30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

vermişdir. Alim öz elmi fəaliyyətini təsviri statistika məktəbində başlamış, lakin sonrakı tədqiqatlarında məlumatlar

toplayan və təsərrüfatları təsvir edən bu məktəbdən xeyli irəli getmişdir.

Arsenyev Rusiyada və dünyanın bir sıra ölkələrində coğrafiyanın inkişafına çox böyük təsir göstərmişdir. O, Rusiya

Coğrafiya cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. İqtisadi coğrafiyaya həsr edilən ilk əsəri – «Rusiyanın

statistik oçerkləri» (1848) XIX əsrin birinci yarısında aparılmış böyük tədqiqat işinin nəticəsi idi. Müəllif, Rusiyanı

rayonlara (sahələrə), yarımrayonlara (qurşaqlara) ayırmış, hər rayonun geniş fiziki və iqtisadi-coğrafi səciyyəsini

vermişdir. Arsenyevin coğrafi elmi fəaliyyətinin çoxtərəfliliyini onun «Rusiya şəhərlərinin hidroqrafik-statistik

təsviri», «Rusiyanın statistik oçerkləri», «Çayların Rusiya şəhərlərinin inkişafında rolu» və s. əsərlərindən daha

yaxşı görmək olar.

İnqilabçı demokrat N.P.Oqaryov (1813-1877) iqtisadi rayonlaşma məsələsinə dair xeyli qiymətli fikirlər

söyləmişdi. Moskva Universitetinin yetirməsi olan Oqaryov həm yazıçı, həm jurnalist, həm də siyasi xadim idi.

Rusiyanın geriliyini aradan qaldırmaq üçün sadəcə göstəricilərlə kifayətlənməyib hər bir rayonun iqtisadiyyatına

dair ətraflı məlumat toplamaq, onun inkişaf yollarını tapmaq tələb olunurdu. Bunun üçün ölkənin düzgün

rayonlaşdırması lazım idi. Bu məsələ ilə əlaqədar yazırdı ki, rayonların gələcək inkişafını nəzərə alaraq, məhsuldar

qüvvələrin ərazi üzrə qruplaşdırmasını aparmaq, hər rayonda aparıcı məhsuldar qüvvələr sahəsini ayırmaq,

rayonlaşdırma zamanı yerli şəraitdə müvafiq olaraq eyni sahə üzrə ixtisaslaşdırılmış, iqtisadi fəaliyyətin bu və ya

digər növü ilə məşğul olan vilayətləri bir qrupda birləşdirmək lazımdır. Beləliklə, Oqaryov hər bir rayonu dinamik

inkişafda götürür rayonlaşdırma üçün maddi bazanı, təbiətin və məhsuldar qüvvələrin aparıcı komponentlərini əsas

hesab edirdi. Rayonlaşdırmada o, nəinki hazırda burada yerləşən obyektləri və baş verən hadisələri əsas götürməyi,

həm də onların gələcək inkişafını, əlaqələrini nəzərə almağı lazım bilirdi.

4.2 XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı

XIX əsrin ortalarında Rusiyada çox maraqlı və dərin məzmunlu sənaye xəritələri nəşr edilməyə başlandı ki, bunların

da Pavel Kryukov tərəfindən tərtib edilməsi ehtimal olunur. Xəritələr «Rusiyanın Avropa hissəsində manufaktura

sənaye qüvvələri» adlı oçerklərə əlavə kimi hazırlanmışdı. Belə xəritələr ilk dəfə idi ki, sənayenin yerləşdirilməsi

haqqında çox müfəssəl və zəngin məlumatlar verirdi. Həmin oçerklərdə coğrafiya tarixinə aid məlumatlar da vardı.

Oçerklərdə Rusiyada sənaye istehsalının səmərəli yerləşdirilməsi haqqında qiymətli fikirlər irəli sürülürdü.

Oçerklərin müəllifləri Rusiyada yeni sənaye sahələrinin yaradılmasını təklif edir, ayrı-ayrı rayonların, şəhərlərin

sənayecə inkişafının perspektivlərini göstərirdilər. Ərazinin rayonlara bölünməsində təbii və iqtisadi göstəricilər əsas

tutulurdu.

XVIII əsrin sonu XIX əsrin ortalarında biologiya elminin inkişafında təkamül nəzəriyyəsinin meydana gəlməsilə

coğrafiya elminin inkişafı üçün daha bir əlverişli şərait yarandı. Çoxəsrlik tarixi olan coğrafiya ilə yanaşı, gənc

biologiya elmi yarandı. Biologiya elmi ilə sıx əlaqə coğrafi ideyaların inkişafında böyük rol oynadı.

Təkamül nəzəriyyəsinin banilərindən biri fransız təbiətşünası və filosofu Lamarkın (1744-1829) biologiya elminin

inkişafında böyük xidmətləri olmuşdur. «Biologiya» terminini ilk dəfə elmə gətirmiş; alim orqanizmlərin

təkamülündə ətraf mühitin roluna böyük əhəmiyyət vermiş, bitki və heyvan növlərinin əmələgəlmə prosesinin

coğrafi aspektini ardıcıl surətdə şərh etmişdir. O, heyvan formalarının müxtəlifliyini xarici mühitin ərazi fərqləri ilə

əlaqələndirmiş və göstərmişdir ki, bu müxtəliflik orqanizmlərin arasıkəsilməz təkamülündən meydana gəlir.

Darvinə qədərki təkamül nəzəriyyəsinin görkəmli nümayəndələri arasında rus bioloqu Karl Rulyenin (1814-1858)

adının çəkilməsi vacibdir.

Uzun müddət Moskva Universitetində professor vəzifəsində çalışan alim hələ ilk əsərlərində növlərin sabitliyi və

dəyişməzliyi fikrini tənqid etmiş, ətraf mühitdən asılı olaraq növlərin dəyişməsi mövqeyində durmuşdu. O,

heyvanların həyat tərzini bütün təbiətlə, onların yaşayış xüsusiyyətləri, məkan və zamanla əlaqədar olaraq

öyrənməyi irəli sürmüşdür. «Xarici şəraitin heyvanların həyatına təsiri haqqında» əsərində bütünlükdə təbiət ilə

heyvanların həyatı arasındakı münasibətlərin tədqiqində daha irəli getmiş və bir sıra yeni ideyalar söyləmişdir.

Maraqlı burasıdır ki, «xarici mühit» dedikdə o, təkcə təbiətin tərkib hissələrini deyil, həm də heyvanların və

bitkilərin qarşılıqlı təsirini və insanın öz fəaliyyəti nəticəsində göstərdiyi təsiri də nəzərdə tutmuşdu.

Rulye «Zoobiologiya» kursunda heyvanlar coğrafiyasına böyük bir bölmə ayrılmışdır ki, burada da heyvanların

müxtəlif coğrafi şəraitə münasibəti ön plana çəkilmişdir, ekologiyanın əsasını qoyaraq müəyyən şəraitdə bitkilərin

və heyvanların orqanizmləri və onların həyat tərzlərinin qarşılıqlı inkişafını öyrənməyi tədqiqatçıların mühüm

vəzifəsi saymışdır.

39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!