tur neqliyyat (1)

tourismboardaz

Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı

(SAHMAN - Sanitation and Hygiene Methods and Norms)

Tur nəqliyyatı xidməti göstərən müəssisələr üçün

TƏLİMAT


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ

“SAHMAN” Proqramı çərçivəsində nəfəs yolu xəstəliklərinin

(xüsusilə, COVID-19-un) profilaktikasına dair

tur nəqliyyatı xidməti göstərən müəssisələr üçün

TƏLİMAT

1. Təlim və maarifləndirmə

2. Qabaqlayıcı tədbirlər

3. Təmizlik və dezinfeksiya tədbirləri

4. Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri

1. TƏLİM VƏ MAARİFLƏNDİRMƏ

Tur nəqliyyat vasitələrində nəfəs yolu xəstəliklərinin, xüsusilə COVİD-19

(koronavirus) infeksiyasının yayılmasının qarşısının alınması üçün maarifləndirmə

işlərinin aparılması və müvafiq təlimlərinin keçirilməsi vacibdir. Bu məqsədlə, “SAHMAN”

proqramı çərçivəsində proqramda təlimlərə cəlb olunan tur nəqliyyat xidməti göstərən

müəssisənin (o cümlədən, turizm şirkətləri və hotellər) nümayəndərinə virusdan qorunma

tədbirləri barədə məlumatlar veriləcəkdir. Təlimlərdə iştirak edən və müvəffəqiyyətlə başa

vuran nümayəndələr-“SAHMAN” menecerləri müəssisənin istifadə etdiyi nəqliyyat

vasitələri daxilində proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə

görə məsuliyyət daşıyacaqdır.

Təlim zamanı iştirakçılar şəxsi gigiyena (əl gigyenası, nəfəs yolu gigiyenası,

öskürmə etiketi), dezinfeksiya tədbirləri (işlərin dövriliyi, tətbiqinə icazə verilən

maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları),

digər növ qabaqlayıcı qoruyucu tədbirlər haqqında metodiki göstərişlərlə təmin

olunacaqlar. “SAHMAN” menecerləri isə öz növbələrində, müəssisənin rəhbərliyini, işçi

heyətini, xüsusilə sürücüləri proqram, onun faydaları və görülməli tədbirlər haqqında

məlumatlandırmaq və təlimatlandırmaq öhdəliyi götürəcəklər. Əlavə olaraq, onlar

proqrama dair məlumatların, eyni zamanda tələb olunan gigiyena və sanitariya

tədbirlərinə dair yazılı xatırlatmaların (misal üçün, əl gigiyenası) nəqliyyat vasitəsi

daxilində yerləşdirilməsini təmin etməlidirlər.


1.1. Əl gigiyenası

Əl gigiyenası əllərin təmiz olmasını nəzərdə tutur. Bura əllərin yuyulması və (ya)

alkoqol tərkibli vasitə ilə dezinfeksiya olunması daxildir. Bir çox yoluxucu xəstəliklər

birbaşa kontakt vasitəsi ilə yayıldığı üçün düzgün əl gigiyenası mehmanxanalarda

infeksiyanın yayılmasına qarşı əsas tədbir hesab olunur.

Əl gigiyenası aşağıdakı qaydada tətbiq olunmalıdır:

• Ağıza, buruna və gözlərə toxunmazdan əvvəl;

• Qidaların hazırlanması və təqdim olunmasından əvvəl;

• Öskürəndən və asqırandan sonra;

• Sanitar qovşaqlardan istifadə edəndən sonra;

• İctimai sanitar qovşaq, qapı dəstəyi, lift düyməsi və s. kimi ümumi yerlərə

toxunduqdan sonra.

Əllərin yuyulması

Əllərin düzgün qaydada yuyulması üçün birinci, üzük, saat və digər əl aksesuarları

çıxarılmalı, sonra isə əllər aşağıdakı qaydalara uyğun olaraq yuyulmalıdır.

• Axar suda əlləri isladın;

• Maye sabun əlavə edin və əlləri sürtərək köpürdün;

• Axar sudan kənarda ovucları, biləkləri, əllərin arxasını, barmaqların arasını və

arxasını, barmaqların ucların 20 saniyə ərzində sürtün (eyni qayda dezinfeksiya

zamanı da tətbiq olunur);

• Sürtəndən sonra əlləri axar suda təmiz yuyun;

• Sonra isə əlləri bir dəfə istifadə olunan təmiz pambıq və ya kağız dəsmalla

qurulayın;

• Əgər ehtiyac olsa, su kranını toxunmadan, dəsmalla tutaraq bağlayın.

1.2. Öskürək/respirator xəstəlik zamanı şəxsi gigiyena

Öskürək/respirator xəstəlik zamanı xəstəliyin mənbəyindən qorunma üçün nəzarət

tədbiridir. Sürücülər, bələdçilər və tur iştirakçıları öskürək/respirator xəstəliklə bağlı

aşağıdakı düzgün etiket qaydaları barədə məlumatlandırılmalıdır:


Nəzarət tədbirləri

• Öskürəndə və asqıranda ağızı kağız salfetlə bağlanmalı və istifadə olunmuş salfet

ağzı bağlı zibil qabına atılmalıdır;

• Resprator axıntı ilə təmasdan sonra əllər müvafiq qaydada təmizlənməlidir;

• Resprator simptomları olan qonaqlara tibbi maskalar təklif olunmalıdır;

• Resprator simptomları olan tur iştirakçılarının digər qonaqlardan kənarda

oturmasına diqqət yetirilməlidir (ən azı 2 oturacaq).

Öskürək/respirator xəstəlik və şəxsi gigiyena qaydalarına işçilərlə yanaşı tur

iştirakçıları da əməl etdikdə virusun yayılmasının qarşısının alınması daha yaxşı nəticə

verir. Buna görə də iştirakçıların gigiyena qaydalarına əməl etməsinə diqqət yetirmək

lazımdır. Tur iştirakçılarına və işçilərə (sürücü və bələdçilərə) gigiyena qaydalarının

xatırladılması üçün nəqliyyat vasitəsinin daxilində mümkün yerlərdə məlumat lövhələri

qoyulmalıdır.

2. QABAQLAYICI TƏDBİRLƏR

“SAHMAN” proqramında iştiak edən müəssisələr aşağıdakı qabaqlayıcı qoruyucu

tədbirləri həyata keçirməyi öhdələrinə götürürlər:

• Sürücülərin və bələdçilərin sağlamlığına nəzarət edilməsi (səfərdən öncə sensor

termometr vasitəsilə temperaturun ölçülməsi, soyuqdəymə, infeksiya əlamətlərinin

olub-olmamasına daimi nəzarət);

• Özünü narahat hiss edən, temperaturu 38 dərəcə C-dən yüksək olan, nəfəs yolu

xəstəliklərinin simptomlarını nümayiş etdirən sürücü, bələdçi və ya tur

iştirakçılarına təcili tibbi xidmətin təşkili;

• Turda iştirak edən şəxslərin temperaturunun ölçülməsi və onlarda nəfəs yolu

xəstəliklərinin simptomlarının olub-olmamasına nəzarət edilməsi;

• Nəqliyyat vasitəsinin şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün

zəruri olan vasitələrlə təminat olunması: sensor termometr, əl dezinfeksiyaedici

məhlullar, əl salfetləri, üz maskaları, əlcəklər, istifadə edilmiş tibbi maskalar və

əlcəklərin atılması üçün ayrıca qapalı torbalar, dezinfeksiyaedici məhlullar;

• Sürücülər və bələdçilər tərəfindən üz maskaları və əlcəklərin məcburi istifadəsi;

• Nəqliyyat vasitəsinin daxilində əl dezinfektantlarının, salfetlərinin təchiz edilməsi;

• İştirakçılar üçün tələb olunduqda üz maskalarının və əlcəklərin təchiz olunması;

• Nəqliyyat vasitəsi daxilində mütəmadi təmiz hava axınının təmin olunması;


• Hava dövriyyəsi sisteminin işlək vəziyyətdə olmasının təmin olunması;

• Nəqliyyat vasitəsinin icazə verilən sərnişin tutumunun 50%-dən çox istifadə

edilməməsi (tövsiyə olunur, digər şərtlər yerinə yetirilərsə məhdudlaşdırmaya

getməməyə də icazə verilir):

• Sedan tipli nəqliyyat vasitəsi – maksimum 2 nəfər;

• Vito/Viano tipli və ya bənzər nəqliyyat vasitələri – maksimum 4 nəfər;

• Sprinter və bənzər nəqliyyat vasitələri – maksimum 8 nəfər;

• Böyük tutumlu avtobuslar – maksimum 25 nəfər;

• Görülən bütün tədbirlərin qeydiyyatının aparılması və sənədləşdirilməsi.

2.1. Təhlükəsiz məsafə tədbirləri

• İştirakçılar arasında ən azı 1 metr məsafəni təmin etmək üçün nəqliyyat vasitəsinin

döşəməsində müvafiq işarələnmənin həyata keçirilməsi;

• Z-tipli oturma qaydasının istifadəsi və hər cərgədə 2 nəfərdən artıq səyahətçinin

əyləşməsinə icazə verilməməsi (tövsiyə olunur);

• Birinci və arxa cərgələr arasında qoruyucu maneənin olması (lazım olduqda).

3. TƏMİZLİK VƏ DEZİNFEKSİYA TƏDBİRLƏRİ

Yoluxucu virus ətraf mühitdə uzun müddət yaşadığı üçün nəqliyyat vasitəsinin

təmizlənməsi və dezinfeksiyası tədbirləri gücləndirilməlidir. Təmizlik və dezinfeksiya

tədbirlərinə aşağıdakılar daxildir:

• Nəqliyyat vasitələrinin turdan öncə və sonra dezinfeksiya olunması;

• Təmizlik işləri birinci təmiz hissədən başlamalı sonra isə daha çirkli hissələri

təmizləməlidir;

• Daha çox təmas olunan səthlərə (qapı dəstəkləri, sürahi, baş söykənəckləri,

oturacaq söykənəcəkləri, təhlükəsizlik kəmərləri) fokus olunmaqla bütün

ümumiişlək yerlər və qonaq otaqları gün ərzində hər 4 saatdan bir deterjanlı su ilə

təmizlənməli və dezinfeksiya olunmalıdır;

• Müntəzəm olaraq pest-kontrol həyata keçirilməlidir;

• Təmizlik və dezinfeksiya işlərindən sonra əllər gigiyenik qaydada təmizlənməlidir;

• Mövcud gigiyena standartlarının düzgün qaydada tətbiq olunmasına rəhbərlik

mütəmadi nəzarət etməlidir;

• Nəqliyyat vasitəsi daxilində aparılan dezinfeksiya tədbirlərinə dair məlumatın təmin

olunması.


4. XƏSTƏLİK DAŞIYICILARI İLƏ BAĞLI NƏZARƏT TƏDBİRLƏRİ

Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri standart tədbirlərə əlavə olaraq

həyata keçirilir. Aşağıdakı tədbirlər daxildir:

• İnfeksiyanın yayılmasının qarşısını almaq üçün qızdırması və respirator

simptomları olan iştirakçıların tibbi maskalar geyinməsinə diqqət edilməsi;

• Xəstə iştirakçıların dərhal tibbi xidmətə müraciət etməsini və kütləvi yerlərə

getməməsinin tövsiyə edilməsi;

• Xəstə qonaqlarla təmasın minimuma endirilməsi və onunla təmasda olan şəxslər

tərəfindən şəxsi mühafizə vasitələrindən istifadə edilməsi.

More magazines by this user