zefer-2019

gyunduz

«ЗЯФЯР-2019»

Бейнялхалг Идман Мцкафаты

31 yanvar 2020-ci il. Bakı şəhəri, JW Marriott hoteli.

“Zəfər 2019” Beynəlxalq İdman Mükafatının təqdimat mərasimi.

Azərbaycan Gənclər və İdman Nazirliyi və “Sportsman”

jurnalının birgə layihəsi olan “Zəfər” BİM, növbəti dəfə idmançıları,

məşqçiləri, idman mütəxəssislərini, federasiya nümayəndələrini,

idman ictimaiyyətini, KİV nümayəndələrini,

Azərbaycan idmanına daim dəstək olan iş adamlarını və sadəcə

dostları “Marriott” hotelin “Şərq” zalına topladı. “Zəfər”

BİM-in daimi aparıcısı olan tanınmış jurnalist və teleaparıcı

Sənan Şəfizadə, 2019-cu ilin uğurlu olduğunu, nominantlar

arasında isə gərgin rəqabətin olduğunu bildirdi.

Sonra, Azərbaycan Gənclər və İdman Nazirliyinin “İdman”

şöbəsinin müdiri, Olimpiya və dünya çempionu Fərid

Mansurov qonaqları salamlayaraq, 2019-cu ildə Azərbaycan

idmançılarının hünərlərindən danışdı: “Mötəbər yarışlarda

ümumi hesabda 775 medal qazanmış idmançılarımız, ölkəmizi

layiqincə təmsil ediblər. Medalların 271-i qızıl, 238-i gümüş,

141-i isə bürünc medaldı. Olimpiya idman növlərində 90 qızıl,

96 gümüş, 141 bürünc medal əldə edilib. Qeyri-olimpiya idman

növlərində isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal

qazanılıb. Bundan əlavə, bilirsiz ki, ölkəmiz irimiqyaslı yarışların

keçirilməsində böyük təcrübəyə malikdir. Belə yarışların

Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilib. 2019-cu ildə

10-dan artıq beynəlxalq yarışlara ev sahibliyi etmişik. 2020-ci

ildə də bu say azalmayacaq. Lakin, xatırladım ki, bu il həm də

olimpiya ilidir. İdmançılarımızı Tokio Olimpiadasında çətin sınaq

gözləyir. Əminəm ki, idmançılarımız bu mübarizədə əsl əzmkarlıq

nümayiş etdirəcəklər. Mən, “Zəfər 2019” Beynəlxalq

İdman Mükafatının qaliblərini təbrik edir, 2020-ci ildə bütün

idmançılarımıza uğurlar arzulayıram”.

Daha sonra nominantları təbrik etmək üçün “Sportsman”

jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu səhnəyə dəvət

olundu: “2019-cu ildə qazanılan Azərbaycan idmanının uğurlarını

bizlərlə bölüşdüyünə görə Fərid müəllimə təşəkkür

edirəm. Ümidvaram ki, 2020-ci ili də möhtəşəm qələbələrlə

başa vurub, xüsusi fərqlənənləri yenə birlikdə mükafatlandıracağıq.

Mən başqa bir məqamı diqqətinizə çatdırmaq istərdim.

Beləki, 2004-cü ilin məhz bu günü, yəni 31 yanvar 2004-cü

il tarixində “Sportsman” jurnalının ilk nömrəsinin təqdimat

mərasimini keçirmişik. Əlbəttə ki, burada iştirak edən qonaqlar

sırasında bu mərasimdə iştirak edənlər də var. Sadəcə mən

kiçik bir xatırlama etmək istədim. Bəli, bu gün “Sportsman”in

16 yaşı tamam olur. 16 yaş isə həddi-buluğa çatmaq deməkdir

və artıq pasport almaq vaxtıdır. Çox şadam ki, bu hadisə

Azərbaycan idmanının qayğıkeşi, hörmətli Prezidentimiz İlham

Əliyevin də diqqətindən kənar qalmayıb. Dekabr ayının

sonu ilin yekunları ilə bağlı idmançılar və idman ictimaiyyəti

ilə görüşdə mən də iştirak edirdim. Cənab Prezident il ərzində

xüsusi fərqlənmiş idmançıları və idman mütəxəssislərini mükafatlandırdı.

Mənə isə Respublikanın “Əməkdar Jurnalist”i

fəxri adını təqdim etdi. Fürsətdən istifadə edib, Azərbaycan

idmanının inkişafındakı xidmətlərinə görə Hörmətli Prezidentimiz

İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Mən, qalib nominantları təbrik edir, Tokio Olimpiadası da

daxil olmaqla 2020-ci ildə bütün idmançılarımıza uğurlar arzulayıram”.

Tanınmış müğənni Elxan Qaraxanoğlunun “Azərbaycan”

mahnısının ifasından sonra “Zəfər 2019” Beynəlxalq İdman

Mükafatının təqdimetmə mərasimi başladı. Qaliblərə “Zəfər”

BİM-in xüsusi diplomu və hədiyyələr təqdim olundu. Lotoreya

oyunları, furşet və estrada ulduzlarının çıxışı ilə davam edən

tədbirdən fotoreportajı diqqətinizə təqdim edirik.

P.S. “Sportsman”, tədbirin keçirilməsində göstərdikləri

dəstəyə görə “Volvo Azərbaycan”a, “Offissa

Dizayn”a, “Russkiy Xolod”a, “Hyatt Regency Baku”-

ya, “Vita1000” şirələrinə, “Azqranata” şərablarına,

“NOVCO Group”a, “Sirab” təbii mineral sularına,

“Nati” şirniyyata, “King Pong” tennis klubuna, dünyanı

yaşıllaşdıran “Aris”ə, “İz” kulinariyaya, “Kazbegi”

limonadlarına, Fəxriyyə Xələfovanın ətriyyat

kolleksiyasına və “Marriott” hotelin kollektivinə dərin

təşəkkürlərini bildirir.

6 спортсман № 123 / 2020


S P O R T S M A N

ЗЯФЯР - 2019

QALİB NOMİNANTLAR

* İlin İdmançısı

* İlin Qadın İdmançısı

* İlin Veteran İdmançısı

* İlin Əzmkar İdmançısı

* İlin Məşqçisi

* İlin İdman Hakimi

* İlin Kəşfi

* İlin Federasiyası

* İlin İdman yarışı

* İlin İdman Portalı

* İlin İdman Kompleksi

* İlin İdman Jurnalisti

* İlin İdman Verilişi

* İlin İdman Avtomobili

* İlin Ədalətli Personası

* Azərbaycan idmanının təbliğindəki xidmətlərinə görə

* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə

* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə

* Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə

- Ruslan Lunyov

- Mariya Stadnik

- Süleyman Məmmədli

- Kənan Pənahov

- Aslan Ağayev

- Cahangir Babayev

- Aydın Süleymanlı

- Azərbaycan Cüdo Federasiyası

- XV Avropa Gənclər Yay Olimpiya Festivalı

- www.allsport.az

- Milli Gimnastika Arenası

- Ceyhun Əliyev

- "İmza" CBC Sport

- Volvo XC90 Plug-In Hybrid R-Design

- Xəzər İsayev

- İlqar Paşazadə

- Mikayıl Cabbarov

- Qulu İskəndərov

- Babək "Sirab" ASC

спортсман № 123 / 2020

7


QALИBLЯR

S P O R T S M A N

8

спортсман № 123 / 2020


S P O R T S M A N

QALИBLЯR

спортсман № 123 / 2020

9


QALИBLЯR

S P O R T S M A N

10

спортсман № 123 / 2020


S P O R T S M A N

qonaqlar

QONAQLAR

спортсман № 123 116 / 2020 2019

11


QONAQLAR

S P O R T S M A N

12

спортсман № 123 / 2020


S P O R T S M A N

QONAQLAR

спортсман № 123 / 2020

13


QONAQLAR

S P O R T S M A N

14

спортсман № 123 / 2020


S P O R T S M A N

QONAQLAR

спортсман № 123 / 2020

15


QONAQLAR

S P O R T S M A N

16

спортсман № 123 / 2020


S P O R T S M A N

QONAQLAR

спортсман № 123 / 2020

17


QONAQLAR

S P O R T S M A N

18

спортсман № 123 / 2020


S P O R T S M A N

QONAQLAR

спортсман № 123 / 2020

19


QONAQLAR

S P O R T S M A N

20

спортсман № 123 / 2020


S P O R T S M A N

QONAQLAR

спортсман № 123 / 2020

21

More magazines by this user
Similar magazines