30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

əzi dəqiqləşdirmələr edilməsi tələb olunur. Zonallıq qanunu təbiət elementlərinin qarşılıqlı əlaqələrinin qanunudur,

o, eyni zamanda müəyyən ərazidə insanın həyatı və fəaliyyəti qanunudur. O, sahə və zaman qanunudur.

Qərbi Avropanın mütərəqqi fikirli alimlərindən biri alman Oskar Peşel (1826-1875) Ritterin idealist fikirlərinə

qarşı çıxmış, Humboltun «müqayisə coğrafiya» metodunu yer səthinin nisbətən kiçik olan konkret tiplərinə tətbiq

etmiş və fiordların, adaların, çay vadilərinin, dokların təsvirini vermiş, insan və təbiət münasibətləri məsələsində

insanın rolunu yüksək qiymətləndirmişdir.

Peşelin davamçısı Bonn, Leypsiq, Berlin universitetində professor işləmiş və Çinə səyahətlər edərək Lyoş vilayətləri

və relyef formalarını tədqiq etmiş Rixthofen (1833-1905) coğrafiyaya Yerin mənzərəsi ilə qarşılıqlı əlaqədə olan

müxtəlif hadisələri öyrənən elm kimi baxmış, xüsusilə Yer səthini formalaşdıran proseslərə, xüsusən geoloji

proseslərə daha çox əhəmiyyət vermiş, relyefin başqa təbiət ünsürləri ilə əlaqəsini tədqiq etmişdi. İnsanın üzvü və

qeyri-üzvü aləmlə qarşılıqlı əlaqələrini müəyyənləşdirməyi coğrafiyanın ali məqsədi saymışdı. O, coğrafiya elmləri

sisteminə insan coğrafiyasını da daxil etmiş, antropologiya, etnoqrafiya, statistika kimi sosial elmlərlə təbiət elmləri

arasında birlik yaratmışdır. Coğrafi tədqiqatın miqyasını təyin edərək göstərmişdi ki, coğrafi tədqiqat aparmaq üçün

konkret və geniş ərazi, böyük rayon, böyük landşaft və s. kimi miqyaslar götürmək daha yaxşıdır. Rixthofenin

xidmətlərindən biri onun regional coğrafiyanı ümumi coğrafiyaya qarşı qoymayıb, onların qarşılıqlı əməkdaşlıq

şəraitində fəaliyyət göstərib birgə tədqiqat aparmaları ideyasını irəli sürməsindədir.

Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844-1904) antropocoğrafiyanın əsasını

qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi.

O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı

Darvin nəzəriyyəsi ilə bağlamışdır. Ratselə görə, insanların məskunlaşması və fəaliyyətini öyrənmək üçün Darvin

nəzəriyyəsindən istifadə etmək lazımdır. Bununla da o, sosial darvinizmin əsasını qoymuşdur. Ratsel ömrünün ikinci

yarısında «Antropocoğrafiya» adlı 2 cildli əsər nəşr etdirdi. Bu əsərin əsas ideyası bundan ibarətdir ki, insan və

heyvanların həyatında, onların məskunlaşmasında, ətraf təbiətlə qarşılıqlı əlaqələrində bir çox ümumiliklər var, həm

insanlar, həm də heyvanlar, hər ikisi daim həyat uğrunda, yaşamaq uğrunda mübarizə aparmalıdır. 1897-ci ildə

Ratselin «Siyasi coğrafiya» əsəri çapdan çıxdı. Bu əsərdə o, dövləti Yerlə bağlı olan bir orqanizmə oxşadırdı. Dövlət

bir orqanizm kimi ya yaşayıb böyüməli, yaxud da məhv olmalıdır. Salamat qalması üçün isə dövlət öz həyat sahəsini

genişləndirməlidir. Beləliklə, Ratsel mürtəce «həyat üçün məkan» ideyasına gəlib çıxdı ki, bundan da 30 il sonra

alman faşizmi geniş istifadə etdi. Onun fikirləri hələ öz vaxtında Preston Ceyms və s. kimi böyük coğrafiyaşünaslar

tərəfindən tənqid olunmuşdu. Lakin vaxtilə onun tələbəsi olmuş Ellen Çörçill Simpl (1863-1932) ABŞ-da onun

fikirlərini təbliğ edirdi.

Məşhur fransız coğrafiyaşünası, Sarbon Universitetinin kafedra müdiri Vidal-de-la Blaş (1845-1919) coğrafiyanın

vəzifəsini insanın onu əhatə edən mühitlə münasibətini öyrənməkdə görürdü. O, bu məqsədlə bir-birinə oxşar kiçik

sahələri dəqiq öyrənməyi lazım bilirdi. Hər iki sahədə insan özünə xeyir verən, ona lazım olan imkanları

öyrənməlidir. Coğrafiyada bu istiqaməti possibilizm adlandırırlar.

Coğrafiyaçının mütərəqqi cəhətlərindən biri insan ilə təbiət arasında hərtərəfli əlaqələrin mövcud olduğunu təsdiq

etməsi idi. Lakin bu əlaqələrdə həlledici rolu təbiətin təsirində gördüyünə görə o, coğrafi determinizmə qapılırdı.

Alim Fransada «İnsan coğrafiyası» məktəbini yaradanlardan biri idi. Bununla belə o, Ratselin siyasi coğrafi

ideyalarını qəbul etməmişdir. Digər tərəfdən, onun coğrafiyası Elize Reklünün insan coğrafiyasından

konservatizminə, təsvirçiliyinə və siyasi cəhətdən bir sıra nöqsanlarına görə seçilirdi.

Rusiyada antropocoğrafiya məktəbinin nümayəndələri sayılan A.A.Kruber, İ.P.Siliniç və b. insanların təbiətdən

asılı olmasını iddia edir, təbii qüvvələrə onun dəyişdirici təsirini nəzərə almırdı, müti surətdə təbiətə

uyğunlaşdıqlarını qəbul edirdilər. Onlar da təbiət qanunlarının insan coğrafiyasına aidliyi fikrini irəli sürürdülər,

insanların məskunlaşmasını və bir sıra həyati məsələlərini yaşamaq uğrunda mübarizə qanunu ilə izah edirdilər.

Bəzən bu cəmiyyətdə baş verən dəyişiklikləri əhalinin sıxlığının artması ilə bağlayırdılar. Onlar təbiət və cəmiyyət

arasında ümumi ahəngin olmasını qəbul edirdilər.

Fransız akademiki Emmanyuel Marton (1873-1955) fiziki coğrafiyanın tanınmış tədqiqatçılarından biri olmuşdur.

O, bir sıra qiymətli əsərləri ilə çox tanınmış, ümumi coğrafiya ilə yanaşı geomorfologiya və iqlimşünaslıqla da

məşğul olmuşdu. Əqidəsinə görə o da «insan coğrafiyası» məktəbinə mənsub idi. Onun «Mərkəzi Avropanın

coğrafiyası» əsəri qiymətli tədqiqat nümunəsi kimi çox maraqlıdır.

Coğrafi determinizm (coğrafi fatalizm) XIX əsrin axırlarında ABŞ-da geniş vüsət almışdı. Onun ilk nümayəndəsi

E.Hantinqtonun (1876-1948) fikrincə, təbii şərait cəmiyyətin inkişaf səviyyəsini, iqtisadiyyatı, mədəniyyəti və

məişəti müəyyənləşdirir. O, elmi-texniki tərəqqinin əleyhinə çıxıb iddia edir ki, elmi-texniki tərəqqi şəraitində

kütləvi əmtəə istehsalı ucuz başa gəlir, həddindən artıq çox mal istehsal olunur, satış qiymətləri aşağı düşür. Bu da

kapitalizm üçün yüksək qazanc əldə etməyə mane olur. Elmi-texniki tərəqqi iqtisadi böhranlara səbəb olan bəladır.

O, zəif inkişaf etmiş ölkələrin sənayeləşdirilməsinin əleyhinə çıxaraq, onları qabaqcıl ölkələrin aqrar xammal

bazasına çevirməyi lazım bilir. Hantinqton da bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin gəlirinin artmasına

47

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!