30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Qısa dövrdə – cəmi yarım əsrdə bizim planetimizin avropalılara məlum olan sərhədlərinin görünməmiş dərəcədə

genişlənməsi baş verdi. Lakin köhnə dünyanın və yeni kəşf olunan materiklərin daxili hissələri hələ də öyrənilməmiş

qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdır.

Böyük Kəşflər dövrü coğrafi təsəvvürlərin inkişafı öz əksini parlaq şəkildə dövrün xəritələrində tapırdı. Daha

düzgün proyeksiyalı və dərəcə toru ilə düzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi.

Ərazi kəşfləri dünyanın coğrafi xəritəsində öz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi mövqeyi

dəqiq müəyyən edildi.

3.4 Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)

Böyük coğrafi kəşflərin mühüm iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya üçün

həm var-dövlət və həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Böyük coğrafi kəşflər

müstəmləkəçiliyin, okean arxasına əhali köçürülməsinin və beynəlxalq əlaqələrin bütün dünyaya yayılmasının

əsasını qoydu.

Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar

üzərindəki hökmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin daha çox sənaye məhsulları istehsalını və

satışını öz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya sürətlə varlanırdılar. Onlar getdikcə İspaniya və

Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Bütün

sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların

öyrənilməsində və öz müstəmləkələrinə çevirmələrində fəal rol oynamağa başlayıblar.

Magellanın Sakit okeandan keçdiyi yol tədricən intensiv gediş-gəliş yoluna çevrilir. Bu yol boyu Yeni Qvineya,

Karolina, Marşal, Solomon, Markiz və b. adalar kəşf olunur və həm də məlum olur ki, bu adaların əksəriyyəti

avropalılara qədər yerli xalqlarla məskunlaşıbdır. Özü də avropalıların qorxa-qorxa üzdükləri okean sularında yerli

dənizçilərin gəmiləri sərbəst surətdə şütüyürdülər.

XVI əsrdəki Avropa xəritələrində «Naməlum Cənub Torpağı» (Terra Australis İnkoqnita – latın.) yenidən gündəmə

gətirilir. Bu torpağın mövcudluğu haqqında fərziyyələr hələ lap qədimdən mövcud idi. Belə ideya irəli sürülmüşdür

ki, Şimal yarımkürəsinin geniş quru sahəsini müvazinətdə saxlayan cənub torpaqları da mövcud olmalıdır.

Ptolemeyə görə bu torpaqlar cənubdan Hind okeanı ilə əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı

Abraham Ortelinin düzəltdiyi xəritədə (1570-ci il) «Naməlum Cənub Torpaqı» bütün Yer kürəsini əhatə etməklə,

aşağı enliklərə doğru çəkilir.

Bütün ömrünü cənub torpağının axtarışına həsr etmiş Pedro de Kiros Avstraliyanın Kolumbu adlandırılsa da, bu

torpağı tapa bilməmişdir. Lakin qəribə təsadüf nəticəsində onun yol yoldaşı Luis de Torres Avstraliyaya xeyli

yaxınlaşmış, indi onun adını daşıyan Torres boğazını keçmiş və sübut etmişdir ki, Yeni Qvineya materikin çıxıntısı

olmayıb, müstəqil adadır. Kiros və Torresin səyahətlərinin böyük əhəmiyyəti var idi. Belə ki, bir tərəfdən cənub

torpağının axtarışı daimi diqqət mərkəzində saxlanılırdı və digər tərəfdən isə yeni-yeni əhəmiyyətli kəşflər edilirdi:

Qrenlandiyadan sonra dünyanın ikinci böyük adası olan Yeni Qvineya avropalılara məlum olur. Daha sonra isə

axtarılan Cənub materikinin sərhədlərinin cənuba doğru uzanması aşkar olunur. Lakin bu kəşflərin çoxu o zamanlar

gizli saxlanıldığına görə sonralar həmin yerlərin təkrar kəşfləri baş vermişdir. Kiros və Torresin kəşfləri İspaniyanın

Böyük coğrafi kəşflər erasında sonuncu akkordu oldu. Bundan sonra Pireney ölkələri öz qüvvələrini tamamilə əldə

elədikləri torpaqların qorunmasına yönəltdilər.

Hollandiya böyük cəsarətlə Yeni kəşflər təşəbbüsünü öz əlinə keçirdi. 1602-ci ildə təşkil olunmuş «Ost-İndiya

Hollandiya şirkəti» bir neçə ildən sonra Zond adalarındakı ən mühüm əraziləri portuqaliyalıların əlindən aldı. Yeni

sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib çıxartdı. Hollandiya dənizçisi Villem

Yanszon Torresdən bir neçə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə

Keyp-York yarımadasının qərb sahillərini öz xəritəsinə köçürmüşdür. Artıq XVII əsrin ilk illərində hollandiyalı

dənizçilər Avstraliyanın «Yeni Hollandiya» sahillərini görürdülər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və

cənub sahillərinin xəttləri müəyyənləşdirilmişdir.

29

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!