30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

D.N.Anuçin praktika üçün labüd olan orijinal və konkret tədqiqatların aparılmasını coğrafiya elminin əsas

vəzifələrindən və onun inkişafı üçün əsas şərtlərindən biri hesab etmişdir. Bu məqsədlə o Volqanın və Qərbi

Dvinanın yuxarılarını coğrafi cəhətdən öyrənmişdir. Bu çayların yuxarı axarının gəmiçilik üçün və Rusiyanın

Mərkəzi rayonunun içməli su ilə təmin edilməsi üçün böyük əhəmiyyəti var idi. Həmin tədqiqatların nəticələri onun

bir sıra əsərlərində şərh edilmişdir.

Alim Rusiyada limnologiya (gölşünaslıq) elminin əsasını qoymuş və öz tələbələrini də bu sahəyə yönəltmişdir. O,

gölə bütöv coğrafi sistem kimi baxıb onun relyefdən, çay şəbəkəsinin konfiqurasiyasından, yeraltı suların

rejimindən, iqlimindən, insanın fəaliyyətindən və s. amillərdən asılı olduğunu qeyd edirdi. A.N.Anuçinin

coğrafiyanın metodologiyası və elmi tədqiqat metodları haqqındakı mülahizələri coğrafiya elminin tarixində mühüm

yer tutur. O, qeyd edir ki müasir coğrafiya qapalı elm olmayıb hər biri ayrı-ayrılıqda inkişaf edə bilən bir sıra

elmlərin kompleksidir. Bu cəhətdən coğrafiya müstəsna deyildir. Bir çox elm sahələri də zaman keçdikcə yeni elm

sahələrinə bölünmüşdür.

Onun fikrincə, coğrafiya iki hissədən – ümumi coğrafiyadan (yerşünaslığdan) və xüsusi coğrafiyadan

(diyarşünaslıqdan) ibarətdir. Ümumi coğrafiyaya o, astronomik coğrafiyanı (riyazi coğrafiyanı), geofizikanı (yerin

fizikasını), fiziki coğrafiyanı (oroqrafiya, okeanoqrafiya, iqlimşünaslıq), bioloji coğrafiyanı və insan coğrafiyasını

aid edirdi.

A.N.Anuçin Rusiya coğrafiyasına xidmət edən böyük elmi məktəb yaratmışdır. Bu məktəbin yetişdirmələrindən

L.S.Berq, A.S.Barkov, V.V.Boqdanov, M.A.Boqolepov, M.S.Bodnarski, A.A.Borzov, S.Q.Qriqoryev,

A.N.Cavaxaşvili, A.A.İvanovski, B.F.Dobrınin, A.A.Kruber, S.V.Çefranov, İ.S.Şukin və b. coğrafiya elminin

inkişafında böyük rol oynamışlar.

Rusiyada coğrafiya elminin inkişafına güclü təsir göstərmiş alimlərdən biri də V.V.Dokuçayev olmuşdur (1846-

1903). L.S.Berq onu yüksək qiymətləndirmiş, coğrafiyanın müasir istiqamətinin banisi hesab etmişdir. B.B.Polınov

isə Dokuçayevi öz dövrünü qabaqlayan coğrafiyaçı adlandırmışdır.

Dokuçayev coğrafiyada landşaftlar nəzəriyyəsinin ən görkəmli nümayəndələrindən biri idi. Landşaftın mənşəyini və

inkişafını öyrənən bu nəzəriyyə coğrafi obyektlərin mürəkkəb qarşılıqlı əlaqələrini aydınlaşdırır, orada gedən

prosesləri dərk edir, bu prosesləri yalnız məkan cəhətdən deyil, zamana görə də araşdırır. Beləliklə də öz dövrünü

xeyli qabaqlamış alim coğrafiyanı yeni baxımdan izah edir. 1879-cu ildə «Rus torpaqlarının kartoqrafiyası» adlı

kitabını nəşr etdirən Dokuçayev, hələ o zaman belə bir müddəa irəli sürürdü ki, torpaqların tipləri və coğrafiyası

planetimizin tarixi ilə genetik cəhətdən sıx bağlıdır. Onun rəhbərlik etdiyi ilk böyük kollektiv çöl işlərindən biri

(1882-1885) Nijeqorodsk quberniyasının torpaqlarının iqtisadi cəhətdən qiymətləndirilməsi işinə həsr edilmişdir. Bu

iş üçün hazırlanan proqram qiymətli tədqiqat üsulunun nümunəsi idi. Nijniy-Novqorod ekspedisiyasının materialları

çoxlu xəritələrlə birlikdə 14 cilddə çap olunmuşdur. Ekspedisiyanın gedişində torpaqşünaslığın əsas müddəaları

işlənib hazırlanmışdır. Bu müddəaların məğzi odur ki, torpaq iqlimdən, relyefdən, ana suxurlardan (geologiya) və

orqanizmlərin fəaliyyətindən asılı olan müstəqil təbii-tarixi cisimdir. Sonralar belə bir ekspedisiya Poltava

quberniyasında da (1888-1894) aparılmışdır ki, onun da materialları 16 cilddə iri miqyaslı xəritələrlə nəşr

olunmuşdur. Aparılan hər bir ekspedisiya Dokuçayevin tələbələri və əməkdaşları üçün çox gözəl kompleks tədqiqat

tərkibi idi. Peterburq universitetində bu məlumatların bazasında xüsusi torpaq qiymətləndirmə laboratoriyası

yarandı.

Üçüncü böyük kollektiv çöl işi Rusiyanın çöllərində su və meşə təsərrüfatının öyrənilməsinə və saya salınmasına

həsr olunmuş xüsusi ekspedisiya idi (1802-1897). 1891-ci ilin güclü quraqlıq və aclığından sonra işə başlamış bu

ekspedisiya quraqlıqla mübarizə aparmaq üçün çox iş gördü. O, çöllərin təbii təbii ehtiyatlarını, xüsusən su

ehtiyatlarını və torpaqlarını öyrəndi və quraqlığın qarşısını almaq üçün dəyərli təkliflər irəli sürdü. Bu

ekspedisiyanın nəticələri 18 buraxılışdan ibarət «Əsərlərdə öz əksini tapdı.

Dokuçayevin elmi yaradıcılığının və ideyalarının inkişafının ən yüksək zirvələrindən biri onun «Rus qaratorpağı»

(1883) əsəridir. O, bu əsərində yazırdı ki, Qaratorpaqların dəqiq coğrafiyası olmadan onların mənşəyi haqqındakı

məsələni düzgün həll etmək olmaz; Rusiyada məlum olan yabanı bitkilərin və vəhşi heyvanların yayılması

torpaqların coğrafiyası ilə əlaqədardır.

Alim ilk dəfə olaraq oroqrafik, geoloji və tarixi xüsusiyyətlərinə görə Rusiya Qaratorpağının təbii

rayonlaşdırılmasını aparmış, hər rayonun dəqiq xarakteristikasını vermiş, torpağın quruluşu və qalınlığı ilə relyef

arasındakı əlaqələri göstərmiş, qaratorpaqların məkan və zaman münasibətlərini aydınlaşdırmışdır.

Dokuçayev torpağın təbii-tarixi cisim olması, torpağın yaşı və inkişaf sürəti anlayışlarını elmə daxil etmişdir. Onun

fikrincə, torpaq müstəqil təbii törəmə-cisim olub, suxurların, iqlimin, bitki və heyvanat aləminin, ölkənin geoloji

yaşının və məhəllin relyefinin əlaqədar məcmusunun məhsuludur. Başqa sözlə, torpaq ana suxurun, iqlimin,

orqanizmlərin zamana zərbinin (vurulmasının) funksiyasıdır (hasilidir). Alim öz elmi konsepsiyasına uyğun olaraq,

ilk dəfə torpaqların inkişafı proqnozunu vermişdir. O göstərirdi ki, bu proqnozu obyektlərin və təbii hadisələrin

yaşını, onların inkişaf sürətini öyrənməklə zamanın və məkanın analizi və sintezi sayəsində vermək olar.

45

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!