19.03.2015 Views

Imkanlara məhdudiyyət yoxdur

Imkanlara məhdudiyyət yoxdur

Imkanlara məhdudiyyət yoxdur

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Giriş

Son illər dünyada bir çox sahələrdə əldə edilən tərəqqiyə rəğmən,

əlilliyi olan əksər insanlar bərabər imkanlara nail olmaq və cəmiyyətin

həyatında tam iştirak etməklə bağlı, həmçinin sosial və iqtisadi

hüquqlarının reallaşdırılmasında hələ də maneələrlə üzləşirlər. Belə

maneələrə aşağı səviyyəli təhsil və texniki peşə təhsili, keyfiyyətsiz

səhiyyə xidmətləri, erkən diaqnostika və erkən profilaktika, yüksək

işsizlik səviyyəsi, aşağı gəlir, sosial təcrid, dözümsüzlük və stereotiplər,

birbaşa və yaxud dolayı ayrıseçkilik, zorakılıq, pis rəftar və təhqir kimi

hallar daxildir.

Dünyada təxminən 650 milyon insan, yaxud dünya əhalisinin 10

faizi əlilliyi olan şəxslərdir. Azərbaycanın 2009-cu il üzrə səhiyyə

statistikasında əlillik səviyyəsi 1000 nəfər əhali üzrə 24.0 faiz təşkil edir.

Azərbaycanda təxminən 60.000 əlilliyi olan uşaq var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2010-cu ilin 1 oktyabr

tarixinə olan məlumatına görə, ölkədə 400,587 əlilliyi olan insan var.

Onlardan 186,444 nəfəri qadındır. Əlilliyi olan uşaqların sayı isə 57,999

nəfərdir.

Yaşından, cinsindən və coğrafi məkanından asılı olmayaraq əlilliyi

olan bütün insanların problemləri ümumi xarakter daşıyır. Dünya

uşaqlarının ən çox damğalanan və təcrid olunanı əlilliyi olan, xüsusilə

əqli cəhətdən zəif olan uşaqlardır. Əlilliyi olan uşaqların düzgün başa

düşülməməsi və onlara qarşı qorxu belə uşaqların ailələrində, icmada,

məktəbdə və daha geniş cəmiyyətdə təcrid olunması ilə nəticələnir.

1

2

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Cəmiyyətə inteqrasiyanın təşviqi

Bir çox ölkələr əlilliyi olan insanların cəmiyyətin tam hüquqlu üzvləri kimi

iştirakını təşviq etmək üçün son iyirmi ildə qanunvericilik sahəsində və

strukturlarında islahatlar aparmağa başlamışlar.

Azərbaycan MDB ölkələri arasında Əlilliyi olan şəxslərin hüquqları haqqında

Konvensiyanı ilk ratifikasiya edən ölkələrdən olub və artıq ilkin dövlət

hesabatını təqdim etmişdir. Qeyri-hökumət təşkilatları və Ombudsman da

alternativ və paralel hesabatlarını təqdim etmişlər. Konvensiyanın tələblərini

yerinə yetirmək üçün ölkə prezidentinin sərəncamı ilə Operativ İşçi Qrup

yaradılmışdır.

Azərbaycan Hökuməti, UNICEF (Birləşmiş Millətlər Təşkilatının Ölkə Heyəti

tərəfindən təyin olunmuş rəhbər qurum), Heydər Əliyev Fondu və digər

tərəfdaşlar xidmətlərin təkmilləşdirilməsi, sosial inteqrasiyaya yardım

(əsasən uşaqlara qayğı xidmətləri vasitəsilə) və əlilliyi olan uşaqların

inkluziv məktəblərdə bərabər iştirakının təmin edilməsi, eləcə də əlilliyi

olan insanların cəmiyyətə tam inteqrasiyasını təşviq etmək üçün əhalinin

məlumatlılıq səviyyəsinin artırılması vasitəsilə onların problemlərinin həlli

məqsədilə daha yaxından əməkdaşlıq etmək üçün razılığa gəlmişlər.

İnkluziv təhsil üzrə dövlət proqramının işlənib hazırlanması, və mövcud

təcrübənin təhlili və bu məsələ barədə ictimai rəyin təkmilləşdirilməsi

məqsədilə Təhsil Nazirliyinə beynəlxalq texniki yardım göstərilir. UNICEF,

həmçinin əlilliyin 10%-nin qarşısının alınmasına imkan verən körpələr

arasında xəstəliklərin erkən diaqnostikası və erkən profilaktikasını təmin

etmək məqsədilə neonatal qayğını əsas götürərək ana və uşaq sağlamlığı

sahəsində keyfiyyətin təmin edilməsi üzrə siyasətlərin işlənib hazırlanması

üçün Səhiyyə Nazirliyinə texniki yardım göstərir.

Hətta əlilliyi olan şəxslərlə ən yaxşı halda xeyirxahlıq və mərhəmət obyekti

kimi rəftar edilən cəmiyyət üçün belə əlillik problem və sosial yük hesab

olunduğuna görə, bu Konvensiya ölkə qanunvericiliyinin daha da

gücləndirilməsi və effektiv icra mexanizmlərinin işlənib hazırlanması üçün

möhkəm əsaslar yaradır.

3

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Yeni konvensiyanın yeni standartlar müəyyən etməsinə baxmayaraq üzv

ölkələr, QHT-lər və beynəlxalq təşkilatlar Konvensiyanın müddəalarının

real fəaliyyətə keçidinə, əlilliyi olan insanların ehtiyaclarının qarşılanması

üçün dövlət büdcəsindən uyğun maliyyə ehtiyatlarının ayrıldığına təminat

vermək məqsədilə gərgin iş aparmalıdır. Beləliklə, bu yaxınlarda Bakı

şəhərində keçirilməsi planlaşdırılan əli̇lli̇k məsələləri̇nə həsr olunmuş I

Bakı Beynəlxalq Konfransının iştirakçıları əlilliyi olan uşaqlara xüsusi diqqət

verməklə Konvensiyanın yerinə yetirilməsini daha da təbliğ edəcəklər.

4

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Əlliliyin adlandırılması

və müəyyənləşdirilməsi

BMT-nin 1975–ci ildə qəbul etdiyi Əlilliyi olan şəxslərin hüquqları haqqında

Konvensiyada ‘əlil şəxs’ – anadangəlmə olub-olmamasından asılı olmayaraq,

fiziki yaxud əqli qüsurlarına görə normal şəxsi və yaxud sosial həyatının

ehtiyaclarını tam və ya qismən müstəqil şəkildə təmin edə bilməyən şəxs”

kimi müəyyən edilir.

Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyada deyilir: “Əlillərə

- müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər

səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit

fiziki, psixi, əqli və ya hissiyyat qüsurları olan insanlar aiddir” (Maddə 1).

Bu gün əllilliyin daha dəqiq mənası onun mürəkkəbliyi hesab olunur. Belə

düşünülür ki, əlillik bədən qüsurları ilə sosial və fiziki mühit arasındakı dinamik

qarşılıqlı əlaqədir.

Bunun mənası odur ki, əlillik öz dərəcəsi və təsirinə görə, yalnız fiziki

sağlamlıqdan və yaxud qayğı imkanlarından deyil, onu dəstəkləyən və imkan

yaradan cəmiyyətlərdən daha çox asılıdır. Bu elə bir münasibətdir ki,

yalnız yerdən-yerə deyil, eyni zamanda bir fərdin ömrü boyu, hətta həmin

şəxsin fiziki və yaxud əqli vəziyyətində dəyişiklik olmadan müxtəlif olur.

Əlilliyi ‘bədənin bir üzvünün müxtəlif cür işləməsi’ kimi “təbii” formada təkrar

mənalandırmaq olar. Fiziki əlilliyi olan şəxsin ayaqları (yaxud qolları) müxtəlif

cür işləyir, şüur qüsuru olan şəxs müxtəlif cür öyrənmə bacarığına malikdir,

autizmi olan şəxsin beyni müxtəlif cür işləyir və s. İnsanın bədən üzvlərində

heç bir əlillik olmadığı məlum olduqda bu da müxtəlif cür başa düşülür və

biz bunu ‘müxtəliflik dərəcəsi’ hesab edirik və bu müxtəlifliklər şəxsə və/yaxud

xidmətlərə, digər hüquqlara, yaxud hüquqlarının müdafiəsinə ehtiyacı

olan şəxslər hesab olunur və bu hallar da həmin istifadəni diktə edir.

5

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Əlilliyi olan uşaqların üzləşdiyi əsas çətinliklər

Yaşından və cinsindən asılı olmayaraq əlilliyi olan insanlar eyni problemlərlə

üzləşir. Bu problemlərə ictimai binalara və ictimai yerlərə daxil olmaq imkanlarının

məhdudlaşması daxildir. Çox az sayda məktəblər, xəstəxanalar və poliklinikalar

əlilliyi olan uşaq və ya yaşlı şəxslərin binalara daxil olmasını asanlaşdırmaq

məqsədilə enişlər və digər ləvazimatlarla təchiz edilib. Yeni sazişin reallaşmasında

və müddəalarda nəzərdə tutulmuş şəxslərin hüquqlarının yerinə yetirilməsində

əsas problem və maneə bu məsələyə qarşı cəmiyyətin və siyasətçilərin ümumi

münasibətidir. Əlilliyi olan şəxslərlə ən yaxşı halda xeyirxahlıq və mərhəmət obyekti

kimi rəftar olunduğu cəmiyyət üçün belə əlillik problem və sosial yük hesab olunur.

Hal-hazırda, əlilliyi olan uşaqlar “ev təhsili” və “xüsusi təhsil” adlanan təhsilə cəlb olunur

və bunun əsas məqsədi uşağın fərdi inkişafından ibarətdir. Lakin reallıqda belə

bir təcrübə inkişaf prosesini məhdudlaşdırır və uşaqları icmadan, həmyaşıdlarından

və ümumiyyətlə cəmiyyətdən təcrid olunmuş vəziyyətdə saxlayır.

6

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Bundan əlavə, əlilliyi olan uşaqlar səhiyyə sistemi və nəğd pul formasında

maliyyə yardımı da daxil olmaqla digər sosial müdafiə və qayğılardan

məhrumdurlar.

Əlilliyi olan insanların ictimai xidmətlərə fiziki çıxışını təmin etmək üçün

uyğun infrastrukturun yaradılmasına kifayət qədər diqqət göstərilmir.

Bu sahədə əsas problem əlilliyi olan insanlara qarşı insanların və cəmiyyətin

münasibətidir və bu, sosial və insan hüquqları məsələlərindən daha çox

xeyriyyəçilik kimi tanınır.

7

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Azərbaycanda vəziyyət

Dövlət tərəfindən həyata keçirilən

tədbirlər və fəaliyyətlər

Azərbaycan regionda Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT

Konvensiyasını ilk ratifikasiya edən ölkələr arasındadır. Həm infrastruktur,

həm də inteqrasiya sahəsində şəraitin yaxşılaşdırılması üçün ölkədə

görülən tədbirlər haqqında müzakirələr davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökumətin əlaqələndirici qurumu

və Ombudsman Aparatı müstəqil monitorinq mexanizmi kimi təyin

olunub. Bu tədbirlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi texniki Operativ İşçi Qrup yaradıb və bu Konvensiyanın

müddəalarını həyata keçirmək məqsədilə buraya müvafiq dövlət

orqanları, UNICEF və əlilliyi olan insanlar üzrə iş aparan qeyri-hökumət

təşkilatlarının nümayəndələri daxildir. Qrupun əsas məqsədi Konvensiyada

nəzərdə tutulmuş əlilliyi olan insanların müdafiəsi haqqında

müddəaların həyata keçirilməsini və ölkə qanunvericiliyində müvafiq

şəkildə yer aldığını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Konvensiyanın icrası ilə əlaqədar müstəqil monitorinq aparır.

Ölkə prezidenti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

rəhbərliyi altında yüksək səviyyəli işçi qrupun yaradılması

haqqında xüsusi sərəncam imzalanıb və bu sərəncam əsasında Əlilliyi

olan insanların hüquqları üzrə BMT Komitəsinə 2011-ci ilin yanvar ayında

təqdim olunmuş ilkin dövlət hesabatının hazırlanması məqsədilə bütün

dövlət qurumlarının sosial və infrastruktur sektoruna cavabdeh olan

qərar qəbul etmək səlahiyyətinə malik şəxslərinin qarşısına öhdəlik qoyulub.

Konvensiyanın icrasını təmin etmək üçün Operativ İşçi Qrupu, Ombudsman

Aparatı və vətəndaş cəmiyyətinin imkanları inkişaf etdirilmişdir. Bu

proses hər bir fərdi təsisatın bu prosesdə rolunun müəyyən olunmasında

hökumətə kömək edib.

8

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət

qurumları əlilliyi olan uşaqların/şəxslərin reabilitasiyası, sosial müdafiəsi

və inteqrasiyası sahəsində birgə layihələr həyata keçirir, yerli və beynəlxalq

qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.

Əlilliyi olan insanların sosial müdafiəsi məqsədilə fəaliyyətlərə çəkilən xərcləri

qarşılamaq məqsədilə bu Konvensiyanın icrasına 2009-cu ildə 55,733,087

AZN və 2010-cu ildə 82,048,390 AZN vəsait sərf edilib.

Əlilliyi olan insanların sosial müdafiəsi ilə əlaqədar fəaliyyətləri

maliyyələşdirmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə hər il Dövlət

Proqramları təsdiq edilir. Bu proqramların əsas məqsədi sosial müdafiə və

cəmiyyətdə bərabərhüquqlu iştiraka inteqrasiyanı təmin etməkdən ibarətdir.

Bu proqram Azərbaycan Hökumətinin müvafiq qərarları, sərəncamları və

vəzifələri və “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun

qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların

reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanundan və Konvensiyadan

irəli gələn tapşırıqları əhatə edir.

9

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının

alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası

və sosial müdafiəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında

icra hakimiyyəti orqanları əlilliyi olan uşaqların/şəxslərin müəssisələrə

(cəmiyyətlərə), təsisatlara və təşkilatlara (mülkiyyət və təsərrüfat fəaliyyəti

növündən asılı olmayaraq), sosial infrastruktur binalarına, evlərə, ictimai

və sənaye binalarına və avadanlığına maneəsiz daxil olmasına və ictimai

nəqliyyat və nəqliyyat kommunikasiyası, media və rabitə, istirahət və kurort

yerlərinə sərbəst girişi məqsədilə zəruri şəraiti təmin etməlidirlər.

Yuxarıda adı çəkilən Dövlət Proqramının icrasından irəli gələn xüsusi

vəzifələri yerinə yetirmək məqsədilə Dövlət Tikinti və Memarlıq Komitəsi

tərəfindən normativ sənədlər təsdiq olunmuşdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq subyektlərin, cəmiyyətin

və xüsusilə də əlilliyi olan insanların maarifləndirilməsi məqsədilə tədbirlər

həyata keçirilir.

10

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Fiziki qüsuru olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarına

çıxışı imkanlarını genişləndirmək məqsədilə bu layihənin bir hissəsi olaraq

Azərbaycanın 3 rayonunda informasiya mərkəzləri yaradılıb. Bu layihə Rabitə

və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu və BMTnin

İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir. Bu mərkəzlərdən biri

Bakıda, digər ikisi isə Gəncə və Naxçıvanda yaradılmışdır.

Brayl əlifbasında 1000-dən artıq kitab nəşr olunmuş, nitq və eşitmə qüsuru

olan şəxslər üçün subtitrli filmlərin nümayişi və əqli qüsuru olan şəxslər

üçün isə əqli inkişaf məqsədilə video oyun zalı təşkil olunmuşdur.

Əlilliyi olan insanların mədəni həyatda bərabər iştirak hüququnu, onların

yaradıcı, ifaçılıq və intellektual potensialının inkişafını, eləcə də istirahət və

əyləncəli tədbirlərdə iştirakını təmin etmək məqsədilə Heydər Əliyev adına

Saray, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət

Kukla Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc

Tamaşaçılar Teatrında əlil arabası üçün yollar və liftlər inşa edilmişdir. M.F.

Axundov adına Milli Kitabxanada, R. Mustafayev adına Azərbaycan Dövlət

İncəsənət Muzeyində və “Nizami” kino-teatrında əlil arabası üçün yollar və

liftlərin inşası nəzərdə tutulmuşdur.

2009-cu ildən etibarən Ramana Gənc Əlillərin Əmək və İstirahət Evinin

məqsədyönlü işini təmin etmək üçün Nazirlik tərəfindən 5 texniki peşə

təhsil kursu təşkil olunmuşdur. Bu günədək 171 nəfər əlilliyi olan insan bu

təlim kurslarını bitirmişdir və 40 nəfər təhsilini davam etdirir.

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci Maddəsinə əsasən hər bir

şəxsin təhsil almaq hüququ var.

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının

alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və

sosial müdafiəsi haqqında” Qanuna əsasən dövlət onların təhsili və texniki

peşə təlimi üçün zəruri şəraitlərə təminat verir.

19 iyun 2009-cu ildə qəbul olunmuş “Təhsil Haqqında” Qanunda Azərbaycan

Respublikası Konstitusiyasına müvafiq təhsilin təmin edilməsi və təhsil

fəaliyyətlərinin ümumi tənzimlənməsi üçün əsas prinsiplər müəyyən edilir.

11

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Görmə qabiliyyətini itirmiş və görmə qüsuru olan uşaqlar Brayl şriftlərində

nəşr olunmuş kitablar, audio-kitablar, xüsusi kasetlər, böyüdücü şüşələr, əl

ağacları ilə təmin olunur, eşitmə və görmə qüsurlu uşaqlar üçün eşitmə

vasitələri, texniki vasitələr təmin olunur, kitabxanalar, xüsusi məktəblər və

audio studiyalar yaradılır.

Görmə qüsuru olan uşaqlar üçün 1980-ci ildə 38 saylı Uşaq Musiqi Məktəbi

yaradılmışdır və 2009-cu ildən bu məktəb 11 illik təhsil sistemi üzrə fəaliyyət

göstərir. 1-ci və 2-ci dərəcəli əlilliyi olan uşaqlar bu məktəbdə təhsil alır.

Məktəbin kontingenti Gözdən Əlil Uşaqlar üçün Respublika Internat

Məktəbinin tələbələrindən ibarətdir. Bu məktəbdə təxminən 200 tələbə piano,

tar, kamança, akkordeon, nağara və mahnı ifaçılığı üzrə təhsil alır.

13 uşaq bağçası və 16 ümumtəhsil məktəbini əhatə edən layihədə effektiv

təlim və inkişaf mühiti yaradılmışdır, uşaqların ehtiyaclarını qarşılamaq

məqsədilə zəruri avadanlıqlar, o cümlədən xüsusi ləvazimatlar (cihazlar, ele-

12

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

ktrik ləvazimatları, əlil arabaları və s. ) alınmışdır.

Təhsil Nazirliyinin məlumatına əsasən ölkədə inkluziv təhsilə malik 16

ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəbəqədər inkluziv təhsil

müəssisəsinin sayı 13-dür. Ölkədə 7 xüsusi məktəb var. Ev təhsilində

iştirak edən tələbələrin sayı 7750 nəfərdir. Ölkədə məktəbəqədər təhsil

müəssisələrində 78 uşaq inkluziv təhsil alır və 78 uşaq vahid təhsilə cəlb

olunmuşdur. 609 uşaq məktəbəqədər nitq terapiyası xidmətlərinə cəlb

edilmişdir. Həmçinin 555 uşaq nitq qüsuruna malik uşaqların təhsil aldığı 2

internat məktəbində təhsil alır.

281 şagird görmə qüsuru olan uşaqlar üçün olan ümumtəhsil internat

məktəblərində təhsil alır. Nitq terapiyası xidməti üzrə 3 məktəbəqədər

müəssisə, 16 uşaq bağçası, 4 ümumtəhsil müəssisə və 8 internat məktəbi

fəaliyyət göstərir. 847 müxtəlif dərəcəli eşitmə qüsuru olan şagird 3 internat

məktəbində təhsil alır.

13

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Əlilliyi olan vətəndaşlar dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində

pulsuz keyfiyyətli tibbi xidmətdən istifadə etmək, apteklərdən güzəştli

qiymətlərlə dərmanlar almaq və sanatoriya müalicəsi almaq hüququna malikdir.

Son illər ərzində dövlət başçısının təşəbbüsü və birbaşa dəstəyi sayəsində

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yeddi Dövlət Proqramı

təsdiq olunmuşdur. Əhali səhiyyə, o cümlədən cinsi və reproduktiv sağlamlıq,

həmçinin əlilliyi olan insanlar üçün səhiyyə sahələrində bu proqramın icrası

çərçivəsində xidmətlərdən istifadə hüququna malikdir.

Əlilliyi olan uşaqlar/şəxslər üçün fərdi reabilitasiya proqramlarında reabilitasiya

tədbirləri, eləcə də sosial yardım formalarının konkret həcmi və icranın

müddəti müəyyən olunmuşdur. Bununla əlaqədar ölkədə 14 reabilitasiya

mərkəzi fəaliyyət göstərir. Əlilliyi olan insanlar reabilitasiya mərkəzlərində

tibbi reabilitasiya müalicəsi alır. Reabilitasiya mərkəzləri tibb müəssisələri

və tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən olunmuş şəxsləri

qəbul edir. Əlilliyi olan insanlar həkimlər tərəfindən fizioterapiya, palçıq

müalicəsi, terapiya fiziki təlim, su prosedurları və digər üsullarla müalicə

14

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

olunur. Onlar ambulator şəraitdə, eləcə də protez-ortopedik reabilitasiya

mərkəzlərində xəstəxana şəraitində protez-ortopedik məlumat, əlil arabası,

eşitmə və digər reabilitasiya vasitələri ilə təmin olunur. Eyni zamanda, ildə bir

dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onurğa beyni zədələnmiş

xəstələrin Ukraynanın Saki şəhərində yerləşən sanatoriyada müalicəsini

təşkil edir.

Hökumət, həmçinin yaşlı şəxslərin və əlilliyi olan uşaqların xarici ölkələrdə

tibbi müayinəsi və müalicəsinin təşkilinə yardım edir. 2008-ci ildə 185 nəfər,

2009-cu ildə 205 nəfər, 2010-cu ildə 135 nəfər ölkədən kənarda yerləşən

müəssisələrə tibbi müalicə məqsədilə göndərilmişdir. Eyni zamanda 2008-ci

ildə 144 nəfər, 2009-cu ildə 42 nəfər və 2010-cu ildə isə 30 nəfər üçün ölkə

daxilində müalicə məqsədilə uyğun maliyyə vəsaiti ayrılmışdır.

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının

alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası

və sosial müdafiəsi haqqında” Qanunun 30-cu Maddəsinə əsasən müvafiq

şəhərin (qəsəbənin) icra hakimiyyəti orqanları tərəfindən əlilliyi olan

uşaqlara/şəxslərə qeyri-yaşayış otaqlarının, eləcə də xammal əldə etmək və

məhsullar satmaq imkanlarının əldə olunmasında köməklik göstərilməlidir.

15

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Əlilliyi olan insanların sosial problemlərinin həllinə kömək etmək məqsədilə

2008-ci ildə 1071, 2009-cu ildə 1037 və 2010-cu ildə isə 552 əlilliyi olan şəxs

üçün maliyyə dəstəyi ayrılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 1 oktyabr

2010-cu il tarixinədək Ünvanlı Sosial Yardım almış 127,634 ailədən 442

nəfəri müharibə əlillərinin ailələrindən, 15,048 nəfəri isə digər səbəblərə

görə əlilliyi olan ailələrdəndir. Yardım alan 577,445 ailə üzvündən 24,807

nəfəri yaşlılar və əlilliyi olan uşaqlardır.

1997-ci ildən etibarən Bakıda və respublikanın digər şəhər və rayonlarında

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2418 mənzil,

həmçinin qəsəbələrin/şəhərlərin icra hakimiyyətləri tərəfindən 1052 mənzil

tikilmişdir. Bu mənzillər əlilliyi olan insanlara və müharibə veteranlarına

verilmişdir – 3470 nəfər yaşayış yeri ilə təmin edilmişdir. 75 çoxmərtəbəli

bina, 287 fərdi ev tikilərək bu kateqoriyadan olan insanlara verilmişdir. 2000-

ci ildən etibarən Qarabağ müharibəsi veteranları üçün 287 fərdi yaşayış evi

tikilmişdir.

2009-2010-cu illər üçün “Azərbaycan Respublikası regionlarının sosialiqtisadi

inkişafı Dövlət Proqramının” icrası çərçivəsində 857 avtonəqliyyat

vasitəsi İkinci Dünya Müharibəsi, 20 Yanvar 1990-cı il hadisələri və Çernobl

faciəsi nəticəsində əlil olmuş şəxslərə hədiyyə edilmişdir.

Əlilliyi olan insanların milli və beynəlxalq yarışlarda iştirakı Azərbaycan

Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.

Hər ilin sonunda Paraolimpiya, Deflimpiya, xüsusi Olimpiya Oyunları, dünya

və Avropa çempionatları və onlar üçün uyğun olan digər beynəlxalq

yarışlarda iştirakın nəticəsi olaraq mükafatlar müəyyən edilir.

2008-ci ildə Pekində keçirilən Paraolimpiya Oyunlarında 18 nəfər əlilliyi olan

atlet Azərbaycan Respublikasını təmsil etmiş və 10 medal qazanmışdır.

16

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı

ölkələrdə əlilliyin dərəcələri

Sovet İttifaqı dağıldıqdan sonra bir sıra Mərkəzi və Şərqi Avropa, MDB

ölkələri və Baltik regionunda əlilliyi olan uşaqların qeydiyyat sayında dramatik

dəyişikliklər qeydə alınmışdır.

Bu regionda əlilliyi olan uşaqların ümumi sayı 500,000 nəfərdən başlayaraq

2002-ci ildə üç dəfə artaraq 1.5 milyon nəfərə çatmışdır.

Məsələn, Estoniyada 15 yaşınadək əlilliyi olan uşaqların sayı 1989-cu ildə

1,737 nəfərdən iki dəfə artaraq 2001-ci ildə 4,722 nəfərə çatmış, Ukraynada

isə 17 yaşınadək əlilliyi olan uşaqların sayı artaraq 1992-ci ildə 93,156

nəfərdən 2001-ci ildə 153,453 nəfər təşkil etmişdir. Özbəkistanda, rəsmi

statistik məlumata görə, 1992-ci ildə 33,280 nəfər qüsuru olan uşaq qeydə

alınmış, lakin 1999-cu ildə isə bu rəqəm artaraq 123,750 təşkil etmişdir.

Rəsmi məlumat vəziyyəti tam əks etdirmir. Xüsusilə də kənd ərazilərində

heç vaxt rəsmən qeydiyyata alınmamış və damğalandıqları üçün gizlədilmiş

əlavə sayda əlilliyi olan uşaqlar var.

17

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT

Konvensiyası və onun müddəaları

BMT-nin Baş Assambleyası tərəfindən 13 dekabr 2003-cü ildə qəbul olunmuş

Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və Fakültativ Protokol

insan hüquqları haqqında beynəlxalq sənədlərin özülünü təşkil edir (2-ci

fəslə baxın). 1948-ci ildə İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin

qəbulundan sonra hökumətlər Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi

altında bütün insanlar üçün tətbiq olunan və mülki, mədəni, iqtisadi, siyasi

və sosial hüquqları müəyyən edən bir neçə beynəlxalq saziş haqqında

danışıqlar aparmış və razılıq əldə etmişdir. Bu sazişlər həmin hüquqları təşviq

etmək üçün hazırlanmış fundamental prinsipləri və hüquqi müddəaları

müəyyən edir.

18

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Əlilliyi olan insanlara “hüquqları” olan şəxslər kimi deyil, hələ də əsasən rifah

və yaxud tibbi müalicənin “obyektləri” kimi münasibət bəslənir. Əlilliyi

olan insanlara məxsusi olaraq bəşəri insan hüquqları haqqında sənədin

qəbul olunması qərarı elə bir fakt üzərində qurulmuşdur ki, burada nəzəri

olaraq bütün insan hüquqları verilməsinə baxmayaraq əlilliyi olan insanlar

hələ də praktikada əksər insanlara verilmiş əsas hüquqlar və fundamental

azadlıqlardan məhrumdurlar. Onun əsasında bu konvensiya əlilliyi olan

insanların digərləri kimi eyni insan hüquqlarına və digər şəxslərə verilmiş

imkanların onlara da verildiyi təqdirdə cəmiyyətə dəyərli töhfələr verə

bilən tam hüquqlu vətəndaşlar kimi yaşamaq hüququna malik olduqlarını

nəzərdə tutur.

Bu Konvensiya insan hüquqları haqqında mövcud olan beynəlxalq sazişlərə

bir tamlıq gətirmişdir. Sənəd əlilliyi olan insanlar haqqında heç bir yeni

insan hüququ bəyan etmir, sadəcə əlilliyi olan bütün insanların bütün insan

hüquqlarından bərabər istifadəsinə hörmətlə yanaşmaq və onu təmin

etmək üçün dövlətlərin öhdəliklərinə və vəzifələrinə aydınlıq gətirir. Əlilliyi

olan insanların hüquqları tez-tez pozulduğu üçün Konvensiya onların

hüquqlarından istifadəyə və bu hüquqların müdafiəsinin gücləndirilməsinə

imkan yaratmaq üçün uyğunlaşdırıcı sahələr müəyyən edir.

O, həmçinin hər bir şəxsə tətbiq edilməsi vacib olan minimum ümumi

standartları müəyyən edir və fəaliyyət üçün ardıcıl çərçivənin əsasını təmin

edir.

Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın 1-ci Maddəsində

göstərilir ki, bu Konvensiyanın məqsədi “bütün əlillər tərəfindən bütün insan

hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata

keçirilməsini təşviq, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə

hörmət edilməsini təşviq etməkdən ibarətdir”.

Bu Konvensiya əlilliyi olan insanların iqtisadi, sosial, siyasi, hüquqi və mədəni

həyatda insan hüquqlarını təşviq və müdafiə edir.

Burada həmin şəxslərlə müstəqil və yaxud birgə yaşayarkən, inzibati

tapşırıqlar verilərkən, məhkəmələr və polis tərəfindən rəftar zamanı,

təhsildə, səhiyyə xidmətində, iş yerində, ailə həyatında, mədəni və idman

19

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

fəaliyyətlərində və siyasi və ictimai həyatda iştirak zamanı ayrıseçkiliyə yol

verməmək və institutsionalizasiya zamanı bərabərliyin təmin olunması tələb

olunur.

Konvensiya əlilliyi olan bütün insanların qanun qarşısında tanınmasını təmin

edir. O, həmçinin əlillərə qarşı işgəncə, istismar, zorakılıq və sui-istifadəni

qadağan edir və əlilliyi olan insanların həyatını, azadlığını və təhlükəsizliyini,

onların sərbəst hərəkət və ifadə azadlığını müdafiə edir və onların şəxsi

həyatına hörmət edir.

Konvensiyada əlilliyi olan insanların hüquqlarından istifadəyə qarşı münasibət

və ətraf mühitdəki maneələrlə əlaqədar mühüm təsirlərlə bağlı məsələlərə

də toxunulur. Başqa sözlə, əlil arabasında olan şəxs ictimai nəqliyyatdan

istifadə zamanı sağlamlığı ilə əlaqədar deyil, avtobuslara, yaxud iş yerində

pilləkənlərə çıxmaq imkanının olmaması kimi maneələr səbəbindən çətin

vəziyyətlərlə üzləşə bilər.

Eyni şəkildə, əqli əlilliyi olan uşaqlar məktəblərdə müəllimlərin münasibəti,

əlverişsiz məktəb lövhələri, valideynlərin müxtəlif öyrənmə imkanlarına

malik tələbələrə uyğunlaşa bilməməsi nəticəsində çətinliklərlə üzləşə bilər.

Bu səbəbdən də əlilliyi olan insanların cəmiyyətdə tam iştirakına imkan

yaratmaq üçün həmin münasibətlərin və mühitin dəyişdirilməsi həyati

əhəmiyyətə malikdir.

Konvensiya Dövlətlərdən Konvensiyanın icrası üçün qanunvericiliyi və

siyasətləri işləyib hazırlayan və həyata keçirən zaman və əlilliyi olan insanların

həyatlarına təsir göstərəcək digər siyasət məsələləri ilə bağlı əlilliyi olan insanlarla

onları təmsil edən təşkilatlar vasitəsilə məsləhətləşməyi tələb edir.

Əlilliyi olan insanların bir qayda olaraq aşağıdakı əsas hüquqları təmin olunmur:

• Təhsil almaq

• Sərbəst hərəkət etmək

• İcmada müstəqil yaşamaq

• İş tapmaq, hətta yüksək ixtisaslı olduğu halda

• Məlumat əldə etmək

20

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

• Uyğun səhiyyə xidmətinin əldə olunması

• Səsvermə kimi siyasi hüquqların həyata keçirilməsi

• Fərdi qərarların verilməsi

21

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Qeyri-hökumət təşkilatları tərəfindən təmin olunan icma

əsaslı xidmətlər:

1. “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi, Bakı, Qaradağ rayonu

2. “Müstəqil Həyat” Təhsil və Yardım Mərkəzi, Bakı, Binəqədi rayonu

3. “Göy Qurşağı” Reabilitasiya Mərkəzi, Bakı, Nərimanov rayonu

4. Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı nəzdində “Ailə Dəstək

Mərkəzi”, Bakı, Yasamal rayonu

5. “Uşaq və Ailələrə Dəstək Mərkəzi”, Bakı, Şüvəlan qəsəbəsi

6. “Uşaqların Sağlam Gələcəyi” Reabilitasiya Mərkəzi, Bakı, Yasamal rayonu

7. “Nur” İnkişaf Mərkəzi, Sumqayıt

8. Azərbaycana Birgə Yardım təşkilatı nəzdində “Ailə Dəstək Mərkəzi”, Bakı,

Gəncə

9. Azərbaycana Birgə Yardım təşkilatı nəzdində “Ailə Dəstək Mərkəzi”, Bakı,

Xaçmaz rayonu

10. “Xüsusi Ehtiyaclı Uşaqlar Üçün Reabilitasiya Mərkəzi”, Gəncə

11. “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin Masallı filialı, Masallı

rayonu

12. “Uşaq və Ailələrə Dəstək mərkəzi”, Mingəçevir

13. “Uşaq və Ailələrə Dəstək mərkəzi”, Goranboy rayonu

14. “Sağlam Uşaq Dünyası” İctimai Birliyi, İsmayıllı rayonu

15. “Əlillərə Qayğı” İctimai Birliyi, Şəki

16. “Əlilliyi Olan Insanlara Dəstək” İctimai Birliyi, Qəbələ rayonu

22

İMKANLARA MƏHDUDİYYƏT YOXDUR

Tövsiyələr:

• Əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyasının icrasının

əlaqələndirilməsinin və monitorinqinin təmin edilməsi

• Əlilliyi olan uşaqlar üçün rifah sistemi və əlillik haqqında dövlət siyasəti

də daxil olmaqla uşaq müdafiəsinə dair mövcud sistemdə düzəlişlərin

aparılması

• Qanunvericiliyin təkmilləşdirilməsi və İnkluziv Təhsil Proqramının

genişləndirilməsi

• Əlilliyi olan insanların dövlət xidmətlərinə fiziki çıxış imkanlarına xüsusi

diqqət verilməsi üçün infrastrukturun işlənib hazırlanması

• Əlilliyi olan insanlar və onların ailələri üçün nəğd pul və digər sosial

yardım mexanizmlərinə dair hökumət siyasətində düzəlişlərin aparılması

• Əlilliyi olan insanlar üçün icma əsaslı xidmətlərin yaradılması.

23

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!