SPORTSMAN-115small

gyunduz

№ 115 / 2019 / 6 манат

www.sportsman.az

Журнал 2004-ъц илдян няшр олунур

Milli OliMpiya

KOMitəsində görüş

vüqar qasımov:

“Сənab Prezidentin bu təltifi

üzərimizə daha böyük

məsuliyyət qoyur”

İlham Əlİyev:

“Bütün sahələrdə, o cümlədən

idman sahəsində ölkəmiz böyük

uğurlar əldə etmişdir”

AzЯrbAycAn èdmAn

JurnAlèstlЯrè AssosèAsèyAsÛ

1995-úè èëäÿ éàðàäûëûá


www.thy.com


ÁÓ ÑÀÉÛÌÛÇÄÀ

Milli Olimpiya

Komitəsində görüş

Aqil AcAlov:

“... güclü gənclərə

hər zAmAn ehtiyAc vAr”

ñÿù.6

ñÿù.12

lUKA moDrIc

2018-ci ilin

“qIzIl toP”unu

qAzAnDI

Avro-2020-nin

seçmə mərhələsi

ñÿù.16

ñÿù.18

roBerto BorDin:

“BAccoyA qArşI oynAmAq,

mArADonAyA qArşI

oynAmAq Kimi iDi”

FUtBolDA

ASiyAnIn ən

güclüSü

Kim olAcAq?

ñÿù.20

ñÿù.29

elDAr iSmAyIlovUn

Özü və izi

rəşAD SADIqov:

"hər zAmAn milli

KomAnDAmIzA KÖməK

etməyə hAzIrAm"

ñÿù.32

ñÿù.38

Sergey BUBKA:

“olimPiyA qIzIlInA

gÖrə 125 min DollAr

müKAFAt veririK”

Моторные Масла AGIP:

качество,

подтвержденное

вреМенеМ

ñÿù.42

ñÿù.46

ñïîðòñìàí

Áàø ðåäàêòîð:

Ðÿøàä Ãÿìÿðøàùîüëó

Öíâàí: Áàêû, Çàùèä Õÿëèëîâ 23,

Áàêû Äþâëÿò Óíèâåðñèòåòè

Òåëåôîí: 012 437 90 76

å-ìàèë: info@sportsman.az

www.sportsman.az

Æóðíàë Àçÿðáàéúàí Ðåñïóáëèêàñûíûí

ßäëèééÿ Íàçèðëèéèíäÿ ãåéäèééàòäàí

êå÷ìèøäèð. ¹1164

Ìöÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí ìþâãåéè

óéüóí ýÿëìÿéÿ áèëÿð.

Ðåêëàìëàðäà ýåäÿí ìÿòíëÿðÿ ýþðÿ

æóðíàë ìÿñóëèééÿò äàøûìûð.

Æóðíàë Àçÿðáàéúàíäà “Òèìå Ïðèíò”

ìÿòáÿÿñèíäÿ ÷àï åäèëèá.

Öç ñÿùèôÿäÿ:

Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyev

Vüqar Qasımova

Milli Olimpiya Komitəsinin

fəxri fərmanını təqdim edərkən


Milli OliMpiya

KOMitəsində görüş

milli olimpiya Komitəsində

2018-ci ilin idman yekunlarına həsr

olunan mərasim keçirilib.

Azərbaycan respublikasının

Prezidenti, milli olimpiya Komitəsinin

prezidenti ilham əliyev mərasimdə

iştirak edib.

Dövlətimizin başçısı tədbirdə

çıxış etdi.

Prezident ilham əliyevin çıxışı

- Əziz dostlar, 2018-ci il sona

yaxınlaşır. Hər il idmançılarla görüş

zamanı biz ilin idman yekunlarını müzakirə

edirik, gələcək planlar haqqında

danışırıq. 2018-ci il ölkəmiz üçün çox

uğurlu il olmuşdur. Bütün sahələrdə, o

cümlədən idman sahəsində ölkəmiz

böyük uğurlar əldə etmişdir.

Dünyada isə bildiyiniz kimi, 2018-ci

ildə bir çox təhlükəli proseslər getmişdir

və demək olar ki, beynəlxalq vəziyyət

daha da gərginləşmişdir. Qanlı

toqquşmalar, müharibələr, etiraz aksiyaları

və digər hadisələr demək olar ki,

2018-ci ilin mənzərəsini əks etdirir.

Azərbaycanda isə sabitlik, təhlükəsizlik

təmin edilmişdir. Azərbaycan öz

yolu ilə uğurla gedir və qarşıda duran

bütün vəzifələri icra edir. Əlbəttə, biz

dünyada gedən prosesləri izləyirik.

Biz bu proseslərə biganə qala bilmərik.

Çünki həm Avropada, həm bizim

regionumuzda, Yaxın Şərqdə gedən

proseslər narahatlıq doğurur.

Bildiyiniz kimi, bu il Ermənistanda

çox ciddi dəyişikliklər baş vermişdir.

İyirmi il ərzində hakimiyyəti qanunsuz

olaraq zəbt etmiş kriminal xunta rejimi

çökdü və bizim dediyimizi indi erməni

xalqı deyir. Kriminal, rüşvətxor

rejim 20 il ərzində öz xalqını istismar

edirdi və bu rejimin acı sonu məntiqə

tam uyğundur. Onu da deməliyəm ki,

bizim ardıcıl, məqsədyönlü siyasətimiz

kriminal xunta rejiminin çökməsində

öz rolunu oynamışdır. Çünki bizim

siyasətimiz dəyişməz olaraq qalır. Nə

6 спортсман № 115 / 2019


S P O R T S M A N MOK

vaxta qədər ki, bizim torpaqlarımız işğal

altındadır, biz bütün imkanlardan

istifadə edib Ermənistanı təcrid vəziyyətində

saxlayacağıq və buna nail

olduq.

Bizim təşəbbüsümüzlə reallaşan

qlobal enerji, nəqliyyat layihələri

Ermənistandan yan keçir. Bizim siyasətimiz

nəticəsində Ermənistanda

demoqrafik böhran yaşanır, insanlar

ölkəni kütləvi surətdə tərk edir, iqtisadi

inkişaf üçün heç bir əsas yoxdur, xarici

sərmayə qoyulmur, onların beynəlxalq

bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq

müstəvidə sübut edə bilmişik

ki, Ermənistan-Azərbaycan Dağlıq

Qarabağ münaqişəsində haqlı tərəf

bizik. Yəni, bütün bu və başqa amillər,

əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı

bu ağır vəziyyətə salmışdır.

İşğal edilmiş torpaqlarımızın bir

hissəsinin iki il bundan əvvəl işğalçılardan

azad edilməsi, o torpaqlarda

Azərbaycan bayrağının qaldırılması

kriminal rejimə çox böyük zərbə olmuşdur.

O vaxtdan bu günə qədər o

ölkənin güclü olmayan dayaqları daha

da laxlayaraq sıradan çıxıb. Yəni, bu,

bizim qonşuluğumuzda baş vermiş

hadisələrdir. Əlbəttə, hesab edirəm

ki, bu gün Ermənistan-Azərbaycan

Dağlıq Qarabağ münaqişəsinin həlli

üçün daha əlverişli vəziyyət yaranıb.

Bir çox amillər bunu deməyə əsas verir.

İlk növbədə, bizim artan gücümüz,

potensialımız, iqtisadi, hərbi, siyasi

gücümüz, beynəlxalq mövqelərimiz

bunu deməyə əsas verir. Biz bu istiqamətdə

öz ardıcıl siyasətimizi davam

etdirəcəyik.

Eyni zamanda, Azərbaycan bu

gün dünya miqyasında çox böyük hörmətə

layiq olan ölkə kimi tanınır. Bizim

beynəlxalq nüfuzumuz artır. Mən

bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə

olaraq sözlər deyil. Beynəlxalq

təşkilatların Ermənistan-Azərbaycan

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı

bizim mövqeyimizi əks etdirən bir

çox qərar və qətnamələri olmuşdur.

İkitərəfli sazişlərimizdə bu məsələ

bizim mövqeyimizi əks etdirərək öz

həllini tapmışdır. Avropa İttifaqı ilə

tərəfdaşlıq prioritetləri sənədinin imzalanması

çox əlamətdar hadisə idi.

Bu sənəddə göstərilir ki, Azərbaycanın

ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin

toxunulmazlığı dəstəklənir.

NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə

bağlı çox önəmli məsələ

öz əksini tapmışdır. İkitərəfli imzalanmış

sənədlərdə daim bizim mövqeyimiz

öz əksini tapır. Mən deyəndə

ki, bizim beynəlxalq nüfuzumuz artır,

bunu nəzərdə tuturam. Eyni zamanda,

Azərbaycan xalqı bunu yaxşı bilir ki,

hətta Ermənistanın üzv olduğu, bizim

üzv olmadığımız təşkilatlarda da bizim

mövqeyimiz üstünlük təşkil edir və bu,

Ermənistanda isterikaya səbəb olur.

Dünən Bakıda Rusiya və NA-

TO-nun ali hərbi rəhbərlərinin növbəti

görüşü olmuşdur. Bu, birinci görüş

deyil. Bundan əvvəl Amerika və Rusiya

baş qərargah rəislərinin Bakıda

görüşü olmuşdur. NATO-Rusiya hərbi

rəhbərlərinin görüşü də mütəmadi

olaraq Azərbaycanda keçirilir. Bu, çox

əlamətdar hadisədir. Dünyada BMTyə

üzv olan 200-ə yaxın ölkə var və

bu ölkələr arasında bu görüş məhz

Azərbaycanda keçirilir. Avropada 50-

yə yaxın ölkə var, ancaq bu görüş

Azərbaycanda keçirilir. Nəyə görə?

Bunun bir neçə səbəbi var. İlk növbədə,

bizə olan inam. Azərbaycan çox

etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz

arasında heç bir fərq yoxdur,

verdiyimiz hər bir sözə əməl edirik və

sözümüzün arxasında dayanırıq. Di-

спортсман № 115 / 2019

7


MOK

S P O R T S M A N

edir. İqtisadiyyatımız artır, sosial məsələlər öz həllini tapır.

2018-ci ildə bir çox önəmli infrastruktur layihəsi uğurla icra

olunmuşdur, nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlər

əldə edilmişdir. Bütün bunları biz etmişik, Azərbaycan

xalqının böyük dəstəyi ilə buna nail olmuşuq.

Beləliklə, ilə yekun vuraraq qeyd etmək olar ki, bu il də

çox uğurlu olmuşdur, o cümlədən idman sahəsində. İdmançılarımız

bizi hər il sevindirir. Bizim cəmiyyətimiz buna

artıq öyrəşib. Bu il idmançılarımız tərəfindən dünya, Avropa

çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə

yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir.

Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə

idmançılarımızı təbrik edirəm.

Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil.

Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin

vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü

idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu

qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini

təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın

uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza

minnətdarıq. Eyni zamanda, onu da böyük məmnunluq

hissi ilə elə qeyd etməliyəm ki, bizim idmançılarımızın

gər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət

bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana

çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl

mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik.

Hesab edirəm ki, bu, ikinci səbəbdir. Üçüncü səbəb

ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx

əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz

gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında

işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi

üçün böyük dəstək oluruq, yardımlar edirik və digər

amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin

diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki,

məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət

daşıyan görüş keçirilir.

Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra

mütləq əksəriyyəti həyatda da, məişətdə də gözəl nümunə

göstərir, vətənpərvərlik, ləyaqət nümunəsi göstərir. Əlbəttə

ki, idmançılara cəmiyyətdə olan hörmət çox yüksək səviyyədədir.

Uşaqlar, yeniyetmələr bizim çempionlarımıza oxşamaq

istəyirlər. Bu da təbiidir. Mən əminəm ki, bundan

sonra da idmançılarımız bizi, xalqımızı sevindirəcəklər.

Gözəl gənc nəsil yetişir. Gənclər arasında keçirilmiş

beynəlxalq yarışlarda da biz gözəl nəticələr göstəririk.

Gənc nəslin yetişməsi nəticəsində biz bu uğurları əldə edirik.

Biz Rio Olimpiya Oyunlarında 18 medal qazanmışıq.

Bu medalları qazanan həmin o gənclərdir ki, beş-altı il bundan

əvvəl yeniyetmələrin yarışlarında iştirak ediblər. Biz

medalların sayına görə Rioda 14-cü yerə qalxa bilmişdik.

Bu, tarixi nailiyyətdir. Bunu təkrarlamaq çox çətin olacaq.

8 спортсман № 115 / 2019


S P O R T S M A N

MOK

Onu da qeyd etməliyəm ki, növbəti Yay Olimpiya Oyunlarına

hazırlıq gələn il həlledici mərhələyə qədəm qoyacaq.

Əlbəttə, biz çox ciddi hazırlaşmalıyıq ki, ölkəmizi Olimpiya

Oyunlarında ləyaqətlə təmsil edək.

Bilirsiniz ki, idman infrastrukturunun yaradılması işində

böyük uğurlar əldə edilib. Ancaq rayonlarda 44 Olimpiya

İdman Mərkəzi tikilib və fəaliyyət göstərir. Bu il bir mərkəz

tikilib, gələn il isə üç Olimpiya İdman Mərkəzinin tikintisi

nəzərdə tutulur. Beləliklə, onların sayı 47-yə çatacaqdır.

Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi

ənənəyə çevrilib. Əlbəttə ki, biz Avropa, İslam Həmrəyliyi

oyunlarını xatırlaya bilərik. Bu il ölkəmizdə dünya, Avropa

çempionatları keçirilmişdir. Formula 1 yarışı üç ildir Azərbaycanda,

Bakıda keçirilir. Bu il və keçən il ümumi rəyə və

bu məsələ ilə məşğul olan ictimai qurumların fikrinə görə,

bizim yarışımız – Bakı yarışı ən gözəl yarış olmuşdur. Bu

da çox gözəl hadisədir. Çünki bu da göstərir ki, bizim qəbul

edilmiş hər bir qərarımız düzgün qərardır, gözəl nəticə

verir.

Bilirsiniz ki, ölkəmizə turistlərin axını davam edir. Turistlərin

sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu

ilin 11 ayında 6 faizdən çox artmışdır. Düzdür, əvvəlki illərə

keçiriləcək.

Gələn il tarixdə ilk dəfə olaraq, Bakıda futbol üzrə Avropa

Liqasının final görüşü keçiriləcəkdir. Bu görüşü Bakıda

keçirmək o qədər də asan məsələ deyil. Bir çox şəhərlər

bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı,

mövcud olan infrastruktur, idman obyektləri, gözəl

Olimpiya Stadionu, gözəl otellər, təhlükəsizlik, xalqımızın

qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində rol

oynayıb.

Yəni, biz inamla irəliyə gedirik. İdman cəmiyyətimizin

ayrılmaz hissəsidir. İdmançılara hər zaman yüksək qiymət

verilir, diqqət göstərilir. Mən 21 ildir Azərbaycan Milli Olimpiya

Komitəsinin prezidenti kimi həmişə çalışmışam ki, idmançılara

qayğı, diqqət göstərim, onların problemlərini həll

edim, onların gözəl çıxışları üçün şərait yaradım. Əlbəttə ki,

nisbətdə artım bir qədər aşağıdır, ancaq biz bilməliyik ki,

baza artır. Yəni, hər il bundan sonrakı ildə bu yüksək artımı

əldə etmək daha çətin olacaq. Ancaq bu istiqamətdə də

çox ciddi işlər aparılır. Deyə bilərəm ki, şəhərin mərkəzində

keçirilən Formula 1 yarışının turistlərin cəlb edilməsində

xüsusilə çox böyük rolu, payı var.

Azərbaycanın idman sahəsində uğurları beynəlxalq

idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Həm

Beynəlxalq Olimpiya Komitəsi, həm də Avropa Olimpiya

Komitəsi bizim fəaliyyətimizə çox yüksək qiymət verir.

Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir.

Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür.

Biz bu yarışa da ciddi hazırlaşırıq. Bizdə əldə edilmiş

təcrübə deməyə əsas verir ki, bu yarış yüksək səviyyədə

спортсман № 115 / 2019

9


MOK

S P O R T S M A N

hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi

olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları

ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq.

Bu il də bu mükafatlar verilir, o cümlədən görkəmli idman

nümayəndələrimizə 25 mənzil veriləcəkdir.

Mən bir daha Azərbaycan idmançılarını əldə edilmiş

uğurlar münasibətilə təbrik edirəm. Əziz idmançılar, sizə

yeni qələbələr, uğurlar arzulayıram. Sağ olun.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında

xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər

qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar

təqdim edildi.

Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və

idmanın inkişafında xidmətlərinə görə İsmayıl Həşimova,

Tanziliya Deminaya, Yaqub Məmmədova, Vahid Məmmədova,

Şamil Əlimzanova, İbrahim İbrahimova və Svetlana

İşməmmədovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi”

fəxri adının döş nişanlarını və vəsiqələrini təqdim etdi.

Dövlətimizin başçısı Azərbaycanda idman səhiyyəsinin

inkişafında xidmətlərinə görə Esmiralda Ələkbərovaya

“Əməkdar həkim” fəxri adının döş nişanını və vəsiqəsini

təqdim etdi.

Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elşad

Nərimanova, Elxan Əliyevə və Ağasəlim Mircavadova

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün

verilməsi haqqında sənədlər təqdim olundu.

Sonra Prezident İlham Əliyev Elçin Zeynalova “Olimpiya”

ordenini təqdim etdi.

Tədbirdə, həmçinin Oktay Mehtiyev, Azər Aslanov,

10 спортсман № 115 / 2019


S P O R T S M A N

MOK

beynəlxalq tədbirlərdə iştirakına, icra olunan layihələrə

verdiyi dəstəyə görə birinci xanım, Azərbaycan Gimnastika

Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlıq

edən Elşad Nərimanov ona təqdim olunan mükafata

görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov

ulu öndər Heydər Əliyevi dərin ehtiramla xatırladı,

onunla görüşlərini yada saldı. Ümummilli Liderin idman ictimaiyyətinə

hər zaman qayğı ilə yanaşdığını, bunun Azərbaycan

idmançılarının beynəlxalq yarışlarda uğurla çıxış

etmələrinə stimul verdiyini bildirdi.

Elçin Zeynalov Prezident İlham Əliyevə və birinci xanım

Mehriban Əliyevaya ölkədə idmanın inkişafına və idmançılara

göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini

çatdırdı.

Vüqar Qasımov, Mustafa Əhmədov, Azad Əsgərov və Ceyhun

Əşrəfov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları

ilə təltif olundular.

Daha sonra Prezident İlham Əliyev 2018-ci ildə yüksək

nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman

mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının

professoru Elşad Nərimanov Prezident İlham

Əliyevin diqqət və qayğısı sayəsində akademiyada uğurlu

islahatların aparıldığını bildirdi. Qeyd etdi ki, həyata keçirilən

islahatlar çərçivəsində Azərbaycan Gimnastika Federasiyası

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının

idman zalını təmir etdirib və bu zal zəruri gimnastika avadanlığı

və alətləri ilə təchiz olunub. Akademiyanın bütün

спортсман № 115 / 2019

11


KombAt cİu-cİtSu

S P O R T S M A N

Aqil AcAlov:

“Sportsman” jurnalının

müsahibi Avrasiya Kombat

ciu-citsu Federasiyasının

prezidenti Aqil Acalovdur.

“... Güclü GƏnclƏrƏ

hƏr zAmAn ehtİyAc vAr”

- Sizi yaxından tanıyaq. Əvvəlcə

idmandan kənar həyatınız barədə

məlumat verərdiniz...

- Bakı şəhərində ziyalı ailəsində

anadan olmuşam. Paytaxtın

Binəqədi rayonundakı 3 saylı orta

məktəbdə, sonra isə Dövlət İqtisad

Universitetinin İqtisadiyyatın Dövlət

Tənzimlənməsi fakültəsinə daxil

olub 2007-ci ildə ali məktəbi “Əməyin

iqtisadiyyatı və sosiologiyasi” ixtisası

üzrə fərqlənmə diplomu ilə bitirmişəm.

Daha sonra Dövlət İqtisad Universitetinin

«Təbiətdən istifadənin

iqtisadiyyatı» fakültəsinin magistraturasına

daxil olaraq 2009-cu ildə

oranı da fərqlənmə diplomu ilə başa

vurmuşam. İqtisadiyyat üzrə fəlsəfə

doktoru elmi dərəcəsi almaq üçün

Dövlət Kooperasiya Universitetinin

doktoranturasında təhsilimi davam

etdirmişəm.

Bu istəyimə 2015-ci ildə nail

olaraq «İnnovasiya amilinin müəssisələrin

səmərəli inkişafına təsiri

istiqamətləri» mövzusunda elmi işimi

müdafiə etmiş və iqtisadiyyat üzrə

fəlsəfə doktoru elmi dərəcəsini almışam.

2004-2005-ci illərdə Xarici

Ölkələrdə Yaşayan Azərbaycan

Gəncləri üzrə Həmrəylik Assosiasiyasının

koordinasiya şurasının

sədri, 2005-2014-cü illərdə Azərbaycan-Gürcüstan

Gənclərinin Həmrəylik

Assosiasiyasının sədri, 2007-ci

ildə Dünya Azərbaycanlıları Konqresi

Gənclər Təşkilatının sədr müavini,

2009-cu ildə isə sədri vəzifəsinə

seçilmişəm. 2013-cü ildə “Gələcəyə

Baxış” İctimai Hərəkatının təsisçilərindən

biri, eyni zamanda həmsədri

olmuşam.

2007-2010-cu illərdə «EQ» MMCdə

direktor müavini vəzifəsində çalışmışam.

2010-cu ildən Prezident Yanında

Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyanın Mühasibat və Təsərrüfat

sektorunda mütəxəssis vəzifəsində

işləmişəm.

Hazırda Maliyyə Nazirliyi Bakı

şəhəri üzrə Baş Maliyyə İdarəsinin

Büdcə sektorunda baş məsləhətçi

vəzifəsində çalışıram.

- İdmana gəlişiniz barədə danışardınız.

- Uşaqlıqdan idmanın cüdo növü

ilə məşğul olmuşam. Eyni zamanda,

milli komandanın da üzvü olmuşam

və qarışıq döyüş növləri ilə məşğul

olmuşam. Daha sonra zədə aldığım

12 спортсман № 115 / 2019


S P O R T S M A N

KombAt cİu-cİtSu

yası təsis olunduqdan sonra Azərbaycan Alpaqut Federasiyası

yarandı və elə həmin ildə bu federasiyanın prezidenti

oldum. Bu qurama rəhbərlik etdiyim illərdə bir sıra

beynəlxalq yarışlar təşkil etmişik - Beynəlxalq Qara Dəniz

kuboku, Beynəlxalq Xəzər kuboku, 1-ci və 2-ci dünya

kubokları, 1-ci və 2-ci Avrasiya kuboku. Eyni zamanda,

ölkədə vətənpərvərliyin inkişafında müəyyən işlər görmüşük,

federasiya adından müxtəlif xeyriyyə yönümlü sosial

layihələr etmişik. Azərbaycanda vətənpərvərlik mövzusunda

Qarabağ şəhidlərinin və Aprel döyüşlərində şəhid

olmuş qəhrəmanların, eyni zamanda, Azərbaycan xalq

üçün idmanı tərk edərək əsas diqqətimi təhsilimə yönəltmişəm.

- Əvvəllər Azərbaycan Alpaqut Federasiyasına

rəhbərlik etmisiniz. bu barədə ətraflı məlumat verərdiniz.

- 2011-ci ildə Azərbaycan Sayokan döyüş sistemləri

mərkəzinin 1-ci vitse-prezidenti olmuşam. Bu, türk döyüş

sənətidir. 2014-cü ildə dünya türklərinə məxsus döyüş

sənətlərini bir arada birləşdirən Dünya Alpaqut Federasi-

спортсман № 115 / 2019

13


KombAt cİu-cİtSu S P O R T S M A N

qəhrəmanlarının xatirələrinə idman yarışları və seminarlar

təşkil etmişik. Rəhbərliyim dövründə çalışmışam,

Alpaqut idman növünün təbliğində bir çox işlər görüm və

mənim üçün sevindirici haldır ki, gənclərimizə bu idman

növünü sevdirməyi bacarmışam. Eyni zamanda, hər il

mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə

həsr olunmuş idman yarışları və ümumrespublika

seminarları keçirmişik. Həmçinin mütəmadi olaraq narkomaniya

və uşaq cinayətinə qarşı idman yarışları təsis

olunub. Ümumiyyətlə, rəhbərliyim dövründə Alpaqut

idman növü ölkəmizdə geniş yayıldı. Federasiya olaraq

mütəmadi bir sıra içtimai-sosial layihələrdə iştirak etmişik,

həmçinin özümüz də təşkil etmişik. Talasemiyadan

əziyyət çəkən uşaqlara qanvermə aksiyası, kimsəsizlərə

yardım, uşaqlar və qocalar evinə yardım aksiyaları keçirmişik.

- Amma indi Avrasiya Kombat ciu-citsu Federasiyasına

rəhbərlik edirsiniz. bu federasiyaya gəlişiniz

barədə danışardınız...

- 2018-ci ilin fevral ayında Alpaqut federasiyasından

istefa verdim və həmin vaxt dünyaca nüfuzlu Avrasiya

Kombat Ciu-Citsu Federasiyasından təklif gəldi və təklifi

müsbət dəyərləndirdim. Federasiyanın tərkibində 20

ölkə var, İdarə Heyətindəsə 10 ölkə təmsil olunub. Lakin

7 ölkə səsvermə hüququna malikdir və onların seçimi

ilə federasiyaya rəhbər təyin olundum. Təbii ki, burada

söhbət mənim şəxsimdən getmir, bir azərbaycanlının

dünyaca nüfuzlu federasiyaya rəhbər təyin olunmasından

gedir. Bu da təsadüfi deyil, cənab prezident İlham

Əliyevin apardığı idman siyasətinin nəticəsidir ki, Azərbaycan

bu gün idman ölkələrindən biridir. Azərbaycanda

Avropa oyunları, Formula 1 yarışları, şahmat üzrə dünya

çempionatı və s. idman yarışları təşkil olunur. Hətta bu

yaxınlarda ölkəmizdə cüdo üzrə dünya çempionatı keçirildi

və bu da Azərbaycanda idmana göstərilən qayğı və

diqqətin nəticəsidir.

- Avrasiya Kombat ciu-citsu Federasiyası olaraq,

yəqin ki, müxtəlif yarışlar, seminarlar keçirmisiniz?

- Rəhbərliyim dövründə Qırğızıstanda 2-ci Asiya

çempionatı təşkil olundu. Sonra Bakı şəhərində Heydər

Əliyev Mərkəzi ilə birlikdə kombat ciu-citsu idmançılarının

seminarı keçirildi. Daha sonra 7 ölkəni təmsil edən

kombat ciu-citsu ustalarının qatıldığı beynəlxalq müəllimlərin

seminarını təşkil etdik. Eyni zamanda kombat

ciu-citsu idmançılarının qoşulduğu beynəlxalq seminar

keçirildi. Qodzilla qurupunun və Avrasiya Kombat

Ciu-Citsu Federasiyasının birgə təşkilatçılığı ilə dünyaca

məşhur ciu-citsu ustası Roys Qreysi Azərbaycana gəldi

və Azərbaycanda Brazilya ciu-citsu üzrə, həm də kombat

ciu-citsu üzrə genişmiqyaslı seminar təşkil edildi. Bu

işlərdə Avrasiya Kombat Ciu-Citsu Federasiyasının vitse-prezidenti,

əməkdar məşqçi, DİN-in əlbəyəxa döyüş

14 спортсман № 115 / 2019


S P O R T S M A N

KombAt cİu-cİtSu

üzrə baş təlimatçısı, 5-ci dan qara kəmər sahibi Rəsul

Məmmədovun xüsusi köməyini qeyd etməliyəm. Bildirim

ki, Rəsul Məmmədovun Azərbaycan və dünya idmanı

üçün gördüyü işlər göz qabağındadır. O, neçə-neçə dünya

və Avropa çempionu yetişdirib. Onun tələbələri bu gün

ölkəmizi dünyanın ən nüfuzlu idman yarışlarında təmsil

edir və eyni zamanda Azərbaycanın güc strukturlarında

məsul vəzifələrdə çalışırlar. Ondan əlavə, bizim digər

vətənpərvər komanda üzvlərimiz var ki, bizə çox böyük

kömək edirlər. Əsas məqsədimiz Azərbaycan xalqına və

dövlətçiliyinə layiqincə xidmət etməklə yanaşı sağlam

həyat tərzinin, bədən tərbiyəsinin təbliğ olunması, beynəlxalq

arenada Azərbaycanı ən yüksək səviyyədə təmsil

etməkdir.

- bu idman növündə fərqlənən idmançılardan

kimlərin adlarını çəkə bilərsiniz?

- İdamançılarımızın naliyyətləri çox yaxşıdır. Bizim

kombat cui-citsu üzrə yüksək nəticələr əldə etmiş Avropa

və dünya çümpionlarımız, beynəlxalq turnirlərin qalibi

olan idmançılarımız var. Böyüklərdən Eldar Məmmədov,

Nazim Qasımov, Ceyhun Hüseynov, Eldar Abdullayev,

Emil Hüseynov, Natiq Allayarov, Həsən Əliyev, Amir Xudadatov,

Elbəy Nəsirli, Muşfiq Hüseynov, Tural Rüstəmov,

Fərid Mailov, Əlyar Abdullayev, Süleyman Əliyev,

Şamil Elifxanov, Mahir Ağayev, Sevinc Mürsəlova, Sveta

Vəliyeva, Aytən Rəcəbova, İlahə Vəliyeva, yeniyetmə

və gənclərdən isə Xədicə Baxışlı, Elman Əsgərov, Fuad

Şıxseyidov, Yaşar Əhədli, Eyub Əkbərov, Rasim Mustafayev,

Cahangir İmanov, Teymur Hüseynov, Aqil Həzi,

Paşa Hacıyev və Əli Hüseynovun adlarını çəkə bilərəm.

- başqa idman növlərinə marağınız varmı?

- Bəli, futbola və digər döyüş sənətlərinə marağım

var. Futbolda Azərbaycan millisinə və klublardan “Neftçi”yə

azarkeşlik edirəm.

- bəs “Sportsman” jurnalının oxucularına demək

istədiyiniz bir sözünüz, mesajınız varmı?

- Hər zaman idmanla məşğul olsunlar, sağlam həyat

tərzi keçirsinlər. Çünki biz müharibə şəraitində yaşayan

ölkəyik və müharibə şəraitində yaşayan bir ölkənin milli

məfkurəli, sağlam düşüncəli, fiziki cəhətdən güclü gənclərə

ehtiyacı var. Biz nəinki mənəvi, həm də fiziki cəhətdən

güclü olmalıyıq. Hər an Qarabağ uğrunda döyüşə

hazır və dövlətimizin ətrafında sıx birləşərək həmrəy olmalıyıq.

vüsal mövsümov

спортсман № 115 / 2019

15


Futbol

S P O R T S M A N

1956-cı ildə Fransanın

“France Football”

jurnalı tərəfindən

təsis olunan

“qızıl top” ən qədim

beynəlxalq fərdi mükafatdır.

Uzun müddət

o, Avropanın ən

yaxşı futbolçusuna

verilib. ona görə də

Pele və Diego maradona

kimi əfsanələr

bu mükafatı qazana

bilməyiblər.

lUKA moDrIc 2018-ci ilin

“qIzIl toP”unu qAzAnDI

Amma 2007-ci ildən “Qızıl

top” dünyanın ən yaxşı futbolçusu

üçün nəzərdə tutulub. 2010-

2015-ci illərdəsə bu mükafatın FI-

FA-nın himayəsi altında olduğunu

xatırladım.

Mənə gəlincə, 2000-ci ildən

“Qızıl top”un münsiflər heyətində

Azərbaycanı təmsil edirəm.

“France Football” sorğuya

qatılanlardan (dünyanın hər ölkəsindən

bir media nümayəndəsi)

təqvim ili ərzində ən yaxşı hesab

etdikləri 5 futbolçuya səs vermələrini

istəyir.

2018-ci il anketində mən

belə səs vermişəm:

1) luka modric (Croatia /

Real Madrid)

2) Kylian mbappe (France /

Paris SG)

3) mohamed Salah (Egypt /

Liverpool)

4) eden hazard (Belgium /

Chelsea)

5) Antoine Griezmann (France

/ Atletico Madrid)

Modricin sorğuda ən yaxın izləyicisi

Cristiano Ronaldonu 275

xal qabaqlayaraq qalib olması

əksər respondentlərin mənimlə

həmfikir olmalarından xəbər verir.

16 спортсман № 115 / 2019


S P O R T S M A N

FUTBOL

Dünya çempionatlarının keçirildiyi illərdə “Qızıl top”u,

əsasən, mundialda özünü daha yaxşı göstərən futbolçular

qazanır. Fikrimcə, Modricin də Rusiya-2018-də göstərdiyi

oyun, kapitan kimi Xorvatiya millisini finala daşıması ən

yaxşı seçilməsində həlledici oldu.

2016-da 17-ci, 2017-də 5-ci və 2018-də 1-ci yer

Luka Modric 2016-cı ildə “Qızıl top”un sorğusunda 1

xalla 17-19-cu yerləri bölüşdürüb, 2017-ci ildə isə 84 xalla

5-ci olub.

Xorvatiyalının bundan əvvəlki nailiyyətlərinə gəlincə, o,

2003-cü ildə Bosniya çempionatının (18 yaşında), 2007-ci

ildəsə Xorvatiya çempionatının ən yaxşı oyunçusu seçilib,

həmçinin 2007-ci ildən 2018-ci ilə kimi müxtəlif versiyalarda

dəfələrlə Xorvatiyanın ən yaxşı futbolçusu adına layiq

görülüb.

Modric 2010/11 mövsümündə “Tottenham”in ən yaxşı

oyunçusu, Madrid “Real”ında oynamağa başladıqdan sonrasa

2 dəfə La Liqanın ən yaxşı yarımmüdafiəçisi, sonra

UEFA tərəfindən 2 dəfə Avropada mövsümün ən yaxşı yarımmüdafiəçisi,

həmçinin 2017/18 mövsümünün ən yaxşı

oyunçusu seçilib.

O, eyni zamanda, 2017-ci ildə klubların dünya çempionatının,

2018-ci ildəsə 2-ci yeri tutduqları Rusiya mundialının

“Qızıl top”unu qazanıb. 2018-ci ildə FIFA tərəfindən

dünyanın ən yaxşı futbolçusu, IFFHS tərəfindən dünyanın

ən yaxşı pleymekeri seçilib.

Modricin 2008-ci ildə Avropa çempionatının, 2015/16

mövsümündə La Liqanın, 2 dəfə UEFA tərəfindən Avropanın,

4 dəfə Çempionlar Liqasının, 4 dəfə də FIFA tərəfindən

dünyanın, həmçinin 2018-ci il dünya çempionatının

rəmzi yığmasına daxil edildiyini də bildirim.

rasim mövsümzadə

спортсман № 115 / 2019

17


FUTBOL

S P O R T S M A N

Avro-2020-nin seçmə mərhələsi

əvvəlKi gÖrüşlərin nəticələrinə əSASən, FAvorit KimDir?

Azərbaycan millisi Avro-

2020-yə çıxmaq uğrunda seçmə

mərhələdə e qrupunda

Xorvatiya, Uels, Slovakiya və

macarıstan komandaları ilə

mübarizə aparacaq.

rəqiblərin öz aralarında

əvvəlki oyunlarının nəticələrinə

əsasən, komandaların

gücünü müəyyənləşdirməyə

çalışdıq.

Azərbaycan, Xorvatiya və

Slovakiya yalnız ötən əsrin

90-cı illərinin əvvəlində yenidən

müstəqillik qazandığından

qrupdakı komandaların

yalnız son 30 ildəki görüşlərini

nəzərə aldıq.

XorvAtiyA

Xorvatiya – Slovakiya: 6

oyun, 2 qələbə, 2 heç-heçə, 2

məğlubiyyət (hamısı yoldaşlıq

görüşü)

Xorvatiya – macarıstan: 7

oyun, 3 qələbə, 4 heç-heçə

Xorvatiya – Uels: 4 oyun, 3

qələbə, 1 heç-heçə

Xorvatiya – Azərbaycan: 2

oyun, 1 qələbə, 1 heç-heçə (hamısı

rəsmi oyun)

SlovAKiyA

Slovakiya – Xorvatiya: 6

oyun, 2 qələbə, 2 heç-heçə, 2

məğlubiyyət (hamısı yoldaşlıq

görüşü)

Slovakiya – macarıstan: 4

oyun, 2 qələbə, 2 heç-heçə

Slovakiya – Uels: 3 oyun, 1

qələbə, 2 məğlubiyyət (hamısı

rəsmi oyun)

Slovakiya – Azərbaycan: 6

oyun, 5 qələbə, 1 məğlubiyyət

(hamısı rəsmi oyun)

UelS

Uels – Xorvatiya: 4 oyun, 1

heç-heçə, 3 məğlubiyyət

Uels – Slovakiya: 3 oyun, 2

qələbə, 1 məğlubiyyət (hamısı

rəsmi oyun)

Uels – macarıstan: 2 oyun,

2 qələbə (hamısı yoldaşlıq görüşü)

Uels – Azərbaycan: 6 oyun,

5 qələbə, 1 heç-heçə (hamısı

rəsmi oyun)

18 спортсман № 115 / 2019


S P O R T S M A N

mAcArIStAn

macarıstan – Xorvatiya: 7

oyun, 4 heç-heçə, 3 məğlubiyyət

macarıstan – Slovakiya: 4

oyun, 2 heç-heçə, 2 məğlubiyyət

macarıstan – Uels: 2 oyun,

2 məğlubiyyət (hamısı yoldaşlıq

görüşü)

macarıstan – Azərbaycan:

5 oyun, 5 qələbə

AzərBAycAn

Azərbaycan – Xorvatiya: 2

oyun, 1 heç-heçə, 1 məğlubiyyət

(hamısı rəsmi oyun)

Azərbaycan – Slovakiya: 6

oyun, 1 qələbə, 5 məğlubiyyət

(hamısı rəsmi oyun)

Azərbaycan – macarıstan:

5 oyun, 5 məğlubiyyət

Azərbaycan – Uels: 6 oyun,

1 heç-heçə, 5 məğlubiyyət (hamısı

rəsmi oyun)

Bu da e qrupundakı komandaların

son 30 ildə öz

aralarındakı görüşlərininin

ümumi nəticələri:

1. Xorvatiya: 19 oyun, 9

qələbə, 8 heç-heçə, 2 məğlubiyyət,

35 xal

2. Slovakiya: 19 oyun, 10

qələbə, 4 heç-heçə, 5 məğlubiyyət,

34 xal

3. Uels: 15 oyun, 9 qələbə, 2

heç-heçə, 4 məğlubiyyət, 29 xal

4. macarıstan: 18 oyun, 5

qələbə, 6 heç-heçə, 7 məğlubiyyət,

21 xal

5. Azərbaycan: 19 oyun, 1

qələbə, 2 heç-heçə, 16 məğlubiyyət,

5 xal

rasim m.


oBerto BorDin:

“Baccoya qarşı oynamaq,

maradonaya qarşı oynamaq kimi idi”

“Neftçi” komandasının baş məşqçisi

Roberto Bordin 10 yanvar 1965-ci

ildə Liviyada italyan ailəsində anadan

olub.

O, futbolçu karyerasının böyük hissəsini

"Atalanta" və "Napoli" klublarında

keçirib.

2005-ci ildə karyerasını bitirdikdən

sonra məşqçi kimi fəaliyyətini davam

etdirib. Uzun müddət İtaliya klublarında,

həmçinin Rumıniyada köməkçi

məşqçi olub.

2016-cı ilin martında “Triestina” komandasının

baş məşqçisi təyin olunan

Bordin həmin ilin oktyabrında isə Moldova

“Şerif”ini çalışdırmağa başlayıb.

Onun rəhbərliyilə Tiraspol təmsilçisi

2 dəfə ölkə çempionu olub. İtaliyalı

özü isə 2017-ci ildə Moldovanın ən

yaxşı məşqçisi seçilib. Həmçinin İtaliya

Futbol Federasiyası tərəfindən xaricdə

uğurla işləyən italiyalı məşqçilər

üçün nəzərdə tutulan "Qızıl skamya"

mükafatına layiq görülüb.

2018-ci ilin iyunundan Azərbaycanda

çalışan italiyalı mütəxəssis

Bakının “Neftçi” komandasının baş

məşqçisidir.

roberto Bordin “cBc Sport”da

populyar “imza” verilişinin qonağı

olub və əminə Kazımovanın suallarını

cavablandırıb.

- liviyada italyan ailəsində anadan

olmusunuz...

- Bəli, elədir. Valideynlərim italyandır,

amma babalarım Liviyada

anadan olublar. Belə alındı ki, həyatımın

ilk 3 ilini orada yaşadım, sonra

İtaliyaya köçdük.

- Futbolçu kimi hər zaman İtaliyada

oynamısınız. legioner həyatı

yaşamaq şansınız olmayıbmı?

- Xeyr, xaricdə yalnız məşqçi kimi

çalışmışam. A seriyası kimi çempionatda

oynamaq özü böyük uğurdur.

Prinsipcə, karyeramdan çox razıyam.

Amma deyə bilərəm ki, bu gün hər

futbolçu üçün ölkəsindən kənarında

legioner kimi oynamaq çox önəmlidir.

- Futbolçu həyatınızın ən yaxşı

dövrü "napoli"də keçib. neapol

klubu ilə 1997-ci ildə İtaliya kubokunun

finalına kimi gəlib çıxsanız

da, həlledici oyunda məğlub oldunuz.

həmin final oyunlarını xatırlayaq.

- Bəli, həqiqətən də “Napoli”də

karyeramın çox gözəl 4 ilini keçirmişəm.

Mənim üçün belə bir klubda

oynamaq çox önəmli idi. Amma etiraf

edim ki, oradakı ilk iki ilim uğurlu olmadı.

Amma sonra, sizin də dediyiniz

kimi, İtaliya kubokunun finalında oynamaq

şansımız oldu. Təəssüf ki, iki

görüşün nəticəsinə görə, qalib gələ

bilmədik. Bu uğursuzluqdan çox təsirləndik.

Komandanın kapitanı kimi

kuboku qazanmaq mənim özüm, komandam

və şəhərimiz üçün çox vacib

idi…

- Klaudio Kanicca, Fabio Kannavaro

kimi futbolçularla bir komandada

oynamısınız. onların

oyunu, komanda yoldaşları ilə münasibətləri,

futboldankənar həyatı

bizə də maraqlıdır…

- Hə, həqiqətən, ikisi də dahi futbolçu

olub.

Kanicca ilə “Atalanta”da oynamışam.

Çox yaxşı və zarafatcıl oğlan

idi. Zarafata açıq bir insan. Kampaniya

adamı idi və kollektivi birləşdirməyi

bacarırdı. Futbol bacarığına gəlincə,

bir daha təkrar edim, əla futbolçu

olub, millidə də özünü göstərib, Maradona

kimi futbolçunun oyundaşı olub.

Çox güclü idi.

Kannavaroya gəlincə isə, o da əla

futbolçu olub. Güclü idi, klubun akademiyasından

gəlmişdi və iddialı olması

hər zaman gözlərindən oxunurdu.

İnkişaf etdi və çox böyük uğurlara

20 спортсман № 115 / 2019


S P O R T S M A N

FUTBOL

imza atdı. Yaxşı bilirsiniz, Kannavaro

hansı uğurlara nail oldu, böyük çempion

kimi tarixə düşdü. Özünü lider

kimi göstərməyi də bacardı. Fərdi

keyfiyyətlərindən başqa, həm də əla

insandır. Gündən-günə onun iş keyfiyyətlərinin

inkişafı özünü göstərirdi

və o, istədiyini əldə etdi. Beləliklə, bir

daha qeyd edirəm, iki əla futbolçu və

iki böyük insan.

- Kaniccanın zarafatcıl biri olduğunu

dediniz. onunla bağlı hansısa

gülməli hadisəni xatırlaya bilərsinizmi?

- Hə, doğrudan, Kanicca çox gülməli,

şən oğlan idi. Hər gün paltardəyişmə

otağında gülməli hadisələr yaşanırdı,

çünki zarafat etməyi sevirdi.

Xatırlayıram, adətən məşqə və ya bizimlə

görüşə həyat yoldaşı, dostu və

iti ilə birlikdə gəlirdi. “Porşe”də gəlirdi

və gülməli görünürdü ki, balaca maşından

o, dostu, həyat yoldaşı və iti

bir-bir çıxırlar...

- Dəfələrlə əfsanəvi roberto

baccoya qarşı oynamısınız. onun

barəsində nə deyə bilərsiniz?

- Roberto Bacco kimi oyunçu

haqqında nə demək olar? Maradona

ilə eyni səviyyədə hesab edilirdi. Ona

qarşı oynamaq, Maradonaya qarşı

oynamaq kimi idi. Baccoya qarşı oynayanda

onun oyununa çox təəccüblənirdik.

Konkret olaraq, ondan topu

almaqda çətinlik çəkirdik. Sadəcə,

onunla yanaşı qaçır və topla davranışını

müşayiət edə bilirdik. Bir daha

qeyd edim ki, Bacco ən böyük italiyalı

istedadlardan biri idi. Çox yaxşı oyunçu

olub və dünya səviyyəsində özünü

göstərə bilib.

- bacco ilə bağlı da hansısa maraqlı

bir hadisəni danışa bilərsinizmi?

- Bəli, belə bir gülməli an yadıma

gəlir. O, “Yuventus”da oynayanda onlarla

oyunumuz vardı. Elə alındı ki,

mən şəxsən ona qarşı oynamalı oldum,

onu saxlamalı idim. Bacco elə

bir fint işlətdi ki, nə baş verdiyini anlamadım.

Sürüşüb yıxıldım və kəllə-kəlləyə

dəydik. Hətta məndən soruşdu

ki, neynirsən? Bax belə bir gülməli

məqam oldu. O, topla elə yaxşı davranırdı

ki, bilmirdin, nə edəsən, düzgün

qərar verməyə vaxt tapmırdın.

- Əfsanəvi Dieqo maradona da

legioner karyerasının böyük hissəsini

İtaliyada, “napoli”də keçirib…

- Heyif ki, Maradona ilə eyni komandada

oynamaq imkanım olmayıb.

Çünki mən “Napoli”yə gələndən

2 il əvvəl o, klubdan getmişdi. Amma

komanda ilə Argentinaya turnirə getdiyimiz

vaxt o bütün heyəti bir günlük

evinə dəvət etdi. Beləcə, onunla

futboldan danşmaq imkanımız oldu,

zarafatlaşdıq, birlikdə yemək yedik.

Çox səmimi insandır, özünəməxsus…

Ona doğma olan “Napoli”ni çox sevir.

Şəxsi həyatına gəlincə, düzü, bu

barədə çox az şey bilirəm. Bir də ki,

şəxsi həyat şəxsi olaraq da qalmalıdır.

- heç İtaliya millisinə düşmək

şansınız olubmu?

- Təəssüf ki, yox. Təəsüf ki…

Çünki o vaxt yaxşı oyunçular çox idi

və deməli, milli üçün seçim böyük idi.

Mənə gəlincə, özümü uğurlu sayıram.

Çünki 12 ilə yaxın A seriyasında çıxış

etmişəm. Milliyə düşməksə, heyif ki,

alınmadı. Ona görə ki, həmin dövrdə

İtaliya milli komandasından dəvət

almaq həddindən artıq çətin məsələ

idi. Çoxlu yaxşı futbolçularımız vardı,

haqqında danışdığımız Bacco, həmçinin

Vialli, Mançini kimi. Sonrakı futbolçular

nəslində də, yenə haqqında danışdığımız

Kannavaro və başqaları…

Amma bir daha təkrar edirəm, şadam

ki, A seriyasında çıxış etmişəm və

prinsipcə, öz karyeramdan razıyam.

- 40 yaşına kimi futbol oynamısınız.

Futbolçu karyeranızı bitirmək

çətin idi?

- Sözsüz, çətin idi. Amma fikrimcə,

40 yaş bir futbolçunun karyerasını

yekunlaşdırması üçün, kifayət qədər,

yaxşı yaşdır. Yüksək diviziondakı

karyeramdan razıyam, futbolçu həyatımın

sonlarında isə İtaliyanın 3-cü

divizionunda, C seriyasında çıxış etmişəm.

Hər zaman futbola peşəkar

yanaşır, həmişə maksimum məşq

edirdim ki, bazar günləri oyuna çıxım.

Hər oyuna tam hazır olmağa çalışırdım.

Bir də ki, fiziki göstəricilərim də

yaxşı idi, orqanizmim imkan verdi ki,

спортсман № 115 / 2019

21


40 yaşıma kimi oynayım. Sonra da

bəxtim gətirdi ki, futbolçu karyeramı

bitirən kimi, baş məşqçinin köməkçisi

kimi çalışmaq imkanım yarandı.

- Siz “Parma”da Arriqo Sakki,

həmçinin “Atalanta” və “napoli”də

marçello lippinin rəhbərliyi altında

oynamısınız. onlar barədə fikirləriniz

bizə də maraqlıdır. onlardan nə

öyrənmisiniz?

- Doğrudur. Sakki haqqında danışsaq,

o, Lippidən əvvəl məşqçim

olub. Təbii ki, çox yaxşı, dahi məşqçi

idi. Məşqçiliyi Hollandiyada oxuyub

öyrənmişdi və holland futbolunun

prinsiplərini İtaliyada tətbiq edirdi. Hər

xırdalığa fikir verən insan idi, hər kiçik

detalı analiz edirdi. Elə şeylər edirdik

ki, onu 30 ildən sonra bu gün edirlər.

Misal üçün oyunların videoanalizləri,

rəqiblərin təhlili. Bax belə, bu insan

idealist idi, detallara çox böyük diqqət

ayırırdı. Bütün bu amillər də oyunlara

düzgün hazırlaşmağa imkan verirdi.

Bir də onu deyə bilərəm ki, çox tələbkar

insan idi, əsasən də, məşqlərdə.

Əgər sən 100 fazilik məşq edirsənsə,

çıxıb belə də oynayacaqsan.

Lippiyə gəlincə isə, o, “Atalanta”

və “Napoli”də məşqçim olub. Çox

yaxşı və dahi məşqçi olmaqla bərabər,

çox yaxşı da insandır. Elə qayda-qanun

yaratmışdı ki, özümüzü rahat

hiss edirdik. Özümüzü böyük ailə

hesab edirdik, mehriban kollektiv formalaşdırmışdı.

Belə demək olarsa, o

bizim üçün ata kimi idi. Bəzən, lazım

olanda, danlayır, bəzən də tərifləyirdi.

Olduqca isti münasibətimiz var idi.

- 2016-cı ildən baş məşqçi kimi

fəaliyyətiniz başladı. moldovanın

“Şerif” klubunda uğurlu məqşçilik

karyeranız olub. Amma avrokuboklarda

“Qarabağ”a məğlub olmusunuz...

- Bəli, 2016-cı ildən ölkə xaricində,

Moldovada baş məşqçi kimi çalışmağa

başladım. “Şerif” klubuna gəlincə,

yeni yaranan komanda -təxminən 20

yaşı olsa da, çoxlu sayda titul qazanıb.

Səhv etmirəmsə, ölkə kubokunu

nəzərə almasaq, o vaxt 14, ya 15

dəfə çempion olmuşdu. “Şerif”də çalışmağım

mənim üçün əvəzsiz təcrübə

oldu. Həqiqətən səviyyəli klubdur.

Hər şeyi var, çox yaxşı infrastruktura

malikdir. Fikrimcə, Moldovada, Tiraspoldakı

infrastruktura malik klubda

işləmək hər məşqçi üçün böyük uğur

və imkan deməkdir.

“Qarabağ”la oyunlarımıza gəlincə,

növbəti mərhələyə çıxa bilmədik.

Çünki Bakıda birinci qarşılaşmada

bəxtimiz gətirib qolsuz heç-heçə etsək

də, Tiraspolda cavab oyununda

uduzduq. Çempionlar Liqasında irəliləyə

bilməsək də, Avropa Liqasının

pley-offunda Varşava “Legiya”sını

keçib qrupa düşdük. Orada isə yaxşı

nəticə əldə etdik və 9 xal qazandıq.

- Azərbaycan futbolunda ilk italyan

məşqçisiniz. “neftçi”yə necə

dəvət aldınız?

- İtalyan agent vasitəsilə klubun

direktoru və prezidenti ilə tanış

oldum. İlk görüşdəcə xoş ünsiyyət

qurduq, ortaq fikirlərimiz çox idi. Dərhal

anladım ki, bu mənim üçün yaxşı

şansdır, yaxşı fürsətdir. Bu çempionatı

tanıyırdım, əvvəl də bu çempionatdan

olan “Qarabağ” komandası ilə

qarşılaşmışdım. Beləcə anladım ki,

əla imkandır, bu gün də bura gəldiyim

üçün şadam.

- “neftçi” rəhbərliyi qarşınıza

hansı hədəfi qoyub?

- Dediyim kimi, ortaq fikirlərimiz

var idi, qarşımıza daha yaxşı nəticəyə

nail olmağı məqsəd qoyduq. Ötən

mövsümlə müqayisədə, daha yaxşı

nəticəyə imza atmalıyıq. Və təbii ki,

avrokuboklara vəsiqə qazanmalıyıq.

- bakıda "uypeşt"ə 3:1 hesabı

ilə qalib gələn "neftçi" səfərdə 4

cavabsız qol buraxdı. Sizi günahlandıranlar

da az olmadı. bu məğlubiyyətin

səbəbləri nə idi?

- Təbii ki, hər birimiz bu nəticədən

məyus olduq, bütün oyunçular,

klubda çalışan hamı. Düzdür, oyuna

cavabdeh olan şəxs məqşçidir. O,

taktiki, psixoloji cəhətdən komandanı

oyuna hazırlamalıdır. Bunları öz

üzərimə götürürəm. Amma düzünə

qalsa, oyunlara baxıb analiz etmək

və sonra nəticəyə gəlmək lazımdir.

Bakıda ilk oyunda çox yaxşı oynadıq.

Buraxılan qoldan sonra əzm-

22 спортсман № 115 / 2019


S P O R T S M A N

karlıq nümayiş etdirib 3 qol vurduq,

hətta daha çox vura bilərdik. Əlbəttə

ki, Macarıstanda hər birimiz səhv etdik

və nəticədə qapımızdan 4 top buraxdıq.

Düşünmürəm ki, belə böyük

məğlubiyyətə layiq idik. Amma olan

oldu. Sadəcə baxıb nəticə çıxarmalıyıq.

Bundan başqa, problemimiz də

vardı, kapitanımız zədələnmişdi. Ona

görə də psixoloji vəziyyətimiz bir az

korladı. Amma sonra komanda bu

məğlubiyyətə düzgün reaksiya verdi,

ayağa qalxdı. Vəziyyəti düzəldə bildik.

- nələri dəyişdirmisiniz komandada?

- İlk növbədə bacardığımı etməyə

çalışıram. Yəni öyrəndiklərimi və

təcrübəmi tətbiq edirəm. Onlara hər

zaman oyunçu kimi yaşadıqlarımı və

məşqçi kimi gördüklərimi ötürməyə

çalışıram. Açığı, bu, mənim ürəyimdən

gələn işdir, gördüyüm iş mənim

üçün dəyərlidir və hər şeyi maksimum

etməyə can atıram. Doğrudan

da peşəmi sevirəm. Bu fikri də onlara

çatdırmağa çalışıram. Heç kim onları

futbolçu olmağa məcbur etmir. Amma

əgər bu yolu seçmisənsə, işini ürəkdən

görməli, hər şeyi yüksək səviyyədə

etməlisən. Ən böyük tələbim işlərinə

peşəkar yanaşmalarıdır. Düzgün

FUTBOL

qidalanıb, istirahət edib və düzgün

məşq etsinlər. Yalnız bundan sonra

böyük nəticələr əldə etmək mümknüdür.

- Azərbaycan futbolunda bəyəndiyiniz

və bəyənmədiyiniz nələr

olub? təbii ki, bir neçə aydır, burdasınız.

müşahidə etdiyiniz qədərini

deyin.

- Bu çempionat haqqında fikirlərim

müsbətdir. Burada yaxşı komandalar,

yaxşı yerli futbolçular, kifayət

qədər səviyyəli legionerlər var. Üzücü

məqam güclülər dəstəsində 8 komandanın

olmasıdır. Səhv etmirəmsə,

əvvəllər komandaların sayı 12 olub.

Xoşagəlməz deməzdim, amma üzücü

məqamdır. Potensial var, məncə,

əsas çempionatda daha çox komandanı

mübarizəyə qoşmaq olar. Ümumilikdə

deyə bilərəm ki, çempionatın

səviyyəsi var.

- bakını ətraflı gəzmək imkanınız

olubmu? harda yaşayırsınız?

- Mərkəzdə, komandanın bazasının

yaxınlığında yaşayıram. Mənə çox

rahatdır. Çünki komandaya yaxınam.

Deyim ki, Bakı möhtəşəm şəhərdir.

İçərişəhəri və mərkəzdə bir neçə yeri

gəzmək imkanım olub. Arada qızımla

parkları gəzməyə çıxırıq, bura onun

da xoşuna gəlir. Deyə bilərəm ki, daha

çox evcanlıyam. Evdə dincəlməyi sevirəm,

açığı, elə boş vaxtımın çoxunu

da evdə keçirirəm. İşləyirəm, sonra

bazadan evə qayıdıb məşqlər üzərində

çalışıram.

- Ailəniz də sizinlə birgə burada

yaşayır? Ailənizi də, qiyabi də olsa,

tanımaq xoş olardı. onlardan danışın.

- Bəli, burada Yelena və 14 aylıq

qızım Aurora ilə birlikdə yaşayıram.

Bundan başqa, İtaliyada Leonardo və

Cenevra adlı iki övladım da var. Onlar

üçün çox darıxıram. Çox istərdim, hamımız

birlikdə yaşayaq.

- İtaliya yeməkləri daha dadlıdır,

liviya, yoxsa Azərbaycan?

- Liviya mətbəxti haqqında çox söz

deyə bilmərəm. Çünki 3 yaşıma kimi

orada olmuşam. Sadəcə anamın kuskus

yeməyini yaxşı bişirdiyini xatırlayıram.

İtalyan ailəsi olduğumuz üçün

daha çox öz yeməklərimizə üstünlük

verirdik. Azərbaycan mətbəxinə gəlincə

isə, onu deyim ki, Moldova ilə

oxşar cəhətləriniz var. İtaliyada əvvəlcə

qəlyanaltı, sonra şorba və ardınca

əsas yeməyi yeyirik. Moldova

və Azərbaycanda isə bəzən bütün

yeməklər eyni vaxtda gəlir. İçərişəhərdə

fərqli məkanlarda Azərbaycanın

milli yeməklərindən bir neçəsinin

спортсман № 115 / 2019

23


Futbol

S P O R T S M A N

dadına baxmışam, fərqli kabablar

yemişəm, öyrəşmədiyim bir dad idi,

amma etiraf edim ki, çox bəyəndim.

Əlbəttə, ev üsulu ilə hazırlanan bütün

yeməklər ləzzətlidir.

- Ömrünüzün ən yaddaqalan

yeni il bayramı?

- “Napoli”də oynayanda keçirdiyim

bir Yeni il bayramını xatırlayıram.

Səhv etmirəmsə, yanvarın 2-də və

ya 3-də oyunumuz vardı. Klubumuzun

oyunçusu Çiro Ferrara bayramı

birlikdə qeyd etməyimiz üçün bütün

komandanı evinə dəvət etdi. Baş

məqçimiz Lippi də orada idi. Təəssüf

ki, bu ən qısa Yeni il bayramı oldu.

Çünki, demək olar ki, gecə saat 12 tamam

olan kimi hamı avtobus və şəxsi

avtomobillərinə minib bazaya yollandı.

Axı biz oyuna hazırlaşmalı idik.

Ferraranın evindən bazaya gedən

yolda çox mötəşəm fişəng şousu gördük.

Neapollular çox səs-küylüdürlər.

Onların başladığı şou 10-15 dəqiqə

deyil, saatlarla çəkir. Elə bunun sayəsində

biz də belə gözəl şəhərdə füsünkar

mənzərənin şahidi olduq. Bir

də onların qəribə adəti var: deyirlər

ki, yeni ilin ilk günü köhnə və lazımsız

əşyalardan qurtulmaq lazımdır.

Ona görə də həmin gün bütün şəhər

köhnə əşyalar mağazasını xatrıladır.

Şəhərdə gəzərəkən lazımlı-lazımsız

hər şeyi görə bilərsiniz.

- 2019-cu ildən nələr gözləyirsiniz?

- Mən şəxsən uğur və hər şeyin

müsbət olmasını gözləyirəm. Əlbəttə,

ilin ilk 5-6 ayı bizim üçün - klub

rəhbərliyi, futbolçular, azarkeşlər və

bizimlə çalışan hamı üçün çox vacibdir.

Çünki mövsüm bitəcək və gördüyümüz

işlərin nəticəsi bəlli olacaq.

Düşünürəm, yaxşı nəticə göstərsək,

buna birlikdə çox sevinəcək və xoşbəxt

olacağıq. Can sağlamlığını da

unutmaq istəmirəm. Bu hamımız

üçün ən vacibdir.


S P O R T S M A N Futbol

2019 AFc AsIan cup

italiyalılar – 2006 dünya çempionu

marcello lippi (Çin millisi)

və Alberto zaccheroni (Bəə),

isveçli Sven-göran eriksson

(Filippin) və argentinalı héctor

cúper (Özbəkistan), portuqaliyalılar

carlos queiroz (iran) və

Paulo Bento (cənubi Koreya)

kimi məşqçilərin qatıldığı yarış

necə maraqsız ola bilər ki?

“tottenham”in ikinci

məhsuldar oyunçusu

Bu həm də Almaniya və İngiltərə

klublarının formasını geyinən 20 futbolçunun

çıxış etdiyi yarışdır.

FutbolDA ASİyAnIn

Ən GüclüSü Kİm olAcAQ?

Shaikh Salman bin ebrahim Al Khalifa:

“bu yarış tarixə düşəcək və Asiyada futbol üçün böyük qürur mənbəyi olacaq”

Elə hazırkı mövsüm Harry Kanedən

sonra Premyer Liqada 8 qolla

“Tottenham”in ikinci məhsuldar

oyunçusu olan cənubi koreyalı Son

Heung-min də klubunun çempionluq

uğrunda mübarizə aparmasına

baxmayaraq, kapitan kimi 3-cü qrup

oyunundan öz ölkəsinin şərəfini qorumağa

başlayacaq.

Avropadan 74 futbolçu

Həm dünyaca məşhur məşqçilər,

həm də Avropada top qovan ümumilikdə

74 futbolçu Asiya çempionu titulu

uğrunda mübarizə aparır. Yanvarın

5-də Birləşmiş Ərəb Əmirliklərində

start götürən və rəsmən AFC Asian

Cup (AFC – Asiya Futbol Konfederasiyası)

adlanan Asiya kuboku turniri

fevralın 1-ə kimi davam edəcək.

tarixi Avropa çempionatından

əvvəl başlayan yarış

Avropa çempionatı-2016-dan ruhlanan

asiyalılar da öz qitələrinin əsas

futbol yarışında iştirakçıların sayını

24-ə yüksəldiblər. Amma bir məqamı

xatırlayaq ki, Asiyada (1956) qitənin

ən güclü komandasını Avropadan

(1960) əvvəl müəyyənləşdirməyə

başlayıblar.

3 debütant - Qırğızıstan,

Filippin və yəmən

İştirakçıların sayının artması sayəsində

Qırğızıstan, Filippin və Yəmən

kimi ölkələrin milli komandaları da

AFC Asian Cup turnirində debüt etmək

imkanı qazanıblar. Eləcə də Li-

спортсман № 115 / 2019

29


Futbol

S P O R T S M A N

van 2000-ci ildən, Türkmənistan isə

2004-cü ildən sonra ilk dəfə yarışa

qatılmaq şansı əldə ediblər.

Qırğızıstan və Türkmənistandan

fərqli olaraq, Özbəkistan ardıcıl 7-ci

dəfə Asiya çempionu adı uğrunda

mübarizə aparır və 2011-ci ildə 4-cü

yeri tutmağı bacarıb. Keçmiş sovet

respublikalarından yalnız Tacikistan

(və Asiya futbol ailəsinin üzvü olduğu

vaxt Qazaxıstan) hələ də qitə çempionatının

final mərhələsinə vəsiqə qazanmağın

sevincini yaşaya bilməyib.

Ümumiyyətlə, 2019 AFC Asian Cup

turnirindən kənar qalanlar arasında

Küveyt, İndoneziya, Malayziya, Honkonq,

Sinqapur kimi ölkələrin olduğunu

da vurğulayaq.

Özbəkistanlı qapıçının

rekordu

Özbəkistana gəlincə, AFC Asian

Cup turnirinin səviyyəsi, əvvəlkilərlə

hazırkı yarışın müqayisəsi barədə ən

yaxşı, yəqin ki, bu komandanın qapıçısı

İqnati Nesterov danışa bilər. 35

yaşlı futbolçu 5-ci Asiya kubokuna qatılmaqla

rekorda imza atır.

yəmən və Suriyada futbol

yaşayır

Birləşmiş Ərəb Əmirliklərində keçirilən

çempionat həm də hərbi münaqişələrin

olduğu Yəmən və Suriya

kimi ölkələrdə futbolun yaşadığına

bariz sübutdur.

Amma Yəmən komandası sonuncu

dəfə öz ölkəsində 2012-ci ildə

oynayıb, milli çempionatı isə 2015-ci

ildən keçirilmir. Bu səbəbdən Asiya

kubokunun bütün iştirakçıları arasında

FIFA-nın reytinqində ən aşağı

mövqedə - 135-ci pillədə qərarlaşan

yəmənlilər üçün mötəbər yarışda çıxışın

özü böyük nailiyyətdirsə, Suriya

millisi tarixində ilk dəfə qrup mərhələsini

adlaya bilər.

Digər diqqətçəkiçi məqam - həm

Yəmən, həm də Suriya hazırkı Asiya

kubokunda heyətinin yarıdan çoxu

legioner olan azsaylı komandalardandır.

Bu göstəricidə lider isə Avstraliyadır

– yalnız 3 futbolçusu öz çempionatında

oynayır.

İran, cənubi Koreya,

yaponiya, Avstraliya...

“Favoritlər kimdir?” sualına 2018-ci

il Rusiya mundialından cavab tapmaq

mümkündür. Avropa çempionu Portuqaliyaya

məğlub olmayan İran, Almaniyanı

qrupda saxlayan Cənubi Koreya,

Kolumbiyaya qalib gələn Yaponiya

və gələcək dünya çempionu Fransaya

çətin anlar yaşadan Avstraliya. 2006-

cı ildən Asiya futbol ailəsinə qoşulan

avstraliyalılar həm də AFC Asian Cup

turnirinin son çempionudurlar (2015)

və BƏƏ-də titullarını qoruyurlar.

təbriz klublarının futbolçuları,

ərdəbilli Kərim...

İran 2019 AFC Asian Cup turnirinə

ev sahibliyi etmək uğrunda

mübarizədə Birləşmiş Ərəb Əmirliklərinə

məğlub olsa da, FIFA reytinqində

ən yüksək mövqedə olan

Asiya komandası kimi (29-cu yer)

qələbəsini yaşıl meydanlarda qazanmağa

çalışacaq. Bu işdə cənub

30 спортсман № 115 / 2019


S P O R T S M A N Futbol

qonşumuza Təbrizin “Traktorsazi”

klubunun futbolçuları Ehsan Həcsafi,

Məsud Şocaei (millinin kapitanı)

və Aşkan Decagah (müsahibələrinin

birində həyat yoldaşının Bakıda

doğulduğunu və azərbaycanlı olduğunu,

özünün isə türkcə bilmədiyini

bildirib), “Maşinsazi” komandasının

təmsilçisi Hosseyn Kanaanizadegan,

həmçinin “Nottingham Forest”-

də oynayan ərdəbilli Kərim Ansarifard

yardımçı olacaqlar.

Maraqlıdır ki, Asiya çempionatının

bütün dövrlər ərzində ən məhsuldar

oyunçusu da ərdəbilli Əli

Daeidir – 14 qol. Kərküklü Yunis

Mahmud (İraq) isə 4 ayrı AFC Asian

Cup turnirində qol vuran yeganə

futbolçudur.

Asiya çempionatında

meksikalı hakimlər

Bu yarış həm də Asiya kubokunda

ilk dəfə VAR sisteminin tətbiqi ilə

tarixə düşəcək. Amma hakimlər video

köməkçilərin xidmətindən 1/4 final

mərhələsindən başlayaraq yararlana

biləcəklər.

Qarşılaşmaları idarə edənlər arasında

César Ramosun rəhbərlik etdiyi

meksikalı hakimlər briqadasının olması

da diqqəti çəkir.

Oyunlarda haqq-ədaləti qoruyanlar

arasında ən məşhuru isə dünya

çempionatlarında hamıdan çox – 11

qarşılaşmanı idarə etmiş özbək Ravşan

İrmatovdur.

Çempion 5 milyon

dollar qazanacaq

İndi də yarışın maliyyə tərəfi barədə.

2019 AFC Asian Cup turnirinin

ümumi mükafat fondu 14,8 milyon

dollardır. Çempion 5 milyon, finalçı 3

milyon, yarımfinalda məğlub olanlar

isə 1 milyon dollar qazanacaq. 24 iştirakçının

hər birinə həmçinin 200 min

veriləcək.

1449 jurnalist yarışı

işıqlandırır

Televiziya vasitəsilə bütün dünyada

2,5 milyarddan çox insan Asiya

komandalarının mübarizəsini izləmək

imkanına malikdir. Ümumiyyətlə,

müxtəlif ölkələrindən akkreditasiyadan

keçən 1449 jurnalistin yarışı işıqlandırdığı

bildirilir.

İlk dəfə 1996-cı ildə, ümumiyyətlə

ikinci dəfə Asiya kubokuna ev sahibliyi

edən Birləşmiş Ərəb Əmirliklərinin 4

şəhərindəki 8 stadionda 28 gün ərzində

51 oyun...

“Ən güclü komanda

qalib gəlsin”

Asiya Futbol Konfederasiyasının

prezidenti bəhreynli Shaikh Salman

bin Ebrahim Al Khalifa 2019 AFC Asian

Cup barədə belə deyib: “Bu yarış

tarixə düşəcək və Asiyada futbol üçün

böyük qürur mənbəyi olacaq. Ən güclü

komanda qalib gəlsin”.

rASim mÖvSümzADə

“Ballon d’or” mükafatının

jüri üzvü

спортсман № 115 / 2019

31


yubİley

S P O R T S M A N

Eldar isMayIlOVUn

öZü Və iZi

yeni 2019-cu il ərəfəsində Azərbaycan

mətbuat şurası Ahıl Jurnalistlər məclisinin

təşkilatçılığı ilə Beynəlxalq mətbuat mərkəzində

"Keçmişə ehtiramla, gələcəyə inamla!"

devizi altında, tanınmış jurnalist, Azərbaycan

idman Jurnalistləri Assosiasiyasının (AiJA)

prezidenti, “Sportsman” jurnalının baş məsləhətçisi

eldar ismayılovun 70 illik yubileyinə

həsr olunmuş mərasim keçirilmişdir.

Mərasimi Ahıl Jurnalistlər Məclisinin sədri, Azərbaycan

İdman Jurnalistləri Assosiasiyasının üzvü Məzahir Süleymanzadə

açaraq iştirakçıları yubilyarın keçdiyi həyat və

yaradıcılıq yolunu əks etdirən sənədli filmə baxmağa dəvət

etmişdir. Film məclisə toplananların dərin marağına səbəb

olmuş, onları tarixə çevrilmiş ötən illərin ağuşuna almışdır.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun

Amaşov yubilyar jurnalistə Mətbuat Şurasının diplomunu

təqdim etmişdir. Eldar İsmayılova, həmçinin, Ahıl Jurnalistlər

Məclisinin xatirə hədiyyəsi verilmişdir.

Millət vəkilləri – “Azərbaycan” qəzetinin baş redaktoru

Bəxtiyar Sadıqov, Azərbaycan Kikboksinq Federasiyasının

prezidenti Adil Əliyev, Milli Məclisin Əmək və Sosial Siyasət

Komissiyası sədrinin müavini, Gənclər və İdman Komissiyasının

üzvü Rauf Əliyev, mərasim iştirakçılarından uzun

illər məsul dövlət vəzifələrində çalışmış şair Ramiz Məmmədzadə,

məşhur güləşçi, keçmiş SSRİ, Avropa və Dünya

birincisi, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti,

Ədalətli Oyunlar hərəkatının başçısı Xəzər İsayev,

Daxili Qoşunların sabiq baş qərərgah rəisi, ehtiyatda olan

polkovnik Zahid Teymurov, 89 yaşlı pedaqoq Səlim Əzimov,

tanınmış yazıçı-dramaturq, şair, tərcüməçi, pedaqoq, ictimai

xadim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası

kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, II

dərəcəli Dövlət müşaviri, Əməkdar Jurnalist Aqşin Babayev,

Azərbaycan Radiosunun diktoru, xalq artisti Əli Məhəmmədoğlu,

“Xalq Qəzeti” baş redaktorunun müavini, Əməkdar

Jurnalist Tahir Aydınoğlu, “Olimpiya dünyası” qəzetinin baş

redaktoru, Əməkdar Jurnalist Murad Fərzəliyev və başqala-

32 спортсман № 115 / 2019


S P O R T S M A N yubİley

rı çıxış edərək yubilyar barədə xatirələrini,

ürək sözlərini söyləmişlər.

Eldar İsmayılov çıxış edərək millət

vəkillərinə, Azərbaycan Mətbuat

Şurasına, Ahıl Jurnalistlər Məclisinə,

mərasim iştirakçılarına minnətdarlığını

bildirmişdir.

Eldar Xankişi oğlu İsmayılov 9

yanvar 1948-ci ildə Ağdam şəhərində

anadan olub. Atası Xankişi İsmayılov

əslən Şuşalıdır, dövrünün adlı-sanlı simalarından

biri, Kərbalayı İsmayıl oğlu

Şükürün və Cavanşir nəslindən olan,

Mir Möhsün ağa Nəvvabın yaxın qohumu

Seyid Sədrah qızı Seyid Sürəyyanın

övladıdır. 1980-ci ildə dünyasını

dəyişən keçmiş hərbçi, Böyük Vətən

Müharibəsi iştirakçısı Xankişi İsmayılov

Qarabağda peşəkar hüquq müdafiəçisi,

rus dilində mükəmməl savada

malik bir ziyalı kimi şöhrət qazanmışdı.

Anası Əbirə Ələkbər qızı Qurbanova

Ağdam rayonunun Seyidli kəndinin

Molla Qurbanlı və Şuşanın məşhur

Boyaqçılar nəslindəndir. 1930-cu ildə

anadan olub, 2003-cü ildə vəfat edib.

Uşaqlıqdan idman, rəssamlıq və

musiqi qabiliyyətinə malik olan Eldar

1955 -1966-cı illərdə orta məktəbdə

oxumuş, 1965-1968-ci illərdə Üzeyir

Hacıbəyov adına Ağdam Orta İxtisas

Musiqi Məktəbinin nəfəsli çalğı alətləri

şöbəsində təhsil almışdır.

İdmana ürəkdən bağlı olan Eldar

orta məktəbdə oxuduğu illərində sambo

və ağır atletika ilə məşğul olub.

Təhsil aldığı təhsil ocağında idman

müəllimi mərhum Şahverdi Çoban

oğlu Həsənovun diqqət və qayğısı

sayəsində ağırlıqqaldırma seksiyasına

rəhbərlik edib, 1965-ci ilədək məktəblilər

arasında keçirilən çempionatlarda

dəfələrlə birinci-ikinci yerlərə çıxıb,

ustalığa namizəd səviyyəsinədək yüksələ

bilib. Mətbuatda isə yaşadığı bölgənin

ictimai-mədəni həyatını, idmanı

təbliğ edən bir-birindən maraqlı materialları

ilə çıxışlar edib.

1966-cı ilin sentyabrında Ağdamda

çıxan «Lenin yolu» qəzeti redaksiyasına

foto-müxbir, eyni zamanda şəhər

2 nömrəli beynəlmiləl orta məktəbdə

təsviri incəsənət və musiqi müəllimi

kimi əmək fəaliyyətinə başlayıb. Paralel

olaraq Azərbaycan SSR Dövlət

Televiziya və Radio Verilişləri Komitəsinin

yüksək qonorar alan fəal müxbiri

funksiyasını yerinə yetirməyə müvəf-

спортсман № 115 / 2019

33


yubİley

S P O R T S M A N

fəq olub, ilk günlərdən nəzərəçarpan

uğurlara imza atıb. Respublika dövri

mətbuatında onun maraqlı foto işləri ilə

yanaşı rəsmləri, illüstrasiyaları, müxtəlif

janrlarda yazıları, hekayə və şerləri

də dərc olunurdu.

Sovetlər dönəmində hətta, yerli

mətbuat vasitəsində dərc olunmaq

böyük uğur sayılırdı. 20 yaşında ikən,

o vaxtlar üçün fantastik hesab edilən

bir olaya da nail oldu. Onun Moskvada

9 milyon nüsxə tirajla çıxan Sovet

İttifaqı Kommunist Partiyası Mərkəzi

Komitəsinin “Selskaya Jizn” gündəlik

qəzetinin 4 oktyabr 1968-ci il tarixli 233

(11245)-ci nömrəsində birbaşa rus dilində

yazdığı “Geroi zemli” (“Torpağın

qəhrəmanları”)sərlövhəli oçerki dərc

olundu. Buna görə ölkə rəhbərləri onu

təbrik etdilər. Daha sonralar imzası

Sovet İttifaqının “Sovetskaya kultura”,

“Komsomolskaya pravda”, “Krestyanka”

və digər mərkəzi nəşrlərində görünməyə

başladı.

O, İttifaq və respublika teleradio

efirində də müntəzəm çıxışlar etmişdir.

1968-1985-ci illərdə Azərbaycan Dövlət

Universitetinin jurnalistika fakültəsində

qiyabi yolla ali təhsil almışdır.

E. İsmayılov 1966-ci ildən Azərbaycan

Televiziyası və Radiosu ilə daha

sıx yaradıcılıq əlaqələri qurmuşdu.

Televiziyanın əsasən xəbərlər, gənclik,

kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat,

təbliğat, tədris redaksiyaları ilə

əməkdaşlıq etmiş, bir-birindən maraqlı

və aktual mövzuları əhatə edən verilişləri,

süjetləri mütəmadi olaraq efirə

verilmişdir. Bu verilişlərin ccenarisini

yazmaqla yanaşı, operatorluğunu, rejissorluğunu

da özü etdiyindən böyük

bir qrupun işini təkbaşına, həm də keyfiyyətli,

operativ yerinə yetirirdi. Bu da

komitə rəhbərliyinə hər cəhətcə, xüsusilə

maddi baxımdan sərfəli idi. Eldar

o vaxtlar təkcə teleradiodan bir nazir

maaşından qat-qat artıq qonarar alırdı.

Respublikanın aparıcı KİV orqanlarının

xüsusi müxbiri o vaxt Mərkəzi

Komitə namenklaturasına “əlçatmaz”,

nüfuzlu vəzifələr sırasında idi. Eldar

İmayılov ulu öndərimiz Heydər Əliyevin

göstərişi və xeyir-duası ilə 1979-cu

ilin 23 fevralında Azərbaycan Dövlət

Televiziya və Radio Verilişləri Komitəsinin

ən çətin zona sayılan Dağlıq Qarabağ

Muxtar Vilayəti (DQMV) və ətraf

rayonlar üzrə xüsusi müxbiri postuna

irəli çəkildi. 31 yaşlı gənc jurnalist üçün

bu təyinat ölkə rəhbərinin ona olduqca

böyük etimadı idi. Həmin vaxta qədər

Azərbaycanda heç kim, bu yaşda, respublikanın

hər-hansı mötəbər media

orqanının bölgə üzrə xüsusi müxbiri

təyin edilməmişdi. Gənc, lakin kifayət

qədər təcrübəli, peşəkar telejurnalist

ona olan bu inamı lazımınca doğrulda

bildi. DQMV tərkibindəki 1 şəhər, 5 rayonla

yanaşı Kəlbəcər, Qubadlı, Laçın,

Zəngilan, Cəbrayıl börgələrindən də

maraqlı teleproqramlar, radio verilişləri,

operativ informasiyalar hazırlayıb

respublika efirinə verdi. Sonra onun

kurasiya zonasına Yevlaxdan o yana

bütün Qarabağ rayonları əlavə edildi.

Erməni separatçılarının düşmənçilik

siyasəti ayaq açanda, Qarabağ

torpaqları uğrunda gərgin döyüşlər

gedəndə Azərbaycan dövlət teleradi-

34 спортсман № 115 / 2019


S P O R T S M A N yubİley

osunun bölgədə akkreditə olunmuş

xüsusi müxbiri kimi Eldar İsmayılov

bu hadisələrin, sözün əsl mənasında,

episentrində olmuş, dəfələrlə ölümlə

üz-üzə dayanmışdır. O, Qarabağ Müharibəsi

veteranıdır.

Azərbaycan müstəqillik qazandıqdan

sonra respublikamızda azad

ölkələrə məxsus bir sıra yeni qurumlar

yaradıldı. Belə təşkilatlardan biri də

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası

(AİJA) oldu. 1995-ci ildə həyata

vəsiqə alan bu jurnalist təşkilatının

rəhbərliyinə Gənclər və İdman Nazirliyinin

akt zalında nazirin, müavinlərinin,

idman və media elitasının iştirakı ilə

keçirilən təsis yığıncağında həmkarları

yekdil səslə onu layiq bildilər və həmin

Möhtərəm prezidentimiz cənab İlham

Əliyevin bilavasitə səyi ilə görünməmiş

tərəqqi mərhələsini yaşayan

idmanımızı, olimpiya hərəkatımızı lazımı

səviyyədə işıqlandıran mediamızda

yüzlərlə peşəkar jurnalist, fotoreportyor,

rejissor, kameraman və digər yaradici

əməkdaşlar çalışır. Azərbaycan İdman

Jumalistləri Assosiasiyası onlann

ən öncüllərini öz ətrafında birləşdirir.

1999-cu ildə yaradılan, mərkəzi

iqamətgahı Londanda yerləşən «Laureus»

Dünya İdman Mükafatları Təşkilatını

beynəlxalq aləmdə idmanın

«Oskar»ı adlandırırlar. Azərbaycan

İdman Jurnalistləri Assosiasiyasının

prezidenti, Azərbaycan Milli Olimpiya

Komitəsinin, Beynəlxalq İdman Mətbuatı

Assosiasiyasının (AİPS) üzvü və

Azərbaycanda rəsmi təmsilçisi Eldar

İsmayılov «LAUREUS» seçgi heyətinin

həmtəsisçilərindən biridir və hər

il idman sahəsində dünyanın ən yaxşılarının

müəyyən olunmasında onun

da həlledici səsi var. Yeri gəlmişkən,

«Daimler Kraysler», «Richemond»,

«Mersedes Benz» və bir sıra başqa

məşhur kompaniyaların maliyyələşdirdikləri

«Laureus» Dünya İdman

Mükafatlarının təqdimetmə mərasimlərinə

hər il 2 milyon ABŞ dollarına

yaxın vəsait xərclənir. «Laureus» latınca

idmanda qələbə anlamını verir

və qaliblərə kubok kimi, təmiz qızıl və

platindən hazırlanmış Laureus heykəlciyi

təqdim edilir. İlk təqdimetmə mərasimləri

2000-ci ildən başlayaraq Monte

Karloda, sonralar Barselonada, Sankt

Peterburqda, Londonda, Abu Dabidə

və başqa şəhərlərdə təşkil olunub. Bu

mərasimlərdə tanınmış siyasi xadim

Nelson Mandela, Monako şahzadəsi II

Albert, İspaniya kralı II Xuan Karlos,

həmçinin, Silvester Stalone, Ceki Çan

vaxtdan bəri Eldar müəllimin həyat və

fəaliyyəti bu olimpiya yönümlü jurnalist

birliyi ilə bağlıdır.

Təsis sənədlərinin hazırlanmasından

tutmuş geniş fəaliyyətə başlaması,

Avropa və Dünya İdman Mətbuatı birliklərinə

üzv qəbul olunması, təşkilatın

respublikada dünya səviyyəli ilk elitar

tədbirlər həyata keçirməsi, məhz, kənardan

heç bir maddi dəstək almayan

Eldar İsmayılovun gərgin zəhmətinin,

ölkədəki nüfuzunun nəticəsidir. İndi

onun yaratdığı və ilk prezidenti olduğu

AİJA öz sahəsi üzrə beynəlxalq aləmdə

lazımınca tanınır, respublikanın idman

ictimaiyyəti, idmanı işıqlandıran

yaradıcı media əməkdaşları tərəfindən

sevilir və dəstəklənir.

спортсман № 115 / 2019

35


yubİley

S P O R T S M A N

və digər Hollivud ulduzları iştirak ediblər.

9 il öncə AİJA prezidenti ölkəmizdə

daha bir “ilk”ə öz möhürünü vurmuşdur.

2010-cu il aprelin 28-də Türkiyənin

turizm cənnəti Antaliyada İdman

Mətbuatı üzrə Avropa İttifaqının (AIPS

EUROPE/UEPS) 32-ci Baş Assambleyasında

bu mötəbər qitə qurumunun

rəhbərliyinə 2010 - 2014-cü illər üçün

keçirilən seçgilərdə Eldar İsmayılov

üstünlük qazanaraq 12 nəfərdən ibarət

icraiyyə komitəsi üzvləri sırasında yer

tutmuşdur. Bu, Azərbaycanın idmanı

tarixində o zaman üçün 3-cü, təməli

Həsən Bəy Zərdabi tərəfindən 22 iyul

1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə

başlaması ilə qoyulan milli jurnalistikamızın

134 illik tarixində isə ilk və hələlik

yeganə anoloji uğurdur!

Bundan sonra AİJA Beynəlxalq

əlaqələrini daha da genişləndirə bildi.

Avropa İdman Jurnalistləri İttifaqı

- AIPS EUROPE/UERS İcraiyyə Komitəsinin

növbəti iclası 2011-ci ilin

oktyabrında Azərbaycan paytaxtında

təşkil olundu. AIPS EUROPE/UEPS

İcraiyyə Komitəsinin hər ölkədən 1

nəfər olmaqla 12 üzvü var və onlardan

biri də 8 il dalbadal Azərbaycan İdman

Jurnalistləri Assosiasiyasının (AİJA)

prezidenti, Eldar İsmayılov olmuşdur.

Şübhəsiz, AIPS EUROPE/UEPS kimi

bir təşkilatda jurnalistika sahəsində

böyük təcrübəyə malik həmvətənimizə

belə etimad göstərilməsi, icraiyyə

komitəsi iclasının Bakıda təşkil

olunmasına qərar verilməsi təkcə idman

jurnalistikamızın yox, bütövlükdə

milli mətbuatımızın uğurudur. Ən azı

ona görə ki, MDB məkanında ilk dəfə

keçirilən bu tədbir Azərbaycan media

tarixində də ilk və yeganə hadisə idi.

Tədbirin iştirakçıları Milli Məclisin sədri

cənab Oqtay Əsədov tərəfindən qəbul

olundular.

Bir il sonra, 2012-ci ilin sentyabrında

Bakıda Beynəlxalq İdman Mətbuatı

Assosiası İcraiyyə Komitəsi toplandı,

eyni zamanda AİPS-in “Gənc Repartyorlar”

Proqramı çərçivəsində Bakımız

dünyanın müxtəlif ölkələrindən gəlmiş

gənc idman yazarlarının bir aylıq treninqinə

ev sahibliyi etdi.

Nəhayət, 2014-cü il aprelin 26-dan

mayın 1-dək Bakıda, “Marriot Abşeron”

JW Hoteldə Beynəlxalq İdman

Mətbuatı Assosiasiyasının – AİPS-nin

77-ci konqresi baş tutdu. Aprelin 27-də

konqres iştirakçılarının şərəfinə verilən

ziyafətdə Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev iştirak etmişdir.

Dövlətimizin başçısı mərasimdə, 112

ölkədən gəlmiş 250 nəfər nümayəndə

qarşısında ingilis dilində çıxış etmişdir.

İştirakçı ölkələrin və nümayəndələrin

sayı baxımından bu, ölkəmizin tarixində

rekord nəticə deməkdir.

Konqres başlamazdan bir gün

öncə burada AIPS EUROPE/UEPS-in

növbəti Baş Assambleyasındakı seçgilərdə

Eldar İsmayılov yenidən bu

mötəbər qitə qurumunun icraiyyə komitəsinin

üzvü seçilmişdir.

Belə bir yüksəlişə nail olmaq üçün

Azərbaycan İdman Jjurnalistləri Assosiasiyası

– AİJA, başda Eldar İsmayılov

olmaqla, çox çətinliklərdən keçib.

Bəli, bu gün AİJA idman mediamızın

beynəlxalq əlaqələrinin genişləndirilməsi,

Avropaya və dünyaya inteqrasiyası,

müasir idmanın problemlərinin

və aktual məsələlərinin idman ictimaiyyətinə,

idmansevərlərə və peşəkarlara

çatdırılması yönündə böyük işlər görür,

fəaliyyət coğrafiyasını günbəgün genişləndirir,

idman mediası nümayəndələrinin

birliyi missiyasını ləyaqətlə

həyata keçirir. Lakin 23 il əvvəl, 1995-

ci ildə, AİJA-nın təməli qoyulanda vəziyyət

bambaşqa idi. Həmin vaxt real

durum heç sıfır həddində də deyildi ki,

işləri də sıfırdan başlayasan. Məlum

məsələdir ki, hər bir təşkilatın inkişafında

maliyyə resurslarının rolu nə dərəcədə

böyük və həlledicidir. Bu sahədə

dəhşətli bir boşluq vardı. Amma bunlar

Eldar İsmayılovu qorxutmadı – «bu

təşkilatı yaratmışıqsa, nə olur-olsun,

yaşatmalıyıq” – deyib fəaliyyətə başlamışdı,

bu gün isə nəticə göz qabağındadır.

36 спортсман № 115 / 2019


S P O R T S M A N yubİley

AİJA İdarə Heyətinin bir neçə üzvü

gələcəkdə təşkilata rəhbərlik etməsi

üçün potensial namizəd kimi yetişmişdir.

AİJA-nın həmtəsisçisi, birinci

vitse prezidenti, təşkilatın beynəlxalq

əlaqələrinin koordinatoru, ingilis dilini

ana dili qədər mükəmməl bilən, ali

magistr təhsilli, Azərbaycan Dövlət

Dillər Universitetini “qırmızı diplom”la

bitirmiş, Birləşmiş Krallığın Kembric və

ABŞ-ın Dragon Universitetlərində təhsil

almış təcrübəli dilçi-jurnalist Nərgiz

Eldar Mahmudzadə, 20 ildən artıq

tarixə malik, müntəzəm nəşr olunan

populyar “Sportsman” jurnalının təsisçisi

və baş redaktoru Rəşad Qəmərşahoğlu

(Cavadov), AGİN-in “İdman”

qəzetinin baş redaktoru Qabil Mehdiyev...

Amma, konkret maliyyə resursları

olmadan onların AİJA-nı normal

idarə etmək intuziazmı yetərli deyil. Aİ-

JA-nin yaradıcısı və rəhbəri 23 ildir ki,

təşkilatı məhz bu intuziazmı ilə yanaşı

həm də icarəyə verdiyi şəxsi daşınmaz

əmlakından əldə etdiyi gəlir hesabına

yaşada bilmişdir.

Eldar İsmayılovun mediada əmək

kitabçası üzrə 52 illik fasiləsiz fədakar

əmək və fəaliyyəti sovetlər dönəmində

hökumət, partiya, komsomol, həmkarlar

təşkilatları tərəfindən fəxri-fərmanlara

layiq görülüb, müstəqillik illərində

də dövlət orqanları və ictimai təşkilatlar

tərəfindən dəfələrlə mükafatlandırılıb.

O, Azərbaycan Respublikası Prezidenti

cənab İlham Əliyevin 2012-ci il 5 noyabr

tarixli 2513 nömrəli sərəncamı ilə

Azərbaycan Respublikasının Əməkdar

Jurnalisti fəxri adına layiq görülmüşdür.

E. İsmayılov ailəlidir, 2 oğlu, 1 qızı

var, üçü də ali təhsil alıb, ailə həyatı

qurub, peşəkar idman, təhsil və jurnalistika

sahələrində çalışır. 9 nəvəsi

pərvazlanır, biri BDU-nun hüquq fakültəsində,

biri ADA Universitetində

təhsil alır.

Yaradılan vaxtdan Azərbaycan Milli

Olimpiya Komitəsinin üzvü, Azərbaycan

İdman Jumalistləri Assosiasiyasının

yaradıcısı və rəhbəri, AİPS üzvü,

ali ixtisas təhsilli peşəkar jumalist Eldar

Xankişi oğlu İsmayılov ötən ilin

əvvəlindən bəri yubileyi münasibətilə

dünyanın hər yerindən – həmkarlarından,

dostlarından, mötəbər beynəlxalq

idman, olimpiya qurumlarının rəhbərlərindən

çoxsaylı təbrik məktubları

almaqdadır. Lakin həsrətlə gözlədiyi

bir məlumat da var. Bu, Azərbaycan

torpaqlarının toxunulmazlığı, ölkəmizin

inkişafı, daha da çiçəklənməsi yolunda

gərgin mübarizəsi və fədakar əməyinə

görə bu ahıl vaxtlarında prezident

təqaüdünə layiq görülməsi barədə idmanımızın

və olimpiya hərəkatımızın

flaqmanı, ölkə başçımız möhtərəm İlham

Əliyevin sərəncamıdır.

спортсман № 115 / 2019

37


Futbol

S P O R T S M A N

qış fasiləsini ən erkən

bitirənlərdən biri də “qarabağ”

oldu. Komandanın

37 yaşlı kapitanı rəşad

Sadıqovla Antalyada təşkil

olunacaq təlim-məşq öncəsi

söhbətləşdik.

- mövsümün ilk yarısını necə

dəyərləndirərdin? Komandanız lider

olmağa layiq idimi?

- Mövsümün ilk yarısı çox ağır

keçdi. Bu yarım ildə əksər oyunçularımız

36 oyunda iştirak etdilər. Özünüz

sayın: çempionatda 14 oyun,

Kubokda 2 qarşılaşma, avrokuboklarda

14 görüş və Millətlər Liqasında

6 matç. Səbəb tək o deyildi ki,

Qurban Qurbanov milli komanda ilə

işlə də məşğul idi. Futbolçularımızın

çox yüklənməsi də faktdı. Belə

bir şey olmamışdı ki, milli komanda

mövsümün ilk yarısında 6 rəsmi görüş

keçirsin. Açıq deyim, fikirləşirdim

ki, “Neftçi”ylə xal fərqi daha böyük

olacaq. Bəli, başqa mənzərə də ola

bilərdi: “Səbail”lə görüşdə texniki

məğlubiyyət almasaydıq, “Neftçi bəzi

rəşAD SADIqov:

"hƏr zAmAn mİllİ KomAnDAmIzA

KÖmƏK etmƏyƏ hAzIrAm"

oyunlarda büdrəsəydi qış fasiləsinə

fərqli durumda yollanardıq.

- hazırda 2-ci pillədə olmağınız

psixoloji diskomfort yaratmır?

- Bu, faktdı ki, 2-ci yerdəyik və liderdən

3 xal geridəyik. ”Neftçi" çox

istəklidi. Bunu görməmək mümkün

deyil. Əsas rəqibinin çempionluğa

köklənməsi və 3 xal öndə olması təbii

ki, bizdə müəyyən psixoloji gərginlik

yaradır. Ancaq bu futbolun tərkib

hissəsidi. Həmişə hər şey asan əldə

olunmur.

- Ancaq mövsümün ikinci yarısı

fərqli məcrada keçəcək. Axı, artıq

avrokubok yoxdu, milli isə daha az

oyunda iştirak edəcək...

- Futbolda əvvəlcədən nəyisə

proqnozlaşdırmaq mümkün deyil.

Bəlkə qeyd etdiyiniz yükün azalması

38 спортсман № 115 / 2019


S P O R T S M A N Futbol

ziyanımıza işləyəcək? Bilmək olmaz.

Hər şey mayda bilinəcək.

- Qış fasiləsində doyunca dincələ

bildin?

- Açığı, daha 1-2 həftə istirahət

mane olmazdı. Aktiv istirahətə üstünlük

verdim. “İmarət”lə, güləşçilərlə

futbol, yetərincə stolüstü tennis oynadım.

Bunu daim tonusda qalmaq üçün

etdim. Yaxşı istirahəti yayda edəcəyik.

Artıq U-21 yığması da olmayacaq.

Tam dincələ biləcəm.

- bu mövsüm sənin üçün futbolçu

karyeranda sonuncu ola bilərmi?

- Bəli, qəti şəkildə belə bir fikrim

var idi. Bunun başlıca səbəbi gənclər

yığmamızdakı işim idi. Amma artıq

həmin postu tutmuram. Hadisələri qabaqlamayaq,

gedişat göstərəcək. Son

qərarı mayda verəcəm.

- u-21-i serbiyalı milan obradoviç

çalışdıracaq. bu təyinat barədə

nə düşünürsən?

- Təcrübəli mütəxəssisdi. Ona

uğurlar arzulayıram. Ümid edirəm

Azərbaycandakı karyerası uğurlu alınacaq.

- Gənclər yığmamız əcnəbi

mütəxəssisin rəhbərliyi altında oynamağa

hazırdılarmı?

- Obradoviçə də, uşaqlara da

uğurlar arzulayıram. Bu, futbolçularımız

üçün yaxşı təcrübə olacaq. Axı,

gələcəkdə də əcnəbi məşqçilərlə

işləyə bilərlər. Ümumiyyətlə, yığmamıza

güvənirəm və inanıram ki, bu

seçmə tsikldə yaxşı nəticə əldə edə

biləcəklər.

- rusiyalı müdafiəçi Sergey İqnaşeviç

39 yaşında yenidən yığmaya

qayıtdı və DÇ-2018-də iştirak

etdi. Qarşıdan AÇ-nin seçmə mərhələsi

gəlir. rəşad Sadıqova yenidən

milliyə dəvət gəlsə, hansı qərarı

verəcək?

- Bəli, bu cür paralellər aparan

olub. Ancaq həmin hal Rusiyada baş

vermişdi. Həmin vaxt bir neçə mərkəz

müdafiəçiləri eyni vaxtda zədələnmişdilər.

Karyeramı bitirməyincə, hər

zaman milli komandamıza hansısa

məqamda kömək etməyə hazıram.

ceyhun əliyev

спортсман № 115 / 2019

39


ŞüvüllƏ tullAnmA

məşhur sovet və ukrayna idmançısı,

şüvüllə tullanmada 1988

Seul olimpiadasının qalibi Sergey

bubka ilə danışdıq.

Dekabrın 4-də 55-ci doğum gününü

qeyd edən Bubka SSRİ-nin

dağılmasından sonra Rusiyanı təmsil

etməklə bağlı təklif alması, hazırda

Ukraynanın nəzarət etmədiyi və ona

doğma olan Luqansk və heykəlinin

qoyulduğu Donetsk barədə, həmçinin

gələcəkdə Beynəlxalq Olimpiya

Komitəsinin prezidenti vəzifəsinə

namizədliyini irəli sürüb-sürməyəcəyi

və digər bu kimi bir az siyasi xarakter

daşıyan mövzular haqqında danışmaq

istəməsə də, idmanla bağlı sualları,

məmnuniyyətlə, cavablandırdı...

Sergey BUBKA:

“olİmPİyA QIzIlInA GÖrƏ

125 mİn DollAr müKAFAt verİrİK”

Müsahibəyə keçməzdən əvvəl

xatırladaq ki, açıq arenalarda ardıcıl

6 dəfə, qapalı arenalarda isə 4 dəfə

dünya çempionu olan Bubka dəfələrlə

dünya rekordu müəyyənləşdirib,

1988 və 1991-ci illərdə dünyanın ən

yaxşı yüngül atleti seçilib.

O, 1996 Atlanta olimpiadasında

Ukraynanın bayraqdarı, 37 yaşında

2000 Sidney olimpiadasında iştirakçısı

olub.

Hazırda Ukrayna Olimpiya Komitəsinin

prezidenti, eyni zamanda,

Beynəlxalq Yüngül Atletika Federasiyasının

birinci vitse-prezidenti,

Beynəlxalq Olimpiya Komitəsi (BOK)

İcraiyyə Komitəsinin üzvü olan Bubka

2013-cü ildə BOK-un prezidenti

vəzifəsinə namizəd olub.

- İlk olaraq, ölkəmizə səfərləriniz

barədə danışaq. Sonuncu dəfə

bakıda nə vaxt olmusunuz?

- İmkan düşən kimi həmişə, böyük

məmnuniyyətlə, Bakıya gəlirəm.

Həm gözəl və müasir şəhər, həm də

onun əhalisi xoşuma gəlir. Orada

çoxlu dostlarım var. Bakıya ən unudulmaz

səfərim isə, əlbəttə ki, 2015-

ci ildə I Avropa Oyunlarına təsadüf

edir.

Təşkilatçılığın və yarışların keçirilməsinin

yüksək səviyyəsini qeyd

etməliyəm. Bakı bu səviyyəni çox

yüksəyə qaldırıb. O səbəbdən 2019-

cu ildə Minskə və bu yarışların növbəti

ev sahiblərinə həmin səviyyəni

qorumaq asan olmayacaq.

Bunu şəxsi söhbətimizdə, eyni

zamanda, Azərbaycan Milli Olimpiya

Komitəsinə rəhbərlik edən ölkə prezidenti

İlham Əliyevə də bildirmişəm.

- uşaqlıq illərinizə qayıdaq. nə

üçün atletikanın, bəlkə də, ən çətin

növü olan şüvüllə tullanmanı

seçdiniz?

- Yəqin ki, 10 yaşlı oğlanın ciddi

dərkedilmiş seçimi barədə danışsam,

təəccüblü olar. Bəli, şüvüllə tullanma

bölməsinə yazılanda cəmi 10

yaşım vardı. Ona görə də seçimin,

əsasən, xoşbəxt təsadüf nəticəsində

baş verdiyini demək doğru olardı.

Belə təsadüf nəticəsində,

məsələn, üzgüçü də ola bilərdim.

Bir müddət qardaşımla birlikdə hovuza

da getmişəm. Amma bu idman

növünün nümayəndələri inciməsin –

onların səbir və hövsələsinə böyük

hörmətim var - orada mənə çox cansıxıcı

gəldi.

Yəqin ki, futbolçu olmaq şansım

42 спортсман № 115 / 2019


S P O R T S M A N

ŞüvüllƏ tullAnmA

daha çox idi. Ona görə ki, 1972-ci ildə

“Zarya” komandasının SSRİ çempionu

olmasından sonra Luqansk, tam

mənası ilə, futbolla yaşayırdı. Amma

yüngül atletikaya gəldikdən sonra

məndə idman növünü dəyişmək istəyi

heç yaranmadı.

Şüvüllə tullanmaya isə məni qonşum

Slava Malaxov aparmışdı. O

məndən bir az böyük idi və məşqçi

Vitali Petrova cəld və hərəkətli oğlana

diqqət yetirməyi məsləhət görmüşdü.

Vitali Afanasyeviç əvvəlcə

məni götürmək istəmirdi, iki ildən

sonra gəlməyimi tövsiyə etmişdi.

Amma müəyyən testlərdən sonra

məni saxlamaq qərarına gəldi.

Bəli, şüvüllə tullanma çətin növdür,

amma uzun ağacın köməkliyilə

şaquli xətt boyunca bir neçə metr

hündürlüyə uçanda keçirdiyin hissləri

heç nə ilə müqayisə etmək olmaz.

- Siz altı metrdən yüksəyə tullanan

ilk insansınız. uçmaq və bu

hündürlükdən yerə düşmək necə

hissdir?

- Əlbəttə, ilk növbədə, uçmaq hissi...

Sanki quş kimi havada süzürsən.

Qaçış prosesində bütün enerjini şüvülə

ötürürsən, sonra isə o, enerjini

sənə qaytarır – bu son dərəcə güclü

katapultadır! Uçuşun özü saniyənin

bir hissəsidir, amma onu unutmaq

mümkün deyil.

- Şüvüllə tullanmanın əsas aləti

olan şüvülün uzunluğu təxminən

5 metr olur. maraqlıdır, bəs onun

başqa hansı parametrlərini qeyd

edə bilərsiniz?

- Şüvüllər parametrlərinə görə

müxtəlif olur – sərtliyik, uzunluq və diametrlərinə

görə fərqlənilərr. Diametr

az olduqda şüvül də ağır olur, əksinə

diametr böyük olduqda isə daha sərt

olur. Bir sözlə, şüvülün sərtliyi elə

olmalıdır ki, idmançının çəkisinə davam

gətirə bilsin. Bu, funtla ölçülür,

məsələn, 215-220 markalı şüvüllər

97-100 kq çəkisi olan idmançıya tab

gətirə bilir.

Mənə gəlincə, adətən, yarışlara

müxtəlif xüsusiyyətli və təbii ki,

müxtəlif çəkili 5-6 şüvül götürürdüm.

Konkret seçimi isə müəyyənləşdirilən

hündürlükdən, havanın temperaturundan,

küləyin gücündən və

sairdən asılı olaraq yarış zamanı hər

cəhddən əvvəl edirdim.

спортсман № 115 / 2019

43


ŞüvüllƏ tullAnmA

- məşhur “ну, погоди!” (4-cü

buraxılış) cizgi serialında şüvüllə

tullanmaqla bağlı məzəli hissə var.

yəqin ki, sizin də karyeranızda

qəribə, gülməli, maraqlı hadisələr

çox olub...

- Əlbəttə, uzunmüddətli idman

karyeram ərzində qəribə və məzəli

hadisələr az olmayıb. Onlardan çoxu

alətlərin spesifikliyi və daşımanın xüsusiyyətlərilə

bağlıdır – axı şüvülləri

atletlər özləri aparıb gətirirlər. Yadımdadır,

şüvülü trolleybusda aparırdıq:

uşaqlardan biri içəri daxil olub cəld

pəncərəni açdı, ikinci aləti salona

dürtdü. Nəqliyyatın qısa müddətə

dayanması ərzində bunları çatdırmaq

lazım idi! Belə nə daşıdığımızla

maraqlananda isə arada zarafatla

cavab verirdik ki, içərisində böyük

boa ilanı var.

Bəzən isə vəziyyət heç də gülməli

olmurdu. Bir dəfə yadımdadır, uzun

uçuşdan sonra hava limanlarından

birində örtüyü açanda donub qaldım

– şüvülü hissələrə doğramışdılar!

Görünür, təyyarəyə yükləyərkən onu

yerləşdirməyin başqa yolunu tapa

bilməmişdilər.

- 1984-1994-cü illərdə şüvüllə

tullanmada 35 dünya rekordu

müəyyənləşdirmisiniz və 1994-cü

ildə imza atdığınız 6,14 m nəticə

indiyədək açıq arenalarda ən yüksək

göstəricidir. Deyirlər ki, daha

əvvəl də bu hündürlüyə tullana

bilərdiniz, amma bilərəkdən hündürlüyü

hər dəfə bir santimetr qaldırırdınız

ki, hər dəfə yeni rekorda

imza atasınız, hər dəfə mükafat

alasınız...

- Yəqin ki, idman karyerama

baxanda çoxları həmişə hər şeyin

mənə rahat və asan başa gəldiyini,

işlərin rahat getdiyini düşünə bilər.

Amma hər santimetr illər, aylar,

günlər və saatlarla hazırlığın, özünü

bütünlüklə idmana həsr etməyin,

çox şeydən imtina etməyin, çox şeyi

qurban verməyin nəticəsidir. Bu çox

ağır gündəlik iş və bacarığını daim

təkmilləşdirməkdir. Bu, sərt qrafik,

ciddi rejim, dietalar, məşqlər, zədələrdir...

Elə görünür ki, bir santimetrdir

də, nə var ki... Amma axı yenə və yenidən

təkcə o 1 sm deyil, əvvəlki 6

m-dən artıq hündürlüyə də tullanmaq

lazım idi!

Hər dəfə - yeni gün və yeni şərtlər.

Fiziki və emosional vəziyyət,

hava, atmosfer, mübarizənin qızışması,

rəqiblər – hər şeyin bir-birinə

uyğun gəlməsi lazımdır. Ona görə

də hər santimetr mənim üçün yeni

çağırış, yeni mübarizə və motivasiya

idi. Çoxsaylı tamaşaçılara görəsə

yeni rekord – stadiona getmələri və

idmanı sevmələri üçün vacib hadisə

və şoudur.

- Siz 2005-ci ildən ukrayna milli

olimpiya Komitəsinin prezidentisiniz.

maraqlıdır, olimpiya oyunlarında

qazanılan medala görə

ukraynalı idmançılara nə qədər

mükafat nəzərdə tutulub?

- Ukraynada MOK-a rəhbər seçiləndən

sonra fəal idman karyeramda

və beynəlxalq idman meneceri

kimi qazandığım təcrübəni bu vəzifədə

həyata keçirməyə başladım.

2013-cü ildə Ukrayna Olimpiya

Komitəsi kreativ layihələri reallaşdırmasına

görə dünyada ən yaxşılardan

biri seçilib. Bu layihələrdən

çoxunun digər ölkələrdə oxşarı yoxdur.

Bu, “Olimpiya dərsi”, “Olimpiyaçı

leylək balası”, həmçinin “Olimpiya kitabı”

və “Olimpiya guşəsi” layihələri,

“İdman ilinin qəhrəmanları”, “DoLike-

Olympians”, “OlympicLab” və bir çox

digər tədbirlərdir.

Təbii ki, maliyyə məsələlərində

dövlətin rolu çox vacibdir və bizim

idmançılar bu dəstəyi görürlər. Hökumət

olimpiya medallarına görə kifayət

qədər mükafat təyin edib – qızıl

medala görə 125 min dollar, gümüşə

görə 80 min, bürüncə görə də 55

min.

Amma, fikrimcə, bunlar mükafat

deyil, kompensasiyadır. Qələbə yolunda

hər günlük əməyə, axıdılan

44 спортсман № 115 / 2019


S P O R T S M A N

ŞüvüllƏ tullAnmA

qan-tərə görə ödənilən kompensasiya.

Biz ölkə üçün medal qazanan hər

qəhrəmanla fəxr edirik. Ona görə də

Ukrayna MOK-da atletlərin həvəsləndirilməsi

sistemi də mövcuddur:

təkcə böyüklərin deyil, yeniyetmələr

olimpiadalarının, olimpiya festivallarının

və digər yarışların qalibləri və

mükafatçıları üçün təqaüdlər nəzərdə

tutulub.

- vaxtilə bakı 2016 və 2020 yay

olimpiya oyunlarını keçirməyə

ilkin namizəd olub. beynəlxalq

olimpiya Komitəsi İcraiyyə Komitəsinin

üzvü kimi bizim şəhərin

gələcəkdə olimpiadaya ev sahibliyi

etmək perspektivlərini necə görürsünüz?

- Azərbaycan xalqı idmanı sevir,

onun inkişafına xeyli güc və vəsait

qoyur. Bu işlərin bariz nəticəsi ən

yüksək səviyyədə yarışları qəbul edə

biləcək əla arenalardır. O səbəbdən

həm Bakıya, həm də ölkənizə

məqsədlərinə çatmaq yolunda uğurlar

arzulayıram. Bu hədəflərin reallaşması

üçün gözəl şanslar var.

- Siz həm idman, həm siyasət,

həm də bizneslə məşğul olmusunuz.

Bu sahələrdən hansı daha çətindir?

- Bütün həyatım idmandır. O

mənə çox şey verib və çox şey öyrədib.

Ona görə də istənilən vəzifədə,

istənilən sahədə idmana yüz qat ölçüdə

minnətdarlığımı və ehtiramımı

qaytarmağı özümə borc bilirəm.

Yeri gəlmişkən, Ukraynada

MOK-a prezident seçildikdən sonra

bütün siyasi fəaliyyətdən imtina etmişəm.

- Futbolu sevdiyinizi də eşitmişik.

hansı komandalara azarkeşlik

edirsiniz?

- Luqanskda anadan olub, orada

böyümüşəm. Şəhəri bütün SSRİ-yə

məşhurlaşdıran “Zarya” komandasının

çempion heyətini əzbər bilirdim.

Sonra Donetskdə yaşamışam,

o şəhərin komandası “Şaxtyor” həm

Ukraynada, həm də beynəlxalq arenada

böyük uğurlar qazanıb. İndi isə

vaxtımın çoxunu Kiyevdə keçirirəm

ki, bu şəhərin də futbol şöhrəti “Dinamo”

komandası ilə bağlıdır. İmkan

olanda mütləq stadiona gedirəm.

Əlbəttə ki, Ukrayna millisinə

azarkeşlik edirəm. Bu komandaya

dostum, futbol tarixinin ən yaxşı hücumçularından

biri Andrey Şevçenko

rəhbərlik edir. Andrey Nikolayeviç

gənc və ambisiyalı yeni komanda qurur.

Onların oyununu izləmək xoşdur.

Şadam ki, azrkeşlər bu işin ilk nəticələrini

artıq görürlər: bizim komanda

Millətlər Liqasında öz qrupunda

1-ci yeri tutub. Ukrayna millisinə Avro-2020-nin

seçmə mərhələsində də

ürəkdən uğurlar arzulayıram.

- hələ 1987-ci ildə sizin haqqınızda

“попытка в запасе” (“ehtiyatda

cəhd”) adlı kitab çıxıb.

Amma sonralar haqqınızda kitab

yazılması və ya özünüzün avtobioqrafik

kitab yazmağınız barədə

məlumata rast gəlməmişik...

- Bizim MOK Ukrayna Olimpiya

Akademiyası ilə birlikdə ixtisaslaşdırılmış

idman və olimpiya ədəbiyyatının

ən böyük naşiridir. Uşaqlar üçün

bukletlər və gündəliklərdən tutmuş

çox tomlu ensiklopediyalar, dərs vəsaitləri

və elmi monoqrafiyalar, həmçinin

bioqrafik kitablar nəşr edirik.

Bir çox nəşrlərin müəllif kollektivində

yer alıram, həmçinin avtobioqrafik

kitabların nəşrinin vacibliyini də

anlayıram. Axı təcrübənin ötürülməsi

və mübadiləsi də idmançıların əsas

vəzifələrindən biridir.

Məsələn, bir neçə il əvvəl mənim

“Uçuşda keçən həyat” (Жизнь

в полете / Flying Bubka) adlı avtobioqrafik

kitabım eyni vaxtda Ukrayna,

ingilis, fransız, ispan, ərəb, Çin

və rus dillərində nəşr edilib. Kitabın

təqdimatı isə təkcə Ukraynada deyil,

həm də xaricdə olub...

rasim mövsümzadə

спортсман № 115 / 2019

45


AvtobAn

S P O R T S M A N

Моторные масла AGIP:

качество, подтвержденное временем

Как известно, авторитет зарабатывается

долго, а теряется быстро.

Немногим торговым маркам удавалось

длительное время сохранять

свои лидирующие позиции на

рынке смазочных материалов, подтверждая

их высоким качеством. К

числу таких «давних авторитетов»

относятся моторные масла АGIP,

производство которых началось

в 1926 году. Бренд АGIP (Azienda

Generale Italiana Petroli – Итальянская

Объединенная Нефтяная Компания)

давно и хорошо известен не

только в Европе, но и во всем мире.

компания AGIP PetrolI –

одна из немногих фирм, работающих

по полному циклу в области

смазочных масел, от создания

формул и промышленного производства

присадок до производства

традиционных и синтетических базовых

масел. Большое внимание

компания уделяет вопросам экологии.

Многие продукты, такие как

антифризы, масло и даже топливо,

являются биоразлагаемыми. К

сожалению, пока эти технологии

у нас не востребованы,

но требования к чистоте

выхлопа, особенно грузового

транспорта, все же

ужесточаются. Так, грузо-

46 спортсман № 115 / 2019


S P O R T S M A N AvtobAn

вики, «заточенные» под Euro 2, уже

не используют масла, называемые

АБВГДейкой – такие, как М10Г2к и

подобные ему, лет тридцать назад

устаревшие продукты.

сегодня AGIP PetrolI – ведущая

фирма концерна ENI (Ente

Nazionale Indocarburi – Национальный

Концерн Углеводородов),

занимающая одно из ключевых

мест на мировом нефтяном рынке.

Исследовательские структуры

фирмы постоянно ведут работы

над улучшением процесса нефтепереработки

и внедрением готовой

продукции.

Высокое качество масел, производимых

фирмой на своих

предприятиях в Европе, Африке и

Латинской Америке, подтверждается

многолетним сотрудничеством

AGIP PETROLI с командой

FERRARI в гонках «Формула-1».

Уже тридцать лет логотип

«шестиногая собака»

можно видеть на всех

европейских этапах

этой гонки.

Моторные масла

AGIP аттестованы

и допущены к

использованию также ведущими

мировыми производителями грузовых

автомобилей, спецтехники

и компонентов к ним: Mercedes-

Benz, Scania, DAF, Renault, MAN,

Cummins, Mack, Caterpillar, Allison,

Detroit Diesel.

Какие преимущества дает использование

масла AGIP?

1. На синтетические масла

SIGMA TRUCKSINT TFE и гидрокрекинговые

SIGMA ULTRA TFE,

SIGMA TFE предусмотрен увеличенный

интервал замены. В соответствии

с рекомендациями

производителя двигателя и в зависимости

от заливочного объема мотора

предписывается смена масла

с интервалом от 5 000 до 10 000 км.

2. Ряд продуктов является энергосберегающими.

Маловязкие масла

5W30, а также 10W40 позволяют

существенно (3–5%) экономить топливо.

спортсман № 115 / 2019

47


AvtobAn

S P O R T S M A N

3. Уникальный компонент TFE

(ТетроФтороЭтилен), в народе называемый

«тефлоном», в отличие

от широко известной молибденовой

присадки, не вызывая ускоренную

коррозию двигателя, позволяет

существенно сократить потери на

трение, снизить износ «холодного

пуска», тем самым увеличивая ресурс

двигателя.

4. Масла AGIP содержат специально

разработанные и запатентованные

моющие присадки. Щелочное

число дизельной линейки

велико и доходит до 13 (синтетика),

поэтому оно успешно нейтрализует

агрессивные сернистые соединения.

Масло прекрасно обволакивает

частички сажи, образующиеся

при сгорании нашей солярки, удерживает

их во взвешенном состоянии

и благополучно доставляет к

фильтру. Двигатель, работающий

на масле AGIP, чистый, в нем нет

отложений, коррозии деталей.

Имеет смысл подробнее остановиться

на ассортиментном ряде

AGIP. Немного фирм может похвастаться

таким количеством

уникальных продуктов, как AGIP

PETROLI. Все они предлагаются

по весьма разумной цене. Уровень

качества и ассортимент фасовки

моторных, трансмиссионных и индустриальных

масел очень высок.

Есть специально запущенные

для жаркого лета масла 20W50,

синтетика для самых лютых морозов,

трансмиссионная полусинтетика

для переднеприводных автомобилей

75W90, качественные

трансмиссионные масла для спецтехники,

ROTRA MP 85W140 – для

высоконагруженных ведущих мостов,

в том числе с блокировками,

с добавлением присадок EP (экстремальное

давление), которые помогают

маслу создать прочнейшую

пленку на деталях трансмиссии,

обеспечивая непрерывную смазку.

Вязкость при 40 °C достигает 416

мм2/с. Есть серия специальных

синтетических масел для новых автомобилей

Audi, Ford, GM – серия

700Х. Предлагаются специальные

масла для полуавтоматических,

автоматических, механических

трансмиссий грузовой техники высшего

качества. Основные продукты

дублированы. Так, выпускается 11

вариантов полусинтетики, которая

удовлетворяет потребности

любого современного автомобиля.

Не случайно моторные масла

AGIP аттестованы и допущены к

использованию ведущими мировыми

производителями автомобилей:

Mercedes-Benz, BMW, Porshe,

Maserati, Alfa Romeo, VW, GM,

Jaguar, Ford, Rover.

More magazines by this user
Similar magazines