10.02.2015 Views

Müasir gender tədqiqatlarına kulturoloji yanaşma

Müasir gender tədqiqatlarına kulturoloji yanaşma

Müasir gender tədqiqatlarına kulturoloji yanaşma

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

MÖVZU 3. MÜASİR QENDER ARAŞDIRMALARINA KULTUROLOJİ YANAŞMA

Qenderin sosiomədəni qurulma prosesini tədqiq etmək üçün kulturoloji

yanaşmanın əhəmiyyəti.

Qender sisteminin formalaşmasında «kişilik» və «qadınlıq» barədə təsəvvürlərin

rolu. «Maskulinlik» və «feminlik» qender tədqiqatlarının kateqoriyaları kimi. Qenderin

mədəni qurulma mexanizmi: qender rolları və stereotipləri, qender sosiallaşması,

qender eyniliyi və qender displeyi. «Kişi» və «qadın» təfəkkür problemi. Elmin,

ədəbiyyatın, incəsənətin, dilin qender təhlili.

Mədəniyyətin androsentrizmi və qadın marginallığı problemi. Maskulinlik və

feminliyin nisbətində androsentrizmin aradan qaldırılması və dünyanın harmonik qender

mənzərəsinin təşəkkül tapması sosiomədəni məkanda qabaqcıl dəyişikliklərin vacib

şərtləri kimi.

Əvvəlki mövzuda biz qender problemləri ilə bağlı müasir tədqiqatların qenderi hər

şeydən əvvəl sosiomədəni kateqoriya olaraq nəzərdən keçirdiyinə əsaslanaraq əsas

diqqəti qenderin sosial qurulma məsələlərinə yönəltmiş, onu bir sıra maddi-texniki,

iqtisadi, sosial-sinfi, sosial-etnik və siyasi xarakterli amillərlə əlaqəsini göstərərək,

cəmiyyətdə yaranmış qender stratifikasiyasının ümumi sosial təbəqələşmə və sosial

bərabərsizlik sistemi ilə bağlılığının ən mühüm məqamlarını əks etdirmişdik. Və bir daha

qeyd etməliyik ki, cəmiyyətdə qender sisteminin inkişafı onun tərkib elementlərinin

bitişik, hər an kəsişən və qarşılıqlı əlaqədə olan sosial və mədəni qurulma prosesi ilə

səciyyələnir. Qenderin mədəni formalaşmasının əsas məqamlarını anlamaq üçün bu

fenomenin tədqiqinə kulturoloji yanaşma olduqca vacibdir. Qender araşdırmalarına

kulturoloji yanaşmanın tətbiq sahəsi lazımınca geniş və çoxcəhətlidir. Biz yalnız

qenderin mədəni qurulmasının əsas mahiyyətini dərk etməyə imkan verən daha əsas

problemləri, proses və anlayışları açacağıq.

Qenderin mədəni qurulmasında əsas rolu çoxaspektli sosiallaşma sistemi oynayır

ki, onun gedişində insanlar qender normalarını, rol və stereotiplərini mənimsəyir. Bu

zaman «kişiliyin» və «qadınlığın» nə olduğu barədə müəyyən təsəvvürlər sırası

formalaşır. Bu təsəvvürlər ictimai varlığın bütün səviyyələrində və bütün sahələrində

təsdiqini tapır, sosial praktika gedişində müntəzəm olaraq yeniləşir və fəal şəkildə ona

təsir göstərir. Onlar kişi və qadın arasında sosial funksiyaların bölünməsini şərtləndirir;

sosial təsir, şəxslərarası ünsiyyət və gündəlik fərdi davranış gedişində ona əsaslanır;

cəmiyyətin peşə-vəzifə strukturunun və müxtəlif sahələr üzrə dövlət siyasətinin əsasını

təşkil edir. Onlar ictimai şüurda və insanların psixologiyasında fəal şəkildə biruzə olunur;

müvafiq təfəkkür tipini və dərketmə paradiqmalarını formalaşdırır; elmdə, ədəbiyyatda,

təsviri sənətdə, dildə möhkəmlənir. Qender tədqiqatlarında «kişilik» və «qadınlıq»

barədə təsəvvürün mədəni-rəmzi mənasını ifadə etmək üçün müvafiq olaraq

«maskulinlik» və «feminlik» anlayışlarından istifadə olunur. Bu kateqoriyalar qenderi

sosiomədəni fenomen kimi təhlil edən tədqiqat alətlərinin tərkib hissəsidir.

Ənənəvi olaraq formalaşmış mədəniyyətdə maskulinlik və feminlik barədə ən çox

yayılmış təsəvvürlər ondan ibarətdir ki, kişilik keyfiyyəti və dəyərlərinə dominantlığı,

təcavüzkarlığı, qətiyyətliyi, rasionallığı, fəallığı, gücü, hökmlülüyü, müvəffəqiyyətə can

atmağı və s.; qadın keyfiyyət və dəyərlərinə isə – incəliyi, yümşaqlığı, utancaqlığı və s.

aid edirlər. Və bununla bağlı olaraq dəyərlər norması formalaşmışdır ki, ona müvafiq

olaraq maskulinlik və feminliyin bir-birini tamamlamır, kəsişmir, müxtəlifsıralıdır və

assimmetrikdir. Məhz onların bu cür nisbəti də cəmiyyətdə mövcud olan qender

sisteminin əsasını təşkil edir.

Cəmiyyətin qender sisteminin müntəzəm yeniləşməsi mexanizmi nədən ibarətdir;

maskulinlik və feminlik barədə təsəvvürün ardıcıl regenerasiyası necə və nəyin

hesabına baş verir; cəmiyyətimizin sosiomədəni məkanında qender memarlığının daxili

mənbələri və özülü nədir

Hər şeydən əvvəl qeyd edək ki, insan cəmiyyətinin ilkin inkişaf dövründən

başlayaraq təşəkkül tapan sosiomədəni aləmin qender mənzərəsi qender rolları

adlanan sistemin olmasını nəzərdə tutur. Qender arışdırmalarında «qender rolu»

anlayışı altında qadın və kişinin maskulilik və feminlik barədə artıq formalaşmış

təsəvvürlərə müvafiq olaraq ənənəvi gözləməsinə əsaslanan, qəbul edilmiş davranış

modeli, nümunəsi, norma və qaydalarının məcmusu başa düşülür. Cəmiyyət bu

davranış nümunə və qaydalarını konkret sosiomədəni situasiyadan asılı olaraq kişi və

qadınlara aid edir.

Biz qender rollarının formalaşma özüllərindən birini əvvəlki mövzuda

araşdırmışdıq. Bu – əməyin cinsə görə bölümüdür ki, onun meyarı olaraq qadının

dünyaya uşaq gətirmək kimi bioloji qabiliyyəti götürülürdü və indiyə kimi də

götürülməkdədir. Müasir cəmiyyətdə əməyin qadının uşaq doğmaq qabiliyyəti əsasında

bölümünün sosial vacibliyinə çoxdan ehtiyac olmadığına, qadınların əksəriyyətinin

evdən kənarda, istehsalatda işləməsinə, kişilərin isə artıq çoxdan «ovçu və döyüşçü»

olmadığına baxmayaraq, ənənəvi qender rolları saxlanmaqdadır və qadınların xüsusi

(ev və ailə) sahədə cəmlənməsi tələb olunur. Bundan savayı, ənənəvi qender-rol

seqreqasiyası ictimai istehsalat sahəsinə də rayət etmişdir: «qadın» ixtisasları və iş

yerləri qeyri-nüfuzlu sayılır və məvacibi aşağıdır; daha nüfuzlu və yüksəködənişli

ixtisaslar daha çox kişilərinki hesab olunur.

Bütün bunlarla yanaşı əməyin ictimai bölümü və bununla bağlı olan sosial

praktika qender rollarının formalaşması üçün vacib maddi əsas rolunu oynayır; onların

aid olunması, gözlənməsi, mənimsənməsi və icrası qender münasibətlərinin mədəni

qurumunun çox mühüm elementi olan qender stereotipləri olmadan mümkün deyildir.

«Qender stereotipləri» – cəmiyyətdə maskulinlik və feminlik və ona müvafiq olaraq

davranış modeli və xarakterin xüsusiyyətləri barədə standartlaşmış və qəbul edilmiş

təsəvvürləri nəzərdə tutan sosial stereotiplərin bir növüdür. Beləliklə, maskulinlik və

feminlik haqda təsəvvürün cəmiyyətdə yayılması və qender rollarında əks olunması

prosesi qender stereotiplərinin köməkliyi ilə baş verir. Qender steteotiplərinin insana

təsiri onu bütün həyatı boyu izləyir. Qenderin mədəni quruluşunda onların rolu fərdlərin

qender sosiallaşması gedişində daha parlaq aşkar olunur. Sosiallaşmanın bütün əsas

institutları: ailə, uşaq müəssisələri, məktəb, ali təhsil, KİV, ictimai fikir və s. bu

stereotipləri müntəzəm olaraq yaymaqdadır. Özü də qender sosiallaşmasının hər bir

mərhələsi insanın şüurunda və davranışında qender stereotiplərini özünəməxsus

şəkildə təsdiq edir. Belə ki, hələ lap ilkin yaşlarından oğlan və qızlar qender

stereotiplərinin təsiri altında düşür: uşaqların geyimindəki forma və rəng müxtəlifliyi,

onlara təklif olunan oyunlardakı və oyuncaqlardakı fərq, xarakterin bəzi xüsusiyyətlərinin

həvəsləndirilməsi, digərlərinin qadağan olunması və s. – bütün bunlar aydın seçilən

«kişi» və «qadın» çaları daşıyır. Qender sosiallaşmasının sonrakı mərhələlərində

(məktəb və ali təşhsil, peşə hazırlıqı) nəinki qender stereotiplərinin təsir sahəsi

genişlənir, həm də maskulinliyin üstünlüyü baxımından onların assimmetriyası

dərinləşir. Sonralar qender rollarının və maskulinliyin və feminliyin dərk olunması ilə

bağlı stereotiplər kişi və qadınların peşə məşğulluqu sahəsinə cəlb olunmasında,

onların arasında ümumi və xüsusi sahələrin bölünməsində, gəlir imkanlarında,

hakimiyyət və nüfuz dairəsində özünü büruzə verir.

Şəxsiyyət səviyyəsində qenderin mədəni quruluşunun və müvafiq olaraq fərdlərin

qender sosiallaşmasının ən vacib elementlərindən biri qender eyniliyidir. Qender eyniliyi

fərdin maskulinlik və feminlik haqda cəmiyyətdə mövcud olan təsəvvürlərin subyektiv

təfəkkürü əsasında bu və ya digər cinsə mənsubluğunu şəxsən dərk etməsi deməkdir.

Bu, fərdin ilk öz müqəddəratını təyin etmək hüququ və onun özünüdərkinin ən sabit

elementidir. Yaş artdıqca qender eyniliyinin məzmunu fərdin maskulinlik və feminlik

arədə dəyişən təsəvvüründən asılı olaraq dəyişir. Elmi ədəbiyyatda qenderin

şəxslərarası ünsiyyəti, ayrı-ayrı fərdlər arasında bilavasitə sosial təsir səviyyəsində

mədəni quruluşu və inkişafıın daha bir vacib elementi qeyd olunur (Bax: Zdravomıslova

E. Temkina A. Sosialğnoe konstruirovanie qendera kak feministskaə teoriə – V kn.:

Jenhina. Qender. Kulğtura. M., 1999). Qender displeyi həm fərdin şəxsiyyət

özünüeyniləşdirmə prosesində, həm də şəxslərarası təsir gedişində ətrafındakıların

qender statusunun müəyyən olunmasında mühüm rol oynayır. Məsələ burasındadır ki,

şəxslərarası ünsiyyətdə həmişə təmasda olduğu partnyoru eyniləşdirmək ehtiyacı və

ünsiyyətdə etibar yaratmaq üçün öz sosiomədəni mənsubluğunu nümayiş etmək

tələbatı duyulur. Bu, qender münasibətlərinə də aiddir. Sosial təsirin hər iki tərəfinin

qender statusunu müəyyən etmək imkanı kommunikasiya prosesinin vacib şərtidir.

Mövcud qender mədəniyyəti fərddən maskulinlik və feminlik barədə cəmiyyətdə qəbul

olunmuş təsəvvürlər əsasında öz qender statusunu büruzə vermək və başqalarının

qender statusunu təyin etmək bacarığı tələb edir. Qender mənsubluğunun ifadə

vasitələri geyim, ayaqqabı, bəzək əşyaları, saç düzümü, parfümeriya və kosmetika,

mimika, əl hərəkətləri, yeriş, danışıq fərgi, uşaq yaşlarında istifadə etdiyi oyuncaqlar,

vərdişlər və əlbəttə ki, kişi və qadın orqanizminin fizioloji xüsusiyyətləri ilə şərtlənən

bədən ölçüləri ola bilər. Beləliklə, qender displeyi fərdlərin müəyyən qender şəxsiyyət

tipi olaraq qender təsirinin formal konvensional aktları vasitəsi ilə özünü təqdim etməsi

kimi müəyyən olunur. Qarşılıqlı təsir gedişində fərd cəmiyyətdə qəbul olunmuş

maskulinlik və feminlik normalarından kənara çıxırsa, o, qender problemi və qender

displeyinin pozulması vəziyyətində olur və cəmiyyət və ən yaxın sosial əhatə tərəfindən

qəbul edilməyə bilər. Məsələn, gəlinciklə oynamağa üstünlük verən oğlan, kişilərin

oturduğu masa arxasında qadının tamadalıq etməsi və s.

«Qadın» və «kişi» maskulinlik və feminlik barədə stereotip təsəvvürün

formalaşması və inkişafı baxımından qenderin mədəni quruluşunun növbəti vacib

aspekti kişi və qadın təfəkkür üslubu və müvafiq dərketmə paradiqmalarının nisbətidir.

Qadın və kişi təfəkkürü, məşhur qadın məntiqinin «düzgün» kişi məntiqindən fərqi

məsələləri yeni bir şey deyil. Bu mövzu ilə bağlı bütün mühakimələrin əsasında kişinin

«mənəvi və dərraklı» olmasından fərqlənən qadının bioloji təyinatı barədə fikir durur.

«Ana-təbiət»lə eyniləşdirilən qadının intellekt hüququ və həqiqəti autiv dərk edə bilməsi

qəbul olunmurdu. Müasir qender tədqiqatları göstərir ki, bu məsələ üzrə müzakirələrin

mahiyyəti tədricən artıq qadının məntiqi təfəkkür qabiliyyətinin olmamasına deyil,

yaşamaq haqqı olan və müəyyən hallarda «düzgün» kişi məntiqini tamamlaya bilən

«xüsusi» qadın təfəkkürü deyilən bir şeyin mövcudluğuna aparır. «Kişi» və «qadın»

təfəkkürü barədə təsəvvürün əsasında çox zaman aşağıdakılar dayanır. Kişi təfəkkürü

üçün əsas vəzifə – ilkin postulatları; bu postulatlara müvafiq olaraq əsasında ətraf real

aləmin, ideal konstruksiyanın qurulduğu qaydaları; bu konstruksiyaların tətbiq sahəsini

aydınlaşdırmaqdır. O, öz strukturuna görə iyerarxikdir: bütün deyilənlər arasında

rəhbərlik-asılılıq münasibətləri qurur. Mövcud təsəvvürlərə görə qadın təfəkkürü isə

hadisələrin və proseslərin ilkin səbəbləri haqda sualı seyrək halda qoyur. «Niyə»

sualına cavab axtaran kişi təfəkküründən fərqli olaraq qadın təfəkkürü «necə» sualını

verir. Qadın təfəkkürü ətraf aləmin strukturu ilə yox, onun dinamikası və burada düzgün

istiqamət tapmaq yolu ilə maraqlanır. O, intuitivdir: onun doğurduğu ideya və həqiqətlər

mübahisə və qarşıdurma nəticəsində ortaya çıxmır, kənardan alınmır və göydən gəlmir;

içəridən, təbiətdən verilən hikmətdən doğur. O, assosiativdir: qadınlar diqqətini hansısa

bir predmetdə toplamır, bu predmetlə bağlı olan xatirə və assosiasiyaları yenidən

yaşayır. Qadın təfəkkürü özünü ətraf aləmə qarşı qoymaqdan yox, onun hadisələrinə

şərik olmaq və müəyyən mənada özünü onunla eyniləşdirmədən ibarətdir.

Maskulin və femin dərketmə paradiqmaları ötən əsrlərin intellektual irsini

təfəkkürün hər bir növünün onda qoyduğu iz baxımından təhlil etməyə və mədəniyyət

abidələrində əks olunan və bəşəriyyətin mənəvi irsi kimi qiymətləndirilən intellektual

fəaliyyətin tamamilə və büsbütün kişi təfəkkürünün aşkarlığı olduğunu tam səhvsiz

söyləməyə imkan verir. Qadın təfəkkürünün payına isə yalnız insanın (çox vaxt kişinin)

qeyri-şüuri olaraq meyl etdiyi, lakin müəyyən stereotiplər və qadağaların təzyiqi altında

açıq şəkildə qəbul edə bilmədikləri düşür. Bununla bağlı olaraq sual ortalığa çıxır:

maskulin mədəniyyət çərçivəsində qadın təfəkkürü necə yaranır; feminist dərketmə

paradiqması necə formalaşır Məsələ burasındadır ki, cins özü-özlüyündə hansısa bir

spesifik təfəkkür yaratmır. Eyni zamanda o, insanların dünyaya gəldiyi andan

növləşdirdiyi və faktiki olaraq müxtəlif əşyalar, təyinatlar, dəyər və prioritetli mədəni

mühitdə yerləşdirdiyi əlamət rolunda çıxış edir. Buna görə də müxtəlif cinsli və bununla

bağlı olaraq ayrı-ayrı atmosferdə tərbiyə olunan uşaqlarda həm müxtəlif dünyagörüş,

həm də müxtəlif təfəkkür fomalaşmağa başlayır. Təfəkkür tərzi şəxsiyyətin bir tam

olaraq tərkib hissəsi kimi bu tamlığın bütün qalan elementləri ilə üzvi surətdə əlaqədə

olmalıdır. İnsanı isə onun cinsindən asılı olaraq öz gələcəyinə, liderliyə, hərəkətləri üçün

məsuliyyət hissinə və bir çox başqa şeylərə başqa-başqa cür yanaşmağa öyrədəndə

birinin «düzgün» məntiqi təfəkkürü şəxsiyyətin ümumi strukturuna üzvi şəkildə daxil olur,

digərində isə müəyyən məqamdan sonra aktiv narazılıq və onda yad bir şeyin olması

hissi yaradır. Qadının mənimsədiyi sosial rollar, stereotip və dünyagörüşü praktiki olaraq

öz psixikasına zərər gətirmədən kişi təfəkkürü qaydasını qəbul etməyə imkan verir.

Buna görə də «kişi» məntiqinin mövcud olduğu bütün dövr ərzində tədricən başqa bir

dünyadərki və təfəkkür tərzi formalaşmışdır (Bax: K.Skokov. «Jenskoe» mışlenie v «musulğmanskoy»

kulğture . v Kn.: Jenhina. Qender. Kulğtura. – M., 1999).

«Kişi» və «qadın» dərketmə paradiqmaları nisbətinin qender münasibətlərinin

qurulma probleminin vacib aspekti olaraq kulturoloji təhlilinin məntiqi davamı elmdə

qender yanaşmasıdır. Məlumdur ki, elmin xarakterik cəhətləri obyektivlik, rasionallıq,

ciddilik və ənənəvi olaraq maskulin atributları sayılan digər əlamətlərdir. Elmin maskulin

xarakteri biliyin yaranma prosesinin özündə belə ifadə olunur. Elm hissi dərketməni,

feminliyin büruzəsi ilə assosiasiya olunan intuisiyanı rədd edir. Elmin araşdırma obyekti

ənənəvi olaraq kişilər və maskulinlikdir. Belə ki, biologiya ümumiyyətlə «insan» anlayışı

altında məhz kişini öyrənir; tarixə da sırf kişi ənənəvi yanaşması xasdır, çünki o,

müharibələri, döyüşləri, inqilabları, sülalələrin bir-birini əvəz etməsini və s. araşdırır,

qadınların hökm etdiyi gündəlik həyat isə onun nəzər nöqtəsindən xaricdə qalır. Hətta

elmi iyerarxiya belə qender stereotiplərinin təsirinə məruz qalır və maskulin xarakter

daşıyır: riyaziyyat, fizika, iqtisadiyyat, hüquq kimi «ciddi» və «kişi» elmləri daha nüfuzlu

və hörmətli sayılır.

«Qadın» və «kişi» nisbətindəki qender bərabərsizliyinin analoji mənzərəsinə

ədəbiyyatda və incəsəntdə də rast gəlirik. Onlar kişi-ailə başçısı, qalib, döyüşçü,

mütəfəkkir obrazları ilə doludur və qadınların isə marağı, hiss və duyğuları ailə, sevgi və

seks sahəsi ilə məhdudlaşır. Bundan başqa, ədəbiyyatda qender stereotipləri yazan

subyektin «kişi», təsvir olunan obyektin isə «qadın» kimi müəyyənləşdirir. Bu stereotip,

bir tərəfdən kişi müəlliflərə üstünlük verir, onların bədii fəaliyyətini yüngülləşdirir və

əsərlərinin çap olunmasına köməklik göstərirdi. Digər tərəfdən, bu qadınların ədəbi

fəaliyyətini həmin qədər çətinləşdirir, onu kişilərin ədəbi nailiyyətinə nisbətdə

qiymətləndirmək cəhdi ilə şərtləndirirdi.

Dünyanın qender mənzərəsinin dildəki mahiyyətcə assimetrik əksi qenderin

mədəni quruculuğunun göstərilən sahələri ilə sıx şəkildə bağlıdır. Linqvistika

sahəsindəki çoxsaylı tədqiqatlar göstərmişdir ki, dil dünya mənzərəsini kişi nəzərnöqtəsindən,

kişi subyekti adından, qadının əsasən obyekt rolunda çıxış etdiyi yaxud

ümumiyyətlə nəzərdən kənarda qaldığı kişi perspektivi nəzərdə tutularaq qeydə alınır.

Hətta müxtəlif dillərdə qender assimetriyasını öyrənən feminist linqvistikası adlanan

ayrıca bir cərəyan da foormalaşmışdır. Əslində dünyanın qender mənzərəsinin dillərdə

əks olunması «insan» və «kişi» anlayışlarının eyniləşməsi kimi müşahidə olunur; onlar

bir sozlə adlanır; qadın cinsini bildirən isimlər bir qayda olaraq kişi cinsinə aid olanlardan

yaradılır və çox vaxt onlar neqativ çalarla işlədilir; kişi cinsinə aid isimlər hər hansı cinsə

aid edilə bilər (müəllim, mühəndis və s.) ki, bu da əksər hallarda qadına dildə fikir

verilmədiyindən xəbər verir; feminlik və maskulinlik kəskin şəkildə bir-birindən

ayrılmışdır və həm keyfiyyət (müsbət və mənfi qiymət), həm də kəmiyyət (maskulinliyin

üstün olması) nisbətində qarşı-qarşıya qoyulur (Bax: Kirilina A.V. Qender: linqvistiçeskie

aspektı. – M., 1999).

Maskulinliyin və feminliyin nisbəti ilə bağlı mədəni təhlilin yuxarıda göstərilən

aspektləri tam aydınlığı ilə ənənəvi mədəniyyətə androsentrizmin xas olduğunu sübut

edir. O göstərir ki, kişiyə aid, maskulin olan şeylər mədəni məkanın mərkəzindədir və

üstün kimi nəzərdən keçirilir; bütün qadına aid olan, femin şeylər isə bu məkanın

sərhədinə sıxışdırılmışdır və ikinci dərəcəli kimi başa düşülür. Kişi keyfiyyətləri, bacarığı,

hərəkət və meyilləri ümuminsani normativ kimi, qadın, femin olanlar isə – həmin

normativdən kənarlaşma olaraq nəzərdən keçirilir. Maskulinliyin feminlik üzərində

üstünlüyü mədəniyyətin patriarxal xarakterini təyin edrərək qadının bu mədəniyyətdən

tədricən çıxarılması,yaxud qadın marginallığı vəziyyyətini yaratmışdır. İctimai şüurda

qadın marginallığının əks olunması qadına münasibətdə ayrı-seçkili stereotiplərin

formalaşması və təsdiqidir ki, onu bütün rəngarəngliyi ilə aşağıdakı məqamlara aid

etmək olar: kişi və qadının (müvafiq olaraq yaradan və ev sahibəsi) müxtəlif təyinatlığı

ilə bağlı stereotiplər; qadının psixoloji keyfiyyətlərinin («kişi» rasionallığından fərqlənən

«qadın» emosionallığı) neqativ qiyməti; əxlaqa görə qadına qarşı kişiyə olandan daha

ciddi ictimai fikrin mövcudluğu; qadının yalnız cinslə və bioloji funksiyalarla

eyniləşdirilməsi. Bu və qadının mədəniyyətdən sıxışdırılması prosesini əks etdirən

meyillər və müvafiq olaraq onun ayrı-seçkili vəziyyəti qenderin sosial və mədəni

qurulma səviyyələrində özünü büruzə verir. Müasir qender araşdırmaları və qender

metodologiyasının sosiomədəni reallığın təhlilində tətbiqi «kişi» və «qadın»

başlanğıclarının qarşı-qarşıya qoyulması və sosial tərəqqi baxımından onlardan birinin

(indiki halda «kişi» başlanğıcının) üstünlük təşkil etdiyinin əsassızlığını sübut etdi.

Müasir dünyanın iddialı və assimmetrik qender mənzərəsi tədricən ictimai inkişafda

sosial-mədəni döngə yaradır. Qenderin sosial və mədəni quruculuğu keyfiyyətcə yeni

məzmuna malik olmalıdır ki, burada maskulinlik və feminlik bir-birini tamamlasın və

zənginləşdirsin. Yalnız bu hər bir şəxsin daha tam şəkildə özünü reallaşdırmasına

imkan yaradar və indiyə kimi insan sivilizasiyasının qandalda olan harmonik inkişaf

mexanizmlərini təhkimdən azad etməyə kömək edər.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI

1. Виноградова Т.В., Семенов В.В. Сравнительное исследование познавательных

процессов у мужчин и женщин: роль биологических факторов.// Вопросы

психологии. – 1993, №2.

2. Горошко Е. Пол, гендер, язык.// Женщина. Гендер. Культура. - М., 1999

3. Доманов О. Некоторые этические аспекты феминизма и эмансипации. //

Женщина. Гендер. Культура. – М., 1999

4. Жеребкина И. «Прочти мое желание …». Постмодернизм. Психоанализ.

Феминизм. – М., 2000

5. Здравомыслова Е., Темкина А. Социалное конструирование гендера как

феминистская теория. // Женщина. Гендер. Культура. – М., 1999

6. Дж.Лорбер, С.Фаррелл. Принципы гендерного конструирования.// Хрестоматия

феминистских текстов. Переводы. – СПб., 2000

7. Кирилина А.В. Гендер: лингвистические аспекты. – М., 1999

8. Маркова О.Ю. Гендерные измерения современного общества.// Отчуждение

человека в перспективе глоболизации мира. Сборник статей. Выпуск 1. –СПб.,

2001

9. Нечаева Н.А. Идеал женщины в структуре гендерных картин мира. //

Гендерные тетради. Выпуск второй. – СПб., 1999

10. Сеитова М. Социально-культурное значение пола: проблемы теоретизации. //

Пол женщины. – Алматы, 2000

11. Скоков К. «Женское» мышление в «мужской» культуре. // Женщина. Гендер.

Культура. – М.,1999

Феминизм и гендерные исследования. Хрестоматия. Под общ. Ред.

В.И.Успенской. – Тверь, 1999

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!