30.01.2015 Views

idman sahəsində beynəlxalq məktəblərarası əməkdaşlıq

idman sahəsində beynəlxalq məktəblərarası əməkdaşlıq

idman sahəsində beynəlxalq məktəblərarası əməkdaşlıq

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Gəncə şəhəri 39 saylı

orta məktəb, Azərbaycan

11-16 yaş qrupuna aid qızların FT dərslərində iştirakını və

onların fiziki fəaliyyət imkanlarını artırmaq

Bizim hekayəmiz…

Partnyor məktəbimiz Archbishop Beck Katolik İdman Kolleci ilə

əməkdaşlıq edərək, biz qızların FT dərslərinə cəlb edilməsini

layihənin məqsədi kimi qarşımıza qoyduq. Bu məqsədə çatmaq

üçün Beynəlxalq İdman Həyəcanı layihəsi vasitəsilə tələbələrimiz

arasında FT və idmana marağı Ultimate Frisbee-ni FT tədris

proqramına daxil etməklə artırdıq.

Ruhlandırıcı nəticələr:

• Archbishop Beck Katolik İdman Kollecinin işçi heyəti və

tələbələri ilə əməkdaşlıq edərək biz Ultimate Frisbee üzrə

məlumat kitabları hazırladıq. Oyun qızların marağına səbəb

oldu və onun təqdimatı bizə onları FT dərslərinə cəlb etməyə

kömək etdi. Hazırda məktəbdə üç Ultimate Frisbee qızlar

komandası var

• Bizim beynəlxalq məktəblərarası əlaqəmiz sayəsində, FT və

idmana məktəb qızlarının marağı artdı, valideynlərin FT və

idmana münasibəti müsbət tərəfə dəyişdi və məktəbimizdə

FT müəllimləri FT tədrisində yeni metodlardan istifadə

etməyə başladılar

• Layihənin bir hissəsi kimi bizim Gənc Liderlər məktəbimiz,

qonşu məktəb və Gəncədəki uşaq evlərindən uşaqları cəlb

edərək mini idman festivalları təşkil etdilər. Onlar ətraf mühit

layihəsində iştirak edir və Gəncədə əhali üçün fiziki təlim

saatları təşkil edirlər. Bu fəaliyyətlər vasitəsilə məktəbimizdə

Gənc Liderlər öz liderlik bacarıqlarını təkmilləşdirdilər və idman

tədbirləri təşkil etmək və media ilə ünsiyyət yaratmaqda özünə

inam və təcrübə qazandılar.

İrəliyə baxaraq:

• Gəncədə digər məktəblər FT-yə bizim istifadə etdiyimiz yeni

yanaşma ilə maraqlandılar və bu cür fəaliyyətləri inkişaf

etdirmək üçün onlara kömək etməyimiz üçün bizim məktəbə

müraciət etdilər. Biz FT müəllimlərimizi və Gənc Liderlərimizi

bu layihə ilə tam məşğul etməyi planlaşdırırıq

• Bizim Gənc İdman Liderlik klubu Gənclər və İdman Nazirliyinin

bir hissəsi kimi qeydiyyata alınıb və biz onların idman, təhsil

və ictimai fəaliyyətlərində iştirak etməyi qarşımıza məqsəd

qoymuşuq.

Archbishop Beck Katolik

Idman Kollec

11-16 yaş qrupuna aid qızların FT –də iştirakını və onların

fiziki fəaliyyət imkanlarını artırmaq

Bizim hekayəmiz…

Gəncə şəhəri 39 saylı orta məktəbi ilə əməkdaşlıq edərək, biz

qızlar üçün idman imkanlarını yüksəltmək və onların FT və

idmana marağını artırmaq mövzusu üzərində işləməyi qərara

aldıq. Biz məktəbimizin Gənc Liderlərini komanda üzvü və lider

kimi daha yaxşı inkişaf etdirmək məqsədilə, onları bütün yaş

qruplarından olan şagirdlər üçün idman festivallarının təşkilinə

cəlb etdik.

Ruhlandırıcı nəticələr:

• Bizim Gənc Liderlər öz komanda ilə işləmə bacarığı və özünə

inam hissini yaxınlıqda olan məktəblərin ibtidai sinif şagirdləri

üçün bir neçə idman festival günlərini təşkil etməklə daha da

inkişaf etdirdilər

• Gənc Liderlər orta və böyük məktəb yaşlı tələbələr üçün

Ultimate Frisbee də daxil olmaqla, müxtəlif idman növlərində

bacarıqlarını inkişaf etdirmələri üçün böyük turnir təşkil etdilər.

Müsbət təsir, 14-15 yaşlı qızların idman fəaliyyətində iştirak

etmək üçün xüsusi həvəs göstərmələrində özünü biruzə verdi.

İrəliyə baxaraq:

• Biz məktəbimizdə Gənc Liderləri sonralar da idman və

qeyri-idman fəaliyyətlərinin təqdimatına daha da yaxından

cəlb etməyi planlaşdırırıq

• Bizim planımız Gəncədə 39 saylı məktəb ilə əlaqələri davam

etdirməkdir. Biz Gəncədən olan heyət və tələbələri tədris

proqramı və onun xaricində olan idman fəaliyyəti sahəsində

ilkin mənbə ilə praktika və təcrübə mübadiləsi məqsədilə

məktəbimizə baş çəkmələrini istərdik.

For more information on the

International Inspiration programme, visit

www.britishcouncil.org/sport-international-inspiration-home

© British Council 2010

The United Kingdom’s international organisation

for educational opportunities and cultural relations.

We are registered in England as a charity.

İDMAN SAHƏSİNDƏ BEYNƏLXALQ

MƏKTƏBLƏRARASI ƏMƏKDAŞLIQ

Səyyad,

Gənc Lider, 39 saylı Gəncə məktəbi

“Mən bu layihədə iştirak etməyimə çox

sevinirəm. Özümü dəyərli hiss edirəm

və düşünürəm ki, mənim klubum liderlik

bacarıqlarımı inkişaf etdirmək və cəmiyyətimə

faydalı olmaq üçün mükəmməl bir yerdir.”

BİRLƏŞMİŞ KRALLIQ VƏ AZƏRBAYCAN

04

www.britishcouncil.org

BIRLƏŞMİŞ KRALLIQ

VƏ AZƏRBAYCAN

İDMAN SAHƏSİNDƏ

BEYNƏLXALQ

MƏKTƏBLƏRARASI

ƏMƏKDAŞLIQ

Birləşmiş Krallıq və Azərbaycanda təsir göstəricisi

Bu buklet Birləşmiş Krallıq və Azərbaycan məktəbləri

arasında ikiillik əməkdaşlıq layihəsinin icmalıdır.

İki ölkə üzrə altı orta məktəbin daxil olduğu əməkdaşlıq,

London 2012 Olimpiya və Paralimpiya oyunlarının idmanla

bağlı rəsmi beynəlxalq irsini təşkil edən-Beynəlxalq İdman

Həyəcanı proqramının nəticəsində yaradılmışdır. İdmanın

gücündən bütün dünyada uşaq və gənclərin həyatlarını

zənginləşdirmək üçün istifadə etməyi qarşısına məqsəd

qoyan bu təşəbbüs Birləşmiş Krallığının 300 məktəbi ilə

dünyanın hər yerindən olan 300 məktəbi əlaqələndirəcək.

Azərbaycanda və Birləşmiş Krallıqda Beynəlxalq İdman

Həyəcanı proqramının icrasına Youth Sport Trust təşkilatının

spesifik dəstəyi və eləcə də Azərbaycan Respublikasının

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi kimi yerli

partnyorlarla əməkdaşlıq vasitəsilə British Council,

UK Sport və UNİCEF tərəfindən rəhbərlik edilir.

Məktəblərarası əməkdaşlıq fiziki tərbiyə (FT) və idman

sahəsində faydalı təcrübə mübadiləsinə imkan vermək

üçün və uşaqlara, gənclərə və yerli icmalara fayda vermək

məqsədilə işlənib hazırlanmışdır. Müəllimlər və məktəbin

“Gənc Liderlər” olmağa səlahiyyət verdiyi gənclər tərəfindən

rəhbərlik olunan və burada işıqlandırılan layihələr, məktəblər

və daha geniş icmalar daxilində fiziki tərbiyə (FT), idman və

oyunların tətbiqində əməkdaşlığın necə yeni novator

yanaşmalar ilə nəticələndiyini nümayiş etdirir.

Bakı şəhər 23 saylı orta

məktəb, Azərbaycan

FT vasitəsilə İngilis dili bacarıqlarını

inkişaf etdirmək

Bizim hekayəmiz…

Bizim Beynəlxalq İdman Həyəcanı layihəsində iştirakımız və

Childwall Məktəbi ilə əməkdaşlığımız bizi tələbələr arasında FT

və İdman profilini genişləndirmək üzərində işləməyə ruhlandırdı.

Məktəbimizdə biz ingilis dili və liderlik bacarıqlarından bu

məqsədə çatmaq üçün istifadə etdik.

Həvəsləndirici nəticələr:

• Biz ingilis dili və liderlik bacarıqlarını FT tədrisinə inteqrasiya

etdik və bu da öz növbəsində tələbələrimizin FT dərslərində

fəal iştirakını artırdı

• Bu layihənin beynəlxalq aspekti tələbə və müəllimlərimizi

ruhlandırdı. Cəlb olunmuş Gənc Liderlər qızışma hərəkətləri,

atletika, futbol və basketbol üçün ingilis dilində sözlər istifadə

etməklə ingilis dili bacarıqlarını inkişaf etdirmişlər

• Sonra tələbələr öz liderlik bacarıqlarını ingilis dilində

FT dərslərinin aparılmasında həlledici rol oynayaraq

inkişaf etdirmişlər

• Biz Gənc Liderlərimizin layihə üzərində işin nəticəsi kimi

onlarda özünə inam, müstəqillik və təkmilləşmiş təşkilatçılıq

bacarıqları hiss etdik

• Layihə yalnız ingilis dili və FT fənnləri üzrə deyil, həmçinin

biologiya və anatomiya dərslərinə də tələbələrin maraqlarının

artmasına təsir edib.

İrəliyə baxaraq:

• Biz layihəyə cəlb olunmuş tələbələrin sayını artırmağı

planlaşdırırıq

• Childwall ilə əməkdaşlıq edərək biz iki məktəbin şagirdləri

arasında qarşılıqlı təcrübə və ingilis dili bacarıqlarını daha

da inkişaf etdirmək üçün onlayn kommunikasiya təşkil

etməyi planlaşdırırıq.

Cardinal Heenan Katolik İdman

Kolleci, Birləşmiş Krallıq

Əlil uşaqların başqa uşaqlarla birlikdə idman tədbirlərinə

daxil edilməsi

Bizim hekayəmiz...

Lənkəran şəhəri 10 saylı orta məktəbi ilə əməkdaşlığımız

nəticəsində biz FT və idman vasitəsilə liderliyin müxtəlif fiziki

imkanlı tələbələri necə cəlb etmək gücünə malik olması və

inklüsivlik üzərində konsentrasiya olmağı qərara aldıq. Biz Əsas

Mərhələmizə 5 potensial İTPO (məktəbi tərk edəcək və İş Təhsili

və ya Praktikada Olmayacaq tələbələr ) qrupu cəlb etmək və

inklüsivlik prinsipini vurğulayaraq, onların fiziki, sosial və xüsusilə

də liderlik bacarıqlarını inkişaf etdirmək üçün proqram hazırladıq.

Bu proqramı həyata keçirmək üçün biz St.Vinsent-gözdən əlil

və qismən görənlər üçün yerli məktəb ilə əlaqələr yaratdıq.

Bizim tələbələrimiz və St.Vinsentin işçi heyəti və tələbələri ilə

idman festivalı təşkil etmək üçün əməkdaşlıq etdilər.

Ruhlandırıcı nəticələr:

• Biz Gənc İdman Liderlərimizin özünə inam və bacarıqlarında

təkmilləşmə və onların əlil tələbələrə münasibətlərində müsbət

irəliləyiş müşahidə etdik

• Bu layihədə iştirak edən Gənc Liderlərimizdən biri hazırda

Liverpulda yerləşən DAİSY- Əlil Təşkilatında işləyir

• DAİSY ilə əlaqələrimiz nəticəsində, təşkilatın üzvləri hazırda

məktəbin kurrikulumu çərçivəsində dərslər aparırlar. Bu,

tələbələrimizi DAİSY-nin 1-ci səviyyə Sertifikatı ilə təmin

olunması ilə nəticələnir.

İrəliyə baxaraq:

• Biz Lənkəran şəhəri10 saylı orta məktəbin heyət və tələbələri

ilə birlikdə çalışmaqla Liverpulun şərqində olan icmalarda

və Lənkəranda əlil tələbələr üçün məktəblərdə seminarlar

təşkil etməyi planlaşdırırıq. Yerli məktəblər ilə əməkdaşlıq

inkişaf etdiriləcək və biz DAİSY ilə əlaqə saxlamaqda

davam edəcəyik

• Biz bundan sonra hər il St.Vincent ilə işləyəcək və idman

festivalının hazırlanması və həyata keçirilməsində birgə

iştirak edcəyik.

Lənkəran şəhəri 10 saylı orta

məktəb, Azərbaycan

Başqa uşaqlarla birlikdə həmçinin əlil uşaların da idman

tədbirlərinə daxil edilməsi

Bizim hekayəmiz...

Beynəlxalq İdman Həyəcanı vasitəsilə Cardinal Heenen Katolik

İdman Kolleci ilə əməkdaşlıq bizi sağlamlıq imkanları məhdud

olan uşaqlarla işləməyə həvəsləndirdi və Lənkəranda, ilk dəfə

olaraq, onları digər uşaqlarla birlikdə təhlükəsiz və əyləncəli

idman tədbirlərinə cəlb etdik. Bizim Gənc Liderlər hər iki

məktəbdən uşaqların iştirakı ilə idman festivalı təşkil etmək

üçün Lənkəran Əlil Uşaqlar məktəbinin işçi heyəti və uşaqları

ilə birlikdə çalışdılar.

Ruhlandırıcı nəticələr:

• Bizim Gənc Liderlər əlil uşaqlarla işləmək bacarıqlarını inkişaf

etdirdilər. Onların əlil insanlara münasibətində müsbət tərəfə

dəyişiklik oldu və bu, onların məktəbdə və yerli icmada

rəftarına təsir göstərdi

• Layihəyə tələbələrin cəlb olunması nəticəsində məktəbimizdə

FT dərslərində iştirak artdı

• Əməkdaşlıq həmçinin tələbələrimizin İngilis dili bacarıqlarına

da müsbət təsir edir

• Bizim Cardinal Heenan Kolleci və Lənkəran Əlil Uşaqlar

üçün məktəb ilə birgə iş birliyimiz

• bizim məktəbin “İlin məktəbi” mükafatına layiq görülməsi

ilə nəticələndi.

İrəliyə baxaraq:

• Biz Kollec ilə əməkdaşlığımızı davam etdirəcəyik və

əlil uşaqlar ilə işləməkdə onların təcrübəsini daha

dərindən öyrənmək istərdik

• Biz, Lənkəran Əlil Uşaqlar üçün məktəb ilə FT

xaricində də əməkdaşlığımızı genişləndirməyi

qarşımıza məqsəd qoymuşuq.

Fəhmi,

Gənc Lider, 23 saylı Bakı məktəbi

Riçard,

Riçard, Gənc Lider, Cardinal Heenen Katolik İdman Koleci

“Mən həqiqətən də hər kəsə məni bu layihəyə

cəlb etdikləri üçün çox təşəkkür edirəm.

Mən çox bilik və təcrübə qazandım və əlbəttə,

ölkəm üçün yaxşı və məsuliyyətli bir vətəndaş

olmaq və bütün dünya əhalisi arasında

anlaşmanın möhkəmlənməsi üçün əlimdən

gələni edəcəyəm.”

“Əlil uşaqlar ilə işləyərkən mən lider kimi yetişdim.

Mən seminarlar apararkən daha inamlı və daha

tez uyğunlaşan və intizamlı olmağı öyrəndim.

Düşünürəm ki, şagirdlər fayda qazandılar, çünki

keçilən seminarlar onlara həqiqətən uğur əldə

etməyə imkan verdi və onların özünə hörmət

hissini artırdı. Onlar həmçinin seminarlardan

zövq aldılar, çünki bu məşğələlər əyləncəli

idi. Mən, əlil uşaqlarla işləməyə başladığıma

həqiqətən şadam, çünki bu mənə bir şəxsiyyət

kimi formalaşmağa kömək etdi.”

02 03

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!