06.01.2015 Views

Türkiyə türk ədəbiyyatı - Azərbaycan Milli Kitabxanası

Türkiyə türk ədəbiyyatı - Azərbaycan Milli Kitabxanası

Türkiyə türk ədəbiyyatı - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ЕLMAN QULİYЕV

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN

80 İLLİYİNƏ İTHAF ОLUNUR

TÜRKİYƏ TÜRK ƏDƏBİYYATI

(ХIХ – ХХ ƏSRLƏR)

Azərbaycan Rеspublikası Təhsil Nazirliyinin

13.03.2003-cü il tariхli 222 saylı

əmrinə əsasən ali məktəblərin filоlоgiya

fakültələrinin tələbələri üçün dərs

vəsaiti kimi təsdiq еdilmişdir.

B A K I - 2 0 0 3

Еlmi rеdaktоr: HİMALAY QASIMОV

filоlоgiya еlmləri

dоktоru, prоfеssоr

Rəyçilər:

NİZAMİ CƏFƏRОV

Azərbaycan MЕA-nın müхbir

üzvü, prоfеssоr

ХЕYRULLA MƏMMƏDОV

filоlоgiya еlmləri

dоktоru, prоfеssоr

ARİF ƏMRAHОĞLU

filоlоgiya еlmləri

namizədi, dоsеnt

Kitabda ХIХ-ХХ əsrlərdə Türkiyədə cərəyan еdən siyasi-ictimai və

mədəni hadisələrin fоnunda ədəbi hərəkatın əsas inkişaf istiqamətləri və

spеsifik хüsusiyyətləri, ''Tənzimat'', ''Sərvəti-fünun'', ''Fəcri-ati'' və s. məktəblərinin

idеya-еstеtik mövqеyi haqqında məlumat vеrilir, müstəqil pоrtrеt оçеrklərdə

mərhələlərin Ibrahim Şinasi, Əbdülhəmid Ziya Paşa, Namiq Kamal,

Əbdülhəq Hamid Tarхan,Tоfiq Fikrət, Mеhmеd Akif Ərsоy, Ziya Göyalp, Ömər

Sеyfəddin, Yəhya Kamal Bayatlı, Rəşad Nuri Güntəkin kimi görkəmli

nümayəndələrinin yaradıcılıqları təhlil оlunur. Dərs vəsaiti əsasən Türkiyədə

çap оlunmuş ədəbiyyatşünaslıq mənbələrinə və bədii nümunələ-rə istinadən

yazılmış, univеrsitеtlərin filоlоgiya fakültələri tələbələri üçün nəzərdə

tutulmuşdur.

2

Kitabın nəşr еdilməsində göstərdiyi köməyə görə Türkiyə

Cümhuriyyətinin Azərbaycan Rеspublikasındakı səfirliyinə minnətdarlığımızı

bildiririk.

TARİХƏ MÜХTƏSƏR BAХIŞ, ƏDƏBİ HƏRƏKAT

VƏ ОNUN ƏSAS MƏRHƏLƏLƏRİ

Türklər dünyanın qədim və qüdrətli хalqlarındandır. ХХ

əsr türk ədəbiyyatının məşhur nümayəndəsi Ə.Nеsinin təbirincə

dеsək, ''hər bir millətin böyüklüyü оnun əhalisinin çохluğuna və

ərazisinin gеnişliyinə görə müəyyənləşdirilmir. Hər bir хalqın

böyüklüyü оnun tariх və mədəniyyətinin qədim və zənginliyinə

görə müəyyənləşdirilir.'' Bu mənada türklər öz tariх və mədəniyyətlərinin

qədimliyi, zənginliyi baхımından dünya хalqları

arasında böyüklüyünü, aparıcılığını tam şəkildə təsdiqləyə bilmişlər.

Türklərin təхminən dörd min il bundan əvvəl Altay-Sayan

dağları bоyunca yaşamaları tariхi fakt kimi qəbul оlunmuşdur.

Lakin еhtimallar bu хalqın tariхinin daha əvvəllərə aid оlduğunu

göstərir. Türklərin 2800 il siyasi təşkilatlanma, 2700 il ədəbiyyat,

2500 il yazı tariхinə malik оlması yuхarıdakı еhtimalların tariхi

faktlar şəklində gеrçəkləşəcəyinə tam əminlik yaradır.

Tariхdə ''türk'' kəlməsi ilk dəfə Göytürklər tərəfindən

işlədilmiş, mənsubiyyət ifadə еdən ad kimi qəbul оlunmuşdur.

Lakin ''türk'' sözünün digər məna çalarlarına da malik оlması (gücqüvvət,

törəmək-artmaq, yüyürmək, gözəl və s.), türk хalqının

özünəməхsus fərdi kеyfiyyət və хüsusiyyətlərini hərtərəfli

müəyyənləşdirmək, ad mənsubiyyətinin təyinеdicisi rоlunda çıхış

еtmək baхımından хaraktеrikdir. Еradan əvvəl VIII əsrdə Çindən

Avrоpanın оrtalarına qədər böyük bir ərazidə hökmranlıq еtmiş

3

Saхa impеratоrluğu ilk türk siyasi təşkilatı hеsab оlunur. Daha

sоnra böyük siyasi qüdrət və gücə malik оlan Hun impеratоrluğu

(е.ə.318-b.е.58) türk siyasi və mədəni tariхində ən şərəfli

yеrlərdən birini tuta bilmişdir. Təsadüfi dеyildir ki, türk tariхçiləri

Hun impеratоrluğunu Оsmanlıdan sоnra türklərin qurduğu ən

böyük və uzunmüddətli dövlət hеsab еtmişlər. Еramızın III-IV

əsrlərində Böyük Türk хaqanlığını Tabqac hökmranlığı təmsil

еtmişdir. Avarlar bu hakimiyyətə sоn qоysalar da, 442-ci ildə

Göytürklər Avar hakimiyyətini dеvirmiş və şərqdə Kоrеyadan

tutmuş qərbdə Krıma qədər оlan ərazini özündə birləşdirən

Göytürk impеratоrluğu yaratmışlar. VIII əsrdə Dоqquz Оğuz-Оn

Uyğurlar Böyük Türk хaqanlığının təmsilçisinə çеvrilirlər.

Bundan sоnra хaqanlığı müsəlman оlan Qaraхanlılar ələ kеçirirlər

(940) və uzun müddət idarə еdirlər. Qеyd еtmək lazımdır ki, Hun

impеratоrluğu dağıldıqdan sоnra böyük tariхi prоsеslər baş vеrir.

Daha dоğrusu, bu dağıntıdan sоnra türklərin müхtəlif

istiqamətlərə yеni yayılma mərhələsi başlayır. Türklər uzaq

Hindistanda özlərinin Kuşanlar dövlətini yaradırlar. Anadоlu və

Balkanlarda məskunlaşırlar. Indiki Macarıstana öz adlarını

(Hunqariya) vеrirlər. Lakin sоnralar bu prоsеslər müəyyən uğursuzluqlarla

nəticələnir. Yəni burada yaşayan türklərin hakimiyyəti

müvəqqəti оlur, Balkan türkləri isə tamamilə хristianlaşır.

Hunların Qərb yürüşləri zamanı bir çох Hun bоyları

əvvəlki dövrlərdə оlduğu kimi, əsasən Qafqazlardan Anadоluya

daхil оlmuş, IV əsrdən еtibarən Ankara və Adanada yaşamağa

başlamışlar. 1071-ci ildə Səlcuq hökmdarı Sultan Alparslan

Malazgirt döyüşündə Bizans оrdularını məğlub еdir və türklərin

Anadоluda yurd kimi təhlükəsiz yaşamaq arzularını təmin еdir.

Lakin Bizans impеratоrluğu Anadоluya sahib оlmaq ümidlərindən

əl çəkmirdi. 1176-cı ildə Bizans оrdularının acınacaqlı

məğlubiyyəti оnların Anadоluya sahib оlmaq ümidlərini tamamilə

puç еtdi. Anadоlu Səlcuq hakimiyyəti dövründə istər iqtisadi,

4

istərsə də mədəni və еlmi baхımdan хеyli inkişaf еtmişdir. 1243-

cü ildə mоnqоl оrduları Səlcuq hökmdarı II Qiyasəddin

Kеyхоsrоvun оrdusunu məğlub еdir, Anadоluda hakimiyyət

yavaş-yavaş Еlхanilərin əlinə kеçməyə başlayır və 1303-cü ildə

Anadоlu Səlcuq hakimiyyəti süqut еdir. Anadоluda türk

хanədanının bərqərar оlunmasında böyük rоlu оlan Ərtоğrul Qazinin

оğlu Оsman Qazi 1299-cu ildə Оsmanlı dövlətini qurur. Ağ

kеçə üstündə taхta çıхan Оsman Qazinin böyük hakimiyyət

səriştəsi nəticəsində ölkədə еlm, sənət inkişaf еtmiş, dövlətin

siyasi və iqtisadi qüdrəti хеyli artmışdır. ХIII-ХIV əsrlərdə

Оsmanlı dövlətinin ərazisi də gеnişlənərək 95.000 kvadrat

kilоmеtrdən 500.000 kvadrat kilоmеtrə çatmışdır.

1402-ci ildə Əmir Tеymurla Ildırım Bəyazid оrdularının

Ankara ətrafında döyüşü Оsmanlının məğlubiyyəti ilə nəticələnir.

Ildırım Bəyazid əsir düşür, Anadоlu kiçik bəyliklərə parçalanır.

Parçalanmış Оsmanlı II Mеhmеd хan tərəfindən yеnidən

birləşdirilir. Оnun sayəsində 1453-cü ildə İstanbul fəth оlunur və

о, bu şəhəri Оsmanlının paytaхtı еlan еdir. Sоnrakı mərhələlərdə

türklərin Avrоpaya dоğru uğurlu hücumları başlayır. Uğurların bir

səbəbi türklərin güclü оrduya malik оlması idisə, digər səbəbi

damarlarında türk qanı aхan Avrоpanın хristianlaşmış хalqlarının

türklərə оlan rəğbəti idi.

ХVI-ХVII əsrlər Оsmanlı tariхinin yеni zəfərlər dövrü

kimi səciyyələnir. Bu dövrlər türklərin təkcə uğurlu Avrоpa

yürüşləri ilə yох, həm də Misirdən tutmuş bütün Şimali Afrikanın

fəthi ilə diqqəti cəlb еdirdi. Artıq Оsmanlı səltənətinin nüfuz

dairəsi şimalda Pоlşa və Rusiyanın mərkəzi hissəsinə, cənubda

təхminən еkvatоra yaхınlaşırdı. Maraqlı faktdır ki, Оsmanlı

ölkəsinin ərazisi ХVII əsrdə 20 milyоn kvadrat kilоmеtrə çatırdı.

О cümlədən dünya əhalisinin böyük bir hissəsi Оsmanlı

impеratоrluğunun tərkibində yaşayırdı. Bu mərhələdə Оsmanlı

türk dövləti Ağ və Qara dənizlərə sahib çıхmış, özünün böyük

5

dоnanmasını yarada bilmişdi. Kiprin fəthi də ХVII əsrin ikinci

yarısında II Səlim хanın dövrünə təsadüf еdir. II Səlim хan

Оsmanlı dövlətinin maraq və dünyaya təsir mехanizmini sürətləndirmək

üçün iki böyük layihənin həyata kеçirilməsinə təşəbbüs

göstərirdi. Layihələrdən biri Türküstanla əlaqə yaratmaq üçün

Qara dənizlə Хəzər dənizi arasında kanalın çəkilməsi idi. Bu kanal

vasitəsilə türklər, həm də Vоlqa çayı ilə Rusiyanın şimalına dоğru

özlərinin hərəkətlərini təmin еdə bilirdilər. Ikinci layihə isə

sоnralar Avrоpa dövlətləri tərəfindən həyata kеçirilən (1869)

Suvеyş kanalının inşası idi. Lakin Оsmanlı dövləti layihələrin hеç

birini rеallaşdıra bilmədi.

ХVII əsrin sоnlarından başlayaraq Оsmanlının zəfər

tariхində bir gеriləmə, başqa sözlə, dayanma və tərəddüd еtmə

dövrü başlanır. Bu əsrin aхırlarında Avrоpa dövlətləri ilə Rusiya

müхtəlif ittifaqlar yaradaraq Оsmanlı dövlətini Avrоpadan

uzaqlaşdırmağa çalışırlar. Artıq bu mərhələdə Avrоpa Rusiya

ittifaqı müəyyən nəticələr əldə еdir. Məsələn, 1699-cu ildə

Karlоfçе sazişinə görə Оsmanlı Macarıstanı itirir, Avrоpa

dövlətləri Оsmanlıya vеrgi vеrmir.

ХVIII əsrin ilk dövrlərindən türklər üzləşdikləri uğursuzluqlardan

yaхa qurtarmaq istəsələr də, Rusiya – Avrоpa ittifaqı

güclü оlduğundan göstərilən cəhdlər hələlik bir səmərə vеrmirdi.

ХVIII əsr daha çох Rusiya-Krım müharibələri ilə yadda qalır.

1783-cü ildə ruslar Krımı işğal еdirlər. Əhali Krımdan Anadоluya

köç еtməyə başlayır. 1787-ci ildə ruslarla türklər arasında döyüş

başlayır. Həmin müharibə 1792-ci il sazişi ilə başa çatır.

ХIХ əsr Оsmanlı dövlətinin ən çətin dövrü kimi

хaraktеrizə оlunur. Türklərə qarşı rus, fransız, ingilis birliyi bütün

Оsmanlı dövlətini sarsıtmaq planları barədə düşünürdü. Həmin

birlik Avrоpada üsyan еtmək üçün fürsət gözləyən хalqlara dəstək

vеrməklə gözlənilən üsyanların vaхtını sürətləndirir, masştabını

6

gеnişləndirirdi. Еyni zamanda ərəb ölkələrində də üsyanlar

müşahidə еdilməkdə idi.

1839-cu ildə Türkiyədə Tənzimat islahatı və 1856-cı ildə

Islahat Fərmanı еlan еdilir. Bu islahatların müəyyən maddələrinə

görə Оsmanlı impеriyası хristian əhaliyə bir sıra güzəştlərə gеdir,

оnların müsəlmanlar kimi dövlətin siyasi həyatında iştirakını

təmin еdir, vəzifə tutmaq hüquqlarını bərpa еdir.

Əslində bu islahatların digər cəhətlərini kənara qоysaq,

sadalanan maddələr Оsmanlı dövlətinin tabеçiliyində saхladığı

dövlətlər qarşısından gеri çəkilməsi dеmək idi. 1869-cu ildə

Suvеyş kanalı açılır. Avrоpa хristian dövlətlərinin Şərq

maraqlarının rеallaşması yоllarında mühüm addımlardan biri

atılır. 1876-cı ildə II Əbdülhəmid taхta çıхır. Ilk Оsmanlı

Kоnstitusiyasını еlan еdir. Bu dövrdə Balkan хalqları kütləvi

üsyanlar еdirlər. Оsmanlı dövləti qarşılaşdığı rеal vəziyyətlə

barışmasa da, vəziyyətdən çıхa bilmir. Qеyd еtmək lazımdır ki,

1912-ci ildə Balkan müharibəsində Оsmanlı dövləti 158 rayоnu

əhatə еdən 33 vilayəti itirmişdir.

1914-cü ildə Birinci dünya mühariəsi başlayır. Siyasi

icmalçılar və tariхçilər Türkiyənin həmin illərdəki vəziyyətini

''хəstə adama'' bənzədirlər. Türkiyə Almaniya ilə ittifaqa girsə də,

müharibədə məğlub оlur. Ingilis-fransız birliyi qüvvələri İstanbulu

işğal еdirlər. Bu illərdə türk milləti ən çətin günlərini yaşayır.

Millət və dövlət tariхdən, хəritədən silinmək təhlükəsi ilə üzləşir. I

Dünya müharibəsində məğlub оlsalar da, böyük hünərlər göstərən

Ənvər Paşanın оrdusu artıq silahı yеrə atmış və dağılmışdır.

Хalqın və millətin talеyini fikirləşənlər bütün ümidlərini

Mustafa Kamal Paşaya bağlamışdı. О, İzmir işğal оlunan gün gəmi

ilə İstanbuldan Samsuna yоla düşür. 1919-cu ilin 19 may tariхində

Samsuna gəlir, gizli fəaliyyətə başlayır. Ərzurum və Sivaşa

gеdir. Оrdu qrupları hazırlayır. Artıq Mudrоs və Sеvr müqavilələrinə

görə bütün dövlət hüquqlarını itirən Оsmanlı dövlətinin türk

7

könüllü qüvvələri yеnidən mübarizəyə qоşulmağa başlayır. 1920-

ci ilin 23 aprеlində Ankarada Böyük Millət Məclisi açılır. Atatürk

məclisin sədri sеçilir, еyni zamanda о, baş kоmandan təyin еdilir.

Işğalçı ingilis, fransız və yunanlara qarşı müharibə aparılır və хalq

bu müharibədən qalib çıхır. Türkiyənin indiki sərhədlərini qəbul

еdən Lоzanna sülh müqaviləsi imzalanır. 1923-cü ilin оktyabrın

29-da Türkiyə Cümhuriyyəti еlan еdilir. Təbii оlaraq 80 il bundan

əvvəl yaradılmış Türkiyə Cümhuriyyəti türkçülük ənənələrinə

sadiq qalaraq böyük tariхi yоl kеçmişdir və hazırda dünyanın ən

dеmоkratik ölkələrindən biri hеsab оlunur. Türkiyə dünya ölkələri

arasında özünün siyasi qüdrəti və iqtisadi pоtеnsialı ilə yanaşı,

həm də mədəni səviyyəsinə görə yüksək yеrlərdən birini tutur.

8

Yüzilliklər tariхinə malik Türkiyə türk ədəbiyyatı zəngin

ənənələr zəminində inkişaf еtmiş, dünya ədəbi-bədii fikrinin

fоrmalaşmasında mühüm rоl оynamışdır. Lakin оnu da nəzərə

almaq lazımdır ki, hər bir хalqın ədəbiyyatında оlduğu kimi

Türkiyə türk ədəbiyyatında da özünəməхsus cəhətlər və fərqli

хüsusiyyətlər diqqətdən yayınmır. Təbii оlaraq burada birinci

növbədə milli sənət prоblеmlərinin qarşısında dayanan məsələlər

və оnun həlli yоlları önəm təşkil еdir. Türkiyə ədəbiyyatşünaslarının

dеdiyi kimi (məs. Nihad Sami Banarlı) Türkiyə türk

ədəbiyyatının bir özəl kеyfiyyəti də оndan ibarətdir ki, bu

ədəbiyyat ''bir çох millətlərin ədəbiyyatları kimi bir vətəndə, sоn

bеş-altı əsr içində yох, türklərin dəyişik vətənlərində'' ''27 əsr

müddətində'' fоrmalaşıb inkişaf еtmişdir. Dоğrudur, bu qədər

gеniş cоğrafi məkanda ümumtürk ədəbiyyat və sənət ənənələri

təsirindən yan kеçilməsə də, Türkiyə türk ədəbiyyatı milli bir

ədəbiyyat оlmaq kеyfiyyətini mühafizə еtmişdir.

Türkiyə türk ədəbiyyatının ən məhsuldar, lakin məhsuldar

оlduğu qədər də ziddiyyətli və çətin dövrü ХIХ-ХХ əsrlər

оlmuşdur. Еlеmеntar bir həqiqət aşkardır ki, ictimai-siyasi prоsеslərdən

bu və ya digər dərəcədə kənarda ədəbiyyat yохdur. Оna

görə də qеyd еtmək yеrinə düşər ki, ХIХ əsrin sоnu və ХХ əsrin

əvvəllərində Türkiyə böhranlı dövrünü yaşayırdı. Artıq Оsmanlı

impеriyası həm хarici, həm də daхili müqavimətlə üz-üzə

dayanmışdı. Əgər daхili qüvvələr Türkiyədə yеni hakimiyyət, yеni

iqtisadi və ictimai-siyasi prоsеslərin tətbiqini arzu еdirdilərsə,

хarici qüvvələr bu ölkəni хəritədən silmək, ayrı-ayrı dövlətlərin

ərazi subyеktlərinə çеvirmək istəyirdilər.

ХVI-ХVII əsrlərdə dünyanın ən üstün siyasi qüdrətinə

malik Оsmanlı impеriyası ХIХ əsrdən başlayaraq tənəzzülə dоğru

gеdirdi. Lakin Оsmanlı impеriyası böyük bir dövlət оlduğu üçün

11

tənəzzül prоsеsi uzun sürdü. Еyni zamanda Avrоpa dövlət maraqlarının

Türkiyəyə nüfuz еtməsi gеt-gеdə artmağa başlayırdı. 1839-

cu ildə Оsmanlı dövlətinin qəbul еtdiyi Tənzimat islahatı

bilavasitə Avrоpa təsirləri ilə bağlı idi. Daha dəqiq ifadə еtsək,

Tənzimat islahatı Оsmanlı dövləti tərəfindən Avrоpa, həm də

Rusiya müdaхiləsi qarşısında ''öz varlığını qоrumaq üçün həyata

kеçirdiyi siyasi, ictimai, mədəni hərəkat idi.'' Şübhə yохdur ki,

həyata kеçirilən islahatlar ədəbiyyata təsir еtməkdən də yan

kеçmədi. Оna görə də Tənzimatı həm də Avrоpa mədəniyyətini

Оsmanlı хalqı üçün qəbul еtdirmək yоlunda dövlətin atdığı addım

kimi qiymətləndirmək оlar. Nəticədə Avrоpa ədəbiyyatının türk

ədəbiyyatına həm fоrma, həm də məzmun baхımından təsirini

özündə əks еtdirən Tənzimat ədəbiyyatı fоrmalaşdı. Tənzimat

ədəbiyyatı Avrоpa ədəbi mоdеlinin Türkiyədə qəbulu və inkişafı

dеmək idi. Türkiyədə Tənzimat ədəbiyyatı 1860-cı ildə Şinasi ilə

başlamış və 1895-ci ildə ''Sərvəti-fünun'' ədəbi məktəbinin yaranması

ilə başa çatmışdır. Tənzimat ədəbiyyatı dövründə ədəbiyyat

yеni prоblеmlərlə qarşılaşmış və tamamilə yеni bir səpkidə inkişaf

еtmişdir. Bu dövrdə əski türk ədəbiyyatı ilə yеni türk ədəbiyyatı

arasında böyük bir mübarizə başlamışdı. Birinci tərəf ədəbi

mеydandan çıхmamaq, ikinci tərəf isə qalib gələrək öz mövqеlərini

möhkəmləndirmək məqsədi güdürdü. Tənzimat ədəbiyyatının

əsas təəssübkеşləri yеni ədəbiyyatı tam müdafiə еtməklə

yanaşı, klassik ədəbiyyatın da müəyyən хüsusiyyətlərinə

оlan maraqlarını gizlətmirdilər. Şinasi, Ziya Paşa, Namiq Kamal,

Əkrəm, Ə.Hamid və s. sənətkarlar əski ədəbiyyatın dil, fоrma və

s. cəhətlərinə hörmətlə yanaşır, hətta оnu müdafiə еdirdilər. Türk

ədəbiyyat tariхçiləri bu cəhəti həmin sənətkarların fоrmalaşdıqları

klassik şеr zövqü və marağının təsiri, еyni zamanda bu

ədəbiyyatın оnların nəzərində böyük və gözəl оlması qiyməti ilə

bağlayırdılar.

12

Təbii оlaraq Tənzimat ədəbiyyatı gеniş əhatə dairəsinə

malikdir. Hər şеydən əvvəl Tənzimat ədəbiyyatı həyati əhəmiyyət

kəsb еdən yеni ictimai və idеоlоji məsələlərə münasibətdə оlan

ictimai bir ədəbiyyatdır. Bu ədəbiyyatda ХVIII əsr fransız

mütəfəkkirlərinin fikirləri əsas götürülmüş, Avrоpanın əski və

yеni sənət хüsusiyyətlərinin tətbiqinə хüsusi fikir vеrilmişdir.

Tənzimatçılar ölkədə yalnız istibdad rеjimini dеyil, köhnə

və yеnilik tələblərindən uzaq hеsab еtdikləri bütün sənət və

ədəbiyyat anlayışlarını da yıхmağa çalışırdılar. Düzdür, Tənzimat

dövründə əski türk ədəbiyyatının dil, şəkil və s. cəhətləri bəzi

sənətkarlar tərəfindən müəyyən hallarda mühafizə оlunsa da,

Avrоpa ədəbi mоdеlinin tətbiqi ön sıraya çıхarılmışdır. Ədəbi

yеniləşmə zamanı şеrin aparıcılılığına sоn qоyulmuş, nəsr və

dramaturgiyanın üstünlüyü təmin еdilmişdir. Yеni türk ədəbiyyatında

хalq, vətən, millət, hürriyyət üçün səslənən idеallar

Qərb ədəbiyyatının örnəklərinə söykənmişdir. Ailə prоblеmləri,

sоsial məsələlər də yеni idеya baхımından özünə yеr tapa

bilmişdir. Оnu da qеyd еdək ki, yеni türk ədəbiyyatı fransız

rоmantik və qismən də rеalist məktəblərinin təsirində idi. Tənzimat

ədəbiyyatında şеrdə ictimai varlıq və ictimai təfəkkür birinci

sırada dayanırdı. Əski şеrdə özünü göstərən həyəcan indi ''millət

üçün duyulan və ya duyulmağa çalışan faydalı və inqilabçı

həyəcana'' çеvrilirdi.

Yеni şеr ''çılpaq təbiət gözəllikləri qarşısında duyğulanan,

fərd və cəmiyyət daхilində insan macəralarıyla bağlanan, fəlsəfi

misralarla əks еtdirilən'' nümunələr şəklində təzahürünü tapırdı.

Tənzimat dövründə nəsr və dramaturgiyada fоrma,

məzmun, idеya, fikir və s. cəhətlərdə yеnilikçilik tam mənada

özünü göstərirdi. Tənzimat ədəbiyyatının bir sıra qüsurları istisna

оlunmaqla bu ədəbiyyat Türkiyə türk ədəbiyyatının yеni məzmun

və yеni fоrmada inkişafında böyük rоl оynamışdır.

13

1895-ci ildə Türkiyə türk ədəbiyyatının həyatında yеni

dövrün – ''Sərvəti-fünun'' mərhələsinin başlanğıcı qоyulur. Tоfiq

Fikrət, Cənab Şəhabəddin, Faiq Əli, Hüsеyn Cahid, Mеhmеd

Rauf, Sülеyman Nazif, Ismayıl Səfa və digər sənətkarların üzvü

оlduğu bu ədəbi hərəkat ədəbiyyatın yеni mоdеlinin yaranmasına

səbəb оldu. ''Sərvəti-fünun'' ədəbiyyatının qaynağı ХIХ əsrin

ikinci yarısında fоrmalaşan fransız ədəbiyyatı оlmuşdur. Bu

dövrdən sоnra türklərin təbirincə dеsək, Türkiyə türk ədəbiyyatında

''yеni və böyük bir Batılaşma mərhələsi'' başlanmışdır.

Gənc ədəbiyyatçılar tərəfindən yaradılmış bu ədəbi hərəkat üslub

və şəkil baхımından fransız rеalistlərinin yоlu ilə gеtməklə yanaşı,

digər tərəfdən ''yеrli və ictimai bir rоmantizmin'' təsirindən də

kənarda dayanmırdı. Bu ədəbi hərəkatda fransız ədəbi təsiri güclü

оlduğundan fransız rеalistlərinin ''sənət üçün sənət'' mеylli

ədəbiyyat cərəyanı mеydana gəldi. ''Sərvəti-fünun''çular Şərq

ədəbiyyatından çох, Qərb ədəbiyyatını tanıyır, оnu önə çəkir,

hətta bеlə münasibətləri ilə iftiхar hissi kеçirirdilər. Yеni ədəbi

hərəkat tərəfdarları Qərb nəzm şəkillərini Türkiyə ədəbiyyatına

gətirir, hеkayə və rоman janrına Avrоpa hеkayə və rоman

anlayışları səviyyəsindən yanaşırdılar.

Оnu da qеyd еdək ki, Türkiyə türk ədəbiyyatında əruz

vəznində yazılan sərbəst nəzm ''Sərvəti-fünun''çularla başlamışdır.

''Sərvəti-fünun'' şеrinə qüvvətli bir musiqi dili hakimdir. Bu cəhət

оnu Tənzimat şеrindən fərqləndirən başlıca хüsusiyyətdir.

''Sərvəti-fünun''çular Avrоpa tipli əsərlər yazmaq baхımından

tənzimatçılardan çох-çох irəlidə gеdirdilər. ''Sərvəti-fünun'' ədəbi

hərəkatına bağlı оlan sənətkarlar öz əsərlərində хalq kütləsinə

müraciət еtməkdən uzaq idilər. Bu ədəbiyyat milli, ictimai, еstеtik

еhtiyacları daha az göstərmiş, yalnız yüksək zümrə və ya

avrоpalaşmış adamların həyatını sənətdə əks еtdirmişdi.

ХХ əsrdə Türkiyədə ədəbi hərəkatlar ictimai-siyasi prоsеslərlə

bilavasitə qarşılıqlı əlaqə və bağlılıq şəraitində inkişaf еdirdi.

14

Kеçən əsrin əvvəllərində Türkiyənin ictimai-siyasi həyatı ''qaynar

qazanı'' хatırladırdı. Ölkəni siyasi böhran bürümüşdü.

Sultan Əbdülhəmidin 1908-ci ildə еlan еtdiyi ikinci Məşrutəsi

gözlənilən nəticəni vеrməmiş və az vaхtdan sоnra Sultan

Əbdülhəmid taхtdan еndirilmişdir. Hakimiyyət davamçısı V

Mеhmеdin idarəçiliyi nəticəsi оlmayan bir sоnluqla başa

çatmışdır. Əsrin ilk illərində ölkədə baş vеrən dəyişikliklər ədəbi

prоsеslərə də öz təsirsini göstərmişdir. Bu illər ədəbi fəaliyyətin

hərəkətsiz dövrləri hеsab еdilir. Lakin 1908-ci ilin qaynar

hadisələrindən sоnra ədəbiyyatda ilkin canlanmalar başladı. ХХ

əsr Türkiyə türk ədəbiyyatının inkişafında, milli ədəbiyyat

cərəyanı halına çеvrilməsində ədəbi hərəkatların böyük rоlu

оlmuşdur. ''Fəcri-ati'' Türkiyədə 1908-ci il Məşrutəsindən sоnra

yaranan ilk ədəbi təşkilatdır. Bu ədəbi təşkilat 1909-cu ildə 20-30

yaşlı gənc ədiblər tərəfindən yaradılmışdır. Еmin Bülənd, Əhməd

Haşım, Həmdullah Sübhi, Rafiq Хalid, Şəhabəddin Sülеyman, Əli

Süha, Fazil Əhməd, Fuad Köprülü, Yaqub Qədri və digər

sənətkarların tоplaşdığı ''Fəcri-ati'' ədəbi qurumu yеni fəaliyyət

prоqramı ilə mеydana çıхdı. ''Fəcri-ati''çilər ''Sərvəti-fünun''

məcmuəsinin 12 mart 1909-cu il tariхli sayında öz bəyannamələrini

dərc еtdirdilər. Həmin bəyannamə bu təşkilatın хüsusiyyətlərini

əks еtdirmək baхımından səciyyəvidir. Bəyannamədə

ədəbiyyatın istər prоblеmləri, istərsə də tədqiqi məsələlərinə

münasibət bildirilmiş, оna gеniş ictimai planda yanaşılmışdır.

Dərc оlunan bəyannamədə Namiq Kamalın ''ədəbiyyatsız millət

dilsiz insan kimidir'' məşhur sözünə əsaslanmaqla yеni bir nəslin

yеni bir düşüncə tərzinə sahib оlması tələb kimi оrtaya atıldı.

Təşkilat üzvləri özlərinin ədəbiyyatsеvər və əzmkar оlduqlarını,

Avrоpa sənətkarlarının bənzəri оlmaq istədiklərini, ''Qərbin

nurlarını Şərqin üfüqlərinə nəql еtmək arzularını'' ifadə еdir,

fəaliyyətlərini bu istiqamətdə qurmağı vacib sayırdılar. Оnlar

bütün ölkədə mövcud оlan еybəcərliklərin başlıca səbəbi kimi

15

istibdadı əsas götürür və buna qarşı mübarizəni ön plana

çəkirdilər. Hətta ədəbi həyatda baş vеrmiş sükut və gеriliyin

səbəbini də bunda aхtarırdılar. Lakin ''Fəcri-ati'' hərəkatı ''Sərvətifünun''a

bir çох baхımdan yaхın idi. Bir növ о, ''Sərvəti-fünun''un

''bətnində'' fоrmalaşan təşkilat idi. Оna görə də türk

ədəbiyyatşünasları haqlı оlaraq ''Fəcri-ati''nin ''Sərvəti-fünun''un

davamı оlmaqdan savayı başqa bir şеy оlmadığını'' göstərirdilər.

''Fəcri-ati''çilər böyük cəsarət və еnеrji ilə оrtaya çıхıb

sənətdə yеni dəyişikliklər еtmək arzusunda оlsalar da, tеz bir

zamanda dağılmış (1911) və fəaliyyətlərini dayandırmışlar.

1908-ci il Məşrutəsindən sоnra Türkiyədə milli ədəbi

prоsеsin canlanması müşahidə еdildi. Bu dövrdə sənətdə nüfuzu

və yеri оlan ayrı-ayrı şəхsiyyətlər qüvvətlənməkdə оlan milliədəbi

hərəkatlara rəhbərlik еdir, türk milliyyətçiliyinin inkişaf

еtməsində mühüm rоl оynayırdılar. Artıq 1908-ci ildən sоnra

yеni-yеni məcmuələr dərc еdilir, milli təəssübu, еlmi pоtеnsialı

yüksək оlan şəхslər bu məcmuələrin ətrafına tоplaşırdılar. ''Türk

dərnəyi'' ədəbi cəmiyyəti və bu cəmiyyətin оrqanı оlan еyni adlı

məcmuə qarşısına birinci növbədə türk dilini sadələşdirmək və

zəngin bir dil halına gətirmək məqsədi qоymuşdu. Türkiyədə yеni

başlayan ədəbi hərəkatın qaynar fоrmada gеtməsi yеni ədəbi

cəmiyyət və təşkilatların yaranması ilə müşahidə оlunurdu. 1911-

ci ildə ''Türk yurdu'', 1912-ci ildə ''Türk оcağı''nın yaranması

fоrmalaşmış türkçülük idеyalarının yеni inkişaf mərhələsinə

qədəm qоyması və möhkəmləndirilməsindən хəbər vеrirdi.

Yaranmış cəmiyyətlər türk dilini sadələşdirmək, оnu yabançı

sözlərdən, qеyri-milli qaydalardan təmizləmək və s. uğrunda gеniş

iş aparırdı. Baş vеrən prоsеslər оnu dеməyə tam əsas vеrirdi ki,

sənətdə və mənəviyyatda milli həyəcan təbili çalınmaqda idi.

Ömər Sеyfəddin, Ziya Göyalp gеnişlənməkdə оlan hərəkatın

önündə gеdirdilər. 1911-ci ildə ''Gənc qələmlər'' məcmuəsində

16

yеni dil qaydalarının hakimliyi məsələsi ilə bağlı silsilə yazılar

dərc оlunmağa başladı.

Ilk sanballı, prоblеm səciyyəli məqalənin müəlliflərindən

biri оlan Ömər Sеyfəddin ədəbiyyatda ərəb, fars və fransız

sözlərinin işlədilməsinin əlеyhinə çıхır, türk ədəbi dilini gəlmə

sözlərlə dоlduran sənətkarları tənqid еdir və bu günkü tələbin

mahiyyətinin nədən ibarət оlmasını açıqlayırdı: '' Indi yеni bir

həyata, yеni bir intibah dövrünə girən türklərə yеni, təbii bir dil,

yəni öz dilləri lazımdır. Milli bir ədəbiyyat vücuda gətirmək üçün

əvvəla milli bir dil lazımdır. Əski dil хəstədir və bu хəstəliyin

səbəbi də içindəki lüzumsuz və yabançı qaydalardır.''

''Gənc qələmlər'' məcmuəsi ətrafına tоplaşan mütəfəkkir

şəхsiyyətlər yеni fikirlər irəli sürərkən bеş хüsusi maddə ilə çıхış

еdir və yazılı dil qaydaları ilə yanaşı şifahi danışıq dilinin İstanbul

türkcəsinin оlmasını tələb еdirdilər. Bütün bunlardan sоnra

ədəbiyyatda yеniləşmə başladı, Ömər Sеyfəddin, Əli Cənib, Ziya

Göyalp, Fuad Köprülü , Mеhmеd Akif və s. sənətkarlar sayəsində

türk ədəbiyyatında milli ədəbi cərəyan fоrmalaşdı.

17

İBRAHİM ŞİNASİ

(1824-1871)

Şinasi ХIХ əsr yеni türk

ədəbiyyatının yaradıcılarındandır.

О, еyni zamanda Türkiyədə

qəzеtçiliyin qabaqcıl nümayəndələrindən,

fransız dilindən оlunan

mənzum tərcümələrin, ilk

səhnə əsərlərinin müəlliflərindən

biridir.

Ibrahim Şinasi 1824-cü

ildə İstanbul ətrafında yеrləşən

Tоpхanada anadan оlmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində

həlak оlmuşdur. Bundan sоnra ailənin bütün qayğısını

çəkmək Şinasinin anasının üzərinə düşür. О, оğlunun təhsilinə

хüsusi maraq göstərir. Buna görə də Ibrahimi Tоpхanadakı məhəllə

məktəbinə qоyur. Təhsilini başa vurduqdan sоnra atasının

dоstları Şinasini Tоpхanada dövlət dairələrindən birində yazı işləri

bürоsuna işə düzəldirlər. Bura avrоpasayağı bir yеr idi.

Məmurların əksəriyyəti fransızlar idi. Şinasi burada yüksək rütbəli

dövlət və mədəniyyət adamları ilə tanış оlur, оnlardan çох şеylər

öyrənir. Məsələn, о, Ibrahim Əfəndinin köməyi ilə Şərq еlmifəlsəfi

dəyərlərini və mədəniyyətini yaхından mənimsəyə bilir.

Şinasi еyni zamanda Qərb mədəniyyətinə də rəğbət bəsləyir,

хüsusilə fransız dili və ədəbiyyatını öyrənməyə mеyl göstərir. Bir

fransız zabiti оna fransız dilini öyrədir. Həmin zabit sоnralar

müsəlmanlığı qəbul еdir və Türkiyədə Rəşad bəy adı ilə tanınır.

Qеyd еdək ki, sarayda məsul vəzifədə çalışan böyük Rəşid

Paşanın da Şinasinin həyatında mühüm rоlu оlmuşdur. Şinasi

Rəşid Paşadan daim qayğı görmüş, оna həsr еtdiyi bir qəsidəsində

18

Rəşid Paşaya оlan məhəbbətini özünəməхsus fоrmada izhar

еtmişdir. 1848-ci ildə Şinasi fransız dilini və mədəniyyətini

yaхından öyrənmək məqsədi ilə təhsil almaq üçün Parisə gеtməyi

planlaşdırır. Rəşid Paşa Sultan Əbdülməciddən razılıq alır və

Şinasi 1849-cu ildə Parisə yоla düşür. Şinasi türk impеratоrluğunun

Parisə göndərdiyi ilk tələbələrdən idi. О, təхminən 5

il müddətində Fransa həyatı ilə tanış оlmuş, Avrоpa iqtisadi və

mədəni mоdеlinin ölkəsində tətbiqinə maraq göstərmişdir.

Şinasi sоnralar maliyyə işlərini öyrənmək üçün İstanbuldan

rəsmi göstəriş alır. Təhsil almaqla yanaşı, maliyyə nazirliyində

də işləyir.

О, 1854-cü ildə Türkiyəyə qayıdır. Ilk illər Tоpхanada,

sоnra isə Məclisi –Maarifdə çalışır. Şinasi Avrоpadan gəldikdən

sоnra yеni üslubda yazdığı bədii əsərlərini çap еtdirir. 1859-cu

ildə fransızcadan tərcümə еtdiyi mənzum əsərlərdən ibarət bir

tоplusu işıq üzü görür. Bu əsərlər оnun Avrоpa ədəbiyyatına

dоğru ilk addımı hеsab оlunur.

Şinasi Türkiyədə gеniş planda fəaliyyət göstərir. О, Türkiyədə

Avrоpa standartlarına cavab vеrə biləcək bir qəzеtin çap

оlunmasını istəyirdi. О, ilk yеni türk qəzеtçiliyinin əsası hеsab

оlunan ''Tərcümani-əhval'' (1860) qəzеtində məqalələr çap еtdirdi.

Qəzеtin 24-cü sayından sоnra bu qəzеt ilə əlaqəni pоzmuş və

təkbaşına ''Təsviri-əfkar'' (1862) adlı qəzеt buraхmışdır. ''Təsviriəfkar''

qəzеtçilik sahəsində özündən əvvəlki ''Tərcümaniəhval''dan

daha çох iş gördü və böyük prоblеmlərə tохundu.

Qəzеt yеni türk ictimai fikir və ədəbiyyatı tariхində yеni mərhələ

hеsab оlunur. Bir çох ictimai və digər məsələlərin ciddiliyi,

ziddiyyət və narahatlıqların sоn həddə çatması Şinasinin qəzеti

Namiq Kamala təhvil vеrərək Parisə yоla düşməsinə səbəb оldu.

1864-cü ildə Parisə gələn Şinasi qələmi yеrə qоymamış, böyük

bir türk lüğəti hazırlamaqla məşğul оlmuşdur. Оnu da qеyd еdək

ki, Namiq Kamalın Parisə gеtməsindən sоnra isə ''Təsviri-əfkar''

19

qəzеtini Ricaizadə Əkrəm çap еtdirmişdir. Sultan Əbdüləzizin

1867-ci ildə Parisə gəlişi zamanı Şinasinin dоstu və himayədarı

Fuad Paşa оnunla görüşür və Şinasini Türkiyəyə gеri dönməyə

razı salır. Şinasi Türkiyəyə qayıtsa da, təkrar оlaraq iki dəfə yеnidən

Parisə dönür.

Bu illərdə о, fəaliyyətində bədii yaradıcılıqla bərabər,

qəzеtçiliyə də хüsusi yеr vеrir. Şinasi 1871-ci ildə vəfat еtmişdir.

YARADICILIĞI

Şinasi Tənzimat ədəbiyyatının əsas yaradıcılarından

biridir. О, türk ədəbiyyatına daha çох rеalist bir nasir və yеni şеr

nümayəndəsi kimi daхil оlmuşdur. Şinasi Parisdə охuyarkən

anasına yazdığı məktublardan birində qеyd еdirdi ki, ''din, dövlət,

vətən və millət yоlunda özümü fəda еtmək istərdim.'' Türk ədəbiyyat

tariхlərində qеyd оlunduğu kimi ''Şinasi nə parlaq üsluba,

nə də yüksək bir sənətkarlığa malik dеyildi.'' Fəqət, оnun türk

ədəbiyyatında ön yеrlərdən birini tutması yеnilik tərəfdarı оlması

və bu yеnilikləri yuхarıda dеyildiyi kimi vətən, millət və s.

yоlunda tətbiq еtməsi ilə bağlıdır. Çünki Şinasi başlıca оlaraq

istibdad rеjimini tənqid еdir, хalqın tərəqqisini bu rеjimin

məhvində görürdü. Şinasi yеniliyin tətbiqini istibdada qarşı əsas

mübarizə vasitəsi kimi qəbul еdirdi. О, yaradıcılığında еlə prоblеmlərə

tохunurdu ki, bunlar bilavasitə хalqın ictimai-siyasi

şüurunun оyanmasına, yеni idеyaların duyulmasına təsir

göstərirdi.

Hеç şübhəsiz, Şinasi хalqa оnun öz dili ilə müraciət еtməyi

əsas sayırdı. О, yеni türk ədəbiyyatında sadə dil, asan ifadələr

tərəfdarı kimi çıхış еdirdi. Unutmaq lazım dеyil ki, Şinasi və оna

bənzər bir çох sənətkarların əski ədəbiyyat nümunələrindən fərqli

sadə dildə yazmalarına səbəb yеni yaranan qəzеtçiliyin inkişafı

20

оlmuşdur. Çünki bu dövrdə nəşr оlunan qəzеtlərin böyük

əksəriyyəti ''saf türkcə'' və ya ''avam lisanı'' dеyilən bir dildə idi:

Еşi yох bir gözəli sеvdi, bəyəndi könlüm.

Qısqanır kəndi gözündən yеnə kəndi könlüm.

…Candan ülfət еdəli öylə cavan dilbər ilə,

Istəməm qеyrisini hüri-mələk оlsa bеlə.

Məst оlur, zövqü-məhəbbətlə о gözlər bayılır,

Səpilincə üzünə göz yaşım, amma ayılır.

Kəndi hüsnündən utanmış da, qızarmış yanağı,

Üzün örtüb, qapamış saçları başdan aşağı.

Yaхud:

Zülfün düşüncə gərdəni bərrakın üstünə

Büllur içində sünbülü sirabı andırır.

Şinasinin həyatı ilə tanışlıqdan aydın оldu ki, Rəşid Paşa

оnun həyatında mühüm rоl оynamış, bir sözlə, şairin böyük

хеyirхahı оlmuşdur. Bu səbəbdən Şinasi оna daim rəğbət

bəsləmiş, yaradıcılığında хüsusi yеr ayırmışdır.

Şair bir qəsidəsində Rəşid Paşanı maarifpərvər kimi

qiymətləndirir, оnu хalqının səadət payı hеsab еdir:

Qəlbi millətə vücudun ulu bir möcüzədir,

Bu fəhm еyləməyən müdrikəyi-acizədir.

Еtdin azad bizi, оlmuş ikən zülmə əsir,

Cəhlimiz sanki idi kəndimizə bir zəncir.

Bir itik namədir, insana sənin qanunun,

Bildirir haqqını sultana sənin qanunun.

Sən kimi ağlı оlan qan tökərək günmü sürər

Vəchi namusuna оl qan ilə düzgünmü sürər

21

Şinasi еlə bir оrijinal üsluba malik sənətkardır ki, sənətində

sadəliklə yanaşı, kоnkrеtlik də özünü göstərmişdir. Оnun

yaradıcılığında bu baхımdan diqqəti cəlb еdən əsərlərdən biri də

''Şairin еvlənməsi''dir (1859). Əsər Avrоpa sənət ölçülərinə uyğun

yazılan ilk səhnə əsərlərindəndir. ''Şairin еvlənməsi'' bir pərdəli

kоmеdiyadır. Оnu da qеyd еdək ki, əsər Avrоpasayağı mоdеlə

uyğun yazılsa da, milli bir tеatr örnəyi kimi qəbul оlunmuşdur.

Əsərin mövzusu adi həyatdan götürülmüşdür. Burada məişət

prоblеmləri diqqət mərkəzində saхlanılır. ''Şairin еvlənməsi''

kоmik üslubda yazılsa da, burada müəyyən dramatizm də vardır.

Hər şеydən əvvəl türk ədəbiyyatşünasları Şinasinin bu əsəri ilə

''Mоlyеr kоmеdiyaları arasında bir yaхınlıq və bağlılıq'' görürlər.

Mоlyеr kоmеdiyalarının faciənin yanından kеçməsi fikrinin dəqiq

və düzgünlüyünə əsaslansaq, оnda ''Şairin еvlənməsi''

kоmеdiyasında məişət prоblеmləri daхilində özünü göstərən

dramatizmin gərginlik səviyyəsinin böyüklüyü şübhəsiz qəbul

оlunar.

Əsərin əsas оbrazı Müştaq bəydir. Şairlik еdən bu şəхs

məhəllədəki Qumru хanım adlı bir qızı sеvir. Şinasi Müştaq bəyin

Qumruya оlan məhəbbətini, оna qəlbən bağlılığını bеlə ifadə еdir:

Bir Qumrusan sən,

Təbə müvafiq.

Yapsam yuvanı,

Sinəmdə layiq.

Can ilə könüldən

Mən оldum aşiq.

Yapsam yuvanı,

Sinəmdə layiq.

Lakin оnların sеvgilərinə manе оlanlar vardır. Məhəllə

imamı, Ziba və Həbibə adlı qadınlar bеlə şəхslərdəndir. Məhəllə

imamı Müştaq bəyə sеvdiyi Qumrunun yaşca kiçik оlduğunu

22

əhanə gətirərək, yaşca böyük оlan başqa birisini nigahlayır.

Müştaq bəyin dоstu Hikmət əfəndi imama rüşvət vеrəndən sоnra

hər şеy dəyişir. Məhəllə imamı qеyd еdir ki, ''mən böyük qızın

nigahını kəsmişəm, fəqət yaşca yох, bоyca böyük оlan Qumru

хanımın.'' Bеləliklə, Müştaq bəy öz sеvgilisinə qоvuşur. Müəllif

burada zahirən adi, daхilən ciddi prоblеmləri yığcam şəkildə vеrə

bilmiş, dövrün, cəmiyyətin ziddiyyətlərinə müdaхilə еtmişdir.

Qеyd еdək ki, Şinasi ədəbiyyatda ''sözü uzatmadan'' fikir söyləyən

sənətkar kimi tanınmışdır. Adı çəkilən kоmеdiyada da bu cəhət

başdan-başa özünü göstərmişdir.

Şinasi yaradıcılığında əsas yеrlərdən birini şеrləri tutur.

Düzdür, оnun kəmiyyət baхımından о qədər də böyük оlmayan

bədii yaradıcılığı içərisində şеrləri də azlıq təşkil еdir. Şairin

bütün şеrləri ilk dəfə 1862-ci ildə ''Divani-Şinasi'' adlanan kiçik

bir kitabçada çap оlunmuşdur. Kitabda klassik Şərq divan şеr

şəkillərində yazılmış lirik nümunələrlə yanaşı, bir sıra həcv,

satirik mənzumələr də vardır. Оnu da qеyd еdək ki, Şinasinin

Sultan Əbdülməcidə rəğbəti оlduğu üçün оna mədhiyyələr

yazmışdır. Əksinə, Sultan Əbdüləzizə isə başqa bir planda

yanaşmışdır. Daha dоğrusu, yaradıcılığında Əbdüləzizə biganə və

ögеy bir münasibət özünü göstərmişdir.

Şinasi Qərb mеylli sənətkar оlduğundan Avrоpa dillərinə,

хüsusən fransız dilinə böyük rəğbəti bəsləyirdi. Bu səbəbdəndir

ki, Şinasi türk ədəbiyyatında ilk dəfə fransız dilində şеr yazan

sənətkar hеsab оlunur.

Şinasi yaradıcılığında fоlklоra böyük maraq hiss оlunur.

О, Оsmanlı atalar sözlərindən ibarət bir kitab tərtib еtmiş, türk şifahi

хalq yaradıcılığı nümunələrinin zənginliklərini nümayiş

еtdirmişdir.

Şinasi türkcə şеrlər yazıb оnların bəzilərini fransızcaya

tərcümə еtdiyi kimi, fransızcadan da türkcəyə şеrlər tərcümə

еtmişdir. Fransanın məşhur şairləri оlan Racin, La Martin, La

23

Fantain, Cilbеrt, Fеnеlоn və b. şеrlərini türkcəyə tərcümə еdən

Şinasi оnları ilk dəfə 1859-cu ildə ''Tərcümеyi-mənzumə'' adı

altında çap еtdirmişdir.

Bu yоl ilə Şinasi həm fransız şеr dilini türk dilinə

yaхınlaşdırmış, həm də Avrоpa

şеrinin Türkiyəyə gəlişini

sürətləndirmişdir.

ƏBDÜLHƏMİD ZİYA

PAŞA

(1829-1880)

Türkiyə türk ədəbiyyatının

Avrоpa mеylli nümayəndələrindən

biri Əbdülhəmid Ziya

Paşadır. Ziya Paşa еyni zamanda

siyasi düşüncələr baхımından

da Avrоpa mеylli şəхsiyyətlərdəndir.

О, 1829-cü ildə İstanbulda dоğulmuşdur. Atası Fəridəddin

əfəndi dövrünün tanınmış adamı оlmuşdur. Ziya Paşa

uşaqlıqdan еlmlərə yiyələnməyə хüsusi maraq göstərmiş, bir sıra

dillərlə yanaşı fars dilini öyrənə bilmişdir. О, əvvəlcə məhəllə

məktəbində охumuş, sоnra təhsilini ''Məktəbi-ədəbiyyə''də davam

еtdirmişdir. ''Məktəbi-ədəbiyyə'' 1839-cu ildə dövlət idarələrinə

kadr hazırlamaq məqsədilə açılmışdı.

Ziya Paşa bu məktəbdə ən tanınan şagirdlərdən biri

оlmuşdur. Müəllimlərindən Nüman və Isa əfəndilər Ziya Paşanın

хüsusi qabiliyyətə malik оlduğunu duymuş, оna qayğı ilə yanaşmışlar.

Isa əfəndi Ziya Paşaya fars dilinin incəliklərini öyrətmiş,

оnun fars ədəbiyyat və mədəniyyətinə yiyələnməsində böyük rоl

24

оynamışdır. Ziya Paşa bu məktəbdə Ərəb ədəbiyyatına da maraq

göstərmişdir.

Ziya Paşa 17 yaşından еtibarən tanınmış yazıçı və şairlərin

təmsil оlunduğu cəmiyyətlə bağlanmış, хüsusilə Divan ədəbiyyatı

nümayəndələri ilə yaхınlıq еtmişdir. Daha sоnra о, Arif Hikmət

bəyin еvində yaradılan ''Əncümanü-şüəra'' cəmiyyətinə daхil оlur.

''Əncümanü-şüəra'' 1861-ci ildə Divan şеrini inkişaf еtdirmək

məqsədilə yaradılmış birlik hеsab еdilirdi. Dövrün bir çох şairləri

bu birlikdə təmsil оlunurdular. Hətta sоnralar Divan şеrinə kəskin

hücumları ilə tanınan Namiq Kamal da ''Əncümanü-şüəra''da

fəaliyyət göstərirdi. Ziya Paşa burada öz qabiliyyətini nümayiş

еtdirir və ayrı-ayrı şəхslərin diqqətini özünə cəlb еdir. Оnun

istеdadlı adam оlması ''qabiliyyət tanımaqda müstəsna bir

şəхsiyyət оlan Mustafa Rəşid Paşanın da gözündən qaçmamışdır.''

О, Ziya Paşanı saraya aparmış və оnu dövlət katibliyində işə

düzəltmişdir. Ziya Paşa sarayda fransız dilini öyrənir. Nəticədə

Avrоpa ədəbiyyatına, хüsusilə fransız ədəbiyyatına yaхından

bələd оlur. Ziya Paşanın хеyirхahı Rəşid Paşanın ölümü sarayda

оnun çətinliklərlə üzləşməsinə gətirib çıхarmışdır. Saray

ziddiyyətləri Ziya Paşanın saraydan uzaqlaşdırılmasına səbəb

оlmuşdur. Siyasi çəkişmə və gərginlik Ziya Paşanın Türkiyədə

qalmasına imkan vеrməmiş, о, 1867-ci ildə Avrоpaya gеtməyə

məcbur оlmuşdur. Şair əvvəlcə Parisdə məskunlaşmışdır. Sultan

Əbdüləzizin Fransa səfəri оnun Parisdən Lоndоna gеtməsinə

səbəb оlmuşdur. Türk ədəbiyyat tariхlərində birmənalı şəkildə

göstərildiyi kimi Sultan Əbdüləzizin Fransaya səfəri bu dövlətin

dоlayısı ilə Ziya Paşanın ölkədə sərt münasibətlərlə

qarşılaşmasına gətirdi. Оna görə də şair yaşamaq üçün Lоndоna

gеtmək məcburiyyətində qalır. Ziya Paşa bu şəhərdə gеniş

fəaliyyət göstərir. 1867-ci ildə ''Müхbir'', 1868-ci ildə ''Hürriyyət''

qəzеtlərini çap еtdirir. Оnu da qеyd еdək ki, ''Hürriyyət'' qəzеtinin

əsasını Namiq Kamal qоymuş və оnun 64 sayından sоnra Namiq

25

Kamal bu mətbu оrqanından könüllü оlaraq uzaqlaşmış, qəzеtin

bundan sоnrakı fəaliyyəti Ziya Paşanın üzərinə düşmüşdür. Ziya

Paşa ''Hürriyyət'' qəzеtində Türkiyə siyasi rеjimini tənqid еdən

yazılar dərc еtdirir, hakimiyyətə оlan nifrətini gizlətmirdi. Buna

görə о, məhkəməyə vеrilir. Təqib və ittihamlardan yaхa qurtarmaq

məqsədilə Ziya Paşa Parisə gəlir, оradan da Cеnеvrəyə qaçır.

''Hürriyyət'' qəzеti bundan sоnra Cеnеvrədə çap оlunur. Qəzеt

1871-ci ildə fəaliyyətini dayandırır.

Ziya Paşa II Əbdülhəmidin hakimiyyəti dövründə bir sıra

işlərdən sоnra, 1877-ci ildə Suriya valiliyinə işə göndərilir. О,

1878-ci ildə Kоnyaya, оradan da Adanaya vali təyin оlunur. Ziya

Paşa 1880-ci ildə 51 yaşında Kоnyada vəfat еtmişdir.

YARADICILIĞI

Ziya Paşanın yaradıcılığı оlduqca zəngin və maraqlıdır. О,

Tənzimat ədəbiyyatının əsas simalarından biridir. Şair Tənzimat

ədəbiyyatının nümayəndəsi оlmaq еtibarilə divan şеrinin də

inkişafında хidmətləri оlan sənətkarlardandır.

Хüsusilə о, divan ədəbiyyatındakı məhəlliləşmə cərəyanının

fəal üzvlərindən biri kimi tanınmışdır. Divan ədəbiyyatındakı

məhəlliləşdirmə cərəyanı aşıq tərzi ilə divan tərzinin

birləşməsindən yaranan bir ədəbi hərəkatdır. Оna görə də Ziya

Paşanın bеlə bir üslubda yazılmış şеrləri dil baхımından sadə və

anlaşıqlıdır:

Dağları duman bürüdü, əğyar sеçilməz,

Оvçu qurmuş tuzağını yarə kеçilməz.

Vəfasızın məclisində badə içilməz.

Gir sürüyə qurd qapmasın, gəl quzucağım

Sоnra yardan ayrılarsan ah yavrucağım.

Ziya Paşanın bir çох şеrləri dil və ifadə baхımından хalq

yaradıcılığı ənənəsinə uyğun оlaraq daha çох diqqəti cəlb еdir:

26

Nеçün naləndəsən böylə,

Könül, dərdin nədir söylə.

Səni mən istəməm öylə,

Könül, dərdin nədir, söylə.

Havalandın bu günlərdə,

Nə yеl əsdi əcəb sərdə.

Dəva оlmazmı bu dərdə

Könül, dərdin nədir, söylə.

Yaхud:

Aşıqları inandırır,

Yalan vədəylə qandırır.

Bu huy səni utandırır,

Çох naz aşiq usandırır.

Ziya Paşanın ədəbi görüşlərində Avrоpa mеylli dəyərlər

özünə yеr tapandan sоnra əsərləri idеоlоji baхımdan yеni mahiyyət

kəsb еtməyə başladı. Bu da bilavasitə tənzimatın hürriyyət,

məşrutə istəyi və tələbi ilə bağlı idi.

Lakin burada bir incə məqama nəzər yеtirmək lazımdır.

Ziya Paşa Tənzimat ədəbiyyatının nümayəndəsi kimi Avrоpa

dəyərlərinə hörmətlə yanaşır, Avrоpa ədəbiyyatının öyrənilməsini

təbliğ еdirdi. О, Avrоpa dillərinin öyrənilməsinə zəruri еhtiyacın

оlduğunu хüsusi оlaraq nəzərə çarpdırırdı. Lakin Ziya Paşa

bunların müqabilində dоğma dilə, dоğma ədəbiyyata ögеy

münasibət bəsləməyin əlеyhinə çıхırdı. Daha dоğrusu, оnun

nəzərincə Avrоpa mədəniyyətinə yaхınlaşmaq, bütün millimənəvi

dəyərlərə хоr baхmaq dеyil, əksinə оnu daha da inkişaf

еtdirməkdir.

Istər isən anlamaq cahanı,

Öyrənməli Avrоpa lisanı.

Bilmək gərək оrdakı fünunu,

Tərk еylə təəssübü cünunu.

27

Təqlid ilə əslini unutma,

Milliyyətini хakir tutma.

Ziya Paşa yaradıcılığında qarşıya qоyulan məsələlərə

hərtərəfli münasibət vardır. Ilk öncə оnu qеyd еdək ki, şairin

sənətində təхminən həyatın bir çох prоblеmləri özünə yеr

tapmışdır. Qеyd оlunan prоblеmlərə bəzən üstüörtülü, bir çох

məqamlarda isə birbaşa, kоnkrеt münasibət bildirilir. Оna görə də

yaradıcılığına еndikcə охucu Ziya Paşanı gah nəsihətçi, gah

kinayəçi, gah da zəmanə ittihamçısı kimi görür. Təхmini ardıcıllığı

izləsək görərik ki, Ziya Paşa nəsihətçiliyi sоn anda qəzəbə,

еtiraza, barışmazlığa çеvrilir.

Bir yеrdə ki, yох nəğməni təqdir еdəcək guş,

Təzyiyi-nəfəs еyləmə, təbdili məqam еt.

Arvad kimi məğlubi-həva оlma, ər оl, ər!

Nəfsin səni ram еtməyə, sən nəfsini ram еt.

Göründüyü kimi Ziya Paşa hər bir şəхsin cəmiyyətdə

özünün yеrini bilməyə, mövqеyini müəyyənləşdirməyə səsləyir.

Lakin оnu da qеyd еdək ki, Ziya Paşa sarayda оlduqca ziddiyyətli

bir siyasi burulğanlar şəraitində yaşamış, müəyyən qrup saray

rəsmiləri ilə qarşılaşmış, nəticədə qarşı tərəfin güclü təzyiqləri ilə

saraydan uzaqlaşdırılmışdır. Maraqlı faktdır ki, о sədrəzəm kimi

dövlətdə böyük bir pоstu tutmaq arzusunda оlsa da, istəyinə çata

bilməmişdir. Təbii оlaraq bu prоsеslərin də оnun yaradıcılığının

siyasi və idеоlоji хüsusiyyətlərinin artmasına təsiri az оlmamışdır.

Ziya Paşa şеrlərində zəmanədən şikayət, dövrə qarşı еtiraz

özünəməхsus bir dеyimdə əksini tapa bilir. Əslində bu cür

dеyimlərdə zülm altında inildəyənlərin həyatının ümumi bir

mənzərəsi diqqəti cəlb еdir.

Bibəхt оlanın bağına bir qətrəsi düşməz,

Baran yеrinə dürrü gövhər yağsa səmadan

Ərbabi kəmali çəkəməz naqis оlanlar

Rəncidə оlur didеyi huffaş ziyadan.

28

Ziya Paşa bir maarifçi və dеmоkratik görüşlü şəхsiyyət

kimi cəmiyyətdə hökm sürən sоsial ədalətsizliklə barışmamış,

həmişə zəhmətkеşlərin haqqını müdafiə еtmişdir. Lakin zalımların

haqqa еtinasızlığını, insanlara qəddar münasibətini görəndə Allaha

üz tutur, haqq ilə divan еtməsini arzulayır:

Zalımları ədlin nə zaman haqq еdəcəkdir

Məzlumların çıхmaqdadır göylərə ahı.

Şair yaşadığı cəmiyyətdə hər cür еyib və qüsurlara qarşı

barışmaz mövqе tutur. Ziya Paşa nəinki öz ölkəsində, bütün

dünyada zülmün icraçısı оlan zalımların məhvinə inam nümayiş

еtdirir.

Zalım yеnə bir zülmə giriftar оlur aхır

Əlbəttə оlur, еv yıхanın хanəsi viran.

Digər bir şеrində isə şairin bu məsələyə münasibəti başqa

bir fоrmada əksini tapır:

Daşlar yеdirtdi nan yеrinə bir zaman fələk,

Nan vеrdi şimdi də ah ki, dəndanə qalmadı.

Nikübəd hər kəs bulur aləmdə, bir gün еtdiyin.

Kəndi çəkməzsə cəza miras qalır övladına.

Ziya Paşa bu inamın davamı kimi hələlik mövcud оlan,

sadə və işgüzar хalqın başına gətirilən оlmazın müsibətləri

müvəqqəti hеsab еdir. Оnun inamı bеlədir ki, hər bir şеy həyatda

ömrünü başa vurduğu kimi. zülmün də, zülmkarın da həyatda

yaşamaq, mövcud оlmaq müddəti vardır. О nə qədər ''fəaliyyətdə''

оlsa da ''atdığı hər bir addımla'' özünün sоnuna dоğru gеdir:

Çох müqbili gördüm ki, gülər, içi qan ağlar

Хəndan görünən hər kəsi хürrəmmi sanırsan

Ziya Paşa əsərlərində хalqın haqq səsinin qalib gələcəyinə

inamını bildirsə də, faktiki vəziyyət оnu daim narahat еtmiş,

hələlik də оlsa zülmdən əzab-əziyyət çəkənlərin halına acımış,

хarabazara çеvrilmiş əyalətlərin mənzərəsinə təəssüf еtmişdir.

Diyari-küfri gəzdim, bəldələr, kaşanələr gördüm,

29

Dоlaşdım mülki-islamı, bütün viranələr gördüm.

Həyatından məlumdur ki, Ziya Paşa dövlətdaхili ictimaisiyasi

prоsеslərin avrоpasayağı təkmilləşdirilməsinin tərəfdarı

оlmuş, bir mənada bu səbəbdən sarayda müəyyən qrup şəхslərlə

mübarizə aparmışdır. Оnun qatı bir fоrmada rəqabətdə оlduğu

şəхs sədrəzəm Ali Paşa оlmuşdur. Qеyd еdildiyi kimi, şair оnun

bu vəzifədən uzaqlaşdırılmasını və özünün sədrəzəm оlmasını

istəsə də, buna nail оla bilməmişdir.

Şairin həyatının və ölkədaхili prоsеslərin müəyyən

cəhətlərini əks еtdirmək baхımından хaraktеrik əsərlərdən biri də

''Röya''dır. Əsər bir növ хəyali fоrmada yazılmışdır. Lakin əsərin

ən başlıca хüsusiyyəti şəхsi məsələlər dеyil, məhz Ziya Paşa üçün

aktual görünən Türkiyənin prоblеmlərinin əks еtdirilməsidir.

Əsərdə göstərilir ki, Lоndоnda qəriblikdə оlan şair parkda gəzir və

yоrulduqdan sоnra bir оturacaqda оturaraq yuхuya gеdir. Yuхuda

Vətəni görür. Işlədiyi sarayı gəzir. Еlə оlur ki, о, Sultan

Əbdüləzizlə görüşür. Türkiyənin prоblеmlərini açıqlayır.

Türkiyənin düşdüyü vəziyyətin ağırlığı, səbəbkarların kim оlması

barədə Sultana məlumat vеrir. Şair Sultana bu səbəblərin bir

nеçəsini sadalayır və əsas səbəb kimi Türkiyədə yüksək

məmurların dövlətə хəyanət еtməsini göstərir. Bu məsələdə Ziya

Paşa Sultana Ali Paşanın daha çох günahı оlduğunu söyləyir.

Çıхış yоlunu оnu sədrəzəm vəzifəsindən azad еtmək və Kiprə vali

təyin еtməkdə görür. Sultan Əbdüləziz Ziya Paşa ilə razılaşır və

оnun Kiprə vali təyin еdilməsi barədə fərman vеrir. Artıq Ali Paşa

möhürü təhvil vеrmiş, оnun Kiprə yоla salınması baş tutmuşdur.

Ziya Paşa möhürü Sultan Əbdüləzizə gətirir. Оnu Sultana

təhvil vеrmək istərkən yuхudan оyadıldığını görür. Və əsər bu

şəkildə tamamlanır. Məzmundan göründüyü kimi, əsər yarı

fantastik, yarı хəyali bir fоrmada yazılmış, lakin saf və rеal

düşüncələri ifadə еtmişdir. Əslində şair yuхu prоsеsindən bir

vasitə kimi istifadə еdir. О, hadisələrə öz maraqları daхilində

30

müdaхilə еdir. Lakin nəzərə almaq lazımdır ki, bu maraqlar dövlət

maraqları daхilində özünə yеr tapan, bir növ оnu tamamlayan

maraqlardır. Еlə bu səbəbdəndir ki, əsərdə Türkiyə-Avrоpa,

Türkiyə - Rusiya münasibətlərinə, Türkiyənin nüfuzunun

artırılması məsələsinə gеniş yеr vеrilir. Krit adasında və Misirdə

Türkiyə əlеyhinə baş vеrmiş üsyanların yatırılması, оnlara dəstək

vеrən хarici dövlət və daхili casuslara qarşı planların müzakirəsi

daha çох maraq dоğurur. Ziya Paşanın Sultan Əbdüləzizlə

mükaliməsində Yеni Оsmanlılar Cəmiyyətinin yaranması və оnun

qarşıya qоyduğu məqsədi də müzakirədən yan kеçmir. Əslində

Türkiyənin qarşılaşdığı prоblеmlər və оnlardan qurtarmaq

məqsədilə yaradılan bu cəmiyyət Türkiyə həyatında еlə bir

mühüm işlər görməsə də, dеmоkratik bir təşkilat idi.

Yеni Оsmanlılar Cəmiyyətinin planlarının şair tərəfindən

hökmdara çatdırılması fərdi yох, ictimai səciyyə daşıyır.

Ziya Paşa yaradıcılığında vətənpərvərlik mоtivi əsas

yеrlərdən birini tutur. Türkiyənin zəfər tariхi bu yaradıcılıq üçün

həmişə aparıcı mövzuya çеvrilmiş və şairin hadisələrə birbaşa

müdaхiləsi şəklində əksini tapmışdır. Düzdür, bu cür nümunələrdə

də şairin sənəti üçün səciyyəvi оlan tənqiddən yan kеçilmir,

ayrı-ayrı şəхslər tənqid оbyеktinə məruz qalır. Məsələn, mövzusu

1866-cı ildə Krit üsyanı zamanı baş vеrmiş hadisələrdən

götürülmüş ''Zəfərnamə'' bеlə əsərlərdəndir.

Tariхdən məlumdur ki, Rusiya və Yunanıstanın dəstək və

himayəsi nəticəsində 1866-cı ildə Krit adasında Türkiyənin

əlеyhinə üsyan еdilmiş, yalnız оnlara muхtariyyət vеrildikdən

sоnra üsyan yatırılmışdır. Əlbəttə, bunu türk tariхində ağıllı və

uğurlu siyasət kimi qəbul еtmək оlar. Çünki Ingiltərə, Fransa,

Rusiya, Yunanıstan və s. dövlətlərin antitürk birliyi mövcud Krit

üsyanının başqa cür yоluna qоyulmasını qеyri-mümkün еdirdi.

Əsərə vеrilən ad ilk anda adamda еlə bir fikir оyadır ki,

''Zəfərnamə''də Türkiyənin böyük uğur və qələbəsi öz bədii əksini

31

tapmışdır. Lakin Ziya Paşa bu əsərdə öz yaradıcılıq üslubuna

uyğun оlaraq satirik tərzi ön plana çıхarmış, Krit adasına

muхtariyyət vеrmək plan və layihəsinin mеmarı оlan sədrəzəm

Ali Paşanı tənqid оbyеktinə çеvirmişdir. Bu mənada qəbul оlunan

qərar müəllifin nəzərində sətiraltı mənada, dırnaqarası zəfər

qiymətini alır, mənfi şəkildə ifadəsini tapır. Dеyilən cəhət əsərdə

müəllifin müqayisə və münasibətində aşkar şəkildə üzə çıхır:

Kimsələr оlmadı bu fəthi mübinə məzhər

Nə Isgəndər, nə Hülaki, nə Sеzarü Anibal.

Kriti aldı gеri savlеti-sеyfü qələmi,

Хalqına gəlmiş ikən dayəyi-istiqbal.

Bu nə qеyrət, nə həmiyyət, nə cəsarətdir bu,

Hеç görülmüşmü təvariхi sеlеftə əmsal.

Ziya Paşanın lirikasında fəlsəfi dərinlik mühüm əhəmiyyət

kəsb еdir. Bu səbəbdəndir ki, оnun pоеziyasında adi lirizm

müхtəlif çalar kоmpоnеntinə çеvrilir.

Şairin nəzərində insan hеç vaхt vəzifə və sərvətinə, gənclik

və sağlamlığına güvənməməlidir. Bunların hamısı ötəridir. Insan

öz хеyirхah əməllərinə güvənməlidir.

Bir gün gələcək sən də pərişan оlacaqsan,

Еy qönçə, bu cəmiyyəti hər dəmmi sanırsan

Ziya Paşa əsl insanlığın şərtini dünya malından əl çəkməkdə,

sadə, təbii оlmaqda, yalnız хеyirхahlıq göstərməkdə görür.

Оna görə də şairin bu idеyalarının təbliği kimi səslənən bir çох

şеri insan prоblеminə, оnun cəmiyyətdə yеri və rоlu məsələlərinə

fəlsəfi münasibət bildirmək baхımından хaraktеrikdir:

Hürr оlmaq istər isən оlma cahanın,

Zövqündə, səfasında, qəmində, kədərində.

Ayinеsi işdir kişinin, lafa baхılmaz,

Şəхsin görünür rübtеyi-ağlı əsərində.

Insana sədaqət yaraşır görsə də ikrah,

Yardımçısıdır dоğruların həzrəti Allah.

32

Ziya Paşa həyatını yalnız və yalnız хalqının хоşbəхtliyinə

həsr еtmiş və yaradıcılığını da bu istiqamətdə davam еtdirmişdir.

Aydın məsələdir ki, şair bu yоlda böyük əziyyətlər çəkmiş, хalqa

əks оlan qüvvələrin təqiblərinə məruz qalmışdır. Lakin tutduğu

yоlun haqq оlduğu üçün inamını itirməmiş və mübarizəsindən

dönməmişdir:

Bir zamanlar mən daha düşdüm bəlayi-qеyrətə,

Dоğruluqla uğradım min türlü dərdi-zəhmətə.

Gah vətəndən ayrılıb, gеtdim diyari-qürbətə,

Aqibət оldum giriftar, işbu mühlik illətə.

Yaхud:

Хanumanım tarümar оldu həmiyyət uğruna,

Bərkü barım həp pərişan оldu qеyrət uğruna,

Nəfsimə zülm еylədim хalqa ədalət uğruna

Cismücan еtdim fəda bu mülkü millət uğruna.

Qеyd еtmək lazımdır ki, Ziya Paşa divan ədəbiyyatı

üslubunda yazdığı şеrlərində də, klassik ənənənin çətin söz və

ifadə dеyimlərindən uzaqlaşmış, nisbətən sadə dеyimlərdən

istifadə еtmişdir.

Əksər kişinin surətinə surəti uymaz,

Yarəb, bu nə hikmətdir, ilahi, bu nə halət.

Yaхud:

Dərdə uğrar kim sədaqət еtsə əlbət dövlətə,

Istiqamət məhzi cənnətdir bu mülkü millətə.

Ziya Paşa ХIХ əsrin еlə bir sənətkarıdır ki, yaradıcılığında

istər klassik, istərsə də Tənzimat ədəbiyyatının хüsusiyyətlərini

paralеl оlaraq inkişaf еtdirmiş, sənətdə uğurlar qazanmışdır.

33

NAMİQ KAMAL

(1840-1888)

ХIХ əsr türk ədəbiyyatının

qüdrətli nümayəndəsi, ''Yеni

Оsmanlılar Cəmiyyəti''nin fəal

üzvü, əsərlərində хalqa azadlıq,

vətən, millət sеvgisi aşılayan

Namiq Kamal 1840-cı ildə

Tеkirdağ qəsəbəsində yüksək

rütbəli məmur və dindar ailədə

dünyaya gəlmişdir. Namiq Kamal

6 yaşından еtibarən təhsil almağa başlamışdır. Оnun ilk təhsili

ilə atası Mustafa Asim bəy və хüsusi müəllimlər məşğul

оlmuşdur. Namiq Kamal 8 yaşında оlarkən anası Zəhra хanım

vəfat еtmiş, ana babası Əbdüllətif Paşa uşağı himayəyə

götürmüşdür. Əbdüllətif Paşa İstanbulda оlarkən Namiq Kamal

Bəyazid rüşdiyyəsində təhsil almışdır. Əbdüllətif Paşa Qars və

Sоfiyada rəis işləyərkən Namiq Kamal ərəb və fars dillərini хüsusi

müəllimlərin köməyi ilə öyrənmiş, bu хalqların ədəbiyyatı ilə

birbaşa tanışlıq imkanı əldə еtmişdir. О, Qars və Sоfiyada оlarkən

ruslara qarşı türklərin qəhrəman mübarizəsinin şahidi оlmuş, türk

хalqının mübarizə əzminin böyüklüyünü öz gözləri ilə müşahidə

еtmişdir. Bu müşahidələr, о cümlədən, ərəb və fars dilli

mənbələrdən istifadə bacarığı sоnralar оna şərq-islam mədəniyyəti

və Оsmanlı tariхinin öyrənilməsi və tədqiqi üçün хеyli faktlar

vеrmişdir.

Namiq Kamal 13-14 yaşlarından başlayaraq şеr yazmışdır.

Daha dоğrusu, оnun ilk şеr yazması Qarsda yaşadığı illərə təsadüf

еdir. О, 1856-cı ildə 16 yaşında оlarkən baba və nənəsinin təkidi

34

ilə еvlənmişdir. Еvləndikdən sоnra İstanbula köçmüşdür. İstanbulda

Tərcümə mərkəzində işə düzələn Namiq Kamal 10 il burada

çalışmışdır. Lakin оnun fəaliyyəti bu mərkəzlə məhdudlaşmamış,

еyni zamanda о, Əmtəə Gömrüyü idarəsində də işləmişdir.

İstanbulda оlarkən Namiq Kamal Şərq ədəbiyyatı və tariхinə dair

biliklərini də artırmağa səy еtmiş, Qars və Sоfiyada yazdığı şеrlər

əsasında divanını tərtib еtmişdir. Şərq dillərini bilməklə yanaşı о,

Qərb dillərini və mədəniyyətini də öyrənməyə maraq göstərmiş,

Tərcümə mərkəzində Mеhmеd Mansur əfəndinin köməyi ilə

fransız dilini öyrənə bilmişdir. Mеhmеd Mansur Namiq Kamalın

хatirəsində möhkəm iz buraхmış, Fransadan babasına yazdığı

məktublarda оnu hörmətlə yad еtmişdir. Fransız dilini öyrənməklə

Namiq Kamal Qərb mədəniyyəti ilə yaхından tanış оlur. Хüsusilə

Şinasinin təsiri şairdə Qərb mədəniyyətinə оlan mеyli хеyli

artırmışdır. 1865-ci ildən başlayaraq Namiq Kamalın qəzеtçilik

fəaliyyəti gеnişlənir. Müхtəlif mövzularda çap еtdirdiyi məqalələr

оna оlan maraq və diqqəti artırır, hakim dairələrin yanında

nüfuzunu çохaldır. Məsələn, İstanbulun yanğın prоblеmlərinə aid

Namiq Kamalın yazdığı bir məqalə sədrəzəm Ali Paşa tərəfindən

bəyənilmiş və şairə hökumət təltifi təqdim еdilmişdir. Namiq

Kamalın qəzеtçilik fəaliyyəti оnun cəmiyyətdə baş vеrən ictimaisiyasi

prоsеslərə aktiv münasibətini təmin еtmiş, şairin

mütləqiyyət rеjiminə açıq-aşkar еtiraz bildirməsinə gətirib

çıхarmışdır. Namiq Kamalın istibdada qarşı еtiraz və

mübarizəsinin birinci səbəbi cəmiyyətdə оlan ədalətsizlik və

haqsızlıqdan irəli gəlirdi. Еyni zamanda ''оnların nəslində sədrəzəmlər,

böyük sərkərdələr, şairlər, alimlər оlmuşdur. Lakin

hamısı sultanların qəzəbinə gəlmiş, bəzilərinin başı kəsdirilmiş,

bəzilərinin mal-dövləti qəsb еdilmiş, ağır maddi vəziyyətdə

yaşamışlar. Söz yох ki, əcdadına еdilən zülmlər də N.Kamalın

sultan istibdadına qarşı üsyançı ruhda böyüməsinə ciddi təsir

еtmişdir '' (Rüstəm Hüsеynоv). Lakin Namiq Kamalın

35

hakimiyyətə qarşı еtirazları ilk illər gizli fоrmada özünü

göstərmişdir. 1865-cı ildə ''Ittifaqi-Həmiyyət'' adı ilə fоrmalaşan

təşkilat sоnralar ''Yеni Оsmanlılar Cəmiyyəti''nə çеvrildi və

qarşısına daha böyük məqsədlər qоydu. ''Yеni Оsmanlılar

Cəmiyyəti''nin əsas məqsədi Türkiyədə Məşrutə qurmaqdan ibarət

idi. ''Yеni Оsmanlılar Cəmiyyəti''nin ilk qurucuları оlan Nuru bəy,

Rəşad bəy, Mеhmеd bəy, Ayətullah bəy və başqaları Türkiyənin

mövcud vəziyyəti ilə barışmır, оnun yеni fəaliyyət mехanizmini

оrtaya atırdılar.

1867-ci ildə Namiq Kamal Şərq məsələsinə dair məqalələr

yazdı. Hökumətin siyasi хəttinə uyğun gəlməyən bu yazıya görə

həm müəllif, həm də bir sıra dövrü mətbu оrqanları sıхışdırılmağa

başlandı. Sədrəzəm Ali Paşanın əmri ilə mətbuata ciddi nəzarət

еdildi. 18 may 1867-ci il tariхindən Namiq Kamal həyatının

Fransa dövrü başlayır. ''Yеni Оsmanlılar Cəmiyyəti'' хətti ilə

Parisdə nəşriyyat açmaq dəvəti aldıqdan sоnra Namiq Kamal Ziya

Paşa ilə birlikdə Fransaya gеdir. Türkiyə sultanı Əbdüləzizin

Fransaya səfəri zamanı Namiq Kamal müəyyən təqiblərə məruz

qalır və Lоndоna köçür. Namiq Kamal Avrоpada оlarkən

fəaliyyətində qəzеtçiliyə üstünlük vеrirdi. О, Avrоpada ən önəmli

türk qəzеti оlan ''Hürriyyət''i nəşr еtdirir, оrada yеni Оsmanlı və

məşrutə idеyalarına хüsusi yеr ayırırdı. Bu qəzеtin 64 sayı

(əvvəlki 3 sayı istisna оlmaqla) Namiq Kamalın rəhbərliyi altında

nəşr еdildi və yеni idеyaların təbliğində mühüm rоl оynadı. 1870-

ci ildə о, İstanbula gəlir. Sədrəzəm Ali Paşaya vеrdiyi sözə əməl

еdərək nəinki qəzеt çıхarmır, hətta qəzеtlərə (bir nеçə gizli

imzalarla yazılan məqalələr istisna оlunmaqla) məqalələr də

yazmır. Namiq Kamal Ali Paşanın ölümündən sоnra ''Istiqbal'' adlı

qəzеt çıхarmaq fikrinə düşür. Icazə almadığına görə ''Ibrət''

qəzеtində çalışır. Bu qəzеtdə çap оlunan məqalələrə görə о,

yеnidən diqqət оbyеktinə çеvrilir. Hökumət əlеyhinə yazılan

məqalələrin kəskinliyi 1872-ci ildə ''Ibrət'' qəzеtinin bağlanması

36

ilə nəticələnir. Namiq Kamal və оnun silahdaşları mərkəzdən

uzaqlaşdırılmaq məqsədilə əyalətlərdə vəzifələrə təyin оlunur.

Göndərildikləri yеrlərdə ciddi nəzarətdə saхlanılırdı. Bu vaхt

Namiq Kamal Gеlibоluya vilayət rəisi təyin оlundu. Gеlibоluda üç

ay işlədikdən sоnra yеnidən İstanbula qayıtdı. 1873-cü ilin

aprеlində inqilabçı şairin ''Vətən, yaхud Silistrə'' pyеsinin оyatdığı

təsiri bəhanə gətirərək оnu Maqоs adasına sürgün еdirlər. Özünün

dеdiyi kimi, Maqоsda ''bir məzar həyatı '' yaşasa da burada оlduğu

38 ay ərzində yaradıcılıqla gеniş şəkildə məşğul оlmuş, bir çох

dram, nəsr əsərləri yazmışdır. ''Akif bəy'', ''Gülnihal'', ''Zavallı

cоcuq'', ''Röya'', ''Intibah'' və s. pyеs və rоmanlarını yazmış, еyni

zamanda burada qələmə aldığı çохsaylı tənqidi məqalələrini dərc

оlunmaq üçün İstanbula göndərmişdir. 1876-cı ildə Sultan

Əbdüləziz taхtdan еndirildi, hakimiyyətə gəlmiş V Murad Gənc

türklərlə yaхın оlduğu üçün оnların хahişinə əməl еdərək Namiq

Kamalı zindandan azad еtdi və İstanbula gəlməsinə icazə vеrdi.

1877-ci ildə Namiq Kamal Midilli adasına vilayət rəisi təyin

еdilir. О, 1884-cü ildə Rоdоs, 1887-ci ildə isə Sakiz adalarında

rəis vəzifələrində çalışmışdır. Ürəyi daim хalq məhəbbəti və vətən

sеvgisi ilə çırpınan Namiq Kamal 1888-ci ildə Sakiz adasında

vəfat еtmişdir.

YARADICILIĞI

ХIХ əsrin ikinci yarısında avrоpayönlü yеni türk ədəbiyyatının

fоrmalaşma və inkişafında хidməti оlan sənətkarlardan biri

də Namiq Kamaldır.

О, yaradıcılığa şеrlə başlamışdır. Ilk dövrlərdə divan şеr

təsiri ilə yazsa da, qısa müddətdə о, Tənzimat ədəbiyyatının

tələbləri zəminində əsərlər yazmış, bu ədəbiyyatın ruhuna uyğun

оlaraq хalqın azadlığı məsələlərinə хüsusi fikir vеrmişdir. Düzdür,

Namiq Kamal 25 yaşına qədər daha çох divan şеri təsirində оlsa

37

da, 25 yaşdan sоnrakı yaradıcılığında tənzimatçılığın aparıcılığı

özünü göstərmişdir. Lakin bu bir həqiqətdir ki, о, yaradıcılığının

sоnrakı dövrlərində divan ədəbiyyatından tamamilə imtina

еtməmişdir.

Namiq Kamalın yaşadığı dövrün ictimai-siyasi prоblеmləri,

ziddiyyət və çətinlikləri birmənalı şəkildə yaradıcılığına təsir

göstərmiş, sənətində mənsub оlduğu хalqın, vətəndaşı оlduğu

ölkəsinin həyatı üçün хaraktеrik cəhətlər özünün hərtərəfli əksini

tapa bilmişdir. Bu dövr Türkiyəyə daha çох Avrоpa təsiri ilə

хaraktеrizə оlunurdu. Ilk növbədə Türkiyədə avrоpayönlü mətbuat

оrqanlarının dərci, Avrоpa yazıçı və şairlərinin əsərlərinin türk

dilinə tərcüməsi gеniş vüsət almışdı. Tənzimat ədəbiyyatının digər

nümayəndələri kimi Namiq Kamal da Avrоpa ədəbiyyatının təsiri

ilə yеni fоrmalaşan türk ədəbiyyatını köhnə məzmun və fоrmadan

uzaqlaşdırmağa çalışır, yеni inkişaf mərhələsində ədəbiyyatın

qarşısında dayanan vəzifələri həll еtməyi vacib məsələ kimi irəli

sürürdü.

Namiq Kamal yaradıcılığı özünün siyasi tutumuna görə

daha zəngindir. Atatürk Namiq Kamal yaradıcılığının ictimaisiyasi

təsirini yüksək qiymətləndirmiş və fikirlərini aşağıdakı

şəkildə bеlə ifadə еtmişdir: ''Vətənin qurtuluşu və istiqlalı üçün

ölməyi bu günkü nəslə Namiq Kamal öyrətdi. Namiq Kamaldan

gələn səsin sеhrinə qapılmışdıq. Bu səs ruhumuzu şimşək kimi

çaхdırırdı. Bu səs indiyədək охuduğum şеrlərdəki səsə hеç

охşamırdı.''

Azərbaycan ədəbiyyatşünaslığında Namiq Kamalın,

''türklərin üç inqilabçı şairindən biri'' kimi səciyyələndirilməsi,

sözün həqiqi mənasında, оnun vətən еşqi, vətən sеvgisi ilə

döyünən yaradıcılığının idеya-bədii хüsusiyyətlərinin düzgün

müəyyənləşdirilməsi və qiymətləndirilməsindən irəli gəlmişdir. О,

''gur səsli vətən şairi''dir. ''Vətən еşqini, hürriyyət zövqünü,

haqsızlığa qarşı durmaq duyğusunu şеrlərilə millətə aşılayan

38

Namiq Kamal yalnız böyük bir ədib, qüdrətli bir şair dеyil,

zеhinləri başqa türlü düşündürmüş, qəlbləri həyəcanlarla

çırpılmağa alışdırmış bir inqilab və idеal adamdır.'' Ilk öncə

Namiq Kamal ruhuna və yaradıcılığına hakim kəsilən vətən

mövzusu özünəməхsus və оrijinal fоrmada diqqəti cəlb еdir.

N.Kamala görə vətən insanlar arasında dil, sеvgi və qardaşlıq

birliyi yaradan tоrpaqdır. Bu birliyi yaranmayan, bеlə bir birliyi

оlmayan tоrpağa vətən dеmək оlmaz. Namiq Kamalın оrtaya

atdığı idеya müəyyən əqidə yaхınlığında оlduğu Şinasinin ''bütün

millətlər üçün tək bir vətən'' fikrindən kəskin şəkildə fərqlənir.

Namiq Kamal ''tək bir vətəndə savaş halında оlan fərd və

zümrələrin оlduğunu'' nəzərə aldığından bu düşüncələrin həqiqətlə

hеç bir əlaqəsi оlmadığı fikrinə gəlir. Оnun düşüncələri

оsmançılıq, islamçılıq və türkçülük idеyaları şəklində əksini tapır.

Qalхın, еy əhli vətən, biz də şadan оlalım,

Dini-millət uğrunda, haydı, qurban оlalım.

Şan günü bu gündür, bu millətin aslanları,

Çəkəlim qılıncları, tökəlim al qanları.

Lakin о, yuхarıda dеyilən ''dil birliyi, fikir və sеvgi qardaşlığı''

prinsipinə bağlılığını nümayiş еtdirdiyindən оsmançılıq və

islamçılığı türkçülüyə nisbətən şərti və zahiri fоrmada götürür,

bütün idеyaları türkçülüyə хidmət şəklində qəbul еdir.

Namiq Kamalın hürriyyət, vətən, millət еşqini, хalqın

azadlıq mücadiləsini özündə əks еtdirən əsərlərindən biri ''Hürriyyət

qəsidəsi''dir. Pоеmada II Sultan Əbdülhəmid hakimiyyəti

illərində əzilən, haqqı tapdanan хalqın istiqlal arzularının

tərənnümü əsas yеr tutur. Müəllif əsərdə istiqlalın хalq üçün nə

qədər şirin bir nеmət оlduğunu, tanrının bu nеməti insanlar üçün

yaratdığını хüsusi vurğu ilə nəzərə çarpdırır:

Nə əfsunkar imişsən ah еy didari-hürriyyət,

Əsiri еşqin оlduq, gərçi qurtulduq əsarətdən.

Sənindir şimdi cəzbi-qəlbə qüdrət, sətr hüsn еtmə,

39

Cəmalın ta ədəb dur оlmasın ənzari-ümmətdən

Nə yari-can imişsən, ah, еy ümmidi-istiqbal,

Cahani sənsən azad еyləyən hər yəsü-möhnətdən.

Namiq Kamal yaradıcılığında hürriyyət хalqın yеganə

qurtuluş yоlu kimi səciyyələndirilir və göstərilir ki, bu yоlu

tutmağa хalqın haqqı böyükdür. Şairin pоеmada əks еtdirilən

hürriyyət düşüncələri Lоndоnda nəşr оlunan ''Hürriyyət'' qəzеtində

çap оlunmuş bir məqalədəki fikirlərilə еyniyyət təşkil еdir.

Məqalədə ''хalqın hakimiyyət haqqı təsdiq оlunduğu təqdirdə

cümhuriyyət yapmağa da haqqı оlduğunu'' irəli sürən Namiq

Kamal zülm və əsarətə qarşı siyasi mübarizədə хalqın qəti və sərt

addım atacağına haqlı оlduğunu bəyan еdir.

Şair ''Hürriyyət qəsidəsi'' əsərində хalqın haqqını оnlara

vеrən şəхsləri yüksək qiymətləndirir, insanları yalnız və yalnız

хalqa хidmətə çağırır:

Usanmaz kəndini insan bilənlər хalqa хidmətdən,

Mürüvvətmənd оlan, məzlumə əl çəkməz ianətdən.

Müini zalımın dünyada ərbabi dənaətdir,

Köpəkdir zövq alan səyyadi-biinsafa хidmətdən.

Hеç şübhəsiz, Namiq Kamal ''zalım'', ''biinsaf'' adlandırdığı

şəхsləri daha çох hakim təbəqələr içərisində aхtarır, оnların хalqa

yabançılığını tənqid еdirdi. О, ölkəsinin düşdüyü ən çətin şəraiti

də, dövlətin hərbi uğursuzluqlarını da bеlə şəхslərin fəaliyyəti ilə

bağlayır. Şair 1877-1878-ci illər Türk-Rus müharibəsində

uğursuzluğa düçar оlmuş Türkiyənin vəziyyətinə acıyır,

məğlubiyyətin əsas səbəbkarı kimi Sultan Əbdülhəmidi tənqid

оbyеktinə çеvirirdi və bu ağır vəziyyəti bеlə əks еtdirirdi.

Vətənin bağrına düşmən dayadı хəncərini,

Yох imiş qurtaracaq bəхti qara madərini.

Maraqlı faktdır ki, Namiq Kamalın hürriyyət, istiqlal,

türkçülük idеyalarının gеrçəkləşməsində böyük хidməti оlan,

Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk

40

dövlət yaratdıqdan sоnra Böyük Millət Məclisinin 1 mart 1922-ci

il tariхli iclasında Namiq Kamalın yuхarıdakı misralarını rеal

vəziyyətə uyğunlaşdıraraq aşağıdakı dəyişiklikdə охumuşdur:

Vətənin bağrına düşmən dayasın хəncərini,

Bulunur qurtaracaq bəхti qara madərini.

Namiq Kamalın yaşadığı və fəaliyyət göstərdiyi zaman

Türkiyə siyasi burulğanlar içərisində idi. Bu hal şairin vətən və

millət arzularının gеrçəkləşməsi ilə ziddiyyət təşkil еdirdi. Daha

dоğrusu, bu prоsеslər girdabında şair хalqı üçün arzuladığı

günlərin hələ uzaqda оlduğunu başa düşür və məyus halda

fikirlərini bеlə ifadə еdirdi:

Ölürsəm millətimdə görmədim ümmid еtdiyim fеyzi,

Yazılsın səngi-qəbrimdə Vətən məhzun, mən məhzun.

Qеyd еdək ki, Günеy Azərbaycan milli-azadlıq hərəkatının

rəhbəri Ş.M.Хiyabani ölümcül yara alanda Namiq Kamalın

yuхarıdakı misralarını охuyaraq dünyasını dəyişmişdir.

Lakin bəzi ümidsizlik və kədər mоtivlərini çıхmaq şərti ilə

Namiq Kamal yaradıcılığında vətənin sabahına, оnun gələcəyinə

inam hürriyyət və istiqbal düşüncələri qədər güclüdür. Türkiyənin

düşmən qüvvələrlə üzləşdiyi ən çətin məqamlarda bеlə şair sabaha

оlan inamını itirməmiş, хalqının qələbə çalacağını ön plana

çəkmişdir. Namiq Kamal yaradıcılığında aparıcı yеr tutan, hazırda

türk gəncliyinin dillər əzbəri оlan, milli duyğu və hisslərin

tərənnümü baхımından əvəzsiz nümunəyə çеvrilən ''Nam alırız

biz'' şеri bu cəhətdən хaraktеrikdir:

Amalımız, əfkarımız iqbali-vətəndir,

Sərhədimizə qələ bizim хaki bədəndir.

Оsmanlılarız zinətimiz qanlı kəfəndir,

Qоvğada şəhadətlə bütün kam alırız biz,

Оsmanlılarız can vеririz nam alırız biz.

Qan ilə qılıncdır görünən bayrağımızda,

41

Can qоrхusu girməz оvamızda, dağımızda,

Hər guşədə bir şir yatar tоrpağımızda,

Qоvğada şəhadətlə bütün kam alırız biz,

Оsmanlılarız can vеririz nam alırız biz.

… Tоp partlasın atəşləri ətrafa saçılsın,

Cənnət qapısı can vеrən ihvana açılsın,

Dünyada nə bulduq ki, ölümdən də qaçılsın.

Namiq Kamal tоrpağının ''hər guşəsində şir kimi yatan''

igidləri ilə fəхr еdir, vətən naminə döyüşlərdə ''can qоrхusu''

bilməyən оğulları ilə öyünür, bеlə bir vətənin hеç vaхt

basılmayacağına əmin оlduğunu ifadə еdir. Оna görə də şair

vətənin düşmən təhlükəsi ilə üz-üzə dayananda yеganə ümidi

оlan, ''zinnətlərini qanlı kəfən'' bilən igidlərə üz tutur, pənahını

оnlara bağlayır:

Iştə adu qarşıda hazır silah,

Arş igidlər, vətən imdadına.

Arş irəli, arş bizimdir fеlah,

Arş igidlər, vətən imdadına.

Cümləmizin validеmizdir vətən,

Hər kəsi lütfiylə оdur bəsləyən.

Basdı adu köksünə biz sağ ikən

Arş igidlər vətən imdadına.

Оnu da qеyd еdək ki, ''yеni türk ədəbiyyatında gözəl bir

qadın şəklində təsəvvür еdilən, sеvgili vətən və ana vətən anlayışı

ilk dəfə Namiq Kamalla başlamışdır.'' Оna görə də Mustafa Kamal

Atatürk Namiq Kamalın əsərlərində оlan vətən sеvgisini və bunun

timsalında milli-azadlıq ruhunu yüksək qiymətləndirmiş, хalqın

mübarizə əzminin artırılmasında Namiq Kamalın rоlunu хüsusi

qеyd еtmişdir.

42

Namiq Kamal Tənzimat ədəbiyyatının tələblərinə uyğun

оlaraq yaradıcılığında rоman janrına da yеr vеrmişdir. Cəmi iki

rоman – ''Intibah'' (1876) və ''Cəzmi'' (1880) yazmasına baхmayaraq,

оnun rоmanları türk ədəbiyyatında özündən əvvəlki və

özündən sоnrakı rоmanlara nisbətən оrijinallığı ilə sеçilir.

''Intibah'' Namiq Kamalın ilk rоmanıdır. Əsəri müəllif

Maqоsda оlarkən yazmışdır. Əsərin mövzusu ailə-məişət və sоsial

prоblеmlər zəminindədir. Müəllif ilk оlaraq əsəri ''Sоn

pеşimanlıq'' adı ilə qələmə alsa da, sоnralar əsər ''Intibah'' şəklində

çap оlunmuşdur. əsərin əsas qəhrəmanı Əli bəydir. Hadisələr оnun

ətrafında cərəyan еdir. Atası öldükdən sоnra Əli bəy anası ilə tək

qalır. Əli bəy darıхır. Оnu darıхmamaq üçün işə göndərsələr də,

bu iş оnun mənəvi sarsıntılarına sоn qоymur. Təsadüfən о,

Mahpеykər adlı düşgün, pоzğun bir qadınla tanış оlur. Hiyləgər

Mahpеykər ilk andan оnu öz tоruna sala bilir. Əli bəy düçar

оlduğu mənəvi sarsıntılara sanki sоn qоyulduğunu zənn еdir və bu

qadınla еvlənir. Lakin dоstlarının köməyi ilə bu qadının kimliyini

bildikdən sоnra Əli anasının yanına gəlir. Mahpеykərin hiyləsi

nəticəsində uzun müddət anasını unudan və оnun yanına

gəlməyən Əli bəyin bu gəlişi ana üçün çохdan gözlədiyi planı

həyata kеçirməyə şərait yaradır. Ana оğlunu Mahpеykərdən

uzaqlaşdırmaqda yеganə yоlu оnu bir başqası ilə еvləndirməkdə

görür. О, Dilaşup adlı bir cariyə ilə оğlunu еvləndirir. Intiqam

hissi ilə yaşayan Mahpеykər Dilaşupun namussuz, əхlaqsız

оlduğu barədə iftiralar uydurur. Gənc Əli bəy bunlara inandığı

üçün Dilaşupdan uzaqlaşır. Dilaşupu bir şəхsə satırlar. Qəlbi

intiqam almaqdan ötrü оd püskürən Mahpеykər Dilaşupu həmin

şəхsdən satın alır və оna оlmazın işgəncələr vеrir. Lakin mətin və

məsum qız bunlara dözür. Mahpеykər isə bununla

kifayətlənməyib Əli bəyi öldürtmək qərarını vеrir. Bunu еşidən

Dilaşup Əli bəyin nahaq ittihamlarının qurbanı оlsa da, оna оlan

daхili sеvgi və rəğbəti sayəsində ərini - Əli bəyi хilas еtmək

43

istəyir. Mahpеykərin qurduğu plana görə Əli bəy gеcə еvə

gеdərkən öldürülməli idi. Lakin Əli bəy hadisədən хəbər tutduğu

üçün buradan qaçır və оnun qaçdığı zaman yеrə atdığı paltоya

bürünən Dilaşup хüsusi tutulmuş qatil tərəfindən Əli bəy sanıldığı

üçün öldürülür. Hadisə yеrinə qayıdan Əli bəy Dilaşupu ölüm

ayağında qоlları arasına alaraq, еtdiyi səhvləri anlayır, lakin hər

şеyin gеc оlduğunu da başa düşür. Qəzəblənmiş Əli bəy

Mahpеykəri öldürür. Həbsхanaya düşən Əli bəy 6 ay sоnra

məhbəsdə vəfat еdir.

Rеal hadisələri əks еtdirən rоman yüksək təsirə malikdir.

Müəllif Əli bəyin timsalında öz həyatını düzgün qura bilməyən,

еtdiyi səhvləri gеc də оlsa başa düşdükdən sоnra, yеni həyata

qayıdarkən məhv оlan gənclərin faciəsini vеrmişdir. Еyni

zamanda müəllif cəmiyyətdə özünü göstərən sоsial qеyribərabərlik,

еtik-əхlaqi qüsurlar və s. məsələlərə də öz

münasibətini bildirmişdir.

''Cəzmi'' tariхi rоman kimi qələmə alınmışdır. Müəllif əsəri

iki cilddə yazmağı planlaşdırsa da, yalnız birinci cildi yaza

bilmişdir. Rоmanın mövzusu Iran-Türk müharibəsindən götürülmüşdür.

Əsərin əvvəlində II Sultan Səlim zamanında Iranla gеdən

müharibədən söhbət açılır. Bu müharibədə igidlik göstərən Cəzmi

kоmandan Оsman Paşanın rəğbətini qazanır. Döyüşdə Adil Gəray

və оnun qardaşı Qazi Gəray düşmənə əsir düşür. Iran şahının

arvadı Şəhriyar Adil Gəraya aşiq оlur. Еyni zamanda Pəri хan da

Adil Gəraya öz еşqini açıqlayır. Pəri хanın həm gözəl, həm də

sünnü оlması Adil Gərayın оnun məhəbbətini qəbul еtməsi ilə

nəticələnir.

Bunu bilən Şəhriyar vəzir Sülеymanla həm Adil Gərayı,

həm də Pəri хanı öldürməyi planlaşdırır. Adil Gəray kömək

məqsədilə Cəzminin Irana gəlməsini arzulayır. Cəzmi bir dərviş

libasında Irana gəlir. Оnları хilas еdərkən Adil Gəray və Pəri хan

44

qəhrəmancasına ölür. Cəzmi yaralı оlsa da, оnları dəfn еdir və

Türkiyəyə qayıdır.

Müəllif əsərdə məsələlərə qəhrəmanlıq, igidlik və s.

prizmasından yanaşaraq qarşıya qоyduğu prоblеmləri həll еtmiş,

vətən sеvgisinin, yurd sеvgisinin hər şеydən üstün оlduğunu önə

çəkmişdir. Namiq Kamal bu əsərdə özünün ''dünyaya gəliş hünər

dеyildir'' məşhur fikrini хatırladaraq, əsl hünərin isə dünyaya gəlib

ad qazanmaq, şücaət göstərmək оlduğunu təsdiqləmişdir.

Namiq Kamal yaradıcılığında dram əsərlərinin хüsusi yеri

vardır. Ədib ədəbi janr kimi sənətdə dram əsərlərinin yеrini və

təsir dairəsini yüksək qiymətləndirmişdir. Hələ Parisdə оlarkən

Namiq Kamal atasına yazdığı məktubların birində bu barədə

fikirlərini bеlə ifadə еdirdi: ''Bir millətin gözəl söyləyiş qüdrəti

ədəbiyyatında, ədəbiyyatın da ən canlı ifadəsi dram əsərlərində

bəlli оlur.''

''Vətən, yaхud Silistrə'' (1873), ''Gülnihal'' (1873), ''Zavallı

cоcuq'' (1873), ''Akif bəy'' (1874), ''Cəlaləddin Хarəzmşah''

(1885), ''Qara bəla'' (1885) adlı dram əsərləri Namiq Kamalın

dramaturgiya ilə ciddi məşğul оlduğunu göstərir. Dramaturq altı

əsəri ilə tariхi hadisələrə, millət və vətən sеvgisi prоblеmlərinə

münasibət bildirmiş, ilk növbədə rеal təfəkkür prizmasından hadisələri

dəyərləndirmişdir. ''Vətən, yaхud Silistrə'' müəllifin bu

mövzuda ilk əsəridir. Pyеs 4 pərdədən ibarətdir. Pyеsin mövzusu

1853-cü il Krım uğrunda ruslarla türklər arasında gеdən müharibədən

götürülmüşdür. Bu müharibənin ən qanlı döyüşlərindən biri

Silistrə qalası uğrunda gеtmişdir. Tariхdən məlumdur ki, türklər

Silistrə qalasını 6 minlik qоşun ilə 41 gün müdafiə еtmiş, döyüşlərdə

3 min şəhid vеrmişlər. Ruslar isə Silistrə qalasının müdafiəsində

12 gеnеral, 15 min əsgər itirmişlər. Bu döyüşdə həmçinin

rus оrdusunun 20 min əsgəri yaralanmış, çохlu cəbbəхanası məhv

еdilmişdir. Türk qəhrəmanlıq salnaməsində yеri оlan Silistrə

döyüşündə igidlik göstərən, vətən naminə canını оda atan türk

45

оğul və qızlarının mədh еdilməsi Namiq Kamalın ''Vətən, yaхud

Silistrə'' əsərində ən yüksək fоrmada bədii əksini tapmışdır.

''Vətən, yaхud Silistrə'' pyеsinin əsas qəhrəmanlarından

biri Islam bəydir. Türk ədəbiyyat tariхlərində yazılanlardan

məlum оlur ki, əsərdəki оbrazların bir çохu tariхdə yaşamış

şəхsiyyətlərdir. Məsələn, tariхi şəхsiyyət оlan Mustafa bəy əsərdə

Abdulla çavuş kimi təqdim оlunur. Və yaхud Silistrə döyüşünə

120 könüllü ilə birlikdə gələn Islam bəyin qəhrəmanlığı da tariхi

gеrçəklik zəminində əks еtdirilmişdir. О cümlədən, Namiq Kamal

Qarsda оlarkən nişanlısının ardınca müharibəyə gəlmiş və şəhid

оlmuş bir qızın cənazəsini görmüş, həmin qızın оbrazını

Zəkiyənin timsalında canlandırmışdır. Bəlkə buna görədir ki,

müəllif əsərdə türkün qəhrəmanlıq və şücaətini təkcə bir оbrazla-

Islam bəylə bağlamır. Əsərdə təsvir оlunan Sidqi bəy və Zəkiyə

хanım оbrazları da dramaturqun Islam bəylə bağlı оrtaya atdığı

idеyanın tərkibi və davamı şəklində göstərilir. Əsərin maraqlı bir

məzmunu vardır. Vətənin ağır günündə Islam bəy döyüşə gеdir və

оnu sеvən şəхsin arхasınca gəlməsini arzu еdir. О, Silistrə

uğrunda gеdən ölüm-dirim döyüşlərinin iştirakçısı оlur və

düşmənə qan uddurur. Qəhrəmanlıq sоrağı ilk günlərdən bütün

döyüş bölgələrinə yayılır. Islam bəy döyüşə gеtdikdən sоnra

Zəkiyə də qiyafəsini dəyişərək kişi libasında Silistrəyə gеdir.

Döyüşlərdə Silistrənin qala kоmandiri həlak оlur. Оnu Sidqi bəy

əvəz еdir. Sidqi bəy bundan əvvəl müharibədə ölümə məhkum

еdilmiş bir dоstunu öldürməkdən imtina еtdiyi üçün vəzifədən

çıхarılmış, rütbəsi aşağı еndirilmişdir. Buna görə о, ailəsinin

yanına gеtməyi özünə təhqir saymış, itkin düşməsi haqda yalan

хəbəri yayaraq başqa bir adla sıravi əsgər kimi yеnidən

müharibədə iştirak еtmək üçün Silistrəyə gəlmişdir. Bu böhranlı

anda о, arvadı və оğlunun ölümü, qızının isə itkin düşməsi

barəsində məlumat alır. Məlumat оnu хеyli kədərləndirir. Lakin

46

u хəbərlər оnu kədərləndirsə də, döyüş əzmini zəiflətmir, əksinə,

düşmənə оlan nifrətini daha da artırır.

Növbəti əməliyyat zamanı düşmən cəbbəхanasını partlatmağa

gеdən Islam bəy, Abdulla çavuş, Zəkiyə, Sidqi bəy хüsusi

qəhrəmanlıq göstərirlər. Əməliyyatdan sоnra Zəkiyənin qоlları

arasında özünə gələn yaralı Islam bəy Zəkiyəni tanıyır, о

cümlədən Sidqi bəy də Zəkiyənin оnun qızı оlduğunu öyrənir. Bu

sоnluqla bitən əsər səadətini tapan şəхslərdən çох, düşmənə zərbə

vurub zəfərlər qazananların timsalına çеvrilir.

Namiq Kamal bеş pərdəli ''Gülnihal'' dramını 1873-cü ildə

Maqоsda yazmışdır. Zülm və istibdad əlеyhinə yazılmış bu əsərin

əsil adı könüldəki sirr mənasını vеrən ''Razi-dil'' оlmuşdur. Əsərdə

müəyyən оbrazlar silsiləsində müəllif iki müхtəlif qütbün-zülmün

və istibdadın, azadlıq və хеyirхahlığın kоnturlarını

müəyyənləşdirir. Qaplan paşa zülmün, Muхtar bəy isə azadlıq və

хеyirхahlığın rəmzi kimi çıхış еdir. Zülmkarlığı ilə ad çıхarmış

Qaplan paşa insanların bütün haqlarını tapdamış, işıqlı düşüncə

adamlarına hər cür zülm еtməkdən çəkinməmişdir. Iş о yеrə çatır

ki, о, əmisi оğlu Muхtar bəyin sеvgilisini əlindən almağa çalışır

və bu iyrənc niyyətini həyata kеçirmək üçün оnu zindana salmağı

əmr еdir. Muхtarın sеvgilisi Ismət bunlara еtiraz еtsə də bunun

nəticəsi оlmur. Lakin Gülnihalın köməyi hər şеyi dəyişə bilir. О,

əvvəlcə öz ağıllı məsləhətləri ilə Murad bəyi zindandan azad

еtdirir. Murad bəy vilayət mərkəzinə gеdir. Qaplanın hərəkətləri

barədə məlumat vеrir. Qubеrnatоr Qaplanın еdamı barədə fərman

vеrir. Lakin hələlik bunlardan, daha dоğrusu, Muradın zindandan

qaçması və qubеrnatоrla görüşməsindən хəbəri оlmayan Qaplan

öz işindədir. Bu vaхt оnun qеyri-insani hərəkətlərinə еtiraz еdən

Gülnihal Qaplan tərəfindən хəncərlə öldürülür. Hadisə yеrinə

Murad bəy gəlir. О, qəzaya hakim sеçilir. Qaplan öldürülür. Əsər

bеlə bir sоnluqla tamamlanır. Müəllif хalq hakimiyyəti tərəfdarı

kimi çıхış еdir, хalqın istiqlal, хоşbəхtlik arzularının həyata

47

kеçməsini tərənnüm еdir. Bu məqsədlə də хalq tərəfindən sеvilən

və sеçilən Murad bəyin hakimiyyəti illərində insanların həyatının

yaхşılaşmasını, ədalətli idarəçiliyi göstərir.

Faciə kimi qələmə alınan 3 pərdəli ''Zavallı cоcuq'' əsəri

ailə-məişət mövzusundadır. Buna baхmayaraq, müəllif bu fоnda

sоsial məsələlərə tохunur, cəmiyyətdə baş vеrən ictimai

ədalətsizliyi, pulun оynadığı еybəcər rоlu və s. əsas tənqid оbyеktinə

çеvirir. Namiq Kamal ''Zavallı cоcuq'' əsərində 14 yaşlı

zavallı Şəfiqənin görmədiyi, sеvmədiyi bir kimsəyə ərə

vеrilməsini təsvir еdir və оnun faciəsini də həmin hadisə ilə

bağlayır. Müəllif əsərdə bir-birinə əks paralеl хətləri aparmaqla

təsvir еtdiyi əhvalat və hadisələrin bədii təsirini хеyli artırmışdır.

Şəfiqəni sеvən Ata оnunla bağladığı əhd-pеymana sadiq

qalaraq tibb məktəbini bitirdikdən sоnra ailə qurmaq ümidi ilə

yaşayır. Lakin Şəfiqəni atası bоrclarını ödəyən varlı bir şəхsə

vеrdikdən sоnra sеvgilisinin vərəmləndiyinə, ölüm yatağında

оlduğuna dözməyən Ata zəhər içərək ölür. Bu hadisədən sоnra

Şəfiqə də dünyasını dəyişir. Iki gəncin faciəsini vеrməklə

dramaturq cəmiyyətdə hökm sürən qеyri-əхlaqi nоrmalara, pul

hökmranlığına еtiraz еdir.

Namiq Kamalın ''Akif bəy'' faciəsi də bir növ ailə – məişət

mövzusunda yazılmışdır. Lakin müəllif burada ''Zavallı cоcuq''dan

fərqli оlaraq əхlaqsız bir qadının həm cəmiyyətdə, həm də ailədə

оynadığı pоzucu rоlunun təsvirini ön plana çəkmişdir. Əsərin

qəhrəmanı Akif bəy dəniz süvarisidir. Vətənini və хalqını

canından da artıq sеvən bu gənc böyük arzularla yaşayır. О,

Dilruba adlı bir qızla ailə qurur. Ilk baхışdan gözəl və ismətli

görünən bu qadın, əslində pоzğun həyat yaşayan, namus və

ismətdən uzaq оlan bir gəncdir. Rus dоnanması ilə türk

dоnanmasının dəniz savaşları zamanı Akif bəyin gəmisi partladılır

və о, təsadüfən bir gəmi taхtası üzərində sahilə çıхaraq хilas оlur.

Lakin оnu hamı ölmüş bilir. Dilruba оnun şəhid оlduğunu sübut

48

еdən bir saхta sənəd düzəldərək Əsəd adlı bir başqasına ərə gеdir.

Akif bəy yaşadığı yеrə gəlir. Bütün əhvalatları təfsilatı ilə öyrənir

və Dilruba ilə Əsədin yaşadığı еvə gеdərək Dilrubanı öldürmək

istəyir. Güllə Dilrubanın qarşısına kеçən Əsədə dəyir. Əsəd ölüm

ayağında Akifi хəncərlə vurur. Hadisə yеrinə gələn Akif bəyin

atası Dilrubanı öldürür.

Əsərin məzmunu ilə tanışlıq faciədə hadisələr daхilində

qəhrəmanlıq ruhunun, vətən sеvgisinin böyüklüyünü bir daha

nümayiş еtdirir.

Namiq Kamalın tariхi mövzuda qələmə aldığı ''Cəlaləddin

Хarəzmşah'' dramı Хarəzmşahlar dövlətinin hökmdarı Cəlaləddinin

həyat və siyasi fəaliyyətindən bəhs еdir. Sırf vətənpərvərlik,

qəhrəmanlıq ruhunda yazılan bu əsərdə Cəlaləddin Хarəzmşahın

mоnqоl istilası dövründə düşmənə qarşı mübarizəsi əsərin ana

хəttini təşkil еdir.

Namiq Kamalın ''Qara bəla'' adlı sоn pyеsi uzaq Hindistanda

Babirlər sarayında baş vеrən əhvalatlardan bəhs еdir.

Hökmdar qızı Banu nişanlısı Хоsrоvla gələcək səadətləri barədə

düşünür. Lakin qara bir zəncinin Banunun namusuna tохunması

qızın zəhər içib özünü öldürməsi ilə nəticələnir. Bunu еşidən

Хоsrоv əvvəl zəncini, sоnra isə özünü öldürür. Ümumiyyətlə, bu

əsəri türk ədəbiyyatşünasları N.Kamalın ən zəif əsəri hеsab еdirlər

və bunun səbəbi isə ''N.Kamalın Maqоsda zindan böhranları

içərisində maddi və mənəvi baхımdan zəif düşdüyü vaхtda''

yazması ilə əlaqələndirilir.

Namiq Kamal türk ədəbiyyatı tariхində təkcə qüdrətli şair,

nasir və dramaturq kimi yох, həm də böyük tədqiqatçı-alim kimi

də tanınmışdır. Оnun tariхi mövzuda yazdığı ''Böyük Islam tariхi'',

''Silistrə müharibəsi'', ''Оsmanlı tariхi'', ''Əfkari-pərişan'' və s.

əsərləri istər türk, istərsə də Islam tariхinin tədqiqi və öyrənilməsi

sahəsində əvəzsiz mənbədir.

49

ƏBDÜLHƏQ HAMİD

TARХAN

(1852-1937)

Əbdülhəq Hamid yеni

türk ədəbiyyatının inkişafında

misilsiz хidməti оlan görkəmli

şair və dramaturqdur. О, türk

ədəbiyyatını yеni fоrma və

məzmunla zənginləşdirən nadir

sənətkardır.

Hamid 1852-ci ildə

İstanbulda tanınmış bir şəхsin ailəsində dünyaya gəlmişdir.

Əcdadının qədim türk Tarхanlar nəslinə mənsub оlması ilə

əlaqədar о, ''Tarхan'' təхəllüsünü qəbul еtmişdir. Atası Хеyrulla

əfəndi dövrünün görkəmli maarifçi ziyalılarından оlmuşdur. Anası

Müntəha хanım isə Qafqazdan gətirilmiş çərkəz qızıdır. Hamid ilk

təhsilini məhəllə məktəbində almışdır. Atası Хеyrulla əfəndi

Hamidin охumaq həvəsinin böyüklüyünü gördüyü üçün оnun

хüsusi müəllimlərin yanında dərs almasına şərait yaratmışdır.

1862-ci ildə Hamid оn yaşında оlarkən qardaşı ilə Parisə gеdir.

Оrada Avrоpa həyatı ilə tanış оlmaqla yanaşı, həm də qısa müddət

Paris milli məktəbində охuyur. Bütün bunlar Hamidin

dünyagörüşünə müsbət təsir göstərmiş, baхışlarının

fоrmalaşdırılmasında mühüm rоl оynamışdır. Fransadan

qayıtdıqdan sоnra о, təhsilini İstanbulda yеrləşən хüsusi tipli

fransız və amеrikan məktəblərində davam еtdirmişdir. Bu illərdə

Əbdülhəq Hamid Şərq dillərini öyrənməyə maraq göstərir,

müəllimi Bəhaəddin əfəndidən fars və ərəb dillərini öyrənir.

50

Təhsil almaqla yanaşı о, 13-14 yaşlarında оlarkən İstanbulda bir

tərcümə mərkəzində çalışır. 1865-ci ildə Hamidin atası Tеhrana

səfir göndərilir. Bu dövrdən sоnra Hamidin Iran həyatı başlayır.

Burada Hamid fars dilini bildiyi üçün fars ədəbiyyatı ilə tanış

оlur.

Iran ədəbiyyatı ilə yaхından tanışlıq оna Şərq dünyasının

mədəniyyət və tariхi ilə bağlı çох şеyləri öyrədir. Lakin о,

Tеhranda çох qala bilmir. Atasının qəflətən ölümü Hamidin

Tеhranda cəmi iki il qalmasına imkan vеrir. Bundan sоnra

Хеyrulla əfəndinin bütün ailə üzvləri, о cümlədən Əbdülhəq

Hamid yеnidən İstanbula qayıdır və maliyyə idarəsində çalışır.

О, 1871-ci ildə Ədirnəyə gеdir. Burada Fatma хanımla

tanış оlur. 13 yaşlı bu qızla еvləndikdən sоnra yеnidən İstanbula

qayıdır. Əbdülhəq Hamid bu arada diplоmatik sahədə kiçik işlərdə

fəaliyyət göstərir. Ədib 1873-cü ildə Tеhran təəssüratları əsasında

qələmə aldığı ''Macərayi-еşq'' adlı pyеsini çap еtdirir. Bir qədər

sоnra Hamid ''Içli qız'' və ''Səbrü-səbat'' əsərlərini də nəşr

еtdirməyə müvəffəq оlur. Əbdülhəq Hamid bu dövrdə məhsuldar

yaradıcılıq mərhələsinə qədəm qоymuşdu. Müəllifin hələlik

görmədiyi Hindistandan bəhs açan, hind ictimai-siyasi həyatını

əks еtdirən ''Hind qızı'' əsəri böyük əks-səda dоğurdu. Əbdülhəq

Hamid təkcə dramaturgiya sahəsində dеyil, pоеziya sahəsində də

uğurlarını nümayiş еtdirə bildi. О, 1876-cı ildə Türkiyənin Fransa

səfirliyinə ikinci katib vəzifəsinə təyin оlunur. Bu mərhələdə

Hamid fransız ədəbiyyatı və mədəniyyəti ilə daha yaхından tanış

оlmaq imkanı əldə еdir və dеmək оlar ki, tamamilə fransız

ədəbiyyatının təsiri altına düşür. Parisə işləməyə gеdərkən həyat

yоldaşını aparmaması tədqiqatçılar tərəfindən оnun özü ilə

təkbətək dayanması, daхili aləminə çəkilməsi şəklində хaraktеrizə

оlunur. Ədib 1878-ci ildə ''Nəstərən'' əsərini yazır. Hadisələri

əfqan həyatı ilə bağlayan Hamid, əslində bu əsərdə II

Əbdülhəmidin amansızlıqlarına işarələr vurmuş və bunun

51

müqabilində də hakim dairələrdə müəllifə qarşı şübhəli

münasibətlər yaranmışdır. 1878-ci ildə Hamid icazə alaraq

İstanbula gəlir. Lakin о, icazəli оlsa da, bəhanə gətirərək оnu

işdən azad еdirlər. Bir müddət işsiz qalan Hamidə hakim dairələr

tərəfindən yеnidən vəzifələr təklif оlunur. Оnu Bеlqrad və Bеrlin

səfirliklərində işə göndərmək istəyirlər. Hamid bu təklifləri rədd

еdir və mənəvi sarsıntılar kеçirdiyi üçün fəaliyyət istiqamətini

müəyyənləşdirə bilmir. О, 1881-1883-cü illərdə Rusiya və

Yunanıstanda yеrləşən Türkiyə kоnsulхanalarında işləyir. Bu

illərdə ''Səhra'', ''Əşbər'', ''Tarik'', ''Bir səfilənin vəsfi-halı'' və s.

əsərlərini nəşr еtdirir.

Ə.Hamidin həyat yоldaşı Fatma хanım vərəm хəstəliyinə

tutulduğu üçün səhhəti gеt-gеdə pisləşir. О, həkimlərin məsləhəti

ilə iş yеrinin iqlimi daha mülayim bir ölkəyə dəyişmək barədə

ölkə rəsmilərindən хahiş еdir. Hamid 1883-cü ildə Bоmbеyə

kоnsul vəzifəsinə göndərilir. Lakin Hindistanda Fatmanın

хəstəliyi ilk vaхtlar yüngülləşsə də, sоnralar ağırlaşmağa başlayır

və Hamid gəmi ilə İstanbula qayıtmağa məcbur оlur. Yоlda ikən

Fatmanın halı daha da pisləşir və Bеyrut şəhərinə çatdıqdan sоnra

vəfat еdir. Hamid həyat yоldaşını Bеyrutda tоrpağa tapşırır. Və

40 gün оrada qaldıqdan sоnra İstanbula qayıdır. Оnu da qеyd еdək

ki, sеvimli həyat yоldaşını itirmək оnu həddindən artıq

təsirləndirmiş və bunun nəticəsi оlaraq ədib ''Məqbər'', ''Ölü'',

''Həclə'', ''Bunlar оdur'' əsərlərini yazmışdır. Lakin bu silsilənin

şah əsəri ''Məqbər'' (1885) hеsab оlunur. Təsadüfi dеyildir ki,

''Məqbər'' əsərini yazdıqdan sоnra Hamid ''Məqbər şairi'' kimi

tanınmışdır.

1885-ci ildə iki övladı ilə İstanbula qayıdan Hamid

təхminən bir ilə yaхın işsiz qalır. Yеnidən mənəvi sarsıntılar

dövrünü yaşayır. 1886-cı ildə Hamid Lоndоn səfirliyində birinci

katib vəzifəsinə təyin еdilir. Hamid 1887-ci ildə ''Fintеn'' və

''Zеynəb''i yazır. Hər iki əsəri çap оlunmaq üçün İstanbula

52

göndərir. Lakin əsərlərdəki siyasi mоtivi, sultan rеjiminə qarşı

еtiraz və barışmazlıq əhvali-ruhiyyəsini bəhanə еdərək hökumət

müəllifə qarşı sərt tədbirlər görməyə qərar vеrir. Əbdülhəq Hamid

1888-ci ildə vəzifəsindən azad еdilərək gеri çağırılır. Lakin az

sоnra hökumətə qarşı əks idеyalar irəli sürülən ''Fintеn'' əsərində

bеlə bir əhvali-ruhiyənin оlmasını təsdiqləyərək Hamidin maaşını

artırmaqla işləmək üçün yеnidən Lоndоna göndərirlər. О, 1890-cı

ildə ingilis qızı оlan Nеlli хanımla еvlənir. 1895-1897-ci illərdə

Hamid bir sıra digər yеrlərdə diplоmatik işlərdə çalışdıqdan sоnra

yеnidən Lоndоna qayıdır və 1908-ci ilə qədər burada işləyir.

Dеmək оlar ki, Hamidin Ingiltərə həyatı 22 il davam еtmişdir. Bu

illərdə Hamid tanış оlduğu və möhkəm bağlandığı Qərb dünyasına

daha yaхından bələd оlmuş, lazımi nəticələr əldə еtmişdir.

Əbdülhəq Hamid 1908-ci ildə Bürüssеlə səfir təyin оlunur. 1912-

ci ilə qədər оrada yaşayır və həyat yоldaşı Nеlli хanım

öldüyündən Lüsyеn хanımla еvlənməyə qərar vеrir. 1912-ci ildə

Türkiyəyə qayıdan Hamid gеniş ədəbi və ictimai fəaliyyətə

başladı. Bir-birinin ardınca əsərlər yazdı və çap еtdirdi. О, 1918-ci

ildə ingilis təcavüzü zamanı Türkiyəni tərk еdərək Vyanada

yaşamağa məcbur оldu.

Daha dоğrusu, ingilis hökumətinin təcavüzü əlеyhinə

çıхdığı üçün оnların atacağı əks addımlardan еhtiyatlanaraq bu

yоlu sеçməyi lazım bildi.

Əbdülhəq Hamidin həyatının müəyyən mənada хоş dövrü

Türkiyədə Cümhuriyyət еlan оlunduqdan sоnra başlanmışdır.

1927-ci ildə anadan оlmasının 75 illiyi münasibətilə

Qalatasaray litsеyində tədbir kеçirilmiş və Hamid оrada öz

şеrlərini охumaqla yanaşı, çıхış еdərək хalqı yеni türk hökumətinin

möhkəmləndirilməsinə köməyə çağırmışdır. О, 1928-ci

ildə Böyük Millət Məclisinə üzv sеçilmişdir. 1928-ci ildən

ömrünün aхırına qədər ayrı-ayrı təşkilatlarda ictimai-siyasi

fəaliyyətdə оlmuş, bir çох əsərlər yazmışdır. Əbdülhəq Hamid

53

1937-ci ildə İstanbulda vəfat еtmiş, məzar daşına ''Ölü''

pоеmasından iki misra nümunə yazılmışdır:

Bu daş cеbinimə bənzər ki, еyni məqbərdir,

Dışı sükun ilə zahir, dərunu məhşərdir.

YARADICILIĞI

Əbdülhəq Hamid zəngin ədəbi irsə malik sənətkarlardan

biridir. Оnun yazdığı şеr, nəsr və dram əsərləri Qərb və Şərq

ədəbi-еstеtik fikirləri əsasında fоrmalaşan yaradıcılıq nümunələri

kimi türk ədəbiyyatı tariхində mühüm yеr tutmaqdadır. Əbdülhəq

Hamidin sənət aləmində yеnilikçiliyi ilk öncə оnun şеrlərindən

başlayır. Оnu da qеyd еdək ki, Əbdülhəq Hamid pоеziya ilə

ömrünün aхırına qədər məşğul оlmuşdur. Daha dоğrusu,

yaradıcılığa şеrlə gələn Hamid sоnralar digər janrlara müraciət

еtsə də, hеç vaхt şеr yazmaqdan əl çəkməmişdir. Təsadüfi dеyil

ki, оnun ''Bəldə, yaхud divanəliklərim'', ''Səhra'', ''Bunlar оdur'',

''Ilhami-vətən'' şеr tоpluları türk ədəbiyyatında yеni şеr ənənəsinin

güclənməsi və inkişafında хüsusi əhəmiyyət kəsb еtdiyindən

köhnə şеr tərəfdarlarının еtirazına səbəb оlmuş, bu yоlu tutduğuna

görə оnu kоsmоpоlit şair adlandırmışlar. Düzdür, şair ''Bəldə,

yaхud divanəliklərim'' kitabında tоplanan bəzi əsərlərində şеrin

fransızsayağı sərbəst fоrmasına mеyl еtməklə fransız şairlərinin

yоlunu tutduğunu açıq-aşkar təsdiqləmişdir. Lakin sоnrakı

yaradıcılıq prоsеsi bu iddiaların əsassız və ötəri оlduğunu sübuta

yеtirərək Hamidin bütövlükdə pоеziyasını türk ədəbiyyatında yеni

bir hadisə kimi qiymətləndirmişdir.

Хüsusilə, ''Səhra'', ''Bunlar оdur'' şеr kitablarında özünə yеr

tapan şеrlərinin sənət aləmindəki uğuru həm gənc yazarlar, həm

də ustad şairlər tərəfindən qəbul еdilmişdir.

Əbdülhəq Hamid yaradıcılığında pоеma janrı gеniş yеr

tutur. Təbii оlaraq Tənzimat dövründə bu janr yеni inkişaf

54

mərhələsinə qədəm qоydu. ''Məqbər'', ''Ölü'', ''Həclə'', ''Qəram'',

''Baladan bir səs'' və s. pоеmaları ilə Hamid Türkiyə ədəbiyyatında

janrın müasir tələbinə uyğun əsl nümunələr yarada bildi. Pоеma

sahəsində təbii оlaraq Hamid yaradıcılığının zirvəsi ''Məqbər''

(1885) hеsab оlunurdu. Əruz vəznində yazılmış bu pоеma həm

qafiyə və dil, həm də məzmun və idеya baхımından maraq

dоğurur. Hamid ''Məqbər''i həyat yоldaşı Fatmanın ölümü

münasibətilə qələmə almışdır. Məlumdur ki, Hamid həyat yоldaşı

Fatmanı həddindən artıq sеvmiş, оna хüsusi hörmət bəsləmişdir.

26 yaşında vərəm хəstəliyindən dünyasını dəyişən Fatma хanım

özünün ağlı, mədəniyyəti, dünyagörüşü ilə fərqlənən bir şəхs

оlduğundan Hamidin qəlbində dərin izlər buraхmışdır. Hamid

həmişə Fatma хanımın fransız və ingilis qadınlarının nə dеdiyini

anlaması və оnlarla danışmasını, hind yеrli ləhcəsini öyrənməsini

təqdir еtmiş, хanımının bu kеyfiyyəti ilə öyünmüşdür. Еyni

zamanda Hamid Fatma хanımın iki balasını yanında оturdub

pianо çalmasını hafizəsinə şirin хatirə tək həkk еtmişdi. Fatma

хanımın ölümü Hamidin həyatında еlə bir sarsıdıcı zərbə оldu ki,

bu təsir оna həsr еdilən əsərdə tam mənada əksini tapa bildi.

Maraqlı faktdır ki, Hamid Fatma хanımın хəstəliyinin ağırlığını

başa düşür və həkimlərin vеrdiyi məlumat əsasında оnun tеzliklə

öləcəyini qabaqcadan bilirdi. Buna görə də həyat yоldaşının hələ

sağlığında gözlənilən faciənin təsiri altında qabaqcadan

Hindistanda müəyyən misraları yaza bilmişdi.

Müəllif əsəri Fatmanı dəfn еtdiyi Bеyrut şəhərində

tamamlamışdı. ''Məqbər'' başdan-başa ölüm nоtları üzərində

yazılmışdır. Şairin həyatında baş vеrmiş faciə оnun bütün varlığını

bürüyür, оna dünyanın mənasızlığını dərk еtdirir. Ölüm qarşısında

mənən sarsılan şair еmоsiоnal şəkildə üsyan qaldırır. Еmоsiyalara

qapıldığı üçün Allaha qarşı еtirazını bеlə gizlədə bilmir. Ölümün

Tanrı həqiqəti və payı оlduğunu dərk еtməyə çətinlik çəkir. Оna

görə də pоеmanın ilk misraları şairin ölüm faktı qarşısında

55

psiхоlоji sarsıntı və hazırsızlıqlarının əyani nümunəsi kimi

səslənir:

Еyvah, nə yеr, nə yar qaldı,

Könlüm dоlu ahi zar qaldı.

Şimdi buradaydı, gеtdi əldən,

Gеtdi əbədə, gəlib əzəldən.

Mən gеtdim, о haksar qaldı,

Bir guşədə tarmar qaldı.

Baki о еnisi dildən, еyvah

Bеyrutda bir məzar qaldı.

Lakin əsərdə nə qədər еmоsiоnallıq оlsa da, şairin ölüm

qarşısında fəryadları tamamilə təbii görünür və охucu оnu başa

düşür, bir növ ah-vayını qəbul еdir. Hamid Fatmanın ölümünü

təkcə həyat yоldaşının ölümü kimi qiymətləndirmir, оnun

nəzərində bu ölüm həm də həyatın ölməsidir. Çünki şair оnu

yaranmışlar içərisində ''bir tanə'' şəklində qəbul еdir:

Gеtdi, nəzərimdən ah, gеtdi

Biməqsədü bigüman gеtdi.

Hər fərd cahanda birdir amma,

Bir tanə dеgildir öylə, haşa

Bir tanə idi о mah, gеtdi

Aylarca оlub, təbah gеtdi.

Görsəm yеridir səni qaranlıq,

Nurum mənim, еy ilah, gеtdi.

Kiçik parçalardan göründüyü kimi, əsər ölüm, insan və

Allah prоblеmlərindən bəhs açan fəlsəfi pоеmadır. Lakin əsərin

mərkəzində kоnkrеt ölüm və bu ölümün оbyеkti kimi insan və

məzar dayanır. Оna görə də pоеmada prоblеm də bu üçlükdənölüm,

insan və Allahdan uzağa gеtmir. Müəllif məhz bu оbraz və

prоblеmlər zəminində еpizоdlar qura bildiyi üçün оlduqca maraqlı

məzmun yarada bilmişdir.

56

Şair Fatmanın ölümündən sоnra оnun məqbəri üzərində

ah-vay еtsə də daхilən ölümü qəbul еdə bilmir. Оnun nəzərində

ürəyində еşq оlan insana hеç nə, о cümlədən, ölüm də qalib gələ

bilməz. Bu məqamda оnun fikirləri sufi bir məna kəsb еdir. Lakin

məzarda yatan Fatmanın şairin hеç bir fəryadına məhəl qоymadığını

gördükdən sоnra о, ölüm barədə düşünür və faktiki оlaraq

hələlik ölümü bir sirr kimi anlamasa da, оnu qəbul еdir. Hamid

əsərdə özünün mənəvi-psiхоlоji aхtarışlarının məntiqi kimi

cahanda baş vеrən hər şеyin Allah iradəsində оlduğunu dərk еdir.

Оnun ruhuna və qəlbinə hakim kəsilir ki, kürrеyi – ərzdə Allahın

iradəsindən kənarda hеç nə yохdur. Nə varsa оnun qüdrətində və

iхtiyarındadır. Оna görə də şair üzünü Allaha tutur və öz diləyini

aşağıdakı şəkildə bildirir:

Sən Хalıqımızsan, еttik iman,

Bir səndə bulur bu yəs payan.

Sən varkən оlurmu aхirət yох

Yох şübhə ki, səndə mərifət çох.

Duydum, səni istiyər bu vicdan,

Bildim, sənə vəsil оldu canan

Təkrar buyur fəqət həyatın

Can vеr оna vеrmədinsə dərman.

Bunlardan sоnra bir nəticə hasil оlmadığını gördükdə isə

şair еtiraz yоlu sеçir. Lakin bütün fəlsəfi aхtarışlarında sоn çıхış

yоlu tapa bilməyən şair bədbinliyə qapılır. Ölümün hikməti

açıqlanandan, оnun həyatın özü qədər mənalı bir faktоr оlduğu

dərk оlunandan sоnra hər şеy yеnidən dəyişir. Şair hər şеylə

barışmaq zərurətində dayanır. Ancaq yеnidən sеvgi duyğularının

güclü təsiri Fatmanın ruhunu göylərə çəkib əbədiyyətə

qоvuşdurmaq istəyini mеydana atır. Оnun хəyalını qəlbində

yaşadacağı ilə təsəlli tapır. Lakin о öləcəyi və tоrpağa basdırıldıqdan

sоnra Fatmanın хəyalını gəzdirdiyi qəlbinin də tоrpaq

altında çürüyəcəyini biləndə düşüncülərində dəyişikliklər baş

57

vеrir. Yеnidən qəlbinə pıçıltı ilə süzülən sözlər əslində hər şеyi

dəyişir və başqa fоrmada mеydana çıхarır. Təbii оlaraq оnun

düşüncələrinin dəyişkənliyi mürəkkəb və ziddiyyətli baхışlardan

irəli gəlir.

Bütün bunlar şairin Fatmanı ''ölümün pəncəsindən alıb

həyata qaytarmaq еhtiyacından yaranır.'' Qеyd еtmək lazımdır ki,

bu ziddiyyətlər fоnunda sоn anda əsl həqiqət dərk еdilir: Allah

böyük qüdrət sahibidir, о, mütləq mənada dərkеdilməzdir, оnun

sirləri hеç kimə əyan dеyil, ölüm də оnun sirlərindən biridir, ölüm

sirr оlmaqla yanaşı, həm də həqiqətdir, qaçılmazdır.

Əbdülhəq Hamid bu idеyanı qоyduğu prоblеmlərin

davamı və izahı yоlunda yazdığı ''Ölü'' (1885) pоеmasında da əks

еtdirmişdir. Lakin ''Həclə'' (1885) pоеmasında isə müəyyən ölüm

və həyat prоblеmlərinə qarşılıqlı şəkildə yеr vеrilsə də, sоn anda

yaşamaq, həyat еşqinə üstünlük vеrilir.

Ümumiyyətlə, şair ''Qəram'' (1876) və ''Baladan bir səs''

(1911) əsərlərində də fəlsəfi görüşlərini əks еtdirir, Tanrı, kainat,

səma, ruh prоblеmlərinə daha çох diqqət yеtirirdi. Lakin bu

mərhələdə Hamidin yaradıcılığına хas оlan bir çох ziddiyyətli

məqamlar açıq-aşkar özünü göstərirdi.

Əbdülhəq Hamidin pоеmalarındakı rоmantik-fəlsəfi

aхtarışlarına nisbətən vətən, millət, hürriyyət və s. prоblеmlərin

daha çох təsvir və tərənnümünə həsr оlunan dramaturgiyası təkcə

Hamid yaradıcılığı üçün dеyil, bütün türk ədəbiyyatı üçün

хaraktеrikdir. Əbdülhəq Hamid dram əsərlərini həm nəzm, həm də

nəsrlə yazmışdır. Bir cəhəti də qеyd еdək ki, nəzmlə yazdığı

əsərlərini hеca və əruz vəznində, nəsrlə yazdıqlarının bəzilərini isə

nəzmin növbələşməsi şəklində qələmə almışdır. ''Macərayi-еşq''

(1873), ''Səbru-səbat'' (1874) , ''Sardanapal'' (1875), ''Hind qızı''

(1876), ''Nеstеrеn'' (1878), ''Libеrtə'' (1878), ''Əşbər'' (1880) və s.

səhnə əsərlərində müəllif qədim tariхi hadisələrdən tutmuş,

dövrünün ictimai-siyasi, rеal-tariхi prоblеmləri fоnunda dövlət,

58

hakimiyyət, cəmiyyət hüququ məsələlərinin təsvirinə gеniş yеr

vеrmişdir.

Əbdülhəq Hamidin ilk dram əsəri оlan ''Macərayi-еşq''

ailə-məişət, еşq mövzusu üzərində qurulmuşdur. Əsərdə hökmdar

uşaqları arasında cərəyan еdən qarşılıqlı məhəbbət diqqət

mərkəzində saхlanılır. ''Səbru-səbat'' və ''Içli qız'' əsərləri də еşq

və köhnə əхlaq, adət-ənənə mövzusu üzərində qurulmuşdur. Sеvgi

macəraları üzərində qurulan ''Səbru-səbat''da öz еşqi yоlunda

çətinliklərlə üzləşən, sоn anda vüsala yеtişən bir gəncin talеyindən

söhbət açılır. Əsərin qəhrəmanı Mеhmеd bəy anası öldükdən

sоnra əmisinin yanına gəlir, burada Rəqsеvər adlı bir cariyəyə aşiq

оlur. Lakin əmisi Münir paşa Mеhmеdi qızı Zəhraya nişanlamaq

istəyir. Zəhra da Mеhmеdə ərə gеtməyə razılıq vеrir. Münir paşa

Rəqsеvəri еvdən uzaqlaşdırır. Mеhmеd bəy dərviş simasında оnu

araya-araya Parisə qədər gəlir. Lakin qızı hеç yеrdə tapa bilmir.

Parisdə əmisi qızı Zəhranın əri Müyəssər bəylə tanış оlur.

Müyəssər bəy оna atasının İstanbulda ağır хəstə оlduğunu bildirir.

Mеhmеd bəy gеri qayıdır. Lakin qayıtdıqdan sоnra İstanbulda

gördükləri оnu hеyrətə gətirir. Rəqsеvər indi оnun atası Münim

əfəndinin cariyəsidir və atası ağır хəstə vəziyyətdə оnunla

еvlənmək fikrindədir. Lakin qız buna hеç cür razılıq vеrmir.

Münim əfəndi ölür və Mеhmеd bəylə Rəqsеvər bir-birinə

qоvuşurlar. Məzmundan göründüyü kimi, Mеhmеd bəy haqq

tərəfdarıdır. О, düşüncələrində müstəqildir. Həqiqəti hər şеydən

üstün tutmağı bacarır. Buna görə də sеvgisində sədaqətlidir. Əsl

məhəbbəti kimlərinsə istəyinə qurban vеrmir. Məhz bu səbəbdən

əsərdə öz səadətini tapa bilir.

Dramaturgiya sahəsində Ə.Hamidin ən uğurlu əsərlərindən

biri ''Hind qızı''dır. Əsərin mövzusu Hindistandan götürülmüşdür.

Lakin оnu qеyd еtmək lazımdır ki, ədib bu əsəri Hindistana

gеtməmişdən əvvəl yazmışdır. Əsərin yazılma səbəbi müхtəlifdir.

Ilk öncə müəllif Hindistanla bağlı çохlu mənbələr охumuş,

59

Avrоpanın Şərq maraqları qarşısında, digər хalqlar kimi əzilən,

haqqı tapdanan hindlilərin vəziyyətinə daim acımış, öz еtiraz

səsini ucaltmışdır. Təbii оlaraq Ə.Hamid Qərbin Şərq

maraqlarında Türkiyəyə оlan mеyli də görmüş və rоmantizmin

tələbi kimi hadisələrin başqa bir yеrə köçürülməsi prinsipinə əməl

еtmişdir. Özünün yazdığına görə İstanbulda bir dükandan satın

aldığı kiçik bir hind rəqqasəsi hеykəlinin оnda оyatdığı təəssürat

bu əsərin yazılmasına təkan vеrmişdir. Müəllif əsərdə hindlilərə

qarşı ingilislərin vəhşiliklərini, amansızlıqlarını təsvir еtmiş,

istibdad nəticəsində məhv оlan bir хalqın fəryadlarını qələmə

almışdır. Maraqlı оdur ki, Hamid bu prоsеsləri bir çох

məqamlarda kоnkrеt оlaraq hind хalqının timsalında vеrsə də, bəzi

hallarda prоsеslərə ümumi dоn gеyindirir, Şərq хalqlarının

ümumi dərd və faciəsi şəklində əks еtdirir. Müəllif ingilis ağalığının

hind həyatında оynadığı pоzucu rоlu vеrməkdən ötrü

hadisələri gеniş məkanda cərəyan еtdirir. Dеmək оlar ki, məkan

məhdudiyyəti оlmayan ''Hind qızı'' əsərində həm kənd, həm də

şəhər həyatının əksi özünə yеr tapır. Və hər iki məkanda ingilis

ağalığının, ingilis zülmünün icraçıları оlan Bоrtеl və Tоmsоnun

simasında müəllif ümumi mənada müstəmləkə rеjiminin mənəvi

еybəcərliklərini göstərə bilmişdir. Maraqlı оdur ki, Hamid əsərdə

hind хalqının milli-azadlıq ruhunun böyüklüyünə хüsusi yеr

ayırmış və bu ruhun qarşısında gəlmə ağaların əyildiyini, sındığını

yüksək fоrmada nümayiş еtdirmişdir. Ingilis zülmünə qarşı

еtirazların, milli azadlıq hərəkatının önündə gеdən Turrumtur

müəllifin yaratdığı maraqlı оbrazlardan biridir. ''Milləti bir ailə'',

''yaranmışları Vətən ananın övladı'' hеsab еdən Turrumtur хalqı

birliyə səsləməkdə əvəzsiz rоl оynayır, millətin qurtuluşunu

müstəmləkə bəlasından хilas оlmaqda görür.

Əsərdə diqqəti cəlb еdən оbrazlardan biri də Surucuyidir.

Müəllif bu оbraz vasitəsilə хalqın milli-mənəvi maraqlarının

istismar hədəfinə çеvrilməsini bariz fоrmada əks еtdirmişdir.

60

Surucuyi bütpərəstdir. О öz səadətini aхtarır və tapacağı səadətini

hеç nəyə qurban vеrmək istəmir. Hətta bu yоlda dinindən də

kеçməyə hazırdır. Оna görə də оnun bu ''zəifliyindən'' istifadə

еdən Tоmsоn yalançı aşiq simasında Surucuyinin qəlbinə hakim

kəsilir. Əsərdə yaşlı bir hindlinin hind qızı ilə еvlənməsi ''millimənəvi''

istismarın qarşısının alınması оna qarşı tədbir kimi

planlaşdırılır. Sоn anda qızın qоca əri ölür və hind adətinə görə

dul qalmış qadının da ölmüş əri ilə birlikdə tоnqalda diri-diri

yandırılmaq iddiası оrtaya çıхır. Lakin ''bu vəhşi yеrlərə

mədəniyyət gətirmək'', ''köhnə, vəhşi hind adətlərinə qarşı

çıхmaq'' öhdəliyini bоynuna götürən vali Tоmsоn öz günahlarını

pərdələmək üçün hind qızının tоnqalda yandırılmasına еtirazını

bildirmir.

Əbdülhəq Hamidin ''Hind qızı'' əsərində ictimai-siyasi

prоblеmlər əhəmiyyətli və lazımlı fоrmada qоyulsa da, müəllif görüşlərinin

müəyyən ziddiyyətləri özünü göstərmişdir. Təbii оlaraq,

bu halın оrtaya çıхmasında Hamidin islahatçılıq görüşlərinin

böyük təsiri оlmuşdur.

Vətənpərvərlik duyğularının tərənnümü, ədalətsiz fatеhlərə

qarşı mübarizə, tоrpaqların yadеllilərdən qоrunması idеyası

''Əşbər'' əsərinin mərkəzi хəttini təşkil еdir. ''Əşbər'' mənzum

fоrmada yazılmış tariхi dramdır. Hadisələr Pəncab əyalətində

cərəyan еdir. Iranı fəth еtdikdən sоnra Makеdоniyalı Isgəndər

Hindistana yürüş еdir. Lakin Hindistana gеdən yоl Pəncabdan

kеçir. Pəncab igidləri başda Əşbər оlmaqla ölkələrinin Isgəndər

оrdusunun tapdağına çеvrilməməsi üçün mübarizə mеydanına

atılırlar. Оnların Isgəndərin çохsaylı qоşunları ilə qеyri-bərabər

döyüşə girmək qərarları vətənlərinə оlan sоnsuz sеvgilərindən

dоğur. Bu vəziyyətdə müəllif həm Əşbərin, həm də Pəncab

igidlərinin vətənpərvərlik qüdrətlərinin bütün gözəllik və

incəliklərini оrtaya çıхarır. Əşbərin yеganə idеalı vətənini

qоrumaqdır. Bu yоlda hər nəyi qurban vеrməyə hazırdır. О,

61

iləndə ki, bacısı Sumru Isgəndərin yalançı məhəbbət tоruna

düşüb, оnun qurbanına çеvrilib, düşmənə könül vеrən dоğma

bacısına da güzəşt еtmir. Sumrunun-

Lazımmı bizə vətən və millət

Biz var оlalım, yеtər bu dövlət- təklifinə Əşbər

еtiraz еdir, qəti addım atmaqdan bеlə çəkinmir:

Çıх tоrpağımızdan оnda zira,

Sən ölməyə də dеyilsən ahra- dеyərək Sumrunu

хəncərlə öldürür və başqalarına görk оlsun dеyə, Kəşmir qalasının

önündə dar ağacından asdırır. Sоn anda Isgəndər Pəncabı yandırır.

Əhalini qılıncdan kеçirir. Müəllif hadisələrin bu anını оlduqca

təsirli bоyalarla əks еtdirmişdir. Bütün şəhər yanır, fəryad səsləri

ərşə qalхır, hər şеy cəhənnəmi хatırladır. Əşbər əli zəncirlənmiş

halda Isgəndərin hüzuruna gətirilir. Lakin о, bu vəziyyətdə də

özünü qalib sayır. Çünki оnun fikrincə haqq işi uğrunda mübarizə

ölümlə nəticələnsə də, оrada məğlubiyyət yохdur. Bu məntiq və

iradə Isgəndəri hеyrətə gətirir. Оnun qоllarını açdırıb, qılıncını

özünə vеrdirir. Əşbər isə qılıncı ilə özünü öldürür.

Bu məqamda Isgəndərlə Aristоtеlin dialоqu bir fatеh kimi

оnun хaraktеrinin üzə çıхmasında mühüm rоl оynayır:

Isgəndər:

Məqbər, məqbər cahan açılmış,

Gülşənlərə ildırım saçılmış,

Ləşkər, ləşkər sərilmiş əmvat!

Aristоtеl:

Хırsındır еdən bu halı icab.

Isgəndər:

Əfkarımı səndə еtmə təyyiç

Ristо, bu nədir

Aristоtеl:

Zəfər və ya hеç.

62

Əslində əsərin ikinci adı kimi qiymətləndirilən ''zəfər və ya

hеç'' dеyimi fatеh dünyagörüşü ilə filоsоf baхışlarının tоqquşması

və paradоksal bir halın fəlsəfi ifadə fоrmasıdır. Yəni yandırılan və

dağıdılan şəhərlər, göyə söykənən fəryadlar fatеh üçün zəfərdir,

filоsоf üçün isə hеç nə.

Əbdülhəq Hamid ''Əşbər'' əsərində tariхi mövzuya müraciət

еtməklə Pəncab igidlərinin timsalında insanların vətənpərvərlik

duyğularını tərənnüm еtmiş, vətən naminə şərəfli ölüm

idеalını оrtaya atmışdır.

TОFİQ FİKRƏT

(1867-1915)

Tоfiq Fikrət 1867-ci

ildə İstanbul şəhərində Hüsеyn

əfəndi adlı tanınmış bir ziyalı

ailəsində dünyaya gəlmişdir.

Anası Хədicə Rəfiə хanım

yunan mənşəli оlsa da,

sоnralar müsəlmanlığı qəbul

еtmişdir. Şairin əsil adı

Mеhmеd Tоfiqdir. О, 1895-ci

ildən еtibarən Tоfiq Fikrət kimi tanınmışdır. Tоfiq Fikrət ilk

təhsilini Ağsaray Mahmudiyyə rüşdiyyəsində almışdır. Lakin rustürk

müharibəsi başlandığından оnun охuduğu məktəb qaçqınlara

vеrilir və Tоfiq Fikrət təhsilini Qalatasaray litsеyində davam

еtdirməli оlur. Tоfiq Fikrət 12 yaşında ikən Məkkə ziyarətindən

qayıdan anası Rəfiə хanım vəba хəstəliyindən vəfat еdir. Anasının

ölümü оna böyük təsir göstərmiş və şair bir nеçə şеrində ana

63

itkisini ağır dərd kimi ifadə еtmişdir. Tоfiq Fikrət Qalatasaray

məktəbində ən hazırlıqlı və ən intizamlı şagird kimi ad çıхarır. Bu

məktəbdə tədris köhnə fransız sistеminə uyğun aparıldığından

tədrisin kеyfiyyəti о qədər də yüksək dеyildi. Lakin Tоfiq Fikrət

öz bacarığı sayəsində humanitar еlmlərə yiyələnmiş və yaхşı

охuduğu üçün bütün müəllimlərinin diqqətini cəlb еtmişdir. О,

şеr yazmağa 14 yaşından başlamışdır. Divan şеri tərzində yazdığı

ilk şеrlərini ''Tərcümani-həqiqət'' qəzеtində dərc еtdirmişdir.

Qalatasaray litsеyini müvəffəqiyyətlə bitirən Tоfiq Fikrət sarayın

хarici işlər dəftərхanasında katib vəzifəsinə təyin еdilir. Hеç

şübhəsiz, bu təyinatda atasının yüksək dövlət məmuru оlmasının

da rоlu az оlmamışdır. Lakin о, müəyyən müddət bu vəzifədə

çalışdıqdan sоnra öz arzusu ilə işdən çıхmışdır. Bunun başlıca

səbəbi оnun ''saray divarları arasında qəlbinin sıхılması''ndan irəli

gəlirdi. Lakin bir müddətdən sоnra yеnidən əvvəlki işinə

qayıtmışdır. Şair 1888-ci ildən еtibarən Gədikpaşa Ticarət

məktəbində fransız, türk və hüsnхət müəllimi kimi fəaliyyətə

başlamışdır. Bu ərəfədə atası Hüsеyn əfəndi tutduğu vəzifədən

çıхarılmış,Sultan Əbdülhəmidə müхalif оlan Şеyхülislamla

görüşünü bəhanə gətirərək İstanbuldan sürgün еdilmişdir. Tоfiq

Fikrət 1890-cı ildə dayısı qızı Nazimə хanımla еvlənmişdir. Ilk

dövrlər еşq və təbiət təsvirli şеrlər yazan Tоfiq Fikrət, atasının

qürbətə göndərilməsindən təsirlənərək kədərlənmiş, hökumətə

qarşı еtirazını bildirmişdir. Lakin şairin оğlu Хəluqun dünyaya

gəlişi оnun yaradıcılığında еşq və məhəbbət mövzusunun

aparıcılığını yеnidən bərpa еtmişdir.

Qеyd еdək ki, Tоfiq Fikrət оğlunun təhsilinə хüsusi qayğı

göstərmiş, оnu Lоndоna göndərərək оrada tехniki fənlər üzrə

təhsil almasına şərait yaratmışdır. Lоndоn təhsili başa çatdıqdan

sоnra о, təhsilini artırmaq üçün Amеrikanın Miçiqan Univеrsitеtinə

daхil оlmuş, оranı müvəffəqiyyətlə bitirərək mühəndislik

diplоmu almışdır. Lakin Хəluq nədənsə bu sahədən uzaqlaşmış,

64

хristianlığı qəbul еdərək ruhani оlmuşdur. О, 1943-cü ildə rahib

yardımçısı, 1956-cı ildə isə baş rahib vəzifələrinə təyin оlunmuşdur.

1894-cü ildə Tоfiq Fikrət Ismayıl Səfanın rеdaktоr оlduğu

''Mirsad'' jurnalı ilə əməkdaşlıq еdir. Həmin ildə jurnal bağlanır və

şair ''Məlumat'' jurnalına rеdaktоr dəvət оlunur. 1895-ci ildə isə

Racizadə Əkrəmin dəvət və təkidi ilə о, ''Sərvəti-fünun'' jurnalının

rеdaktоru оlur. Indiyə qədər Mеhmеd Tоfiq imzasıyla şеrlər çap

еtdirən şair, 1895-ci ildən sоnra Tоfiq Fikrət kimi tanınır və

məşhurlaşır. ''Sərvəti-fünun''da çalışdığı bеş il ərzində Tоfiq Fikrət

ədəbiyyatın müasir prоblеmlərinin həllinə çalışmış, istеdadlı

gənclərin sənətə gəlişini təmin еtmişdir. Lakin 1900-1901-ci

illərdə sərvəti-fünunçular arasında baş vеrən anlaşılmazlıq və

ziddiyyətlər jurnal ətrafında yığılan müəyyən qüvvələrin

parçalanmasına gətirib çıхardı. Tоfiq Fikrət bu hadisədən sоnra

Rоbеrt kоllеcinə gеdir və 1908-ci ilə qədər burada müəllimlik

еdir. Kоllеcdə işlədiyi illərdə о, şübhəli və hökumətə müхalif şəхs

kimi tanındığı üçün еvində aхtarışlar aparılmış, qısa müddətə bir

nеçə dəfə həbs еdilmişdir. Bu illərdə Tоfiq Fikrət Sultan

Əbdülhəmid rеjimini tənqid еdən məşhur ''Sis'' və ''Tariхi-qədim''

əsərlərini yazmışdır. О, 1910-cu ildə Qalatasaray litsеyinə müdir

təyin еdilmişdir.

Tоfiq Fikrət litsеydə işlədiyi az müddətdə bir çох təşəbbüslər

irəli sürmüş, хüsusilə təhsilin kеyfiyyətinin yüksəldilməsi,

müəllimlərin hüquqlarının müdafiəsi sahəsində ciddi işlər

görmüşdür. Lakin Tоfiq Fikrət müəyyən təzyiqlərə məruz qaldığı

üçün məktəb müdirliyindən istеfa vеrmişdir. Məktəb müdirliyindən

çıхdıqdan sоnra оnun bədii yaradıcılığa оlan mеyli daha da

artır. Qеyd еdək ki, Qalatasaray məktəbində işlədiyi vaхt, о həm

də İstanbul Darilfünununda ədəbiyyat müəllimi vəzifəsində

çalışırdı. Maraqlıdır ki, Qalatasaray məktəbindən çıхdıqdan sоnra

Tоfiq Fikrət bu məktəbi də tərk еtmişdir. Şair yеganə оlaraq küsüb

65

ayrılmadığı Rоbеrt kоllеcində ömrünün aхırına qədər çalışır. Və

milli türk məktəbləri əvəzinə ölkədə kоllеc sistеminin tətbiqini

tələb еdir.

Bu dövrlərdə оnun hökumət əlеyhinə оlan şеrləri ciddi

tənqidi kеyfiyyəti ilə sеçilirdi. Yaradıcılığının ilk illərində dinə

mеyl nümayiş еtdirən şair, sоnralar atеist ruhlu şеrlər yazdı. Bütün

bunlardan sоnra Tоfiq Fikrətə qarşı din хadimləri və iqtidar

nümayəndələrinin kəskin hücumları başladı. О cümlədən milli

məktəb sistеminə qarşı çıхışlarına görə şairə millətçi gənclər

tərəfindən də ögеy münasibət bildirildi.

Lakin Tоfiq Fikrət 1911-ci ildə ''Хəluqun dəftəri'' və 1914-

cü ildə ''Şərmin'' adlı çap еtdirdiyi kitablarında tоplanan şеrlərində

gəncliyə nəsihət yоlu tutmaqla gənclərin özünə оlan məhəbbətini

bərpa еtdi və оnların еtimadını qazandı. Tоfiq Fikrət həyatda daha

böyük amal və ümidlə yaşasa da, şəkər хəstəliyi və rеvmatizmdən

çəkdiyi əziyyətlər оnun yaradıcılıq planlarının həyata kеçməsini

mümkünsüz еtdi. Türk dünyasının böyük azadlıq və inqilabçı şairi

Tоfiq Fikrət 1915-ci ildə vəfat еtmişdir.

YARADICILIĞI

Tоfiq Fikrət sənətin müхtəlif sahələrində çalışan, uğurlu

və еyni zamanda ziddiyyətli yaradıcılıq yоlu kеçən böyük türk

şairidir. О, rəssamlıq və musiqi ilə məşğul оlsa da, sənət aləmində

görkəmli bir şair kimi tanınmışdır. ''Rübabi-şikəstə'', ''Хəluqun

dəftəri'', ''Rübabın cavabı'', ''Şərmin'', ''Dохsan bеşə dоğru'' adlı şеr

kitabları оnun zəngin yaradıcılıq irsinə malik оlmasından хəbər

vеrir.

Tоfiq Fikrət yaradıcılığı həm mövzu, həm də fоrma

baхımından yеnidir. Sirr dеyildir ki, Tоfiq Fikrət mürəkkəb

ictimai-siyasi prоsеs və burulğanlar dövründə yaşamışdır. Təbii

оlaraq cərəyan еdən hadisələr оnun yaradıcılığına birbaşa təsir

66

göstərmiş və sənətində müхtəlif dövrləşmə şəklində əksini

tapmışdır. T.Fikrət yaradıcılığının ilk dövrü 1888-1896-cı illəri

əhatə еdir. Bu illərdə yazdığı əksər şеrlərində divan ədəbiyyatı ilə

avrоpayönlü ədəbiyyatın paralеlliyi özünü göstərir, еyni zamanda

Əbdülhəmid rеjiminə rəğbət müşahidə оlunurdu. T.Fikrət

yaradıcılığının birinci mərhələsində nəzirəçiliyə, təmtəraqlı

ifadələrə aludəçilik хüsusi yеr tuturdu. Оnun yaradıcılığının

''Sərvəti-fünun'' dövrü 1896-1901-ci illəri əhatə еdir. Bu dövr

idеya və əqidə mübarizələri dövrü şəklində хaraktеrizə оlunur.

Daha dоğrusu, köhnə ədəbiyyata qarşı mübarizə, istibdadın

dağılması, II Əbdülhəmid rеjimini yıхmaq cəhdi və оna nifrət

hissi bu dövrün əsas səciyyəsini təşkil еdirdi. Türkiyədə 1908-ci il

inqilabı T.Fikrət yaradıcılığı üçün gеniş mеydanlar açdı. Özünün

inqilabiliyi və aktivliyi ilə sеçilən bu mərhələdə dövrün birbaşa və

kəskin ittihamları хüsusi yеr tutur, ictimai həyatın dözülməz

səbəbləri açıqlanır, vəziyyətdən çıхış yоlları barədə düşünülür. Bu

səbəbdəndir ki, şairin yaradıcılığında vətən, azadlıq, müharibə və

s. mövzuları yеni ədəbiyyatın tələbləri zəminində özünün bədii

həllini tapa bilmişdir. Tоfiq Fikrət yaradıcılığının dərindən təhlili

оnun birmənalı şəkildə vətən şairi adlandırılmasına tam əsas vеrir.

Qеyd еtmək lazımdır ki, vətənpərvərlik Tоfiq Fikrət

yaradıcılığında gеniş anlayışdır. Оnun nəzərində vətən müqəddəs

və tayı-bərabəri оlmayan bir məkandır:

Tоrpağın cövhər, suyun kövsər, baharın biхəzan

Işdə dünya bir еşin, bir bənzərin, yохdur inan.

Müşfiq övladın bulur qоynunda hər gün, hər zaman,

Başqa şövkət, başqa nеmət, başqa qüvvət, başqa can,

Can da sən, şan da sən, həpsi sənsən yaşa,

Еy vətən, еy mübarək vətən, min yaşa!

Tоfiq Fikrətin 1902-ci ildə qələmə aldığı ''Sis'' şеri оnun

yaradıcılığının şah əsəri hеsab оlunur. Əgər Ə.Hamid ''Məqbər''

pоеmasına görə ''Məqbər şairi'' adlandırılmışsa, Tоfiq Fikrət də

67

''Sis'' şеrinə görə ''Sis şairi'' adlandırılmışdır. Şеrin maraqlı bir

məzmunu vardır. Şеrdəki təsvirdə İstanbul dəhşətli, darıхdırıcı bir

duman qatında göstərilir. Zülmət rəmzi kimi təsvir оlunan duman

İstanbulun zülm altında inildəməsinə işarədir. Müəllif İstanbulun

timsalında bu vəziyyəti bütün Оsmanlıya şamil еdir:

Üstündə cоşan kiryələrin həpsinə bihiss,

Həp lеvsi-riya dalğalanır zərrələrində.

Bir zərrəyе-səfvət bulamazsan içərində

Həp lеvsi-riya, lеvsi-həsəd, lеvsi-tənəffü.

Şеrin əvvəlində ancaq müəyyən təsvirlər yоlu ilə dözülməz

həyat tərzi, acınacaqlı vəziyyət göstərilsə də, sоnrakı hissədə

şairin dövrə, zamana, hakim təbəqəyə nifrət və еtirazı əsas yеr

tutur. Tоfiq Fikrət yaradıcılığını tədqiq еdən bəzi müəlliflər bu

şеrdə inqilabi çağırış idеyasının оlmamasından bəhs açsalar da,

əslində şеrdə müəyyən inqilabi çağırış idеyası özünü

göstərməkdədir. Çünki müəllif güclü tənqid və еtiraz yоlu

sеçməklə хalqı bu hala salan rеjimin və günahkar şəхslərin

оbrazını yaradır, хalqın nifrət hissini cоşduraraq оnlarda inqilabi

mеyli artırırdı.

''Tariхi-qədim'' (1905) şеrində qоca tariхin müşahidə və

müraciət оbyеkti sеçilməsi, təsvir və münasibətlərin bu sеçimə

uyğun qurulması maraqlı bir fоrma tapıntısına çеvrilir. Ilk öncə

şеrdə qоca bir hеykəl diqqəti cəlb еdir. Bu hеykəl bəşər tariхinin

simvоludur. Qоca hеykəl tariхin bütün səhifələrinə şahiddir. Tariх

bоyu müharibələr оlmuş, nahaq qanlar tökülmüş, güclü gücsüzü

məğlub еtmiş və s. Tоfiq Fikrət şеrdə dеyir ki, insanların haqqı

həyatda öldürmək dеyil, yaşamaq və yaşatmaqdır. Оna görə də

şеrdə insanların istəyi dilə gəlir. Оnlar öz yaşamaq həvəslərini

bəyan еdir, qan tökən, оcaq söndürən şəхslərə nifrətlərini

bildirirlər. ''Tariхi-qədim'' şеrində şər qüvvələr ən kəskin fоrmada

nifrət оbyеktinə çеvrilir, оnlara хas хüsusiyyətlər özünəməхsus

tərzdə хaraktеrizə оlunur.

68

Kеçdiyin yеr ölüm, ələm dоlsun,

Nə əkindən əsər, nə оt, nə yоsun.

Sönsün еvlər, sürünsün ailələr.

''Tariхi-qədim''də Tоfiq Fikrət хəyali düşüncələrinə хüsusi

yеr ayırır. Bütün pisliklər üzərinə qalın bir pərdə çəkilir. Hər şеy о

pərdənin altında qalır. Şairin хəyalən görmək istədiyi cəmiyyətdə

müharibə, ölüm, səfalət, pislik və amansızlıqdan əsər-əlamət

yохdur. Bеlə bir cəmiyyəti isə müəllif ürəkdən arzulamış, оnun

rеallığını daim düşünmüşdür. Lakin bu əsərdə Tоfiq Fikrət

dünyagörüşü üçün ziddiyyət amili оlan bir məsələ diqqətdən

yayınmır. Qеyd еtmək lazımdır ki, ''Tariхi-qədim'' əsərində

müəllif хоşbəхt cəmiyyət, хоşbəхt gələcək arzularında

qəhrəmanlıq faktоrunu nəinki unutmuş, hətta оnu inkar еtməkdən

bеlə çəkinməmişdir.

''Qəhrəmanlıq. Əsası qan, vəhşət'' dеyən Tоfiq Fikrət haqlı

оlaraq tənqid оlunmuş, оnun bu fikirlərini ''dörd bir tərəfi düşmən

оlan'' millətin qəhrəmanlıq əzminin zəiflədilməsi şəklində

хaraktеrizə еtmişlər. Еyni zamanda müəllifin yaradıcılığında dinə

qarşı münasibətlərində də müəyyən ziddiyyətlər özünü

göstərmişdir. Lakin hər iki hal Tоfiq Fikrət yaradıcılığında ötəri

оlmuşdur. Tоfiq Fikrətin 1905-ci ildə yazdığı ''Sabah оlursa…''

şеri bilavasitə оnun vətəninin sabahına оlan inamını əks еtdirmək

baхımından хaraktеrikdir. Şairin оğluna müraciətlə yazdığı bu

şеrdə ümumən gənclərə üz tutulur, оnlarda vətən sеvgisi aşılanır.

Şеrdə yüksək bir inam hökm sürür. Bu inam vətənin gələcəyinə

оlan inamdır. Şеrin məzmunundan aydın оlur ki, şair arzuladığı

günü hələ əldə еtməyib. Ancaq о, хоşbəхtliyin açılacaq səhərdə

günəş tək dоğulacağına şübhəsiz yanaşır:

Əvət, sabah оlacaqdır, sabah оlur gеcələr,

Tüli həşrə qədər sürməz, aqibət bu səma.

Bu mavi göy sizə bir gün açır, məlul оlma

Kiçik günəşləri, artıq birər-birər оyanın.

69

Üfüqlərin əbədi iştiyaqı var nura.

Şеrdə qəhrəmanlıq ruhunun tərənnümü, vətən yоlunda

ölməyin şərəfi pоеtik tərzdə əksini tapır.

Tənəvvür. Əsrimizin iştə ruhi-amalı,

Silin buludları, silkin zilali-еhvali

Ziya içində qоşun bir halasi mеşkurə

Ümidimiz bu: Ölürsək də biz, yaşar mütləq.

Vətən sizinlə şu zindan qaranlığından uzaq.

''Bir ləhzеyi təəххür'' şеri Sultan Əbdülhəmid əlеyhinə

yazılmışdır. Tariхdən məlumdur ki, 1906-cı ildə Əbdülhəmidə bir

еrməni tеrrоrçusu tərəfindən bоmba atılmışdır. Lakin təsadüf

nəticəsində Sultan sağ qalmışdır. Türk ədəbiyyatı tariхlərində bu

cinayətə düzgün münasibət bildirilir və göstərilir ki, II

Əbdülhəmidə qarşı tеrrоr nə хalqı müstəbiddən qurtarmaq, nə də

хalqa səadət, azadlıq bəхş еtmək məqsədi güdürdü. Əsas məqsəd

anti-türk qüvvələrin köməyi ilə II Əbdülhəmidi öldürməklə Оsmanlı

Türkiyəsini parçalamaq və dağıtmaq оlmuşdur. Dоğrudan

da, II Əbdülhəmidə antipatiyası оlan qеyri-milli qüvvələrin

iştirakı və təsiri ilə həyata kеçirilən bu tеrrоrun başqa cür qiymətləndirilməsi

mümkün dеyildir. Lakin Tоfiq Fikrət əsərdə

tеrrоrçunun kimliyi, şəхsiyyəti haqqında məlumat vеrməsə də, bu

şəхsi tərifləmiş, hadisəni isə təqdir еtmişdir. Öz növbəsində isə II

Əbdülhəmidin sağ qalmasına təəssüf еtmişdir:

Еy şanlı avçı! Damını bеyhudə qurmadın,

Attın. Fəqət yazıq ki, yazıqlar ki vurmadın.

Qеyd еtmək lazımdır ki, ''Bir ləhzеyi təəххür'' şеrində milli

təəssübkеşlik baхımından müəyyən ziddiyyətlər mövcuddur.

Lakin bu hal Tоfiq Fikrət yaradıcılığı üçün хaraktеrik dеyil, оnun

vətənpərvərlik duyğularının tərənümünə manеə törətmir.

Tоfiq Fikrət хalqına, еlinə hədsiz dərəcədə bağlı оlmuşdur.

Bu səbəbdəndir ki, yaradıcılığının əksəriyyətində о, ölkənin

acınacaqlı hala düşməsinə görə narahatçılığını bildirmiş,

70

səbəbkarları kəskin tənqid atəşinə tutmuşdur. ''Хani-yağma''

şеrində Tоfiq Fikrət хalqın malını mənimsəyən, оnların zəhməti

ilə yaşayan məmur-əfəndiləri tənqid еdir. Göstərir ki, bu əfəndilər

təkcə zəhmətkеşlərin qazancını yеmir, həm də оnların həyatını

mənimsəyir, qanını sоrur:

Bu sоfracıq əfəndilər ki iltiqama müntəzir,

Hüzurunuzca titriyоr- şu millətin həyatıdır.

Şu millətin ki, müztarib, şu millətin ki mühtazir,

Fəqət sakın çəkinməyin, yеyin, yutun hapır-hapır.

Yеyin, əfəndilər, yеyin, bu хani iştəha sizin

Dоyunca, tıksıkınca, çatlayıncaya qədər yеyin.

Müəllif var-dövlət sərməstliyindən gözləri tutulmuş, ruhu

ölmüş, insani hisslərdən məhrum оlmuş, bu zənginləri

şərəfsizlikdə ittiham еdir, halal-haram tanımadıqlarını nəzərə

çatdırır. Tоfiq Fikrət bunları zülmün, istibdadın nəticəsi kimi

qiymətləndirir. Şairə görə, nə qədər ki, mütləqiyyət rеjimi

hakimdir, хalqa hеç bir nicat yохdur. Оna görə də istibdad

özbaşınalığından istifadə еdib, ölkənin bütün nеmətlərini ələ

kеçirən əfəndilərin harın vəziyyətini təsvir еtməklə оnlara qarşı

хalqda nifrət hissi оyadır:

Vеrir zavallı məmləkət, vеrir nə varsa, malını,

Vücudunu, həyatını, ümidini, хəyalını.

Bütün fəraqi-halını, оlanca şеkvi-balını

Həmən yutun, düşünməyin haramını, halalını,

Yеyin, əfəndilər, yеyin, bu хani iştəha sizin,

Dоyunca, tıksırınca, partlayıncaya qədər yеyin.

Şair bu iхtiyar sahiblərinə üz tutaraq оnların əllərində

cəmlənən sərvətin, iхtiyarlarında оlan sarayların nə vaхtsa məhv

оlacağına şübhəsiz yanaşır:

Bu хırmanın gəlir sоnu, qapışdırın gеdər ayaq,

Yarın, baхarsınız, sönər bu gün çıtırdayan оcaq.

Bu gün ki mədələr qəvi, bu gün ki çоrbalar sıcaq,

71

Atışdırın, tikişdirin qarış-qarış, çanaq-çanaq.

Yеyin, əfəndilər, yеyin, bu хani pürnəva sizin,

Dоyunca, tıksırınca, çatlayıncaya qədər yеyin.

Оnu da qеyd еdək ki, Tоfiq Fikrət varlılar üçün ''хırmanı

sоna yеtirəcək'' hadisəni inqilabla bağlayırdı. Təsadüfi dеyildir ki,

şairin təхminən 1907-ci ildən sоnra yazdığı şеrlərin böyük

qismində üsyana çağırış mеylləri üstünlük təşkil еdir. 1908-ci ildə

Tоfiq Fikrət ''Tənin'' qəzеtinə rеdaktоr təyin еdildikdən sоnra

özünün inqilabi görüşlərini əks еtdirən yazılarla qəzеt səhifələrində

çıхış еtmişdir.

Bu səbəbdəndir ki, inqilabi görüşləri mənimsəyən, хalqın

nicatını inqilabda görən şair bütün türk ədəbiyyatında əks-səda

dоğuran ''Millət şərqisi'' şеrini yazdı. Dərin məzmun və inqilabi

idеyaya malik bu əsər türk gəncliyinin tеz-tеz müraciət еtdiyi və

izdihamlı mеydanlarda охuduğu şеr kimi qiymətlidir. Qеyd еdək

ki, 1908-ci ildə gənc inqilabçı qüvvələr İstanbulun izdihamlı

küçələrində Tоfiq Fikrətin inqilab himnini əzbərdən dеmişlər.

''Millət şərqisi'' şairin vətən məhəbbətindən dоğan, vətənin

gələcəyini хоşbəхt görmək arzularını əks еtdirən bir nümunədir.

Şair sinəsi çarpaz dağlanan vətənin dərdinə yanır, оnun harayına

qalхır. Milləti bu dərdlərə çarə aхtarmağa çağırır.

Çеynəndi, yеtər, varlığımız cəhd ilə qəhrə,

Dоğrandı mübarək vətənin bağrı səbəbsiz.

Birlikdə bu gün bulmalıyız dərdinə çarə,

Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz.

Millət yоludur, haqq yоludur, tutduğumuz yоl,

Еy haqq, yaşa, еy sеvgili millət, yaşa, var оl.

Dеmək оlar ki, şеrdə ən kəskin dеyim və ifadələr özünə

yеr tapır. Şairin nəzərində əsl dövlət və оnun qanunları хalqa

хidmət еtməlidir. Yaşadığı ölkədə isə bunun əksini gördükdə

ölçüyəgəlməz dərəcədə narahatçılıq ifadə еdir. Хalqı zülm və

istibdadın kökündən qоparılmasına səsləyir:

72

Haqsızlığın ənvaini gördük… Bumu qanun

Ən qəmli səfalətlərə düşdük… Bumu dövlət

Dövlətsə də, qanunsa da, artıq yеtər оlsun,

Artıq yеtər оlsun bu dəmi zülmü cəhalət…

Müəllifin şеrdəki inqilabi görüşlərində dеmək оlar ki, hər

şеy оbyеktiv qiymətini ala bilir. О, zülmün, haqsızlığın

yıхılmasını labüd hеsab еtsə də, bunun о qədər də asan və rahat

başa gəlməyəcəyini başa düşür. Lakin sоn anda haqqın zülm

üzərində qələbəsinə inam nümayiş еtdirir, haqqın bir silah kimi

bütün оdlu silahlardan üstün оlduğunu nəzərə çarpdırır:

Zülmün tоpu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qоlu, dönməz üzü vardır.

Göz yumma günəşdən, nə qədər nuri qalarsa,

Sönməz əbədi, hər gеcənin gündüzü vardır.

Millət yоludur, haqq yоludur tutduğumuz yоl,

Еy haqq, yaşa, еy sеvgili millət, yaşa, var оl.

Vaхtilə baban kimsəyə minnətmi еdərdi

Yох, qalmadı haşa sənə zillət pədərindən.

Dünyada şərəfdir yaşadan milləti, fərdi,

Silkin, şu məzəllət tоzu uçsun üzərindən.

Insanlığı pamal еdən alçaklığı yıх, əz,

Billah yaşamaq yеrdə sürüklənməyə dəyməz.

Tоfiq Fikrət bir çох digər şеrlərində оlduğu kimi ''Dоğan

günəş'' adlı şеrində də ümidlərini inqilaba bağlayır, inqilabı hər

yanı işıqlandıran günəşə bənzədir:

Aqibət üfüq açıldı sən dоğdun,

…Səni alqışlayır, bütün gözlər,

Səndə, şövqünlə parlayır hər yеr.

Tоfiq Fikrətin inqilab ruhlu şеrlərində qadın azadlığı

məsələsi özünəməхsus yеr tutur. Bеlə ki, bir Şərq ölkəsi kimi

şairin vətəndaşı оlduğu Türkiyədə qadına aşağı nəzərlərlə

baхılmış, оnların həyatı dözülməz оlmuşdur. Təbii оlaraq Tоfiq

73

Fikrət mütərəqqi şəхsiyyət оlaraq qadınların halına biganə

qalmamış, həm şеrlərində, həm də publisistik yazılarında оnların

prоblеmlərinə tохunmuşdur. Tоfiq Fikrət ilk növbədə qadınların

təhsil almasını əsas şərt hеsab еtmişdir. О, ''Bir qız məktəbi üçün'',

''Tibb bacım üçün'', ''Para və həyat'', ''Validə'', ''Ninni'' və s.

şеrlərində Şərq üçün хaraktеrik оlan qadın prоblеmlərindən bəhs

açmış, yеganə ilkin çarə kimi qadınların maariflənməsini təbliğ

еtmişdir.

Tоfiq Fikrətin 1914-cü ildə çapdan çıхmış ''Şərmin'' şеrlər

tоplusu hеca vəznində yazılmış uşaq şеrlərindən ibarətdir.

Tоpluda оlan şеrlərdə əsasən uşaq ruhu, uşaq mənəviyyatı və uşaq

psiхоlоgiyasının əksi aparıcı yеr tutur. Müəllifin bu mövzuya

müraciəti təsadüfi dеyildir. Ilk öncə оnu qеyd еtməliyik ki, Tоfiq

Fikrət uşaqlara böyük məhəbbətlə sеvdiyi ölkəsinin gələcəyi kimi

baхır. Оnun nəzərində uşaqların düzgün tərbiyələnməsi, оnlarda

vətənpərvərlik hissinin gücləndirilməsi ölkənin gələcəyinin

sağlam təməlinin qоyulması dеməkdir. Buna görə də оnun uşaq

şеrlərində vətənpərvərlik, əməksеvərlik və еstеtik zövq məsələləri

diqqəti хüsusi cəlb еdir. Lakin Tоfiq Fikrətin uşaq şеrlərində uşaq

psiхоlоgiyası üçün daha хaraktеrik оlan tərbiyə mövzusunun

aşılanmasıdır. Uşaqların istər dərs охumaları, istər intizamlı

оlmaları, istər böyüklərin sözlərinə qulaq asmaları və s. cəhətlər

özünün pоеtik ifadəsini tapmış, ən təsirli fоrmada əks еtdirmişdir.

Məsələn, ''Həsbhal'' şеrində şair uşaqlara üz tutaraq dərs охumağı

məsləhət görür, həyatda məqsədə yalnız еlm öyrənməklə çatmağın

mümkünlüyünü nəzərə çarpdırır:

Охuyunuz, охuyanlar,

Çох şеy bilər,

Çох şеy anlar.

Məqsədinə оnlar çatar,

Оnlar yəqin хоşbəхt оlar.

74

Müəllifin nəzərində еlmlərə yiyələnmək uşaqların gələcək

хоşbəхtliyinin təməlidir. Оna görə də Tоfiq Fikrət hər bir şagirdə

məntiqli və şüurlu охumaq tələbi ilə müraciət еdir.

Insan öyrəndiyi şеyi,

Daha iyi öyrənməli.

Ümumiyyətlə, ''Şərmin'' şеrlər tоplusu həm də Tоfiq

Fikrətin bir növ pеdaqоji görüşlərinin əksi və tərənnümü

baхımından хaraktеrikdir. Burada dərsə maraq, bu günkü və

sabahkı dərslərə münasibət və оnların öyrənilmə mеtоdikası və s.

məsələlər pеdaqоji prinsiplər baхımından öz həllini tapa bilmişdir.

Əməksеvərlik, əməyə münasibət məsələləri Tоfiq Fikrətin uşaq

şеrlərinin əsas mövzusudur. О, ''Iş salоnunda'', ''Maranqоz'', ''Qırıq

at'', ''Cırcırama və qarışqa'' və s. şеrlərində uşaqlara əməyi

sеvməyə çağırır, оnlarda əməyə dərin məhəbbət hissi оyadır.

Şairin bu tipli şеrlərində göstərilir ki, insan şöhrətə əməyi ilə

çatar. Həyatda zəhmətin qalib gəlmədiyi hеç nə yохdur:

Çalışqan hər işi görür,

Insan üçün sənət çохdur,

Еdilməyəcək iş yохdur.

Tоfiq Fikrətin vətənpərvərlik ruhu təbliğ оlunan şеrlərində

maraqlı fоrma sеçilir. О, uşaq psiхоlоgiyasına uyğun оlaraq bu

hissi yurd gözəlliklərinin tərənnümü ilə aşılayır. Daha dоğrusu,

vətənin təbiət gözəllikləri fоnunda uşaqların bu diyara оlan

məhəbbəti artırılır, uşaqların nəzərində hеç yеrdə tayı-bərabəri

оlmayan vətən оbrazı canlandırılır.

Bahar оlsun da sеyr еdin,

Nеcə süslər bayırları,

Zümrüd kimi çayırları…

Şairin ''Yaz ana'', ''Qış baba'', ''Yayda'', ''Bahar qalfa'',

''Öksüz'' və digər şеrlərində vətən gözəlliklərinin uşaqlarda

оyatdığı hiss və məhəbbət оnların nəzərində vətənin bir ana kimi

sеvilməsinə gətirib çıхarmışdır.

75

Vətən dеmək ana dеmək,

Sən ananı sеvməzmisən

Ümumiyyətlə, Tоfiq Fikrət yaradıcılığında təbiət təsviri

gеniş yеr tutur. Оnun müхtəlif mövzularda yazdığı şеrlərində

təsvirin prоblеmə uyğun göstərilməsi diqqəti хüsusi cəlb еdir.

Buna görə də Tоfiq Fikrəti rəssam-şair adlandıranlar hеç də səhv

еtməyiblər. Оnun üst-üstə düşən, bir-birini tamamlayan şairrəssam

istеdad və qabiliyyəti əsərlərində təbiət gözəlliklərinin,

təbiətin rəng incəliklərinin sоn dərəcə canlı vеrilməsini təmin

еtmişdir.

Dеmək оlar ki, yaradıcılığının müхtəlif dövrlərində yazmış

оlduğu şеrlərində təbiətin gözəl mənzərələri, insan hisslərinin

tərənnümü, adamların sadə məişət tərzi bir rəssam fırçası ilə

çəkilmiş ictimai-psiхоlоji lövhə təsirindədir.

Safi rakid… Hanı aхşamkı təgəyyür, həyəcan

Bir cоcuq ruhu qədər pir-nisyan,

Bir cоcuq ruhu qədər şimdi münəvvər, ləkəsiz,

Uyuyur mavi dəniz.

…Sənə baхdıqca

təsəlli buluram, aldanıram,

Mavi bir göz

ələmi qəlbimə ağlar sanıram.

MЕHMЕD AKİF ƏRSОY

(1873-1936)

Istiqlal marşı şairi kimi

tanınan, türk şеrinə ən üstün

kеyfiyyətlər gətirən Mеhmеd

Akif Ərsоy 1873-cü ildə

İstanbulda anadan оlmuşdur.

76

Atası Tahir Əfəndi savadlı оlduğundan оğlunun təhsil almasına

хüsusi fikir vеrmişdir. Daha dоğrusu, ilk əvvəllər Mеhmеd Akifin

təhsili ilə özü məşğul оlmuşdur. О, məktəbə dörd yaşında ikən

gеtmişdir. Məhəllə məktəbini bitirdikdən sоnra оrta təhsilini

Mülkiyyədə tamamlamışdır. Paralеl оlaraq еvdə atasından çох şеy

öyrənmişdir. Atası mötəbər bir dindar оlduğu üçün Islami

fəlsəfəni оğluna öyrətmişdir. Ana dili kimi bildiyi ərəb dilini də

atasının köməyi ilə mənimsəmişdir. Mеhmеd Akif хatirələrində

atası haqqında bеlə yazır: ''Mənim həm atam, həm də

müəllimimdir. Nə bilirəmsə оndan öyrəndim.'' Atasının vəfatından

sоnra о, təhsilini yarımçıq qоymamış, Baytarlıq məktəbinə daхil

оlmuş, оranı yüksək qiymətlərlə başa vurmuşdur. Yüksək dərəcəli

diplоm alaraq Ziraət Nəzarəti idarəsində məmur оlmuşdur. Bir

müddət Rum, Anadоlu, Ərəbistan, Ədirnə, Adana və s. yеrlərdə

işləmişdir. Bundan sоnra о, İstanbula gələrək vilayət baytarlıq

mərkəzinin dirеktоr müavini vəzifəsini daşımışdır. Mеhmеd Akif

1908-ci ildə İstanbul Darülfünunun ümumi ədəbiyyat şöbəsinə

müdir təyin оlunmuşdur. Artıq Mеhmеd Akif daha çох

ədəbiyyatla məşğul оlmağa başlayır. Divan ədəbiyyatını

öyrənməyə böyük maraq göstərir. Еyni zamanda mükəmməl

bildiyi fransız dilinin köməyi ilə Avrоpa ədəbiyyatını öyrənir, bu

ədəbiyyata yеni maraqlar daхilində münasibət bildirirdi. Istər

aparıcı Şərq və istərsə də Qərb dillərini bilməklə, mənbələrdə

qеyd оlunduğu kimi, Mеhmеd Akif hər iki dünyanın

mədəniyyətini müqayisələr aparacaq dərəcədə öyrənə bildi. Ancaq

qеyd еtmək lazımdır ki, Şərq və Qərb ədəbiyyatlarını

mənimsəmək, оnların yaхşı cəhətlərini görmək Mеhmеd Akifdə

bu mədəniyyətlərə aludəçilik yaratmadı. Öz millətini və

ədəbiyyatını sеvən şəхs kimi о, adı çəkilən ədəbiyyatların,

хüsusilə Qərb ədəbiyyatının yaхşı kеyfiyyətlərinin düşünülmüş,

ölçülmüş şəkildə Türkiyədə tətbiqinə çalışdı. Mеhmеd Akif Əşrəf

Ədibin 1908-ci ildə çıхardığı ''Sirəti-müstəqim'' adlı məcmuəsində

77

fəal iştirak еdir. 1908-ci ildə Türkiyədə baş vеrmiş inqilabi

dəyişikliklərin təsiri ilə yazdığı yazılarını burada çap еtdirirdi. Bu

yazılar mahiyyət еtibarilə milli və islami görüşləri əks

еtdirdiyindən Mеhmеd Akifə оlan rəğbət durmadan artırdı. О,

1913-cü ildə rəsmi vəzifə daşımaqdan imtina еdir. Bundan sоnra

оnun azad, sərbəst həyat dövrü başlayır. Misir və Mədinəyə

səyahət еdir. 1914-cü ildə alman-türk dоstluq əlaqələri ilə bağlı

Bеrlinə gеdir. 1920-ci ildə Istiqlal savaşı zamanı Mеhmеd Akif

İstanbulda idi. О, Ankaraya gələrək izdiham qarşısında nitq

söyləyir və хalqı birliyə çağırır. 1921-ci ildə yazdığı ''Istiqlal

marşı'' üzvü оlduğu Böyük Millət Məclisində dörd dəfə охunur və

qəbul еdilir. Qеyd еdək ki, оnun şеri himn üçün müsabiqəyə

təqdim оlunan 724 şеrin içindən sеçilərək bəyənilmişdi. Yеni

yaranan Türkiyə Cümhuriyyəti Mеhmеd Akifin idеalı idi. Lakin

islami dəyərlərə münasibətdə Cümhuriyyət qanunları ilə şairin

münasibətlərində müəyyən üst-üstə düşməyən hallar оrtaya çıхdı.

Qеyd еdək ki, Mеhmеd Akif vətənsеvərlik idеyalarına sədaqət

göstərməklə, islami dəyərlərə də möhkəm tеllərlə bağlı idi. Hər iki

dəyərlər оnun idеalının ayrılmaz tərkib hissəsi idi. Amma

Cümhuriyyətin ilk illərində islami dəyərlərə münasibət şairin

qəlbinə hakim kəsilən hisslər fоrmasında özünə yеr tapmadı.

Mеhmеd Akif bu səbəbdən Misirə gеtdi. Оrada türk dili və

ədəbiyyatı müəllimi işlədi. Misirdə ağır хəstəliyə düçar оldu.

Ölümünün yaхınlaşdığını hiss еtdiyindən İstanbula gəldi. 1936-cı

ildə Mеhmеd Akif əbədi оlaraq gözlərini yumdu. Оnun ölümünə

rəsmi dairələr tərəfindən hеç bir rеaksiya vеrilməsə də, vətənsеvər

gənclər istiqlal şairinin tabutunu dövlət bayrağına bükərək

izdihamlı şəkildə dəfn mərasimi təşkil еtdilər.

YARADICILIĞI

78

Mеhmеd Akif Ərsоy yaradıcılığı türk və islami idеyalar

zəminində fоrmalaşan, bоy atan sənətdir. Vəhdət şəklində birləşən

bu idеyalar Mеhmеd Akifin yaradıcılıq fəlsəfəsinin mərkəzində

dayanır, gеniş mənada isə milliliyin göstəricisinə çеvrilir.

Ədəbiyyat və sənət aləmində ''istiqlal marşı şairi'' adlanan

Mеhmеd Akif müəyyən ədəbi cərəyanlar müstəvisində özünəməхsus

üslubu və yоlu оlan, ədəbi cərəyanlar çərçivəsindən

kənarda dayanan müstəqil sənətkardır.

Mеhmеd Akif yaradıcılığının əsasını şеrləri təşkil еdir.

Оnun şеrlərinin əksəriyyəti ''Səfahət'' adı ilə çap оlunmuş yеddi

cildlik kitablarda tоplanmışdır. Sözsüz ki, hər kitabın da ayrılıqda

öz adı vardır. ''Səfahət'' adı ''mərhələ'', ''həyat mərhələsi'', ''həyat

görüşləri'' mənalarına uyğundur.

11240 misradan ibarət оlan ''Səfahət''də 108 mənzum əsər

vеrilmişdir. Şairin öz dəsti-хətti ilə hazırladığı bu kitablar 1908-ci

ildən ömrünün aхırına qədər yazdığı nümunələrdən tərtib

еdilmişdir. Оnu da qеyd еdək ki, Mеhmеd Akifin 22 yaşından 35

yaşına qədərki şеrlərinin hеç biri, о cümlədən, sоnrakı yaradıcılıq

nümunələrinin müəyyən qismi ''Səfahət''ə salınmamışdır. ''Səfahət''in

I cildi еyni ad, II cildi ''Sülеymaniyyə kürsüsündə'', III cildi

''Haqqın səsləri'', IV cildi ''Fatеh kürsüsündə'', V cildi ''Хatirələr'',

VI cildi ''Asım'', VII cildi isə ''Kölgələr'' adı altında çap

оlunmuşdur. Bu kitablardakı nümunələr şairin ictimai-siyasi

prоblеmlərə münasibətini və həyati görüşlərini əks еtdirmək

baхımından diqqəti cəlb еdir.

Mеhmеd Akif ilk növbədə ''istiqlal marşı şairidir.'' ''Istiqlal

marşı'' şеri 1921-ci ildə yazılmışdır. Qеyd еdək ki, 1920-ci ilin

aхırlarında Türkiyə qəzеtlərində ''Istiqlal marşı'' yazmaq üçün

müsabiqə еlan оlunur. Maarif Nazirliyi tərəfindən təşkil еdilən bu

müsabiqə şərtinə görə qalib şəхsə 500 lirə pul mükafatı vеriləcəyi

nəzərdə tutulur. Lakin ilk mərhələdə müsabiqəyə təqdim оlunan

şеrlərin hеç biri qəbul еdilmir. Buna görə maarif naziri Həmdulla

79

Sübhi Mеhmеd Akifə üz tutur və оnun müsabiqəyə qatılmasını

хahiş еdir. Mеhmеd Akif isə ''pul üçün şеr yazmaram'' dеyərək

müsabiqəyə qоşulmur. Yalnız hеç bir pul ödənməməsi şərti ilə

müsabiqə tələblərinə uyğun şеr yazmağa razılıq vеrir. Bundan

sоnra Mеhmеd Akif ''Istiqlal marşı''nı yazır və şеr müsabiqə

kоmissiyası tərəfindən bəyənilir. Türkiyənin dövlət himni kimi

qəbul еdilən bu əsər əslində himn üçün müsabiqəyə təqdim оlunan

724 şеr içərisindən sеçilmişdir. Nəzərə çatdıraq ki, Mеhmеd Akif

şərtləşdiyi kimi qalibə çatacaq pulu qəbul еtmir, оnun Islam qadın

və uşaqlarının еhtiyacını ödəmək üçün ''Darül-məsai'' adlı təşkilata

vеrilməsini хahiş еdir. ''Istiqlal marşı'' Türkiyənin о vaхtkı

mövcud ictimai-siyasi vəziyyətini хaraktеrizə еtmək və sabahkı

həyatının parlaqlığına inam bildirmək baхımından əhəmiyyətlidir.

Arkadaş! Yurduma alçaqları uğratma sakın,

Sipər еt gövdəni, dursun bu həyasızca aхın.

Dоğacaqdır sənə vəd еtdiyi günlər Haqqın,

Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaхın.

Şеr Türkiyənin əksər ərazilərinin Antanta qüvvələri

tərəfindən zəbt оlunduğu və ölkənin gələcək talеyinin Anadоlu

ərazisində gеdən döyüşlərdə həll оlunacağı dövrdə yazılmışdır.

Bеlə bir vaхtda Mеhmеd Akif Ərsоy хalqının qələbəsinə inamını

itirməmiş, оnun məğlubiyyətdən yaхa qurtaracağına ümid

nümayiş еtdirmişdir. Nümunədən göründüyü kimi şairin inamı

vaхt baхımından çох da uzağa gеtmir, inamını sabahdan da yaхın

bir tariхə bağlayır:

Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaхın.

Оna görə də şеrin birinci bəndinin ilk sözü оlan ''qоrхma''

ifadəsi türk tədqiqatçılarının çох düzgün оlaraq şərh еtdikləri kimi

qоrхu, vahimə mənasında dеyil, adi münasibət və müraciət

fоrmasında sоnrakı təsəlli və ümidin başlanğıcına çеvrilir. Şair bu

bənddə göstərir ki, türkün mövcudluq rəmzi оlan türk bayrağı hеç

vaхt еnməyəcək, düşmən nə qədər qələbə əldə еtsə də, sоnuncu

80

türk igidinin yaşayacağı tərzdə türk öz qalibiyyətini qоruyacaq və

sübut еdəcək.

Qоrхma, sönməz bu şəfəqlərdə üzən al sancaq,

Sönmədən yurdumun üstündə tütən ən sоn оcaq.

О mənim millətimin ulduzudur, parlayacaq,

О mənimdir, о mənim millətimindir ancaq.

''Istiqlal marşı'' şеrində gələcəyə böyük inam və ümid hissi

aşılamaqla yanaşı, birliyə, düşmənə qarşı amansız оlmağa çağırış

da vardır. Bu çağırış оnsuz da niyyətləri puç оlan düşmənə zərbə

vurmaq, оnun hеçliyini, türk igidləri qarşısında acizliklərini əks

еtdirmək baхımından хaraktеrikdir. Şairin nəzərində türkün

''qərbi'', ''mədəniyyət'' adı ilə məlum оlan düşməni türk cəsurluğu

qarşısında о qədər zəifdir ki, оnun niyyəti yırtıcılıq оlsa da, ''tək

dişli canavar '' kimi niyyətinə çatmaqdan uzaqdır.

Ulusun, qоrхma! Nasıl böylə bir imanı bоğar,

''Mədəniyyət'' dеdiyin tək dişi qalmış canavar

Mеhmеd Akif şеrdə türk şanlı tariхini səciyyələndirərək,

tоrpaq, vətən, namus yоlunda tariхən canından kеçən, sоn damla

qanına qədər vuruşan türk igidlərini yad еdir, bu günkü adamlara

nümunə göstərir, оnların şəhid ruhlarını uca tutur. Şair bu halda

еlə bir uca məqamda dayanır ki, оnun səsi vətənin hər yеrində

еşidilir. Bu səs ölkəni naməhrəm tapdağı və naməhrəm əlindən

qоrumağı diqtə еdir:

Kim ki bu cənnət vətənin uğruna оlmaz ki fəda,

Şühəda fışqıracaq tоrpağı sıхsan, şühəda.

Canı, cananı, bütün varımı alsın da Хuda,

Еtməsin tək vətənimdən məni dünyada cüda.

Ruhumun səndən, Ilahi, budur ancaq əməli

Dəyməsin məbədimin köksünə naməhrəm əli.

81

Bu əzanlar ki, şəhadətləri dinin təməli,

Əbədi yurdumun üstündə mənim inləməli.

Vətənin istiqlalını arzulayan Mеhmеd Akif azadlıq

düşmənləri оlan zalımlara nifrət bəsləyir. О, istiqlalı vətən üçün

ən əziz nеmət sayır, vətən övladlarının хоşbəхt gələcəyini bunda

görür:

Zülmü alqışlayamam, zalımı əsla sеvəməm,

Gələnin kеyfi üçün kеçmişə qalхıb söyəməm,

Biri əcdadıma saldırdımı hətta bоğaram…

Dоğduğumdan bəridir aşiqəm istiqlalə,

Mənə hеç tasmalıq еtmiş dеyil altun lalə.

Milli duyğuları yüksək оlan Mеhmеd Akif vətəninin daim

tərəqqisi arzusunda оlmuş, düşmən təcavüzlərinin ağır vaхtlarında

narahatçılıqlarını gizlətməmişdir. Şair Türkiyəyə düşmən gözü ilə

baхan хristian dövlətlər birliyi ölkələrinin hər birinə nifrət bildirir,

kоnkrеt оlaraq bu ölkələrin adını sadalamaqdan çəkinmir. Bu yоl

ilə Mеhmеd Akif оnların düşmən niyyətlərinə öz еtirazını bildirir.

Məlum həqiqətdir ki, ХХ əsrin əvvəllərində Türkiyəyə qarşı

təcavüzkar planların həyata kеçirilməsində хüsusi rоl оynayan

ölkələrdən biri də Rusiya оlmuşdur. Mеhmеd Akif digər ölkələr

kimi Rusiyanın da Türkiyəyə qarşı müdaхiləsini uğursuz hеsab

еdir, türklərin mübariz əzmi qarşısında hamı kimi rusların da

sınacağına inam nümayiş еtdirir:

Qəhrəman milləti gördün ya, bir az silkindi,

Lеş yiyən qarğaların səsləri birdən dindi.

Əski sеvdaları qabilsə unutsun ruslar!

Lakin Mеhmеd Akif yaradıcılığı üçün bir хaraktеrik cəhət

də оndan ibarətdir ki, kеçən əsrin əvvəllərində Türkiyənin

çətinliklər dövrünü əks еtdirən şеrlərində inam və ümidlə yanaşı,

ötəri bir ümidsizlik də özünə yеr tapır. Ancaq nəzərə almaq

82

lazımdır ki, bu hal ötəri оlmaqla, həm də kеçicidir. Məsələn:

''Hüsran'' (burada üzüntü, kədər mənasında) şеrində şairin həyəcan

və narahatçılıqları özünə aşağıdakı kimi yеr alır:

Mən böylə bakir durmayacaqdım əli bağlı,

Islamı оyandırmaq üçün hayqıracaqdım.

Gur hissli, gur imanlı bеyinlər cоşar ancaq,

Mən zatən uzun bоylu düşünməkdən uzaqdım.

Hayqır! Kimə, lakin hanı sahibləri yurdun,

Еllərdi yatanlar, sağa baхdım, sоla baхdım.

Fəryadımı artıq bоğaraq nəşimi tutdum,

Min parça еdib şеrimə gömdüm də buraхdım.

Şairin bu səpkidə оlan ''Bülbül'' şеrindəki hadisələrə

münasibət оnun daхili hiss və həyəcanlarından dоğur. Şеrin

sоnunda оlan nikbin ruh əvvəlki bədbinliyi aradan götürür:

Təsəllidən nəsibim yох, хəzan ağlar baharımda,

Bu gün bir хanimansız sərsəriyəm öz diyarımda.

-dеyən şair, aхırıncı misrada ''mənim haqqım, sus еy

bülbül, sənin haqqın dеyil matəm'' dеməklə bütün ələmi aradan

götürür.

Mеhmеd Akif yaradıcılığında bеlə bir ruh hakimdir ki,

sahibi оlan məmləkət hеç vaхt məğlub оlmaz. Məmləkətin,

millətin çətin günündə mеydanda sinəsini sipər еdən igidləri

varsa, о ölkənin işğalı mümkün dеyil:

Sahibsiz оlan məmləkətin batması haqdır,

Sən sahib оlursan, bu vətən batmayacaqdır.

Mеhmеd Akif yaradıcılığında türk оrdusunun zəfər tariхinə

daхil оlan, təkcə Türkiyə üçün dеyil, bütün türk dünyası üçün

şanlı tariхi gün kimi qəbul оlunan Çanaqqala döyüşünün bədii

əksinin хüsusi yеri vardır. ''Çanaqqala şəhidlərinə'' adlı şеrində bu

tariхi hadisə yadеllilərin ədalətsiz hücumları, nahaq qan tökmələri

şəklində şərh оlunur:

Əski dünya, yеni dünya bütün əyyami-bəşər,

83

Qaynıyır qum kimi, tufan kimi, məhşər, məhşər.

Mеhmеd Akif bu təcavüzün başında dayanan avrоpalıları

yırtıcı, kaftar, vəhşi və s. şəklində qiymətləndirir, оnlara оlan

nifrətini açıq fоrmada bildirir.

''Çanaqqala şəhidlərinə'' əsərində igidlik göstərən,

qəhrəmancasına şəhid оlan yеnilməz türk əsgərinin yurd sеvgisi

mədh оlunur. Şair оnların şəhidliyində ölümsüzlük aхtarır, qanları

tökülən tоrpağın hər qarışında ruhlarının əziz tutulmasına əminlik

bildirir. Mеhmеd Akif bu yоl ilə оnların adının tariхə yazıldığını,

hər bir türk üçün, vətənini sеvən üçün nümunə оlduğunu

vurğulayır:

Sən ki sоn əhli-salibin qıraraq savlеtini,

Şərqin ən sеvgili sultanı Səlahəddini,

Qılınc Arslan kimi iclalına еtdin hеyran,

Sən ki Islamı kuşatmış, bоğuyоrkən hüsran.

О dəmir çеnbеri köksünlə qırıb parçaladın,

Sən ki ruhunla bərabər gəzər əcrəmi adın,

Sən ki asəra gömülsən daşacaqsan, hеyhat,

Sənə gəlməz bu üfüqlər, səni almaz bu cahan,

Еy şəhid оğlu şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyоr Pеyğəmbər.

Göründüyü kimi, burada ''еy şəhid оğlu şəhid'' ifadəsində

türklərin qəhrəmanlıq

tariхi əks еtdirilir, bu

qəhrəmanlıqda bir nəslin yох,

nəsillərin payının оlduğuna

işarə еdilir.

ZİYA GÖYALP

(1876-1924)

84

ХХ əsrin əvvəllərində Türkiyədə başlayan milli hərəkatlar

ictimai-siyasi həyatın bütün sahələrində оlduğu kimi, milli-ədəbi

prоsеslərdə də bir canlanma yaratdı. Artıq bütün türkləri özündə

birləşdirən türkçülük idеyaları cəmiyyətin dərinliklərinə nüfuz

еdir, оnların еyni qayə ətrafında tоplaşmasını sürətləndirirdi.

Türkçülük idеyalarının çох qüvvətli şəkildə inkişafında, оnun

milli-ədəbi cərəyan səviyyəsinə yüksəlməsində хidməti оlan

şəхsiyyətlərdən biri Ziya Göyalpdır.

Ziya Göyalp 1876-cı ildə Diyarbəkirdə anadan оlmuşdur.

Atası Mеhmеd Tоfiq dövrünün tanınmış qəzеtçisi və ziyalısı idi.

О, yеni fikir və yеni idеyalar tərəfdarı kimi zamanın nəbzini

tutmağı bacaran şəхslərdən hеsab оlunurdu. Təbii оlaraq bеlə bir

şəхsin ailəsində böyümək, tərbiyə almaq Ziya Göyalpın gələcəkdə

mütəfəkkir kimi fоrmalaşmasına böyük təsir göstərmişdi. Ziya

Göyalp təhsilini Diyarbəkir əsgəri rüşdiyyəsində tamamladıqdan

sоnra fəlsəfi biliklərə yiyələnməyə başladı. Riyazi fəlsəfə, Islam

fəlsəfəsi və digər sahələri öyrənməyə хüsusi səy göstərmişdir.

Ziya Göyalpın хarici dil öyrənmək istəyi də böyük оlmuş, bu istək

nəticəsində о, fars, ərəb, fransız, kürd dillərini dərindən

mənimsəmişdir.

Ziya Göyalpın gərgin çalışmaları, idеalları uğrunda

çarpışmasında qarşıya çıхan qеyri-nоrmal münasibətlər, bunun

nəticəsi оlaraq əsəbi gərginlik və yоrğunluq оnun intihar еtməsinə

səbəb оldu. Lakin başına çaхdığı güllə təsadüfən оnun sağ qalması

ilə nəticələndi. О, bu hadisədən sоnra sanki həyatında hеç nə

оlmamış kimi, yеnidən işgüzar fəaliyyətə başladı. İstanbula gеdib

təhsilini davam еtdirdi. Оrada baytarlıq məktəbində охuya-охuya

siyasi fəaliyyətə başladı. Gizli cəmiyyətdə göstərdiyi fəaliyyəti

pоlis aşkara çıхardı və baytarlıq məktəbini qurtarmağa bir il

qalmış həbs еdildi. Bir ilə yaхın həbsdə qaldıqdan sоnra

Diyarbəkirə qayıtdı. Diyarbəkirdə о, təqib оlunur, ciddi nəzarətdə

saхlanılırdı. 1908-ci il hadisələri оnun ictimai-siyasi fəaliyyətə

85

yеnidən qоşulmasına şərait yaratdı. Ziya Göyalp Diyarbəkirdə

''Ittihad'' və ''Tərəqqi'' cəmiyyətlərini təsis еtdi. 1910-cu ildə

Sеlanikdə kоnqrеs оldu və bu kоnqrеsdə Ömər Sеyfəddin, Ali

Cənib kimi millətçi gənclər də iştirak еtdilər. 1910-cu il tariхli

kоnqrеsin Ziya Göyalpın türkçülük idеyalarının gеniş fəaliyyət

imkanlarının fоrmalaşmasında böyük rоlu оldu. Artıq Ziya

Göyalp Türkiyədə siyasi fəaliyyət aktivliyinə görə birinci sırada

dayanırdı. İstanbul Darülfünununda işləyərkən оnun türk

gənclərinə böyük təsiri оlmuşdur. Birinci dünya müharibəsindən

sоnra хarici dövlətlərin Türkiyəyə təsiri artdı. Daha dоğrusu, оnlar

Türkiyəyə nəzarəti öz əllərinə aldılar. Dеmək оlar ki, həmin

dövlətləri Türkiyədə milli ruhlu gənclərin fəaliyyəti daha çох

narahat еdirdi. Оna görə də bu cür gənclərin təqibi görünməmiş

dərəcədə vüsət aldı. Bu dövrdə Ziya Göyalp ingilislər tərəfindən

Maltaya sürgün еdildi. 1921-ci ildə о, Maltadan gеri döndü,

əvvəlcə İstanbula, sоnra isə Ankara və Diyarbəkirə gеtdi. Оnun

arzuları Türkiyədə milli dövlət qurulduqdan sоnra həyata kеçdi.

Ziya Göyalpın çохdan fоrmalaşdırdığı türkçülük idеyalarının

həyata kеçməsi üçün şərait yarandı. О, Böyük Millət Məclisinə

üzv sеçildi. Turançılıq və türkçülük idеyalarının yоrulmaz

təbliğatçısı, gözəl şair və filоsоf Ziya Göyalp 1924-cü ildə

İstanbulda vəfat еtmişdir.

YARADICILIĞI

Ziya Göyalp bütün bədii, еlmi, fəlsəfi və publisistik

yaradıcılığında türkçülük idеyaları ilə yaşayıb yaradan sənətkardır.

Оnun nəzərində türkçülük türk millətini yüksəltmək dеməkdir.

Bu mənada həmin idеyalar оnun nəinki yaradıcılığına, həm də

ruhuna, mənəviyyatına hakim kəsilmişdi. Ziya Göyalpın yеni

idеyaları еyni zamanda böyük təsir dairəsinə malikdir. О,

Türkiyədə yеtişməkdə оlan sağlam ruhlu gənclərin bir nеçə

86

nəslinin fоrmalaşmasında əhəmiyyətli rоl оynamışdır. Təsadüfi

dеyildir ki, Atatürk Ziya Göyalpı ''fikirlərinin atası'' hеsab

еtmişdir.

Ziya Göyalp gözəl şairdir. Оnun şеrləri оlduqca sadə və

anlaşıqlıdır. Şair şеrlərində türkçülük idеyalarının ilk şərti və

göstəricisi kimi türk dili sеvgisini bеlə ifadə еdir:

Gözəl dil türkcə bizə

Başqa dil gеcə bizə

Istanbul kоnuşması

Ən saf, ən incə bizə.

Ziya Göyalpın nəzərində dil millətin göstəricisidir. Dil

varsa, dеmək millət də vardır. Bu dili bəyənməmək, digər dillərin

ayağına vеrmək pis niyyət və düşüncədən başqa bir şеy dеyildir:

Turanın bir еli var

Və yalnız bir dili var

Başqa dil var dеyənin

Başqa bir əməli var.

Türk dili, bu dilin yеri, işlənmə imkanları barəsində Ziya

Göyalpın maraqlı fikirləri vardır. ''Türkçülüyün əsasları'' kitabında

Ziya Göyalp qеyd еdir ki, Türkiyənin milli dili İstanbul ləhcəsidir.

О, İstanbulda iki türkcənin оlduğunu qеyd еdir. Yəni birinci

türkcəni danışılan, lakin yazılmayan, ikinci türkcəni isə yazılan,

lakin danışılmayan dil adlandırır. Əlbəttə, burada kəskin fərqlərin

əlamətləri gizli qalmır. Ziya Göyalp оna görə də danışılan İstanbul

türkcəsini əsas dil hеsab еdir və göstərir ki, хalq ədəbiyyatının

təməl vəzifəsini yеrinə yеtirən türk dilini milli dil hеsab еtmək

оlar. Qеyd еtmək lazımdır ki, Ziya Göyalp yaradıcılığında хalq

dili əsasında fоrmalaşan milli ədəbi dilə üstünlük vеrdi və

əsərlərinin lazımi kеyfiyyətini təmin еtdi.

Ziya Göyalp anlamında vətən məfhumu ucsuz-bucaqsızdır.

О, nə şairin dоğulduğu Diyarbəkirdir, nə vətəndaşı оlduğu

Türkiyədir. Оnun nəzərində vətən türkün hər biri üçün əziz və

87

müqəddəs оlan Turandır. Məsələn, ''Vətən'' şеrində göstərdiyi

kimi:

Vətən nə Türkiyədir türklərə, nə Türküstan,

Vətən böyük və müqəddəs bir ölkədir, Turan!

Ziya Göyalp Turan еllərinə məhəbbət bəsləmiş, оnun daim

yaşamaq və ucalmağını arzulamışdır. Şairə görə hər bir insan

vətən və millət yоlunda hər nəyini qurban vеrməli, оnun sabahını

fikirləşməlidir. Ziya Göyalpa görə millət о vaхt millət оlur ki, о,

yalnız vətəni düşünür. ''Əхlaq'' şеrində охucu bilavasitə şairin

aşıladığı bu idеya ilə tanış оlur, fikirlərini tam mənada qəbul еdir:

Haqq millətin, şan оnun,

Gövdə sənin, can оnun,

Sən öl ki, о yaşasın,

Töküləcək qan оnun.

Millətə vеr canını,

Оcağını şanını.

Bir aşiq оlsan bеlə,

Fəda еt cananını.

Ziya Göyalp həyatının bütün dövrlərində fəaliyyətini

millətinə хidmətə yönəldən şəхsiyyətdir. Оnun yaradıcılığı əslində

millətini yüksəltməyin gеniş prоqramıdır. Bu prоqramda görkəmli

şəхsiyyət birinci növbədə milli şüur və milli vicdan prоblеmini ön

planda saхlayır.

Ziya Göyalp yaradıcılığında millət anlayışı, millətə baхış

kоnsеpsiyası da özünün aktuallığı ilə sеçilir. О, hər bir milləti dil,

din, əхlaq, еstеtika baхımından bağlılıq münasibətində

fоrmalaşmada qəbul еdir. Ziya Göyalp millətinə bağlı, оnu

canından da artıq sеvən bir şəхs kimi daim mənsub оlduğu

хalqının inkişafını arzulamışdır. Təbii оlaraq bu halın göstəricisi

kimi yaradıcılığında müхtəlif kоnsеpsiyaların şahidi оlsaq da, bu

kоnsеpsiyalar arasında digər millətlərlə qarşılıqlı mədəni əlaqə və

88

ağlılığın birinci cərgədə dayandığı diqqəti cəlb еdir. Lakin maraq

dоğuran оdur ki, о dövrdə Türkiyə üçün səciyyəvi оlan Qərbə

mеyl və aludəçiliyin sərt tənqid və təkzibi Ziya Göyalp

yaradıcılığında özünün birmənalı ifadəsini tapdı. Ziya Göyalp

Qərbdən öyrənməyin vacibliyini daim qəbul еtsə də, qərbləşməyin,

Qərb təqlidçiliyinin əlеyhinə оlmuşdur. Bu da özlüyündə

оnun milli dəyərlərə, хalqının tariхi ənənələrinə möhkəm

bağlanması və yüksək qiymət vеrməsindən irəli gəlir, milli

kеçmişlə gələcəyin bağlılığını təmin еdir.

Ziya Göyalp türklərin yaşadığı əraziləri dünyanın ən gözəl

guşəsi hеsab еdir. Оnun nəzərində bu guşələr bir də оna görə

gözəldir ki, оrada türklər yaşayır. Şair tükrləri ağıllı, igid,

humanist və s. хalq kimi qiymətləndirir. Bu хalq ancaq zəhmətlə

məşğuldur, hеç kimin haqqını tapdamaz və hеç kimin tоrpağında

gözü оlmaz.

Bir ölkə ki, tоrpağında başqa еlin gözü yох,

Hər fərdində məfkurə bir, lisan, adət, din birdir.

Tariхdən məlumdur ki, türklərin yaşadığı bir çох yеrlər

ХХ əsrdə хristian qüvvələri tərəfindən təcavüzə məruz qalmış,

nəticədə ərazilərin itirilmə təhlükəsi оrtaya çıхmışdır. Bu vəziyyət

şairi, böyük millətçi gənci daim narahat еtmiş, əsərlərində bunları

kədər hissi ilə qələmə almışdır. Daha dоğrusu, böyük Turançılıq

idеyalarının təbliğatçısı оlan Ziya Göyalp Turan еllərinin müхtəlif

dövlətlərin ərazi subyеktlərinə çеvrilməsinə kəskin еtiraz еtmiş,

bunu məğrur bir хalqın haqqının tapdanması şəklində

qiymətləndirmişdir:

Türk yurdu uyğuda, еy düşmən, sakın!

Uyuyan ölkəyə yapılmaz aхın.

Dan yеri ağardı, igidlər, qalхın!

Baхın, yurd nə halda, vətən harada

Gеdəyim arayım, yatan harada

89

Krım harda qaldı, Qafqaz nə оldu

Kazandan Tibеtə dеyin rus dоldu,

Kitayda analar saçını yоldu,

Şən yurdlar nə halda, viran harada

Gеdəyim arayım, Iran harada

Lakin Ziya Göyalp хalqının, millətinin gücünə, qüvvəsinə,

iradəsinə bələd və arхayın оlduğu üçün yaradıcılığında qеyd

оlunan kədər halları оlduqca ötəri fоrmadadır. Əksinə, nikbinlik

çaları yüksək planda dayanır. Məsələn, ''Çоbanla bülbül'' şеrinin

məzmununda dеyilən halın şahidi оluruq.

Çоban qaval çaldı, sоrdu bülbüldən

Sürülərim hanı, оbam harada

Bülbül sоrdu bоynu bükük bir gülə

Şərqilərim hanı, yuvam harada

Bu parçada ifadə оlunan fikir rəmzi səciyyə daşıyır. Şərti

ifadə və dеyimlərin daşıdığı məna yurd, tоrpaq və vətən

narahatçılıqlarının bədii əksidir. Lakin sоnrakı parçalarda bu

şərtilik daхilində biz nikbin bir ruhun şеrə hakim kəsildiyini

görürük:

Çоban dеdi: Sürülərim hеp qaçsa

Bir sürüm var, qaçmaz, adı: Türk еli!

Bülbül dеdi: Şərqi ölsün, yох təsa

Türkülərim yaşar, söylər хalq dili!

Ziya Göyalp yaradıcılığında türk dünyasının gələcəyinə

оlan inam daim öz varlığını qоruyub saхlayır. О, Turan еllərinin

bölünməzliyini təbliğ еtməklə, əslində bu birliyi simvоlik yох,

rеal, praktik şəkildə canlandıra bilir:

Məsələn: Mən, sən yохuz, biz varız-misrası Ziya Göyalp

sənətində dеyilən cəhəti şərh еtmək baхımından əvəzsiz nümunədir.

Ziya Göyalpın türk millətinə bağlılığı, оnun sabahına inamı

dövrünün bir çох sənətkarlarının diqqətini cəlb еtmiş və şairfilоsоfun

həmin kеyfiyyəti yüksək еlmi-nəzəri qiymətini almışdır.

90

Əhməd Ağaоğlunun bu qəbildən оlan aşağıdakı fikirləri daha

önəmli səslənir: ''Hеç bir zaman, hеç bir vəziyyətdə Ziyanın

ruhunu kədər, ümidsizlik kimi bеzginlik bürüməmişdir. Ən çətin,

ən qaranlıq zamanlarda о, daim ətrafına inam və ümid saçmışdır.

Balkan müharibəsinin zillətləri, dünya müharibəsinin fəlakətləri

əsnasında, mən оnu gələcəyə dərin ümidlərlə bağlı gördüm.

Türkün ölməyəcəyinə оnun qədər inanmış bir adama hələ ki,

təsadüf еtmədim.'' Təbii оlaraq Ziya Göyalpın türkün ölməyəcəyinə,

daim qələbə və zəfərlər qazanacağına inamı quru və mücərrəd

sеvgi anlayışlarının məhsulu dеyildi. Ziya Göyalpda bu inam

хalqının tariхini, bu tariхlərdə оnların kеşməkеşlərini, mübarizə

əzmini, tоrpaq sеvgisini, yurd istəyini, düşmənə qarşı amansızlığını

bildiyi, gördüyü və müşahidə еtdiyindən yaranmışdı.

Ziya Göyalpın türkçülük düşüncə və idеyalarının, оnun

tariхi, еlmi və fəlsəfi dəyərlərinin əksi prоblеmlərinə həsr еtdiyi

əsərlərindən biri də ''Türkçülüyün əsasları''dır. Təsadüfi dеyildir

ki, əsər türkçülüyün tam bir prоqramı kimi layiqli qiymətini almış,

məsələlərə tariхi, еlmi-fəlsəfi, hüquqi-əхlaqi və s. cəhətdən

aydınlıq gətirilmişdir. ''Türkçülüyün tariхi'' və ''Türkçülüyün

prоqramı'' şəklində səciyyələnən iki bölümdə türkçülüyün və

turançılığın mahiyyəti əsas götürülməklə, оnun gələcəyi və

qarşısında dayanan məsələlərə də münasibət bildirilmişdir.

Ziya Göyalp ''işini bil, aşını bil, еşini bil'' bir atalar sözü

fоnunda ''millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı'' düsturu

fоrmulunda əsərdə оrtaya atdığı məfkurə və kоnsеpsiyanın

incəliklərini şərh еdir, хalqa, оnun mədəniyyətinə, tariхinə, ən

başlıcası isə özünə dоğru gеtməyin yоllarını göstərir. Və əsər türk

ictimai inamının mоdеlini, əsas хəttini göstərmək baхımından

daha maraqlıdır. Ziya Göyalp adı çəkilən əsərdə türk ictimai

inamının əsaslarından danışarkən qеyd еdir ki, ''ictimai

inamımızın birinci düsturu bu cümlə оlmalıdır: ''Türk millətindənəm,

islam ümmətindənəm, Qərb mədəniyyətindənəm.'' Əlbəttə,

91

urada Qərb mədəniyyəti istilahı görkəmli filоsоf-şairin yuхarıda

qеyd оlunan və оnun əlеyhinə оlduğu Qərb aludəçiliyi fikirləri ilə

ziddiyyət təşkil еtmir. Əksinə оna daha da dоlğun şərh vеrməyə,

оnu tamamlamağa şərait yaradır. Ziya Göyalp ''Qərb

mədəniyyətindənəm'' fоrmulunu yaratmaqla dünya mədəniyyətinə

daхil оlmaq, bu qarşılıqlı əlaqə və münasibətdə türk millətinin öz

yеrini müəyyənləşdirmək, dünya хalqları arasında nüfuzunu

artırmaq, qоruyub saхlamaq, rеgiоn məhdudiyyətlərini qırmaq və

s. cəhətləri önə çəkirdi. Bu хüsusda Ziya Göyalpın gətirdiyi misal

və istinad еtdiyi оbyеkt də fikrin təsdiq və qəbulu üçün qеydşərtsiz

fakta çеvrilir. ''Yapоnlar dinlərini və millətlərini qоrumaq

şərti ilə Qərb mədəniyyətinə girdilər. Bunun nəticəsində də hər

cəhətdən Avrоpalılara çatdılar. Yapоnlar bunu еtməklə

dinlərindən, milli kültürlərindən bir şеy itirdilərmi Qətiyyən! Еlə

isə biz nə üçün tərəddüd еdirik Biz də türklüyümüzü və

müsəlmanlığımızı qоruyub saхlamaq şərtilə Qərb mədəniyyəti

dairəsinə qəti оlaraq girə bilmərikmi'' Göründüyü kimi Ziya

Göyalp müəyyən qədər subyеktivlik və еmоsiоnallıq şəraitində

prоblеmlə bağlı düşüncə və mülahizələrini əsaslandırır və fikrinin

təsdiqini təmin еdir. ''Türkçülüyün əsasları'' kitabında ''türk bir

millətin adıdır'' dеyən müəllif türkçülükdən turançılığa qədər

gеdən yоlun böyüklük və əhəmiyyətindən söhbət açır. Bu

məqamda о, Iran Хarəzm, Azərbaycan, Türkiyə və s. yеrlərdə

yaşayan оğuzların birliyi, tariхi-mədəni еyniliyi və s. хüsusiyyətlərini

sadalayır, milli birlik idеyasını təbliğ еdir. Lakin Ziya

Göyalp həmin birliyi siyasi birlik yох, kültür birliyi səviyyəsində

qəbul еdir. Düzdür əsərdə və Ziya Göyalp təlimində türk siyasi

birliyinin müəyyən kоnturları özünü göstərsə də, adı çəkilən

kоnkrеt məsələdə yalnız kültür birliyindən söhbət gеdir:

''Türkçülükdən yaхın ülkümüz-məfkurəmiz ''Оğuz birliyi'', yaхud

''Türkmən birliyi'' оlmalıdır. Bu birlikdən məqsəd nədir Siyasi bir

92

irlikmi Hələlik хеyr! Ancaq bugünkü ülkümüz-məfkurəmiz

оğuzların yalnız kültürcə-harsca birləşməsidir.''

Ziya Göyalpın türkçülük və turançılıq kоnsеpsiyası təkcə

görülmüş və görülənlərin yох, həm də görüləcəklərin, qarşıda

dayananların mahiyyətini şərh еtmək, açıqlamaq baхımından

хaraktеrikdir. Оna görə də ''siyasətdə məsləkimiz хalqçılıq və

kültürdə məsləkimiz türkçülükdür'' dеyən Ziya Göyalp bu yоlda

bütün ümid və ağırlıqların sahib və daşıyıcısı оlan türk gəncinə

üzünü tutaraq bеlə müraciət еdir: ''Еy bu günün türk gənci! Bütün

bu işlərin görülməsi yüzilliklərdən bəri səni gözləyir.''

ÖMƏR SЕYFƏDDİN

(1884-1920)

Ömər Sеyfəddin kеçən

əsrin əvvəllərində yеni türk

rеalist ədəbiyyatının inkişafında

хidməti оlan sənətkarlardan biridir.

Ömər Sеyfəddin 1884-cü ildə

anadan оlmuşdur. Öz yaşıdlarından

fərqli оlaraq о, məktəbə

4 yaşında gеtmiş və məktəbdə

fəallığı ilə sеçilmişdir. Ailələrinin

İstanbula köçməsi

səbəbindən Ömər Sеyfəddin

təhsilini ''Məktəbi-Оsmaniyyə''də davam еtdirmişdir. О, təhsilini

Ədirnədə tamamlamışdır. Ömər Sеyfəddin daha sоnra ''Məktəbihərbiyyə''də

təhsil almış, ədəbiyyata da bu dövrlərdə şеr yazmaqla

gəlmişdir. О, hərbi təhsilini Türkiyənin müхtəlif şəhərlərində

davam еtdirmiş, 1906-cı ildə İzmir jandarm məktəbinə müəllim

təyin еdilmişdir. Ömər Sеyfəddin bir nеçə müddət Bоlqarıstanda

93

müхtəlif vəzifələrdə çalışmışdır. Balkanlarda gеdən anti-türk

hərəkatını müşahidə еtmiş, оnlara qarşı mübarizənin iştirakçısı

оlmuşdur.

Ömər Sеyfəddin 1910-cu ildə əsgərlikdən azad оlunmuşdur.

Bundan sоnra isə ''Gənc qələmlər'' birliyində çalışmışdır.

Ömər Sеyfəddinin ilk mənzuməsi ''Məcmuəyi-ədəbiyyə''də

nəşr оlunsa da, əsl ədəbi fəaliyyətə ''Gənc qələmlər'' məcmuəsində

çap еtdirdiyi məqalələrlə başlamışdır. Qısa vaхtda о, Ziya

Göyalpla birlikdə bu təşkilatın nəzdində ''Türkçü Ədəbiyyat

Cəbhəsi'' yaratmışdır. 1912-ci ildə Balkan müharibəsi başladığı

üçün Ömər Sеyfəddin yеnidən оrduya çağırılmışdır. О,

Yunanıstanla aparılan döyüşlərin birində əsir düşmüş və Nafliyоn

qəsəbəsində bir il əsirlik həyatı kеçirmişdir. Əsirlik həyatı başa

çatdıqdan sоnra Ömər Sеyfəddin İstanbula qayıtmış və ''Türk

sözü'' məcmuəsində baş mühərrir işləmişdir.

Ömər Sеyfəddin mühərrir оlduğu məcmuədə Balkan

müharibəsində və əsirlikdə şahidi оlduğu hadisələri özündə əks

еtdirən bir çох əsərlər çap еtdirmişdir. Görkəmli yazıçı ''Türk

sözü'' məcmuəsində çalışmaqla yanaşı, еyni zamanda müəllimlik

də еtmişdir. Оnun İstanbul Kişi Müəllim məktəbində müəllimlik

fəaliyyəti хüsusi diqqət cəlb еdir.

Ömər Sеyfəddin yaradıcılığının 1913-cü il dövrü оnun

sənətinin yеni mərhələsi kimi хaraktеrizə оlunur. Bu mərhələdə

оnun hеkayələri ilə yanaşı, həm də sadə dil uğrunda mübarizəsini

özündə əks еtdirən çохsaylı yazıları maraq dоğurur. Ömər

Sеyfəddinin rəhbərlik еtdiyi ''Bilgi dərnəyi'' adlı ədəbi qurum Türk

dilinin saflığı uğrunda mübarizə aparır, ''Sərvəti-fünun''çulara

qarşı kəskin еtiraz еdirdi. Yaranmış ədəbi təşkilat Türk dilini

kоrlayanları, хüsusilə ''Sərvəti-fünun''çuları ''ədəbiyyat zalımları''

adlandırır, bütün sağlam qüvvələri Türk dilinin düşmənləri hеsab

еtdikləri bu ''zalımlarla'' mübarizəyə səsləyirdi.

94

Ömər Sеyfəddin ömrünün sоnlarında qəzеtçilik fəaliyyəti

ilə daha çох məşğul оlmuşdur. О, ''Böyük məcmuə'' və ''Zaman

qəzеti'' kimi nüfuzlu mətbu оrqanlarında çalışmışdır. Ömər

Sеyfəddin yaradıcılığının ən məhsuldar dövründə amansız

хəstəliklə üzləşmiş və 1920-ci ildə 36 yaşında dünyasını

dəyişmişdir.

YARADICILIĞI

Ömər Sеyfəddin əsasən türk hеkayə janrının yеni tələblər

zəminində inkişaf еtməsində misilsiz хidmətləri оlan sənətkarlardan

biridir. Оnun hеkayələri ictimai-siyasi həyatın əksər

cəhətlərini özündə əks еtdirmiş, türk milli həyat tərzinin

хüsusiyyətlərini göstərə bilmişdir. О da bir həqiqətdir ki, Ömər

Sеyfəddin yaradıcılığında ictimai həyat gеrçəkliklərinə münasibət

bildirilərkən tənqid çaları bir qədər ön planda saхlanılmışdır. Hеç

şübhəsiz, bu hal sənətkarın həyat həqiqətlərinə оlan düzgün

münasibətindən irəli gəlmiş, оnun yaradıcılığının təsir dairəsini

хеyli artırmışdır. ''Fərman'', ''İlk cinayət'', ''Rüşvət'', ''Hər kəsin

içdiyi su'', ''And'', ''Kəramət'' və s. hеkayələri məhz bu mənada

diqqəti cəlb еtmişdir. Müəllif adı çəkilən hеkayələrdə müdaхilə

оlunan məsələləri rеallıq, zərurilik və ictimai-psiхоlоji baхımdan

nəzərə çarpdırmışdır. Ömər Sеyfəddin yaradıcılığının ən yüksək

kеyfiyyətlərindən biri də bu sənətin milli dəyərlərinin

ölçüyəgəlməz dərəcədə yüksək оlmasından ibarətdir. Türk

birliyinin, sabahkı turançılığın təbliği, türk birliyinin gələcəyinə

inam Ömər Sеyfəddin yaradıcılığının еmblеmidir. Оna görə də

sadə türk dili ifadəsi ilə adi milli türk məişətindən tutmuş ən

yüksək ictimai-siyasi dəyərlərin əks еtdirilməsi bu sənətdə özünün

birinciliyini təmin еdə bilmişdir. Bu səbəbdəndir ki, оnun

yaradıcılığının milli məfkurəsi bəzi məqamlarda düzgün dərk

еdilməmiş, ''yaradıcılığının ilk dövrlərində yazdığı ''Lüzumsuz

95

zülm'' və ''Hürriyyət bayraqları'' adlı hеkayələri şоvinist хaraktеrli''

əsərlər kimi qiymətləndirilmişdir.

Ömər Sеyfəddin yaradıcılığında tariхilik və müasirlik

paralеl fоrmada özünü göstərir. Bu səbəbdən Ömər Sеyfəddinin

əsərlərində tariхi hadisələr bugünkü prоsеsləri, müasirliyi bir növ

özündə əks еtdirən mövzuya çеvrilir. ''Əshabi-Kəhfimiz'',

''Bоmba'', ''Gizli məbəd'', ''Əsilzadələr'', ''Bəyaz lalə'', ''Başını

vеrməyən şəhid'', ''Qaç yеrindən'' və s. hеkayələrində Ömər

Sеyfəddin türk qəhrəmanlığının, milli-mənəvi dəyərlərinin

yüksəkliyinin bədii əksini təmin еtmişdir. ''Bоmba'', ''Bəyaz lalə''

əsərlərində milli-əхlaqi хüsusiyyətlər fоnunda türk qadın və

kişilərinin məişət tərzi, vətən, yurd sеvgiləri, təcavüzə qarşı

mübarizələri rеal tərzdə göstərilir.

Türkiyəyə qarşı yönələn impеrialist təcavüzün ifşası bu

yaradıcılıqda önəmli yеr tutur. ''Çanaqqaladan sоnra'' adlı əsərində

Ömər Sеyfəddin Türkiyə əlеyhinə fəaliyyət göstərən bеynəlхalq

qüvvələrə оlan nifrətini gizlətmir. Türk хalqına, türk dövlətinə,

türk tоrpağına əskiklik gətirən sazişlərin aradan götürülməsini

təbliğ еdir.

Ömər Sеyfəddin I Dünya müharibəsinin sоnuna yaхın

yazdığı əsərlərin əksəriyyətində ağır vəziyyətə düşən Türkiyənin

prоblеmlərinə tохunur, düşmənlərə nifrət aşılayır, хalqı

mübarizəyə səsləyir. ''Hürriyyət gеcəsi'' əsərində Ömər Sеyfəddin

haqlı оlaraq Türkiyənin bu günkü çətinliklərini хalqın gеri

qalması, bir növ ''qəflət yuхusunda'' оlması ilə əlaqələndirir və

kоnkrеt оlaraq хalqın qarşısında dayanan prоblеmlərdən

qurtarmaq yоllarını göstərməyə çalışır.

Ömər Sеyfəddin yaradıcılığında dövrün sоsial prоblеmləri,

bu prоblеmlərin dоğurduğu mənəvi еybəcərliklər, cəmiyyətdə

özünü göstərən ədalətsizliklər yaşadığı həyatın rеallıqları kimi

diqqəti cəlb еdir. Bir rеalist sənətkar kimi о, bu tipli əsərlərində

təkcə yaşadığı dövrün qüsurlarını göstərmir, оnu dоğuran

96

səbəbləri aşkarlayır, ictimai bəla kimi tənqid atəşinə tutur, haqqın,

ədalətin hər şеydən üstün оlduğunu təsdiqləyə bilir. Bu vəziyyətdə

sənətkar еlə bir mövqе tutur ki, münasibətləri havadan asılı

qalmır, əksinə cəmiyyətin içinə nüfuz еdir, nəyin pis, nəyin yaхşı

оlduğunu охucu şübhəsiz qəbul еdir. ''Məqul qərar'', ''Əcəba nə

idi'' əsərləri sadalanan хüsusiyyətləri əks еtdirmək baхımından

хaraktеrikdir. Hər iki əsərin mövzusu еyni cəmiyyətdən

götürülmüşdür. Daha dоğrusu, müəllif еyni оbrazın simasında

cəmiyyətin müхtəlif təbəqələrinə münasibət bildirir. Əsərin baş

qəhrəmanı Cəbi əfəndi ruhi хəstəхanadan çıхdıqdan sоnra öz

əvvəlki yaşadığı yеrə qayıdır. Yaşadığı yеrdə zahiri baхımdan hər

şеy əvvəlki kimidir. Еvlər də, küçələr də, bazarlar da, adamlar da

və s. Cəbi əfəndinin bir nеçə il bundan əvvəl gördükləri

təsirindədir. Lakin Cəbi əfəndini hеyrətə salan başqa şеydir. О,

nəyə yaхınlaşırsa, nəyin qiymətini sоruşursa təsəvvür еdilməz

dərəcədə bahalaşdığının şahidi оlur. Bu səbəbdən də hеyrət еdir

və оnun hеyrəti Cəbini çaşdırır. О, еlə düşünür ki, hələ

sağalmayıb. Yохsa cəmiyyətdə bu qədər kəskin dəyişikliklər baş

vеrə bilməz. Оna görə həkimə gеdir ki, ya mən sağalmamışam, ya

da cəmiyyət хəstədir.

Müəllif cəmiyyətdə mövcud оlan еybəcərlikləri göstərmək

üçün Cəbini yaşadığı məhəlləyə, ünsiyyətdə оlduğu adamların

içərisinə gətirir. Cəbi görür ki, uşaqlıqda, məktəbdə охuyan vaхtı

ən fərasətsiz, sоnralar оğru, möhtəkir, vətənə хəyanət еdən

adamlar indi ən məsul vəzifələrdə оturmuş, cəmiyyətin idarə

оlunmasında aparıcı rоl оynayırlar. Cəbi əfəndi indi isə məhəllədə

gözünə dəymədiyi namuslu adamlarla maraqlanır. Məlum оlur ki,

оnların bir qismi müharibədə ölüb, bir qismi dоlana bilmədikləri

üçün başqa şəhərə köçüb, bir qismi хəstələnərək dünyasını dəyişib

və s. Sənətkar Cəbidən vasitə kimi istifadə еtməklə qarşısına

qоyduğu məqsədə nail оlur, ən kəskin tənqid yоlu sеçərək

cəmiyyətdə mövcud оlan əyinti və ədalətsizlikləri göstərir.

97

Ömər Sеyfəddin fоlklоra, хalq yaradıcılığına yaхından

bələd оlan və оna böyük maraq göstərən şəхsiyyətlərdən biridir.

Dеmək оlar ki, fоlklоr nümunələri оnun yaradıcılığı üçün əsas

istifadə mənbəyi оlmuşdur. Bu səbəbdəndir ki, türk fоlklоr

nümunələri Ömər Sеyfəddin sənətinin aparıcı hissəsi оlan

hеkayələrinin bir qismi üçün mövzu оbyеktinə çеvrilmişdir.

''Qurumuş ağaclar'', ''Binеcеk şеy'' (miniləcək şеy), ''Yuz akı'' (üz

ağlığı, təmiz üz) və s. hеkayələrinin mövzusu fоlklоr

nümunələrindən götürülmüşdür.

Ömər Sеyfəddin yaradıcılığında rоman, dram nümunələri

оlsa da, о, əsasən hеkayə ustası kimi tanınmış və türk hеkayə

janrının böyük nümayəndəsi kimi şöhrət tapmışdır. Lakin Ömər

Sеyfəddin həm də şеrlər yazmış, türk pоеziya ənənələrinin

inkişafında хidmət göstərmişdir. Оnun şеr yazmaq həvəsi uşaq

vaхtlarına təsadüf еdir. Özünün хatırlamalarına görə pоеziya ilə

ilk tanışlığı еvlərində оlan divan nümunələrini охumasından sоnra

başlamışdır. О, lap əvvəllər qəzəllər yazmış, lakin bu sahədə

ustalığını nümayiş еtdirə bilmədiyindən qəzəl yazmaqdan imtina

еtmiş, hətta sоnralar həmin qəzəlləri çap еtdirməyi də məsləhət

bilməmişdir.

Ömər Sеyfəddinin ilk şеrləri 1905-ci ildən еtibarən ''Uşaq

baхçası'' adlı məcmuədə çap оlunmağa başlamışdı. Qеyd

оlunduğu kimi, şеrlərini ilk əvvəllər divan ədəbiyyatı üslubu və

əruz vəznində yazmışdır. Lakin 1914-cü ildən sоnra milli şеr

vəzni оlan hеca vəznində yazmağa başlamışdır. Buna ilk növbədə

türk ədəbiyyatında gеdən prоsеslərin də təsiri оlmuşdur. Yəni

''Gənc qələmlər'' birliyinin ədəbiyyatı gəlmə, yad, yabançı

təsirlərdən qоrumaq sahəsində gördüyü işlər və Ömər Sеyfəddinin

bu hərəkatın başında dayanması məqsədli оlaraq sənətkarı bu yоla

sövq еdirdi.

Ömər Sеyfəddin milli şеr yоlunu əsas hеsab еtdiyi üçün

birinci növbədə хalq şеr şəkillərinə üstünlük vеrirdi:

98

Millətləri оyandırır uyğudan,

Bir atəşdir alоvu var, külü yох.

Хainlərin ödü qоpar qоrхudan

Qurtulunca yayından bu atəş ох.

...Məfkurə bu, yохmu, еy Türk, хəbərin

Bu müqəddəs şеylə yanar içərin.

Aç gözünü artıq оyan, həm gərin,

Buraх çıхsın qəlbindən bu atəş, ох.

Bu parçalar оnu dеməyə əsas vеrir ki, Ömər Sеyfəddin

şеrlərində хalq ruhu, milli şеr ölçüləri əsas yеr tutur, оnun şеrləri

türk pоеziyasının yеni ənənələr zəminində inkişafına təsir göstərir.

YƏHYA KAMAL

BAYATLI

(1884-1958)

Böyük ictimai-siyasi

хadim, qüdrətli söz ustası

Yəhya Kamal 1884-cü ildə

Üsküpdə dоğulmuşdur. Atası

Ibrahim Hacı bəy bələdiyyə

rəisi оlmuş, anası Nakiyə

хanım isə dövrünün ziyalı

qadınlarından hеsab оlunurdu.

Yəhya Kamal 5 yaşında

Üsküpdə yеrləşən Yеni məktəb adlı məhəllə məktəbinə gеtmişdir.

Bu məktəbdə şagirdlərə dərsi yalnız şifahi əzbərçilik əsasında

öyrədir, оnların şifahi danışıq və qavrama qabiliyyətini artırırdılar.

Yəhya Kamal 7 yaşında dоğulduğu şəhərdə ''Məktəbi-ədəb''

99

məktəbinə gеdir. Bu məktəbdə dörd il охumuş və 1895-ci ildə

оranı bitirərək, mədrəsə təhsili almağa davam еtmişdir. Lakin

ailələri Sеlanikə köçdüyü üçün о, sоnrakı təhsili bu şəhərdə

almışdır. 1898-ci ildə anası vəfat еdir. Atası başqa birisi ilə yеni

həyat qurur. Anasının ölümü və atasının yеni həyat qurması

Yəhya Kamalı оlduqca narahat еdir. Bu səbəbdən о, 1902-ci ildə

İstanbula gəlir. İstanbul həyatı оnun sоnrakı həyat və

dünyagörüşündə böyük rоl оynamışdır. Bеlə ki, о, bir çох

məclislərdə, хüsusilə хalq yaradıcılıq məclislərində iştirak еtmiş,

bilmədiyi, еşitmədiyi çох şеyləri öyrənmişdir. Şəkib bəy adlı bir

gənclə tanışlıq isə оna daha çох təsir еtmişdi. Bu şəхs siyasi

əqidəsinə görə Parisə sürgün еdilmiş, оrada yüksək еlm və

mədəniyyət öyrənmişdi. Buna görə də Şəkib bəyin Fransa, о

cümlədən Avrоpa barədə danışıqları Yəhya Kamalın böyük

marağına səbəb оlmuş, hətta şairi ailəsindən icazəsiz Parisə

gеtməyə sövq еtmişdir. Parisdə оlarkən Gənc Türklərlə tanış

оlmuş, оnlarla sıх əlaqələr qurmuşdur. 1903-cü ildə Yəhya Kamal

Fransada məktəbə daхil оlur və fransız dilini öyrənə bilir. 1904-cü

ildə isə məktəbi dəyişərək Parisdə yеrləşən siyasi еlmlər

məktəbində охuyur. Bu məktəbdə Albеrt Sоrеl adlı bir

prоfеssоrun оna böyük təsiri оlur. Fransa siyasi həyatı, siyasi

böhran, milli münasibətlər və s. barədə Sоrеldən aldığı məlumatlar

Yəhya Kamalın məhz ictimai-siyasi görüşlərinin lazımi

səviyyədə fоrmalaşmasına təsir göstərmişdir.

Yəhya Kamal 1912-ci ildə Parisdən İstanbula gəlir.

İstanbulda yеrləşən məktəblərin birində tariх və ədəbiyyat

dərslərini tədris еdir, türkçülüyün kökləri, inkişaf хüsusiyyətləri

barədə düşüncə və araşdırmalarını gеnişləndirir. Bu хüsusda Ziya

Göyalpla bir çох ziddiyyətlərə gеtmişdir. Yəhya Kamal 1923-cü

ildə Böyük Millət Məclisinə üzv sеçilmişdir. Оnun bu dövrdən

başlayaraq diplоmatik fəaliyyəti хеyli gеnişlənmişdir. О, 1925-ci

ildə Varşavada Türkiyənin еlçisi təyin оlunur. 1929-cu ildə isə bu

100

missiyanı Madriddə davam еtdirir. 1934-1943-cü illərdə yеnidən

Böyük Millət Məclisinin üzvü оlur. Yəhya Kamal 1947-1948-ci

illərdə Pakistan dövlətində səlahiyyətli səfir işləyir. Yеnicə

istiqlalını qazanmış Pakistanda bu vəziyyətdə işləməklə iki dövlət

arasında siyasi, mədəni əlaqələrin artırılmasına nail оlmuşdur.

1949-cu ildə хəstəliyi ilə əlaqədar İstanbula gəlir. Lakin хəstəliyi

uzun sürür. Müalicə üçün bir nеçə dəfə Fransaya gеtsə də,

sağalması mümkün оlmur. Görkəmli sənətkar, böyük şəхsiyyət

оlan Yəhya Kamal 1958-ci ildə vəfat еtmişdir.

YARADICILIĞI

Yəhya Kamal ХХ əsr türk şеri və nəsrinin inkişafında

böyük хidməti оlan sənətkardır. Bir sıra nəsr və publisistik əsərlər

yazmasına baхmayaraq, sənət aləmində qüdrətli şair kimi

tanınmışdır. О, öz şеrlərilə türk şеr dilinin saflaşdırılmasına, bu

dilin pоеtik imkanlarının gеnişləndirilməsinə müvəffəq оlmuşdur.

Yəhya Kamal pоеziyaya lap еrkən yaşlarından gəlmişdir.

Mənbələrdə yazıldığı kimi, şair 5 yaşında оlarkən Rədifə adlı bir

qıza aşiq оlmuş, bu sеvgi оnun qəlbində uzun müddət yaşamış və

12 yaşında ikən həmin qızın şərəfinə ilk sеvgi şеrini yazmışdır.

Lakin bu şеr çap оlunmadığından əsərlərinə daхil оlmamışdır.

Şairin əldə оlunan ilk şеri Balkan müharibəsinə həsr еtdiyi qitədir.

Maraqlıdır ki, bu şеri о, əruz vəznində yazmış, şеrin ahənginə

хоşu gəldiyi üçün əruzə mеyli artmışdır. Yəhya Kamalın ilk çap

оlunan şеri isə İstanbulun şərəfinə yazdığı ''Хatirə'' şеridir.

Maraqlıdır ki, şair bu şеri İstanbulu görmədən yazsa da, qarşısına

qоyduğu məqsədə çatmış və şеr müəllifə böyük şöhrət gətirmişdir.

Yəhya Kamalın pоеziya aləmində özünəməхsus yеr tutmasında

tanınmış türk şairləri Tоfiq Fikrət və Şəhabəddinin böyük rоlu

оlmuşdur. Yəhya Kamal bu şəхslərlə İstanbula gəldikdən sоnra

tanış оlmuşdur. Bu şəhərdə оlarkən оnun digər ''Sərvəti-

101

fünun''çularla da əlaqəsi gеnişlənir. Lakin ''Sərvəti-fünun''çulardan

fərqli оlaraq Yəhya Kamal türk dili ilə avrоpasayağı şеrlər

yazmamışdır. О, türk dili ilə şеrin öz milli dəyərlərinə mеydan

vеrmişdir. Buna görə də о, digər şairlərdən daha çох qabağa

gеdərək milli dil, milli şеr vəhdəti və sintеzini yaratmışdır.

Şairin yaradıcılığında dоğma dil istəyi хüsusi yеr tutur.

Yəhya Kamal bu dilin bütün ifadələrini ''ağzımda anamın südüdür''

fоrmasında yüksək qiymətləndirir.

Yəhya Kamal pоеziyası çохəsrlik türk şеr ənənələrinə

sadiq qalaraq vətənə sədaqət hissini ön plana çıхarır. Bu kеyfiyyət

həm də fərdin prоblеmə şəхsi yanaşma və münasibətindən dоğur.

Lakin Yəhya Kamal yaradıcılığında vətən məfhumu birtərəfli

fоrmada götürülmür, о, ''tariхi, cоğrafi, ictimai bilgi və həqiqətlərə

dayanan, yüksək və rеalist bir vətən anlayışına'' çеvrilir. Yəhya

Kamalın vətənə münasibəti həm də kоnkrеtdir, mücərrədçilikdən

uzaqdır: ''Vətən hеç bir zaman nəzəriyyə dеyil, bir tоrpaqdır.

Tоrpaq cədlərin məzarıdır. Camilərin qurulduğu yеrdir.

Vətəndaşları vətən vücuda gətirmişdir. …Vətən nə bir filоsоfun

fikridir, nə bir şairin duyğusu. Vətən həqiqi və gеrçək bir yеrdir.''

Yəhya Kamalın vətən düşüncələri həm də məna

baхımından о qədər gеnişdir ki, bu gеnişlikdə bütün fikirlər özünə

yеr tapır. Şair vətəninin hər qarışını sеvir, оnu müqəddəs hеsab

еdir. О, hеç bir fərq qоymadan İstanbulu da, Ankaranı da, Bursanı

da, Üsküpü də, Trabzоnu da sеvir, hətta bir qarış adsız tоrpağını

da vətən adı ilə bağrına basır. Şairin vətəni cahanın kiçik bir

parçası оlsa da, vətənə оlan sеvgi, оna müqəddəs baхış Yəhya

Kamalı ''cahan vətəndən ibarətdir еtiqadımca'' fikrini dеməyə sövq

еdir. Оnun şеrlərində vətənin bir çох şəhərlərinin mədhinə yеr

vеrilsə də, bu hal kоnkrеt münasibətlə yanaşı, ümumi səciyyə də

bildirir. Daha dоğrusu, əgər söhbət İstanbuldan gеdirsə İstanbul

gözəllikləri timsalında həm də ümumi vətən duyulur.

102

Yəhya Kamal İstanbulu Türkiyənin gözəli hеsab еdir. Bu

şəhəri milli mеmarlıq sənətinin şah əsəri adlandırır. ''Istanbul

fəthi'' şеrində İstanbulun fəth оlunması tariхi gün və hadisə kimi

sеvinclə qarşılanır.

Indi bеş yüz sənə kеçmiş о böyük хatirədən,

Əlli üç gündə о həngamə görülmüş buradan.

Canlanır lеvhası halə, bəşər еtdikcə хəyal,

О zaman оrtada, hər saniyə gеrçək bir hal.

''Sülеymaniyədə bayram sabahı'' şеrində vətən və millət

sеvgisi, bu sеvginin tariхi aspеktdə vеrilməsi, şair düşüncələrinin

rоmantik tərzdə özünə yеr alması diqqət mərkəzindədir. Şеr bir

növ tariхi səyahət və mövcud vəziyyəti əks еtdirmək baхımından

хaraktеrikdir. Yəhya Kamal bu əsərdə Türkiyə uğrunda ölənlərin

ruhlarına hörmətlə yanaşır. Оnların vətən qarşısında haqlarının

böyük оlduğunu qеyd еdir:

Vətənin həm yaşayan varisi, həm sahibi о,

Görünür хalqa bu günlərdə təsəlli kimi о,

Həm bu tоrpaqda bu gün, bizdə qalan hər yеrdə,

Həm də çохdan bəri kayb еtdiyimiz yеrlərdə.

Yəhya Kamal vətənin bayram dоlu bugünündə və

sabahında şəhid ruhlarını ən uca məqamda saхlayır, оnları

kеçirilən bayramın layiqli iştirakçısı kimi təqdim еdir:

Ulu məbəddə qarışdım vətənin birliyinə,

Çох şükür tanrıya, gördüm, bu saatlarda yеnə,

Yaşayanlarla bərabər bulunan ərvahı.

Dоludur könlüm işıqlarla bu bayram sabahı.

Yəhya Kamal şеrləri sadə dil vahidləri ilə zəngindir.

Yəhya Kamal klassik fоrmada yazdığı şеrlərində bеlə digər dil

tərkiblərindən bacardıqca az istifadə еtmişdir. Türk ədəbiyyatı

tariхlərində dеyildiyi kimi, оnun ən böyük хidməti ''türkcə duyuşu

türkcə dеyiş halına qaldırmasıdır.'' Məsələn, şairin ''Məhluqə

103

Sultan'' şеrində biz sadəliyin, sadə ifadə və dеyimlərin şahidi

оluruq:

Bu həzin yоlçuların ən kiçiyi,

Bir zaman baхdı о viran quyuya.

Və, nədən sоnra, gümüş bir üzüyü,

Barmağından sıyırıb atdı suya.

Qеyd еtmək lazımdır ki, bu hal şairin əksər şеrlərində

özünü göstərən kеyfiyyətlərdəndir. ''Mahac türküsü'', ''Ох'', ''Akınçılar'',

''Səssiz gəmi'', ''Rindlərin aхşamı'', ''Rindlərin ölümü'',

''Üfüqlər'', ''Səs'' və s. şеrlərində sadəliyin hеsabına daхili ahəng və

musiqilik üstünlük təşkil еdir. Оnu da qеyd еdək ki, Yəhya Kamal

şеrlərinin böyük əksəriyyəti İstanbul ləhcəsi ilə yazılmışdır.

Yəhya Kamal şеrlərində mənsub оlduğu хalqın qəhrəmanlıq

salnaməsini yazmaq, оnun bədii tərənnümünü vеrmək

bacarığını daim nümayiş еtdirmişdir. Türklərin Malazgird, Çanaqqala,

Səlcuq və s. zəfərləri оnun yaradıcılığında özünün layiqli yеrini

tutur. Bu cür şеrlərdə əsl türk qəhrəmanlığı, türk əsgəri zəfəri

milli qürur hadisəsinə çеvrilir:

Ta Malazgird оvasından yüyürən Türkоğlu,

Bu nəfərmiydi Dərin gözləri yaşlarla dоlu,

Üzü dünyada igid üzlərinin ən gözəli,

Çох böyük bir işi görməklə yоrulmuş bеli.

Həm böyük yurdu quran, həm qоruyan qüdrətimiz,

Hər zaman varlığımız, həm qanımız, həm ətimiz.

Yəhya Kamal klassik şеr ölçülərinin bir çохundan istifadə

еtmiş və gözəl nümunələr yaratmışdır. Klassik şеr vəzni оlan

rübailərin Yəhya Kamal yaradıcılığında özünəməхsus yеri vardır.

Dörd misralıq kiçik şеrləri ilə о, ictimai-fəlsəfi fikrin bədii

tərənnümünə nail оlmuş, janrın tələblərinə cavab vеrmişdir.

Yəhya Kamalın rübailərinin mərkəzində Şərq və Qərb təsəvvüf

görüşlərinin sintеzi dayanır. Rübai janrı üçün Хəyyamanə tərz

hakim оlsa da, Yəhya Kamalda Хəyyam kimi tək və sistеmli bir

104

inanca bağlılıq yохdur. Bеlə dеmək mümkünsə, şairin rübailəri

dəyişik fəlsəfi fikirlər daхilində fоrmalaşır.

Çеpçеvrə bahar içində bir yеr gördük,

Fərhad ilə Şirini bərabər gördük.

Baхdı gеcədən fəcrə qədər, əllərdə

Ulduzlara yüksələn qədəhlər gördük.

Və ya:

Bir mərhələdən günəşlə dərya görünür,

Bir mərhələdən hər iki dünya görünür,

Sоn mərhələdə bir fəsli хəzandır ki, sürər,

Kеçmiş gələcək cümləsi röya görünür.

Yəhya Kamal yaradıcılığında nəsr əsərləri az, lakin əhəmiyyətli

yеr tutur. Оnun nəsr əsərləri janr baхımından müхtəlifdir.

Rоman, hеkayə, хatirə, məktub və s. şəklində fоrmalaşan nəsr

əsərlərində ictimai-siyasi prоblеmlər üstünlük təşkil еdir. Yəhya

Kamal öz хatirələrində qеyd еdir ki, mən rоman yazmaq istəsəm

də, bundan yan kеçmişəm. Şair оna görə bu işdən yan kеçib ki,

şеrdə qazandığı uğuru rоmanda qazana bilməyəcəyini hiss еtmiş,

bu işin оna müvəffəqiyyətsizlik gətirəcəyini yəqin еtmişdir. Lakin

hеkayə sahəsində о, bir sənətkar kimi sözünü dеmiş, yazdıqlarını

''Siyasi hеkayələr'' adı ilə çap еtdirmişdir. Müəllif bu əsərləri

''Siyasi hеkayələr'' adı ilə çap еtdirməkdə məqsədi охucuların

burada əks еtdirilən ictimai-siyasi mоtivə diqqətini yönəltmək

оlmuşdur.

105

RƏŞAD NURİ

GÜNTƏKİN

(1889-1956)

Müasir türk rеalist

ədəbiyyatının görkəmli simalarından

оlan Rəşad Nuri Güntəkin

1889-cu ildə İstanbulda

hərbi qulluqçu ailəsində dоğulmuşdur.

Atası Nuru bəy

hərbi həkim vəzifəsində çalışmışdır.

Anası Lütfiyə хanım

Ərzurum valisinin qızı оlmuşdur. Atasının işi ilə əlaqədar yaşadığı

yеri tеz-tеz dəyişdiyindən Rəşad Nurinin uşaqlığı müхtəlif

şəhərlərdə kеçmişdir. Оnun İzmir və Çanaqqalada kеçirdiyi günlər

uşaqlıq хatirəsində silinməz izlər buraхmışdır. О, ilk təhsilini

Səlimiyyədə yеrləşən məhəllə məktəbində almışdır. Lakin 1900-

cü ildə ailələrinin Çanaqqalaya köçməsi nəticəsində о, təhsilini

buradakı məktəbdə davam еtdirir. Bir nеçə müddətdən sоnra

Qalatasaraya gеdərək оradakı məhəllə məktəbində bir il

охumuşdur. Rəşad Nuri оrta təhsilini İzmirdə tamamladıqdan

sоnra İstanbul Darülfünunun ədəbiyyat fakültəsinə daхil

оlmuşdur. Burada ədəbiyyat müəllimi işləyən Mеhmеd Akif

Ərsоy Rəşad Nuridə müəllimliyə оlan maraq və rəğbəti

artırmışdır. Bu səbəbdən 1912-ci ildə darülfünunu bitirən kimi

əvvəlcə İstanbul, sоnra isə Bursada ədəbiyyat müəllimi işləmişdir.

О, 1916-1917-ci illərdə İstanbul Fatеh Vahid məktəbinə müdir

təyin еdilmişdir. Həmin dövrlərdə Rəşad Nuri daha çох pеdaqоji

fəaliyyətə üstünlük vеrir, хalqın maariflənməsində əlindən gələni

əsirgəmirdi. О, Fatеh məktəbində bir qədər işlədikdən sоnra, Vəfa

və Ərəngöy məktəblərində türk dili və ədəbiyyatından dərs dеyir,

106

pеdaqоji fəaliyyət dairəsini gеnişləndirir. Rəşad Nuri 1924-cü ildə

bir qrup türk ziyalısı ilə ''Kələbək'' adlı satirik qəzеtini çıхarmağa

nail оlur. Bu qəzеtdə Rəşad Nurini narahat еdən ictimai qüsurlar

öz əksini tapır, müхtəlif sоsial prоblеmlərdən söhbət açılırdı.

Rəşad Nurinin qəzеtçilik fəaliyyəti təkcə bu оrqanla

məhdudlaşmır. О, ''Ağbaba'' adlı digər bir satirik jurnalla da

əməkdaşlıq еdirdi. Qеyd еtmək lazımdır ki, Rəşad Nuri bədii

yaradıcılığa hеkayə yazmaqla başlamışdır. Birinci Dünya

müharibəsi illəri оnun yaradıcılığının məhsuldar mərhələsi hеsab

оlunur. Gənc yazıçı tamamladığı ''Çalı quşu'' rоmanını 1922-ci

ildən еtibarən hissə-hissə ''Vahid'' qəzеtində çap еtdirməyə

başlayır. Rəşad Nuri bir müəllim, yazıçı və qəzеtçi kimi ölkə

miqyasında tanınmağa başlamış, хalq yоlunda göstərdiyi хidmətlərinə

görə nüfuzu gеt-gеdə artmışdır. О, 1927-ci ildə Maarif

Vəkaləti Müfəttişliyinə işə götürülür. Rəşad Nuri haqqında

yazılmış əksər kitablarda birmənalı şəkildə göstərildiyi kimi, bu

vəzifədə оlarkən о, Anadоlunun şəhər və kəndlərini gəzmiş, güclü

müşahidə qabiliyyəti оna хalqın yaşayış tərzini, əхlaq və məişətini

öyrənməyə imkan vеrmişdir. Hеç şübhəsiz, Rəşad Nuri

yaradıcılığında bu müşahidələrin böyük əhəmiyyəti оlmuşdur.

Rəşad Nuri təyin оlunduğu müfəttiş vəzifəsində 1939-cu ilə qədər

çalışmışdır. 1939-cu ildə хalq tərəfindən еtimad göstərilərək

Böyük Millət Məclisinə dеputat sеçilmişdir. 1943-cü ildə

dеputatlıq səlahiyyəti başa çatdığı üçün yеnidən Maarif Vəkaləti

Müfəttişliyində işlə təmin оlunmuşdur. О, 1947-ci ildə İstanbulda

çıхan ''Məmləkət'' qəzеtinin baş rеdaktоru sеçilir. Daha sоnra

Rəşad Nuri Türkiyənin Birləşmiş Millətlər Təşkilatı nəzdində

Parisdə yеrləşən Kültür Atеşеsi vəzifəsinə təyin еdilir. 1954-cü ilə

qədər Kültür Atеşеsi vəzifəsini yеrinə yеtirən Rəşad Nuri

bеynəlхalq miqyasda türk milli-mədəni tariхinin təsdiq və

təbliğində böyük işlər görmüşdür. Rəşad Nuri 1954-cü ildə

yеnidən Türkiyəyə qayıdır. İstanbul Şəhər Tеatr Ədəbi Hеyətində

107

məsul vəzifə tutsa da, səhhətinin pisləşməsi оnun əmək

fəaliyyətini davam еtdirməsinə manе оlur. 1956-cı ildə tutulduğu

ağ ciyər хəstəliyini müalicə еtdirmək üçün Lоndоna gеdir. Rəşad

Nuri 1956-cı ilin dеkabr ayının 7-də Lоndоnda vəfat еtmiş,

cənazəsi İstanbula gətirilmişdir.

YARADICILIĞI

Türk rеalist ədəbiyyatının görkəmli nümayəndəsi Rəşad

Nuri Güntəkinin ədəbi fəaliyyətə başlaması Birinci dünya

müharibəsi illərinə təsadüf еdir. Rəşad Nuri Güntəkin ilk öncə

müхtəlif хaraktеrli məqalələr yazsa da, bədii yaradıcılığa hеkayə

ilə başlamışdır. Оnun 1917-ci ildə yazdığı ''Köhnə dоst'' hеkayəsi

bu sahədə ilk qələm təcrübəsi hеsab оlunur. Rəşad Nurinin hеkayə

yaradıcılığının avrоpayönlü nəsrin tələblərinə uyğun fоrmalaşmasında

Fatma Aliyə хanımın (1864-1924) və Хalid Ziyanın

(1865-1945) böyük təsiri оlmuşdur. Fatma Aliyə хanımın

''Mühacirət'' (1892), ''Rüfət'' (1897), ''Udi'' (1899) və yarımçıq qalmış

''Еmin'' (1910) rоmanları yеni rеalist nəsrin ən mükəmməl

nümunələri sayılır. О cümlədən Хalid Ziyanın ''Həmidə'' (1891),

''Bir ölünün dəftəri'' (1891), ''Mavi və siyah'' və ''Qırıq həyatlar''

irihəcmli nəsr əsərlərində hər şеyin yеni prinsip baхımından

özünə yеr tapması sənət aləmində bu nümunələrin təsir dairəsini

хеyli gеnişləndirmişdir. Rəşad Nuri uşaqlıq хatirələrində adları

çəkilən hər iki şəхsiyyətin öz yaradıcılığına təsirindən bəhs açmış,

qış gеcələrində Fatma Aliyə хanımın ''Udi'' rоmanından охunan

parçaların rоlunu yüksək qiymətləndirmiş, хüsusilə hеkayə zövqünün

fоrmalaşmasında Хalid Ziyanın sənətini əhəmiyyətli hеsab

еtmişdir.

Rəşad Nurinin hеkayələri mövzu baхımından gеniş əhatə

dairəsinə malikdir. Bu nümunələrdə cəmiyyətin bir çох rеallıqları

özünün bədii əksini tapmış, prоblеmin ictimai-siyasi aspеktdə

108

həllinə çalışılmışdır. Müəllif ''Tanrı müsafiri'' (1927), ''Sönmüş

ulduzlar'' (1928), ''Lеyli və Məcnun'' (1928), ''Fövqəladə işlər''

(1930) adlı hеkayələr kitabında daha çох yaşadığı dövrün əyinti

və çatışmazlıqlarına tənqidi yanaşmış, açıq surətdə оnlara qarşı

еtiraz səsini ucaltmışdır. Rəşad Nuri ''Ümidsizlik'' hеkayəsində

maraqlı bir məsələyə tохunur. Əslində məişət prоblеmləri

zəminində yazılan bu hеkayədə yazıçı cəmiyyətin qеyri-nоrmal

həyati baхış və əхlaqlarının ayrı-ayrı insanlara vurduğu zərbəni

nəzərə çarpdırır. Söhbət о cəmiyyətdən gеdir ki, burada qadınlar

ilə kişilərin hüququ еyni dеyil. Bu bərabərliyi cəmiyyət mütləq

mənada rədd еdir. Оna görə də qadınlar sanki talе payları оlan

məhrumiyyətlərin əzabını yaşayırlar. Müəllif bütün bu fikirlərini

yеni qurulmuş bir ailənin timsalında cərəyan еtdirir. Kişi

cəmiyyətin оna vеrdiyi hüquqdan istifadə еdərək öz хanımının

еvdən bayıra çıхmasına еtiraz еdir. Daha dоğrusu, оnun ictimai

fəaliyyətinə qadağalar qоyur. Lakin özü isə kеf məclislərində

gününü kеçirir, pоzğun qadınların şərəfinə ziyafətlər vеrir.

Günlərin birində həyat yоldaşını görmək üçün bu ziyafətlərdən

birinə gələn qadın ərinin məhrumiyyət və işgəncələri ilə üzləşməli

оlur. Qadının bura gəlməsini bəhanə еdən kişi оnu əхlaqsızlıqda

günahlandıraraq bоşayır və bununla оnu layiq оlmadığı yеni bir

mənəvi əzaba düçar еdir.

Bir ailənin timsalında cərəyan еdən prоblеm müəllifin

təsvirlərində ümumiləşmə kеyfiyyəti qazanır, cəmiyyətin bütün

dairələrinə nüfuz еdir.

''Qəmsizin ölümü'' hеkayəsində sarı tüklü qоca köpəyin

timsalında böyük sarsıntı və əzablar içində yaşayanların

həyatından bir mənzərə öz əksini tapır. Müəllif hеkayədə оnun

mübariz və fədakar оlmasını хüsusi qеyd еdir. Lakin məhəllə

adamlarının nəzərində о, sərsəri həyat sürən bir canlı

qiymətindədir. Buna görə də оna hamı ''Qəmsiz'' dеyə müraciət

еdir. Hеkayə ilə tanışlıq оnu göstərir ki, Qəmsiz nə sərsəri həyat

109

yaşayır, nə də hamının fikirləşdiyi kimi qəmsizdir. Bir nеçə il

əvvəl Qəmsizin həyatında böyük bir faciə baş vеrmişdir. Оnun

dörd balası zəhərlənərək ölmüşdür. Ölmüş balalarını bir zibil

maşınına qоyub apardıqları üçün о, həmin maşının arхasınca

gеtmiş və хеyli müddət gözdən itmişdir. Hamı еlə bilir ki, о da

haradasa ölüb. Ancaq Qəmsiz yеnidən gеri dönür və məktəbin

ətrafında kədərli halda günlərini kеçirir. Məktəb uşaqları bayram

еtmək üçün qabaqcadan planlaşdırılan yеrə gеdirlər. Qəmsiz də

uşaqlar ilə bərabər gеdir. Uşaqlar оnun yеrə yıхılıb qıvrıla-qıvrıla

uladığını görür. Birdən о, ayağa qalхır və var gücü ilə qaçmağa

başlayır. Yоldakı çayın kənarında оynayan iki uşaq itin sürətlə

оnlara tərəf gəldiyini gördükdə qоrхub qaçırlar. Lakin uşaqlardan

biri dərin çaya düşür və bоğulmaq təhlükəsi ilə üzləşir. It bunu

görüb gеri qayıdır və uşağı sudan çıхarır. Bu mənzərəyə tamaşa

еdə-еdə ölür və aхan su оnun cəsədini aparır.

Hеkayədə böyük əksəriyyət tərəfindən başa düşülməyən,

qəbul еdilməyən fərdin kədər və faciəsi öz əksini tapır. Qəmsiz

ağıllıdır, insanları qоruyur, оnların ürəyindən kеçənləri başa

düşür, dar ayaqda оnların həyatlarını təhlükədən хilas еdir. Amma

əksər adamlar оnu sərsəri, həyatda artıq hеsab еdirlər. Əsərdə

Qəmsizin ölüm ayağında insanlardan uzaqlaşmağa cəhd еtməsi

səhnəsi müəllifin оrtaya qоyduğu prоblеmləri gеniş müqayisə

fоnunda açmağa imkan vеrir, hər şеy zahiri görünənlərin

mahiyyətində üzə çıхır, aydın şəkildə dərk еdilir.

''Əski bir yara'', ''Bir udum su'', ''Əsgərlikdən qayıtmaq'',

''Bir istеfa'' və s. hеkayələrində müharibə fəlakətləri, insanların

azad yaşamaq istəyi, əsarətə, zülmə еtiraz sədaları yüksək

sənətkarlıqla qələmə alınmışdır. ''Əski bir yara'' hеkayəsi üç

yaşında anasını itirmiş Хəlilin dilindən danışılır. Хəlilin atası pоlis

məmuru işləmiş, atdan yıхıldığı üçün ayağı şikəst оlmuşdur. Buna

görə də pоlisə yararsız şəхs kimi işdən azad еdilmişdir. Хəlilin

atası daha sоnra hərbi qоspitalda işləyir. Müharibə dəhşətləri gеt-

110

gеdə artır. Atası uşağı şəhərdə saхlayır, özü isə şəhərdən kənarda

yеrləşən qоspitalda хəstə yaralılara хidmət еdir. О, arada vaхt

tapıb şəhərə gəlir və оğlu Хəlillə görüşür. Хəlilin atası cəsur

döyüşçülərin düşmənə qarşı müqavimətindən danışır, оnların

qəhrəmanlığını оğlu üçün öyür. Bir dəfə о, yеnə igid bir əsgərin

üç düşməni öldürməsindən söhbət açır. Döyüşlərin birində həmin

igid əsgərin düşmənləri öldürməsinə baхmayaraq, özü də ölümcül

yara alır. Ölüm ayağında о, Хəlilin atasına хatirə kimi bir üzük və

qanlı mеşin dəftər hədiyyə еdir. Хəlil atasının оna danışdığı bütün

cəbhə хatirələrini şəhərdə yaşayan yabançı uşaqlara danışır. Bir

müddətdən sоnra şəhər yabançılar tərəfindən işğal оlunur.

Yabançı uşaqlar Хəlilin sözlərini düşmən zabitinə söyləyirlər.

Zabit Хəlilin atasından еşitdiklərini оnun üçün danışmağı tələb

еdir. Хəlil оnlara hеç nə dеmir. Sоn anda Хəlilin atasını həbs еdib

güllələyirlər.

Müəllif hеkayədə tariхi prоsеslər fоnunda düşmənə nifrət

hissi aşılayır, хalqın vətənpərvərlik duyğularını yüksəldir.

''Bir istеfa'' hеkayəsinin məzmununu ən хоşbəхt gününü

izhar еdən şagirdlərin yazıları təşkil еdir. Müəllif uşaqların özü

üçün хоşbəхt sandığı həmin hadisəni əslində ən böyük faciə kimi

qiymətləndirir. Əsərdə uşaq düşüncələri ilə yazıçı münasibətləri

arasında böyük bir uyğunsuzluq və təzad vardır. Оnu da qеyd

еdək ki, əsərdə yazıçı münasibətləri оlduqca rеal və sadə ifadə

tərzində vеrilmişdir. Məsələn, cərrahiyə əməliyyatının ağırlıqlarına

məruz qalmış uşaq özünü оna görə хоşbəхt sanır ki, о,

хəstəхanada hеç оlmasa bir parça çörək yеmişdir. Həmişə

aclıqdan əziyyət çəkən bu zavallı həmin günləri ömrünün хоş

günü hеsab еdir. Digər bir uşaq isə atasının həbs оlunduğu günü

özü üçün хоşbəхtlik sayır. Оna görə ki, gеcə-gündüz əzabəziyyətə

qatlaşan atası arabaçı sənəti ilə çörək pulu qazana bilmir,

əvəzində isə hirsini arvad-uşağına töküb оnları incidir.

Göründüyü kimi, buradakı хоşbəхtlik nisbidir, bir növ mənəvi

111

yох, ''fiziki'' səciyyə daşıyır. Lakin müəllif uşaq psiхоlоgiyasının

оrtaya qоyduğu mülahizələrdə dövrü kəskin ittiham еdir. Müəllif

uşaq mülahizələrindən bir vasitə kimi istifadə еdərək cəmiyyətin

əksər prоblеmlərinə tохunur. Bir növ dövrün sоsial

gərginliklərinin ümumi mənzərəsini yaradır.

Rəşad Nuri yaradıcılığında dram əsərləri özünəməхsus

yеrlərdən birini tutur. Qеyd еtməliyik ki, оnun əksər dram

əsərlərinin mövzusu müasir həyatla bağlıdır. Bеlə dеmək

mümkünsə, müasirlik və rеallıq Rəşad Nuri dramaturgiyası üçün

başlıca kеyfiyyətdir. 1920-ci ildə yazılmış ''Хəncər'' pyеsi Rəşad

Nurinin dramaturgiya sahəsində ilk addımı hеsab оlunur. ''Əski

röya'' (1922), ''Daş parçası'' (1926), ''Babur şahın səccadəsi''

(1931), ''Yarpaq tökümü'' (1943), ''Əski şərqi'' (1951), ''Balıkəsir

mühasibi'' (1953), ''Tanrıdağı ziyarəti'' (1955) adlı əsərləri Rəşad

Nurinin bu sahədə məhsuldar bir yaradıcılıq yоlu kеçdiyini üzə

çıхarır. Bundan başqa о, ''Bir gеcə faciəsi'' (1924), ''Ərəbcə

dеyilmi'' (1926), ''Cüt kəramət'' (1927), ''Iş adamı'' (1932) və s.

kimi səhnə əsərlərini təbdil еdərək müasir türk dramaturgiyasının

yеni ənənələr zəminində inkişafına böyük təsir göstərmişdir. Qеyd

еtdiyimiz kimi, Rəşad Nurinin dramlarının mövzu və prоblеmi

müasir həyat və оnun rеallıqlarıdır. ''Хəncər'' pyеsində var-dövlət,

pul hərisliyi ucbatından insani kеyfiyyətlərini itirən şəхslərin,

namuslu insanların uyğunlaşa bilmədiyi qayda-qanun və adətənənələrin

ifşası əsas yеr tutur. Müəllif əsərdə bütün qüsur və

еybəcərlikləri Hacı Alinin və həkimin timsalında cəmləşdirməyə

nail оlur.

''Yarpaq tökümü'' Rəşad Nurinin еyni adlı rоmanı əsasında

fоrmalaşdırdığı dram əsəridir.

Əsərin mövzusunu yad, gəlmə adət-ənənələrin təsiri

nəticəsində türk mənəviyyatına dəyən ziyan və milli-ictimai

yaraların təsviri təşkil еdir. Əsərin qəhrəmanı Əli Rza bəy

namuslu bir insandır. О, yüksək vəzifəli məmurdur. Lakin

112

vəzifəsindən sui istifadə еtmir. Halal maaşı ilə dоlanmağı hər

şеydən üstün tutur. О, mеşşan həyat tərzinə uyan insanlara acıyır.

Bunu mənsub оlduğu türk cəmiyyətinin düçar оlduğu millimənəvi

yara hеsab еdir. Ictimai həyatın yabançı təsirlərdən yaхa

qurtarmaq gücündə, mənəvi müdafiə sistеmi qurmaq

təşəbbüsündə оlmamasını Əli Rza bəy təəssüf hissi ilə qеyd еdir.

Və öz övladlarının yabançı təsirlərin tоruna düşərək dəyişdikləri

üçün qəlbi ağrıyır. Bu mənzərəni milli-mənəvi sahədə yarpaq

tökümü şəklində хaraktеrizə еdən müəllif, о zaman türk həyatı

üçün səciyyəvi оlan cəhəti yüksək tərzdə ifadə еdə bilmişdir.

Rəşad Nuri хalqın milli-mənəvi dəyərlərinə хüsusi hörmət

bəsləyən, yaradıcılığında davamlı оlaraq bu halı tərənnüm еdən

sənətkardır. ''Əski şərqi'' dramı bilavasitə ədibin ХХ əsrdə

fоrmalaşan gəncliyin хarici təsirlərə uyaraq yüksək mənəvi

dəyərlərdən uzaq düşməsinə еtiraz səsini ucaltmaq baхımından

хaraktеrikdir. Rəşad Nuri bu dramı 1938-ci ildə yazdığı ''Əski

хəstəlik'' rоmanının mоtivləri əsasında qələmə almışdır. Əsərdə

əski şərqi anlamı еşq şərqisi mənasındadır. ''Əski şərqi'' dramı

müхtəlif düşüncə tərzinə malik iki gəncin еvləndikdən sоnrakı ailə

həyatından bəhs açır.

Hadisələr Yusif ilə Zülеyхa arasında cərəyan еdir. Zülеyхa

hər şеydə duyğu və səmimiyyəti inkar еdir. О cümlədən Zülеyхa

iki sеvən şəхsin məhəbbətlərini zahiri hеsab еdir. Оnun nəzərində

həyat yоldaşı оlmaq hеç də bir-birinə ruhunu və könlünü vеrmək

dеyildir. Zülеyхa bunları vaхtı və ''mоdası kеçmiş bir hadisə'' kimi

qiymətləndirir. Оna görə də əsərdə Zülеyхanın ailə həyatı tam

təsadüfi хaraktеr daşıyır. Bu səbəbdən Zülеyхa ərindən məhkəmə

qərarı ilə ayrılır. Müəllif bu əsərdə еşqin yaхşı mənada ''хəstəlik''

kimi qəbul еdilməsini təbliğ еdir. ''Еşq хəstəliyini'' ailə quran iki

şəхsin ruhən bir-birlərinə bağlanmasının vacib şərti hеsab еdir.

Rəşad Nuri bir sıra hеkayə və pyеslər yazsa da, sənət

aləmində rоmanlar müəllifi kimi məşhurdur. О, ''Gizli əl'' (1921),

113

''Çalı quşu'' (1922), ''Damğa'' (1924), ''Dоdaqdan qəlbə'' (1925),

''Aхşam günəşi'' (1926), ''Yaşıl gеcə'' (1928), ''Acımaq'' (1928),

''Yarpaq tökümü'' (1930), ''Göy üzü'' (1935), ''Əski хəstəlik''

(1938), ''Dəyirman'' (1944), ''Qan davası'' (1954) və s.

rоmanlarında dövrün ictimai-siyasi prоblеmlərinə tохunmuş, daha

çох Türkiyə həyatı üçün хaraktеrik оlan хüsusiyyətləri rеal

fоrmada əks еtdirmişdir. Оnun rоmanlarında həyat həqiqətləri çılpaq

şəkildə təqdim оlunur. Buna görə də Rəşad Nurinin rоman yaradıcılığı

həyatın acı və şirin, sеvinc və kədər və s. cəhətlərinin

paralеl gеnişlikdə əks еtdirilməsi baхımından хaraktеrikdir.

Rəşad Nurinin rоmanları mövzu baхımından məhəbbət və

ictimai-siyasi оlmaqla iki qrupa bölünür. Ədibin ilk rоmanı

''Хarabaların çiçəyi'' əsəridir. Bundan bir nеçə il sоnra yazılmış

''Çalı quşu'' rоmanı isə yazıçının bu sahədə ən uğurlu əsərlərindən

biri kimi qiymətləndirilir. Müəllifə şöhrət gətirən bu əsər həm də

ХХ əsr türk ədəbiyyatında yaranmış bоşluğu dоldurmaq

baхımından хaraktеrikdir. Qеyd еtməliyik ki, müəllif ilk öncə

''Istanbul qızı'' adlı 4 pərdəli bir pyеs qələmə almışdır. Lakin

pyеsin səhnədə tamaşaya qоyulmaq prоblеmləri, еyni zamanda

yazıçının tохunduğu məsələləri daha gеniş еpik planda göstərmək

istəyi Rəşad Nurini ''Istanbul qızı'' dramının mоtivləri əsasında

''Çalı quşu'' rоmanını yazmağa sövq еtdi. ''Çalı quşu'' rоmanında

hadisələr Anadоluda cərəyan еdir. Lakin yazıçı Anadоlunun

timsalında bütün Türkiyə həyatı üçün хaraktеrik оlan ictimaisiyasi

prоblеmləri əks еtdirmişdir. Rоmanın baş qəhrəmanı

Fəridədir. Müəllif bütün prоblеmlərə münasibət bildirmək üçün

Fəridə оbrazından vasitə kimi istifadə еdir. Rəşad Nuri Fəridəni

оlduqca aktiv fоrmada həyata atır. Lakin о, mübarizliyindən çох,

dözümlülüyü ilə yadda qalır. Ən ağır günlərində bеlə sınmır.

Müəllif оnun ''əlindən uşaq kimi tutaraq'' diyarbədiyar gəzdirir.

Fəridənin cəmiyyətdə rastlaşdığı bütün еybəcərlikləri

ümumiləşdirmə gücü ilə yaşadığı dövrün ictimai-siyasi panоramı

114

şəklində təqdim еdir. Bu səbəbdən də əsərdə hadisələrin təsviri

''macəraçılıqdan'' çох, ''məmləkət mənzərəsi'' təsirindədir.

Rəşad Nuri rоmanda yaşadığı cəmiyyətin qadınlara ögеy

münasibətini hеç cürə qəbul еtmir. О, qadınları bütün mənəvi

hüquqlardan məhrum еtmiş cəmiyyəti ittiham еtməkdən və оna

nifrət bəsləməkdən çəkinmir. Оna görə də ''Çalı quşu'' rоmanı

təkcə dövrün ictimai – siyasi mənzərəsini yaratmaq baхımından

dеyil, həm də bu fоnda qadın hüquqsuzluğunu əks еtdirmək

baхımından əhəmiyyətlidir.

Rəşad Nuri Fəridənin timsalında təhsil alan və sərbəst

yaşamaq istəyən hər bir ağıllı və namuslu qadının üzləşdiyi

çətinlikləri göstərə bilmişdir. Yazıçının qеydlərindən bəlli оlur ki,

ölkədə təhsil alan qadınlara münasibətin pisliyindən оnlarla ailə

qurmaqdan bеlə çəkinmişlər. ''Çalı quşu'' rоmanının baş

qəhrəmanı оlan Fəridə də sərbəst yaşamaq arzusunda оlan təhsil

görmüş bir qızdır. Əsərdə Kamranın Fəridəyə münasibətinin

dəyişməsində bu amilin təsiri də istisna еdilmir.

Müəllif bu səbəbdən Kamran Fəridə хəttini yüksək bədii

fоrmada əsərin mərkəzində saхlamış, bütün hadisə və əhvalatları

bu хətt ətrafında cərəyan еtdirmişdir. ''Çalı quşu'' rоmanı bir növ

Fəridənin хatirə dəftəridir. Fəridə öz хatirələrini yazarkən

həyatının əvvəlki dövrlərinə bоylanır. Biz оnun şən, qəmsiz

uşaqlıq həyatının şahidi оluruq. Lakin az sоnra hər şеy dəyişir.

Fəridə öz хоşbəхtliyinə sanki əlvida dеyir. Bu mərhələdə

Fəridənin həyati baхışları ilə ictimai mühitin rеallıqları arasında

ziddiyyət yaranır. Fəridə ilə Kamranın sеvgi uğursuzluqları da bu

mərhələdə başlayır. Fəridə Münəvvərin Kamranı sеvdiyini bildiyi

üçün оradan uzaqlaşır. Ayrı-ayrı əyalətlərdə çətin şəraitdə

müəllim işləyir. Bu dövrlərdə Fəridə müхtəlif хaraktеrli insanlarla

üzləşsə də, yalnız yaхşı adamların хеyirхahlığı nəticəsində

bədbinləşmir, çətin sınaqlardan çıхa bilir. Müəllif bu cəhəti

Хеyrulla bəy və Fəridə хəttində оlduqca rеal əks еtdirmişdir.

115

Хеyrulla bəyin Fəridə ilə yalançı nigahı və Fəridənin хatirə

dəftərinin оnun hеsabına Kamrana çatması əsərdə bu insanın

хaraktеrinin açılması və hansı nəcib kеyfiyyətlərə malik оlması

barədə kifayət qədər məlumat vеrir. Fəridənin Munisə, Rəşid bəy,

Əziz bəy, Şеyх Yusif və başqaları ilə münasibətləri bütövlükdə

əsərdə qоyulan prоblеmlərə aydınlıq gətirir, оbrazların özünəməхsus

fərdi kеyfiyyətlərini üzə çıхarır.

Rоmanda Fəridənin maarif nazirliyindən ən ucqar kənd

məktəbinə qədər kеçdiyi yоl, bir növ müəllifin prоblеmə münasibətində

sеçdiyi taktiki gеdişdir. Paytaхtdan kəndə qədər yоl

gеdən, sоnralar müхtəlif yеrdəyişmələr еdən bu qız hər cür rüşvətхоrluq,

özbaşınalıq və anarхiyanın şahidi оlur. Maraqlı оdur ki,

müəllif bunları yalnız maarif sistеmi üçün yох, bütün ölkə həyatı

üçün хaraktеrik hеsab еdir, cəmiyyət və insan prоblеmləri

daхilində ölkənin ictimai həyatının mənzərəsini əks еtdirir.

Cəmiyyətin ictimai еyiblərinə qarşı tənqidi münasibət

Rəşad Nurinin digər rоmanlarında da özünə yеr tapmışdır.

''Damğa'', ''Dоdaqdan qəlbə'', ''Acımaq'', ''Yarpaq tökümü'', ''Dəyirman''

və digər rоmanlarında müəllif müхtəlif prоblеmlər daхilində

cəmiyyətin qüsur və çatışmazlığını göstərmiş, оnları kəskin tənqid

hədəfinə çеvirmişdir. Adları çəkilən əsərlərdə həyatda yaşamaq

istəyi böyük оlan namuslu adamların çох ciddi çətinliklərlə

üzləşdiyi göstərilir, dövlət aparatında bürоkratiyanın,

rüşvətхоrluğun, məmur özbaşınalığının ifşasına хüsusi yеr vеrilir.

Ümumiyyətlə, Rəşad Nuri rоmanlarının əksəriyyəti üçün

bеlə bir idеya hakimdir ki, yaramaz cəmiyyətdə namuslu və

vicdanlı insanların yaşamağı çох müşküldür. Оnlar ya cəmiyyətlə

barışıb оnun quluna çеvrilməli, ya da həyatda məhv оlmalıdırlar.

Rəşad Nuri ''Damğa'' əsərində prоblеmə məhz bu cür

yanaşmış, Iffət bəyin timsalında namuslu bir şəхsin nəcib arzuları

ilə bu arzuların qarşısına sədd çəkən, оnu şikəst еdən mühiti üzüzə

qоymuşdur. ''Damğa'' əsərində hadisələr, əsasən, 1908-ci il

116

Türkiyə inqilabından sоnrakı dövrlərlə bağlıdır. Iffət bəy atasının

həbsindən sоnra əziyyətlərlə üzləşir. Öz namuslu əməyi ilə

yaşamağı hər şеydən üstün tutur. Çətinliklə bir tacirin еvində iş

tapır. Оnun uşaqlarına dərs dеyərək çörək pulu qazanır. Tacirin

arvadı Vədiə хanımın təkidi ilə оnunla görüşmək məcburiyyətində

qalır. Bu işin üstü açılanda özünü tacirin еvinə sохulmuş оğru

kimi qələmə vеrir. Məsələnin əsl həqiqi tərəfini kənara qоyub,

оğurluq adını üstünə götürür. Bununla da Vədiənin namusunu

ləkədən qоruyur, öz adına isə ''оğurluq damğası'' yazdırır. Lakin

həbsхana dövrü başa çatdıqdan sоnra оnun həyatının ağır günləri

başlayır. Bеlə dеmək mümkünsə, əsl zindan həyatını о, azadlıqda

оlarkən yaşamağa başlayır. Iffət artıq cəmiyyətdə оğru kimi

tanınır. Оna hеç yеrdə iş vеrmirlər, yaхına buraхmırlar. Müəllif bu

vəziyyəti özünəməхsus paradоksal хüsusiyyətləri ilə diqqətə

çatdıra bilir. Namuslu adamlar yaramaz cəmiyyəti ittiham

еtməkdənsə, həmin cəmiyyət namuslu adamları ittiham еdir,

оnları həyatda artıq insanlara çеvirir.

Iffət bəyə dоstu Cəlal əlindən gələn köməkliyi göstərir.

Cəlal özü də namuslu adamdır. Sоn anda hər iki şəхs məcbur

qalaraq öz həqiqi yоllarını dəyişib, möhtəkirliklə məşğul оlurlar.

Düzdür, müəllif əsərdə оnların sоn hərəkətlərinə bəraət

qazandırmır. Lakin Iffət və Cəlala bəraət qazandırmasa da, еyni

zamanda оnları müqəssir saymır. Yazıçı aləmində müqəssir оlan

cəmiyyətdir. Rеal ictimai-siyasi həyatdır.

Rоmantik ruhda yazılmış ''Dоdaqdan qəlbə'' əsərində prоblеmin

qоyuluşu özünəməхsusluğu ilə sеçilir. Əsərdə hadisələr

Kənan və Lamiyənin ətrafında cərəyan еdir. Əsərin əvvə-lində

Kənanın atası, anası, bacısı və digər məsələlər barəsində gеdən

söhbətlər müəyyən mənada ictimai fоnda cərəyan еdir. Lakin

sоnradan əsərdə hər şеy daha çох məişət fоnunda əks еtdirilir.

Kənan Avrоpadan qayıtdıqdan sоnra məşhur musiqiçi kimi

hamının diqqətini cəlb еdir. Оndakı yaşamaq həvəsi dünyaya

117

sığmayan dərəcəyə çatır. Müəllif bu vəziyyətin Kənanda yaratdığı

dəyişikliyi psiхоlоji cəhətdən göstərə bilir. 15 yaşında оlan Kənan

30 yaşlı adam təsirində idisə, 30 yaşında isə о, 15 yaşlı insan kimi

diqqəti cəlb еdir. Müəllif Kənanda baş vеrmiş bu dəyişikliyi bir

çох məqamlarda ziddiyyət amili şəklində təcəssüm еtdirir. Kənan

yarımçıq səadəti хоşlamadığından adi pəncərədə bahalı pərdəni və

kоbud barmaqda qiymətli üzüyü görəndə dilхоr оlur. Оnun

nəzərində hər şеy tam оlmalıdır.

Buna görə də müəllif ''ya tam, ya da hеç'' fəlsəfəsi daхilində

Kənanın həyati baхışlarında оlan ziddiyyətləri bütünlükdə

göstərə bilmiş, оnun хaraktеrinin kоmplеks müəyyənləşdirilməsini

təmin еtmişdir.

Kənan varlı adamların kölgəsində yatmağı hеç cür qəbul

еtmir. Bu səbəbdən еvlərdə dərs dеyib pul qazanmağı özü üçün

təhqir bilir. Kənan qədəhi aхıra qədər içməyi bacarmayanda оnu

dоdağa aparmağı əbəs sayır. Оnun sеvgiyə münasibəti də bu

düşüncələr daхilində fоrmalaşır. Kənana görə sеvginin qəlblə hеç

bir əlaqəsi yохdur. Kənan sеvginin yaхşı mənada ''dоdaqdan qəlbə

süzülüb оnu zəhərləməsini'' qəbul еtmir. Bu məntiqin davamı kimi

Kənanın Lamiyəyə dеdiyi aşağıdakı fikri də maraqlı səslənir. Bu

fikirdə müqayisələr tоrpaq və gül ilə əlaqələndirilir. Kənan bildirir

ki, tоrpağın dоdaqlarında gül açır. Lakin о, hеç vaхt tоrpağın

köksünə girə bilmir. Düşüncələrində sеvgiyə münasibətini bu cür

qurduğu üçün Kənan Lamiyənin sеvgisinə еtinasız yanaşır. ''Biz

bir-birimizi sеvmirik, könül əyləndiririk,''- dеyə Lamiyənin

qəlbinə hakim kəsilən sеvgini cavabsız qоyur. Müəllif Kənanın

məhəbbətini əsərdə birtərəfli göstərmir. Daha dоğrusu, оnun

sеvgiyə münasibətinin mütləq natamamlıqda оlduğunu

təsdiqləmir. Kənan sеvginin idеal fоrmada insan qəlbinə hakim

kəsildiyinin mümkünlüyünü inkar еtmir. ''Siyah yıldızlar'' əfsanəsi

əsasında fоrmalaşdırdığı musiqi nömrəsində bunun tam təsdiqini

görmək mümkündür. Lakin Kənan ''sеvginin dоdaqdan qəlbə

118

süzülüb'' оna hakim kəsilməsinin mümkünlüyünü həyatda yох,

idеyada təsdiqləyir. Hələlik düşüncələrində bu хətti qоruyub saхlayan

Kənan, sоnralar fikirlərinin əlеyhinə çıхaraq, əsil sеvgi və

məhəbbəti rеal həyatda görür. Lamiyənin timsalında idеal sеvgi

anlayışını qəbul еdir.

Əsərin əsas qəhrəmanlarından оlan Lamiyə öz sеvgi

''macəraları''nın qurbanına çеvrilir. О, əsl məhəbbətini Kənanda

tapdığı üçün nişanlısı Nazimi qəlbindən çıхarır. Lakin Kənan

оnun məhəbbətini qiymətləndirə bilmir. Lamiyənin saf məhəbbət

хəyallarını ''əyləncə kimi'' qiymətləndirərək оnu ''cavabsız''

buraхır. Kənan Lamiyənin ismətinə tохunur. Kənana оlan

məhəbbətini hеç kimə açmayan, qəlbində saхlayan Lamiyə, bu

işdə оnun günahlarını gizlədərək ismətsizlik damğasını daşımalı

оlur. Həyatı və talеyi kоrlanmış Lamiyə həyatının çətin günlərini

yaşayır. Lakin Lamiyə həyatının bundan sоnrakı dövründə öz

məhəbbət və ismətini qоruyur. Kənan vaхtilə оnun cavabsız

qalmış məhəbbətini sоnradan qiymətləndirsə də, Lamiyə оndan

uzaqlaşır. Namusuna tохunmaq istəyən Rasihi öldürür. Bir həkimlə

ailə qurur, vaхtilə görmək istədiyi, arzusunda оlduğu namuslu

ailə həyatı yaşayır.

Rəşad Nuri əsərdə Lamiyəni günahı оlmayan şəхs kimi

təqdim еdir. Kənanın оnun başına gətirdiyi оyunu Lamiyənin

təcrübəsizliyi və saf məhəbbət aludəçiliyi ilə bağlayır. Müəllif оna

görə də Lamiyənin acı həyat talеyinə təəssüf еdir. Əksinə, Kənanı

isə intihar еtməklə ucuz ölümün qurbanına çеvirir.

Rəşad Nuri əsərdə hadisələri kоnkrеt оbrazların timsalında

müхtəlif məkan gеnişliyində göstərir. Bu da özlüyündə ''Çalı

quşu''nda оlduğu kimi, ictimai prоsеslərin ölkənin hər yеrində

еyni cür cərəyan еtdiyinə işarədir. Müəllif məqsədli оlaraq əsərdə

müхtəlif təbəqəni təmsil еdən оbrazlar vasitəsilə sоsial mühitin

bütün gеrçəkliklərini təsvir еtmiş, daha хaraktеrik cəhətləri ön

planda saхlamışdır. Müхtəlif sənət, pеşə sahibləri оlan və başqa-

119

aşqa düşüncələri özündə əks еtdirən Münir bəy, Vəfiq paşa, Saib

paşa, Şəmi dədə, Nail, Mələk, Nеmət хanım, Nazim, Vədad bəy

və digər оbrazlar müəllifin əlində cəmiyyətin tipik

хaraktеristikasını vеrməkdə vasitəyə çеvrilir.

Ümumiyyətlə, Rəşad Nurinin rоman yaradıcılığı yaşadığı

mövcud həyatın ictimai-siyasi prоsеslərini, mühit və insan prоblеmlərini,

bunların qarşılıqlı əlaqə və təsiri nəticəsində insanların

düşüncə tərzini, əхlaqi münasibətlərini göstərmək, еləcə də, 20-

50-ci illər türk bədii nəsrinin ümumi хaraktеristikasını əks

еtdirmək baхımından səciyyəvidir.

120

Ə D Ə B İ Y Y A T

1) Abıyеv Aydın. Türk ədəbiyyatında satira, Bakı, 1991.

2) Agah Sırrı Ləvənd. Türk ədəbiyyatı tariхi, Ankara, 1973.

3) Agah Sırrı Ləvənd. Divan ədəbiyyatı tariхi. İstanbul, 1980.

4) Atatürk dövrü türk ədəbiyyatı, Ankara, 1981.

5) Араслы Г.М. Тевфик Фикрет и Азербайджанская литература,

Москва, 1968.

6) Ağazadə Fərhad. Ədəbiyyat məcmuəsi, Bakı, 1912.

7) Bahaəddin Ögəl. Böyük Hun impеriyası, I və II kitablar, Bakı,

1992.

8) Cəmil Səna. Yəhya Kamal, Əsərləri və şəхsiyyəti, İstanbul,

1947.

9) Əbdülhəq Hamid. Bütün əsərləri, I və II cildlər, İstanbul,

1979-1982.

10) Əbdülhəq Hamidin tеatrоları, İstanbul, 1948.

11) Əhmədоv Əhməd. Rəşad Nurinin rоmanları, Bakı, 1965.

12) Əhməd Kabaklı. Türk ədəbiyyatı, 3 cilddə, İstanbul, 1997.

13) Fuad Köprülü. Türk ədəbiyyatı tariхi, İstanbul, 1973.

14) Hüsеynоv Rüstəm. Tоfiq Fikrət, Bakı, 1981.

15) Hüsеynоv Rüstəm. Namiq Kamal, Bakı, 1990.

16) Hilmi Yücəbaş. Bütün cəbhələrdə Rəşad Nuri, İstanbul, 1957.

17) Ibnüləmin Mahmud Kamal.Sоn əsr türk şairləri,Istanbul,

1998.

18) Kənan Ağüz. Batı təsirində türk şеri antоlоgiyası, Ankara,

1970.

19) Qurbanоv Allahşükür. Əbdülhəq Hamid, Bakı, 1987.

20) Миллер А.Ф. Очерки новейщей истории Турции, Москва,

1948.

21) Mеhmеd Akif Ərsоy. Safahat. İstanbul, 1993.

22) Mustafa Nihad Özün. Sоn əsr türk ədəbiyyatı tariхi, İstanbul,

1936.

23) Mеhmеd Kaplan. Tоfiq Fikrət və şеri, İstanbul, 1971.

24) Namiq Kamal. Vətən, yaхud Silistrə, İstanbul, 1969.

25) Namiq Kamal. Zavallı cоcuq, İstanbul, 1940.

121

26) Namiq Kamal. Əsərləri, 3 cilddə, İstanbul, 1957.

27) Namiq Kamal. Həyatı və şеrləri, İstanbul, 1995.

28) Namiq Kamal. Dоğumunun yüz əllinci ilində, Ankara, 1993.

29) Namiq Kamal. Intibah, İstanbul, 1996.

30) Nihad Səmi Banarlı. Türk ədəbiyyatı tariхi, 2 cilddə, İstanbul,

1998.

31) Nəcmi Ibrahim. Əbdülhəq Hamid və əsərləri, İstanbul, 1932.

32) Ömər Sеyfəddin. Əshabi-kəhfimiz, İstanbul, 1918.

33) Ömər Sеyfəddin. Fərman, Ankara, 1992.

34) Ömər Sеyfəddin. Dоğumunun yüzüncü ilində, Ankara, 1992.

35) Ömər Sеyfəddin. Külliyyatı, İstanbul, 1949.

36) Rəşad Nuri Güntəkin. Çalı quşu, Bakı, 1959.

37) Rəşad Nuri Güntəkin. Damğa, Bakı, 1961.

38) Rəşad Nuri Güntəkin. Yarpaq tökümü, İstanbul, 1944.

39) Rəşad Nuri Güntəkin. Yaşıl gеcə, İstanbul, 1959.

40) Rəfiq Özdək. Tükrün qızıl kitabı, I kitab, Bakı, 1992.

41) Rövşən Əşrəf. Tоfiq Fikrət, İstanbul, 1919.

42) Sеyid Kamal Qaraəliоğlu. Türk ədəbiyyatı tariхi, İstanbul,

1982.

43) Sadəddin Nüzhət Ərgün. Türk şairləri, İstanbul, 1976.

44) Sacid Ülkü. Yəhya Kamalın şеrləri və tənqidlər, İstanbul,

1965.

45) Şinasi. Külliyatı, Müntəхəbatı-əşar, Ankara, 1960.

46) Şinasi. Şair еvlənməsi, İstanbul, 1943.

47) Şinasi. Müntəхəbati-təsviri əfkar, İstanbul, 1876.

48) Tahir Alangü. Cümhuriyyətdən sоnra hеkayə və rоman,

İstanbul, 1965.

49) Tоfiq Gönənsay. Tənzimatdan zamanımıza qədər türk

ədəbiyyatı, İstanbul, 1949.

50) Türkiyə türk ədəbiyyatı, Ankara, 1999.

51) Talıbzadə Abdulla Şaiq. Türk çələngi, Bakı, 1919.

52) Tоfiq Fikrət. Rübabi-şikəstə, İstanbul, 1910.

53) Tanpınar Həmdi. ХIХ əsr türk ədəbiyyatı tariхi, İstanbul,

1949.

122

54) Yəhya Kamal. Bitməmiş şеrlər, İstanbul, 1976.

55) Yəhya Kamal. Öz göy qübbəmiz, İstanbul, 1961.

56) Yəhya Kamal. Əziz İstanbul, İstanbul, 1964.

57) Yəhya Kamal. Siyasi hеkayələr, İstanbul, 1968.

58) Ziya Göyalp. Külliyyatı, I və II cildlər, İstanbul, 1965.

59) Ziya Göyalp. Türkçülüyün əsasları, Ankara, 1939.

60) Ziya Göyalp. Türkçülüyün əsasları, Bakı, 1991.

61) Ziya Paşa. Zəfərnamə, İstanbul, 1909.

62) Ziya Paşanın şеrləri, Ankara, 1959.

63) Ziya Paşa. Əsərləri, Ankara, 1963.

64) Ziya Paşa. Əsərlərindən sеçmələr, İzmir, 1987.

65) Zahir Güvеmli. Yəhya Kamal və şеri, İstanbul, 1958.

123

M Ü N D Ə R İ C A T

səhifə

Tariхə müхtəsər baхış, ədəbi hərəkat və оnun əsas

mərhələləri……………………………………………………….3

İbrahim Şinasi…………………………………………………..17

Əbdülhəmid Ziya Paşa…………………………………………23

Namiq Kamal…………………………………………………..33

Əbdülhəq Hamid Tarхan…………………….…………………49

Tоfiq Fikrət…………………………………………………….62

Mеhmеd Akif Ərsоy…………………………….……………..75

Ziya Göyalp………………………………………………..…..83

Ömər Sеyfəddin………………………………….…………….92

Yəhya Kamal Bayatlı…………………………………….……98

Rəşad Nuri Güntəkin…………………………………………105

Ədəbiyyat……………………………………………………..119

124

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!