30.01.2013 Views

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

Coğrafiya tarixi - Kitabxana.Net» Milli Virtual Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bu məqalələrdə qəzaların, yaxud dairələrin ümumi iqtisadi, təbii şəraiti və sərvətləri, əhalisi, onun təsərrüfat

həyatı, məşğuliyyəti və s. öz əksini tapmışdır. Həmin toplunun 27-ci cildində M.Q.Əfəndiyev Göyçay qəzasının

Lahıc nahiyəsi haqqında məlumat vermişdir. Nahiyə çox dəqiq öyrənilmiş, ən xırda məsələlər belə nəzərdən

qaçmamışdır. Bu məqalə Lahıc haqqında tarixi-coğrafi məlumatlar verilmiş, onun fiziki-coğrafi şəraiti, əhalisinin

məşğuliyyəti, təsərrüfat həyatı, su təchizatı, əkinçilik və heyvandarlığın vəziyyəti işıqlandırılmışdır. Bu

məlumatların əksəriyyəti o dövrün ən yeni statistik göstəricilərinə əsaslanmışdır.

1880-1902-ci illərdə bu topluda Ağdamın, Qarabağın coğrafiyasına aid B.İ.İbrahimbəylinin, Yelizavetpol

quberniyası barədə Y.M.Şahnəzərovun, Naxçıvan qəzasının Nehrəm nahiyəsi haqqında K.İsmayılovun, Şəki

qəzasının Qəbələ nahiyəsinə dair R.Əfəndiyevin məqalələri çap edilmişdir. Bu məqalələrin hamısı elmi ardıcıllığa,

bəzən isə dərin təhlilə əsaslanırdı.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda coğrafi fikirlərin yayılmasında Peterburq Universitetinin

yetirməsi, mütəfəkkir, təbiətşünas və jurnalist H.B.Zərdabinin xüsusi rolu olmuşdur. H.B.Zərdabinin yerli «Kaspi»,

«Bakinskiye izvestiya» qəzetlərində tez-tez Azərbaycanın təsərrüfatına, onun iqtisadiyyatına aid maraqlı məqalələr

dərc olunurdu. Bu məqalələrin bəzilərində Azərbaycanda sənaye və kənd təsərrüfatı sahələrinin, o cümlədən

ipəkçiliyin, balıqçılığın inkişafına onların düzgün yerləşdirilməsinə dair bir sıra ağıllı məsləhət və təkliflər irəli

sürülmüşdür.

1875-ci ildə H.B.Zərdabinin azərbaycan dilində nəşr etdirdiyi «Əkinçi» qəzetinin səhifələrində kənd təsərrüfatı

sahələrinin yerləşdirilməsi və inkişafı problemlərinə daha geniş yer verilirdi.

Onun 1912-ci ildə Azərbaycan dilində yazdığı «Torpaq, su və hava» adlı əsərində torpaqların şoranlığına və

münbitliyinə görə müəyyənləşdirilməsi, onlardan səmərəli istifadə, kənd təsərrüfatında su və iqlim ehtiyatlarından

düzgün istifadə qaydaları haqqında dəyərli məsləhətlər verilmişdir. Müəllif bütövlükdə təbiətşünaslıq və

coğrafiyanın əhəmiyyətindən yazmış, bu elmlərin nailiyyətlərindən istifadə yollarını da göstərmişdir.

1898-ci ildə «Novoe obozrenie» məcmuəsində İ.Əlibəyovun Cənubi Qafqazda, xüsusilə Azərbaycanda

nəqliyyatın və iqtisadi əlaqələrin müasir vəziyyəti, onların yaxşılaşdırılmasına dair bir sıra məqalələri dərc

olunmuşdur. Həmin məcmuədə R.İsmayılov və İ.Əlibəyov Azərbaycan sənayesinin o zamanki vəziyyətinə aid çox

qiymətli fikirlər söyləmişlər.

Əsrin əvvəllərində V.Dokuçayevin Azərbaycanda apardığı ekspedisiyanın elmi cəhətdən böyük əhəmiyyəti

olmuşdur. Bu ekspedisiyanın iştirakçıları rus alimləri N.Androsov, F.Levinson-Lesinq, S.Zaxarov və b. Azərbaycan

təbiətinin müxtəlif cəhətlərini tədqiq etməyə başlamışdılar.

D.İ.Mendeleyev üç dəfə Bakıya gəlmiş, Azərbaycan neft sənayesinin yerləşdirilməsi və inkişaf perspektivlərilə

məşğul olmuşdur. 1886-cı ildə «Neftyanoye delo» məcmuəsində onun Azərbaycan haqqında bir sıra məqalələri nəşr

edilmişdir.

Rus geoloqu N.İ.Qubkin hələ gənc yaşlarında Azərbaycan neft təsərrüfatının inkişafına kömək edən geniş

geoloji tədqiqatları ilə yanaşı, bir sıra Əhəmiyyətli coğrafi ideyalar da irəli sürmüşdür.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, 1917-ci ilin axırlarınadək elmi axtarışlar epizodik xarakter

daşıyır, çox zaman təsadüfi hal alırdı. Coğrafiya mütəxəssisləri olmadığından coğrafi tədqiqatların əksəriyyəti başqa

elm xadimləri tərəfindən aparılırdı.

20-ci illərin sonlarında Azərbaycan coğrafları arasında Qafur Rəşad Mirzəzadə xüsusi seçilirdi. O öz

müşahidələri əsasında Azərbaycan coğrafiyasına aid qiymətli məlumatlar toplamış, Azərbaycan dilində coğrafi

ədəbiyyat fondu yaratmağa başlamışdı. Onun 1910-cu ildə çapdan çıxmış «Qafqazın coğrafiyası» kitabı azərbaycan

dilində yazılan ilk dərslik idi. Bu kitabda müəllif müfəssəl və ardıcıl olaraq Azərbaycan coğrafiyasını işıqlandırmış,

onun quberniyalarının təbii, iqtisadi şəraitindən söhbət açmışdır. 1916-cı ildə Azərbaycan dilində nəşr etdiyi

«Ümumi coğrafiya» adlı ali məktəb dərsliyində də Qafur Rəşad Azərbaycan coğrafiyası timsalında ümumi coğrafi

anlayışlara toxunmuşdur. Qafur Rəşad digər elmlərlə yanaşı coğrafiyanı öyrənməyin həyatı əhəmiyyətindən danışır

və xalqını buna çağıraraq yazırdı: «coğrafiyanın öyrənməyin faydası böyükdür. Yer insanın məskəni olduğuna görə

coğrafiyanı öyrənmək Yeri öyrənmək deməkdir. Bir adama evinin içini, məhəlləsini, küçələrini bilmək dəxi o

dərəcədə lazımdır. Buna görə də insanlara gündəlik işlərində coğrafiyanı bilmək lazımdır» (Ümumi coğrafiya, Bakı,

Azərnəşr. 1924, səh.5).

Qafur Rəşad uzun müddət əvvəl Lahıcda, sonra isə Bakı məktəblərində coğrafiyanı tədris etmişdir. Ana dilində

ilk coğrafiya dərslikləri ilə yanaşı, milli coğrafiya terminologiyasının yaradılmasında məhz onun adı ilə bağlıdır.

Yusif Vəzir Çəmənzəminli (1887-1943) bədii yaradıcılıqla yanaşı, Azərbaycanın tarixi, coğrafiyası və

iqtisadiyyatı ilə dərindən maraqlanmış və bunlarla məşğul olmuşdur.

Azərbaycanı dünyaya tanıtmaq cəhdi və bu işdə coğrafiyanın, xəritənin oynadığı əvəzsiz rolu haqqında onun

dəyərli fikirləri bu günümüz üçün də öz aktuallığını və əhəmiyyətini saxlamaqdadır.

72

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!