01.02.2019 Views

Adəm Günəş - Doğru bilinən yanlışlar

Uşaq təhsili onu cəza və mükafat verməklə adam etmək deyil, dostluğunu qazana bilmək bacarığıdır. Bu bacarığı əldə edə bilən adamlar müdrik insanlardır. Uşaq təzyiq və məcburiyyətlə deyil, valideyninə güvənməklə şəxsiyyətini inkişaf etdirər. 100 mindən çox oxucusu olan bu kitab uşaqlar qorxulu deyil ifadəsindən cəsarətlənən insanların uşaqlarla dost olma hekayəsinə çevrildi. Bir çox valideyn bu dostluğun verdiyi həzzlə gəl sən də uşaqla uşaq ol deyə səsləndi. Ölkəmizdə uşaq dostu hekayəsi yayıldı... Bu əsərdə Pedaqoq Dr. Adəm Günəş uşağın ana bətnindən yeniyetməlik dövrünə qədər olan mərhələləri yazmış, uşaq təhsilinə dair doğru bilinən yalnışlar ı göstərmişdir.

Uşaq təhsili onu cəza və mükafat verməklə adam etmək deyil, dostluğunu qazana bilmək bacarığıdır. Bu bacarığı əldə edə bilən adamlar müdrik insanlardır.
Uşaq təzyiq və məcburiyyətlə deyil, valideyninə güvənməklə şəxsiyyətini inkişaf etdirər.
100 mindən çox oxucusu olan bu kitab uşaqlar qorxulu deyil ifadəsindən cəsarətlənən insanların uşaqlarla dost olma hekayəsinə çevrildi. Bir çox valideyn bu dostluğun verdiyi həzzlə gəl sən də uşaqla uşaq ol deyə səsləndi.
Ölkəmizdə uşaq dostu hekayəsi yayıldı...
Bu əsərdə Pedaqoq Dr. Adəm Günəş uşağın ana bətnindən yeniyetməlik dövrünə qədər olan mərhələləri yazmış, uşaq təhsilinə dair doğru bilinən yalnışlar ı göstərmişdir.

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Pedaqoq Dr. Adəm Günəş

1969-cu ildə anadan olub. İlk, orta və lisey

təhsilini Türkiyədə tamamlayıb. Rotterdam

Universiteti Pedaqoji ixtisasından məzun

olub. Hollandiyada yaşadığı illərdə Alternativ

Təhsil Sistemlərini və uşaq təhsil

modellərini araşdırmışdır.

Pedaqogikanın mədəniyyətdən ayrı,

müstəqil olduğunu bildirən Günəş Anadolu

Pedaqogikasının dəyərlərini diqqət mərkəzinə

gətirərək uşağa qarşı həssaslığın artmasının

o toplumdakı fərdlərin yaxşılığa doğru

getməsində rol oynadığını bildirir.

Çap olunmuş 11 Türkcə və 2 İngiliscə

əsəri olan Adəm Günəşə Türkiyə Uşaq

Sammiti tərəfindən “Uşaq Dost Mükafatı”,

Media Etik Şurası tərəfindən “Ailə və

Uşaq Proqramları Media Etik Mükafatı”,

Çanaqqala 18 mart Universiteti Senatı tərəfindən

“Fəxri Doktorluq” verilmişdir.

Hal-hazırda Fatih Universiteti Təhsil

işçisi olan Adəm Günəş həftəlik fəaliyyət

jurnalında köşə yazıçısı və Burc FM-də aparıcıdır.

Adəm Günəş evlidir və 4 uşaq atasıdır.

Pedaqoq Dr. Adəm Günəş

UŞAQ TƏRBİYƏSİNDƏ

DOĞRU BİLİNƏN YANLIŞLAR

Türkcədən dilimizə uyğunlaşdıran:

Əsəd Əsədzadə

Redaktor:

Asifə Əfəndi

Naşir:

Müşfiq XAN

Texniki redaktor:

BəxtiYar

Dizayn və qrafika:

Teymur Fərzi

Uşaq tərbiyəsində doğru bilinən yanlışlar

© Adəm Günəş

© “XAN” nəşriyyatı tərəfindən çap olunub

Bakı–2017. 168 səh.

ISBN:

9000000060153

“XAN” nəşriyyatı / Bakı

www.hedefnesrleri.az

Tel.: (+99470) 523 01 34

Təşəkkür

Əlinizdə tutduğunuz bu kitabı ilk dəfə “Nesil Yayınları”

nəşr etmişdir. Kitab böyük maraqla qarşılandı və

100 mindən çox oxucuya çatdı.

İlk gündən əsərdə əməyi keçən “Nesil Yayınları”na

və kitaba xüsusi diqqət göstərən Özləm Gölcü Candemir

xanıma təşəkkür etməyi özümə borc bilirəm.

İllər sonra bu kitabı bir daha gözdən keçirmək fürsətimiz

oldu. Kitabdakı bir çox məlumatları zənginləşdirdik,

mövzuları yenidən gözdən keçirdik.

Redaktorluğu sadəcə “yazını düzəltmək” deyil, yazıçının

daxili dünyasını anlamaq və oxucuya çatdırmaq

kimi qəbul edən, etdiyi işi uğurla tamamlayan, kitabın

hazırlanma prosesində məni kölgəm kimi izləyən dəyərli

Tuba Kabacaoğlu xanıma təşəkkür edirəm.

Kitabın yeni oxucu kütlələri tərəfindən oxunması

üçün məsləhətlərini və dəstəyini əsirgəməyən “Timaş

Yayınları” nəşriyyat direktoru hörmətli Eminə Eroğlu

xanıma və dəyərli təcrübələrini işimizə töhfə verən Seval

Akbıyık xanıma xüsusi təşəkkür edirəm.

Əlbəttə ki, hər kitab bir komanda məhsuludur. Bu

komandada zövqlə işlədiyim İhsan Sönməz Bəyəfəndiyə,

kitabın sənət əsəri kimi ərsəyə gəlməsində əməyi

olan Ravza Kızıltuğ xanıma təşəkkür edirəm.

Ön söz

Yəqin ki, “İlk göz ağrım” ifadəsini eşitmisiniz...

Əlinizdə tutduğunuz bu kitab yazıçılıq karyeramın

ilk töhfəsidir.

İllər əvvəl idi...

Uşaq böyütməyə dair çoxlu məlumatlarım var

idi...

Daxilimdən bir səs “Uşağa aid bildiklərini yazmalısan,

paylaşmalısan” deyir, digər bir səs isə

“Yazsan nə olacaq, kim oxuyacaq ki?” deyə etiraz

edirdi...

Universitet illərindən indiyə qədər xeyli qeydlərim

var idi, xüsusi qayğı ilə qoruyub toplamışdım

ki, bütün bunları valideynlərlə paylaşacam.

Avropada yaşadığım müddətdə müşahidələrim

o qədər çox idi ki, bunları paylaşmaq, müzakirə

etmək istəyirdim. Hələ üstəlik öz mədəni

qaynaqlarımızdan topladığım çox faydalı məlumatlar

var idi. Mövlanalar, Yunuslar, Hacı Bektaşlar,

İtirler, Haime Analar... “İstanbul bəyəfəndisi” yetişdirməyə

dair bir çox üsullar var idi. Bu gün unudulmaqda

olan şəfqət, mərhəmət, həya, təvazökarlıq

kimi insanın ən qiymətli xəzinələri vardı.

Oxuduğum elmi məqalələr, tədqiqat kitabları vardı.

Həmçinin mən bir ata idim; uşaq böyütməyə

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

7

Adəm

Günəş

8

dair xətalarım var idi, yanlışlarımın məyusluğunu,

doğrularımın sevincini paylaşmaq istəyirdim...

Bəlkə də fərqində olmadan uşaqları tanımağa

başlamışdım. Uşaq təsəvvür edildiyi kimi dəcəl,

problemlər yaradan deyil, insan olmaq üçün mübarizə

aparan varlıqdır. Tək dayağı valideynləri və

ətrafındakı yetkin insanlardır.

Təəssüf ki, uşaq böyütməyə dair yanlış bilgilər

onun “pişik kimi” tərbiyə ediləcəyi təsəvvürünü

yaradırdı.

Onun həssas bir dünyası olduğu unudulmuşdu.

Uşaq bəzən alçaldılırdı. Gerçək araşdırılmadan

danlanırdı. Uşağın həssas bir dünyası olduğu diqqətə

alınmırdı.

Onu “adam etmək” üçün lazım olanda cəza verilir,

şiddət tətbiq edilirdi. Və mən uşaqların pərişan

olduğunu gördüm.

Uşaqlara kömək etməliydim, amma necə...

Uşaqların yanlış dünyada böyüməsinin qarşısını

necə ala bilərdim... Valideynlər övladlarının uşaq

olmasından utanırdılar. Cəmiyyət də valideynləri

“Necə uşaq böyüdüb” deyə qınayırdı... Uşağın heç

bir təcrübəsi, məlumatı olmadığını, onun naşı bir

canlı olduğunu bir yolla bildirməliydim.

Kim mənim yazdıqlarımı oxuyacaq bilmirəm...

Uşağı cəza verməklə yetişdirən bir cəmiyyətə nə

məsləhət verə bilərdim...

Eybi yox... Yazmalı idim. Və əlinizdə tutduğunuz

bu kitabı yazdım.

Kitabı yazdıqdan sonra “Bu adam nə yazıb?“

deyə çox narahat oldum...

Tənqid edildim... Böyük bir toplumun qarşısında

özümü tək hiss etdim...

Ancaq uşaqla dost olduqdan sonra valideynlər

də böyüdü. Uşaqla uşaq olmanın həzzi başqadır.

Bunu anlayanlar başqalarına da tövsiyə edirlər ki,

“Sən də uşaqla uşaq ol”.

Bununla da ölkəmizdə “uşaq dostu” hekayəsi

başladı.

Bilgiylə zəngin bu kiçik kitabın 100 mindən

çox satılması sonra yazdığım kitablar üçün cəsarət

mənbəyi oldu.

Uşaqların cəza metodu ilə böyüdülməsinin

yanlış və keçərli üsul olmadığının danışılması

sevindiricidir.

Uşaq valideynlərin evində yaşayan çox əziz bir

qonaqdır. Zamanı yetişəndə qonaqlar evdən gedirlər.

Valideynlər geriyə baxdıqları zaman bu əziz

qonaqlarına necə davrandıqlarına görə xəcalət hissi

keçirməməli, utanıb, peşmanlıq yaşamamalıdırlar.

Kim bu əziz qonağına hörmət göstərərsə, onun

dünyanı öyrənməsinə kömək edərsə övladı daima

onun hörmətini saxlayar, qeydinə qalar.

Hörmət saxlayan, valideynin qeydinə qalan,

onları sevən uşaqlarla bir dünyada yaşamaq arzusu

ilə...

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

9

Embrion

psixologiyası

Uşağın fiziki görünüşü kimi psixoloji və ruhi inkişafının

da təməlləri ana bətnində 9 ay ərzində qoyulur.

Ana özünü sakit, rahat, xoşbəxt hiss etdiyi, ya da

narahat olduğu zaman bətnindəki körpə bütün bunlardan

necə təsirlənir?

Məsələn, “Bizim uşaq çox utancaq, çəkingəndir. İnsanların

çox olduğu yerlərdə özünü ifadə etməkdə çətinlik

çəkir, iki sözü bir-birinin ardınca söyləyə bilmir”

deyə düşünürsünüzsə onun ana bətnindəki psixologiyasına

təsir edən nüansları xatırlayın.

“İrsi xarakter” valideynlərdən alınan genlərin təsiri

ilə ana bətnində birləşirsə, “psixoloji xarakterin təməlləri

də yenə ana bətnində atılır.

Genetik xaraketer nədir?

Uşağın valideynlərdən aldığı genləri vücudunda

əks etdirməsinə genetik xarakter deyilir.

“Atası kimi boyu uzundur” və ya “eynilə anası kimi

şən, sevimlidir” ifadələri genetik xarakterdən xəbər

verir. Uşaq ana bətninə düşdüyü ilk andan həm

xarakterinə, həm də fiziki görünüşünə təsir edəcək

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

11

Ananın ruhi

sağlamlığı

necədirsə,

uşağın da

psixologiyası

elə olacaq.

bəzi xüsusiyyətləri atasından, bəzilərini də anasından

alaraq fərd olmağın ilk addımlarını atır.

Ortaq genetik xüsusiyyətlərin uşağa necə təsir etməsi

tamamilə valideynlərin iradəsi xaricindədir.

Psixoloji xarakter

Psixoloji xarakter isə uşaq ana bətninə düşdüyü andan

etibarən yavaş-yavaş formalaşmağa başlayır. Burda

ananın sevinməsi, qəzəblənməsi, kədərlənməsi və s.

böyük rol oynayır.

Ana bətnində 9 ay keçirən uşaq sadəcə bu müddətin

bitməsini gözləmir. Əksinə ananın yaşadığı hər kədəri,

sevinci, emosional dəyişikliyi eyni anda yaşayaraq ömrünün

sonunadək hansı xarakterdə olacağını formalaşdırır.

Genetik xarakterin formalaşmasında valideynin

heç bir rolu yoxdur, ancaq psixoloji xarakterin formalaşmasında

xüsusilə ananın təsir imkanları böyükdür.

Yəni, ana əgər istəsə bətnindəki uşağı “utancaq, qorxaq”

yaxud “sakit təbiətli” edə bilər. Uşaq ana bətnində

olanda da bir psixologiyaya sahibdir. Ananın psixologiyası

necədirsə, uşağın da psixologiyası elə olacaq.

Embrion psixologiyası

Adəm

Günəş

12

Ana bətnindəki embrionun ananın vasitəsilə yaşadığı

ruh halına “embrion psixologiyası” deyilir. Hamiləlik

müddətində embrion ananın hiss dünyası ilə yoğrulur.

Məsələn, ana hamilə vaxtı qorxubsa, böyük ehtimalla

doğulacaq körpədə də bu hislər ömürboyu olacaqdır.

Belə vəziyyətlər daha çox istənilməyən hamiləlik

müddətində olur. Hamiləliyi məcburən yaşayan qadının

uşağı 9 ay müddətində istənilmədiyini bilir, özünü

həmişə fağır kimi hiss edir. Bu xoşagəlməz hiss daima

kölgə kimi onu izləyir.

Buna görə də ana

uşaq bətninə düşən

kimi bayquş kimi ciddi

və diqqətli olmalıdır.

Bətnindəki körpəsinə

fizioloji olduğu

qədər psixoloji

baxımdan da bağlı

olduğunu heç vaxt

unutmamalıdır.

Ana oxuduğu kitabları sadəcə özünə deyil, həm

də bətnindəki körpəsinə oxuduğunu da bilməlidir.

Hiss etdiyi sakitliyin və rahatlığın sadəcə ona deyil,

kiçik körpəsinə də təsir etdiyini unutmamalıdır. Çünki

ananın yaşayacağı qorxu, qəzəb, əsəb, kədər, vicdanın

rahat olmamağı, kin, nifrət, ya da deyə biləcəyi yalanlar

və qeyri-etik sözlər uşağın əhvalına zərər yetirir. Ana

bunu bilərək hərəkət etməlidir. Bütün bunaları nəzərə

alsaq uşaq tərbiyəsi ana bətnindən başlayır. Uşağın xasiyyətinin

müəyyənləşməsində ananın böyük rolu var.

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

13

Ana və uşaq

arasındakı

bağlılığın sirri

Pedaqogika elmi ana və uşaq arasındakı bağlılığın

sirrini araşdırarkən böyük bir həqiqət ortaya çıxdı. Beləcə

aralarındakı əsrarəngiz bağlılığın sirri bir az da aydınlaşmış

oldu.

Uşaq böyütmək çətin və ağır yükdür. Uşaq doğulduğu

andan, hətta böyüdükdən sonra da bütün məsuliyyəti

valdeynin üzərində olur. Bunu da qeyd etmək

vacibdir ki, bu heç də asan deyil. Buna görə də hər insan

fədakar ola bilmir.

Körpə doğulduğu andan etibarən diksinmədən uşağın

altını dəyişdirmək, yeriməyə başlayana qədər qucaqda

aparmaq, gecələr yuxusuz qalmaq, gündüz qayğısını

çəkmək, yorğunluğa baxmayaraq uşağın nazını

çəkmək bildiyimiz kimi asan iş deyil. Bütün bunları

əvvəlcədən bilib qəbul etmək üçün güclü ruha sahib

olmaq lazımdır.

“Uşaqla ananın bir-birinə uyğunlaşma prosesində”

ana ruhən güclənir və körpəsinə möhkəm bağlanır. Ana

və körpənin ruhi bağlılığı vacibdir, çünki ana sonrakı

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

15

dövrlərdə yaranacaq

əziyyətlərə hazır olmalıdır.

Uşağın dəcəllikləri

ananın əsəblərinə

toxunur və hədsiz dərəcədə

əsəbiləşir. Hətta

bəzən elə olur ki,

ananın hirsi keçmir,

günün müxtəlif saatlarında

yadına düşür

və təkrarən əsəbiləşir.

Əgər ana ilə uşaq arasındakı bağlılığın, istəyin səviyyəsini

ölçmək istəsək o zaman onun bibisinə qarşı

olan münasibətinə fikir vermək bəs edər.

Əlbəttə, hər bibi qardaşının övladını çox istəyir. Onu

öpər, bağrına basar, hədiyyələr alar, könlünü xoş edər.

Xalalar da bacısının hər hansı bir işi olduğunda bacısı

uşaqlarına könül xoşluğu ilə analıq da edə bilərlər. Ancaq

bir neçə saat, ya da bir neçə günlük müddət bir neçə

ay və ya bir neçə il olarsa xala da sıxılmağa başlayar.

Yorular. Taqətdən düşər. Ancaq niyə? Bəs deyirlər ki,

xala ana yarısı kimidir? Ya da başqa birinin uşağına

baxmaq nə üçün insana ağır gəlir.

Adəm

Günəş

16

Bəli, ana özəldir. Bəzən atanın belə çətinlik çəkdiyi

yükü könül xoşluğu ilə qəbul edirlər. Anaların özəlliyi

elə bundadır. Ana “off” demir. Ana ata, bibi, xala kimi

deyil. Ana ana kimidir. Ancaq ananın ana kimi ola

bilməsi ana ilə uşağın bir-birinə bağlılığının nə dərəcədə

güclü olmasından asılıdır. Əgər ana və uşaq arasındakı

bağlılıqda əskiklik olmuşsa, o “ata kimi analıq”, “xala

kimi analıq” edər. Uşağı ilə bağlılığında problemləri

olan ananın ənçox nəzərə çarpan xüsusiyyəti onun dözümsüzlüyüdür.

Uşağın davranışları o zaman ananı

yorur ki, uşaq onunla oynamaq istəyir, söhbətlərinə

qarşılıq verməyini gözləyir. Ancaq ana bunu etmir.

Madam ki, pedaqogikada bağlılıq bu qədər vacibdir,

o zaman ananın uşağı ilə

baglılıq müddətinə təsir

edəcək hər mənfi cəhət

də nəzərə alınmalıdır ki,

növbəti illərdə ananın

psixologiyası yerində olsun.

Ana ilə uşaq arasındakı

uyğunlaşma prosesində

ən vacib cəhətlərdən

biri “doğuş”dur.

İlk saatların əhəmiyyəti

Ana üçün doğuş anı ölüm qorxusu ilə eynidir. Doğuş

zamanındakı qorxu və ağrılar Prolaktin hormonun

ifrazı üçün gərəklidir. Doğuş və doğuşdan sonrakı

bir neçə saatda prolaktin bədəndə sürətlə yayılır və

beləliklə “analıq hissi” ən üst səviyyəyə çatır. Bu hormon

ananın yeni doğulmuş körpəsi arasındakı ünsiyyəti

tənzimləmək üçün işə başlayır. Necə ki, televizorun

pultu uzaqdan onu idarə edir. Ananın bədəni və ruhu

balaca körpə üçün hazır vəziyyətə gətirilir.

Uşağın xüsusiyyətləri onun şüuraltına

həkk edilir.

Körpə dünyaya göz açdığı ilk dəqiqələrdə ağlamaq

səsi vücudu hormonlarla məlumatlanmış ananın yaddaşında

“ana səsi” olaraq qeyd edilir. Bunun nəticəsində

ana körpəsinə qarşı “pedaqoji simmetriya” yaradır.

Növbəti günlərdə və aylarda körpə nə qədər fərqli səs

tonlarında ağlasa da, insan izdihamı nə qədər çox olsa

da bu xüsusi eşitmə qabiliyyəti sayəsində ana uşağının

səsini eşidir və tanıyır.

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

17

Uşaqla ana

arasındakı

bağlılıq nə

qədər güclü

olarsa, ana da

ruhən güclü

olar.

Beləliklə uşaq anadan olanda ananın körpəsinin

səsini eşitməsini əngəlləmək ona o an verilə biləcək

ən böyük cəzalardan biridir. Ana yorğun olmağına

baxmayaraq, körpəsinin ağlamaq səsini mütləq

dinləməlidir. Bu, ananın körpəsindən gələn siqnal

səslərini alaraq analıq hormonunu ifraz etməsi

üçün çox əhəmiyyətlidir.

Dəri, göz və qoxu təması

Adəm

Günəş

18

Doğuş gözlənilən ilk dəqiqələrdə körpənin ana

ilə dəri, göz, qoxu təması qurması həyati önəm daşıyır.

Körpənin dərisinə toxunan ana ondan aldığı

pozitiv enerji və hissi yaddaşının ən gözəl yerində

saxlayar və həyatının sonuna qədər unutmur.

Körpə anasına səsini, qoxusunu və dərisinin

yumşaqlığını verərək əslində ona qarşı gələcəkdə

hiss edəcəyi davranışları sərgiləyir.

Doğuş zamanı uşaqla təmasını düzgün quran

ana uşağını itirsə, hətta üstündən 20-30 il keçmiş

olsa belə onu gördüyü zaman tanıyar. Bu necə

bir hisdir, heç bu haqda düşündünüzmü? Ana ilə

xalanı, ana ilə atanı ayırd edən incə xətt budur.

Yuxarıda sadaladığımız məqamlar körpəsini

cərrahiyyə yolu ilə dünyaya gətirən anada yaranmaya

bilər. Doğum zamanı ifraz edilən lazımi hormonların

dövriyyəyə girməmək riski vardır. Ananın

şüuru yerində olmadığı üçün körpənin məlumatlarını

toplaya bilmir.

Şübhə yoxdur ki, ana və körpənin həyatı hər

şeydən daha vacibdir. Əgər ana doğuşu mütləq

əməliyyatla etmək məcburiyyətindədirsə, ümumi

deyil, lokal anesteziyanı (hər hansı sağlamlıq

problemi yoxdursa) seçməlidir. Çünki lokal anes-

teziya, nisbətən ana və uşaq bağlılığına daha uyğun

bir üsuldur. Belə olarsa, ana doğum anına saniyəbəsaniyə

şahidlik edir, körpəsinə ilk dəqiqələrdən

toxuna bilir. Bu halda analıq hormonları

daha tez yaranır, ilk görüntülər ana tərəfindən

şüuraltına toplanır.

Uşaqla ana

arasındakı

yaxınlaşmanın

ən

önəmli

şərtlərindən

biri

doğuşdur.

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

19

Ana südü

vacibdirmi?

Ümumiyyətlə ana südünün bioloji inkişafa təsirinin

olduğu vurğulanır. Belə ki, əmizdirmə müddəti körpəni

ruhən bəsləyir, ana və körpə arasında böyük və çox

önəmli bir əlaqənin yaranmasını təmin edir.

Südlə qidalanan körpənin ruhən bəslənməsini də

nəzərə almadan, sadəcə bədən inkişafını diqqətdə saxlamaqla

“ilk altı aydan sonra ana südünün təsiri azalır”

demək anaya və körpəyə ediləcək ən böyük haqsızlıqdır.

Elmi araşdırmalara gəlincə isə, onlar ana südünün ilk

altı aydan sonra da qidalandırma xüsusiyyəti daşıdığını

iddia edir.

Ana südü

Körpənin dünyaya gəlişindən sonrakı ilk illərdə

ana ilə körpə arasında bəzi fövqəl hadisələr baş verir.

Bunların başında körpənin ana tərəfindən əmizdirilməsi

dayanır.

Əmizdirmənin pedaqoji ölçülərindən öncə fizioloji

təsirlərinə toxunmaqda fayda var. Çünki ana südü texnologiyanın

bütün imkanlarına baxmayaraq bənzərinin

yaradılması və əldə olunması mümkün olmayan yeganə

qida maddəsidir.

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

21

Anadakı

bioloji saat

körpənin

hansı gün,

hansı saatda,

nəyə ehtiyacı

olduğunu

beyinə

xatırladır,

gərəkli

hazırlıqların

edilməsini

təmin edir.

Adəm

Günəş

22

Körpənin doğumundan sonrakı dəqiqədə ana və

körpədə eyni vaxtda biometr (bioloji saniyə ölçən)

işləməyə başlayır. Bu ana ilə körpənin orqanizminin birbiri

ilə əlaqəsini təmin edir.

Məsələn, körpənin dünyaya gəldiyi ilk gün ana

orqanizmindəki biometrik saat körpənin ilk dərmanının

hazırlanma vaxtının yetişdiyini siqnallarla beyinə ötürür.

Ana vücudu da körpə üçün bir antibiotik hazırlayır.

Ananın normal südündən bir az daha tünd konsistensiyalı

bu ilk südə, “kolostrum” (ağız südü) deyilir.

Kolostrum körpənin içilməli olan ilk dərmanı hökmündədir.

Sadəcə ilk süddə deyil, eyni zamanda sonrakı günlərdə

də ana südünün içində xəstəliklərdən qoruyan

probiotiklər olur. Onlar körpənin bağırsaqlarındakı

yararlı bakteriyaları artıraraq uşağın qarşılaşa biləcəyi

xəstəliklərə qarşı dayanıqlığını inkişaf etdirir.

Aparılan araşdırmalar ana südü ilə qidalanmayan

uşaqlarda ölüm nisbətinin 4-6 dəfə daha çox olduğunu

göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına

görə isə, bütün körpələr ana südü ilə bəsləndiyi

halda ildə 1,5 milyon uşaq heç bir müalicəyə

ehtiyac olmadan həyatda qala bilər.

Ana və körpə arasında südlə başlayan ilk əlaqənin

faydaları sizə görə bununla məhduddurmu?

Təbii ki, xeyr. Haqqında danışdığımız biometrik

saat sayəsində ana vücudu uşağı zəngli saat kimi izləyir.

Məhz buna “ana instinkti” deyilir. Analıq hissi sayəsində,

ana bəzən şüurlu, bəzən də şüursuz olaraq

körpənin bütün ehtiyaclarını ödəmək üçün hərəkətə

keçir.

Körpənin 15 günlük olarkən ehtiyac duyduğu qida

ilə 1 ay sonrakı zərurətləri bir-birindən fərqlidir.

Heç bir ana körpənin birinci ayında hansı faiz nisbətində

dəmirə, hansı faiz nisbətində proteinə ehtiyacı

olduğunu hesablaya bilməz. İlk dəfə hərəkətə keçəcək

daxili orqanların aldığı qida maddələrindən zərər görməməsi

üçün isə millimetrik hasablamalara, şübhəsiz,

ehtiyac vardır. Beləliklə, məhz bu anda ananın vücudun-

dakı bioloji saatın necə

də önəmi bir funksiyanı

yerinə yetirdiyi bir daha

ortaya çıxır. Çünki

bioloji saat, körpənin

neçə aylıq olduğunu

ana beyninə ötürür; alınan

siqnallarla o aya ən

uyğun qidalar mikroqram

həssaslığı ilə hesablayır,

körpəyə çatdırılması

üçün ana sinəsinə

göndərilir. Ana

şüurundan kənarda

“səssizcə” baş verən bu hadisə qeyri-adi bir quruluşdadır.

Körpənin gündəlik ehtiyaclarına görə tərkibi hər

an dəyişən ana südünün bənzərinin yaradılması isə bu

xüsuiyyətinə görə mümkün deyildir.

Ana südü körpənin hər şeyidir

Körpənin dünyaya göz açdığı ilk anlarda, xüsusilə

sümük və sinir sistemi çox nazikdir. Ana bətnində ikən

yumşaq və elastik sümük sisteminə sahib körpə ana

vücuduna zərər vermədən 9 aylıq müddət ərzində inkişafını

tamamlayır. Ancaq doğulandan sonra sümük

quruluşunun sürətli şəkildə möhkəmlənməsi və sərtləşməsi

lazımdır ki, xaricdən gələ biləcək zərbələrdən

sümüklər zərər görməsin. Məhz bu anda ana südünün

sümük sisteminə ən yüksək səviyyədə dəstək verdiyini

görürük.

Körpə anadan aldığı südlə yumşaq, həssas sümüklərini

ən uyğun qida maddələri ilə sürətlə gücləndirir.

Sadəcə sümüklərin sərtləşməsi kifayət deyil, eyni zamanda

sümüklərin içindən keçən sinir sisteminin də

ən yaxşı şəkildə quruluş alması gərəkdir. Elə ana südün-

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

23

Ana,

körpəsinin

ehtiyaclarını

qarşılayarkən

körpə, özünü

təhlükəsizlikdə

hiss edir. Bu

hiss, ana-uşaq

bağlanmasının

təməlini

yaradır.

dəki fol turşusu da onurğa içindən keçən sinir sistemini

dəstəkləmək üçün mövcuddur.

Bununla bərabər həzm sistemi hələ tam fəaliyyətə

başlamamış körpə, protein miqdarı aşağı olan qidalar

almalıdır. Protein baxımından yüksək dəyər daşıyan

qidalar isə körpənin mədə və həzm sistemini artıqlaması

ilə yora bilər. Ana südündə körpənin bu ehtiyacına uyğun

şəkildə hazırlanmış aşağı miqdarda protein olur.

Beləcə körpənin həzm sisteminin daha çox fəaliyyət

göstərməsinin qarşısı alınmış olur. Sonrakı illərdə artıq

kilolardan və vücudun artıq işləməsindən qaynaqlanan

xəstəliklərdən də bu yolla qorunmağı təmin olunur.

Zəkaya birbaşa təsir edən, sağlam beyin inkişafı

üçün hər insanın ehtiyac duyduğu “Omeqa-3 yağ turşusu”

ana südündə olur. Əgər belə olmasaydı, analar

körpələrini bu önəmli vitamindən məhrum etməmək

üçün Şimal dənizindəki somon balıqlarının dalınca düşmək

məcburiyyətində qalacaqdı. Xoşbəxtlikdən ana südü

vardır. Analar uşaqlarının zəkasına birbaşa təsir qabiliyyətində

olan bu qida maddəsini heç bir zəhmət

çəkmədən körpələrinə verə bilirlər.

Ana südü xərçəngin qarşısını alır

Adəm

Günəş

24

Ana südü körpənin immun sistemi üçün də həyati

əhəmiyyət daşıyır. Ana südündə olan, “immunoqlobilin”lə

(immun sisteminin yaratdığı antitellər) körpənin

immun sistemi güclənir.

Bununla bərabər, ana südündən istifadə etməyən

körpələrdə leykemiya (qan xərçəngi) və lenfoma xəstəlikləri

ana südü ilə qidalanan körpələrdən daha çox

müşahidə olunur. Həmçinin ana südü yerinə süni qida

ilə bəslənən uşaqlarda lenfoma və Hodgkin (immun

sistemi hücey-rələrində başlayan xərçəng) xəstəliyinə

daha tez-tez rast gəlinir.

Ana südünün ağız sağlamlığı ilə

bağlılığı

Ana südü sadəcə tərkibi baxımından deyil, körpənin

anasını əmməsi prosesində formalaşan xüsusi hallar

baxımından da körpənin fiziki inkişafını dəstəkləyir.

Belə ki, ana südü ilə bəslənən uşaqların diş quruluşunun

ana südü əmməyənlərə nisbətən daha düzgün olduğu

müəyyən olunub.

Körpə anasını əmərkən damağı və diş ətləri ananın

sinəsi tərəfindən bir növ masaj edilir və beləcə dişlərin

ən düzgün şəkildə formalaşmasına zəmin yaranır.

Digər tərəfdən əmizdirən anaların çoxunun narahat

olduğu bir məsələyə də bu vasitə ilə aydınlıq gətirmək

faydalı olar. Bir çox ana körpələrin əmizdirmə vaxtında

sinəsini tam almamağından şikayət edir. Halbuki körpə

ana sinəsinə etdiyi bu uğursuz cəhdləri sayəsində çənə

və əzələ quruluşunu inkişaf etdirir.

Ana sinəsindən süd əmmək mücadiləsi etməmiş

uşaqların çənə quruluşu və çənə əzələlərinin zəifliyi

diqqət çəkir.

Əmizdirmə və uyğunlaşma prosesi

Körpə ilə ana arasındakı uyğunlaşma prosesində

ən önəmli ünsürlərdən biri əmizdirmə anıdır. Çünki bu

əsnada psixoloji məlumat alış-verişi gerçəkləşir.

Əmizdirmə prosesində ana ilə körpə arasında fərqində

olmadan bir güvən körpüsü qurulur. Bir yandan

güvən qurularkən, digər tərəfdən də ana ilə uşaq arasında

xüsusi bir bağlılıq yaranır.

Körpənin xəstələnməsi, yatması, oyanması və öz

ehtiyaclarını qarşılaya bilməməsi əslində ana baxımından

əziyyət deyil, böyük şansdır. Çünki ana körpənin

ehtiyaclarını qarşılayarkən bir yandan da onunla də-

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

25

Adəm

Günəş

26

rin bir əlaqə qurur. Bu daha əvvəl görülməyən, hiss

edilməyən xüsusi bir əlaqədir. Aparılan araşdırmalar

körpənin baxımı ilə birbaşa maraqlanmayan ananın

uşağı ilə arasında qopuqluq yaşandığını ortaya qoyur.

Ananın uşağına qarşı həm dözümlülüyü azalır, həm də

“ana” olmaqda çətinlik çəkir.

Ananın uşağına psixoloji baxımdan bağlanmasında

uşağın acizliyini bilib hiss etməsi böyük önəm daşıyır.

Uşağın hər bir ehtiyacı ananı yoran kimi görünsə də,

əslində bunlar ananı ana olmağa vadar edən çətin sınaqlardır.

Uşaq istədiyi sevgini almalıdır

Hansımızın daxili dünyasına nəzər salsaq qarşımıza

sevgiyə möhtac kiçik bir uşaq çıxmaz ki? Başına sığal

çəkərkən təbəssüm etməyə hazır, qarşılıqsız sevgiyə

dəli kimi susamış, yaşının böyüklüyünə baxmayaraq,

“gəl” deyən zaman anasının isti qoynuna girməyə hazır,

yaşca böyük olan kişilər, qadınlar...

Yuxudakı təbəssümün səbəbini soruşsaq, hansımızın

qarşısına uşaqlıq illəri çıxmaz?

Kim süfrədəki yeməyini tamamlamadan fikri çöldə

oynayan dostlarında qalanda, anasının “az qalıb, yeməyini

bitir, sən də get oyna” dediyini eşitməmişdir? Ya

da davalarımız, dəcəlliklərimiz, çılğınlıqlarımızın təməlində

hansımızın sevgi ehtiyacı gizlənməz ki?

Hər birimiz sevilməyə möhtacıq, amma təəssüf ki,

hər birimiz sevgi istəyənə qaşlarımızı çatırıq...

Məşhur psixiatr Alis Miller, “Bacarıqlı Uşağın Dramı”

əsərində uşaqlıq illərində valideynlərindən yetərli

sevgini ala bilməmiş insanların ömürləri boyunca o

doymadıqları sevgini başqalarında axtaracağından

bəhs edir. Amma bu sevgi axtarışı tamamilə boşunadır.

Uşaqlıq illərində valideynlərindən doyunca sevgi almayanların

qarşısına əsla duyğusal ehtiyaclarını qarşılaya

biləcək biri çıxmaz. Çünki o sevgi “zaman” etibarilə

xüsusidir. Qarşılıqsız olması, ehtiyac hiss edildiyində

alınması səbəbilə də çox qiymətlidir...

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

27

Uşaq istədiyi

sevgini almalıdır

Hansımızın daxili dünyasına nəzər salsaq qarşımıza

sevgiyə möhtac kiçik bir uşaq çıxmaz ki? Başına sığal

çəkərkən təbəssüm etməyə hazır, qarşılıqsız sevgiyə

dəli kimi susamış, yaşının böyüklüyünə baxmayaraq,

“gəl” deyən zaman anasının isti qoynuna girməyə hazır,

yaşca böyük olan kişilər, qadınlar...

Yuxudakı təbəssümün səbəbini soruşsaq, hansımızın

qarşısına uşaqlıq illəri çıxmaz?

Kim süfrədəki yeməyini tamamlamadan fikri çöldə

oynayan dostlarında qalanda, anasının “az qalıb, yeməyini

bitir, sən də get oyna” dediyini eşitməmişdir? Ya

da davalarımız, dəcəlliklərimiz, çılğınlıqlarımızın təməlində

hansımızın sevgi ehtiyacı gizlənməz ki?

Hər birimiz sevilməyə möhtacıq, amma təəssüf ki,

hər birimiz sevgi istəyənə qaşlarımızı çatırıq...

Məşhur psixiatr Alis Miller, “Bacarıqlı Uşağın

Dramı” əsərində uşaqlıq illərində valideynlərindən yetərli

sevgini ala bilməmiş insanların ömürləri boyunca

o doymadıqları sevgini başqalarında axtaracağından

bəhs edir. Amma bu sevgi axtarışı tamamilə boşunadır.

Uşaqlıq illərində valideynlərindən doyunca sevgi almayanların

qarşısına əsla duyğusal ehtiyaclarını qarşılaya

biləcək biri çıxmaz. Çünki o sevgi “zaman” eti-

Uşaq

tərbiyəsində

doğru bilinən

yanlışlar

29

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!