21.06.2013 Views

PDF faylı yüklə - Dövlət Baytarlıq Xidməti

PDF faylı yüklə - Dövlət Baytarlıq Xidməti

PDF faylı yüklə - Dövlət Baytarlıq Xidməti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

AZƏRBAYCAN RESPUBLİKASINDA KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNƏ FƏXRİ

ADLARIN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara

alıram:

Azərbaycanda kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan

Respublikasının fəxri adları verilsin:

“Əməkdar Kənd Təsərrüfatı İşçisi”

İbrahimov Həsən Novruzəli oğlu

Səmədov Abdurrəhman Qubad oğlu

“Əməkdar Müəllim”

Əliyev Şikar Abbas oğlu

Həsənova Solmaz Xəlil qızı

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2011-ci il

AZƏRBAYCAN RESPUBLİKASINDA KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN

“TƏRƏQQİ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara

alıram:

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı

ilə təltif edilsinlər:

Cahangirov Atabəy Ağasoltan oğlu

Dilbazi Gülrux Hacı qızı

Əhmədov Nazir Əhmədəli oğlu

Əliyev Ənvər Teyfur oğlu

Əmirov Nazim Səid oğlu

Əmrullayev İbadulla Əmrulla oğlu

Əsədli Əhməd Bəşir oğlu

İbrahimov Mənsur Qasım oğlu

İbrahimova Mahirə Həmzə qızı

İsayev Babaxan Əlisa oğlu

Qasımov Orucəli Seyfəddin oğlu

Məmmədov Ələs Əziz oğlu

Nəcəfov Nəcəf Abbas oğlu

Sadıxova Laləzar Qafar qızı

Seyidov Qafar Nəsrulla oğlu

Sultanlı Qulamhüseyn İsgəndər oğlu

Tağıyev Gülmirzə Xudaverdi oğlu

Yarəliyeva Tahirə Müzəffər qızı

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2011-ci il

KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ

BAYRAMLARINI QEYD ETMİŞLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamına

əsasən noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı

İşçiləri Günüdür.

Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin

kollektivi Fəxri Xiyabana gələrək xalqımızın

ümummilli lideri, müasir müstəqil Azərbaycan

dövlətinin memarı və qurucusu Heydər Əliyevin

xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və

gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım

Əliyevanın məzarı üzərinə də güllər düzülmüşdür.

Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə

canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, məzarları üstünə tər çiçəklər

düzülmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

Əklil qoyma mərasimindən sonra Kənd Təsərrüfatı Nazirliyi tədbir keçirmişdir. Tədbirdə kənd

təsərrüfatı naziri İsmət Abasov peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik etmiş,

onlara gələcək işlərində uğurlar arzulamışdır.

Nazir aqrar sahədə ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən,

ölkə rəhbərliyinin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından danışmışdır. O demişdir

ki, ölkəmizdə həyata keçirilən aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının

inkişafına xüsusi diqqət göstərilir. Qeyd olunmuşdur ki, aqrar sahənin potensialından tam istifadə

etmək və ərzaq təhlükəsizliyini tamamilə aradan qaldırmaq lazımdır.

Peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsini və onların

"Tərəqqi" medalı ilə təltif edilməsini Prezident İlham Əliyevin aqrar sahəyə diqqət və qayğısının

nümunəsi kimi qiymətləndirən İ. Abasov tədbir iştirakçıları adından dövlətimizin başçısına dərin

təşəkkürünü ifadə etmişdir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Nazirlər Kabineti Aparatının aqrarsənaye

şöbəsinin müdiri Əli Məmmədov aqrar sahənin inkişafından, dövlətin bu sahəyə göstərdiyi

diqqət və qayğıdan, aqrar sahənin inkişafına dair qanunvericilik bazasının daha da təkmilləşdirilməsi

ilə əlaqədar son illər bir neçə mühüm qanunun qəbul edilməsindən danışmış, peşə bayramları

münasibətilə kənd təsərrüfatı işçilərini təbrik etmişlər.

Tədbir iştirakçıları Prezident İlham Əliyevin kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsini və

onların "Tərəqqi" medalı ilə təltif olunması ilə əlaqədar oktyabrın 31-də imzaladığı sərəncamları ilə

tanış edilmişlər. Bayram münasibətilə kənd təsərrüfatı işçilərinə ünvanlanmış təbrik məktubları

oxunmuşdur.

Çıxış edənlər dövlətimizin başçısına onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını

bildirmişlər. Natiqlər əldə olunmuş uğurlarla kifayətlənməyəcəklərini, aqrar sektorda istehsal

həcmini daha da artıracaqlarını, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl

texnologiyaların tətbiqinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına nail olacaqlarını

vurğulamışlar.

“Baytarlıq təbabəti”

AZƏRBAYCAN BAYTARLIQ QANUNVERİCİLİYİNİN AVROPA İTTİFAQI

QANUNVERİCİLİYİNƏ UYĞUNLAŞDIRILMASINA DAİR SEMİNAR-TRENİNQ

KEÇİRİLƏCƏK

Noyabrın 25-də Bakıda “Azərbaycan baytarlıq qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə

uyğunlaşdırılması məsələsi ilə bağlı FAO-nun ekspertlərinin tövsiyələrinin müzakirəsi”nə dair

birgünlük seminar-treninqin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə milli baytarlıq qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması

sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertlərinin iştirakı ilə

müəyyən edilmiş bir sıra boşluqların aradan qaldırılmasının işlək mexanizminin hazırlanmış ilkin

variantının müzakirəsi aparılacaqdır.

Seminar-treninqdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, FAO-nun

Azərbaycan üzrə ofisinin, Respublika Baytarlıq Laboratoriyasının, Azərbaycan Elmi-Tədqiqat

Baytarlıq İnstitutunun, Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutunun, bir

sıra rayonlarda fəaliyyət göstərən özəl baytarlıq xidmətinin rəhbər və əməkdaşlarının, eləcə də

quşçuluq, heyvandarlıq və baytarlıq assosiasiyalarının nümayəndələrinin iştirakı gözlənilir.

“Baytarlıq təbabəti”

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT BAYTARLIQ XİDMƏTİNİN

MƏLUMATI

Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd

Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri

davam etdirir. Noyabrın 14-da köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start

veriləcəkdir. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə,

Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular” Cəmiyyətinin mütəxəssis və

əməkdaşlarının iştirakı ilə aparılacaqdır.

Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası,

Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin

dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə

monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi

nəzərdə tutulur.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinqin nəticələri noyabrın 25-də

ictimaiyyət üçün açıqlanacaqdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xatırladır ki, köçəri quşların

miqrasiyası və havaların kəskin soyuması ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalı,

köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti

qadağandır.

Qeyd edirik ki, hal-hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.

Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi

tədbirlər həyata keçirir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti

Bakı şəhəri, 3 noyabr 2011-ci il

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ MİNNƏTDARIQ

> Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra dünyanın ən

nüfuzlu dövlətlərinin ölkəmizə və xalqımıza marağının artmasında ulu

öndər Heydər Əliyevin rolu danılmazdır. Məhz Heydər Əliyev cənablarının

apardığı məqsədyönlü bazar iqtisadiyyatı siyasəti, respublikamızda

yaratdığı əmin-amanlıq, sabitlik dünyanın ayrı-ayrı sərmayədarlarını

Azərbaycana investisiya qoymağa sövq etmişdir.

Güman edirəm ki, ulu öndərin ölkəmizin inkişafına göstərdiyi xidmət və qayğıdan söhbət açmaq,

yazmaq üçün kitab və kağızlar azlıq edər. Mən isə ümummilli liderimiz Heydər Əliyevin

respublikada heyvandarlığının inkişafına göstərdiyi töhvələrdən qısaca da olsa danışmaq istəyirəm.

Hələ 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gələndə Azərbaycanda heyvandarlıq çox

bərbad vəziyyətdə idi. Təsəvvür edin ki, bir baş inəkdən 250-350 kq süd sağılırdı. Respublikada

mal-qaranın cins tərkibi yerli, cılız heyvanlardan ibarət idi. Bir baş heyvanın diri çəkisi 150-170 kq

təşkil edirdi. Respublikamız süd və süd məhsullarına olan tələbatını ödəmək üçün, eləcə də əti

kənardan gətirilməli olurdu.

Heç yadımızdan çıxmaz ki, kənardan gətirilmiş, dondurulmuş ət üçün mağazalarda saatlarla vaxt

itirirdik. Bütün bunları və sadalamadığım digər məsələlərin həllini ulu öndərimiz qabarıq şəkildə

önə çəkdi. Heyvandarlıqda inkişafı təmin etdirmək üçün şəxsən özü müvafiq qurumlar qarşısında

məsələlər qaldırırdı. Məhz onun şəxsi təşəbbüsü ilə Latviya, Litviya, Belorusiya, Rusiya, Moldova

və digər yerlərdən genetik cəhətdən təmizqanlı, yüksək məhsuldar cins heyvanlar-düyə, inək və

buğalar gətirilməyə başlanıldı. Çünki o, bilirdi ki, belə hazır “məhsullar” respublikaya gətirilməsə

heyvandarlığı sürətlə inkişaf etdirmək mümkün olmayacaqdır. Şəxsən özümdə olan dəqiq məlumata

görə, yalnız Lənkəran rayonuna 1973-74-cü illərdə 5500 baş qonur Latviya, qara-ala, aberdin-anqus

cinsindən olan düyə və buğa gətirilmişdi. Ümumilikdə 80-cı ilin sonuna qədər Lənkəran rayonuna

10 min başdan çox heyvan gətirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev bütün sahələrdə

olduğu kimi, heyvandarlığın inkişafı yollarını uzaqgörənliklə müəyyən edir və bu istiqamətdə

addımlar atılmasını, heyvanların cins tərkibinin qısa vaxt ərzində dəyişdirilməsini,

yaxşılaşdırılmasını məsləhət görürdü. Odur ki, Abşeronda hər inəkdən 3500 kq, Lənkəran

rayonunda isə 3000 kq süd əldə edilirdi. Heyvanların diri çəkisi 300-340 kq çatdırılmışdı.

Respublikamıza kənardan süd və ət məhsullarının idxal edilməsi minimum səviyyəyə salınmışdı.

Lənkəran zonasında hürküclü zebu malının az südlülüyü nəzərə alınıb onu nisbətən çox südlü olan

Qafqaz və digər zebu cinsli buğalarla çarpazlaşdırılması aparıldı və nəticədə ət-süd istehsalı artımına

nail olundu.

Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda iri heyvandarlıq sənayesinin təməli

qoyuldu. Böyük heyvandarlıq kompleksləri, quşçuluq fabrikləri yaradıldı. Lənkəranda quşçuluq

fabriki, damazlıq, südçülük və ətçilik heyvandarlıq kompleksləri fəaliyyətə başladı.

Respublikada südlük mal-qara ilə yanaşı, ətlik maldarlığın da inkişafına xüsusi önəm verildi. Bu

məqsədlə rayonların dağlıq təsərrüfatlarında yerli mallar ətlik hallovey, aberdin-anqus, santaherturuda

cinslərin törədiciləri ilə çarpazlaşdırlırdı. Nəticədə respublikamızın əhalisi bol süd və ət

məhsulları ilə təmin olunmağa başlanıldı. Çox təəssüflər olsun ki, Heydər Əliyev respublika

rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra heyvandarlıq sahəsi günü-gündən tənəzzülə uğradı.

Rəqəmlər şişirdildi, ortada isə heç nə yox idi ...

Respublikamız müstəqillik qazandıqdan, ulu öndər ölkə rəhbərliyinə təkrar gələndən sonra aqrar

sahəyə yenidən diqqət artırıldı. Kənd təsərrüfatının heyvandarlıq sahəsinə yeni stimul verildi. Artıq

bu dəfə yeni cins heyvanların gətirilməsi ilə yanaşı, süni mayalamanın tətbiqi də önə çəkildi. Çünki

bunun sayəsində heyvanların damazlıq keyfiyyəti yüksəlir. Fermerlərə məlumdur ki, süd

istehsalından əldə edilən gəlir, ətdən qazanan gəlirdən yüksəkdir. O da məlumdur ki, süni

mayalanma bir törədici buğa saxlamaqdan çox ucuz başa gəlir, yəni bir törədici buğaya çəkilən xərc

və amortizasiya süni mayalanmaya çəkilən xərcdən 15-20 dəfə yüksək olur.

Süni mayalamanın tətbiqi heyvandarlıq təsərrüfatlarında ən müasir və mütərəqqi heyvandarlıq

mədəniyyətidir. Süni mayalama tətbiq olunan təsərrüfatlarda brusellyoz, vibirioz, trıxomonoz və s.

xəstəliklərin kökü kəsilir.

Bununla belə süni mayalamanın inkişaf etdirilməsində istifadə olunan toxumların keyfiyyətinə daha

ciddi fikir verilməlidir. Belə ki, süni mayalama texniklərin əksəriyyəti heyvandarlıq sahəsində dərin

elmi biliyə malik deyillər. Onlara aşağı keyfiyyətli toxumlar verilsə, aparılan mayalamanın

səmərəliliyi də aşağı olacaqdır.

Nəticədə vətəndaşlar arasında bu sahənin reytinqi aşağı düşmüş olar. Ən mühüm işlərdən biri də

süni mayalama texniklərinin yerlərdə toxum və maye azotla vaxtlı-vaxtında təmin olunmamalarıdır.

Texniklər toxum və maye azot almaq üçün uzun bir yol qət etməli olurlar. Onlar buna həm çox

vəsait, həm də vaxt sərf edirlər. Bəzi yol maşınları onların maye azot balonlarını götürmürlər ki,

partlaya bilər. Yaxşı olardı ki, süni mayalama texnikləri tələbata uyğun olaraq ayda bir dəfə maye

azot və toxumla təmin olunsunlar. Bu ümumi işin xeyrinə, yaxşılaşmasına böyük təsir etmiş olar.

Heyvandarlığın inkişafında ən mühüm amillərdən biri də cins mal-qaranın rayonlaşdırılmasıdır.

Odur ki, rayonlara cins mal-qara və ya toxum verilən zaman bu amillər yaddan çıxarılmamalıdır.

Respublikamız günü-gündən çiçəklənir, inkişaf edir. Ölkəmizdə sahibkarlığın dinamik inkişafı üçün

real imkanlar yaradılır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm

Prezidentiniz İlham Əliyev tərəfindən layiqincə davam etdirilən məqsədyönlü iqtisadi islahatlar

ölkəmizdə köklü dəyişikliklərə səbəb olmuşdur.

Hörmətli Prezidentimiz İlham Əliyev cənabları heyvandarlığın inkişafına böyük önəm verir.

Respublikamızda heyvandarlığın inkişaf etdirilməsindən ötrü Avropanın ən böyük dövlətləri olan,

heyvandarlıq sahəsində çox böyük inkişaf yolu keçən Almaniya və Avstriyadan yüksək məhsuldar

holştinfriz, simmental, şivis cinsindən mal-qara gətirilir. Həmin heyvanlar “Aqrolizinq” vasitəsi ilə

fermer və vətəndaşlara satılır. Qeyd edim ki, həmin mal-qaradan 17 baş holştinfriz, 8 baş simmental

cinsli heyvan rayonumuzun ayrı-ayrı fermerlərinə verilmişdir. Halbuki bu cins heyvanlar Lənkəran,

Astara və Masallı rayonlarında heç vaxt olmamışdır. Bu heyvanlar gələndən 3-4 ay sonra onlarda

təngnəfəslik, temperaturun artması, dırnaqlarda iltihab, ayaq əzələlərində irinli iltihab halları

müşahidə olundu. Bütün bunlar heyvanların məhsuldarlığına ciddi ziyan vuran amillərdir. Ona görə

biz mütəxəssislər heyvandarlığı müasir tələblər səviyyəsinə qaldırmaq üçün bütün zoobaytar

qaydalarına əməl olunmasına ciddi fikir verməliyik.

Sonda bir daha qeyd edirəm ki, biz bu gün kənd təsərrüfatının heyvandarlıq sahəsində ölkəmizdə

təməli qoyulan bütün müvəffəqiyyətlərin, bolluğun yaranmasına görə ulu öndərimiz Heydər Əliyevə

minnətdarıq.

İqtidar Teymurov,

Lənkəran zona Baytarlıq Laboratoriyasının direktoru

SALYANDA BAYTARLIQ TƏDBİRLƏRİ UĞURLA HƏYATA

KEÇİRİLİR

Ramil Yavər oğlu Əmrahov 1964-cü ildə Neftçala rayonunun Xəzər

kəndində anadan olmuşdur. 1981-ci ildə Xəzər kənd ora məktəbini

bitirmişdir.

1981-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki

Azərbaycan Dövlət Aqrar Universiteti) baytarlıq fakültəsində ali təhsil

almışdır.

1986-1989-cu illərdə M.B.Qasımov adına camışçılıq sovxozunda

zootexnik, 1989-1991-ci illərdə Əli Bayramlı şəhər (indiki Şirvan şəhər)

Qaz istismarı sahəsinin yardımçı təsərrüfatında baytar həkimi, 1991-1992-ci

illərdə Neftçala rayonunun Kür kolxozunda baş zootexnik, 1992-1993-cü

illərdə Neftçala rayonunun N. Nərimanov adına kolxozunda zootexnik,

1998-2009-cu illərdə Əli Bayramlı Şəhər Baytarlıq İdarəsində baytar feldşeri, baytarlıq-sanitariya

ekspertiza laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. 2009-cu ildən Salyan Rayon Baytarlıq

İdarəsinin rəisidir.

Ailəlidir: 2 oğul atasıdır.

Bu gün Azərbaycanın hər yerində olduğu kimi, Salyanda da geniş quruculuq və abadlıq işlərinin

aparılması göz qabağındadır. Yeni iş yerləri açılır, sahibkarlığa böyük diqqət və qayğı göstərilir.

Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham

Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində mümkün olmuşdur.

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər

Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası

keçirilmişdir. Bu iclasda dövlətimizin başçısı digər sahələrlə yanaşı kənd təsərrüfatının inkişafından

danışaraq demişdir:

-”Doqquz ayda kənd təsərrüfatı da artmışdır. Bu da

çox müsbət haldır. Çünki kənd təsərrüfatının inkişafı

üçün konkret tədbirlər həyata keçirilir, proqramlar

icra edilir və xüsusilə gələn il daha da böyük

proqramlar icra ediləcəkdir. Bildiyiniz kimi, dövlət

bu sektorun inkişafı üçün çox böyük vəsait ayırır,

güzəştlər verilibdir. Texnikanın gətirilməsi, güzəştli

şərtlərlə kreditlərin verilməsi, subsidiyalar-bütün

bunlar kənd təsərrüfatının inkişafına xidmət göstərir.

Təsadüfi deyildir ki, bu ilin 9 ayında kənd təsərrüfatı

7,6 faiz artmışdır. Bu sahə, eyni zamanda, böyük

sosial məna daşıyır, çünki əhalinin təxminən yarısı

aqrar bölgələrdə yaşayır. Beləliklə, kənd təsərrüfatının inkişafı nəticəsində məhsuldarlıq artır, əkin

sahələri çoxalır. Meliorativ tədbirlərin görülməsi nəticəsində biz növbəti illərdə daha da böyük

həcmdə yeni torpaqların dövriyyəyə buraxılmasına nail olacağıq. Bundan sonra kənd təsərrüfatı ilə

bağlı tədbirlər ardıcıllıqla aparılacaqdır. Bununla bərabər, biz gərək yeni bazarlara çıxış üçün

indidən çox ciddi fikirləşək və işləyək. Bu işlər aparılır. Xüsusilə nəzərə alsaq ki, bizim üçün

ənənəvi olmayan bazarlarda kənd təsərrüfatı məhsullarımızı, emal sənayemizin məhsullarını

gözləyirlər, biz sadəcə olaraq siyasətimizi düzgün şəkildə aparmalıyıq, daxili istehsalla daxili

istehlakı və xarici bazarlara çıxışımızı uzlaşdırmalıyıq ki, Azərbaycanda gələcəkdə daha da böyük

həcmdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları öz müştərilərini tapa bilsin.”

İndi Salyan rayonunda həyata keçirilən aqrar islahatlar öz iqtisadi səmərəsini verir. Bu sahənin

başlıca bölmələrindən olan heyvandarlıq məhsulları istehsalında irəliləyişlər əldə edilib. Şübhəsiz,

bu inkişaf və irəliləyişlərin qazanılmasında baytarlıq xidmətinin özünəməxsus yeri danılmazdır. Bu

isə tərtib olunmuş epizootik tədbirlər planının vaxtlı-vaxtında yerinə yetirilməsi və heyvanlarda

müalicə-profilaktik işlərinin günün tələbləri səviyyəsində qurulması ilə birbaşa bağlıdır. Bütün

bunları nəzərə alaraq cari ilin 10 ayı ərzində Salyan rayonunda aparılmış baytarlıq tədbirlərinə ayna

tutmaq məqsədilə Salyan Rayon Baytarlıq İdarəsinin rəisi Ramil Əmrahova bir neçə sualla müraciət

etdik. Onunla apardığımız müsahibəni oxucuların diqqətinə çatdırırıq:

- Ramil həkim, 2011-ci ilin 10 ayı ərzində rəhbərlik etdiyiniz idarənin kollektivi hansı baytarlıq

tədbirlərini aparıb?

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə kənd təsərrüfatının ölkəmizin

inkişafı üçün çox əhəmiyyətli olduğunu qeyd edib. Bunu bir proqram kimi qəbul edən salyanlılar

iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahə üzrə də konkret tədbirlər həyata keçirir və bunun

nəticəsidir ki, Salyan rayonunda heyvandarlıq sahəsində irəliləyiş əldə olunmuş, mal-qaranın baş

sayı artmış, eləcə də heyvandarlıq məhsullarının miqdar və çeşidləri çoxalmışdır. Belə ki, 2011-ci

ilin 10 ayının nəticələrinə görə, rayonda iribuynuzlu mal-qaranın sayı 61027 baş, qoyun və keçilərin

sayı 184101 baş və quşların sayı 500 min baş olmuşdur. Həmçinin məhsul istehsalı sahəsində də

dönüşə nail olunmuş, 10 ayın nəticələrinə görə 56111 ton ət, 30020 ton süd, 32503 ton yun və 24023

ədəd yumurta istehsal olunmuşdur. Eləcə də rayonda cins heyvanların baş sayının artmasında və

sağlam balaların alınmasında baytar həkimlərimizin zəhməti böyükdür. Belə ki, əksəriyyəti baytar

həkimlərdən ibarət olan 14 nəfər süni mayalanma operatorunun gərgin əməyi sayəsində

rayonumuzda bu il 1586 baş iribuynuzlu heyvanda süni mayalanma aparılmış və 784 baş sağlam

ala alınmışdır.

Onu da qeyd edim ki, aqrar sahəyə dövlət qayğısının daim artması nəticəsində, bütövlükdə

respublikada olduğu kimi, rayonumuzun kənd təsərrüfatı sahəsində də əhəmiyyətli dirçəliş hiss

edilir. Xüsusilə qeyd etmək lazımdır ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən

imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23

yanvar tarixli Sərəncam kəndli sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla

qarşılanmışdır.

2011-ci ildə də Salyan Rayon Baytarlıq İdarəsi rayonu əhatə edən 14 sahə baytarlıq məntəqəsi və

Salyan zona Baytarlıq Laboratoriyası ilə birlikdə öz fəaliyyətini “Baytarlıq haqqında” Azərbaycan

Respublikası Qanununun qarşıya qoyduğu tələblərə əsasən quraraq, rayon ərazisinin təhlükəli

xəstəliklərdən qorunması, heyvanlar arasında təhlükəli xəstəliklərin baş verməməsi üçün planlı

qaydada epizootiya əleyhinə spesifik və digər profilaktik tədbirləri həyata keçirir.

Məlumat üçün bildirirəm ki, rayon ərazisində mövcud olan bütün növ heyvanların yoluxucu və digər

xəstəliklərinə qarşı aparılan baytarlıq tədbirləri Kənd Təsərrüfatı Nazirliyinin müvafiq kollegiya

qərarı ilə təsdiq edilən epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq həyata keçirilir. Biz hər ay

epizootik tədbirlərin aparılması barədə sahə baytarlıq məntəqələrindən qanunvericiliyə uyğun olaraq

hesabatlar alır, onları təhlil edərək çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər

görür və mövcud vəziyyət barədə rayon və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq

Xidmətinin rəhbərliyini məlumatlandırırıq.

2011-ci ilin 10 ayı ərzində qarayara xəstəliyi əleyhinə 60 min baş iribuynuzlu, 205 min baş

xırdabuynuzlu və 900 baş təkdırnaqlı heyvanda, dabağın A, O, Asiya-1 tipinə qarşı 60800 baş

iribuynuzlu, A, O tipinə qarşı 90200 baş xırdabuynuzlu heyvanda peyvəndləmə aparılmışdır.

Cari ildə rayon baytarlıq xidmətinin apardığı tədbirlərdən biri də itlər arasında quduzluq xəstəliyinin

qarşısının alınması olmuşdur. Belə ki, 4 min plana qarşı 4080 baş sahibli itlərdə quduzluq

xəstəliyinə qarşı vaksinasiya aparılmışdır. Görülən tədbirlərin nəticəsidir ki, indiyə qədər Salyan

rayonunda quduzluq xəstəliyi baş verməmişdir.

Bu qeyd etdiklərimizlə yanaşı, ötən 10 ay ərzində 135600 baş xırdabuynuzlu heyvanda brusellyoza

qarşı, 16660 baş iribuynuzlu heyvanda leptospiroza qarşı, 78 min baş xırdabuynuzlu heyvanda çiçək

əleyhinə peyvəndləmə tədbirləri aparılmış, eləcə də 500 baş atda manqo əleyhinə malleinizasiya

tədbiri həyata keçirilmişdir. Quşlar arasında isə taun əleyhinə mübarizə işi gücləndirilmiş, 670 min

baş ev quşları taun xəstəliyinə qarşı “La-sota” və 490 min baş quş isə “H” ştamları ilə peyvənd

edilmişdir.

2011-ci ildə rayon baytarlıq xidmətinin apardığı

tədbirlərdən biri də həssas heyvanlar arasında

brusellyoz xəstəliyini vaxtında aşkar etmək,

xəstəliyin qarşısını almaq məqsədilə 32355 baş

iribuynuzlu heyvandan, 5009 baş ana qoyundan,

4015 baş qoçdan qan nümunələri alınaraq Salyan

zona Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Ciddi şəkildə aparılan laboratoriya müayinələri

nəticəsində 46 baş iribuynuzlu, 20 xırdabuynuzlu

heyvanda brusellyoz xəstəliyi aşkar olunmuşdur.

Həmin heyvanlar qısa vaxt ərzində xəstəliyin

təlimatına uyğun olaraq heyvan sahiblərinin

həyətlərində kəsilərək zərərsizləşdirilmişdir. Bundan

başqa vərəm əleyhinə 15850 baş iribuynuzlu heyvan

allergik müayinəyə cəlb edilmişdir. Lakin aparılan

müayinələr zamanı heyvanlarda bu xəstəliyin olmadığı bir daha öz təsdiqini tapdı. Eləcə də ötən 10

ay ərzində idarəmiz quş, iri və xırdabuynuzlu heyvanlardan götürülmüş 101 ədəd nümunənin Salyan

zona Baytarlıq Laboratoriyasına ekspertiza edilməsini təşkil etmişdir. Qeyd edim ki, bu

nümunələrdən yalnız 6-da (quş nümunələrində) pasterellyozun törədicisi aşkar olunmuş və müvafiq

tədbirlər həyata keçirilmişdir.

2011-ci ildə baytarlıq idarəsinin mütəxəssisləri baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən

məcburi və profilaktiki dezinfeksiya işlərini gücləndirmişlər. Xüsusilə iti yoluxucu xəstəliklərə qarşı

5 min m2-dan artıq ərazidə məcburi və profilaktiki dezinfeksiya işlərini aparmışlar.

Şübhəsiz ki, Salyan rayonunda yuxarıda qeyd etdiyimiz tədbirlərin yüksək səviyyədə yerinə

yetirilməsində hər bir baytar həkiminin gecəli-gündüzlü ağır zəhməti var. Sözün doğrusu, bizdə

çalışan baytar həkimlərinin və feldşerlərin hamısı öz işlərinə məsuliyyətlə yanaşan insanlardır.

Onlardan Şorsulu sahə baytarlıq məntəqəsinin müdiri Əlyar Əliyev, Qızılağac sahə baytarlıq

məntəqəsinin müdiri Kəramət Səfiyev, Çuxanlı sahə baytarlıq məntəqəsinin müdiri Fəxrəddin

Əliyev, Yenikənd sahə baytarlıq məntəqəsinin müdiri Əzizağa Almazov və digərlərinin adlarını

çəkə bilərəm. Onların peşə ustalığı, təşkilatçılıq bacarıqları və göstərdikləri xidmətlər istər kənd

camaatı, istərsə də özəl qurumlar tərəfindən böyük razılıqla qeyd edilir.

-Həkim, ölkədə aqrar islahatlarla əlaqədar baytarlıqda pullu xidmət həyata keçirilir. Bəs idarəniz

cari ilin 10 ayı ərzində bu sahədə hansı uğurlara

imza atıb?

-Düzdür, ölkəmizdə aparılan köklü aqrar islahatlarla

əlaqədar baytarlıq sistemində də bəzi sahələr pullu

baytarlıq xidmətinə keçirilmişdir. Salyan rayonu bu

sahədə müəyyən uğurlar əldə edib. 2010-cu ildə bu

xidmətdən 5711 manat vəsait toplanıb dövlət

xəzinəsinə keçirilib. Artıq 2011-ci ilin 11-ci ayı

başlanılıb. Bu ilin 10 ayının yekunlarına görə,

rayonumuzda 5305 manatdan artıq pullu baytarlıq

xidməti göstərilib. Şübhəsiz ki, bu da keçən ilin

müvafiq dövrü ilə müqayisədə bir xeyli çoxdur. Biz

bu irəliləyişə baytarlığın bütün sahələrində nəzarəti

gücləndirməklə nail olmuşuq. O da təbiidir ki,

rayonda heyvandarlıq inkişaf etdikcə, onun

müəyyən xidmət sahələri artdıqca pullu baytarlıq

xidməti də çoxalır. Biz güman edirik ki, cari ili daha

böyük nailiyyətlərlə başa vura biləcəyik, yəni başqa

sözlə desək, pullu baytarlıq xidmətindəki

uğurlarımız keçən ilə nisbətən bir xeyli artıq

olacaqdır.

-Ramil həkim, bəs bu gün Salyan rayonunda

nəzarətsiz heyvan kəsiminə və qeydiyyatdan

keçməyən dərman preparatlarının satışına təsadüf

edilirmi və belə neqativ hallara qarşı hansı mübarizə

tədbirləri aparılır?

-Respublika Prezidentinin 2008-ci il 25 avqust

tarixli 3004 saylı sərəncamı ilə “2008-2015-ci

illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq

məhsulları ilə etibarlı təminatına dair Dövlət

Proqramı” təsdiq olunub. Burda cəmiyyətin hər bir

üzvünün əsas ərzaq məhsullarına olan tələbatının

tam ödənilməsi bir məqsəd kimi önə çəkilir,

baytarlıq işinin təşkili və bu sahədəki mövcud

vəziyyət ətraflı təhlil edilir. Bildirilir ki, hazırda sanitariya sağlamlığı, təhlükəli yoluxucu heyvan

xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq

məhsullarının istehsalı, habelə əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən

qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Eləcə də həmin sənəddə özəl baytarlıq

xidmətinin inkişaf etdirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi, baytarlıq-sanitariya

obyektlərinin moderinləşdirilməsinin təmin edilməsi, baytarlıq laboratoriyalarının maddi-texniki

bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən sahə baytarlıq məntəqələrinin

yaradılması və onların avadanlıqlarla təmin edilməsi və xüsusi təhlükəli heyvan xəstəliklərinin

profilaktikasına yönəldilmiş sərhədyanı baytarlıq nəzarəti tədbirlərinin gücləndirilməsi, heyvanların

təhlükəli xəstəliklərdən qorunması və epizootiya əleyhinə mübarizə tədbirlərinin gücləndirilməsi, iri

yaşayış məntəqələrində özəl əsaslarla sanitariya normalarına uyğun heyvan kəsimi meydançalarının

(sallaqxanalarının) tikilməsinin aparılması məsələləri salınmışdır ki, bu istiqamətdə də rayon

baytarlıq xidməti müvafiq tədbirlər görür.

Onu da qeyd edim ki, rayon ərazisində baytarlıq-sanitariya tələblərinə cavab verməyən, müasir

heyvan kəsim məntəqəsinin olmamasına baxmayaraq, Salyanda küçə və yol kənarlarında özbaşına

heyvan kəsimi və ət satışı aparılmır. Artıq bir neçə ildirki bunun qarşısı birdəfəlik alınıb. İndi

heyvanlar kəsim yeri və satış üçün şəraiti olan peşəkar qəssablar tərəfindən aparılır. Ətlər ancaq

baytarlıq nəzarətində olan obyektlərdə baytarlıq norma və tələblərinə cavab verən ət mağazalarında

satılır. Bu obyektlərə isə daim nəzarət edilir, kəsilən ət müayinə edildikdən sonra onun satışına icazə

verilir.

Qeydiyyatdan keçməyən dərman-preparatlarının satışı ilə əlaqədar onu deməliyəm ki, hazırda

Salyan rayonunda 6 baytarlıq apteki fəaliyyət göstərir. Onlardan 2-si təchizat birliyinin, 4-ü isə özəl

quruma məxsusdur. Bu apteklərdə mütəmadi olaraq müfəttişlik xətti ilə rübdə bir dəfə rayonun

müxtəlif yerlərində, xüsusilə avtovağzalda, vağzalətrafı ərazilərdə və digər məkanlarda qeyri-qanuni

dərman satanlara qarşı, onları aşkar etmək məqsədilə reydlər keçiririk. Hətta, Azərbaycan

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin ezamiyyətə gələn

əməkdaşlarının iştirakı ilə bir neçə dəfə belə reydlərə çıxmışıq. Sevindirici haldır ki, rayonumuzda

bu nöqsanlara, qeyri-qanuni dərman satanlara təsadüf olunmayıb və onlar yox dərəcəsindədir.

-Bu gün bazar iqtisadiyyatına uyğun yerlərdə fermer təsərrüfatları təşəkkül tapır və getdikcə öz

inkişafını genişləndirir. Həkim, hazırda bu qurumlarda baytarlıq xidməti necə həyata keçirilir?

-Bazar iqtisadiyyatına uyğun ölkəmizin hər yerində olduğu kimi, Salyan rayonunda da mühüm

addımlar atılıb. Artıq heyvandarlıqla məşğul olanlar bizim rayonda geniş formada fəaliyyətə

başlayıblar. Hal-hazırda qaramal və qoyunçuluq üzrə xeyli sayda fermer təsərrüfatları (kiçik

təsərrüfatları nəzərə almasaq) yaradılıb və inkişaf etdirilir. Bu təsərrüfatların sahibləri bizim yerli

mütəxəssislərlə mütəmadi əlaqə saxlayır və lazımi köməkliklər alırlar. Bu gün belə təsərrüfatlarda

da yoluxucu xəstəliklərə qarşı bütün tədbirləri Rayon Baytarlıq İdarəsi həyata keçirir. Digər

müalicə-profilaktik işləri isə fermer təsərrüfatları özləri həkimlərlə müqavilə bağlayır və onlar

vasitəsilə aparırlar. Demək olar ki, indiyə kimi belə təsərrüfatlara xidmət edən həkimlərimizdən

narazıçılıqlar eşitməmişik, onlar baytar həkimlərimizin xidmətindən razılıq edir, bağlanmış

müqavilənin şərtlərinə əməl edirlər.

-Ramil həkim, Dövlət Proqramına uyğun olaraq Salyan Rayon Baytarlıq İdarəsi və Salyan zona

Baytarlıq Laboratoriyasının birgə inzibati binasının tikintisi başa çatdırılmışdır. Bundan sonra

rayonda daha nə kimi təmir-tikinti işlərinin aparılması gözlənilir?

-“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət

Proqramı”na uyğun olaraq 2009-cu ildə rayon ərazisində Salyan Rayon Baytarlıq İdarəsi və zona

Baytarlıq Laboratoriyasının ikimərtəbəli yeni inzibati binasının tikintisi başa çatdırılmışdır. İdarədə

bütün infrastruktur yaradılmış, binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılmış,

həmişəyaşıl ağaclar və qızılgül kolları xüsusi zövqlə əkilmişdir. Eləcə də 2010-cu ildə Qızılağac

sahə baytarlıq məntəqəsi üçün inzibati binanın və xalxalın tikintisi başa çatdırılıb istifadəyə

verilmişdir. Gələcəkdə isə rayonumuzun digər kəndlərində sahə baytarlıq məntəqələri üçün inzibati

binaların tikilməsi nəzərdə tutulub. Bu da baytar mütəxəssislərimizi daha yaxşı işləməyə ruhlandırır.

Sonda göstərilən diqqət və qayğıya görə, Salyan Rayon Baytarlıq İdarəsinin kollektivi adından,

şəxsən öz adımdan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, hörmətli nazirimiz cənab İsmət

Abasova, və hörmətli rəisimiz xanım Sialə Rüstəmovaya dərin təşəkkür və minnətdarlığımı

bildirirəm. Söz verirəm ki, bundan sonra da üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələrək

rayon ərazisində kənd təsərrüfatı heyvanları arasında epizootik sabitliyi təmin etməyə çalışacağıq.

Bunun üçün bütün imkanları səfərbər etmişik. Unutmamalıyıq ki, dövr, zaman bu gün, baytarlıq

sahəsində çalışan mütəxəssislərin üzərinə ağır, həm də məsuliyyətli bir vəzifə qoymuşdur. O da

camaatımızın mal-qarasını yoluxucu xəstəliklərdən qorumaq, hifz etməkdir. Bütün

mütəxəssislərimizin ali məqsədi öz xidməti borclarını layiqincə yerinə yetirmək, ümumi

iqtisadiyyatımızın dirçəlişi naminə kömək və bacarıqlarını bu yolda əsirgəməməkdir. Axı milli

baytarlığımızın işıqlı gələcəyi bizdən, biz baytarların yaxşı, vicdanlı əməyindən, qayğısından çox

asılıdır.

Müsahibəni apardı:

Y. Xanvəli

ORQANİZMDƏ SU QITLIĞI DİABET ƏMƏLƏ GƏTİRİR

Bakı, 27 oktyabr (AzərTAc). Fransa alimlərinin fikrincə, diabetqabağı vəziyyətin inkişafına

orqanizmin gün ərzində su qıtlığı çəkməsi səbəb ola bilər.

Diabetqabağı vəziyyət orqanizmin qanda şəkərin faizinin çox olduğu, lakin diabet sayılmadığı

vəziyyətidir. Diabetqabağı vəziyyətin 2-ci tip şəkərli diabetə çevrilməsi riski çox yüksəkdir.

Diabetqabağı vəziyyət orqanizmdə xəstəliyin əlamətlərinin hələ nəzərə çarpmadığı vəziyyətdir.

Dünyada yaşı 20-dən çox olan 300 milyon insan diabetqabağı vəziyyətdədir. Onların qanında

şəkərin səviyyəsi yüksək olsa da, şəkərli diabet diaqnozu qoyulması üçün kifayət deyildir.

Alimlər qanında şəkərin səviyyəsi yüksək olan 30-65 yaşlı 4615 adamı müayinə etmişlər. Məlum

olmuşdur ki, onların 15 faizi gündə yarım litrdən az su içir. Doqquz il ərzində 565 iştirakçının

qanında anormal dərəcədə yüksək şəkər faizi aşkar edilmiş, 202 nəfərə 2-ci tip diabet diaqnozu

qoyulmuşdur. Ətraflı araşdırmalar göstərmişdir ki, gündə yarım litrdən çox su içənlərin diabetə

tutulmaq riski xeyli azalır.

MİNGƏÇEVİRDƏ MAL-QARANIN SAĞLAMLIĞI QORUNUR

Talıb Tofiq oğlu Talıbov 1957-ci ildə Mingəçevir şəhərində anadan

olmuşdur. 1974-cü ildə Mingəçevir şəhər 11 saylı orta məktəbini

bitirmişdir.

1974-1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki

Azərbaycan Dövlət Aqrar Universiteti) baytarlıq fakültəsində ali təhsil

almışdır. 1979-cu ildə təyinatla İsmayıllı rayonunun Qubaxəlilli kəndinə

böyük baytar həkimi vəzifəsinə göndərilmişdir. 1980-1982-ci illərdə Şəki

rayon cins mal-qara birliyində baytar həkimi, 1982-1985-ci illərdə Yevlax

düyəyetişdirmə və Ağdam heyvan kökəltmə birliklərində baytar həkimi,

1985-1989-cu illərdə Mingəçevir şəhər baytarlıq-sanitariya ekspertiza

laboratoriyasında müdir,1989-1999-cu illərdə Mingəçevir Şəhər Baytarlıq

İdarəsində rəis, 1999-2007-ci illərdə özəl baytarlıq aptekində müdir vəzifələrində çalışmışdır. 2007ci

ildən Mingəçevir Şəhər Baytarlıq İdarəsinin rəisidir.

Ailəlidir, 2 övlad atasıdır.

Ölkəmiz daha bir uğurlu ilin, yəni 2011-ci ilin 4-cü rübünü yaşayır. Biz başa vurmağa

hazırlaşdığımız ili və ilin sonuncu rübünü qürur hissi ilə yola salarkən istər-istəməz bir daha geriyə

nəzər salırıq. Görürük ki, 2011-ci ilin 10 ayı bütövlükdə nailiyyətlərlə zəngin olmuş, Azərbaycan öz

mövqelərini daha da möhkəmləndirmiş, regionda gedən proseslərə ciddi təsir göstərən, qüdrətli,

sayılıb-seçilən bir dövlətə çevrilmişdir. Biri-birindən uğurla gələn illərin sevincini yaşayan

milyonlarla respublika vətəndaşı kimi Mingəçevir şəhərinin əmək adamlarının da bu günlər ürəkləri

sözlə doludur. Biz belə insanlardan biri olan, şəhərin baytarlıq nöqteyi-nəzərdən salamatlığı

keşiyində ayıq-sayıq dayanan Mingəçevir Şəhər Baytarlıq İdarəsinin rəisi Talıb Talıbovdan

müsahibə aldıq. T. Talıbov demişdir:

- Əvvəlcə onu qeyd edim ki, Mingəçevir sənaye şəhəri olsa da burada insanların bir hissəsi

heyvandarlıqla məşğul olurlar. Bu sahənin inkişafı şəhərin sosial-iqtisadi həyatının daha da

canlanmasına böyük təsir göstərir, əhalinin maddi rifah halının yaxşılaşmasına təkan verir. Bu

inkişaf müstəqillik illərində daha da təkmilləşmiş formada davam etdirilir və yaxşı səmərə verir.

Ölkəmizin bütün regionlarında olduğu kimi, şəhərimizdə də inkişafın bütün istiqamətləri aydın

görünür. Eləcə də heyvandarlığın inkişafında ildən-ilə dönüşə nail olunub. Son illər maldarlıq və

qoyunçuluqla məşğul olan fermerlərə dövlət tərəfindən göstərilən qayğı və diqqət, təsərrüfatların

genişləndirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, damazlığın inkişafı məqsədilə

güzəştli kreditlərin verilməsi, bilavasitə dövlətin investisiya proqramında bu sahələrin inkişafı üçün

maliyyə vəsaitinin nəzərdə tutulması şəhərimizdə və şəhərətrafı ərazilrədə də heyvandarlığın inkişafı

üçün stimul yaratmışdır.

Boz dağın ətəyində salınan, energetiklər şəhəri kimi tanınan, öz coğrafi və iqtisadi mövqeyi, təbii

sərvətləri və özünəməxsus gözəlliyi ilə seçilən Mingəçevir şəhərində görülmüş kompleks tədbirlər

nəticəsində iribuynuzlu mal-qaranın, qoyun və keçilərin, eləcə də quşların sayı 90-cı illərlə

müqayisədə dəfələrlə artmışdır.

2011-ci ildə də Mingəçevir Şəhər Baytarlıq İdarəsi öz fəaliyyətini “Baytarlıq haqqında” Azərbaycan

Respublikası Qanununun qarşıya qoyduğu tələblərə əsasən quraraq, şəhər ərazisinin təhlükəli

xəstəliklərdən qorunması, heyvanlar arasında

təhlükəli xəstəliklərin baş verməməsi üçün planlı

qaydada epizootiya əleyhinə spesifik və digər

profilaktik tədbirləri həyata keçirir.

Məlumat üçün bildirirəm ki, şəhər ərazisində

mövcud olan bütün növ heyvanların yoluxucu və

digər xəstəliklərinə qarşı aparılan baytarlıq tədbirləri

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq kollegiya

qərarı ilə təsdiq edilən epizootiya əleyhinə tədbirlər

planına uyğun olaraq yerinə yetirilir. Biz hər ay

epizootik tədbirlərin aparılması barədə şəhər və

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq

Xidmətinin rəhbərliyini məlumatlandırırıq.

2011-ci ilin 10 ayı ərzində təsərrüfatlar üçün ən

qorxulu olan qarayara xəstəliyinə qarşı bütün həssas

kənd təsərrüfatı heyvanları arasında profilaktiki

peyvəndləmə işi aparılmışdır. Belə ki, 2809 baş

iribuynuzlu, 5483 baş xırdabuynuzlu, 47 baş

təkdırnaqlı heyvanlar qarayara əleyhinə

peyvəndləməyə cəlb edilmişdir. Odur ki,

təsərrüfatlarda qarayaraya qarşı epizootoloji salamatlıq təmin olunmuşdur.

İribuynuzlu heyvanlarda vərəm əleyhinə 48 başda allerji müayinə tədbiri aparılmış və bu

heyvanlarda xəstəlik aşkar olunmamışdır.

2011-ci ildə baytarlıq idarəsinin mütəxəssisləri baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən

profilaktiki dezinfeksiya işlərini gücləndirmişlər. Xüsusilə quş qripi və digər yoluxucu xəstəliklərə

qarşı 35500 m2-dən artıq tövlə, hin və digər obyektlərdə profilaktiki dezinfeksiya işləri yerinə

yetirilmişdir. Eləcə də şəhərimizin təsərrüfatlarında cari ilin müvafiq dövrü ərzində baş verə biləcək

bir sıra xəstəliklərin qarşısının alınması məqsədilə aşağıdakı digər profilaktik tədbirlər həyata

keçirilmişdir: 2231 baş iribuynuzlu heyvanda və 1764 baş xırdabuynuzlu heyvanda dabaq, 731 baş

itdə quduzluq, 871 baş xırdabuynuzlu heyvanda çiçək, 31620 baş quşda nyukasl əleyhinə “H”

ştammı ilə, 38991 baş quşlarda taun əleyhinə “La-sota” ştammı ilə, 1029 baş xırdabuynuzlu

heyvanda “Rev-1” vaksini ilə brusellyoz, 504 baş iribuynuzlu və 2018 baş xırdabuynuzlu heyvanda

leptospiroz əleyhinə vaksinasiya tədbirləri aparılmışdır.

Qeyd olunan dövr ərzində şəhərin ictimai, fermer və şəxsi təsərrüfatlarında yetişdirilən kənd

təsərrüfatı heyvanlarını iti infeksion və invazion xəstəliklərdən mühafizə etməklə yanaşı, xroniki

xəstəliklərdən olan brusellyoz xəstəliyinə qarşı ardıcıl diaqnostiki müayinələr davam etdirilmişdir.

Belə ki, iribuynuzlu heyvanlar arasında xəstəliyin vaxtında aşkar edilib, qarşısının alınması üçün

1343 baş iribuynuzlu heyvan diaqnostiki müayinəyə cəlb olunmuşdur. Nəticədə bu heyvanlarda

xəstəlik aşkar edilməmişdir. Davarlar arasında da brusellyoz xəstəliyinin baş verməməsi üçün isə 65

baş xırdabuynuzlu heyvandan, eləcə də 62 baş törədici qoçdan brusellyoza görə qan nümunələri

götürülərək laboratoriyaya göndərilmişdir. Laboratoriyada ciddi şəkildə aparılan müayinələrdən

sonra məlum olmuşdur ki, bu heyvanların hamısı sağlamdır. Eləcə də ötən 10 ay ərzində idarəmiz

quş, iri və xırdabuynuzlu heyvanlar arasında helmintoloji müayinələrin aparılmasını təşkil etmiş, 43

baş quşdan götürülən nümunə askaridoza, 35 baş iribuynuzlu heyvandan və 24 baş xırdabuynuzlu

heyvandan götürülən nümunə diktiokaulyoza, 25 baş iribuynuzlu heyvandan və 30 baş

xırdabuynuzlu heyvandan götürülən nümunə fassiolyoza, 13 baş xırdabuynuzlu heyvandan

götürülən nümunə isə moniezioz-tizaniezioz görə nümunələr laboratoriyada müayinə olunmuşdur.

Təsərrüfatlarda 2011-ci il üçün epizootiya əleyhinə müalicə-profilaktika tədbirlərinin ardıcıl həyata

keçirilməsi nəticəsində şəhərimizdə mal-qara və davarların epizootoloji salamatlığı təmin edilmişdir.

Bu salamatlığın təmin edilməsində və şəhərimizin təsərrüfatlarında epizootiya əleyhinə mübarizə və

müalicə-profilaktik tədbirlərinin həyata keçirilməsində baytar həkimləri Məhəmməd Məmmədov,

Sarvan Etibarlı və baytar feldşeri Nurəddin Əkbərovun həyata keçirdikləri işlər xüsusi qeyd

olunmalıdır. Onların peşə ustalığı, təşkilatçılıq

bacarıqları və göstərdikləri xidmətlər istər

camaatımız, istərsə də özəl qurumlar tərəfindən

böyük razılıqla qeyd edilir.

Ölkəmizdə aparılan köklü aqrar islahatlarla əlaqədar

baytarlıq sistemində də bəzi sahələr pullu baytarlıq

xidmətinə keçirilmişdir. Mingəçevir şəhəri bu

sahədə müəyyən uğurlar əldə edib. 2010-cu ilin 10

ayı ərzində 8382 manat topadığı halda, cari ilin

müvafiq dövrü ərzində bu xidmətdən 8435 manat

vəsait toplanaraq dövlət xəzinəsinə keçirilmişdir.

İlin sonuna qədər daha 1560-1570 manat

məbləğində vəsaitin toplanması nəzərdə

tutulmuşdur. Qeyd etmək istərdim ki, göstərilmiş

pullu xidmətin səviyyəsinə görə Mingəçevir Şəhər

Baytarlıq İdarəsi respublikada qabaqcıl yerlərdən

birini tutur. Biz bu irəliləyişə baytarlığın bütün

sahələrində nəzarəti gücləndirməklə nail olmuşuq. O

da təbiidir ki, şəhərdə heyvandarlıq inkişaf etdikcə,

onun müəyyən xidmət sahələri artdıqca

büdcədənkənar vəsaitin toplanması da çoxalır. Biz

güman edirik ki, cari ili daha böyük nailiyyətlərlə başa vura biləcəyik, yəni başqa sözlə desək, pullu

baytarlıq xidmətindəki uğurlarımız keçən ilə nisbətən bir xeyli artıq olacaqdır.

Respublika Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 saylı sərəncamı ilə “2008-2015-ci illərdə

Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”

təsdiq olunub. Burda cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam

ödənilməsi əsas məqsəd kimi önə çəkilir, baytarlıq işinin təşkili və bu sahədəki mövcud vəziyyət

ətraflı təhlil edilir. Bildirilir ki, hazırda sanitariya sağlamlığı, təhlükəli yoluxucu heyvan

xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq

məhsullarının istehsalı, habelə əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən

qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Eləcə də həmin sənəddə özəl baytarlıq

xidmətinin inkişaf etdirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi, baytarlıq-sanitariya

obyektlərinin moderinləşdirilməsinin təmin edilməsi, baytarlıq-laboratoriyalarının maddi-texniki

bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən sahə baytarlıq məntəqələrinin

yaradılması və onların avadanlıqlarla təmin edilməsi və xüsusi təhlükəli heyvan xəstəliklərinin

profilaktikasına yönəldilmiş sərhədyanı baytarlıq nəzarəti tədbirlərinin gücləndirilməsi, heyvanların

təhlükəli xəstəliklərdən qorunması və epizootiya əleyhinə mübarizə tədbirlərinin gücləndirilməsi, iri

yaşayış məntəqələrində özəl əsaslarla sanitariya normalarına uyğun heyvan kəsimi meydançalarının

(sallaqxanalarının) tikilməsinin aparılması məsələləri salınmışdır ki, bu istiqamətdə də rayon

baytarlıq xidməti müvafiq tədbirlər görür.

Onu da qeyd edim ki, şəhər ərazisində baytarlıq-sanitariya tələblərinə cavab verən, müasir heyvan

kəsim məntəqəsinin olması Mingəçevirdə küçə və yol kənarlarında özbaşına heyvan kəsimi və ət

satışının aparılmasına imkan vermir. Artıq neçə ildirki qeyri-qanuni heyvan kəsiminin qarşısı

birdəfəlik alınıb. İndi heyvan kəsimi və satışı mərkəzləşdirilmiş qaydada ancaq baytarlıq nəzarətində

olan obyektlərdə həyata keçirilir.

Şəhərimizdə özəl baytarlığa da xüsusi yer verilib. Artıq Mingəçevir şəhərində 1 özəl sahə baytarlıq

məntəqəsi, 6 özəl baytarlıq apteki fəaliyyət göstərir. Mingəçevir Şəhəri Baytarlıq İdarəsi onların

inkişafı üçün lazımi şərait yaradaraq, “Baytarlıq haqqında“ Azərbaycan Respublikasının Qanunu və

müvafiq təlimatlar əsasında fəaliyyət göstərmələri üçün mütəmadi olaraq lazımi tədbirlər həyata

keçirir.

Biz müfəttişlik xətti ilə daim reydlər keçirməyi də yaddan çıxarmırıq. Sevindirici haldır ki, şəhərdə

olan baytarlıq apteklərinin heç birində qeydiyyatdan keçməmiş dərman preparatları satılmır. Bu da

bizi çox sevindirir. Bundan başqa, mütəmadi olaraq rübdə bir dəfə şəhərin müxtəlif yerlərində,

xüsusilə avto və dəmiryolu vağzallarında, bazarda, bazarətrafı ərazidə və digər məkanlarda qeyriqanuni

dərman satanlara qarşı, onları aşkar etmək məqsədilə reydlər keçiririk. Hətta, Kənd

Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin ezamiyyətə gələn əməkdaşlarının iştirakı

ilə bir neçə dəfə belə reydlər təşkil olunub. Sevindirici haldır ki, şəşərimizdə bu nöqsanlara, qeyriqanuni

dərman satanlara təsadüf olunmayıb.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət

Proqramı”na uyğun olaraq ötən il Mingəçevir Şəhər Baytarlıq İdarəsi üçün inzibati bina tikilərək

istifadəyə verilmişdir. Bina daxilində kompüter otağı, vətəndaşlara məxsus it, pişik, ev quşları və

digər xırda heyvanların müayinəsi və müalicəsi üçün ambulatoriya, laboratoriya kabinetləri təşkil

edilmişdir. İdarənin ətrafı məişət tullantılarından təmizlənmiş, həyətində həmişəyaşıl ağaclar

əkilmiş, ot örtüyü salınmışdır. Bütün bunlar baytar mütəxəssislərimizi daha yaxşı işləməyə

ruhlandırır.

Sonda göstərilən diqqət və qayğıya görə, Mingəçevir Şəhər Baytarlıq İdarəsinin kollektivi adından,

şəxsən öz adımdan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, hörmətli nazirimiz cənab İsmət

Abasova və hörmətli rəisimiz xanım Sialə Rüstəmovaya dərin təşəkkür və minnətdarlığımı

bildirirəm. Söz verirəm ki, bundan sonra da öz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə

gələcək, rayon ərazisində kənd təsərrüfatı heyvanları arasında epizootik sabitliyi təmin etməyə

çalışacağıq və müalicə-profilaktika tədbirlərini ardıcıl olaraq həyata keçirmək üçün səylərimizi daim

artıracağıq.

Söhbəti qələmə aldı:

Y. Həsənov

ŞƏRƏFLİ VƏ LƏYAQƏTLİ ÖMÜR YOLU

Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun

mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti,

mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real

təcəs-sümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət

həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli

mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki,

xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə

yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.

Hələ gəncliyindən bö-yük hörmət-izzət sahibi olan, sonralar kamil insan,

sədaqətli dost, vətənpərvər, dəyərli həkim və qayğıkeş ailə başçısı kimi

tanınan belə insanlardan biri də Sabir Oruc oğlu Ələsgərovdur. Baytarlıq

ictimaiyyəti üçün xüsusi təqdimata ehtiyacı olmayan bu dəyərli insanın yaxın günlərdə 60 yaşı

tamam olur.

Hər bir şəxsiyyət üzləşdiyi amansız mühitdən də əvvəl məhz ailə ocağında yetişir, formalaşır,

gələcək həyat yolunu müəyyənləşdirməyə çalışır. İnsan xarakterinin formalaşmasında onun doğulub

boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu ana təbiətin də rolu az deyil.

Müdriklərimiz əbəs yerə “ot kökü üstə bitər” deməyiblər. Hələ yetkinlik yaşından Sabir

Ələsgərovun boya-başa çatdığı halal ailə, əhatə olunduğu saf mühit onu məhz kişi kimi yaşamağa,

ömrü ləyaqətlə başa vurmağa, daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa məhkum edib. 1951ci

il dekabrın 2-də qədim yurd yerimiz olan Qərbi Azərbaycanın ulu Göyçə mahalının Aşağı Şorca

kəndində ziyalı ailəsində anadan olan Sabir Ələsgərovun cəmiyyət üçün layiqli vətəndaş və

şəxsiyyət kimi yetişməsində ilk növbədə valideynlərinin böyük rolu olub. Ziyalı olaraq ailəsini

dolandırmaq üçün hər bir əziyyətə qatlaşan, dəmirçilər nəslinin ağsaqqalı hesab olunan atası Oruc

kişi el arasında mərdliyi, sözünə bütövlüyü, yüksək insani keyfiyyətləri ilə tanınıb. Tanınmış

nəslindən olan anası Qüdrət xanım isə Azərbaycan qadınına xas isməti, namusu, ailəcanlılığı nəcib

xarakterində cəmləyib.

Milli təfəkkür, milli kök, ulularımızdan ərmağan qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində

qərar tutan saf ailə mühitində aldığı tərbiyə ziyalı adamları olan valideynlərinin xeyir-duası

daxilindəki humanizm, xalqa məhəbbət, vətənpərvərlik və fitri istedadla çulğaşaraq Sabir

Ələsgərovu şərəfli mübarizələrə hazırlayıb. Sadə olduğu qədər də zəngin və mənalı ömür yolu,

erkən yaşlarından məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə

gərmək bacarığı onu yaxından tanıyanlarda xoş hisslər doğurur. Həyat yolunu düzgün

müəyyənləşdirən gənc Sabir əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kamil və

bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxıb.

Yaşa dolduqca həyatın qəribəlikləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan nəcib insanlar

kimi, onu da dünyanın əbədi sualları ilə üz-üzə qoyub. Bu sualların cavabını baytarlıq sahəsində

axtaran Sabir Ələsgərovun gələcək həyat yolu, peşə seçimi də məhz onun Azərbaycanın və

bəşəriyyətin sağlamlığı ilə bağlı saf və təmiz düşüncələrindən rişələnib. Sabir Ələsgərov 1966-cı

ildə Aşağı Şorca kənd səkkizillik məktəbini, 1968-ci ildə Daşkənd kənd orta məktəbini bitirmişdir.

Orta məktəbi uğurla başa vuraraq bir il kolxozda çalışdıqdan sonra 1969-cu ildə sənədlərini

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin)

baytarlıq fakültəsinə vermişdir. Həmin il Azərbaycan Respublikası Mərkəzi Komitəsinə birinci katib

seçilən Heydər Əliyev cənablarının Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda yaratdığı

mərkəzləşdirilmiş imtahan komissiyası fəaliyyət göstərdiyi üçün müvafiq qiymətlərlə o, ali təhsil

ocağına qəbul olunmuşdur. 1969-1974-cü illərdə institutun ictimai, siyasi işlərində fəallıq göstərmiş,

Gəncə şəhər “Xalq drujinası”nın üzvü olmuşdur.

Öz ana yurduna, el-obasına bağlı bir övlad kimi yetişmiş gənc Sabir Azərbaycan Kənd Təsərrüfatı

İnstitutunu yüksək qiymətlərlə bitirdikdən sonra 1974-cü ilin avqust ayının 4-də Basarkeçər

rayonunun (indiki Ermənistan Respublikasının Vardenis rayonu) Şəfəq kəndində “Şəfəq”

heyvandarlıq sovxozuna baş baytar həkimi təyin edilir. İnstitutu yeni bitirməsinə baxmayaraq işinin

öhdəsindən layiqincə gəlir. Qısa vaxt ərzində istər davranışı, istərsə də baytar mütəxəssisi kimi

çalışqanlığı ona kollektivin və rayon rəhbərliyinin dərin hörmətini qazandırır.

Sabir həkimin bu müsbət keyfiyyətləri nəzərə alınıb ona daha ağır təsərrüfatın, Yuxarı Şorca

kəndindəki “Heyvandarlıq” sovxozunun(1982-ci ildə) sağlamlığı həvalə edilir. O burada da həm

baytar həkimi, həm də nəcib insan, əsl ziyalı, vicdanlı, vətənpərvər və bir şəxsiyyət olaraq göstərilən

etimadı doğruldur. Bu sənəti-baytarlığı həyatının mənası bilən Sabir Ələsgərov 1988-ci ilə qədər

qədim türk yurdu olan Göyçə mahalında heyvanların sağlamlığı naminə çalışmış, öz şərəfli

peşəsinin əliqabarlı rənc-bəri kimi hörmət-izzətini birə-beş artırmışdır. Bundan sonra, yəni 1988-ci

ildən başlayan məlum hadisələrlə əlaqədar el-obasının bütün insanları kimi Sabir həkim də ermənirus

xəyanətinin nəticəsində qədim ata-baba yurdu olan Göyçə mahalını məcburən tərk etməli,

Azərbaycan Respublikasına pənah gətirməli və ilkin olaraq Şəmkir rayonun Çaykənd kəndində

məkunlaşmalı olur.

Köçkünlük həyatının ağrı-acılarını yaşayan, lakin sınmayan Sabir həkim 1989-cu ilin yanvar

ayından Şəmkir rayonun Çaykənd kəndində yerləşən “Pravda” damazlıq sovxozunda baş baytar

həkimi kimi əmək fəaliyyətini davam etdirir. 1991-1994-cü illərdə Şəmkir rayon damazlıq birliyində

zootexnik vəzifəsində çalışır. 1994-cü ildə təcrübəsi və işgüzarlığı nəzərə alınaraq Şəmkir Rayon

İcra Hakimiyyətinin Çaykənd kənd ərazi vahidliyi üzrə nümayəndəsi vəzifəsinə irəli çəkilir. 1995-

1996-cı illərdə Çaykənd kəndində aqrar islahat komissiyasının sədri, 1996-1997-ci illərdə Çaykənd

kəndində birgə istehsalat kooperativinin sədri, eləcə də 1993-2000-ci illərdə Çaykənd kənd ərazi

vahidliyi üzrə seçki komissiyasının sədri vəzifələrində çalışmışdır. 2001-ci ildə Bakı şəhərinə

köçmüş və F.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Abşeron

heyvandarlıq təcrübə stansiyasında baytar həkimi vəzifəsinə təyin olunmuşdur. 2004-cü ildən

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin

Epizootiya əleyhinə Respublika Ekspedisiyasının aparıcı baytar həkimi vəzifəsində çalışır.

Siyasi baxışlarında hər zaman sabit və prinsipial olan Sabir müəllim ümummilli liderin siyasi

kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət

quruculuğu prosesinə layiqli töhfəsini verməyə çalışır. Ulu öndərin siyasi fəaliyyətinə YAP-a üzv

olmaqla, bu partiyanın fəallarından biri kimi daim fəal dəstək verən, dövlətçilik maraqlarının

keşiyində dayanan Sabir Ələsgərov qeyd edir ki, XX əsrin yetişdirdiyi görkəmli siyasi və dövlət

xadimləri arasında Heydər Əliyev kimi çətin, mürəkkəb, amma şərəfli həyat yolu keçmiş ikinci bir

tarixi şəxsiyyət təsəvvür etmək çətindir. Zəngin həyat yolunun bütün mərhələləri onu göstərir ki, o,

bütün varlığını şüurlu şəkildə Azərbaycana və azərbaycançılığa həsr etmişdir. Bəlkə də buna görədir

ki, Heydər Əliyev xalqın qəlbində heykəlləşmişdir. Antey torpaqdan güc alan kimi, Heydər Əliyev

xalqından, Vətənindən güc alır. Millət atası ilə gücü birləşən millət əzəmətli, daha qüdrətli və

məğlubedilməz olur.

Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Sabir Ələsgərov son dərəcə cazibədar auraya,

pozitiv enerjiyə malik insandır. Tanınmış ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı,

yüksək mədəniyyəti, tələbkarlığı, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edir.

Yaxından tanıyanlar Sabir müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar,

qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər.

Əmək fəaliyyətinin 37-ci ilini şərəflə yola salan Sabir Ələsgərov işlədiyi müddətlərdə bir sıra döş

nişanı və fəxri fərmanlarla təltif olunmuşdur. Bu da onu göstərir ki, çəkilən zəhmət öz bəhrəsini

verir.

60 ilin zirvəsinə gəlib çatan, yorulmaq nə olduğunu bilməyən Sabir həkim, eyni zamanda gözəl,

tərbiyəli və ziyalı bir ailəyə rəhbərlik edir. Onun 5 övladı, 2 nəvəsi vardır.

Sabir Ələsgərov həm də dostluqda sədaqətli, etibarlıdır. Yəqin elə bu səbəbdən dostlarını 60 ildə

qazandıqlarının ən qiymətliləri hesab edir. Sözsüz ki, ailəsi istisna olunmaqla. O ailə ki, Sabir

onunla nəfəs alır, dərdini, sərini, övladları, həyat yoldaşı və bir də nəvələri ilə unudur. Sabir həkim

həmişə söyləyir ki, ailəsi, doğmaları olmasaydı yurdunun qürbətdə qalan dərdi onu məhv edərdi.

Sabir Ələsgərov el-obasında olduğu kimi, yaşadığı qəsəbədə də insanlar arasında çox böyük nüfuz

sahibidir. İnsanlara təmənnasız yardım göstərmək, imkansıza əl tutmaq, kimliyindən asılı

olmayaraq, haqlının tərəfini saxlamaq onun həyatının qayəsidir. Məhz bu cür keyfiyyətlərinə görə

onun bir həkim, bir ağsaqqal kimi sözü, məsləhəti insanlar tərəfindən şübhəsiz qəbul edilir. Ondan

məsləhət alanlar, öz yollarına aydınlıq gətirənlər isə heç vaxt peşman olmayıblar. Elə bu gün

çalışdığı kollektivdə də Sabir həkimin qədir-qiyməti dəyərincə bilinir, ona bir mütəxəssis, bir insan

kimi çox böyük hörmət göstərilir.

Bir qayda olaraq insan müəyyən yaş həddində arxaya baxır, ötən günləri xatırlayır. Sabir müəllim

keçmişi xatırladıqda heç bir peşmançılıq hissi keçirmir, buna görə də daim özünü rahat hiss edir.

Sabir müəllimin o dağlardan gətirdiyi saflığını, böyüklüyünü, ucalığını bu gün də qoruyub saxlayır.

Doğulduğu, boya-başa çatdığı o doğma yerlər-ulu Göyçə üçün darıxır, qəribsəyir və inanır ki,

haçansa müqəddəs yurd yerlərimizə mütləq qayıdacağıq. O bu inam hissini kollektivə də aşılayır.

Biz də bu müqəddəs hisslərə, duy-ğulara şərik çıxaraq Sabir Ələsgərovu anadan olmasının 60 illiyi

münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, işlərində yeni-yeni uğurlar və

xoşbəxtlik arzulayırıq.

E.Xankişiyev,

Epizootiya əleyhinə Respublika Ekspedisiyasının rəis əvəzi,

T.İsmayılov,

Epizootiya əleyhinə Respublika Ekspedisiyasının aparıcı baytar həkimi

SÜDÜN SANİTARİYA KEYFİYYƏTİNİN

QORUNMASI YOLLARI

Süd orqanizm tərəfindən tələb edilən və asan həzmə

gedən zülallar, yağlar, sulu karbonlar, vitaminlər,

mineral maddələr və sair ilə zəngin olan yüksək

qidalılıq keyfiyyətinə malik məhsuldur. Süd yüksək

keyfiyyətli tərkibə malik olduğuna görə müxtəlif

xəstəliklər törədən, toksin ifraz edən

mikroorqanizmlərin yetişməsi, yaşaması və

çoxalması üçün əlverişli məhsuldur.

Südün istehsalı, ilk işlənməsi, daşınması, emalı,

satılması və istifadəsi zamanı sanitariya qaydalarının

pozulması mikroorqanizmlərin onun tərkibinə

düşməsi və bununla da yoluxucu xəstəliklərin

heyvanlar, həmçinin insanlar arasında yayılmasına və bir sıra qida zəhərlənmələrinə səbəb olur.

Yenicə sağılmış süddə müxtəlif mikroblara təsadüf edilir. Bu mikrobların çox hissəsi südə sağım

zamanı heyvanların əmcəklərindən, bədənindən, sağıcıların əllərindən, paltarlarından, süzgəclərdən,

sağım aparatı və vedrələrdən, habelə havadan düşür. Gün ərzində heyvanların əmcəklərinin ucunda

müxtəlif mikroorqanizmlər yığılır. Odur ki, sağım zamanı sağılan ilk süd damlalarını ümumi südə

qatmaq olmaz. Bu süd damlalarını ayrıca sağıb tullamaq lazımdır.

Xəstəlik törədə bilən mikroblar südə əsasən xəstə heyvanlardan və eləcə də sağıcılardan düşür.

İnsanlara və heyvanlara məxsus olan bir sıra xəstəliklərin törədiciləri südə düşdükdə tez bir zamanda

inkişaf edərək çoxalır və xəstəliyin digər heyvanlara keçməsinə və insanlar arasında yayılmasına

səbəb olur. Süd vasitəsilə müxtəlif xəstəliklər : dabaq, quduzluq, çiçək, toksaplazmoz, Lueski

xəstəliyi, leykoz, tulyaremiya, polimielit, yoluxucu hepatit, gənə ensefaliti və sair bir sıra xəstəliklər

yayıla və yoluxa bilər.

Göstərilən xəstəliklərin hər hansı birinin törədicisi ilə yoluxmuş südün çiy halda kifayət qədər

termiki işləməyə uğradılmadan və yaxud pasterizasiyadan sonra ikinci dəfə yoluxma imkanı

yaradıldıqdan sonra istifadə etdikdə həmin xəstəlik digər heyvana və hətta, insana yoluxa bilər.

Mikroorqanizmlərin özlərindən başqa onların istehsal etdikləri toksinlər müxtəlif xəstəliklərin və

qida zəhərlənmələrinin əmələ gəlməsinə səbəb ola bilirlər.

Süd və süd məhsulları vasitəsi ilə bu xəstəliklərin yayılmasının qarşısını almaq üçün südün

sağılması, emalı, satışı və istifadəsi proseslərinə ciddi sanitar-gigiyenik nəzarət qoyulmalıdır.

Qeyd etmək lazımdır ki, südə düşən bəzi mikroorqanizmlər xəstəlik yaratmaq qabiliyyətinə malik

olmasalar da onların həyat məhsulları turşuluğunu artırır, bununla da südün keyfiyyəti aşağı düşür,

ondan yüksək keyfiyyətli məhsul hazırlamaq mümkün olmur, hətta, bəzən onun tamamilə xarab

olmasına /çürüməsinə/ səbəb olurlar ki, bununla da təsərrüfata müəyyən ziyan dəyir.

Südə düşmüş müxtəlif xəstəlik törədə bilən və digər mikroorqanizmlərin inkişafının ləngiməsində

südün bakteriosid xüsusiyyəti, xeyirli bakteriyaların mübadilə məhsulları, aşağı temperatur və

həmçinin digər amillər əhəmiyyətli rol oynayırlar.

Əldə edilən südün yüksək keyfiyyətli olması üçün bir sıra şərtlərə ciddi əməl etmək lazımdır.

Xəstəlik törədə bilən mikroorqanizmlərin əksəriyyəti öz həyat fəaliyyətlərini 10-12 dərəcədən aşağı

temperaturda itirirlər. Odur ki, südün sağılan kimi tez soyudulması ona düşən mikroorqanizmlərin

inkişafının qarşısını alır. Təzə sağılmış südün temperaturası mikroorqanizmlərin inkişafı üçün

olduqca yaxşı şəraitdir. Odur ki, süd sağılan kimi onun münasib aşağı temperaturda saxlanmasını

təmin etmək lazımdır. Belə olduqda südün tərkibinə düşən mikroorqanizmlər inkişaf edə bilmirlər.

Sağım zamanı südə düşmüş az miqdar mikroorqanizmlər isə südün bişirilməsi zamanı tamamilə

məhv olurlar. Belə süd istifadə etmək üçün tam yararlı olur.

Südü bişirdikdən sonra onun tərkibinə hər hansı mikroorqanizmlərin düşməsinə şərait yaratmaq

olmaz. Odur ki, südün sağılması, emalı, daşınması, satışı və istifadəsi zamanı sanitar-gigiyenik

tələblərə tam əməl edilməlidir.

Sanitariya mədəniyyətinin yüksəldilməsi keyfiyyətli süd istehsalına şərait yaradan ən əhəmiyyətli

amillərdən biridir. Belə ki, sanitariya mədəniyyətinin yüksəldilməsi tövlələrin vaxtaşırı dezinfeksiya

edilməsi, pəyənin havasının tez-tez dəyişdirilməsi, döşəməsinin təmiz saxlanması, sağılan

heyvanların vaxtında təmizlənməsi, sağım zamanı toz qaldıra bilən quru ot, küləş və s. verilməməsi,

heyvanların sağımdan qabaq yelinlərinin isti su ilə yuyulması və silinməsi, sağılmış südün təmiz

süzülməsi, sağıcıların və digər ferma işçilərinin sanitariya-gigiyeniya qaydalarına düzgün riayət

etmələri yüksək keyfiyyətli süd əldə etməyə imkan verir.

Heyvandarlıqla məşğul olan işçilərin sanitariya-gigiyeniya qaydalarına düzgün əməl etmələri üçün

bir sıra şərtlərin yerinə yetirilməsi vacibdir. Süd qəbulu otaqlarının isti və soyuq su ilə təmin

edilməsi, pəyələrdə əl-üz yuyanların qoyulması, onların sabun, dəsmal və dezinfeksiyaedici

maddələrlə təchizi, sağıcıların ardıcıl olaraq tibbi-sanitariya müayinəsindən keçirilməsi, sağıcıların

xüsusi geyimlə təmin edilməsini göstərmək olar. Sağmal inək və camışların vaxtaşırı olaraq gizli

yoxlanılması, xüsusi sanitariya günlərinin keçirilməsi, südün mexaniki, bakteorioloji çirkliyinin

yoxlanılması və yuxarıda göstərilən bir sıra digər qaydaların gözlənilməsi süd və süd məhsulları

vasitəsilə xəstəliklərin insanlar və heyvanlar arasında yayılmasının qarşısının alınmasına, əhalinin

yüksək keyfiyyətli qida məhsulları ilə təmin edilməsinə və daha çox gəlir əldə etmələrinə zəmin

yaradır.

Bu göstərilən qaydalara əməl etmək hər bir heyvandarın ümdə borcudur.

İ.K.Cavadov, baytarlıq üzrə fəlsəfə elmləri doktoru

DOVŞANCIQ XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏ

(Əvvəli ötən sayımızda)

Orqanizmə daxil olma yerində, yara nahiyyəsində mikrob inkişaf edir, artıb-çoxalır, ifraz etdiyi

toksinin təsiri nəticəsində asetilxolin əmələ gəlir ki, bu da sinir hüceyrələrini qıcıqlandırır və

nəticədə qıcolma və titrəmə baş verir.

Xəstəliyin amilini yetişdirmək üçün kitt-tarossi, qlükozalı-qanlı seyslər qida mühitlərindən və s.

istifadə edilir. 370C temperaturda, 7,0-7,9 pH olan qida mühitlərində yaxşı boy verir.

Mikrob hərəkətlidir. Anilin boyaları ilə asan rənglənir. Təzə kulturalardan hazırlanmış yaxmalar

qramla müsbət, köhnələrdən isə qramla mənfidir. Xəstəliyin amilini 10-14 gün termostatda 370C

temperaturda yetişdirdikdə güclü təsirə malik ekzotoksin ifraz edir ki, bu da iki fraksiyadan

ibarətdir.

Bunlardan biri-tetanospazmin mərkəzi sinir sisteminin hər iki zonasını oyadaraq əzələnin qıc

olmasına, digəri-qetanolizin isə qanın lizisə uğranmasına səbəb olur.

Tetanus çöplərindən əldə edilən kristal toksinin 1 mq-ı bir neçə milyon siçanı öldürə bilir.

Xəstəlikdə inkubasiya dövrü 3 gündən 3 həftəyə qədərdir. Ölüm qabağı temperatura 42-430C çatır.

İti gedişli zamanı 1-2 gündən sonra heyvanlar ölürlər. Yaşlı heyvanlarda ölüm 50-80%, cavanlarda

isə daha yüksək 90-100% təşkil edir. Ölümün əlamətləri xarakterik deyildir. Nəticədə isə heyvanın

yem, su qəbulu, peristaltikası zəifləyir, selikli qişalar göyərir. Ürəyin, ağ ciyərin fəaliyyəti çətinləşir.

Tənəffüs və nəbz tezləşir. Kal və sidik ifrazı çətinləşir. İşıq, toxunma, səs, orqanizmdə qıc olmanı

artırır və digər çətinliklər baş verir. İşıq və havanın təsirindən, toksinin zəhərliliyi kəskin azalır.

Orqanizmdə arıqlama baş verir və çoxlu enerji itməsinə səbəb olur.

Heyvanlarda ölüm, arıqlama, təngənəfəslik, qan dövranında, nəfəsalma mərkəzində və ürəkdə

pozuntular nəticəsində baş verir. Cəsədin köpməsi aydın hiss olunur. Əzələnin rəngi bişmiş əti

xatırladır. Ürək böyüyür, ürək əzələsində, plevrada və perikardda qan sağıntıları olur.

Bakterioloji tədqiqat aparılan torpaq sınaqlarının 50-80%-də, bəzi hallarda isə 100%-də tetanus

çöpləri tapılır. İnsanlar arasında xəstələnənlərin 2/3 hissəsini kənd təsərrüfatında çalışanlar, 1/3

hissəsini isə 1-15 yaşında olan uşaqlar təşkil edirlər.

Xəstələrin yarıdan çoxunun aşağı ətrafları bel, mismar və ucu iti kənd təsərrüfatı alətləri ilə bostanda

və torpaq işində işləyən zaman yaralanan şəxslər təşkil edir.

Yeni doğulmuş uşaqlarda göbəyin natəmiz şəraitdə kəsilməsi, zahı qadınlarda isə uşaqlığın selikli

qişasının zədələnməsi ilə əlaqədar olaraq xəstəlik baş verir.

İnsanlarda ölüm halları əsasən boğulmadan (asfiksiya) və həyat üçün mühüm mərkəzlərin iflicindən

törənir. Xəstəlikdən ölüm orta hesabla 40% təşkil edir.

Dovşancıq toksini 650C temperaturda qaynadıldıqda 5 dəqiqə ərzində parçalanır. Mikrobun

vegetativ forması 60-700C temperaturda 30 dəqiqə ərzində, eləcə də dezinfeksiyaedici maddələrin

təsirindən daha tez tələf olur.

Mikrobun sporu fiziki və kimyəvi faktorların təsirinə qarşı olduqca davamlıdır. Bunlardan 1%-li

suleymani 2 saata, 5% karbol turşusu məhlulu 8-10 saatdan sonra, 3%-li formalin 24 saata, 5%-li

kreolin, fenolun 5%-li məhlulları 8-10 saata, xəstəliyin amilini və 0,5%-li duz turşusu 30 dəqiqəyə

amilin sporlarını məhv edir.

Ayrı-ayrı ştamların sporları davamiyyətlərinə görə bir-birindən fərqlənirlər. Törədicinin amili

günəşin düz şualarının təsirindən 3-5 gündən sonra inaktivləşir. Nəm şəraitdə sporlar 800C

temperaturda 6 saat qızdırıldıqda, 900C-də 2 saata məhv olurlar. Bəzən isə sporlar qaynadıldıqda

belə 30-50 dəqiqəyə davam gətirirlər.

C.Ə.Əsgərov,

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aparıcı elmi işçisi, baytarlıq üzrə fəlsəfə elmləri

doktoru

YUMURTA ƏN YAXŞI ENERGETİKDİR

Bakı, 17 noyabr (AzərTAc). Bizlərdən hər birimizin elə xoşagəlməz dəqiqələrimiz olur ki, yuxu

hissi işə mane olur. Diqqət yayınır, qaşlar çatılır, baş işləmir. Adətən kofe və şirniyyat dadımıza

çatır - axı belə bir fikir yayılmışdır ki, zəifləmiş orqanizmə məhz yüksək miqdarda qlükoza lazımdır.

Lakin Britaniya diyetoloqları belə qənaətə gəlmişlər ki, heç bir şirniyyat toyuq yumurtası qədər güc

vermir.

“The Daily Mail” qəzetinin yazdığına görə, son tədqiqatların nəticələrindən aydın olmuşdur ki,

yumurtanın ağından əldə edilən proteinlər gümrah olmağa və fikri yaxşı cəmləşdirməyə kömək edir.

Buna görə onlar orqanizm üçün xüsusən şokoladdan, peçenyedən və digər şirniyyatlardan alınan

karbohidratlardan daha faydalıdır.

Kembric Universitetinin mütəxəssisləri müxtəlif qida maddələrinin baş beynin hüceyrələrinə təsirini

tədqiq etmişlər. Eksperimentlər zamanı müəyyən edilmişdir ki, öz xassələrinə görə yumurta ağına

bənzəyən qida qarışığı orqanizmi kalorini tez sərf etməyə məcbur edən və gümrahlıq vasitəsi olan

təbii stimulyatorun - oreksinin yaranmasını gücləndirir. Şəkər əsaslı qarışıqlar isə, əksinə, təbii

energetik hasilatına mane olur.

Alimlərin “Neuron” jurnalında dərc olunmuş nəticələri nəinki az öyrənilmiş fenomeni - nə üçün

karbohidratlara nisbətən zülallı qida qəbulu nəticəsində insanların özlərini daha gümrah hiss

etməsinin səbəbini izah edir, həm də piylənmə və yuxusuzluq problemlərinin tədqiqi üçün əsas

yaradır. Tədqiqatın müəlliflərindən biri olan Denis Burdakovun sözlərinə görə, bu məsələləri həll

etmək üçün pəhrizin hüceyrə səviyyəsində yuxuya və iştahaya təsiri barədə daha çox məlumat əldə

etmək lazımdır.

Çoxları toyuq yumurtasını “ağır” və hətta zərərli qida hesab etsələr də, diyetoloqlar bu fikri

etibardan salmışlar. Bu yaxınlarda Britaniyanın qida fondu mütəxəssislərinin apardıqları tədqiqatlar

göstərmişdir ki, yumurtadakı xolesterin tipi ürək xəstəlikləri riskinin artmasına minimum təsir

göstərir. Ekspertlər orqanizmdə xolesterinin səviyyəsinin artmasının başlıca günahını yağlı

yeməklərdə, siqaret çəkməkdə və fiziki fəallığın az olmasında görürlər. Yumurta isə yüksək

keyfiyyətli zülal mənbəyidir, onun tərkibində zərərli yağlar yoxdur.

XƏSTƏLİKLƏRƏ QARŞI HEYVANLARIN MÜQAVİMƏTİNİN ARTIRILMASI

YOLLARI

Respublikada heyvandarlığın hazırkı inkişaf

mərhələsində heyvanların cins tərkibinin

yaxşılaşdırılması və damazlıq-seleksiya işlərinin

aparılmasının çox böyük elmi və praktik əhəmiyyəti

vardır. Bununla əlaqədar olaraq heyvandarlıq

məhsullarına artan tələbatı təmin etmək məqsədilə

son illər respublikamıza xarici ölkələrdən cins

heyvanlar gətirilir. Hazırda həmin düyələrdən xeyli

sayda bala alınmışdır. Bu qrup heyvanların baş

sayının artırılması və xəstəliklərə davamlı olması

vacib məsələlərdəndir. Odur ki, belə məhsuldar

heyvanların və onların törəmələrinin xəstəliklərə

qarşı davamlı olmasını və müqavimət qüvvəsinin

yüksəldilməsinə çox böyük ehtiyac duyulur.

Bunun üçün sanitariya-gigiyena şərtlərinə düzgün əməl olunmalıdır. Belə ki, heyvandarlıq

təsərrüfatlarında sanitariya-gigiyenanın tələblərinə cavab verməyən, rütubətli, qeyri-normal

mikroiqlimi olan binalarda bu qrup heyvanların saxlanması və bəslənməsi düzgün hesab edilmir.

Çünki belə şəraitdə heyvanların məhsuldarlığı aşağı düşür, onlarda müxtəlif xəstəliklər-vərəm,

brusellyoz, paratif, dəmrov, oynaq və dırnaq xəstəlikləri, bronxopnevmoniya, dispepsiya və s. baş

verir. Zoobaytarlıq tədbirlərinin lazımi səviyyədə aparılmaması heyvanlar arasında mədə-bağırsaq,

tənəffüs orqanlarının xəstəliklərinin baş verməsinə və tələfata səbəb olur.

Heyvanların birtərəfli yemləndirilməsi, tövlə şəraitində saxlanması, gəzintinin azlığı, onlarda qan

durğunluğuna, çətin doğuşa, qısırlığa, ağciyər tutumunun azalmasına, mədə önlüklərinin

atoniyasına, maddələr mübadiləsinin pozulmasına şərait yaradır.

Tövlələrdə optimal mikroiqlim olmadıqda süd məhsulu 10-15% azalır, həvəsəgəlmə, balaalma

zəifləyir, qısırlıq artır, heyvanların ümumi sağlamlığı fizioloji normalara cavab vermir.

Normal mikroiqlim isə fizioloji proseslərin fəal getməsini təmin edir, bu da heyvanların müxtəlif

xəstəliklərə qarşı davamlı olmasına və onların yüksək məhsul verməsinə səbəb olur.

Mal-qara saxlanılan tövlələrdə döşəmənin sanitar-gigiyenik vəziyyəti məhsulun təmizliyinə,

heyvanlarda dırnaq xəstəliklərinin əmələ gəlməsinə və ümumiyyətlə məhsuldarlığa ciddi mənfi təsir

göstərir.

Məlum olduğu kimi, son vaxtlar respublikaya gətirilən heyvanlarda dırnaq xəstəliklərinə daha çox

təsadüf olunur. Odur ki, tövlələrdə döşəmələrin taxta materiallardan, bişmiş kərpiclərdən və asfalt

üzərinə rezin döşənəcəklərin salınması yaxşı nəticə verir.

Normal mikroiqlimi təmin etmək üçün tövlələrdə temperatur və nəmliyin normada olması əsas

şərtlərdəndir. Havanın toz və mikrofloralarla çirklənməsi heyvanlar arasında, xüsusən buzovlarda

keratin, dəmrov, bronxopnevmoniya, mədə-bağırsaq pozğunluğu və s. xəstəliklərə səbəb olur. Ona

görə də tövlənin təmizlənməsində, peyinin çıxarılmasında, yemin paylanmasında əlverişli gigiyena,

hava şəraiti yaranmalıdır. Heyvandarlıq binalarında xoşa gəlməyən pis iyin yayılmasının qarşısını

almaq üçün ventilyasiya sistemi düzgün qurulmalı, havanın təmiz və tez-tez dəyişdirilməsi təmin

edilməlidir.

Mal-qaranın sağlamlığı, onların xəstəliklərə və xarici amillərin mənfi təsirinə qarşı davamlılığı,

yüksək məhsuldarlığın sabitliyi üçün yemləmənin düzgün təşkilinin çox böyük əhəmiyyəti vardır.

Belə ki, heyvandarlığı daha da yaxşı inkişaf etdirmək, sağlam bala almaq, onları yetişdirmək,

xəstəliklərdən qorumaq və məhsuldarlığın artırılmasında yemləmənin sanitar-gigiyenik qaydalarına

riayət olunması mühüm məsələlərdən biridir. Bu problem həll edilmədikdə heyvandarlığa ciddi

ziyan dəyir. Belə ki, heyvanların məhsuldarlığı aşağı düşür, infeksion xəsətliklərə qarşı həssaslıq

artır.

Bu da təsərrüfatda heyvanların qısırlığına, müxtəlif xəstəliklərə tutulmasına, ölüm hallarına, baş

sayının və məhsuldarlığın azalmasına səbəb olur. Heyvanların tam dəyərli və balanslaşdırılmış

keyfiyyətli yemlərlə yemləndirilməsi, orqanizmin normal həyat fəaliyyəti üçün çox vacibdir, bunlar

yüksək məhsuldarlığa və xəstəliklərə davamlı olmasına zəmin yaradır.

Heyvanları yemləyərkən zülal, mikro və makro elementlərlə zəngin olan digər qarışıq yemlərdən

istifadə etmədikdə maddələr mübadiləsi pozulur, məhsuldarlıq aşağı düşür, qısırlıq halları baş verir,

heyvanların həyat fəaliyyəti zəifləyir, xəstəliklərə qarşı həssaslıq artır. Odur ki, heyvanları

yemləyərkən yem paylarına mikro-makro elementlər, vitaminlər və digər tərkibində dəyərli

maddələr olan qarışıqlar əlavə olunmasına xüsusi fikir verilməlidir.

Heyvandarlıqda əsas iqtisadi ziyan keyfiyyətsiz yemləmə nəticəsində baş verir. Mədə-bağırsaq

xəstəliklərinin baş verməsi bu amildən çox asılıdır. Təsərrüfatlarda yemlər nəzarət altında

saxlanılmadıqda zəhərlənmə hallarına daha çox təsadüf olunur. Odur ki, yemlərin qidalılıq dəyəri və

sanitariya keyfiyyəti vaxtlı-vaxtında xüsusi laboratoriyalarda yoxlanılmalıdır.

Heyvanlara yem rasionu tərtib olunarkən onların müxtəlif qida maddələrinə-zülallara, yağlara, sulu

karbonlara, mineral maddələrə və vitaminlərə olan ehtiyacı tam ödənilməklə, yüksək kalorilik

xüsusiyyətinə malik olmalıdır. Belə yemləmə çox vacib amillərdən olub, heyvanların yoluxucu

xəstəliklərə qarşı immun vəziyyətinin normal səviyyədə olmasına, orqanizmin möhkəmlənməsinə və

məhsuldarlığın yüksəlməsinə şərait yaradır.

Qeyd etmək lazımdır ki, heyvanlarda maddələr mübadiləsi pozğunluqları nəticəsində baş verən

xəstəliklərin başlanğıcında xəstəliyi müəyyən etmək üçün dispanserizasiyadan geniş istifadə

edilməlidir.

İnək və düyələrin dispanserləşdirilməsi müasir heyvandarlıqda planlı şəkildə, ildə iki dəfə-yaz və

payızda aparılmalıdır.

Dispanser müayinələr kompleksinə naxırın ümumi tərkibi, klinik müayinələr, qan, sidik, süd və

yemlərin laboratoriya müayinələri, yemləmə, saxlama şəraiti, heyvanların qruplarla müalicə və

profilaktikası daxildir.

Dispanserləşdirmə müasir heyvandarlıqda planlı şəkildə aparılan ən vacib tədbirdir. Vaxtında

dispanserizasiya şərtlərinə əməl etməklə heyvanları maddələr mübadiləsi pozğunluğu

xəstəliklərindən qorumaq və məhsuldarlığı artırmaq mümkündür.

Beləliklə, heyvanları xəstəliklərdən qorumaq, məhsuldarlığın kəmiyyət və keyfiyyətini yüksəltmək,

onların baş sayını artırmaq üçün ilk növbədə düzgün yemləmə və saxlanma şəraitini təmin etməli və

sanitariya-gigiyena tələblərini vaxtı-vaxtında həyata keçirilməlidir. Belə olarsa heyvandarlıq kənd

təsərrüfatının ən rentabelli sahəsinə çevrilə bilər. Odur ki, heyvandarlıqla məşğul olan fermerlərin

yuxarıda göstərilən məsələlərə ciddi yanaşmaları tövsiyə olunur.

Ə.Məmmədli,

AzETBİ-nin ekologiya, sanitariya və yoluxmayan xəstəliklər laboratoriyasının müdiri, baytarlıq üzrə

fəlsəfə elmləri doktoru,

Ə.Xudiyev,

həmin laboratoriyanın aparıcı elmi işçisi, baytarlıq üzrə fəlsəfə elmləri doktoru,

Z. Rzayeva,

həmin laboratoriyanın kiçik elmi işçisi

MİNNƏTDARLIQ

Azərbaycanın baytarlıq sistemi gündən-günə inkişaf edir, güclənir. Hazırda baytarlıq sistemində

diqqətçəkən ən mühüm məsələ baytarlıq müəssisələrində müasir texniki təchizatla yanaşı, kadr

potensialının da yüksək səviyyədə olmasıdır. Beyləqan Rayon Baytarlıq İdarəsinin Şahsevən sahə

baytarlıq məntəqəsinin müdiri Şəmsi Səfərovun 8 nəfərlik ailəmin ehtiyacı olan inəyin müalicəsi

zamanı bunu bir daha yəqin etdim.

Baytar həkiminin heyvana göstərdiyi xidmətdən hədsiz dərəcədə razı qaldım. Bu yaxınlarda dəyəri

1400 manat olan 1 baş inəyim bərk xəstələnmişdi. Heyvanın vəziyyəti getdikcə ağırlaşırdı. Telefon

vasitəsilə Şahsevən sahə baytarlıq məntəqəsinin müdiri, baytar həkimi Şəmsi Səfərova müraciət

edərək ondan kömək istədim. Şəmsi həkim vaxt itirmədən gəlib inəyin müalicəsinə başladı.

Qeyd edim ki, ilkin diaqnoza görə inək çöl sahəsində körpə yoncadan zəhərlənmiş və temperaturu

aşağı düşmüşdür. Bir xeyli müalicədən sonra Şəmsi həkim inəyi ölümün cəngindən xilas etdi və

sağalması üçün əlindən gələni əsirgəmədi. Mən həkimin vaxtında gəlməsinin və yüksək səviyyədə

müalicə aparmasının və insani münasibətinin bir daha şahidi oldum.

Bizim 8 nəfərlik ailəmizin həmin inəyə böyük ehtiyacı var. Bu gün inəyimizi ölümdən xilas edən

Şəmsi həkimi elə bil ailəmizə bir inək alıb verib.

Şəmsi həkimin bu əməyinə, bacarığına görə ilk növbədə hörmətli Sialə xanım sizə və Beyləqan

Rayon Baytarlıq İdarəsinin kollektivinə ailəmiz adından səmimi təşəkkürümü bildirirəm. Allah

sizlərdən razı olsun!

Sonda onu da deyim ki, bu gün rayon baytarlıq idarəsinə və yerlərdəki sahə baytarlıq məntəqəsinə

çoxlu sayda müraciət edənlər var və onların hamısı yaradılan şəraitdən, baytarlıq xidmətdən

razıdırlar. Təbii ki, mən də onların sırasındayam. Mən onlara qəzet vasitəsilə sonsuz

minnətdarlığımı çatdırmaq istərdim. Bildirirəm ki, bu sənəti dərindən bilən və onu əzmkarlıqla

yerinə yetirən kadrlar var. Mən buna yuxarıda adını çəkdiyim sahə baytarlıq məntəqəsinin

timsalında şahid oldum.

Ramiz Ağayev, Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini

10 oktyabr 2011-ci il, Bazar ertəsi

ALLAH RƏHMƏT ELƏSİN

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi S. Rüstəmova və xidmətin

kollektivi Kənd Təsərrüfatı Nazirliyinin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidova,

bacısı

XANIMQIZ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin kollektivi xidmətin sektor müdiri

Eldəniz Zeynalova, dayısı

ƏSGƏR MÜƏLLİMİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin kollektivi iş yoldaşları Sayad

Məmmədova, qardaşı

FƏXRƏDDİNİN

vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin kollektivi Respublika Baytarlıq

Laboratoriyasının şöbə müdiri Cavid Abdullayevə, atası

AĞANIN vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Şamaxı Rayon Baytarlıq İdarəsinin rəisi K. Bəkirov və idarənin kollektivi Qalaybuğurt sahə

baytarlıq məntəqəsinin baytar həkimi Şahbazov Məhəmmədə, anası

ƏSBƏT XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Şamaxı Rayon Baytarlıq İdarəsinin rəisi K. Bəkirov və idarənin kollektivi Şamaxı şəhər Sabir adına

sahə baytarlıq məntəqəsinin baytar həkimi Babayev Bəhruza, atası

FEYRUZUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Zeynəddin Nurməmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Xanzadə Cəfərova,

qardaşı

BƏHMƏN CƏFƏROVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!