15.09.2013 Views

Vergi yükünün iqtisadi artıma təsirinin müəyyənləşdirilməsi:I və II tip ...

Vergi yükünün iqtisadi artıma təsirinin müəyyənləşdirilməsi:I və II tip ...

Vergi yükünün iqtisadi artıma təsirinin müəyyənləşdirilməsi:I və II tip ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

n eKOnOMeTRİYA

quliyev Şövqi

bəhlul oğlu

i.e.f.d.

AMEA İqtisadiyyat İnstitutu

Az1143. Bakı ş., Bül-bül küç. 40.

shovqi_bahlul@mail.ru

3/2013

UoT 336.225:330.35:519.6

VeRGİ YÜKÜnÜn İQTİSADİ

ARTIMA TƏSİRİnİn

MÜƏYYƏnLƏŞDİRİLMƏSİ:

I VƏ II TİP LAFFeR nÖQTƏLƏRİnİn

TAPILMASI

səh. 149-158

Xülasə

Tədqiqatın məqsədi – vergi yükünün iqtisadi

artıma təsirinin müəyyənləşdirilməsi, I və II tip laffer

nöqtələrinin tapılması.

Tədqiqatın metodologiyası – sistemli yanaşma,

ekonometrik təhlil.

Tədqiqatın nəticələri – I və II tip laffer

nöqtələrinin müvafiq illər üzrə tapilması, vergi yükü

ilə iqtisadi artım arasında olan əlaqənin optimal həddinin

müəyyən edilməsi.

Tədqiqatın məhdudiyyətləri – daha geniş elmi

araşdırmanın aparılması tələb olunur.

Tədqiqatın praktiki əhəmiyyəti – vergi yükünün

optimal həddinin müəyyənləşdirilməsi baxımından

elmi-analitik mənbə kimi istifadə imkanlığı.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – vergi

yükü ilə büdcə gəlirləri və ümumi daxil məhsul

arasında əlaqənin müəyyənləşdirilməsi.

Açar sözlər: vergi yükü, iqtisadi artım, istehsal

funksiyası, Laffer nöqtələri elastiklik əmsalı.

PDF processed with CutePDF evaluation edition www.CutePDF.com

149

1. giriş

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

Məlum olduğu kimi, beynəlxalq maliyyə korparasiyası vergi ödənişləri ilə bağlı

hər il özünün beynəlxaq icmalını (Paying Taxes 2013-The Global Picture) təqdim

edir. Bu icmalda 183 (yüz səksən üç) ölkənin vergi məcəlləsinin tələblərinə uyğun

administrativ vergi yükü, həmçinin firmaların vergilərini ödədiyi dövrə qədər məcmu

gəlirlərinin vergi öhdəliklərinə nisbəti də hesablanaraq göstərilir. Həmin hesabata

əsasən 2013-cü ildə MDB ölkələrinin reytinqi aşağıdakı kimi olmuşdur: Rusiya -

64-cü yer, Gürcüstan - 33-cü yer, Qazaxıstan - 17-ci yer, Moldova - 109-ci yer,

Tacigistan - 175-ci yer, Ukrayna - 165-ci yer, Özbəkistan - 161-ci yer, Qırğızıstan -

168-ci yer, Belarusiya - 129-cu yer, Azərbaycan isə 76-cı yerdə olduğu qeyd

edilmişdir. Müqayisə üçün qeyd edək ki, bir sıra Avropa ölkələrinin reytinqi isə

aşağıdakı kimidir: Almaniya -72-ci, Finlandiya - 23-ci, Belçika - 75-ci, Bolqarıstan

- 91-ci, Danimarka - 13-cü, Çexiya - 120-ci, Türkiyə - 80-ci və Xorvatiya - 42-ci

yer [1; s. 140-162].

Bütün bunlar onu göstərir ki, milli iqtisadiyyatın dinamik inkşafının təmin

edilməsinin ən mühüm faktorlarından biri məhz vergi yükünün optimal həddinin

müəyyən edilməsi ilə bağlıdır. Araşdırmalar göstərir ki, qiymətlərin sabitliyinin tən -

zimlənməsi nə qədər aktualdırsa, vergi yükünün optimal həddinin müəyyənləşdirilməsi

də o qədər aktualdır. Çünki, qeyd edilən bu göstəricilərin hər hansı

birinin dəyişməsi dinamik iqtisadi inkişafa təsir göstərir. Məqalədə göstərilən optimal

vergi yükünün hesablanması metodologiyası (I və II tip Laffer nöqtələrinin tapılması)

dünyanın bir çox ölkələrində tətbiq olunmuşdur. Onlardan ABŞ, Böyük Britaniya,

İsveçrə, Rusiya, Qazaxıstan və s. göstərmək olar.

Cədvəl 1. Qazaxıstan respublikasında ı və ıı tip laffer nöqtələrinin qiymətləri

Mənbə: Нугербеков С.Н., Тычинская. Ю.В., Карашулаков Г.Ж. Определение эффективной налоговой нагрузки

на экономику, учитывая специфику Казахстана.

150

göstəricilər q* q**

2001 26,4 32,3

2002 26,2 32,3

2003 26,1 31,4

2004 25,8 31,2

2005 25,5 29,4

2006 25,4 29,5

2007 25,3 29,5

2008 25,1 29,1

2009 25,1 30,1

3/2013

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

Cədvəl 1-in məlumatlarından göründüyü kimi, Qazaxıstan Respublikasında I tip

Laffer nöqtələrinin qiymətləri 25,1%-26,4%arasında, II tip Laffer nöqtələrinin

qiymətləri isə 29,1%-32,3% arasında dəyişir.

Cədvəl 2. Böyük Britaniyada ı və ıı tip laffer nöqtələrinin qiymətləri

Mənbə: Балацкий Е.В. Анализ влияния налоговой нагрузки на экономический рост с помощью производственно-институциональных

функций. Проблемы прогнозирования.

Böyük Britaniyada isə I tip Laffer nöqtələrinin qiymətləri 35,51%–35,91%

arasında, II tip Laffer nöqtələrinin qiymətləri isə 38,05%–38,44% arasında də -

yişmişdir.

2. İqtisadiyyatda effektiv vergi yükünün müəyyən edilməsi metodikası

Məlum olduğu kimi, dövlət sektorunun maliyyə baxımından idarə edilməsinin

bazasını büdcə gəlirləri təşkil edir. Təcrübə göstərir ki, əksər ölkələr C.M.Keyns

(1883-1946) nəzəriyyəsinə əsaslanaraq məcmu tələbi stimullaşdırmaq üçün büdcə

xərclərini ilbəil artırırlar. Büdcə xərclərinin artırılması isə təbii olaraq ya büdcə defisitinin

artırılmasına, ya da vergi yükünün artmasına səbəb olacaqdır. Büdcə defisitinin

artması yüksək inflyasiyaya səbəb olur ki, bu da iqtisadi artıma mənfi təsir edir.

3/2013

göstəricilər q* q** E

1983 35,51 38,05 1,51

1984 35,56 38,11 1,48

1985 35,59 38,14 1,52

1986 35,61 38,15 1,54

1987 35,66 38,20 1,55

1988 35,75 38,28 1,58

1989 35,81 38,34 1,61

1990 35,81 38,35 1,61

1991 35,75 38,30 1,66

1992 35,72 38,26 1,72

1993 35,71 38,24 1,75

1994 35,74 38,27 1,71

1995 35,76 38,29 1,66

1996 35,79 38,32 1,66

1997 35,84 38,37 1,60

1998 35,90 38,42 1,58

1999 35,91 38,44 1,58

151

Vergi yükünün artması da öz növbəsində əməyin ödənişi ilə bağlı stimulu aşağı

salmaqla yanaşı, yığıma və resursların yenidən bölgüsünə də mənfi təsir edir. Digər

tərəfdən beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatın həddən artıq liberallaşdırılması

və ya vergi yükünün optimal həddən artıqlığı iqtisadiyyatın normal inkişafına maneə

olur. Məhz buna görə də bir çox iqtisadçılar və siyasətçilər tam haqlı olaraq belə

hesab edirlər ki, istehsal amillərinin rasional paylanması və istifadəsi əhalinin artan

tələbatının ödənilməsi baxımından necə vacibdirsə, vergi yükünün optimal həddinin

müəyyən edilməsi də elə vacibdir. Tarixi baxımdan optimal vergi yükü ideyası ilk

dəfə ABŞ-da A.Laffer əyrisi ilə ortaya çıxmışdır. Onun hesablanması isə iqtisadiriyazi

modellər vasitəsilə həyata keçirilmişdir.

Optimal vergi yükünün hesablanması, I və II tip Laffer nöqtələri tapılması ilə

bağlı istər qərb, istər rus, istərsə də Azərbaycan iqtisadçılarının tədqiqatları olmuşdur.

Belə ki, bu istiqamətdə tədqiqat aparan qərb iqtisadçılarından J.M.Buchanan,

H.G.Monissen, rus iqtisadçılarından, E.V. Balaçkiy, A.B.Qusev, Azərbaycan iqtisadçılarından

isə Akif Musayev, Natiq Əmirov, Yadulla Həsənli və Yaşar Kəlbiyevin

tədqiqatlarında optimal vergi yükünün hesablanması, I və II tip Laffer nöqtələri tapılması

ilə bağlı yazılara rast gəlmək mümkündür.

Azərbaycanda I və II tip Laffer nöqtələri 1997-2004-cü illər üzrə tapılmış və qeyd

edilən illər üzrə Laffer nöqtələrinin orta qiymətləri I tip üzrə 11,7%, II tip isə 11,9%

olmuşdur [4; s. 2-16].

Eyni zamanda, “Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri”

tədqiqat əsərində isə 1992-2003-cü illər üzrə I və II tip Laffer nöqtələri hər il üzrə

tapılmışdır.

Burada I tip Laffer nöqtəsi 30,19%, II tip Laffer nöqtəsinin qiyməti isə 39,23%-

68,32% arasında olmuşdur [5; s. 168-362].

Tədqiqatda optimal vergi yükünün hesablanması üçün istehsal-institusional

funksiyadan istifadə olunmuşdur və bu aşağıdakı kimidir [2; s. 88-94].

Burada:

Y – ÜDM;

K – Kapital (əsas fondların dəyəri);

L – Əmək (iqtisadi fəaliyyətlə məşğul olan işçilərin sayı);

q – vergi yükü (T - büdcəyə daxil olan məcmu vergilər; q=T/Y);

a, b, n, m – tənliyin parametrləridir ki, bunlarda retrospektiv dinamik sıralar

əsasında qiymətləndirilir.

Y, K, L dəyişənləri və q vergi yükü müvafiq olaraq t ili üçün götürülür. Burada

(1) funksiyasının ən mühüm xüsusiyyəti ondan ibarətdirki, burada ölkənin ÜDM-i

əməkdən, kapitaldan və vergi yükündən asılı olması mülahizəsi qəbul olunmuşdur.

152

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

(1)

3/2013

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

(1) tənliyində a, b, n, m parametrlərinin hesablanması qeyri-xətti (1) Kobb-Duqlas

tipli istehsal funksiyasının loqorifmləşdirilməsi yolu ilə xəttiləşdirilərək həyata keçirilir.

Yəni:

(2)

Beləliklə, (2) reqressiya tənliyi vergi yükü ilə ÜDM arasında asılılığı əks etdirir.

Belə olan halda məcmu vergi daxilolmaları (T) və vergi yükü (q) arasında münasibət

aşağıdakı kimi göstəriləcəkdir.

(2) və (3) istehsal-institusional funksiyası I və II tip Laffer əyrisi nöqtələrinin

qarşılıqlı olaraq tapılmasını müəyyən edir. Laffer əyrisi üzrə I tip maksimum təpə

nöqtəsi q* adlanır. Yəni, vergi yükünün q*ə bərabər olan səviyyəsində məhsul istehsalının,

daha doğrusu ÜDM-in həcmi ən çox olur.

Riyazi analiz kursundan məlumdur ki, (1) və ya (2) funksiyası ekstemum qiymətini

Şərti ödənilən nöqtədə alır. (1) funksiyası yuxarıdan qabarıq funksiya olduğu üçün

bu ekstremum nöqtəsi maksimum nöqtədir.

Belə olan halda (1) funksiyası üzrə Laffer əyrisinin I tipi aşağıdakı kimi ifadə

oluna caqdır:

Oxşar şəkildə Laffer əyrisinin II tip təpə nöqtəsi q** müəyyənləşdirilir. Bu

nöqtədə (3) funksiyası,

Şərtini ödəyir. Belə olan halda Laffer əyrisinin II tip təpə nöqtəsi üzrə funksiya

aşağıdakı kimi olur.

Göründüyü kimi, I və II tip Laffer nöqtələrinin tapılması Kobb-Duqlas istehsal

funksiyasının bazası əsasında qurulmuşdur. Burada, I tip Laffer nöqtəsi vergi yükü

ilə ÜDM arasında, II tip Laffer nöqtəsi isə büdcəyə toplanan məcmu vergilər ilə

vergi yükü arasında əlaqəni göstərir. Bu baxımdan Laffer nöqtələri elə optimal

səviyyədə olmalıdır ki, həm ÜDM-nin artımına, həm də büdcə gəlirlərinin artımına

səmərəli şəkildə xidmət etmiş olsun. Bunun üçün isə Laffer nöqtələri arasında fərqin

3/2013

(3)

153

necə paylanması maraqlıdır. Belə ki, əgər I və II tip Laffer nöqtələri arasında fərq

(q**-q*) nə qədər çoxdursa deməli bir o qədər ölkənin fiskal vergi sistemində ziddiyyət

var və onun tənzimlənməsində eləcədə aradan qaldırılmasında şans bir o

qədər azdır.

I və II tip Laffer nöqtələrinin hesablanması zamanı müstəqil göstərici kimi ka -

pitalın əməklə əvəzetmə elastikliyinin hesablanması da mühüm əhəmiyyət kəsb edir

və aşağıdakı kimi hesablanır:

E=(l/K)(dK/dl).

ı və ıı tip laffer nöqtələrinin hesablanması

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

Yuxarıda göstərilən modelə uyğun olaraq I və II tip Laffer nöqtələrini hesablamaq

üçün ilkin olaraq müvafiq illər üzrə göstəricilər bazası cədvəl 1-də verilmişdir.

Cədvəl 3. Vergi yükünün hesablanmasına dair göstəricilər bazası

154

göstəricilər

üDM, cari

qiymətlərlə

(mln. manat),

y

Əsas fondlar,

cari

qiymətlərlə

(mln. manat),

K

Vergilər nazirliyi

tərəfindən büdcəyə

toplanan vergilərin

məbləği

(milyon manatla),

T

İqtisadiyyatda

məşğul

işçilərin sayı

(min nəfər),

l

1998 3440,6 16341,1 340,4 3701,5

1999 3775 16974 387,7 3702,8

2000 4718,2 18139,6 510,4 3704,5

2001 5315,6 20959,7 579,5 3715

2002 6062,5 22314,5 679,9 3726,5

2003 7146,5 25412,4 817,9 3747

2004 8530,2 29045,7 992 3809,1

2005 11875,6 33939,3 1424 4062,3

2006 17735,8 39341,8 2664,7 4162,2

2007 26815,1 50183 4510,6 4215,5

2008 40137,2 54735,8 5695,4 4271,7

2009 34578,7 61436,6 4113,4 4329,1

2010 41574,4 67277,1 4292,8 4375,2

2011 51157,5 75327,1 5475,1 4375,2

Mənbə: http://www.azstat.org, http://taxes.gov.az/

3/2013

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

Cədvəl 3-də təqdim olunan göstəricilərin istifadə etməklə I və II tip Laffer

nöqtələrini hesablamaq üçün ikinci addım kimi ÜDM və Əsas Fondların dəyəri üzrə

göstəricilər müvafiq baza ilinə (baza ili kimi 1998-ci il götürülmüşdür) gətirilmişdir.

Məlum olduğu kimi real ifadə ilə qeyd edilən göstəricilər bir qayda olaraq nominal

ifadə ilə gösətrilən göstəricilərdən kiçik olmalıdır. (bu o zaman olur ki, qiymət

indeksi, ÜDM-dən gedirsə deflyator indeksi vahiddən böyük olsun (yəni qiymətlər

qalxsın), əgər qiymət indeksi vahiddən kiçik olarsa, qiymətlər düşərsə, onda əvvəlki

ilə nəzərən real göstərici nominal göstəricidən böyük olacaqdır). Nominal ifadədə

göstərilən ÜDM defilyator indeksi ilə, Əsas Fondların dəyəri isə sənaye məhsulların

qiymət indeksi ilə real qiymətlərlə ifadə olunmuşdur (Cədvəl 4).

İlk növbədə, qeyd edək ki, Laffer nöqtələrini hesablamaq üçün yalnız Vergilər

Nazirliyinin xətti ilə toplanan vergi məbləğləri nəzərə alınmışdır.

Cədvəl 4-də qeyd edilən göstəricilərin köməkliyi ilə Eviews proqram paketindən

istifədə edərək (2) reqresiya tənliyində göstərilən a,b,n,m parametrlərini hesablasaq

onda nəticələr aşağıdakı kimi olacaqdır (Cədvəl 5).

Cədvəl 4. Baza göstəricilərinin real qiymətlərlə ifadəsi

göstəricilər üDM-nin

deflyatoru

Mənbə: Excel proqram paketində aparılmış hesablamalar

3/2013

real üDM (mln.

manat), 1998-ci

ilin qiymətləri ilə

y

sənaye

məhsulların

qiymət indeksi

Əsas fondların

real dəyəri (mln.

manat), 1998-ci

ilin qiymətləri ilə

K

1998 99,1 3440,6 87,6 16341,1

1999 102,2 3693,7 93,9 18076,7

2000 112,5 4103,7 127,4 15163,3

2001 102,5 4510,5 101,8 17210,8

2002 103,1 4989,6 97,7 18754,7

2003 106 5548,8 116,1 18396,5

2004 108,4 6110,0 112,9 18624,2

2005 116,1 7326,6 118,9 18302,8

2006 111,3 9831,1 117,7 18025,7

2007 121 12284,2 108 21289,8

2008 127,8 14387,4 111,6 20807,6

2009 78,8 15729,6 80,8 28904,5

2010 111,3 16991,8 128,5 24632,2

2011 100,1 20887,6 95 29031,1

155

Cədvəl 5. Ekonometrik modelin parametirləri

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

göstəricilər a b n m

Əmsallar 24603.41 179060.0 -21128.65 -250385.4

standart səhv 8357.955 42594.63 10582.39 54806.53

t-statistikası 2.943712 4.203816 -1.996586 -4.568532

statistik parametrlər R2=0.991; DW = 1.88; N=14

Mənbə: EViews proqram paketində aparılmış hesablamalar

Eviews proqram paketinin köməkliyi ilə alınan a, b, n, m parametrlərinin

qiymətləri cədvəl 5-də verilmişdir. Alınan parametrləri (4) və (5) tənliyində yerinə

yazmaq üçün Excel proqramından istifadə edilmiş və müvafiq illər üzrə I və II tip

Laffer nöqtələri cədvəl 6-da təqdim olunmuşdur.

Təklif olunan metodologiyanın hesablanması zamanı bir sıra iqtisadçılar əsas

Fondların əvəzinə bəzən əsas kapitala yönəldilmiş investisiyalar və s. kimi göstəricilərdən

istifadə edirlər. Nəzərə almaq lazımdır ki, bu model Kobba-Duqlas istehsal

funksiyasının bazası əsasında genişləndirilmiş və orada əsas fondlar göstəricisindən

istifadə olunur.

Cədvəl 6. ı və ıı tip laffer nöqtələrinin qiymətləri

göstə -

ricilər

K^q K^(q^2) l^q l^(q^2) ln(l) ln(K) q* q** q**-q* E

1998 2,611 1,100 2,254 1,084 8,216 9,701 10,165 11,520 1,356 0,013

1999 2,798 1,114 2,369 1,095 8,217 9,802 11,180 12,503 1,323 0,015

2000 3,311 1,161 2,779 1,136 8,217 9,627 9,472 10,853 1,380 0,021

2001 3,501 1,175 2,875 1,145 8,220 9,753 10,630 11,970 1,340 0,022

2002 3,822 1,200 3,066 1,165 8,223 9,839 11,497 12,811 1,313 0,025

2003 4,252 1,238 3,363 1,196 8,229 9,820 11,216 12,536 1,321 0,029

2004 4,935 1,296 3,814 1,243 8,245 9,832 11,138 12,458 1,321 0,035

2005 6,737 1,449 5,028 1,369 8,310 9,815 10,198 11,539 1,341 0,050

2006 14,241 2,054 9,572 1,845 8,334 9,800 9,794 11,145 1,351 0,098

2007 38,838 3,833 21,429 3,081 8,347 9,966 11,274 12,576 1,302 0,180

2008 51,217 4,750 27,366 3,706 8,360 9,943 10,872 12,184 1,312 0,209

2009 14,675 2,019 8,932 1,773 8,373 10,272 14,734 15,953 1,218 0,091

2010 12,867 1,907 8,315 1,708 8,384 10,112 12,416 13,682 1,267 0,085

2011 14,785 2,026 9,003 1,779 8,384 10,276 14,606 15,825 1,219 0,092

Mənbə: Excel proqram paketində aparılmış hesablamalar

156

3/2013

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

1998-2011-ci illər üzrə I və II tip Laffer nöqtələrinin tapılması üzrə təhlil göstərir

ki, vergi yükünün optimal həddi 10,2%-15,8% arasında dəyişmişdir. Yəni 2009-cu

il və 2011-ci illər istisna olmaqla qalan dövr ərzində optimal vergi yükü dinamik

olaraq dəyişmişdir. Lakin 2009-cu il və 2011-ci illərdə I və II tip Laffer nöqtələrinin

qiymətləri əvvəlki illərlə müqayisədə yüksək olmuş və müvafiq olaraq 14,7% və

15,9% qiymətləri almışdır. Ümumiyyətlə, təhlili göstərir ki, araşdırılan dövr üzrə

vergi yükünün optimal həddi ilə iqtisadi artım arasında sinxron əlaqə olmuşdur. Eyni

zamanda, onu da qeyd edək ki, müvafiq göstəriciləri nomial qiymətlərlə hesabla -

dıqda 2006-cı ildən sonra I və II tip Laffer nöqtələrinin qiymətləri kəskin dəyişir.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, təhlil üçün götürülmüş illər ərzində

I və II tip Laffer nöqtələri arasında maksimal (q**-q*) kənarlaşma 1,4% həcmində

olmuşdur ki, bu da bir sıra inkişaf etmiş ölkələrin göstəriciləri həddindədir. Müqayisə

üçün qeyd edək ki, qeyd edilən metodologiya əsasında hesablama əsasında bu

göstərici 2001-2009-cu illər üzrə Qazaxıstanda 3,2%, Rusiyada isə 21-22%-dir.

[3, s. 21-35].

Nəzəri baxımdan kapitalın elastiklik əmsalının hesablanması onunla izah olunur

ki, kapital nə qədər mürəkkəbləşirsə onu idarə edən işçi qüvvəsi də bir o qədər

savadlı olmalı və alınan göstəricilər sıfıra yaxın olmamalıdır. Təhlil olunan dövr üzrə

kapitalın əməklə əvəzetmə elastikliyi 0,013-0,092 arasında dəyişmişdir. Yəni təhlil

göstərir ki, 1998-2011-ci illər üzrə kapitalın əməklə əvəzetmə elastikliyi onu göstərir

ki, Azərbaycanda mövcud kapitala uyğun işçi qüvvəsinin çatışmamazlığı var.

3. nəticə

I və II tip Laffer nöqtələrinin tapılmsı üçün 1998-2011-ci illər üzrə alınan

nəticələr onu göstərir ki, vergi yükünün ən maksimal optimal hədləri 2009-cu və

2011-ci ildə alınmışdır. Ümumiyyətlə, təhlil olunan dövr ərzində I və II tip Laffer

nöqtələri arasında kiçik faiz dərəcələrinin mövcudluğu onu göstərir ki, ÜDM-nin

həcmi və büdcə gəlirlərinin artımı ilə vergi daxil olmaları arasında sinxron əlaqə

olmuşdur.

Aparılan araşdırma onu göstərdi ki, təbii iqtisadi inkişafı nəzərə almadan vergi

yükünün optimal həddi həm büdcə gəlirlərinin artımına, həm də ÜDM-nin artımına

müsbət təsir etmişdir.

Təcrübə göstərir ki, iqtisadi artımın səmərəliliyinin təmin edilməsi baxımından

vergi yükünün optimal həddinə daim izlənməsi mühümdür.

Ədəbiyyat siyahısı

1. www.doingbusiness.org - Dünya Bankının “Biznesin aparılması” saytı

2. Балацкий Е.В. (2003). Анализ влияния налоговой нагрузки на экономический рост с помощью

производственно-институциональных функций. Проблемы прогнозирования. M.: №2, стр. 88-

105. (Balaçkiy E.V. (2003). İstehsal – institusional funksiyaların vasitəsilə vergi yükünün iqtisadi artıma

təsirinin təhlili. M.: №2, səh. 83-105.)

3/2013

157

3. Нугербеков С.Н., Тычинская. Ю.В., Карашулаков Г.Ж. (2010). Определение эффективной налоговой

нагрузки на экономику, учитывая специфику Казахстана. Аль-Пари. Алматы, стр. 30-32.

(Nuqerbekov S.N., Tıçinskaya Y.V., Karaşulakov Q.J. (2010). Qazaxıstan xüsusiyyətlərini nəzərə alaraq

vergi yükünün iqtisadi artıma təsirinin müəyyənləşdirilməsi. Almatı, səh. 30-32.)

4. A. Musayev, N. Əmirov, Y. Həsənli. (2006). Fiskal siyasətin səmərəliliyinin qiymətləndirilməsi: I və II

tip Laffer nöqtələrinin tapılması. “Azərbaycanın vergi xəbərləri”. №3, s. 2-16.

5. Y.A.Kəlbiyev. (2005). Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Bakı: Elm, 468

s.

Гулиев Шовги Бахлул оглы

д.ф.э.н., Институт экономики НАН А

Влияние налоговой нагрузки на экономический рост:

нахождение точек Лаффера первого и второго типа.

Аннотация

Цель исследования – изучение влияния налоговой нагрузки на экономический рост, нахождение точек

Лаффера 1-го и 2-го типа.

Методология исследования – системный подход, эконометрический анализ.

Результаты исследования – нахождение точек Лаффера первого и второго типа по соответствующим

годам, определение оптимальной границы связи между налоговой нагрузкой и экономическим ростом.

Ограничения исследования – требуется более глубокое научное исследование.

Практическая значимость исследования – возможность использования как научно-аналитического

источника с точки зрения определения оптимального уровня налоговой нагрузки.

Оригинальность и научная новизна исследования – определяется связь между валовым внутренним

продуктом, налоговой нагрузкой и доходами бюджета.

Ключевые слова: налоговая нагрузка, экономический рост, производственная функция, точки Лаффера,

коэффициэнт эластичности.

guliyev shovgi Bahlul oglu

PhD in economics, ANAS, Institute of Economy

Determine of impact of tax burden on economic growth:

finding of type of ı and ıı laffer’s points

Abstract

Purpose – determine of impact of tax burden on economic growth and finding type of I and II Laffer’s points.

Methodology – systematic approach, econometric analysis.

Findings – finding type of I and II Laffer’s points in the years and determine of optimal level of the relationship

between the tax burden and rate of economic growth.

Research limitations – require more profound research.

Practical implications – using as a scientific and analytical source for determine the optimal level of the tax

burden.

Originality – determine of the relationships between tax burden and state budget’s revenue and GDP.

Keywords: the tax burden, economic growth, the function of production, Laffer Points, Koeffitsient elas -

ticity.

JEl Classification Codes: E62. H21, C01, C5.

Məqalə redaksiyaya daxil olmuşdur: 09.04.13.

Təkrar işləməyə göndərilmişdir: 18.04.13.

Çapa qəbul olunmuşdur: 16.06.13.

158

Ş.quliyev

vErgİ yÜkÜnÜn İqtİsADİ ArtıMA tƏsİrİnİn MÜƏyyƏnlƏşDİrİlMƏsİ...

3/2013

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!