22.07.2013 Views

Ön söz - Motif Akademi

Ön söz - Motif Akademi

Ön söz - Motif Akademi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

HALKBĠLĠMĠ DERGĠSĠ

xüsusiyyətləri əhatəli Ģəkildə araĢdırılmıĢ və Əhməd Yəsəvidən baĢlayaraq,

müxtəlif türk xalqları Ģairlərinin yaradıcılığına məxsus 98 sayda müəllifi məlum

olan və olmayan mətn təqdim olunmuĢdur. Azərbaycanda isə buna bənzər toplu

R. Ġmaməliyev, V. Ġmaməliyeva, T.Ġmaməliyeva-Babanlı tərəfindən

―Vücudnamə. Saqinamə. Tövbənamə. Ġbrətnamə: Ensiklopedik məlumat kitabı‖

adı altında çap edilmiĢdir. Bu kitabda nəzəri baxımdan geniĢ və qənaətbəxĢ

məlumat verilməsə də, AĢıq Valeh, AĢıq Mustafa, Məlikballı Qurbanın

vücudnamələri və müəllifi bəlli olmayan bir nümunə təqdim olunmuĢdur. Tərtib

etdiyimiz kitab bu baxımdan Azərbaycan ədəbiyyatında sırf vücudnamələrə həsr

olunmuĢ ilk əsərdir.

Qeyd etdiyimiz kimi, həm Ģairlərin, həm də aĢıqların müraciət etdikləri bu

Ģeir Ģəklinin mənĢə və ilk örnəyi haqqında tədqiqatçılar arasında müxtəlif fikirlər

vardır. Əbru ġənocaq vücudnamələrin ilkin qaynağı kimi Göytürk yazılı abidələrini

göstərir. Həmin abidədə illərlə bağlı məlumatların verildiyi mətnləri nümunə kimi

qeyd edir: ―Anadolu ÂĢık Edebiyatı‘nda ―YaĢ Destanı‖ veya ―YaĢnâme‖ olarak

bilinen destan Ģeklinin ilk örneğini biz, Türk milli kültürünün önemli vesikası olan

Göktürk Yazıtları‘na kadar götürebiliriz... Göktürk Yazıtları‘nda da, bu ifadelerin

benzerini görüyoruz. “On sekiz yaşımda Altı Çub Soğdaka doğru ordu sevk

ettim....Yirmi yaşımda Basmıl Iduk Kut soyumdan olan kavim idi, kervan

göndermiyor diye ordu sevk ettim....Yirmi iki yaşımda Çin’e doğru ordu

sevkettim....” (ERGĠN 1992: 39-40), sözleri örnek olarak verilebilir.‖ (Şenocak,

2001: 173-174) Əbru ġənocaq bu mətnlərlə yaĢnamələr arasındakı iki əsas fərqin

olduğu qənaətinə gəlir: Göytürk yazılarının nəsr formasında olması və xaqanların

yalnız savaĢ anlarından bəhs edərək, yaĢlarla bağlı müəyyən məqamları əks

etdirmələri. Nəzərə alsaq ki, Molla Nəfəsin də vücudnaməsində savaĢ və

qəhrəmanlıq səhnələri aparıcıdır, əski türk yazı mətnlərini ilkin qaynaq kimi qəbul

edə bilərik 3 .

Qeyd edək ki, Sədnik PaĢayev böyük Azərbaycan Ģairi Nizami Gəncəvinin

də “Xosrov və Şirin” 4 əsərində vücudnamədən yararlandığını bildirmiĢdir:

3 Tapmaca, yanıltmac, dastan kimi Ģifahi xalq ədəbiyyatının müxtəlif janrlarında rast gəldiyimiz

vücudnamələr bu formanın daha qədimliyindən xəbər verir.

4 Maarifə Hacıyeva, Mehmet Rıhtımın (2009: 315) həmmüəllif olduqları “Folklor və təsəvvüf

sözlüyü” kitabında da vücudnamənin klassik örnəyi olaraq Nizami Gəncəvinin əsərlərindəki bəyanihal

qeyd olunmuĢdur.

177

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!