30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ömrünün sonuna yaxın yazdığı «Mineralogiya» kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi,

xarakteri və mədənləri haqqında geniş məlumat vermişdir.

Orta Asiyanın ilk türkşünas-ensiklopediyaçı alimi Mahmud Kaşqari həm də coğrafiyaşünas və səyahətçi olmuşdur:

«türklərin bölgələrini, kəndlərini və çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o, türk, oğuz, qırğız şəhərlərini,

kəndlərini, düşərgələrini dolaşaraq onların lüğətini yazmışdır». Nəticədə M.Kaşqari Xəzərin şərq sahillərindən

başlamış Lobnor gölü meridianına və İli çayı enliyindən Kaşqariyanın cənub sərhədlərinə qədər olan geniş ərazini

öyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını aparmış və türk xalqları və abidələrinin

məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə müəyyən etmişdir.

Onun məşhur «Divani-lüğət it-türk» (1072-74) əsərində türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər

haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, Balasaqun dağları

(Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı

hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə almışdır. «Divan»ın sonuna əlavə olunmuş xəritə

Mahmud Kaşqari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. O, bir sıra paralel

formada düzülmüş Qərbi Tyan-Şan dağ sistemini öz xəritəsində daha düzgün əks etdirmişdir. Kaşqari Manqışlak

(Manqıstan) yarımadası ilə də tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast gəlinir.

Türk xalqlarının tarixi coğrafiyanın formalaşmasında Azərbaycan alimləri də gözəl töhfələr vermişlər. Orta əsrlərin

məşhur Azərbaycan astronomu, riyaziyyatçısı, Marağa rəsədxanasının əsasını qoyan Məhəmməd Nəsrəddin Tusi

(1201-1274) Yerin fəzada vəziyyətini göstərmiş və dərəcə torunu tərtib etmişdir. Astronomiya və coğrafiyaya aid

qiymətli mülahizələr irəli sürmüşdür. Tusinin Təbriz yaxınlığındakı rəsədxanası uzun illər ali tədris mərkəzi kimi

fəaliyyət göstərmişdir. M.N.Tusi triqonometriyanın əsasını qoymuşdur. Onun ölkə iqtisadiyyatına, idarəetməyə,

şəhər təsərrüfatının təşkilinə aid qiymətli fikirləri olmuşdur.

XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi Əbdürrəşid İbn-Saleh Bakuvini (1402-1473)

coğrafiyaya aid bir sıra qiymətli əsərləri bizə gəlib çatmışdır. Onun «Abidələrin» xülasəsi və qüdrətli hökmdarın

möcüzələri kitabı akad. Z.M.Bünyadzadə tərəfindən ərəb dilindən rus və azərbaycan dillərinə tərcümə edilmişdir.

Bu kitabda Yer səthi yeddi iqlim qurşağına ayrılmış, bu qurşaqların əhatə etdiyi ölkələr, şəhərlər, iri yaşayış yerləri

və tarixi abidələri haqqında müxtəlif məlumatlar verilmişdir.

Bakı haqqındakı məsələlərə geniş yer verilmiş, müəllif barədə qiymətli mülahizələr yazılmışdır. O, Bakıda anadan

olmuş və Qahirədə vəfat etmişdir.

2.3 Normanların coğrafi kəşfləri

Vikinqlər adlanan normanlar – «şimal adaları» müasir Danimarkada İsveçin cənubunda və Norveç sahillərində

yaşamış qədim alman tayfaları olmuşlar. Hələ VIII əsrdən başlayaraq norman gəmiləri Norveç, Baltik, Şimal,

Barens dənizlərində və Biskay körfəzi sahillərində cəsarətlə üzürdülər. Onlar hətta Ağ, Xəzər, Aralıq və Qara

dənizlərinə daxil olur, sahildəki kəndləri və şəhərləri viran edirdilər. Çay yuxarı qalxaraq gəmilərini sürükləyib bir

hövzədən digərinə keçirirdilər. Baltik-Volqa su yolu ilə Xəzər dənizinə gəlib çıxma imkanlarını nəzərə alan

görkəmli dəniz səyahətçisi Tur Heyerdal Qobustan qayaları üzərindəki gəmi rəsmində normanların izlərini

axtarmışdır. Normanlar Britaniya adalarını zəbt edib, Normandiyada möhkəmlənmiş və Fransanı qorxu altında

saxlamış, Siciliyada Norman dövləti yaratmışlar. İki yüz il Avropanı qorxu altında saxlayan normanlar daha mühüm

olan coğrafi kəşflər etmişlər. Onlar ilk dəfə İslandiyada (860-cı il), Qrenladiyada (982-ci il) və nəhayət şimali

Amerikada (1000-ci il) olmuşlar. Özü də Amerikanı ilk dəfə Leyf Erikson (Qrenlandiyanı kəşf edən Erik Raduanın

(«Kürən Erik») oğlu) kəşf etmişdir. Lakin XIV əsrin ortalarından başlayaraq iqlimin soyuqlaşması və bir sıra digər

səbəblər Qrenlandiyada olan koloniyaların sönməsinə gətirib çıxarmışdı.

Deməli, X.Kolumbdan beş əsr əvvəl normanların Şimali Amerikada məskənlərinin olması bir faktdır. Həm də

normanlar materikin içərilərinə – Böyük göllər rayonuna, Missisipinin yuxarı axınlarına qədər gedib çıxmışlar.

Bunu XI-XIII-əsrlərə qədər Qrenlandiya sahillərində mövcud olan 50 yaşayış məskəni və 12 kilsə qalıqları sübut

edirdi. Normanlar suiti, morjlar, ağ ayı, müşk öküzü və balıq ovu ilə məşğul olurdular. O zamanlar yaşıllar ölkəsində

(Qrenlandiya belə adlanır) iqlim xeyli yumşaq idi. Çətin inana bilirsən ki, ilk kolonistlər Amerikada əkinçiliklə,

atçılıq və qoyunçuluqla məşğul olublar. Onlar hətta alma yetişdirirdilər. Təəccüb olursan ki, Normanların belə

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!