11.05.2013 Views

2008 Toplusu PDF - Elmi jurnal - Müasir dövrün aktual problemləri

2008 Toplusu PDF - Elmi jurnal - Müasir dövrün aktual problemləri

2008 Toplusu PDF - Elmi jurnal - Müasir dövrün aktual problemləri

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Layihə nəticəsində məlum olub ki, Azərbaycanda orta hesabla

2000 uşaq küçələrdə istismara məruz qalır.

Sosiloq M. Mahmudov qeyd etdi ki, küçə uşaqları iki

kateqoriyaya bölünür: istismara cəlb edilənlər və əmək

fəaliyyəti ilə könüllü məşğul olanlar. KHMQUların yiyələndiyi

“ixtisaslar” isə bunlardır: dilənçilik, cibgirlik, narkotik maddə

daşıma, marşrut avtobuslarında pul yığmaq, “carçılıq”,

bazarlarda yükdaşıma, səyyar satıcı, səyyar yayıcı, avtomobil

profilaktoriyalarında maşın yumaq, restoranlarda xidmətçi və s.

O, həmçinin bildirdi ki, tədqiqat nəticəsində Şamaxının Mərəzə

və Yevlaxın Xaldan kəndindən xüsusi olaraq dilənçilik etmək

üçün Bakıya uşaqlar gətirildiyinin aşkarlandığını da dedi.

“Sanki bu kəndlərdə yalnız “dilənçi” yetişdirməklə məşğuldur.

Dilənçilik qeyri – leqal əməkdir. Onunla məşğul olanlar

operativ yerdəyişmə xüsusiyyətinə malikdir. Buna görə də

onlarla ancaq yerli polis orqanları məşğul ola bilərlər. Polis isə

yaxasını kənara çəkir, bununla da gələcəyin potensial

cinayətkarlarının yetişməsinə şərait yaradır.”

Ölkədən-ölkəyə fərqli olaraq KHMQUların yaş

kateqoriyası dəyişə bilir. Bu tendensiya inkişaf etməkdə olan

ölkələrdə adətən 12 yaşdan yuxarı qeyd olur. Inkişaf etməkdə

olan ölkələrdə qızlar 30%, inkişaf etmiş ölkələrdə təqribən 50%

təşkil edir. BMT – nin rəsmi statistikasına görə 2001 – ci ildə

dünyada 3 – 18 yaş arasında 150mln kimsəsiz uşaq olub və bu

rəqəmlər günbəgün artmaqdadır. Təxmini bu uşaqların 40 % -

nin evi yoxdur, qalanları isə ailələrini saxlamaq üçün küçədə

işləmək məcburiyyətindədirlər. Bir sıra qeyri – rəsmi

mənbələrin məlumatına görə 2020 – ci ildə bu rəqəm 800mln

artıq olacaqdır.

Adətən KHMQU “riskli ailələrdən” çıxırlar. Ailənin

maddi vəziyyəti çox aşağı olur. Küçədə yaşayan uşaqların daha

çox:

62

1. ailələri olmur;

2. natamam ailələri olur;

3. ögey ana və ya ataları olur.

Küçədə yaşayan uşaqların çoxu heç ibtidai təhsilini də tam

almır. Məktəbə getməməyin əsas səbəbi maddi imkanın

olmamasıdır.

KHMQU-ın qarşılaşdıqları problemlər əsasən üç yerə

ayrılır:

sosial problemlər;

- sağlam yaşamaq üçün normal

şəraitin olmaması

- yoxsulluq və savadsızlıq

- vəhşi mühit

- stiqmatizasiya

- diskriminasiya və müyəssər

resursların az olması

fiziki problem;

- adekvat qidalanmanın olmaması

- müxtəlif xəsarətlər

- cinsi və reproduktiv sağlamlıq

problemləri

- ümumi xəstəliklər

psixoloji /əqli problem;

- stressli keçmiş

- psixi sağlamlıq

- zərərli vərdişlər

- köçəri həyat tərzi

- narkotik, psixotrop və toksik

maddələrin qəbul

Bütün dünyada kimsəsiz uşaqlar polis zorakılığına

uğrayırlar. Bir çox hallarda onları polis qəsdən tutur, sadəcə

ona görə ki, onların heç kimi olmur. Gündəlik 40 – 45% “küçə

uşağı” polislə qarşılaşır. Onların bir – birinə həddən artıq

neqativ münasibətləri formalaşıb. Çox zaman onlar küçədə

63

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!