05.04.2013 Views

press-reliz - azərbaycan respublikasının prezidenti yanında elmin ...

press-reliz - azərbaycan respublikasının prezidenti yanında elmin ...

press-reliz - azərbaycan respublikasının prezidenti yanında elmin ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

AZӘRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

ELMİN İNKİŞAFI FONDU

PRESS-RELİZ

Elmin İnkişafı Fondu qrant layihәlәrinin rәhbәrlәri ilә

tәqdimat xarakterli görüş keçirmişdir

1 fevral 2013-cü il

Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2012-ci il

üçün 2-ci qrant müsabiqәsinin qalib layihә rәhbәrlәri vә hәmçinin Fondun әvvәlki

müsabiqәlәrinin uğurla yerinә yetirilmiş layihәlәrinin rәhbәrlәri ilә 2013-cü il 1 fevral

tarixindә “Hilton Baku” hotelinin “Sevda” zalında tәqdimat xarakterli görüş

keçirmişdir.

Ölkә başçısının 2009-cu il 21 okytabr tarixli sәrәncamı ilә yaradılmış Fond 2010-cu

ilin iyun ayından bu günә qәdәr elmi-tәdqiqat proqramlarının, layihәlәrinin vә digәr

elmi tәdbirlәrin maliyyәlәşdirilmәsi mәqsәdi ilә qrantların verilmәsi üzrә bir sıra

müsabiqәlәr tәşkil edәrәk keçirmiş, 150-dәn çox layihә maliyyәlәşdirilmiş, yüzlәrlә alim

vә mütәxәssislәrә әlavә yaradıcılıq imkanı yaradılmışdır. Yuxarıda qeyd edilәn

sonuncu müsabiqә üzrә isә elmin әn müxtәlif sahәlәrini әhatә edәn 39 qalib layihә

müәyyәnlәşdirilmişdir.

Qrant layihәlәri sırasında pilot layihәlәri xüsusi yer tutur. Pilot layihәlәrin

mәqsәdi әhәmiyyәtli vә qısa zamanda dönüş yarada bilәcәk elmi-texniki nәticәlәr

alınması mәqsәdilә elmin ayrıca götürülmüş sahәsinin inkişafına böyük hәcmli qrantın

verilmәsi vә elmi-tәdqiqat qurumlarının әn müasir elmi cihaz, avadanlıq, qurğularla

tәhciz olunması, paralel olaraq bu cihazlarda işlәyә bilәn kadrların xaricdә tәcrübә

keçmә yolu ilә hazırlığı vә s. kimi mәsәlәlәrin hәllidir.

Elmi cihazlar, avadanlıq vә qurğular alınarkәn Yaponiya, Almaniya, ABŞ vә digәr

inkişaf etmiş ölkәlәrdәn olan istehsalçıların mәhsullarına üstünlük verilir. 2010-cu ilin

müsabiqәlәri üzrә AMEA-nın Fizika İnstitutunda reallaşdırılan birinci pilot layihәsi

Fondun әn böyük uğurlarındandır. Yüksәk texnologiyalar üçün yeni materiallar vә

cihaz strukturları, nanotexnologiyalar sahәsindә dünyanın elmi cihazlar istehsal edәn

qabaqcıl şirkәtlәrinin әn modern cihaz, qurğu vә avadanlıqları alınaraq burada

quraşdırılmış, ABŞ-da, Yaponiyada kadrların ixtisası artırılmışdır. AMEA-nın

Geologiya, Aşqarlar Kimyası İnstitutlarında, hәmçinin Azәrbaycan Tibb

Universitetindә dә bir neçә pilot layihә reallaşdırılmışdır.

2012-ci ilin 2-ci müsabiqәsi üzrә 4 pilot layihә qalib olmuşdur. Ümumi hәcmi 5 600

000 manat olan layihәlәr fizika, genetika vә kimya elmlәrini әhatә edir.

Cari müsabiqәnin nәticәlәri üzrә ümumi hәcmi 1 585 000 manat olmaqla 27

fundamental vә tәtbiqi xarakterli elmi-tәdqiqat layihәlәri maliyyәlәşdirilәcәkdir.

Bunların sırasında 9 layihә fizika-riyaziyyat vә texnika elmlәri üzrә (375 000 manat), 3

layihә Yer haqqında elmlәr üzrә (240 000 manat), 7 layihә biologiya, tibb vә aqrar

elmlәri üzrә (440 000 manat), 3 layihә kimya elmlәri üzrә (250 000 manat) vә 5 layihә

humanitar vә ictimai elmlәr üzrәdir (280 000 manat).

Bundan başqa Elmin İnkişafı Fondu Azәrbaycanda “Әtraf mühit dәyişmәsi vә

bitki müxtәfliyinin qorunması” üzrә beynәlxalq elmi konfransın tәşkili vә keçirilmәsini,

İngiltәrә, Rusiya vә Türkiyәdә 3 qısamüddәtli elmi tәcrübәkeçmәni, elmi tәdqiqatların

maddi-texniki tәminatını nәzәrdә tutan 3 layihәni vә 1 elmi nәşri dә dәstәklәyәcәkdir.

Qalib layihә rәhbәrlәri vә icraçıları sırasında tәkçә elmin flaqmanı olan AMEA

tәşkilatlarının deyil, hәmçinin universitetlәrin, nazirliklәr vә digәr qurumların

nәzdindә olan elmi-tәdqiqat tәşkilatlarının vә özәl qurumların nümayәndәlәri dә

vardır.

Fond әnәnәvi (klassik) qrant müsabiqәlәrinin keçirilmәsi ilә öz fәaliyyәtini

mәhdudlaşdırmır vә müsabiqәlәrinin növlәrini zәnginlәşdirir. Bu yaxınlarda Elmin

İnkişafı Fondu iki yeni müsabiqәsini dә elan etmişdir.

Fondun “Xaricdә elmi tәdbirdә iştirak” vә “Qısamüddәtli elmi tәcrübәkeçmә”

kimi xüsusi layihәlәri “Mobillik qrantı” adı altında birlәşdirilmişdir. “Mobillik qrantı”

müsabiqәsi Azәrbaycandan olan alimlәrin elmi fәaliyyәtini stimullaşdırmaq vә onlara

xaricdә elmi tәdbirlәrdә vә qısamüddәtli tәcrübәkeçmәdә iştirak, Azәrbaycanda

alınmış elmi nәticәlәrin tanıdılması, tәcrübә mübadilәsi vә yeni әlaqәlәrin qurulması

imkanı yaratmaq mәqsәdilә keçirilir. Bu müsabiqәnin hәr tәqvim ilindә 3 dәfәyәdәk

keçirilmәsi nәzәrdә tutulmuşdur. Bu isә il әrzindә xaricdә keçirilәn nüfuzlu konfrans vә

simpoziumlarda, hәmçinin tәcrübә artırmalarda daha çox sayda Azәrbaycandan olan

alimlәrin iştirakına imkan verәcәkdir. 2013-cü ilin 7 yanvar tarixindә “Mobillik qrantı”

üzrә 1-ci müsabiqә elan edilmişdir. Cari müsabiqәyә 20 mart – 10 iyul 2013-cü il

tarixlәri arasında xaricdә keçirilәn beynәlxalq elmi tәdbirlәrdә vә qısamüddәtli elmi

tәcrübәkeçmә proqramlarında iştirak etmәk istәyәn şәxslәr әrizәlәrini tәqdim edә

bilәrlәr.

Elmin İnkişafı Fondu beynәlxalq әlaqәlәrini genişlәndirir vә birgә qrant

müsabiqәlәrinin keçirilmәsi üzrә әmәkdaşlıq sahәsindә konkret planlar hәyata keçirir.

Bu sıradan 2010-2011-ci illәrdә Avropa Komissiyasının 7-ci Çәrçivә Proqramı ilә

әmәkdaşlıq uğurlu olmuşdur.

Elmin İnkişafı Fondu digәr ölkәlәrdәki analoji qurumlarla müntәzәm olaraq әlaqә

saxlayır vә tәcrübә mübadilәsi aparır. 28 sentyabr 2012-ci il tarixindә Minsk şәhәrindә

Elmin İnkişafı Fondu ilә Belarus Milli Elmlәr Akademiyası vә Belarus Respublika

Fundamental Tәdqiqatlar Fondu arasında әmәkdaşlıq haqqında beynәlxalq Saziş

imzalanmışdır. Bu Sazişә әsasәn 1-ci Azәrbaycan-Belarus birgә beynәlxalq qrant

müsabiqәsi 2012-ci ilin 28 dekabr tarixindә elan olunmuşdur vә Azәrbaycan vә Belarus

arasında müxtәlif sahәlәrdә davamlı inkişaf edәn dostluq vә әmәkdaşlıq

münasibәtlәrinin daha da güclәndirilmәsi istiqamәtindә atılmış uğurlu addımlardan

biridir. Bu müsabiqә çәrçivәsindә Azәrbaycan vә Belarus alimlәrindәn ibarәt

müvәqqәti yaradılmış yaradıcı kollektivlәrin birgә yerinә yetirilmәsi planlaşdırılan vә

hәr iki tәrәf üçün aktual olan elmi istiqamәtlәr üzrә elmi-tәdqiqat layihәlәrinin qrantlar

şәklindә dәstәklәnmәsi nәzәrdә tutulur.

Bu gün keçirilmiş tәdbirdә Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin

Babayev Fondun 2012-ci ildәki fәaliyyәti haqqında qısa hesabatı tәqdim etmişdir.

Elmin İnkişafı Fondunun Himayәdarlar Şurası adından Şuranın üzvü, AMEA-nın

vitse-prezidenti akademik Nailә xanım Vәlixanlı çıxış etmişdir.

E.Babayev yeni qalib layihәlәrin rәhbәrlәrini tәbrik etmiş, onlara uğurlar

dilәmişdir.

Görüşdә qalib layihә rәhbәrlәrinә Fondun iş prinsipi, qrant layihәlәrinin yerinә

yetirilmәsinin elmi, maliyyә vә hüquqi aspektlәri haqqında mәlumat verilmişdir. Yeni

qalib layihә rәhbәrlәrindәn professor İbrahim İsayev, professor Nazim Mәmmәdov,

Kamran Musayev çıxış etmişlәr.

Gәnc alim vә mütәxәssislәrin növbәti 1-ci qrant müsabiqәsinin qalib layihә

rәhbәrlәrindәn biri, gәnc alim Yusif Hacıyev çıxış etmişdir. Fondun qrantı hesabına

alınmış tibbi avadanlıqlar vasitәsilә Y.Hacıyevin apardığı әmәliyyatdan hazırlanmış

video sujet tәqdim olundu.

Elmin İnkişafı Fondu 2 fevral Gәnclәr Gününә töhfә olaraq Gәnc alim vә

mütәxәssislәrin növbәti 2-ci qrant müsabiqәsini dә elan etmişdir. Bu müsabiqә üzrә

layihәlәrin ümumi maliyyәlәşdirilmә hәcmi 500 000 manat nәzәrdә tutulmuşdur.

Qeyd etmәk lazımdır ki, “Azәrbaycan gәncliyi 2011-2015-ci illәrdә Dövlәt

Proqramı“ çәrçivәsindә Tәdbirlәr planı üzrә Elmin İnkişafı Fondunun cәlb olunduğu 3

mәsәlәdәn 2-si üzrә real vә konkret işlәr tez bir zamanda vә keyfiyyәtlә görülmüş,

müsabiqә keçirilmiş, fәal çalışan gәnc alimlәr haqqında mәlumat bankının ilkin

versiyası hazırlanmışdır. Gәnc Alim vә Mütәxәssislәrin 2011-2012-ci illәrdә keçirilmiş

ilk qrant müsabiqәsi çәrçivәsindә 26 layihә qalib gәlmişdir. 35 yaşadәk olan layihә

rәhbәrlәri vә icraçıları arasında gender bәrabәrliyi müşahidә edilir.

Görüşdә hәmçinin Fondun әvvәlki müsabiqәlәri üzrә uğurla yerinә yetirilmiş bir

sıra qrant layihәlәrinin rәhbәrlәrinә sertifikatlar tәqdim edildi. Tәltif olunan alimlәr öz

ürәk sözlәrini bildirdilәr. Gәnc alimlәr adından Lyudmila Suxostat çıxış etdi.

Fondun elmi nәşrlәrin dәstәklәnmәsi xarakterli qrant layihәlәri çәrçivәsindә çap

olunmuş kitabların tәqdimatı da baş tutdu. Kitab müәllifi Şәfa Әliyev nәşrin

әhәmiyyәtini vurğuladı.

Azәrbaycan Respublikasında dövlәt tәrәfindәn elmdә aparılan vә yeni dövrün

tәlәblәri ilә sәslәşәn islahatların, elmin inkişafı sahәsindә ölkәdә әldә edilmiş

nailiyyәtlәrin vә Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı

Fondunun bu sahәdәki fәaliyyәtinin operativ, dolğun vә obyektiv şәkildә

işıqlandırılması vә tәbliğindә fәrqlәnәn bir sıra KİV nümayәndәlәri diplomlarla vә

xatirә suvenirlәri ilә tәltif olundu. Onların sırasında Azәrbaycan Dövlәt Teleqraf

Agentliyinin vә APA-nın әmәkdaşları, hәmçinin “Science.az” portalı vә “Yurd TV”

internet televiziyası vardır.

Elmin İnkişafı Fondunun

İcraçı direksiyası

Әlaqә: tel.: 563-61-11

(Günel Hәsәnova)

Faks: 561-33-90

info@elmfondu.az

www.sdf.gov.az

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!