14.09.2020 Views

az_ПРАВИЛА_ПРОВЕДЕНИЯ_И_УСЛОВИЯ_УЧАСТИЯ_В_АКЦИИ_B2S_18_08_2020_edited

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

«Back to School» stımullaşdırıcı Lotereyasının keçirilmə qaydaları və iştirak şərtləri.

1. Stimullaşdırıcı Lotereyanın adı: «Back to School» (bundan sonra – «Lotereya»).

Lotereya «SNICKERS®», «TWIX®», «BOUNTY®» ticarət markasına aid aşağıdakı şokolad batonları

ilə əlaqədar keçirilir:

• xalis çəkisi 50,5 qram olan qablaşdırmada SNICKERS®;

• xalis çəkisi 55 qram olan qablaşdırmada TWIX®;

• xalis çəkisi 55 qram olan qablaşdırmada BOUNTY®;

2. Lotereyanın təşkilatçısı "C141" (Si 141) Məhdud Məsuliyyətli Cəmiyyətidir (Yerləşdiyi ünvan: AZ1025

Bakı, Azərbaycan, Babək pr-ti, Ələddin Quliyev küç., 1131-ci məhəllə, Babək plaza, ofis B6-06).

3. Lotereyanın keçirildiyi ərazi - Azərbaycan Respublikasıdır;

4. Lotereyanın keçirildiyi ümumi müddət - 15 sentyabr 2020-ci il tarixindən 15 oktyabr 2020-ci il

tarixinədək (bundan sonra - "Lotereyanın keçirilmə müddəti" adlandırılır).

DİQQƏT: Lotereya ilə əhatə olunan «SNICKERS®», «TWIX®», «BOUNTY®» ticarət markalarına aid

batonların qablaşdırmalarının üzərində göstərilən müddətlərdən asılı olmayaraq 15 sentyabr 2020-ci il Bakı

vaxtı ilə saat 00.00-dan etibarən 15 oktyabr 2020-ci il Bakı vaxtı ilə saat 23.59-dək (bundan sonra -

"Lotereyada iştirak üçün ərizələrin qəbulu dövrü" adlandırılır) Lotereyanın iştirakçısı olmaq olar:

5. Lotereyada aşağıdakı şəxslər iştirak edə bilər:

5.1. Lotereyanın keçirildiyi müddətdə Azərbaycan Respublikası ərazisində yaşayan, hüquqi səlahiyyətli

Azərbaycan vətəndaşları:

5.2. Azərbaycan Respublikasının ərazisində doğulmuş, valideynləri Azərbaycan Respublikasının

vətəndaşları olan, aksiyanın keçiriləcəyi anadək 13 (on üç) yaşı tamam olmuş, həddi-büluğa

çatmamış uşaqlar valideynlərdən birinin icazəsi ilə (bundan sonra "İştirakçı").

5.3. Aşağıdakı şəxslər Lotereyada iştiraka buraxılmır: Lotereya Təşkilatçısının işçiləri, onların ailə üzvləri,

Lotereya Təşkilatçısının maraqlarını təmsil edən şəxslər, müəyyən edilmiş qaydada Lotereya

Təşkilatçısı ilə bağlı olduğu qəbul edilmiş şəxslər, üçüncü şəxslərin Lotereya Təşkilatçısı ilə mülkihüquqi

və digər münasibətləri olan və təşkilat və/və ya Lotereyanın keçirilməsi ilə bağlı olan işçiləri

və nümayəndələri, eləcə də onların ailə üzvləri, vətəndaşlığı olmayan şəxslər və Azərbaycan

Respublikasında yaşamaq icazəsi olmayan digər ölkə vətəndaşları.

5.4. Lotereyada iştirak etməklə Lotereya İştirakçısı bu Qaydalarla tanış olduğunu və onlarla razı

olduğunu, eləcə də onların bütün şərt və tələblərinə riayət etmək öhdəliklərini qəbul etdiyini təsdiq

edir.

5.5. Lotereyanın rəsmi qaydaları (bundan sonra – "Qaydalar" adlandırılır) www.backtoschool.az vebsaytında

(bundan sonra – "Sayt" adlandırılır) yerləşdirilir.

6. Lotereyanın iştirakçısı olmaq və hədiyyə qazanmaq imkanını əldə etmək üçün aşağıdakı

hərəkətləri etmək lazımdır:

6.1. 2020-cu ilin 15 sentyabr tarixindən 15 oktyabr tarixinədək dövr ərzində (bundan sonra -

"Lotereyanın keçirilmə dövrü" adlandırılır):

«BRAVO» şəbəkəsinin ticarət nöqtələrindən birində, Aksiya məhsulunu, yəni SNICKERS, TWIX və

ya BOUNTY batonlarından iki ədədini əldə etmək, Aksiya məhsulunun alışını ticarət nöqtəsində

əldə edilmiş kassa çeki ilə təsdiq etmək. Kassa çekinin üzərində bu Qaydaları 1-ci bəndində Aksiya

məhsulunun məhsul pozisiyası qeyd edilməlidir. Kassa çekini saxlamaq lazımdır;

ad/soyad və mobil telefonu qeyd etməklə www.backtoschool.az, saytında qısa qeydiyyatdan

keçmək;

uğurlu qeydiyyatdan sonra ziyarətçi lotereyanın İştirakçısı hesab edilərək avtomatik olaraq

həftəlik prizlərin uduşunda iştirak etmək imkanını alır;

Çeki aşağıdakı üsullardan birindən istifadə etməklə yükləmək olar:

çekin fotosunu www.backtoschool.az saytında yükləmək;


və ya çekin fotosunu WhatsApp vasitəsilə +994508959921 nömrəsinə göndərmək;

Malın alışını təsdiq edən kassa çekinin fotosunu göstərilmiş üsullardan birindən istifadə etməklə

yüklədikdən sona, çekə fərdi nömrə verilir, və iştirakçı həftəlik hədiyyələrin və lotereyanın hər

həftəsinin sonunda əsas hədiyyənin uduşunda iştirak edir.

6.2. Çekin üzərindəki bütün məlumatlar aydın oxunmalıdır. Çekin şəkli dəqiq və aydın oxuna bilməlidir.

Faylın növü: JPEG, JPG, ölçüsü 10 Mb-dan çox olmamalı, rezolyusiyası 200 (iki yüz) dpi-dən az

olmamalıdır. Fotoşəkil olmayan təsvirlərə yol verilmir (skrinşotlar, basmalar, rəsmlər, kompüter

qrafikası, fotomontaj). Çekin fotoşəkli üst və alt kənarları da daxil olmaqla tam çəkilməlidir, çekin

şəkli tam şaquli istiqamətli olmalıdır, çekin fotoşəklini düz bucaq altında çəkmək lazımdır.

6.3. Çeklər yükləndikdən sonra 48 saat ərzində onların Lotereya şərtlərinə uyğunluğu yoxlanılır

(moderasiyadan keçir). Təşkilatçı/Sifarişçi şəklin oxunmadığını (xüsusilə, üzərində kiçik zədələr

olarsa, şəkil aydın olmazsa), saxta olduğunu hesab etdiyi istənilən zaman yüklənmiş çeki İştirakçı

üçün hesaba almaya bilər.

6.4. Eyni çekin şəkli Lotereyanın keçirildiyi bütün müddət ərzində sayta yalnız bir dəfə yüklənə bilər. Eyni

İştirakçı tələblərə cavab verən çekləri qeyri-məhdud sayda yükləyə bilər.

6.5. Bir kassa çeki ilə bu Qaydaların 1-ci bəndində göstərilmiş ikidən çox mal satın alınmışdırsa, həmin

çek əsasında yalnız iki maldan Lotereyada iştirak üçün istifadə etmək olar. Yüklənilmiş əmtəə

çeklərini uduşlu olduğu təqdirdə Lotereya Təşkilatçısına təqdim etmək üçün mütləq saxlamaq

lazımdır.

7. Hədiyyə fondunun tərkibi və miqdarı

7.1. Lotereyanın hədiyyə fondu Lotereya Təşkilatçısının pul vəsaitinin və əmlakının hesabına

formalaşdırılır, aşağıdakı hədiyyələrdən ibarətdir:

7.1.1. Həftəlik hədiyyələr:

«SNICKERS®», «TWIX®», «BOUNTY®» şouboksu - həftədə 6 ədəd; şou-boksların ümumi sayı–

30 ədəd. (hər növdən 10 ədəd).

Texnika mağazasında alış-veriş etmək üçün 30 AZN nominalında sertifikat -həftədə 4 əd.,

sertifikatların ümumi sayı - 20 ədəd.

7.1.2. Əsas hədiyyə:

Lenovo Tab4 10 16GB LTE Black planşeti– həftədə 1 ədəd; əsas hədiyyələrin ümumi sayı – 5

ədəd.

8.1. 8. Hədiyyə fondunun uduşunun keçirilmə qaydası, eləcə də Lotereya qaliblərinin müəyyən

edilməsi qaydası və məlumatvermə üsulu:Həftəlik hədiyyələrin sahiblərinin müəyyən edilməsi

hər lotereya həftəsi (cəmi 5 həftə) bitdikdən bir gün sonra qeydiyyatdan keçmiş iştirakçılar

arasında keçirilir. Qalibin müəyyən edilməsi çap edilmiş kuponlar şəklində olan fərdi kodlar

arasında lotereyanın keçirilməsi ilə uduşlu səslərin təsadüfi müəyyən edilməsi yolu ilə keçirilir.

Qalibi müəyyən edərkən Lotereya Təşkilatçısı hər mükafat üçün bir əsas və bir ehtiyat qalibi

seçir.

Həftəlik hədiyyələrin oynanılması qrafiki:

22 sentyabr (15 sentyabrdan 20 sentyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir);

29 sentyabr (21 sentyabrdan 27 sentyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir);

06 oktyabr (28 sentyabrdan 04 oktyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir);

13 oktyabr (05 oktyabrdan 11 oktyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir);

19 oktyabr (12 oktyabrdan 15 oktyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir).


8.2. Əsas hədiyyələrin sahiblərinin müəyyən edilməsi hər aksiya həftəsi bitdikdən bir gün sonra 2020-ci

ilin 22 sentyabr, 29 sentyabr, 06 oktyabr, 13 oktyabr, 19 oktyabr tarixlərində qeydiyyatdan keçmiş və

Lotereyanın şərtlərinə cavab verən əmtəə çekləri arasında keçirilir. Qalibin müəyyən edilməsi çap edilmiş

kuponlar şəklində olan fərdi kodlar arasında lotereyanın keçirilməsi ilə uduşlu çeklərin təsadüfi müəyyən

edilməsi yolu ilə keçirilir. Qalibi müəyyən edərkən Lotereya Təşkilatçısı bir əsas və iki ehtiyat qalibi seçir.

Əsas hədiyyələrin oynanılması qrafiki:

22 sentyabr (15 sentyabrdan 20 sentyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir);

29 sentyabr (21 sentyabrdan 27 sentyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir);

06 oktyabr (28 sentyabrdan 04 oktyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir);

13 oktyabr (05 oktyabrdan 11 oktyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir);

19 oktyabr (12 oktyabrdan 15 oktyabra kimi qeydiyyatdan keçmiş kodlar iştirak edir).

8.3. Hədiyyə sahiblərinin müəyyən edilməsindən sonra Lotereya Təşkilatçısı tərəfindən qalib olmuş

Lotereya İştirakçısnın uduşlu çeki qeydiyyatdan keçirmiş mobil telefon nömrəsinə telefon zəngi vasitəsilə

məlumatlandırılması həyata keçirilir. Lotereyanın Sifarişçisi qalibin müəyyən edildiyi andan etibarən 72

(yetmiş iki) saat ərzində qaliblə əlaqə saxlaya bilməzsə, qeyd edilmiş şəxs müvafiq hədiyyəni almaq

hüququndan məhrum edilir və Lotereyanın Sifarişçisi hədiyyənin təqdim edilməsi üçün ehtiyat qaliblə

əlaqə saxlayır. Lotereyanın Sifarşçisi yuxarıda qeyd edilmiş müddət ərzində ehtiyat qaliblə əlaqə saxlaya

bilməzsə, həmin qalib müvafiq hədiyyəni almaq hüququndan məhrum olur və Lotereyanın Sifarişçisi

həmin hədiyyədən öz mülahizəsinə görə istifadə edə bilər.

8.4. Bir Lotereya İştirakçısı Lotereyanın bütün müddəti ərzində ən çoxu 1 (bir) ədəd həftəlik hədiyyə və

ən çoxu 1 (bir) ədəd əsas hədiyyə qazana bilər.

8.5. Lotereya qaliblərinin tam siyahısı 23 oktyabr 2020-ci il tarixindən (bundan sonra - "Lotereyanın

keçirilmə nəticələrinin dərc edilməsi tarixi" adlandırılır) gec olmayaraq www.backtoschool.az saytında

"Qaliblər" bölməsində yerləşdiriləcək.

9. Lotereya qaliblərinə hədiyyələrin verilmə qaydası və müddəti

9.1. Hədiyyənin oynanılmasından sonra 5 (beş) iş günü ərzində əlaqə məlumatını, daha dəqiq isə,

qalibin şəxsi məlumatlarını, eləcə də, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, tam yaşayış

ünvanını, yaşını, əmtəə çekinin əslini və aksiyaya aid digər məlumatı dəqiqləşdirmək üçün

qaliblərə Lotereyanın qaynar xəttinin operatorları zəng edə bilərlər.

9.2. Həftəlik hədiyyənin alınması üçün Qalib uduş haqqında məlumatı aldığı andan etibarən ən

geci 10 (on) təqvim günü ərzində Lotereyanın Təşkilatçısına aşağıdakıları təqdim etməlidir: faktiki

yaşayış ünvanı və poçt indeksi.

9.3. Əsas hədiyyənin alınması üçün Qalib uduş haqqında məlumatı aldığı andan etibarən ən geci

10 (on) təqvim günü ərzində Lotereyanın Təşkilatçısına aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsinin surəti, FIN-nin (fərdi eyniləşdirmə nömrəsinin) mütləq qeyd edilməsi

şərtilə;

2) faktiki yaşayış ünvanı və poçt indeksi.

9.4. Lotereyanın Sifarşçisi uduşun baş tutduğu tarixdən etibarən 5 (beş) iş günü

ərzində əlaqə məlumatlarının dəqiqləşdirilməsi üçün hədiyyəni alan şəxslə əlaqə

saxlaya bilməzsə, həmin qalib həmin hədiyyəni almaq hüququndan məhrum olur və

Lotereyanın Sifarişçisi həmin hədiyyədən öz mülahizəsinə görə istifadə edə bilər.

9.5. Lotereya qalibləri hədiyyələrin alınması üçün Qaydalarda nəzərdə tutulmuş şərtləri yerinə

yetirmədikdə və müddətlərə əməl etmədikdə ona müvafiq hədiyyənin verilməsində imtina

edilə və/və ya Lotereyanın qalibi müvafiq hədiyyənin alınması hüququndan məhrum edilə bilər.

9.6. Həddi-büluğa çatmamış qaliblər adından hədiyyənin alınması ilə bağlı hərəkətlər qanuni

nümayəndələr tərəfindən həyata keçirilir, onların səlahiyyətləri Lotereyanın Təşkilatçısı

tərəfindən lazımi qaydada təsdiq edilə bilər.


9.7. Hədiyyələr Lotereya iştirakçılarına yalnız bu Qaydalarda nəzərdə tutulmuş qaydada verilir.

Hədiyyələr pul ekvivalentində verilə bilməz. Lotereya iştirakçısı hədiyyəni almaqdan imtina

edərsə, Lotereya İştirakçısı bu Qaydaların tələblərini yerinə yetirməzsə və ya hədiyyəni

müəyyən edilmiş müddət və qaydada almazsa, Lotereya iştirakçısı hədiyyəni almaq hüququnu

itirir və Lotereya qalibinə düşən hədiyyə Lotereyanın Təşkilatçısında qalır.

9.8. Lotereya İştirakçısı ilə qeydiyyat zamanı qeyd edilmiş mobil və/və ya stasionar nömrələrlə,

elektron poçt ünvanına elektron məktubun göndərilməsi vasitəsilə əlaqə saxlamaq imkanının

olmaması, eləcə də Lotereya İştirakçısının qeydiyyat zamanı qeyd etdiyi ünvanlarda olmaması

Lotereyanın Təşkilatçısını məsuliyyətdən azad edir.

10. Lotereyanın ümumi şərtləri.

10.1. Bu Qaydalarla www.backtoshool.az saytında tanış olmaq olar.

10.2. Lotereyada iştirak haqqında bütün məsələlərlə əlaqədar (012)210 25 55 Qaynar xətt nömrəsinə

müraciət etmək və ya www.backtoshool.az saytında əks-əlaqə xanasını doldurmaqla sual

vermək olar

10.3. Bir Lotereya İştirakçısı Lotereyada yalnız bir mobil telefon nömrəsindən istifadə etməklə iştirak

etmək hüququna malikdir. Bir Lotereya İştirakçısı tərəfindən Lotereyada iştirak üçün birdən çox mobil

telefon nömrəsindən istifadə halı aşkar edilərsə, həmin Lotereya iştirakçısı Lotereya çərçivəsində hərhansı

hədiyyəni almaq hüququndan məhrum olur. Qeydiyyat zamanı qeyd edilmiş bir neçə mobil

telefon nömrəsi sahibi olan Lotereya İştirakçısının müəyyən edilməsinin identifikatoru - bir neçə mobil

telefon nömrəsi ilə eyni yaşayış yeridir. Bu halda Lotereya Təşkilatçısı Lotereya İştirakçısını

Lotereyada iştirak imkanından məhrum etmək və həmin Lotereya İştirakçısının qazandığı hədiyyələri

qismən və ya tamamilə geri çağırmaq hüququna malikdir.

10.4. Lotereyada iştirak faktı təsdiq edir ki, Lotereyanın İştirakçıları razılaşırlar ki, onların adları, ata adları,

soyadları, fotoşəkillər, video, audio və onlar haqqında digər materiallardan Lotereyanın Təşkilatçısı

tərəfindən Lotereyanın keçirilməsi ilə bağlı bütün reklam və (və ya) informasiya materiallarında

Lotereya İştirakçılarına hər hansı ödənişin edilməməsi ilə istifadə edilə bilər. Lotereyanın qalibi bu

Lotereyanın keçirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində müsahibə verməyə və hazırlanmış

reklam materialları üçün çəkilişlərdə iştirak etməyə razılıq verir. Bu cür reklam materialları üzərində

bütün hüquqlar Lotereyanın Təşkilatçısına aiddir.

10.5. Lotereyanın İştirakçısı geri çağırma haqqında imzalanmış yazılı bildirişi aşağıdakı ünvana

göndərməklə və bildirişdə öz soyadı, adı, atasının adı, doğum tarixi və İştirakçının qeydiyyat məlumatları

ilə birlikdə Lotereyada iştirak üçün bildirdiyi ünvanı qeyd etməklə öz razılığını geri çağıra bilər: AZ1025

Bakı, Azərbaycan, Babək pr-ti, Ələddin Quliyev küç., 1131-ci məhəllər, Babək plaza, ofis В6-06).

10.6. Razılığın geri çağırılması haqqında bildirişi aldıqda Lotereyanın Təşkilatçısı və onun səlahiyyətli

şəxsləri həmin Lotereya İştirakçısının şəxsi məlumatlarının emalını dayandırır və şəxsi məlumatları geri

çağırmanın daxil olduğu tarixdən etibarən beş iş günündən çox olmayan müddətdə məhv edir.

10.7. Lotereya İştirakçısi tərəfindən geri çağırmadan sonra Lotereya İştirakçısının şəxsi məlumatlarının

məhv edilməsi nəticəsində Lotereyanın keçirilməsi ilə bağlı hərəkətlər icra edilmədikdə Lotereyanın

təşkilatçısı Lotereyanın keçirilməsi ilə bağlı hərəkətlərin icra edilməməsinə görə məsuliyyət daşımır.

10.8. Lotereya İştirakçılarının Lotereyanın gedişatı ərzində aldıqları hədiyyələrə görə vergilərin ödənilməsi

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!