26.04.2020 Views

Qida gigiyenasının ümumi prinsipləri

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Mənbəyi ətraf mühit olan potensial yoluxma mənbələri də nəzərə alınmalıdır.

Xüsusilə də, təhlükəli substansiyaların qida məhsullarında qəbul edilməz miqdarda

olmasına səbəb olacaq potensial təhlükəyə malik rayonlarda ilkin istehsalatın

aparılmasına yol verilmir.

3.2 Qida mənbələrinin gigiyenik istehsalatı

İlkin istehsalatın məhsulların təhlükəsizlik və yararlılığına potensial təsiri daim

nəzərə alınmalıdır. Bu xüsusilə, bu cür fəaliyyətin yoluxma ehtimalının yüksək olduğu

hər hansı bir xüsusi nöqtəsinin təyin edilməsinə və bu ehtimalın minimallaşdırılması

üçün götürülən ölçülərə aid edilir. HACCP sisteminə əsaslanan yanaşma bu cür ölçülərin

götürülməsində kömək edə bilər (bax: Təhlükəli Faktorların Analiz Sistemi və Kritik

Nöqtələrin Yoxlanılması (Əlavə)).

İstehsalçılar mümkün olan dərəcədə aşağıdakıların təmin edilməsi üçün tədbirlər

həyata keçirməlidir:

- hava, torpaq, yem, gübrələr (təbii gübrələr daxil olmaqla), pestisidlər,

baytarlıq preparatlarıarı və ya ilkin istehsalda istifadə edilən hər hansı bir

digər maddələrdən çirklənməyə nəzarət;

- qida məqsədilə istifadə edilən bitki və heyvanların sağlamlıq dərəcəsinin

insan sağlamlığına təhlükə törətməməsi və məhsulun yararlılığına mənfi

təsir etməməsi üçün istehsalın nəzarət altında saxlanılması;

- məhsul mənbələrinin ifrazat (frekal, sidik və s.) və ya digər yoluxmadan

qorunması.

Tullantıların idarə edilməsi və zərərli maddələrin müvafiq saxlanmasına xüsusi

diqqət ayırmaq lazımdır. Məhsulların təhlükəsizliyi üzrə xüsusi məqsədlərə çatmış

məişət daxili proqramlar ilkin istehsalatın vacib hissəsinə çevirilir. Bu cür proqramlara

dəstək verilməlidir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!