28.10.2014 Views

Film Fiction | Noyabr, №3 - Kitabxana

Film Fiction | Noyabr, №3 - Kitabxana

Film Fiction | Noyabr, №3 - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Film Fiction | Noyabr, №3

1

Film Fiction | Noyabr, №3

2

FİLM FİCTİON

Noyabr, №3

№3

Film Fiction

2011 / Noyabr №3

Üz qabığındakı sima: Kemal Sunal.

REDAKTOR Şahin Xəlil

DİZAYN Viodesign

YAZARLAR Ferat, Şahin Xəlil

Məcid Məcidov, Mətləb Muxtarov

TƏRTİBAT Ferat

e-mail: film.fiction@box.az

facebook səhifəsi:

facebook.com/fiction.magazine

twitter hesabı:

twitter.com/filmfiction

informasiya dəstəyi:

facebook.com/filmoqrafiya və

Dangahead

PRODUCTİON

Hörmətli oxucular, bu da gözlədiyiniz

jurnalın sayca 3-cü, Noyabr buraxılışı.

Bu sayın ərsəyə gəlməsində

çalışmalar bir aya yaxın idi sürürdü və

nəhayət bu gün tam hazır etdik və

yubandırmadan öhdənizə buraxırıq.

Bu say digərlərinə nisbətən bir qədər

də təkminləşmiş formatda hazırlanıb.

Sizi yormamaq üçün bütün

rubrikalarla çalışmışıq ki, zövqünüzü

oxşaya bilək. Yeni “Bu ay doğulanlar”,

“Montaj” adlı rubrikalar əlavə olundu.

Elektron ünvanımıza gələn məktub

müəlliflərinə, informasiya

dəstəkçilərimizə və ümumiyyətlə

dəstək olan, jurnalı oxuyan hər bir

kəsə təşəkkür edirik. Bir daha qeyd

etmək istəyirik ki, sizin yazılar da

jurnalda yayımlana bilər. Sadəcə

bizimlə əlaqə saxlamağınız kifayətdi.

Artıq ikinci saydan bilirsiniz ki hər say

bir kino adamına həsr olunur. Bu

sayımızı böyük aktyor, türk

kinomatoqrafiyasında öz dəstxəti ilə

iz qoyan, milyonların sevimlisi Kamal

Sunala həsr olunur.

Film Fiction | Noyabr, №3

3

BU SAYIMIZDA

Səhifə 4 / Rejissor Pier Paolo Pasolini

İtalyan rejissorun həyatı, filmləri.

Müəllif: Mətləb Muxtarov

Səhifə 6/ Aktyor Al Pacino

Tanınmış aktyorun həyatı, çəkildiyi filmlər.

Müəllif: Şahin Xəlil

Səhifə 9/ Aktrisa Nicole Kidman

Tanınmış aktrisanın həyatı, çəkildiyi filmlər

Müəllif: Şahin Xəlil

Səhifə 11/ TOP 30

Görüntüsü gözəl olan ən yaxşı 30 film.

Müəllif: Şahin Xəlil

Səhifə 15/ Maraqlı faktlar

Film dünyasından ən maraqlı faktlar.

Müəllif: Məcid Məcidov və Ferat

Səhifə 17/ Sitatlar

Forrest Qump filminin ən yadda qalan sitatları.

Müəllif: Mətləb Muxtarov

Səhifə 32/ Müsahibə

Andrey Tarkovskinin müsahibəsi.

Müəllif: Şahin Xəlil

Səhifə 34/Antalya Altın Portakal Film Festivalı

Türkiyədə keçirilən festival haqqında.

Müəllif: Ferat

Səhifə 36/Bu ay doğulanlar

Noyabr ayında doğulan film adamları

Müəllif: Şahin Xəlil

Səhifə 37/Film: Melancholia

Trierin son filmi haqqında.

Müəllif: Mətləb Muxtarov

Səhifə 39/Film: The Sea İnside

“İçimdəki dəniz” filmi haqqında.

Müəllif: Ferat

Səhifə 40/Film: Freedom Writers

“Azadlıq yazarları” filmi haqqında.

Müəllif: Ferat

Səhifə 19/ Kemal Sunal

Türkiyənin məşhur aktyoru Kemal Sunal haqqında

Müəllif: Şahin Xəlil

Səhifə 22/ Ələkbər Əminin nağılı

Azərbaycanlı aktyor Ələkbər Hüseynov haqqında.

Müəllif: Ramilə Qurbanlı

Səhifə 26/ Neoralism

Neoralism film cərəyanı.

Müəllif: Məcid Məcidov

Səhifə 28/Errare Humanum est

Film kadrlarındakı səhvlər.

Müəllif: Orxan İsmayilov

Səhifə 30/İkinciliyin iki ulduzu

Epizodik rolların məşhur ifaçıları

Müəllif: Şahin Xəlil

Səhifə 41/Film: Eternal Sunshine of The Spottles

Mind

“Təmiz düşüncənin əbədi parlaqlığı” filmi haqqında

Müəllif: Şahin Xəlil

Səhifə 42/Film: Təhminə

Azərbaycan filmi “Təhminə” haqqında.

Müəllif: Şahin Xəlil

Səhifə 43/Film: Yaşamın Kıyısında

Fatih Akının Kann mükafatı almış filmi.

Müəllif: Şahin Xəlil

Səhifə 44/Afişa

Seansda olan filmlər

Müəllif: Ferat

Səhifə 48/Viktorina

Jurnalımızın viktorinası.

Film Fiction | Noyabr, №3

4

Pier Paolo

PASOLINI

Edip"(Oedipus Rex), "Donuz axuru"(Pigsty) və

s... Rejissorun filmləri kimi həyatı da maraqlı

süjet xəttinə malikdir, amma biz onun

həyatından yox, filmlərindən danışacağıq.

İlk Öncə Pyero Paolonun filmlərinin siyahısını

təqdim edək:

1. Akkattone (Accattone) -debüt filmi

2. Roma ana (Mamma Roma)

3. Mattanın İncili (The Gospel According to

Matthew)

4. Böyük və balaca quşlar (The Hawks and the

Sparrows)

5. Çar Edip

6. Teorem (Theorem)

7. Donuz axuru

8. Medeya

9. Dekameron

10. Kenterberi hekayələri

11. Min bir gecə nağılları

12. Salo və ya Sodomda 120 gün

Pazolinin "Mattanın İncili" filmi İncilə aid

çəkilmiş hadisələri ən realistik təsvir edən film

hesab olunur. Qəribədir ki, İncilə aid çəkilən ən

gözəl filmlərdən sayılan bu filmin rejissoru

ateist Pazolinidir. Pazolinin daha bir dahiliyi isə

odur ki, bu filmdə (elə digər bir çox filmlərində

də) professional aktyorlarla deyil, həvəskarlarla

çalışıb. Filmdə İsa rolunu oynayan aktyor

İspaniyadan olan 19 yaşlı tələbədir.

Pyero Paolo Pazolini - İtalyan

kinorejissor, ssenarist, yazıçı, şair. Hətta bəzi

filmlərində aktyor. 1922-ci ildə Boloniyada

doğulub və 1975-ci ildə öldürülüb. Öldürülmə

səbəbləri mövzusuna qayıdacağıq.

Pyero Paolo Pazolini dünya kinosunda öz dəsti

xətti, rəngarəngliyi və ən əsas da cəsarəti ilə

seçilən rejissordur. Marksist-Leninist

baxışlarıyla, cinsi orientasiyasıyla və dinə qarşı

olan kəskin fikirləriylə Pazolini həmişə qınaq

obyekti olub. Seksual orientasiyasını heç vaxt

gizlətməyən Pazolini filmlərinin 90 % -ində

dinə qarşı olub və seksual orientasiyasını hərhansı

səhnə və ya dialoqla göstərib. O dünya

kinosunda yeganə adamdır ki, demək olar ki,

bütün filmləri böyük səs-küyə səbəb olub. "Salo

və ya Sodomda 120 gün"( Salo, or the 120 Days

of Sodom), "Kenterberi Hekayələri"( The

Canterbury Tales), "Min bir gecə nağılları"( A

Thousand and One Nights), "Dekameron"( The

Decameron), "Medeya"(Medea), " Çar

Pazolini yaradıcılığının ilk dövrlərində çəkdiyi

"Roma ana", "Böyük və balaca quşlar" fimləri də

düşündürücüdür. Amma bu dövrlər üçün ən

maraqlı sənət əsəri "Teorem" filmidir. Film

maraqlıdır, fərqlidir və ən əsası da

düşündürücüdür. Film başdan-başa sükutdur.

Saat yarımlıq filmdə cəmi 923 sözdən istifadə

olunub. Səhnələrdəki əşyaların yerləri,

simmetrik düzgünlük, ilk və son səhnənin

təkrarı və ən əsas da sükut gələcəkdə ayrı-ayrı

Film Fiction | Noyabr, №3

5

rejissorların filmləri üçün dərs ləvazimatıdır.

Amma bu hələ pik deyildi. Pazolini öz tərzini

axtarırdı və bu axtarış "Həyat"(Trilogy of Life)

trilogiyasında sonlanacaqdı.

Pazolini yaradıcılığının sonrakı

dövrlərində Qədim Yunan əsatirlərindən və

dünya ədəbiyyatından bəhrələnərək filmlər

çəkmişdir. Bu filmlərdə həmin ədəbiyyat

nümunələrinə Pazolini barmağı toxunmuşdur

və buna görə də filmlər fərqli ekran əsəri kimi

yadda qalıb. Yunan əsatirləri əsasında çəkilmiş

"Medeya" və Sofoklın faciəsi əsasında çəkilmiş

"Çar Edip" filmlərində freydizmin ünsürlərini

görmək mümkündür.

70-ci illərdə çəkdiyi "Həyat"

trilogiyasının hər üç filmi ayrı-ayrı festivallarda

mükafatsız qalmadı və dünya kinosuna şedevr

filmlər kimi daxil oldu. "Dekameron"dakı

ironiya, rəngarənglik və orta əsr abu-havası çox

gözəldir. Orta əsr insanlarının yaşayışı, həyata

baxışı çox ironik və gülməli göstərilib. Erotik

səhnələri də estetik yox həyatidir. "Kenterberi

hekayələri" filmi də "Dekameron"un abuhavasında

çəkilib, amma ən gözəli şübhəsiz

"Min bir gecə nağılları" (bəzən "Ərəb gecələri"(

Arabian Nights) də adlanır) filmidir. Pazolini bu

trilogiyanı, ən əsas da sonuncu filmi çəkmək

üçün İran, İraq və Yəmənə səfər edib.

Trilogiyanın hər üç filmi çox rəngarəng

səhnələrlə boldur. Və bu da "Həyat"

trilogiyasının ən əsas "fırıldağı"dır. Trilogiyanın

filmlərində Pazolini orta əsr Avropası və Ərəb

dünyasında intim əlaqələrə öz baxış bucağından

baxır. Məncə Pazolini məhz bu üç filmdə öz

tərzini tapmışdır. Kinoya fərqli baxış

gətirmişdir. "Dekameron" və "Kenterberi

hekayələri" orta əsr Avropasını göz önündə

canlandırır. Kostyum, qrim və dekorasiya isə öz

yerində. "Min bir gecə nağılları"nda dialoqlu

səhnələr çox azdır. Rejissor "Teorem"dən

bəhrələnib, bəlkə də mənə elə gəlir. Amma

filmin rejissor işi çox gözəldir. Ərəb dünyasının

qızmar günəşi filmi həm canlı edir, həm də

doğma. Qeyd edim ki, "Min bir gecə nağılları"

filmindəki baş rolda oynayan oğlan Pazolininin

sevgilisi olub.

Və ən əsas hadisə. Dünya kinosuna meydan

oxuyan film- "Salo və ya Sodomda 120 gün"

Faşizm. Pazolini kommunist idi və seksual

orientasiyasına görə İtalyan Kommunist

partiyası sıralarından xaric edilmişdi. Amma

buna baxmayaraq yenə də öz ideologiyasından

əl çəkməmişdi və bu filmi ilə faşizmə zərbə

vurdu. Filmlə faşizmə zərbə vursa da faşizm

onun həyatına son qoydu. Film rejissorun

ölümündən sonra kinoteatrlarda göstərildi.

Amma ətrafında böyük qalmaqal yarandı.

Kinoteatrlardan yığışdırıldı, baxılması qadağan

olundu. Prodüser Alberto Qrimaldini

məhkəməyə verdilər. Və beləcə bir müddət film

tamaşaçılara göstərilmədi. Amma 1978-ci ildə

film kinoşünaslar tərəfindən "sənət əsəri" kimi

qiymətləndirildi. Hələ də bəzi ölkələrdə

baxılması qadağandır. Filmdə olan pornoqrafik,

mazoxist səhnələr naturada çəkilib və normal

tamaşaçı bu filmə baxmağa qadir deyil.

Pornoqrafik səhnələr bu filmin heç də porno

filmi olması anlamına gəlmir, bu səhnələrdəki

vəhşilik, iyrənclik və mazoxistlik rejissorun "öz

fəaliyyət" metodudur. Bir növ faşizmin

mahiyyətini açıb göstərir. Məhz "Salo" filminin

çəkilişləri zamanı Pazoliniyə təhdid dolu

məktublar və zənglər gəlməyə başladı. Çəkiliş

meydanlarında naməlum faşistlər görünməyə

başladı. Amma buna baxmayaq Pazolini filmi

çəkməkdə davam edirdi və bu onun son filmi

oldu...

1975-ci il noyabrın 2-də Pazolinin cəsədi

tapıldı. Pazolinini vəhşicəsinə döydükdən sonra

öldürmüşdülər. Şübhəsiz ki, bunu edən italyan

faşistləri idi. Pazolinini öldürən 17 yaşlı Pino

Pelozi idi, amma 2005-ci ildə Pino ona qarşı

sürülən ittihamı rədd edərək, Pazolinini tək

öldürmədiyini söylədi. "Oggi" jurnalının verdiyi

məlumata görə Pazolininin ölümündə Pelozidən

əlavə daha üç gənc iştirak etmişdi. Bu ölüm

hadisəsi hələ də sirr olaraq qalır. Bəzi

mənbələrdə göstərilir ki, Pelozi Pazolinini heç

öldürmədiyini deyir. Pelozinin dediyinə görə

Pazolinini cənub aksentli üç italyan öldürüb.

Beləliklə Dünya Kinosunun ən qalmaqallı və ən

yadda qalan maestrosu faşizmin qurbanı oldu,

amma özündən sonra həqiqətən də insanı

düşündürən sənət əsərləri buraxdı.

Film Fiction | Noyabr, №3

6

Al Pacino

“Mən aktyoram, ulduz yox. Ulduzlar Hollivudda

yaşayanlardı.”

Amerika kino və teatr aktyoru Alfredo

Ceyms “Al” Paçino (25 aprel 1940) Nyu-Yorkda

Manhettendə Roza və Salvador Paçinoların

ailəsində doğulmuşdur. Valideynləri ayrılanda 2

yaşı olan Paçino anası ilə birgə nənə və

babasının yanına köçürlər. Paçino Nyu Yorkda

məhşur İncəsənət İfaçılıq məktəbinə daxil olur.

Dostlarının “Soni” deyə çağırdıqları bu gənc

professional beyzbolçu olmaq istəyirdi. Eyni

zamanda həmyaşıdları onu başqa adla da

çağırırdılar - “Aktyor”. Alfredo dərslərinə heç

cür həvəs göstərə bilmirdi. Bu səbəblə də 17

yaşında məktəbdən qovulur. Buna görə anası ilə

dalaşandan sonra o evi tərk edir. O çox az bir

əmək haqqı ilə ofisiant, poçtalyon işləməyə

başlayır. 10 yaşından artıq siqaret çəkən

Alfredo 13 yaşında spitrli içkilər və marixuana

qəbul etməyə başlayır. Ancaq heç vaxt yüksək

dozalı narkotik vasitələrdən istifadə etmədi,

baxmayaraq ki, onun dostlarının çoxu məhz

yüksək dozadan dünyalarını dəyişmişdilər.

“Nyu York Underground” teatrında

çıxışlarından sonra o Hertbert Berqhofun “HB

Studio”suna qoşuldu. Burada o gələcək müəllimi

və dostu Çarli Lautonla tanış olur. Bu dövrdə

Alfredo nə bir işə, nə də bir evə malik idi. Bəzən

küçədə, ya teatrda, ya da dostlarının evində

gecələməli olurdu.

1966-ci ildə Al Paçino fasilələrlə davam

edən uzun çalışmalardan sonra nəhayət ki,

“Aktyor Studiyası”nın dinləmələrindən uğurla

keçir. Bu, Manhettendə yerləşən professional

aktyor, rejissor və dramaturqların toplandığı bir

təşkilat idi. Uzun fəaliyyəti dövründə bu təşkilat

incəsənətə bir çox məhşurlar bəxş etmişdir.

“Aktyor Studiyası”nda Al Paçino daha sonra

“Xaç Atası 2”(Godfather II) filmində tərəf

müqabili olacaq Li Strasberqin kurslarına

yazılır. Al Paçino bu studiyanın və Li

Strasberqin öz aktyor həyatında rolunun çox

böyük olduğunu demişdir. Hal hazırda Al Paçino

Alan Börşteyn və Harvi Keytel ilə “Aktyor

Studiyası”nın prezidentidir.

İlk epizodik rolunu “Aktyor studiyası”na

qəbul olunduqdan sonra aldı. İlk debütunu isə

1969-cu ildə “Mən, Natali” (Me, Natalie)

filmində, ilk böyük rolunu isə 1971-ci ildə Cerri

Şatzberqin “Nidle parkda panika”(Panic In

Needle Park) filmində narkoman rolunu

oynamaqla almışdır. Bu oyunundan sonra

Frensis Ford Koppola onu görüb kəşf etmişdi və

özünün yeni filmi “Xaç atası”(Godfather)

filmində Maykl Korleone roluna dəvət etmişdir.

Koppola Robert De Niro, Martin Şin, Ceyms

Kaan, Robert Redford və başqa namizədlər

arasından Al Paçinonu seçmişdi. Nəticədə bu

roluna görə Al Paçino ilk dəfə “Oskar”

nominasiyasina namizəd olmuşdu, lakin o

tədbiri boykot etmişdi. Buna səbəb isə Marlon

Brandonun filmdə ifası az olsa da o ən yaxşı

aktyor nominasiyasına, Al Paçino isə ikinci

planda ən yaxşı aktyor nominasiyasina layiq

görülməsi idi. Paçino mükafatı almadığına görə

öz növbəsində Brando da fiquru götürməkdən

Film Fiction | Noyabr, №3

7

boyun qaçırdı. 1974-cü ildə Al Paçino yenidən

Maykl Korleone rolunda, “Xaç atası” filminin

ikinci hissəsində rol aldı. Al Paçino üçüncü dəfə

“Qızıl Qlobus”a namizəd göstərsə də o, Riçard

Bartona məğlub oldu. Növbəti film “Qanun hər

kəs üçün qanundu”(And Justice For All) dramı

oldu. Aktyorun oyunu kino tənqidçiləri

nominasiyaya namizəd oldu, lakin mükafat

almadı.

1977-ci ildə Sidni Pollakin “Bobbo

Derfild” (Bobby Deerfield) filmi Al Paçinonu

dəfə “Oskar” nominasiyasına Vorren Bittinin

“Dik Treysi” (Dick Tracy) filmindəki roluna görə

namizəd görülmüşdü. Bu film tamaşaçılar və

tənqidçilər tərəfindən böyük rəğbətlə

qarşılandı. Elə həmin il “Xaç atası” filminin

üçüncü hissəsinə çəkilməklə öz həyatının

personajına qayıtdı. İlk iki film kimi bu filmi də

uğur gözləyirdi. Lakin çəkiliş zamanı

aktyorların bəziləri çəkilişə qədər artıq layihəni

tərk etdiklərindən bir çox çətinliklərlə üzləşdi

bu film.

tərəfindən tənqidlərə məruz qalsa da onun

dördüncü dəfə “Oskar”a ən yaxşı aktyor

nominasiyasında namizədliyi irəli sürüldü, lakin

bu dəfə də tale onu Dastin Hoffmana məğlub

etdi. Hansı ki, Dastin Hoffmanın rol aldığı bu

film, “Kramer Kramerə qarşı” (Kramer vs.

Kramer), vaxtilə Al Paçinoya təklif olunsa da o

filmdə rol almaqdan imtina etmişdi. 80-cı illərin

əvvəllərində aktyorun yaradıcılığında eniş

dövrü oldu. Yalnız 1983-cü ildə o film

kariyerasında böyük yer alan bir filmdə

oynamağa dəvət aldı. Brayn de Palma onun

özünün “Çapıqlı üz” (Scarface) filmində

narkobaron Toni Montana rolunu təsdiqlədi. İlk

öncələr film çox tənqidə məruz qalsa da,

sonradan ABŞ kinoteatrlarından 45 milyon

dollar qazandıra bilmişdi. Zaman keçdikcə Al

Paçino bu filmin onun həyatında böyük rol

oynadığını təsdiqlədi. Film “Qızıl Qlobus”

nominasiyasına namizəd olmuşdu. Paçino bu

dövrlərdə artıq teatra üz tutmuşdu və onun

kinoya qayıdışı 1989-cu ildə “Sevgi dənizi” (Sea

of Love) filmi ilə baş tutdu. 1990-cı ildə altıncı

Nəhayət ki, Al Paçino 1992-ci ildə “Qadın ətri”

(Scent of a Woman) filmində oynadığı Frenk

Sleyd roluna görə ən yaxşı kişi aktyoru

nominasiyasında “Oskar” mükafatını ala bildi.

Elə həmin il “Amerikalılar” (Glengarry Glen

Ross) filmindəki ikinci planda ən yaxşı kişi rolu

nominasiyasına layiq görüldü və bununla da bir

ildə iki nominasiyada oskara layiq görülüb

onlardan birinin laureatı olan kişi aktyoru

olmağı bacardı. 1995-ci ildə aktyor rejissor

Maykl Mannın “Mübarizə” (Heat) filmində ilk

dəfə Robert De Niro ilə tərəf müqabili oldular.

Hər iki aktyor “Xaç atası” filmində müxtəlif

epizodlarda ikinci dərəcəli rollarla yer

almışdılar. “Qadın ətri” (Scent of a Woman)

filmindəki roluna görə “Oskar” aldıqdan sonra

aktyor bir daha bu mükafata layiq görülmədi.

Buna baxmayaraq 2000-ci ildən başlayaraq 3

dəfə “Qızıl Qlobus” mükafatına layiq görüldü.

Aktyor həmçinin özünü “Təbii ləkə” ( The Local

Stigmatic) , “Riçard üçün axtarış” ( Looking for

Richard) filmlərində prodüser kimi sınadı.

Növbəti layihə 2004-cü ildə aktyora dördüncü

“Qızıl Qlobus”u qazandırdı. Bu, vəkil rolunu

Film Fiction | Noyabr, №3

8

aldığı “Amerika mələkləri” (HBO: Angels in America) miniseriali idi.

20 оktyabr 2006-cı ildə Al Paçino Amerika Kino İncəsənəti İnstitutunun 35-ci qalibi oldu. O həmçinin

Stiven Soderberqin Corc Kluni, Bred Pitt, Mett Deymon, Endi Qarsia və bir çox məhşurların rol aldığı

“Ouşenin 13 dostu” (Ocean's Thirteen) filminde rol aldı. Film müsbət fikirlər aldı. Növbəti layihə Al

Paçinonu 13 ildən sonra yenidən Robert De Niro ilə bir yerə gətirdi. Bu dəfə onlar “Ölüm haqqı”

(Righteous Kill) filmində seriyalı qatil axtarışına çıxan detektiv rolunu oynadılar. Filmdə həmçinin 50

Cent də rol almışdı. Premyerası 2008-ci ildə baş tutan film tamaşaçılar tərəfindən müsbət rəy almadı.

2010-cu ildə real hadisələrə əsaslanan “Sən Ceki tanımırsan” (You Don't Know Jack) filmində rol

almağı aktyora ikinci “Emmi” və beşinci “ Qızıl Qlobus” mükafatını qazandırdı. 2011-ci ildə 70 yaşlı

aktyor “Şedevr” filmində baş rolda, Fransız rəssam Anri Matissanın II Dünya Müharibəsi illərində

həyatını canlandırması gözlənilir. Gözlənilən filmlərdən biri aktyorun Robert De Niro və Co Peşi ilə bir

araya gələcək Martin Skorsezenin “İrlandiyalı” filmidi.

5 sentyabr 2011-ci ildə Al Paçino 68-ci Venesiya Kino Festivalında kino xidmətlərinə görə xüsusi

mükafata layiq görüldü. Üç övlad atası Al Paçino heç vaxt evli olmasa da bir çox aktrisalarla sevgi

macərası yaşayıb. Onların sırasında “Xaç atası” filmində tərəf müqabili olan Dayan Kiton da var idi.

Onların sevgi macərası trilogiyanın ikinci hissəsinin çəkiliş müddəti qədər davam etdi.

“Vaxt var idi, mən köşklərə "Şou biznes" adlı qəzet paylayırdım. Mənə nə qədər maaş verdikləri heç

vaxt yadımdan çıxmaz: 12 dollar. Onluq və iki kağız dollar. Mən də on iki dənə 1 dollarlıq olsun deyə

onluğu dərhal xırdalayırdım. Barda hesab ödəyirsən, barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları

sayırsan və hami elə fikirləşir ki, səndə pul tonladı.”

Film Fiction | Noyabr, №3

9

NICOLE

KIDMAN

həyat yoldaşı olacaq Tom Kruzla tanış oldu.

Filmin çəkilişləri zamanı onlar arasında baş

vermiş sevgi macəraları 1990-cı il 24 dekabrda

baş tutan evliliyə qədər böyüdü. Nikola görə

Tom Kruz öz arvadı olan aktrisa Mimi

Rocersdən boşandı. 1992-ci ilə Ron Hovard

məhşur cütlüyə “Uzaq-uzaq” (Far and away)

filmində rol verdi. 1999-cu ildə isə Stenli Kubrik

özünün sonuncu filmi olan “Geniş bağlanan

gözlər ilə” (Eyes wide shut) filmində də məhz

Nikol Kidman 20 iyun 1967-ci ildə ABŞın

Havaya ştatında anadan olub. Onun

valideynləri irlandiya-şotlandiya qarışığı olsalar

da hər ikisi Avstraliyada anadan olmuşdular.

Ona görə Nikol ABŞ-dan əlavə həm də

Avstraliya vətəndaşı sayılır. Aktrisanın dörd

yaşı olarkən onlar Avstraliyaya qayıdırlar. Onun

atası Sidneyin Texniki Universitetində işə

düzəlir. Nikolun kiçik bacısı da var. Antoniya

Kidman (1970 təvəllüdlü) isə jurnalistliklə

bərabər aparacıdı. Aktrisa dörd yaşından baletlə

məşğul olmağa başlayır və bu həvəs onu teatra

qədər gətirir. Teatrda o həm də öz vokal

imkanlarını kəşf edir. Bununla bərabər anasının

döş xərçəngi xəstəliyi aktrisaya təsir edir.

Uşaqların tərbiyəsi ilə nənə məşğul olur. Amma

faciə baş vermir. Aktrisanın anası xərçəngə

qalib gəlməyi bacarır.

İlk dəfə ekranlarda 1983-də ildə bir

klipdə oynadığı rol ilə görünür. Onda aktrisanın

15 yaşı var idi. Elə həmin ildən Nikolun kino və

televiziya fəaliyyəti başlayır. 80-cı illərdə efirə

gedən Avstraliya istehsalı məhşur “Banqkok

Hilton” serialı aktrisanın ölkəsində tanınmasına

təkan olur. 1989-cu ildə aktrisa ilk Hollivud

istehsalı olan filmdə debüt edir. “Sakit ölü”

(Dead calm) trilleri yaxşı gəlir gətirdi. Bu

filmdən sonra aktrisa Hollivuda dəvət olundu və

ona “İldırımlı günlər” (Days of thunder)

filmində rol verildi. Burada aktrisa gələcək

Nikol ilə Tomu əsas qəhrəmanlar qismində

çəkdi. Məhz bu film bitər-bitməz Hollivudun ən

məhşur cütlüyü ayrıldı. Ayrılığa heç bir

açıqlama gətirməyən ulduzların boşanması

haqda müxtəlif növ şayələr gəzməyə başladı.

Doğru olan bir şey var idi ki, Tomun həyat

yoldaşı olan zaman Nikolu heç vaxt yaxşı aktrisa

kimi deyil, məhz Tom Kruzun arvadı olan Nikol

Kidman kimi təqdim edirdilər və bu aktrisaya

pis təsir edirdi. Baxmayaraq ki, o 1996-cı ildə

Qas Van Sentin “Mənim üçün öl!” (To die for)

filminə görə Qızıl qlobus qazanmışdı. Nikol heç

kimin kölgəsində qalmaq istəmirdi. Bu onun əri

olsa belə..

90-cı illərdə aktrisa elə də populyar

olmayan ikinci dərəcəli pop-korn filmlərində

çəkilir. Hətta vəziyyət o yerə çatmışdı ki, onun

istedadına şübhə edənlər də yaranırdı. Hesab

olunurdu ki, Nikol həqiqətən Tomun hesabına

tanınıb. Bu 2 il, yəni 2001-ci ilə kimi davam

etdi. 2001-ci il Nikolla Tom arasında iki il

davam edən boşanma prosesinin rəsmən başa

çatması ilə də yadda qaldı. Elə həmin ildən

aktrisanın yüksəlişi başladı.

Əvvəlcə ekranlara 2001-ci ilin istehsalı

“Mulen Ruj” (Moulin Rouge!) film-müziklı çıxdı.

Film geniş rezonans doğurdu. Bu aktrisaya

ikinci “Qızıl qlobus” qazandırdı. 2001-ci ildə

Alexandro Amenabarın “Özgələr” (The Others)

trillerindəki rol Nikola böyük şöhrət gətirdi.

Aktrisa məhz bu rolundan sonra nəzərləri

özündə cəmləyə bildi. Tomla boşanma aktrisanı

Film Fiction | Noyabr, №3

10

depressiya vəziyyətinə salmışdı. Bu ərəfədə

aktrisa çətin bir rola razı oldu. Stiven Doldrinin

“Saatlar” (The hours) filmi aktrisaya Oskar

qazandırdı. 2003-cü ildə danimarkalı rejissor

Lars Von Trier “Amerika fürsətlər ölkəsi”

trilogiyası üçün əsas qəhrəman Qreys obrazı

üçün Nikolu seçir. Aktrisa trilogiyanın hər üç

filmində əsas qəhrəman olmalı idi... İlk film

Doqvil-dən (Dogville) sonra Nikol bir daha

Trierle işləməyəcəyini bəyan etdi. Filmə

gəldikdə isə, bu film böyük səs-küy saldı və bir

daha Trierin dəliliyini sübut etdi. Artıq

trilogiyanın ikinci Manderley (Manderlay) filmi

üçün Nikola əvəzedici tapan rejissor Qreysdən

razı qalmadı və küsgün halda üçüncü filmi

qeyri-müəyyən vaxtadək təxirə saldığını elan

etdi. Elə həmin il Nikol daha bir uğurlu film ilə

yadda qaldı- “Soyuq dağ” (Cold mountain).

Bundan sonrakı dörd il ərzində aktrisa yenə

“pul gətirən filmlər”-də rollar oynadı. Onların

arasında ən yadda qalanı “Doğuluş” (Birth) filmi

oldu. Film Venetsiya festivalında mübahisəyə

səbəb oldu. Sujetə görə aktrisa 10 yaşlı uşaq ilə

cinsi əlaqəyə girirdi. Bunu isə mətbuat

“pedofillik” kimi qələmə verib filmin bəzi

ştatlarda nümayişinə qadağa qoyulmasına nail

oldu. Amma aktrisa bu roluna görə “Qızıl

qlobusa” nominant idi. 2006-cı ildə ekranlara

məhşur fotoqraf Diana Arbyusun həyatından

bəhs edən “Dəri” (Fur) filmi çıxdı. Film

tənqidçilər tərəfindən “fiasko” kimi

dəyərləndirildi. Bəzi jurnallar isə artıq Nikol

Kidmanın karyerasının qürub çağında

olduğundan yazdı. Aktrisanın sonradan

çəkildiyi yadda qalan filmlərdən “Doqquz”

(Nine) müziklını, “Avstraliya” (Australia),

“Dovşan yuvası” (Rabbit hale) misal göstərmək

olar.

Aktrisa “Manderley” (Manderlay),

“Mister və Mises Smit” (Mr. And Mrs. Smith),

“Aviator” (The Aviator), “Mənim qarağatlı

gecələrim” (My blueberry nights), “Oxucu” (The

Reader) filmlərində çəkilməkdən imtina edib.

Aktrisa iki dəfə rəsmən evli olub. Birinci əri

aktyor Tom Kruz, ikincisi müğənni Kit Urban.

Nikolla Tom iki uşaq- İzabella Ceyni və Konora

Entonini övladığa götürdülər. Aktrisanın

aktyorlar Markus Qrem, Cudi Lou, Tobi

Maquayer, müğənnilər Robi Uilyams, Lenni

Kravitslə müxtəlif vaxtlarla münasibətləri olub.

2005-ci ilin yanvarın 25-də O, avstraliyalı

müğənni Kit Urbanla tanış olur. 2006-cı ilin 25

iyununda onlar Sidneydə evlənirlər. Bu

evlilikdən 2008-ci il iyunun 7-də onların bir qız

övladları dünyaya gəlir. Onun adını Sendey

Rouz qoyurlar. 2010-cu ilin 28 dekabrında isə

cütlüyün ikinci qız övladları- Feyt Marqaret

dünyaya gəlir. Bu uşağı surroqat ana dünyaya

gətirsə də, uşaq bioloji cəhətdən Kitlə Nikola

aiddi.

Aktrisa uşaqların “döş xərçəngi”-nə qarşı

mübarizədə Uniceff-ə yardım edir. Buna görə o

2004-cü ildə BMT tərəfindən “Dünyanın sakini”

fəxri adı ilə elan olunub. 2006-cı ildə

Avstraliyanın ən ali fəxri adına layiq görülmüş

Nikol həm də Avstraliyadan Oskar qazanmış ilk

aktrisadı. Aktrisalıqla bərabər Nikol həm də

peşəkar müğənniliklə məşğuldu.

Film Fiction | Noyabr, №3

11

TOP 30

rənglərin qamması filmin nə dərəcədə gözəl

olduğunu təsdiq edir.

5. Mel Gibson- Apokalipsis

(Apocalypto)

Bu dəfə “TOP 30”-da sizə dünya filmləri

içərisində görüntüsü ilə ən yadda qalan filmləri

təqdim edirik.

1. Tarkovski- Stalker

Disident rejissorun dünya kinosuna bəxş

etdiyi sənət əsəri. Film ustalıqla və incəliklə

lentə alınıb. Tarkovski öz ampulasında

tamaşaçıları simvollarla çaş-baş salır. Film

yüksək səviyyədə yaradılıb.

2. Nuri Bilge Ceylan- Uzak

Nuri Bilge Ceylan Tarkovski üslubu

davamçısıdır. Professional fotoqraf olması

filmlərindən bilinir. Filmləri ilk baxışdan çox

sıxıcı və sönük görünür, amma müasir kinonun

ən yaxşılarından hesab olunur. Bu filmi

rejissorun ən uğurlu filmlərindən biridi. Filmin

görüntüsü insanı heyran edir.

3. Vonq Kar Vai- 2046

Şərq kinosunun usta rejissorlarından

olan Vonqun “Sevgi” trilogiyasına daxil olan hər

üç filmi özlüyündə gözəldi. Amma məhz “2046”

filmini seçdik. Filmdə yaşıl və sarı rənglər

üstünlük təşkil edir. Rejissor bununla

dramatizmi özünəməxsus yumşaqlığı ilə təqdim

edib.

4. Takeşi Kitano- Kuklalar (Dolls)

Takeşidən gözlənilməyən film olsa da usta

rejissor bu filmin öhdəsindən gözəl gəlib.

Olduqca rəngli və mənalı bir film meydana

gəlib. Fəsillər və fəsillərə uyğun geyimlər,

Rejissor işinə görə bu filmi ayaq üstə

alqışlamaq lazımdı. Mel Gibson qeyri-peşəkar

aktyor heyəti ilə bu cür film yaradıb. Dialoqu az

olan filmlərdə tamaşaçı darıxır adətən. Amma

rejissor bu filmdəki sujeti və görüntünü elə

ustalıqla qurub ki, heç bir an da olsa gözlərini

yayındırmaq istəmirsən.

6. Stenli Kubrik- Portağal mexanizmi

(A Clockwork Orange)

Kostyumlar, aktyorlar, avanqard üslub və

möhtəşəm bir film. Kubrik hər şeyi mümkün

olandan da daha gözəl etməyi bacarıb. Filmin

mahiyyəti ilə görüntü əla uyğunlaşdırıb.

7. Kim Ki Duk- Yaz, yay, payız, qış və

yenə yaz... (Spring, Summer, Fall, Winter...

and Spring)

Adından göründüyü kimi rejissor

fəsillərin adı altında sujet qurub və buddizm

dini, onun fəlsəfəsi haqda çox gözəl bir film

çəkib. “Kuklalar” filmindəki kimi burda da

rənglər heyranedicidi. Hadisələr isə bir qədər

şərqə xas aqressiya və kobudluqla izah olunur.

Film Fiction | Noyabr, №3

12

8. Vim Venders- Berlin üzərindəki

səma (Wings of Desire)

Mələklər və insanlar. Film olduqca parlaq

və gözəl alınıb. Venders bütün detallara qədər

filmi nəzarətdə saxlamağı bacarıb. Həm sepiya,

həm rəngli lentə çəkilib film.

Miller gözəl gediş və tapıntı etdi. Filmi jurnal

komiksi üzərində canlandırdı. Effekt deyərdim

ki, super alındı. Tarantino və Rodriqes də bu

kreativ işdə öz absurd ideyaları ilə Millerə

dəstək oldular və ekranlara fərqli və çox

professional bir film çıxdı.

12. Jan Pyer Jene- Ameli (Amelie)

Ameli filmi elə tip filmlərdəndir ki, bu

filmə hamı baxmalıdı. Jene bu filmdə Fransanı,

Parisi, mədəniyyəti, insanları, əşyaları, hətta

hissləri belə yüksək həssaslıq və incəliklə təsvir

edə bilib.

9. Tarsem Sinqx- Düşüş (The Fall)

Fentezi janrında ən uğurlu filmlərdən

biri. Tarsem elə də tanınmış rejissor olmasa da,

bu filmi ilə sözünü deyə bilib. Nağıllar və

xəyallar aləminə olunan səyahətdə obrazlar,

onların kostyumları və bütövlükdə filmin

görüntüsü əla alınıb.

10. Qilyermo Del Toro- Favnın

labirinti (Pan’s Labyrinth)

Fentezi üslubunda daha bir gözəl film.

Rejissorun zövqü əladı. Filmdə istifadə olunan

kostyumlar, effektlər, dekorasiyalar və rənglər

bir-birini gözəl tamamlayıb. Görüntü

heyranedicidi. Filmin uğrunda başlıca

səbəblərdən biri və elə birincisi budu.

13. Lars Von Trier- Antixrist

(Antichrist)

Dəli rejissorun qalmaqallı filmi. Trier

valeh edir bu filmi ilə. İlk dəfə xüsusi

effektlərdən istifadə edən rejissor elə ilk

dəfədən Amerika rejissorlarına örnək alınası

gedişlər göstərdi. Filmdə olan ağır auranı bir

qədər də rənglər və görüntü ağırlaşdırır.

14. Cim Carmuş- Ölü adam (Dead

Man)

Carmuş sepiya effekti ilə çəkib bu filmi.

Vestern janrının fentezi ilə qarışığı rejissorun

təxəyyülüdür. Rejissor isə usta olduğundan

işinin öhdəsindən tam gələrək həm özünün,

həm də kino sənətinin ən fərqli filmlərindən

birini yaradıb.

11. Frenk Miller və Robert Rodriqes-

Günahlar şəhəri (The Sin City)

Komikslərdən ssenari baxımından

istifadə etmə heç də həmişə uğurlu alınmır.

“Günahlar şəhərini”-nin yaradıcısı və rejissoru

Film Fiction | Noyabr, №3

13

15. Qas Van Sent- Fil (Elephant)

Qas Van Sentin bu filmi kadr ixtisarı ilə

20 dəqiqədir. Amma rejissor müxtəlif rakurs və

kameralarla tammetrajlı və ela bir film çəkib.

Filmin vacibliyi və sujet xətti də öz yerində.

16. Mixael Heneke- Ağ lent (The White

Ribbon)

Henekenin bu filmi şedevrdi. Buna

baxmayaraq film elə də çox ajiotaj yaratmayıb.

Bəlkə də rejissorun səhvi onda oldu ki, film

üzərində vasvasılıqla işləyib, demək olar ki,

səhvsiz bir iş ortaya qoyub. Bütövlükdə ağ-qara

lentə çəkilən filmdə görüntü həqiqətən gözəldi.

19. Vaçovski qardaşları- Matriks

(Matrix)

Matritsa haqda nə yazmaq olar ki?! 28

mükafat və 4 oskar... Məncə bu kifayət edər.

17. Yan Şvankmayer- Odun (Little

Otik)

Çexiyalı sehirbaz Yanın növbəti hoqqası

“Odun” filmi oldu ki, tənqidçilər tərəfdən

müsbət qarşılandı. Rejissor adət üzrə yenə

sürreallığına sadiq qalıb növbəti absurd

ideyasını çəkib. Düzdür, bu dəfə ona milli nağıl

kömək edib, amma o nağılı da

özününküləşdirməyi bacarıb.

18. Vinsent Uord- Arzular hara gətirir

(What Dreams May Come)

Görüntüsünə görə Oskar da qazanmağı

bacarıb. Robin Uilyamsın ən gözəl filmlərindən

biri. Filmdəki gedişlər və uyğunluq, bütövlükdə

montaj və rejissor işi gözəl alınıb. Baxanlar bilir

ki, bu filmdə qeyri adi bir sakitlik aurası var.

İnsan baxdıqca rahatlaşır.

20. Piter Uir- Truman şousu (The

Truman Show)

“Truman şousu” kimi filmi heç kim Uirdən

gözləmirdi. Amma rejissorun bu filmini

alqışlamağa dəyər. İlk növbədə büdcə elə də çox

deyil. Sonra ssenari ilk baxışdan fövqəl istedadlı

rejissura tələb edir və üstəgəl bir aktyor bu filmi

çiynində daşımalıdı. Uir bütün bunları bacardı.

Kastinqlərdən Cim Kerri əsas aktyor kimi

seçiləndə çoxu filmin fiaskoyla üzləşəcəyini

proqnoz verirdi. Amma məhz Cim Kerri

sayəsində film daha da uğurlu alındı. Ed Xarris

isə filmə şarm qatdı. Beləliklə, mümkünsüz

dedikləri film mümkünə çevrildi.

21. Stiven Spilberq- Şindlerin siyahısı

(The Schindler’s List)

-Niyə ağ-qara çəkmisiz filmi?

-Səhvlərim görünməsin deyə.

Bunu filmin rejissoru Spilberq etiraf

edib. Buna baxmayaraq heç nə və heç kim bu

filmə kölgə salmaq iqtidarında deyil.

22. Devid Aranofski- Qaynaq (The

Fountain)

Aranofski olduqca darıxdırıcı və sönük

bir film çəkib. Hətta filmə baxanda elə təəssürat

yaranır ki, sanki rejissor filmi başlayıb və

Film Fiction | Noyabr, №3

14

yarıdan sonra necə yekunlaşdırmaq haqqında

düşünə-düşünə acı bağırsaq kimi uzadıb. Heç nə

maraqlı deyil filmdə görüntüdən başqa. Devid

bundan qat-qat güclü çəkə bilən rejissordu.

23. Semih Kaplanoğlu- Bal

Semihin “Yusuf” trilogiyasından olan filmi

Berlin ayısını da qazana bilib. Film sakit başlayır

və elə sakit də başa çatır. Baxa-baxa

mürgüləmək adi haldı. Heç bir soundtrack

yoxdu. Təbiət və onun səsi var. Bir də Yusuf və

onun dünyası. Olduqca rəngli filmdi. Semihin

fotoqraf olması qurulan kadrlardan bəlli olur.

26. Kşiştof Keselevski- Qırmızı (Red)

Polyak rejissor Keselevskinin “Rənglər”

(Trilogy of Colours) trilogiyasının sonuncu

“rəngi” olan “Qırmızı” filmi. Filmdə qırmızı rəng

məzmun olaraq işlənilib. Rejissorun dahiliyi

filmdə olan görüntünü möhtəşəm edib.

27. Mişel Qondri- Təmiz düşüncənin

əbədi parlaqlığı (Eternal Sunshine of the

Spotless Mind)

Filmdə komputer qrafikasından demək olar ki,

istifadə olunmayıb. Necə? Bəli, bəli düz

oxudunuz. Filmdə gördüyünüz effektlər və

keçidlər rejissor Qondrinin biclikləridi. Qondri

güzgü və montaj sayəsində sehrbazlıq edib.

28. Culian Şnabel- Skafandr və

kəpənək (The Diving Bell and the Butterfly)

Məhşur “Elle” jurnalının redaktoru Jan

Dominik Bobinin həyatına həsr olunan filmdə

Culian hadisələri Bobinin baxışından göstərir.

Bununla da tamaşaçı sanki filmin qəhrəmanı ilə

birgə eyni rolu bölüşür. Məhz bu baxımdan

filmin dəyəri çoxdu.

24. Deyv Makkin- Güzgülü maska

(Mirror Mask)

Daha bir fentezi janrlı film. Bu dəfə

rəssam, fotoqraf və rejissor Deyv Makkin-in

təqdimatında. Sürrealizm çalarları və foto

kadrlarla zəngin çox gözəl işlənmiş bir filmdi.

Geniş tamaşaçı kütləsi üçün nəzərdə

tutulmasına baxmayaraq filmdə olan

illüstrasiyaları daha çox orta nəsil sevdi.

25. Aleks De La İqlesia- Boru üçün

qəmli ballada (Sad Trumped Ballad)

Film 2010-cu il Venetsiya festivalında

nümayiş olunanda münsiflər heyətində olan

Tarantino filmi ayaq üstə alqışlamışdı. Həmin

festivalda Aleks De La İqlesia “ən yaxşı ssenari”

və “ən yaxşı film” nominasiyasında ikincilik

qazandı. Film elə də tutarlı olmasa da,

görüntüsünə söz ola bilməz. Fikrimizcə son

illərin ən uğurlu rejissor işi olan filmdi.

29. Kristofer Nolan- Başlanğıc

(Inception)

Nolanın “Başlanğıc” filmi bütün

zamanların da ən yaxşısı olmağa layiq olardı,

əgər rejissor döyüş səhnələrindən aşırı istifadə

etməsəydi. Filmdə uzunçuluq var. Buna

baxmayaraq ssenari və rejissor işi baxımından

ən uğurlu filmlərdən biridi. Filmə baxanlar yuxu

ilə reallığı da bəzən səhv salırlar.

30. Devid Finçer- Benjamin Battonun

sirli həyatı (The curious case of Benjamin

Button)

Finçer Benjamini xüsusi zövqlə və səliqə

ilə çəkib. Hər şey öz qaydasındadı filmdə. Hətta

ən xırda detallara da fikir verilib. Mükəmmələ

yaxın olan rejissor işi görülüb. Çatmayan yeganə

bir şey var, o da filmin sonunu əvvəldə görə

bilməkdi. Bu bir az marağı azaldır.

Film Fiction | Noyabr, №3

15

MaraqlI

faktlar

“Evdə tək 2” (Home Alone 2) filmində

fraqmentlərdən birində göstərilən qanqster

filmi “Pis qəlbli mələklər”( Angels with Dirty

Souls) əslində mövcud olmayıb. Film xüsusilə

“Evdə tək 2” filmi üçün hazırlanıb.

“Kriminal Qiraət”(Pulp Fiction) filmindəki

rolundan sonra tanınmağa başladı.

Kevin Bakon 1982-ci ildən bəri çəkilmiş

Amerikan filmlərinin ən azı 27 %-də ikinci

dərəcəli aktyor kimi çıxış edib.

Nikolas Keycin əsl adı Nikolas

Koppoladır. O Koppola ailəsinə mənsubdur.

Lakin Frensis Ford Koppola ilə mənfi

münasibətdə olduğundan özünə oxuduğu

komiksdən Keyc adını götürüb.

“Titanik” filmindən sonra aktrisa Keyt

Uinslet sətəlcəm olmuşdu.

Bollivud dünyada ən çox film istehsal

edilən yerdir. Burada bir ildə 800-dən çox film

istehsal olunur. Hollivudda isə bu göstərici

yarıya bərabərdir.

1939-cu ildə çəkilmiş “Küləklə

Sovrulanlar”(Gone With the Wind) filmindəki

Skarlet O`Hara rolu üçün 1400 aktrisa sınaqdan

keçirilmişdir.

Cim Kerri Tupakın ən sevimli aktyoru idi.

Tupak həbsdə olarkən Cim Kerri onu

sevindirmək üçün tez-tez ona məktublaşırdı.

"The Dark Knight" ilk betmen filmi idi ki,

adında "Batman" kəlməsi istifadə edilməmişdi.

"Cool Hand Luke" filmində çəkilən Pol

Nyuman prezident Riçard Niksonun "qara

siyahısı"-na daxil olan məşhurlardan idi.

Semuel L. Ceksonun "Pulp Fiction"

filmində canlandırdığı Cules Vinnfild obrazı

"Empire" jurnalı tərəfindən 2-ci ən istiqanlı

obraz seçilmişdi. 1-ci yerdə isə Bred Pitin "Fight

Club"-da yaratdığı Tayler Durden idi.

Şon Konneri 1962-ci ildən bəri çəkildiyi

hər bir Ceyms Bond filmində parikdən istifadə

edirdi.

1994-cü ilə kimi Samuel L. Ceksonu heç

kim tanımırdı. 1994-cü ildə, 46 yaşında

Conni Depp rok ulduz olmaq məqsədilə

15 yaşında məktəbi atmışdı.

Federiko Fellini "8½" (1963) filmini

çəkərkən özünə xatırlatmaq üçün kameranın

Film Fiction | Noyabr, №3

16

obyektivinə belə bir qeyd yapışdırmışdı: "Yadda

saxla, bu komediyadır".

“Xaçatası"(Godfather) filmində Vito

Karlione rolunda çəkilmək üçün ən real

namizədlərdən biri Lourens Olivyer idi. Lakin

rol Marlon Brandoya qismət oldu.

Cek Nikolson müsahibə verməyi

xoşlamır və 1971-ci ildən bəri tolk-şoularda

iştirak etmir.

Pəncərə”(Rear Window) (, Sam Loomis-i isə

“Psix”(Psycho) filmindən götürmüşdü.

Prezident Ronald Reyqan əvvəllər aktyor

olmuşdu. O yeganə ABŞ prezidenti idi ki, nasist

forması geyinmişdi, əlbəttə ki aktyor kimi.

Cim Kerrinin çəkildiyi "Eys Ventura:

Sevimli dedektiv”(Ace Ventura: Pet Detective)

filmində metal rok qrupu "Cannibal Corpse" da

iştirak etmişdi. Çünki bu Cim Kerrinin ən çox

sevdiyi qruplardan idi.

Tupak Şakur "Forrest Qamp”(Forrest

Gump) filmində Bubba roluna görə sınaqdan

keçirilmişdi.

“Günahlar şəhəri” (Sin City) filmində bəzi

fraqmentləri çəkdiyinə görə Robert Rodriqes

dostu və həmkarı Tarantinoya 1(!) dollar verdi

və söz verdi ki, filmin 2-ci hissəsində bu məbləği

2(!) dollar edəcək. Öz növbəsində Tarantino da

“Bili öldürməli” filminin soundtracklərindən

birinin bəstəsinə görə Rodriqesə 1(!) dollar

vermişdi.

Əsl “Titanik” gəmisini düzəltməyə

7,500,000 dollar lazım olmuşdu. Onun

batmasına 20,000,000 tonluq aysberq səbəb

olmuşdu. Bunun haqqında film çəkilməsinə isə

200,000,000 dollar xərclənmişdi.

Ues Kreyvn “Elm küçəsində Kabus" (A

Nightmare on Elm Street) filminin ssenarisini

bir çox şirkətlərə təqdim etsə də, heç biri filmi

çəkməkdə maraqlı olmamışdı. Nəhayət "New

Line Cinema" şirkəti filmi çəkməyi öz üzərinə

götürdü. Bu şirkətin maliyyələşdirdiyi ilk film

idi.

Con Karpenter Alfred Hitçkokun fanatı

idi. O, "Halloven”(Halloween) filmindəki

Tommy Doyl obrazını Hitçkokun "Arxa

“Doqvil”(Dogville) filmindəki şaxtaya

giriş olan yerdə “Dictum ac factum” yəni “Söz

verildi, əməl olundu” kəlməsi yazılıb.

“Truman şousu”(The Truman Show)

filmində rejissor Uir bütün çəkiliş heyətinə Cim

Kerri ilə zarafat etməyi qadağan etmişdi. Səbəb

filmin dramatik aurasını pozmamaq idi.

Müharibə dövründə Oskar heykəlcikləri

plastilindən hazırlanırdı.

“Kirminal Qiraət” (Pulp Fiction) filminin

çəkilişinə xərclənən 8 milyon dolların 5 milyonu

aktyorların əmək haqqı idi.

Mel Broksun çəkdiyi “Səssiz film” (Silent

Movie) filmində Marsel Marseau yeganə

danışan şəxs idi.

Rəssəm Pablo Pikasso Jan Koktonun

çəkdiyi “Orfeusun vəsiyyəti” (The Testament of

Orpheus) filmindəki izdiham səhnəsində

görünür.

“Harri Poter” (Harry Potter) filmi üçün

600-dən çox məktəbli forması hazırlanmışdır.

Film Fiction | Noyabr, №3

17

Sitatlar

Bu dəfə sizə fərqli filmlərdən yox bir filmdən sitatlar təqdim edirik. Bu film məşhur “Forrest

Qamp” (Forrest Gump) filmidir.

Hərdən düşünürəm ki, ətrafımda daşlar azdır. Fikirlər daş kimidir, nə qədər çoxdursa, o qədər

ağır olur...

Cenni: Heç qızla olmusan, Forrest?

Forrest: Həmişə iqtisadiyyat dərsində qızlarla bir otururdum...

- Qamp, siz niyə ordudasız?

- Sizin əmrlərinizi yerinə yetirmək üçün, çavuş.

- Lənətə gələsən Qamp. Sən dahisən. Bu mənim indiyədək eşitdiyim ən yaxşı cavab idi.

Anam deyərdi ki, ölüm həyatın bir hissəsidir.

Bizim ötənləri necə xatırlamağımız qəribədir. Mən xatırlamıram ki, necə doğulmuşam, ilk yeni

ilimdə hansı hədiyyəni almışam və ilk dəfə piknikə necə getmişəm, amma dünyada ən gözəl səsi nə

zaman eşitdiyimi xatırlayıram. (Ceynin səsi)

- Qamp, sən İsanı tapmısan?

- Axı mən bilmirdim ki, onu axtarmaq lazımdır...

- Ana, tətil nə deməkdir?

Film Fiction | Noyabr, №3

18

- Tətil?

- Hə, hansında ki, atam gedib.

- Haçansa harasa gedirsən və qayıtmırsan, bu tətildir.

Bu gündən sonra mən gəzə bilmirdim, ancaq qaça bilirdim ...

- Forrest, sən seçim eləmisən? Böyüyəndə kim olacaqsan?

- Kim olacam?

- Bəli.

- Məgər böyüyəndə özüm ola bilmərəm?

Qaç, Forrest, qaç!

Mən ağıllı deyiləm, amma sevginin nə olduğunu bilirəm.

Anam həmişə deyərdi ki, həyat şokolad qutusu kimidir, içindən nə çıxacağını bilmirsən.

Mən fikirləşirdim ki, yenə də Vyetnama qayıdacam. Amma kimsə qərara aldı ki, mən pinq-ponq

oynamaqla kommunizmə qarşı vuruşum.

- Ey dəli, sən xəstəsən yoxsa özünü elə göstərirsən?

- Mən Forrest Qampam.

Məni Vyetnama göndərirlər, ora ayrı ölkədə yerləşir.

Əgər sənə güllə atsalar, qəhrəmanlıq eləmə, sadəcə qaç.

Cenni: Vyetnamda heç qorxdun?

Forrest: Hə. Hm... Bilmrəm. Bəzən yağış ulduzların çıxmasına icazə verəcək qədər dayanırdı. O

zaman gözəl olurdu. Göldə günün batmasının lap əvvəlinə bənzəyirdi. Həmişə suda milyonlarza

parlayan fosforessensiyalar olurdu. Eyniylə dağ gölü kimi. Çox şəffaf idi, Cenni. Sanki üst-üstə iki səma

varmış kimiydi. Sonra çöldə günəş doğduğu an göyün harda qurtarıb, yerin hardan başlandığını

müəyyən edə bilmirdim.

Cenni: Kaş orda olardım.

Forrest: Ordaydın.

Film Fiction | Noyabr, №3

19

KEMAL

SUNAL

aktyorun gələcək həyatına təsir edən

məqamlardan biri olur.

1964-cü ildə əsgərliyini orkestr tərkibində

çəkib bitirdikdən sonra aktyor fəaliyyətinə

başladı. Yenə “Vefa liseyi” ona bu şansı verdi.

Həvəskar aktyor kimi ilk rolunu teatr

səhnəsində aldı. Daha sonra Müşfiq Kəntər onu

öz teatrına (Kəntərlər teatrı) dəvət etdi. Burada

aktyor professionallaşdı və yüksəliş dövrünə

qədəm qoydu. Buradan “Ülvi Uraz”, sonra “Ayfer

feray” və son olaraq “Dəvəquşu kabare”

teatrlarında işlədi. Amma aktyorun arzusu

böyük kino idi. O özünü kino aktyoru kimi hiss

edirdi. Bütün illər ərzində ancaq bu amal

uğrunda çalışırdı. Nəhayət rejissorlardan

birinin diqqətini cəlb etdi. “Dəvəquşu kabare”

teatrında rol aldığı tamaşaların birində onu

izləyənlər arasında o dövr Türkiyə kinosunun

ən məhşur rejissoru var idi- Ərtəm Əyilməz.

Kamalı bəyənən rejissor ona bir başa film təklif

etdi və bununla da Kamalın arzusu çin oldu.

1973-cü ildə aktyor Ərtəmin “Dadlı dilim”

filmində ikinci dərəcəli rol aldı. Amma elə

debütdaca nəzərləri özünə cəlb etdi. Heç kimin

tanımadığı bir aktyor birdən birə Tarık Akın

kimi sənətkarla eyni filmdə rol almışdı. Rolunun

öhdəsindən isə sanki yüzlərlə filmə çəkilmiş

aktyor kimi çox asan və rahat şəkildə gəlmişdi.

Kamal olduqca səmimi görünürdü ekranlarda.

Adət olunmayan dərəcədə kobud üz cizgilərinə

malik, yekədiş bu aktyor sanki sıravi bir insan

kimi birdən-birə Türkiyə kinosunun nazlıqəmzəli

aurasına girmiş, ora rəng qatmışdı.

11 noyabr 1944-cü ildə İstanbulun

“Küçükpazar” ərazisində Mustafa və Saimənin

övladları dünyaya gəlir. Kasıb həyat tərzi sürən

və sıradan bir ailə olan Sunal ailəsindən heç

kimin ağlına da gəlməzdi ki, soyuq noyabrda

doğulmuş bu körpə illər sonra milyonların

qəlbini fəth edəcək dünyaca məhşur bir aktyora

çevriləcək. Körpəyə Kamal adı verildi. Kamalın

Çingiz və Cəmil adlı iki qardaşı da var idi.

Getdiyi ilk məktəb “Memar Sinan”,

məzun olduğu təhsil ocağı isə “Vəfa liseyi” oldu.

Ali təhsilini “Mərmərə Universitetinin”

qəzetəçilik fakultəsində alan aktyor, tələbə ikən

həm də fabrikdə işləyirdi. Hələ “Vəfa liseyi”ndə

oxuyarkən aktyorun fəlsəfə müəllimi onu

Türkiyə teatrının öndə gedən simalarından olan

Müşfiq Kentər ilə tanış edir. Məhz bu tanışlıq

Özü ilk rolunu, teatr rolunu belə xatırlayır: “İlk

teatr rolum 3 dəqiqə idi. İndi yadıma gəlmir. Heç

nə etdiyimi də tam xatırlamıram. Bir onu bilirəm

ki, səhnənin bir başından girib, o biri başından

çıxdım, vəssalam. Amma tamaşaçılar gülməkdən

az qala ölür. Bu məni sevindirdi.” Bununla da

Film Fiction | Noyabr, №3

20

qərara aldım. Nə olur olsun mən bu insanları

güldürəcəyəm!”

1974-cü ildə aktyor subaylıqla vidalaşır.

Gül Sunalla bərabər onların bir oğlan (Əli Sunal)

və bir qız (Ezo Sunal) övladları dünyaya gəlir.

fenomenə çevirmişdi. Kamal olduqca intizamlı

və prinsipli aktyor kimi tanınırdı. Heç vaxt

oynayacağı rola görə hər hansı bir rejissor və ya

film şirkəti ilə müqavilə bağlamazdı.

Ümumiyyətlə müqavilələri heç sevməzdi. Öz

dediyi kimi onun üçün “Kamal sözü” bütün

müqavilələrdən üstün və keçərli idi. Ailəsinə

Həm evlilik, həm də kino kariyerasının yüksəliş

nöqtəsində olması aktyoru xöşbəxt edirdi. Elə

evlilik ilində Kemal filmdə ilk baş rolunu

(Salako filmi) ifa etdi. Ardınca isə məhşur

“Hababam sınıfı” filmləri trilogiyası aktyora

böyük şöhrətlə bərabər, ləqəb də gətirdi- Şaban.

Şaban kimi sevilməsi aktyoru qətiyyən narahat

etmirdi. Bundan rejissorlar istifadə edirdilər.

Onlar məhz Kemal üçün nəzərdə tutulan

obrazları Şaban adlandırırdılar. Şaban obrazı

Türkiyənin qəhrəmanına çevrilmişdi. 1977-ci

ildə Antalya film festivalında “ən yaxşı kişi rolu”

nominasiyasında “Qapıçılar kralı” filmindəki

sadiq və millətini sevən biri idi. Təsadüfü deyil

ki, ilk və son bərbəri eyni insan olub. Zahiri

görünüşünə görə Zeki Müren onun haqda

“Fernandel və Belmandonun qarışığı sanki...”

söyləmişdi. Fernandel Fransada 1930-60 cı illər

arasında məhşur komediya ustası və müğənni

kimi tanınırdı. Fernandelə bənzədilmə Kamalın

özünün də xoşuna gəlirdi. Təvazökar aktyor

müsahibələrində özünü tənqiddən heç vaxt

çəkinmirdi: “Mən yaraşıqlıyam? Əlbətdə deyiləm.

Mən atsifətəm...”

Seyid obrazı ilə laureat oldu. On bir il sonra bu

yenə təkrarlandı. Bu dəfə “Düttürlü dünya” filmi

aktyora “qızıl portağal” qazandırdı. Həyatı

boyunca 82 filmdə rol almışdı. Filmlərinin bir

çoxu Türkiyənin sosioloji vəziyyətini göstərir.

Məhz bu cür rolları aktyoru xalqın gözündə

Aktyor kariyerası ərzində Ərtəm

Əyilməz, Zəki Ökten, Kartal Tibet kimi

rejissorlarla işləmişdi. Rejissorların hər biri

Kemalı möhtəşəm aktyor adlandırırdı. Emel

Sayının aktyor haqqında dediyi bu cümlə isə

Kamalı ən doğru izah edən fikirlərdən birincisi

Film Fiction | Noyabr, №3

21

olaraq görülür: “Varlığı ilə yoxluğu bilinməzdi. Amma rejissor “motor” qışqıran kimi qarşımızda devləşən

aktyoru görürdük!”

1995-ci ildə yarımçıq buraxdığı “Mərmərə Universitetinin” məzunu oldu. 1993-97 illər

aralığında dizi filmlərində rol aldı. O vaxt üçün rekord göstəriciyə çatdı dizilərin izlənmə sayı.

3 iyul 2000-ci il. Aktyor “Balalayka” filminin çəkilişi üçün Trabzona uçmalı idi. Aktyorun

biletində oturacaq yeri 1D göstərilsə də, o 4D-də əyləşir. Həyacanlı olması gözdən qaçmırdı. Çünki,

aktyor o vaxta kimi heç vaxt təyyarəyə minməmişdi. Onun fobiyası idi bu.

Təyyarə Trabzona enən vaxt aktyor başını ehmalca sağa əyib, elə o vəziyyətdə də qalır. Təcili yardım 21

(!) dəqiqə sonra gəlir. Amma artıq aktyor dünyasını dəyişmişdi. Onun ölümü milyonlarla insanı yasa

boğdu. Türkiyədə qeyri- rəsmi matəm günü keçirildi. Ölən zaman 55 yaşı var idi. Onunla bir çox

filmlərdə tərəf müqabili olmuş Zəki Alasya Kamalı belə xatırlayır: “O olduqca kübar və ciddi insan idi.

Həyatda tam başqa bir Kamal var idi. Həqiqətən dahi idi. Zahirən çox güclü görünsə də, uşaq kimi

fobiyaları var idi. Sadəcə onları hamıdan gizlədərdi. Onun

ölümünə səbəb elə qorxduğu təyyarə oldu. Bir də çox

təəsüflənirəm ki, o Şaban kimi yadda qaldı. Rejissorlar

sanki ondan

sui-istifadə etdilər. Saf olduğundan o bunları duymadı. O

daha ciddi və dərin rollarda dünyaya sözünü deməli idi.

Ancaq buna görə təəsüflənirəm ki, tez getdi aramızdan.”

Kamalın adını əbədiləşdirməkdən ötrü

Vakıfbank Sənət Mərkəzinə onun adını verib. Bundan

əlavə aktyorun məzun olduğu “Vəfa liseyi” hər il ən

istedadlı tələbələrinə “Kemal Sunal mədəniyyət və

sənət” diplomu təqdim edir.

Ötən il İMDB-nin sorğusuna əsasən “Bütün

zamanların ən yaxşı komediya filmi” sorğusunda məhz

Kamal Sunalın baş rolu ifa etdiyi “Şaban oğlu Şaban”

filmi birinci oldu. Aktyor Çarli Çaplin, Lyu de Fines kimi

ünlü komediya ustalarını üstələmişdi.

Aktyorun ölümünün doqquzuncu ildönümündə

oğlu Əli Sunal əsgərlikdə olduğundan aktyorun xatirə

tədbirinə qatıla bilmədi, amma onun göndərdiyi məktub

tədbirdə iştirak edənləri kövrəltdi. Məktubun son

hissəsi bu cür idi... ”... baxdıq ki, belə olmur, bir ümid işığı

yoxdur və bizi səndən başqa anlayan yoxdur, məcbur

qalıb sən varmışsan kimi yaşamağa davam etdik. Yaşamalıydıq. Sən getdin, biz burda qaldıq. Narahat

olma, rahat uyu. Yeni doğulan və səni heç tanımayan bacı və qardaşlarımız da baxır, Hababam sinifinə,

Tosun Paşaya, Salakoya... Buraxdığın əsərlər xöşbəxt edir. Həyata ümid işığı salır. Sənin adını sənin

şərəfinə milyonlara qoyurlar. Sən getdin. Bizsə qaldıq. Bizmi? Hələ də bir yanı sınmış, amma dimdik

ayaqlar üstə. Sənin açdığın cığırla, sən buyurduğun kimi yaşamağa davam edirik. Yalnız bu gün ayrıyıq.

Biz indi burda, əldə silah vətənə xidmətdəyik. Bu məktubla anamın, mənim, Ezomun (aktyorun qızı),

sevənlərinin qəlbi birləşmiş halda sənin qəbrin üstədi, ata. Bizə buraxdığın gözəlliklərə görə minnətdarıq.

Çox darıxmışıq, amma ağlamayacağıq. Gözün arxada qalmasın, heç ayırmayıb səni özümüzlə daim

yaşadacağıq. Yaxşı... Sən getdin. Bizsə burda qaldıq...”

Film Fiction | Noyabr, №3

22

Ələkbər Əminin nağılı

Öləcəyini biləndən sonra...

Epiloq

Balaca qızcığaz ağzını açıb yeməyini

yemək istəmir. Anası deyir ki, yeməyini

yeməsən, Ələkbər əmi bizə gəlməyəcək. Axı, o

gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün

sizə gəlib anandan soruşacam, yemisən, ya yox.

Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə

başlayır.

Yeganə bala

Bakıda əslən Gəncədən olan Adıgözəl adlı

bir kişi yaşayırdı. Xanımının adı Yaqut, kiçicik

yeganə övladlarını adı Ələkbər idi. Adıgözəl kişi

Bakı dəmir yolunda maşinist işləyirdi.

Cavanlığında xanımı, ixtisasca həkim olan

Yaqutun xəstəsi olmuşdu, soyuqdəymədən

müalicəsini onun əllərindən alandan sonra isə

Yaqutun xəstəsinə çevrilmişdi. Onun üçün

oxuduğu “Həkim qız” mahnısının sehrinə düşən

Yaqut ona necə vurulmuşdusa, bu məhəbbət

evliliklə nəticələnmişdi.

1983-cü ildə, onda artıq Ələkbər də

böyük oğlan idi, Adıgözəl kişini Binəqədi

şosesini keçəndə “Volqa” markalı avtomobil

vurdu. Maşının sürücüsü hər gün onlara gəlir

yalvar-yaxar edir, göz yaşları axıdırdı: “Mənim

beş balaca uşağım var. İndi hər şey sizdən

asılıdır. Onları yetim qoymaq istəmirsinizsə,

şikayətçi olmayın”.

O vaxt əsgərlikdən atasının başına gələni

eşidib icazə ilə evə gələn Ələkbərin ürəyi

dözməyib. “Ay ana, yazıqdır. Hər bir adamın

başına gələ bilər. Onsuz da onu tutdurmaqla ata

sağalan deyil” - deyə anasını razı salıb şikayət

etməkdən çəkindirir.

Ata isə yataq xəstəsinə çevrilir. On bir il

yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə

yataqda ikən, təkrar insult keçirib dünyasını

dəyişir.

Anası Yaqut Hüseynova: “Ələkbər 1961-ci

ildə anadan olmuşdu. Sakit uşaq idi. Səkkizinci

sinfə qədər o biri uşaqlardan heç nəylə

fərqlənmirdi. Öz otağına çəkilər, özünə müxtəlif

məşğuliyyətlər tapardı. Daha burada nələr

düzəltmirdi: təyyarə, maşın, qatar. Onun üçün

“Texnika-molodyoji” jurnalını alardıq. Ordan

maraqlı konstruksiyalar seçib qurur, redaksiya

ilə əlaqə saxlayır, gənc texniklər üçün keçirilən

tədbirlərdə iştirak edirdi. Bir dəfə indiki Azadlıq

meydanında keçirilən yarışda onun quraşdırdığı

təyyarə modelini uçurtdular. Bu an mənə elə

gəldi ki, bu, Ələkbərin fantaziyası, sakit, mülayim

təbiətində gizlədib-saxladığı xəyallarıdır,

genişliyə, ümmana doğru uçur. Ondan daim

ehtiyat edirdim. Bir az zəif uşaq idi, tez-tez

soyuqlayardı. Ona görə də çalışırdım onu bu

işdən, açıq havada təyyarə uçurmaqdan

uzaqlaşdırım.

Amma hardasa 13-14 yaşlarından o özü

texnikadan daha çox musiqiyə, rəqsə meyil

göstərməyə başladı. Nəyə görəsə son vaxtlar

xırda-xırda bizdən pul alır, özü üçün yığırdı.

Günlərin bir günü gördük, budur, həmin pula

nağara alıb gətirib evə. Azca keçəndən sonra

qarmon, sonra maqnitofon aldı. Beləcə, otağını

çevirib incəsənət guşəsi elədi. Bununla paralel

məktəbdə də özfəaliyyət musiqi dərnəyinin solisti

kimi çıxış edirdi. Səs ona atasından keçmişdi.

Film Fiction | Noyabr, №3

23

Adıgözəlin də gözəl səsi, qeyri-adi ifa tərzi vardı.

Ələkbərin səsi isə çox nadir rast gəlinən tembrə

malik idi. Bir gün də eşitdik ki, rəqsə gedir.

Hardasa bir il rəqsə gedəndən sonra

müəllimi ona belə xarakteristika verdi: bu uşaq

artıq peşəkar rəqqasdır. Sən demə, Ələkbərin

axtarışları bununla da bitməyəcəkdi. Bir gün

gəlib bizə xəbər verdi ki, Yuri Qaqarin adına

Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına

Uşaq və Gənclər Sarayı – red.) dram dərnəyinə

yazılıb. Bax özünü, nəhayət, orda tapdı. Ona baş

rollar verirdilər. Bir gün Mark Tvenin əsəri

əsasında səhnələşdirilən “Şahzadə və dilənçi”

tamaşasına məni çağırdılar. Tamaşa anşlaq

keçdi. Mən hətta unutmuşdum ki, baş rolda

oynayan mənim uşağımdır. Tamaşaya baxdıqca

gülür, ağlayırdım. Onuncu sinfə qədər Ələkbər

bütün diqqətini, gününü, vaxtını dram dərnəyinə

sərf etdi. Bir-birinin ardınca müxtəlif

tamaşalarda çıxış etdi. Açığı, istəmirdim bu yolu

tutsun. Onu fikrindən döndərmək, başqa sənət

seçməyə yönəltməyə çalışırdım: “Alik, bax a…

Birdən artistliyə meyil salarsan… Biz atanla səni

tamam başqa sahənin adamı görmək istəyirik”.

Bakıdan Şəkiyə və geri

Taledən isə qaçmaq olmur. Ələkbər özü

də bu taleyin ardınca məmnunluqla gedirdi. O,

aktyor olmalıydı. Onuncu sinfi qurtaran kimi

sənədlərini İncəsənət İnstitutunun aktyorluq

fakültəsinə verir və daxil olur.

”İnstituta imtahan verəndə mən də

qarşıdakı bağda oturub nəticəni gözləyirdim.

Mənimlə yanaşı dayanan, skamyada əyləşən

valideynlər dilənçilərə pul verir, dua eləyirdilər

ki, uşaqları yaxşı qiymət alsın. Mənsə ürəyimdə

Allaha yalvarırdım ki, qoy, Ələkbər daxil olmasın.

İstəmirdim o, aktyor olsun. İstəyirdim, texniki

elmlərə yiyələnsin, alim olsun. Bu fikirlərlə

institutun qarşısında məşhur aktyorların içəri

girdiyini, içəridən çıxdığına baxır və onları ilk

dəfə həyatda gördüyümə görə xoş təəccüb, maraq

hissi keçirirdim. Rasim Balayev, Şəfiqə

Məmmədova, Mikayıl Mirzə… Birdən görürəm,

daha bir tanış institutdan çıxıb, sevincdən əllərini

havada yellədə-yellədə mənə doğru gəlir. O anda

başa düşdüm ki, Allah belə məsləhət görür, oğlum

aktyor olacaq. Mənim yalvarışlarımın heç bir

əhəmiyyəti yoxdur”.

İxtisas fənnindən imtahan götürən

müəllimlər, professorlar Mehdi Məmmədov, Rza

Təhmasib, Ələmdar Quluzadə, Nəsir Sadıqzadə

və digər hörmətli pedaqoq və sənətkarlar

Ələkbərə şeir dedizdirdikdən, etüd oynadandan,

mahnı oxutdurandan, rəqs etdirdikdən sonra

onun aktyor olacağına tam əmin, arxayın olmuş,

hamı ona “əla” qiymət yazmışdı. İnstitutda

ixtisasdan ona Nəsir Sadıqzadə dərs deyirdi.

Təhsilini başa vurandan sonra Ələkbər

Hüseynov təyinatla Şəki teatrına yollanır. 1982-

ci ildə Ələkbər bir il hərbi xidmətdə olandan

sonra yenə öz işinə qayıtdı. 1987-də onlar

Şəkidən Bakıya qayıtdılar. Ələkbər A.Şaiq adına

Azərbaycan Dövlət Kukla Teatrında işləməyə

başladı.

O vaxtdan Ələkbər əminin sənət yolu

başladı desək, qəbahət etmiş olmarıq, çünki

oynadığı rollar, rejissor kimi hazırladığı

tamaşalar hamısı bir yana Ələkbər balacaların

Ələkbər əmisi böyüklərin də yaddaşinda məhz

Kukla teatrından başladığı yolla qaldı.

Lap ilk gəncliyindən, o vaxtlardan ki, özü

uşaqlığa təzəcə əlvida deyib gəncliyinin ilk sevgi

deyilən günlərini yaşayırdı.

“Əmi”nin sevgi tarixçəsi

Afaq Hüseynova (xanımı): “İlk baxışdan

xoşuma gəlmədi. Analarımız bir yerdə işləyirdilər.

Anası məni xoşlamışdı və anamla

qərarlaşmışdılar ki, bizi görüşdürsünlər. Bir

axşam Yaqut xala ilə bir qarayanız oğlan gəldi

evimizə, boyu ortadan bir az hündür, qalın,

qıvrım, qapqara saçlarını arxaya vermişdi. Nəyə

görə birinci görüşdə xoşuma gəlmədi, bilmirəm.

Amma ikinci görüşdə mən konservatoriyada

(indiki Bakı Musiqi Akademiyası) oxuyurdum.

Dərsdən çıxanda gördüm o gün anamın rəfiqəsi

ilə bizə gələn oğlan dayanıb məni gözləyir.

Üzündə elə xoş ifadə var ki, sanki biz bir-birimizlə

bir dəfə yox, dəfələrlə, ömrüboyu görüşmüşük.

Onun bu ovqatı beş dəqiqədən sonra mənə keçdi.

Sən demə, evdə görüşəndə hər ikimiz sıxılırdıq.

İndi isə Ələkbər sıxıntını aradan qaldırıb

danışmağa başladı, özü də nə başladı… Heç

özümdən xəbərim olmadan bir də gördüm, qəşş

Film Fiction | Noyabr, №3

24

eləyib gülürəm. O qədər maraqlı, məzəli, mənim

üçün yeni olan söhbətlər edirdi ki, bütün

varlığımla ona diqqət kəsilmişdim. Bütün şəhəri

gəzdik, elə bildik beş dəqiqə keçib. Xəbərimiz

olmadı ki, artıq gün keçib, axşam olub. Mən o

görüşü heç vaxt, heç vədə yadımdan

çıxarmayacağam. O görüş bizi bir-birimizə əbədi

bağladı. Əbədi. Bu gün Ələkbər dünyada yoxdur,

amma o görüşün təəssüratı yaşayır. Özü də təkcə

mənim daxilimdə yox, ikimizin arasında yaşayır.

O günü, ona bənzər başqa günləri, eləcə də anları

mən Ələkbərlə birlikdə xatırlayıram.

Bir dəfə uroloji xəstəxanada əməliyyat

keçirmişdi. “Qətl günü” tamaşasının televiziya

variantı hazırlanırdı. Onu heç kimlə əvəz

eləmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü

imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər.

Gözlədilər, Ələkbər azca sağalan kimi elə

xəstəxanadan gəlib onu çəkilişlərə aparır, sonra

yenə gətirib qaytarırdılar yatdığı palataya. Hətta

çəkilişlərin birində qan azlığından huşunu itirdi.

Təcili xəstəxanadan telestudiyaya həkim

çağırdılar. Bir təhər onu özünə gətirəndən sonra

yenə rolunu oynamağa qayıtdı.

Ələkbər üçün nə kiçik rol var idi, nə də

kiçik iş. Hər bir şeyə diqqət, qayğı, işgüzarlıqla

yanaşırdı. Evdə adi su kranını düzəldəndə belə

onu ən yaxşı ustanın əlindən çıxan iş səviyyəsinə

qaldırardı. Amma bir şərtlə: gərək buna daxilən

hazır olaydı. Həvəs demirəm, sadəcə, evdə nəsə

xarab olanda hamımızı belə sakit edərdi:

“Darıxmayın, düzəldəcəyəm, amma hələ yox, hələ

məqamı gəlməyib”.

İndi də bəzən nəyisə düzəltmək lazım

gələndə, mənə elə gəlir, yenə onun səsini

eşidirəm: “Darıxma, məqamı çatanda hər şey

düzələcək”.

2002-ci ildə Ələkbər Hüseynov UNİMA –

Beynəlxalq Kukla Teatrları Birliyinin xətti ilə

Parisdə keçirilən böyük tədbirlərdə iştirak

etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma

diş ağrısı ona əziyyət verirdi. Getməzdən əvvəl

diş həkimi olan dostunun yanına gedib o ağrılı

dişdən yaxasını qurtarır. Kaş elə diş ağrısı ilə

Parisə gedəydi, görünür, bu da tale oyunudur.

Fransaya getdi, orada elə uğurlu çıxış etdi ki,

hamı bəyəndi, çoxlu dəvətlər aldı. Gələndən

sonra kefi yaxşı idi. Ailəsini götürüb

Yessentukiyə dincəlməyə getdi. Hər şey yaxşı

idi, yaradıcılıqda da, həyatda da işləri əla

gedirdi. Amma həmin ilin sonlarında…

“Hepatit C” diaqnozu

Günü-gündən üzünün rəngi saralırdı.

Gözlərinin içində də sarılıq əmələ gəlmişdi.

Xanımı onu məcbur şəkildə həkimə aparır. Ciddi

yoxlamadan sonra məlum olur ki, onda “Hepatit

C” adlı virus var. Nə özü, nə də yaxınları buna

inanmadı. Buna kim inanmaq istəyərdi ki… Bir

neçə fərqli yerlərdə təkrar analizlər eyni

nəticəni diktə edir.

2004-cü ildə Moskvada məşhur

xəstəxanalardan birində yenə həmin diaqnoz

təsdiqləndi. Bu virus yalnız qanla keçə bilərdi.

Ələkbər özü üçün müəyyən edə bilmirdi ki,

harda bu virusa yoluxa bilərdi? Ailədə hamı

susqunluq keçirirdi. Moskva həkimi diş

dibindən şübhələndiyini deyir. Onda Ələkbərin

yadına düşür ki, 2002-ci ildə Paris səfərindən

əvvəl dişini çıxartdırmışdı. İki il ərzində virus

gizlicə bədəndə öz işini görübmüş. Artıq qara

ciyəri şişməyə başlamışdı.

“Ana, mən öləcəm…”

Yaqut Hüseynova (anası): “Təzə ev

almışdıq, beşinci mərtəbədə. Ələkbərin əl

qabiliyyəti yaxşı olduğundan çardağı qəşəng

düzəldib, yerə metlax döşəyib, oranı səliqəli iş

otağına çevirmişdi. İndi də ora iş otağıdır. Amma

Film Fiction | Noyabr, №3

25

çox zaman boş qalır. Ələkbər internetdə maraqlı

nəsə oxuyanda oradan bizi çağırardı. İndi də bizə

elə gəlir ki, hansısa hadisə ilə əlaqədar, yaxud

maraqlı bir xəbər, ya da çox gülməli lətifə tapıb

bizi yuxarı çağıracaq. Bu onun adəti idi. Evdə

olanda internetə girər, maraqlı məlumatlarla

tanış olardı. Bir gün eşitdim məni çağırır.

Qalxdım onun yanına. İnternetdə “Hepatit C”

səhifəsini açıb yavaşca mənə dedi:

- Görürsən, ana? Burda yazılıb bu virusa

tutulanlar üç ildən səkkiz ilə kimi yaşayırlar.

Mənim üç ilim başa çatmaq üzrədir…

- Niyə sən üç ili fikirləşirsən, səkkiz ili yox?

– deyə ağlıma gələn birinci fikirlə ona etiraz edib

qışqırdım. Sonra çalışdım onu sakit edim.

Özümdən yalançı bir hadisə danışdım: - Bizim

yaşlı bir xəstəmiz var, iyirmi ilə yaxındır bu

diaqnozla yaşayır. Gəl sən də bədbin olma, Allah

kömək edər, bir çarə tapılar bizim üçün də,

mənim balam…

Bir neçə gündən sonra onun özünə

gəlmədiyini, fikirli olduğunu, daim gözlərinin yol

çəkdiyini görüb daha bir yalan danışdım. Mənim

Türkan kəndində bibim yaşayır. Onun adından

dedim: “Bibi gedib Quran ağzı açdırıb, orda sənin

üçün yazılıb ki, altmış yaşından az

yaşamayacaqsan”.

Hər gün mən onu belə söhbətlərlə qara

fikirlərdən ayırmağa çalışırdım. Ona təlqin

edirdim ki, xəstəlik keçəcək, yaxşı olacaqsan.

Özüm isə dərdimi içimdə çəkirdim, hər səhər

yastığım gecə tökdüyüm göz yaşlarından yamyaş

olurdu. Gözüm get-gedə tutulurdu”.

Artıq ömrünün sonuna az qaldığını

duyan Ələkbər əmi işinə həmişəkindən çox

ciddi yanaşmağa, bir-birinin ardınca yeni

yaradıcı həyat yaşamalıdır. Teatrda,

televiziyada maraqlı layihələr həyata keçirir, ən

müxtəlif tədbirlərdə iştirak edir, hara

çağırırdılar, hansı konsertə dəvət edirdilər,

gedirdi. Allah elə bil onun gücünü artırmışdı.

Səmərəli işləyirdi. Rejissor kimi tamaşalar

hazırlayır, şou-proqramlar aparır, uşaqlar üçün

yeni verilişlər yazdırırdı. Ölümünə bir neçə ay

qalmış onu teatrın baş rejissoru vəzifəsinə təyin

etdilər

Teatrda uşaqlar üçün keçirilən böyük bir

tədbirdə direktor Rəhman Quliyev valideynlərə

müraciət etdi. Sonra televiziyalarda, onun

iştirak etdiyi və etmədiyi proqramlarda,

qəzetlərdə xəstəliyi və ciddi, böyük məbləğ

tələb edən müalicəyə ehtiyacı olduğu barədə

məlumat verildi. Onun üçün hesab nömrəsi

açıldı. Heydər Əliyev Fondu yardım etdi. Onun

bədəni antibiotikləri qəbul etmirdi. Bu

xəstəliyin tələb etdiyi çoxsaylı və güclü

antibiotiklərlə onu müalicə eləmək qeyrimümkün

idi. Onu xarici xəstəxanalara

göndərməyin də xeyri yox idi. Orada da

antibiotiklə müalicə edəcəkdilər. Odur ki, bir yol

qalırdı: yüngül vasitələrlə onu saxlamaq,

xəstəlik hallarının gərginləşməsindən qorumaq.

Ölümünə bir neçə ay qalmış ona Polşada

1968-ci ildə təsis olunan “Təbəssüm” ordenini

verdilər. Bu, dünyada yeganə orden-mükafatdır

ki, onunla kimin təltif olunmasını yalnız uşaqlar

müəyyən edir. Bu ordenə ən müxtəlif vaxtlarda

Tereza ana, Bill Klinton, Marqaret Tetçer, Dalaylama,

Sergey Obraztsov, II İoann Pavel, Çingiz

Aytmatov və başqa məşhur şəxslər layiq

görülüb. Kim özünü uşaqlara, onların dünyanı

daha rəngarəng görməsinə həsr eləyibsə, bax o

adamlara bu mükafat verilir. 2007-ci ildə

Ələkbər aldı bu ordeni.

layihələrin altından imza atmağa başladı. Qət

etmişdi ki, getdikcə azalan bu müddət ərzində

daha artıq işləmək lazımdır. Daha fəal, daha

Proloq

Elə həmin il 2 avqust aktyor taleyində

yeganə həsrət çəkdiyi kinonun günündə uzun

sürən xəstəlikdən sonra vəfat etdi. Balaca

qızcığaz ağzını açıb yeməyini yemək istəmir.

Anası deyir ki, yeməyini yeməsən Ələkbər əmi

bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi

ki, yeməyini ye, bir gün sizə gəlib anandan

soruşacam, yemək yemisən, ya yox. Qız dərhal

ağzını açıb yeməyini həvəslə yeməyə başlayır.

Mənbə: Kulis.az saytı.

Film Fiction | Noyabr, №3

26

Neorealism

İlk əhatəli neorealist film Luçino Viskontinin

1943-cü ildə çəkdiyi "Ossessione" (Düşgünlük)

filmi hesab edilir. Film Ceyms M. Keynin

"Poçtalyon həmişə iki dəfə zəng çalır"

İtalyan Neorealizmi

20-ci əsrin əvvəllərindən etibarən digər

incəsənət sahələrində olduğu kimi kinoda da

yeni istiqamətlər formalaşırdı. Bu sahə yeni

yaranmışdı və nisbətən böyük diqqət tələb

edirdi. Kino sənəti nəinki Hollivudda, eləcə də

Avropa ölkələrində, xüsusilə İspaniya və

İtaliyada yüksək sürətlə inkişaf edirdi. Artıq 30-

cu illərdən etibarən İspaniya və İtaliya

kinosunda neorealizm cərəyanı üstünlük təşkil

edirdi. Xüsusilə italyan neorealizmi xüsusi

cəhətləri ilə seçilirdi. Bu istiqamətdə çəkilən

filmlər ağır şəraitdə yaşayan fəhlə sinfinin

gündəlik həyatını əks etdirir, çəkilişlər kasıb

məhəllələrdə aparılır və adətən filmlərdə qeyripeşəkar

aktyorlar iştirak edirdilər. Hadisələr

daha çox ikinci dünya müharibəsindən sonra

yaranan şəraitlə mübarizə aparan insanların

ətrafında baş verirdi.

Yaranış. İtaliyada bu cərəyan "Cinema"

jurnalı ətrafında toplaşan tənqidçilər və kino

xadimləri- Mikelancelo Antonioni, Luçino

Viskonti, Cianni Puççini, Sezare Zavvatini,

Cüzeppe De Santis və Pietro İnqrao tərəfindən

inkişaf etdirilmişdi. Bu şəxslər həmin dövrdə

italyan kinosunda mövcud olan siyasi eyhamları

rədd edir və daha çox real həyat hadisələrinin

təsvirini üstün tuturdular. Bir qədər sonra isə

neorealist qısametrajlı sənədli filmlər də

çəkilirdi. Alessandro Blasettinin filmlərində də

bu cərəyanı hiss etmək olurdu. Xüsusilə onun

1934-cü ildə çəkdiyi "1860" filmini qeyd etmək

olar.

Əsas Xarakteristikası: Neorealist

filmləri fərqləndirən xüsusi əlamətlər var:

- Müəyyən sosial mövzu;

- Tarixi gerçəkliyin əks edilməsi;

- Proqressiv sosial dəyişiklik qarşısında

duran siyasi öhdəlik;

- Xüsusi studiyalarda deyil, kasıb

məhəllələrdə çəkiliş aparılması;

- Hollivud aktyor stilinə etiraz, qeyriprofessional

aktyorların çəkilməsi;

- Operator çəkilişinin daha çox sənədli

film səciyyəsi daşıması.

əsəri əsasında çəkilib. Bu əsər sonradan bir

neçə dəfə yenidən ekranlaşdırıldı, 1981-ci ildə

çəkilən remeykdə isə Cek Nikolson və Cessika

Lanj baş rolları ifa etmişdi. Lakin bu cərəyan

Roberto Rosselininin 1946-cı ildə

ekranlaşdırdığı "Roma, Açıq Şəhər” (Roma, citt{

aperta) filmi Kann Kino Festivalında

"müharibədən sonra ilk əsas italyan filmi" kimi

Film Fiction | Noyabr, №3

27

Qran-Pri aldıqdan sonra dünya səviyyəsində tanındı. Film faşistlərin Romaya hücumu

ərəfəsində normal əhalinin yaşamaq uğrunda mübarizəsini əks etdirirdi. Bu cərəyanın bəlkə də ən

görkəmli nümayəndəsi Vittorio De Sika hesab edilir. De Sika 1948-ci ildə "Velosiped Oğrusu” (Ladri di

biciclette) filmini çəkdi. Qeyri-professional aktyorların çəkildiyi film müharibədən sonra aşağı

təbəqənin ağır həyatını əks etdirir. Filmin çəkilişindən iki il sonra, 1950-ci ildə filmə "Şərəf Oskarı"

verildi. Bu film bütün dövrlərin ən yaxşı filmlərindən hesab edilir. De Sika "Umberto D." (1952) filmində

də neorealist düşüncələri əks etdirmişdi.

İtalyan neorealizmi virtual olaraq 1952-ci ildə bitdi. Artıq insanların həyat tərzi yaxşılaşmağa

başlamışdı. Əhalinin əksəriyyəti isə amerikan filmlərində təsvir edilən optimizm hisslərini qəbul

etməyə başlayırdı.

Neorealist düşüncələrdən insan faciəsinə keçidi isə Federiko Fellininin filmlərində görmək olar.

“Fırıldaqçılar” (Il bidone) (1955) (Fırıldaqçılar) və “Yol” (La Strada) (1954) filmlərində bu keçidi

müşahidə etmək olar. Ayrı-ayrı fərdlərin cəmiyyətdən təcrid olunması, insanlarla əlaqə qurma çətinliyi

60-cı illər italyan filmində əsas mövzuya çevrildi. Antonioninin “Qırçızı Səhra” (Il deserto rosso) (1964)

və “Şəkli Böyütmə” (Blow-up) (1966) filmləri müharibədən sonra italyan məişətində baş verən

dəyişiklikləri əks etdirir.

Neorealist film aktyorları arasında Lamberto Maqqiorani, Klara Kalamay, Massimo Cirotti, Aldo

Fabrizi, Anna Maqnani, Entoni Kvin, Culyetta Masiana və başqaları var idi.

Hər halda neorealizm yalnız italyan kinosuna təsir etmədi, eləcə də Fransa, Polşa və hind

kinematoqrafiyasında da bu istiqamətli filmlər çəkilmişdir. Hind rejissor Bimal Roy Vittorio De Sikanın

“Velosiped Oğrusu” filminə baxdıqdan sonra “Do Bigha Zameen” (1955) filmini ekranlaşdırmışdı.

Hər halda italyan neorealizmi dünya kinosunun ayrılmaz tərkib hissəsidir. Bu filmlərin təsirini

bütün dünya kinosunda hiss etmək mümkündür. Dünya müharibəsi bütün fəsadlarına baxmayaraq

italyan kinosuna yeni nəfəs gətirmişdi.

Film Fiction | Noyabr, №3

28

Errare Humanum est

“Errare Humanum est” -“Səhv etmək insana məxsusdur”. Məqalənin adından da başa

düşdüyünüz kimi sizlərə filmlərdə buraxılmış səhvlər haqqında bir neçə maraqlı məlumat verəcəyik.

Dünya şöhrətli, professional rejissorlar belə bəzən xətalardan yayına bilmirlər. Ceyms Kameron, Stiven

Spilberq, Roman Polanski, Miloş Forman kimi dünya şöhrətli rejissorlar belə səhvə yola verə bilər,

çünki həqiqətən də səhv etmək insana məxsusdur.

Fikrimcə siyahımıza Qor Verbinski başçılıq

etməlidir. Rejissoru olduğu “Karib dənizinin

quldurları” filmində “Sərçə Cek” rolunun ifaçısı,

dünya şöhrətli aktyor Conni Deppin filmdə istifadə

etdiyi sarğısından sallanan “adidas” etiketi

siyahımıza başçılıq etməkdə tam haqqlıdır. Bəzi

kino tənqidçilərin fikrincə bu “adidas” şirkətinin

rekamı məqsədi ilə bilərəkdən buraxılmış bir

səhvdir, bəzi kino tənqidçiləri isə bunu Qor

Verbinskinin böyük səhvi adlandırırlar.

Davam edək, siyahımızda ikinci yerə Bred

Pittin timsalında

məşhur almaniyalı

rejissor Volfanq Peterseni layiq gördük, belə ki Troya müharibəsi öz

şiddəti ilə davam etməkdədir, Axilles (Bred Pitt) qan-tər içindədir və bu

zaman bir təyyara peyda olur, maraqlıdır görəsən təyyarə çətin vəziyyətə

düşmüş Axillesi xilas etmək üçünmü göndərilmişdi?

Zənnimcə siyahımızda üçüncülüyü Kamil Rüstəmbəyov və Şamil

Mahmudbəyovun passivinə yazmaq olar. Belə ki, “Dərviş Parisi partladır”

filmində buraxılmış böyük, ancaq bir o qədər də nəzərə çarpmayan və ya

başqa cür desək, nəzərə çarpması demək olar ki, mümkünsüz olan bu xəta

fikrimcə kifayət qədər maraqlıdır. Bildiyiniz kimi filmdə hadisələr 19-cu

əsrdə daha dəqiq desək, 1848-ci il “Paris inqilabı”nın baş verdiyi ildə

cərəyan edir və filmdə belə bir epizod var ki, Hatəmxan ağa Şahbaz bəyin

Firəngistana getməsi münasibəti ilə bir məclis təşkil edir və məclisdə

muğam oxunur, iş orasındadır ki, xanəndəni müşayiət edən tarzən tarı

sinəsində çalır. Bir çoxlarımızın da bildiyi kimi tar ilk əvvələr dizdə çalınırdı, daha sonralar, təxminən

1902-ci ildən etibarən Mirzə Sadıqcan tarı dizdən sinəyə qaldırmışdı. 1848-ci ildə isə Sadıqcanın hələ

cəmi iki yaşı var idi. Belə bir cüzi məqamın rejissorun nəzərindən qaçması başa düşmək olar. Həqiqətən

də çox cüzi ama bir o qədər də böyük səhvdir.

Sıra dördüncü

yerin sahibindədir,

dördüncü yeri də milli

rejissorumuz Hüseyn

Seyidzadənin passivinə

yazmalı olacağıq. Belə ki,

bir çoxlarımızın sevəsevə,

dəfələrlə

izlədiyimiz “Qayınana”

filminin rejissoru olan

Hüseyn Seyidzadə

qüsursuz bir film ortaya

çıxarmasına rəğmən çox

Film Fiction | Noyabr, №3

29

böyük bir məqamı gözdən qaçırmışdı, belə ki kino tənqidçilərdən biri bu filmə baxdıqdan sonra ciddi

nöqsan aşkar edə bilməmiş lakin bir müddət sonra filmin təkrar göstərilməsini xahiş etmiş və elə filmin

ilk dəqiqəsində o, bu günə kimi də görə bildiyimiz bir nöqsanı aşkar etmişdir. Belə ki, filmin adı səkkiz

hərfdən ibarət olmalı olduğu təqdirdə, yeddi hərfdən ibarət idi. Yəni ki, orfoqrafik səhv buraxılmış,

titırlarda filmin adı “Qayınana” yox “Qaynana” olaraq verilmişdir.

Qeyd : “Dədə Qorqud”

filmində elektrik dirəklərinin,

“Yeddi Oğul İstərəm” filmində

bir avtomobilin arxa hissəsinin

kadra düşməsi yəqin ki, bir

çoxlarımıza məlumdur.

Sıra gəlib çatdı sonuncu,

beşinci yerin sahibinə. Bu posta

isə Ridli Skottun rejissoru

olduğu Rassel Krounun baş

rolunu oynadığı “Qladiator”

filmini layiq gördük. Belə ki,

qladiatorlar arasında amansız mübarizə gedir və birdən döyüş arabalarından biri aşır və arabanın arxa

hissəsində arabanı hərəkətə gətirmək üçün quraşdırılmış “qaz balonu” görünür. Fikrimcə Ridli Skott

kimi professional bir rejissor, arabanın aşma ssenarisini gözdən keçirərkən, bu məqama fikir veməli idi.

Yuxarıda sadaladığımız bütün bu səhvlərə milli rejissorumuz Rza Təhmasibin məşhur sualı aydınlıq

gətirər. “Onu bağışlamaq olarmı?!” .

Film Fiction | Noyabr, №3

30

İkinciliyin iki ulduzu

Sizcə filmləri yadda qalan edən aktyorlar

həmişə əsas qəhrəmanlar olurlar? Haqqında

söhbət açacağımız bu iki aktyor məhşurluğu

məhz ikinci planda qazanıblar. İndi hər ikisinin

kifəyət qədər yaşı olsa da yenə də ikinci planda,

hətta epizodik rollarda belə çəkilməkdən imtina

etmirlər. Bir sözlə bu iki aktyor ikinci planın ən

məhşur iki simasıdı. Beləliklə, daha yaxından

tanış olun.

İlk aktyor Stiv Buşemidi.

Stiv 13 dekabr 1957-ci ildə Bruklində (Nyu

York) anadan olub. 1980-cı ilədək

yanğınsöndürən işləyən aktyor, 1984-cü ildə

Hollivudu fəth etməyə gedir. Amma hələ 1983-

cü ildə o artıq aktyor kimi debüt etmişdi. Bu

serial idi. 1985-ci ildən başlayaraq rejissorlar

Stivi ikinci dərəcəli rollarda çəkməyə başladılar.

İlə 3-4 filmdə epizodik, ikinci dərəcəli rollar

alan aktyor “Quduz itlər” (Reservior Dogs),

“Armageddon”, “Səma həbsxanası”, “Kriminal

qiraət” (Pulp Fiction), “Farqo” (Fargo), “28 gün”

(28 Days), “Paris, səni sevirəm” (Paris, İ love

you) filmlərində yaratdığı ikinci dərəcəli və

epizodik rolları ilə tamaşaçıların qəlbinə yol

tapdı. Stivin sifət quruluşu və individual aktyor

jestləri, danışığı onu digərlərindən seçirdi. Məhz

bu amil onu yadda qalan edirdi. Beləliklə də

əbədi ikincilik taleyi ilə barışıb məhz ikinciliyi

ilə birincilikdə olanlara ibrət olunası rollar

canlandırıb.

Haqqında söz açacağımız ikinci aktyor

isə Co Peşidi. Stivdən fərqli olaraq Co hələ beş

yaşında ikən teatr səhnəsində çıxış etmişdi. Belə

gedişlər proqnoz edirdilər ki, o gələcəyin ən

məhşur aktyorlarından biri olacaq. Co çox

istəkli görünürdü və bu istəklə özünü

bütünlükdə aktyorluğa həsr etmək niyyətində

idi. İlk filminə 1975-ci ildə çəkildi. 1980-cı ildə

isə Skorseze aktyora “Vəhşi öküz”(Raging Bull)

filmində rol verdi və bununla da aktyorun

potensialı üzə çıxdı. Məhz bu filmə görə o ilk

mükafatını “BAFTA”nı qazandı və Oskara “ikinci

dərəcəli rol” nominasiyasında namizəd oldu.

1990-cı ildə isə aktyor Skorsezenin “Yaxşı

oğlanlar” (Godfellas) filmində “yaxşı

oğlan”lardan biri olub, Oskarda “ən yaxşı ikinci

dərəcəli aktyor” laureatı oldu. Aktyor “Bronks

əhvalatı” (A Bronx Tale), “Kazino” (Casino),

“Evdə tək 1-2” (Home Alone 1-2) filmlərində

yadda qalan ikinci dərəcəli rollar oynadı. Stiv

kimi o da ikinciliyi birincilikdən üstün tutub və

heç vaxt ikincilikdən şikayətçi olmayıb.

Film Fiction | Noyabr, №3

31

Film Fiction | Noyabr, №3

32

Müsahibə rubrikasında sizə dünyaca

məşhur, film tarixində öz dəstxətdi ilə iz qoyan

rus rejissor Andrey Tarkovskinin 1986-cı ildə

fransız jurnallarından birinə verdiyi müsahibəni

təqdim edirik.

Mənim sonuncu iki filmim öz

təəssüratlarımın əsasını təşkil edir. Bu filmlər

nə uşaqlıqla, nə də keçmişdə olan nələrləsə

əlaqəlidi, xeyr. Filmlər daha çox bugünün

təzahürüdü. Yəni bu filmlər mənim realizmimdi.

“Təəssürat” sözünə diqqət etməyinizi istəyirəm.

Uşaqlıq xatirələri heç vaxt insanı sənətkar

etmir. Sizə Anna Axmetovanın uşaqlıq dövrünə

aid olan hekayələrini oxumağı tövsiyyə

edərdim. Uşaq vaxtı insanın baxış bucağı

dəfələrlə dəyişir. Bu yaxında mənə psixoloqdan

bir məktub gəldi. O mənim işlərimi mənə psixi

metodlarla anlatmağa çalışırdı. Sənətə bu cür

yanaşmaq mənim zənnimcə çox primitivdi. Film

incəsənət ola bilməz. Bu absurd səslənir.

Hər sənətkar özündən sonra həyatda

özünə aid nəsə bir həqiqət buraxır. Və bu hissə

onu əbədiləşdirir. İdeya axtarışı kəliməsi isə

sənətkar üçün bir növ təhqirdi. Bu meşədə

göbələk yığmağa bənzəyir. Onları da bəzən

tapmaq olur, bəzən yox. Hətta Pikasso da bu

haqda demişdir ki, “Mən axtarmıram. Mən

tapıram”! Mənim fikrimcə sənətkar axtarmaz.

Sadəcə işə başlayar... Sənətkar həyatda öz

həqiqətləri olan insandı. O əmin olmalıdı ki,

onun sənəti, gördüyü iş həqiqətdir, reallığa

uyğundur. Mən sənətdə “eksperiment”

anlayışının əleyhinəyəm. Bu üslübda nə gəldi iş

görənlər və işlərini “avanqard” üslubu kimi

təqdim edənlər yalançı, işləri isə yalandı!

Heç kim bilmir gözəllik nədir. Hər

insanın bu haqda öz düşüncəsi var. Bu, zaman

etibarı ilə, filosofların mübahisələri ilə hər dəfə

öz tərifini dəyişir. Və bu məni düşünməyə vadar

edir ki, deyəsən əsl gözəllik insanların onu

gördüyü anlamlarda deyil, tamam başqa bir

yerdə simvoldu, gizlənib və kəşfini gözləyir.

Məncə gözəllik həqiqətin simvoludu.

Mən bunu “Yalan və həqiqət” mənasında

demirəm, yox. Həqiqət sadə bir məntiqə

söykənir. Gözəllik bu baxımdan həqiqətdir.

Çünki, heç bir tərif filan lazım olmadan sadəcə

həqiqidir. İnsanların gördüyü gözəllik, misal

olaraq Pikassonun bütün qadın rəsmləri. Onlar

heç biri həqiqətə uyğun deyil. Bu mənada belə

deyək ki, Pikasso özü gözəlliyi həqiqətdən

ayıraraq onu məhv edib. Bu çox çətin bir

mövzudu və sözlə başa salmaq çətindi. Gözəllik

bir möcüzədir. Sadəcə insan bu möcüzəyə

şahidlik etməyi bacarmır.

Məncə insan yaşamaq üçün yaranıb. Və

dediyim ki, həqiqətdi onun tutmalı olduğu yol.

Məhz buna görə insan yaradır. Bəzən bunu

həqiqət uğrunda edir. “Niyə yaradır, kim üçün

yaradır?” kimi suallara cavab yoxdu.

Əsl sənətkar təkcə hansısa bir obrazı

deyil, bütün dünyanı yaratmağı bacarmalıdı. Bu

dünyada o həqiqəti əks etməlidi. Sizdən bir

balaca yuxarıda olan qəlbinizlə kontakt

yaratmağı bacarmaq lazımdı. Orda bəlkə də

möhtəşəm bir əsər yatır. Onu tapmaq lazımdı,

üzə çıxartmaq lazımdı. Budur dahilik!

Vaxt var idi məni öyrədənləri müəllim

sayırdım özümə. Amma indi tamam ayrı

fikirdəyəm. Məni öyrədənlər hamısı dəlilər

olub. Onları hərə bir cür təqdim edir, təsvir edir.

Amma mən onlara “Tanrının dəliləri” deyərdim.

Film Fiction | Noyabr, №3

33

Həmin dəlilərdən misal olaraq Lev Tolstoy, Bax,

Leonardo Da Vinçi, Robert Bressonu kimi

sənətkarların adlarını çəkə bilərəm. Niyə dəli

adlandırıram onları? Çünki, onlar öz başlarında

heç vaxt heç nə axtarmırdılar. Onlar başları ilə

yaratmırdılar. Onlar məni həm qorxudur, həm

də ilham verirlər. Onların sənətini qətiyyən

anlamaq olmaz. Minlərlə səhifələr yazılıb

haqqlarında, amma yenə heç kim heç nə anlada

bilməyib. Şükür Allaha ki, elə anlada

bilməyiblər. Bu bir daha təsdiq edir ki,

möcüzələr anlaşılmaz olur. Azadlıq, xüsusən

sənət baxımından olan azadlıq anlaşılmazdı.

Bəli müxtəlif dövlətlərdə, müxtəlif insanlar öz

böyük və ya kiçik azadlıqlarında yaşayırlar.

Amma gəlin bir şeyi unutmayaq ki, hətta ən

iyrənc şəraitdə belə ifadəolunmaz azad ruhlu və

böyük insanlar olublar. Məncə azadlıqda seçim

olmur. Azadlıq- mənəvi haldı. Məsələn sosial və

ya siyasi cəhətdən tam “azad” , amma qəlbən

özünəqapanmış, qorxaq olmaq. O ki qaldı sənət

azadlığına, bu haqda isə ümumiyyətlə mübahisə

etməyə dəyməz. Heç bir sənət növü azadlıqsız

mövcud ola bilməz.

Film Fiction | Noyabr, №3

34

Antalya Altın Portakal

Film Festivalı

Beynəlxalq Antalya Altın Portakal Film Festivalı 1964-cü ildən bu yana

Antalya da təşkil edilən Türkiyənin ən önəmli film festivallarından biridir. Festival

Antalya Bələdiyyəsinə bağlı Antalya Mədəniyyət və Sənət Vəqfi tərəfindən hər ilin

payız mövsümündə Antalya Mədəniyyət Mərkəzində keçirilir. Festivala 2005-ci

ildən bəri Beynəlxalq Avrasiya Film Festivalı qoşulmuşdur.

1950-ci illərin ortalarında tarixi Aspendos Teatrında təşkil edilməyə

başlayan konsert və teatrlar Antalya Altın Portakal Film Festivalının

yaradılmasının təməl daşı olmuşdur. Xalqın sıx maraq göstərdiyi və hər yay təşkil

edilən nümayişlər artıq ənənə halını almağa başlayır və 60-cı illərin əvvəllərinə

qədər davam edir. Ənənə halını alan bu şənlik

1963-cü ildə Avni Tolunayın Bələdiyyə rəisi

olmasından sonra artıq yavaş-yavaş dəyişərək

“Antalya Altın Portakal Film Festivalı” kimi

tanınmağa başlayır.

1964-cü ildə keçirilən ilk festival

gözlənildiyindən daha çox marağa səbəb olur.

Festivalın ilk illərdə keçirilməsinin əsas

məqsədləri türk kino sektoruna maddi və

mənəvi dəstək olmaq, türk film sektorunda

çalışanları daha yaxşı işlər göstərməyə təşviq etmək, türk

kinosunun beynəlxalq miqyasda tanınmasına şərait yaratmaq idi.

1964-1973-cü illər aralığında bu yöndə davam edən festival 1973-

cü ildə Bələdiyyə rəisinin dəyişilməsindən sonra da davam

etdirilir.

1985-ci ilə qədər Antalya Bələdiyyəsinin rəhbərliyi altında həyata keçirilən festival həmin ildən

artıq Antalya Mədəniyyət Sənət Vəqfi tərəfindən təşkil edilməyə başlayır. Bu vəqfə rəhbərlik edən

Yener Ulusoy “Akdeniz” adlı Beynəlxalq Musiqi Yarışmasını da festivala əlavə edir. “Akdeniz” ölkələrini

əhatə edən bu yarış 1985-1988-ci illər ərzində Altın Portajal Film Festivalı nəznində həyata keçirilir.

Festival 1989-1994-cü illər

aralığında Bələdiyyə Məclis Üzvləri,

Turizm qurluşları və “Antalya Ticaret

Odası” üzvlərindən ibarət platforma

tərəfindən təşkil edilir. Festivalın

təşkili 1995-ci ildən etibarən Antalya

Bələdiyyəsi nəznində “Altın Portakal

Mədəniyyət və Sənət Vəqfi” adıyla

qurulan 2002-ci ilin Sentyabr

ayından sonra “Antalya Mədəniyyət

Sənət Vəqfi” adıyla xidmət göstərən

vəqf tərəfindən həyata keçirilir.

Vəqfin qurucuları Antalyanın iş,

siyasət, medya və mədəniyyət

sahəsində tanınan bir çox insanın

Film Fiction | Noyabr, №3

35

aralarında olduğu 109 nəfərdən ibarətdir.

Festival çərçivəsində milli və beynəlxalq yarışmalardan əlavə Milli Sənədli Film Yarışı və Milli Qısa Film

Yarışları da yer alır. Festivalda həmçinin Asya və Avropanın kinosunun ən önəmli adamlarının filmləri

də nümayiş etdirilir.

Festivalın münsiflər heyyəti 9 nəfərdən ibarətdir. Üç əsas kateqoriya üçün 7 professional şəxsin

dəyərləndirməsindən sonra 9 nəfərlik münsiflər heyyətinə təqdim edilir və çıxan nəticə əsasında

mükafat sahibləri müəyyən edilir.

Altın Portakal Heykəlciyi 2005-ci ilə qədər festivalın mükafatı olaraq qaliblərə verilirdi. 2005-

2008-ci illər ərzində mükafatın şəkli dəyişdirilir. 2009-cu ildəki festivaldan bu yana yenidən Altın

Portakal Heykəlciyi və ya Venera Heykəli mükafat kimi qaliblərə təqdim edilir. Qızıl rəngində olan

heykəlcik sol əlində portağal tutan bir qadın formasında dizayn edilmişdir.

Festivalda uzun metrajlı filmlərə aşağıdakı nominasyalar üzrə mükafatlar verilir.

Ən yaxşı film

Ən yaxşı rejissor

Ən yaxşı ssenari

Ən yaxşı musiqi

Ən yaxşı aktyor

Ən yaxşı aktrisa

Ən yaxşı kamera rejissoru

Ən yaxşı ikinci dərəcəli aktrisa

Ən yaxşı ikinci dərəcəli aktyor

Ən yaxşı vizual effektlər

Ən yaxşı qrim

Ən yaxşı kostyum

Ən yaxşı səslənmə

Bundan əlavə “Ən yaxşı qısa film” və “Ən yaxşı sənədli film” nominasiyasında da mükafatlar

təqdim olunur. Həmçinin münsiflərin xüsusi həvəsləndirici mükafatları da vardır: Avni Tolunay Münsif

Mükafatı və Behlül Dal Dijitürk Cavan İstedadlar Xüsusi Münsif Mükafatı.

Keçən ay- Oktyabrda 48-ci Altın Portakal Festivalı baş tutdu. Münsiflər Müjde Ar (münsif

rəhbəri), Handan İpekçi, Bergüzar Korel, Ayşe Kulin, Yaşar Seyman, Annie Geelmuyden Pertan, Şevval

Sam, Melis Behlil, Prof. Dr. Serpil Kırel, Çiğdem Anad kimi film adamları oldu.

Film Fiction | Noyabr, №3

36

Bu ay doğulanlar

Hindistanlı aktrisa Aişvaria Rai 1

noyabr 1973-cü ildə Hindistanda

dünyaya göz açmışdır.

də Türkiyənin İstanbul şəhərində

dünyaya göz açmışdır.

Amerikalı aktrisa Uipi Qoldberq 13

noyabr 1955-ci ildə Nyu-York şəhərində

dünyaya göz açmışdır.

Amerikalı rejissor, ssenarist Martin

Skorseze 17 noyabr 1942-ci ildə Nyu-

York şəhərində dünyaya göz açmışdır.

Fransiz aktrisa Sofi Marso 17

noyabr 1966-cı ildə Parisdə dünyaya göz

açmışdır.

Amerikalı aktrisa Meq Rayan 19

noyabr 1961-ci ildə Amerikada dünyaya

göz açmışdır.

Luçino Viskonti – italyan rejissor

1906-cı ildə İtalyanın Milan şəhərində

dünyaya göz açmışdır.

İsveç aktyor Dolf Lundqren 3

noyabr 1957-ci ildə İsveçin paytaxtı Oslo

şəhərində dünyaya göz açmışdır.

Amerikalı aktrisa Skarlet Yohanson

1984-cü il 22 noyabr tarixində Nyu-York

şəhərində dünyaya göz açmışdır.

Məşhur Çinli aktyor Brus Li 1940-

cı il 27 noyabr tarixində San Fransiskoda

dünyaya göz açmışdır.

Amerikalı aktrisa Emma Ston 6

noyabr 1988-ci ildə Amerikanın Arizona

ştatında dünyaya göz açmışdır.

Fransız aktyor Alen Delon 1935-ci

il 8 noyabr tarixində Fransada dünyaya

göz açmışdır.

Türk komediyasının unudulmaz

siması Kemal Sunal 11 noyabr 1944-ci il

Amerikalı rejissor Adam Şankman

1964-cü il 27 noyabr tarixində

Kaliforniyada dünyaya göz açmışdır.

Rejissor Ridli Skot 30 noyabr

1937-ci ildə İngiltərədə dünyaya göz

açmışdır.

Amerikalı komedik aktyor Ben

Stiller 30 noyabr 1965-ci ildə dünyaya

Nyu York şəhərində göz açmışdır.

Film Fiction | Noyabr, №3

37

Melancholia

pərt edir. Və Kannın 60 illiyinə həsr olunmuş

"Hər kəsin öz filmi" qısa metrajlı filmində Trier

kinozalda məhz "Manderley"i izləyir. Sual

yaranır: Niyə? Çünki "Manderley" "Doqvill" kimi

maraq doğurmamışdı və bəlkə də tamaşaçı

marağı üçün Trier bu yola əl atmışdı. Bunların

nəticəsində Trier depressiyaya düşür, amma

onu depressiyadan "Antixrist" çıxarır.

"Antixrist" isə nəinki Kannda, hətta

Triersevərlərdə də xoş təəssürat oyatmır.

Antifeminist, təcavüzkar və s... Bəlkə də inadcıl

təbiətinə görə Trier "Antixrist"in ardınca o

tərzdə olan daha bir film "Melanxoliya"nı çəkdi.

Amma, di gəl ki, dörd gözlə gözlədiyimiz film

"faşizm"in qurbanı oldu. Kann festivalından

öncə Trierin dediyi "Bəli, bəli... Mən nasistəm"

sözləri filmin sonuna çıxdı. Keçək filmə...

Trierin "Antixrist" filmi Andrey

Tarkovskiyə həsr olunub. Məncə tək "Antixrist"

deyil, "Melanxoliya" və "Cinayətin Elementi" (ilk

filmi) filmləri də Tarkovskiyə həsr olunmalı idi.

Filmdə Tarkovskinin təsiri hiss olunurdu.

Film: Melanxoliya

Rejissor: Lars Von Trier

Janr: Dram / Fantastika

Ölkə: Danimarka-İsveç-Fransa-Almaniya

İl: 2011

İMDB xalı: 7.6

Film Fiction xalı: 8.0

Lars Von Trier dedikdə gözümüzün

önündə ilk növbədə "Doqvill" filmi canlanır. Boş

səhnələr, dekorasiya, aktyor oyunundakı

soyuqluq və gözlənilməz final. İlk çəkdiyi

filmlərdən də görürük ki, Trier öz skandinaviya

soyuqluğunu göstərir. Depressiya, ölüm,

psixoloji gərginlik və s... Bütün bunların təsiri

əvvəl "Qaranlıqda rəqs edən", sonra isə

"Doqvill" filmində üzə çıxdı. "Manderley"lə

bunu davam etdirmək istəsə də alınmadı. Elə

buna görə də "Vaşinqton" (Washington)

çəkilmədi, çəkilməyəcək də... Gözləməyə

dəyməz. "Manderley"dən sonra çəkdiyi "Ən əsas

boss" komediyası da Trieri "Manderley" kimi

Filmin sujeti haqqında qısaca onu deyim

ki,proloq və iki hissədən ibarətdir. Proloqda

dünyanın Melanxoliya planeti ilə toqquşması,

dünyanın sonunu göstərir və onu da qeyd edim

ki, bu səhnələr ayrı baxış açısından finalda da

göstərilir. Birinci hissə "Castin" (Justin) adlanır.

Castin adlı qızın toyu və o toy gedə gedə

Castinin təbiətində soyuqluğun,

biganəliyin yaranması göstərilir. İkinci hissə isə

"Kler" (Claire) adlanır. Kler Castinin bacısıdır.

Klerin əri Melanxoliya planetinin

yaxınlaşmasını bilir, elə zənn edir ki,

Melanxoliya yerdən yan keçəcək. İlk öncə Klerin

ərinin fikirləşdiyi düz çıxır, amma sonradan

Melanxoliya yerə tərəf istiqamət alır. Beləliklə

son qaçılmaz olur. İkinci hissədə planetlə

toqquşmadan öncəki Klerin psixoloji vəziyyəti,

ərinin ölümü təsvir olunur. İkinci hissənin

sonunda Castin, Kler və Klerin balaca oğlu

Film Fiction | Noyabr, №3

38

planetlərin toqquşmasıyla öz ölümlərini

qarşılayırlar.

İlk öncə Trierin yazdığı ssenariyə baxaq.

Əlbəttə ki, ssenaridəki boşluqları rejissor elə

rejissor gedişləri ilə aradan qaldırıb. Filmdə

həddən artıq melanxolik hava var. Castinin toy

səhnəsində yaradılan çox ağır psixoloji vəziyyət

"son"un necə olacağını göstərir. Ssenarinin daha

bir boşluğu isə dialoqlarla bağlıdır, amma burda

da sükut öz sözünü deyir. Hamı sonda dünyanın

xilasını gözləyərəkən Trier yenə də öz işini

görür. Bütün bunları o "Qaranlıqda rəqs edən",

"Doqvill", "Manderley" lap elə "Antixrist"də də

eləmişdi:Faciəvi sonluq. Bəlkə də bu aqressiv

film tərzi Hollywooda qarşı düşmən

Geniş planda az kadr var. Kompyuter

effektlərindən isə Trier artıq ikinci dəfədir ki,

istifadə edir. Amma nəzərə almalıyıq ki,

"Melanxoliya" filmində effektsiz keçinmək

qeyri-mümkündür.

münasibətdən irəli gəlir, çünki həyatda baş

verən bütün əhvalatlar heç də "Happy end"lə

bitmir və Kino qazanc mənbəyindən daha çox

insanlıq üçün istifadə olunmalıdır.

Aktyor oyununda yuxarıda söylədiyim kimi

skandinaviya soyuqluğu hiss olunur. Hiss və

həyəcanlar estetik cəhətdən yerində idi,

həddindən artıq pafos yox idi. Kristen Danstın

oynadığı Castin rolu Devid Linçin "Mulholland

Drive"ındakı Naomi Uatsın obrazını xatırlatdı.

Məhz bu obraz Kristen Dansta Kannda "ən yaxşı

aktrisa" mükafatını qazandırdı. Filmdəki Kler

obrazı isə tam Şarlotta Gensburqa görədir. İlk

hissədə bir az ikinci planda qalsa da, ikinci

hissədə Kler ön plana çıxır və Şarlotta bu

hissədə "Antixirst"dəki qadına bənzəyir.

Filmin rejissor işi haqqında : "Antixrist"dən

sonra Trier yenə öz tərzinə geri döndü. Əl

kamerasıyla yatardığı panika effekti, çaşqınlıq

və qarmaqarışıq səhnələr tam filmə görədir.

Filmdə nə qədər çox əl kamerasından istifadə

olunsa da montaj işi də bir o qədər çətin və

gözəl alınıb. Əsasən də toy

səhnələrində kameranın effekti çox maraqlı

alınıb. Aktyorların üzlərindən kameranın

qaçması çox geniş istifadə olunur ki, bu da

Trierin tərzidir. Durğun səhnələr çox azdır.

Və nəhayət onu qeyd edim ki, film alınıb.

Düzdür film "Doqvill", "Qaranlıqda rəqs edən",

"Antixrist" və "Dalğaları Yararkən" filmləri kimi

alınmayıb, amma yenə də müasir kinoya

baxdıqda Trierin düşündürücü filmləri

alqışlanasıdır. Psixoloji filmlər Trierdə alınır və

rejissor filmdə "üzdən xoş görünən gərgin abuhava"

yarada bilir. Nəzərə alaq ki, filmin büdcəsi

azdır.

P.S Subyektiv fikrim: Bəlkə də Kann

festivalında Trier qalmaqallı çıxış etməsəydi,

"Melanxoliya"nın taleyi ayrı cür olardı. Filmə ən

yaxşı aktrisa nominasiyasında deyil, ən yaxşı

rejissor işinə görə mükafat verilə bilərdi. Amma

yenə də Trier nəsə yaradıb və unutmayaq ki,

Tarkovskinin də bütün filmləri mükafat

qazanmayıb.

Film Fiction | Noyabr, №3

39

The Sea Inside

Film: İçimdəki Dəniz

Rejissor: Alexandro Amenabar

Janr: Bioqrafik, dram

Ölkə: İspaniya, İtaliya, Fransa

İl: 2004

İMDB xalı: 8.1

Film Fiction xalı: 8.5

“İçimdəki Dəniz”(Mar Adentro) ispan

rejissor Alexandro Amenabarın rejissorluğunu

etdiyi 2004-cü il istehsalı olan bioqrafik filmdir.

Film real hadisələrə əsaslanaraq

ssenariləşdirilib. Baş rollarda Xavier Bardem,

Belen Rueda, Lola Duenas kimi aktyorlar iştirak

edirlər.

Film vaxtı ilə gəmidə mexanik kimi

işləyən Ramon Sampedro adlı ispan bir

vətəndaşın həyatından bəhs edir. Bir gün

dənizdə olarkən Ramon qəza ila üzləşir. Dənizə

dalmaq istəyən Ramon, bilmədən dənizin dayaz

hissəsinə baş vurur. Nəticədə başından ağır

zərbə alır. Aldığı bu zərbə onun evtanaziya

olmasına gətirib çıxarır. Bədəninin boğazdan

aşağı hissəsini idarə edə bilmir. 30 il bu

vəziyyətdə tək bir otaqda yaşayan Ramon,

sonda ölmək qərarına gəlir. Lakin olduğu

vəziyyət bunu özünün reallaşdırmasına mane

olur. Çarəsiz qalan Ramon onu öldürməyi

yaxınlarından istəmək məcburiyyətində olur.

Lakin heç kim onun bu istəyini etməyə

razılaşmır. Ramon onu öldürmələri üçün

dövlətə müraciət edir. Onun bu qərarı

məhkəmədə müzakirə edilir. Lakin məhkəmə də

bu qərarın qəti əleyhinə çıxır. Hər kəs onu bu

qərarından döndərməyə çalışır. Culia – onun

hüquqlarını müdafiə edən vəkili və Rosa – onu

həyatın gözəl olduğuna, yaşamağa dəydiyinə

inandırmağa çalışan həyatına sonradan daxil

olmuş biri – hər iki qadın onun daim yanında

olurlar. Nə qədər insan Ramonu fikrindən

daşınmağa sövq etsədə o, öz fikrində qalır.

Onun yalnız bir istəyi var- ölmək!

Sanki ölüm onunçün sonluq kimi gəlmir.

Ölüm son yox, bəlkə də başqa bir həyatın

başlanğıcıdı onunçün. Həmin başqa bir həyat

onu özünə çəkir. Və o, həmin həyata

başlamaqçün ürəkdən can atır. O həyatda

içindəki 30 illik dəniz həsrəti bitəcək. Hər gün

qoxusunu aldığı dənizə qovuşacaqdı. Bir insanın

özünü öldürtmək istəməsi. Yox bu adi intihar

istəyindən çox fərqlənən bir şeydi. Filmə

baxarkən “Kaybedenler Klübü” filmindən bir

sitat gəldi ağlıma- “Ölümün olduğu yerde daha

ciddi ne ola bilir?”. Bu sualın cavabını

axtarmağa çalışın filmdə. Ölümünü gözləyən və

həmişə gülən adam... ...“Əgər qaça bilmirsənsə

və başqalarından asılısansa gülümsəyərək

ağlamağı öyrənirsən.”

Filmin sonluğunu adətə uyğun olaraq

yazmaq istəmirəm. Yazmaq istəsəm də,

inanmıram istədiyim kimi, cümlələrlə təsvir

etməyi bacaram. Baxdığım bioqrafik filmlər

içərisində ən yaxşı filmlərdən biridi bu film.

Ramon obrazını Bardem çox gözəl oynayıb.

Bardemi ən sevimli aktyorum edən filmdi

“İçimdəki Dəniz” filmi. Elə filmdəki roluna görə

Venesiya festivalında “ən yaxşı aktyor”

nominasiyasında qalib seçilmişdi. Ümumiyyətlə

filmin mükafatları çoxdur. Film 2004-cü ildə

“Ən yaxşı xarici film” nominasiyasında Oskarı

əldə edib. Həmçinin eyni ildə, elə eyni

nominasiyada “Qızıl Qlobus” mükafatına da

layiq görülüb. Bunlardan əlavə Venesiya

festivalında ən yaxşı film seçilmiş, “Qızıl Şir”ə

namizəd göstərilmişdir.

Film Fiction | Noyabr, №3

40

Freedom Writers

Film: Azadlıq yazarları

Rejissor: Riçard Laqraveneze

Janr: Bioqrafik, dram, kriminal

Ölkə: ABŞ

İl: 2007

İMDB xalı: 7.5

Film Fiction xalı: 8.0

“Azadlıq yazarları” rejissorluğunu Riçard

Laqravenezenin etdiyi 2007-ci il istehsalı olan

ABŞ filmidir. Baş rollarda Hilari Svonq, Skot

Qlen, Patrik Dempsey kimi aktyorlar iştirak

edirlər. Film Erin Qruelin “Azadlıq yazarlarının

gündəliyi” kitabı əsasında ekranlaşdırılıb. Kitab

real hadisələrə əsaslanaraq yazılıb. Filmin

ideyası jurnalist Treysi Durninq tərəfindən

verilib. O, ABŞ Nyus kanalındakı verilişlərdən

birində Erin Qruel haqqında proqram

hazırlayıb. Sonra bunu film şəklində etmək

düşüncəsinə gəlib. Filmdə 1992-ci il Los Anceles

üsyanından sonrakı 94-96-cı illərdəki Amerika...

Erin Qruel müəllimlik ixtisası üzrə ali təhsilini

başa

vurduqdan sonra bölgə məktəblərindən birinə

işə düzəlir. Məktəbin yerləşdiyi bölgə tez-tez

silahlı atışmaların baş verdiyi bir yerdir. Bu

atışmaların əsas səbəbi isə irqçilikdir. Ağlar,

zəncilər, Asiyadan gəlmiş mühacirlər,

meksikalılar ... qruplaşmalar şəklində müəyyən

ərazilərdə yaşayırlar. Bir qruplaşmanın üzvü

başqa bir qruplaşmanın ərazisinə keçərsə o

təklənir, döyülür, təhqir olunurdu. Erin Qruelin

işə başladığı məktəbdə də belə bir vəziyyət

hökm sürürdü. Xüsusilə də, onun dərs dediyi

sinifdə... Atası Erini müəllimlik fikrindən

daşındırmağa çalışır. Lakin istəyinə nail ola

bilmir. Erin uşaqlıq arzusu olan müəllimlik

peşəsindən belə asan əl çəkə bilməzdi. Fərqli

irqə məxsus şagirdlər, fərqli dramatik talelər,

irqçiliyin ifrat dərəcəyə çatması, Amerika

həqiqətləri... İlk günlər şagirdlərin Erinə qarşı

münasibətləri o qədər də qənaətbəxş olmur.

Dərslərə olan laqeydlikləri Erini həvəsdən

salmır. Əksinə o öz şagirdlərinə qarşı daha da

diqqətcil olur. Müəyyən bir vaxtdan sonra

onların münasibətləri müəllim-şagird

münasibətindən daha da irəli gedir. Onlar daha

da yaxın olurlar. Şagirdlərdən bir neçəsi

arasında olan silahlı atışmadan sonra onlardan

biri ölür. Bundan sonra çox şey dəyişməyə

başlayır. Şagirdlər bir-birilərinə irqlərinə görə

dəyər verməsinin necə səhv olduğunu

müəllimələri Erin vasitəsiylə anlamağa

başlayırlar. Artıq onlar doğmalaşırlar.

Aralarındakı irq sərhədi qırılır. Dərslərə qarşı

laqeydlikləri artıq dəyişməyə başlayır. Onlar

dəyişirlər. Və bir gün öz hekayələrini yazmağa

başlayırlar. Və yazdıqları bu hekayə Erin Qruel

tərəfindən kitab kimi çap olunur. Kitabın adı isə

“Azadlıq Yazarlarının Gündəliyi” olur.

Film irqçilikdən bəhs edən gördüyüm

filmlər arasında demək olar ki, mövzusunu tam

şəkildə çatdıra bilən ən yaxşı filmlərdəndi.

Bəlkə də real hadisələrə əsaslanaraq yazılması

və hadisələrin rejissora təsiri olub. Amma

təsirləndirici humanist bir film alınıb. Hilari

Svonq baş rolunun öhdəsindən çox gözəl gəlib.

Film Fiction | Noyabr, №3

41

Eternal Sunshine

of The Spotless Mind

Film: Təmiz düşüncənin əbədi parlaqlığı

Rejissor: Mişel Qondri

Ölkə: ABŞ

Janr: Dram , Fantastika

İl: 2004

İMDB balı: 8.5

Film Fiction balı: 8.5

Nikolas Keyc özü filmdə çəkilmək istəyini açıq

şəkildə bəyan etmişdi. Rejissorun seçimi isə heç

kimin gözləmədiyi halda komediya ustası Cim

Kerri oldu. Filmdə əsas rol, yəni Coel obrazı

məhz Cim Kerriyə həvalə olundu. Onun tərəf

müqabili isə Keyt Uinslet oldu. Bundan əvvəl

heç vaxt Keyt bu filmdəki kimi şıltaq obraz

canlandırmamışdı. Bir sözlə Mişel

eksperimentlərlə dolu bir film çəkirdi. Filmdə

Elayci Vud, Kristen Danst və Mark Rufallo kimi

məhşur aktyorlar da rol almışdılar. Filmin

büdcəsi 20 milyon dollar idi və bu da ilk

baxışdan fantastika janrı və Mişelin sseanarisi

üçün az məbləğ kimi görünürdü. Amma alınan

nəticə bütün proqnozları alt-üst etdi.

Cim Kerri və Keyt Uinslet hər biri ən yaxşı

rollarından birini ifa etmişdilər. Keyt

“Klementini” roluna görə Oskara da nominant

oldu. Cim Kerri “Coel” roluna çox yaraşmışdı.

Film 72 milyon gəlir gətirdi və bir çox

mükafatlar qazandı, o cümlədən “Ən orijinal

ssenari” nominasiyasında Oskarı.

Film absurd bir ideyadan bəhs edir.

İnsanlar bir-birini unutmaq üçün

yaddaşlarından istədikləri insanları silə bilirlər.

Klementini və Coel də bu əməliyyatı keçirib və

bir-birlərini siliblər yaddaşlarından. Amma

həyat onları yenidən qarşılaşdırır və bir

zamanların sevgililəri yenidən, heç nə olmamış

kimi bir-birilərini sevirlər.

Film çox qarışıqdı və çox dinamikdi.

Xüsusən Coelin yaddaşının pozulma prosesi və

həmin prosesdə qəhrəmanların sevgilərini

qorumaq üçün mübarizəsi həqiqətən gözəl

çəkilib. Baxmayanlar əmin olsunlar ki, bu vaxta

kimi belə bir filmə baxmayıblar. Filmin

soundtrackləri də əladı və zövqlə

uyğunlaşdırılıb filmə.

Filmin ideyası fransalı rejissor və

ssenarist Mişel Qondrinin aktyor Pyer Bosmot

ilə söhbətindən sonra yarandı. Aktyor rejissora

belə bir fikir söyləmişdi: “Səhər tezdən

durursan və poçt qutunuza məktub gəlir. Açırsız

və orda yazılıb- Siz tanıdığınız şəxs sizi

yaddaşından pozdu.“

Məhz bu ideya tammetrajlı bir filmin

yaranmasına səbəb oldu. Baxmayaraq ki, Mişel

bu filmə qədər elə də tanınmırdı və cəmi bir

filmi var idi, filmin ssenarisi bir çox aktyor və

aktrisalara maraqlı və cəlbedici görünürdü.

Film Fiction | Noyabr, №3

42

Təhminə

Film: Təhminə

Rejissor: Rasim Ocaqov

Ölkə: Azərbaycan

Janr: Dram, Sevgi

İl: 1993

Film Fiction xalı: 7.8

Təhminə filmi Rasim Ocaqovun

rejissorluğu ilə Anarın “Beşmərtəbəli evin

altıncı mərtəbəsi” romanı əsasında 1993-cü ildə

ekranlaşdırılmış tammetrajlı bədii filmdi.

Bəstəkarı Emin Sabitoğlu olan filmdə ölkənin ən

tanınmış kino şəxsiyyətlərindən ibarət film

komandası çalışıb. Baş rolları Həsən

Məmmədov, Zərnişan Atakişiyeva, Fəxrəddin

Manafov və Türkiyədən xüsusən film üçün

dəvət olunmuş Meral Konrat ifa etmişdi. Film

“Ocaq” studiyasının təşəbbüsü ilə çəkilib və

filmin operatoru Kənan Məmmədovdur. Film üç

şəhərdə (Sankt Peterburq- İstanbul- Bakı)

çəkilib. 1993-cü ildə Bakıda Azərbaycan

filmlərinin 2-ci festivalında film “ən yaxşı

rejissor” (Rasim Ocaqov) və “ən yaxşı aktrisa”

(Zərnişan Atakişiyeva) nominasiyasında laureat

olub. Zivər Atakişiyeva bu filmə görə ölkə

daxilində və xaricində daha bir neçə mükafat

qazanıb. İndi isə film barədə...

Film Zaur (Fəxrəddin Manafov) və

Təhminənin (Meral Konrat) uğursuz

məhəbbətindən bəhs edir. Bir vaxtlar iş yoldaşı

olanda Zaurun ağlına da gəlməzdi ki, o özündən

yaşca böyük və standart “xanım” obrazından

çox-çox uzaq olan Təhminəni sevə bilər və

sevgisi uğrunda o öz ailəsinə, valideynlərinə

qarşı çıxa bilər. Hər şeyi göz önünə alıb,

Təhminəyə görə hər bir dəlilik etməyə hazır ola

bilər. Məhəbbət onun gözlərini kor, qulaqlarını

kar edə bilər. Zaman isə onların məhəbbətini

ələkdən süzdükcə ortaya acı bir həqiqət çıxır.

Zaur daxilən zəif insandı. Və təsir altına tez düşə

bilir. Səbəbsiz qısqanclıqlar və münaqişələr

başlayır. Məhəbbət bu dəfə onları həqiqətlə

üzbəüz seçim qarşısında qoyur. Zaur bu dəfə

həyatının ən böyük səhvini edir, Təhminəni tərk

edir. Bu ayrılıq və qürur onu sonradan ömür

boyu rahat buraxmayacaq. Bunu da gözəl bilir

Zaur. Amma o göründüyü kimi güclü insan deyil

və bu dərəcədə məhəbbətin onu məhv

edəcəyindən qorxur. Məhv olan isə Zaurun

həyatında ən güclü insan olan Təhminə olur.

Təhminə tək-tənha, yarıqaranlıq mənzilində

içir, məhəbbətinə, bədbəxtliyinə, heç cür

gətirməyən taleyinə ağlayır. Təhminə ölür...

Zaur isə valideynlərinin seçdiyi qızla ailə həyatı

qurur. Amma filmin proloqunda deyildiyi kimi

“Heç bir dəniz, heç bir şəhər, uzaqlıq insanı

özündən uzaqlaşdırmağa qadir deyil”...

Film müstəqillik dövründə çəkilən ən

yaxşılardan sayılır. Filmin çəkilişlərində, filmin

ssenarisinin müəllifi Anar da iştirak edib və

rejissora məsləhətlər verib. Buna baxmayaraq

roman ssenari halına salınanda ixtisarlar filmin

sonuna da təsir edib. Rasim Ocaqov alternativ

baxış təqdim edib tamaşaçıya və hardasa

faciənin əsl sirrini və kimin haqlı, kimin haqsız

olduğunu tamaşaçının öhdəsinə buraxıb.

Film Fiction | Noyabr, №3

43

Yaşamın Kıyısında

Filmin proloqunda verilən epiloqda və sonda əsas

epiloqda verilən soundtrack Qaradəniz

solistlərindən ən məhşuru, gənc yaşında xərçəngdən

vəfat edən Kazım Koyuncunun ” Ben seni sevduyimi

” mahnısıdı. Rejissor tərzinə görə İnarittu-nun

filmlərini, “ Ölüm “ trilogiyasında olan filmlərini

xatırladır. Filmdəki dialoqlar, obrazlar olduqca təbii

alındığından bir daha Fatihin aktyor seçimini

alqışlamağa sövq edir insanı.

Film: Yaşamın Kıyısında

Rejissor: Fatih Akın

Ölkə: Türkiyə

Janr: Dram

İl: 2007

İMDB xalı: 7.9

Film Fiction xalı: 8.0

Fatih Akının rejissoru və ssenaristi olan bu

film 2007-ci ildə Kann kinofestivalında rejissoru ” ən

yaxşı ssenari ” laureatı etdi. Film üç hissədən

ibarətdi. İlk hissədə hadisələr Almaniyada, ikinci

hissə Almaniya-Türkiyədə, üçüncü hissə Türkiyədə

cərəyan edir. Altı başlıca obraz və altı ayrı-ayrı

taleləri, üç müxtəlif ailələrdə birləşdirən filmdə həm

Almaniya, həm Türkiyə qanunları, mədəniyyəti, ailə

bəndləri ustalıqla nümayiş olunur. Qoca yaşında

qızına pul göndərən fahişəni pul qarşılığı arvad edən

təqüdçü kişi, onun professor oğlu, Türkiyə anarxizm

öncüllərindən olan millətçi xanım və təsadüfən tanış

olduğu alman qızı. Qəbulolunmaz sevgi, həbs, ölüm,

vəfa və dağılmış talelərin sağ qalmaları üçün həyat

mübarizələri..

Filmdə baş rollardan birini Nurgül Yeşilçay

ifa edib və bu onun ən uğurlu və cəsarətli rolu hesab

olunur.

Film Almaniyada 2007-ci ildə ” ən yaxşı

əcnəbi dildə film ” mükafatı qazanıb.

Filmə nəyə görə baxmalısız sualına tam olmasa da

cavab verməyə çalışdım. Son olaraq onu qeyd edim

ki, kinomanlar üçün desert sayılacaq filmlərindən

biridi.

P.S. Fatih Akın bu filmi haqda: ” Filmdə olan

xarakterləri Almaniya-Türkiyə haqda qısa sənədli

filmimi çəkəndə tapdım. Bu insanlar realdırlar.

Gördüklərimin hamının görməsini istədim. Film isə

mənə bir başqa doğmadı. “

Film Fiction | Noyabr, №3

44

Afişa

11.11.11

Ölkə: ABŞ, İspaniya

İl: 2011

Rejissor: Darren Linn Bousman

Baş rollarda: Maykl Lendis, Vendi Qlen, Timoti

Qibbs, Lolo Xerrero

Janr: dəhşət, triller

Kinoteatr: Park Cinema

14 noyabra kimi seansda

Hadisələrin mərkəzində, faciə

nəticəsində həyat yoldaşını və övladını itirmiş,

tanınmış yazıçı Cozef Krondur. Faciədən sonra

özünə gəlmək üçün o Avropaya, İspaniyaya

gedir. Orada onun qardaşı Semuel və ölüm

ayağında olan atası Riçard yaşayırlar.Lakin tale

Cosefi təqib edir və bütün hadisələr müəmmalı

sürətdə 11 rəqəmi ilə bağlı olur.Cozef bu

rəqəmlə divanə olur. Tədqiqat nəticəsində o,

dünyanın müxtəlif dinlərinin dua kitablarında

verilmiş məlumatlardan nəticə çıxarır ki,

11.11.11 tarixdə müəyyən bir hadisə baş

verəcək.Qısa müddətdən sonra başa düşür ki,

11.11.11 –xəbərdarlıqdır.

Tamrının döyüşü 3D: Ölməzlər

Ölkə: ABŞ

İl: 2011

Rejissor: Tarsem Sinx

Baş rollarda: Mikki Rurk, Henri Kavill, Luk

Evans, İzabel Lukas

Janr: fentezi, savaş,drama

Kinoteatr:Park Cinema, Azərbaycan Kinoteatrı

14 noyabra kimi Park Cinema, 16 noyabra kimi

Azərbaycan Kinoteatrında seansda.

Hakimiyyət yanğısına tutulmuş

hökmüdar Hiperion insanları məhv etmək və

tanrıları alçaltmaq istəyir.Müharibə tanrısı

Aresin əlləri ilə düzəldilmiş Epir Yay, Tartar

dağlarında minillik əsirlikdə olan Titanları xilas

edir. Tanrılar ağlını itirmiş hökmdara

müqavimət göstərə bilmirlər.Yeganə ümid yeriqəhrəman

Teseydir. O Titanlarla qeyri bərabər

savaşa qoşulur. Olimp tanrıları Zevsin rəhbərliyi

altında, qabaqgörən Fedra ilə və bic kölə

Stavrosla, demonlarla döyüşdə qəhrəmana

kömək edirlər.Tesey qalib gəlməlidir, yoxsa

Olimp tanrıları alçalacaqlar.

Film Fiction | Noyabr, №3

45

Rom Gündəliyi

Ölkə: ABŞ

İl: 2011

Rejissor: Bryus Robinson

Baş rollarda: Conni Depp, Ember Herd, Aaron

Ekhart, Covanni Ribizi

Janr: drama, komediya, macəra

Kinoteatr:Park Cinema, Azərbaycan Kinoteatrı

14 noyabra kimi Park Cinema, 16 noyabra kimi

Azərbaycan Kinoteatrında seansda

1960-cı il. Nyu-Yorkun yalanla dolu

qlamur həyatından təngə gəlmiş istedadlı

jurnalist Pol Kemp prestijli nəşriyyatda işini

ataraq, romun su yerinə axdığı, hər bir şeyin –

maşınların, yaxtaların, qızların, ümumiyyətlə

həyat tərzinin qəpik-quruş dəyərində olduğu

Puetro-Rikoya yola düşür... Burada rom su kimi

axır, və maşınlar, qadınlar, yaxtalar, hər bir şey

olduqca ucuzdur.Həyatın özünün belə heç

dəyəri yoxdur...

Səma səviyyəsindən 3 metrə yuxarı

Ölkə: İspaniya

İl: 2010

Rejissor: Fernando Qonzalez Molina

Baş rollarda: Mario Kasas, Mariya Valverde,

Alvaro Servantes, Marina Salas

Janr: Sevgi

Kinoteatr: Park Cinema

14 noyabra kimi seansda

İki müxtəlif dünyalara aid iki cavanın

əhvalatı. Babi-orta təbəqəyə aid qızdır, filmdə o

mərhəmətin və paklığın rəmzidir. Açe-qiyamçı

oğlandır, özündən tez çıxan, təhlükəyə, riskə

meillidir, müxtəlif savaşlarda, motosikletlərin

qanunsuz sürülməsində onu görmək olar. Onun

hərəkətləri normal təfəkkürdən uzaqdır. Bu,

demək olar ki, inanılmazdır, amma bu iki

cavanın görüşü qaçılmazdır, və bu ağılasığmaz

səyahətdə onların arasında ilk böyük məhəbbət

hissi yaranır.

Film Fiction | Noyabr, №3

46

Uzunboğaz çəkməli pişik 3D

Ölkə: ABŞ

İl: 2011

Rejissor: Kris Miller

Baş rollarda: Antonio Banderas, Billi Bob,

Tornton Emi Sedaris Salma Xayek

Janr: cizgi, fentezi, komediya, macəra

Kinoteatr: Park Cinema, Azərbaycan Kinoteatrı

14 noyabra kimi Park Cinema, 16 noyabra kimi

Azərbaycan Kinoteatrında seansda

Şrek cizgi filminin ən sevimli

qəhrəmanlarından biri-uzunboğaz çəkməli

pişik, xəncəllərin çarpazlaşdığı,könüllərin

sınqdıqları macəra filmindədir. Qızıl yumurta

gətirən, tanınmış Qazın yumurtalarını

oğurlamaq üçün, uzunboğaz çəkməli pişik, ağıllı

Şaltay-Baltay və fərasətli Kitti ilə bu əhvalatda

birləşirlər.

Tintinin macəraları: Təkbuynuzun sirri 3D

Ölkə: ABŞ, Yeni Zellandiya

İl: 2011

Rejissor: Stiven Spilberq

Baş rollarda: Deniel Kreyq, Endi Serkis, Ceymi

Bell, Saymon Peqq

Janr: cizgi, detektiv, macəra, ailəvi

Kinoteatr: Park Cinema

14noyabra kimi seansda

Filmin baş qəhrəmanı- cavan qəzet

müxbiri Tintindir. İşi ilə əlaqədar o bütün

dünyanı gəzir və maraqlı sərgüzəştlərin

iştirakçısı olur.

Film Fiction | Noyabr, №3

47

Zaman

Ölkə: ABŞ

İl: 2011

Rejissor: Endryu Nikol

Baş rollarda: Jastin Timberleyk, Amanda

Sayfred, Aleks Pettifer, Killian Merfi

Janr: fantastika, triller, kriminal

Kinoteatr: Park Cinema

14 noyabra kimi seansda

Zamanın yeganə və ən sabit valyuta

olduğu dünyaya xoş gəlmişsiniz. Burada

insanlar elə genetik proqramlaşdırılıblar ki, 25

yaşında qocalma prosesi dayanır. Lakin sonrakı

illərin öz qiyməti var. Və beləliklə varlılar

demək olar ki, ölməz olurlar, kasıblar isə həyat

uğrunda mübarizə aparırlar. Zamanın

oğurlanması üçün qətldə günahlandırılan ,

qettodan olan Uil, girov götürülmüş qızla

qaçaraq canını qurtarır. Bax belə, daim həyata

təhlükə ilə üz-üzə gələrək onlar bu sistemə

qarşı ciddi maneyəyə çevririrlər. Və burada sual

əmələ gəlir: Kimi kimə qalib gələr? Bəlkə işə

ücüncü qüvvə müdaxilə edəcək?

Toran. Saqa. Səfəq – 1-ci hissə

Ölkə: ABŞ

İl: 2011

Rejissor: Bil Kondon

Baş rollarda: Kristen Stuart, Robert Pattinson,

Dakota Fanninq Teylor Lotner,Meqqi Qreys

Janr: triller, fentezi, melodram, dram

Kinoteatr:Park Cinema

17 noyabrdan etibarən seansda

Dördüncü hissədə Bella Svon qeyri adi

seçim qarşısında qalır: öz və ya yarı vampir yarı

insan övladının həyatı saxlamaq. O qərara qəlir

ki, övladı qalmalıdır, lakin Edvard və Kallen

ailəsinin digər üzvləri qətiyyətlə bunun

əlehinədirlər. Bellanın kömək gözlədiyi ünvan

yoxdur, amma birdən yardım gözlənilməyən

yerdən yetir. Bella və Rozali iki uşağın həyatını

xilas edirlər, amma onların heç ağlına gəlmir ki,

bu qərar hansı dəhşətli fəsadlara gətirib çıxara

bilər…

Film Fiction | Noyabr, №3

48

Viktorina

Hörmətli oxucular, oktyabr sayımızdakı “viktorina” suallarına ən tez və düzgün cavan verdiyinə

görə Şəhanə Abbasquliyeva adlı oxucumuz bizdən hədiyyə qazandı. Həmin sualların cavabları ilə sizləri

də tanış edirik:

1. “Oxucu” filmində Mixael Xannaya hansı rus yazıçısının kitabını (müəllif və kitabın adı)

sevdirir?

Cavab: “İt gəzdirən xanım”

2. Nuri Bilge Ceylanın “Uzak” filminin epizodlarının birində baş qəhrəman məhz bu dahi

rejissorun filminə baxır. Söhbət hansı rejissordan gedir?

Cavab: Andrey Tarkovski

3. SSRİ-dən Oskara göndərilməyə ən real namizəd olsada son anda ciddi səhvlərə görə geri

qaytarılan Azərbaycan filmi?

Cavab: Nəsimi

4. Cudi Lou və Reyçel Veins iki filmdə tərəf müqabili olublar. Bunlardan biri Vonq Kar Vain

“Mənim qarağatlı gecələrim” filmidi. Bəs digər film necə adlanır?

Cavab: Düşmən qapıda (Enemy at the gates)

5. “Məhəmməd Peyğəmbər” filmində Həmzə rolunu canlandıran məhşurun adı?

Cavab: Entoni Kuin

Bu dəfəki viktorinanın suallarını elektron ünvanımıza (film.fiction@box.az) ən tez göndərən

oxucumuz dünya şöhrətli rejissor Andrey Tarkovskinin filmlərindən ibarət DVD disk qazanacaq.

Beləliklə suallar:

1. Demir Mur, Natali Portman, Natalia Oreiro. Bu aktrisalardan hansı striptizçi roluna

çəkilməyib?

2. Klint İstivud və Morqan Frimana “Oskar” qazandıran film?

3. “Tərcümənin qəlizliyi” (Lost in translation) filmi ilə Frensis Ford Koppalanı nə birləşdirir?

4. 11 oskar almış 3 film var. Titanik, Üzüklərin sahibi. Bəs digər film necə adlanır?

5. Coni Depin ilk sevgilisi ona məhz bu aktyorla (aktyor həm də Conninin ən yaxın dostlarından

birin olub) xəyanət edib. Və bu xəyanət Coni Depə indiki zirvəyə ucalmasında stimul olub. Söhbət hansı

aktyordan gedir?

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!