13.07.2015 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

www.kitabxana.net - Milli Virtual <strong>Kitabxana</strong>nın təqdimatında* * *Otelə giririk. Hər əlində bir çemodan götürmüş Natiq Rəsulov yükünün ağırlığından tər içindədir. Otelinişçisi yolunu kəsir:- Bəy əfəndi, yardımçı ola bilirmiyim?- Yox, çəkil, özüm aparacam.- Olurmu ya, bəy əfəndi, kəndinizin də millət vəkili olduğunuzu söylədilər. Lütfən, eşyalarınızı ben alayım.Natiq bəy çemodanları yerə qoyub izahat verir:- Ay əmoğlu, mənim diptatdığımın qutarmasına bircə il qalıf. Onnan sora mənim bacaracağım bir iş var,həblə o da hamballıxdı. Haindi qoymazsan məşqimizi yapaq, abi?* * *Avtobusla növbəti ziyafətdən qayıdırıq. Arxada oturmuş Natiq Rəsulov qabaqdakı Zeynəddin Xasmətovasəslənir:- A Zenik, ha sən kələm yidin?- Kələmi neynirəm?- Ə, nətəər yanı neynirəm? Bu gün - savax ara qarışcax, ha bu YAP-çıların hamısı aradan çıxcax. Kələmyiyən bərk qaçır da, eşitməmisən?- Mən niyə qaçıram, mən sıravi üzvəm, qoy Məzdək qaçsın də, bu kişi çlen politsovetdi.- Ha bu Məzdəyə fikir yoxdu, o, YAP-ı əvvəldən qurannardandı. Fikir bizimkidi e, diyəcəklər ki, ayaxmaxlar, bu YAP dağılhadağılda nə ağılnan gedib ora girmisouz?* * *Beş ölkədən olan millət vəkilləri, biri də mən olmaq etibarilə, Türk Əsilli Millət Vəkillərinin Dünya Birliyiadında bir təşkilat quracağımız haqqında bəyanat verdik. Həmkarlarım bunu əsasən müsbət qarşıladılar,amma hamısı yox.Səhəri gün Avstraliya senatoru Tayfun Ərən pərişan idi. Demə, Nigar Ələkbərova axşam-axşam onayaxınlaşıb xeyli giley-güzar edib:- Axı bu bəyannaməni bizim nümayəndə heyəti adından niyə İmanov imzalayıb?- Xanım əfəndi, əvvəla, bəyannamənin mətnini Nazim bəy yazıb, ikincisi də, o, bəyannaməni heyət adınadeyil, kəndi adına imzalayıb.- Yaxşı, -deyə Nigar xanım davam edib, - kəndidi-kəndidi, elə kəndi adıma mən imzalayardım də.- Vallah, Siz hər halda doğru söylüyorsunuz. Amma nə fərqi var ki, önəmli olan işin yapılmasıdır.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!