ÁÓ ÑÀÉÛÌÛÇÄÀ
“Böyük dəbilqə”
Bakıda
Azərbaycan komandası
aero-dans proqramında
Avropa çempionudur
ñÿù.4
ñÿù.10
Mançesterdən
2 medal
Anna Baştadan
Avropalılara
“QILINCOYNATMA
DƏRSİ”
ñÿù.7
ñÿù.12
Valtteri Bottas - 2019
Formula 1 Azərbaycan
Qran-Prisinin qalibi
“Heydər Əliyev
kuboku”
ñÿù.14
“Azerbaijan
International
2019”
"Döyüşə
qocalar
gedir"
ñÿù.18
ñÿù.22
ñÿù.34
AVROPANIN
BAKI FİNALI
Respublika
çempionatı qaliblərinin
təltifolunma mərasimi
AİJA, Macarıstan və
Azərbaycan idman
jurnalistlərini çay süfrəsi
ətrafına topladı
II AVROPA
OYUNLARI
ñÿù.29
ñÿù.38
ñÿù.42
ñÿù.48
ñïîðòñìàí
Áàø ðåäàêòîð:
Ðÿøàä Ãÿìÿðøàùîüëó
Öíâàí: Áàêû, Çàùèä Õÿëèëîâ 23,
Áàêû Äþâëÿò Óíèâåðñèòåòè
Òåëåôîí: 012 511 15 32
Faks: 012 511 15 36
å-ìàèë: info@sportsman.az
www.sportsman.az
Æóðíàë Àçÿðáàéúàí Ðåñïóáëèêàñûíûí
ßäëèééÿ Íàçèðëèéèíäÿ ãåéäèééàòäàí
êå÷ìèøäèð. ¹1164
Ìöÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí ìþâãåéè
óéüóí ýÿëìÿéÿ áèëÿð.
Ðåêëàìëàðäà ýåäÿí ìÿòíëÿðÿ ýþðÿ
æóðíàë ìÿñóëèééÿò äàøûìûð.
Æóðíàë Àçÿðáàéúàíäà “Òèìå Ïðèíò”
ìÿòáÿÿñèíäÿ ÷àï åäèëèá.
Öç ñÿùèôÿäÿ:
23 yaşadək
qılıncoynadanlar arasında
Avropa çempionu Anna Başta
сüdo
S P O R T S M A N
“Böyük dəbilqə” Bakıda
Bakıda ümummilli lider
Heydər Əliyevin xatirəsinə
həsr olunan cüdo üzrə
“Böyük dəbilqə” beynəlxalq
turniri keçirilib.
Mayın 10-da Heydər Əliyev adına
İdman Sarayında keçirilən açılış
mərasimində çıxış edən Azərbaycanın
gənclər və idman naziri Azad
Rəhimov, idmanın dövlətlər və xalqlar
arasında dostluq əlaqələrinin inkişafında
mühüm rol oynadığını qeyd
edib. Ölkəmizdə keçirilən bu nüfuzlu
turnirin əhəmiyyətini xüsusi vurğulayan
nazir deyib: “Azərbaycanda idman
sürətlə inkişaf edir. Ölkəmizdə
mötəbər beynəlxalq idman turnirləri
yüksək səviyyədə təşkil olunur. Birinci
Avropa, IV İslam Həmrəyliyi Oyunları,
Formula 1 yarışları Azərbaycanda
uğurla keçirilib. Ötən ilin sentyabrında
Bakıda 125 ölkədən 752 idmançının
iştirakı ilə Tokio Yay Olimpiya Oyunlarına
lisenziya xalları verən cüdo üzrə
dünya çempionatı təşkil olunub”.
Beynəlxalq Cüdo Federasiyasının
idman direktoru Vladimir Barta yüksək
təşkilatçılığa və qonaqpərvərliyə görə
Azərbaycan Cüdo Federasiyasına
minnətdarlığını bildirib.
Azərbaycan Cüdo Federasiyasının
prezidenti Rövnəq Abdullayev,
“Böyük dəbilqə” turnirinin yüksək səviyyədə
keçəcəyinə əminliyini bildirib
və cüdoçulara uğurlar arzulayıb. Federasiya
prezidenti yarışı açıq elan
edib.
“Böyük dəbilqə” beynəlxalq turnirində
57 ölkədən 449 cüdoçu mübarizə
aparıb. Turnirdə ölkəmizi 28 kişi
və 15 qadın cüdoçu təmsil edib.
4 спортсман № 118 / 2019
S P O R T S M A N сüdo
Yarışda 1 qızıl, 2 gümüş və 4 bürünc
medal qazanan Azərbaycan komandası
ümumi hesabda 3-cü yeri
tutub.
Komandamızın hesabına qızıl
medalı Hidayət Heydərov (73 kq),
gümüş medalları Nicat Şıxəlizadə (66
kq) və Məmmədəli Mehdiyev (90 kq),
bürünc medalları isə Rüstəm Orucov,
Telman Vəliyev (73 kq), Zelim Kotsoyev
(100 kq) və İrina Kindzerska (+78
kq) yazdırıb.
Bu nəticə ilə Azərbaycan Fransa,
Almaniya, Hollandiya kimi cüdo
ölkələrini qabaqlayıb.
Bakı turnirinin qalibi 2 qızıl, 2
gümüş və 1 bürünc medal qazanan
Yaponiya yığması olub. Braziliya komandası
2 qızıl, 1 bürünc medalla
ikinci yeri tutub.
nail olduğum üçün çox sevinirəm. Qızıl
medal uğrunda həlledici döyüşdə
qalib gələcəyimə əmin idim. Elə bu
əminlik israilli Tohar Butbulla sona
qədər inamla mübarizə aparmağıma
kömək etdi.
Rüstəm Orucovla yarımfinal döyüşünə
gəlincə, biz komanda yoldaşıyıq
və gözəl dostluq münasibətlərimiz
var. Şübhəsiz, yarışda rəqibik və
qələbə barədə düşünməliyik. Rüstəm
öz idmançılarımıza qarşı istədiyi kimi
güləşə bilmir. Amma mən tatamidə
heç kimə güzəştə getmirəm".
Azərbaycanlı cüdoçunun
ipponu ən yaxşı seçilib
Beynəlxalq Cüdo Federasiyası
Bakıda keçirilən “Böyük dəbilqə” turnirində
idmançıların yerinə yetirdikləri
ən yaxşı ipponları təqdim edib.
İlk beşlikdə Azərbaycanın iki cüdoçusunun
təmiz qələbəyə səbəb
olan fəndləri yer alıb.
Belə ki, Nicat Şıxəlizadənin (66
kq) yarımfinalda Monqolustan təmsilçisi
Basxu Yondoperenleyə qarşı
işlətdiyi fənd birinci olub. Telman Və-
Hidayət Heydərov: “Qalib
gələcəyimə əmin idim”
“Böyük dəbilqə” turnirində qızıl
medal qazanan Hidayət Heydərov
AZƏRTAC-a müsahibəsində belə
deyib: “Yarışa ciddi hazırlaşmışdım,
yaxşı formada idim. İlk dəfə belə böyük
yarışda parlaq qələbəyə imza
atdım. Bu böyük qələbəyə Bakıda
спортсман № 118 / 2019
5
S P O R T S M A N
liyevin (73 kq) bürünc medal uğrunda
görüşdə rusiyalı Denis Yartsevə qarşı
işlətdiyi fənd isə dördüncü yerə layiq
görülüb.
Telman Vəliyev: “Medal qazandığım
üçün çox sevinirəm”
Yarışda bürünc medal qazanan
gənc cüdoçumuz Telman Vəliyev fikirlərini
belə bölüşüb: "Böyük dəbilqə"
yarışları cüdo üzrə ən nüfuzlu turnirlərdən
biridir. Belə bir yarışda medal
əldə etdiyim üçün çox sevinirəm. Bu
hissləri yaşamaq üçün qələbə qazanmaq
lazımdır. "Böyük dəbilqə"nin bürünc
medalı mənim üçün çox önəmli
nəticədir. Yarış boyu azarkeşlərin
dəstəyi bizi daha yaxşı döyüşməyə
ruhlandırırdı. Sevinirəm ki, etimadı
doğrultdum".
Elmar Babanlı: “Azərbaycan
komandası bu nüfuzlu
turnirdə uğurla çıxış etdi”
Azərbaycan Cüdo Federasiyasının
baş katibi Elmar Babanlı cüdoçularımızın
çıxışını belə dəyərləndirib: “Ev
sahibi olduğumuzdan yarışda böyük
heyətlə iştirak edirdik. Gənc cüdoçular
və ehtiyat qüvvə sayılan komanda
üzvləri də məşqçilər heyətinin qərarı
ilə yarışa qatılmışdılar. Onlar burada
böyük təcrübə topladılar. Azərbaycan
komandası bu nüfuzlu turnirdə uğurla
çıxış edərək 7 medal qazandı. Medal
cədvəlində komandamız üçüncü pillədə
qərarlaşıb. Əldə edilən qələbə bir
daha sübut edir ki, Azərbaycan cüdoçuları
güclü rəqiblərdir.
Cüdoçularımızı Minskdə keçiriləcək
ikinci Avropa Oyunları gözləyir.
Avqustun sonu - sentyabrın əvvəlində
isə Tokioda dünya çempionatı keçiriləcək.
Gələn il Olimpiya ili olduğundan
dünya reytinq cədvəlində yüksək
yerlər uğrunda daha gərgin mübarizə
başlayacaq. Əminik ki, cüdoçularımız
yüksək nəticələr əldə edəcəklər”.
Sadıq Sadıqov: “Turnirin
Azərbaycan cüdoçuları üçün
uğurla başa çatdığını deyə bilərik”
“Bakıda keçirilən “Böyük dəbilqə”
turniri yüksək səviyyədə təşkil olundu.
Dünyanın ən güclü cüdoçuları üç gün
ərzində Bakı turnirində gərgin idman
mübarizəsi apardılar. Bu turnirin Azərbaycan
cüdoçuları üçün uğurla başa
çatdığını deyə bilərik. Amma nəticələr
daha yüksək ola bilərdi. Əsas odur
ki, idmançılarımız Tokio Yay Olimpiya
Oyunlarına lisenziya xallarını artırdılar.
Əminəm ki, kişilərdən ibarət cüdo
komandası “Tokio 2020”də tam heyətlə
iştirak edəcək”.
Uşangi Kokaurinin (+100 kq) ciddi
zədə üzündən turnirə qatılmadığını
vurğulayan vitse-prezident, cüdoçunun
ikinci Avropa Oyunlarında iştirak
edəcəyini bildirib. Elmar Qasımovun
(100 kq) çıxışına münasibət bildirən
S.Sadıqov, cüdoçunun potensialının
onun qarşıdakı yarışlarda inamla
çıxış edəcəyini deməyə əsas verdiyini
vurğulayaraq bildirib: “Elmar Qasımov
Tokio Olimpiadasında qələbəyə real
namizədlərdən biridir. O, bu turnirlərdə
lisenziya xalları toplayır və ümid
edirəm ki, olimpiadada öz sözünü
deyəcək”.
Sadıq Sadıqov qadın cüdoçulardan
ibarət milli komandadakı vəziyyətlə
bağlı danışarkən deyib: “Qadın
cüdoçulardan ibarət milli komandaya
yeni baş məşqçi təyin olunub. Bundan
əvvəl yığmaya Natiq Bağırov rəhbərlik
edirdi. O da tanınmış mütəxəssislərdən
biridir. Onu bu vəzifədə Rəşad
Məmmədov əvəzləyib. Qadın yığmamızdan
da gözləntilərimiz böyükdür.
Tokio Olimpiadasında qadın cüdoçularımızın
üç çəki dərəcəsində iştirakını
planlaşdırırıq. Artıq qadınlar arasında
da perspektivli cüdoçular yetişir.
Əvvəl zalda 10-20 qız cüdo ilə məşğul
olurdusa, indi onların sayı 80-ə
çatır və bu, böyük uğurdur. Qadın
idmançıların arasında Leyla Əliyeva
(48 kq), Gültac Məmmədəliyeva (52
kq) və digər gənc cüdoçularımızdan
uğurlar gözləyirik. Komanda ilboyu təlim-məşq
toplanışlarına qatılır. Ümid
edirəm ki, qadın idmançılarımız da
ümidləri doğruldacaqlar”.
Vüsal Cəfərov
6 спортсман № 118 / 2019
S P O R T S M A N GİMNASTİKA
Mayın 24-26-da Bakıda ilk
dəfə aerobika gimnastikası
üzrə XI Avropa çempionatı keçirilib.
Yarışlarda dünyanın 22
ölkəsindən 400-ə yaxın böyük
və gənc gimnast qadın və kişi,
qarışıq cütlük, üçlük, qrup,
həmçinin aerodans, aerostep
(yalnız böyüklər) yarışlarında
mübarizə aparıblar.
Azərbaycan komandası
aero-dans proqramında
Avropa çempionudur
Azərbaycanı IX Avropa çempionatında
17 gimnast - Ayxan Əhmədli,
Balaxanım Əhmədova, Vladimir
Dolmatov, Emil Quliyev, Xoşqədəm
Quliyeva, Nərminə Hüseynova, Nigar
İbrahimbəyli, İmran İmranov, Akif
Kərimli, Elçin Məmmədov, Mədinə
Mustafayeva, Aysel Aslanzadə, Xədicə
Quliyeva, Lalə Quliyeva, Fatimə
Qurbanova, Emiliya Mahmudova və
Eleonora Yusifova təmsil edib.
Gimnastikanın müxtəlif növləri
üzrə bir çox irimiqyaslı yarışlara ev
sahibliyi edən Milli Gimnastika Arenası
bu dəfə öz qapılarını Avropanın
dinamik və enerjili gimnastika növünün
təmsilçilərinə açıb. 3 gün davam
edən qitə birinciliyində aerobika gimnastları
medallar uğrunda mübarizə
aparıblar. Böyük və gənc gimnastlar
fərdi qadın və kişi, qarışıq cütlük, üçlük,
qrup, həmçinin aero dans, aero
step (yalnız böyüklər) proqramında
ən güclüləri müəyyənləşdiriblər.
Qaydalara əsasən, bir iştirakçı bu
kateqoriyaların maksimum 3-də qüvvəsini
sınayıb. Komanda hesabında
qaliblər isə 5 ən yaxşı çıxışa görə
müəyyən edilib.
Bakıda aerobika üzrə XI Avropa
çempionatının təntənəli aşılış mərasimi
mayın 24-də keçirilib.
Avropa Gimnastika İttifaqının
(UEG) prezidenti Fərid Qayıbov
Avropa çempionatını giriş sözü ilə
açaraq deyib: "Xanımlar və cənablar!
Avropa Gimnastika İttifaqının
adından hamınızı salamlayıram. Bu
gün Bakıda ilk dəfədir ki, aerobika
gimnastikası üzrə Avropa çempionatı
keçirilir. Təxminən bir həftə əvvəl
Bakı bədii gimnastika üzrə XXXV Avropa
çempionatına uğurla ev sahibliyi
etdi. Həmişə olduğu kimi aerobika
üzrə Avropa çempionatında da təşkilatçılıq
işləri yüksək səviyyədədir.
спортсман № 118 / 2019
7
GİMNASTİKA
S P O R T S M A N
Bunun üçün Azərbaycan Gimnastika
Federasiyasının (AGF) prezidenti
Mehriban xanım Əliyevaya, Təşkilat
Komitəsinin bütün üzvlərinə, könüllülərə,
gimnastika azarkeşlərinə öz
minnətdarlığımızı bildiririk”.
Fərid Qayıbov yarışları açıq elan
etdikdən sonra Azərbaycanın Dövlət
Himni səslənib.
Avropa çempionatının ilk iki günündə
təsnifat, son yarış günündə
isə final yarışları keçirilib.
Final mərhələsində böyük və
gənc gimnastlar fərdi qadın və kişi,
qarışıq cütlük, üçlük, qrup, həmçinin
aero dans, aero step (yalnız böyüklər)
proqramında medallar uğrunda
mübarizə apardılar.
Rusiya gimnastı Anton Kolobov
gənc gimnastların fərdi kişi proqramında
qızıl medala sahib çıxıb. İdmançı
hakimlərdən 21,100 xal alıb.
Yarışda gümüş medalı ispaniyalı
Migel Mane Qabarro (20,900 xal),
bürünc medalı isə rumıniyalı gimnast
Daniel Tavokun (20,550 xal) qazanıb.
Gənclər arasında fərdi qadın
proqramında yarışların qalibi adına
Rusiya təmsilçisi Anastasiya Dmitriyeva
(20,700 xal) layiq görülüb. İkinci
yeri digər Rusiya gimnastı Darya
Tixonova (20,550 xal) tutub. Ukraynalı
gimnast Anastasiya Kuraşvili
(20,550 xal) isə 3-cü olub.
11-ci Avropa çempionatının
gənclər arasında aero dans proqramında
birinci yerə rusiyalı gimnastlar
(17,700 xal) layiq görülüb. Gümüş
medallara Rumıniya gimnastları
(17,350 xal), bürünc medallara isə
Macarıstan idmançılar (17,200 xal)
sahib olublar.
Azərbaycanın gənclərdən ibarət
komandası (Aysel Aslanzadə, Xədicə
Quliyeva, Lalə Quliyeva, Fatimə
Qurbanova, Emiliya Mahmudova və
Eleonora Yusifova) 16,225 xalla 7-ci
pillədə qərarlaşıb.
Gənclər arasında qrup proqramında
qalib adını yenə də Rusiya
komandası (20,050 xal) qazanıb.
İkinci və üçüncü yerlərin sahibləri,
müvafiq olaraq, İtaliya (19,600 xal)
və Macarıstan (19,600 xal) komandaları
olub.
Gənclər arasında qarışıq cütlük
proqramında isə birincilik İtaliyanın
qarışıq cütlüyünə ((Andrea Kolnaqo
və Eliza Marras, 20.050 xal) qismət
olub. İkinci yerdə - Rusiya təmsilçiləri
(Damir Manafov və Kseniya Stefu,
20.050 xal), üçüncü yerdə - Rumıniya
cütlüyü (Darius Avqustin Branda
və Andrea-Selena Sotanqa, 19.900
xal) qərarlaşıb.
Yarışların son günündə gənclər
arasında üçlük, qrup və aero dans
proqramlarında mükafatlandırma
mərasimi keçirilib.
Trio yarışlarında fəxri kürsünün ilk
pilləsinə Rusiya-2 komandası çıxıb
(20,100 xal). İkinci və üçüncü pillələrdə,
müvafiq olaraq, Rumıniya-2
(19,950 xal) və Rusiya-1 (19,550 xal)
komandaları qərarlaşıblar.
Rusiya gimnastları qrup yarışlarında
da ilk pillədə yer alıblar (20,050
xal). Sonrakı yerləri İtaliya (19,600
xal) və Macarıstan (19,600 xal) idmançıları
tutublar.
Gənclər arasında aero dans proqramında
Rusiya komandası 17,700
xalla birinci yerə layiq görülüb. Rumıniya
komandası ikinci (17, 350 xal),
Macarıstan yığması (17,200 xal)
üçüncü yeri tutub.
Rusiya komandası Bakıda keçirilən
aerobika gimnastikası üzrə
11-ci Avropa çempionatının aero
step proqramında ən yaxşı nəticəni
göstərib. Rusiyalı gimnastlar hakimlərdən
ən yüksək xal (17.700 xal)
alaraq qızıl medala layiq görülüblər.
İkinci yerə Ukrayna təmsilçiləri
8 спортсман № 118 / 2019
S P O R T S M A N GİMNASTİKA
(16.400 xal) çıxıblar. Qeyd edək ki,
bu proqramda yalnız iki komdanda
təmsil olunub.
Böyüklər arasında fərdi qadın
və kişi proqramında, elə də qarışıq
cütlüklərin yarışlarında qaliblər
müəyyənləşib. Kişi gimnastların fərdi
yarışlarında qızıl medalı rusiyalı
gimnast Roman Semyonov (22.150
xal) qazanıb. Gümüş və bürünc medalları,
müvafiq olaraq, rusiyalı Timur
Kulayev (21,650 xal) və bolqarıstanlı
Antonio Papazov (21,300 xal) əldə
edib.
Fərdi qadın proqramında Rusiya
təmsilçisi Yekaterina Pıxtova fərqlənib.
Hakimlərdən 21,350 xal alan
gimnast fəxri kürsünün birinci pilləsində
qərar tutub. Onun ardınca eyni
nəticəni həmyerlisi Tatyana Konakova
göstərib. Bürünc müdal isə bolqar
Darina Paşovaya (21,200 xal) qismət
olub.
Böyüklər arasında qarışıq cütlüklər
proqramında çıxış edənlər arasında
mükafatalayiq yerləri, müvafiq
olaraq, Macarıstan (22.300 xal),
Türkiyə (21,900 xal) və Rumıniya
(21,750 xal) cütlüyü tutub.
Böyüklər arasında üçlük, qrup və
aero-dans proqramında qaliblər də
yarışların son günündə müəyyənləşib.
Üçlüklərin yarışlarında da birinciliyi
Macarıstan (22.441 xal) qazanıb.
İkinci yerə Rusiya (22.366 xal) layiq
görülüb. Üçüncü yerdə Rumıniya
(22.133 xal) qərarlaşıb.
Qrup proqramında Rumıniya
(22.233 xal) qızıl medal alıb. Bolqarıstan
(22.111 xal) gümüş, Rusiya
(22.100 xal) bürünc medala sahib
çıxıb.
Azərbaycan komandası aero-dans
proqramında fəxri kürsünün
ən yüksək pilləsində yer alıb. Azərbaycan
gimnastları hakimlərdən ən
yüksək -17.800 xal alıblar. Rusiya
17.750 xalla gümüş medala layiq görülüb.
Rumıniya 17.400 xalla üçüncü
yerdə qərarlaşıb.
Humay H.
спортсман № 118 / 2019
9
taekvondo
S P O R T S M A N
Mançesterdən 2 medal
Milad Beigi Hərçəqani
dünya çempionluğu,
Fəridə Əzizova isə
bürünc mükafat qazanıb
Azərbaycanın taekvondo
üzrə böyüklərdən ibarət milli
komandası Böyük Britaniyanın
Mançester şəhərində keçirilən
dünya çempionatında iki medal
qazanıb.
Millimizin titullu idmançılarından
olan Milad Beigi Hərçəqani 80 kq
çəki dərəcəsində ikincə dəfə dünya
çempionu olub. Təmsilçimiz bir gün
əvvəl mərhələ döyüşlərində Kuba,
Fransa, Moldova və Cənubi Koreya
idmançılarına şans verməyərək finala
vəsiqəni təmin edib.
Milad həlledici döyüşdə yunanıstanlı
Apostolos Telikostoqlunu da
22:12 hesabı ilə məğlub edərək fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb
və Azərbaycanın dövlət himnini səsləndirib.
Qeyd edək ki, Milad ilk dünya
çempionluğunu 2017-ci ildə Koreyanın
Muju şəhərində qazanıb. O,
həmçinin 2016-cı ilin Avropa çempionu
və Rio-2016 Yay Olimpiya
Oyunlarının bürünc mükafatçısıdır.
Mançesterdəki dünya çempionatına
10 idmançı ilə qatılan millimiz
yarışı bir qızıl və bir bürünc medalla
başa vurub.
Xatırladaq ki, Miladdan bir gün
əvvəl yarışan qadın taekvondoçumuz
Fəridə Əzizova 67 kiloqram
çəki dərəcəsində bürünc medala
sahib çıxaraq fəxri kürsünün üçüncü
pilləsində yer alıb.
Yığmamız yarışlarda Azərbaycan
Taekvondo Federasiyasının
vitse-prezidentləri Nağı Səfərov və
Niyaməddin Paşayev, eləcə də baş
məşqçilər Reza Mehmandust və Elnur
Amanovun rəhbərliyi ilə iştirak
edib.
Dünya çempionatı ərzində yaxşı
formada olduğunu deyən 24 yaş-
10
спортсман № 118 / 2019
S P O R T S M A N
lı Fəridə Əzizova ilk görüşdə Kosta
Rika təmsilçisini məğlub etdiyini söyləyərək
sözlərinə belə davam edib:
"Daha sonra iranlı rəqiblə döyüşdüm.
Medal görüşündə isə Kot d`İvuar
təmsilçisi ilə qarşılaşdım. Ona daha
əvvəl uduzmuşdum. Buna baxmayaraq,
dünya çempionatına daha yaxşı
hazırlaşdığım üçün məğlub vəziyyətə
düşsəm belə, son iki saniyədə 4:6 hesabını
8:6 edə bildim. Qalib gəldim və
bu, mənim üçün çox sevindirici hal idi.
Altı il bundan əvvəl nəticə qazana bilmişdim.
Bu nəticəni təkrarlamaq üçün
çox əziyyət çəkdim".
Xatırkadaq ki, Fəridə Əzizova
2013-cü ildə Meksikada dünya çempionatında
da bürünc medala sahib
olub. O, həmçinin 2014-cü il Avropa
çempionatının bürünc mükafatçısıdır.
Gənclər və İdman Nazirliyində Böyük
Britaniyanın Mançester şəhərindəki
dünya çempionatında uğur qazanan
taekvondo üzrə böyüklərdən
ibarət Azərbaycan milli komandasının
üzvləri ilə görüş keçirilib.
AZƏRTAC-ın məlumatına görə,
görüşdə çıxış edən gənclər və idman
nazirinin müavini İsmayıl İsmayılov
dünya çempionatında taekvondoçularımızın
parlaq qələbə qazandıqlarını
bildirib. Qeyd edib ki, idmançılarımızdan
birinin fəxri kürsünün ən
yüksək pilləsinə qalxması, digərinin
taekvondo
üçüncü yeri tutması, eyni zamanda,
Tokio 2020 Olimpiadasına lisenziya
xalları qazanması böyük uğurdur. Bu
münasibətlə idmançıları, məşqçiləri
və federasiya rəhbərliyini təbrik edən
İsmayıl İsmayılov deyib ki, 154 ölkə
arasında kişilərin komanda yarışında
beşinci, qadınların mübarizəsində
yeddinci yeri tutmaq uğurlu nəticədir.
Nazir müavini vurğulayıb ki, Azərbaycanda
idmana dövlət səviyyəsində
yüksək diqqət və qayğı göstərilir:
“Sevindirici haldır ki, idmançılarımız
dövlətimizin başçısı və Milli Olimpiya
Komitəsinin prezidenti İlham Əliyevin
yüksək etimadını layiqincə doğruldurlar.
Ölkəmizdə inkişafda olan idman
növlərindən biri də taekvondodur. Bu
gün Bakı ilə yanaşı, regionlarda da
idmanın müxtəlif növləri, o cümlədən
taekvondo üzrə yarışlar keçirilir. Bu
yarışlar ölkəmizdə idmanın kütləviliyinin
artırılmasında böyük əhəmiyyət
kəsb edir. İdmanın bu növü üzrə
Olimpiya, dünya çempionlarının və
mükafatçılarının olması və yarışlarda
qazanılan nailiyyətlər taekvondoya
və idmançılarımıza qayğının bariz
nümunəsidir”.
Dünya çempionatının gərgin idman
mübarizəsi şəraitində keçdiyini
vurğulayan Gənclər və İdman Nazirliyinin
idman şöbəsinin müdiri Fərid
Mansurov bildirib ki, Milad Beigi
Hərçəqani qızıl medal qazanmaqla
öz reytinqinə 120 xal əlavə etdi: “O,
dünya reytinqində sıralamada da birinci
yerə yüksəldi. Fəridə Əzizovanın
üçüncü yeri tutması isə onun potensialını
nümayiş etdirdi. Bu dünya çempionatı
növbəti turnirlərə hazırlaşmaq
üçün ciddi sınaq idi. Əsas məqsəd
2020-ci ildə Yaponiyada keçiriləcək
Olimpiya Oyunlarına daha çox taekvondoçu
ilə qatılmaqdır”.
Federasiyanın vitse-prezidenti
Niyaməddin Paşayev taekvondoçularımızın
hazırlıq prosesi, heyətin
seçilməsindən danışıb. O bildirib ki,
dünya çempionatına hazırlaşmaq
üçün yığma komandanın üzvləri yanvar
ayından beş beynəlxalq turnirdə
iştirak edib: “Komandaya 54 və 63
kiloqram çəki dərəcələrində gənc idmançılar
cəlb olunub. Ramin Əzizov
və gənc idmançımız Cavad Ağayev
yalnız yarımfinalda medal döyüşündə
uduzaraq mükafatçılar sırasına düşə
bilmədilər. O, Radik İsayevin və Fəridə
Əzizovanın növbəti Qran-Pri yarışları
vasitəsilə reytinqdə ilk beşliyə
düşərək Olimpiya Oyunlarında iştirak
edəcəklərinə əminliyini bildirib”.
İkiqat dünya çempionu Hərçəqani
bundan sonra da səylə çalışacağını
və növbəti yarışlarda da nəticələrinin
yüksək olması üçün var gücü ilə
mübarizə aparacağını bildirib. O, iki il
əvvəl qazandığı ilk qızıl medalın onun
üçün daha əhəmiyyətli olduğunu vurğulayıb.
Dünya çempionatında 3-cü yeri
tutan Fəridə Əzizova deyib ki, növbəti
mundialda məhz birincilik üçün döyüşəcək:
“Yarımfinalda çinli rəqibimi
əvvəlcədən tanımadığım və onun fiziki
imkanları daha yaxşı olduğu üçün
uğur qazana bilmədim. Artıq onun da
görüşlərini izləyib, həmin rəqibə qarşı
daha inamla çıxış edəcəyəm”.
Görüşdə qadınlardan ibarət milli
komandanın baş məşqçisi Elnur
Amanov diqqətə çatdırıb ki, bu il keçiriləcək
növbəti dörd Qran-Pri yarışında
ən yüksək lisenziya xalları
toplayaraq Tokio 2020 Olimpiadasına
daha çox vəsiqə qazanmağa çalışacaqlar.
Vüsal M.
спортсман № 118 / 2019
11
qılıncoynatma
S P O R T S M A N
Anna BaştaDAN AvropaLILARA “QILINCOYNATMA DƏRSİ”
May ayının 31-i sablya üzrə
milli komandamızın üzvü Anna
Başta, Bolqarıstanın Plovdiv
şəhərində keçirilən 23 yaşadək
qılıncoynadanların Avropa çempionatında
qızıl medal qazanıb.
Qrup mərhələsində keçirdiyi 6 görüşdən
5-ni qalib başa vuran Anna,
1/16 finalda Polşa idmançısı Zuzanna
Şesleri 15:6 hesabı ilə məğlub edib.
1/8 finalda ispan Elena Hernandez
Munoza 15:8 hesabı ilə qalib gələn
sablyaçımız, 1/4 finalda Macarıstan
təmsilçisi Kern Biankanı 15:3 hesabı
ilə məğlub edib. Anna Başta yarımfinalda
belaruslu Kaspiaroviç üzərində
15:10 hesablı qələbə qazanıb. Qılıncoynadanımız
finalda İtaliya idmançısı
Lusia Lukarinini məğlub etməklə 23
yaşadək qadın sablyaçılar arasında
Avropa çempionu olub.
İyun ayının 2-si Avropa çempiona-
12 спортсман № 118 / 2019
S P O R T S M A N
qılıncoynatma
tında iştirak edən idmançılarımız vətənə qayıdıblar.
23 yaşadək qılıncoynadanların Avropa çempionatında
qızıl medal qazanmaqla müstəqillik tariximizdə ilk dəfə
analoji yarışda çempion olan sablya üzrə milli komandamızın
üzvü Anna Başta, Heydər Əliyev beynəlxalq hava
limanında böyük coşqu ilə qarşılanıb. Anna jurnalistlərə
müsahibəsində tarixi zəfərindən danışıb: “Təbii ki, çox şadam.Bu
mənim ilk böyük uğurumdur. Bu cür qarşılanma
mərasimi də çox xoşdur. Final döyüşüm çətin alındı. Döyüşün
gedişində qələbəyə daha yaxın olduğumu hiss edirdim.
Görüşün sonlarında bir qədər üstünlüyü əldən verdim.
Hətta italiyalı rəqibimin hesabı bərabərləşdirmək şansı da
var idi. Lakin sonda hər şey mənim üçün yaxşı qurtardı”.
Ardınca milli komandamızın baş məşqçisi Çingiz
Mustafayev də tarixi uğurla bağlı fikirlərini bölüşüb:
“Turnirdən öncə də uğurlu nəticəyə ümid edirdik. Arxayınlaşmaq
olmaz. Artıq olimpiya təsnifat mərhələsinə start
verilib. Qarşıdakı aylarda bizi böyüklər arasında dünya və
Avropa çempionatı gözləyir. Hazırlığımız plan üzrə gedir.
Bir qədər bəxt də bizim tərəfimizdə olsa, hər şey yaxşı
olacaq”.
Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi
Vasif Məmmədov isə bu uğurun kollektiv əməyin
sayəsində mümkün olduğunu bildirdi: “Böyük və məsulliyətli
yolun başlanğıcındayıq. Gələcəkdə qələbələrimiz
daha çox olacaq. Düşünürəm ki, yaxşı komandamız formalaşıb.
Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya
Komitəsinə bizə dəstək olduqları üçün təşəkkür edirəm.
Təbii ki, bu uğurun qazanılmasında federasiyamızın hər bir
üzvünün əməyi var. Bu çempionluq kollektiv əməyin nəticəsidir.
Bir daha hamıya təşəkkür edirəm”.
Xatırladaq ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən
23 yaşadək qılıncoynadanların Avropa çempionatında 2
idmançı ilə təmsil olunmuşduq. Qadın sablyaçıların yarışında
Anna Başta finalda İtaliya təmsilçisi Lusia Lukarini
üzərində 15:12 hesablı qələbə qazanıb. Qrup mərhələsini
3 qələbə ilə başa vurmaqla pley-offa yüksələn, dünya
birinciliyinin bürünc mükafatçısı Ruslan Həsənov isə 1/32
finalda ispan Eugeni Gavaldaya 14:15 hesabı ilə uduzub.
Kənan Hakimov
спортсман № 118 / 2019
13
FORMULA 1
S P O R T S M A N
Valtteri Bottas - 2019 Formula 1
Azərbaycan Qran-Prisinin qalibi
Bakıda Formula 1 üzrə
dünya çempionatının dördüncü
mərhələsinin – SOCAR
Azərbaycan Qran-Prisinin
əsas yarışı keçirilib. Əvvəlcə
pilotların paradı və açılış
mərasimi olub.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Formula 1
üzrə dünya çempionatının dördüncü
mərhələsinin – SOCAR Azərbaycan
Qran-Prisinin əsas yarışına baxıblar.
Formula 1 Azərbaycan Qran-Prisinin
paytaxtın Azadlıq meydanında
keçirilən möhtəşəm açılış mərasimi
maraqlı anları ilə yadda qalıb.
Paradda və himn mərasimində
pilotları azyaşlılar müşayiət ediblər.
Formula 1 şirkətinin və Beynəlxalq
Avtomobil Federasiyasının “Gələcəyin
ulduzları” adlı birgə təşəbbüsü
çərçivəsində qəbul etdiyi qərara
əsasən, ötənilki mövsümdən
etibarən həm parad, həm də himn
mərasimlərində pilotlar azyaşlılar
tərəfindən müşayiət olunurlar.
Əvvəlcə builki yarış üçün xüsusi
tərtib olunmuş kubok təqdim edilib.
Açılış mərasiminə Azərbaycan
Respublikasının dövlət himninin ifası
ilə start verilib.
Dövlət himni tanınmış bəstəkar
Azad Vəliyevin yeni aranjimanında
səsləndirilib. Himni, muğam və klassik
üslubda Azərbaycanın Əməkdar
artistləri Bəyimxanım Vəliyeva
və Nurlan Növrəsli ifa edib. Onları
14 спортсман № 118 / 2019
S P O R T S M A N
FORMULA 1
Əməkdar artistlər - tarda Şəhriyar
İmanov, nağarada Kamran Kərimov,
violonçeldə Emin Qaliyev və bəm nağarada
Hüsaməddin Əzizov müşayiət
edib.
Dövlət himninin ifa olunmasından
sonra Formula 1 Azərbaycan
Qran-Prisinin 51 dövrədən ibarət əsas
yarışı başlayıb.
Final mərhələsində hər birində iki
pilot olan on komanda mübarizə aparıb.
Bir gün əvvəl keçirilən sıralama
yürüşünün nəticəsinə əsasən, start
xəttinə ən yaxın məsafədə “Mercedes”
komandasının sürücüləri Luis
Hamilton və Valtteri Bottas, “Ferrari”
komandasının pilotu Sebastian Fettel
dayanıb.
Bakı trekinin uzunluğu 6 kilometr,
ümumu məsafəsi isə 306 kilometrdir.
Bakı treki ən sürətli yarışlar kateqoriyasına
daxildir. Trekin ən geniş yerinin
eni 13, ən dar hissəsinin eni isə
İçərişəhər ətrafında, o cümlədən 7-ci
və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Gərgin idman mübarizəsinin yekununda
“Mercedes” komandasının
pilotu Valtteri Bottas, Formula 1 SO-
CAR Azərbaycan Qran-Prisinin qalibi
adını qazanıb. O, 51 dövrəni hamıdan
tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə
başa vurub.
Ondan 1,524 saniyə geri qalan komanda
yoldaşı, ötənilki Bakı Qran-Prisinin
qalibi Luis Hamilton 2-ci olub. İlk
üçlüyü liderə 11,739 saniyəlik fərqlə
uduzan “Ferrari” komandasının sürücüsü
Sebastian Fettel tamamlayıb.
“Mercedes” komandası bu qələbə
ilə Formula 1 üzrə dünya çempionat-
спортсман № 118 / 2019
15
FORMULA 1
S P O R T S M A N
ları tarixində yeni rekorda imza atıb.
Belə ki, ilk dəfə olaraq ardıcıl dörd
Qran-Pridə bir komandanın hər iki pilotu
yürüşü ilk iki pillədə başa vurub.
Sonra qaliblərin mükafatlandırılması
mərasimi keçirilib. Əvvəlcə
qalib idmançının və komandanın
şərəfinə, müvafiq olaraq, Finlandiya
və Almaniyanın dövlət himnləri səsləndirilib.
Qran-Prinin qalibi Valtteri Bottasa
kuboku Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev təqdim edib.
Dövlətimizin başçısı sonar Konstruktorlar
kubokunu “Mercedes” komandasının
nümayəndəsinə təqdim edib.
İkinci yerin sahibi “Mercedes”in
sürücüsü Luis Hamiltona kuboku
Azərbaycanın gənclər və idman naziri
Azad Rəhimov, üçüncü yeri tutan
“Ferrari” komandasının sürücüsü Sebastian
Fettelə isə kuboku Azərbaycan
Avtomobil Federasiyasının prezidenti
Anar Ələkbərov təqdim edib.
Beləliklə, Formula 1 üzrə dünya
çempionatının dördüncü mərhələsindən
- Azərbaycan Qran-Prisindən
sonra pilotların mübarizəsinə 87
xalla “Mercedes”in sürücüsü Valtteri
Bottas liderlik edir. Komanda yoldaşı
Luis Hamilton ondan 1 xal geri qalır.
“Ferrari” komandasının almaniyalı
pilotu Sebastian Fettel 52 xalla üçüncü,
“Red Bull Racing Honda”nın hollandiyalı
pilotu Maks Ferstappen 51
xalla dördüncü, “Ferrari”nin Monakodan
olan sürücüsü Şarl Lekler isə 47
xalla beşinci pillədə qərarlaşıb.
Konstruktorların yarışında isə
“Mercedes” komandası 173 xalla
birinci sıradadır. İkinci yerdə qərarlaşan
“Ferrari” komandasının 99,
üçüncü pillədəki “Red Bull Racing
Honda”nın 64 xalı var.
Builki Bakı yarışı Formula 1 idmanı
tarixində sayca 1001-ci Qran-Pridir.
Çində təşkil olunan Formula
1 üzrə 1000-ci Qran-Pridə qələbə
qazanan Luis Hamilton, iki yubiley
Qran-Prisinin qalibi olan ilk pilot kimi
tarixə düşüb. Belə ki, o, 2014-cü
ildə Bəhreyndə təşkil olunan 900-cü
Qran-Pridə də qələbə qazanıb.
Sərbəst yürüşdə
maraqlı hadisə
Xatırladaq ki, Bakıda Formula 1
Azərbaycan Qran-Prisinə aprelin 26-
da start verilib. Yarışın birinci günündə
pilotlar Bakı trekində iki sərbəst
yürüşdə güclərini sınayıblar. Sıralama
yürüşündən sonra isə Qran-Pridə
pilotların düzülüşü müəyyənləşib.
Formula 1 Azərbaycan Qran-Prisi
çərçivəsində Bakıda Formula 2 yarışları
da keçirilib.
Birinci sərbəst yürüşdə maraqlı
hadisə yaşanıb. “Williams” komandasının
pilotu Corc Rassellin bolidi
drenaj lükünə ilişərək sıradan çıxıb.
Marşallar dərhal bolidi xüsusi avtomobillə
trasdan kənarlaşdırıblar.
Pilot isə pit-leynə qayıdıb.
Dördüncü dəfə Bakıda
Formula 1 yarışı Azərbaycanda
dördüncü ildir təşkil olunur. 2016-cı
ildə keçirilən birinci yarışda – Formula
1 Avropa Qran-Prisində “Mercedes”
komandasının almaniyalı pilotu
Niko Rosberq qalib gəlib. 2017-ci
ildə təşkil olunan Formula 1 Azərbaycan
Qran-Prisi “Red Bull Racing
Honda” komandasının avstraliyalı
pilotu Daniel Rikkardonun qələbəsi
ilə başa çatıb. Ötənilki Qran-Pridə
isə “Mercedes” komandasının britaniyalı
sürücüsü Luis Hamilton qələbə
qazanıb.
“Mercedes” pilotunun
karyerasında beşinci qələbəsi
Formula 1 SOCAR Azərbaycan
Qran-Prisinin qalibi olan “Mercedes”in
finlandiyalı pilotu Valtteri Bottas
bu mövsüm ikinci dəfə finiş xəttinə
birinci çatıb. O, cari mövsümdə
ilk qələbəsini Avstraliya Qran-Prisində
qazanıb.
Formula 1 SOCAR Azərbaycan
Qran-Prisində qalibiyyət, finlandiyalı
pilotun karyerasında beşinci qələbəsi
olub.
“Biz əla nəticələr
əldə edirik”
Valtteri Botas Bakıdakı qələbəsi
ilə bağlı belə deyib: “Hərçənd liderlər
qrupunda o qədər də çox hadisə baş
vermirdi, amma yürüş mürəkkəb idi.
Axı Luis daim mənə pressinq göstərirdi.
Mən səhv edə bilməzdim və
vəziyyəti daim nəzarət altında saxladım.
Şadam ki, dama-dama bayrağı
16 спортсман № 118 / 2019
S P O R T S M A N
FORMULA 1
gördüm və finişə birinci çatdım.
Bu uğur bizim üçün çox əhəmiyyətlidir. Komanda əla
nəticələr əldə edir. Mən həmişə komanda yoldaşlarıma
deyirəm: fəxr edirəm ki, bu komandada çıxış edirəm. Biz
hamımız əla işləyirik. Mənim beşinci dəfə qələbə qazanmağım
əladır. Hər şey möhtəşəm şəkildə davam edir”.
Bakı trasını 85 minə yaxın tamaşaçı
ziyarət edib
Azərbaycan paytaxtında yürüş uik-endi başa çatdıqdan
sonra Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov
yarışın yekunlarını “F1News.ru”ya müsahibəsində şərh
edib: “Prinsipcə məmnunam. Məlum oldu ki, uik-end ərzində
trası 85 minə yaxın tamaşaçı ziyarət edib. Bu, təxminən
ötənilkinə bərabərdir, lakin onu nəzərə almaq lazımdır ki,
biz indi üç deyil, iki konsert keçirmişik.
Bildiyiniz kimi, avtomobil idmanı mədəniyyəti bizdə
yetərincə yeni sahədir. Düşünürdük ki, insanlar ola bilər ki,
konsertlərə görə də gəlirlər. Lakin biz onlardan birini ləğv
etdik və gördük ki, bu, tamaşaçıların sayına təsir etmədi.
Bu, o deməkdir ki, insanları bilavasitə mədəni proqram deyil,
yürüşün özü cəlb edir”.
“Azərbaycan Qran-Prisinin podratçılarının 95
faizi yerli şirkətlərdir”
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı
direktoru Arif Rəhimov, həmçinin sponsorların cəlb olunması
və yerli biznesin layihədə iştiraka inteqrasiyasından
danışıb.
Onun sözlərinə görə, Azərbaycan Qran-Prisinin podratçılarının
95 faizi yerli şirkətlərdir: “Yerli biznes Azərbaycan
Qran-Prisinə inteqrasiya edir. Onların bəziləri ilə birbaşa,
digərləri ilə dolayısı yolla işləyirik. Məsələn, Qran-Pri günlərində
otellər tamamilə dolu olur ki, bu da dolayısı ilə qarşılıqlı
fəaliyyətdir. Bundan başqa, bu il SOCAR şirkəti titullu
sponsorumuz oldu. Biz həmçinin yerli rabitə operatorunu
da cəlb etmişik, o, bizə dəstək sponsoru olub. Konsertlərə
də sponsorları cəlb edirik. Digər tərəfdən, bizim yarımdolayı
tərəfdaşlarımız da var. Çoxlu sayda podratçılarımız
mövcuddur və onların 95 faizi yerli şirkətlərdir. Bu da onlara
layihədə iştiraka kömək edir”.
A.Rəhimov əlavə edib ki, sərbəst yerləşmə zonasında
yerli kafe və restoranlar fəaliyyət göstərir və bunun sayəsində
onlar əlavə inkişaf imkanlarına malik olur, habelə özlərini
yürüşə gələn qonaqlara göstərmək şansı əldə edirlər.
Vüsal M.
спортсман № 117 / 2019
17
ŞAHMAT S P O R T S M A N
“Heydər Əliyev kuboku”
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının
96-cı ildönümü münasibətilə
Azərbaycan Respublikasının
Monteneqrodakı Diplomatik
Nümayəndəliyinin və Azərbaycan-Monteneqro
Mədəni
və İqtisadi Mərkəzinin təşəbbüsü
ilə Monteneqronun
paytaxtı Podqoritsa şəhərində
şahmat üzrə “Heydər Əliyev
kuboku” turniri keçirilib.
Turnirdə Monteneqronun yığma
və olimpiya komandalarının üzvləri,
tanınmış şahmatçıları - qrossmeysterlər,
beynəlxalq ustalar və FIDE ustaları
iştirak ediblər.
Yarışı daha ətraflı işıqlandırmaq
üçün Azərbaycan - Monteneqro Mədəni
və İqtisadi Mərkəzinin Direktoru
Seyran Tərlan oğlu Mirzəzadə ilə
əlaqə qurduq. “Online” müsahibəni
diqqətinizə çatdırırıq.
- Seyran müəllimi yaxından tanıyaq...
- Ali Diplomatiya Kollecinin məzunuyam,
2000-2016-cı illərdə AR
Xarici İşlər Nazirliyinin əməkdaşı
olmuşam. AR-in Rumıniyadakı Səfirliyində
çalışmışam. 2012-2016-cı
illərdə Azərbaycan Respublikasının
Monteneqrodakı Diplomatik Nümayəndəliyinin
müşaviri işləmişəm.
2016-cı ildən Azərbaycan-Monteneqro
Mədəni və İqtisadi Mərkəzinin
Direktoruyam.
- Şahmat üzrə “Heydər Əliyev
kuboku” turniri keçirmək ideyası
necə yaranıb?
- İlk öncə xatırladım ki, şahmat
üzrə “Heydər Əliyev kuboku” turniri
artıq ikinci ildir keçirilir və bu tədbiri
18 спортсман № 118 / 2019
S P O R T S M A N
ŞAHMAT
ənənəvi olaraq hər il təşkil etmək niyyətindəyik.
Ötən illərdə də tərəfimizdən
Ümummilli lider Heydər Əliyevin
doğum günü münasibəti ilə müxtəlif
tədbirlər keçirilib, məqalələr dərc olunub.
Bu il isə fəaliyyətimiz bir az da
genişlənib. Beləki, Ulu Öndərin xatirəsinə
7 may tarixində həndbol və
futbol turnirləri, 9-10 may tarixlərində
isə ikigünlük şahmat turniri keçirilmişdir.
Şahmat turniri Monteneqronun
Şahmat federasiyası və “Təhsil”
şahmat klubu ilə birlikdə təşkil olunmuşdur.
- Azərbaycan-Monteneqro Mədəni
və İqtisadi Mərkəzinin adını
çəkdiz. Mümkünsə bir az da mərkəz
barədə danışaq...
- Mərkəz 2011-ci ildə fəaliyyətə
başlamışdır. Mərkəzin əsas məqsədi
və hədəfi mədəniyyətimizin, tariximizin,
ədəbiyyatımızın təbliği, iqtisadi
əlaqələrimizin inkişafı, mövcud potensialımızın
düzgün dəyərləndirilməsi
və ondan vaxtında və səmərəli istifadə
edilməsidir.
Ötən müddət ərzində, Mərkəz
tərəfindən 20 yanvar, Xocalı soyqırımı
ilə bağlı məqalələr dərc etdirilmiş,
tədbirlər keçirilmiş, bilbordlar yerləşdirilmiş,
Türkiyənin Yunus Əmrə və
Çinin Konfutsi İnstitutları ilə birlikdə
“İpək Yolu” festivalı və azərbaycanlı
rəssamın sərgisi təşkil olunmuş,
Azərbaycan mətbəxi nümunələri ilə
ənənəvi “Novruz bayram”ları qeyd
edilmiş, “Əli və Nino”, “Bir Günəş altında”,
“Arşın Mal alan” filmləri Monteneqro
dilində nümayiş etdirilmiş,
Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyevin doğum günü münasi-
спортсман № 118 / 2019
19
ŞAHMAT S P O R T S M A N
bətilə futbol, həndbol, şahmat turnirləri
təşkil edilmiş, “Milad xeyriyyəçilik
bazar”larında Azərbaycan guşəsinin
təqdimatı, ADR-in 100 illiyi münasibəti
ilə “Azərbaycan və Monteneqro
üçün Birinci Dünya Müharibəsinin
nəticələri” başlığında konfrans keçirilmişdir.
Mərkəzin www.azcec.me internet
səhifəsi, həmçinin twitter, facebook,
instagram hesabları fəaliyyət göstərir.
- “Heydər Əliyev kuboku” turnirində
əsasən peşəkar şahmatçılar
iştirak ediblər. Yəqin ki, bu
maraq həm Ulu Öndərin xatirəsinə
olan ehtiramdan, həm xalqlarımız
arasında olan dostluq münasibətlərindən,
həm də Azərbaycanın
idman ölkəsi olaraq, istənilən yarışları
yüksək səviyyədə təşkili və
keçirməsi bacarığından qaynaqlanıb...
- Doğrudur. Birmənalı şəkildə
deyə bilərəm ki, şahmat üzrə “Heydər
Əliyev kuboku” turniri Monteneqronun
ən ciddi şahmat turnirlərindən
biridir və böyük maraqla, diqqətlə
izlənilir. Heydər Əliyevin Azərbaycanın
dövlətçiliyinin qurulmasında,
möhkəmləndirilməsində və ölkəmizin
inkişafında xidmətləri barədə Monteneqro
ictimaiyyəti kifayət qədər məlumatlıdır.
- Turnirin qalibi və mükafatçıları
kim oldu? Onların yarış haqda fikirləri
də bizə çox maraqlıdı.
- Turnirdə ilk üç yer üçün kubok
və pul mukafaları, həmçinin bir xüsusi
təltif nəzərdə tutulmuşdu. Turnirin
qalibi Monteneqronun tanınmış və
çox perspektivli şahmat ustası Nikola
Cukiç (Nikola Djukic - 2631 reytinq)
olmuşdur. İkini yeri Blajo Kaleziç
20 спортсман № 118 / 2019
S P O R T S M A N
(Blazo Kalezic - 2478 reytinq), üçüncü
yeri isə Yovan Miloviç (Jovan Milovic
- 2297 reytinq) tutmuşdur. İştirakçılar
turniri yüksək qiymətləndirir, ənənəvi
olaraq hər il keçirilməsini xahiş edirlər.
Həmçinin, sevindirici haldır ki, bütün
dünyada Azərbaycan böyük şahmat
ŞAHMAT
ölkəsi kimi tanınır. Monteneqroda fəaliyyət
göstərən “Azmont Investments”
Azərbaycan şirkəti ölkəmizin tarixi ilə
bağlı önəmli tarixlərin qeyd olunması,
ədəbiyyat və mədəniyyətimizin təbliği
işlərində Mərkəzimizin fəaliyyətlərinə
həmişə dəstək olur.
- Seyran müəllim, yəqin ki, bu
son deyil. Azərbaycan-Monteneqro
Mədəni və İqtisadi Mərkəzinin
neçə-neçə tədbirlər və yarışlar keçiriləcək.
Sirr deyilsə bir qədər də
gələcək planlar barədə danışardınız.
- Monteneqronun müxtəlif şəhərlərindəki
məktəb və mədəniyyət evlərində
Azərbaycan mədəniyyət günlərinin
keçirilməsi, “Azərbaycanın görkəmli
şəxsiyyətləri Monteneqro dilində” layihəsinin
davam etdirilməsi, iyun ayında
Azərbaycandan rəqs qrupunun
ifası, Hüseyn Cavidin “İblis” əsərinin
tərcüməsi kimi tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
- Müsahibəyə görə Sizə təşəkkürlərimizi
bildirir, işlərinizdə uğurlar
arzulayırıq.
- Mərkəzimizin fəaliyyətinə və tədbirlərinə
göstərdiyiniz marağa görə
mən Sizə təşəkkür edirəm. Sizə də
uğurlar.
Vidadi Baxşiyev
спортсман № 118 / 2019
21
adminton
S P O R T S M A N
“Azerbaijan International 2019”
6-9 iyun tarixlərində ümumi mükafat fondu 25 000
ABŞ dolları olan badminton üzrə “Azerbaijan International
2019” turniri keçirilib. Turnirində 39 ölkədən 248
idmançı yarışın medalları uğrunda mübarizə aparıb.
Bu Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları
qazandıran “International Challenge” kateqoriyalı
yarışlar üçün rekord göstərici olub.
“Azerbaijan International 2019” turnirində 5 kateqoriya
üzrə qaliblərin adlarına aydınlıq gəlib. Kişilərin şəxsi
yarışında finalda isveçli Feliks Burestedtə 2:0 (21-13,21-
12) hesabı ilə qalib gələn Danimarka badmintonçusu
Rasmus Gemke turnirin qalibi adını qazanıb.Qadınların
şəxsi yarışında ən güclü adını Tailand badmintonçusu
Pittayaporn Çaivan qazanıb. Tailandlı idmançı həlledici
22 спортсман № 118 / 2019
S P O R T S M A N badminton
görüşdə Belçika təmsilçisi Lian Tan üzərində 2:0 (21-
15,21-16) hesablı qələbəyə sevinib. Qarışıq qoşa yarışlarında
fransalı Tom Jikel-Delfin Delru tandemi alman
Mark Lamsfuss-İzabel Hertriç cütündən güclü olub 2:1
(9-21,23-21,21-15).Qadınların qoşa yarışında ingiltərəli
Kloe Börç-Lauren Smit cütü Rusiya idmançıları Yekatirina
Bolotova-Alina Davletova qoşasına 2:0(21-18,21-12) hesabı
ilə qalib gəlib. “Azerbaijan International 2019” turnirinə
kişilərin qoşa yarışı ilə yekun vurulub. Bu kateqoriya
üzrə həlledici görüşdə İngiltərə badmintonçuları Markus
Ellis-Kris Lanqric qoşası almaniyalı Mark Lamsfuss-Marvin
Seidel cütünə 0:2 (17-21, 21-23) hesabı ilə uduzub.
Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin
idman şöbəsinin müdiri Fərid Mansurov, Türkiyə
Badminton Federasiyasının prezidenti Murad Özmekik,
Azərbaycan Badminton Federasiyasının vitse-prezidentləri
Balaş Qasımov, Mirzə Orucov və Emin Zeynalov,
Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi
Musayev qalib və müfakatçılara medallar və pul mükafatları
təqdim ediblər.
Kənan Hakimov
спортсман № 118 / 2019
23
agof
S P O R T S M A N
Atributlar
Aprelin 19-da İtaliyanın paytaxtı Roma şəhərində bizim
eranın 9-cu əsrində Dostluq və Qardaşlıq simvolu
olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis
muzeyində 2019-cu il 21-27 iyul tarixlərində Bakıda keçiriləcək
Avropa Olimpiya Gənclər Festivalının məşəlinin
yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda,
oyunların simvolu olan Zeytun ağacının Azərbaycana
təqdim edilmə mərasimləri baş tutdu.
Tədbirdə sülhün rəmzi olan Zeytun ağacı və Festivalın
məşəli AOK-nın rəsmiləri tərəfindən Azərbaycan
nümayəndə heyətinə təqdim edilib. Məşəl Suraxanı kəndində
yerləşən tarixi alov məbədi Atəşgaha gətirilmişdir,
İyulun 21-də isə “Bakı-2019”-un açılış mərasimində yer
alacaqdır.
Medallar
“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalında
135 mükafatlandırma mərasimi keçiriləcək. Fəxri kürsüdə
yer alacaq idmançılara təqdim olunacaq medallar Avropa
Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri
üçün təşkil olunmuş seminarda təqdim olunub.
Mərkəzində “Bakı-2019”-un loqosu əks olunmuş qızıl,
gümüş və bürünc medalların dizaynı Bakının irs və mədəniyyətini,
eləcə də birlik və dostluq konsepsiyasını birləşdirən
təsvirlərə əsaslanır. Medallar od və Azərbaycan
paytaxtının möhtəşəm müasir memarlıq abidələrindən olan
Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin görünüşünü
özündə əks etdirir.
Medalların digər üzündə isə Avropa Olimpiya Komitəsinin
emblemi əks olunub.
Festivalın simvolları
Avropa Gənclər Olimpiya Festivalının əməliyyat komitəsi
təntənəli şəkildə Qafqaz leopardı Bəbiri və Cırtdanı idman tədbirinin
talismanları kimi təqdim etdi. Azərbaycan təbiətinin və
mədəni irsinin simvolu sayılan Bəbir və Cırtdan Azərbaycanın
görkəmli tarixi və zəngin mədəni irsini təcəssüm etdirir.
Bəbir Azərbaycan xalq əfsanələrində tez-tez rast gəlinən bir
obrazdır. Bu heyvan təbii gözəlliyin, gücün, qorxmazlığın, cəldliyin
simvolu sayılır və o Azərbaycan təbiətinin qorunan nadir
heyvan növlərindəndir.
Cırtdan bütün azərbaycanlılar tərəfindən çox sevilən bir
obrazdır. O, milli şəxsiyyət, ixtiraçılıq, cəsarət, qorxmazlıq və
başqaları üçün sədaqət rəmzidir. Cırtdan boyca kiçik olmasına
baxmayaraq, qəhrəman və qorxmaz ola bilmək fikrini əks
etdirir.
Cütlük yarış boyunca Avropa Gənclər Olimpiya Festivalının
simvolu olmaqla yanaşı, bütün dünyada Bakı 2019-un tanınmasında
böyük rol oynayacaq.
24 спортсман № 118 / 2019
S P O R T S M A N STOLÜSTÜ TENNİS
"döyüşə qocalar gedir"
Cari ilin 18-19 may tarixlərində
idman mütəxəssisi Mais
Şeydabəyovun xatirəsinə həsr
olunmuş veteranlar arasında
stolüstü tennis üzrə Azərbaycan
çempionatı keçirilmişdir.
Açılışda iştirak edən Federasiyanın
vitse-prezidenti Fazil Məmmədov,
ölkəmizdə idmana göstərilən böyük
diqqət və qayğıdan bəhs etmiş və yarış
iştrakçılarına uğurlar arzulamışdır.
Turnirdə iştirak edən mərhumun
oğlu, atasının xatirəsini yad etdikləri
üçün hər kəsə təşəkkürünü bildirmişdir.
Şəxsi xarakter daşıyan çempionatda
50-dən çox veteran iştirak etmişdir.
Veteran idmançılar 3 yaş qrup-
спортсман № 118 / 2019
29
STOLÜSTÜ TENNİS
S P O R T S M A N
larında – 40-49, 50-59, 60 və yuxarı
yaş qruplarında güclərini sınadılar.
İki gün gərgin mübarizədən sonra
qaliblər müəyyənləşdi.
40-49 yaş qrupu üzrə qadınların
oyununda I yeri Xəyalə Qiyasova,
II yeri Könül Mikayılova, III yeri isə
Şəfəq Nəcəfova qazandı. Bu yaş qrupu
üzrə kişilərdə I yeri Vaqif Məmmədov,
II yeri Zaur Mikayılov, III yeri isə
Yaşar Mövlanov qazandı.
50-59 yaş qrupunda kişilərdə I
yeri Teymur Hüseynov, II yeri İlham
Ağayev, III yeri isə Əsgərqulu Heydərli
qazandı.
60 yaş və yuxarı yaş qrupu üzrə
I yerin sahibi Səxavət Heydərov, II
yerin Qulu Quliyev, III yerin sahibi isə
Valeh Musayev oldu.
Qoşa yarışlarda Mikayılov Zaur
– Hüseynov Tahir I yeri, Əli Heydəri
– Rəhim Hüseynov II yeri, Vaqif Məmmədov
– Mehman Həsənov isə III yeri
qazandılar.
Qaliblərə Azərbaycan Stolüstü
Tennis Federasiyasının diplom və
mükafatları təqdim olundu. Yarışdan
sonra ən çətin yaş qrupunun (40-
49) qalibi olan Vaqif Məmmədovla
görüşdük. Bu məqamda nədənsə
1973-cü ildə tanınmış rejissor Leonid
Bıkovun çəkdiyi və baş rollardan
birini ifa etdiyi "Döyüşə ancaq qocalar
gedir" bədii filmi yadıma düşdü.
Vaqif müəllim, çox yorğun və “suyun
içində” olduğu üçün bizi məşqçi-müəllim
olduğu 258 nömrəli orta
məktəbdə yerləşən 13 saylı “Uşaq
Gənclər Olimpiya Ehtiyatları İdman
Məktəbi”nin tennis klubuna dəvət etdi.
Sizi, klubda alınan müsahibə və fotolarla,
eləcə də şəxsi müəllimi olduğu
idmançılarla tanış olmağa dəvət edirik.
- Vaqif müəllim, ilk öncə sizi
qələbə münasibətilə təbrik edirik.
Fəxri kürsüyə qalxanda hansı hissləri
keçirdiniz?
- Təbrikə görə təşəkkürlər. Hisslər
isə müxtəlif idi. Ancaq ikisini qeyd edə
bilərəm. Birincisi qələbə sevinci idi.
Turnirin qalibi olduğuna görə sevinirdim.
Qalibəmsə, deməli hələ formadayam,
deməli hələ qocalmamışam
(gülür). İkincisi isə nostalji hisslər idi.
Bu yarış abu-havası adamı keçmişə,
lap gənclik illərinə aparır. Hətta turnir
bitdikdən bir neçə gün sonra da bu
hissləri keçirirsən.
- Deməli, bu yaxınlarda keçmişə
səyahət etmisiz. Gənc Vaqiflə görüşə
bildiz?
- Səyahət də etdim, gənc Vaqiflə
də görüşdüm (bir az kövrəldi). 1985-ci
30 спортсман № 118 / 2019
S P O R T S M A N STOLÜSTÜ TENNİS
il, “Lokomotiv” cəmiyyəti və tennisdə ilk addımlarını atan 9
yaşlı Vaqif. Həmişəki kimi çox çalışqan və həvəslə məşq
edirdi. Lakin, 1980-ci illərin sonundakı hadisələr Vaqifi əvvəlcə
“Təhsil”, daha sonra isə “Neftçi” cəmiyyətlərinə aparıb
çıxarır.
- Bu müddət ərzində Gənc Vaqifə kömək ola biləcək
hər hansı bir nəsihət, məsləhət verə bildizmi?
- Xeyr, belə bir imkan yox idi. Elə bil filmə baxırsan.
Olub-keçənlər filminə. Əslində belə bir imkan olsaydı da,
nəticəsi olmayacaqdı. Çünki o dövr tam başqa, başqa quruluş,
başqa bir dövlət idi. Əlbəttə, biz Sovet Sosialist Respublikaları
İttifaqının (SSRİ) keçirdiyi müxtəlif yarışlarda iştirak
edirdik. Ancaq beynəlxalq yarışlara, dünya və Avropa
çempionatlarına qatılmaq mümkünsüz idi.
- Belə bir imkan nə vaxt oldu?
- Məndən yaşca böyük idmançılar üçün ölkəmiz
müstəqillik qazandıqdan sonra, mənim üçün isə 2004-
cü ildə. 1999-cu ildən mən “Dinamo” cəmiyyətində həm
məşqçilik edirdim, həm də idmançı karyeramı davam
edirdim. 2004-cü ildə mən ilk dəfə, Qətərdə keçirilən
dünya çempionatına Azərbaycan yığma komandasının
tərkibində iştirak etdim. Mükafata layiq yerlər tutmasaq
da dünya tennis ulduzları ilə bir məkanda olmaq, onların
oyunlarını canlı izləmək, hər idmançıda unudulmaz anlar
yaşadır.
- Bu gün isə Vaqif müəllim, respublikamızda fəaliyyət
göstərən sayılıb-seçilən məşqçilərdən biridir...
- Bəli-bəli (gülür). Tam məşqçilik fəaliyyətimə 2006-cı
ildə “Xəzri” tennis klubunu yaratdıqdan sonra başladım.
258 nömrəli məktəbdə yerləşən kluba elə bu məktəbin tennisə
marağı və həvəsi olan şagirdləri dəvət etdim. Məşq
edənlər çox idi. Lakin illər keçdi, həyatlarını tennisə bağlayan
və bu gün peşəkar tennisçiyə çevrilən tələbələrim
arasında artıq dəfələrlə Azərbaycan, Avropa çempionları
var. Onlar üçün respublikamızda hər cür şərait yaradılıb.
İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları mükafatlar,
dövlətimizin idmana və idmançılara göstərdiyi
diqqət və qayğının təzahürüdür. Yeri gəlmişkən, bu yaxınlarda
mənə respublikanın “Əməkdar məşqçi”si fəxri adı,
tələbələrimin üçünə isə idman ustası adı təqdim edilib.
Çox xoşbəxtəm. Bizə olan bu diqqətə görə Azərbaycan
Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və
Azərbaycan Stolüstü Tennis Federasiyasına minnətdarlığımı
bildirirəm.
- Vaqif müəllim, bir daha Sizi təbrik edir, yeni-yeni
uğurlar arzulayırıq.
- Mən də Sizə təşəkkür edir, tələbələrimlə yaxından tanış
olmağa dəvət edirəm.
Kamal Rza
Mən, Nəzakət Qara qızı Qarayeva 2001-ci ildə Bakı
şəhərində anadan olmusham. 2008-ci ildə 258 nömrəli tam
orta məktəbin 1-ci sinifinə daxil olmuş, elə həmin vaxtdan
da məktəbimizdə fəaliyyət göstərən stolüstü tennis bölməsinə
yazılmışam. Vaqif müəllimin rəhbərliyi ilə bir neçə il
məşqlərdən sonra federasiyanın keçirdiyi turnirlərdə çıxış
etməyə başladım. Nəticələr yaxşı olduğundan həvəsim bir
az da artdı. Bundan sonra daha ciddi məşq etməyə başladım
və öz yaşıdlarım arasında dəfələrlə Azərbaycan çempionu
oldum. 2017-ci ildən artıq böyüklər arasında gücümü
sınayıram. Belə ki, 2017-ci ilin gümüş, 2018-2019-cu
illərin isə qızıl mükafatçısıyam.
Beynəlxalq turnirlərdə də nəticələr pis olmayıb. 2016-
cı ildə Xorvartiyada keçirilən gənclərin Avropa çempionatında
(komanda şəklində) 5-ci, 2017-də 3-cü və nəhayət,
2018-ci ildə Ruminyada təşkil olunan Avropa çempionatinda
çempion oldum. Çempion olmaqla həm də idman ustası
normativini də yerinə yetirdim. Sevinirəm ki, bizə olan
etimadı doğrulda bildik. Məşqçilərimizin, federasiyamızın
zəhmətini yerə vurmadıq. Onlara və mənə hər zaman
dəstək olan ailəmə dərin təşəkkürlərimi bildirirəm.
Məşqlərə davam edirəm. Arzum, dünya və Olimpiya
çempionu olub, bayrağımızı ucaltmaq, himnimizi səsləndirməkdir.
спортсман № 118 / 2019
31
STOLÜSTÜ TENNİS
S P O R T S M A N
Mən, Nurlan Mir-Daməd oğlu Həsənov 1998-ci
ildə Rusya Federasiyasının Yujno-Saxalinsk şəhərində
anadan olmuşam. Stolüstü tennisə həvəsim lap kiçik
yaşlarımdan olub. Artıq 6 yaşımda bu maraq məni ilk
məşqçim Vagif Məmmədovun yanına gətirir. 3 il sərasər
məşqlərdən sonra mən, 9 yaşımda ilk dəfə yarışlarda iştirak
etdim və öz bacarığımı göstərdim. Beləcə, məktəb
yarışlarında, şəhər kubokunda, respublika çempionatlarında
fəal çıxış etməyə başladım. 11 yaşımda isə yığma
komandaya dəvət aldım. Şəxsi və yığma komandada
etdiyim ciddi məşqlər, məni peşəkar idmançıya, dəfələrlə
Azərbaycan çempionuna, idman ustalığına namizədə
çevirdi. Azərbaycan stolüstü tennis yığmamızın üzvü
kimi dəfələrlə beynəlxalq turnirlərə qatılaraq, respublikamızı
təmsil etmiş və bu gün də etməkdəyəm. Ölkəmizdə
digər idman növləri kimi stolüstü tennis də sürətlə inkişaf
edir. Bizə yaradılan bu şəraitə görə Azərbaycan idmanına
öz dəstəyini əsirgəməyən hörmətli Prezidentimizə,
federasiya rəhbərliyinə, məşqçi-müəllimlərimizə və çox
sevdiyim ailəmə sonsuz minnətdarlığımı bildirirəm.
Mən, Sadıx Yusif oğlu Sadiqov 2002-ci ildə Russiya
Federasiyasinın Saransk şəhərində anadan olmuşam.
Artıq 6 yaşimdan Bakıda, Vaqıf müəllimin rəhbərliyi ilə
stolüstü tennislə məşğul olmağa başlamişam. 2012-ci ildə
ilk dəfə Azərbaycan çempionu olduqdan sonra müxtəlif
beynəlxalq yarışlarda gücümü sınamışam. Mütəmadi
məşqlər öz bəhrəsini verdi. Dəfələrlə Azərbaycan çempionu,
beynəlxalq yarışların mükafatçısı olmuşam. Ən yüksək
nəticəmi isə 2016-cı ildə qazandım. Xorvatiyada keçirilən
Avropa çempionatına yığma komandanın baş məşqçisi
Mixael Timofeyevin rəhbərliyi ilə qatılan komandamız, bütün
rəqiblərinə qalib gələrək, gənclərin Avropa çempionu
adını qazandı.
Hazırda idman ustası olaraq, həm şəxsi məşqçim Vaqif
Məmmədovla, həm də yığma komanda da məşqlərimi davam
edirəm.
32 спортсман № 118 / 2019
S P O R T S M A N STOLÜSTÜ TENNİS
Mən, Qarayev Nihad 2003-cü ildə Bakıda anadan
olmüşam. 2009-cu ildə 258 nomrəli orta məktəbin 1-ci
sinifinə daxil olmuşam. Məktəbdə fəaliyyət göstərən stolüstü
tennis bölməsi haqqında eşitmişdim. Bir dəfə onların
məşqlərinin şahidi oldum və bu idman növü çox xoşuma
gəldi. Artıq 2011-ci ildən bu günədək Vaqif müəllimin rəhbərliyi
ilə tennislə məşğul oluram. Dəfələrlə məktəblər, rayonlar,
şəhərlər arasında keçirilən turnirlərdə iştirak edib,
mükafata layiq yerlər tutmuşam. Bundan başqa respublika
çempionatlarında da quvvəmi sınamışam. Bir neçə il birinci
beşlikdə, son illər isə yaşıdlarım arasında respublika
çempionuyam. Lakin, bu hələ son deyil, məşqlərə ciddi
şəkildə davam edirəm. Vaqif müəllimin fikrincə mənim böyük
qələbələrim hələ qabaqdadır. Sadəcə hər qələbənin
arxasında gərgin məşqlər, böyük zəhmət durur. Çalışacam
mənə olan etimadı doğruldum. Fürsətdən istifadə edib
mənə göstərdikləri diqqət və qayğıya görə Vaqif müəllimə
və ailəmə sonsuz təşəkkürlərimi çatdırıram.
Mən, Fatehi Vaqif 1996-cı ildə Bakı şəhərində anadan
olmuşam. Kiçik yaşlarımdan idmana marağım, 2008-ci ildə
məni stolüstü tennis bölməsinə gətirib çıxarır. 258 nömrəli
orta məktəbdə yerləşən “Xəzri” tennis klubunda adaşım
Vaqif müəllimin rəhbərliyi ilə tennislə məşğul olmağa başladım.
Cəmi bir il məşqlərdən sonra müxtəlif yarışlarda
iştirak etməyə başladım. Ən böyük qələbəm 2012-ci ildə
oldu. Əvvəlcə şəhər çempionatında Bakı şəhər çempionu,
sonra isə respublika çempionu oldum. Tennislə yanaşı
digər marağım isə neft mühəndisi olmaq idi. Hal-hazırda
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil
alıram. Dərslərimlə yanaşı tennislə də mütəmadi məşğul
oluram. Hətta 100 000 izləyicisi olan internet səhifəm də
var ki, buradan da sevimli idman növüm olan stolüstü tennisi
təbliğ edirəm. Artıq tennis həyatımın bir hissəsinə çevrilib.
Fürsətdən istifadə edib, bütün şıltaqlarımıza dözən,
əlimizdən tutub tennisin fəndlərini öyrədən çox hörmətli
Vaqif müəllimimizə sağ olsun deyirəm.
спортсман № 118 / 2019
33
UEFA
S P O R T S M A N
AVROPANIN
BAKI FİNALI
Aleksandr Ceferin:
“Bakıdakı azarkeşlər canlı
futbol görmək istəyində
haqlı deyillərmi?”
Mayın 29-da Bakıda ilk dəfə futbol
üzrə Avropa Liqasının finalı keçirilib.
London klublarının qarşılaşdığı həlledici
oyunda “Chelsea” “Arsenal”a
4:1 hesabı ilə qalib gəlib.
Yeri gəlmişkən, final oyununa
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, birinci xanım Mehriban
Əliyeva və ailə üzvləri də baxıblar.
İtaliyalı hakim Gianluca Rocchinin
idarə etdiyi bu oyunda Avropa Liqası
tarixində ilk dəfə hakimin video
köməkçisi (VAR) sistemindən istifadə
olunub. Bundan başqa, bu turnirdə ilk
dəfə komandalar əlavə vaxt təyin olunacağı
təqdirdə dördüncü əvəzetmədən
istifadə etmək hüququ qazanıblar.
Final qarşılaşmasının birinci hissəsində
hesab açılmayıb. İkinci hissəyə
“Chelsea” daha fəal başlayıb. Bu fəallığın
nəticəsində 49-cu dəqiqədə Olivier
Giroud komandasını hesabda irəli
çıxarıb – 1:0. 60-cı dəqiqədə “Chelsea”
hesabda üstünlüyünü artırıb. Bu
dəfə Pedro fərqlənib. Beş dəqiqə sonra
“Arsenal”ın qapısına penalti təyin
edilib. Onbirmetrlik zərbəni dəqiq yerinə
yetirən Eden Hazard hesabı 3:0-a
çatdırıb. “Arsenal” 69-cu dəqiqədə hesab
arasındakı fərqi Alex Iwobinin əla
qolu ilə azaltmağa müvəffəq olsa da,
iki dəqiqə sonra Hazardın dəqiq zərbəsilə
“Chelsea” böyük hesablı qələbə
qazanıb - 4:1.
Bununla da “Chelsea” tarixində
ikinci dəfə UEFA Avropa Liqasının qalibi
olub. London klubu bundan əvvəl
2013-cü ildə adıçəkilən yarışın kubokunu
qazanmışdı. O vaxt “Chelsea”
Amsterdamda keçirilən finalda “Benfica”ya
2:1 hesabı ilə qalib gəlmişdi.
“Chelsea” həmçinin 1971 və 1998-ci
illərdə Kuboklar kuboku, 1998-ci ildə
UEFA Superkuboku, 2012-ci ildə isə
Çempionlar Liqasının qalibi olub.
“Arsenal” isə 1994-cü ildə Kuboklar
kubokunun qalibi olduqdan sonra
Avropa turnirlərində 5-ci dəfə finalda
məğlub olub.
34 спортсман № 118 / 2019
S P O R T S M A N UEFA
“Chelsea”nin fransalı hücumçusu
Giroud Bakıda vurduğu qol sayəsində
UEFA Avropa Liqasının 2018-2019-cu
illər mövsümünün ən məhsuldar futbolçusu
olub. O, turnir ərzində 11 dəfə
fərqlənib.
Qeyd edək ki, bu oyunla “Arsenal”ın
çexiyalı qapıçısı Petr Cech
1999/2000 mövsümündən başlayan
peşəkar karyerasını başa vurub.
Bakıda Olimpiya stadionunda keçirilən
oyunu 51370 nəfər izləyib ki, bu
da son ildə Avropa Liqasında azarkeş
sayına görə 3-cü final olub. Xatırladaq
ki, 2018-ci ildə Lionda “Marsel” – “Atlético
Madrid” (0:3) qarşılaşmasını
55768, 2012-ci ildə Buxarestdə “”Atlético
Madrid” – “Athletic Bilbao” finalını
(3:0) isə 52347 tamaşaçı canlı izləyib.
Prezident UEFA rəsmilərini
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, mayın 29-da Avropa
Futbol Assosiasiyaları İttifaqının
(UEFA) prezidenti Aleksander Ceferinin
başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib. Dövlət başçısı, Ceferin
və UEFA İcraiyyə Komitəsinin üzvləri
ilə əvvəlki görüşünü xatırlayaraq, yenidən
nümayəndə heyətinin Bakıya
səfərindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev, Azərbaycan ilə
UEFA arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyini bildirib.
Avropa Futbol Assosiasiyaları İttifaqının
prezidenti Aleksandr Ceferin
Bakıda UEFA Avropa Liqasının final
oyununun keçirilməsi üçün yüksək
səviyyədə hazırlıq işlərinin görüldüyünü
qeyd edib. O, Bakının çox gözəl
şəhər olduğunu, müasir inkişafı və
tarixi ənənələri özündə birləşdirdiyini
vurğulayıb, paytaxtımızda özlərini çox
rahat hiss etdiklərini deyib. Ceferin
UEFA-nın AFFA ilə uğurlu əməkdaşlıq
həyata keçirdiyini qeyd edərək, yaradılmış
şəraitə görə minnətdarlığını
bildirib.
Aleksandr Ceferin:
“Azərbaycanda insanlar
futbolu sevirlər”
Yeri gəlmişkən, UEFA-nın prezidenti
Aleksandr Ceferin "Der Şpigel"
nəşrinə müsahibəsində Avroliqanın
final oyununun keçirilməsi üçün niyə
Bakının seçdiklərini açıqlayıb.
Ceferin bunu Azərbaycanda yaşayan
insanların futbolu sevməsi ilə
əlaqələndirib.
"Niyə? Çünki orada yaşayan insanlar
futbolu sevirlər. Təkcə İngiltərə
və Almaniyada deyil, hər yerdə futbolu
inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər
canlı futbol görmək istəyində
haqlı deyillərmi? Klublar birbaşa biletləri
geri qaytarıblar, çünki hamısını
sata bilməyiblər. Yeri gəlmişkən, mən
спортсман № 118 / 2019
35
UEFA
S P O R T S M A N
asanlıqla uçuşlar üçün aviabiletlərin
olduğunu söylədim. Lakin kimsə bu
haqda danışmır. Həmişə UEFA günahkar
kimi göstərilir. Bu populizmdir.
Hər klubun səyahət edən azarkeşlərini
dəstəkləmək üçün konstruktiv təklifi,
yaxud fondu olur", - deyə Ceferin
bildirib.
UEFA prezidenti qeyd edib ki, əlbəttə
Bakı Londondan uzaqdır, lakin
yeri təyin edərkən finalda hər iki komandanın
İngiltərədən olacağı bilinmirdi.
“Final matçının Bakıya təyin
edilməsi doğru qərar idi”
UEFA-nın prezidenti Aleksandr
Ceferin, Britaniyanın "Daily Mail"
nəşrinə açıqlamasında “Chelsea”
ilə “Arsenal” arasında oynanılan finalın
Bakıya salınmasının doğru
addım olduğunu bildirib: “Avropa
Liqasının final matçını Bakıda keçirməyin
səhv qərar olduğunu düşünmürəm.
Futbol özü inkişafdır.
İnsanlar matçdan sonra stadionun
tam dolmadığını deyirdilər. Bəli, final
matçında stadion tam dolmamışdı.
Amma oyuna ümumlikdə 51 min 370
nəfər gəlmişdi. Biz futbolu təkcə böyük
ölkələrdə deyil, hər yerdə inkişaf
etdirmək istəyirik".
36 спортсман № 118 / 2019
S P O R T S M A N UEFA
Elxan Məmmədov:
"Avropa Liqasının finalı
Bakının nələr edə biləcəyinin
yaxşı göstəricisi idi"
Azad Rəhimov:
“Bakıda Avropa Liqasının final
oyunu ən yüksək səviyyədə keçdi”
“Bakıda Avropa Liqasının final oyunu ən yüksək
səviyyədə keçdi. Final oyunu azarkeşlər və
qonaqlar üçün böyük bir futbol bayramına çevrildi”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın
Gənclər və İdman naziri Azad Rəhimov UEFA
Avropa Liqasının Bakıda keçirilmiş final matçına
münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, final oyununu izləməyə
gələn bütün azarkeşlər ölkələrinə razı qayıdıblar.
İnanırıq ki, onlar Bakıya turist kimi yenidən gələcəklər.
AFFA-nın baş katibi Elxan Məmmədov,
İngiltərənin "Daily Mail" nəşrinə
Avropa Liqasının Bakı finalı barədə
danışıb: "Arsenal" və "Chelsea"nin
təkcə Londondakı deyil, Bakıya səyahət
edən digər ölkələrdəki azarkeşləri
olan xarici turistlərin sayından
məmnun qaldıq. Boş oturacaqların
əksəriyyəti əvvəldən finala bilet alan,
ancaq bura gəlməyən frankfurtlu azarkeşlərdən
qaynaqlanır. Bu biletlər satılmadığı
üçün məyus olmadıq. Hesab
edirəm ki, onlar bileti saxlamağa qərar
verdilər. Bəlkə də, UEFA-ya qaytarmaq
istəmədilər".
O, stadiona gələn 30 min xarici və
22 min yerli azarkeşin yaratdığı mühit
haqda da danışıb: "Şəhərdə əsl bayram
idi. Bir növ London küçələrinə
bənzəyirdi. "Arsenal" və "Chelsea"
azarkeşləri tərəfindən yaxşı izdiham
yaranmışdı. Stadionun ətrafında matçdan
əvvəl əyləncə üçün gözəl proqram
var idi, açılış mərasimi də gözəl
idi. Bundan da yaxşısının edilə biləcəyini
söyləyə bilmərəm".
E.Məmmədov bildirib ki, Aropa
Liqasının final oyunu gələn il ölkəmizdə
4 oyunu keçiriləcək Avropa çempionatı
üçün yaxşı test olub: "Final zamanı
nəqliyyatı və bütün təşkilatçılığı
sınadıq və bunu təhlil edəcəyik. Ancaq
mənfi yöndə heç bir xəbər eşitmədik.
Avropa çempionatı milli səviyyəsində
böyük hadisədir. Avropa Liqasının finalı
isə Bakının nələr edə biləcəyinin
yaxşı göstəricisi idi".
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin
Bakıda keçirilən iclasında
AFFA-nın baş katibi Elxan Məmmədov,
UEFA-nın Ədalətli Oyun və
Sosial Məsuliyyət Komitəsinin sədri
vəzifəsinə seçilib. O, 2008-ci ildən
adıçəkilən komitədə sədr müavini vəzifəsində
çalışırdı.
Rasim
спортсман № 118 / 2019
AIJA
S P O R T S M A N
AİJA, Macarıstan və Azərbaycan idman
jurnalistlərini çay süfrəsi ətrafına topladı
Azərbaycan və Macarıstan
idman jurnalistləri assosiasiyaları
arasında qarşılıqlı
dostluq və əməkdaşlıq
əlaqələri mövcuddur. Hər iki
milli təşkilatın üzv olduqları
Beynəlxalq İdman Mətbuatı
Assosiasiyasının mərkəzi
qərargahı uzun illər Budapeştdə
yerləşmişdir.
İki il əvvəl, 2017-ci ilin martında
Macarıstan İdman Jurnalistləri
Assosiasiyası ölkə paytaxtında Avropa
İdman Mətbuatı İttifaqına üzv
ölkələrinin milli idman mediası qurumlarının
rəhbərlərinin və dünyaca
məşhur idmançılarının iştirakı ilə
“AİPS AVROPA MEDİA SAMMİTİ”
keçirmiş, həmin sammitdə ölkəmiz
iki nümayəndə ilə təmsil olunmuşdu.
İndi isə Azərbaycan İdman Jurnalistləri
Assosiasiyası AVRO-2020-
nin seçmə mərhələsinin E qrupunda
"Bakcell Arena"da keçirilən Azərbaycan
- Macarıstan matçına 4 saat
qalmış, "Xarı bülbül" restoranında
hər iki ölkənin idman jurnalistlərinin
38
S P O R T S M A N
çay süfrəsi arxasında görüşünü təşkil
etdi.
Görüşdə Macarıstan İdman Jurnalistləri
Assosiasiyasının prezidenti,
Nemzeti Sport Grour, Puskas.com
LTD və Puşkaş Beynəlxalq Futbol
Fondunun prezidenti, öplkənin milli
olimpiya komitəsinin üzvü, Avropa
AIJA
İdman Mətbuatı İttifaqının vitse prezidenti
György Szöllösi, matçı işıqlandırmağa
gələn 12 nəfərdən ibarət
media qrupu - televiziya və radio şərhçiləri,
operatorları, fotomüxbirlər, qəzet
və jurnal reportyorları Gábor Baricsa,
Tamás Dénes, Péter Horváth,
Tamás Kis, Attila Kovács, Gábor Lantos
və başqaları, eləcə də Macarıstan
dövlətinin ölkəmizdəki səfirliyinin
müşaviri cənab Zoltan Timar, AİPS
üzvləri - Azərbaycan İdman Jurnalistləri
Assosiasiyasının prezidenti, MOK
üzvü, əməkdar jurnalist Eldar İsmayılov,
“İdman” qəzetinin baş redaktoru,
əməkdar jurnalist Qabil Mehdiyev,
“Sportsman” jurnalının təsisçisi və
baş redaktoru Rəşad Qəmərşahoğlu
(Cavadov), “Qızıl top” Beynəlxalq
Futbol Mükafatının jüri üzvü, araşdırmaçı
jurnalist Rasim Mövsümzadə,
Media.az portalından Vüsal Cəfərov,
“Azərisport”-dan Zəki Feyzullayev,
“Əlillər” qəzetinin baş redaktoru, paralimpiya
qrupunun rəhbəri Tahir Xudiyev,
“İdman Azərbaycan” telekanalının
çəkiliş qrupu – Hüseyn Şöhlət və
Cəfər Bağırov iştirak etdilər.
Macarıstanlı qonaqlar görüşün
gözəl bir məkanda, yüksək səviyyədə
təşkilindən məmnunluqlarını ifadə
etdilər.
İlqar İsmayılov,
AİJA-nın “Qladiator” İdman
Klubunun rəhbəri,
AİPS üzvü
спортсман № 118 / 2019
39
FUTBOL
S P O R T S M A N
2020-ci il Avropa çempionatının
seçmə mərhələsi çərçivəsində
çıxışını davam etdirən futbol
üzrə Azərbaycan millisi hər iki
qarşılaşmada məğlub olub.
E qrupunda yarışan komandamız
iyunun 8-də Bakıda “Bakcell Arena”-
da keçirilən oyunda Macarıstan futbolçularına
1:3 (qol: Mahir Emreli),
iyunun 11-də həmin stadionda Slovakiya
millisinə isə 1:5 (qol: Ramil
Şeydayev) hesabı ilə məğlub olub.
Xatırladaq ki, slovaklar 2001-ci
ildə səfərdə Şimali Makedoniyaya,
2007-ci ildəsə San Marinoya 5:0 hesabı
ilə qalib gəliblər. Bizimlə oyunda
Millimiz qələbə həsrətiNDƏ
dubl edən Marek Hamšík isə 24 qolla
Slovakiya millisinin bütün dövrlər ərzində
ən məhsuldar oyunçusu olub.
3 oyundan sonra hesabında xal
olmayan Azərbaycan millisi E qrupunda
5 komanda arasında sonuncu
yeri tutur (topların fərqi: 3-10). Bununla
belə, millimizin hücumçusu Ramil
Şeydayev macar Willi Orban və Máté
Pátkai, həmçinin slovakiyalı Marek
Hamšíklə birlikdə hərəyə 2 qolla qrupun
ən məhsuldar oyunçularıdır.
Yoldaşlıq görüşünü də nəzərə
almaqla, komandamız 5 oyundur ki,
qələbəyə həsrətdir. Yeri gəlmişkən,
Azərbaycan – Slovakiya oyunundan
sonra “Bakcell Arena”da AFFA
İcraiyyə Komitəsinin təcili toplantısı
keçirilib. Azərbaycan milli komandasının
baş məşqçisi Nikola Jurčevićin
də dəvət olunduğu iclasda millinin
son iki oyunda göstərdiyi uğursuz
nəticələr müzakirə olunub. Xorvatiyalı
mütəxəssis hər iki qarşılaşma
ilə əlaqədar İcraiyyə Komitəsinə qısa
hesabat verib və bildirilib ki, yaxın
günlərdə ətraflı hesabat təqdim olunacaq.
İcraiyyə Komitəsinin ümumi rəyi
belə olub ki, Azərbaycan milli komandasına
dəvət olunan futbolçular
üzərlərinə düşən məsuliyyəti dərk
etməli, bütün oyunlarda var gücləri
ilə mübarizə aparmalı, heç bir halda
imkanlarından aşağı səviyyədə çıxış
etməməlidirlər.
Komandamız növbəti oyunlarını
sentyabrda keçirəcək. Ayın 6-da
Kardiffdə Uelsin qonağı olacaq Azərbaycan
millisi üç gün sonra Bakıda
Xorvatiya futbolçularını qəbul edəcək.
Seçmə mərhələnin 2019-cu ilin
noyabrına kimi davam edəcəyini də
bildirək.
Xatırladaq ki, 55 komandanın
çıxış etdiyi seçmə mərhələdə 10
qrupda ilk iki yeri tutanlar Avro-2020-
də oynamaq hüququ qazanacaqlar.
Qruplarda komandaların xalı eyni
olduqda yerləri müəyyənləşdirmək
üçün onların arasındakı oyunların nəticələrinə
baxılacaq.
24 iştirakçının qatılacağı final
40
спортсман № 118 / 2019
S P O R T S M A N
FUTBOL
turnirinə daha 4 komanda UEFA Millətlər
Liqasından vəsiqə qazanacaq.
Avro-2020-nin Avropanın 12 müxtəlif
şəhərində keçiriləcəyini, o cümlədən
4 oyunun Bakıda Olimpiya stadionunda
olacağını da qeyd edək.
E qrupu
Növbəti oyunların təqvimi
6 sentybar
Slovakiya – Xorvatiya
Uels – AZƏRBAYCAN
9 sentyabr
AZƏRBAYCAN – Xorvatiya
Macarıstan - Slovakiya
Komandaların mövqeyi
1. Macarıstan – 9 xal (4 oyun)
2. Slovakiya – 6 (3)
3. Xorvatiya – 6 (3)
4. Uels – 3 (3)
5. AZƏRBAYCAN – 0 (3)
BİLİRSİNİZMİ?
Macarıstan millisi Braziliya (5
oyun, 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət),
Fransa (22 oyun, 12 qələbə, 2
heç-heçə, 8 məğlubiyyət), Uruqvay (3
oyun, 1 qələbə, 2 heç-heçə) kimi güclü
komandalarla oyunlarda müsbət
balansa malikdir.
2009-cu ildən FIFA tərəfindən ilin
ən gözəl qolunun müəllifinə verilən
mükafat əfsanəvi macar futbolçusu
Ferenc Puskásın şərəfinə “Puskás
Award” adlanır.
1967-ci ildə Avropanın ən yaxşı
oyunçusu seçilən Florian Albert "Qızıl
top" mükafatını qazanan yeganə macarıstanlı
futbolçudur. O, karyerası boyunca
yalnız vətənində "Ferencváros"
komandasında çıxış edib və 2007-ci
ildə bu klubun stadionu onun şərəfinə
adlandırılıb. Florian Albert Macarıstan
millisinin heyətində 75 oyunda 31 qol
vurub, 1960-cı il Olimpiya Oyunlarının
və 1964-cü il Avropa çempionatının
bürünc mükafatçısı, 4 qolla 1962-ci il
dünya çempionatının bombardirlərindən
biri olub.
1976-cı ildə Belqradda keçirilən
finalda Almaniya FR komandasına
penaltilər seriyasında 5:3 hesabı ilə
qalib gələrək (əsas və əlavə vaxt –
2:2) Avropa çempionluğunu qazanan
Çexoslovakiya yığmasının əsasını
slovakiyalı futbolçular təşkil edib. Belə
ki, qaliblərin ümumi heyətindəki 22
oyunçudan 15-i slovak olub.
Slovakiya müstəqillik qazandıqdan
sonra ölkə millisi yalnız 2016-cı
ilin Avropa çempionatında çıxış edib.
O vaxt mübarizəni 1/8 finalda dayandıran
komandanın hücumameylli yarımmüdafiəçisi
Ondrej Duda Uelslə
oyunda meydana çıxdıqdan 1 dəqiqə
sonra qol vurmaqla italiyalı Alessandro
Altobellinin AÇ-1988-də və ispaniyalı
Juan Carlos Valerónun AÇ-2004-
də etdiyini bacarıb.
Slovakiya millisi DÇ-2018-in seçmə
mərhələsi çərçivəsində öz qrupunda
yalnız İngiltərədən geri qalaraq
2-ci yeri tutsa da, ən zəif göstəriciyə
malik olduğundan Rusiya mundialına
vəsiqə uğrunda keçirilən pley-offa qatıla
bilməyib.
Ivan Pecha (Xəzər Lənkəran
2009-2010, Rəvan Bakı 2013), Peter
Chrappan (İnter Bakı 2011-2012),
Kamil Kopúnek (Rəvan Bakı 2014)
və Pavol Farkaš (Qəbələ 2014-2015)
kimi slovakiyalı futbolçular Azərbaycan
çempionatında çıxış ediblər.
Nuray M.
спортсман № 118 / 2019
41
AMİF
S P O R T S M A N
Respublika çempionatı
qaliblərinin
təltifolunma mərasimi
İyunun 4-də məktəblər arasında respublika
çempionatı qaliblərinin təltif olunması
mərasimi keçirilib.
Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Gənclər və
İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin
vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Məktəb
İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova,
millət vəkilləri, tanınmış idmançılar, təhsil müəssisələrinin
rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Mərasim, Azərbaycan Milli Konservatoriyasının tərkibində
Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin
ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov,
təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların
sağlamlığının əhəmiyyətini qeyd edərək, sağlam
həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini qeyd
edib. Ceyhun Bayramov məktəb idmanı sahəsində sözügedən
yarışların əhəmiyyətindən danışıb və qalibləri
təbrik edib.
Daha sonra çıxış edən Gənclər və İdman naziri Azad
Rəhimov idmançıların məktəb yaşlarından formalaşmağa
başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə
müsbət təsir göstərəcəyini və onların peşəkar
idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə öz növbəsində ölkəmizdə idmanın inkişafında
məktəb idmanının əhəmiyyətini qeyd edərək, birgə
əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatının
təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb.
AMİF-in prezidenti Sevinc Hüseynova qaliblərə uğurlar
arzu edib, Məktəb İdmanları Federasiyası tərəfindən
həyata keçirilən layihələr barədə danışıb, gələcəkdə
çempionat çərçivəsində keçirilən oyunlarda qalib məktəblərin
komandalarının beynəlxalq yarışlarda iştirakına
dəstək olacağını qeyd edib.
Çıxışlardan sonra qaliblər və çempionat çərçivəsində
fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində 1, 2,
3-cü yerlərə layiq görülmüş ümumtəhsil məktəbləri təltif
olunub. Çempionatın ümumi nəticələrinə görə 1-ci yerə
layiq görülən ümumi təhsil müəssisəsinə keçici kubok
təqdim edilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində
Respublika İncəsənət Gimnaziyası şagirdlərinin
ifasında musiqi əsərləri səsləndirilib.
42 спортсман № 118 / 2019
S P O R T S M A N мəktəb idmanları
Qeyd edək ki, məktəblər arasında
respublika çempionatı 26 sentyabr
2018-ci il tarixində imzalanan
Təhsil, Gənclər və İdman nazirlikləri,
Milli Olimpiya Komitəsi, Azərbaycan
Məktəb İdmanları Federasiyasının
birgə əmri ilə keçirilib. Çempionatın
keçirilməsində məqsəd ümumtəhsil
məktəblərində təhsil alan şagirdlərin
sağlam həyat tərzinə istiqamətləndirilməsi,
onların asudə vaxtının
səmərəli təşkili, idmana olan marağın
artırılması, məktəblərdə sağlam
və aktiv həyat tərzinin təşviqi,
ümumtəhsil məktəblərinin idman
sahəsində sinifdənxaric və məktəbdənkənar
fəaliyyətlərinin qiymətləndirilməsi,
eyni zamanda birgə əmri
imzalayan hər bir qurumun potensialından
və koordinasiya imkanlarından
istifadə edərək, çempionatın
keçirilməsi nəticəsində idmanda kütləviliyi
təmin edərək yüksək nailiyyətlər
və uğurlar qazanmaqdır.
2018-2019-cu tədris ili ərzində
keçirilən çempionatın əsasnamə
və proqramına uyğun olaraq yarışlarda
Təhsil Nazirliyinin tabeliyində
fəaliyyət göstərən rayon və şəhər
ümumtəhsil müəssisələrinin şagirdləri
şahmat (2-4-cü siniflər), atletika
(5-7-cı siniflər), voleybol (qızlar, 7-9-
ci siniflər), basketbol (oğlanlar, 9-11-
ci siniflər) idman növləri üzrə iştirak
ediblər. Ümumilikdə yarışlarda iştirak
üçün 4 idman növü üzrə 2 397
məktəb, 202 248 şagird qeydiyyatdan
keçib.
Pərvin Mehdiyev
спортсман № 118 / 2019
43
idman və BİZ
S P O R T S M A N
Elşan Əhmədov
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası.
Davamlı inkişafın planlaşdırılması
və idarə edilməsi kafedrasının müdir əvəzi,
dosent, iqtisad elmləri fəlsəfə doktoru
DAVAMLI, İNKLÜZİV VƏ MÜQAVİMƏTLİ İNKİŞAFDA İDMAN
ÜZRƏ MİLLİ STRATEGİYANIN ROLU VƏ ƏHƏMİYYƏTİ
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyev qeyd etmişdir ki, “Gələcəkdə iqtisadiyyatın daha
da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi
ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq
və əminəm ki, Azərbaycan qarşıda gələn illərdə daha da
güclü olacaq”. Ölkə rəhbəri tərəfindən gələcək inkişaf strategiyasının
davamlı, inklüziv və müqavimətli planlaşdırılması
və idarə edilməsi yüksək dövlət idarəçiliyinin göstəricisidir.
Son illərdə Azərbaycan Respublikasının milli iqtisadiyyat
perspektivi üzrə Strateji Yol Xəritəsi və Azərbaycan Respublikasinda
bədən tərbiyəsi və idmanın inkişafi üzrə Milli
Strategiya (2013-2020-ci Illər) və digər mühüm proqram və
stateji yol xəritələri qəbul edilmişdir. Qloballaşan dünyada
sürətli islahatlara dayanıqlı əsas vardır. Çünki son dönəmdə
dünyada gedən proseslər onu göstərir ki, dünya sürətlə
dəyişməkdədir. Bu dəyişim bütün sahələrdə özünü göstərməkdədir:
risklər artmaqda, ölkələrarası rəqabət şiddətlənməkdə,
hətta siyasi və iqtisadi dünya xəritələrində dəyişikliklər
baş verməkdədir. Bu günkü reallıqları nəzərə alaraq,
demək olar ki, bundan sonra yalnız adaptasiya qabiliyyətli,
innovativ, inklüziv, çevik, elastik və müqavimət göstərə
bilən ölkələr suveren ayaqda qala biləcəklər. Xüsusi qeyd
edilməlidir ki, Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası
məhz bu istiqamətdədir. Yəni, bu gün ölkə rəhbərliyinin
qarşıya qoyduğu ən ümdə vəzifə siyasi-iqtisadi və
sosial güclü Azərbaycan dövləti və onun inklüziv, davamlı
və dayanıqlı inkişaf strategiyasını təyin etməkdir. İnklüziv,
davamlı və dayanıqlı inkişaf strategiyası ölkəmizin və dünyanın
bu gününə, gələcəyinə və dünyanın qorunmasına
istiqamətlənmişdir. Bütün bunlar yalnız və yalnız sağlam
bədən, sağlam düşüncə, əqli inkişaf, yüksək etika, bilik və
bəcərik, habelə sistemli düşüncə və yüksək idarəetmə ilə
mümkündür. Qədim Roma mədəniyyətində hələ II-ci əsrin
əvvəllrində Decimus İunius İuvenalis tərəfindən yazılan
satirada “sağlam bədəndə sağlam zehn” sözləri tarixə
keçmiş və böyük popularlıq qazanmışdır. Həqiqətən də,
bu gün inkişaf etmiş və qlobal böyük güc ölkələrinə nəzər
yetirsək, həmin ölkələrin ÜDM-un böyük hissəsi təhsilə,
idmana, gənclərin məşğuliyyətinə yönləndirilmişdir. Buraya
həmçinin idman siyasəti, hərbi məktəblər və s. daxildir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev
Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub,
idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim
edilməsi mərasimində qeyd etmişdir ki, bu gün dünya
miqyasında Azərbaycan idman dövləti kimi tanınır. Beynəlxalq
idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi,
Avropa Olimpiya Komitəsi, onların rəhbərləri Azərbaycanda
idmanda əldə olunmuş uğurları qeyd edirlər. Bizim üçün
əsas qiymət xalq tərəfindən verilən qiymətdir. Azərbaycan
xalqı öz idmançılarını sevir, onların uğurlarına sevinir. Hər
bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi keçirir
ki, biz idmanda böyük nailiyyətlərə imza ata bilmişik. Bu,
bizim işimizə verilən böyük qiymətdir. Beləliklə Azərbaycan
dövləti idmanın inkişafı üçün uzun illər məqsədyönlü şəkildə
kompleks tədbirlər görür. Həm təlim-məşq prosesi yüksək
səviyyədə təşkil edilir, həm də federasiyalar, klublar,
idman cəmiyyətləri uğurla fəaliyyət göstərirlər. Milli Olimpiya
Komitəsi, Gənclər və İdman Nazirliyi vahid siyasət aparırlar.
Ona görə Azərbaycanda idman siyasəti ilə bağlı birmənalı
mövqe nümayiş etdirilir. Aşağıda göstərilən cədvəl
44 спортсман № 118 / 2019
S P O R T S M A N idman və BİZ
baycan məktəblərinin öz tələbələrini
idmana həvəsləndirməsi, onları idman
sahələrinə istiqamətləndirməsi, bədən
tərbiyəsi dərslərinin normativ standartlara
uyğun tədbiq edilməsi vacibdir.
Əslində hər bir insan, şagird öz potensialının
fərqinə məhz məktəblərdə varır.
Təlim tədris proselərində qarşılıqlı
və rəqabətçil yarışmalar şagirdlərin
gələcək potensial və uğurlarını ortaya
çıxartmaq üçün böyük imkanlar yaradır.
Ona görə də, “Məktəblər arasında
respublika çempionatı”nın keçirilməsi
xüsusi əhəmiyyətə malik təlim proqramıdır.
Həmin çempionata ümumi
rəhbərliyi Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi, Təhsil.
Nazirliyi, Milli Olimpiya Komitəsi və
Azərbaycan Məktəb İdmanları Federasiyası
həyata keçirir. Ölkəmizdə
eyni zamanda Məktəb İdmanları Federasiyası
tərəfindən davamlı inkişafın
təmin edilməsi məqsədilə yeni ğlkə
miqyaslı mühüm layihələr həyata keçirilməkdədir.
Onlar arasında məktəblər
arasında respublika çempionatı”nın
keçirilməsini göstərmək olardı. Həmin
layihənin məqsədi davamlı inkişaf,
ümumtəhsil məktəblərində bədən tərbiyəsi
və idmanın şagirdlər arasında
kütləviləşdirilməsi, dünya olimpiada
yarışlarının şagirdlər arasında təşvigi
və ümumən idmana olan marağın
artırılması, məktəblərdə sağlam və
fəal həyat tərzinin təşviqi, ümumtəhsil
məktəblərinin idman sahəsində sinifdənxaric
və məktəbdənkənar fəaliyyətlərinin
qiymətləndirilməsi, olimpiya
idman komplekslərindən və bazalarından
səmərəli istifadənin təmin edilməsindən
ibarətdir.
1-də Azərbaycanda idmançılar tərəfindən
qazanılmış medalların ildən ilə
yüksələn dinamikası təhlil edilmişdir.
Müstəqil Azərbaycan Respublikasında
dövlətin qarşısında duran
tarixi vəzifələrin yerinə yetirilməsi, o
cümlədən dövlətçiliyin, iqtisadiyyatın
və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi,
şəxsiyyətin harmonik
inkişafı, gənclərin əməyə və vətənin
müdafiəsinə hazırlanması kimi
məsələlərin həllinin təmin edilməsində
bədən tərbiyəsi və idmanın gündəlik
həyatımıza daxil edilməsi hazırkı
dövrdə aktual tələblərdən birinə
çevrilmişdir. Dövlət tərəfindən davamlı
inkişafın təmin edilməsi üçün
Azərbaycan Respublikasinda bədən
tərbiyəsi və idmanın inkişafi üzrə Milli
Strategiya (2013-2020-ci Illər) təyin
etmişdir.
Respublikamızda fərqli idman
seksiyalarında məşğul olanların sayı
2000-ci ildən başlayaraq artmışdır.
Həmin seksiyalara atıcılıq idmanı,
armrestlinq, yüngül atletika, ağır atletika,
basketbol, badminton, boks, bədii,
gimnastika, idman gimnastikası,
voleybol, qılıncoynatma, dama, cüdo,
karate, kikboksinq, yunan-roma güləşi,
sərbəst güləş, nərd, otüstü xokkey,
sambo güləşi tennis, stolüstü tennis,
taekvando, futbol, futzal, üzgüçülük,
şahmat və s. daxildir. Aşağıda gösətrilən
Şəkil 1-də idman seksiyalarında
məşğul olanların ayrı-ayrı idman növləri
üzrə bölgüsü və artım dinamikası
verilmişdir. Görüldüyü kimi Azərbaycanda
2000-ci illərdən başlayaraq
günümüzə dək idman seksiyalarında
ayrı-ayrı idman növləri üzrə məşğul
olanların dinamikası artan tendendensiya
ilə davam etmişdir.
Şəkil 1. İdman seksiyalarında məşğul
olanların ayrı-ayrı idman növləri
üzrə bölgüsü (nəfər)
Müstəqil Azərbaycan Respublikasında
dövlətin qarşısında duran
tarixi vəzifələrin yerinə yetirilməsi,
o cümlədən dövlətçiliyin, iqtisadiyyatın
və sosial sahələrin inkişafı və
möhkəmləndirilməsi, şəxsiyyətin harmonik
inkişafı, gənclərin əməyə və
vətənin müdafiəsinə hazırlanması
kimi məsələlərin həllinin təmin edilməsində
bədən tərbiyəsi və idmanın
gündəlik həyatımıza daxil edilməsi
hazırkı dövrdə aktual tələblərdən birinə
çevrilmişdir. İlk növbədə Azər-
Bu gün bədən tərbiyəsi və idman
sahəsi sosial inkişafın ən vacib
və özünəməxsus bir sahəsinə çevrilərək
sosial siyasətlə bilavasitə və
sıx əlaqədədir. Məhz bu səbəbdəndir
ki, sosioloqlar idmana cəmiyyəti
vahid milli ideya ətrafında birləşdirən,
insanda qələbəyə, yeni-yeni
uğurlara can atmaq hissini oyadan
vasitə kimi baxırlar. Son illərin idman
sosiologiyası istiqamətindəki
araşdırmaları da sübut edirki, bugünkü
həyatımız “İdman və gənclik”,
“İdman və tərəqqi”, ”İdman və
humanizm”, “İdman və şəxsiyyətin
hərtərəfli inkişafı”, “İdman və mədəniyyət”,
“İdman və ekologiya”, “İdman
və qadın” kimi sosial məsələlərin
qarşılıqlı vəhdətidir.
спортсман № 118 / 2019
45
S P O R T S M A N
II AVROPA OYUNLARI
İyunun 21-də start götürəcək
Minsk 2019 II Avropa Oyunlarında
Azərbaycanı 80 idmançı təmsil
edəcək. Heyətdə həmçinin 32
məşqçi, 15 nəfər inzibati şəxs və 5
nəfər tibb işçisi yer alacaq.
Minsk 2019 II Avropa Oyunlarında
ümumilikdə 50 ölkədən 4000-dən
çox idmançı çıxış edəcək. Onlar 15
idman növündə 199 medal dəsti uğrunda
mübarizə aparacaqlar.
Yarışların açılış mərasimi iyunun
21-də, bağlanış mərasimi isə iyunun
30-da “Dinamo” stadionunda keçiriləcək.
Yarışlar 12 idman obyektində olacaq.
İdmançılar Tələbə Kəndi olan və
Oyunlar üçün yenidən hazırlanmış
Atletlər kəndində qalacaqlar. Atletlər
kəndinin tutumu 6500 nəfərlikdir və
1 may tarixindən etibarən fəaliyyətə
başlayıb.
Minsk 2019 II Avropa Oyunlarında
Azərbaycanı təmsil edəcək
idmançılar:
Atıcılıq - 6 idmançı: Emin
Cəfərov, Rigina Mehtaheddinova,
Nurlana Cəfərova, Əli Hüseynli
(stend atıcılığı), Ruslan Lunyov, Nigar
Nəsirova (güllə atıcılığı);
Badminton - 1 idmançı: Ezmi
Qovimuramadhoni;
Cüdo - 13 idmançı (9 kişi, 4
qadın): Kəramət Hüseynov, Orxan
Səfərov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə
(66 kq), Rüstəm Orucov, Hidayət
Heydərov (hər ikisi 73 kq),
Məmmədli Mehdiyev (90 kq), Zelim
Kotsoyev, Elmar Qasımov (hər ikisi
100 kq), Uşanqi Kokauri (+100 kq),
Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva
(52 kq), İçinxorlo Munxtsedev
(57 kq), İrina Kindzerska (+78
kq);
Güləş – 16 idmançı (sərbəst
güləş 6 idmançı, yunan-roma güləşi
5 idmançı, qadın güləşi 5 idmançı):
Mahir Əmiraslanov (57 kq),
Hacı Əliyev (65 kq), Toğrul Əsgərov
(74 kq), Camaləddin Maqomedov,
Cəbrayıl Həsənov (79 kq), Nurmaqomed
Qadjiyev (97 kq, hamısı sərbəst
güləş), Sakit Quliyev (60 kq), Kərim
Cəfərov (67 kq), İslam Abbasov (87
kq), Orxan Nuriyev (97 kq), Sabah
Şəriəti (130 kq, hamısı yunan-Roma
güləşi), Mariya Stadnik (50 kq), Alyona
Kolesnik (57 kq), Elmira Qəmbərova
(62 kq), İrina Netreba (68 kq),
Səbinə Əliyeva, 76 kq, hamısı qadın
güləşi);
48 спортсман № 118 / 2019
S P O R T S M A N II AVROPA OYUNLARI
Boks - 11 idmançı (10 kişi, 1
qadın): Rüfət Hüseynov (49 kq),
Məsud Yusifzadə (52 kq), Tayfur
Əliyev (56 kq), Cavid Çələbiyev
(60 kq), Bəxtiyar Qazıbəyov (64
kq), Lorenzo Sotomayor (69 kq),
Kamran Şahsuvarlı (75 kq), Alfonso
Dominqes (81 kq), Rahil Məmmədli
(91 kq), Məhəmməd Abdullayev
(+91 kq), Məryəm Cəbrayılova (69
kq);
Kamandan oxatma - 1 idmançı:
Ozay Qasımova;
Velosiped idmanı - 5 idmançı
(trek yarışları 1 idmançı, şosse
yarışları 4 idmançı): Sergey Omelçenko
(trek), Samir Cəbrayılov, Elçin
Əsədov, Mikayıl Səfərli, Musa
Mikayılzadə (hamısı şosse);
Kanoe - 1 idmançı: Mariya-Lorena
Manolitsa;
Karate - 7 idmançı (5 kişi, 2
qadın): Roman Heydərov (kata),
Firdovsi Fərzəliyev (60 kq), Rafiz
Həsənov (67 kq), Rafael Ağayev
(75 kq), Asiman Qurbanlı (+84 kq),
Nuranə Əliyeva (50 kq), İrina Zaretska
(68 kq);
Sambo - 7 idmançı (6 kişi, 1
qadın): Ağasif Səmədov (52 kq),
Mehman Xəlilov (57 kq), Cavidan
Qarayev (62 kq), Emil Həsənov (68
kq), Abdulla Abdullayev (74 kq),
Ceyhun Hüseynov (82 kq), Gözəl
Zutova (74 kq);
Gimnastika - 13 idmançı (bədii
gimnastika 7 idmançı, batut və
tamblinq gimnastikası 2 idmançı,
aerobik gimnastikası 2 idmançı,
idman gimnastikası 2 idmançı):
Zöhrə Ağamirova, Ayşən Bayramova,
Zeynəb Hümmətova, Diana
Əhmədbəyli, Aliyə Paşayeva, Darya
Sorokina (bədii gimnastika), İlya
Qrişunin, Ruslan Ağamirov (batut
gimnastikası və tamblinq), Ruhidil
Qurbanlı, Abdulla Əl-Məşeyxi (akrobatika),
İvan Tixonov, Marina Nekrasova
(idman gimnastikası).
Azərbaycanlı hakim Avropa
Oyunlarına təyinat alıb
Çimərlik futbolu üzrə FIFA referisi
İnqilab Məmmədov Minsk 2019 II
Avropa Oyunlarına təyinat alıb.
Azərbaycanlı hakim çimərlik
futbolu üzrə oyunları idarə edəcək.
Xatırladaq ki, bu növdə Azərbaycan
millisi təmsil olunmayacaq.
II Avropa Oyunlarının medalları
təqdim olunub
Belarusda Minsk 2019 II Avropa
Oyunlarının medalları təqdimat mərasimi
keçirilib.
Paytaxtdakı “Mir” qəsrindəki
tədbirdə qızıl, gümüş və bürünc
medallar nümayiş etdirilib.
спортсман № 118 / 2019
49
II AVROPA OYUNLARI
S P O R T S M A N
Klassik dairəvi formada olan medalların
diametri 9,5 sm, qalınlığı,
9,5 mm-dir. Bu, Belarus əhalisinin
sayının 9,5 milyon olmasına işarədir.
Mükafatların çəkisi 540 qramdır.
Medalların korpusu xüsusi tompak
metalı ilə örtülüb. Onların hazırlanmasında
24 karat qızıl və 999 əyarlı
xalis gümüş və bürüncdən istifadə
olunub.
II Avropa Oyunları üçün ümumilikdə
1084 ədəd – 329 qızıl, eyni sayda
gümüş və 426 bürünc medal hazırlanacaq.
Hər bir medalın əks üzündə
onu əldə edən şəxsin çıxış etdiyi idman
növünün rəmzi əks olunacaq.
Həmçinin II Avropa Oyunlarına
gələcək ölkələrin nümayəndə heyətləri
və rəsmi şəxsləri üçün xatirə
medalı hazırlacaq. Bunlar yarışlarda
idmançılara verilmiş medalların kiçildilmiş
surəti olacaq.
III Avropa Oyunları Polşada?
2023-cü ildə keçiriləcək III Avropa
Oyunlarını keçirməyə yeganə namizəd
ölkənin adı açıqlanıb.
Avropa Olimpiya Komitələrinin
(EOC) rəsmi saytının məlumatına
görə, Polşa Milli Olimpiya Komitəsi
Krakov şəhəri və Malopolsk regionunun
birgə ərizəsini təqdim edib. Növbəti
Oyunların məkanı iyunun 22-də
EOC-un Belarusun paytaxtı Minskdəki
Növbədənkənar Baş Assambleyasında
açıqlanacaq.
Daha əvvəl Rusiyanın Kazan
şəhərinin də namizəd olduğu bildirilirdi.
Qeyd edək ki, ilk Avropa Oyunları
2015-ci ildə Bakıda təşkil olunub.
Çingiz Hüseynzadə: "10-luğ"a
düşməyə çalışacağıq"
"Nümayəndə heyətimiz 150
nəfərə yaxındır. Onlardan 80-i atlet,
32-si məşqçi, 15-i inzibati şəxs, 5-i
isə tibb işçisidir".
Bunu Milli Olimpiya Komitəsində
Minsk-2019 Avropa Oyunları ilə
bağlı keçirilən mətbuat konfransında
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə
deyib.
O bildirib ki, ikinci dəfə təşkil olunacaq
yarışda Azərbaycan 11 idman
növündə qüvvəsini sınayacaq. Ç.
Hüseynzadənin sözlərinə görə, bayraqdar
üçün bir neçə namizəd var:
"Lakin bu, son anda açıqlanacaq.
Həmin idmançı ilk gündə yarışacaq
idman növlərinin üzvlərindən biri olacaq".
Vitse-prezident bildirib ki, Bakıda
l Avropa Oyunlarında qeydə alınan
nəticəni Minskdə göstərmək mümkün
olmayacaq: "Çünki həmin vaxt
bütün növlərdə təmsil olunurduq.
Burda isə elə deyil. Ümid edirik ki,
medallarımızın sayı kifayət qədər
çox olacaq. Güləş, boks, cüdo və karateçilərimizə
daha çox inanırıq. Bu
yarış Tokio-2020 öncəsi olduğundan
Olimpiya komandamızın formalaşması
baxımından mühüm rol oynayacaq.
Çalışacağıq ki, ümumi hesabda
“10-luğ”a düşə bilək ".
Ç.Hüseynzadə "Minsk-2019"un
yarışların keçirilməsi baxımından əla
olacağını deyib: "Amma komandanın
və rəhbərliyin məskunlaşmasını
komfortlu adlandıra bilməyəcəyəm.
Bakı-2015-də olan təmtəraq Minskdə
olmayacaq".
Tokio-2020-yə hələlik bir lisenziyanın
qazanıldığını deyən Ç.Hüseynzadə
bu sayın tezliklə artacağına
əminliyini bildirib: "Bir sıra növlərdə,
xüsusən, atıcılıq növündə ilk lisenziyalar
Minskdə qazanıla bilər".
Mayın 20-də Minskdə təşkil olunacaq
Azərbaycan günü barədə də
danışan funksioner həmin gün ayrılacaq
pavilyonda səfir Tünzalə Ağayevanın
konset verəcəyini və rəqs
qrupunun çıxış edəcəyini söyləyib. Ç.
Hüseynzadə deyib ki, “Zəfər günləri”
II Avropa Oyunları və “Bakı 2019” XV
Avropa Gənclər Yay Olimpiya Festivalı
zamanı da davam edəcək.
Qeyd edək ki, II Avropa Oyunları
21-30 iyun tarixlərində keçiriləcək. 8
növ üzrə mübarizə 2020-ci il Tokio
Yay Olimpiya Oyunlarına təsnifat xarakteri
daşıyacaq.
Vüsal Mövsümov
50 спортсман № 118 / 2019