06.06.2022 Views

F1_Aze_GP_2022_Media_Kit_AZ

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

3. 2022 FIA FORMULA 1 DÜNYA ÇEMPİONATI – QAYDALAR

3.3 2002-Cİ İLDƏ FORMULA 1 YARIŞLARINDA İNQİLABİ DƏYİŞİKLİKLƏR*

Aşağı profilli şinlər həmçinin, şinlərin yan divarının əyilməsini azaltmağa və aerodinamik çirkli hava axınını

minimallaşdırmağa yardım edir. Komandalar şin formaları ətrafında hava axını rejimləri və avtomobil korpusu ilə

qarşılıqlı təsirləri araşdırmaq və stimullaşdırmaq üçün çox böyük səylər göstərirlər. Bu sahədə həssaslığın azaldılması

həm bolidlərin layihələndirilməsi prosesi, həm də tələb olunan resurslar baxımından komandalara faydalı olacaq.

Xərclərə qənaət edildiyi bir zamanda bunun tətbiqi xüsusi önəm daşıyır.

4. “Hava yuyuntusu” (Outwash) qarşısını almaq üçün yeni qanad və ön burunun yeni dizaynı

Ön qanadların son mövsümlərdə davamlı şəkildə sadələşməsinə baxmayaraq, 2022-ci ilin F1 bolidi tamamilə yeni

görünüşə malik ön qanadla çıxış edir.

2022-ci il F1 bolidinin fəlsəfəsinə uyğun olaraq, yeni ön qanadın funksiyası həm qarşıdakı bolidin arxasında yaxın

məsafədə hərəkət edərkən davamlı yerəsıxma qüvvəsi yaratmaq, həm də ön təkərin məruz qaldığı hava axınına tam

nəzarət etməklə bolidə dəyə bilən texniki zərəri minimuma endirməkdir.

Bu, hazırkı bolidlərdə olduğu kimi, hava axınının kəskin surətdə bortdan kənara göndərilməsi və ya döşəmə altına

axaraq diffuzor tərəfindən udulması deyil, onu bolidin yan tərəfindən mümkün olduğu qədər daraltmaqla aşağı

yönləndirilməsi deməkdir.

5. 70-ci illərin aero parametri yenidən qayıdır!

F1-in Avtoidman komandası 2022-ci il bolidi üzərində 2017-ci ildən bəri işləməyə başlamış və tezliklə məlum olmuşdu ki,

daha yaxın məsafədə yarışmaq üçün əsas tələb yerəsıxma qüvvəsini yaratmaq üçün aerodinamik cəhətdən “yer təsiri”nə

(ground effect) üstünlük verilməsidir.

“Yer təsiri” 1970-ci illərin sonunda Formula 1-də əhəmiyyət qazanmışdır. Bolidlərin dizaynı yuxarıdan aşağı təyyarə

qanadları şəklində layihələndirilərək trekdə yüksək yerəsıxma qüvvəsinə təkan vermişdir.

1982-ci ilin sonunda yer təsirinə malik bolidlər istismardan çıxarılmışdı, amma bu o demək deyil ki, 2022-ci il bolidi həmin

dövrə qayıdır. (birincisi, burada kəndarlar yoxdur). Lakin, builki F1 bolidi hal hazırda istifadə edilən mərhələli döşəmədən

deyil, tam formaya malik döşəməaltı tunellərdən istifadə edir ki, bu, komandalara “yer təsiri” sayəsində daha böyük

yerəsıxma qüvvəsinə nail olmağa kömək edəcək ( hazırkı döşəmələr yer təsirindən yararlansa da, istifadəsi eyni dərəcədə

deyil).

Bu dəyişikliyə əsas səbəb yer təsirindən irəli gələn yerəsıxma qüvvəsidir. Hazırkı bolidlərin barja lövhələri və digər

aerodinamik elementləri yerəsıxma qüvvəsini artırmaq üçün hərəkət zamanı meydana çıxan hava burulğanını bolidin

döşəməsinin altına istiqamətləndirmək məqsədilə tərtib edilmişdir. Bununla belə, digər bolidin arxasına yaxınlaşanda bu

cür burulğanların effekti itir və nəticədə bolidin performansında ciddi geriləmə müşahidə olunur.

*Formula.com

33

Baku Şəhər Halqası

93 Zərifə Əliyeva küçəsi Ofis: +99412 404 1390

Bakı, Azərbaycan

E-poçt: info@bakugp.az

AZ1000

Website: www.bakucitycircuit.com

© 2022 Formula One World Championship Limited, a Formula 1 company. The F1 FORMULA 1 logo, F1 logo, FORMULA 1,

F1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, GRAND PRIX, AZERBAIJAN GRAND PRIX and related marks are trademarks of Formula One Licensing BV, a Formula 1

company. All rights reserved.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!