30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Hindi-Çin yarımadasını kəşf etmək şərəfi qədim hindlilərə məxsusdur. Onlar Asiyanın bu iri cənub-şərq

çıxıntısını Qızıl Torpaq adlandırmışlar, sahildə olan adaları və dənizləri öyrənmişlər. Qədim hindlilərin

ümumiləşdirilmiş ilkin coğrafi bilikləri onların müqəddəs kitablarında toplanmışdır.

Qədim Çin mədəniyyəti e.ə.II-I minillikdə Xuanxe və Yantsız çaylarının aşağı axınlarındakı düzənlikdə

yaranmışdır. Qədim çinlilər Xuanxe və Yantsızı çayları boyunca yuxarı qalxaraq dağlıq əraziləri və aşağı

enərək Sarı və Cənubi-Şərqi Çin dənizləri sahillərini, Koreya Yarımadasını və həmçinin Tayvan adasını

kəşf etmişlər.

E.ə. IV əsrdə və III əsrin başlanğıcında Çində coğrafiyaya həsr olunmuş əsərlər yaranmağa başlayırlar.

Belə ki, e.ə.III əsrdə Çin çarlığının anonim coğrafiyaçısı o dövrdə məlum olan ərazinin ilkin təsvirini

vermişdir.

E.ə. II əsrdə coğrafiyaya dair əsərlərin xüsusi forması-səyahətlərin yol təsviri yaranır. Belə təsvirin

müəlliflərindən biri olan Çjan-Syan e.ə.138-ci ildə Çin imperatoru tərəfindən Mərkəzi Asiyanın

Yeddiçaylıq (Semireçye-rus.) rayonunda köçəri həyat sürən sakların düşərgəsinə göndərilir, lakin onu

yolda Mərkəzi Monqolustan və Trans-Baykal yüksək düzənliklərində hökmranlıq edən hunlar əsir

götürür. On il əsirlikdə qaldıqdan sonra Qaçmağa müyəssər olur. Mərkəzi Tyan-Şanın hündür

aşırımlarından keçib donmayan İssık-Kul gölünün cənub sahilinə köçəri sakların düşərgəsi olan – Çiqu

şəhərinə gəlib çıxır, oradan yenidən dağ aşırımlarını keçərək Narın çayı dərəsi boyunca Fərqanə vadisinə

– Quşyan (Kassan) şəhərinə gəlir. Bir il sonra vətənə qayıdan Çjan-Syan Pamir dağlarını şimaldan (Alay

vadisindən) keçərək Təklə-Məkan səhrasına gəlib çatır. Onun səthi ilə bir vadidən digərinə keçərək

axarsız duzlu göl (Lobnor) yerləşən geniş yastı çökəkliyə çatır. Özünün hesablamalarına görə 14.2 min

km. yol qət etmiş Çjan-Syan ilk dəfə çinliləri Mərkəzi Asiyanın çölləri, səhraları, iri dağ sistemləri-Tyan-

Şan və Pamir, bu dağlardan başlayan və «Qərb dənizinə» (Aral) tökülən Amu-Dərya və Sır-Dərya çayları

haqqında dürüst məlumatlarla tanış etmişdir. Onun keçdiyi marşrutla e.ə. II-I əsrlərin sərhədlərində

Böyük İpək yolunun cənub qolu salınmışdır.

Tarixi məlumatlara görə e.ə. XI-VIII əsrlərdə Çində ipək parça üzərində yüksək səviyyədə tərtib olunmuş

torpaq və poçt yolları və digər xəritələr düzəldilirdi. Onlardan biri olan «hərbi» xəritədə yollar, çaylar,

dağlar, hərbi postlar, siqnal qüllələri, yaşayış yerləri və orada olan evlərin sayı və s. əks olunmuşdur.

Xəritələrdə yerlər dəqiqliklə göstərilirdi. Bunun üçün ən mükəmməl alət olan kompasdan istifadə

olunması haqqında çin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılar.

Bizim eranın III əsrində məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü

ilə birləşdirilirdi. Hər «li» (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək

parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə

çevirə bilirdi.

1.4 Avropa antik dövrünün xalqlarının coğrafi ideyaları

Quldarlıq quruluşunun ən yüksək inkişaf səviyyəsinə çatdığı qədim yunan və Roma dövlətlərində

incəsənət, elm və ədəbiyyat sahəsində, şəhərsalma, memarlıq işində böyük nailiyyətləri əldə edilmişdi. Bu

ölkələrdə bir sıra elmi məktəblər yaranmışdır.

E.ə. VI-V əsrlərdə yunanların İon dənizi sahilində yerləşən Milet şəhərində onun adını daşıyan İon

(Miletli) natur fəlsəfə məktəbi fəaliyyət göstərirdi. Onun nümayəndələri arasında Heraklit (e.ə. 540-480cı

illər) xüsusilə fərqlənirdi.

11

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!