatmasına
baxmayaraq, madyarların baş kəndində
hava hələ də yumşaq idi. Gündüzlər
uzunqol qalın idman köynəyində gəzirdim.
Axşamlar yeri düşəndə, üzərimə
qolsuz jilet əlavə edirdim. Müşahidəmə
əsasən deyim ki, Avropada Dunay sahili
ölkələrdə yaz və payız çox mülayim
və yumşaq keçir; gödəkçəyə elə də ehtiyac
olmur.
Deyəsən, orada cavan nəsil maskaradı
çox sevir. Axşamların birində
Nyuqati palyaudvarın (dəmir yolu vağzalı)
qarşısından hotelə qayıdarkən,
ayını yamsılayan cüt gördüm. Oğlan
qızın boyuna iri zəncir keçirmişdi. Hər
ikisinin xəz papağı və uzun «quyruğ»u
vardı. Öncə bu mənə qəribə gəldi. Oxşar
mənzərələrdən sonra anladım ki,
«ayılar» şənliyə yollanırmış.
Orada gecə həyatı xoşuma gəlmədi.
Gənclər əylənməyə çox meyllidirlər.
Spirtli içkidən məst olanlar
səs salaraq, dağıdıcılıq edirlər.
Gecə sərxoş bir qızın tramvayın
qapılarını tutub getməsinə mane
olduğunu gördüm. Qəribədir ki,
içəridəkilərin heç biri ona irad bildirmədi.
Halbuki köhnə nəqliyyat
vasitəsi ağzınacan dolu idi.
Macarıstanın əhalisi 10 milyona
çatmır. Bunu elə paytaxtı
gəzərkən bilmək olur. Küçədə
tək-tük hamilə qadına rast gəlirsən.
Körpə uşaqlı analar da az
gözə dəyir. İctimai nəqliyyatda
böyüyə yer vermək mədəniyyəti
yoxdur. Havanın münasib keçməsinə
rəğmən, qripə tutulan çox
idi. Görünür, immunitetləri zəifdir.
Budapeştə dünyanın 4 tərəfindən
insanlar axın edir. Onlarla söhbətdə,
əksəriyyəti Odlar yurdunu tanıyırdı.
Özəlliklə, uzaq kanadalı, braziliyalı
və yaponiyalı turistlərin Azərbaycan
haqqında bilmələri məni çox sevindiridi.
Məmmələkətim həqiqətən məşhurdur.
Bunda tək neft və siyasi amil yox,
idmanda qazandığımız uğurların və
ölkəmizin böyük yarışları yüksək səviyyədə
təşkili və kiçirməsini də xüsusi
qeyd etmək lazımdı. Bu, Çex Respublikası,
Serbiya və İspaniyadan sonra,
«Köhnə qitə»yə 4-cü səfərim idi. Sözsüz
ki, siyasi-coğrafi baxımından gördüyüm
Türkiyə, Rusiya, Ukrayna, Belarus
və Gürcüstan da Avropa sayılır.
Allah salamatçılıq eləsin, yeni səfərlər
ümidi ilə bu yazdan ayrılıram. Ümid
edirəm ki, oxuculara maarifləndirici bilgilər
verə bildim.
kamran HaCI
спортсман № 114 / 2018
15
CüdO üzrƏ dünYA
çeMpİOnATI BAkIdA
mötəbər yarışların yüksək
səviyyədə təşkili və keçirilməsi
ilə dünya idman arenasına çevrilən
Bakı, sentyabrın 20-27-də
cüdo üzrə dünya çempionatına
ev sahibliyi edib. milli Gimnastika
arenasında keçirilən yarışlarda
124 ölkədən 755 idmançı
mübarizə aparıb. azərbaycan
komandası dünya çempionatında
13 (9 kişi və 4 qadın)
idmançı ilə təmsil olunub.
Cüdo üzrə dünya çempionatının
təntənəli açılış mərasimi
sentyabrın 21-də Milli Gimnastika
Arenasında təşkil edilib.
Açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev, birinci xanımı, Azərbaycan
Respublikasının birinci
vitse-prezidenti Mehriban Əliyeva
və ailə üzvləri, Beynəlxalq Cüdo
Federasiyasının prezidenti Marius
Vizer, dövlət və hökumət rəsmiləri
iştirak ediblər.
Əvvəlcə Azərbaycanın tarixi
abidələri, idmanın, o cümlədən cüdonun
inkişafı, ölkəmizdə keçirilən
beynəlxalq idman yarışları ilə bağlı
videoçarx nümayiş olunub.
Azərbaycan Cüdo Federasiyasının
prezidenti Rövnəq Abdullayev
və Beynəlxalq Cüdo Federasiyasının
prezidenti Marius Vizer mərasimdə
çıxış ediblər.
azərbaycan respublikasının
prezidenti ilham əliyev cüdo üzrə
dünya çempionatını açıq elan etdi.
Azərbaycan Respublikasının
dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının
himni səsləndirildi.
Daha sonra qrafik video elementlərdən
ibarət videoçarx nümayiş etdirildi.
Azərbaycanın incəsənət xadimlərinin
məxsusi olaraq tədbir üçün
hazırlanmış çıxışları təqdim olundu.
Açılış mərasimi məşhur italiyalı
müğənni AlBanonun konsert proqramı
ilə başa çatdı.
16 спортсман № 114 / 2018
S P O R T S M A N
CüdO
rövnəq abdullayev
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin prezidenti,
Milli Məclisin deputatı,
ACF-in prezidenti,
AFFA-nın prezidenti
Azərbaycan Cüdo Federasiyasının
prezidenti Rövnəq Abdullayev
idmançıları və qonaqları salamladı:
- Hörmətli qonaqlar, əziz dostlar,
Azərbaycan Cüdo Federasiyasının
adından hər birinizi ölkəmizin paytaxtı
Bakı şəhərində keçirilən 2018-
ci il cüdo üzrə dünya çempionatının
açılışı münasibətilə salamlayır, yarış
“Bu möhtəşəm tədbir, respublikamızda
cüdonun daha geniş təbliğ olunması
baxımından çox böyük əhəmiyyət daşıyacaq”
iştirakçılarına uğurlar arzulayıram.
Füsunkar təbiətə və qədim tarixə
malik Azərbaycan torpağına xoş gəlmisiniz.
Prezident İlham Əliyevin müdrik
rəhbərliyi ilə Azərbaycanda bədən
tərbiyəsi və idmana dövlət səviyyəsində
göstərilən qayğı gündən-günə
artır. Yeni idman kompleksləri tikilir,
idmanın maddi-texniki bazası möhkəmləndirilir,
bu istiqamətdə böyük
layihələr həyata keçirilir.
Azərbaycan artıq beynəlxalq qurumların
etimadını qazanıb və bir çox
mötəbər tədbirlərə yüksək səviyyədə
ev sahibliyi edib. 2015-ci ildə birinci
Avropa Oyunları, 2017-ci ildə IV İslam
Həmrəyliyi Oyunları, eləcə də,
bir çox idman növləri üzrə ölkəmizdə
keçirilmiş Avropa və dünya çempionatları
yüksək təşkilatçılıq səviyyəsi
ilə dünya idman ictimaiyyətinin dərin
rəğbətini qazanıb.
Biz ilk dəfə cüdo üzrə dünya
çempionatına ev sahibliyi edirik.
Bu böyük etimada görə Beynəlxalq
Cüdo Federasiyasına dərin minnətdarlığımı
bildirirəm. İnanıram ki, bu
möhtəşəm tədbir, respublikamızda
cüdonun daha geniş təbliğ olunması
baxımından çox böyük əhəmiyyət
daşıyacaq. Artıq deyə bilərik ki, cüdo
Azərbaycanda populyar idman növlərindəndir
və ölkəmizin bütün bölgələrində
cüdo ilə məşğul olurlar.
Əmin olduğumu bildirmək istəyirəm
ki, Bakı çempionatı idman
həvəskarları üçün möhtəşəm bir bayrama
çevriləcək. Azərbaycanın cüdo
azarkeşləri, ilk dəfə olaraq, dünyanın
ən güclü cüdoçularının tatami üzərində
mübarizəsini canlı izləmək fürsəti
əldə edəcəklər. Şübhə etmirəm
ki, çempionatın bütün iştirakçıları bu
böyük idman mübarizəsində qazanılan
nəticələrdən asılı olmayaraq,
Azərbaycandan xoş təəssüratla ayrılacaq,
ölkəmiz və xalqımız haqqında
xatirələr hər bir cüdoçunun yaddaşında
silinməz izlər qoyacaq. Sonda
hamınıza unudulmaz anlar, güclü
rəqabət və uğurlar arzu edirəm.
спортсман № 114 / 2018
17
CüdO
S P O R T S M A N
marius vizer
Beynəlxalq Cüdo Federasiyasının prezidenti
Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti
Marius Vizer çıxış edərək dedi:
- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva,
Azərbaycan Respublikasının Gənclər və İdman naziri
Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti
Rövnəq Abdullayev, hörmətli qonaqlar, xanımlar və
cənablar, hörmətli idmançılar və tamaşaçılar.
İcazə verin, Beynəlxalq Cüdo Federasiyası adından
və ümumiyyətlə cüdo ailəsi adından Azərbaycan Respublikasına
bu mötəbər tədbiri gözəl təşkil etdiyinə görə
öz təşəkkürümüzü bildirək. Bakıdakı tədbir doğrudan da
çox gözəldir, eyni zamanda, dostluq və qonaqpərvərlik
bütün iştirakçıları valeh edir. Azərbaycan yalnız yüksək
iqtisadi göstəricilərə malik bir ölkə deyil, eyni zamanda,
mədəniyyət, idman, incəsənət və digər sahələrə böyük
sərmayələr yatıran bir ölkədir. Bir çox mötəbər idman
tədbirlərini, Avropa və dünya çempionatlarını təşkil edən,
“azərbaycan, artıq dünyada inkişafa və
firavan yaşayışa töhfə verən bir dövlətdir”
həmçinin bir çox idman layihələrini həyata keçirən Azərbaycan
artıq dünyada inkişafa və firavan yaşayışa töhfə
verən bir dövlətdir.
Hər birinizə bu mötəbər yarışlarda uğurlar diləyirəm.
Eyni zamanda, ümid edirəm ki, Bakı şəhərindən zövq
alacaqsınız, öz mədəniyyətinizlə yerli mədəniyyət arasında
mübadilə aparmaq və qarşılıqlı münasibət qurmaq
imkanı qazanacaqsınız. Bütün idmançılara və iştirakçılara,
hər birinizə ən xoş arzularımı çatdırmaq istəyirəm.
Sadıq Sadıqov
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti
Sadıq Sadıqov yarışların ilk günü ilə bağlı fikirlərini jurnalistlərlə
bölüşüb.
O, dünya çempionatına hazırlığın yüksək səviyyədə
keçdiyini bildirib: “Dünya çempionatında ilk gün arxada
qaldı. Bu çox ağır bir tədbirdir. 124 dövlətdən 800-ə
yaxın idmançı ölkəmizdədir. Dünya çempionatı olimpiadaya
lisenziya xalları verir. Dünyanın ən güclüləri Azərbaycana
toplaşıb.
“Yeni nəsil idmançılar yetişdiririk”
Tədbirin hazırlığı ilə bağlı hər şey göz qabağındadır.
İdmançılarımız da çalışacaqlar ki, öz sözlərini desinlər.
Bu gün idmançımız Kəramət Hüseynov bürünc medalı
qazana bilmədi. İnanıram ki, həmin idmançı olimpiadada
yaxşı çıxış edəcək. Gəncləri yarışa cəlb etməliyik.
Bu gün yeni nəsil idmançılar yetişdiririk. Onları yarışlara
cəlb etməkdə məqsədimiz odur ki, həyəcanı hiss
etsinlər. Kəramətin də hansı idmançılarla qarşılaşdığını
gördük. İkinci görüşündə Olimpiya çempionunu məğlub
etdi, dünya çempionuna isə məğlub oldu. İdmançımız
bir az təcrübəsizdir. Onu Yaponiyanın paytaxtı Tokioda
keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlayacağıq.
İnanıram ki, Kəramət olimpiadada öz sözünü deyəcək.
73 kq çəki dərəcəsində Hidayət Heydərli və Rüstəm
Orucov medallar uğrunda yarışacaq. Yaxşı nəticələr
əldə edəcəyimizə inanıram.
Beynəlxalq Cüdo Federasiyası yarışın Bakıda keçirilməsi
üçün bizə etimad göstərib. Əsas məqsədimiz
yarışın yüksək səviyyədə baş tutmasıdır. Biz isə
idmançılarımızdan yüksək nəticə gözləyirik. Onlar il
ərzində ən yaxşı təlim-məşq toplanışlarında iştirak
ediblər”.
18 спортсман № 114 / 2018
S P O R T S M A N
CüdO
Bir gümüş və bir bürünc
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının fərdi
yarışlarında Azərbaycan cüdoçularından Uşangi Kokauri
(+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) isə bürünc
medal qazandılar. Onlardan başqa, Kəramət Hüseynov
(60 kq) 5-ci, İrina Kindzeska (+78kq) 7-ci yeri tutdu. Ümumi
medal hesabında Qazaxıstanla birlikdə 11-12-ci yerləri
bölüşdürdük.
Yaponların tam üstünlüyü
Bakıda təşkil edilən dünya çempionatında iştirak
edən 124 ölkədən cəmi 22-si öz adını medal qazananlar
siyahısına yazdıra bildi. DÇ-də fərdi yarışlarda əldə
edilən 14 qızıl medaldan yarısıYaponiya komandasına
qismət oldu. Cüdonun yaradıcıları qadınların yarışında 5,
kişilərin mübarizəsində 2 qızıl medal qazandılar. Ümumilikdə,
fərdi yarışlarda 56 medalın 16-na (7qızıl, 5 gümüş
və 4 bürünc) “Gündoğar ölkə”nin idmançıları sahib çıxdılar.
Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya
yığmasının üzvlərindən yalnız 2-si medalsız qaldı. Mükafatçılar
sırasına düşə bilməyənlərdən biri isə 5-ci yeri
tutdu. Yaponiyalı qadın cüdoçuların hamısı (5-iqızıl, 3-ü
gümüş, 1-i bürünc) yarışları medalla tərk etdilər. Kişi cüdoçulardan
isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal
əldə etdi. Ən yüksək əyarlı medallar 60 və 66 kiloqram
çəkilərdə əldə edilibsə, medalsız qalan cüdoçulardan biri
100, digəri isə 100 kiloqramdan yuxarı çəkilərdə mübarizə
aparıb.
Qalan qızıl medallardan 2-si Cənubi Koreyaya,
hərəyə 1-i isə Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya
nəsib olub.
komanda yarışında 5-ci olduq
Çempionatın sonuncu günü təşkil edilən qarışıq komanda
yarışlarında 18 komanda mübarizə apardı. Azərbaycan
millisi ilk görüşünü Avstriya yığmasına qarşı keçirdi
və 4:1 hesablı qələbə qazandı. 1/4 finalda Yaponiya
millisinə 2:4 hesabı ilə uduzan cüdoçularımız, təsəlliverici
görüşdə Hollandiya komandasından güclü oldular –
4:2. Bürünc medallar uğrunda görüşdə Rusiya millisinə
1:4 hesabı ilə məğlub olan komandamız, çempionatda
Almaniya ilə birlikdə 5-6-cı yerləri bölüşdü.
Final görüşündə isə Yaponiya və Fransa milli komandaları
üz-üzə gəldilər. Rəqibini 4:1 hesabı ilə məğlub
edən Yaponiya millisi, qarışıq komanda yarışlarının qalibi
tituluna sahib çıxdı. Kuboku qalib komandaya Monqolustan
Prezidenti Xaltmaaqiyn Battulqa təqdim etdi.
Bürünc medallara isə Rusiya və Koreya cüdoçuları
sahib oldular.
Humay H.
спортсман № 114 / 2018
19
BAku Open-2018
paytaxt Bakı,
azərbaycan milli
karate Federasiyası
və idman nazirliyinin
birgə təşkilatçılığı
ilə 9-cu Baku
Open beynəlxalq
karate turnirinə ev
sahibliyi edib.
Sentyabrın 28-dən
30-a kimi Bakı İdman Sarayında
keçirilən yarışlarda
12 ölkədən idmançılar
qüvvəsini sınayıb. Yüzlərlə
karateçi uşaqlar,
20 спортсман № 114 / 2018
S P O R T S M A N
kArATe
yeniyetmələr, gənclər,
böyüklər, müxtəlif yaş kateqoriyalarında
medallar
uğrunda mübarizə aparıb.
Turnirdə veteran karateçilər
də iştirak edib.
Beynəlxalq turnirə bir
sıra ölkələrin karate federasiyalarının
rəhbər
və rəsmiləri, o cümlədən
keçmiş SSRİ-nin tanınmış
karateçiləri, aktyorlar
və kaskadyorlar da fəxri
qonaq və yarış iştirakçısı
kimi dəvət olunmuşdular.
Turnirin açılış mərasimi
sentyabrın 29-da keçirilib.
Mərasimdə idman
ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.
Yarışdan bir gün əvvəl
5 qat dünya və 12
qat Avropa çempionu,
dünyanın ən titullu karateçisi
Rafael Ağayevin
beynəlxalq seminarı təşkil
olunub. Seminarda
veteran karate ulduzları
da bacarıqlarını nümayiş
etdiriblər. Turnirə Rusiyanın
tanınmış “Боец”
döyüş idman növləri telekanalının
çəkiliş qrupu
da dəvət olunmuşdu.
Yarışı 50-dək milli və
beynəlxalq dərəcəli hakim
idarə edib.
Sentyabrın 28-də fərdi
kata və fərdi kumite
yarışlarında 6-7, 9-11 və
12-13 yaşlı oğlan və qızlar
çıxış ediblər. Sentyabrın
29-da isə yeniyetmə,
gənc və veteranların kata
çıxışları olub, həmçinin
kumitedə 14-17 yaşlı yeniyetmə
oğlanlar və qızlar
mübarizə aparıblar.
Veteran kişilər və qadınlar
arasında da (35-45
və 46-55 yaş qrupu) yarışlar
keçirilib.
Turnirin son günündə
isə böyüklər (kişilər 60,
67, 75, 84 və +84 kq,
qadınlar 50, 55, 61, 68
və +68 kq çəki dərəcələrində)
mübarizəyə qoşulublar.
Fərdi kata çıxışlarından
sonra fərdi kumite
yarışları da təşkil olunub.
Məlumat üçün bildirək
ki, Baku Open-2018 turnirində
ən çox sayda idmançı
ilə təmsil olunan
komandalar Rusiya (33
nəfər) və Qazaxıstan
(31) olub. Ukrayna (2) və
Belarus (4) komandaları
isə ən az iştirakçı sayı ilə
fərqlənib.
Turnirin nəticələrinə
görə, yarışda 12 nəfərlə
təmsil olunan Azərbaycan
komandası bütün
rəqiblərini qabaqlayıb.
İlk üçlüyü İran və Türkiyə
kollektivləri tamamlayıb.
Rusiya yarışları 4-cü
pillədə başa vurub. Ukrayna,
Belarus və Gürcüstan,
müvafiq olaraq,
5-7-ci yerləri bölüşüblər.
Turnirdə 17 karateçi ilə
təmsil olunan Özbəkistan
8-ci, Qazaxıstan isə 9-cu
yeri tutub. Onluğu Türkmənistan
komandası tamamlayıb.
Gələn il ənənəvi
“Baku Open” beynəlxalq
karate turnirinin on illik
yubileyinin daha geniş
miqyasda təşkil edilməsi
nəzərdə tutulub.
спортсман № 114 / 2018
21
kArATe
YAŞAr BƏŞİrOV:
Baku Open-2018 turnirinin təşkili, ölkəmizdə
karatenin inkişafı, eləcə də karatenin Tokio-2020
Olimpiadasının proqramına daxil edilməsi ilə bağlı
azərbaycan milli karate Federasiyasının prezidenti
Yaşar Bəşirovun fikirlərini öyrəndik.
- Azərbaycanın ev sahibliyi etdiyi 9-cu Baku Open
beynəlxalq turniri SSRİ-də karatenin 40 illiyinə həsr edildiyindən
yubiley xarakteri daşıyırdı. Tarixə nəzər salsaq
görərik ki, keçmiş SSRİ məkanında karate 1978-ci ildən
təşəkkül tapmağa başlayıb. 1983-1989-cu illərdə bu idman
növü bir müddət diqqətdən kənarda qalıb. 1989-cu
ildən bu yana karate nəinki ölkəmizdə, dünyada öz populyarlığını
qoruyub saxlayır. Ümumdünya Karate Federasiyasının
düzgün və səmərəli fəaliyyəti nəticəsində karatenin
Olimpiya Oyunlarının proqramına daxil edilməsi
bizi çox sevindirir.
Baku Open yubiley turnirində karate idman növündə
tarix yazan və karatenin atası hesab edilən Aleksey
Şturmin, yeganə üçqat SSRİ çempionu Veniamin Pak,
həmyerlimiz, ilk SSRİ çempionlarından olan Cahangir
Şahmuradov, Viktor Xan, aktyor və kaskadyor Aleksandr
İnşakov və digər tanınmış idmançılar iştirak edirdilər.
Bundan başqa, əziz müəllimlərimdən olan Mirəli Seyidov,
Yuri Mustafayev, Volodya Xaritonov kimi veteran idmançılarımızı
da turnirə dəvət etmişdik. Adlarını çəkdiyim bu
insanlar karate idman növünün təbliğində və inkişafında
misilsiz xidmətləri olan mütəxəssislərdir. Ülvi Quliyev,
Füzuli Musayev, mənim özüm də karateyə 1978-ci ildə
başlamışıq. Biz məhz bu veteran idmançıların sayəsində
nəticələr qazanmışıq.
Azərbaycanda karate postsovet məkanındakı ölkələrə
nisbətən daha yaxşı inkişaf edib. Bunu şimal qonşularımız
da təsdiqləyirlər. Biz turnirdən əvvəl Rusiya Karate
Federasiyasının rəhbəri Sergey Tsoyla görüşdük. Belə
qərara gəldik ki, SSRİ-də karatenin yaranmasının 40 illik
yubiley tədbirini məhz Azərbaycanda, Bakıda keçirək.
Qeyd edim ki, Baku Open turnirinin təşkili artıq ənənə
halını alıb. 9-cu Bakı_Open turnirinin Azərbaycan Xalq
Cumhuriyyətinin 100 illik yubileyi ilə eyni ilə təsadüf etməsi
daha əlamətdar oldu. Yarışda iştirak edən idmançılar,
rəsmi qonaqlar turnirin təşkilatçılıq səviyyəsindən çox
razı qaldılar. Yarışda dünyanın 12 ölkəsindən minədək
idmançı qüvvəsini sınayırdı.
Nəticələrə görə, Azərbaycan komandası turniri qalib
kimi başa vurdu. Bu bizi ikiqat sevindirdi. Yarışın təşkilində
bizə göstərdiyi dəstəyə və köməyə görə Azərbaycan
Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm.
Gələn ilin mart ayında keçiriləcək yubiley xarakterli 10-cu
Baku Open turnirini olimpiadaya hazırlıq mərhələsi kimi
təşkil etməyi planlaşdırırıq.
“HƏdƏFİMİz TOkİO-2020 OLİMpİAdASIndA
uğurLA çIxIŞ eTMƏkdİr”
Yüksək səviyyədə keçirilən Baku Open-2018 turnirində
güclü idmançılar iştirak edirdilər və rəqabət çox güclü
idi. Qeyd edim ki, bu rəqabət ildən-ilə daha da artır. Çünki
Ümumdünya Karate Federasiyasının üzvü olan ölkələrin
sayı artıq 200-ə çatıb və bu da onu göstərir ki, güclülərin
də sayı çoxalıb. Təbii ki, karatenin Olimpiya idman növü
kimi qəbul edilməsi rəqabəti daha da artırır. Azərbaycan
Milli Karate Federasiyasının da məqsədi bu idman növünü
ölkəmizdə daha da inkişaf etdirmək və kütləviliyini
təmin etməkdir. Bu gün federasiyada hər kəsin vəzifəsi
Tokio-2020-də medal qazanmaq üçün əl-ələ verib işləməkdir.
2020-ci ildə mart ayının 26-29-da Azərbaycanda 55-
ci Avropa çempionatı keçiriləcək. Ölkəmizin ev sahibliyi
edəcəyi qitə çempionatında karateçilər Tokio-2020 Yay
Olimpiadasına axırıncı lisenziya xalları uğrunda yarı-
22 спортсман № 114 / 2018
S P O R T S M A N
kArATe
şacaqlar. Düşünürəm ki, doğma divarlar
idmançılarımıza əlavə stimul
verəcək və onlar etimadımızı doğruldacaqlar.
Beynəlxalq qurumlar və
onların rəhbərləri, məşqçilər Bakıya
bu mötəbər yarışı izləməyə gələcəklər.
Avropa çempionatının ölkəmizə
həvalə edilməsi ölkədə idman və
Olimpiya Hərəkatına yüksək səviyyədə
dövlət qayğısının bir təzahürüdür.
Çünki Azərbaycan karatesinin
nümayəndələri dünyada tanınır və
liderlik edirlər. Dünyanın 1 nömrəli
karateçisi məhz həmyerlimiz Rafael
Ağayevdir.
Ümumdünya Karate Federasiyasının
prezidenti Antonio Espinoza bu
yarışda iştirak edəcək. Prezident Avropa
çempionatından əvvəl Bakıda
yarışın keçiriləcəyi məkana baxmağı
planlaşdırır. Beynəlxalq qurumun
rəhbəri Avropa çempionatına uğurla
ev sahibliyi edəcəyimiz halda 2021-
ci ildə keçiriləcək Liqa yarışlarını da
bizə həvalə etməyə söz verib. Təbii
ki, bu da bizdən böyük məsuliyyət
tələb edir. Bildiyiniz kimi, Liqa yarışlarında
200-dən çox ölkə iştirak edir
və bu yarışı təşkil etmək çox böyük
məsuliyyətdir.
Ölkəmizdə karatenin inkişafı
özünü ölkəmizin ev sahibliyi etdiyi
I Avropa Oyunlarında və IV İslam
Həmrəyliyi Oyunlarında bir daha təsdiqlədi.
Karateçilərimiz bu yarışlarda
xeyli sayda medallar qazandılar.
Bir daha vurğulayıram ki, karatenin
Tokio-2020-nin proqramına daxil
edilməsi həm federasiyamız, həm
də idmançılarımız qarşında mühüm
vəzifələr qoyur və məsuliyyət hissimizi
artırır. Federasiya, xüsusilə
aparıcı karateçilərimizə böyük ümid
bəsləyir və onlarla çox ciddi işləyir.
Bir sözlə, məqsədimiz və hədəfimiz
Tokio-2020 Olimpiadasında uğurla
çıxış etməkdir.
Bizi qarşıda olimpiadaya lisenziya
verəcək dünya çempionatı gözləyir.
İnanıram ki, karateçilərimiz bu
yarışda da öz sözlərini deyəcəklər.
Humay H.
спортсман № 114 / 2018
23
ŞAHMAT
S P O R T S M A N
43rd CHESS OlYmpIad
BaTumI 2018 GEOrGIa
Gürcüstanın Batumi şəhərində 43-cü ümumdünya
şahmat Olimpiadası keçirilib. dünyanın ən güclü
zəka sahibləri sentyabrın 23-dən oktyabrın 6-na kimi
qələbə uğrunda mübarizə aparıblar. açıq yarışda 180
ölkədən, qadınların yarışında isə 146 ölkədən ümumilikdə
1667 şahmatçı iştirak edib.
Məlumat üçün bildirək ki, Ümumdünya Şahmat Olimpiadası
iki ildən bir keçirilir. İlk dəfə belə yarış 1924-cü il
Fransanın paytaxtı Parisdə baş tutub. Rəsmi turnirlərin
təşkilinə isə 1927-ci ildə Londonda start verilib. FIDE-nin
təşkilatçılığı ilə keçirilən bu yarışa 2016-cı ildə Azərbaycan
uğurla ev sahibliyi edib.
43-cü Ümumdünya Şahmat Olimpiadasında yarışlar
11 turdan ibarət İsveçrə sistemi ilə keçirilib. Açıq yarışda
185, qadınların yarışında isə 151 komanda mübarizə aparıb.
Hər komandada 4 əsas, 1 ehtiyat oyunçu olub.
24 спортсман № 114 / 2018
S P O R T S M A N
ŞAHMAT
Gürcüstan Prezidenti Georgi
Marqvelaşvili, Acarıstan Muxtar Respublikası
hökumətinin rəhbəri Tornike
Rijvadze, FIDE prezidentinin müavini
və FIDE prezidentliyinə namizəd
Qeorqios Makropulos, 5 qat dünya
çempionu, şahmat olimpiadalarının
11 qat qalibi, Batumi-2018-in xoşməramlı
səfiri Nona Qaprindaşvili açılış
mərasimində çıxış edərək, bu idman
Ən güclü zəka sahibləri
çinlilər oldu
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin (SOCAR) də sponsoru
olduğu olimpiadanın açıq yarışında
qalib adını Çin komandası qazanıb.
Halbuki Çin, ABŞ və Rusiya komandalarının
hesabında eyni, yəni 18 xal
olub. Çin millisi əlavə göstəricilərə
görə çempionluğa sahib çıxıb. ABŞ
turniri 2-ci, Rusiya isə 3-cü yerdə başa
vurub. Azərbaycan yığması isə 15-ci
mövqedə qərarlaşıb.
Qadın şahmatçıların yarışında da
çinli zəka sahibləri fərqləniblər. Çin
və Ukrayna komandalarının hesabında
18 xal olsa da, Asiya təmsilçisi
qızıl medallara sahib çıxıb. Ukrayna
şahmatçıları gümüş medalla kifayətləniblər.
Gürcüstan millisi 17 xalla 3-cü
olub. Azərbaycan şahmatçıları isə
Azərbaycanı olimpiadada kişi və
qadınlardan ibarət iki komanda təmsil
edib. Qədir Hüseynovun rəhbərlik
etdiyi kişilərdən ibarət komandada
ölkəmizin idman şərəfini Şəhriyar
Məmmədyarov, Teymur Rəcəbov, Arkadi
Naidiç, Rauf Məmmədov və Eltac
Səfərli qoruyub. Fikrət Südeyifzadənin
məşqçi olduğu qadınlardan ibarət komandada
isə Günay Məmmədzadə,
Zeynəb Məmmədyarova, Xanım Balabəyova,
Gülnar Məmmədova və Ülviyyə
Fətəliyeva yer alıb.
43-cü Ümumdünya Şahmat Olimpiadasının
açılış mərasimi sentyabrın
24-də Batumi şəhərindəki Qara Dəniz
Arenada keçirilib. Gürcüstanın Elm,
təhsil, mədəniyyət və idman naziri
Mixail Batiaşvili qonaqları və idmançıları
salamlayaraq, yarışı açıq elan
edib.
yarışının əhəmiyyətindən danışıblar.
Sonra tədbir konsert və şou proqramla
davam edib.
olimpiadanı 16 xalla 10-cu yerdə başa
vurublar.
Təəssüf ki, kişi və qadın şahmatçılardan
ibarət Azərbaycan yığma komandası
mükafatçılar sırasında yer
almayıb. Üç şahmatçımız öz lövhəsində
göstərdiyi nəticələrə görə medallara
layiq görülüb. Kişi şahmatçılardan
ibarət milli komandada ikinci lövhədə
çıxış edən Teymur Rəcəbov və dördüncü
lövhədə mübarizə aparan Rauf
Məmmədov bürünc medal qazanıb.
Qadınlardan ibarət millidə isə üçüncü
lövhədə yarışan Xanım Balacayeva
qızıl medal əldə edib.
Qeyd edək ki, 44-cü Ümumdünya
Şahmat Olimpiadası 2020-ci ildə Rusiyanın
Xantı-Mansiysk, növbəti olimpiada
isə 2022-ci ildə Belarusun paytaxtı
Minskdə keçiriləcək.
спортсман № 114 / 2018
25
ŞAHMAT
S P O R T S M A N
Mahir Məmmədov FIde-nin
vitse-prezidenti seçildi
Batumidə təşkil olunan 43-cü
Ümumdünya Şahmat Olimpiadası
çərçivəsində Beynəlxalq Şahmat
Federasiyasının (FIDE) 89-cu konqresi
keçirilib. Konqresdə FIDE-nin
prezidenti vəzifəsinə seçkilərdə
Rusiya baş nazirinin sabiq müavini
Arkadi Dvorkoviç qalib gəlib. Arkadi
Dvorkoviçin komandasında yer alan
Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Mahir Məmmədov,
həmçinin FIDE-nin vitse-prezidenti
vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Mahir Məmmədovu
FIDE-nin vitse-prezidenti
vəzifəsinə təyin edilməsi münasibətilə
təbrik edib və həmyerlimizin
bu uğurunu Azərbaycanda şahmatın
inkişafına və şahmatçılarımızın
beynəlxalq miqyasda nailiyyətlərinə
verilən yüksək qiymət kimi dəyərləndirib.
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti
vəzifəsinə təyin edilməsi
ilə bağlı fikirlərini bölüşərkən
FIDE prezidenti seçkisinin çox gərgin
keçdiyini bildirib: “Seçkilərdə üç
namizəd iştirak edirdi. Namizədlər
Qeorqios Makropulos, Nayçel Şort,
digəri isə Arkadi Dvorkoviç idi. Seçki
kampaniyası mayın sonunda başlamışdı.
Mən Arkadi Dvorkoviçin
komandasına dəvət aldım. Qeyd
etmək istəyirəm ki, bu dəvət Azərbaycanın
dünya şahmat aləmində
böyük rolunun, beynəlxalq şahmat
hərəkatının inkişafına mühüm töhfəsinin,
Prezident İlham Əliyevin yürütdüyü
qətiyyətli siyasətin, o cümlədən
uğurlu idman siyasəti nəticəsində
əldə edilən müvəffəqiyyətlərin birbaşa
nəticəsi kimi qiymətləndirilməlidir.
Bu, Azərbaycan Şahmat Federasiyasının
qurumda daha geniş
təmsil olunmasına, müxtəlif komissiyalarda,
komitələrdə yer almasına
mühüm töhfə verəcək. Əvvəllər
Azərbaycanda keçirilməmiş bəzi
yarışların ölkəmizdə təşkili ehtimalı
da artacaq. Söylədiyim kimi, Azərbaycanın
dünya şahmat hərəkatının
inkişafına mühüm töhfə verən ölkə
olması bir daha təsdiq olunacaq”.
vüsal mövsümov
26 спортсман № 114 / 2018
S P O R T S M A N QOnAQ
BerT
SCHOOFS:
Bert Schoofs, 2016-cı ilin avqustundan
Belçikanın azərbaycanda, eyni
zamanda, Gürcüstan və Türkmənistanda
səfiridir.
Belçikalı diplomat həm də futbolu,
idmanı yaxşı bilən azarkeşdir.
Cənab Schoofsla görüşüb, 2018-ci ilin
dünya çempionatında 3-cü yeri tutaraq
mundiallar tarixində ən böyük uğuruna
imza atan futbol üzrə Belçika millisi barədə
danışdıq.
verdiyi cavablar müsahibənin maraqlı
alınmasına səbəb oldu.
“Bİz BrAzİLİYAYA QALİB GƏLdİk.
unuduLMAz HAdİSƏdİr...”
“And THen YOu BeAT BrAzIL. unIQue….”
- Cənab səfir, Belçikanı bir neçə sözlə necə təsvir
edərdiniz? Məsələn, Azərbaycanı biz “Odlar yurdu” adlandırırıq…
- Belçika kiçik, aran ölkəsidir. O, gözəl həyat, ləziz
yeməklər və içkilərlə xarakterizə olunur. Həmçinin Belçika
Avropanın mərkəzində yerləşir. Saat yarım ərzində siz
qatarla Brüsseldən Fransaya, Böyük Britaniyaya, Almaniya
və Niderlanda gedə bilərsiniz. Bir sözlə desək, Belçika
“Avropanın ürəyi”dir.
- Belçika Olimpiya oyunlarında oxatma, velosiped
idmanı, atletika, atçılıq, qılıncoynatma, yelkən idmanı
və cüdo kimi idman növlərində daha çox medal qazanıb.
ümumiyyətlə, hansı idman növü Belçikada daha
populyardır?
- İdmanla məşğul olmaq dedikdə, fəal idmançı olmaq
və passiv olaraq idmanı izləməyi bir-birindən fərqləndirmək
lazımdır. Asan olan ikincidir. Passiv olaraq bizdə iki idman
növü daha çox populyardır – futbol və velosiped idmanı.
Fəal surətdə isə bizdə bir çox idman növləri ilə məşğul
olurlar. Ümumiyyətlə, Belçikada, demək olar ki, hər uşaq
və gənc idmanla məşğul olur. Oğlanlar futbola, qızlar isə
atletika, tennis və voleybol, basketbol, otüstü hokkey kimi
komanda növlərinə üstünlük verirlər.
- Bəs necə olur ki, təxminən 11 milyon əhalisi olan
bir ölkə dünya çempionatında 3-cü yeri tutmaq, FIFA
reytinqində lider olmaq üçün 11 əla futbolçu tapa bilir?
Bir belçikalı olaraq bunun sirrini bilirsinizmi?
- Bu asan suala bənzəsə də, cavabı, kifayət qədər,
uzun və çətindir.
Hər şeydən əvvəl, demək istəyirəm ki, siz 11 deyil, ən
azı 18 yaxşı oyunçuya malik olmalısınız. Əks halda, yarımfinala
çıxa bilməyəcəksiniz. Yeri gəlmişkən, bəzi digər
komandalar və elə Belçika yığması əvvəlki turnirlərdə bu
problemi yaşayıb. Belçikanın 2018 mundialında çıxış edən
oyunçularının siyahısına baxsanız görərsiniz ki, onların,
demək olar, hamısı dörd böyük çempionatda – İngiltərə, Al-
- Mr Ambassador, how can you describe Belgium
in few words? For example, we call Azerbaijan country
of flame.
- Belgium is a small, flat country. It is characterized by
good life, excellent food and drinks. Moreover, Belgium is
in the center of Europe. In one hour and a half from Brussels
by train you can get to France, UK, Germany and
Netherlands. So in one word – Belgium is the “heart of
Europe”.
- Which sport is most popular in Belgium?
- You have to make distinction between doing sports,
I mean playing actively or passively watching sports. The
easiest one is a second. Passively, two sports are by far
the most popular: football and cycling. Actively, lots of
sports are practiced. In fact, in Belgium nearly every child
or young person practices sports. Boys prefer football, and
girls prefer athletics, tennis and team sports (volleyball,
basketball, hockey).
- How does a country with a population about 11
million can find 11 eleven great players to become the
3rd in FIFA World Cup?
- This seems to be an easy question but the answer is
rather long and complex.
First of all, I want to say that you do not need 11 good
players, you need at least 18 good players. Otherwise you
don’t play the semi-finals. This was by the way, a problem
for some other countries and Belgium in previous tournaments.
If you look at the list of Belgian players at the World
Cup: nearly all of them play in the four big competitions –
England, Germany, Spain, Italy or in Champions League
teams as PSG.
Well, how does it come?
I think there are several reasons but you have to see it
in accumulative way.
First of all, in European countries as Belgium you have
a kind of physical culture. Practicing sports is part of daily
спортсман № 114 / 2018
31
QOnAQ
S P O R T S M A N
maniya, İspaniya və İtaliyada, həmçinin Çempionlar Liqasında
PSG kimi komandada forma geyinir.
Yaxşı, bəs bu necə baş verir?
Düşünürəm ki, bir neçə səbəb var, amma bunların hamısına
kompleks şəklində baxmaq lazımdır.
Hər şeydən əvvəl, Belçika kimi Avropa ölkələrində bir
növ bədən tərbiyəsi mədəniyyəti mövcuddur. İdmanla məşğul
olmaq gündəlik həyatın bir hissəsidir. Məktəblərdə 6
yaşından başlayaraq hamı bədən tərbiyəsi təhsili alır. Bunu
Niderland, Xorvatiya, Skandinaviya ölkələri və Almaniyada
da görə bilərsiniz. Bizdə hər bir an idmanla bağlıdır. Həmçinin
gündəlik həyatda da, əsasən, gənc belçikalılar piyada
gəzməyi və velosiped sürməyi xoşlayır.
İkinci element - biz hətta gənc ikən rəqabət aparmağı
sevirik. Məsələn, Belçikada ölkə futbol federasiyasının
qeydə aldığı 500 min futbolçu var. Yəni ən azından Belçika
əhalisinin 5 %-i yarışaraq futbol oynayır. Əlbəttə ki, sizin
500 min oyunçunuz varsa, onların arasından 15 yaxşı
oyunçu tapmaq asandır.
Üçüncü elementi mən “təcrübə” adlandırardım. Belçika,
Niderland, Danimarka və ya hazırda Xorvatiya kimi ölkələr
bəzən güclü futbol nəslinə sahib olurlar. Bu nəsil təcrübə
qazanmalıdır. Hazırkı Belçika yığmasının oyunçuları 2010-
cu ildən birlikdə oynayır və ilk nəticələrini Dünya çempionatı-2014
və Avropa çempionatı-2016-da qazanıblar. Dünya
çempionatı-2018-də isə onlar mükəmməl idilər.
2011-ci il sentyabrın 2-də, yəni təxminən 7 il bundan əvvəl
Bakıda Azərbaycan – Belçika qarşılaşması olub – 1:1.
Bilirsinizmi, həmin komandanın 8 oyunçusu bu yay mundialda
Braziliyaya qarşı oynayıb: Kompany, Vertonghen,
life. In school everybody from the age of 6 has physical education.
You see the same i.e. in the Netherlands, Croatia
or the Scandinavian countries and in Germany. Every few
moment is sport. Also in daily life especially young Belgians
like to walk and ride bicycles.
A second element is we like to compete even when we
are young. For example, Belgium Football Association has
500 thousand players in Belgium. So at least like 5% of
Belgian population is playing football in a competitive way.
So if you have 500 thousand players of course it is easy to
have 15 good players.
The third element is I would call ‘experience’. Countries
as Belgium, the Netherlands or Denmark or now Croatia
have a good generation once in a while. This generation
has to get experience. The actual Belgian selection plays
together since let’s say 2010, had the first results during
WC 2014 and Euro 2016. They were outstanding in WC
2018.
The 2nd of September 2011 more than seven years
ago, there was a game here in Baku, Azerbaijan - Belgium
1-1. Did you know 8 players of that team were in the
squad that played against Brazil last summer: Kompany,
Vertonghen, Alderweireldt, De Bruyne, Fellaini, Hazard,
Lukaku, Mertens… So of course, they automatisms 7
years later…
The fourth element is that all of these players had their
formation abroad. They left Belgium when they were 13-
15 years old and got their maturity over there. Hazard
went to Lille, lots of these players went to Netherlands, to
Ajax, others to England or Germany.
32 спортсман № 114 / 2018
S P O R T S M A N QueST
Alderweireldt, De Bruyne, Fellaini, Hazard, Lukaku, Mertens…
Təbii ki, onların bir-birilə anlaşmasının avtomatikləşməsi
7 illik dövrü əhatə edir.
Dördüncü element ondan ibarətdir ki, bu oyunçular xarici
ölkələrdə formalaşıblar. Onlar 13-15 yaşlarında Belçikanı
tərk ediblər və yetkinlik yaşlarına orada çatıblar. Hazard
“Lille”ə getmişdi, bir çox oyunçu Niderlanda – “Ajax”a, digərləri
İngiltərə və ya Almaniyaya üz tutmuşdular.
Qeyd edim ki, Belçika hazırda təkcə futbolda deyil, digər
komanda idman növlərində də yaxşı nəticələr göstərir.
Xüsusilə də qadın basketbolu, voleybolu və otüstü hokkeyində.
Burada vacib olan odur ki, Belçikada siz peşəkar idmançı
ola-ola ali təhsilinizi də davam etdirə bilərsiniz. Yəni
siz həm peşakar idmanla məşğul olub, həm də oxuya bilərsiniz
– bu çox vacibdir.
Nəhayət, idmanı daha da kütləviləşdirmək üçün sizdə
gənclərin nümunə götürə biləcəyi örnəklər olmalıdır.
Məsələn, biz bunu Belçika qadın tennisində görmüşük
- Justine Henin və Kim Clijsters aparıcı raketka ustaları
idilər. 24 yaşında atletikanın çoxnövçülük növündə artıq
Olimpiya, dünya və Avropa çempionu olan Nafi Thiamın
timsalında da bunu görə bilərik.
- Belçika yığmasının heyətində holland dilli flamandlar,
fransız dilli vallonlar, həmçinin Afrika və digər
müxtəlif əsilli oyunçular var. deyilənə görə, futbolçularınız
öz aralarında ingiliscə danışırlar. Bəs bu fakt
nəticə qazanmağa mane olmur ki?
- Çox maraqlı sualdır. Oyunçular müxtəlif etnik kökdən
ola bilər, amma dünya çempionatında çıxış etmiş oyunçuların
hamısı Belçikada anadan olub. Buna görə də onlar
fransız və ya holland dilində danışır, çoxu da ingilis və ispan
dilini bilir. Yəqin ki, baş məşqçi Martinez taktiki tapşırıqları
ingiliscə verir, lakin futbolçuların çoxu eyni liqalarda
oynadığından ünsiyyət qətiyyən problem deyil. Biz belçikalılar
bir cümlədə belə müxtəlif dillərdən istifadə edə bilirik...
- Sizin futbol azarkeşliyiniz necə başlayıb?
- Uşaqlığım və gəncliyim 70-80-ci illərdə keçib. O zamanlar
bizim “Anderlecht”, “Standard”, “Brugge” kimi yaxşı
futbol komandalarımız, həmçinin futbolçularımız var idi
və əla nəticələrə imza atmışdıq. (Əli ilə 1982-ci il dünya
çempionatının Belçika - Argentina açılış oyununda çəkilən
məşhur şəkli göstərir) Və əlbəttə ki, bu nəsil 1982, 1984 və
1986-cı illərdə (4-cü yer) dünya və Avropa çempionatlarında
uğurlar qazandı.
- Yeri gəlmişkən, dünya çempionatı-2018 zamanı
sosial şəbəkədə Belçika millisinin oyunları haqqında
da yazılar dərc edirdim. Həmçinin “nostalji-1982” adı
ilə futbol tarixinin ən yaxşı şəkillərindən birini paylaşmışdım
(dç-1982-də Belçika - Argentina matçında
çəkilən və əfsanəvi diego Maradonanın altı belçikalı
futbolçuya qarşı olduğunu əks etdirən məşhur foto).
Bir belçikalı olaraq o şəkil barədə nə deyə bilərsiniz?
- Sizin paylaşmalarınızı görmüşdüm və bu şəkil mənim
üçün çox əhəmiyyətlidir. O zaman 15 yaşındaydım və bu,
İspaniya mundialının açılış oyunu idi. Yaxşı komandamız
vardı, lakin heç kim qalib gələcəyimizi gözləmirdi. Fakt
odur ki, biz gənc Maradonalı, həmçinin Kempes, Passarella,
Ardilesli Argentinanı məğlub etdik. 1982-ci ildə biz 1986
Notice also that Belgium is doing quite well in group
sports at the moment, not only in football, but also basketball,
volleyball and hockey – especially our female teams.
An important element here is that in Belgium you can
continue higher studies while being a professional sports
person. This has to do with a fact that you can do professionally
sports and this is very important - you can study.
Finally, you need role models to make sports popular.
We have seen this with tennis for example in Belgium,
when Justine Henin and Kim Clijsters were top female tennis
players or at the moment with athlete Nafi Thiam, who
is European, world and Olympic champion heptathlon…
at the age of 24!
- players of different origins plays for Belgium -
Flanders, Wallons, African origins. They say that players
speak english to each other. What can you say
about it?
- Very interesting question. Players can have a different
ethnic origin or background but all of those in the
World Cup selection were born in Belgium. So they speak
French or Dutch, and most of them English or Spanish. I
presume the tactics by coach Martinez are in English, but
as players have different common leagues, communication
is definitely not a problem. And we Belgians we can
change languages within one sentence...
- How did you become a football fan?
- I grew up in the seventies and eighties and we had
good football teams, players those days (Anderlecht,
Standard, Brugge) and excellent results (pointing at a picture
from the opening match Belgium - Argentina World
Cup 1982 that is shown). And of course these were the
young guys that came after 1982, 1984, 1986 (4th place).
- During the World Cup 2018 I posted in social media
articles about the matches of Belgium team and in addition
I shared a photo of match between Belgium and Argentina
from 1982 World Cup. Did you see this picture and what
can you say about it?
- First of all I saw your facebook and I saw the picture
and well this picture is for me is very important, because at
that time I was 15 years old, and it was an opening game
of the 1982 World Cup in Spain. We had a good team but
nobody was expecting we could win. But the fact that we
спортсман № 114 / 2018
33
QOnAQ
S P O R T S M A N
won against Argentina (with the young Maradona, but also
Kempes, Passarella Ardiles…). 1982 was the stepping
stone for our success in 1986. Unfortunately the same
Maradona kicked Belgium out in Mexico ‘86.
- Which is the most emotional, unforgettable match
you have ever seen?
- In 1987 Club Brugge played against Borussia Dortmund.
It was UEFA Cup also and they lost 0-3 in Dortmund,
and it was a before Christmas, Everything was sold
out, because of the score 0-3, some people didn’t wan to
go, and they sold the ticket. I got this ticket very cheaply
and went with friends. Brugge won 5-0 against Dortmund.
Recently I really liked the game Belgium – Brazil. I was
not in Baku, I had to be in Georgia, because of an official
mission. The only way to watch the football game was in
the airport of Tbilisi before flying back to Baku. In the bar of
the airport everybody was cheering for Brazil except myself,
wearing my Belgium jersey. And then you beat Brazil.
Unique….
- I’m a jury member for the Ballon d’Or Award. Belgians
Thibault Courtois, kevin de Bruyne and eden
Hazard are candidates for this award now. do they
have any chances in your opinion?
- Thibault Courtois definitely, because I think he is the
best goalie at the moment. And also he is still young and
just see what he already has won with Atletico Madrid. De
Bruyne and Hazard not yet. Let’s meet next year.
- I was the president of the Golden Foot Award in
2014 in Monaco. Then the famous Belgian goalkeeper
Jean-Marie pfaff also received a Legend award. I talked
to him there. He is a pleasant person and one of
the funniest Belgians in the world. What can you say
about him?
- You are completely right. I met him myself few times,
he is an incredible nice person. His nick name is ‘el Simpatico’,
referring to Mexico 1986.
He is not only nice, he was a very good football player
and he always was good to everyone. I remember when
he was playing in Germany for Bayern Munich and then
he went to Trabzonspor there were 40 thousand people
on the first training of Trabzon and it was before the social
media time. The guy is such a nice person.
By the way, I saw him 2 months ago in a plane from
Vienna to Brussels I was taking. When he came on the
plane and Jean-Marie Pfaff greeted spontaneously the
passengers who started to applaud for him.
- What can you say about Azerbaijan-Belgium relations
both in sports and outside sports?
- We have very good relations, because Azerbaijani
and Belgians have lot in common, we both are rather
small countries, with more important neighbors. I mean
you have here Iran, Russia, Turkey in the Caucasus. Germany,
France and UK in Western Europe. Therefore, we
are both flexible, pragmatic and hospital. In that sense
you see lots of relations between Azerbaijani and Belgium
people.
Moreover Brussels is the capital of Europe and hosts
the headquarters of the European Union and NATO. Presmundialındakı
uğurumuzun bünövrəsini qoyduq. Təəssüf
ki, həmin Maradona 1986-ci ildə Belçikanı mübarizədən
kənarlaşdırdı.
- İzlədiyiniz ən həyəcanlandırıcı, ən unudulmaz
oyun və ya oyunları xatırlayaq...
- 1987-ci ildə “Brugge” UEFA kubokunda Dortmund
“Borussia”sına qarşı oynayırdı. İlk oyunda Dortmundda 0:3
hesabı ilə məğlub olmuşdular. Cavab qarşılaşması Milad
bayramı ərəfəsində idi, ilk matçda hesab 0:3 olduğuna görə
bir çox adam oyuna getmək istəmirdi və onlar biletlərini satırdılar.
Mən bileti çox ucuz qiymətə aldım və dostlarımla
oyuna getdim. “Brugge” 5:0 hesabı ilə qalib gədi.
Son dövrdə isə mundialdakı Belçika - Braziliya oyununu
çox bəyəndim. Rəsmi səfərlə əlaqədar Gürcüstanda idim.
Oyunu Bakıya uçmazdan əvvəl Tbilisi hava limanında izləməkdən
başqa yolum yox idi. Hava limanının barında
hamı Braliziyaya azarkeşlik edirdi, məndən başqa. Əynimə
Belçikanın formasını geyinmişdim və nəticədə biz Braziliyaya
qalib gəldik. Unudulmaz hadisədir...
- Mən nüfuzlu “Ballon d’Or” (“Qızıl Top”) mükafatının
jüri üzvüyəm. Belçikalılar Thibault Courtois, kevin
de Bruyne və eden Hazard 2018-ci ildə bu mükafata
namizəddirlər. Sizin fikrinizcə, onların “Qızıl Top”u qazanmaqla
bağlı hər hansı bir şansı varmı?
- Courtois (Kurtua) – onun şansı var, çünki düşünürəm
ki, hazırda dünyanın ən yaxşı qapıçısıdır. Yaşı çox deyil və
görün, “Atletico Madrid”lə hansı titular qazanıb. De Bruyne
və Eden Hazard isə hələ yox, gəlin, növbəti ili gözləyək.
- Mən 2014-cü ildə Monakoda “Golden Foot” mükafatının
jüri prezidenti olmuşam. O vaxt məşhur belçikalı
qapıçı Jean-Marie pfaff da “Futbol Əfsanəsi” kimi
mükafata layiq görüldü. Onunla orada söhbət etmək
imkanım da oldu. xoş bir insandır və dünyanın ən zarafatcıl
belçikalılarından biridir. Onun haqqında nə deyə
bilərsiniz?
- Tamamilə doğrudur. Onunla bir neçə dəfə rastlaşmışam,
inanılmaz insandır. 1986-ci ildə Meksikadakı mundialda
ona “El Simpatico” (“Sevimli”) ləqəbi vermişdilər.
Pfaff yaxşı insan olmaqla yanaşı əla futbolçu olub və
hamıya qarşı həmişə xoş münasibət bəsləyib. Xatırlayıram,
Almaniyada “Bayern Münhen”də oynayırdı və sonra
“Trabzonspor”a keçərkən Trabzondakı ilk məşqinə 40 min
34 спортсман № 114 / 2018
S P O R T S M A N QueST
azarkeş gəlmişdi. Və bu sosial media dövründən əvvəl idi.
O çox yaxşı insandır.
Bu arada, iki ay əvvəl Vyanadan Brüsselə uçarkən onu
gördüm. Pfaff təyyarəyə minərkən gözlənilmədən sərnişinləri
salamladı, onlar da onu alqışladılar.
- Azərbaycan-Belçika əlaqələri haqqında nə deyə
bilərsiniz? İstər idmanda, istərsə də qeyri-idman
sahələrində.
- Çox yaxşı əlaqələrimiz var, çünki azərbaycanlılar və
belçikalıların kifayət qədər ortaq xüsusiyyətləri var. Ölkələrimiz
kiçikdir, böyük qonşularımız var. Demək istəyirəm ki,
sizin burada Qafqazda İran, Rusiya, Türkiyə kimi qonşularınız,
bizim isə Qərbi Avropada Almaniya, Fransa və Boyük
Britaniya kimi qonşularımız var. Ona görə də, biz çevik,
praqmatik və qonaqpərvərik. Bu anlamda Azərbaycan və
Belçika xalqları arasında çox oxşarlıqların olduğunu görmək
mümkündür.
Bundan əlavə, Brüssel Avropanın paytaxtıdır və Avropa
Birliyi və NATO-nun baş qərargahları orada yerləşir. Prezident
İlham Əliyev və sizin nazirlər son illərdə Brüsselə çox
səfər ediblər və Belçika kralı Filip və hökümət nümayəndələri
ilə əla əlaqələri var.
İdman sahəsinə gəldikdə isə, Azərbaycanın bir çox beynəlxalq
yarışları təşkil etməsi yaxşı haldır. Son illər ərzində
keçirilən Bakı 2015 Avropa Oyunlarında, qadın voleybolçular
arasında Avropa çempionatı-2017-də, cüdo üzrə Dünya
çempionatı-2018-də Belçika idmançıları da çıxış edib.
- Belçika və niderland Avro-2000-ni təşkil etmişdilər,
Bakı 2019-cu ildə Avropa Liqasının final matçına
ev sahibliyi edəcək, həmçinin bizim şəhər Avro-2020-
nin təşkilatçılarından biri olacaq. Bu haqda nə deyə
bilərsiniz?
- Əla ideyadır, bu çox yaxşıdır. Çünki xarici ölkələrdən
çoxlu azarkeş Azərbaycanı görməyə gələcək, həmçinin idmanla
məşğul olan vətəndaşlarınız üçün də belə mötəbər
yarışların burada keçirilməsi vacibdir.
2000-ci ilə gəldikdə isə, bu, Niderlandla bizim üçün çox
vacib hadisə idi. Təəssüf ki, o vaxt yaxşı komandamız yox
idi.
Ən parlaq ulduzlar ölkənizə gələcək və siz onları canlı
görəcəksiniz. Bu 2020-ci ilə aiddir. Siz 4 oyuna ev sahibliyi
edəcəksiniz – qrupda üç oyun və 1/4 finalın bir qarşılaşması.
Ən azından bir böyük komanda Azərbaycana gələcək,
bəlkə də bu, Belçika olacaq…
- Lionel Messi, yoxsa Cristiano ronaldo?
- Hər ikisi. Sizə bir əhvalat danışım. 1998-ci ildə Cənubi
Amerikaya səfər zamanı braziliyalı və argentinalı dostlar
məndən kimin bütün zamanların ən yaxşı futbolçusu olduğunu
soruşdular - Pele, yoxsa Maradona? Mən də cavab
verdim ki, Johan Cruyff. Eynilə Messi və Ronaldo kimi. Hər
ikisinin son 10 ildə ən yaxşı futbolçu olması ilə bağlı dəlillər
gətirmək mümkündür.
- Bizim oxuculara göndərmək istədiyiniz bir mesaj
varmı?
- Lütfən, istənilən idman növü ilə məşğul olun və komandalarınızı
bütün yarışlarda dəstəkləyin!
rasim mövsümzadə
vüsal Cəfərov
ident Aliyev and your ministers visited Brussels often recent
years and had excellent contacts with the Belgian
King Philippe and the members of the government.
What sport is concerned, it is very good that Azerbaijan
organizes so many international competitions. The recent
years there were Belgian delegations at the Baku 2015
European Games, the 2017 Women's European Volleyball
Championship, 2018 World Judo Championships.
- Belgium and Holland organized eurO 2000, Baku
will host the final match of european League in 2018
and our city will be one of the organizers of eurO
2020. What can you say about it?
- Excellent idea, it is very good. Because everybody
will come from abroad to watch Azerbaijan and also it
is very good for people doing sport to have these major
events here.
And about 2000 it was important for us together with
the Netherlands. Unfortunately we didn’t have good team
at that time which was a pity.
You will have all the main stars in your country, so you
can see them live. That is for 2020. You will have 4 games
- 3 group and 1 quarter-final. There will be at least one big
team coming and why not this will be Belgium….
- Lionel Messi or Cristiano ronaldo?
- Both of them. I will tell you anecdote. In 1998 I was
travelling in South America and Brazilian and Argentinian
friends asked me which is the best player ever: “Pele or
Maradona?” My answer was Johann Cruyff. The same
with Messi and Ronaldo. You can find arguments for both
players to argue he is the best player the recent 10 years.
- What kind of message you would like to send to
our readers?
- Please, practice any sport and cheer for your teams
in all competitions!
rasim movsumzadeh
vusal Jafarov
спортсман № 114 / 2018
VOLeYBOL
S P O R T S M A N
dünYA çeMpİOnATIndA 15-ci
FIvB-nin təşkilatçılığı ilə
Yaponiyada qadın voleybolçular
arasında 18-ci dünya
çempionatı keçirilib. Sentyabrın
29-da start götürən yarışlara
oktyabrın 20-də yekun
vurulub.
Voleybol mündialında 24 ölkənin
qadın millisi qüvvəsini sınayıb. “Gündoğar
ölkə”nin 6 şəhərində keçirilən
yarışda komandalar 4 mərhələdə yarışıblar.
Ümumilikdə 103 matçın oynanıldığı
dünya çempionatının qalibi
ilk dəfə Serbiya komandası olub. İtaliya
yığması ikinci pillədə qərarlaşıb.
Çin 3-cü, Hollandiya isə 4-cü olub.
Dünya çempionatına 4-cü dəfə
qatılan qadın voleybolçulardan
ibarət Azərbaycan millisi, təəssüf ki,
zəif çıxışı ilə yadda qalaraq ümumi
hesabda 15-ci yeri tutub. Tanınmış
mütəxəssis Faiq Qarayevin rəhbərlik
etdiyi kollektiv yalnız Meksika,
Cənubi Koreya, Kanada, Argentina,
Keniya, Kamerun, Kuba, Trinidad və
Tobaqo və Qazaxıstan voleybolçularını
qabaqlaya bilib.
İlk mərhələdə ABŞ, Rusiya, Tailand,
Cənubi Koreya və Trinidad və
Tobaqo, kollektyivlərinin yer aldığı
“C” qrupunda mübarizə aparan komandamız
millimiz əvvəlki dünya
çempionu ABŞ komandasına uduzub
0:3 (27-29, 21-25, 21-25).
Sonra Cənubi Koreya ilə oyunda
3:1 (25-18, 25-18, 23-25, 25-18)
hesablı qələbə qazanan voleybolçu
qızlarımız ardınca Rusiyaya 0:3 (21-
25, 21-25, 22-25) hesabı ilə məğlub
olublar.
Komandamız dünya çempionatında
növbəti və sonuncu uğura Trinidad
və Tobaqo yığması ilə görüşdə
imza atıb. Qarşılaşma 3:0 (29-27,
25-16, 25-17) hesabı ilə millimizin
xeyrinə başa çatıb. Bundan sonra
uğursuz çıxışlarını davam etdirən
voleybolçularımız bir-birinin ardınca
məğlubiyyət acısı yaşayıblar. Tailand
yığmasına 1:3 (22-25, 25-15, 19-25,
17-25) hesabı ilə uduzan millimiz
36 спортсман № 114 / 2018
S P O R T S M A N VOLeYBOL
2 qələbə və 3 məğlubiyyətlə qrupda
4-cü yeri tutaraq 2-ci mərhələyə
çıxıb.
2-ci mərhələdə F qrupunda mübarizə
aparan Azərbaycan voleybolçuları
əvvəlcə İtaliya komandasına
0:3 (12-25, 19-25, 10-25), sonra da
Çinə 0:3 (17-25, 16-25, 17-25) hesabı
ilə məğlub olublar.
Qardaş Türkiyə voleybolçularına
isə 1:3 (24-26, 17-25, 25-22, 21-
25) hesabı ilə uduzan komandamız
sonuncu oyununu Bolqarıstan voleybolçularına
qarşı keçirib. Qarşılaşmadan
0:3 (19-25, 20-25, 20-25)
hesablı məğlubiyyətlə ayrılan millimiz
dünya çempionatında mübarizəni
dayandırıb.
Beləliklə, ikinci qrup mərhələsində
keçirdiyi dörd görüşün hamısında
uduzan voleybolçularımız F qrupunda
sonuncu – 8-ci yeri tutublar. Bununla,
Faiq Qarayevin yetirmələri
dünya çempionatını 15-ci pillədə
başa vurublar.
Xatırladaq ki, qadınlardan ibarət
millimiz debüt etdiyi 1994-cü il mundialında
daha yaxşı nəticə göstərərək
9-cu yeri tutub. 2006-cı ilin dünya
çempionatında 13-cü olan komandamız
2014-cü ildə İtaliyada keçirilən
yarışda isə 15-ci pillədə qərarlaşıb.
Yeri gəlmişkən, Azərbaycan millisinin
baş məşqçisi Faiq Qarayev komandamızın
dünya çempionatından
sonra öz vəzifəsindən istefa verib.
59 yaşlı mütəxəssis səhhətində yaranan
ciddi problemlə əlaqədar olaraq
məşqçilik karyerasını da başa
vurub. O, bundan sonra fəaliyyətini
Azərbaycan Voleybol Federasiyasının
I vitse-prezidenti kimi davam
etdirəcək.
Bundan başqa, millimizin aparıcı
üzvlərindən olan Natalya Məmmədova
da yığma ilə vidalaşıb. Karyerasını
Qazaxıstanın “Altay” klubunda davam
etdirəcək Məmmədova bir daha
millimizin formasını geyinməyəcəyini
açıqlayıb. O bu qərarını gənc nəslə
yol açması ilə əlaqələndirib.
vüsal m.
спортсман № 114 / 2018
37
FUTBOL
S P O R T S M A N
FuTBOl üzrə avrOpa çEmpiOnaTI
AVrO-2020-nİn SeçMƏ MƏrHƏLƏSİnİn püŞkü...
avrO-2020-nin
seçmə mərhələsinin
püşkü 2018-ci
il dekabrın 2-də
dublində atılacaq.
növbəti gün isə
uEFa millətlər
liqası final mərhələsinin
püşkatması
olacaq.
Xatırladaq ki,
avrO-2020-nin
final mərhələsi 12
ölkəsinin 12 şəhərində
keçiriləcək.
O cümlədən bu
yarışın 4 oyunu
Bakıda olacaq.
AVrO-2024
Almaniyada
keçiriləcək
2024-cü ilin Avropa
çempionatı isə Almaniyada
keçiriləcək.
UEFA İcraiyyə Komitəsi
sentyabrın 27-də
bu barədə qərar verib.
Almaniya namizədlərin
səsverməsində Türkiyəyə
qalib gəlib.
Xatırladaq ki, almanlar
bundan əvvəl 1988-ci
ilin Avropa çempionatını
keçiriblər.
Türkiyə Mərakeşin
taleyini yaşayır
2024-cü il Avropa
çempionatının təşkilatçısı
seçimində Almaniyaya
məğlub olan (4-12)
Türkiyənin 4-cü cəhdi də
uğursuzluqla nəticələnib.
Türkiyə bundan əvvəl
2008 (Yunanıstanla birlikdə),
2012 və 2016-cı
illərin qitə çempionatını
38 спортсман № 114 / 2018
S P O R T S M A N
FUTBOL
keçirməyə namizəd olub. Xüsusilə
Avro-2016-ya ev sahibliyi
etməyə yaxın olsa da, səsvermədə
Fransadan cəmi bir
səs geri qalıb.
Xatırladaq ki, Türkiyənin
keçirdiyi ən böyük futbol yarışı
2013-cü ildə U-20 dünya
çempionatı olub. Həmçinin
2005 Çempionlar Liqası və
2009 UEFA kubokunun final
oyununa ev sahibliyi edən İstanbulda
2020-ci ildə Çempionlar
Liqasının həlledici matçı
keçiriləcək.
Türkiyə bu mənada Mərakeşin
taleyini yaşayır. Afrikanın
müsəlman ölkəsi də 1994,
1998, 2006, 2010 və 2026-cı
illərin dünya çempionatına ev
sahibliyi etməyə namizəd olsa
da, uğur qazana bilməyib. Mərakeş
hətta Afrikada keçirilən
2010 mundialının təşkilatçısının
seçimində Cənubi Afrikaya
məğlub olub.
FIFA 2013 və 2014-cü illərdə
klubların dünya çempionatını
keçirməyi Mərakeşə həvalə
etməklə təsəlli verib.
Aleksander çeferin
UEFA-nın 7-ci prezidenti
sloveniyalı Aleksander Çeferin
oktyabrın 13-də doğum gününü
qeyd edib. O, 1967-ci ildə
Lyublyana şəhərində anadan
olub.
İxtisasca hüquqşünas olan
Çeferinin futbola gəlişi 2005-
ci ilə təsadüf edir. O, əvvəlcə
Sloveniyanın “Litiya” futzal
klubunun, sonra isə tanınmış
“Olimpiya Lyublyana” futbol
klubunun idarə heyətində yer
alıb.
2011-ci ildə isə Sloveniya
Futbol İttifaqının prezidenti seçilib
və 2016-cı ilə kimi bu vəzifədə
qalıb. Həmçinin o dövrdə
UEFA Hüquq Komitəsinin
sədr müavini olub.
Nəhayət, 2016-cı il sentyabrın
14-də UEFA-nın prezidenti
seçilən Aleksander Çeferin,
eyni zamanda, FIFA-nın
vitse-prezidentidir.
rasim m.
спортсман № 114 / 2018
39
STOLüSTü TennİS
S P O R T S M A N
ilham ağayev:
STOlüSTü TEnniS - 5 Yaşdan aHIl qOCaYadək
maraqla OYnaYa BiləCək Bir idman növüdür
ötən ay antalyada keçirilən
veteranların stolüstü tennis
yarışmasında qaliblər sırasında
həmyerlimiz ilham ağayev də
yer tutmuşdur. azərbaycanın bu
yarışda ilk dəfə iştirakını nəzərə
alsaq, nəticə yetərincə yüksək
oldu. Yarış barədə daha ətraflı
məlumat almaq üçün turnirin qalibini
redaksiyamıza dəvət etdik.
- İlham müəllimi yaxından tanıyaq...
- 1961-ci ildə Gəncə şəhərində
anadan olmuşam. 1977-ci ildə Gəncə
şəhəri 22 №-li orta məktəbi bitirmişəm.
1973-cü ildən idmanın voleybol
növü ilə məşğul olmağa başlamışam.
1979-1981-ci ildə hərbi xidmətdə
olarkən Çita şəhəri OİK - 19 Zab VO
yığma komandasında oynamışam.
1981-ci ildən voleybol üzrə idman
ustasıyam. 1982-ci ildə hərbi xidmətdən
sonra “Avtomobilist Kuybışev”
(Samara) şəhərinin komandasının
tərkibində oynamışam. 1989-1994-cü
ildə Azərbaycan DBTİ-ni bitirmişəm.
Hazırda GDU-nin Bədən tərbiyəsi və
idman kafedrasının müdiri vəzifəsində
çalışıram. Ardıcıl olaraq veteranlar
arasında 12 qat respublika çempionuyam.
Ailəliyəm, bir oğlum, bir qızım var.
- Stolüstü tennisə gəlişinizi
necə xatırlayırsınız?
- 1974-cü ildə oxuduğum məktəbdə
stolüstü tennis bölməsi açıldı.
Onsuzda parklarda, şəhərin müxtəlif
yerlərində stolüstü tennis oynayırdıq.
Voleybolla, eyni vaxtda stolüstü
tennislə də məşqlərə yazıldım, çox
keçmədi stolüstü tennisə olan həvəsim
çox artdı və mən evdə nazik pataloka
vurulan kartondan kusoklar
kəsərək, stolüstü tennis stolu düzəltməyə
başladım. Bir təhər mismarlaya-mismarlaya
heç kimə demədən
stolun üstünü düzəltdim. Stol düzəlib
başa çatandan sonra məlum oldu
ki, stolüstü tennis topu stolun üstünə
düşəndə demək olar ki, stoldan
qalxmır. 1 il sonra mənə qarşı soyuq
münasibət olduğu üçün tennisdən
tamamilə ayrılaraq, ancaq voleybol
məşqlərini davam etdim.
Stolüstü tennisə birdə 1983-cü
ildə Azərbaycana qayıdandan sonra
başladım. Sonra respublika yarışlarına
qatıldım və səmərəli məşqlər öz
bəhrəsini veürdi. İlk dəfə 1984-cü ildə
Xanlar şəhərində (Göy - göl) Azərbaycan
“Məhsul” cəmiyyətinin (şəxsi)
çempionu oldum və idman ustalığının
normativini doldurdum. Hər il Respublika
yarışlarında iştirak etdim və
hər dəfə mükafatçılar sırasında yer
aldım. 1987-ci ildə Quba şəhərində
keçirilən Azərbaycan “Məhsul” cəmiyyətinin
birincilıiyində tək, qoşa və
qarışıq yarışlarda qalib olaraq, mütləq
çempion oldum.
40 спортсман № 114 / 2018
- Sovet dönəmində stolüstü tennis
çox populyar idi. Hal-hazırda
bu idman növünə maraq günbəgün
artmaqdadır. Sovet idmanı ilə Azərbaycan
idmanını necə müqayisə
edərdiniz?
- Başlıca fərq odur ki, yarışlarda
Azərbaycan Bayrağı altında iştirak
edirik. O dövrlə müqayisədə bu idman
növü daha sürətli və daha maraqlı
olub. Sürətli oyunu və güclü müdafiəni
dəstəkləyən raketkalar istehsal
olunub. Tennisə marağın artması isə
Azərbaycan Stolüstü Tennis Federasiyasının
məqsədyönlü fəaliyyəti və
ölkə başçısı, hörmətli Prezidentimiz
İlham Əliyevin Azərbaycan idmanına
göstərdiyi diqqət və qayğının təzahürüdür.
- Bu yaxınlarda Türkiyədə keçirilmiş
stolüstü tennis üzrə veteranların
dünya çempionatında qızıl medal
qazanmaqla himnimizi səsləndirib,
bayrağımızı ucaltdınız. Sizi qələbə
münasibətilə təbrik edirik! Mümkünsə
yarış barədə oxucularımızı
daha ətraflı məlumatlandırardınız...
- 2018-ci il sentyabr ayının 24-
29-u Türkiyənin Antalya şəhərində,
“Kemer”də keçirilən veteranlar arasında
stolüstü tennis üzrə dünya
turnirində iştirak etdim. 50-59 yaş
qrupunda 34 ölkədən 165 idmançının
mübarizəsində bütün rəqiblərimə
qalib gələrək, 1-ci yerə layiq görüldüm.
Bu yarışın sayca 24-cü dəfə
keçirilməsinə baxmayaraq, Azərbaycan
bu yarışda ilk dəfə iştirak edirdi.
Azərbaycanı məndən başqa daha
3 idmançı təmsil edirdi. Çox təəssüf
ki, onlar yarışları erkən dayandırmalı
oldular. Mənə etimad göstərərək bu
yarışa göndərən Azərbaycan Stolüstü
Tennis Federasiyasına, başda
federasiya prezidenti Şahin Mustafayev
olmaqla, vitse-prezident Fazil
müəllimə, Firudin müəllimə, Tahir
müəllimə və bütün zəhməti olanlara
dərin minnətdarlığımı bildirirəm. Ən
çox da ona görə sevinirəm ki, Fazil
müəllimə söz vermişdim ki, mən
mütləq mükafata layiq yerlə qayıdacağam.
Allahıma şükürlər olsun ki,
məni utandırmadı.
- Bir peşəkar idmançı kimi
müxtəlif yarışlarda iştirak etmisiniz.
Ən çətin və yadda qalan oyununuz
hansı olub?
- Peşəkar idmançı kimi mən voleyboldan
çox ölkələrdə iştirak etmişəm.
Hətta İran İslam Respublikasında
1992-ci ildə yarışların ən güclü idmançısı
adına layiq görülmüşəm. 1991-ci
ildə stolüstü tennis üzrə idman ustası
normasını doldurmuşam. Üzgüçülük,
dama, atletika, güllə atıcılığı növlərində
respublika birinciliklərində iştirak
edərək, mükafata layiq yerlər tutmuşam.
Ən çətin və mənim üçün gözlənilməz
olan oyunum isə 1990-cı ildə
Azərbaycanın mütləq çempionu Rinat
Salaxutdinovla olub. Yarışlar davam
etdiyi vaxtda hamının sevimlisi, mənim
də dostum olan Mayıs Şeydəbəyov
rəhmətə getdi. Həmin gün yarışlar
təxirə salındı. Mən Rinatla respublika
çempionatında 8/1 finala çıxış üçün
görüşməli idim. 8/1 finalda oynamaq
yığma komandaya üzv olmaq demək
idi. Növbəti gün Rinatla görüşdük.
Heç kim inanmazdı ki, mən Rinata
qalib gələrəm. Yenə də Allahıma minnətdaram
ki, mən qalib oldum.
- ümumiyyətlə, stolüstü tennislə
məşğul olmağa neçə yaşından
başlamaq lazımdır?
- Məncə 5-6 yaşdan başlamaq
olar. Amma yenə də uşağın fiziki inkişafına,
aktivliyinə, boyuna baxmaq
lazımdır.
- Veteran çempionun kiçik tennisçilərə
nəsihəti və məsləhəti...
- Tennisi sevin, tennislə məşğul
olun. Ən əsası isə bilin ki, stolüstü
tennis, bədənin bütün əzələlərini qədərincə
inkişaf etdirən, travmasız və
5 yaşdan ahıl qocayadək maraqla oynaya
biləcək bir idman növüdür.
vidadi Baxşiyev
спортсман № 114 / 2018
41
FUTBOL
S P O R T S M A N
uEFa milləTlər liqaSI 2018-19
uEFa-nın təşkilatçılığı ilə ilk dəfə keçiriləcək
millətlər liqasında avropanın 55 milli komandası
mübarizə aparır.
ilk mərhələsi 2018-ci ilin sentyabrından noyabrına
kimi keçirilən yarışın final mərhələsi isə 2019-
cu il 5-9 iyun tarixlərində olacaq.
Millətlər Liqasında komandalar, reytinqlərinə uyğun,
dörd liqaya bölünüb: A, B, C və D. Liqalarda isə
yarışlar hərəsində 3 və ya 4 komanda olmaqla 4 qrupda
gedir.
Hər liqada qrup qalibləri yarışın final mərhələsinə
çıxacaq və orada mübarizəni əvvəlcə yarımfinalda,
sonra isə final və ya 3-cü yer uğrunda oyunda davam
etdirəcəklər.
Yeri gəlmişkən, qruplarda eyni sayda xal toplayan
komandalardan hansının daha yüksək yer tutacağını
müəyyənləşdirmək üçün ilk olaraq həmin komandaların
öz aralarındakı oyunların nəticələrinə baxılacaq.
Qitənin ən güclü 12 komandası A liqasında yarışır
və məhz həmin komandalar Millətlər Liqasının qalibi
adı uğrunda mübarizə aparır.
B, C və D liqalarında isə qrup qalibləri daha yüksək
liqaya çıxacaq, A, B və C liqalarında qruplarında sonuncu
yeri tutanlar da daha aşağı liqaya düşəcəklər.
Sentyabr-oktyabr oyunlarından sonra İslandiya və
Polşanın A liqasından B-yə düşəcəyi, həmçinin Ukraynanın
B liqasından A, Gürcüstanın D liqasından C-yə
yüksələcəyi dəqiqləşib.
Azərbaycan millisinin yer aldığı D liqasında 16 komanda
yarışır. Onlar hərəsində 4 iştirakçı olmaqla 4
qrupa bölünüblər. Hər komanda, hər rəqibiylə evdə və
səfərdə olmaqla, ümumilikdə 6 oyun keçirəcək.
UEFA Millətlər Liqası həmçinin Avro-2020 üçün
seçmə xarakteri daşıyır və komandalar Avropa çempionatına
ümumilikdə 4 vəsiqə uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, A, B, C və D liqalarının hər birində
Avro-2020-yə vəsiqə qazanmayan komandalardan
ən yaxşı göstəriciyə malik dördü 2020-ci ilin martında
pley-off mərhələsində bir vəsiqə uğrunda mübarizə
aparacaq.
d liqası
3-cü qrup
07.09.2018 azərBaYCan – kosovo 0:0
10.09.2018 malta – azərBaYCan 1:1
11.10.2018 Farer adaları – azərBaYCan 0:3
14.10.2018 azərBaYCan – malta 1:1
17.11.2018 azərBaYCan - Farer adaları
20.11.2018 kosovo – azərBaYCan
42 спортсман № 114 / 2018
S P O R T S M A N
FUTBOL
A z Ə r BAYCAn –
FArer Ad ALAr I
AzƏrBAYCAn MİLLİ
kOMAndASI
Ən böyük qələbələri:
AZƏRBAYCAN – Lixtenşteyn
4:0 (05.06.1999)
AZƏRBAYCAN – San Marino
5:1 (04.09.2017)
FIFA reytinqində
Hazırkı mövqeyi: 107-ci yer (oktyabr
2018)
Dünya və Avropa çempionatlarının
seçmə mərhələsində
Ən yaxşı nəticəsi: qrupda 4-cü
yer (DÇ-2014)
(11.08.1993, Toftir)
FARER ADALARI – Yuqoslaviya
1:8 (06.10.1996, Toftir)
dünya çempionatlarında
Final turnirində: iştirak etməyib
Seçmə mərhələdə (DÇ-1994-
dən): 7 iştirak, 70 oyun, 7 qələbə,
7 heç-heçə, 56 məğlubiyyət, toplar
34-184.
Avropa çempionatlarında
Final turnirində: iştirak etməyib
Seçmə mərhələdə (Avro-1992-
dən): 7 iştirak, 68 oyun, 6 qələbə,
6 heç-heçə, 56 məğlubiyyət, toplar
40-182.
FIFA reytinqində
Hazırkı mövqeyi: 95-ci yer (oktyabr
2018)
R ƏQİBİMİZ
FArer AdALArI
MİLLİ kOMAndASI
ilk oyunu
İslandiya – FARER ADALARI
1:0 (24.08.1988, Akranes)
Ən böyük qələbələri
FARER ADALARI – San Marino
3:0 (25.05.1995, Toftir)
Cəbəlütariq – FARER ADALARI
1:4 (01.03.2014, Cəbəlütariq)
FARER ADALARI – Lixtenşteyn
3:0 (25.03.2018, Marbella)
Ən böyük məğlubiyyətləri
Yuqoslaviya - FARER ADALARI
7:0 (16.05.1991, Belqrad)
Rumıniya - FARER ADALARI
7:0 (06.05.1992, Buxarest)
FARER ADALARI – Norveç 0:7
спортсман № 114 / 2018
43
FUTBOL
S P O R T S M A N
FArer AdALArI MİLLİSİnİn
BAŞ MƏŞQçİSİ
lars Olsen
57 yaşı var, danimarkalıdır.
Futbolçu kimi mərkəz müdafiəçisi
mövqeyində çıxış edib, karyerasının
böyük hissəsini vətənində
“Brondby” klubunda keçirib, 6 dəfə
Danimarka çempionluğunun sevincini
yaşayıb.
1988-ci ildə Danimarkanın ən
yaxşı futbolçusu seçilib.
1991/92 mövsümündə “Trabzonspor”un
formasını geyinib və
Türkiyə kubokunun qalibi olub.
Sonra həmçinin Belçika (“Seraing”)
və İsveçrədə (“Basel”) legioner
həyatı yaşayıb.
1986-1996-cı illərdə 84 oyunda
Danimarka millisinin şərəfini qoruyub,
4 qol vurub.
69 qarşılaşmada millinin kapitanı
olub və bu göstəricidə ölkəsində
rekordçudur.
1992-ci ildə Danimarka millisi ilə
Avropa çempionluğunu qazanıb.
Məşqçi kimi ən böyük uğuru
“Randers” klubu ilə 2006-cı ildə
Danimarka kubokunun qalibi olmasıdır.
2011-ci ilin noyabrından Farer
adaları millisini çalışdırır. Onun
rəhbərliyilə komanda 45 oyunda 8
qələbə, 6 heç-heçə və 31 məğlubiyyətə
imza atıb. Farerlilərin Avro-
2016-nın seçmə mərhələsi çərçivəsində
iki dəfə Yunanıstan millisinə
qalib gəlmələri diqqət çəkir – 1:0,
2:1.
ƏVVƏLkİ GÖrüŞLƏrİ
Azərbaycan və Farer adaları
komandaları bundan əvvəl iki dəfə
qarşılaşıblar və hər iki görüş millimizin
3:0 hesablı qələbəsilə başa
çatıb.
1996-cı ildə Kiprdəki məşq toplanışı
zamanı keçirilən yoldaşlıq
matçında Kazbek Tuayevin rəhbərlik
etdiyi Azərbaycan komandasının
rəqib qapısına vurduğu
qollara Vyaçeslav Lıçkin, kapitan
Yunis Hüseynov (penaltidən) və indiki
baş məşqçi Qurban Qurbanov
imza atıblar.
Ötən ay isə UEFA Millətlər Liqasında
farerlərə 3:0 hesabı ilə qalib
gələn Azərbaycan millisi bununla
həmçinin rəsmi yarışlar çərçivəsində
səfərdə ən böyük qələbəsinə
imza atıb. Həmin oyunda Riçard Almeyda
(2 qol, birini penaltidən) və
Dmitri Nazarovun fərqləndiyini də
xatırladaq.
Sabiq kataloniya lideri
Azərbaycanın oyununda
Sabiq Kataloniya lideri Carles
Puigdemont (Puçdemon) da Farer
adaları – Azərbaycan oyununu izləyənlər
arasında olub.
Farer adaları mətbuatının məlumatına
görə, 55 yaşlı siyasətçi
qarşılaşmaya Danimarka parlamentinin
üzvü Magni Arge və Yeni
Kaledoniyadan olan siyasətçi Daniel
Goa ilə birlikdə baxıb.
Kataloniyalı milli suverenliklə
bağlı keçirilən konfrans üçün Farer
adalarına təşrif buyurub.
Xatırladaq ki, Puigdemontun
rəhbərliyilə Kataloniya 2017-ci
ilin oktyabrında müstəqilliyini elan
etsə də, İspaniya buna icazə verməyərək
onu öz ərazisindən qovub.
44 спортсман № 114 / 2018
S P O R T S M A N
FUTBOL
ueFA MİLLƏTLƏr LİQASIndA nÖVBƏTİ OYunLAr
5-ci tur
15 noyabr
d liqası
19:00 Qazaxıstan – Latviya
A liqası
23:45 Belçika – İslandiya
23:45 Xorvatiya – İspaniya
B liqası
23:45 Avstriya – Bosniya və Herseqovina
C liqası
23:45 Yunanıstan – Finlandiya
23:45 Macarıstan - Estoniya
d liqası
23:45 Andorra – Gürcüstan
23:45 Lüksemburq – Belarus
23:45 San Marino – Moldova
16 noyabr
A liqası
23:45 Nederland – Fransa
B liqası
23:45 Slovakiya – Ukrayna
23:45 Uels - Danimarka
C liqası
23:45 Kipr – Bolqarıstan
23:45 Sloveniya - Norveç
d liqası
23:45 Cəbəlütariq – Ermənistan
23:45 Lixtenşteyn – Makedoniya
17 noyabr
C liqası
18:00 Serbiya - Monteneqro
B liqası
21:00 Türkiyə - İsveç
d liqası
21:00 AZƏRBAYCAN – Farer adaları
21:00 Malta - Kosovo
A liqası
23:45 İtaliya – Portuqaliya
C liqası
23:45 Albaniya – Şotlandiya
23:45 Rumıniya – Litva
6-cı tur
18 noyabr
A liqası
18:00 İngiltərə - Xorvatiya
B liqası
21:00 Şimali İrlandiya - Avstriya
d liqası
21:00 Moldova - Lüksemburq
21:00 San Marino - Belarus
A liqası
23:45 İsveçrə - Belçika
C liqası
23:45 Yunanıstan - Estoniya
23:45 Macarıstan – Finlandiya
19 noyabr
d liqası
21:00 Andorra – Latviya
21:00 Gürcüstan - Qazaxstan
A liqası
23:45 Almaniya - Nederland
B liqası
23:45 Çexiya – Slovakiya
23:45 Danimarka – İrlandiya
C liqası
23:45 Bolqarıstan – Sloveniya
23:45 Kipr - Norveç
d liqası
23:45 Makedoniya – Cəbəlütariq
23:45 Lixtenşteyn – Ermənistan
20 noyabr
A liqası
23:45 Portuqaliya – Polşa
B liqası
23:45 İsveç - Rusiya
C liqası
23:45 Monteneqro – Rumıniya
23:45 Şotlandiya – İsrail
23:45 Serbiya – Litva
d liqası
23:45 Kosovo - AZƏRBAYCAN
23:45 Malta – Farer adaları
kİMİn neçƏ xALI VAr?
A liqası
1-ci qrup
Fransa – 7 xal (3 oyun), Niderland – 3 (2), Almaniya – 1 (3).
2-ci qrup
Belçika – 6 xal (2 oyun), İsveçrə - 6 (3), İslandiya – 0 (3).
3-cü qrup
Portuqaliya – 6 xal (2 oyun), İtaliya – 4 (3), Polşa – 1 (3).
4-cü qrup
İspaniya – 6 xal (3 oyun), İngiltərə - 4 (3), Xorvatiya – 1 (2).
B liqası
1-ci qrup
Ukrayna – 9 xal (3 oyun), Çexiya – 3 (3), Slovakiya – 0 (2).
2-ci qrup
Rusiya – 7 xal (3 oyun), Türkiyə - 3 (3), İsveç – 1 (2).
3-cü qrup
Bosniya və Herseqovina – 9 xal (3 oyun), Avstriya – 3 (2), Şimali İrlandiya
0 (3).
4-cü qrup
Uels – 6 xal (3 oyun), Danimarka – 4 (2), İrlandiya – 1 (3).
C liqası
1-ci qrup
İsrail – 6 xal (3), Şotlandiya – 3 (2), Albaniya – 3 (3).
2-ci qrup
Finlandiya – 12 xal (4 oyun), Yunanıstan – 6 (4), Macarıstan – 4 (4),
Estoniya – 1 (4).
3-cü qrup
Norveç – 9 xal (4 oyun), Bolqarıstan – 9 (4), Kipr – 4 (4), Sloveniya – 1 (4).
4-cü qrup
Serbiya – 8 xal (4 oyun), Monteneqro – 7 (4), Rumıniya – 6 (4), Litva – 0 (4).
d liqası
1-ci qrup
Gürcüstan – 12 xal (4 oyun), Qazaxıstan – 5 (4), Latviya – 2 (4), Andorra
– 2 (4).
2-ci qrup
Lüksemburq – 9 xal (4 oyun), Belarus – 8 (4), Moldova – 5 (4), San
Marino – 0 (4).
3-cü qrup
Kosovo – 8 xal (4 oyun), AZƏRBAYCAN – 6 (4), Farer adaları – 4 (4),
Malta – 2 (4).
4-cü qrup
Makedoniya – 9 xal (4 oyun), Cəbəlütariq – 6 (4), Ermənistan – 6 (4),
Lixtenşteyn – 3 (4).
спортсман № 114 / 2018
45
YuBİLeY
S P O R T S M A N
VƏLİ
QASIMOV 50
Tarix – 22 oktyabr 1992-ci il.
uEFa kubokunun 1/16 finalı.
Turindəki “delle alpi” stadionunda “Torino” – “dinamo
moskva” qarşılaşması.
Xarizmatik və istedadlı azərbaycanlı futbolçunun avropada
parladığı gün...
italiyadakı həmin oyunda fərqlənən hücumçumuz qitə
klublarının diqqətini özünə cəlb etdi.
Söhbət 50 yaşı tamam olan futbolçumuz, azərbaycanı
xarici ölkələrdə uğurla təmsil edən vəli qasımovdan
gedir.
Vəli Aydın oğlu Qasımov, 4 oktyabr
1968-ci ildə Gəncə şəhərində anadan
olub.
Klub karyerasının böyük hissəsini
– Bakının “Neftçi” komandasında keçirən
Vəli, həmçinin Ukraynanın “Mayak”
və “Metallist Xarkov”, Rusiyanın
"Spartak Moskva" və "Dinamo Moskva”,
İspaniyanın "Betis", “Albacete”
və “Ecija”, Portuqaliyanın " Vitoria Setubal”
və “Imortal” klublarının şərəfini
qoruyub.
O, SSRİ-nin yüksək liqasında
1985-ci ildə Xarkov “Metallist”inin
heyətində debüt edib. İlk qolunu həmin
il iyunun 22-də Moskva “Dinamo”su ilə
oyunda ikinci hissədə meydana çıxdıqdan
10 dəqiqə sonra vurub.
Sonra 5 mövsüm Azərbaycanda
çıxış edib. “Neftçi”də debüt etdiyi
1987-ci ildə Bakı təmsilçisi SSRİ çempionatını
9-cu yerdə başa vurub ki, bu
da komandanın 80-ci illərdə ən yüksək
göstəricisidir. 1988-ci ildəsə “Neftçi” ilə
SSRİ Federasiya kubokunun finalçısı
olub.
1989, 1990 və 1991-ci illərdə - ardıcıl
3 mövsüm “Neftçi”nin heyətində
hamıdan çox qol vurub. 1990-cı ildə
3 het-triklə yadda qalan Vəli Qasımov,
22 qolla SSRİ 1-ci liqasının 3-cü bombardiri
olub, həmçinin həmin il Azərbaycanın
ən yaxşı futbolçusu seçilib.
Ümumilikdə 1987-ci ildən 1991-
ci ilə kimi "Neftçi”nin heyətində SSRİ
çempionatlarında 155 oyun keçirib və
56 qol vurub. O, eyni zamanda 54 qolla
“Neftçi”nin 1-ci liqada ən məhsuldar
oyunçusudur.
48 спортсман № 114 / 2018
S P O R T S M A N YuBİLeY
1992-ci ildə bir müddət Daşkənd “Paxtakor”unun düşərgəsində
olduqdan sonra Moskva “Spartak”ına keçərək, bu
komanda ilə Rusiya kubokunun qalibi olub. Düzdür, həmin
yarışın finalında oynamasa da, yarımfinal matçında forma
geyinib.
1992-ci ildə Moskva “Dinamo”suna keçdikdən sonra 16
qolla ilk Rusiya çempionatının bombardiri və bürünc mükafatçısı
olub. Həmçinin mövsümün 33 ən yaxşı futbolçusu siyahısında
“nömrə 1” hücumçu kimi yer alıb. Eyni zamanda,
Rusiya çempionatında 2 oyunda het-trik edən ilk futbolçu
kimi tarixə düşüb.
Vəli Qasımov legioner karyerasında ən çox – iki il yarım
Sevilya şəhərinin “Betis” klubunda çıxış edib. 1994-cü ildə
“Betis”lə İspaniya kubokunun yarımfinalçısı olub və İspaniyanın
yüksək liqasına çıxıb. La Liqada ilk oyununu 1995-ci il
yanvarın 14-də “Celta”ya qarşı keçirib və komandası həmin
matçda 2:0 hesabı ilə qalib gəlib. Yeri gəlmişkən, 1994/95
mövsümündə 3 oyunda formasını geyindiyi “Betis”, İspaniya
çempionatında 3-cü yeri tutub.
Ümumilikdə azərbaycanlı forvard La Liqada 4 qol vurub.
1995-ci ildə “Albacete”nin heyətində “Valladolid”lə oyunda
dubl edən Vəli Qasımov, “Sevilla” və “Compostela” komandaları
ilə qarşılaşmalarda isə 1 dəfə fərqlənib.
Vəli Qasımov bombardirlik bacarığını Portuqaliyada da
nümayiş etdirib. Ümumilikdə yüksək liqada 15 qol vuran
həmyerlimiz, “Benfica”, “Boavista” kimi klubları da məyus
edib.
Qeyd edək ki, o, 1997/98 mövsümündə 11 dəfə fərqlənib
və çempionatın bombardirləri siyahısında ilk 10-luqda yer
alıb. 1999-cu ildəsə heyətində azərbaycanlı hücumçunun
da çıxış etdiyi “Vitoria Setubal” Portuqaliya çempionatında
5-ci yeri tutub ki, bu da komandanın 1990-cı ildən indiyədək
ən yaxşı göstəricisidir.
Vəli Qasımovun yığmalardakı çıxışına gəlincə, o, 1985-
ci ildə SSRİ-nin yeniyetmələr komandasıyla 16 yaşlılar arasında
Avropa çempionu olub. Ümumilikdə SSRİ-nin gənclər
və yeniyetmələr yığmalarında 22 oyunda 10 qol vurub.
1994-cü ildən 1998-ci ilə kimi 14 oyunda Azərbaycan
millisinin formasını geyinib. 1995-ci ildə komandamızın seçmə
yarışlarda ilk xalını qazandığı Polşa ilə oyunun iştirakçısı
olub.
Daha sonra özünü məşqçi kimi sınayan Vəli Qasımov,
2010-2011-ci illərdə Azərbaycan millisində baş məşqçinin
köməkçisi olub. Sonra U-19 millimizi, həmçinin “Neftçi” komandasını
çalışdırıb. Bir müddət “Neftçi”nin idman direktoru
olub.
rasim mövsümzadə
Ballon d’Or mükafatının jüri üzvü
спортсман № 114 / 2018
49
qədim Gəncə şəhərində
dünyaya göz açan, öz istedadı
ilə parlayan, azərbaycan
futbolunun canlı əfsanəsi vəli
qasımov haqqında gecəyarısı
90 dəqiqə ərzində yazıb tamamladığım
məqaləni çoxsaylı futbol
azarkeşinə ərmağan etmək
istədim.
YuBİLeY
Futbolumuzun səfiri
Vəli Qasımov
S P O R T S M A N
Usta Aydın kişinin evində böyüyən
Vəlinin əvvəl həndbola, sonralar futbola
olan marağı onu Azərbaycanın
yeniyetmələrdən ibarət yığma futbol
komandasının düşərgəsinə gətirdi.
Fəqət ədalətsiz qərarla ani bir anda
yığma komandadan kənarda qalan
Vəli, istedadını sübut etmək üçün
qonşusu ilə birlikdə Xarkov şəhərindəki
internat məktəbə pənah apardı. Çətin
şəraitə rəğmən, qışın soyuğunda
səhərlər şirinçayla özündə təpər tapan
Vəli, idman dərslərini müvəffəqiyyətlə
yerinə yetirir, yerli mütəxəsislərin
diqqətini cəlb edir.
Qısa zaman kəsiyində məşqçilərin
təqdimatı əsasında SSRİ-nin yeniyetmələr
yığmasının çalışdırıcısı Gennadi
Kostılyov tərəfindən yoxlama oyununa
dəvət alır. Sevincinin həddi-hüdudu
olmayan Vəli, ilk yoxlama oyunundan
sonra ikinci dəfə yığma komandaya
dəvət edilir. Vəli Çexoslovakiya ilə həlledici
oyunda vurduğu qolla SSRİ yığmasını
Avropa çempionatının finalına
daşımağı bacardı. Xarin və Kobelev
kimi sonralar məşhur olan futbolçulardan
ibarət yığmanın heyətində 1985-ci
ildə Macarıstanın Budapeşt şəhərində
Avropa çempionu adını qazanaraq,
yarışın ən yaxşı oyunçusu seçilir.
Xatirimdədir, Ukraynanın "Mayak",
"Metallist" komandalarından sonra
Moskva "Dinamo"sunda ulduzu parlayan
Vəlinin həmvətənləri onu Bakının
“Neftçi” komandasına təkidlə dəvət
edirlər. “Neftçi”nin 1987-cı ildə Bakıda
SSRİ yığması ilə keçirdiyi yoldaşlıq
görüşündə onun məhsuldar ötürmələri
tanınmış məşqçilərin diqqətini
cəlb etmişdi. Bu oyundan sonra SSRİ
yığmasının rəhbərlərinin “Pravda”,
“Sovetski Sport” və digər qəzetlərdəki
məqalələrdə "Vosxodyaşaya zvezda
sovetskoqo futbola Veli Kasumov”
sözləri hər bir azərbaycanlı üçün qürürverici
idi.
Onun potensialının güclü olması o
zaman “Neftçi”ni daim "13-cü” pillədə
saxlayan məşhur üçlüyün narahatçılığına
səbəb olmuşdu. Xatirimdədir,
Moskva MOİK-nin qapısını qoruyan
Çanovun üç addımlığında dayanan
Vəli Qasımova ötürmə verilməyəndə
ona olan ögey münasibəti hər kəs aydın
görürdü. Ancaq bu laqeydliklərə
rəğmən, ona qoşulan şeirdəki kimi
"Vəli komandanı çəkir irəli" devizini
əsas götürərək, “Spartak”, “Dinamo”
50 спортсман № 114 / 2018
S P O R T S M A N YuBİLeY
(Rusiya), “Real Betis”, “Albasete” (İspaniya),
“Setubal” (Portuqaliya) kimi
nüfuzlu klublara dəvət alır. Avropanın
“Böyük beşlik” çempionatlarında forma
geyinən və İspaniya La Liqasının
bürünc medalına layiq görülən yeganə
azərbaycanlı futbolçu olur.
Xatirimdədir, 1992-ci ildə "Spartak"
(Moskva) klubunun heyətində SSRİ/
Rusiya kubokunun sahibi olmuş Vəli,
dövrələrarası fasilədə Bakıda bizim
evə qonaq gəlmişdi. Birdən telefon
zəng çaldı. Dəstəyin o başında məşhur
futbol məşqçisi Valeri Qazzayev
idi. Leonenko Kiyev “Dinamo”suna,
Kiryakovun isə Bundesliqanın "Karlsrue"
komandasına keçməsindən
sonra Vəli Moskva "Dinamo"suna hücumçu
kimi dəvət alır. İkinci dövrənin
oyunlarında vurduğu 16 qolla birinci
Rusiya çempionatının bombardiri kimi
tarix yazır. “Dinamo”nun heyətində
də bürünc medala layiq görülən Vəli,
UEFA kubokunda vurduğu qolla Belçikanın
"Brügge" komandasının transfer
hədəfinə çevrilir.
Ancaq Vəli, oyundaşı Kobelevlə
“Real Betis” komandasına üstünlük
verərək, İspaniya liqasına üz tutdu.
Sonralar “Albasete” komandasında
“Tenerife” ilə oyun zamanı müdafiəçi
Slavişa Yokanoviçdən (“Fulhem”in
hazırkı baş məşqçisi) ağır zərbə alan
hücumçumuz aylarla meydandan kənarda
qaldı. Yadımdadır, onun daha
bir ağır zədəsi Bakıda “Neftçi” - “Zenit”
oyununda baş vermişdi: müdafiəçi
Stepanovun zərbəsi sifətində almacığın
sınması ilə nəticələnmişdi. Professor
Teymur Babayevin müdaxiləsindən
sonra onu qısa zaman kəsiyində
meydana qayıtması azarkeşlər tərəfindən
alqışlarla qarşılandı. Futbol
azarkeşlərinin sevimlisi Vəli Qasımovun
Rusiya yığma komandasına dəvət
edilməsinə rəğmən, bizlərin məsləhəti
ilə müstəqil Azərbaycanın milli komandasını
seçməsi sonda onun təkrar
Azərbaycana məşqçi kimi dönüşü ilə
nəticələndi.
Əvvəlcə idman direktoru, sonra
baş məşqçisi olduğu “Neftçi”, onun
rəhbərliyilə heyətinin, əsasən, azərbaycanlı
gənclərdən ibarət olmasına
rəğmən, Azərbaycan kubokunun finalında
güclü “Qarabağ” komandası ilə
120 dəqiqə bərabər səviyyədə oyun
keçirdi. Qarşılaşmadan sonra Qurban
Qurbanovun və Rəşad Sadıqovun
“Kaş ki, iki kubok olaydı, hər iki komandaya
veriləydi” sözləri azarkeşlər
tərəfindən də ədalətlə qarşılandı.
Vəlinin Azərbaycanın yeniyetmələr
komandasında baş məşqçi kimi fəaliyyəti
dövründə üzə çıxan futbolçular
bu gün də yığma komanda və klublarda
uğurla çıxış edirlər. Almaniyalı
baş məşqçi Berti Foqtsun millimizdə
rəhbərliyi dövründə köməkçi məşqçi
işi də onun bacarığını bir daha üzə
çıxarmışdı.
Vəlinin əsas xüsusiyyətlərindən
biri də onun Azərbaycan futbolunun
və futbolçularının təbliği ilə bağlıdır.
AFFA-nın yarandığı ilk illərdə Vəli
Azərbaycan milli komandasının atributlarını
İspaniyada sifariş edərək,
təmannasız federasiyaya hədiyyə etmişdi.
Moskva “Dinamo”sunda uğurlu
oyunundan sonra Nazim Süleymanov
və Dmitri Kramarenkonu Valeri
Qazzayevə məsləhət görmüşdü. Əfsanəvi
Ələkbər Məmmədov, Anatoli
Banişevski kimi Vəli Qasımov da həmyerlilərinə
daim dəstək olaraq onların
ənənələrini davam etdirməkdədir.
“Sevilya”da oynadığı dövrdə Rinat
Dasayevlə dostluğu, onların Seviliya
şəhərində parlamalarına səbəb bəlkə
də burada müsəlmanların çoxluq təşkil
etmələri ilə bağlıdır. Akademik Rafael
Hüseynovun elmi konfransda çıxışı
zamanı "Əndəlüsdə Muğam" mövzusuna
istinad etməsini yada salaraq,
onların meydanda "Rast" gəldikləri
futbolçulara üstün gəlmələri isə ulu
səsin qüvvəsindən irəli gəlir, desək yanılmarıq.
Bəlkə Vəlinin “Kamp Nou”da,
“Santyaqo Bernabeu”da oyun zamanı
azarkeş səsləri arasında bizim də səsimizin
eşidilməsi arzusu qərib ölkədə
onun istəklərindən biri olmuşdu.
“CBC Sport”da Rasim Mövsümzadənin
redaktor, Əminə Kazımovanın
aparıcı olduğu verilişdə Vəlinin “Albasete”də
oynadığı zaman meydanın
спортсман № 114 / 2018
51
YuBİLeY
S P O R T S M A N
16.8 1988. Aijansuo, Rauma, Finland
Under-21 Friendly International match. Finland v USSR
USSR starting line-up, from nght: Alexander Mostovoi, Igor Shalimov, Evgeni Smertin,
Giya Djishkariani, Andrei Slovotsov. Djemal Gubaz, Veli Kasumov, Andrei Kobelev,
Oleg Salenko, Viadmir Pchelnikov, Vadim Rogovskoj.
kənarında uşaq futbol geyimində duran
İnyestanın şəkli maraqlı məqam
idi. Vəlinin təəccübünə səbəb olan bu
fraqmentin Rasim tərəfindən aşkarlanması
çoxsaylı tamaşaçıları heyrətləndirmişdir.
Xasiyyətcə sakit olan Vəli
Qasımovun pərəstişkarları arasında
Azərbaycanın məşhur incəsənət xadimləri
Ağəli İbrahimov, Vaqif Gərayzadə,
Bəhram Bağırzadənin adlarını
fərəhlə çəkmək istərdim.
Vəli ayağının zəhməti və intellekti
hesabına göstərdiyi şücayəti, vurduğu
qolları ilə azarkeşlərin incə hisslərinə
toxunaraq onları ya sevindirir, ya da
məyus edir. Bu baxımdan futbol oyunu
sanki səhnədəki tragikomediya janrını
xatırladır. İstedadlı oyunçu futbol
fəlsəfəsinin incəliklərini xırdalayaraq,
yumru topu yumşaldaraq, istədiyi trayektoriyada
ram etmə bacarığını nümayiş
etdirir.
Fərəhləndirici haldır ki, bu il
avqustda Avropa Liqasının Monakoda
keçirilən püşkatma mərasimində səfir
qismində iştirak edən Vəli Qasımov,
qırmızı xalı üzərindən keçərkən “Qasımov”
alqışlarının sədası həmyerlimizin
indi də unudulmamasından xəbər
verir. Onun veteranlardan ibarət komandada
oyundaşı olmuş Fernando
Yerro ilə 2009-cu ildə Bakıda görüşü
və İspaniya milli komandasının baş
məşqçisi Del Boske ilə şirin söhbətləri
də qürurverici idi.
İspaniya millisinin oyunçusu İnyesta
isə vaxtilə Vəli Qasımovun “Albasete”
klubunda çıxış etdiyi dövrdə
uşaq futbol komandasının üzvü kimi
meydanın kənarında onun oyununu
izləməsini xatırlayırdı.
Futbol dünyasına yaxşı bələd olan,
dünya şöhrətli xalq yazıçısı Çingiz Abdullayevin
Vəli Qasımov haqqında
söylədiyi fikri diqqətinizə çatdırmaq
istərdim. “Vəli, rastlaşdığım insanlar
arasında qabiliyyətinə, mədəniyyətinə
və düzgünlüyünə görə seçilən və hörmət
bəslədiyim alicənab şəxsdir. Bu
yaxınlarda dostum Məzahirin qonağı
olan portuqaliyalı iş adamı Bakıda Vəli
Qasımovla görüşü zamanı pərəstişkarı
olduğu "Benfika"ya qol vurmasına
baxmayaraq, onu Portuqaliyaya dəvət
etməkdə israrlı idi”.
Mədəniyyət nazirliyinin nümayəndəsi
Əli Rəsulov deyir ki, Madriddə
keçirilən festival zamanı əynimdə
"Azərbaycan" yazısını görən tanınmış
futbolçulardan biri – Moskva “Spartak”ında
oynamış Raşid Raximovun
(hazırda Qroznının “Ahmad” klubunun
baş məşqçisi) “Vəli Qasımova salam
çatdırın” söyləməsi uzaq Avropada
qürurverici idi.
Gömrük Komitəsinin sabiq sədri
Aydın Əliyevin də xatirəsini nəzərə
çatdırmaq istərdim: “Lissabonda
səfərdə olanda həmkarımla taksidə
söhbət edirdik. Birdən taksi sürücüsü
soruşdu, siz hansı dildə danışırsınız.
“Azərbaycan dilində”, - deyən kimi
taksi sürücüsü sevinərək, - “Vəli Qasımov,
“Setubal”, - sözlərini dedi”.
Vəli Qasımovun futbol coğrafiyasının
əhatəli olduğunu nəzərə alsaq, bu
gün də müxtəlif ölkələrdə onun verdiyi
avtoqraflar, çəkdirdiyi şəkillər və formalar
azarkeşlərin xatirəsində əbədi
qalacaqdır.
Sonda nəzərinizə çatdırım ki, Vəli
ilə tanışlığımız 1987-cı ildə Bakıya
yeni gəldiyi dövrə təsadüf edir. Belə ki,
Azərbaycan Televiziyasının müşayəti
ilə Fransanın TV5 kanalının "Neftçi"
klubunun bazasında reklam çəkilişi
zamanı qapıçı Yuri Pereskokova vurduğu
penaltilər sonrası ayaqüstü danışıqla
başlayan dostluğumuz bu gün
də davam edir.
Əlbəttə, bunlar eşitdiyimiz xatirələrin
bir qismidir. Ancaq yazıdan və hadisələrdən
də görünür ki, Azərbaycanı
futbol vasitəsi ilə beynəlxalq arenada
tanıdan səfir Vəli Qasımovun Muradına
çatması bizləri də sevindirir.
çingiz aBdullaYEv
professor, Sülh səfiri
52 спортсман № 114 / 2018