12.07.2015 Views

Azǝrbaycan tǝhsili: yaxın keçmişǝ, bu günǝ vǝ gǝlǝcǝyǝ bir baxış

Azǝrbaycan tǝhsili: yaxın keçmişǝ, bu günǝ vǝ gǝlǝcǝyǝ bir baxış

Azǝrbaycan tǝhsili: yaxın keçmişǝ, bu günǝ vǝ gǝlǝcǝyǝ bir baxış

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

gün belədir. İndi isə ölkəmizin bir sıra ali məktəblərində qəbul olunanların 100 faizi ali məktəbləri bitirib diplomalır. Əgər tələbə 4 il oxuyub diplom almırsa, onun valideynləri narazılıq edir, ali məktəb rəhbərinə təzyiqvasitələrinə əl atır və tələb edirlər ki, övladı 4 il universitetə gedib-gəlib, ona hökmən diplom verilməlidir.Düşünürəm ki, bu stereotipdən əl çəkməyin vaxtı çatmışdır. Cəmiyyətimizin hər bir üzvü bilməlidir ki, ali məktəbəqəbul olan tələbə orada təhsil alıb yalnız müvafiq standartlar həcmində bilik və bacarıqlar nümayiş etdirdiyi haldaona ali təhsil haqqında sənəd verilir.Problemlərdən biri də onunla bağlıdır ki, bu gün biz daha çox ali məktəblərə qəbula diqqət yetirir, təhsilinkeyfiyyəti, universiteti bitirəcək mütəxəssislərin hansı bilik və bacarıqlara malik olmasını isə təəssüf ki, ikinci planakeçiririk. Fikrimcə, ali məktəblərdən çıxış, yəni təhsil müəssisələrini bitirmək məsələsi daha ciddi nəzarətəgötürülməli, burada elə mexanizmlər tətbiq edilməlidir ki, yalnız layiq olanlar diplom alsınlar. çünki ali məktəbibitirən gənc birbaşa istehsalata, məktəbə, xəstəxanaya, iqtisadiyyatın müxtəlif sahələrinə işləməyə gedir. Bəzivalideynlər yanlış olaraq düşünürlər ki, onların övladları ali və orta məktəblərdə təhsil alarkən bilik, savadgöstərməklə deyil, başqa vasitələrlə qiymət almalıdırlar. Belə insanlar müəyyən mənada müəllimi təhrik edirlər ki,övladı oxumasa da ona qiymət yazılsın, bacarığı olmaya-olmaya ona təhsil haqqında sənəd verilsin. Bütünmüəllimlərə, həm ali, həm də orta məktəblərdə çalışanlara, övladları universitet və ümumtəhsil məktəblərindəoxuyan valideynlərə müraciət edib demək istəyirəm ki, təhsil haqqında sənədi almağın bir yolu var, yaxşı oxumaq,tədris plan və proqramlarında nəzərdə tutulan bilik və bacarıqlara yiyələnərək imtahan verib müvəffəq qiymətalmaq. Heç kim başqa yol axtarmasın, çünki digər yol yanlış yoldur və bu yol bizi yalnız tənəzzülə apara bilər.Cəmiyyətin hər bir üzvü bilməli və çalışmalıdır ki, yalnız müvafiq bilik və bacarığı olan şəxslər təhsil sənədi alabilərlər.Mən orta məktəb rəhbərləri ilə yanaşı,universitetlərimizin rektorları ilə də tez-tez görüşür,burada sadalanan və sadalanmayan problemlərimüzakirə edir, çıxış yolları axtarırıq. Onu da qeyd edimki, fəaliyyətin uğurlu olması, kadr hazırlığınınkeyfiyyətinin təmin olunması ali təhsil müəssisəsininrəhbərindən, onun idarəetmə metodlarından xeyliasılıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinə ikiildir ki, yeni rektor təyin olunub. Lakin bu qısa müddətərzində universitetdə xeyli müsbət dəyişikliklər başverib, keyfiyyətə nəzarətin yeni mexanizmləri tətbiqolunmağa başlanılıb. Nəticədə qış imtahan sessiyasındatələbələrin yalnız 40 faizi müvəffəq qiymətlər alıb.Hesab edirəm ki, bu göstərici reallığı əks etdirir.Əlbəttə, məqsədimiz o deyil ki, tələbələrin 60 faiziniuniversitetdən xaric edək. Əsas amalımız ondan ibarətdir ki, hər bir tələbə də, müəllim də, valideyn də dərk etsinki, yalnız müvafiq səviyyədə bilik nümayiş etdirənlər müvəffəqiyyət əldə edəcəklər. Rektorlarla müzakirə etdiyim ənağrılı məsələlərdən biri də məhz odur ki, müəllimə və təhsilə başucalığı gətirməyən neqativ hallar necə aradanqaldırılmalıdır. Dünya təcrübəsinin təhlilindən gəldiyim qənaət budur ki, neqativ halların aradan qaldırılmasınınyeganə yolu təhsilin bütün pillələrində ədalətli, obyektiv imtahanların keçirilməsidir. Bu imtahanların keçirilməsinəmüdaxilə edilməməli, təhsil müəssisələrinə idarəetmə sahəsində geniş müstəqillik verilməli, keyfiyyətə nəzarət isəgücləndirilməli, bu sahədə müasir mexanizmlər tətbiq olunmalıdır. Yalnız girişdə deyil, aralıq mərhələlərdə vəçıxışda da müasir attestasiya mexanizmləri tətbiq edilməlidir.Hazırda ölkəmizdə yeddi ali təhsil müəssisəsinə muxtariyyət hüququ verilib. Onlar dövlət büdcəsindən ayrıcasətirlə maliyyələşirlər. Bu status ali məktəblərin inkişafına müsbət təsir edən vacib amildir. Təhsil Nazirliyininmövqeyi belədir ki, gələcəkdə bütün universitetlərə muxtariyyət hüququ verilməlidir. Amma təəssüf ki, bəziləri aliməktəbin muxtariyyətini rektorun muxtariyyəti kimi başa düşürlər. Muxtariyyət bütövlükdə təhsil müəssisəsinin

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!