29.04.2013 Views

BİznEs TƏKLİFLƏRİ - ATİB

BİznEs TƏKLİFLƏRİ - ATİB

BİznEs TƏKLİFLƏRİ - ATİB

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

32

EcoVision

ATİB XƏBƏRLƏRİ

Dövlət Miqrasiya Xidməti nümayəndələrinin

aTİB üzvləri ilə görüşü keçirildi

09 fevral 2011-ci ildə Azərbaycan Türkiyə İş

Adamları Birliyinin (ATİB) ofisində Dövlət Miqrasiya

Xidməti Miqrasiya vahid informasiya sisteminin

təminatı şöbəsinin rəisi Səbuhi Məmmədov və Hüquq

şöbəsinin inspektoru Cəmil Hüseynovla ATİB

üzvlərinin görüşü keçirildi. Görüşün keçirilməsində

məqsəd Azərbaycan Respublikasında miqrasiya

prosesləri, immiqrasiya, emiqrasiya, əcnəbilərin və

vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında

müvəqqəti olma və viza müddətlərinin

uzadılması məsələləri və s. barədə ATİB üzvlərini

məlumatlandırmaq idi.

ATİB İdarə Heyəti sədrinin birinci müavini Cemal

Yangın məsələnin əhəmiyyətini vurğulayaraq qeyd

etdi ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər

tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması,

müvəqqəti və daimi yaşamaq üçün icazələrin

verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də

vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun

müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin

həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və

mövcud fərdi icazələrin müddətlərinin uzadılması

ilə bağlı qanunun tələblərinin yerinə yetirilməsi

işəgötürənlər və işçilər arasında münasibətlərin daha

da təkmilləşdirilməsi baxımından vacibdir.

S.Məmmədov qeyd etdi ki, viza əsasında

Azərbaycan Respublikasına gələn əcnəbilərin və

vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti

olma müddəti vizada göstərilən ölkədə qalma

müddətindən, viza tələb olunmayan qaydada

Azərbaycan Respublikasına gələn əcnəbilərin və

vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti

olma müddəti isə Azərbaycan Respublikasının

tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə

tutulmuş hallar istisna olmaqla, 90 (doxsan) gündən

artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilər

və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən

olunmuş hallarda ölkədə müvəqqəti olma müddətini

uzatmalı, müvəqqəti yaşamaq üçün icazə almalı və ya

ölkəni tərk etməlidirlər.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq

üçün icazə bir ilədək müddətə verilir. İcazə qanunla

müəyyən edilmiş hallarda Dövlət Miqrasiya Xidməti

tərəfindən ləğv edilə və ya onun müddəti dörd

dəfədən çox olmamaq şərti ilə uzadıla bilər.

C.Hüseynov bildirdi ki, Miqrasiya proseslərinin

idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi

çox mühüm yer tutur. O söylədi ki, “bir pəncərə”

prinsipi tətbiq olunmamışdan əvvəl Azərbaycan Respublikasına

gələn əcnəbilər və vətəndaşlığı olmayan

şəxslər, həmçinin onları işə qəbul edən hüquqi

və fiziki şəxslər ölkə ərazisində müvəqqəti olma

müddətinin uzadılması, müvafiq yaşama və işləmək

üçün icazələrin alınması, o cümlədən yaşayış yeri üzrə

qeydiyyata alınma ilə bağlı bir neçə orqana müraciət

aTİB XƏBƏRLƏRİ

etməli olurdular. “Bir pəncərə” tətbiq olunduqdan

sonra isə Azərbaycan Respublikasına gələn əcnəbilər

və vətəndaşlığı olmayan şəxslər, həmçinin onları işə

qəbul edən hüquqi və fiziki şəxslər qeyd olunan prosedurları

həyata keçirmək üçün yalnız Dövlət Miqrasiya

Xidmətinə müraciət edirlər.

Daha sonra görüş iş adamlarını maraqlandıran suallar

ətrafında davam etdi.

aTİB-in yeni nəşrləri çap olunub

Azərbaycan Türkiyə İş Adamları Birliyi artıq üç ildir

müntəzəm olaraq iqtisadiyyatın müxtəlif sektorlarını

və məsələlərini əhatə edən araşdırmalar həyata

keçirərək nəşr edir. ATİB tədqiqatlarının ümumi

məqsədi Azərbaycan iqtisadiyyatının və onun ayrıayrı

sektorlarının müasir vəziyyətinin təhlili, strateji

önəminin üzə çıxarılması, iqtisadi inkişaf qarşısında

duran problemlərin həll edilməsi üçün tövsiyələrin

hazırlanaraq hökumətə, beynəlxalq və regional

təşkilatlara, ictimai birliklərə, korporasiyalara, akademik

dairələrə və mediaya təqdim edilməsidir.

ATİB 2008-2009-cu illərdə səhiyyə sektoru, azad

rəqabət, maliyyə sektoru (krizisdənsonrakı vəziyyət),

təhsil sektoru, Azərbaycan–Türkiyə iqtisadi əlaqələri

ilə bağlı hesabatları hazırlayaraq ictimaiyyətə təqdim

edib.

Ötən il isə ATİB-in sifarişi ilə təcrübəli mütəxəssislər

tərəfindən “Azərbaycanın kənd təsərrüfatı, aqrarsənaye

və qida sektoru” və “Azərbaycanda turizm

sektoru: imkanlar, problemlər və perspektivlər”

mövzularında tədqiqatlar həyata keçirilib, bütün

maraqlı tərəflərin iştirakı ilə bu tədqiqatların ictimai

müzakirəsi təşkil edilərək yekun variantı hazırlanıb.

Böyük məmnuniyyətlə bildiririk ki, qeyd edilən

nəşrlər artıq çapdan çıxıb və maraqlı şəxslər onları

ATİB ofisindən, həmçinin elektron formada ATİB-in

internet saytından əldə edə bilərlər.

Qeyd edək ki, ATİB 2011-ci ildə də tədqiqat

fəaliyyətini davam etdirmək niyyətindədir. Belə ki, bu

il ərzində informasiya-kommunikasiya texnologiyaları

sektoru və kiçik və orta sahibkarlığın inkişafı üzrə

hesabatların hazırlanaraq ölkə ictimaiyyətinə təqdim

edilməsi planlaşdırılır.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!