27.12.2019 Views

SPORTSMAN-121small

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S P O R T S M A N

FUTBOL

- Klubunuzda neçə yaş qrupu

üzrə komandalar fəaliyyət göstərir?

- Müxtəlif yaş qrupları üzrə komandalarımız

fəaliyyət göstərir. Bunlar

əsasən 6-15 yaş arası qruplardır.

İnanın ki, azyaşlı uşaqlarla işləmək,

onlara futbol oyununun incəliklərini

öyrətmək, vahid komanda kimi fəaliyyət

göstərmək bacarıqlarını aşılamaq

xüsusi zövq və qürurverici bir

haldır.

- "Baku Sporting"in məşqçi və

texniki heyəti barədə də məlumat

verərdiniz.

- Klubumuzda məşqçi və texniki

heyətlə iş Azərbaycan futbolunun

tanınmış simalarından olan, milli

komandamızın sabiq hücümçusu

Vüqar Nadirova tapşırılıb. Günün

tələblərinə cavab verə biləcək bir

kollektiv formalaşır və bu, eyni fikirli,

peşəkar, ən əsası isə futbolla nəfəs

alan bir kollektivdir.

- Bəs digər tanınmış futbol

adamlarını bu layihənizə cəlb etmək

niyyətiniz varmı?

- Əlbəttə, bu barədə də fikirləşirik.

Lakin bu birbaşa büdcə ilə əlaqəli

məsələdir. Təbii ki, istərdik ki, məşq

prosesində qabaqcıl təcrübələrdən

və bu təcrübənin daşıyıcılarından

istifadə edək. Yəqin ki, yaxın gələcəkdə

bu istiqamətdə də addımlar

atılacaq.

- Azərbaycanda hansı yarışlarda

iştirak edirsiniz?

- Bu ildən AFFA-nın bayrağı altında

keçirilən U-10 və U-12 liqalarında

təmsil olunuruq. Növbəti ildən isə bütün

yaş qrupları U-9-dan U-15-ə kimi

bütün yaş qrupları üzrə çempionatlarda

iştirak etməyi planlaşdırırıq.

- Bəs beynəlxalq yarışlarda iştirak

etmisinizmi? Və ya belə planınız

varmı?

- Bilirsiniz, yalnız iştirak etmək

naminə təmsil olunmaq istəmədiyimizə

görə, bu məsələ bizdə növbəti

illərdə nəzərdə tutulub. Amma oyunçularımızın

mütəmadi olaraq Türkiyə,

Güçüstan və Rusiyada “kamplar”da

iştirakı fəaliyyətimizin bir hissəsidir.

- Perspektiv vəd edən futbolçularınızın

adlarını çəkə bilərsinizmi?

Onların hansı uğurları var?

- Perespektiv vəd edən oyunçularımız

əlbəttə ki, var. Hazırda İspaniyanın

“Kaptiva” Futbol Akademiyasında

təhsil alan Fərid Talıblı (U-18),

спортсман № 121 / 2019

43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!