10.07.2015 Views

Yüklə - Təhsil Nazirliyi

Yüklə - Təhsil Nazirliyi

Yüklə - Təhsil Nazirliyi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Baş redaktor:Redaksiya şurası:Misir Mərdanovİsgəndər İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova,İlham Pirməm mədov, Gültəkin Hüseynova (baş redaktorunmüavini), Əsgər Quliyev (məsul katib), Təranə Hacıyeva,İlham Mustafayev, Şahrza Əliyev, Fərzəli Qədirov,Aydın Əhmədov, Həbib Zərbəliyev, Elmir Həsənov“Təhsil xəbərləri” (Təhsil Nazirliyinin məlumat-informa siya məcmuəsi),Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 64 səh.Redaksiyanın ünvanı:Bakı, АZ 1008,Xətai prospekti, 49,telefon: 496-06-45,faks: (+99412) 496-34-83.“Təhsil xəbərləri”nin elektronversiyası:İnternet şəbəkəsihttp://www.edu.gov.az,tx.edu.azE-mail: office@edu.gov.az4301000000-484 Sifarişlə082-08© Azərbaycan RespublikasınınTəhsil Nazirliyi, 2011

M Ü N D Ə R İ C A Tİsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında(Azərbaycan Respublikası təhsil nazirinin 11 yanvar2011-ci il tarixli, 26 nömrəli əmri)........................................................4Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadanolmasının 88-ci ildönümü münasibətilə təhsil müəssisələrindəkeçiriləcək tədbirlər haqqında (Azərbaycan Respublikası təhsilnazirinin 25 yanvar 2011-ci il tarixli, 121 nömrəli əmri)......................8Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükünormalarının müəyyən edilməsi haqqında (AzərbaycanRespublikası təhsil nazirinin 01 fevral 2011-ci il tarixli,194 mömrəli əmri)............................................................................... 11“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamə si”nin təsdiqedilməsi haqqında” Azərbaycan Respublikası NazirlərKabinetinin 2011-ci il 13 yanvar tarixli, 5 nömrəli qərarınınelan olunması barədə (Azərbaycan Respublikası təhsil nazirinin10 fevral 2011-ci il tarixli, 246 nömrəli əmri).....................................15“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ninvə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklikedilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsihaqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin14 yanvar 2011-ci il tarixli, 7 nömrəli qərarının icrası barədə(Azərbaycan Respublikası təhsil nazirinin09 fevral 2011-ci il tarixli, 234 nömrəli əmri).....................................35TƏHSİL XƏBƏRLƏRİ – 1/20113

İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında(Azərbaycan Respublikası təhsil nazirinin11 yanvar 2011-ci il tarixli, 26 nömrəli əmri)“İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında” Azər baycanRespublikasının Nazirlər Kabinetinin qərarını elan edirəm:“Azərbaycan Respublikasının Nazirlər KabinetiQ Ə R A R№ 239Bakı şəhəri, 17 dekabr 2010-cu ilİsmayıllı Peşə Tədris Mərkəzininyaradılması haqqındaAzərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti dövlətorqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq, turizm vəxidmət sahələri üçün ixtisaslı kadrların hazırlanmasının təminedilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı peşəməktəbi ləğv edilsin və Azərbaycan Respublikası Təhsil Nazirliyininİsmayıllı Peşə Tədris Mərkəzi yaradılsın.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23avqust tarixli, 116 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə– “Peşə məktəbi və peşə liseyi statusu verilən təhsil müəssisələrininSiyahısı”nın “Peşə məktəbləri” bölməsinin “Respublikanın rayonlarıüzrə” hissəsindən “İsmayıllı peşə məktəbi 138” sözləri və rəqəmiçıxarılsın.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərardan irəligələn məsələləri həll etsin.4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.Azərbaycan RespublikasınınBaş naziriA.Rasi-zadə”4 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli, 239 №-li qərarının icrası ilə əlaqədarƏ M R E D İ R Ə M:1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli, 239 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.2. Ləğv edilmiş İsmayıllı peşə məktəbinin direktoru RəhimovVaqif Hənnan oğlu və tədris-istehsalat işləri üzrə direktor müaviniMirzəyev Fikrət Tahir oğlu ilə bağlanmış əmək müqavilələriAzərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin“a” bəndinə əsasən 05.01.2011-ci il tarixdən ləğv edilsin.3. İsmayıllı peşə məktəbinin ləğv edilməsi ilə əlaqədar olaraqməktəbin Lahıc filialı da ləğv edilsin.4. İsmayıllı şəhər 2 nömrəli orta məktəbin direktor müavini MuradovZaur Fazil oğlu İsmayıllı Peşə Tədris Mərkəzinə direktortəyin edilsin.5. Aşağıdakı tərkibdə ləğvetmə komissiyası yaradılsın:• Namiq Məmmədov – Texniki peşə təhsili şöbəsininmüdiri, sədr• Elmir Həsənov – Hüquq sektorunun müdiri, üzv• Akif Hacıyev – İqtisadiyyat şöbəsi, Mühasibatuço tu və hesabat sektorununbaş məsləhətçisi, üzv• Rüstəm Quliyev – İqtisadiyyat şöbəsi, məsləhətçi,üzv• Rəsul Əsgərov – Təhsil Problemləri İnstitutununİlkin Peşə Təhsilinin İnkişafMərkəzinin direktoru, üzv• Zaur Muradov – İsmayıllı Peşə Tədris MərkəzinindirektoruTƏHSİL XƏBƏRLƏRİ – 1/20115

6. Komissiyaya tapşırılsın:6.1. Peşə məktəbinin balans hesabında olan bütün əmlakınınfaktiki inventarlaşdırılmasını aparsın və 01.01.2011-ci ilvəziyyətinə balans- uçot göstəriciləri ilə üzləşdirsin. Peşəməktəbinin 05.01.2011-ci il vəziyyətinə balans hesab-uçotqalıqlarının Peşə Tədris Mərkəzinin balansına verilməsini,həmçinin ləğv olunmuş məktəbin maliyyə, uçot, hesabat vətəhsil sənədlərinin təhvil-təslim aktlarının hazırlanıb və birnüsxənin Təhsil Nazirliyinə təqdim edilməsini;6.2. Peşə məktəbinin möhür, ştamp və ciddi hesabat sənədlərinimüəyyən olunmuş qaydada Təhsil Nazirli yinə təhvilverilməsini;6.3. Əmək qanunvericiliyinə uyğun işçilərin əməkmüqaviləsinin ləğv olunmasını və mövcud qaydada PeşəTədris Mərkəzinə işə qəbul edilməsini;6.4. Şagirdlərin İsmayıllı Peşə Tədris Mərkəzində təhsillərinindavam etdirilməsi üçün müvafiq tədbirlərin həyatakeçirilməsini;6.5. Ləğv edilmiş İsmayıllı peşə məktəbinin tədris binasınınİsmayıllı rayon Təhsil Şöbəsinə verilməsi ilə bağlı aidiyyətiorqanlar qarşısında vəsatət qaldırılmasını və qanunvericiliyəuyğun digər tədbirlərin həyata keçirilməsini təmin etsin;6.6. Görülmüş işlər barədə 10 gün müddətində rəhbərliyəməlumat versin.7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Texniki-peşə təhsili şöbəsi(N.Məmmədov) yeni yaradılmış İsmayıllı Peşə TədrisMərkəzinin ştat cədvəlində, şagird kontingentinin sayındadəqiqləşmələr aparsınlar, Peşə Tədris Mərkəzinin normalfəaliyyəti üçün tələb olunan vəsaitin ayrılmasını təmin etsinlər.8. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) Təhsil Problemləriİnstitutu (A.Mehrabov) ilə birlikdə İsmayıllı Peşə TədrisMərkəzi üçün ixtisas, ümumtexniki və başqa fənlər üzrə çatışmayandərslik və dərs vəsaitlərinin siyahısını müəyyənləşdirsinlərvə 2011/2012-ci illərdə həmin dərslik və dərs vəsaitlərinin nəşr6 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

olunması üçün konkret tədbirlərin görülməsini, tədris prosesininnormal təşkilinə dair lazım olan digər tədbirlərin həyatakeçirilməsini təmin etsinlər.9. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi(F.Qədirov) Peşə Tədris Mərkəzinin rəhbər mühəndis-pedaqojikadrlarla möhkəmləndirilməsi, onların ixtisasının artırılması vəyenidən hazırlanması sahəsində lazımi tədbirlər görülməsinitəmin etsin.10. İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Z.Mura dova tapşırılsın:10.1. 1 ay müddətinə Peşə Tədris Mərkəzinin Nizamnaməsinihazırlasın və mövcud qaydalar üzrə qeydiyyatdankeçirilməsini, möhür və ştamp hazırlanmasını təminetsin;10.2. Kadr hazırlanacaq peşələrə uyğun maddi-texniki bazanınyaradılması üçün tədbirlər görsün;10.3. Peşə Tədris Mərkəzinin yeni struktur və xərclər smetasınınlayihəsinə əsasən ştat cədvəli hazırlayıb nazirliyətəqdim etsin.11. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin“Azərbaycan müəllimi” qəzetində, “Sənətkar” jurnalında dərcedilməsini və digər kütləvi informasiya vasitələrində yayılmasınıtəmin etsin.12. Əmrin icrasına nəzarət Təhsil nazirinin müavini İ.İsgəndərovahəvalə edilsin.Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr2010-cu il tarixli, 239 №-li qərarı.Misir Mərdanov,Azərbaycan Respublikasının təhsil naziriTƏHSİL XƏBƏRLƏRİ – 1/20117

Bu gün hər bir Azərbaycan vətəndaşının, dünyanın müxtəlifölkələrində yaşayan hər bir azərbaycanlının qəl bində Heydər Əliyevişığının sönməz zərrəsi şölələnir. Heydər Əliyev yolunu özünə həyatidealı seçmiş indiki nəsil, ilk növbədə, təhsil işçiləri gələcəyimizhesab edilən müasir gənclərin ümummilli liderimizin nümunəsindətərbiyə olunmasını, onun zəngin irsinin dərindən öyrənilmə sinitəmin etməli, bu şərəfli işin yerinə yetirilməsinə Vətən və xalq qarşısındamüqəddəs vəzifə kimi münasibət bəsləməlidirlər.Qeyd edilənlərin tarixi zərurət olduğunu nəzərə alaraqƏMR EDİRƏM:1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi,Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şö bələri, texnikipeşə, ali və orta ixtisas təhsili müəssisələrinin, Təhsil Nazirliyinəzdindəki ümumi təhsil müəssisələrinin rəhbərləri 2011-ci ilfevral ayından başlaya raq ümummilli lider Heydər Əliyevinanadan olmasının 88-ci ildönümü münasibətilə xüsusi tədbirlərmüəyyənləşdirib həyata keçirilməsini təmin etsinlər.2. Respublikanın ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərininvə ilk peşə-ixtisas təhsili müəssisələri şagird ləri nin iştirakıilə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinəhəsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin. Müsabiqəninməktəb və rayon (şəhər) mərhələləri aprel ayının 10-dək yekunlaşdırılsın.3. İnşa müsabiqəsinin yekun mərhələsi Təhsil Nazir liyininmüəyyən etdiyi vaxtda Bakı şəhərində keçirilsin.4. Müsabiqənin yekun mərhələsinin iştirakçıları üçün aşağıdakıqaydada kvota müəyyənləşdirilsin:4.1. Ümumtəhsil məktəbləri üzrə – hər rayon və şəhər dən1 (bir) nəfər;4.2. Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisə ləri üzrə– 5 (beş) nəfər;4.3. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə – 10(on) nəfər.5. Naxçıvan Muxtar Respublikasında bu əmrdə qeyd olunantədbirlərin müəyyən edilən müddətlərdə Naxçıvan MR TəhsilNazirliyi və digər aidiyyəti təhsil müəssisələri tərəfindənTƏHSİL XƏBƏRLƏRİ – 1/20119

müstəqil yerinə yetirilib yekunlaşdırılması məq sədəuyğun hesabedilsin.6. İlk peşə-ixtisas təhsili müəssisələri və Təhsil Nazirliyi nəzdindəkiümumi təhsil müəssisələri şagirdlərinin inşa yazılarınınnəzərdən keçirilərək yekun mərhələdə iştirak üçün qaliblərinmüəyyənləşdirilməsi işinin təşkili Təhsil Nazirliyi Aparatınınrəhbəri İ.Pirməmmədova həvalə olun sun.7. Kənd rayonları üzrə Ümumi təhsil şöbəsi (A.Əhmə dov) inşayazı müsabiqəsinin yekun mərhələsinin səmərəli təşkili, başaçatdırılması, qaliblərin müəyyənləşdirilməsi məqsədilə lazımitədbirlər görsün, ən yaxşı inşaların toplu şəklində nəşr olunmasıüçün İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Dərslik və nəşriyyatşöbəsi (F.Şahbazlı) birgə təkliflər hazırlasınlar.8. Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Elm şöbəsi(G.Hüseynova) 2011-ci ilin fevralından etibarən ali və orta ixtisastəhsili müəssisələrinin rəhbərləri ilə birlikdə ümummilli liderHeydər Əliyevin elm, təhsil və iqtisadiy yatın inkişafı sahəsindəgenişmiqyaslı fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans,“dəyirmi masa” və seminar ların keçirilməsi üzrə lazımitədbirlər görsünlər.9. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov)2011-ci ilin fevral-aprel aylarında ümumtəh sil məktəblərişagirdlərinin iştirakı ilə “Heydər Əliyev və müs təqilAzərbaycan” mövzusunda rəsm müsabiqəsi və sərgisinin,habelə müxtəlif növlər üzrə idman turnirlərinin keçirilməsinitəmin etsin.10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycanmüəllimi” qəzetində və “Təhsil xəbərləri” məc muəsində dərcolunmasını təmin etsin.11. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.Misir Mərdanov,Azərbaycan Respublikasının təhsil naziri10 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükünormalarının müəyyən edilməsi haqqında(Azərbaycan Respublikası təhsil nazirinin01 fevral 2011-ci il, 194 mömrəli əmri)Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabrtarixli, 215 nömrəli qərarını elan edirəm:“Azərbaycan RespublikasınınNazirlər KabinetiQƏRAR№ 215Bakı şəhəri, 24 noyabr 2010-cu ilTəhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükünormalarının müəyyən edilməsi haqqında“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqedilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.24-cü bəndinin icrasınıtəmin etmək məqsədi ilə Azərbaycan Respublikasının NazirlərKabineti QƏRARA ALIR:1. Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarıaşağıdakı kimi müəyyən edilsin:• məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlikiş vaxtı – 30 saat;• bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziyavə liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idmanvə incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənarTƏHSİL XƏBƏRLƏRİ – 1/201111

təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir)stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü2 (iki) stavkanı aşmamalıdır);• ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalarvə peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlikiş vaxtı – 24 saat;Ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllimheyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü –500 saatdan az olmamaqla (bu zaman ali təhsil müəssisələrindəmühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə dəmədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərəayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisastəhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə,eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdidərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən azolmamalıdır).2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.Azərbaycan RespublikasınınBaş naziriA.Rasi-zadə”12 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilənqərarının icrası ilə əlaqədarƏMR EDİRƏM:1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.2. Tabeliyindən asılı olmayaraq bütün dövlət ali və orta ixtisastəhsili müəssisələrinin rəhbərləri professor-müəllimheyətinin dərs yükünün Nazirlər Kabinetinin qərarına uyğunmüəyyənləşdirilməsini təmin etsinlər.3. Bütün tipdən olan ümumi təhsil məktəblərində, gimnaziya vəliseylərdə, ilk peşə – ixtisas təhsili müəssisələrində, idman vəincəsənət məktəblərində, məktəbdənkənar təhsil müəssisələrindəiki stavkadan artıq dərs yükü olan müəl limlərin və dərnəkrəhbərlərinin bu qərarla müəyyən olunmuş normadan (həftəlik2 stavkadan) artıq dərs saatları üzrə əməkhaqqı cari tədris ilindəmövcud qaydalara uyğun olaraq əvəzçilik və ya saathesabı qaydasındaödənilsin.4. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, BakıŞəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə,rayon (şəhər) təhsil şöbələrinə, Nazirliyin tabeliyində olan vəmərkəzləşmiş xərclərdən maliyyələşən bütün tipdən olan ümumitəhsil məktəblərinin, gimnaziya və liseylərin, ilk-peşə ixtisastəhsili müəssisələrinin, idman və incəsənət məktəblərinin,məktəbdənkənar təhsil müəssisələrinin, məktəbəqədər təhsilmüəssisələrinin və digər aidiyyəti təhsil müəssisələrininrəhbərlərinə tapşırılsın:4.1. Nazirlər Kabinetinin qərarına əsasən tarifləşmə cədvəllərininyenidən hazırlanıb təsdiq edilməsini təmin etsinlər.4.2. Həftəlik dərs yükü 2 stavkadan artıq olan müəllimlərin,məşqçi müəllimlərin və dərnək rəhbərlərinin bu qərarlamüəyyən olunmuş normadan (həftəlik 2 stavkadan) artıqTƏHSİL XƏBƏRLƏRİ – 1/201113

tədris etdikləri dərs saatlarının mövcud imkanlar daxilində2 stavkanı aşmamaq şərti ilə cari dərs ilinin sonuna qədərmüvafiq qaydada digər fənn müəllimləri və ya profilüzrə dərnək rəhbərləri, məşqçi müəllimlər arasındabölüşdürülməsi ilə bağlı zəruri tədbirlər görsünlər.4.3. Təhsil müəssisələrinin ixtisaslı müəllim kadrları ilə təminedilməsi üçün lazımi tədbirlərin görülməsini təmin etsinlər.5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev):5.1 Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə 10 günmüddətində bu qərarın yerlərdə tətbiqi ilə bağlı təlimatiməktubun layihəsinin hazırlanmasını və razılaşdırılmaqüçün Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.5.2 Tabelikdə olan və mərkəzləşmiş xərclərdən maliyyələşənbütün təlim-tərbiyə müəssisələrində çalışan pedaqojiişçilərin əməkhaqlarının bu qərarla müəyyən olunmuşdərs yükü normalarına uyğun ödənilməsini təmin etsin vəbununla bağlı müvafiq tədbirlər görsün.6. Ümumi şöbə əmrin çoxaldılaraq təhsil idarələrinə (şöbələrinə)və təlim-tərbiyə müəssisələrinə çatdırılmasını təmin etsin.7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.Misir Mərdanov,Azərbaycan Respublikasının təhsil naziri14 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamə si”nintəsdiq edilməsi haqqında Azərbaycan RespublikasıNazirlər Kabinetinin qərarının elan olunması barədə(Azərbaycan Respublikası təhsil nazirinin10 fevral 2011-ci il tarixli, 246 nömrəli əmri)“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamə si”nin təsdiqedilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin2011-ci il 13 yanvar tarixli, 5 nömrəli qərarını elan edirəm:«Azərbaycan Respublikasının Nazirlər KabinetiQ Ə R A R№ 5Bakı şəhəri, 13 yanvar 2011-ci il“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamə si”nin təsdiqedilməsi haqqında “Təhsil haqqında” Azərbaycan RespublikasıQanu nunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan RespublikasınınNazirlər Kabineti qərara alır:1. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” təsdiqedilsin (əlavə olunur).2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.Azərbaycan RespublikasınınBaş naziriA.Rasi-zadəTƏHSİL XƏBƏRLƏRİ – 1/201115

Azərbaycan Respublikası Nazirlər Kabinetinin2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilətəsdiq edilmişdirÜmumtəhsil məktəbininNümunəvi Nizamnaməsi16 TƏHSİL XƏBƏRLƏRİ – 1/20111. Ümumi müddəalar1.1. Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi (bundansonra – Nümunəvi Nizamnamə) “Təhsil haqqında” AzərbaycanRespublikası Qanununun 29.0.15-ci maddəsinə uyğun olaraqhazırlanmışdır və tabeliyindən və təşkilati-hüquqi formasındanasılı olmayaraq, respublika ərazisində yerləşən bütünümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyir.1.2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbi özfəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu,bu Nizamnaməni və digər müvafiq normativ hüquqi aktlarırəhbər tutur.1.3. Bu Nümunəvi Nizamnamə hər bir ümumtəhsil məktəbi üçünfərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.1.4. Dövlət ümumtəhsil məktəbinin yaradılması, yenidən təşkilivə ləğvi “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə vətəhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidəntəşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarı ilə müəyyən edilmişqaydada həyata keçirilir.1.5. Mülkiyyət formasına görə dövlət ümumtəhsil məktəbləri iləyanaşı, bələdiyyə və özəl ümumtəhsil məktəbləri də təşkiledilə bilər.1.6. Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur.1.7. Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumlarınstrukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.8. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hərbir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.1.9. Ümumtəhsil məktəbinin təsisçisinin məsuliyyəti, səlahiyyətdairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri AzərbaycanRespublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsilmüəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.Ümumtəhsil məktəbinin təsisçisi ümumtəhsil məktəbinindövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, onunyaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyır.Ümumtəhsil məktəbi öz öhdəlikləri üçün ona mənsubolan bütün əmlaka cavabdehdir. Qanunvericilikdə və yaümumtəhsil məktəbinin nizamnaməsində nəzərdə tutulan hallaristisna olmaqla, ümumtəhsil məktəbinin təsisçisi (iştirakçısı)ümumtəhsil məktəbinin öhdəlikləri üçün, ümumtəhsilməktəbi isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdehdeyildir.1.10. Ümumtəhsil məktəblərində tədris dili dövlət dili – Azər baycandilidir.1.11. Vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq, Azərbaycandili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi,Azərbaycan coğrafiyası fənləri tədris olunmaq şərtiləümumtəhsil məktəblərində tədris müvafiq dövlət təhsil standartlarıəsasında digər dillərdə də aparıla bilər.1.12. Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidmətiAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Psixolojitibbi-pedaqojikomissiya barədə Əsasnamənin təsdiq edilməsihaqqında” 2002-ci il 29 aprel tarixli 74 nömrəli, “Xüsusi təhsilmüəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə”2002-ci il 10 may tarixli 78 nömrəli, “Təhsil müəssisəsindətəhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”nıntəsdiq edilməsi haqqında” 2010-cu il 25 noyabr tarixli 217nömrəli və “Təhsil müəssisəsində iaşə və tibb xidmətinintəşkili Qaydası və Normaları”nın təsdiq edilməsi haqqında”2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarlarına uyğunolaraq həyata keçirilir.TƏHSİL XƏBƏRLƏRİ – 1/201117

1.13. Ümumtəhsil məktəblərinin maddi-texniki bazası və təhsil infrastrukturumüəyyən edilmiş normativlərə uyğun olmalıdır.1.14. Ümumtəhsil məktəbi qanunvericiliyə və öz nizamnaməsinəuyğun olaraq, təhsil birlikləri və assosiasiyalarına üzv olmaqhüququna malikdir.1.15. Ümumtəhsil məktəbi hüquqi şəxsdir. Onun müvafiqqanunvericiliyə uyğun olaraq, xəzinə və banklarda hesablaşmahesabı və digər hesabları ola bilər. Ümumtəhsil məktəblərininhüquqi ünvanı onların hər birinin nizamna məsində göstərilir.1.16. Ümumtəhsil məktəbi mövcud qanunvericilik çərçivəsindəinzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçir məkdəsərbəstdir.1.17. Ümumtəhsil məktəblərinin maliyyə ili yanvarın 1-dən başlayıbdekabrın 31-də başa çatır.1.18. Ümumtəhsil məktəbi öz fəaliyyətinə görə vətəndaşlar,cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.2. Ümumtəhsil məktəbinin strukturu2.1. Ümumtəhsil məktəbi ibtidai (I-IV siniflər), ümumi orta (V-IXsiniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatəedir.2.2. Ümumtəhsil məktəbi ibtidai (I-IV siniflər), ümumi orta (I-IXsiniflər), tam orta (I-XI siniflər) məktəb formasında ayrı-ayrılıqdada təşkil oluna bilər.2.3. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq,ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektliformada fəaliyyətinə yol verilir.Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflərtəşkil olunur.2.4. Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdənnormal inkişaf etmiş uşaqların məktəb təliminə psixolojicəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqlarınuşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qal-18 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

dırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuşqaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər.2.5. Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə,həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadıilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyininmüəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.2.6. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumtəhsilmüəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə,siniflərdə şagirdlərin sayı 20 nəfərdən az olmaqlamüəyyən edilə bilər.2.7. Ümumtəhsil məktəblərində ümumi orta təhsil icbaridir.3. Ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları3.1. Ümumtəhsil məktəbi dövlətin tələbinə görə cinsindən, irqindən,dilindən, dinindən, milliyyətindən, sosial vəziy yətindən,mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsilalmaq imkanını təmin edir.3.2. Ümumtəhsil məktəbində təhsil dünyəvi xarakter daşıyır,milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünyatəcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmətedir.3.3. Ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraqvə potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla,onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini,yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlaməqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimiformalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əməkfəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.3.4. İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama,ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiəthaqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət baca-TƏHSİL XƏBƏRLƏRİ – 1/2011 19

ıqları və məntiqi təfəkkür elementləri, estetik zövq, sadətətbiqi bacarıq və vərdişlər formalaşdırılır.3.5. Ümumi orta təhsil şagirdlərin yazılı və şifahi nitq inkişafının,idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixi,ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi infrastrukturu,dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürləriningenişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlilvə tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək,xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, millimənəvidəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasınıtəmin edir.3.6. Tam orta təhsil səviyyəsində meyil və maraqları nəzərə alınmaqla,şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılmasıüçün lazımi şərait yaradılır, onlarda ünsiyyət mədəniyyəti,təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlıvə tənqidi təfəkkür formalaşdırılır, informasiya-kommunikasiyatexnologiyalarından sərbəst istifadə etmələri, xaricidillərdən birində (yaxud bir neçəsində) ünsiyyət saxlamalarıtəmin olunur.3.7. Ümumtəhsil məktəbi dövlət təhsil proqramlarının (kurikulumlarının)yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodiktədbirlərin həyata keçirilməsində müstəqildir.3.8. Ümumtəhsil məktəbində, bir qayda olaraq, əyani təhsilalmaforması tətbiq olunur. Müxtəlif səbəblərdən uzun müddəttəhsildən kənarda qalmış şəxslərə, habelə hər hansı bir sahəüzrə xüsusi istedadı ilə fərqlənən şagirdlərə ümumtəhsilməktəblərində müəyyən olunmuş qaydalar daxilində həminsahə üzrə fərdi təhsil təyin edilə bilər.3.9. “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısınınvə evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il10 may tarixli 77 nömrəli qərarına uyğun olaraq, səhhətinəgörə bilavasitə ümumtəhsil məktəbində təhsil ala bilməyənşagirdlər üçün xüsusi tədris planı əsasında “Evdə təhsil” formasıtətbiq edilir.20 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

3.10. Ümumtəhsil məktəbinin bu və ya digər səbəbdən təhsildənkənarda qalan şagirdləri müəyyən edilmiş qaydalara əsasənümumi orta və tam orta təhsil proqramları (kurikulumları)üzrə sərbəst hazırlaşıb eksternat qaydasında buraxılış imtahanıverərək, təhsil sənədi almaq hüququna malikdirlər.4. Ümumtəhsil məktəbində təlim-tərbiyə prosesinin təşkili4.1. Ümumtəhsil məktəbində təhsil prosesi öyrədici, tərbiyəedicivə inkişafetdirici xarakter daşıyır.4.2. Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumtəhsilməktəblərində təlim-tərbiyə prosesi dövlət standartlarınauyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları)əsasında həyata keçirilir.4.3. Pedaqoji prosesin “müəllim-şagird” əməkdaşlığı üzərindəqurulması, müasir təlim strategiyalarının və çevikqiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi,şagirdlərin informasiya-kommunikasiya texnologiyalarındansəmərəli istifadə etmələri təlim-tərbiyənin keyfiyyətininyüksəldilməsində başlıca istiqamətlərdən hesab olunur.4.4. Ümumtəhsil məktəbinə kütləvi şagird qəbulu məktəbdə yaradılmışkomissiyalar vasitəsilə I və X siniflər üzrə aparılır.4.5. Ümumtəhsil məktəbinin I sinfinə qəbul üçün uşağın doğumhaqqında şəhadətnaməsinin surəti və sağlamlığının vəziyyətibarədə müəyyən edilmiş nümunədə arayış təqdim olunur.4.6. Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənədümumi orta təhsil haqqında şəhadətnamə hesab edilir.4.7. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar,texniki, təbiət və digər) təşkil olunur.4.8. Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlarvə vətəndaşlığı olmayan şəxslər ümumtəhsil məktəbinəAzərbaycan Respublikası Təhsil Nazirliyinin AzərbaycanRespublikası vətəndaşları üçün müəyyən etdiyi qaydalarauyğun qəbul olunurlar.TƏHSİL XƏBƏRLƏRİ – 1/201121

4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq,sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır. Dərs ili ikiyarımilə bölünür:birinci yarımil - 15 sentyabr - 29 dekabr;ikinci yarımil - 6 yanvar - 31 may.4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:6 gün payız tətili (12-17 noyabr);7 gün qış tətili (30 dekabr - 5 yanvar);8 gün yaz tətili (17-24 mart).4.11. Birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil müəyyənedilir.4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, yerli təhsilorqanları ilə razılaşdırmaqla, tətil günlərində dəyişiklik ediləbilər.4.13. Ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlərdirektor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.4.14. Dərs məşğələsinin müddəti hazırlıq siniflərində 35, digərsiniflərdə 45 dəqiqə müəyyən edilir.4.15. Ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanlarınattestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsiqaydaları səlahiyyətləri üzrə Azərbaycan RespublikasınınNazirlər Kabineti və Azərbaycan Respublikasının TəhsilNazirliyi tərəfindən müəyyən edilir.4.16. İbtidai təhsil səviyyəsində tədris proqramlarının yerinəyetirilməməsinə görə şagirdlərin təkrar sinifdə saxlanmasınayol verilmir. Həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyanınqərarı ilə digər tədris proqramları ilə təhsilə cəlb olunurlar.4.17. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanması üçün yeganəəsas uzunmüddətli xəstəlik, yaxud məktəbdən yayınma hesabedilir.4.18. Ümumtəhsil məktəbində təlim-tərbiyə işləri planlaşdırılarkən,şagirdlərin meyil və marağına uyğun dərnək və məşğələlərin,22 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onlarınmilli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasınayönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə psixolojicəhətdən gərgin ailə mühitində böyüyən uşaqlarla işprosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formalarıntətbiqinə xüsusi diqqət yetirilir.4.19. Ümumtəhsil məktəbində şagirdlərin təşkilatlanmasını, onlardaicraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasınıtəmin etmək məqsədi ilə birliklər, eləcə də qanunvericilikəsasında fəaliyyət göstərən uşaq və gənclər ictimaitəşkilatlarının orqanları yaradıla bilər.5. Ümumtəhsil məktəbinin idarə olunması5.1. Ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq vədemokratiklik prinsiplərinə əsaslanır.5.2. Ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarlafəaliyyət göstərən pedaqoji şura hesab olunur. Pedaqoji şuranınəsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyitərəfindən təsdiq edilir.5.3. Ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyinivə şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə vəözünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji,elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları vəs.) yaradıla bilər.5.4. Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının TəhsilNazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir.Məktəbin direktoru aşağıdakıları həyata keçirir:5.4.1. konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyətistiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcəkişləri planlaşdırır və onların həyata keçirilməsinənəzarət edir;5.4.2. ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarındanirəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyətdaşıyır;TƏHSİL XƏBƏRLƏRİ – 1/201123

5.4.3. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərliketdiyi məktəbi və onun mənafeyini təmsil edir;5.4.4. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarlaiş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlüvə səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətininyüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçünbilavasitə cavabdehlik daşıyır;5.4.5. məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcudolmasını, pedaqoji işçilərin yaradıcı və təşəb büskarfəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqiüçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;5.4.6 şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri iləfərqlənən müəllimlərin əməyinin stimullaşdırılmasıbarədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır;5.4.7. məktəbin maddi-tədris bazasının möhkəmlən di ril məsi,kadr təminatı, müəllimlərin ixtisasının artı rıl ması, pedaqojifəaliyyət üçün müəyyən edilmiş tələblərə cavabverməyən müəllimlərin işdən kənarlaşdırılması barədətəkliflər irəli sürür, maddi-tədris bazasının inkişafetdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayanvasitələrdən istifadə edir;5.4.8. qanunvericiliklə müəyyən olunmuş qaydada məktəbüçün inventar və avadanlıqları satın alır və müxtəlifxidmətlərin göstərilməsini təşkil edir;5.4.9. bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd vəvəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqişəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adındanmüqavilələr bağlayır;5.4.10.məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıdaduran vəzifələrin yerinə yetirilməsinə istiqamətlən mişmüvafiq əmrlər verir.5.5. Ümumtəhsil məktəbinin digər rəhbər, pedaqoji və texnikiişçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasındahazırlanmış öz nizamnaməsi ilə müəyyən olunur.24 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

5.6. Ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərətəhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerliözünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinəyol verilmir.6. Ümumtəhsil məktəbləri üzrətəhsil prosesinin iştirakçıları6.1. Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları aşağıdakılardır:6.1.1. təhsilalanlar – şagirdlər;6.1.2. təhsilverənlər – müəllimlər, tərbiyəçilər, praktik psixoloqlar,sosioloq-pedaqoqlar, loqopedlər, dərnək vəmusiqi rəhbərləri, uşaq birliyi rəhbərləri, çağırışaqədərkihazırlıq rəhbərləri, pedaqoji fəaliyyətlə məşğulolan digər işçilər;6.1.3. valideynlər və ya digər qanuni nümayəndələr;6.1.4. təhsili idarəetmə orqanları.6.2. Pedaqoji fəaliyyətlə müvafiq təhsil səviyyəsinə malik olmaqlayanaşı, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən, ictimaiyyətarasında hörmət və nüfuz qazanan şəxslər məşğul ola bilərlər.6.3. Ümumtəhsil məktəbinin pedaqoji kadrlarla komplektləşdirilməsi,onların attestasiyadan keçirilməsi, sosial müdafiəsi,stimullaşdırılması, yaxud intizam tənbehinə cəlb olunmasımüvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyatakeçirilir.7. Ümumtəhsil məktəbində təhsilalanlarınhüquq və vəzifələri7.1. Təhsilalanların hüquqları aşağıdakılardır:7.1.1. təhsil alacağı ümumtəhsil məktəbini, tədris dilini,təhsilin təmayülünü, sinifdənkənar məşğuliyyətisərbəst seçmək;TƏHSİL XƏBƏRLƏRİ – 1/2011 25

7.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsilalmaq;7.1.3. ümumtəhsil məktəbinin mövcud infrastrukturundan(tədris laboratoriyaları, emalatxana, kitabxana, idmanqurğularından və s.) istifadə etmək, dövlət və bələdiyyəmüəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;7.1.4. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilətəmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan,insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;7.1.5. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndirilməsinitələb etmək;7.1.6. təhsil prosesinin təşkilində və idarə olunmasında iştiraketmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;7.1.7. ümumtəhsil məktəbinin təhsil, ictimai və mədənihəyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habeləonların yaradılmasında iştirak etmək;7.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardanistifadə etmək.7.2. Təhsil müəssisəsində qanunvericiliklə müəyyən edilmiş hallaristisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayanişlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.7.3. Təhsilalanların vəzifələri aşağıdakılardır:7.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq vəvərdişlərə yiyələnmək;7.3.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;7.3.3. təhsil aldığı ümumtəhsil məktəbinin nizamnaməsinintələblərinə riayət etmək;7.3.4. dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdəşəxsi məsuliyyətini dərk etmək;7.3.5. təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesiilə bağlı qaydalara əməl etmək;26 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

7.3.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələriyerinə yetirmək.7.4. Özəl ümumtəhsil məktəblərində təhsilalanların sosial müdafiəsiməktəbin nizamnaməsi ilə tənzimlənir.8. Ümumtəhsil məktəbində təhsilverənlərinhüquq və vəzifələri8.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:8.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;8.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında iştiraketmək;8.1.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəstseçmək;8.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələbetmək;8.1.5. məktəbdə vəzifə tutmaq, müvafiq hallarda seçkilivəzifələrə seçmək və seçilmək;8.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq;8.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq vətəltif olunmaq;8.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardanistifadə etmək.8.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:8.2.1. təhsil sahəsində dövlət siyasətinin həyatakeçirilməsində iştirak etmək;8.2.2. təhsil proqramlarının mənimsənilməsini təminetmək;8.2.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq,onları vətənpərvərlik və azərbaycançılıqruhunda tərbiyə etmək, müstəqil həyata və əməkfəaliyyətinə hazırlamaq;TƏHSİL XƏBƏRLƏRİ – 1/201127

8.2.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasınınmüstəqilliyinə, Konstitusiyasınavə qanunlarına, dövlət rəmzlərinə, Azərbaycanxalqının tarixinə, mədəniyyətinə, dilinə, adətvə ənənələrinə, milli və ümumbəşəri dəyərlərə,cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləriaşılamaq;8.2.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək,müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıqnümunəsi göstərmək;8.2.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;8.2.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütünformalarından qorumaq, onları zərərli vərdişlərdənçəkindirmək;8.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəlt mək,əlavə məşğələlər, sinifdənxaric və məktəb dənkənartədbirlər keçirmək;8.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadankeçmək;8.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələriyerinə yetirmək.9. Valideynlərin və ya digər qanuni nümayəndələrinhüquq və vəzifələri9.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsilsahəsində hüquqları aşağıdakılardır:9.1.1. yetkinlik yaşına çatmayan övladları (qəy yumluğundavə ya himayəsində olan şəxsləri) üçüntəlim-tərbiyə müəssisəsini seçmək;9.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının(qəyyumluğunda və yaxud himayəsindəolan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağıvə davranışı haqqında məlumat almaq;28 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

9.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsilmüəssisəsinin idarə olunmasında iştirak etmək;9.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinintəkmilləşdirilməsi və maddi-texniki bazasınınyaxşılaşdırılması üçün təkliflər irəli sürmək vəkönüllü yardımlar etmək;9.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlarıhəyata keçirmək.9.2. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsilsahəsində vəzifələri aşağıdakılardır:9.2.1. övladlarının (qəyyumluğunda və yaxud himayəsindəolan şəxslərin) erkən yaşlarından fiziki,əxlaqi və intellektual inkişafına şərait yaratmaq,onların icbari ümumi orta təhsil almasının təminolunması və mənəvi yetkinliyi üçün məsuliyyətdaşımaq;9.2.2. övladlarını (qəyyumluğunda və yaxud himayəsindəolan şəxsləri) humanistlik, vətənpərvərlik,azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatınavə tarixinə, milli-mənəvi və ümumbəşəridəyərlərə hörmət ruhunda tərbiyə etmək;9.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələriyerinə yetirmək.10. Ümumtəhsil məktəbinin maliyyə-təsərrüfatfəaliyyəti və maddi-texniki bazası10.1. Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmişqaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsilxidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr vəkönüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdənəldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinəbüdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir vəonun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.TƏHSİL XƏBƏRLƏRİ – 1/201129

10.2. Dövlət ümumtəhsil məktəbinin maliyyələşdirilməsi müəy yənedilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir.10.3. Təhsil sahəsinin inkişafının prioritet istiqamətlərinə uyğunolaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarıilə azkomplektli dövlət ümumtəhsil məktəbi mövcudnormativlərdən üstün maliyyələşdirilə bilər.10.4. Dövlət və bələdiyyə ümumtəhsil məktəbləri aşağıdakımənbələrdən maliyyələşdirilir:10.4.1. qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin vəyerli büdcənin vəsaitləri;10.4.2. hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğunverilən qrantları, vəsiyyət olunan vəsaitləri, ianələrivə yardımları;10.4.3. təhsil, istehsal, eləcə də qanunvericiliklə müəyyənedilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;10.4.4. dövlət orqanları tərəfindən maliyyələşdirilən məq sədliproqramlar və layihələr üzrə əldə olunan vəsaitlər;10.4.5. məktəbin mülkiyyətində olan fiziki və mənəvicəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrininvə təhsil məqsədləri üçün yararsız olan digərəmlakın satışından qanunvericiliyə uyğun olaraq əldəedilən vəsaitlər;10.4.6. beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyəuyğun olaraq əldə edilən qrant və vəsaitlər;10.4.7. qanunvericiliklə qadağan edilməyən digər mən bələrdənəldə olunan vəsaitlər.10.5. Özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyələşdirilir:10.5.1. təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər;10.5.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;10.5.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrant vəkreditlərin məbləğləri;30 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

10.5.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyətetdikləri əmlak və bağışladıqları hədiyyələr;10.5.5. təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericilikləmüəyyən edilmiş digər xidmət lərdən əldəedilən vəsaitlər;10.5.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələrhesabına əldə olunan vəsaitlər.10.6. Özəl ümumtəhsil məktəbi öz maliyyə vəsaitlərini sərbəstidarə edir.10.7. Özəl ümumtəhsil məktəbi təhsil haqqının məbləğini hər birtəhsil səviyyəsi üzrə təhsil proqramlarına (kurikulumlarına)uyğun olaraq sərbəst müəyyən edir.10.8. Özəl ümumtəhsil məktəbi ilə valideynlər və ya digər qanuninümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.10.9. Ümumtəhsil məktəbinin maddi-texniki bazasına binalar, torpaqsahələri, müxtəlif qurğular, maşın və avadanlıqlar, tibb,iaşə və idman obyektləri və digər əmlak daxildir.10.10. Ümumtəhsil məktəbi istifadəsində olan maddi-texniki bazanınvə əmlakın saxlanması, qorunması və onlardan səmərəliistifadə edilməsi üçün məsuliyyət daşıyır.10.11. Ümumtəhsil məktəbi göstərdiyi xidmətlərdən əldə etdiyivəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.10.12. Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdəndaxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyəuyğun olaraq onun mülkiyyətinə daxildir.10.13. Ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə veriləbilməz.11. Ümumtəhsil məktəbinə aid sənədlər11.1. Ümumtəhsil məktəbində tədris-pedaqoji və maliyyə-təsərrüfatsənədləri istifadə edilir.TƏHSİL XƏBƏRLƏRİ – 1/201131

11.2. Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı,dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı,ümumi orta təhsil haqqında attestat blanklarının uçotu vəverilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının,qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, şagirdkontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı,pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı,buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir.11.3. Maliyyə-təsərrüfat sənədlərinə məktəbin texniki pasportu, daxilolan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərinqeydiyyatı kitabı, məktəb daxilində inventar və materiallarınpaylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabıaiddir.11.4. Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgünaparılmasına, habelə məktəbə məxsus əmlakın mühafizəsivə təyinatına görə istifadəsinə cavabdehlik daşıyan şəxslərqanunvericiliyə əsasən məktəb direktorunun əmri ilə təyinolunurlar.11.5. Pedaqoji və digər kateqoriyadan olan işçilər, təhsilalanlar vəonların valideynləri (digər qanuni nümayəndələri) məktəbinəsas vəsaitlərinin, inventar-avadanlıqlarının və digər əmlakınınkorlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyətdaşıyırlar.12. Ümumtəhsil məktəbinin beynəlxalq əlaqələri12.1. Ümumtəhsil məktəbi beynəlxalq əlaqələr sahəsində aşağıdakıhüquqlara malikdir:12.1.1. qanunvericiliyə uyğun olaraq xarici ölkələrinümumtəhsil məktəbləri ilə birbaşa əlaqələr yaratmaq,onlarla təcrübə mübadiləsi aparmaq;12.1.2. qarşılıqlı dəvət əsasında əməkdaşlıq etdiyi məktəbinnümayəndə heyətini qəbul etmək, həmin məktəbənümayəndələr göndərmək;32 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

12.1.3. birgə seminar, konfrans və digər tədbirlər təşkil etmək,təhsil layihələrində iştirak etmək;12.1.4. beynəlxalq birlik və assosiasiyalara üzv olmaq”.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsilməktəbinin Nümunəvi Nizamnaməsi”nin tətbiqi ilə əlaqədarƏMR EDİRƏM:1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsilməktəbinin Nümunəvi Nizamnaməsi” rəhbərlik və icra üçün qəbuledilsin.2. Ümumtəhsil məktəblərinin direktorlarına tapşırılsın ki, 1 (bir)ay müddətində Nümunəvi Nizamnaməyə uyğun olaraq rəhbərliketdikləri təhsil müəssisələrinin fərdi nizamnaməsini hazırlayıb təsdiqvə qanunvericiliklə müəyyən olunmuş qaydada Ədliyyə Nazirliyininmüvafiq qurumunda qeydiyyata alınmasını həyata keçirmək üçünTəhsil Nazirliyinə təqdim etsinlər.3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsilİdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri,tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq,respublika ərazisində yerləşən bütün ümumtəhsil məktəblərinindirektorları:3.1. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna məsi”ninpedaqoji kollektivlərdə ətraflı öyrənilməsini, Nümunəvi Nizamnaməilə valideynlərin yaxından tanış olmalarını təmin etsinlər.3.2. Ümumtəhsil məktəblərinin bütün istiqamətlər üzrəfəaliyyətinin fərdi nizamnamələrindən, habelə bu NümunəviNizamnamədən irəli gələn müddəa və tələblər əsasında qurulmasınamüntəzəm nəzarət etsinlər.TƏHSİL XƏBƏRLƏRİ – 1/201133

4. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) 2həftə müddətinə Nümunəvi Nizamnamənin müddəalarının həyatakeçirilməsi istiqamətləri barədə izah xarakterli təlimati məktubhazırlayıb rəhbərliyə təqdim etsin.5. Nümunəvi Nizamnamənin 13 yanvar 2011-ci il tarixdənqüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası NazirlərKabinetinin 1994-cü il 12 mart tarixli 109 nömrəli qərarı ilətəsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbininnümunəvi əsasnaməsi” qüvvədən düşmüş hesab olunsun.6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi iləbirlikdə “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri”məcmuəsində dərc olunmasını təmin etsin.7. Ümumi şöbə (H.Məmmədova) əmrin əlavəsi ilə birlikdəçoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvaləolunsun.Misir Mərdanov,Azərbaycan Respublikasının təhsil naziri34 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

“Orta ixtisas təhsili müəssisəsinin NümunəviNizamnaməsi”nin və “Azərbaycan Respublikası NazirlərKabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nıntəsdiq edilməsi haqqında Azərbaycan Respublikası NazirlərKabinetinin qərarının icrası barədə(Azərbaycan Respublikası təhsil nazirinin09 fevral 2011-ci il tarixli, 234 nömrəli əmri)Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını elan edirəm:“Azərbaycan RespublikasınınNazirlər Kabinetiqərar№ 7Bakı şəhəri, 14 yanvar 2011-ci il“Orta ixtisas təhsili müəssisəsinin NümunəviNizamnaməsi”nin və “Azərbaycan Respublikası NazirlərKabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nıntəsdiq edilməsi haqqında“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqedilməsi barədə” Azərbaycan Respublikası Preziden inin 2009-cu il5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasınıtəmin etmək məqsədi ilə Azərbay an Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:1. “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamna məsi”təsdiq edilsin (1 nömrəli əlavə).TƏHSİL XƏBƏRLƏRİ – 1/201135

2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişik lik edilmişbəzi qərarlarının siyahısı” təsdiq edilsin (2 nöm rəli əlavə).3. “Orta ixtisas təhsili müəssisələrinin Əsasnaməsinin təs diqedilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin1995-ci il 30 mart tarixli 73 nömrəli qərarı qüv vədən düşmüşhesab edilsin.4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.Azərbaycan RespublikasınınBaş naziriA.Rasi-zadə”36 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

Azərbaycan Respublikası Nazirlər Kabinetinin2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilətəsdiq edilmişdir.1 nömrəli əlavəOrta ixtisas təhsili müəssisəsininNümunəvi Nizamnaməsi1. Ümumi müddəalar1.1. Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizam naməsi“Təhsil haqqında” Azərbaycan Respublika sının Qanununauyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyətnövündən və təşkilati-hüquqi formasından asılı olmayaraq,respublika ərazisində yerləşən bütün orta ixtisas təhsilimüəssisələrinin fəaliyyətini tənzimləyir.1.2. Bu Nümunəvi Nizamnamə hər bir orta ixtisas təhsili müəssisəsiüçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.1.3. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsilmüəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur vətəsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiqetdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.Bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrininnizamnamələri Azərbaycan Respublikası Təhsil Nazirliyininrəyi əsasında təsisçilər tərəfindən təsdiq edilir.1.4. Orta ixtisas təhsili müəssisəsi öz fəaliyyətində Azər baycan RespublikasınınKonstitusiyasını, “Təhsil haqqında” AzərbaycanRespublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentininfərman və sərəncamlarını, Azərbaycan RespublikasıNazirlər Kabinetinin qərar və sərəncamlarını, AzərbaycanRespublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasınınqərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur.1.5. Orta ixtisas təhsili müəssisəsində siyasi partiyaların və diniqurumların strukturlarının yaradılmasına və fəaliy yətinə yolverilmir.TƏHSİL XƏBƏRLƏRİ – 1/201137

1.6. Orta ixtisas təhsili müəssisəsi işə qəbulda, vəzifələrə təyinolunmada və ya seçilmədə, əməyin stimullaşdırıl masında,təhsil müəssisələrinə qəbul olunmada, təhsil alanlarıntəqaüdlə təmin edilməsində, ixtisasların seçil məsində, biliyinqiymətləndirilməsində, məzun ların işlə təmin edilməsində,təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasındavə təhsil sahəsində digər məsələlərdə kişilər vəqadınlar üçün bərabər imkanlar yaradır.1.7. Orta ixtisas təhsili müəssisələrində təhsilalanların geyim formasıhər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyənolunur.1.8. Təhsil qanunvericiliyinə əsasən orta ixtisas təhsili müəssisələrininnövü – kollecdir.Kollec – orta ixtisas proqramları əsasında təhsil xidmət lərigöstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququolan təhsil müəssisəsidir.1.9. Orta ixtisas təhsili müəssisələrinin hüquqi ünvanı onların hərbirinin nizamnaməsində göstərilir.1.10. Orta ixtisas təhsili müəssisələri üçün maliyyə ili yanvarın1-dən başlayıb dekabrın 31-də başa çatır.1.11. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət,bələdiyyə və özəl orta ixtisas təhsili müəs sisələri fəaliyyətgöstərir. Mülkiyyət növü müvafiq qanunvericiliyə uyğunyaradılmış orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi iləmüəyyənləşdirilir.1.12. Dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəs sisələrininyaradılması, yenidən təşkili və ləğv edilməsi qanunvericilikləmüəyyən edilmiş qaydada həyata keçirilir.1.13. Orta ixtisas təhsili müəssisəsinin (kollecin) adı onun yaradıldığızaman müəyyənləşdirilir və yenidən təşkil olunduğuhalda dəyişdirilə bilər. Orta ixtisas təhsili müəssisəsinin adınındəyişdirilməsi Azərbaycan Res pub likasının qanunvericiliyinəuyğun olaraq, tabeliyində orta ixtisas təhsili müəssisələri olanmüvafiq dövlət idarəetmə orqanlarının vəsatəti (AzərbaycanRespublikasının Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra)38 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetitərəfindən həyata keçirilir.1.14. Orta ixtisas təhsili müəssisəsinin lisenziyalaşdırılması və akkreditasiyasımüvafiq qanunvericilik aktlarına uyğun həyatakeçirilir.1.15. Azərbaycan Respublikasında hər bir orta ixtisas təhsilimüəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericilikləmüəyyən edilmiş qaydada Azərbaycan Respublikasının TəhsilNazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlətorta ixtisas təhsili müəssisələrinə xüsusi razılıq (lisenziya)müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi vəfiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl ortaixtisas təhsili müəssisələrinə xüsusi razılıq (lisenziya) beşil müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayanşəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş orta ixtisastəhsili müəssisələrinə isə xüsusi razılıq (lisenziya) üç ilmüddətinə verilir.1.16. Orta ixtisas təhsili müəssisəsinin akkreditasiyası təhsil prosesinintəşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının,kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturununqəbul olunmuş dövlət standartlarına və digər normativhüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsiməqsədi ilə aparılır və orta ixtisas təhsili müəssisəsinin statusununmüəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə(“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundanəzərdə tutulmuş müddətlərdən az olmamaq şərtilə) uzadılmasıüçün hüquqi təminat yaradır.Orta ixtisas təhsili müəssisəsinin akkreditasiyası “Təhsilmüəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsihaqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarına uyğun olaraqAzərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindənhəyata keçirilir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin –sertifikatın verilməsi ilə başa çatır.1.17. Xarici hüquqi şəxslərin, onların filiallarının və nüma yəndəliklərinin,əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərinTƏHSİL XƏBƏRLƏRİ – 1/201139

öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqlarılisenziyaların Azərbaycan Respublikasında tanınmasıdövlətlərarası müqavilələrlə müəy yən edilir.Respublika ərazisində xarici ölkələrin orta ixtisas təh silimüəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsidövlətlərarası müqavilələr əsasında Azər baycan Respublikasınınqanunvericiliyinə uyğun həyata keçirilir.1.18. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatınaalınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmişvə akkreditasiya olunmuş orta ixtisas təhsili müəssisəsininfəaliyyətinə hüquqi təminat verilir.1.19. Orta ixtisas təhsili müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinəuyğun olaraq, ölkənin və xarici dövlətlərin ərazisindəfiliallar açmaq (dövlət orta ixtisas təhsili müəssisəsi AzərbaycanRespublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla),habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədiilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqlarıyaratmaq, eləcə də həmin təşkilatlara üzv olmaq hüququnamalikdir.1.20. Orta ixtisas təhsili müəssisələrinin bir sıra struktur bölmələri– filialları, şöbələri, fənn birləşmə komissiyaları, kitabxanaları,əlavə təhsil üçün müvafiq bölmələri, tədris-təcrübətəsərrüfatları, tədris emalatxanaları, metodiki xidmətbölmələri, idman bazaları, tədris teatr və studiyaları, konsertzalları və digər struktur bölmələri ola bilər.Orta ixtisas təhsili müəssisəsinin strukturu maddi-texnikibazası və kadr potensialı nəzərə alınmaqla, onun pedaqojişurası tərəfindən müəyyənləşdirilir və təhsil müəssisəsininrəhbəri (direktoru) tərəfindən təsdiq edilir. Orta ixtisas təhsilimüəssisəsinin struktur bölmələrinin fəaliyyəti və funksiyalarıonun nizamnaməsində öz əksini tapır.Orta ixtisas təhsili müəssisəsinin struktur bölmələri tədrisprosesinin təşkilində, onun həyata keçirilməsində bilavasitəiştirak edir, pedaqoji şuranın qərarlarını, direktorun əmr vəsərəncamlarını yerinə yetirir.40 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

1.21. Azərbaycan Respublikasının dövlət orta ixtisas təhsilimüəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişliəsaslarla həyata keçirilir.1.22. Orta ixtisas təhsili müəssisəsi təhsil və tərbiyə mərkəzi kimi öznizamnaməsinə uyğun aşağıdakı vəzifələri yerinə yetirir:• hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı,orta ixtisas təhsili alma tələblərinin ödənilməsi;• təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkiledilməsi;• yüksəkixtisaslı kadrların hazırlanması;• ixtisasartırma və kadrların yenidən hazırlanmasınıntəmin edilməsi;• xarici əlaqələrin təmin edilməsi.• Həmin vəzifələri yerinə yetirmək üçün orta ixtisastəhsili müəssisəsi:• orta ixtisas təhsilinin və ayrı-ayrı ixtisasların dövləttəhsil standartlarına uyğun tədris sənədlərini və təhsilproqramlarını səlahiyyətləri çərçivəsində müstəqilhazırlayır (plan, proqram, tədris prosesinin təşkilinə aiddigər sənədləri);• tədris prosesini təşkil edir və onun monitorinqini həyatakeçirir;• təlim prosesində innovativ texnologiyalardan və yenitəlim üsullarından istifadə edir;• pedaqoji şuranın işini təşkil edir və həyata keçirir;• konfranslar, seminarlar, olimpiadalar və s. təşkil edir vəhəyata keçirir;• Boloniya Bəyannaməsinin əsas prinsiplərinin tətbiqi iləbağlı müasir informasiya və metodiki təminatı, qlobalkompyuter şəbəkəsi (internet) üçün informasiya resurslarınıyaradır;• dərslik, dərs vəsaiti, tədris və tədris-metodikiədəbiyyatları hazırlayır və nəşr edir;• tələbələrə və müəllim heyətinə idman, sağlamlıq, iaşəvə məişət xidmətləri göstərir;• təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;TƏHSİL XƏBƏRLƏRİ – 1/201141

• orta ixtisas təhsili müəssisəsinin maddi-texniki və tədrisbazasının möhkəmləndirilməsi istiqamətində işlərgörür;• müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübəkeçmələri üçün beynəlxalq əlaqələri yaradır.1.23. Orta ixtisas təhsili pilləsində aşağıdakı təhsilalma formalarımüəyyən edilir:• əyani;• qiyabi;• distant (məsafədən);• sərbəst (eksternat).1.24. Orta ixtisas təhsili proqramlarının əyani forma üzrə normativtəhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlarüçün 3-4, tam orta təhsil bazasından qəbul olunanlarüçün isə 2-3 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir ilartıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları iləmüəyyənləşdirilir.Orta ixtisas təhsilini bitirən məzunlara “subbakalavr” ixtisasdərəcəsi verilir.Orta ixtisas təhsili haqqında diplom ali təhsil müəs si sə lərininbakalavr səviyyəsinə daxil olmaq hüququ verir və növbəti təhsilpilləsində təhsil almaq üçün əsas sayılır.Orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə başa vuranməzunlar (subbakalavrlar) ali təhsilin bakalavr səviyyəsindəuyğun ixtisaslar üzrə təhsillərini davam etdirdikləri halda,orta ixtisas təhsili pilləsində müvafiq fənlər üzrə qazandıqlarıkreditlər (həmin fəndən “əla” qiymət olduqda) bakalavrsəviyyəsində nəzərə alına bilər.Həmin fənlərin müəyyənləşdirilməsi və onlar üzrə kreditlərinnəzərə alınması ali təhsil müəssisələri tərə findən müvafiq qaydalarauyğun olaraq həyata keçirilir. Orta ixtisas təhsili almışməzun ixtisasına uyğun olan bütün sahələrdə əmək fəaliyyətiilə məşğul ola bilər.1.25. Orta ixtisas təhsili müəssisəsi öz imkanları daxilindənizamnaməsinə uyğun olaraq, orta ixtisas təhsilini bitirməsihaqqında dövlət sənədi olan vətəndaşlara əlavə təhsil almaq42 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

imkanı yarada bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiztəhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı,kadrların intellektual və peşə hazırlığı səviyyəsininyüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən vəyeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşlarınölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal vəsəmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. Buzaman əlavə təhsil aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:• ixtisasartırma;• kadrların yenidən hazırlanması;• stajkeçmə və kadrların təkmilləşdirilməsi;• təkrar orta ixtisas təhsili.Əlavə təhsilin məzmunu və təşkili qaydaları Azərbaycan RespublikasınınNazirlər Kabineti tərəfindən müəy yən ləşdirilir.1.26. Orta ixtisas təhsili müəssisələrində tədris ayrı-ayrı ixtisaslarüzrə təhsilin məzmununu və mənimsəmə qaydasını müəyyənedən təhsil proqramları (kurikulumlar) üzrə həyata keçirilir.2. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu2.1. Azərbaycan Respublikasında tabeliyindən, mülkiyyətnövündən və təşkilati-hüquqi formasından asılı olmayaraq,bütün orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyinqiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərinəldə etdikləri nəticələrə əsasən Azərbaycan RespublikasınınTələbə Qəbulu üzrə Döv lət Komissiyası tərəfindən müəyyənedilmiş qaydada həyata keçirilir.2.2. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşlarıntəhsil hüququnu tam təmin etməklə, müvafiq təhsilsəviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşımənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin sərbəstixtisas və təhsil müəssisəsi seçimi əsasında müsabiqə yolu iləhəyata keçirilir. Mövcud qanunvericiliyə uyğun olaraq ortaixtisas təhsili pilləsinə ümumi orta təhsilli və tam orta təhsillişəxslər qəbul oluna bilərlər.2.3. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı müvafiqdövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişiəsasında orta ixtisas təhsili müəssisəsinin imkanları nəzərəTƏHSİL XƏBƏRLƏRİ – 1/201143

alınmaqla, orta ixtisas təhsili müəssisələrinin və tabeliyindəorta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatlarıntəklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetitərəfindən müəyyənləşdirilir.2.4. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nüma yəndə ortaixtisas təhsili müəssisələrində tədris prosesini tənzimləyən aşağıdakıhüquqi sənədlərlə tanış ola bilər:• təhsil müəssisəsinin nizamnaməsi;• təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);• təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqındasənədi.3. Orta ixtisas təhsili müəssisəsinin tədris fəaliyyəti3.1. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrindətədris dili dövlət dili – Azərbaycan dilidir. Təlim orta ixtisastəhsili müəssisələrinin imkanları nəzərə alınmaqla, xaricidillərdə də aparıla bilər.3.2 Orta ixtisas təhsili müəssisələri aşağıdakı təhsil proqramlarını(kurikulumları) həyata keçirir:• tam orta təhsil (ümumi orta təhsil bazasından təhsilalanlar üçün);• orta ixtisas təhsili;• əlavə təhsil.3.3. Orta ixtisas təhsili proqramlarına və onların həyatakeçirilməsinə qoyulan ümumi tələblər dövlət təhsil standartıilə müəyyənləşdirilir.Orta ixtisas təhsili proqramı aşağıdakıları əhatə edir:• orta ixtisas təhsili üzrə ixtisas təsnifatını. Təsnifatrespublika iqtisadiyyatının və sosial sferanın inkişafistiqamətləri nəzərə alınmaqla hazırlanır və AzərbaycanRespublikasının Nazirlər Kabineti tərəfindən təsdiqedilir;• orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təlimnəticələrini və məzmun standartlarını, tədris olunan44 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

fənləri, həftəlik dərs yükünü və dərsdənkənar məşğələsaatlarının miqdarını, pedaqoji prosesin təşkilini, tədrisplanlarını, fənn proqramlarını, metodiki təminatla bağlıtövsiyələri, təlim nəticələrinin qiymətləndirilməsini vəmonitorinqin aparılması qaydalarını özündə əks etdirənmüvafiq təhsil proqramlarını. Bu sənədlər səlahiyyətləriçərçivəsində Azər baycan Respublikasının NazirlərKabineti, Azər baycan Respublikasının Təhsil Nazirliyivə orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənedilir.3.4. Orta ixtisas təhsilinin ayrı-ayrı ixtisasları üzrə təhsil proqramlarımüvafiq tədris-metodiki sənədlər əsasında həyata keçirilir.Bu sənədlər Azərbaycan Respublikasının Təhsil Nazir liyi vəorta ixtisas təhsili müəssisələri tərəfindən müəy yənləşdirilir.Orta ixtisas təhsili müəssisəsi orta ixtisas təhsilinin dövlət standartıçərçivəsində orta ixtisas təhsili proqramlarında müvafiqdəqiqləşdirmələr apara bilər və bu, təhsil müəssisəsininnizamnaməsində öz əksini tapmalıdır.3.5. Təhsil proqramları üzrə normativ təhsil müddətləri orta ixtisastəhsili haqqında dövlət standartı ilə müəyyən edilir.3.6. Orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkili ortaixtisas təhsilinin dövlət standartlarına uyğun hazırlanmış vəorta ixtisas təhsili müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilmiştədris planı əsasında həyata keçirilir.3.7. Orta ixtisas təhsili müəssisəsində tam orta təhsil bazasındantəhsil alanların auditoriya dərslərinin həcmi həftədə 30 saatdanartıq olmamalıdır.Ümumi orta təhsil bazasından təhsil alanların birinci tədrisilində auditoriya dərslərinin həcmi həftədə 36 saatdan, digərtədris illərində isə 30 saatdan artıq olmamalıdır.Tədris planında tədris işinin həcmi kredit vahidləri iləmüəyyənləşdirilir və bir kredit vahidi 30 (15 saat auditoriyavə 15 saat tələbənin sərbəst işi) saata bərabərdir.Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimalhəcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları iləmüəyyənləşdirilir.TƏHSİL XƏBƏRLƏRİ – 1/201145

Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmiildə 180-200 saata qədər nəzərdə tutulur.Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanırvə ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundanəlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq,ödənişli əsaslarla yay semestri də təşkil oluna bilər.Tədris ili üzrə nəzəri təlimin müddəti tam orta təhsil bazasındantəhsil alanlar üçün 30 həftə (hər semestr üzrə 15 həftə)və imtahan sessiyasının müddəti 10 həftədir (semestrlərüzrə 5 həftə). Ümumi orta təhsil bazasından təhsil alanlarüçün isə birinci tədris ilində nəzəri təlimin müddəti 36 həftə(hər semestr üzrə 18 həftə), imtahan sessiyasının müddəti 7həftədir. Digər tədris illərində isə bu müddət müvafiq olaraq30 həftə (hər semestr üzrə 15 həftə) və 10 həftədir (hər semestrüzrə 5 həftə).Bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdətutulan müddət 8-20 həftədir.Hər tədris ilində tətil müddəti 7-12 həftədir (o cümlədən qıştətili müddəti 2 həftədən az olmayaraq).Orta ixtisas təhsili müəssisələrində dərs növlərinə nəzəri,praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, kurs işi(layihəsi) və digərləri daxildir.Akademik saat – 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademiksaat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5dəqiqədən az olmamalıdır.Orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyasıilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlarüçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılanmüddət 5 həftədir.Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyasıtərəfindən həyata keçirilir. Dövlət Attestasiya Komissiyasınınyaradılması və işinin təşkili Azərbaycan RespublikasınınNazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydadahəyata keçirilir. Aralıq attestasiya imtahan formasında həyata46 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

keçirilir, hər semestr üzrə imtahanların siyahısı təhsilalanlarınnəzərinə çatdırılır.Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanıbiliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemləhəyata keçirilir və bu sistemdə A (əla), B (çox yaxşı), C(yaxşı), D (kafi), E (qənaətbəxş) və F (qeyri-kafi) qiymətlərimüəyyənləşdirilir. Balların göstərilən qiymətlər üzrə bölgüsüAzərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindənmüəyyənləşdirilir.İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari vəaralıq qiymətləndirilməsi, dövlət attestasiya sının keçirilməsiqaydaları öz səlahiyyətləri çərçivəsində Azərbaycan RespublikasınınNazirlər Kabineti, Azər baycan Respublikasının TəhsilNazirliyi tərəfin dən və təhsil müəssisələrinin nizamnamələriilə müəyyən ləşdirilir.3.8. Dövlət orta ixtisas təhsili müəssisələrində əyani forma üzrədövlət hesabına təhsilalanların fəaliyyətini stimullaşdırmaqməqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydadatəqaüdlər (o cümlədən adlı təqaüdlər) və yardımlar verilir.3.9. Təhsilalanların bir təhsil proqramından və ya orta ixtisastəhsili müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi,akademik məzuniyyət alması və bərpa olunması məsələləriAzərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindənmüəyyənləşdirilmiş qaydalarla tənzimlənir.3.10. Orta ixtisas təhsili pilləsinin proqramlarını başa vurmuş vəyekun dövlət attestasiyasından keçmiş tələbələrə orta ixtisastəhsili müəssisəsini bitirmələri barədə “Təhsil haqqında dövlətsənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nıntəsdiq edilməsi haqqında” Azər baycan Respublikası NazirlərKabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarınauyğun olaraq dövlət nümunəli sənəd – diplom verilir. Həmindiplomun əlavəsində təhsilalanlar tərəfindən mənimsənilmişfənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayanşəxslərə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsinivə səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsiTƏHSİL XƏBƏRLƏRİ – 1/201147

Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12nömrəli qərarına əsasən arayış verilir.4. Orta ixtisas təhsili müəssisəsininidarə olunmasının təşkili4.1. Orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsilmüəssisəsinin fəaliyyətinin məqsədini, onun idarə olunmasıqaydalarını, təhsilalanların və işçilərin statusunu, maliyyətəsərrüfatfəaliyyətinin strukturunu və digər məsələlərimüəyyənləşdirir.4.2. Orta ixtisas təhsili müəssisəsinin idarə olunmasında demokratikliyivə şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsindəözünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, metodiki,pedaqoji, təhsilalanlar və qəyyumlar şurası və s.)yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları vəsəlahiyyətləri orta ixtisas təhsili müəssisəsinin nizamnaməsiilə müəyyənləşdirilir.4.3. Orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı PedaqojiŞuradır. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti AzərbaycanRespublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən“Pedaqoji Şura haqqında Əsasnamə” və təhsil müəssisəsininnizamnaməsi ilə tənzimlənir. Pedaqoji Şuranın səlahiyyətmüddəti 1 tədris ilidir.Pedaqoji Şuranın tərkibinə orta ixtisas təhsili müəssi səsinindirektoru (sədr), direktor müavinləri, şöbə müdir ləri, fənnbirləşmə komissiyalarının sədrləri, müəllimlər, fiziki tərbiyəvə çağırışaqədərki hazırlıq rəhbərləri, tədris-istehsalat emalatxanalarınınmüdirləri, həmkarlar təşkilatının, baza idarə vəmüəssisələrinin nümayəndələri daxil olurlar.4.4. Orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərlikbilavasitə direktor tərəfindən həyata keçirilir. DirektorAzərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyinolunur və ya vəzifəsindən azad edilir.48 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

Bələdiyyə orta ixtisas təhsili müəssisəsinə rəhbərlik bələdiyyətərəfindən təyin olunmuş direktor tərəfindən həyata keçirilir.Özəl orta ixtisas təhsili müəssisəsinə rəhbərliyi həmin orta ixtisastəhsili müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar)şurası tərəfindən təyin edilmiş direktor həyata keçirir.Direktor əvəzçiliklə təyin edilə bilməz.Dövlət orta ixtisas təhsili müəssisələrinin tədris və tərbiyəişləri üzrə direktor müavinləri orta ixtisas təhsili müəssisəsirəhbərinin (direktorun) təqdimatı əsasında tabeliyində ortaixtisas təhsili müəssisəsi olan mərkəzi icra hakimiyyəti orqanıtərəfindən təyin olunurlar.Bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin tədrisvə tərbiyə işləri üzrə direktor müavinləri müvafiq olaraqbələdiyyə və təsisçi tərəfindən təyin olunurlar.Direktor mütəxəssis hazırlığının keyfiyyətinə, orta ixtisastəhsili müəssisəsində tədris, tərbiyə, maliyyə-təsərrüfat işinintəşkilinə və büdcə qanunvericiliyinin icrasına görə məsuliyyətdaşıyır.Direktor orta ixtisas təhsili müəssisəsinin inzibati-funksionalidarəetmə strukturunu və ştat cədvəlini təsdiq edir.Direktorun səlahiyyətləri orta ixtisas təhsili müəssisə sininnizamnaməsi ilə müəyyən edilir.4.5. Fənn birləşmə komissiyaları orta ixtisas təhsili müəssisəsinininzibati struktur bölməsi olaraq, bir və ya bir neçə ixtisasüzrə mütəxəssis hazırlığının həyata keçirilməsinə və tərbiyəişlərinə rəhbərlik edir.4.6. Orta ixtisas təhsili müəssisəsinin şöbələrinə şöbə müdirirəhbərlik edir. Şöbə müdiri vəzifəsinə təyinolunma müvafiqqanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.Şöbə müdiri:• şöbənin tədris və tərbiyə işlərinin təşkilinə və yerinəyetirilməsinə bilavasitə rəhbərlik edir;• təhsil proqramlarının dövlət təhsil standartlarınıntələblərinə uyğun həyata keçirilməsini təmin edir;TƏHSİL XƏBƏRLƏRİ – 1/201149

• tələbələrin istehsalat təcrübəsinin həyata keçirilməsiüçün şərait yaradır və onu nəzarətdə saxlayır;• şöbə üzrə tədris məşğələlərinin cədvəlini tərtib etməküçün material hazırlayır və cədvəlin yerinə yetirilməsinənəzarət edir;• tələbələrin müstəqil işlərinə nəzarəti təşkil edir vəonların səmərəli fəaliyyətləri üçün şərait yaradılmasınıtəmin edir;• tələbələrin imtahanlarının keçirilməsinə nəzarəti təşkiledir, bütün imtahan sessiyalarının normal, möv cudtələblərə uyğun keçirilməsinə cavabdehlik daşıyır;• tələbələrin məktəbdən xaric olunması, bərpası, semestrimtahanlarına və dövlət attestasiyasına buraxılmasınadair direktora təqdimat verir;• şöbədə təhsil alan tələbələrə mövcud qaydada təqaüdətəqdim edir;• şöbənin profilinə uyğun dərsliklərin, dərs vəsaitlərinin,fənn proqramlarının, təhsil normalarının, tədris planlarının,metodiki göstərişlərin hazırlanmasına təşəbbüsgöstərir və bu işə ümumi rəhbərlik edir;• şöbədə hazırlanan ixtisaslar üzrə peşəyönümü işininaparılmasını təşkil edir və onun lazımi səviyyədə aparılmasınaməsuliyyət daşıyır;• şöbədə hazırlanması mümkün və zəruri olan ixtisaslarımüəyyənləşdirir, illik və perspektiv qəbul planları üzrəorta ixtisas təhsili məktəbinin rəhbərinə təkliflər təqdimedir;• orta ixtisas təhsili müəssisəsində şöbə ilə bağlı olanbütün tədbirlərdə, komissiyalarda, yığıncaq və şuralardafakültəni təmsil edir;• şöbənin işində iştirak edən bütün tədris-köməkçiheyətin işinə nəzarət edir.4.7. Fənn birləşmə komissiyası orta ixtisas təhsili müəssi səsinintədris struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlərüzrə tədris, metodiki və pedaqoji işləri həyata keçirir.Fənn birləşmə komissiyasının əsas vəzifələri aşağıdakılardır:50 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

• bütün təhsil formaları üçün tədris planlarında nəzərdətutulmuş laboratoriya, nəzəri, praktiki və digər dərslərinyüksək elmi-nəzəri səviyyədə aparılması;• kurs və buraxılış işlərinə (layihələrinə), istehsalattəcrübə lərinə, tələbələrin sərbəst dərslərinə rəhbərlikedilməsi;• semestr imtahanlarının keçirilməsi;• dövlət attestasiyasının təşkili və keçirilməsi;• təhsilalanlar arasında tərbiyə işinin təşkili;• tədris edilən fənlər üzrə tədris proqramlarının işlənibhazır lanması və müvafiq qaydada təsdiq üçün təqdimedilməsi, həmçinin digər kafedraların hazırladıqlarıtədris proqramlarına rəy verilməsi;• dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər,əyani vəsaitlər və s. hazırlanması, direktorun göstərişiilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyatarəy verilməsi;• fənn birləşmə komissiyası əməkdaşlarının tədris, elmimetodikivə digər işlərinin, fərdi planlarının hazırlanmasıvə həyata keçirilməsi;• orta ixtisas təhsili müəssisələrinin fənn birləşməkomissiyalarının qabaqcıl iş təcrübəsinin öyrənilməsivə yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqdaköməklik göstərilməsi;• tədris prosesində müasir təlim texnologiyalarındanistifadə edilməsinə dair tədbirlər hazırlanıb həyatakeçirilməsi;• qabaqcıl təcrübənin öyrənilməsi və müxtəlif müəssisəvə təşkilatlarla əlaqələrin təşkil edilməsi.4.8. Fənn birləşmə komissiyasına rəhbərliyi qanunvericilikləmüəyyən olunmuş qaydada bu vəzifəyə təyin edilmiş kafedramüdiri həyata keçirir.Fənn birləşmə komissiyasının sədri:• fənn birləşmə komissiyasının iclaslarını çağırır, onlarasədrlik edir, onların qərarlarını təsdiq edir;TƏHSİL XƏBƏRLƏRİ – 1/201151

• fənn birləşmə komissiyasının işini planlaşdırır və təşkiledir, onun fəaliyyətinə rəhbərlik edir;• hər il fənn birləşmə komissiyasının fəaliyyəti barədəhesabat təqdim edir;• fənn birləşmə komissiyasının fəaliyyətinin nəticələrinəgörə fənn birləşmə komissiyasının kollektivi, pedaqojişura və rəhbərlik qarşısında məsuliyyət daşıyır.4.9. Orta ixtisas təhsili müəssisələrində pedaqoji, mühəndistexniki,inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi vədigər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrətəyinolunma təhsil müəssisəsinin rəhbəri tərəfindən həyatakeçirilir.5. Təhsilalanların, təhsilverənlərin vədigər işçilərin hüquq və vəzifələri5.1. Orta ixtisas təhsili müəssisələrində əmək və onunla bağlı digərsosial-iqtisadi münasibətlər Azərbaycan RespublikasınınƏmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan RespublikasınınQanunu, bu Nümunəvi Nizamnamə, orta ixtisastəhsili müəssisəsinin nizamnaməsi, orta ixtisas təhsilimüəssisəsinin daxili intizam qaydaları və kollektiv müqaviləsiilə tənzimlənir. Orta ixtisas təhsili müəssisəsinin daxili nizamintizamqaydaları və kollektiv müqaviləsi işçilərin işə qəbulolunması və işdən azad olunmasını, əmək müqaviləsinintərəfdaşlarının hüquqlarını, təhsil müəssisəsində əmək rejiminivə s. özündə əks etdirir. Kollektiv müqavilə mövcudqanunvericiliyə uyğun olaraq 1 ildən 3 ilə qədər müddətəbağlanılır. Həmin müddət orta ixtisas təhsili müəssisəsininnizamnaməsi ilə tənzimlənir.5.2. Təhsilalanların, müəllimlərin və digər işçilərin hüquq vəvəzifələri qanunvericiliyə əsasən müəyyən edilir və buNümunəvi Nizamnamə, orta ixtisas təhsili müəssisəsininnizamnaməsi və daxili nizam-intizam qaydaları ilə tənzimlənir.5.3. Təhsilalanların hüquqları aşağıdakılardır:52 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

• təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası,təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;• dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsilalmaq;• orta ixtisas təhsili müəssisəsinin tədris planlarına uyğunolaraq tədris fənlərini, semestrlər üzrə kredit lərinmiqdarını, təhsilverənləri və tyutorları sərbəst seç mək;• təhsil müəssisəsinin mövcud infrastrukturundanistifadə etmək;• müəyyən edilmiş qaydada orta ixtisas təhsili müəssisəsinivə ixtisasını dəyişmək;• fasiləsiz təhsil almaq;• sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilətəmin olunmaq;• insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarınazidd hərəkətlərdən müdafiə olunmaq;• müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilinimüvəqqəti dayandırmaq;• Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəy yənetdiyi qaydada biliyinin yenidən qiymətlən dirilməsinitələb etmək;• təhsil prosesinin təşkilində və idarə olunmasında fəaliştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadəetmək;• orta ixtisas təhsili müəssisəsinin ictimai, sosial vəmədəni həyatında, assosiasiyaların, birliklərin və digərtəşkilatların yaradılmasında iştirak etmək;• praktik konfransların, seminarların, yığıncaqların vəgörüşlərin, habelə təhsil həyatı ilə bağlı digər tədbirlərinkeçirilməsində iştirak etmək;• qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlarıhəyata keçirmək.5.4. Təhsilalanların vəzifələri aşağıdakılardır:• dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərəyiyələnmək;TƏHSİL XƏBƏRLƏRİ – 1/201153

• pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;• təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq,daxili intizam qaydalarının tələblərinə riayət etmək;• dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətinidərk etmək.5.5. Təhsilverənlərin hüquqları aşağıdakılardır:• normal əmək, pedaqoji iş və təhsil şəraiti, müasir standartlaracavab verən texnologiyalarla təmin olunmaq;• təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraqtəhsil prosesinin təşkilində və idarə olunmasında fəaliştirak etmək;• tədrisin formasını, metodlarını və vasitələrini sərbəstseçmək;• şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;• təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallardaseçkili vəzifələrə seçmək və seçilmək;• ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək;• müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaqvə təltif olunmaq;• qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlarıhəyata keçirmək.5.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:• təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsindəiştirak etmək;• təhsil proqramlarının mənimsənilməsini təmin etmək;• təhsilalanlarla fəal vətəndaş mövqeyi formalaşdır maq,onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəetmək, müstəqil həyata və əmək fəa liy yətinə hazırlamaq;• şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasınınmüstəqilliyinə, Konstitusiyasına və qanunlarına,dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə,mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli vəümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmətvə qayğı hissləri aşılamaq;54 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

• pedaqoji etika və əxlaq normalarına riayət etmək,müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsigöstərmək;• təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;• gəncləri fiziki və psixi zorakılığın bütün formalarındanqorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;• ixtisas və pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlərkeçirmək;• qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadankeçmək;• qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələriyerinə yetirmək.5.7. Dövlət təhsil müəssisəsində inzibati vəzifələrin tutulmasınınyaş həddi Azərbaycan Respublikasının Nazirlər Kabinetitərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqojiişçilərin inzibati vəzifə tutmamaq şərtilə, təhsil müəssisəsinintədris fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.6. Orta ixtisas təhsili müəssisəsininmaliyyə-təsərrüfat fəaliyyəti6.1. Orta ixtisas təhsili müəssisəsinin əmlakı dövlət, bələdiyyə,təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinəvə ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağanolunmayan və öz nizam naməsində əksini tapan fəaliyyətinəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqlimülkiyyət məhsullarından ibarətdir.Orta ixtisas təhsili müəssisəsi mülkiyyətində və istifadəsindəolan əmlakın saxlanılması, qorunması və ondan səmərəliistifadə edilməsi üçün məsuliyyət daşıyır. Orta ixtisas təhsilimüəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinənəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.Dövlət orta ixtisas təhsili müəssisəsinin maddi-texnikibazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlətbüdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabınahəyata keçirilir.TƏHSİL XƏBƏRLƏRİ – 1/201155

Orta ixtisas təhsili müəssisəsi qanunvericiliklə müəyyən olunmuşqaydada öz nizamnaməsində göstərdiyi xidmətlər (tədris,müalicə-profilaktika və digər xidmətlər) nəticəsində daşınarvə daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya,nəqliyyat vasitələri və s. əldə edə bilər.Dövlət mülkiyyətində olan orta ixtisas təhsili müəs sisəsininözəlləşdirilməsi qadağandır.Dövlət orta ixtisas təhsili müəssisəsinin büdcədənkənarmən bələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlakqanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.Dövlət orta ixtisas təhsili müəssisəsinin istifadəsinə verilmişəmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.6.2. Orta ixtisas təhsili müəssisəsi mövcud qanunvericilikçərçivəsində, öz nizamnaməsində müəyyən edilmiş qaydadafiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətlərigöstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqivə fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaqhüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait vədigər əmlak dövlət orta ixtisas təhsili müəssisəsinə dövlətbüdcəsindən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir vəonun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.Dövlət orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəətyalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərinsosial müdafiəsinə yönəldilə bilər.Dövlət orta ixtisas təhsili müəssisəsinin maliyyə ləşdirilməsiorta ixtisas təhsili pilləsi üzrə müəyyən edilmiş maliyyənormativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsilmüəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq,hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla,Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindənmüəyyən edilir.Dövlət təhsil müəssisəsi öz nizamnaməsinə uyğun olaraq,ödənişli təhsildən əldə olunan və digər büdcə dənkənarvəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddihəvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst56 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlargöstərir.Dövlət orta ixtisas təhsili müəssisəsinin inkişafına,təhsilalanların təhsil haqqının və təhsillə bağlı xərclərininödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini,beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçünmüvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərinvə qrantların verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilikaktları ilə müəyyən edilir.Dövlət təhsil sahəsinə investisiyaların, o cümlədən xariciinvestisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiyamühitinin yaradılmasını təmin edir və bu məqsədləsərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydadagüzəştlər verilir.6.3. Dövlət və bələdiyyə orta ixtisas təhsili müəssisələrininmaliyyələşdirilməsi aşağıdakı mənbələr hesabına həyata keçirilir:• qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin vəyerli büdcənin vəsaitləri;• ödənişli təhsildən əldə olunan vəsaitlər;• hüquqi və fiziki şəxslərin, o cümlədən əcnəbilərin vəvətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərinqanunvericiliyə uyğun olaraq verdikləri qrantlar,vəsiyyət etdikləri vəsaitlər, ianələr və yardımlar;• orta ixtisas təhsili müəssisəsinin təhsil, elm, istehsal,məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyənedilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;• orta ixtisas təhsili müəssisəsinin mülkiyyətində olanfiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın,nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsızolan digər əmlakın satışından qanunvericiliyə uyğunolaraq əldə edilən vəsaitlər;• dövlət tərəfindən maliyyələşdirilən məqsədli proqramlarvə layihələr üzrə əldə olunan vəsaitlər;TƏHSİL XƏBƏRLƏRİ – 1/201157

• hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütə xəssishazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanmasıüçün ayırdıqları vəsait;• qanunvericiliklə qadağan edilməyən digər mənbələrdənəldə olunan vəsaitlər.6.4. Özəl orta ixtisas təhsili müəssisəsi aşağıdakı mənbələr hesabınamaliyyələşdirilir:• təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;• təsisçilərin (himayəçilərin) vəsaitləri;• qanunvericiliyə uyğun olaraq verilən qrant və kre ditlər;• hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyətetdikləri əmlak və bağışladıqları hədiyyələr;• təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericilikləmüəyyən edilmiş digər xidmətlərdən əldəolunan vəsaitlər;• qanunvericiliklə qadağan edilməyən və nizam naməsindəgöstərilən digər mənbələr hesabına əldə olunanvəsaitlər.Özəl orta ixtisas təhsili müəssisəsi öz maliyyə vəsait lərinisərbəst idarə edir. Özəl orta ixtisas təhsili müəs sisəsi təhsilhaqqının məbləğini ayrı-ayrı ixtisasların təhsil proqramlarınauyğun olaraq sərbəst müəyyən edir.Özəl orta ixtisas təhsili müəssisəsi ilə təhsilalanlar, valideynlərvə ya digər qanuni nümayəndələr arasında münasibətlərmüqavilə ilə tənzimlənir.6.5. Orta ixtisas təhsili müəssisəsi əlavə gəlir əldə etmək məqsədiilə öz nizamnaməsində nəzərdə tutulmuş qay dada “Təhsilmüəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasınayol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyənedilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin2010-cu il 19 yanvar tarixli 10 nömrəli qərarına uyğunolaraq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.Orta ixtisas təhsili müəssisəsi sahibkarlıq fəaliyyətindən əldəetdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna malikdir.Dövlət orta ixtisas təhsili müəssisəsinin sahibkarlıq58 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafınavə işçilərin sosial müdafiəsinə yönəl dilir.Orta ixtisas təhsili müəssisəsi sahibkarlıq fəaliyyətini həyatakeçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada,öz nizamnaməsinə uyğun olaraq hüquqi şəxslər yaradabilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində iştirak edəbilər.6.6. Orta ixtisas təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarınauyğun təşkil olunmaması nəticəsində təhsilalanlarınkeyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin,o cümlədən təhsilalanların başqa təhsil müəssisələrindəyenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsilmüəssisəsi və bilavasitə zərər vurulmasında təqsirkar şəxslərtərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.Bu bəndin birinci abzasına uyğun olaraq, iddia yalnız akkreditasiyaolunmuş təhsil müəssisəsi barədə akkreditasiya xidmətitərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.7. Təhsil sahəsində beynəlxalq əlaqələrOrta ixtisas təhsili sahəsində beynəlxalq əməkdaşlıqAzərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığıbeynəlxalq müqavilələr əsasında həyata keçirilir.Orta ixtisas təhsili müəssisələrində tədris prosesi Avropa KreditTransfer Sisteminə uyğun olan kredit sistemi əsasındatəşkil olunur. Kredit sistemi üzrə tədrisin təşkili qaydalarıAzərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindəntəsdiq edilir.Orta ixtisas təhsili müəssisəsi qanunvericiliyə və özününfəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin təhsilmüəssisələri ilə, təşkilatlarla, beynəlxalq qurumlar və fondlarlabirbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəflivə çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyətgöstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar,birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digərformalarını həyata keçirə bilər.TƏHSİL XƏBƏRLƏRİ – 1/201159

Orta ixtisas təhsili müəssisəsi beynəlxalq səviyyəli birgətəhsil layihələrinin hazırlanması, tələbələrin, müəllimlərinmübadiləsi, iddia sənədi, patent və ya onlarla bağlı hüquqlarınözgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətləmüvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydadamüstəqil məşğul olmaq hüququna malikdir.Orta ixtisas təhsili müəssisəsi fəaliyyətinin keyfiyyətiniyüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədiilə Azərbaycan Respublikasının mövcud normativ hüquqiaktlarının tələblərini gözləməklə, öz nizamnaməsinə uyğun,müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində vəxarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar,laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququnamalikdir.60 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

Azərbaycan Respublikası Nazirlər Kabinetinin2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilətəsdiq edilmişdir2 nömrəli əlavəAzərbaycan Respublikası Nazirlər Kabinetinindəyişiklik edilmiş bəzi qərarlarınınSİYAHISIAzərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakıqərarlarında dəyişikliklər edilsin:1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi normativaktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 1996-cı il 4 noyabr tarixli 154nömrəli qərarının III bəndi çıxarılsın.2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarındadəyişikliklər edilməsi haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2004-cü il 6 sentyabr tarixli 123nömrəli qərarının (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2004-cü il, № 9, maddə 741; 2005-ci il, № 12, maddə1228) II bəndi çıxarılsın.3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarınaəlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2007-ci il 26 dekabr tarixli 209 nömrəliqərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,2007-ci il, № 12, maddə 1344) 2-ci bəndi çıxarılsın.4. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərar larınaəlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2008-ci il 4 sentyabr tarixli 202nömrəli qərarının (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2008-ci il, № 9, maddə 853) 5-ci bəndi çıxarılsın.TƏHSİL XƏBƏRLƏRİ – 1/201161

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar2011-ci il tarixli 7 №li “Orta ixtisas təhsili müəssisəsinin NümunəviNizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinindəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsibarədə qərarının icrasını təmin etmək məqsədiləƏMR EDİRƏM:1. Təhsil Nazirliyinin aidiyyəti şöbə müdirləri və orta ixtisas təhsilimüəssisələrinin rəhbərləri Azərbaycan Respublikası NazirlərKabinetinin “Orta ixtisas təhsili müəssisəsinin NümunəviNizamnaməsi”ni və “Azərbaycan Respublikası Nazirlər Kabinetinindəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiqedilməsi barədə 14 yanvar 2011-ci il tarixli 7 №li qərarını işdərəhbər tutsunlar.2. Nəzərə alınsın ki:• orta ixtisas təhsili müəssisəsinin Nizamnaməsi “Orta ixtisastəhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.2-cibəndinə uyğun hazırlanmalı;• “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizam naməsi”nin1.3-cü bəndinə uyğun olaraq orta ixtisas təhsilimüəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin pedaqojişurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan RespublikasıPrezidentinin təsdiq etdiyi nizamnamələr istisnaolmaqla) tərəfindən təsdiq edilir. Bələdiyyə və özəl orta ixtisastəhsili müəssisələrinin nizamnamələri Azərbaycan RespublikasıTəhsil Nazirliyinin rəyi əsasında təsisçilər tərəfindəntəsdiq edilir.3. Orta ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırılsınki, 1 (bir) ay müddətində bu əmrin 2-ci bəndinə müvafiqolaraq rəhbərlik etdikləri orta ixtisas təhsili müəssisəsininNizamnaməsinin hazırlanmasını, təsdiqini və qanunvericilikdə62 TƏHSİL XƏBƏRLƏRİ – 1/2011

müəyyən olunmuş qaydada Ədliyyə Nazirliyində qeydiyyataalınmasını təmin etsinlər.4. Təhsil Nazirliyi Aparatının rəhbərinə (İ.Pirməmmədov), Alivə orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın ki, buəmrdən irəli gələn digər zəruri tədbirləri həyata keçirsinlər.5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin14.01.2011-ci il tarixli 7 saylı qərarı.Misir Mərdanov,Azərbaycan Respublikasının təhsil naziriTƏHSİL XƏBƏRLƏRİ – 1/201163

“Şərq-Qərb” Nəşriyyat evində çapa hazırlanmışdırBuraxılışa məsul:Texniki redaktor:Kompyuter səhifələnməsi:Üz qabığının dizaynı:Rasim MüzəffərliRövşən AğayevAllahverdi KərimovElşən Qurbanov“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap olunmuşdurAZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17Tel.: (+99412) 370 68 03; 374 83 43Faks: (+99412) 370 68 03; 370 18 49www.eastwest.az

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!