SPORTSMAN-IC-119-SMALL

gyunduz

119 / 2019 / 6 манат

www.sportsman.az

Журнал 2004-ъц илдян няшр олунур

XV Avropa Gənclər

Yay Olimpiya Festivalı

idmançılarımızdan

23 medal

AzЯrbaycan èdman

JurnalèstlЯrè AssosÈasÈyasÛ

1995-úè èëäÿ éàðàäûëûá


ÁÓ ÑÀÉÛÌÛÇÄÀ

Azərbaycan

1993-cü ildən…

Açılış

mərasimi

ñÿù.6

ñÿù.7

MƏKANLAR

Pəhləvanlarımızdan

8 qızıl, 5 gümüş və

3 bürünc medal

ñÿù.14

ñÿù.20

Səməd

MəmmədliDƏN

gümüş medal

CÜDOÇULARIMIZDAN

2 QIZIL,

1 GÜMÜŞ VƏ

3 BÜRÜNC

ñÿù.30

ñÿù.34

Bakı 7 gündə

Gənclər Festivalına

layiqincə ev sahibliyi

edib

38 ölkənin

idmançıları medal

qazanıblar

ñÿù.40

ñÿù.42

The Best FIFA

Football

Awards 2019

xəbər var...

ñÿù.44

ñÿù.48

ñïîðòñìàí

Áàø ðåäàêòîð:

Ðÿøàä Ãÿìÿðøàùîüëó

Öíâàí: Áàêû, Çàùèä Õÿëèëîâ 23,

Áàêû Äþâëÿò Óíèâåðñèòåòè

Òåëåôîí: 012 511 15 32

Faks: 012 511 15 36

å-ìàèë: info@sportsman.az

www.sportsman.az

Æóðíàë Àçÿðáàéúàí Ðåñïóáëèêàñûíûí

ßäëèééÿ Íàçèðëèéèíäÿ ãåéäèééàòäàí

êå÷ìèøäèð. ¹1164

Ìöÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí ìþâãåéè

óéüóí ýÿëìÿéÿ áèëÿð.

Ðåêëàìëàðäà ýåäÿí ìÿòíëÿðÿ ýþðÿ

æóðíàë ìÿñóëèééÿò äàøûìûð.

Æóðíàë Àçÿðáàéúàíäà “Òèìå Ïðèíò”

ìÿòáÿÿñèíäÿ ÷àï åäèëèá.

Öç ñÿùèôÿäÿ:

Azərbaycan Cüdo Federasiyasının

vitse-prezidenti Sadıq Sadıqov

və XV Avropa Gənclər Yay

Olimpiya Festivalının qalibi

Hüseyn Məmmədov


BAKU 2019

S P O R T S M A N

XV Avropa Gənclər

Yay Olimpiya Festivalı

Son illərdə ardıcıl bir sıra

mötəbər idman yarışlarına

ən yüksək səviyyədə ev

sahibliyi edən Bakı, 21-27

iyul tarixlərində yenidən Avropanın,

eləcə də dünyanın

diqqət mərkəzinə çevrilib.

Ölkəmizin paytaxtı “Bakı

2019” XV Avropa Gənclər

Yay Olimpiya Festivalına ev

sahibliyi edib.

Festivalın “Baku Crystal Hall”da

keçirilən təntənəli açılış mərasimində

Azərbaycan Respublikasının

Prezidenti, Milli Olimpiya

Komitəsinin rəhbəri İlham Əliyev,

Azərbaycanın birinci xanımı Mehriban

Əliyeva, eləcə də Avropa Olimpiya

Komitələrinin prezidenti Yanes

Kosyançiç, iştirakçı ölkələrin

nümayəndə heyətlərinin rəhbərləri

və digər şəxslər iştirak ediblər.

Prezident İlham Əliyev və birinci

xanım Mehriban Əliyeva Avropa

Olimpiya Komitələrinin prezidenti

Yanes Kosyançiç, növbəti Avropa

Gənclər Yay Olimpiya Festivalının

keçiriləcəyi Slovakiyanın Baş Nazirinin

müavini Riçard Rasi və Avropa

Olimpiya Komitələrinin rəhbərliyi

ilə görüşüblər.

Avropa Gənclər Yay Olimpiya

Festivalı Beynəlxalq Olimpiya Komitəsinin

himayəsi altında 1991-

ci ildən keçirilir. Bu festival 14-18

yaş arası gənc idmançılar üçün ilk

4 спортсман № 119 / 2019


S P O R T S M A N BAKU 2019

çoxprofilli Avropa tədbiridir. Yay

festivalları ilə birlikdə tək illərdə,

iki ildə bir dəfə keçirilən qış festivalları

da var.

Tədbir Olimpiya bayrağı altında

keçirilir və Olimpiya ənənələri

ilə zəngindir: alovlanan məşəldən

başlayaraq idmançı və rəsmilərin

and içməsinə qədər. Avropanın

bir çox idman ulduzları beynəlxalq

arenada ilk addımlarını məhz Avropa

Gənclər Yay Olimpiya Festivalında

atırlar. Bu festival idmançıların

Olimpiya hadisələrinin ruhunu

hiss etməyə və yeni qələbələrə ilhamlanmağa

yol açacaq Olimpiya

Oyunlarına bir qapıdır.

“Zirvələrə hazırıq” devizi altında

keçirilən “Bakı 2019” XV Avropa

Gənclər Yay Olimpiya Festivalının

talismanları Cırtdan və Bəbir

olub. Paytaxt Bakının 12 idman

obyektində yeddi gün davam edən

mötəbər turnirdə 48 ölkədən 3900-

dək atlet idmanın on növü – idman

gimnastikası, atletika, basketbol,

velosiped idmanı, həndbol, cüdo,

üzgüçülük, tennis, voleybol və

güləş yarışlarında mübarizə aparıb.

İştirakçıların 52 faizi oğlan, 48

faizi isə qız olub. İdmançılar 135

dəst medal uğrunda güclərini sınayıblar.

Mükafatçılar üçün ümumilikdə

930 medal hazırlanıb. Medalların

300-ü qızıl, 300-ü gümüş, 330-u isə

bürünc olub.

Azərbaycan festivala 122 idmançı

ilə qatılıb. Heyətdə güləşçilər

və yüngül atletlər sayca üstünlük

təşkil ediblər. Azərbaycan

bu idman növlərinin hər biri üzrə

18 nəfərlə təmsil olunub. Bundan

başqa, cüdo yarışlarında 12, bədii

gimnastikada 4, velosiped idmanında

6, tennisdə 4, üzgüçülük

yarışlarında 6 idmançımız mübarizəyə

qoşulub. Komanda idman

növlərində isə voleybol və basketbol

yığmalarımızın hər birinin

heyətinə 12 idmançı daxil edilib.

Oğlanlardan və qızlardan ibarət

həndbol komandalarımızda ümumilikdə

30 oyunçu yer alıb.

Festival günlərində idman obyektlərində

3500-dən çox könüllü

fəaliyyət göstərib.

спортсман № 119 / 2019

5


BAKU 2019

S P O R T S M A N

Azərbaycan 1993-cü ildən…

Qeyd edək ki, Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil

olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43 ölkənin

idmançıları mübarizə aparıblar. Festivalda Azərbaycan komandası 1 qızıl və 2 gümüş medalla

ümumi hesabda 17-ci olub.

1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş

növbəti festivalda cəmi 1 gümüş medal qazanılıb.

1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin

prezidenti seçildikdən sonra gənc idmançılarımız

bu festivallarda daha böyük uğurlar qazanmağa başlayıblar.

1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş

festivalda üç bürünc medal qazanan komandamız, 2001-ci

ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş və 2 bürünc, iki

il sonra Parisdə 2 gümüş və 1 bürünc, 2005-ci ildə İtaliyanın

Linyano şəhərində 2 qızıl və 4 bürünc medala sahib olub.

Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın

paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal

qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi

komanda hesabında 6-cı yeri tutub.

2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1

gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində

1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində

2 qızıl, 1 bürünc, 2015-ci ildə Tbilisidə 2 qızıl, 1 gümüş, 2

bürünc, 2017-ci ildə Macarıstanın Györ şəhərində keçirilən

festivalda isə 1 gümüş və 1 bürünc medal qazanılıb.

6 спортсман № 119 / 2019


S P O R T S M A N BAKU 2019

Açılış mərasimi

“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli

açılış mərasiminin unudulmaz anlarının şahidi olublar.

Bakı vaxtı ilə saat 20:00-da XV Avropa Gənclər Yay

Olimpiya Festivalının təntənəli açılış mərasimi başlayıb.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin

sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət

bayrağını təntənəli şəkildə meydana gətirərək ucaldıblar.

Bundan sonra demək olar ki, bütün Olimpiya tədbirlərinin

açılış mərasimlərinin ənənəvi hissəsi olan atletlərin

paradı başlayıb.

İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş

ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil olublar.

Digər ölkələrin komandaları onların arxasınca əlifba

sırası ilə gəliblər.

İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri

tamamlayıblar. Üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu,

2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının

və Avropa Kubokunun qalibi Vüqar Talıbov aparıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım

Mehriban Əliyeva və “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar

idmançılarımızı hərarətlə salamlayıblar.

Atletlərin paradından sonra festivala ev sahibliyi

edən Azərbaycan haqqında film nümayiş etdirilib. Filmdə

ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri,

eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar

nümayiş olunub.

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini,

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat

Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya

Komitələrinin prezidenti Yanes Kosyançiç səhnəyə

gəliblər.

спортсман № 119 / 2019

7


BAKU 2019

S P O R T S M A N

Yaqub EYYUBOV

XV Avropa Gənclər Yay Olimpiya

Festivalının Təşkilat Komitəsinin sədri

- Möhtərəm cənab Prezident.

Hörmətli Avropa Olimpiya Komitələrinin prezidenti

cənab Yanes Kosyançiç.

Hörmətli beynəlxalq və milli federasiyaların

rəsmiləri.

Əziz gənc idmançılar, xanımlar və cənablar.

XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək

üçün Odlar yurdu Azərbaycana gəlmiş bütün dəyərli

qonaqları səmimi qəlbdən salamlayır, zəngin mədəniyyətə

və tarixə malik ölkəmizə “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir

ölkədir. Bu nailiyyətlərin əsası isə Azərbaycan xalqının

ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Məhz onun təşəbbüsü ilə Azərbaycan beynəlxalq Olimpiya

hərəkatına qoşulmuş, ölkəmizdə Olimpiya komplekslərinin,

müxtəlif idman qurğuları və mərkəzlərinin

tikintisinə start verilmişdir. Azərbaycanı müasir, dünyəvi,

sabit və demokratik bir ölkəyə çevirən Heydər Əliyevin

uzaqgörən siyasətini hazırda Azərbaycan Respublikasının

Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab

İlham Əliyev əzmlə davam etdirir. Onun idmançılara

göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əldə edilən

nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır.

Hazırda Bakı şəhərində və Azərbaycanın bütün regionlarında

50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət

göstərir ki, bu da güclü idmançılar hazırlanması ilə yanaşı,

əhalinin sağlam həyat tərzi sürməsinə də hərtərəfli

şərait yaradır.

Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin,

idmanın müxtəlif növləri üzrə dünya və Avropa

çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının

keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir

ölkədir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu silsilədən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin

rəhbərliyi ilə Bakı şəhərində keçirilmiş ilk

Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi

beynəlxalq miqyaslı idman tədbirləri yüksək peşəkarlığı

ilə bütün dünyada əks-sədaya səbəb olmuşdur. Biz əminik

ki, bu gün açılışını etdiyimiz və Avropanın 48 ölkəsindən

təqribən üç mindən çox gənc idmançının qatıldığı

XV Avropa Gənclər Olimpiya Festivalı da ən yüksək səviyyədə

keçirəcəyimiz növbəti idman tədbirlərindən biri

olacaqdır. Yarışlar Bakıda 12 möhtəşəm idman arenasında

idmanın 10 növü üzrə keçiriləcəkdir.

Əziz gənc atletlər, bizim üçün çox sevindirici haldır ki,

siz ilk böyük beynəlxalq uğurunuzu məhz Azərbaycanda

qazana bilərsiniz. Heç şübhəsiz deyə bilərik ki, sizlərin

sırasında gələcək Olimpiya, dünya və Avropa çempionları

olacaqdır. Əminik ki, siz gənclər aparacağınız idman

mübarizəsi ilə yanaşı, bir-birinizlə yaxından tanış olacaq,

özünüzə çoxlu dost və rəfiqə tapacaq, öz bacarıq, mədəniyyət

və tarixlərinizi də paylaşacaq, o cümlədən keçmiş

və müasirliyin vəhdətini təşkil edən əzəmətli Bakımızın

füsunkar gözəlliyindən zövq alacaqsınız.

Ənənəvi olaraq bu festivalın işinə də könüllülər cəlb

olunmuşdur. 3500 gənc könüllü festivalın təşkili və yüksək

səviyyədə keçirilməsində yaxından iştirak edəcək.

Biz onların hər birinə dərin təşəkkür və ehtiramımızı bildiririk.

Möhtərəm cənab Prezident, XV Avropa Gənclər

Olimpiya Festivalının Təşkilat Komitəsi Avropa Olimpiya

Komitələrinin qarşımıza qoyduğu bütün tələbləri

yerinə yetirmişdir və Azərbaycan bu festivalın keçirilməsinə

tam hazırdır.

Fürsətdən istifadə edib bu mötəbər yarışın keçirilməsində

Azərbaycana etimad göstərmiş Avropa Olimpiya

Komitələrinin rəhbərliyinə dərin minnətdarlığımızı bildirirəm.

Bütün gəncləri, bütün idman ictimaiyyətini bu bayram

münasibətilə bir daha ürəkdən təbrik edir, gənc idmançılara

qələbə sevincləri və azarkeşlərin böyük marağına

səbəb olacaq gərgin mübarizə nümayiş etdirməyi arzulayıram.

Əziz gənclər, qoy, bu festival sizin üçün idman, sülh

və dostluq bayramı olsun.

8 спортсман № 119 / 2019


S P O R T S M A N BAKU 2019

Yanes KOSYANÇİÇ

Avropa Olimpiya Komitələrinin

prezidenti

- Azərbaycan Respublikasının Prezidenti.

Zati-aliləri cənab İlham Əliyev.

Hörmətli rəsmilər.

Avropa Olimpiya Komitəsi İcraiyyə

Komitəsinin üzvləri.

Avropa Milli Olimpiya Komitələrinin

prezidentləri və katibləri.

Hörmətli idmançılar.

Əziz azərbaycanlı idmansevərlər.

Hörmətli idmançılar,

Avropa Gənclər Olimpiya Festivalı gələcək çempionlar

və Olimpiya medalçıları üçün əsl sınaq meydanıdır.

Bu, sizin üçün çox az sayda istisnalarla çox idman növlü

ilk Olimpiya təcrübəsidir. Bu, sizdə idmanın inkişafında

yeni səhifənin açılması deməkdir. Burada sizin bacarığınızı

nümayiş etdirmək üçün nadir şans var. Bu şans

göstərir ki, siz yarışlarda qələbəyə qadirsiniz və ola bilsin

ki, digər Avropa ölkələrində sizinlə həmyaşıd olan qız və

oğlanlardan daha yaxşısınız. Bu, həmçinin Avropada idmançıların

yeni nəslinin Olimpiya idealları, bütün xalqlar

arasında sülh, dostluq və əməkdaşlıq amalları, bütövlük,

inklüzivlik, həmrəylik, düzgünlük və ədalətli oyun ideyaları

ilə formalaşdırılmasını sübuta yetirmək fürsətidir.

Mən, həmçinin Bakı sakinlərini və Azərbaycan xalqını

səmimi qəlbdən salamlayıram. Bizi bir daha qəbul etdiyinizə

görə çox sağ olun!

Biz əllinci Avropa Olimpiya Komitəsinin

nümayəndələri üçün Bakıya, Odlar yurdunun

küləklər şəhərinə gəlmək, elə, öz evimizə gəlmək

deməkdir. Dörd il öncə biz sizin əvəzolunmaz

köməyinizlə ilk Avropa Oyunlarını

təşkil etdik. Həmin Oyunlar möhtəşəm hadisə

oldu və Belarusda, Minskdə ikinci Oyunlar

keçirildikdən, həmçinin Polşanın Malopolska

bölgəsinin Krakov şəhərində üçüncü Oyunların

təşkil olunması haqqında qəbul edilmiş

qərardan sonra fəxrlə deyə bilərik ki, biz birlikdə

yeni ənənəni başladıq. Biz yeni Avropa

Olimpiya irsinin təməlini qoyduq.

Sizin təşkilatçılıq bacarığınıza və bu

sahəyə bağlılığınıza bizim heç bir şübhəmiz

yoxdur. Sizin qətiyyətiniz, işinizin keyfiyyəti,

könüllülərinizin mehribanlığı bizə məlumdur.

Biz bilirik ki, ölkənizin ən yaxşı sərmayəsi

onun gənclərinə qoyulan sərmayədir.

спортсман № 119 / 2019

9


BAKU 2019

S P O R T S M A N

Sonra Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya

Festivalını açıq elan edib.

Beynəlxalq Olimpiya Komitəsinin bayrağı arenaya

gətirilib. Bayrağı Azərbaycanın tanınmış idmançıları,

Olimpiya çempionları Elnur Məmmədli (cüdo), Zemfira

Meftaxetdinova (atıcılıq), Nazim Hüseynov (cüdo),

Namiq Abdullayev (güləş), Rəfiqə Şabanova (həndbol)

və Lyudmila Şubina (həndbol) arenaya gətiriblər.

Beynəlxalq Olimpiya Komitəsinin bayrağı bu qurumun

himninin sədaları altında Azərbaycanın bayrağı

ilə yanaşı ucaldılıb.

Sonra Fəxriyə Tağızadə atletlər, Ələkbər Həsənov

hakimlər və Rəşad Əbdürrəhmanov məşqçilər adından

təntənəli şəkildə and içiblər. Bu andlar bütün iştirakçılara

və tamaşaçılara sağlam rəqabət, ədalətli

hakimlik və Olimpiya hərəkatının prinsip və ideallarına

riayət edilməsinin ən yüksək prioritetə sahib olmasını

xatırladır.

Daha sonra ən həyəcanlı an gəlib yetişib və 2004-

cü ildə Afina Olimpiadasının qalibi, yunan-Roma

güləşçisi Fərid Mansurov XV Avropa Gənclər Yay

Olimpiya Festivalının məşəlini “Baku Crystal Hall”un

məşəl kasasına gətirib.

Bu zaman ekranda “Məşəlin yolu” filmi nümayiş

olunub. Kadrlarda məşəlin paytaxtın bütün idman

10 спортсман № 119 / 2019


S P O R T S M A N BAKU 2019

obyektləri boyunca möhtəşəm səyahəti və statistika

təqdim edilib. Festivalın məşəli açılış mərasiminin

keçirildiyi “Baku Crystal Hall”a çatana qədər Roma

şəhərindən çox böyük yol qət edib.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının

məşəli alovlandırılıb. Məşəl yarışlar bitənədək yanacaq,

şəhərimizin mayakı olacaq.

Məşəlin yandırılmasından sonra “Qələbə elementləri”

səhnə şousu nümayiş etdirilib. “Welcome to

Azerbaijan” (“Azərbaycana xoş gəlmisiniz!”) - Avropa

Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminin

art şousunun birinci hissəsi belə adlanır. Ekranlarda

Bakının fantastik mənzərəsi görünür. Bu mənzərəni

fantastik edən sadəcə onun gözəlliyi yox, həm də burada

şəhərin bütün tarixi və müasir görməli yerlərinin

bir araya gəlməsidir. Bəli, bu, Bakıdır! Həm qədim,

həm də çox müasir. Ənənələri qoruyan və yeniliklərə

açıq Bakı. Bu yeniliyin rəmzi fəal və həyat gücü ilə

zəngin gənclərdir. Səhnədəki dinamik kompozisiyada

rəqqaslar, akrobatlar, parkur və breyk-dans ustaları

öz məharətlərini göstərirlər. Bütün art şounun quruluşunda

təxminən beş yüz gənc iştirak edib. Bu günün

hekayəsi zəfərə aparan yol haqqındadır.

Sonra “Külək haqqında əfsanə” süjeti təqdim olunub.

Bu hekayənin baş qəhrəmanları oğlan və qızdır.

Onlar öz valideynləri ilə Bakının rəmzlərindən biri olan

küləyin adı ilə şəhərin yaranmasını söyləyirlər. Azərbaycan

- Odlar Yurdudur, Bakı isə küləklər şəhəridir.

O, Xəzər dənizi ilə əhatə olunan yarımadada, hər üç

tərəfdən küləyə açıq olan məkanda yerləşir. Ekranda

Azərbaycanın təbiətini, onun zənginliyi və nadirliyini

görürük.

Daha sonra “Şəhərin yaranması” kompozisiyası

təqdim edilib. Şəhərin ruhu oyanır. Bu şəhərdə insan

yaratmaq, sevmək və yaşamaq istəyir. Səhnədə şəhərin

salınması simvolik olaraq nümayiş etdirilib. Səhnədə

iri butafor kərpiclər, pilləkənlər, fənərlər və evlər

daşıyan rəqqaslar “Şəhərin doğulması” teatr-rəqs

tamaşasını ifa ediblər. Akrobat və rəqqaslar hərəkətli

və müasir paytaxtın mənzərəsini yaradıblar. Bu nömrədə

çoxlu rekvizit və dekorasiyalardan istifadə edilib

(evlərin fasadı, nəhəng kərpiclər, gül ləkləri, ağaclar,

skamyalar, fənərlər). Kompozisiyada şəhərin necə

yarandığı nümayiş olunub. Beləliklə, səhnədə rəmzi

şəhərin tikintisi sona çatıb və işlərin yekunlaşmasını

bayram etmək vaxtı gəlib.

Bunun ardınca “Şəhər Günü Bayramı” adlı vokal-xoreoqrafik

kompozisiya təqdim olunub. Səhnədə

vokalçılar, musiqiçilər, rəqqaslar və aktyorlar çıxış

ediblər. İstənilən ölkənin xalqını yaxşı tanımaq üçün

yəqin ki, onun bayramlarını necə keçirdiyinə baxmaq

lazımdır. Azərbaycanın bayramlarında mədəniyyət

спортсман № 119 / 2019

11


BAKU 2019

S P O R T S M A N

zənginliyi, milli kolorit və xalqın ənənəsi yaşayır. Əlbəttə

ki, hər bir qonaq məşhur Azərbaycan qonaqpərvərliyini

mütləq yüksək qiymətləndirir. Paytaxt Bakının

əsas gözəlliyi onun nadir memarlığından və sakinlərindən

qaynaqlanır. Paytaxtın küçələri ilə gəzişərkən

qeyri-ixtiyari olaraq bu şəhərin öz ab-havası və ruhu

olduğunu düşünürsən. Burada insanlar da fərqlidir.

Onlar qonaqpərvər və mehribandır, ilk çağırışında

sənə kömək etməyə hazırdırlar. Onlar ürəyiaçıq və

səmimidirlər. Bakı şəhərinin əsl dəyəri də elə bundadır.

Açılış mərasiminin daha bir maraqlı məqamı “Elementlər”

adlanır. “Həyat kitabı”, “Od”, “Xarıbülbül

gülü”, “Çörək” və “Zeytun budağı” - bu rəmzlərin hər

biri adət-ənənələri, nəsillərin enerjisini və xalq mədəniyyətini

özündə əks etdirir. Səhnədə artistlər qismində

Azərbaycan Gimnastika Federasiyasının idmançıları

çıxış edirlər.

“Həyat kitabı” - əcdadların müdrikliyi və ruhunun

gücü insana doğru yol seçməyə kömək edir. Həyat kitabı

müdriklik və bilik mənbəyidir.

“Od” - ruha və millətin gücünə inam atəşi. O, insanları

ruhlandırır. Zərdüştlərin Atəşgah məbədi sönməyən

alovu ilə əsrlər boyu bütün dünyanın zəvvarlarını

cəlb edirdi: illər və əsrlər keçir, dünya dəyişir,

məbəd isə yerində qalır və iztirab çəkən insanların

yollarına nur saçır. Yerdən çıxan alov idmançılarımıza

zəfərə gedən yolda hər zaman kömək edir.

“Xarıbülbül gülü” - görünməmiş gözəlliyə malik

Xarıbülbül gülü yalnız Azərbaycanda bitir. Öz görünüşünə

görə xarıbülbül gülü bülbülə bənzəyir: iki ləçək

onun qanadları, mərkəzdəki bir ləçək isə dimdikli quş

başına bənzəyir. Gülün adı da elə bundan əmələ gəlib:

“xar” Azərbaycan dilində tərcüməsi “tikan”, “bülbül”

isə - bülbül deməkdir. Bir çox əfsanə və rəvayətlər bu

valehedici və zərif gül ilə bağlıdır.

“Çörək” - ananın bişirdiyi çörək yaşam gücü verir.

Nəsil, inamın gücü və Vətən sevgisi qəhrəmanı zəfərə

aparan yola gətirir. Bu an muğam səslənir. 2008-ci ildə

UNESKO muğamı bəşəriyyətin şifahi və qeyri-maddi

irsinin şah əsərlərindən biri kimi elan edib.

“Zəfər” - idmançılara güc və çeviklik, enerji və dözümlülük,

mübarizlik və dəqiqlik lazımdır. İndi bütün

bu keyfiyyətləri gənc azərbaycanlı idmançılar arenada

nümayiş etdirirlər. Bu idmançılardan hər biri, əlbəttə

ki, zəfərin rəmzi olan zeytun budağına layiqdir.

Nəhayət, təntənəli mərasimin “Final” kompozisiyası

başlayıb.

Sonda bütün iştirakçı ölkələrin bayraqları səhnədə

dalğalanıb.

“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının

təntənəli açılış mərasimi başa çatıb.

Beləliklə, Azərbaycan orijinallığı ilə diqqəti cəlb

edən, tamaşaçıları vəcdə gətirən daha bir mərasimlə

festivalın tarixində mühüm yer tutacaq növbəti parlaq

səhifə yazıb.

12 спортсман № 119 / 2019


S P O R T S M A N İdman növləri

İdman

Gimnastikası

Atletika

Basketbol

Tennis

Voleybol

Cüdo

Üzgüçülük Velosiped İdmanı Həndbol Güləş

спортсман № 119 / 2019

13


MƏKANLAR

S P O R T S M A N

Tofiq Bəhramov adına Respublika Stadionu (TBS)

Məşhur futbol hakiminin xatirəsinə adlandırılan Tofiq

Bəhramov adına Respublika Stadionu 1951-ci ildə

tikilmişdir və 2012-ci ildə renovasiya olunmuşdur. Bakı

2017 Avropa Oyunları zamanı məkan futbol üzrə final

oyunlarını qəbul etmişdir. Stadionun tutumu 30,000

azarkeşdir.

Tikilib: 1951

Rekonstruksiya: 2012

Tutumu: 29800

Bakı 2015:

Oxatma

Bakı 2017:

Futbol

Bakı 2019:

Atletika

Milli Gimnastika Arenası Atletlər Kəndindən cənub

tərəfdə yerləşir. Arenanın tikilişi 2014-cü ilin Fevral

ayında bitmişdir və 2014-cü ilin Aprel ayında arena

fəaliyyətə başlamışdır. Xüsusi məqsədlə hazırlanmış

qurğuda Azərbaycan Gimnastika Federasiyası yerləşir.

Məkan 2014-cü ilin İyun ayında 30-cu Avropa Gimnastika

Çempionatını və Bakı 2015 Avropa Oyunları və Bakı

2017 İslam Oyunları zamanı Gimnastika yarışlarını qəbul

etmişdir.

Milli Gimnastika Arenası (MGA)

Tikilib: 2014

Tutumu: 6500

Baku 2015: Beş Gimnastika növü

Baku 2017: Bədii və Ritmik Gimnastika

Baku 2019: Bədii Gimnastika

Bakı İdman Sarayı (BSH)

Bakı İdman Sarayı çoxdan tikilmiş və 2015-ci ildə

rekonstruksiya olunmuş bir məkandır. Bakı Bulvarına

yaxın yerləşən məkan Oyunlar zamanı 1250-dək Həndbol

pərəstişkarlarını qəbul edə biləcək.

Tikilib: 1980

Rekonstruksiya: 2015

Tutumu: 1628

Bakı 2015: Badminton, Stolüstü Tennis

Bakı 2017: Karate, Taekvondo, Uşu

Bakı 2019: Həndbol

14 спортсман № 119 / 2019


S P O R T S M A N MƏKANLAR

Bakı Tennis Akademiyası (BTA)

Bakı Tennis Akademiyası 2009-cu ildə tikilmiş və

2.7 hektar ərazini əhatə edir. Bu məkana geri çəkilə

bilən dama malik mərkəzi kort və 11 qapalı və açıq

kortlar daxildir. Məkan keçmişdə Qadın Tennis Assosiasiyasının

(WTA) yarışmalarını qəbul etmişdir.

Tikilib: 2011

Tutumu:

3,000 (mərkəzi kort)

Bakı 2017: Tennis

Bakı 2019: Tennis

Su İdman Sarayı ilk olaraq Bakı 2015 Avropa

Oyunları üçün tikilmişdir və Azərbaycanda populyar

idman məkanına çevrilmişdir. Dövlət Bayraq Meydanının

yaxınlığında yerləşən məkan EYOF Bakı

2019 zamanı Üzgüçülük yarışlarını qəbul edəcək.

Su İdman Sarayı (BAC)

Tikilib: 2015

Tutumu: 6000

Bakı 2015: Üzgüçülük, Suya Tullanma,

Sinxron Üzgüçülük

Bakı 2017: Üzgüçülük, Suya Tullanma

Bakı 2019: Üzgüçülük

Sərhədçİ Arena (SAR)

Sərhədçi İdman Olimpiya Mərkəzinin tikilişi 2007-

ci başlanılmışdır və məkan 2009-cu ilin Avqust ayında

açılmışdır. Məkan Bakı şəhərinin Xətai rayonunda yerləşir

və müxtəlif Beynəlxalq səviyyəli idman yarışlarını

qəbul etmişdir.

Tikilib: 2009

Tutumu: 2500

Bakı 2017: Həndbol, Stolüstü Tennis

Bakı 2019: Basketbol

спортсман № 119 / 2019

15


MƏKANLAR

S P O R T S M A N

ABU Arena (ABU)

Abu Arenanın tikilişi 2003-cü ildə bitmişdir. Məkan

Həndbol üzrə Yeniyətmə Olimpiya Komandasının

məşqlərini qəbul etmişdir. Məkanın tutumu 1000 azarkeşdir.

Tikilib: 2003

Tutumu: 1000

Bakı 2019: Həndbol

Dərnəgül Arena (DAR)

Dərnəgül Arena 2012-ci ildə tikilmiş və Bakı 2015

Avropa Oyunları və Bakı 2017 İslam Oyunları zamanı

Voleybol üzrə məşq məkanı kimi istifadə edilmişdir.

Məkan Azərreyl Voleybol Klubunun oyunlarına ev sahibliyi

edir.

Tikilib: 2012

Tutumu: 1189

Bakı 2015: Voleybol (yarışma məkanı)

Bakı 2017: Voleybol (yarışma məkanı)

Bakı 2019: Voleybol (yarışma məkanı)

Avropa Azərbaycan Məktəbi (EAS) (Badamdar)

Avropa Azərbaycan Məktəbi 2 kampusdan ibarətdir

və Badamdarda yerləşən kampuslardan biri EYOF Bakı

2019 zamanı Basketbol yarışlarını qəbul edəcək. Məkan

2014-cü ildə tikilmişdir və onun tutumu 100 azarkeş

təşkil edir.

Tikilib: 2014

Tutumu: 100

Bakı 2019: Basketbol

16 спортсман № 119 / 2019


S P O R T S M A N MƏKANLAR

FHN İdman Arenası (MES)

FHN İdman Arenası Fövqəladə Hallar Nazirliyinin

məşq məkanı kimi fəaliyyət göstərir. Məkan 2018-ci

ildə tikilmişdir. Onun tutumu 1950 azarkeşdir.

Tikilib: 2018

Tutumu: 1950

Bakı 2019: Voleybol

BMX Velopark Bakı 2015 Avropa Oyunları üçün

tikilmişdir və 30 hektar ərazini əhatə edir.

Velopark (VEL)

Tikilib: 2015

Tutumu: 0

Bakı 2015: BMX

Bakı 2019: Velosiped

HeydƏr Əliyev Arenası (HAA)

Heydər Əliyev Arenası Bakının əsas sərgi sahəsidir.

1990-cı ildə açılan məkan 40-dan çox beynəlxalq

idman yarışlarını qəbul edib. Məkanın tutumu 8000

azarkeşdir.

Tikilib: 1990

Tutumu: 8000

Bakı 2015: Cüdo, Güləş, Sambo

Bakı 2017: Cüdo, Güləş

Bakı 2019: Cüdo, Güləş

спортсман № 119 / 2019

17


İŞTİRAKÇI ÖLKƏLƏR

S P O R T S M A N

18 спортсман № 119 / 2019


S P O R T S M A N İŞTİRAKÇI ÖLKƏLƏR

спортсман № 119 / 2019

19


GÜLƏŞ

S P O R T S M A N

PəhləvanlarımızDAN 8 qızıl,

5 gümüş və 3 bürünc medal

Heydər Əliyev adına İdman-Konsert

Kompleksində Avropa Gənclərinin Olimpiya

Festivalı (EYOF) çərçivəsində güləş

yarışının ilk günündə həm sərbəst, həm

də yunan-Roma güləşi üzrə 45 və 55 kqda

mübarizə baş tutub.

Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə

Rusiya güləşçisinə "tuşe" ilə qalib gəlib. Ardınca qrupda

Belarus və Türkiyə təmsilçilərinə aman verməyən həmyerlimiz

yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə polşalı

rəqibinə də gücünü göstərən Murad finala yüksəlib.

Son görüşdə Gürcüstan idmançısından da güclü olan

Murad çempionluq sevinci yaşayıb.

Komanda yoldaşından geri qalmayan Əbülfəz Nəsi-

20 спортсман № 119 / 2019


S P O R T S M A N GÜLƏŞ

rov da cəmi 30 saniyə ərzində britaniyalı

həmkarını "tuşe" ilə üstələyib.

Gürcüstan və Rusiyadan olan rəqiblərinə

də vaxtından əvvəl qalib gələn

sərbəst güləşçimiz finala adlayıb.

Ancaq həlledici görüşdə İtaliya idmançısına

məğlub olan Əbülfəz, gümüş

medalla kifayətlənib.

Fərid Sadıxlı da festivala inamlı

start verib. Həmyerlimiz ilk hissədə

İtaliya idmançısını məğlub edərək

1/4 finala yüksəlib. Gürcüstan və Rusiya

idmançılarını da yolundan kənarlaşdıran

Nəsirov da finala vəsiqə

qazanıb. Finalda Türkiyə güləşçisi

üzərindəki inamlı qələbə sayəsində

Sadıxlı festivalın qızıl medalına sahib

çıxıb.

Nihat Məmmədli də ilk görüşdən

tam üstünlüklə ayrılaraq adını 1/4

finala yazdırıb. Ancaq bu mərhələdə

gürcü həmkarına məğlub

olub. Təsəlliverici görüşdə Fransa

nümayəndəsinə cəmi 1 dəqiqə ərzində

qalib gələn Məmmədli, 3-cü yer

uğrunda mübarizə aparmaq imkanı

əldə edib. Həlledici qarşılaşmada

türk güləşçiyə heç bir şans tanımayan

Nihat, bürünc medalı boynundan

asıb.

İkinci yarış günündə 7 çəkidə (4

oğlan, 3 qız) mübarizə baş tutub.

Mircavad Nəbiyev Rusiya yığmasının

üzvüylə qarşılaşmanın son

saniyələrində qələbəni əldən verib.

Rəqib finala yüksəldiyi üçün Nəbiyev

mübarizəni təsəlliverici görüşlə davam

etdirib və türk həmkarına ilk hissədə

qalib gəlib. İsveçrə idmançısına

da şans tanımayan Mircavad, bürünc

medalın sahibi olub.

Sabir Cəfərov ilk mərhələdə

macar rəqibinə vaxtından əvvəl qalib

gəlib. Belarus güləşçisi də eyni

aqibətlə üzləşib. Bolqar rəqibini də

məyus edən Sabir finala yüksəlib.

Həlledici görüşdə Rusiya təmsilçisinə

yenilən həmyerlimizin qazancı

gümüş medal olub.

Qurban Qurbanov da debütdə

Polşadan olan həmkarına tam üstünlüklə

qalib gəlib. Dünya çempionumuz

Türkiyədən olan rəqibinə də

göz açmağa imkan verməyib. Belarus

idmançısını da devirən Qurbanov,

finala vəsiqə qazanıb. Həlledici

qarşılaşmada gürcüstanlı rəqibini

də məğlub edən Qurban EYOF-un

qalibi olub.

спортсман № 119 / 2019

21


GÜLƏŞ

S P O R T S M A N

Mərziyə Sadıqova ilk görüşdə Ukrayna

idmançısından güclü olub.

Daha sonra Rusiya güləşçisiylə

gərgin mübarizədən qalib ayrılan

Mərziyə yarımfinala yüksəlib. Türkiyədən

olan rəqibi üzərindəki minimalhesablı

qələbə Sadıqovanı

finala daşıyıb. Həlledici qarşılaşmada

İtaliya güləşçisinə məğlub olan

Mərziyə ikinci yeri tutub.

Yarışın üçüncü günündə son 7

çəki üzrə mübarizə baş tutub.

Kənan Heybətov debütdə Ukrayna

təmsilçisini tam üstünlüklə

məğlub edib. Daha sonra Finlandiya

idmançısına heç bir şans tanımayan

Kənan yarımfinala yüksəlib.

Yunan güləşçini də vaxtından əvvəl

Həsrət Cəfərov əvvəlcə litvalı

güləşçini çətinlik çəkmədən məğlub

edib. Belarus və İtaliyadan olan

rəqiblərinə də qalib gələn Cəfərov,

finala yüksəlib. Rusiya pəhləvanına

da gücünü göstərən həmyerlimiz

baş mükafata yiyələnib.

Gültəkin Şirinova 1/8 finalda

Finlandiya təmsilçisini üstələyib.

Həmyerlimiz Belarus idmançısını da

devirərək, adını yarımfinala yazdırıb.

İtaliyalı rəqibi üzərində də əzmkar

qələbə qazanan Şirinova finala

çıxan növbəti təmsilçimiz olub. Ancaq

son görüşdə rumıniyalı rəqibinə

uduzan Gültəkin, gümüş medalla

kifayətlənib.

Lalə Mirzəyeva debütdə Moldova

güləşçisiylə bacarmayıb.

yenən Heybətov finala çıxıb. Finalda

Rusiya güləşçisiylə ağır qarşılaşmadan

da qalib ayrılan həmyerlimiz

ölkəmizə növbəti qızıl medalı

qazandırıb.

Cəbrayıl Hacıyev ilk görüşdə

gürcü güləşçi üzərində inamlı qələbə

qazanıb. Türkiyə pəhləvanını 1

dəqiqə ərzində diz çökdürən Hacıyev,

1/4 finala yüksəlib. Bu mərhələdə

Yunanıstan təmsilçisi də

yığmamızın üzvü qarşısında aciz

qalıb. Cəbrayıl yarımfinalda İsveçrə

idmançısına da güzəştə getməyib.

Finalda Rusiya pəhləvanıyla gərgin

keçən görüşün son saniyələrində

hesabda önə keçən Hacıyev, çempionluq

sevinci yaşayıb.

Elmir Əliyev ilk hissədə Norveç

22 спортсман № 119 / 2019


S P O R T S M A N

təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də

olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda

gürcü rəqibini "tuşe" ilə devirən həmyerlimiz, adını finala

yazdırıb. Həlledici görüşdə Ukrayna təmsilçisinə də gücünü

göstərən Əliyev, çempion olub.

Elnurə Məmmədova gərgin keçən qarşılaşmada

macar rəqibindən üstün olub. Daha sonra Ukrayna və

Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan

Elnurə, finala adlayıb. Ancaq son görüşdə Rusiya təmsilçisinə

məğlub olaraq, gümüş medalla kifayətlənib.

Xasay Həsənli ilk mərhələdə Yunanıstan idmançısını

məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və

İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay,

adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin

mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan

Həsənli, finala yüksəlib. Həlledici qarşılaşma dramatik

keçib. Son saniyələrdə rəqibi əks-fənddə yaxalayan

Xasay, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Birgül Soltanova startda Rusiya güləşçisinə uduzub.

Nigar Mirzəzadə yarışa alman rəqibini yenməklə başlayıb.

Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət

göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici

görüşə çıxan Nigar, britaniyalı güləşçiyə rahat qalib

gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Son görüşdə polşalı rəqibi üzərində əzmkar qələbəyə

sevinən Mirzəzadə, bürünc medalın sahibi olub.

Beləliklə, yarışda iştirak edən 18 güləşçimizdən

16-sı fəxri kürsüyə qalxıb. Pəhləvanlarımız ölkəmizin

hesabına 8 qızıl, 5 gümüş və 3 bürünc medal yazıblar.


Velosiped

S P O R T S M A N

30 ölkə, 91 yeniyetmə

75 kilometrlik məsafə

Bakıda keçirilən XV Avropa Gənclər

Olimpiya Festivalında velosiped idmanı

üzrə yarışlar çərçivəsində 10 kilometr

məsafəyə fərdi şose yürüşündə medallar

uğrunda 30 ölkədən oğlan və qızlar mübarizə

aparıblar.

Yürüşdə estoniyalı Madis Mixkels qalib gəlib.

İtaliyalı Dario İqor Belletta gümüş medal,

rusiyalı Konstantin Aladaşvili bürünc medal qazanıblar.

Qızlar arasında 10 kilometr məsafəyə şose

yürüşlərinin yekunlarına görə, Zoye Bakstedt

(Böyük Britaniya) qızıl medala, Alyona İvançenko

(Rusiya) gümüş medala, Laura Sander

Lizette (Estoniya) bürünc medala sahib olublar.

Yarışlarda Azərbaycanı Nofəl Nuriyev, Nikita

Sitov, Mustafa Muxtarlı, Lalə Əbdürəhmanova,

Gülşən İsmayılova və Məleykə İsgəndərova

təmsil ediblər.

Velosiped idmanı üzrə yarışlar çərçivəsində

30-dan çox ölkədən olan 91 yeniyetmə isə 75

kilometrlik məsafəyə medallar uğrunda mübarizə

aparıblar.

Yürüşlərin qalibi Madis Mihkels (Estoniya)

olub. İqor Dario Belletta (İtaliya) ikinci, Martin

Sverçek (Slovakiya) isə üçüncü yeri tutublar.

Qızlar arasında qrup yürüşündə 75 qız iştirak

edib (50 km). Yarışların yekununa görə,

Böyük Britaniya idmançısı Zoye Bakstedt qızıl

(1:21.00), İtaliyadan olan veloidmançı Françeska

Barale gümüş (1:22.04) və rusiyalı Alyona

İvançenko bürünc medal (1:22.09) qazanıblar.

24 спортсман № 119 / 2019


S P O R T S M A N Üzgüçülük

üzgüçülük yarışlarında medalçıların

siyahısına Rusiya başçılıq edib

İyulun 22-dən 26-a kimi “EYOF Bakı

2019” XV Avropa Gənclər Yay Olimpiya

Festivalının Bakı Su İdmanı Sarayında keçirilən

üzgüçülük yarışlarında medalçıların siyahısına

Rusiya başçılıq edib. Şimal qonşularımız hesabına

18 medal (14 qızıl, 2 gümüş, 2 bürünc) yazdırıb.

Böyük Britaniya 18 medalla (6 qızıl, 11 gümüş, 1 bürünc)

ikinci yerdə qərarlaşıb. Hesabında 11 medal (3 qızıl,

2 gümüş, 6 bürünc) olan Türkiyə siyahıda üçüncüdür.

Beş gün davam edən yarışlarda Azərbaycan atletlərindən ən yaxşı

nəticəni Ramil Vəlizadə göstərib. O, iyulun 24-də 200 metr məsafəyə

batterflay üsulla üzmə yarışında beşinci yeri tutub.

Digər təmsilçimiz, Məryəm Şeyxəlizadəxangah isə iyulun 25-də 100 metr

məsafəyə batterflay üsulla üzmə yarışında altıncı olub.

Qeyd edək ki, festivalın üzgüçülük yarışlarında Azərbaycan 6 atlet -

Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə,

Aysel Səfərova və Məryəm Şeyxəlizadəxangah ilə təmsil olunub.

спортсман № 119 / 2019

29


İdman gimnastikası

S P O R T S M A N

Səməd MəmmədliDƏN

gümüş medal

Milli Gimnastika Arenasında keçirilən

idman gimnastikası yarışlarında medalların

sayına görə birinci yerdə Ukrayna

yığması qərarlaşıb. Bu ölkənin atletləri 6

qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar.

Rusiyalı gimnastlar 6 qızıl, 3 gümüş və

4 bürünc, Böyük Britaniya təmsilçiləri isə

2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib

olublar.

Yarışda 4 gimnast - Səməd Məmmədli,

Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana

Minakovskaya ilə təmsil olunan Azərbaycan

komandası festivalı 1 gümüş medalla başa

vurub. Medalı komandamızın hesabına dəstəli

at yarışlarında uğurla çıxış edən S.Məmmədli

yazdırıb. O, sözügedən yarışda uğurla çıxış

edərək, 13,600 xal toplayıb. Gimnastımız sərbəst

hərəkətlərdə isə 13,733 xal toplayaraq altıncı

yerdə qərarlaşıb.

Xatırladaq ki, gimnastika yarışlarında Avropanın

37 ölkəsinin idmançıları mübarizə aparıblar.

30 спортсман № 119 / 2019


S P O R T S M A N ATLETİKA

Atletika yarışlarında ən çox medalı

Polşa İDMANÇILARI qazanıblar

XV Avropa Gənclər Olimpiya

Festivalının Tofiq Bəhramov adına

Respublika Stadionunda keçirilən

atletika yarışlarında 36 ölkədən

641 idmançı mübarizəyə qoşulub.

Azərbaycan bu yarışlara 18 idmançı

ilə qatılıb.

Atletika yarışlarında ən çox medalı

Polşa atletləri qazanıblar. Bu ölkənin

idmançıları 5 qızıl, 2 gümüş və 1 bürünc

medala sahib olublar. İkinci sırada

qərarlaşan İspaniya komandası

hesabına 4 qızıl, 3 gümüş və 7 bürünc

medal yazdırıb. Almaniya isə 4 qızıl, 3

gümüş və 6 bürünc medalla siyahıda

üçüncü yerdə qərarlaşıb.

спортсман № 119 / 2019

31


BASKETBOL

S P O R T S M A N

QIZIL MEDALLARI İSPANİYA VƏ

FRANSA KOMANDALARI QAZANDILAR

İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya

Festivalının sonuncu günündə həm oğlanların,

həm də qızların basketbol yarışlarında medalçılar

müəyyənləşib.

Oğlanların yarışının həlledici qarşılaşmasında Türkiyə

və İspaniya komandaları üz-üzə gəlib. 65:52 hesabı

ilə qalib gələn İspaniya komandası XV Avropa Gənclər

Olimpiya Festivalının qızıl medalına sahib çıxıb. Üçüncü

yer uğrunda görüşdə Serbiya komandası Fransa yığmasını

75:57 hesabı ilə məğlub edərək bürünc medala

layiq görülüb.

Yarışda 5-6-cı yerlər uğrunda görüşdə Litva basketbolçuları

Yunanıstan komandasına qalib gəlib – 86:76.

Azərbaycan basketbolçuları isə 7-8-ci yerlər uğrunda

qarşılaşmada Xorvatiya təmsilçiləri ilə qarşılaşıblar. Hesab

31:44 olarkən yüksək əzmkarlıq göstərən komandamız

64:51 hesabı ilə qələbə qazanmağa nail olub.

Qızlardan ibarət basketbol komandalarının yarışı isə

Fransa yığmasının çempionluğu ilə başa çatıb. Finalda

Macarıstan komandasını 64:59 hesabı ilə məğlubiyyətə

uğradan fransalılar, festivalın qızıl medallarını qazanıblar.

Bürünc mükafat uğrunda görüşdə Rusiya millisi

Çexiyaya qalib gəlib - 53:43.

Yarışda 5-6-cı və 7-8-ci yerlər uğrunda oyunlarda,

müvafiq olaraq, Belçika komandası İtaliyanı (70:58),

Polşa yığması isə Türkiyəni (71:65) məğlubiyyətə uğradıb.

Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində

və Avropa Azərbaycan Məktəbində keçirilən basketbol

yarışlarında həm qız, həm də oğlan basketbolçuların

mübarizəsində 8 komanda iki qrupda mübarizə aparıb.

Oğlanların yarışında A qrupunda Azərbaycan, Xorvatiya,

Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan,

Türkiyə və Litva yığmaları yer alıblar.

Qızların mübarizəsində isə Belçika, Fransa, İtaliya,

Rusiya milliləri A qrupunda, Çexiya, Macarıstan, Polşa

və Türkiyə isə B qrupunda yer alıblar. Hər iki kateqoriyada

qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar

yarımfinal, digər yerlərdə qərarlaşan yığmalar isə

5-8-ci yerlər uğrunda görüşlərdə iştirak ediblər.

32 спортсман № 119 / 2019


S P O R T S M A N HƏNDBOL

Xorvatiya VƏ FRANSA

İDMANÇILARI RƏQİB TANIMADI

İyulun 27-də XV Avropa

Gənclər Olimpiya

Festivalında oğlanların

və qızların həndbol

yarışları başa çatıb və

qaliblər müəyyənləşib.

Oğlanların yarışında

çempion adı uğrunda Xorvatiya

və Almaniya komandaları

görüşüblər. Gərgin

idman mübarizəsi şəraitində

keçən qarşılaşmada 29:28

hesabı ilə çətin qələbə qazanan

Xorvatiya yığması

“EYOF Bakı 2019”un çempionu

olub. Bürünc medallara

Fransa təmsilçilərini 28:21

hesabı ilə məğlubiyyətə uğradan

Danimarka həndbolçuları

layiq görülüblər.

Yarışda 5-6-cı yerlər

uğrunda görüşdə İslandiya

yığması Sloveniyaya

24:17 hesabı ilə qalib gəlib.

Azərbaycan idmançıları isə

7-8-ci yerlər uğrunda görüşdə

Serbiyaya uduzublar

– 14:35.

Qızların yarışında isə finalda

Hollandiya və Fransa

yığma komandaları qarşılaşıblar.

Görüşdə 23:21 hesabı

ilə qalib qazanan Fransa

millisi festivalın qızıl medalını

qazanıb. Üçüncü yer uğrunda

görüşdə İsveçrə millisi

üzərində 30:20 hesabı ilə

qələbə qazanan Macarıstan

həndbolçuları festivalın

bürünc medallarına sahib

olublar.

Bu yarışda 5-6-cı yerlər

uğrunda görüşdə Rumıniya

yığması İspaniyaya (29:20),

7-8-ci yerlər uğrunda oyunda

isə Çexiya seçməsi Azərbaycan

həndbolçularına

(42:13) qalib gəliblər.

Qeyd edək ki, “EYOF

Bakı 2019”da həm qızların,

həm də oğlanların yarışlarının

hər birində səkkiz komanda

iki qrupda mübarizə

aparıb. Qızların yarışında

A qrupunda İspaniya, Fransa,

Hollandiya və Rumıniya,

B qrupunda Azərbaycan,

Çexiya, Macarıstan və İsveçrə

yığmaları yer alıblar.

Oğlanların mübarizəsində

isə Azərbaycan, Danimarka,

Almaniya və Serbiya

milliləri A qrupunda, Xorvatiya,

Fransa, İslandiya və

Sloveniya seçmələri isə B

qrupunda yarışıblar. Hər iki

kateqoriyada qrup mərhələsini

ilk iki pillədə başa vuran

komandalar yarımfinal,

digər yerlərdə qərarlaşanlar

isə 5-8-ci yerlər uğrunda

qarşılaşmalarda güclərini sınayıblar.

Festivalın həndbol yarışları

Bakı İdman Sarayında

və “ABU Arena”da keçirilib.

спортсман № 119 / 2019

33


CÜDO

S P O R T S M A N

CÜDOÇULARIMIZDAN 2 QIZIL,

1 GÜMÜŞ VƏ 3 BÜRÜNC

Cüdoçuların fərdi

mübarizəsində idmançılarımızdan

Turan Bayramov

(60 kq) və Hüseyn

Məmmədov (+90 kq) qızıl,

Vüqar Talıbov (73 kq)

gümüş, Məhərrəm İmamverdiyev

(81 kq), Gülşən

Bəşirova (44 kq) və Şükran

Zamanlı (55 kq) isə

bürünc medal qazanıblar.

medal qazanmağımdan çox məmnunam.

Final görüşüm bir az çətin

keçdi. Digər idmançılarla görüşdə

qələbə qazanmaqda elə də çətinlik

çəkmədim”.

Festivalın yüksək səviyyədə

təşkil olunduğunu söyləyən idkiyəli

Muhammed Demireli məğlubiyyətə

uğradıb.

Cüdoçumuz Turan Bayramov

AZƏRTAC-a açıqlamasında belə

deyib: “Yarışa ciddi hazırlaşmışdım,

inanırdım ki, qələbə qazanacağam.

Doğma şəhərdə qızıl

34

Festivalda 40 ölkədən 297 cüdoçu

mübarizə aparıb. Azərbaycanı

turnirdə 12 cüdoçu (8 oğlan, 4

qız) təmsil edib.

Qızıl medalı ölkəmizin hesabına

yazdıranlardan biri Turan

Bayramov (60 kq) olub. İdmançımız

həlledici görüşdə rusiyalı

Rizvan Maqomedova ipponla qalib

gələrək çempion olub. T.Bayramov

finala gedən yolda Adam

Saferini (Avstriya), yunanıstanlı

Mikis Tontimidisi məğlub edərək,

yarımfinala yüksəlib. O, həlledici

qarşılaşmaya vəsiqə uğrunda türспортсман

119 / 2019


S P O R T S M A N CÜDO

mançımız, növbəti hədəfini də

açıqlayıb. Bildirib ki, məqsədi

bundan sonra daha səylə çalışaraq

dünya və Olimpiya çempionu

olmaqdır.

Azərbaycan cüdoçusu Hüseyn

Məmmədov (+90 kq) da XV

Avropa Gənclər Olimpiya Festivalının

qızıl medalını qazanıb.

Finalda rusiyalı idmançı Əhməd

Maqomedova qalib gələn cüdoçumuz,

festivalın çempionu olub.

Qeyd edək ki, o, səkkizdəbir finalda

Almaniya təmsilçisi Daniel Ud-

silauriyə ippon, dörddəbir finalda

yunanıstanlı Aristotelis Aris Leonidisə

vazari xalı ilə qalib gəlib.

İdmançımız yarımfinalda moldovalı

Alin Bagrini ipponla məğlub

edib.

Komandamızın üzvlərindən

Vüqar Talıbov festivalın gümüş

medalına sahib çıxıb. İdmançımız

73 kiloqram çəki dərəcəsində

yarışın finalında italiyalı Luici

Sentraçioya uduzub.

Mübarizəyə səkkizdəbir finaldan

başlayan V.Talıbov əvvəlcə

Dzianis Yauseyenkanı (Belarus),

sonra çexiyalı Adam Kopeçkini

ipponla məğlub edərək yarımfinala

çıxıb. O, yarımfinalda Türkiyə

təmsilçisi Musa Şimşəkə ipponla

qalib gəlib.

Şükran Zamanlı (55 kq) üçüncü

yer uğrunda görüşdə ukraynalı

Vladislav Kolobovu ipponla məğlub

edərək bürünc medala sahib

olub. O, 1/16 finalda portuqaliyalı

Migel Qaqo üzərində təmiz qələbə

qazansa da, sonrakı mərhələdə

macarıstanlı Benko Farkasa

ipponla uduzub. Təsəlliverici görüşə

qatılan idmançımız əvvəlcə

almaniyalı David İkesi, daha sonra

hollandiyalı Laurens Vilmsi ipponla

məğlubiyyətə uğradıb.

Oğlanların mübarizəsində

üçüncü yer uğrunda döyüşən

Məhərrəm İmamverdiyev (81 kq)

israilli İftaç Badaşı vazari xalı ilə

məğlub edərək bürünc medala

sahib olub. O, təsəlliverici görüşlərdə

əvvəlcə isveçli Karl Baathı

vazari xalı, daha sonra slovakiyalı

Ret Samuelİ ipponla məğlub

edib.

XV Avropa Gənclər Olimpiya

Festivalının cüdo yarışlarında digər

bürünc medalı komandamıza

qadın idmançımız Gülşən Bəşirova

(44 kq) qazandırıb. Təmsilçimiz

üçüncü yer uğrunda görüşdə

спортсман № 119 / 2019

35


CÜDO

S P O R T S M A N

hollandiyalı Yoslin Supusepi

ipponla məğlub edib. G.Bəşirova

səkkizdəbir finalda ispaniyalı

Mariya Qonzalesə 2:1

hesabı ilə qalib gəlsə də, dörddəbir

finalda rusiyalı Anastasiya

Balabana ipponla məğlub

olub. Təsəlliverici görüşə qatılan

idmançımız polşalı Natalia

Stoklosa ipponla qalib gəlib.

İyulun 27-də Avropa Gənclər

Olimpiya Festivalının cüdo

yarışlarının sonuncu günü qarışıq

komandaların mübarizəsi

ilə yadda qalıb.

Heydər Əliyev adına İdman

Arenasında keçirilən yarışların

sonuncu günündə Azərbaycan

komandasının heyətində

qızlardan Səbinə Əliyeva (48

kq), Aytac Qardaşxanlı (63

kq), Nərmin Əmirli (+63 kq),

oğlanlardan isə Turan Bayramov

(60 kq), Vüqar Talıbov,

Məhərrəm İmamverdiyev (hər

ikisi 81 kq), Hüseyn Məmmədov

(+81 kq) yarışıblar.

Mübarizəyə 1/8 finaldan

başlayan Azərbaycan komandası

birinci görüşdə Gürcüstan

yığmasına 3:4 hesabı ilə

məğlub olub. Bürünc medal

uğrunda təsəlliverici yarışlara

qatılan yığmamız, ilk mərhələdə

Hollandiya komandasına

4:2 hesabı ilə qalib gəlsə də,

növbəti görüşdə İtaliya yığmasına

uduzub - 3:4.

Festivalın qızıl medalını

Rusiya yığmasına 4:0 hesabı

ilə qalib gələn Türkiyə

komandası qazanıb. Bürünc

medallara isə Almaniya və

Macarıstan komandaları layiq

görülüblər.

Ümumiyyətlə, “EYOF Bakı

2019”un cüdo yarışlarında ən

çox medalı Türkiyə yığması

qazanıb. Türkiyə idmançıları 5

qızıl və 1 gümüş medala sahib

olublar. Hesabında 2 qızıl,

2 gümüş və 2 bürünc medal

olan Hollandiya ikinci yerdə

qərarlaşıb. İlk üçlüyü isə 2 qızıl,

1 gümüş və 3 bürünc medalla

Azərbaycan tamamlayıb.

Ümumilikdə 21 ölkənin cüdoçuları

medal qazanıblar.

36 спортсман № 119 / 2019


S P O R T S M A N TENNİS

Bakı Tennis Akademiyası

İSPANİYALI VƏ BRİTANİYALI

TENNİSÇİYƏ DÜŞƏRLİ OLUB

İyulun 27-də “EYOF Bakı 2019” XV Avropa

Gənclər Yay Olimpiya Festivalının tennis

yarışları başa çatıb. Yarışların sonuncu

günündə həm qızların, həm də oğlanların

mübarizəsində bürünc və qızıl medallar uğrunda

görüşlər keçirilib.

Bakı Tennis Akademiyasında keçirilən oğlanların

fərdi yarışının finalında ispaniyalı Daniel Merida

latviyalı Vilius Qaubas ilə üz-üzə gəlib. Qarşılaşmada

2:0 (6:2, 6:0) hesabı ilə qələbə qazanan

D.Merida festivalın çempionu olub. Bürünc medal

uğrunda görüşdə isə italiyalı Nikkolo Çiavarella

çexiyalı Hinek Bartonu 2:0 (6:1, 6:0) məğlub edib.

Qız tennisçilərin mübarizəsi britaniyalı atletin

çempionluğu ilə başa çatıb. Bu ölkənin təmsilçisi

Matilda Mutavdziç finalda rusiyalı Mariya Şoloxovanı

2:0 (6:1, 6:1) hesabı ilə məğlub edərək qızıl

medala sahib olub. Bürünc medal uğrunda görüşdə

isə çexiyalı Dominika Salkova fransalı Ouşen

Babel üzərində 2:1 (6:2, 0:6, 12:10) hesablı qələbə

qazanıb.

Xatırladaq ki, tennis üzrə oğlan cütlüklərin

yarışında çexiyalı Matthev Villiam Donald/Hinek

Barton dueti çempion olub. Polşalı Filip Pieçzonka/Olaf

Pieçkovski cütlüyü ikinci, ispaniyalı Pedro

Rodenas/Daniel Merida dueti isə üçüncü yerdə

qərarlaşıblar.

Qız cütlüklərin yarışında isə ilk üç pillədə, müvafiq

olaraq, Evialina Laskeviç/Mariya Stsetseviç

(Belarus), Mariya Şoloxova/Yekaterina Maklakova

(Rusiya) və Dominika Salkova/Linda Klimoviçova

(Çexiya) duetləri qərarlaşıblar.

спортсман № 119 / 2019

37


VOLEYBOL

S P O R T S M A N

RUSİYA VƏ İTALİYA

VOLEYBOLÇULARININ QƏLƏBƏ SEVİNCİ

Voleybolçu qızların

mübarizəsində final

görüşündə rusiyalı

voleybolçular Rumıniya

komandasına 3:1 (23:25,

25:16, 25:19 və 25:17)

hesabı ilə qalib gələrək

çempion olublar.

Türkiyənin voleybolçu qızları isə

İtaliya millisi üzərində 3:0 (25:23,

25:21, 25:23) hesablı qələbə qazanaraq

fəxri kürsünün üçüncü pilləsində

yer alıblar.

5-6-cı yerlər uğrunda görüşdə

Belarus voleybolçuları Almaniya

təmsilçilərini məğlub ediblər – 3:1

(25:17, 25:23, 21:25, 25:18). 7-8-ci

yerlər uğrunda digər qarşılaşmada

Ukraynanın voleybolçuları Bolqarıstan

millisini məğlubiyyətə uğradıblar

– 3:0 (25:18, 25:23, 25:21).

Oğlanların yarışında final görüşündə

Belçika komandasını məğlub

edən İtaliya çempion olub. İtaliyalı

voleybolçular hər üç setdə qələbə

qazanaraq festivalın qızıl medallarına

sahib çıxıblar - 25:21, 25:21 və

25:19.

Rusiya komandası Belarusla

qarşılaşmada 3:1 (21:25, 25:16,

25:17, 28:26) hesablı qələbə qazanaraq

bürünc medalları hesabına

yazdırıb.

5-6-cı yerlər uğrunda matçda

Bolqarıstan voleybolçularını sınağa

çəkən Çexiya 3:0 (25:22, 25:21,

25:16) hesabı ilə qələbə qazanıb.

7-8-ci yerlər uğrunda oyunda isə Almaniya

millisi Azərbaycanın oğlanlardan

ibarət voleybolçularına 3:1

(25:22, 34:32, 26:28, 25:20) hesabı

ilə qalib gələrək, yarışları yeddinci

pillədə başa vurub.

Qeyd edək ki, festivalda həm

qızların, həm də oğlanların voleybol

yarışlarının hər birində səkkiz komanda

iki qrupda mübarizə aparıb.

Oğlanların yarışında A qrupunda

Azərbaycan, Almaniya, Rusiya, Belarus,

B qrupunda isə Çexiya, İtaliya,

Bolqarıstan və Belçika komandaları

yer alıblar. Qızların mübarizəsində

isə A qrupunda Rusiya, Bolqarıstan,

Rumıniya və Azərbaycan, B qrupunda

isə İtaliya, Türkiyə, Belarus

və Almaniya yığmaları olub. Hər iki

kateqoriyada qrup mərhələsini ilk iki

pillədə başa vuran komandalar yarımfinal,

digər yerlərdə qərarlaşanlar

isə 5-8-ci yerlər uğrunda qarşılaşmalarda

güclərini sınayıblar.

Voleybol yarışları Fövqəladə

Hallar Nazirliyinin İdman-Sağlamlıq

Mərkəzində və Azərbaycan Voleybol

Mərkəzində keçirilib.

38 спортсман № 119 / 2019


S P O R T S M A N VOLEYBOL

спортсман № 119 / 2019

39


BAKU 2019

S P O R T S M A N

Bakı 7 gündə Gənclər Festivalına

layiqincə ev sahibliyi edib

Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan daha

bir mötəbər beynəlxalq idman tədbirinə - “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya

Festivalına yüksək səviyyədə ev sahibliyi edərək, növbəti dəfə tarix yazıb.

Son 7 gün ərzində dünya, o cümlədən

Avropanın idman ictimaiyyətinin

gözü Azərbaycanda olub. Bakı bu 7

gündə XV Avropa Gənclər Olimpiya

Festivalına layiqincə ev sahibliyi edib.

Burada gördükləri yüksək təşkilatçılıq,

xalqımızın səmimi qonaqpərvərliyi,

mədəni dəyərləri minlərlə yeniyetmə idmançının,

nümayəndə heyətlərinin üzvlərinin,

yarışları televiziya ekranlarından

izləyən milyonlarla tamaşaçının qəlbini

riqqətə gətirib. Festivalın yarışları, sözün

həqiqi mənasında, əsl idman və

həmrəylik bayramına çevrilib, maraqlı

və parlaq qələbələrlə yadda qalıb.

Festivalın “Baku Crystal Hall”da keçirilən

təntənəli bağlanış mərasimində

Azərbaycan Respublikası Baş Nazirinin

birinci müavini, XV Avropa Gənclər

Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin

sədri Yaqub Eyyubov, Avropa

Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti

Nils Nayqaard, növbəti festivala

40 спортсман № 119 / 2019


S P O R T S M A N BAKU 2019

ev sahibliyi edəcək Slovakiyanın Banska

Bıstritsa bölgəsinin meri Yan Nosko,

iştirakçı ölkələrin nümayəndə heyətlərinin

rəhbərləri və digər şəxslər iştirak

ediblər.

Bağlanış mərasiminin iştirakçıları

arasında Heydər Əliyev Fondunun vitse-prezidenti

Leyla Əliyeva və Azərbaycan

Milli Olimpiya Komitəsinin baş katibinin

müavini Azər Əliyev də olub.

Bununla da Azərbaycan daha bir

mötəbər turnirə yüksək səviyyədə ev

sahibliyi edib. Bu mötəbər idman turnirinin

uğurlu təşkilini təmin edən mühüm

amillərdən biri son illər Azərbaycanın

beynəlxalq idman tədbirlərinin keçirilməsində

qazandığı zəngin təcrübədir.

2015-ci ildə tarixdə ilk Avropa Oyunları,

2016-cı ildə 42-ci Ümumdünya Şahmat

Olimpiadası, 2017-ci ildə IV İslam

Həmrəyliyi Oyunları, son bir neçə ildə

Formula-1 Qran-Prisi, bu ilin mayında

UEFA Avropa Liqasının final qarşılaşması

kimi mötəbər yarışlara uğurla ev

sahibliyi edən Azərbaycan, XV Avropa

Gənclər Olimpiya Festivalını da müvəffəqiyyətlə

təşkil etməklə bir daha dünyanın

diqqət mərkəzinə çevrilib.

спортсман № 119 / 2019

41


BAKU 2019

S P O R T S M A N

38 ölkənin idmançıları medal qazanıblar

Avropanın 48 ölkəsindən

3900-dək atletin mübarizə

apardığı “EYOF Bakı 2019”

XV Avropa Gənclər Yay

Olimpiya Festivalı yeddigünlük

maraqlı idman mübarizəsindən

sonra iyulun 27-də

başa çatıb.

Bu mötəbər yarışda 23 medal –

10 qızıl, 7 gümüş və 6 bürünc qazanan

Azərbaycan millisi komanda

hesabında 4-cü pillədə qərarlaşıb.

Medallardan 16-sını güləşçilərimiz

qazanıblar. Pəhləvanlarımız 8 qızıl,

5 gümüş və 3 bürünc medala sahib

olublar. Medalların sayına görə komandamızda

ikinci yerdə cüdoçular

qərarlaşıblar. Cüdoçular ölkəmizin

hesabına 2 qızıl, 1 gümüş və 3 bürünc

medal yazdırıblar. Komandamız

idman gimnastikası yarışında

isə 1 gümüş medala sahib olub.

Siyahıya hesabında 66 (28 qızıl,

17 gümüş və 21 bürünc) medal olan

Rusiya komandası başçılıq edir. Böyük

Britaniya idmançıları 25 medalla

(11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci,

Türkiyə komandası isə 27 medalla

(11 qızıl, 6 gümüş və 10 bürünc)

üçüncü sırada qərarlaşıblar.

Vüsal Mövsümov

Xatırladaq ki, XVI Avropa Gənclər Olimpiya Festivalı 2021-ci ildə

Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək.

42 спортсман № 119 / 2019


S P O R T S M A N BAKU 2019

XV Avropa Gənclər Olimpiya Festivalının medal cədvəli

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi

1 Rusiya 28 17 21 66

2 Böyük Britaniya 11 12 2 25

3 Türkiyə 11 6 10 27

4 AZƏRBAYCAN 10 7 6 23

5 İtaliya 8 9 9 26

6 Ukrayna 8 7 10 25

7 İspaniya 7 4 10 21

8 Fransa 6 8 14 28

9 Polşa 6 3 6 15

10 Belarus 6 2 6 14

11 Rumıniya 4 10 5 19

12 Almaniya 4 7 15 26

13 Xorvatiya 4 1 0 5

14 İsveç 3 1 2 6

15 Estoniya 3 0 2 5

16 Niderland 2 3 4 9

17 Finlandiya 2 3 1 6

18 Çexiya 2 1 3 6

19 İrlandiya 2 0 2 4

20 Norveç 1 6 2 9

21 Gürcüstan 1 5 7 13

22 Danimarka 1 1 3 5

23 Bolqarıstan 1 1 0 2

24 Kipr 1 0 2 3

25 İsrail 1 0 1 2

26-27 Avstriya 1 0 0 1

26-27 Kosovo 1 0 0 1

28 Macarıstan 0 9 12 21

29 Belçika 0 5 2 7

30 İsveçrə 0 2 2 4

31 Moldova 0 1 4 5

32-33 Yunanıstan 0 1 3 4

32-33 Serbiya 0 1 3 4

34-35 Litva 0 1 0 1

34-35 Portuqaliya 0 1 0 1

36-38 Latviya 0 0 1 1

36-38 Slovakiya 0 0 1 1

36-38 Sloveniya 0 0 1 1

Cəmi (38 ölkə) 135 135 172 442

спортсман № 119 / 2019

43


THE BEST FIFA

S P O R T S M A N

The Best

FIFA Football Awards 2019

SENTYABRDA

MİLANDA ƏN YAXŞILAR

BƏLLİ OLACAQ

Sentyabrın 23-də dünya futbolunun

2019-cu ildə ən yaxşılarının

adı bəlli olacaq.

FIFA idman jurnalisləri, milli komandaların

baş məşqçiləri və kapitanları,

həmçinin azarkeşlər arasında

keçirdiyi sorğuların nəticələrini

Milandakı “Teatro alla Scala”da təşkil

ediləcək tədbirdə açıqlayacaq.

Ümumiyyətlə, FIFA-nın 4-cü

dəfə keçirdiyi “The Best FIFA Football

Awards” mükafatlandırma mərasimində

11 kateqoriyada qaliblər

açıqlanacaq:

The Best FIFA Men’s Player

The Best FIFA Women’s Player

The Best FIFA Men’s Coach

The Best FIFA Women’s Coach

The Best FIFA Men’s Goalkeeper

The Best FIFA Women’s Goalkeeper

FIFA FIFPro Men’s World11

FIFA FIFPro Women’s World11

The FIFA Puskás Award

The FIFA Fair Play Award

The FIFA Fan Award

“Ən yaxşı futbolçu” adına 10 namizəd

var ki, onlardan üçü Niderland

44 спортсман № 119 / 2019


S P O R T S M A N

THE BEST FIFA

millisinin, həmçinin üçü də “Liverpool” klubunun üzvüdür.

Qeyd edək ki, əvvəlcə FIFA-nın mütəxəssisləri namizədlər

siyahısını müəyyənləşdirir. Sonra respondentlər

ən yaxşı hesab etdikləri üç futbolçunu seçirlər. Anketlərdə

adı birinci yazılan 5, ikinci yazılan 3, üçüncü yazılan isə 1

xal qazanır.

Sorğuya qatılanlar futbolçuların 2018/19 mövsümündə

klubların və milli komandaların heyətindəki nailiyyət və

göstəricilərini nəzərə alaraq səs verirlər.

İyulun 31-də başlayan səsvermə avqustun 19-da başa

çatıb, sentyabrın əvvəlində isə FIFA tərəfindən üç finalçının

adı açıqlanacaq.

Fernando Santos (Portuqaliya millisi)

Erik ten Hag (Ajax)

Tite (Braziliya millisi)

Xatırladaq ki, Azərbaycanı media nümayəndəsi kimi

“The Best FIFA Football Awards”da tanınmış idman yazarı

Rasim Mövsümzadə təmsil edir.

“The Best FIFA Men's Player” adına namizədlər:

Frenkie de Jong (Niderland & Ajax / Barcelona)

Matthijs de Ligt (Niderland & Ajax / Juventus)

Eden Hazard (Belçika & Chelsea / Real Madrid)

Harry Kane (İngiltərə / Tottenham)

Sadio Mané (Seneqal / Liverpool)

Kylian Mbappé (Fransa / Paris Saint-Germain)

Lionel Messi (Argentina / Barcelona)

Cristiano Ronaldo (Portuqaliya / Juventus)

Mohamed Salah (Misir / Liverpool)

Virgil van Dijk (Niderland / Liverpool)

“Ən yaxşı kişi məşqçi” adına namizədlər:

Djamel Belmadi (Əlcəzair millisi)

Didier Deschamps (Fransa millisi)

Marcelo Gallardo (River Plate)

Ricardo Gareca (Peru millisi)

Pep Guardiola (Manchester City)

Jürgen Klopp (Liverpool)

Mauricio Pochettino (Tottenham)

спортсман № 119 / 2019

45


46 спортсман № 119 / 2019


спортсман № 119 / 2019

47


ХƏBƏR VAR

S P O R T S M A N

Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illik yubileyi qeyd edilib

Gənclər və İdman Nazirliyinin

yaradılmasının 25 illik yubileyi

münasibətilə Bakı Şəhər Gənclər

və İdman Baş İdarəsində tədbir

keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə

çıxış edən Baş İdarənin rəisi Raqif

Abbasov 25 il əvvəl ümummilli lider

Heydər Əliyevin Fərmanına əsasən,

nazirliyin təsis edildiyini vurğulayıb.

R.Abbasov bildirib ki, 1996-cı

ildə müstəqil Azərbaycan gənclərinin

ilk ümumrespublika forumunun

keçirilməsi, 1997-ci ildə 2 fevralın

Azərbaycan Gəncləri Günü elan

edilməsi, çoxsaylı Dövlət proqramlarının

qəbulu, 1999-cu ildə Dövlət

Gənclər Siyasəti haqqında Fərmanın

imzalanması və geniş fəaliyyət

proqramının təsdiq edilməsi, 2002-

ci ildə “Gənclər siyasəti haqqında”

Qanunun qəbulu ulu öndər Heydər

Əliyevin gənclərə qayğısının bariz

göstəricisidir. Diqqətə çatdırılıb

ki, Prezident İlham Əliyevin

2007-ci ilin ölkəmizdə “Gənclər

ili” elan olunması barədə Sərəncamı

gənclərin ölkə həyatında

fəallığını xeyli artırıb. Dövlətimizin

başçısının ardıcıl səyləri

nəticəsində Azərbaycan dünyanın

qabaqcıl idman ölkəsinə

çevrilib. Bölgələrdə Olimpiya

İdman komplekslərinin açılması,

Azərbaycanın nüfuzlu

beynəlxalq idman yarışlarına

uğurla ev sahibliyi etməsi, idmançılarımızın

olimpiadalarda,

dünya çempionatlarında

parlaq nailiyyətlər qazanması

bunun əyani nümunəsidir.

R.Abbasov Prezident İlham Əliyevin

Sərəncamı ilə Azərbaycanda

idman və gənclərlə iş sahəsində

yüksək xidmətlərinə görə fərqlənən

bir qrup şəxsin təltif olunmasını bu

istiqamətdə görülən işlərə verilən

qiymətin nümunəsi olduğunu vurğulayıb.

Tədbirin sonunda müxtəlif qurumların,

idarələrin və kütləvi informasiya

vasitələrinin nümayəndələri,

idmançılar təltif ediliblər.

Sofiyada 3 güləşçimiz yeniyetmələr arasında dünya çempionu olub

“İdmançılarımızın əldə etdikləri qələbələrin sayı

getdikcə artır. Bu nailiyyətlərin qazanılmasında güləşçilərimizin

xüsusi payı var. Bu günlərdə Bolqarıstanın

paytaxtı Sofiyada keçirilən dünya birinciliyində yeniyetmə

güləşçilərimiz daha bir uğura imza atdılar. Yunan-Roma

güləşçilərimiz Nihat Məmmədli (55 kq) və

Laçın Vəliyev (92 kq) qızıl, Ziya Babaşov (48 kq) və

Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıqlı (45 kq) isə

bürünc medal qazanıblar. Komandamız bu nəticə ilə

ikinci yeri tutub. Sərbəst güləşçi Cəbrayıl Hacıyev (65

kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu

olub. Murad Haqverdiyev (45 kq) isə bürünc medal

qazanıb”.

Bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

Elçin Cəfərov dünya birinciliyinin yekunları

ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.

Güləşçilərimizin bu il beynəlxalq arenalarda keçirilən

turnirlərdə ölkəmizi layiqincə təmsil etdiklərini

vurğulayan vitse-prezident sözlərinə əlavə edib:

“İdmançılarımız Avropa Gənclər Olimpiya Festivalı,

eləcə də qitə çempionatında yüksək nəticələr əldə

etdilər. Bu uğurların qazanılmasında komandamızın

ciddi hazırlığı mühüm rol oynadı. Çünki komandamız

il ərzində yüksək səviyyədə təlim-məşq toplanışları

keçmişdi. Digər yarışlarda da güləşçilərimizdən yüksək

nəticələr gözləyirik. Yığmanın bəzi üzvləri artıq

gənclər kateqoriyasında iştirak edəcəklər. Onların

arasında elə idmançılar var ki, böyüklər arasında keçiriləcək

təlim-məşqlərdə də yer alacaqlar. Bu gün

Azərbaycan güləşçiləri daha böyük zirvələr fəth etmək

gücündədirlər”.

48 спортсман № 119 / 2019


S P O R T S M A N ХƏBƏR VAR

Bakıda Braziliya ciu-citsusu üzrə beynəlxalq turnir

Tanınmış jurnalist, Əməkdar

mədəniyyət işçisi Şakir Yaqubov

1974-cü ildən dövri mətbuatda

müxtəlif mövzularda, o cümlədən

futbol haqqında yazılarla çıxış

edir. Onun indiyədək təkcə futbol

barədə qələmə aldıqları təqribən

1500 kitab səhifəsi həcmindədir.

Jurnalistin yenicə çapdan çıxan

“Bir az da futbol(umuz)dan” kitabında

ayrı-ayrı vaxtlarda yazılan həmin

məqalə, araşdırma, müsahibə və

oçerkləri toplanıb.

Kitabda məşhur məşqçilər Valeri

“Sərhədçi” İdman Olimpiya

Mərkəzində Braziliya ciu-citsusu

üzrə beynəlxalq turnir keçirilib.

Yarışda 13 ölkədən 30 komanda

- ümumilikdə 172 idmançı birincilik

uğrunda mübarizə aparıb.

Turnirin açılış mərasimində çıxış

edən Gənclər və İdman Nazirliyinin

əməkdaşı Şiraslan Kərimov

Azərbaycanda idmanın inkişafına

göstərilən yüksək diqqət və qayğıdan

söhbət açıb. Bildirib ki, təməli

ümummilli lider Heydər Əliyev tərəfindən

qoyulan dövlət idman siyasətini

uğurla davam etdirən Prezident

İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə

bu sahədə mühüm nailiyyətlər

qazanılıb.

Dünyada tanınmış Braziliya

ciu-citsu məktəblərindən sayılan

“Ludus”un təsisçisi və rəhbəri, 3-cü

dan qara kəmər sahibi Aleksandr

Deda Faria Azərbaycanda da idmanın

bu növünün kifayət qədər tanındığını

və kütləviliyinin sürətlə artırıldığını

bildirib.

Daha sonra çıxış edən Azərbaycan

Braziliya Ciu-Citsu Klubu İctimai

Birliyinin prezidenti Aqil Acalov

tədbirlə bağlı öz təəssüratlarını paylaşaraq

Azərbaycan idman tarixində

bir ilkə imza atdıqlarını deyib.

Braziliya Ciu-Citsu idman növü

üzrə beynəlxalq yarış və turnirlərin

keçirilməsi bir neçə nüfuzlu qurumun

əlində cəmləşmişdir ki, bunlardan

biri də Əbu Dabi Federasiyasıdır.

Azərbaycanda isə bu idman

növü üzrə artıq neçə illərdir ki, yerli

yarış və çempionatlar keçirilməsinə

baxmayaraq ölkəmiz bu dman növü

üzrə ilk dəfədir ki, belə böyük bir turnirə

ev sahibliyi edir. Belə mötəbər

yarışın ölkəmizdə keçirilməsində

Azərbaycan Braziliya Ciu-Citsu Klubu

İctimai Birliyinin böyük rolu olub.

Tədbirdən sonra yarışlara start

verilib. Ümumi nəticələrə görə komanda

hesabında qalib gələn Azərbaycan

yığmasının üzvlərinə mükafatlar

təqdim edilib.

Azərbaycan millisi Bəhreyn futbolçuları ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi oktyabrın 9-da

Bəhreyndə yerli milli komanda ilə yoldaşlıq oyunu

keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da

başlayacaq.

Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi

çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan

yığması ilə görüşəcək.

Şakir Yaqubov “Bir az da futbol(umuz)dan” danışıb

Lobanovski, Helmut Şön, tanınmış futbolçular

Yohann Kroyf, Bobbi Çarlton, Piter

Şilton, Qarrinça, eləcə də dünya şöhrətli

hakim, həmyerlimiz Tofiq Bəhramov, Azərbaycan

futbolunun əfsanəsinə çevrilən

Anatoli Banişevski, Əsgər Abdullayev,

Yaşar Vahabzadə və başqaları haqqında

müəllifin qələmindən çıxan maraqlı yazılar

yer alıb. Burada, həmçinin Azərbaycan futbolunun

müstəqillik illərində keçdiyi yol, ilk

illərin çətinlikləri və ayrı-ayrı mütəxəssislərin

rəyləri də əksini tapıb.

“Bir az futbol(umuz)dan” kitabının rəyçisi

Əməkdar məşqçi Vaqif Sadıqovdur.

спортсман № 119 / 2019

49


ХƏBƏR VAR

S P O R T S M A N

“Zirvə-Astara” basketbol komandası qalib olub

“Zirvə-Astara” komandası

Beynəlxalq Basketbol Federasiyasının

(FIBA) təşkilatçılığı

ilə basketbol 3x3 üzrə dünya

turunda uğurla çıxış edib.

Basketbolçularımız Xorvatiya,

Polşa, Latviya, Belarus və İsveçrə

mərhələlərində qüvvələrini sınayırlar.

“Zirvə-Astara”nın heyətində Amil

Həmzəyev, Anar Hacıyev, Şarif Uilyams

və Marşal Obrian Mozes kimi

tanınmış basketbolçular yer alıblar.

Artıq “Zirvə-Astara” ilk böyük

qələbəsini qazanıb. İsveçrənin Sürix

şəhərində keçirilən “Atupri 3×3

Swiss Tour Final Zurich” yarışına

qatılan komandamız uğurlu çıxış

edib. Təmsilçimiz 6 görüşün hamısında

qələbə qazanaraq yarışın qalibi

olub.

“Zirvə-Astara” komandası “Giannis”i

13:12, “Fulda Basket”i 18:16

hesabı ilə məğlub edərək F qrupunda

birinci olub. Pley-off mərhələsində

əvvəlcə “Endgame”ni 20:12,

sonra “Noname”ni 15:6, ardınca

“Yakitori”ni 18:13 hesabı ilə məğlubiyyətə

uğradan basketbolçularımız

finalda “Fulda Basket”i yenidən

18:15 hesabı ilə məğlubiyyətə uğradaraq

bu turnirdə fəxri kürsünün ən

yüksək pilləsinə qalxıb.

Bununla yanaşı, oyunçumuz

Anar Hacıyev üç xal yarışmasında

qalib olub.

Olimpiya çempionu Nazim Hüseynovun 50 illik yubileyi qeyd olunub

Avqustun 2-də Azərbaycan

Cüdo Federasiyasında (ACF)

Olimpiya çempionu, milli komandamızın

məşqçisi Nazim Hüseynovla

görüş olub.

ACF-in baş katibi Elmar Babanlı

təcrübəli mütəxəssisi 50 yaşı tamam

olması münasibətilə federasiyanın

rəhbərliyi və ölkənin cüdo

ictimaiyyəti adından təbrik edib, ona

cansağlığı, Azərbaycan idmanının

inkişafında yeni nailiyyətlər arzulayıb.

Sonra yubilyara ACF-in xüsusi

hədiyyəsi təqdim edilib.

Nazim Hüseynov təbrikə və xoş

sözlərə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, 60 kq çəki dərəcəsində

yarışan Nazim Hüseynov

1992-ci ildə Barselonada Olimpiya

çempionu, həmin il Parisdə və 1993-

cü ildə Afinada isə Avropa çempionu

olub. Onun cüdo üzrə dünya çempionatlarında

ən yüksək nailiyyətləri

1991-ci ildə bürünc, 1993-cü ildə isə

gümüş medalları qazanmasıdır.

50 спортсман № 119 / 2019

More magazines by this user
Similar magazines