29.04.2013 Views

BİznEs TƏKLİFLƏRİ - ATİB

BİznEs TƏKLİFLƏRİ - ATİB

BİznEs TƏKLİFLƏRİ - ATİB

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

lanılıb: “Burada ilk neft məhsulları 2013-cü ilin sonunda

istehsal olunaraq satılmağa başlanacaq. Bu zavodun

Aralıq dənizində olması bizə imkan verir ki, neft

məhsullarını bu dəniz hövzəsində olan ölkələrə sata

bilək”.

Dövlət neft Şirkəti Birləşmiş Ərəb

Əmirliklərində neft terminalı tikəcək

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Birləşmiş

Ərəb Əmirliklərində (BƏƏ) neft terminalı tikəcək.

“APA-ECONOMICS”in xəbərinə görə, bunu

ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə

bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl “SOCAR Trading”

şirkəti İsveçrənin “Aurora Progress” şirkəti ilə

BƏƏ-nin Fuceyra limanında neft məhsulları terminalının

tikintisi barədə müqavilə bağlayıb: “Fuceyra böyük

potensialı olan ticarət mərkəzidir”.

Qeyd edək ki, hazırda ARDNŞ-nin Avropa və Asiya

ölkələrində 11 nümayəndəliyi var.

azərbaycan Dövlət neft Fondunun

aktivləri 26 mlrd. dollara çatıb

Azərbaycan Dövlət

Neft Fondunun (ARDNF)

büdcə gəlirləri 2011-ci ilin

I rübündə 3 259,6 mln.

manat, xərcləri isə 1 399,6

mln. manat təşkil edib.

“APA-ECONOMICS”in

məlumatına görə, bunu

fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ötən rüb ərzində ARDNF-in beynəlxalq neft və

qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri

3 197,6 mln. manat, o cümlədən mənfəət nefti və

qazın satışından 3 077,6 mln. manat, “Şahdəniz-I”

üzrə qiymət fərqindən 101,7 mln. manat, Bakı–Ceyhan

boru kəməri layihəsi üzrə dividendlərdən 16,3

mln. manat, tranzit gəlirləri 1,7 mln. manat, xarici

sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3

mln. manat olub.

Ş.Mövsümovun sözlərinə görə, hesabat dövründə

ARDNF dövlət büdcəsinə 1 330 mln. manat transfer

edib. Bundan başqa, fondun xərclərinin strukturunda

qaçqın və məcburi köçkün ailələrin

məskunlaşdırılması və sosial-məişət vəziyyətinin

yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə

20,1 mln. manat, Samur–Abşeron suvarma sisteminin

yenidən qurulması və Oğuz–Qəbələ zonasından

Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin

maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 39

mln. manat və 2,3 mln. manat, “2007-2015-ci illərdə

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə

Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,3 mln.

manat, “Bakı–Tbilisi–Qars yeni dəmir yolu” layihəsinə

2,2 mln. manat yönəldilib.

Qeyd edək ki, hesabat rübündə Dövlət Neft Fondunun

idarə edilməsi ilə bağlı xərcləri 2,7 mln. manat

olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan

fərqlə bağlı fondun büdcədənkənar gəlirləri 423,4

mln. manat təşkil edib.

Beləliklə, 2011-ci il aprelin 1-nə fondun aktivləri

2011-ci ilin əvvəlnə nisbətən 13,3% artaraq 25 796,9

mln. ABŞ dollarına çatıb. Ş.Mövsümovun fikrincə, artıq

ilin sonuna bu göstəricinin 30 mlrd. dollara çatacağı

gözlənilir.

ARDNF başçısı həmçinin bildirib ki, indiyədək fonda

daxil olan vəsaitlərin həcmi 50 mlrd. dolları ötüb.

Həmçinin hesabat dövründə neftin orta qiyməti

(fondun hesablamalarına görə, 1 barelə görə 95 dollar)

fondun büdcəsində nəzərdə tutulmuş qiymətdən

(60 dollar) yüksək olduğuna görə ARDNF-in gəlirləri

proqnozlardan artıq olub. Fondun hesabatının illik

göstəricilər əsasında qurulduğunu əsas gətirərək,

üstələmənin dəqiq həcmini açıqlamayan Ş.Mövsümov

bildirib ki, rüb ərzində faktiki gəlirlər illik proqnozun

30%-ni, xərclər isə 20%-ni üstələyib. Qeyd edək

ki, hökumətdə müzakirə olunan 2011-ci ilin dövlət

büdcəsinin artırılması çərçivəsində Fonddan dövlət

büdcəsinə transferlərin də artırılacağı gözlənilir.

asiya İnkişaf Bankı: neft qiymətinin yüksək

olması fonunda azərbaycanın sərmayələri

artıracağı gözlənilir

Bu il dünya bazarında

neftin qiymətinin

artması fonunda və

qiymətlərin 2012-ci ildə

də yüksək səviyyədə qalacağı

təqdirdə Azərbaycan

hökumətinin əsas məqsədi

makroiqtisadi stabilliyin qorunub saxlanması olmalıdır.

“APA-ECONOMICS”in məlumatına görə,

bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı

nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev bildirib.

Onun sözlərinə görə, AİB-in proqnozlarına əsasən,

2011-ci ildə Azərbaycanın neft gəlirlərinin artması

ölkədə sosial xərclərin, o cümlədən, infrastruktur

xərcləri və biznes mühitinin yaxşılaşdırması üçün

xərclərin bir qədər də artırılmasına imkan yaradacaq.

“Bu il və 2012-ci ildə Azərbaycanda enerji daşıyıcıları

məhsulları istehsalının 3-4% artacağı proqnozlaşdırılır”,

– deyə N.Vəliyev bildirib.

Bununla yanaşı, 2011-ci ildə Azərbaycanın qeyrineft

sektorunda investisiyaların əsas hissəsi ictimai

sektorun, əsasən də tikinti sektorunun payına

düşəcək: “Azərbaycan hökumətinin 2011-ci ildə

ölkənin qeyri-neft sektoruna 4,2 mlrd. ABŞ dolları

həcmində investisiya yatıracağı gözlənilir ki, bu da

iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyə imkan

yaradacaq. Ümumiyyətlə, bankın proqnozlarına

əsasən, 2011-ci ildə Azərbaycanda qefri-neft sektorunun

artım tempi 8% təşkil edəcək”.

Eyni zamanda, N.Vəliyev bildirib ki, 2010-cu ildə

ölkədə baş verən təbii fəlakət nəticəsində (Kür çayının

daşması) kənd təsərrüfatı sahəsində məhsuldarlıq

aşağı olub: “Bu il yaxşı hava şəraiti fonunda və

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!