26.03.2015 Views

1. Ümumi məlumat Ərazisi - Xarici İşlər Nazirliyi

1. Ümumi məlumat Ərazisi - Xarici İşlər Nazirliyi

1. Ümumi məlumat Ərazisi - Xarici İşlər Nazirliyi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

1. Ümumi məlumat

Ərazisi: 323,802 min kv. km

Əhalisi: 4,660,539 mln. (2010)

Paytaxtı: Oslo

Milliyyət: Norveçlilər

Etnik qruplar: Norveçlilər (94.4%, 60 000 sami daxil olmaqla), digər avr opalılar

3.6%, digərlər 2% (2010)

Əhalinin artımı: 0.341% (2010)

Yaş həddi: Ümumi əhali 79.95 il. Kişilər 77.29 il, Qadınlar 82.74 il (2010)

Din: Norveç Kilsəsi (85.7%), roma katoliklərı 1%, digər xristianlar 2.4%, müsəlman

(1.8%), digərləri 8% (2010-ci il)

Dil: Norveç dili

Pul vahidi: Norveç kronu

İnzibati bölgüsü: 19 əyalət (fülker); Akershus, Aust -Agder, Buskerud, Finnmark,

Hedmark, Hordaland, More og Romsdal, Nordland, Nord-Trondelag, Oppland, Oslo,

Ostfold, Rogaland, Sogn og Fjordane, Sor-Trondelag, Telemark, Troms, Vest-Agder,

Vestfold

Milli bayramı: Konstitusiya günü 17 may (1814)

Dövlət quruluşu: Konstitusiyalı monarxiya

İcraedici orqan:Dövlət başçısı Kral V Harald (17 yanvar 1991 -ci ildən). Hökumət

başçısı Baş Nazir Yens Stoltenberg (17 oktyabr 2005-ci ildən)

Kabinet: Hökuməti kral təyin edir və Parlament təsdiqləyir.

Qanunverici orqan: Təkpalatalı parlament (Stortinq) 169 üzv, mü əyyən məqsədlə

parlament 2 palataya bölünür: üzvlərdən ¼-i Lanqtinqə, ¾-ü odelstinqə seçilir.

Deputatlar 4 illik müddətə proporsional seçki sistemi əsasında birbaşa səsvermə ilə

seçilir. Son seçkilər 14 sentyabr 2009-ci ildə keçirilmişdir. Növbəti seçkilər 2013-cü

ilin sentyabrında keçiriləcəkdir

Seçki nəticələri və partiyaların liderləri:Norveç İşçi Partiyası 35.4% (Jens

Stoltenberq), Tərəqqi partiyası 22.9% ( Siv Jensen), Mühafizəkarlar partiyası 17.9%

(Erna Solberq), Sosialist-sol partiyası 6.2% (Kristin Halvorsen), Mərkəz partiyası

6.2% ( Liv Signe Navarsete), Xristian Xalq partiyası 5.5% ( Dagfinn Hoybraten),

Liberal partiyası 3.9% (Lars Sponheim). Yerlər: Norveç İşçi Partiyası 64, Tərəqqi

partiyası 41, Mühafizəkarlar partiyası 30, Sosialist-sol partiyası 11, Mərkəz partiyası

11, Xristian Xalq partiyası 10, Liberallar 2.

Məhkəmə Hakimiyyəti: Kralın təyin etdiyi Ali Məhkəmə (Hoyesterett) tərəfindən

həyata keçirilir

2. İqtisadiyyat

Sənaye: Neft və qaz, yeyinti məhsulları, gəmiqayırma, kağız materialları, metallar,

kimyəvi maddələr, yüngül sənaye, balıqçılıq

Neft istehsalı: Gün ərzində 2.35milyon barel (2010)

Neft istehlakı: Gün ərzində 204 100 barel (2010)

Neft ehtiyatları: 6.68 milyard barel (yanvar 2010)

Qaz ehtiyatları: 2.313 trilyon kub metr (yanvar 2010)

Kənd təsərrüfatı: Arpa, buğda, kartof, donuz əti, mal əti, süd, balıq

İşçi qüvvəsi: 2.59 milyon (2010 ). Kənd təsərrüfatı 2.9%, sənaye 21.1%, xidmətlər

76%

Ümumi daxili məhsul: $ 353 milyard (2010)

İşsizlik: 3.2% (2010)

İnflyasiya: 2.3% (2010)

Büdcə: Gəlirlər: $ 208.6 milyard, xərclər: $ 171.3 milyard (2010)

İxrac: $ 122.8 milyard (2010)

İxrac məhsulları: neft və neft məhsulları, maşınqayırma, avadanlıq, metallar, kimya

məhsulları, gəmilər, balıq

İxrac tərəfdaşları: Böyük Britaniya 24.28%, Almaniya 13.4%, Niderland

10.87%, Fransa 8.55%, İsveç 5.76% ABŞ 4.82% (2010)

İdxal: $ 65.84 milyard (2010)

İdxal məhsulları: Maşınqayırma, avadanlıq, kimya məhsulları, metallar, yeyinti

məhsulları

İdxal tərəfdaşları: İsveç 13.86%, Almaniya 12.89%, Danimarka 6.78%, Böyük

Britaniya 6.01 %, ABŞ 6.16% (2010)

Xarici borcu: 548.1 milyard $ (2010)

Asılı əraziləri: Bouvet adası, Yan Mayen, Svalbard.

Beynəlxalq mübahisələr: Norveç Antarktikadaki Kraliça Maud torpağı və onun

kontinental şelfinə öz hüququnu tələb edir. Norveç və Rusiya arasında Barens

dənizindəki sərhədlərə və Rusiyanın Svalbard ərazi sərhəddindən kənarda balıq

tutmasına dair mübahisə davam edir.

3. Xarici siyasət

Xarici siyasətin əsas vəzifəsi ölkə əhalisinin təhlükəsizliyini, dövlətin suverenliyini

və siyasi müstəqilliyini təmin etməkdir. Bu məqsədlə Norveç sıx beynəlxalq

əməkdaşlığa və bütün qonşu dövlətlərlə yaxşı əlaqələr qurmağa əhəmiyyət verir.

NATO-ya üzvlük Norveçin xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Norveç sülhün bərpası, silahsızlaşma, silahlara nəzarət və münaqişələrin qarşısının

alınması sahəsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa önəm verir.

Norveçin xarici siyasətinin əsas istiqamətləri:

İnkişaf üçün əməkdaşlıq – BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır;

prioritet sahələr: ətraf mühit, davamlı inkişaf, gender bərabərliyi, korrupsiya ilə

mübarizə, neft və enerji, insan hüquqları və humanitar yardım;

Uzaq Şimalın mənimsənilməsi – bu regionda Norveçin öz suveren hüquqlarını

həyata keçirməsi və balıq və enerji ehtiyatlarının idarə olunması; Norveçin Uzaq

Şimal siyasəti ətraf mühitin qorunması, məskunlaşmanın dəstəklənməsi, biznesin

2

inkişafı və Rusiya, eləcə də digər şimal tərəfdaşları ilə əməkdaşlığın inkişafını əhatə

edir;

Humanitar yardımın göstərilməsi; Humanitar yardımların ayırılmasında

Norveç uşaqlar, qadınlar, azlıqlar və köklü xalqları prioritet qruplar hesab edir.

Norveçin mövqeyinə əsasən humanitar yardım siyasi fəaliyyəti əvəz etməməli, onu

tamamlamalıdır; BMT bu proseslərdə həlledici rola malikdir; Qırmızı Xaç və QHTlər

əhəmiyyətli rol oynayırlar;

Sülhün dəstəklənməsi və mübahisələrin nizamlanması prosesinə töhfə vermək;

bu prosesdə sülh müqaviləsi bağlandıqdan sonrakı dövrü də əhatə etməklə

uzunmüddətli siyasi və iqtisadi iştirak;

Beynəlxalq hüquq və insan hüquqlarına hörmətin təşviq edilməsi, Şimal və

Cənub arasında iqtisadi fərqlərin azaldılması.

4. İkitərəfli münasibətlər

Qısa tarixi məlumat - Norveç Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 2

yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci

ildə qurulmuşdur. 1998-ci ilin iyul ayının 22-də Norveç Krallığının Azərbaycanda

səfirliyi açılmışdır.

Rəsmi əlaqələrin ardıcıllığı (xronikası)

24 – 25 aprel 1996-cı ildə Azərbaycan Prezidenti H.Əliyev Norveçə səfər etmiş,

Norveç Kralı V Harald, Baş nazir Q.Brundtland, Stortinqin sədri K.Qrendal, Xarici

İşlər naziri B.Qodal və Energetika və Sənaye naziri Y.Stoltenberq ilə görüşlər

keçirmişdir.

25 mart – 1 aprel 1998-ci ildə Azərbaycan Milli Məclisinin sədri M.Ələsgərov

Norveçə səfər etmişdir.

22 - 25 fevral 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər naziri V.Quliyevin

başçılıq etdiyi nümayəndə heyəti Norveçə rəsmi səfər etmişdir.

11 - 15 fevral 2001-ci ildə Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Norveçə rəsmi səfər etmişdir.

21 - 24 yanvar 2003-cü ildə Norveç XİN-in ABŞ, Kanada, Rusiya və digər MDB

ölkələri ilə Təhlükəsizlik siyasəti və ikitərəfli əlaqələr Departamentinin Direktoru

Yorq Villi Bronebakk və icraçı katibi x-m Ğöril Yohansendən ibarət nümayəndə

heyəti Bakıda səfərdə olmuşdur.

2 - 3 iyul 2003-cü ildə Xarici İşlər nazirinin müavini X.Xələfov XİN-lərarası

məsləhətləşmələr keçirmək məqsədilə Norveçdə səfərdə olmuşdur.

26 – 29 sentyabr 2003-cü ildə Norveçin Mədəniyyət Nazirinin müavini xanım

B.Gjerlov Şəkinin Kiş kəndində Norveç hökuməti tərəfindən bərpa edilmiş Alban

kilsəsinin açılışı mərasimində iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir. 28

sentyabrda kilsənin açılış mərasimində Mədəniyyət Naziri P.Bülbüloğlu iştirak

etmişdir.

3

7 – 8 noyabr 2003-cü ildə Norveçin Xarici İşlər Nazirliyinin Dövlət Katibi

K.Traavikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

23 fevral – 1 mart 2004-cü ildə Norveçin Türkiyə və eyni zamanda Azərbaycandakı

Səfirliyinin Hərbi Attaşesi polkovnik O.Nordbö Bakıya səfər etmişdir. Səfər zamanı

qonaq Müdafiə Nazirliyində görüşlər keçirmişdir.

24 – 28 may 2004-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət Naziri

P.Bülbüloğlu Norveçin Mədəniyyət və Dini məsələlər üzrə naziri xanım

V.Hauglandın dəvətlə Norveçə səfər etmişdir.

18 - 19 iyun 2004-cü ildə Norveç XİN-in ABŞ, Kanada, Rusiya və digər MDB

ölkələri ilə Təhlükəsizlik siyasəti və ikitərəfli əlaqələr Departamentinin Direktoru,

Baş Katibin müavini Yorq Villi Bronebakk Bakıya səfər etmişdir. Səfər zamanı

qonaq Nazir müavini X.Xələfov tərəfindən qəbul edilmişdir.

19 – 20 sentyabr 2004-cü ildə Norveçin Energetika Nazirinin müavini, Dövlət

Katibi O.Ulset «Əsrin Müqaviləsi»-nin imzalanmasının 10-cu ildönümünə həsr

olunmuş mərasimdə iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş, Azərbaycan

Respublikasının Prezidenti İ.Əliyev tərəfindən qəbul olunmuşdur.

12 – 13 oktyabr 2004-cü ildə Norveçin Xarici İşlər Naziri, Avropa Şurasının

Nazirlər Komitəsinin sədri Y.Petersenin başçılıq etdiyi nümayəndə heyəti Bakıya

səfər etmiş, Azərbaycan Prezidenti İ.Əliyev, Milli Məclisin sədri M.Ələsgərov və

Xarici İşlər naziri E.Məmmədyarov tərəfindən qəbul olunmuşdur.

10 – 13 noyabr 2004-cü ildə Norveç XİN-in Baş Direktorunun müavini D.Halvorsen

Bakıya səfər etmiş, Nazir müavini M.Məmməd-Quliyev tərəfindən qəbul

olunmuşdur.

23 – 26 noyabr 2004-cü ildə Norveçin Mədəniyyət və Kilsə Məsələləri üzrə naziri

V.Hauqland Azərbaycana səfər etmiş, Baş nazirin müavini E.Əfəndiyev, Mədəniyyət

naziri P.Bülbüloğlu, Xarici İşlər nazirinin müavini X.Xələfov tərəfindən qəbul

olunmuşdur.

16 may 2005-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət

başçılarının Varşavadakı III zirvə toplantısı zamanı Azərbaycan Prezidenti İ.Əliyev

Norveçin Baş naziri K.M.Bondeviklə görüşmüşdür.

24 – 27 may 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Azərbaycan

hissəsinin açılış mərasimində iştirak etmək üçün Norveçin Dövlət Katibi, Energetika

nazirinin müavini O.Ulset Bakıya səfər etmişdir. 26 mayda O.Ulset Prezident

İ.Əliyev tərəfindən qəbul olunmuşdur.

31 avqust – 2 sentyabr 2005-ci ildə Norveçin Xarici İşlər Nazirliyinin Dövlət Katibi

Kim Traavik Azərbaycana səfər etmiş, Azərbaycan Prezidenti İ.Əliyev və Xarici İşlər

Naziri E.Məmmədyarov ilə görüşmüşdür.

5-13 may 2006-cı ildə Norveç XİN-in Dövlət Katibi K.Skoqrand siyasi

məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmiş, Xarici İşlər naziri

E.Məmmədyarov, nazir müavinləri X.Xələfov və M.Məmməd-Quliyev ilə görüşlər

keçirmişdir.

17 yanvar 2007-ci ildə Azərbaycana yeni təyin olunmuş Norveç Krallığının Səfiri

Con Ramberq Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovla

görüşmüşdür.

4

22 yanvar 2007-ci ildə Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri

Con Ramberq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz

etimadnaməsini təqdim etmişdir.

15 fevral 2007-ci ildə Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri

C.Ramberq Xarici İşlər nazirinin müavini X.Xələfov tərəfindən qəbul olunmuşdur.

01-02 may 2007-ci ildə Norveç XİN-nin Təhlükəsizlik İdarəsinin Baş Direktorunun

müavini xanım Anita Nergaard və müşavir Marit Sandenin siyasi məsləhətləşmələr

aparmaq məqsədilə Azərbaycana səfər etmiş və Xarici İşlər nazirinin müavinləri

X.Xələfov və A.Əzimov ilə görüşlər keçirmişdir.

25 may 2007-ci ildə Norveç Kralı Harald V Azərbaycan Respublikası Prezidenti

cənab İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərmişdir.

05-08 iyun 2007-ci ildə Norveçin Neft və Energetika nazirinin müavini xanım Anita

Utseth Bakıda keçirilən Neft və Qaz Beynəlxalq sərgisində Norveç Krallığını təmsil

etmişdir. Səfər çərçivəsində xanım A.Utseth Azərbaycan Respublika Prezidenti cənab

İlham Əliyev və Dövlət Neft Fondunun sədri Ş.Movsumov ilə görüşlər keçirmişdir.

28 sentyabr 2007-ci ildə Nyu-Yorkda BMT-nin BA-nın 62-ci sessiyası zamanı

Norveçin Xarici İşlər naziri Y.Q.Storun Azərbaycan Respublikasının Xarici İşlər

naziri E.Məmmədyarovla görüşü keçirilmişdir.

7 noyabr 2007-ci ildə Norveç XİN-nin Təhlükəsizlik İdarəsinin Baş Direktoru Kare

R.Aas siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmiş və Xarici

İşlər Nazirliyində görüşlər keçirmişdir.

4-7 dekabr 2007-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri

E.Məmmədyarov Norveçə rəsmi səfər etmiş, Norveçin Xarici İşlər Naziri Y.G.Stor,

Norveç Parlamentinin (Stortinq) xarici əlaqələr üzrə daimi komitəsinin sədri

U.Akselson, Norveçin Energetika və Neft Nazirliyinin Dövlət Katibi xanım Liv

Monika Stubxolt, Norveçin Energetika və Neft naziri xanım Aslauq Haqa, “Statoyl-

Hidro” şirkətinin rəhbəri H.Lund ilə görüşlər keçirmiş, Norveçin Beynəlxalq

Problemlər İnstitutunun tələbə və professor-müəllim heyəti qarşısında “Azərbaycanın

Avro-Atlantik strukturlara inteqrasiyası və enerji təhlükəsizliyinin əhəmiyyəti”

mövzusunda mühazirə oxumuşdur.

28-29 aprel 2008-ci ildə Norveç Krallığının Xarici İşlər Naziri Y.G.Store AR-də

rəsmi səfərdə olmuş, Azərbaycan Respublikası Prezidenti, Baş naziri və Xarici İşlər

naziri ilə görüşmüşdür.

23 may 2008-ci ildə Norveç Kralı Harald V Azərbaycanın Müstəqilliyinin 90 illiyi

ilə əlaqədar AR Prezidentinə təbrik məktubu göndərmişdir.

4 iyun 2008-ci ildə Norveçin Energetika və Neft Nazirliyinin Dövlət Katibi xanım

Liv Monika Stubxolt Bakıda keçirilən Neft və Qaz Beynəlxalq sərgisində Norveç

Krallığını təmsil etmişdir. Səfər çərçivəsində xanım Liv Monika Stubxolt Azərbaycan

Respublikası Prezidenti cənab İlham Əliyev və Xarici İşlər nazirin müavini

X.Xələfov ilə görüşmüşdür.

18 sentyabr 2008-ci ildə Norveçdə Azərbaycan-Norveç biznes forumu keçirilmişdir.

19 sentyabr 2008-ci ildə Azərbaycanın Norveçdəki səfiri R.İbrahimov və

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Norveçdə

səfərdə olan nümayəndə heyətinin üzvləri Oslo Universitetinin professor-müəllim

heyəti, siyasi elmlər fakültəsinin tələbələri, NAYO (Norveç Azərbaycanlıları Gənclər

5

Təşkilatı) və iqtisadi institutların təmsilçiləri ilə görüş keçirmişdirlər. Görüş zamanı

Cənubi Qafqazda, xüsusilə Azərbaycandakı siyasi, iqtisadi vəziyyət, Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki iqtisadi proseslər, o cümlədən

investisiya imkanlarından barədə ətraflı məlumat verilmişdir.

2 oktyabr 2008-ci ildə Norveçin Xarici İşlər nazirinin müavini R.Yohansen Bakıya

səfər etmiş, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə görüşmüş və

Xarici İşlər nazirliyində məsləhətləşmələr keçirmişdir.

8-11 mart 2009-cu ildə Norveç Hökumətinin Təhlükəsizlik Siyasəti Komissiyasının

üzvləri Bakıda səfərdə olmuş, Xarici işlər nazirinin müavini A.Əzimovla görüş

keçirmişdir.

2 iyun 2009-cu ildə Norveç Krallığının Dövlət Katibi, Neft və Energetika nazirinin

müavini Robin Martin Kaas Azərbaycanda səfərdə olmuş, Prezident İ.Əliyev, Sənaye

və Energetika naziri N.Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Ş.Mövsümov

və Xarici İşlər nazirinin müavini X.Xələfovla görüşmüşdür.

17-19 iyun 2009-cu ildə Ədliyyə naziri F.Məmmədov Avropa Şurası Ədliyyə

nazirlərinin 29-cu Konfransında iştirak etmək məqsədilə Norveçdə səfərdə olmuşdur.

6-7 sentyabr 2009-cu ildə Xarici İşlər Nazirliyinin Birinci (Qərb) Ərazi İdarəsinin

rəisi R.Mustafayev ikitərəfli siyasi məsləhətləşmələr keçirmək məqsədilə Osloda

səfərdə olmuş, Norveç Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Siyasəti və Yuxarı

Şimal İdarəsinin rəisi Steffen Kongstad, Statoil şirkətinin xarici əlaqələr üzrə vitseprezidenti

Hans-Aasmund Frisak ilə görüşmüşdür.

22-25 oktyabr 2009-cu ildə Norveçin Ədliyyə və Polis İşləri Nazirliyinin baş katib

Morten Ruud, baş direktor Karin Bugge, nazirliyin əməkdaşları Sissel Uilsqard və

Heidi Bottolfdan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş, Ədliyyə

naziri F.Məmmədov, Dövlət Miqrasiya Xidmətinin rəisi A.Rəhimov, İnsan Hüquqları

üzrə Müvəkkil E.Süleymanova ilə görüşmüşdür.

12 noyabr 2009-cu ildə Norveçin Əmək Nazirliyinin Mette Ono Njöte, Knut Felberq

və Age Gustaddan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş, Dövlət

Miqrasiya Xidmətinin rəisi A.Rəhimov ilə görüşmüşdür.

6-9 fevral 2010-cu ildə Norveçin Ədliyyə və Polis Naziri Knut Storberget

nümayəndə heyəti ilə Bakıda səfərdə olmuş, Ədliyyə naziri F.Məmmədov, Milli

Məclisin Sədri, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri

Ə.Hüseynovla, Ali Məhkəmənin sədri ilə görüşmüşdür.

31 may-3 iyun 2010-cu ildə Norveçin XİN-in Xəzər dənizi və Mərkəzi Asiyanın

enerji məsələləri üzrə Xüsusi Məsləhətçisi səfir Elizabet Valaas və Neft və Enerji

Nazirliyinin Baş Məsləhətçisi xanım Jorunn Salthella 17-ci Beynəlxalq Xəzər Dəniz

və Qaz Konfransında iştirak etmək məqsədilə Bakıda səfərdə olmuş, Xarici İşlər

nazirin müavini X.Xələfov ilə görüşmüşdür.

29 sentyabr 2010-ci ildə Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri

Erling Skjonsberg Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə öz

etimadnaməsini təqdim etmişdir.

6

5. Müqavilə-hüquq bazası

Azərbaycanla Norveç Krallığı arasında 9 sənəd imzalanmışdır:

1. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası və Norveç Təhqiqat

Şurası arasında elmi əməkdaşlıq sahəsində Anlaşma Memorandumu. Bakı, 22 Noyabr

1994.

2. Azərbaycan Respublikası və Norveç Krallığı arasında ikiqat vergiyə cəlb

etməyə yol verilməməsi, gəlirlərə və kapitala görə vergilərin ödənilməsindən

yayınmanın qarşısının alınması haqqında Konvensiya. Oslo, 24 aprel 1996

Azərbaycan Respublikasının 136-IQ saylı, 25 iyun 1996-cı il tarixli Sərəncamı ilə

təsdiq edilmişdir.

19 sentyabr 1996-cı il tarixindən qüvvəyə minmişdir.

3. Azərbaycan Respublikası Hökuməti və Norveç Sənaye və Enerji Nazirliyi

arasında Niyyət Məktubu. Bakı, 25 sentyabr 1996

4. Azərbaycan Respublikası və Norveç Krallığı arasında sərmayəni dəstəkləmə və

qarşılıqlı müdafiə haqqında Razılaşdırılmış Protokol. Bakı, 25 sentyabr 1996

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Norveç Krallığının Xarici

İçlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Oslo, 23 fevral 2000

Azərbaycan Respublikası Prezidentinin 476 saylı, 15 iyul 2000-ci il tarixli

Sərəncamı ilə təsdiq edilmişdir.

6. Azərbaycan Respublikası Hökuməti və Norveç Sənaye və Energetika Nazirliyi

arasında energetika sahəsində əməkdaşlıq haqqında Memorandumun (21 noyabr

1994-cü ildə Bakıda imzalanmış) həyata keçirilməsinə dair Protokol. Oslo, 24 aprel

1996

7. Azərbaycan Respublikası və Norveç Krallığı arasında Birgə Bəyannamə. Oslo,

24 aprel 1996

8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Norveç Krallığının Xarici

İçlər Nazirliyi arasında azərbaycanlı diplomatların təlim keçmələrinə dair əməkdaşlıq

haqqında Saziş. Bakı, 31 oktyabr 2007-ci il

9. Azərbaycan Respublikası və Norveç Krallığı arasında Dostluq

münasibətlərinin və əməkdaşlığın gələcək inkişafı haqqında Birgə Bəyannamə. Oslo,

4 dekabr 2007

6. Tərcümeyi-hallar

Norveçin Baş naziri Jens Stoltenberq

16 mart 1959-cu ildə anadan olmuşdur. Oslo Universitetinin İqtisadiyyat fakültəsini

bitirmişdir.

1985-1989 - İşçi Gənclər Liqasının sədri

1989-1993 - Parlamentin əlavə üzvü

1990-1991 - Ətraf mühit Nazirliyində dövlət katibi

1991-1993 - Parlamentin Sosial məsələlər daimi Komitəsinin üzvü

7

1993 - Parlamentin üzvü

1993-1996 - Ticarət və energetika naziri

1996-1997 - Maliyyə naziri

1997-2000 - Parlamentin Neft və enerji məsələləri üzrə daimi Komitəsinin sədri

2000-2001 - Baş nazir

2001-2005 - Parlamentin Xarici İşlər məsələləri üzrə daimi Komitəsinin üzvü

17 oktyabr 2005-ci ildən Baş Nazirdir.

Evlidir, iki övladı var

Norveç Parlamentinin sədri Dag Terje Andersen

27 may 1957-ci ildə Frogn şəhərində anadan olmuşdur.

1983-1987 - Lardal bələdiyyə şurasının üzvü

1987-1992 - Lardalın meri

1992 - Xarici İşlər Nazirliyində siyasi müşavir

1992 - Sosial Məsələlər Nazirliyində dövlət katibi

1992-1996 - İşçi Partiyasının katibi

1996-1997 - Kənd Təsərrüfatı naziri

1997-2000 - Parlamentin maliyyə komitəsinin üzvü

2000-2001 - Parlamentin maliyyə komitəsinin sədri

2001-2005 - İqlim və Ətraf mühit üzrə beynəlxalq tədqiqatlar Mərkəzinin icraedici

şurasının sədri

2005-2006 - Parlamentin yerli hakimiyyət və ictimai idarəetmə daimi komitəsinin

sədri

2006-2008 - Ticarət və Sənaye naziri

2008-2009 - Əmək və həmrəylik naziri

2009-cu ildən Parlamentin spikeridir.

Norveçin Xarici İşlər naziri Jonas Gahr Storen

25 avqust 1960-cı ildə anadan olmuşdur.

1981-1985 - Paris Siyasi Elmlər İnstitutunda tarix və siyasi iqtisad üzrə dərəcə

almışdır.

1986-1989 - Norveç İdarəetmə Universitetində tədqiqatçı

1989-1995 - Baş nazirin ofisində xüsusi müşavir

1995-1998 - Baş nazirin ofisində İnformasiya İdarəsinin baş direktoru

1998 - BMT-nin Cenevrədəki ofisində Norveçin səfiri

1998-2000 - Ümumdünya Səhiyyə Təşkilatında qərargah rəisi

2000-2001 - Baş nazirin ofisində dövlət katibi və qərargah rəisi

2003-2005 - Norveç Qırmızı Xaç cəmiyyətində baş katib

2005-ci ildən Xarici İşlər naziridir.

Norveç, ingilis, fransız dillərini mükəmməl, alman dilini işçi səviyyədə bilir.

Evlidir, üç övladı var.

8

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!