12.07.2015 Views

2 cilddə. Operalar: Musiqili komediyalar; Satirik hekayələr

2 cilddə. Operalar: Musiqili komediyalar; Satirik hekayələr

2 cilddə. Operalar: Musiqili komediyalar; Satirik hekayələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________________Milli Kitabxana___________________ədəbiyyatımıza böyük hədiyyədir. Onun müəllifinin adı isə artıq Axundzadə,Vəzirov, Haqverdiyev kimilərinin sırasında yer tutmuşdur..1 '". Üzeyir Hacıbəylinin ən böyük xidmətlərindən biri bunda idi ki, o, hər biryeni əsərinin müvəffəqiyyətindən son dərəcə düzgün nəticə çixarır, arxayınlaşmır,həmin xətti davam etdirirdi.Buna görədir ki, ədib-bəstəkarın əsərlərinin yaranma tarixləri arasında o qədər dəböyük vaxt fərqi yoxdur. "O olmasın, bu olsun"un təsiri qurtarmamış ÜzeyirHacıbəyli "Şah Abbas və Xurşidbanu" operasını yazır. "Baku" qəzeti 19l2-ci il 11aprel tarixli nömrəsində yazır: "Aprelin 9-da Tağıyev teatrında talantlı samorodokmüsəlman kompozitoru Hacıbəyli cənablarının "Şah Abbas" operası oynandı...Teatr tam mənası ilə ağzınadək dolu idi. Tamaşaçılar Şah Abbasın "xalq kütləsiiçərisinə girməsi hadisəsini" böyük diqqətlə izləyirdi...Tar və kamança müşayiəti ilə çalınan xalq mahnıları diqqətlə dinlənilirdi...Artlstlər və Hacıbəyli dəfələrlə səhnəyə çağırıldılar" 2 .19l2-ci ildə tamaşaya qoyulan "Əsli və Kərəm" operası Üzeyir Hacıbəylininsənətkar şöhrətinə dəyərli əlavə oldu və Üzeyirin adını görkəmli bəstəkar kimi dəəbədiləşdirdi. Həmin ilin 20 may nömrəsində "Baku" qəzetində dərc olunan "Q.M."imzalı bir məqalədə deyilir: "Mən Uzeyir bəy Hacıbəylinin operalarının hamısınıgörməmişəm, lakin mayın 18-də Mayılov teatrında "Əsli və Kərəm" operası birincidəfə oynandığı zaman deyirdilər ki, bu opera bizim gənc kompozitorun qələmindənçıxmış operalardan yüksəkdir...Müəllifi çağırdılar, artistlər onu çiyinlərində səhnəyə gətirdilər. Hacıbəyli layiqolduğu şiddətli və gurultulu alqışlarla qarşılandı.Teatr ağzına kimi dolu idi. Tamaşaçıların xahişinə görə bu opera mayın 22-dətəkrar oynanacaqdır".Üzeyir Hacıbəyli bütün bu müvəffəqiyyətlər içərisində böyük narahatçılıqkeçirirdi. O, daha yüksək səviyyəli əsərlər yazmaq üçün özündə həvəs, qüvvə, güchiss etsə də, dərin musiqi savadı, mükəmməl musiqi nəzəriyyəsi və maddi imkansahəsində korluq çəkirdi. Ona görə də oxumaq, təhsilini artırmaq və dünya musiqimədəniyyətinə daxil ola bilən bir istedad sahibi kimi yetişmək istəyirdi. ÜzeyirHacıbəyli bu arzusunu həyata keçirmək məqsədi ilə 1912-ci ildə iki il müddətinəMoskvaya oxumağa gedir. Maddi cəhətdən təmin olunmaq, təhsilini yarımçıqqoymamaq üçün yazdığı "Ər və arvad", "Leyli və Məcnun" və başqa səhnə əsərlərini"Nicat" cəmiyyətinin ixtiyarına verir. "Nicat" cəmiyyəti də ildə 3000 manat olmaqşərtilə Üzeyir Hacıbəyliyə ayda 250 manat pul göndərməyi vəd edir. Bu haqdaÜzeyir Hacıbəyli dostu, yazıçı-bəstəkar M.Maqomayevə yazdığı məktubların birində1 "Zaqafqaziya" qəzeti, 1911, 29 iyun.2 "Baku" qəzeti, 1912, 20 may.12

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!