12.07.2015 Views

Azǝrbaycan tǝhsili: yaxın keçmişǝ, bu günǝ vǝ gǝlǝcǝyǝ bir baxış

Azǝrbaycan tǝhsili: yaxın keçmişǝ, bu günǝ vǝ gǝlǝcǝyǝ bir baxış

Azǝrbaycan tǝhsili: yaxın keçmişǝ, bu günǝ vǝ gǝlǝcǝyǝ bir baxış

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış(Əvvəli qəzetimizin ötən sayında)Məlumdur ki, cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddisərvətlərin insan kapitalına çevrilməsində təhsil, xüsusilə də ali təhsil müstəsna əhəmiyyət kəsb edir. Sürətlidəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil sosial-iqtisadi və mədəni sahələrdə davamlı inkişafa təkanverən real qüvvə hesab edilir. Bu mənada təhsilə cəmiyyətdən təcrid olunmuş şəkildə qiymət vermək mümkün deyilvə belə bir qiymət obyektivlikdən uzaq olardı. Təhsil cəmiyyətin vacib tərkib hissəsi olduğundan, cəmiyyətdə başverən bütün proseslər son nəticədə təhsil sahəsindən də yan keçmir. Cəmiyyətin inkişafı təhsilin inkişafını daşərtləndirir və əsas amilə çevrilir. Tez-tez mənə Azərbaycanda təhsilin səviyyəsi barədə suallar verirlər, bu barədəmətbuatda çoxsaylı yazılar dərc olunur. Həmin suallara qısaca belə cavab verirəm ki, cəmiyyətimizin səviyyəsinecədirsə, təhsilimizin səviyyəsi də ona uyğun dəyişir və yeniləşir. Ona görə də təhsil sahəsində uğur qazanmaq,təhsilimizin dünya təhsil sisteminə daha sürətlə inteqrasiyasına nail olmaq üçün bütövlükdə cəmiyyətdə yeniləşmə,demokratikləşmə, inkişaf meyilləri olmalıdır. İnkarolunmaz faktdır ki, Azərbaycanda təhsilin inkişafı üçün əsasməsuliyyət təhsil işçilərinin, müəllimlərin, təhsili idarəetmə orqanlarının, ilk növbədə, Təhsil Nazirliyinin üzərinədüşür. Bu da təbiidir. Lakin yalnız onların səyləri ilə ölkədə təhsil sahəsində ciddi inkişafa nail olmaq mümkündeyildir. Dünyada olduğu kimi, təhsili inkişaf etdirmək üçün cəmiyyətin hər bir üzvü öz səlahiyyəti, qabiliyyəti,potensial imkanları çərçivəsində çalışmalı, milli mənafedən çıxış edərək vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir.Yeri gəlmişkən, son zamanlar tez-tez təkrar etdiyim ibrətamiz bir məsələni diqqətə çatdırmaq istəyirəm. Artıq 10ildən çoxdur ki, Dünya Bankının dəstəyi ilə təhsilin ayrı-ayrı sahələrində islahatlar aparırıq və bu baxımdan tez-tezxarici ölkələrdə təlim kurslarında olur, beynəlxalq ekspertlərlə görüşür, müzakirələr keçiririk. Həmin ekspertlərdənbiri - ixtisasca riyaziyyatçı olan finlandiyalı professorla görüşümü xüsusi qeyd etmək istəyirəm. Hamıya məlumdurki, Finlandiya təbii sərvətləri zəngin olmayan, əhalisi nisbətən az olan bir ölkədir, lakin göstəricilərinə görədünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil edilmişdir və beynəlxalq hesabatlarda da bu ölkə ilə bağlı sürətliinkişaf tendensiyalar öz əksini tapmışdır. Həmin ekspertdən Finlandiyanın inkişafının əsas səbəblərini soruşduqda,o, bir az düşünərək dedi ki, bunun birinci səbəbi təhsildir. Başqa səbəblərlə maraqlandıqda o, yenə bir az düşünübikinci səbəbin də, üçüncü səbəbin də təhsil olduğunu təkrar-təkrar vurğuladı. Həmin anda ixtiyari olaraqmüqəddəs Qurani-Kərimdə öz əksini tapmış, "insan anadan olandan son mənzilədək oxumalıdır" kəlamınıxatırladım. Yəni doğrudan da, təhsil cəmiyyətin inkişafında əsas, həlledici amillərdən biridir. Finlandiyanın inkişaffenomeni ilə bağlı fikrimi davam etdirərək bir məsələni də qeyd etmək istəyirəm. Beş milyondan bir qədər çoxəhalisi olan Finlandiyanın "Nokia" şirkətinin bir ildə ölkəyə verdiyi gəlir 300 milyondan çox əhalisi olan bütün islamdünyasının, neftdən gələn gəlirləri istisna olmaqla, ümumi gəlirindən bir neçə dəfə çoxdur. Bu, son zamanlartədqiqatçıların və ekspertlərin daha çox istinad etdikləri biliyə, elmə əsaslanan iqtisadiyyata, insan kapitalınınformalaşmasına ən parlaq nümunədir. Kiçik bir ölkə olan Finlandiya bir şirkətlə dünyaya meydan oxuyur.Beynəlxalq ekspertlərlə daha çox müzakirə etdiyim məsələlərdən biri də təhsilin inkişafına təsir edən həllediciamillər olmuşdur. Maraqlıdır ki, mütəxəssislərin fikrincə, bu amillər içərisində təhsilin inkişafına təsir edən birincivə həlledici amil ailə hesab edilir. Həyat sübut edib ki, təhsilə diqqət və qayğı göstərilən ailələrdə formalaşanuşaqlar tərbiyə və təliminə görə hər zaman digərlərindən müsbət mənada seçiliblər. Əksinə, təhsilin əhəmiyyətinidərk etməyən, savadı, biliyi qiymətləndirməyən, problemli ailələrdən olan uşaqlar mənfi davranışı, zərərlivərdişlərə meyilliliyi, təhsilə, müəllimlərə və həmyaşıdlarına mənfi münasibətləri ilə fərqlənirlər.Tədqiqatlarda təhsilin inkişafına təsir edən digər bir amil təhsilalanı əhatə edən ətraf mühit göstərilir. Həqiqətəndə, şagirdin, tələbənin hansı mühitdə, kimlərin əhatəsində olması, kimlərlə ünsiyyət qurması onların formalaşmasıvə inkişafına həlledici təsir göstərir. Bu sıralamada əsas yerlərdən birini də informasiya amili tutur, yəni təhsilalanhansı mənbələrdən, hansı məzmunda informasiya alır və bu informasiya onun üçün nə dərəcədə faydalı vəzəruridir. Nə qədər qəribə və maraqlı olsa da, aparılan tədqiqatlara əsasən təhsilin inkişafına təsir edən amillər

içərisində məktəb və müəllim sonuncu yerdə dayanır. Bu baxımdan təkrarən o fikrə qayıdıram ki, təhsilin inkişafınacəmiyyətin hər bir üzvü öz töhfəsini verməlidir.Fikirlərimi bir az da konkretləşdirmək istəyirəm. Bizbütün təhsil pillələri üzrə yüksək keyfiyyətin təminolunması baxımından qarşımıza qoyduğumuzməqsədlərə nail olmaq üçün nə etməliyik? Bu sahəyəölkə rəhbərliyi tərəfindən yüksək diqqət və qayğıgöstərilir. İlbəil təhsilə ayrılan büdcə vəsaitlərininhəcmi artırılır, təhsil şəraiti və mühiti yaxşılaşır, butendensiya davamlı xarakter daşıyır. Lakin bütün buişlərin müqabilində təhsilin inkişafına maksimuməmək sərf edirikmi? Hesab edirəm ki, biz təhsil işçiləri,xüsusən ali məktəb müəllimləri yaradılmış bu əlverişliimkanlardan heç də həmişə səmərəli istifadə etmirik.Konkret misallar gətirmək istəyirəm. Hər il Avropaİttifaqı postsovet ölkələrində ali təhsilin, elmin inkişafıüçün müxtəlif proqramlar, o cümlədən TEMPUS,Erasmus Mundus və digər beynəlxalq layihələrvasitəsilə böyük məbləğdə vəsaitlər, qrantlar yönəldir.Burada əsas tələb ondan ibarətdir ki, keçmiş sovetlərbirliyinə daxil olan ölkələrin ali məktəbləri Avropaölkələrinin universitetləri ilə əməkdaşlıq əlaqələriyaratsınlar, elan edilən proqramlar əsasında dünyanınmüxtəlif ölkələrindən olan üç universitetlə birgə layihələr hazırlayıb Avropa İttifaqının təhsil və elm komissiyasınatəqdim etsinlər. Qayda belədir ki, həmin komissiyada baxıldıqdan və təsdiq edildikdən sonra universitetlərtərəfindən təqdim edilən layihələrin həyata keçirilməsi üçün lazımi vəsait ayrılır. Sual oluna bilər, 90-cı illərinəvvəllərindən başlanılmış bu proqramlarda Azərbaycanın ali təhsil müəssisələri necə iştirak edirlər. Təhlil göstərirki, ölkəmizin universitetlərinin bu proqramlar vasitəsilə cəlb etdiyi maliyyə resursları digər postsovetrespublikalarının ali təhsil müəssisələrinin gəlirləri ilə müqayisədə dəfələrlə azdır. Nə qədər acı olsa da deməliyəmki, inkişaf tempinə görə Azərbaycandan çox geridə qalan region ölkələrinin ali məktəbləri Avropanın universitetləriilə əlaqələr qurmaqla, qarşılıqlı səfərlər təşkil etməklə, mübadilə proqramları həyata keçirməklə hər il buproqramlardan milyonlarla dollar vəsait əldə edirlər, təhsil və elmin inkişafına yönəldirlər. Təəssüfləndirici haldırki, müəyyən proqramlar həyata keçirilsə də, universitetlərimiz dünyanın, Avropanın yaratdığı bu imkanlardansəmərəli istifadə etmir, lazımınca bəhrələnmirlər. İstərdim ki, hər il 50 universitetimizin hamısı bu proqramlardayaxından iştirak edib, Azərbaycanda təhsilin inkişafına vəsait cəlb etsinlər. Hesab edirəm ki, bu məsələ həm TəhsilNazirliyinin, həm də universitetlərimizin qarşısında duran mühüm vəzifələrdəndir və bu istiqamətdə təxirəsalınmaztədbirlər görülməlidir.Bu günlərdə Azərbaycan Dillər Universitetində Avropa Şurası ölkələrinin Azərbaycandakı səfirlərinin iştirakı iləMilli TEMPUS məlumat gününə həsr olunan əhəmiyyətli bir konfrans keçirilib, burada beynəlxalq keyfiyyətintəminatı, 2008-ci ildə Tempus proqramı üzrə təkliflərin nəticələri, 2009-cu ildə TEMPUS çərçivəsində təkliflərinverilməsi, Azərbaycanda ən keyfiyyətli TEMPUS layihələri, Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsiproqramında ölkə universitetlərinin iştirak imkanları və Azərbaycanda TEMPUS və Milli TEMPUS Ofisinin rolu kimiməsələlər müzakirə olunub. Bir sıra obyektiv səbəblərdən həmin konfransda iştirak etməsəm də, tədbirdəki xaricitəşkilatların nümayəndələrini qəbul edib Azərbaycan universitetlərinin bu proqramlarda daha yaxından iştirakı vədaha çox sayda qrantların qazanılması yolları barədə fikir mübadiləsi apardım. Mənə verilən məlumata görə, bubeynəlxalq konfransda ölkəmizin 50 universitetindən yalnız ikisinin rektoru iştirak edib. Halbuki bütün ali təhsilmüəssisələrinin rəhbərləri həmin konfransda iştirak etməli və öz təkliflərini irəli sürməli idi. Fikrimcə, belə bir

vəziyyətin yaranması səbəblərindən biri də odur ki, universitetlərimizdə beynəlxalq əlaqələrə məsul olanprorektorların fəaliyyəti qənaətbəxş deyil, onların əksəriyyəti yaşlıdır və təşəbbüskar deyildir. Bu vəzifəni tutanşəxslər gənc, bir və ya bir neçə xarici dil bilən, müntəzəm olaraq xarici ali təhsil müəssisələri ilə əməkdaşlıqəlaqələri yaradan bacarıqlı şəxslər olmalı, beynəlxalq proqramların lazımi səviyyədə aparılmasına rəhbərlik edəbilməlidirlər.Bu gün Avropa təhsil məkanının formalaşması, Avropayainteqrasiya kontekstində ali təhsilin inkişafı və qlobal əməkbazarına istiqamətləndirilməsi, ali təhsilin keyfiyyətinin təminolunması qarşıda duran əsas vəzifələrdəndir. BoloniyaBəyannaməsinin tələblərinə uyğun olaraq akademik və peşədərəcələrinin tanınması və akademik mobilliyi təmin edənmexanizmlərin işlənməsi, təlim müddətlərinin, ixtisaslarınuyğunlaşdırılması, Avropa təlim standartlarından istifadəimkanlarının yaradılması, ali təhsil sisteminin idarəedilməsinintəkmilləşdirilməsi, təhsillə əmək bazarı arasındakı qarşılıqlıəlaqəni, qloballaşma şəraitində tələbələrin həyata və fəaliyyətəhazırlanmasını təmin edəcək təlim konsepsiyasınınreallaşdırılması əsas fəaliyyət istiqamətləri olmalıdır.Azərbaycanın Boloniya prosesinə 2005-ci ildə qoşulmasınabaxmayaraq, hesab edirəm ki, ötən müddət ərzindəuniversitetlərimizin bu istiqamətdə fəaliyyəti qənaətbəxş sayılabilməz. Dövlət ali məktəblərində təhsil alan tələbələrin yalnız 25faizi Boloniya Bəyannaməsinin əsas müddəalarından olan tədrisdəkredit sistemi ilə təhsil alır. Bu bizi qane edə bilməz. Yerigəlmişkən onu da vurğulamaq istəyirəm ki, Azərbaycan DillərUniversiteti yeganə ali məktəbdir ki, öz fəaliyyətini bütünlükləBoloniya Bəyannaməsinin tələblərinə uyğunlaşdırmağa səygöstərir, kredit sisteminin tətbiqi, müəllim-tələbəmünasibətlərinin tənzimlənməsi, müəllimlər üçün sistemlitreninqlərin təşkili, informasiya-resurs mərkəzinin yaradılması vəonun imkanlarından istifadəsi və digər sahələrdə uğurlu addımlaratır.Təəssüfləndirici haldır ki, cəmiyyətimizdə belə bir yanlış fikir də formalaşıb, bir çoxları düşünürlər ki, ümumi ortatəhsil kimi ali təhsil də icbaridir. İcbarilik anlayışı da özünəməxsus şəkildə şərh edilir. ölkə Konstitusiyasında təsbitolunmuş icbarilik o deməkdir ki, dövlət 11 il ərzində şagirdlər üçün pulsuz təhsil almaq üçün şərait yaradır. Birçoxları isə orta təhsilin icbariliyini, savad səviyyəsindən asılı olmayaraq, məktəbi bitirənlərin hamısına mütləqqaydada attestat verilməsi kimi başa düşürlər. Bu yanlış təsəvvürü aradan qaldırmaq çox vacibdir. Necə ola bilər ki,şagird məktəbə zəif gəlsin, dərslərə hazırlaşmasın, təhsilə laqeyd münasibət göstərsin, nəticədə isə attestat alsın.İnkişaf etmiş ölkələrdə heç bir valideyn xahiş və təzyiq etməz ki, onun uşağı savadsız qaldığı halda təhsil sənədialsın. Attestat almaq üçün şagird müəyyənləşdirilmiş minimum standartlar səviyyəsində fənlər üzrə imtahanverməli və müvəffəq qiymətlər almalıdır. İmtahanlar zamanı zəruri səviyyədə bilik mümayiş etdirməsə, istənilənnəticəni göstərə bilməsə təhsil sənədi almamalıdır. Müqayisə üçün deyək ki, ən inkişaf etmiş ölkələrdə belə ortaməktəb məzunlarının heç də hamısı təhsil sənədi almır.Orta təhsildə mövcud olan bu problem ali təhsildə də var. Əvvəllər ali məktəbi bitirib diplom alanların sayı qəbulolanların sayından xeyli az idi. Təhsil müddətində tələbələrin bir qisminin universitetdən xaric olunması,bəzilərinin dövlət imtahanını verə bilməyib kursda qalması kimi səbəblərdən diplom ala bilməyənlərin sayıüstünlük təşkil edirdi. O dövrdə ali məktəbə daxil olanların yalnız 60-70 faizi diplom ala bilirdi. Dünyada da bu

gün belədir. İndi isə ölkəmizin bir sıra ali məktəblərində qəbul olunanların 100 faizi ali məktəbləri bitirib diplomalır. Əgər tələbə 4 il oxuyub diplom almırsa, onun valideynləri narazılıq edir, ali məktəb rəhbərinə təzyiqvasitələrinə əl atır və tələb edirlər ki, övladı 4 il universitetə gedib-gəlib, ona hökmən diplom verilməlidir.Düşünürəm ki, bu stereotipdən əl çəkməyin vaxtı çatmışdır. Cəmiyyətimizin hər bir üzvü bilməlidir ki, ali məktəbəqəbul olan tələbə orada təhsil alıb yalnız müvafiq standartlar həcmində bilik və bacarıqlar nümayiş etdirdiyi haldaona ali təhsil haqqında sənəd verilir.Problemlərdən biri də onunla bağlıdır ki, bu gün biz daha çox ali məktəblərə qəbula diqqət yetirir, təhsilinkeyfiyyəti, universiteti bitirəcək mütəxəssislərin hansı bilik və bacarıqlara malik olmasını isə təəssüf ki, ikinci planakeçiririk. Fikrimcə, ali məktəblərdən çıxış, yəni təhsil müəssisələrini bitirmək məsələsi daha ciddi nəzarətəgötürülməli, burada elə mexanizmlər tətbiq edilməlidir ki, yalnız layiq olanlar diplom alsınlar. çünki ali məktəbibitirən gənc birbaşa istehsalata, məktəbə, xəstəxanaya, iqtisadiyyatın müxtəlif sahələrinə işləməyə gedir. Bəzivalideynlər yanlış olaraq düşünürlər ki, onların övladları ali və orta məktəblərdə təhsil alarkən bilik, savadgöstərməklə deyil, başqa vasitələrlə qiymət almalıdırlar. Belə insanlar müəyyən mənada müəllimi təhrik edirlər ki,övladı oxumasa da ona qiymət yazılsın, bacarığı olmaya-olmaya ona təhsil haqqında sənəd verilsin. Bütünmüəllimlərə, həm ali, həm də orta məktəblərdə çalışanlara, övladları universitet və ümumtəhsil məktəblərindəoxuyan valideynlərə müraciət edib demək istəyirəm ki, təhsil haqqında sənədi almağın bir yolu var, yaxşı oxumaq,tədris plan və proqramlarında nəzərdə tutulan bilik və bacarıqlara yiyələnərək imtahan verib müvəffəq qiymətalmaq. Heç kim başqa yol axtarmasın, çünki digər yol yanlış yoldur və bu yol bizi yalnız tənəzzülə apara bilər.Cəmiyyətin hər bir üzvü bilməli və çalışmalıdır ki, yalnız müvafiq bilik və bacarığı olan şəxslər təhsil sənədi alabilərlər.Mən orta məktəb rəhbərləri ilə yanaşı,universitetlərimizin rektorları ilə də tez-tez görüşür,burada sadalanan və sadalanmayan problemlərimüzakirə edir, çıxış yolları axtarırıq. Onu da qeyd edimki, fəaliyyətin uğurlu olması, kadr hazırlığınınkeyfiyyətinin təmin olunması ali təhsil müəssisəsininrəhbərindən, onun idarəetmə metodlarından xeyliasılıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinə ikiildir ki, yeni rektor təyin olunub. Lakin bu qısa müddətərzində universitetdə xeyli müsbət dəyişikliklər başverib, keyfiyyətə nəzarətin yeni mexanizmləri tətbiqolunmağa başlanılıb. Nəticədə qış imtahan sessiyasındatələbələrin yalnız 40 faizi müvəffəq qiymətlər alıb.Hesab edirəm ki, bu göstərici reallığı əks etdirir.Əlbəttə, məqsədimiz o deyil ki, tələbələrin 60 faiziniuniversitetdən xaric edək. Əsas amalımız ondan ibarətdir ki, hər bir tələbə də, müəllim də, valideyn də dərk etsinki, yalnız müvafiq səviyyədə bilik nümayiş etdirənlər müvəffəqiyyət əldə edəcəklər. Rektorlarla müzakirə etdiyim ənağrılı məsələlərdən biri də məhz odur ki, müəllimə və təhsilə başucalığı gətirməyən neqativ hallar necə aradanqaldırılmalıdır. Dünya təcrübəsinin təhlilindən gəldiyim qənaət budur ki, neqativ halların aradan qaldırılmasınınyeganə yolu təhsilin bütün pillələrində ədalətli, obyektiv imtahanların keçirilməsidir. Bu imtahanların keçirilməsinəmüdaxilə edilməməli, təhsil müəssisələrinə idarəetmə sahəsində geniş müstəqillik verilməli, keyfiyyətə nəzarət isəgücləndirilməli, bu sahədə müasir mexanizmlər tətbiq olunmalıdır. Yalnız girişdə deyil, aralıq mərhələlərdə vəçıxışda da müasir attestasiya mexanizmləri tətbiq edilməlidir.Hazırda ölkəmizdə yeddi ali təhsil müəssisəsinə muxtariyyət hüququ verilib. Onlar dövlət büdcəsindən ayrıcasətirlə maliyyələşirlər. Bu status ali məktəblərin inkişafına müsbət təsir edən vacib amildir. Təhsil Nazirliyininmövqeyi belədir ki, gələcəkdə bütün universitetlərə muxtariyyət hüququ verilməlidir. Amma təəssüf ki, bəziləri aliməktəbin muxtariyyətini rektorun muxtariyyəti kimi başa düşürlər. Muxtariyyət bütövlükdə təhsil müəssisəsinin

müstəqilliyidir, bütün fəaliyyət istiqamətləri üzrə sərbəstliyidir, yəni universitetdə rektor, prorektor, kafedramüdiri, dekan, müəllim öz vəzifə funksiyalarını sərbəst icra etməli, qərarlar isə kollegial qəbul edilməlidir.Ali təhsilin inkişafı sahəsində tədbirlərin daha sistemli şəkildə aparılması, bütün maraqlı tərəflərin rəy vətəkliflərinin dinlənilməsi məqsədilə yaxın günlərdə ali təhsillə bağlı "dəyirmi masa"nın keçirilməsi ilə əlaqədarhazırlıq işləri görürük. Bu məqsədlə mütəxəssislərdən ibarət işçi qrupu da yaratmışıq, bir neçə dəfə yığışıbmüzakirələr aparmışıq. Mən bu "dəyirmi masa"ya çox ciddi əhəmiyyət verirəm. İstəyirəm ki, keçiriləcək bu tədbirAzərbaycanın ali təhsil tarixində yaddaqalan bir hadisə olsun. "Dəyimi masa"da irəli sürüləcək təkliflər və tövsiyələrəsasında ali təhsilin inkişafı ilə bağlı real mexanizmlər işləyib hazırlamalıyıq. Bu mexanizmləri hazırlamaq üçünisə, ilk növbədə, ölkəmizdə ali təhsil sahəsində mövcud vəziyyəti öyrənməli, əsaslı təhlillər aparmalı,universitetlərimizdəki vəziyyəti dünyanın aparıcı ali təhsil müəssisələri ilə müqayisə etməliyik. Bu istiqamətdə artıqbir sıra müqayisəli təhlillər aparmış, bir sıra ciddi problemləri aşkar etmişik. Onlardan bəziləri ilə ictimaiyyəti tanışetmək istəyirəm.Araşdırmalar göstərdi ki, qonşu Gürcüstanda 1 ali məktəbmüəlliminə 25,5, çexiyada 20,4, Estoniyada 16, Ukraynada 14,1,Azərbaycanda isə 7,3 tələbə düşür. Göründüyü kimi, ölkəmizdəmüəllimlərin sayı qonşu ölkələrlə müqayisədə 3-4 dəfə çoxdur.Yəni ehtiyac olmadan müəllimlər işə götürüldüyündən dövlətbüdcəsindən ayrılan vəsaiti real tələbatdan dəfələrlə artıq saydamüəllimlər arasında bölmək məcburiyyətində qalmışıq. Əlbəttə,mən onun tərəfdarı deyiləm ki, minlərlə müəllimi işsiz qoyaq.Lakin süni sıxlığın yaradılması da keyfiyyətli təhsilə mane olanamillərdən biridir. Bununla əlaqədar hər zaman dediyim bir fikriyenidən təkrarlamaq istəyirəm ki, bu məsələdə yeganə çıxış yolutəhsil müəssisələrinin adambaşına maliyyələşmə sisteminəkeçməsidir. Belə olarsa, həmin problem öz-özünə həll olunacaq.Başqa bir məqamı vurğulamaq istəyirəm. ölkənin 24 dövlət aliməktəbində 12 minə yaxın professor-müəllim heyəti çalışır. Onlardan 656 nəfərinin yaşı 30-dək, 2016 nəfərinin30-40-dək, 2500 nəfərinin 40-50-dək, 2957 nəfərinin 50-60-dək, 3700 nəfərinin yaşı isə 60-dan yuxarıdır.Göründüyü kimi, ali məktəblərimizdə gənc alimlərin sayı çox azdır, 30 yaşadək müəllimlər arasında bir nəfərin dəelmlər doktoru dərəcəsi yoxdur. Deməli, elmi dərəcəsi, elmi adı olan ali məktəb müəllimlərinin əksəriyyəti yaşlıadamlardır. Bu barədə ciddi düşünməli, kadrların seçilib yerləşdirilməsi sahəsində siyasətimizdə ciddi korrektələretməliyik. Dünyada davamlı inkişaf səviyyəsi müəyyənləşdirilərkən hər bir ölkədə əhalinin sayına nisbətən alitəhsillilərin çəkisi əsas indikator kimi nəzərə alınır. Bu sahədə aparılan təhlillər göstərir ki, Azərbaycanda alitəhsilin kütləviliyi sahəsində digər ölkələrlə müqayisədə gerilik müşahidə olunur. Hazırda hər 10 min əhaliyə ABŞda445, Böyük Britaniyada 276, Almaniyada 240, Yaponiyada 233, MDB ölkələrindən Qazaxıstanda 510, Rusiyada449, Qırğızıstanda 447, Moldovada 351, Gürcüstanda 321, Ermənistanda 304 tələbə düşür. Azərbaycanda isə bugöstərici 152 tələbədir.Həmin ölkələr üzrə əhalinin ümumi sayına tələbə nisbəti də Azərbaycandakından xeyli yüksəkdir. Belə ki, bunisbət Rusiyada 5,1, Qazaxıstanda 5,0, Gürcüstanda 3,2, Azərbaycanda 1,6 faizdir. Həmin göstərici üzrə MDBölkələri arasında Azərbaycan yalnız özbəkistanı (1%) və Türkmənistanı (0,2%) qabaqlayır. Bununla belə,respublikanın iqtisadi inkişaf tempi, hökumətin təhsilə diqqət və qayğısı, təhsil sahəsində əldə edilmiş beynəlxalqtəcrübə və əhalinin marağı və təhsilalma imkanlarının genişləndirilməsi zəruriliyi keyfiyyətə xələl gətirməmək,təhsil müəssisələrinin maddi-texniki bazasını genişləndirmək şərtilə əhalinin hər 10 min nəfəri üzrə aliməktəblərdə təhsil alan tələbələrin sayının, əhali sayına tələbə nisbətinin artırılması istiqamətində səmərəliaddımların atılması da qarşıda duran vəzifələrdəndir.Daha bir vacib məsələyə toxunmaq istəyirəm. Dünyada ali məktəblərin reytinqi müəyyənləşdirilərkən bir neçəamil əsas götürülür. Bu amillərdən biri həmin universitetlərdə ali təhsilin ikinci pilləsində, yəni magistratura

pilləsində təhsil alanların sayıdır. Azərbaycanda bu məsələ normativ-hüquqi aktlarla tənzimlənir. Yəni həminsənədlərdə göstərilir ki, ali məktəblərin magistratura pilləsinə ümumi tələbə sayının 20 faizindən artıq qəbulaparıla bilməz. Mən bunu mənfi hal hesab edirəm. Yəni magistrlərin sayı normativ-hüquqi sənədlərlə deyil, aliməktəblərin imkanları, kadr potensialı, maddi-texniki və tədris bazası, laboratoriyaları ilə müəyyən olunmalıdır.Hazırda ali məktəblərin reytinqinin müəyyənləşdirilməsində həlledici amillərdən biri də universitetlərdə təhsilalan əcnəbi tələbələrin sayıdır. Müxtəlif mədəniyyətlərin qovuşduğu yerdə inkişafın labüd olması faktı buradaxüsusi qeyd olunur. XX əsrin 40-cı illərindən başlayaraq aparıcı dünya dövlətləri təhsili öz xarici siyasətlərininmühüm tərkib hissəsi kimi dəyərləndirməyə başlamışlar. 2005-ci ilin tədqiqatlarında göstərilir ki, dünya üzrəəcnəbi tələbələrin ümumi sayı 2 milyon nəfər olmuşdur. Dünyada təhsil ixracının lideri isə ABŞ-dır və beynəlxalqbazarın 30 faizi ona məxsusdur. Amerika universitetlərinin əcnəbi tələbələrdən qazandığı vəsait ABŞ hökumətininali təhsil müəssisələrinə yönəltdiyi büdcə vəsaitlərindən 15 dəfə çoxdur.Bu baxımdan ölkəmizin ali təhsil müəssisələrində hazırda 7 mindən çox əcnəbi tələbə təhsil alır. Onların 80-90faizi İran və Türkiyə vətəndaşlarıdır. Əlbəttə, bu, bizi qane edə bilməz. Ali məktəblərimiz o qədər inkişaf etməli,təhsilin keyfiyyəti o səviyyədə yüksəlməlidir ki, inkişaf etmiş ölkələrdən universitetlərimizdə təhsil alanlar üstünlüktəşkil etsinlər.Başqa bir vacib amil isə dövlətin büdcəsindən təhsilə, o cümlədən ali təhsilə ayrılan vəsaitin həcmidir. ABŞ-datəhsil sektoruna dövlət büdcəsindən 13,5 faiz, ali təhsilə isə 1,3 faiz vəsait ayrılır. Azərbaycanda cari ildə təhsiləbüdcənin 10,1 faizi, ali təhsilə isə 0,8 faizi həcmində vəsait ayrılıb. Təhsilin inkişafında bir tələbəyə dövlətbüdcəsindən çəkilən xərc də çox önəmlidir.Məsələn, Amerikada bir ildə bir tələbəyə 24370 dollar vəsait xərcləndiyi halda, Azərbaycanda bu məbləğ 3260manat təşkil edir.Ümumdaxili məhsuldan Azərbaycanda ali təhsilə 0,3 faiz ayrılır. Bu rəqəm Danimarkada 2,5, Böyük Britaniyada1,1, Malayziyada 0,8 faizdir. Bu amilin də ali təhsilin və bütövlükdə təhsilin inkişafında çox böyük rolu var.Ali təhsil müəssisələrinin fəaliyyətinə qiymət verərkən məzunların işlə təmin olunması əsas göstərici kimi nəzərəalınmalıdır. Təəssüf ki, bir sıra ali məktəblərin rəhbərləri məzunlarının müvafiq işlə təmin olunması istiqamətindəciddi addımlar atmırlar, bu vacib məsələyə laqeyd münasibət göstərirlər. Hesab edirəm ki, ali məktəblər vəişəgötürənlər arasında yeni münasibətlər formalaşmalı və bu əməkdaşlıq ilboyu davam etməlidir.Ali təhsilin inkişafına mənfi təsir edən amillərdən biri də universitetlərin maddi-texniki bazasıdır. Doğrudur, busahədə son illər xeyli işlər görülüb və inkişaf göz qabağındadır. Bununla yanaşı etiraf etmək lazımdır ki, aliməktəblərimizin əksəriyyətinin tədris bazası təlimin keyfiyyətini təmin etmək baxımından hazırkı dövrün tələbləriniödəmir.Belə ki, hazırda ölkəmizin ali təhsil müəssisələrinin əksəriyyəti ikinövbəli rejimdə fəaliyyət göstərir. Belə vəziyyətisə təhsilin keyfiyyətinə mənfi təsir etməklə yanaşı, Avropa təhsil standartlarına uyğunlaşma prosesinə mane olur.Ali məktəblər hər il tələbə qəbulu planının artırılması barədə təkliflər verirlər, lakin fikrimcə, keyfiyyətli təhsil üçünşəraitin yaradılması daha vacib məsələdir. Problemin aradan qaldırılması üçün universitetlərin infrastrukturunun vətədris bazasının genişləndirilməsi istiqamətində tədbirlər görülməlidir.Təlimdə İKT-nin tətbiqinin artıq zərurətə çevrildiyi bir vaxtda ali məktəblərimizin əksəriyyətində bu vacibməsələyə yetərincə diqqət yetirilmir. Müasir tələbə yalnız mühazirələri dinləməklə, seminarlarda iştirak etməkləsavadlı mütəxəssis kimi yetişə bilməz. Geniş informasiya məkanına daxil olmasına şərait yaradılmaqla bərabər,tələbədə elektron vasitələrdən istifadəyə marağın oyadılması çox vacibdir. Boloniya Bəyannaməsinin zərurimüddəalarından biri də məhz bundan ibarətdir. Elmi-texniki tərəqqinin sürətli inkişafı, informasiya cəmiyyətininyaranması indiki zamanda müəllim-tələbə münasibətlərinin mahiyyətini xeyli dəyişib. Müəllimin əsas funksiyasıget-gedə daha çox istiqamətverici xarakter alır, o, tələbəyə necə öyrənməyin yollarını göstərməli, aldığı bilikləritəhlil və tətbiq etmək bacarıqları aşılamalıdır. Bu mənada müəllim özü də, təlim üsulları da dəyişməlidir. Əgərmüəllimin mühazirəsi vaxtı keçmiş məlumatlara əsaslanırsa və tələbə üçün maraqlı deyilsə, hansı səmərəlilikdəndanışmaq olar? Biz tələbələri bunları dinləməyə məcbur etməklə nə qazanırıq? Düşünürəm ki, bu məsələ ətrafında

ciddi fikirləşmək lazımdır. ödənişli təhsildən və digər mənbələrdən əldə olunmuş vəsaitlər informasiya məkanınınyaradılmasına, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların qurulmasına yönəldilməlidir.Təhlil göstərir ki, ali təhsilin zamanın tələblərinə uyğun qurulması, keyfiyyətinin yüksəldilməsi,maliyyələşdirilməsi və idarəolunmasının təkmilləşdirilməsi, bu sahədə əməkdaşlığın və beynəlxalq əlaqələringenişləndirilməsi bütün ölkələr üçün ümumi problemlərdir. Həmin problemlərin həlli yollarının axtarılması vətədricən aradan qaldırılması isə vahid bir məqsədə - bütün fəaliyyət sahələrində inkişafın hərəkətverici qüvvəsinəçevrilə bilən mütəxəssislərin hazırlanmasına yönəlməlidir.Müasir mütəxəssisi şərtləndirən başlıca xüsusiyyət onun əmək bazarının tələblərinə cavab verməsidir. Bununüçün hazırda ali təhsil müəssisələrində daha çox diqqət yetirilən nəzəri hazırlıq kifayət deyil, digər bacarıq vəkeyfiyyətlər də tələb olunur. Onların sırasında mütəxəssisin tənqidi təfəkkürə, mədəni-intellektual səviyyəyə, İKTdənistifadə və birgəfəaliyyət bacarıqlarına malik olması, daim öyrənməyə və ixtisas səviyyəsini təkmilləşdirməyəmeyil göstərməsi, yaradıcılığı, təşəbbüskarlığı, əməksevərliyi, intizamlılığı ilə fərqlənməsi, sağlam rəqabətədözümlü olması, müstəqil qərarlar qəbul etməsi, bəşəri və milli dəyərləri qiymətləndirə bilməsi geniş miqyasdabirmənalı qəbul edilən xüsusiyyətlərdir.Məlumdur ki, bu cür bacarıq və keyfiyyətləri özündə birləşdirən mütəxəssis hazırlığını ali təhsil müəssisələrindəverilən təhsil müddəti ilə məhdudlaşdırmaq qeyri-mümkündür. Ona görə də insanın bütün həyatı boyu fasiləsiztəhsil almasına şəraitin yaradılması, onun biliyinin, bacarıq və qabiliyyətlərinin daim təkmilləşdirilməsi ali təhsilinmühüm vəzifələrindən biri kimi qarşıya qoyulur. Təhsil ekspertləri fasiləsiz təhsili inkişafın təmin olunmasındahəyati məsələ səviyyəsində qiymətləndirirlər. Artıq belə bir fikir formalaşmışdır ki, universitetlərin və digər alitəhsil müəssisələrinin statusu yüksəldilməklə onlar tədricən elmi-tədqiqat, peşə hazırlığı, fasiləsiz təhsilmərkəzlərinə çevrilməlidir. Burada əsas məqsəd ali məktəbləri əmək bazarında yaranan tendensiyaların, eləcə dəelm, texnika və iqtisadiyyat sahələri üzrə yeniliklərin öyrənilməsi, tədqiq edilməsi yolu ilə mütəxəssis hazırlığınınyeniləşdirilməsi prosesinə, bu sahədə təkmil formaların və innovasiyaların tətbiqinə, gələcəkdə cəmiyyətin rastlaşabiləcəyi problemlərin həllinə daha geniş cəlb etməkdən ibarətdir.Mütəxəssis hazırlığından danışarkən ali təhsil müəssisələrində hazırda mövcud olan dərslik probleminətoxunmamaq mümkün deyil. Reallıq bundan ibarətdir ki, bu gün ali məktəblərimizin dərsliklərlə təminatında heçbir sistem yoxdur, bu proses pərakəndə xarakter daşıyır. Yeni dərsliklərin hazırlanması sifarişlə deyil, yalnız ayrıayrımüəlliflərin təşəbbüsü əsasında yazılır. Bununla bağlı hesab edirik ki, ayrı-ayrı istiqamətlər üzrə zəruridərsliklərin dövlət hesabına çapı, eyni zamanda ali məktəblərin ödənişli təhsildən əldə etdikləri gəlirin birhissəsinin bu sahəyə yönəldilməsi, elektron dərsliklərin və kitabxanaların yaradılması vaxtı çatmışdır.Ölkəmizin kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin əsas məqsədi və vəzifəsi yüksək peşəkarlığamalik və müstəqil əmək fəaliyyətinə qadir olan mütəxəssis yetişdirməkdir. Bu isə təhsilalanlara həm nəzəribiliklərin öyrədilməsi, həm də praktik vərdişlərin aşılanması vasitəsilə həyata keçirilir. Sirr deyil ki, qazanılanyüksək keyfiyyətli nəzəri biliklər praktik vərdişlərlə möhkəmləndirilməsə, istənilən səviyyəli mütəxəssis hazırlamaqmümkün olmaz. Hazırlanan mütəxəssislərin ilkin praktik vərdişləri isə onlara təlim dövründə istehsalattəcrübəsinin keçirilməsi zamanı aşılanır. Son dərəcə vacibliyini nəzərə alaraq, bu məsələni nazirliyin kollegiyasındageniş müzakirə etdik. Təhlil göstərdi ki, qeyri-pedaqoji sahələrdə istehsalat təcrübəsinin təşkili imkanlarıməhduddur, pedaqoji ixtisaslar üzrə təcrübənin təşkilində isə əksinə, mövcud imkanlardan səmərəli istifadəolunmur.(Ardı var)

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!