28.01.2020 Views

SPORTSMAN-122SMALL

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

№ 122 / 2020 / 10 манат

www.sportsman.az

Журнал 2004-ъц илдян няшр олунур

Azərbaycan Respublikası

Milli Olimpiya Komitəsi

ilin yekunları 2019





ñÿù.4

ñÿù.31

2019-cu iliN

yekunları

Azərbaycan cüdosu

2019-cu ildə

ÁÓ ÑÀÉÛÌÛÇÄÀ

2019-cu ilin ən

yaxşıları

mükafatlandırılıb

Azərbaycanlı

MMA döyüşçüsü

Tofiq Musayev dünya

çempionudur

ñÿù.16

ñÿù.34

“KÖNÜLLÜLƏR

KUBOKU”

Yelkənçilərimizin

Türkiyədə

uğurlu çıxışı

ñÿù.36

ñÿù.38

“Məlum və naməlum

Gullit” beynəlxalq

müsabiqənin

mükafatçısıdır

"Kiçik addımlarla

irəliyə doğru"

ñÿù.40

ñÿù.44

Elnur Qafarov:

"Hər bir insan

sevdiyi işlə məşğul

olmalıdı"

AZƏRBAYCANIN

OLİMPİYA

ODİSSEYASI

ñÿù.46

Для чистого

сердца вашего

автомобиля

«Большим плюсом

азербайджанского

футбола является

инфраструктура»

ñÿù.48

ñÿù.50

ñÿù.52

ñïîðòñìàí

Áàø ðåäàêòîð:

Ðÿøàä Ãÿìÿðøàùîüëó

Öíâàí: Áàêû, Фятяли Хан Хойски 10,

Тофиг Бящрамов адына

Республика Стадиону

Òåëåôîí: 012 511 15 32

å-ìàèë: info@sportsman.az

www.sportsman.az

Æóðíàë Àçÿðáàéúàí Ðåñïóáëèêàñûíûí

ßäëèééÿ Íàçèðëèéèíäÿ ãåéäèééàòäàí

êå÷ìèøäèð. ¹1164

Ìöÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí ìþâãåéè

óéüóí ýÿëìÿéÿ áèëÿð.

Ðåêëàìëàðäà ýåäÿí ìÿòíëÿðÿ ýþðÿ

æóðíàë ìÿñóëèééÿò äàøûìûð.

Æóðíàë Àçÿðáàéúàíäà “Òèìå Ïðèíò”

ìÿòáÿÿñèíäÿ ÷àï åäèëèá.

Öç ñÿùèôÿäÿ:

Azərbaycan Respublikasının

Prezidenti, Milli Olimpiya Komitəsinin

Prezidenti İlham Əliyev Natiq Əliyevə,

Tofiq Heydərova, Azər Həsənova və

Rəşad Cavadova fəxri

mükafatları təqdim edərkən


mok

S P O R T S M A N

2019-cu ilİN yekunları

Dekabrın 25-də Milli Olimpiya

Komitəsində 2019-cu

ilin idman yekunlarına həsr

olunan mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti,

Milli Olimpiya Komitəsinin

Prezidenti İlham Əliyev mərasimdə

iştirak edib:

- Əziz idmançılar, əziz dostlar.

Biz hər ilin sonunda idman nailiyyətlərinə

yekun vururuq, idmançıları,

idman mütəxəssislərini, veteranları

mükafatlandırırıq. Bu il də istisna

deyil. İlin sonunda bir daha görüşürük,

eyni zamanda, gələcək planlar

haqqında danışırıq, fikirlərimizi bölüşürük

və beləliklə, Azərbaycanda idmanın

inkişafı dayanıqlı xarakter alır.

Bu gün Azərbaycan dünyada idman

ölkəsi kimi tanınır. Bizim idman

nəticələrimiz, uğurlarımız, qələbələrimiz,

eyni zamanda, idmana dövlət

tərəfindən göstərilən dəstək, dövlət

proqramlarının icrası, əlbəttə ki, beynəlxalq

idman qurumları tərəfindən

də yüksək qiymətləndirilir. Təsadüfi

deyil ki, Beynəlxalq Olimpiya Komitəsi,

Avropa Olimpiya Komitəsi, beynəlxalq

federasiyalar bizim fəaliyyətimizə

çox yüksək qiymət verirlər.

Ən əsas məsələ ondan ibarətdir

ki, Azərbaycanda idmanın kütləviliyi

təmin edilir, idmanla məşğul olmaq

istəyən gənclərin sayı kəskin artır,

biz bunu görürük, izləyirik. Biz buna

görə görkəmli idmançılarımıza minnətdar

olmalıyıq. Ümumiyyətlə, hesab

edirəm ki, idman sahəsində görülən

işlər gəncləri də həvəsləndirir.

Azərbaycan gənclərinin idmana böyük

maraq göstərməsi bizi sevindirir.

Əlbəttə ki, görkəmli idmançılarımızın

uğurları bizim idman şöhrətimizi daha

6 спортсман № 122 / 2020


S P O R T S M A N MOK

da yüksəklərə qaldırır. Bu baxımdan

bu il də əlamətdar il olmuşdur. Bizim

idmançılarımız beynəlxalq idman yarışlarında

775 medal qazanmışlar,

onlardan 271-i qızıl medaldır. Bu,

onu deməyə əsas verir ki, idmançılarımız

ölkəmizi beynəlxalq yarışlarda

ləyaqətlə təmsil ediblər və Azərbaycanın

dövlət himnini dəfələrlə səsləndiriblər,

bizim bayrağımızı yüksəklərə

qaldırıblar.

İdman nailiyyətləri arasında şahmatçıların

uğurlarını xüsusilə qeyd

etmək istərdim. Çünki bu, onu göstərir

ki, bizim gənclərimiz nəinki fiziki

cəhətdən güclüdür, eyni zamanda,

onların intellektual potensialı da çox

yüksəkdir. Bizim görkəmli şahmatçımız

Teymur Rəcəbov Dünya Kubokunun

qalibi olmuşdur. Bu, tarixi

hadisədir. On altı yaşadək yeniyetmələrdən

ibarət şahmat komandamız

Dünya Şahmat Olimpiadasının

qalibi olmuşdur. Bu da onu təsdiqləyir

ki, şahmata göstərilən diqqət,

son illərdə rayonlarda şahmat məktəblərinin

açılması öz nəticəsini verməkdədir.

Mənim bölgələrə çoxsaylı

səfərlərim çərçivəsində şahmat məktəblərinin

açılışı da ənənəvi olaraq

proqrama salınır. Demək olar ki, mən

ölkəmizdə fəaliyyət göstərən əksər

şahmat məktəblərinin açılışında iştirak

etmişəm. Əfsuslar olsun ki, 1980-

ci illərin sonlarında və 1990-cı illərin

əvvəllərində bir çox şahmat məktəblərimizin

təyinatı dəyişdirilmiş, o

binalar özəlləşdirilmiş, orada ticarət

obyektləri açılmışdır. Əlbəttə ki, bu,

ovaxtkı rəhbərlik tərəfindən bizim

intellektual potensialımıza vurulmuş

böyük zərbə idi.

Ulu öndər Heydər Əliyev hakimiyyətə

qayıdandan sonra şahmat məktəblərinin

yenidən açılması prosesi

başlamışdır və son illərdə bu proses

спортсман № 122 / 2020

7


mok

S P O R T S M A N

geniş vüsət almışdır. Mənim göstərişimlə

rayonlarda yaradılmış gözəl

şahmat məktəbləri fəaliyyət göstərir

və beləliklə, gənc şahmatçılar yetişir.

Əlbəttə, şahmat çox məşhur,

populyar idman növüdür, o idman

növüdür ki, insanların, uşaqların

intellektual potensialını gücləndirir.

Məhz mənəvi dəyərlərimizə bağlı

və böyük intellektual potensiala

malik olan gənclər bizim gələcəyimizi,

müstəqil Azərbaycanın uğurlu

gələcəyini təmin edəcəklər. Ona

görə gənclər fiziki cəhətdən güclü

olmalıdırlar. Onların intellektual potensialı

yüksək səviyyədə olmalıdır.

Onlar milli dəyərlərə, Vətənə bağlı

olmalıdırlar. İdman vətənpərvərlik

hisslərini böyük dərəcədə artırır.

Hər bir idman qələbəsi, xüsusilə

mötəbər beynəlxalq yarışlarda qazanılmış

qələbə ölkəmizdə milli qüruru,

milli ruhu yüksəldir. Ona görə

idmanın hər bir ölkənin həyatında

çox önəmli rolu var. Məhz buna görə

son illər ərzində idmana çox böyük

diqqət göstərilir. Mən Azərbaycan

Milli Olimpiya Komitəsinin Prezidenti

kimi 1997-ci ildə bu vəzifəyə ilk dəfə

seçiləndən sonra Azərbaycanda idmanın

inkişafı, idmanda kütləviliyin

təmin edilməsi istiqamətində addımlar

atmışam və bu addımlar bu gün

özünü göstərir.

Aparıcı beynəlxalq idman qurumları

Azərbaycanı idman ölkəsi kimi tanıyır.

Bizim idman sahəsində ən böyük

nailiyyətimiz keçən Yay Olimpiya

Oyunlarında qazanılmış qələbədir.

Medalların sayına görə Azərbaycan

dünya miqyasında 14-cü yerə layiq

görülmüşdür. Bu, tarixi qələbədir və

8 спортсман № 122 / 2020


S P O R T S M A N

MOK

bu, təsadüfi qələbə deyil. Çünki ondan

bir il əvvəl - 2015-ci ildə Bakıda

keçirilmiş Avropa Oyunlarında Azərbaycan

komanda hesabında ikinci

yerə qalxmışdır. Ona görə idman

sahəsində qazandığımız uğurlar təsadüfi

xarakter daşımır. Konseptual

şəkildə ardıcıl işlər görülür, veteran

idmançılara diqqət və qayğı göstərilir,

onlar dövlət tərəfindən mükafatlandırılırlar.

İdman mütəxəssisləri

çox gözəl şəraitdə işləyirlər, idmançılar

üçün də bütün şərait yaradılıb.

Onların təlim-məşq toplanışları, beynəlxalq

yarışlarda iştirakı və idmanla

məşğul olmaları üçün yaxşı şərait

yaradılıb. Hazırda bizim ancaq bölgələrdə

45 Olimpiya İdman Mərkəzimiz

var. Bu il bir mərkəz Beyləqan

şəhərində mənim iştirakımla açılıbdır.

İki Olimpiya İdman Mərkəzi açılışa

hazırdır - Yardımlı və Tərtər rayonlarında.

İki Olimpiya Mərkəzinin

tikintisi davam etdirilir - Goranboy və

Neftçala şəhərlərində. Yevlax şəhərində

Olimpiya Mərkəzinin layihələndirmə

işləri başa çatıb və əminəm ki,

yaxın zamanlarda onun inşası başlanacaq.

Beləliklə, biz demək olar ki,

hər bir rayonda müasir idman kompleksi

istifadəyə verərək idmançılar

üçün şərait yaratdıq. Bu, həm gənc

idmançıların idman bölmələrində

hazırlıq keçmələri, həm də şəhər və

rayon sakinləri üçün gözəl imkandır.

Mən tövsiyə edərdim ki, hər bir

vətəndaş idmanla məşğul olsun.

Özü də həftədə, ayda bir dəfə yox,

müntəzəm olaraq. Bunun çox böyük

xeyri var və əgər belə olarsa, hər bir

insan öz həyatında bunu görəcəkdir.

Mən ümid edirəm ki, biz buna nail

спортсман № 122 / 2020

9


mok

S P O R T S M A N

olacağıq. Çünki başqa sahələrdə

mənim tövsiyələrim artıq həyatda öz

əksini tapır. Bəlkə də indi siz yaxşı

xatırlayırsınız ki, rayon mərkəzlərində

və kəndlərdə yeni xəstəxanaların,

tibb ocaqlarının açılışı zamanı mən

dəfələrlə eyni məsələyə qayıdıb tövsiyə

edirdim ki, hər bir vətəndaş ildə

bir dəfə tibbi müayinədən keçsin və

bilsin, onun sağlamlığı, səhhəti nə

yerdədir. Əgər hər hansı bir xəstəliyin

ilkin təzahürləri varsa, dərhal müalicə

alsın və sağalsın. Bütün şəhərlərdə,

rayonlarda müasir, özü də ən yüksək

dünya standartlarına cavab verən

tibb mərkəzlərimiz yaradılandan sonra

artıq bu prosesə daha çox meyil

göstərilir. Ondan sonra biz bunu

mütəşəkkil qaydada icra etməyə

başladıq. Artıq bir neçə ildir ki, böyük

maarifləndirmə və təbliğat işləri

apararaq vətəndaşların pulsuz müayinədən

keçmələri üçün imkanlar

yaratdıq. Bu il 5 milyondan çox Azərbaycan

vətəndaşı pulsuz tibbi müayinədən

keçibdir. Orada müayinədən

keçən vətəndaşların əgər hər hansı

bir xəstəliyi olarsa, dərhal müalicə

edilir. Əgər rayon şəraitində buna

imkan yoxdursa, Bakıya göndərilir və

beləliklə, insanlar öz səhhətini qoruyurlar.

Biz buna nail olmuşuq və deyə

bilərəm ki, Azərbaycan bəlkə də dünyada

dövlət tərəfindən bütün vətəndaşlara

tibbi müayinədən keçmək

şəraitinin yaradıldığı nadir ölkələrdən

biridir. Əminəm ki, mənim hər bir insanın

fiziki imkanlarına uyğun olaraq

idmanla məşğul olması barədə tövsiyəm

də həyatda öz əksini tapacaq.

Onda hər bir insan görəcək ki, bunun

nə qədər böyük faydası var.

10 спортсман № 122 / 2020


S P O R T S M A N

MOK

Bizim idman şöhrətimizi yüksəklərə

qaldıran görkəmli idmançılarımıza

da tövsiyə edirəm ki, onlar

da bu maarifləndirmə işlərində fəal

iştirak etsinlər. Gənclər və İdman

Nazirliyi, Milli Olimpiya Komitəsi, idman

cəmiyyətləri, klublar idmanın

kütləviliyini təmin etsinlər. Bilirsiniz

ki, çoxdandır mənim təşəbbüsümlə

biz ictimai istirahət zonaları yaradırıq.

Artıq parklar, bağlar şəhəri olan

Bakı bu baxımdan dünyada qabaqcıl

yerlərdədir. Baxın, son vaxtlar Bakı

şəhərində nə qədər ictimai istirahət

zonaları yaradılıb. Sovet vaxtından

qalan bütün ənənəvi parklar ən yüksək

səviyyədə yenidən quruldu. Vaxtilə

dağılmış, guya fəaliyyət göstərən,

əslində, ekologiyamıza ziyan vuran

sənaye müəssisələrinin yerində bir

çox yeni parklar salındı. Sonra mənim

göstərişimlə bu ictimai parklarda

açıq havada idman qurğuları quraşdırılmağa

başlanmışdır. İndi “Abad

həyət” proqramı icra edilir. Artıq Bakı

şəhərində onlarla həyət abadlaşdırılıb.

Orada idman meydançaları, o

cümlədən trenajorlar quraşdırılıb.

İndi hər bir insanın açıq havada idmanla

məşğul olması üçün imkanlar

var. Uşaqlar, böyüklər orada futbol,

başqa oyunlar oynayırlar, trenajorlarda

məşq edirlər. Bu, kütləvi xarakter

almalıdır. O halda millətimiz sağlam

olacaq.

Ona görə görkəmli idmançılara

müraciət edərək onları bu işə dəvət

edirəm. Bizim mətbuat orqanları

gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər.

Düzdür, bizim bəzi televiziya

kanallarında aerobika, başqa

fiziki fəallıqla bağlı verilişlər var. Bu

спортсман № 122 / 2020

11


mok

S P O R T S M A N

verilişlərdə vətəndaşlara göstərilir

ki, idmanın hansı növünü, hansı

hərəkətləri ev şəraitində edə bilər.

Amma hesab edirəm ki, bu, kifayət

deyil. İdman kütləvi xarakter almalıdır,

ona görə yox ki, biz daha çox

medallar qazanmaq əzmindəyik,

- halbuki bu da vacibdir, - ona görə

ki, bizim millətimiz sağlam olsun,

xəstələnməsin. İdmanla məşğul olan

insanlar, buradakı idmançılar bunu

öz həyatlarında görürlər. Baxmayaraq

ki, iş qrafikim çox gərgindir, mən

idmanla müntəzəm, fasiləsiz məşğul

oluram. Bəlkə Azərbaycanda məndən

çox işləyən adam yoxdur, ancaq

buna baxmayaraq, vaxt tapıb

idmanla müntəzəm məşğul oluram

və bunun xeyrini görürəm. Ona görə

mənim tövsiyəm budur. Əminəm ki,

yaxın gələcəkdə mənim bu tövsiyələrim

əsasında konkret təkliflər olacaqdır,

idman kütləviliyi ilə bağlı geniş

proqram tutulacaqdır.

İndi bizim böyük şəhərlərdə idman

komplekslərimiz var, ancaq

kənd yerində bu, yoxdur. Düzdür,

bəzi kəndlər şəhərlərə yaxın yerləşir

və orada yaşayan uşaqlar, yeniyetmələr

idman komplekslərinə gedə

bilirlər. Ancaq bəzi ucqar kəndlər var.

Ona görə kənd idmanının inkişafı

üçün xüsusi proqram tərtib edilməlidir,

buna diqqət verilməlidir. Ucqar

kəndlərdə yaşayan uşaqlar bəzi

hallarda bilmirlər nə ilə məşğul olsunlar.

Orada o bölgəyə uyğun olan

formada idman qurğuları tikilməlidir,

yarışlar keçirilməlidir, rayon yarışları.

Nə üçün bizdə rayon yarışları keçirilmir?

Hesab edirəm ki, bu, böyük

boşluqdur, böyük qüsurdur. Rayon

12 спортсман № 122 / 2020


S P O R T S M A N

MOK

idman yarışları keçirilsin. Bu, həm

idmanın inkişafına xeyir verər, həm

də idmanın kütləviliyini təmin edər.

Ona görə idmanla məşğul olan bütün

qurumlara mənim tapşırığım bundan

ibarətdir.

O ki qaldı, gələcək fəaliyyətimizə,

Azərbaycanda bundan sonra da

beynəlxalq idman yarışları keçiriləcək.

Bu baxımdan bu il əlamətdar il

olmuşdur. Bir neçə dünya, Avropa

çempionatı keçirilmişdir, gimnastika

üzrə, digər idman növləri üzrə. O

cümlədən Avropa Gənclər Olimpiya

Festivalı keçirilmişdir. Bakı şəhərinə

Avropanın bütün ölkələrindən yeniyetmələr,

gənclər gəlmişlər. Bildirməliyəm

ki, bizim gənclərimiz də yaxşı

nəticə göstərmişlər, komanda hesabında

4-cü yerə layiq görülmüşlər. Bu

il Bakıda daha bir əlamətdar idman

yarışı keçirilib. Futbol üzrə Avropa

Liqasının final oyunu ilk dəfə olaraq

Azərbaycanda, Bakı Olimpiya Stadionunda

keçirilibdir. Bütün təşkilati

məsələlər ən yüksək səviyyədə öz

həllini tapıb, bunu da mən xüsusilə

qeyd etmək istəyirəm. Çünki minlərlə

xarici tamaşaçı, xarici qonaq gəlmişdir.

Minlərlə qonağın bir gün, iki

gün ərzində gəlməsi əlbəttə ki, bizim

üçün müəyyən problemlər yarada

bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə

bağlı. Həmçinin hava limanında

təyyarələrin, o cümlədən çarter

təyyarələrin enişi ilə bağlı müəyyən

problemlər ola bilərdi. Ancaq bütün

müvafiq qurumlar, Təşkilat Komitəsi

çox səmərəli işləyiblər. Ümumi rəyə

əsasən, təşkilati məsələlərə görə

Bakı Avroliqa final yarışı nümunə kimi

göstərilir. Mən indi başqa şəhərlərdə

спортсман № 122 / 2020

13


mok

S P O R T S M A N

buna oxşar yarışların keçirilməsi ilə

bağlı bir söz demək istəmirəm, ancaq

bizə gələn məlumata görə, hətta

Çempionlar Liqasının final oyunları

bəzi şəhərlərdə bu səviyyədə keçirilmir.

Bizdə olan nizam-intizam,

qayda-qanun, təşkilati məsələlər,

könüllülərin fəaliyyəti, bütün aidiyyəti

qurumların birgə fəaliyyəti bunu təmin

edibdir.

Gələn il bizdə yenə də mötəbər

idman yarışlarının keçirilməsi nəzərdə

tutulur. Onların arasında bir nömrəli

yarış futbol üzrə Avropa çempionatının

dörd oyunudur, onlardan

biri dörddəbir finaldır. Artıq tarixlər

də bəllidir, hazırlıq işləri də aparılıb,

xaricdən gələn çox böyük tamaşaçı

auditoriyası olacaq. Əminəm ki, bu

yarış da ən yüksək səviyyədə keçiriləcək

və Azərbaycan öz imkanlarını,

o cümlədən təşkilatçılıq qabiliyyətini

bir daha göstərəcəkdir.

Ənənəvi olaraq Formula 1 yarışı

keçiriləcəkdir. Futbol üzrə Avropa

çempionatının oyunları ilə Formula 1

yarışı üst-üstə düşür. Ona görə təşkilati

məsələlərlə məşğul olan bütün

qurumların üzərinə əlavə məsuliyyət

düşür. Gərək bütün bu işləri elə

planlaşdıraq ki, bu iki önəmli tədbir

bir-birinə maneçilik törətməsin. Ona

görə indidən bütün işlər düzgün qurulmalıdır.

Formula 1 yarışına gəldikdə,

deyə bilərəm ki, bu yarışın ölkəmiz

üçün çox böyük faydası var. Birincisi,

Formula 1 yarışını keçirən şəhərlər

inkişaf etmiş ölkələrin ya paytaxt

şəhərləri, ya da ki, böyük şəhərləridir.

Onların arasında Bakı şəhərinin

mövcudluğu bizim üçün böyük

14 спортсман № 122 / 2020


S P O R T S M A N

MOK

hadisədir. İkincisi, Formula 1 yarışı

ölkəmizə böyük iqtisadi dividendlər

gətirir, necə ki, bütün başqa şəhərlərə.

Əgər kimsə deyirsə, bu, bizə ziyan

vurur, o, ya bilmir, ya da ki, qəsdən

işləri təhrif etmək istəyir. Əgər,

bu, bizə ziyan vurursa, onda yaxşı,

bizimlə bərabər bu yarışı keçirən

20-yə yaxın şəhərə də ziyan vurur,

onlar da ziyana işləyirlər? Əlbəttə

ki, yox. Formula 1 yarışının multiplikativ

effekti çox böyükdür. Xaricdən

gələn minlərlə qonaq burada

pul xərcləyir. Bunun iqtisadi cəhətdən

çox böyük səmərəsi var. Birinci

Formula 1-dən sonra Azərbaycana

kütləvi turist axını başlamışdır.

Mən bu tarixləri dəqiq xatırlayıram.

Çünki hər ay, yaxud da ki, hər rüb

mənə turistlərin gəlişi ilə bağlı məlumat

verilib. Beləliklə, birinci yarış

keçiriləndən sonra turistlərin sayı 24

faiz artmışdır. Ondan sonrakı il daha

22 faiz, ondan sonrakı il isə daha 5

faiz. Nəhayət, bu il, artıq on bir ayda

11 faiz artmışdır. Tarixdə ilk dəfədir

ki, Azərbaycana 3 milyondan çox

turist səfər etmişdir. Mən tapşırıq

vermişəm, aidiyyəti qurumlar hesablayırlar

ki, bu turistlər nə qədər

pul xərcləyiblər. Əlbəttə ki, biz bunu

həm ödəmə kartları vasitəsilə dəqiq

biləcəyik, eyni zamanda, ehtimal

olunan pul sərfiyatını da, - bunun da

hesablama metodologiyası var, - hər

halda bu, milyardlarla manat səviyyəsindədir.

Budur, turistlərin gəlişinin

ölkə iqtisadiyyatına verdiyi töhfə.

İş yerlərinin yaradılması, xidmət

və nəqliyyat sektorlarının inkişafı -

bütün bunlar turizmlə bağlıdır. İndi

ən inkişaf etmiş ölkələr, hansıların

спортсман № 122 / 2020

15


mok

S P O R T S M A N

ki, böyük sənaye, kənd təsərrüfatı

potensialı var, onlar da hər turist

uğrunda mübarizə aparırlar. İnkişaf

etmiş ölkələrdə, xüsusilə mənzərəli

yerləri çox olan ölkələrdə turistlərin

sayı on milyonlarla ölçülür və bundan

çox böyük fayda görürlər. Bəzi

ölkələrin turizm sektoru aparıcı iqtisadi

sektordur. Əlbəttə, bizdə elə

deyil. Ancaq bu sektorun inkişafı

üçün Formula 1 yarışının xüsusi

əhəmiyyəti vardır.

Əlbəttə, Yay Olimpiya Oyunlarına

az vaxt qalıb. Hazırlıq son mərhələdədir.

Əminəm ki, Azərbaycan

idmançıları Tokio Olimpiya Oyunlarında

Vətənimizi ləyaqətlə təmsil

edəcəklər və bizim bayrağımız qaldırılacaq,

himnimiz səslənəcək.

Mən bir daha bütün idmançıları,

yüksək nəticələr qazanmış idmançıları

nailiyyətləri münasibətilə təbrik

edirəm. Azərbaycanın bütün idman

ictimaiyyətinə yeni uğurlar, yeni qələbələr

arzulayıram. Sağ olun.

Sonra Azərbaycanda bədən tərbiyəsinin

və idmanın inkişafında xidmətləri

olan və 2019-cu ildə yüksək

nailiyyətlər qazanan idmançılara və

idman mütəxəssislərinə mükafatlar

təqdim olundu.

Dövlətimizin başçısı ölkəmizdə idmanın

inkişafında xidmətlərinə görə

Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə

və Ramiz Hacıyevə Azərbaycan

Respublikası Prezidentinin

fərdi təqaüdünün verilməsi haqqında

sənədləri təqdim etdi.

Azərbaycanda idmanın inkişafında

xidmətlərinə görə Paşa Əliyev,

Tərlan Həsənov, Şahlar Mustafayev,

Azər Həsənov, İqdam Ələkbərov, To-

16 спортсман № 122 / 2020


S P O R T S M A N

MOK

fiq Heydərov və Böyükağa Ağayev

Əməkdar bədən tərbiyəsi və idman

xadimi, idman səhiyyəsinin inkişafındakı

xidmətlərinə görə Natiq Əliyev

və Emiliya Hüseynovaya Əməkdar

həkim, Rəşad Cavadova isə Əməkdar

jurnalist fəxri adlarının vəsiqələri

təqdim olundu.

Tədbirdə Pərviz Tağıyev, Ramiz

Quliyev, Nazim Səmədov, Orxan Qəribov,

Yalçın Qaralı, Şahin Mahmudov,

Nadir Əzizov və Ramil Əhmədov

Milli Olimpiya Komitəsi Prezidentinin

fəxri fərmanları ilə təltif edildilər.

Prezident İlham Əliyev 2019-cu

ildə yüksək nailiyyətlər göstərmiş bir

qrup idmançıya və idman mütəxəssisinə

- Salman Əlizadə, Bəhram

Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov,

Ramiz Ramizzadə, Bəhruz

Salehli, Səbinə Məmmədova, Elxan

Süleymanov, Səid Quliyev, Əbülfəz

Məmmədov, Rəşad Əbdürrəhmanov,

Vladislav Qədirov, Anar Allahverdiyev,

Xanım Balacayeva, Kərim Sərdarov,

Emil Həsənov, Kamil Qafarov,

Ceyhun Hüseynov, Asiman Qurbanlı,

Cabbar Mustafayev, Faiq Quliyev,

Şahbandlu Rəcəbzadə və Səməd

Qurbanova yeni mənzillərin orderlərini

təqdim etdi.

Daha sonra Milli Olimpiya Komitəsinin

İcraiyyə Komitəsinin üzvü,

Miniatür Kitab Muzeyinin təsisçisi və

rəhbəri, Əməkdar incəsənət xadimi

Zərifə Salahova Azərbaycan Prezidenti

İlham Əliyevə xatirə hədiyyələri

təqdim edərək dedi: Sizin fəaliyyətiniz

və Birinci vitse-prezidentin

fəaliyyəti respublikanın inkişafı ilə

bağlıdır. Bundan qiymətli heç nə ola

bilməz!

спортсман № 122 / 2020

17


ЭИН

S P O R T S M A N

2019-cu ilin ən

yaxşıları mükafatlandırılıb

Azərbaycan Dövlət Bədən

Tərbiyəsi və İdman

Akademiyasında 2019-cu

ilin idman yekunlarına

dair tədbir keçirilib.

Tədbirdə Gənclər və İdman naziri

Azad Rəhimov, Milli Olimpiya

Komitəsinin (MOK) vitse-prezidentləri

Çingiz Hüseynzadə, Xəzər İsayev,

idman federasiyalarının rəhbərləri

və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının

dövlət himninin səsləndirilməsindən

sonra 2019-cu il ərzində idmançılarımızın

qazandıqları nailiyyətlərə

və ölkəmizdə keçirilən

mötəbər idman yarışlarına dair videoçarx

nümayiş olunub.

Gənclər və İdman naziri Azad

Rəhimov tədbirdə çıxış edərək

2019-cu ilin Azərbaycan idmanı

üçün uğurlu olduğunu bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan

idmançıları dünya və Avropa çempionatlarında,

kubok yarışlarında

və beynəlxalq turnirlərdə 775 medal

qazanıblar. Medallardan 327-si

Olimpiya idman növlərinin payına

düşür. İl ərzində ölkəmizdə bir sıra

mühüm yarışlar keçirilib. Bakıda

yüksək səviyyədə təşkil olunan XV

18 спортсман № 122 / 2020


S P O R T S M A N

ЭИН

Avropa Gənclər Olimpiya Festivalı

möhtəşəmliyi ilə yadda qalıb. Bu

yarışda 23 medal qazanan komandamız

ilk dəfə dördüncü yeri tutub.

İdmançılarımız ikinci Avropa Oyunlarında

28 medal qazanıblar. İtaliyanın

Neapol şəhərində keçirilən

universiadada və bir sıra yarışlarda

da çoxlu medallar qazanılıb.

A.Rəhimov, həmçinin diqqətə

çatdırıb ki, cari ildə ölkəmizdə 233

respublika əhəmiyyətli yarış təşkil

edilib. Təkcə Bakıda 60-dan çox

beynəlxalq turnir keçirilib. Regionlarda

idman tədbirlərinin keçirilməsi

istiqamətində fəallıq artır. İdmançılarımız

il ərzində 243 beynəlxalq

yarışda iştirak ediblər.

MOK-un vitse-prezidenti Çingiz

Hüseynzadə çıxışında Azərbaycanda

idmanın inkişafına göstərilən

dövlət qayğısından danışıb və idmançılarımızın

cari ildəki çıxışlarını

yüksək qiymətləndirib. Bu uğurların

Azərbaycan dövlətinin idmana qayğısının

təzahürü olduğunu vurğulayan

Ç.Hüseynzadə deyib ki, gələn

il idmançılarımızı ciddi sınaq gözləyir.

Əsas hədəf Tokio Olimpiadasında

uğurla çıxış etməkdir.

Sonra müxtəlif nominasiyalar

üzrə 2019-cu ilin ən yaxşıları mükafatlandırılıb.

спортсман № 122 / 2020

19


ЭИН

S P O R T S M A N

Bədən tərbiyəsi və idman sahəsi üzrə 2019-cu ilin ən yaxşıları

İlin məşqçiləri

Ziyad Xəlfəyev (Atletika, Nazim Babayevin məşqçisi)

Rəşad Əhmədov (Taekvando üzrə milli komandanın böyük məşqçisi)

Əkbər Muradov (Güllə atıcılığı üzrə paralimpiyaçılardan ibarət milli komandanın baş məşqçisi)

İlin ən yaxşı hakimləri

Emin Qurbanəliyev (boks)

Fariz Hüseynov (cudo)

Asif Şirəliyev (güləş)

İdman yarışlarının yüksək səviyyədə

təşkili və keçirilməsinə görə

Gimnastika Federasiyası

İlin ən yaxşı federasiyası

Cüdo Fedarasiyası

İlin ən yaxşı komandası

Şahmat üzrə qadınlardan ibarət

yığma komanda

20 спортсман № 122 / 2020


İlin idman könüllüsü

Dinarə Ələkbər qızı Əliyeva

İlin ən yaxşi

Uşaq Gənclər İdman məktəbi

Göyçay Uşaq Gənclər İdman Məktəbi

İlin ən yaxşı idman təşkilatı

Daxili İşlər Nazirliyinin İdman

Cəmiyyəti (Dinamo)

İlin ən yaxşı idman həkimi

Olqa Panina

(velosiped federasiyası)

İlin ən yaxşı idman həkimi

Zaur Abdullayev

(boks federasiyası)

İlin ən fəal veteranı

Tofiq Xanlar oğlu Babanlı

(boks, veteran)

İlin ən yaxşı idman qurğuları İlin ən yaxşı idman qurğuları İlin ən yaxşı idman qurğuları

Şəki OİK Beyləqan OİK Qazax OİK

İlin ən yaxşi idman

verlişlərinin təşkilatçisi

Mehman Rəsulov

Real TV

İlin ən yaxşi

idman agentliyi

Oxu.az (Səbuhi Musayev)

İlin ən yaxşi idman televiziya

verilişləri kanalı

"Azad Azərbaycan"

(Sənan Şəfizadə)

İlin ən yaxşı televiziya

verilişləri layihəsi

“İdman və media”

İdman Azərbaycan kanalı

спортсман № 122 / 2020

21


ЭИН

S P O R T S M A N

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən

2019-cu ilin yekunlarına əsasən təqdim olunan mükafatlar:

Ədalətli oyun prinsiplərinə sadiq

bədən tərbiyəsi və idman xadimi -

Altay Həsənov

Ədalətli oyun prinsiplərinin

ən yaxşı təbliğatçısı -

Rəşad Cavadov

Ədalətli oyun prinsiplərinə

sadiq hakim -

Eldar Zülfüqarov

Ədalətli oyun prinsiplərinə sadiq

məşqçi - Əsgərxan Novruzov

Ədalətli oyun prinsiplərinə sadiq idmançı -

Nazim Babayev

Ədalətli oyun prinsiplərinə sadiq

səfir - “Bu şəhərdə” kollektivi

FƏXRİ DİPLOM

Bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə

Səbuhi Qarayev

Xəyal Piriyev (kikboksinq)

22 спортсман № 122 / 2020


S P O R T S M A N

ЭИН

İlin ən yaxşı idmançıları

Rostislav Pevtsov (Triatlon)

Dünya çempionatı – I yer

Avropa kubokunun finalı – I yer

Avropa çempionatı – III yer

Nazim Babayev (Atletika)

Qış Avropa çempionatı – I yer

Avropa birinciliyi (23 yasa qədər idmançılar arasında)

– II yer

Tələbələrin Ümumdünya Universiadası I yer

Teymur Rəcəbov (Şahmat)

Dünya kubokunun sahibi

Milad Beigi Herçeqani (Taekvondo)

Dünya çempionatı - I yer

Hacı Əliyev (Sərbəst güləş)

Avropa çempionatı – I yer

Avropa Oyunlarının qalibi

Mariya Stadnik (Qadın güləşi)

Dünya çempionatı – I yer

Rüstəm Orucov (Cüdo)

Dünya çempionatı – II yer

Avropa çempionatı – II yer

II Avropa Oyunları – II yer

Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük

və gürzlərlə hərəkətlər)

Tələbələrin Ümumdünya Universiadası II yer

Tokio Yay Olimpiya Oyunlarına lisenziya

Elçin Əsədov (Velosiped)

Tokio Olimpiya Oyunlarına lisenziya

Ramal Aslanov (Kikboksinq)

Dünya çempionatı – I yer

Aynur Məmmədova (Parataekvando)

Parataekvando üzrə Avropa çempionatı – I yer

спортсман № 122 / 2020

23


ЭИН

S P O R T S M A N

Ötən il respublikamızda 62 beynəlxalq

yarış keçirilib.

İdmançılarımız il ərzində yarışlarda

ümumilikdə 271 qızıl medal

qazanıblar.

Cari il ölkəmizdə idman və gənclər

siyasəti sahəsində bir çox uğurlarla

yadda qalıb. Hər il olduğu kimi, bu

il də idmançılarımız beynəlxalq arenada

uğurla çıxış edıb, dövlət himnimizi

səsləndiriblər.

AZƏRTAC xəbər verir ki, bu sözləri

Gənclər və İdman naziri Azad

Rəhimov media nümayəndələri ilə

görüşündə deyib.

Nazir bildirib ki, gələn il idmançılarımızı

ciddi sınaqlar gözləyir: “Əsas

hədəfimiz “Tokio 2020” Yay Olimpiya

Oyunlarında uğurla çıxış etməkdir.

İstərdik, Olimpiadaya 50 və daha çox

lisenziya qazanaq”.

A.Rəhimov qeyd edib ki, nazirliyin

təşkilatçılığı ilə 2019-cu ildə respublikada

fəaliyyət göstərən federasiyalarla

birlikdə ölkəmizdə 233 respublika,

62 beynəlxalq yarış keçirilib,

243 beynəlxalq yarışda yığma komandalarımızın

iştirakı təmin olunub.

Millilərimiz 12 gündən az olmayaraq

118 təlim-məşq toplanışında iştirak

ediblər. Cari ildə idmançılarımız 271-

i qızıl, 238-i gümüş və 266-sı bürünc

olmaqla ümumilikdə 775 medal

qazanıblar. Olimpiya idman növləri

üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc,

qeyri-Olimpiya idman növləri üzrə isə

181 qızıl, 142 gümüş və 125 bürünc

medal əldə olunub.

“Respublikamızın şəhər və rayonlarında

hazırda 45 Olimpiya İdman

Kompleksi fəaliyyət göstərir. Tərtər

və Yardımlı Olimpiya İdman kompleksləri

açılışa hazırdır. Goranboy və

Neftçala Olimpiya İdman komplekslərinin

tikintisi davam etdirilir. Gəncədə

isə İdman Sarayı inşa olunur.

Yevlax Olimpiya İdman Kompleksinin

layihələndirilməsi başa çatdırılıb.

Səkkiz idman zalının tikintisi davam

etdirilir”, - deyə nazir əlavə edib.

Bildirib ki, idmançılarımız Minskdə

təşkil olunan ikinci Avropa Oyunlarında

28, İtaliyanın Neapol şəhərində

XXX Ümümdünya Universiadasında

7, Bakıda keçirilən Avropa Gənclər

Olimpiya Festivalında 23 medal qazanıblar.

“Tokio 2020”yə velosiped

və gimnastika idman növlərində ilk

dəfə Azərbaycan idman məktəbinin

yetirmələri vəsiqə əldə ediblər. Azərbaycan

Gimnastika Federasiyası

qarşıya qoyulmuş məqsədə tam nail

olaraq maksimum sayda lisenziya

qazanıb. Üzgüçülük üzrə yığma komandamızın

üzvü ilk dəfə yarışlarda

normativləri yerinə yetirməklə lisenziyanı

təmin edib. Badminton, qılıncoynatma,

taekvondo, cüdo, ağır

atletika, triatlon, kamandan oxatma,

boks, karate idman növlərində də

lisenziya qazanmaq şanslarımız böyükdür.

Növbəti ildə də idmançılarımız

lisenziyalar uğrunda mübarizə

aparacaqlar.

Cari ildə idmançılarımızın böyük

uğurlara imza atdığını deyən nazir

vurğulayıb ki, qrossmeyster Teymur

Rəcəbov Dünya Kubokunun qalibi

olub. On altı yaşadək şahmatçılardan

ibarət komandamız Olimpiadanın

qızıl, şahmat üzrə qadınlardan

ibarət yığmamız isə Avropa komanda

çempionatında ermənilər üzərində

inamlı qələbə qazanaraq bürünc medala

sahib olublar. Qadın güləşçimiz

Mariya Stadnik, taekvondoçumuz

Milad Beigi Herçeqani, triatlonçumuz

Rostislav Pevtsov dünya, atlet Nazim

Babayev Avropa çempionu tituluna

24 спортсман № 122 / 2020


S P O R T S M A N

ЭИН

sahib olublar.

Gələn il ölkəmiz futbol üzrə Avropa

çempionatının qrup mərhələsinin

üç oyununa və bir dörddəbir

final matçına, Formula 1 Azərbaycan

Qran-Prisinə, karate üzrə 55-ci Avropa

çempionatına, U-16 Dünya Şahmat

Olimpiadasına, bədii gimnastika,

idman və batut gimnastikası üzrə

dünya kuboku yarışlarına, aerobika

və idman gimnastikası üzrə dünya

çempionatlarına və digər yarışlara ev

sahibliyi edəcək.

“2019-cu ildə Azərbaycanda

gənclər siyasəti sahəsində 143 tədbir

keçirilib. Onlardan 124-ü yerli,

19-u isə beynəlxalq səviyyəli olub.

Regionlarda nazirlik tərəfindən 129

kütləvi aksiya təşkil edilib. Həmçinin

206 gənc xarici ölkələrə ezam

olunub, 1308 gənc isə Azərbaycana

gəlib. Azərbaycan Gəncləri Günü

münasibətilə cari il fevralın 1-də Bakı

Konqres Mərkəzində Prezident İlham

Əliyevin və Birinci vitse-prezident

Mehriban xanım Əliyevanın iştirakı

ilə keçirilən gənclərin respublika toplantısında

3500-dək gənc iştirak edib.

Həmin toplantıda 6 nəfərə “Gənclər

üçün Prezident Mükafatı” təqdim olunub”,

- deyə nazir əlavə edib.

A.Rəhimov bildirib ki, Koreya

Respublikası və Mərakeş Krallığı

gənclərinin beynəlxalq mübadilə

proqramlarında 46 gənc iştirak edib.

ABŞ, Bolqarıstan, Efiopiya, Litva,

Pakistan, Polşa, Serbiya, Uruqvay,

Vyetnam və Yunanıstan gəncləri arasında

“Mən Azərbaycan haqqında

nə bilirəm?” mövzusunda keçirilmiş

esse yazı müsabiqəsinin qaliblərinin

ölkəmizə səfəri təşkil olunub. Azərbaycan

Prezidenti İlham Əliyevin

təşəbbüsü və tapşırığı ilə 2007-ci

ildən başlayaraq ölkədə, xüsusilə,

regionlarda Gənclər mərkəzlərinin

inşası başlanıb. Hazırda ölkədə 40

belə mərkəz inşa edilərək istifadəyə

verilib.

“Cari ildə 48 ölkədən 109 gəncin

iştirak etdiyi Dünya Azərbaycanlı

Gənclərin II Konqresi, Türk Şurası

Gənclər Platformasının Birinci Baş

Assambleyası, Qoşulmama Hərəkatının

Gənclər Sammiti, “Xəzər

kuboku” VII Beynəlxalq turnir, “Nə?

Harada? Nə zaman?” XVII dünya

çempionatı, breyn-rinq intellektual

oyunu üzrə Prezidenti Kuboku uğrunda

beynəlxalq turnir ölkəmizdə yüksək

səviyyədə təşkil olunub. İyirmi

ölkədən 70 gəncin iştirak etdiyi “Həmişə

gənc ol!” şüarı altında “Youthvision”

beynəlxalq mahnı müsabiqəsi

tamaşaçılarda xoş təəssüratlar oyadıb.

Eyni zamanda, İslam dünyasının

gənc klassik musiqi ifaçılarının

VIII Beynəlxalq müsabiqəsi, IX Beynəlxalq

uşaq muğam müsabiqəsi,

“Əlilliyi olan gənclərlə sosial iş üzrə

innovativ texnologiyalar: problemlər

və perspektivlər” adlı beynəlxalq

konfrans və digər tədbirlər də müvəffəqiyyətlə

təşkil olunub.

2019-cu ildə idman sahəsində

görülən işlərin hesabatı

İdman tədbirləri və təlim

məşqlər

Azərbaycan Respublikası Gənclər

və İdman Nazirliyinin 2019-cu il

üçün təsdiq etdiyi tədbirlər planına

əsasən il ərzində respublikada fəaliyyət

göstərən federasiyalar ilə birlikdə

ölkəmizdə 233 respublika, 62

beynəlxalq yarış keçirilib, 243 beynəlxalq

yarışda ölkə yığma komandalarının

iştirakı təmin olunub

- Yığma komandalar 12 gündən

спортсман № 122 / 2020

25


ЭИН

S P O R T S M A N

Gənclər Olimpiya Festivalında 10 qızıl,

7 gümüş, 6 bürünc olmaqla umumilikdə

23 medal əldə edən yığma

komandamız ilk dəfə olaraq 4-cü yeri

tutub.

2020 Tokio Olimpiya Oyunları

- İndiyədək 14 nəfər lisenziya qazanıb:

- atletika -1

- atıcılıq – 1

- üzgüçülük – 1

- güləş – 2

- velosiped – 1

- gimnastika – 8

az olmayaraq 118 təlim-məşq toplanışında

iştirak ediblər.

Medallar

271 qızıl, 238 gümüş və 266 bürünc

olmaqla, ümumi 775 medal

- Olimpiya idman növləri: 90 qızıl,

96 gümüş, 141 bürünc medal

- Qeyri-olimpiya idman növləri:

181 qızıl, 142 gümüş və 125 bürünc

medal

Ölkəmizdə keçirilən yarışlar

- Avropa Gənclər Olimpiya Festivalı

- Bədii gimnastika üzrə dünya

çempionatı,

- Sərbəst və yunan-roma güləşi

üzrə Müşfiq İsayevin xatirəsinə həsr

olunmuş beynəlxalq turnir

- Batut gimnastikası, bədii və idman

gimnastikası üzrə dünya kuboku

- Bədii gimnastika, aerobika gimnastikası

üzrə Avropa çempionatı

- Mingəçevir şəhəri “Kür” Olimpiya

Tədris-İdman Mərkəzində akademik,

kayak və kanoe qayıqlarında

avarçəkmə üzrə “Prezident Kuboku”

beynəlxalq reqatası

- Formula 1 üzrə “Azərbaycan

Qran-Pri” yarışı

- “Baku Open-2019” beynəlxalq

şahmat festivalı

- Milli karate üzrə “Baku Open”

beynəlxalq turniri

- Futbol üzrə Avropa Liqasının final

oyunu (Arsenal - Çelsi)

- Cüdo üzrə “Qran-Şlem” yarışı,

qrapplinq üzrə dünya çempionatı

- Sportinq atıcılığı üzrə “Qran-pri”

yarışı

Minsk II Avropa oyunları, XXX

Ümümdünya Universiadası və XV

Avropa Gənclər Olimpiya Festivalı

- İdmançılarımız Belarusun Minsk

şəhərində təşkil olunmuş II Avropa

Oyunlarında 5 qızıl, 10 gümüş, 13

bürünc, ümumilikdə 28 medal;

- İtaliyanın Neapol şəhərində

XXX Ümümdünya Universiadasında

2 qızıl, 3 gümüş, 2 bürünc, ümumilikdə

7 medal qazanmışlar.

- Olkəmizdə təşkil olunan Avropa

Tokio Yay Olimpiya Oyunlarına

velosiped və gimnastika idman növlərində

ilk dəfə Azərbaycan idman

məktəbinin yetirmələri bu vəsiqələri

əldə ediblər.

Azərbaycan Gimnastika Federasiyası

qarşıya qoyulmuş məqsədə

tam nail olaraq maksimum sayda

lisenziyanı (bədii gimnastika – fərdi

çıxışda və qrup komandasında, kişi

və qadın idman gimnastikası – fərdi

çıxışlarda) əldə edib.

Üzgüçülük üzrə yığma komandasının

üzvü ilk dəfə yarışlarda normativləri

yerinə yetirməklə lisenziya əldə

edib. Növbəti ildə də idmançılarımız

lisenziyalar uğrunda mübarizə aparacaqlar.

Badminton üzrə idmançımız lisenziya

xarakterli yarışlarda yüksək

əyarlı medallar qazanmaqla dünya

reytinq cədvəlində hazırda 28-ci pil-

26 спортсман № 122 / 2020


S P O R T S M A N

ЭИН

lədə qərarlaşaraq olimpiya lisenziyası

qazanmaq şansını artırıb.

Qılıncoynatmanın sablya növü

üzrə qadınlardan ibarət yığma komanda

irəliləyərək hazırda dünya

reytinq cədvəlində 16-cı yerdə qərarlaşıb.

Taekvondo, cüdo, ağır atletika,

triatlon, kamandan oxatma, boks,

karate idman növləri üzrə də lisenziyaların

əldə olunmasına şanslar var.

Proqnozlara əsasən, Tokio Yay

Olimpiya Oyunlarına ümumilikdə təxminən

50 lisenziyanın əldə edilməsi

gözlənilir.

2019-cu ilin uğurlu

nəticələri

- Beynəlxalq qrossmeyster Teymur

Rəcəbov Dunya Kubokunu əldə

edib

- 16 yaşlı yeniyetmələrdən ibarət

komanda Dünya Şahmat Olimpiadasının

qalibi olub

- Şahmat üzrə qadınlardan ibarət

yığma komanda Avropa komanda

çempionatında ermənilər üzərində

inamlı qələbə qazanaraq fəxri 3-cü

yeri tutublar

- Qadın güləşçi Mariya Stadnik,

taekvondoçu Milad Bergi Herçeqani,

triatlon üzrə Rostislav Pevtsov dünya

çempionu olublar

- Atlet Nazim Babayev Avropa

çempionu olub

- Stolüstü tennis üzrə 5 nəfərdən

ibarət gənclər üzrə yığma komanda

Avropa çempionatında gümüş medal

qazanıblar. Şəxsi hesabda 1 nəfər idmançı

gümüş medal qazanıb.

- Badminton üzrə yığma komandanın

üzvü beynəlxalq turnirlərdə

uğurla çıxış edərək mükafata layiq

yerlər tutmuşdur.

- Milli karate üzrə idmançılarımız

böyüklər, gənclər, yeniyetmələr arasında

keçirilmiş Avropa çempionatlarında

yüksək nəticələr əldə ediblər

Olimpiya İdman Kompleksləri

Respublikamızın şəhər və rayonlarında

hal-hazırda 45 Olimpiya İdman

Kompleksi fəaliyyət göstərir

Hazırda Tərtər və Yardımlı Olimpiya

İdman Kompleksləri açılışa hazırdır

Goranboy, Neftçala Olimpiya İdman

Komplekslərinin tikintisi davam

etdirilir.

Gəncə şəhərində İdman Sarayı

inşa edilir

Yevlax Olimpiya İdman Kompleksinin

layihələndirilməsi başa çatdırılmışdır.

8 idman zalının tikintisi davam etdirilir.

2020-ci ildə keçiriləcək yarışlar

- Bakı futbol üzrə Avropa çempionatı

qrup mərhələsinin 3 oyununa

və 1/4 finalın bir oyununa ev sahibliyi

edəcək

- Formula-1 üzrə Azərbaycan

Qran-Pri yarışı

- Karate üzrə 55-ci Avropa çempionatı

- Naxçıvan şəhərində 16 yaşadək

yeniyetmələr arasında Dünya Şahmat

Olimpiadası

- Bədii gimnastika, idman və batut

gimnastikası üzrə Dünya kuboku

yarışları

- Aerobika və idman gimnastikası

üzrə dünya çempionatları

- İdman gimnastikası üzrə Avropa

çempionatı

- Cüdo üzrə Tokio Yay Olimpiadasına

lisenziya xarakterli Qran-Şlem

yarışı

Hazırladı: Vüsal M.

спортсман № 122 / 2020

27


ХƏBƏR VAR

S P O R T S M A N

Cüdo üzrə 2021-ci il dünya

çempionatı Daşkənddə keçiriləcək

Bakı İdman Sarayında

20 Yanvar şəhidi Müşfiq

İsayevin xatirəsinə həsr

edilən sərbəst güləş üzrə

ənənəvi beynəlxalq turnir

keçirilib.

Yeniyetmələr arasında bütün

çəki dərəcələri üzrə keçirilən

yarışda Azərbaycan, Rusiya,

Qazaxıstan, Gürcüstan

və Özbəkistandan 230-dan

artıq pəhləvan iştirak edib.

Turnirdə Musa Verdiyev

(45 kq), Alimbek Pulatov (48

Böyüklər arasında cüdo

üzrə dünya çempionatı 2021-

ci ildə Özbəkistanda keçiriləcək.

Beynəlxalq Cüdo Federasiyası

dünya çempionatının Daşkənddə

keçirilməsi ilə bağlı Özbəkistan

Cüdo Federasiyası ilə

müqavilə imzalayıb.

20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr

edilən sərbəst güləş turniri

kq, Qazaxıstan), Musa Ağayev

(51 kq), Riad Aslanov (55

kq), Yeqor Arçuqin (60 kq,

Qazaxıstan), Ali Maxaçev (65

kq, Rusiya), Namus Orucov

(71 kq), Səbuhi Əmiraslanov

(80 kq), Yusif Dursunov (92

kq) və Səid-Həsən Axmatov

(110 kq, Rusiya) bütün rəqiblərinə

qalib gələrək qızıl medal

qazanıblar.

Musa Ağayev ən ədalətli

idmançı, Zaur Şərifov ən

ədalətli hakim, Özbəkistan

komandasının məşqçisi Uktam

Tuyev isə ən ədalətli

məşqçi nominasiyasında mükafatlandırılıblar.

Komanda hesabında

Azərbaycan birinci, Rusiya

ikinci, Qazaxıstan isə üçüncü

olub.

Azərbaycan karateçiləri “Bosphorus Cup”

turnirini 21 medalla başa vurublar

İstanbulda beynəlxalq “Bosphorus Cup” turnirində

iştirak edən Azərbaycan karateçiləri ənənəvi

yarışı 21 medalla başa vurublar.

Mükafatlardan 5-i qızıl, bir o qədəri gümüş, 11-i isə

bürünc medaldır. Milli komandanın məşqçiləri Şahin Xudaverdiyev

(kumite) və Anar Əhmədovun (kata) rəhbərliyi

ilə tatamiyə çıxan idmançılarımızdan qızıl medalları

Rafael Məmmədov (52-60 yaşlı veteranlar, kata), Samir

Məmmədov (75 kq), Mədinə Sadıqova (21 yaşadək

gənclər, 60 kq), Eldar Əhmədov və Sahib Əhədov (parakarate)

qazanıblar. Gümüş medallara Qasım İskəndərov

(75 kq), Elvin Ağayev (84 kq-dan yuxarı), Fərid

Savadov (16-17 yaşlı gənclər, 55 kq), Soltan Allahquliyev

(13 yaşlı uşaqlar, 45 kq) və Ülvi Zeynalov (parakarate)

layiq görülüblər.

Məhəmməd İsmayılov (67 kq), Fərid Şahbazlı (75

kq), Ceyhun İsmayılov (kata), Renata Ərəbli (61 kq),

Azərbaycanlı Fransanın şəhərində

“İlin idmançısı” seçilib

Şahmatçımız

Namiq Quliyev

Fransada yaşadığı

şəhərdə

təltif olunub.

Həmyerlimiz Şartr şəhərində ötən ilin yekunlarına

görə, “İlin idmançısı” nominasiyası üzrə

qalib olub.

N. Quliyevin çalışdığı və oynadığı “C'Chartres

Eches” şahmat klubu bu il ilk dəfə Fransada

güclülər dəstəsində çıxış edəcək.

2020-ci ilin ilk “El-Klassiko”sunun

vaxtı açıqlanıb

Futbol üzrə İspaniya çempionatının 26-cı

turu çərçivəsində keçiriləcək “Real Madrid”

- “Barselona” matçının vaxtı açıqlanıb.

2020-ci ilin ilk “El-Klassiko”su martın 1-də

“Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xatırladaq ki, rəqiblərin cari mövsüm “Kamp

Nou”da keçirilən ilk matçında qapılara qol vurulmayıb.

“Barselona və “Real Madrid” klubları

La Liqada 19 turdan sonra 40 xal toplayaraq

1-2-ci yerləri bölüşürlər.

Novruz Əliyev (84 kq), Kəmalə Hüseynova (68 kq-dan

yuxarı), Qasım İsgkəndərov (21 yaşadək gənclər, 78

kq), Xəyal Məmmədov və Ceyhun İsmayılov (21 yaşadək

gənclər, kata), həmçinin İnci Əzizova (21 yaşadək

gənclər, 60 kq) və Adil Əlyar (parakarate) yarışı üçüncü

pillədə başa vurublar. Ümumi hesabda milli komandanın

və müxtəlif klubların üzvlərindən ibarət Azərbaycan

karateçiləri türkiyəli idmançılardan sonra ikinci nəticə

göstəriblər. Beynəlxalq turnirdə 25 ölkədən 1316 idmançı

mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasının

prezidenti Yaşar Bəşirov mükafatlandırma

mərasimində iştirak edib.

28

спортсман № 122 / 2020






S P O R T S M A N

ЪЦДО

Azərbaycan cüdosu 2019-cu ildə

Geridə qalan 2019-cu il

Azərbaycan cüdoçuları üçün

uğurlu olub. İdmançılarımız

rəsmi beynəlxalq yarışlarda

çoxlu sayda medallara və

tarixi nailiyyətlərə imza atıblar.

İl ərzində böyüklər, gənclər,

yeniyetmələr, paralimpiyaçılar

və veteranlardan ibarət milli

yığma komandalarımızın üzvləri

iştirak etdikləri beynəlxalq

səviyyəli yarışlarda 159 medal

qazanıblar. Bunlardan 40-ı

qızıl, 46-sı gümüş və 73-ü bürünc

medaldır. Bu, Azərbaycan

Cüdo Federasiyasının hesabatında

qeyd olunub.

Bu yarışlardan ən mötəbəri Tokioda

keçirilmiş dünya çempionatıdır.

Azərbaycan cüdoçuları adıçəkilən

yarışda iki medal qazanıblar. Belə

ki, 73 kiloqram çəki dərəcəsində

mübarizə aparan Rüstəm Orucov

və Hidayət Heydərov, müvafiq olaraq,

dünya çempionatının gümüş

və bürünc medallarına sahib çıxıblar.

Rüstəm Orucov hazırda öz çəki

dərəcəsində Beynəlxalq Cüdo Federasiyasının

dünya reytinq cədvəlinə

başçılıq edir.

Minskdə keçirilmiş ikinci Avropa

Oyunlarında da millimiz tarixi nailiyyətə

imza atıb. Komandamızın

aparıcı üzvü Rüstəm Orucov Avropa

Oyunlarının gümüş medalına yiyələnib.

Daha dörd cüdoçumuz - Hidayət

Heydərov, Məmmədəli Mehdiyev,

Federasiya cüdo üzrə bütün milli

komandalarımızın yerli və beynəlxalq

təlim-məşq toplanışlarını yüksək

səviyyədə keçirib. Cüdoçularımızın

hazırlıq planı üzrə nəzərdə tutulan

bütün beynəlxalq yarışlarda iştirakı

təmin edilib, onlara diqqət və qayğı

göstərilib.

спортсман № 122 / 2020

33


ЪЦДО

S P O R T S M A N

Elmar Qasımov və İrina Kindzerska

isə Oyunların bürünc medalını qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının

rəhbərliyi əsas milli komandamızla

yanaşı, gənc və yeniyetmə

cüdoçularımızın da inkişafına böyük

önəm verir. Onlar üçün yaradılan şəraitdən

maksimum bəhrələnən gənclərimiz

2019-cu ildə keçirilmiş Avropa

və dünya çempionatı kimi mötəbər

yarışlarda uğurlu nəticələr göstəriblər.

Qazaxıstanın paytaxtı Almatıda

keçirilmiş Avropa birinciliyində yeniyetmələrdən

ibarət millimiz Azərbaycan

cüdosu tarixində ilk dəfə olaraq

komanda yarışının finalına çıxaraq

gümüş medal qazanıb.

Yeniyetmə cüdoçularımız ötən il

həmçinin Bakıda keçirilmiş Avropa

Yeniyetmələrinin Olimpiya Festivalında

2 qızıl, 1 gümüş və 3 bürünc medala

sahib olublar.

Gənc cüdoçularımız da Avropa və

dünya birinciliyində, müxtəlif səviyyəli

beynəlxalq yarışlardan vətənə çox

sayda medulla dönüblər. Gənclərimiz

dünya birinciliyində 1 gümüş, 1 bürünc,

qitə yarışında isə 1 gümüş və 2

bürünc medal qazanıblar. U-23 Avropa

birinciliyində də millimiz hesabına

1 qızıl və 1 gümüş medal yazdırıb.

Bununla yanaşı, qabaqcıl məşqçilərimiz,

hakimlərimiz, həkimlərimiz

və digər mütəxəssislərimiz müntəzəm

olaraq beynəlxalq seminarlarda və

təcrübə mübadiləsi proqramlarında

iştirak edir, öz bilik və bacarıqlarını

artırırlar. Sevindirici haldır ki, federasiyanın

hakimlər komitəsinin üzvü

Nazim Umbayev Rusiyanın İjevsk

şəhərində keçirilmiş U-23 Avropa burinciliyini

idarə edən referilər sırasında

yer alıb.

Daha iki hakimimiz - Məmmədəli

Quluzadə və Rəşad Əliyev imtahandan

uğurla keçərək beynəlxalq

dərəcəli hakim adına layiq görülüblər.

Beləliklə də beynəlxalq dərəcəli hakimlərimizin

sayı 8-ə çatıb.

Məşqçi Rafael Şahverdiyev isə

Yaponiyada beynəlxalq cüdo təhsili

proqramı üzrə məşğələlərdə fəal iştirakına

görə diplomla təltif olunub.

Paralimpiyaçı cüdoçularımız iştirak

etdikləri beynəlxalq yarışlarda 32

34

спортсман № 122 / 2020


S P O R T S M A N

ЪЦДО

medal qazanıblar.

Azərbaycanın veteran cüdo hərəkatı

da diqqətdən kənarda qalmayıb.

Usta cüdoçularımız Avropa və dünya

çempionatında 14 medala layiq görülüblər.

Federasiya fəaliyyətinin prioritet

istiqamətlərindən biri də bölgələrdə

cüdonun inkişaf etdirilməsidir. Bu

sahədə artıq bir neçə regional cüdo

mərkəzlərinin açılışı baş tutub. Federasiya

tərəfindən cüdo tatamiləri

və cüdoqi geyim dəstləri bu zallarda

təmənnasız məşq etməyə cəlb olunan

yüzlərlə yeniyetmələrin istifadəsinə

əvəzsiz olaraq verilib.

Ötən ilin sonlarında Naxçıvan

Muxtar Respublikası da daxil olmaqla

ölkəmizin 7 bölgəsində 2

yaş qrupunda yeniyetmələr arasında

regional birinciliklər, o cümlədən

Sumqayıt və Bakı şəhərlərinin birincilikləri

keçirilib. Bölgə idmançılarının

böyük axını müşahidə olunan regional

birinciliklərində yüksək təşkilatçılıq

səviyyəsi və iştirakçıların rekord

sayı mütəxəssislərə seleksiya işlərinin

aparılması və yığma komandalara

yeni namizədlərin hazırlanması

üçün əlverişli şərait yaradıb. Belə

ki, təyin olunmuş şəhərlərin əsasən,

Olimpiya komplekslərində baş tutan

yarışlarda respublikamızın 51 şəhər

və rayonundan 2000-dən artıq yeniyetmə

idmançı iştirak edir. Qalib və

mükafatçılar qarşıdan gələn Azərbaycan

birinciliklərində iştirak etmək

hüququ qazanıblar. Tovuz rayonunda

həm regionlararası yarışların final

mərhələsi, həm də 2-ci Federasiya

kuboku turniri yüksək səviyyədə keçirilib.

İlin sonunda kişilər və qadınlar

arasında keçirilən cüdo üzrə Azərbaycan

çempionatı da möhtəşəmliyi

ilə yadda qalıb. Yüksək səviyyədə

təşkil edilən yarışda 332 cüdoçu medallar

uğrunda mübarizə aparıb.

Ötən ilin may ayında Ümummilli

Lider Heydər Əliyevin xatirəsinə həsr

olunan cüdo üzrə “Böyük Dəbilqə”

turniri artıq 4-cü ildir ki, tətbiq etdiyimiz

yüksək təşkilatçılıq standartlarında

keçirilib. Bu fakt Beynəlxalq

Cüdo Federasiyasından daxil olmuş

ekspertlər qrupunun yekun hesabat

protokolunda öz əksini tapıb. Bu bir

daha onu göstərir ki, ölkə prezidenti

İlham Əliyevin idman sahəsində

yürütdüyü uğurlu siyasət sayəsində

Azərbaycan nüfuzlu beynəlxalq

idman təşkilatları tərəfindən idman

ölkəsi kimi tanınır, mötəbər yarışlara

ev sahibliyi etimadını qazanır.

Qarşıdan gələn ildə Olimpiya

Oyunları, Avropa çempionatı, gənclər

və yeniyetmələrin Avropa və

dünya birincilikləri, eləcə də dünya

cüdo turu çərçivəsində “Böyük Dəbilqə”

və “Qran-Pri” seriyası yarışları,

“Masters” turniri, müxtəlif qitə kuboku

çempionatları keçiriləcək.

Ümidvarıq ki, cüdoçularımız parlaq

qələbələri ilə Azərbaycan idmanı

tarixinə yeni şanlı səhifələr yazacaqlar.

Təl-Əvivdə ölkəmizi 11 kişi,

5 qadın cüdoçu təmsil edəcək

Yanvarın 23-25-də İsrailin Təl-Əviv

şəhərində cüdo üzrə Qran-Pri turniri

keçiriləcək.

Yarışda Azərbaycanı 11 kişi, 5

qadın cüdoçu təmsil edəcək. Turnirdə

ümumilikdə 95 ölkədən 671 (376

kişi, 295 qadın) cüdoçunun iştirakı

təsdiqlənib.

Bundan əvvəl keçirilən analoji

yarışda komandamız iki medal qazanıb.

Belə ki, qadın cüdoçumuz İrina

Kindzerska (78 kq-dan yuxarı) bütün

rəqiblərini məğlub edərək qızıl medala

sahib olub. Komandamızın digər

üzvü Məmmədəli Mehdiyev (90 kq)

bürünc medala layiq görülüb. Bu nəticə

ilə komandamız ümumi hesabda

5-ci olub. Turnirdə ən yüksək nəticəni

4 qızıl, 2 gümüş, 1 bürünc medalla

İsrail komandası göstərib.

спортсман № 122 / 2020

35


MMA (qarışıq döyüş

növləri) döyüşçümüz Tofiq

Musayev (71 kq) nüfuzlu

“Rizin Gran Prix 2019”

turnirinin qalibi olub.

mma

S P O R T S M A N

Azərbaycanlı MMA döyüşçüsü

Tofiq Musayev dünya çempionudur

Yaponiyada keçirilən turnirin finalında

30 yaşlı həmyerlimiz “Pitbull”

ləqəbli braziliyalı Patrik Freire

ilə üz-üzə gəlib.

Birinci raundda əlinin sınmasına

baxmayaraq, döyüşü davam etdirən

T. Musayev, ikinci raundda rəqibini

rinqdən kənara atıb. Hakimlərin yetkin

qərarına əsasən, azərbaycanlı

döyüşçü hər üç raundda rəqibindən

üstün olub.

Bununla da T.Musayev “Rizin

Gran Prix 2019” turnirində yüngül

çəkidə dünya çempionu olub. Bu

qələbə isə Tofiq Musayevin 18-ci

qələbəsi olub.

Qeyd edək ki, həmyerlimiz bundan

əvvəl oktyabrın 12-də Yaponiyada

avstraliyalı rəqibi Damien

Braunla qarşılaşıb və cəmi altı

dəqiqəyə ona qalib gəlib. Daha sonra

amerikalı Conni Keys ilə qarşılaşan

idmançımız rəqibinə vaxtından

əvvəl, birinci raundda nokauta salmaqla

qalib gəlib.

“Azərbaycanı uğurla təmsil

etdiyimdən qürur duyuram”

MMA üzrə ən nüfuzlu turnirlərdən

olan “Rizin Gran Prix 2019”un

qalibi olan Tofiq Musayev, böyük

uğuru ilə bağlı keçirilən mətbuat

konfransında MMA üzrə dünya

çempionatında Azərbaycanı uğurla

təmsil etdiyindən qürur duyduğunu

deyib.

Tədbirdə Gənclər və İdman

nazirinin müavini İsmayıl İsmayılov,

T.Musayevin məşqçisi Ruslan

Əfəndiyev, idmançılar və mətbuat

nümayəndələri iştirak ediblər.

36

спортсман № 122 / 2020


S P O R T S M A N

mma

İ.İsmayılov idmançımızı qazandığı

uğur münasibətilə təbrik edərək

bu qələbənin ölkəmizdə idmanın

inkişafının daha bir göstəricisi olduğunu

vurğulayıb. Qeyd edib ki,

Azərbaycanda təkcə Olimpiya idman

növlərinin deyil, qeyri-Olimpiya

idman növlərinin də inkişafına xüsusi

diqqət ayrılır. O, bildirib ki, T.Musayev

dekabrın 31-də Yaponiyada

qələbə qazanmaqla Dünya Azərbaycanlılarının

Həmrəylik Günü və

Yeni il bayramlarında xalqımızı öz

uğuru ilə təbrik etdi.

Qazandığı uğurların ölkəmizdə

idmanın inkişafına göstərilən yüksək

dövlət qayğısı sayəsində mümkün

olduğunu vurğulayan T.Musayev, ali

diqqət və qayğıya görə Azərbaycan

Prezidenti İlham Əliyevə təşəkkürünü

bildirib. Bu qələbəsinin bütün

Azərbaycan xalqının uğuru olduğunu

qeyd edən idmançı deyib: “Sevinirəm

ki, zəhmətimiz yerdə qalmadı.

Azərbaycan bayrağının daim zirvələrdə

dalğalanacağına inanıram.

Həmin yarışda ölkəmi təmsil etdiyim

üçün məsuliyyətim çox böyük idi.

Bu qələbəmdə ən böyük pay sahiblərindən

biri də məşqçim Ruslan

Əfəndiyevdir. Məhz onun sayəsində

mən bu gün dünya çempionu adını

qazanmışam”.

Revanş qarşılaşması ilə bağlı

hələ ki hər hansı təklifin olmadığını

deyən T.Musayev belə bir təklifə hazır

olduğunu söyləyib.

Vidadi Baxşiyev

спортсман № 122 / 2020

37


kюnцllцlяr

S P O R T S M A N

“KÖNÜLLÜLƏR KUBOKU”

20 sentyabr, 2019 - Baş İdarənin

konfrans zalında Bakı Şəhər Gənclər

və İdman Baş İdarəsi və “Azərbaycan

İdman Könüllüləri” İctimai Birliyi arasında

niyyət protokolu və birgə təşkil

ediləcək “Könüllülər Kuboku”nun

əsasnaməsinin imzalanma mərasimi

keçirilmişdir. Bu əsasnaməyə əsasən

hər ay 1 idman növü üzrə ölkəmizdə

fəaliyyət göstərən könüllü təşkilatları

arasında yarışların keçirilməsinə

başlanılmışdır. Beləliklə, yarışlar ilk

olaraq, 16-17noyabr 2019-cu il tarixdə

AzDBTİA-nın stadionunda atletika

üzrə keçirilmişdir.Yarışda 5 komanda

tərkibində ümumilikdə 38 nəfər iştirak

(13 qız) etmişdir. Yarışda I yeri Mexmat

(idman könüllüləri), II yeri 2 saylı

ASAN, III yeri isə Formula 1 könüllüləri

tutmuşdur.

28 sentyabr - 3 oktyabr 2019-cu il tarixdə

Səbail rayonunda yerləşən İdman

Sağlamlıq parkında stritbol üzrə keçirilmişdir.

15 komanda tərkibində ümumilikdə

57 nəfər iştirak (18 qız) etmişdir.

Qızlar arasında keçirilən yarışda I yeri

Günəş komandası (idman könüllüləri), II

yeri ASAN 5, III yeri isə ASAN 2 könül-

38

спортсман № 122 / 2020


S P O R T S M A N

kюnцllцlяr

lüləri tutmuşdur. Oğlanlar arasında keçirilən

yarışda I yeri Dream team (idman

könüllüləri), II yer ASAN 2, III yeri isə

Formula 1 könüllüləri tutmuşdur.

22-30 oktyabr 2019 cu il tarixdə Bakı

şəhəri, Binəqədi rayonunda yerləşən

248 saylı məktəbin meydançasında mini-futbol

üzrə keçirilmişdir. Yarışda 12

komanda tərkibində 144 nəfər iştirak etmişdir.

Yarışda I yeri ASAN Sumqayıt, II

yeri Mexmat (idman könüllüləri), III yeri

isə Formula 1 könüllüləri tutmuşdur.

25-30 noyabr 2019 cu il tarixdə Bakı

şəhəri, Nizami rayonun 238 saylı tam

orta məktəbinin zalında Stolüstü tennis

üzrə keçirilmişdir. Yarışda 10 komanda

tərkibində 40 nəfər (20 qız) iştirak etmişdir.

Yarışda I yeri Dream team (idman

könüllüləri), II yeri ASAN 4, III yeri isə

Formula 1 könüllüləri tutmuşdur.

30 dekabr 2019-cu il tarixdə Azərbaycan

Respublikasında 2020-ci ilin

“Könüllülər ili” elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin

Sərəncamına əsasən keçirilən Könüllülər

Kuboku layihəsini bu ildən etibarən

daha da əhatələndirilməsi nəzərdə tutulmuşdur.

Bu layihə çərçivəsində adiyyatı

qurumların könüllülük proqramlarında

iştirak edən ölkəmizin bütün könüllülərini

əhatə etmək hədəfindəyiz!

Yanvar ayının sonları təşkil ediləcək

olan şahmat və dama yarışları daha geniş

auditoriya əhatə edəcəyinə inanırıq!

Təşkilatın sədri Miraqil Seyidzadə

http://sportvolunteers.az/

https://www.facebook.com/idmankonulluleri.az/

https://www.instagram.com/idmankonulluleri/

Ünvan: Neftçilər pr. 26 A, Bakı İdman

Sarayı

спортсман № 122 / 2020

39


ЙЕЛКЯНЛИ ИДМАН

S P O R T S M A N

Yelkənçilərimizin

Türkiyədə uğurlu çıxışı

Dörd ölkənin 14 yelkən klubundan

156 peşəkar yelkənçinin

iştirak etdiyi, Türkiyə Yelkənli

İdman Federasiyasının, Bodrum

Bələdiyyəsinin ev sahibliyi

ilə keçirilən yarış Azərbaycan

yelkənçiləri üçün qələbə ilə

sona çatıb. Azərbaycan, Türkiyə,

Rusiya və Ukrayna yelkənçilərinin

iştirakı ilə “Optimist”

və “Laser 4.7”, “Laser Radial”

sinifləri üzrə 3 gün ərzində 8

yarış keçirilib.

Yarışda Azərbaycanı Yelkənli İdman

Federasiyasının heyət rəhbəri

Burcu Algon Giorgianni, “Optimist”

sinfi üzrə baş məşqçi Seyhun Yıldız,

“Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı,

məşqçi Anton Vilyayev, yelkənçilər

Ayla Babayeva, Murad İsmayıl,

İsmayıl Kərimov, Səxavət Əzimov,

Fidan Ağazadə, Timur Sikaçevskiy,

Murad Allahverdi, Murad Hacızadə,

Bahadır Məmmədli təmsil ediblər.

Yarışlarda yüksək nəticə əldə edən

Azərbaycan Yelkənli İdman Federasiyasının

yelkənçiləri "Laser 4.7" sinfi

üzrə ilk medallarını qazanıblar.

Ayla Babayeva "Laser 4.7" sinfi

üzrə qadınlar qrupunda 1-ci yerə,

Murad İsmayıl "Laser 4.7" sinfi üzrə

kiçik yaş qrupunda 2-ci yerə, İsma-

40

спортсман № 122 / 2020


S P O R T S M A N

ЙЕЛКЯНЛИ ИДМАН

yıl Kərimov isə "Laser 4.7" sinfi üzrə

ümumi nəticədə 4-cü yerə layiq görülüb.

Xatırladaq ki, ötən ilin fevral

ayında 23 ölkədən 156 idmançının

iştirak etdiyi, Omanda təşkil edilən

Beynəlxalq yarışda 12 yaşlı qızlar

arasında 68 nəfərin apardığı gərgin

yarışda “Optimist” sinfi üzrə Azərbaycanı

təmsil edən Fidan Ağazadə 3-cü

yeri tutub. Azərbaycan Yelkənli İdman

Federasiyasının gənc yelkənçisi Kristina

Kərimova isə 2018-ci ildə Sloveniyada

keçirilən “Easter Regatta”

adlı beynəlxalq yarışda 139 idmançı

arasında 4-cü olaraq yüksək nəticə

göstərmişdi. Bu dəfə isə “Optimist”

sinfindən sonra “Laser 4.7” sinfinə

başlayan Azərbaycan yelkənçilərinin

qısa müddətdə yeni sinif üzrə yüksək

nəticə göstərməsi beynəlxalq məşqçilərin

də xüsusi rəğbəti ilə qarşılanıb.

Bu da Azərbaycanda yelkənli idman

növünün inkişaf etməsinin göstəricisi

kimi dəyərləndirilib.

Qeyd edək ki, bu ilin ilk günlərində

Bodrumda yarışların keçirilməsi

2020-ci ilin mart ayında Türkiyədə

təşkil olunacaq beynəlxalq yarışlara

və İtaliyanın Qarda gölündə “Optimist”

sinfi üzrə keçiriləcək dünya

çempionatına, Portuqaliyada “Laser

4.7” sinfi üzrə keçiriləcək Avropa

çempionatına, eyni zamanda, 2021-

ci ildə Bodrumda “Optimist” sinfi üzrə

keçirilməsi planlaşdırılan dünya çempionatına

hazırlıq məqsədi daşıyırdı.

Fəal olaraq 2014-cü ildən etibarən

fəaliyyətə başlayan Azərbaycan

Yelkənli İdman Federasiyasının əsas

məqsədi hər zaman maddi texniki

bazanı gücləndirmək, məşqçi korpusunu

formalaşdırmaq, Azərbaycan

Respublikasının Təhsil Nazirliyi ilə

birgə əməkdaşlıq çərçivəsində “Optimist”

sinfi üzrə 7-15 yaş uşaqlar, “Laser”

sinfi üzrə isə 15 yaşdan yuxarı

yeniyetmələri bu idman növünə cəlb

etmək olub.

Məlumat üçün bildirək ki, “Optimist”

1974-cü ildə yaradılan yelkən

növüdür. Yelkən siniflərinin arasında

ilk olan “Optimist”, 8-15 yaşlı yeniyetmələr

üçün nəzərdə tutulub. “Optimist”

Beynəlxalq Yelkənli İdman Federasiyasının

“16 yaşdan aşağı sinfi”

olaraq rəsmən təsdiq edilən yeganə

sinifdir. Optimist uşaqların 15 yaşına

qədər çempionata hazırlıqlarını artırmaq

və yelkənə məhəbbət yaratmaqdan

ibarətdir. Yelkən sahəsi 4.7

m² olan “Laser 4.7” sinfi isə “Optimist”

sinfindən sonra başlanğıc üçün “Laser”in

ən uyğun sinfidir. “Laser 4.7”

“Laser Radial”dan sonra meydana

çıxıb. “Laser” firmasının ölçülərində

istifadəçinin 35 ilə 50 kiloqram olması

ideal çəki kimi göstərilir.

Azərbaycan Yelkənli İdman Federasiyasında

hazırda “Optimist” və “Laser”

sinifləri üzrə iki komanda formalaşıb.

Bu siniflər üzrə ayrı-ayrılıqda,

xaricdən dəvət edilən 2 baş məşqçi

fəaliyyət göstərir. Məhz xaricdən

dəvət edilən idman menecerləri, yüksək

göstəricilərə malik mütəxəssislərin

köməyi ilə komandaların məşqləri

keçirilir. Təlim-məşq düşərgələrində

iştirakın əsas məqsədi isə idmançılarımızın

beynəlxalq yarışlara hazırlıqlarının

təkmilləşdirilməsi, onların taktiki

biliklərinin artırılması və müxtəlif

hava şəraitlərində yarış təcrübələrinin

daha da gücləndirilməsidir.

спортсман № 122 / 2020

41


мцсабигя

S P O R T S M A N

“Məlum və naməlum Gullit”

beynəlxalq müsabiqənin mükafatçısıDIR

Moskvada idman

jurnalistləri arasında

“Energiya pobed” adlı

ənənəvi 9-cu müsabiqəfestivala

yekun vuruldu.

Mən də beynəlxalq müsabiqənin

əcnəbi rusdilli kütləvi informasiya

vasitələri arasında “Ən yaxşı yazı”

nominasiyasında 2-ci yeri tutaraq

gümüş medalla təltif olundum. Özü

də “Sportsman” jurnalında çıxan

“Гуллит знакомый и незнакомый”

(“Məlum və naməlum Gullit”) yazım

bu şərəfə layiq görüldü. Qeyd

edim ki, həmin yazıda futbolla bağlı

uşaqlıq xatirələrim, ötən əsrin 80-ci

illərinin sovet mətbuatı, həmçinin

nüfuzlu “Qızıl top” mükafatı, məşhur

niderlandlı futbolçu Ruud Gullit

və s. barədə maraqlı faktlar yer

alıb.

“Qazprom” şirkətinin dəstəyi,

Rusiya Olimpiya Komitəsi və Rusiya

İdman Jurnalistləri Federasiyasının

birgə təşkilatçılığı ilə keçirilən

yarışmaya Rusiya Federasiyası regionları

və digər ölkələrdən müxtəlif

nominasiyalar üzrə 305 jurnalist

qatılmışdı. Son bir il ərzində işıq

üzü görmüş işlərin qəbul edildiyi

müsabiqənin münsiflər heyətinin

sədri isə məşhur rusiyalı idman

şərhçisi Viktor Qusev idi.

Laureatların mükafatlandırılması

mərasimi Moskvanın tarixi

mərkəzində “Krasnıy Oktyabr”

art-klasterində keçirildi. Qalib və

mükafatçılara medal, diplom və xatirə

hədiyyələri təqdim olundu.

Maraqlıdır ki, mükafatlandırma

mərasiminin aparıcılarından biri

vaxtilə Azərbaycanı fiqurlu konkisürmədə

təmsil etmiş, hazırda

Rusiyanın “Matç! Strana” telekanalında

çalışan Emma Hacıyeva idi.

Həmçinin qalib və mükafatçılar arasında

yer alan Çelyabinskin “Qornyatskaya

pravda” qəzetinin yazarı

Yuri Seyidov və “Matç! Strana” telekanalının

digər əməkdaşı Elmira

Mirzəyevanın da azərbaycanlı olmaları

mənim üçün diqqətçəkəcək

məqam idi.

Xatırladım ki, “Energiya pobed”

müsabiqə-festivalı ilk dəfə 2011-ci

ildə təşkil edilib. İndiyədək yarışmaya

Rusiya, yaxın və uzaq xaricin

20 ölkəsindən iki mindən çox jurnalist

qatılıb.

“İdman bizi tribunalarda

birləşdirən vasitədir”

Mükafatlandırma mərasimindən

əvvəl isə “Energiya pobed” müsabiqə-festivalı

çərçivəsində Rusiya

Olimpiya Komitəsində idmana bağlı

tanınmış şəxslərin iştirakı ilə seminar

və master-klass keçirildi.

Əvvəlcə “İdman incəsənət kimi.

İncəsənət idman kimi” mövzusunda

danışmaq üçün dəvət edilən

sovet və rus aktyoru, Rusiyanın

xalq artisti, Moskva “Lokomotiv”inin

azarkeşi Valeri Barinov jurnalistlərin

qarşısına çıxdı.

O, çıxışına, - “Futbol – indi də

məndə yaşayan uşaqlıqdır”, - fikri

ilə başladı.

Barinov Moskva “Lokomotiv”inin

42

спортсман № 122 / 2020


S P O R T S M A N

мцсабигя

çalışdırıcısı Yuri Syomini Rusiyanın

son illərdə ən yaxşı məşqçisi hesab

etdiyini bildirdi. Onunla Oryol şəhəri

yaxınlığında böyüdüklərini, eyni

sinfə getdiklərini, eyni məhəllədə

futbol oynadıqlarını xatırladı. Elə o

vaxtdan da yaxın dostdurlar.

Gülümsəyərək uşaqlıq dövrlərindən

bir məzəli hadisəni də

danışdı: “Onu babası kimi Yuxa

deyə çağırırdılar. Futbola marağını

nəzərə alan atası bir dəfə ad günündə,

böyük topun daha yaxşı olduğunu

düşünərək, ona basketbol

topu hədiyyə etmişdi. Həmin topla

futbol oynamaq çox çətin idi”.

Syominin 2013/14 mövsümündə

bizim “Qəbələ”ni çalışdırmasını

da yada saldı: “Qəbələ”dən əvvəl

artıq futboldan getdiyini deyirdi. Bu

komandanı ona görə seçmədi ki,

yaxşı pul təklif olunmuşdu, sadəcə

işsiz qala bilmədi”.

Barinov mənimlə söhbətində

həmin dövrdə dostu Syominin

dəvətilə həm Bakıda, həm də Qəbələdə

qonaq olduğunu da dedi.

Tanınmış aktyorun çıxışından

və sullara verdiyi cavablardan digər

maraqlı məqamlar və fikirlər:

“Konstantin Beskov, Lev Yaşin,

Yuri Syomin kimi dahilər futbolda

qalmaqalla deyil, öz zəhmətləri ilə

ad qazanıblar.

Bir dəfə Milana uçanda təsadüfən

keçmiş hokkeyçi, o vaxt televiziya

şərhçisi işləyən Yevgeni

Mayorovu gördüm. Xəstəliyi səbəbindən

təyyarədən çıxmaqda çətinlik

çəkirdi, kömək etməyimi istədi.

Onlar idmana həyatlarını verirlər,

bu səbəbdən idmançıların böyük

pullar qazanması normal haldır.

“Legenda № 17”, “Dvijeniye

vverx” kimi idman filmləri barədə –

ümumiyyətlə, ideyanı bəyənirəm,

amma ssenaridəki yalanlar, uydurmalar

məni qıcıqlandırır.

спортсман № 122 / 2020

43


мцсабигя

Kinoda tanınmış həndbol

məşqçisi Yevgeni Trefilovun

rolunu oynamaq istərdim.

“Lokomotiv”də və Rusiya

yığmasında çıxış edən futbolçu

Dmitri Barinov ilə heç bir

qohumluq ələqalərim yoxdur.

Futbol və ya teatr biznesə

çevriləndə onların məğzində

olan izahedilməzlik, müəmma

itir.

İdman bizi tribunalarda birləşdirən

vasitədir.

Həmişə hesab edirəm ki,

hər şey məndən asılıdır”.

Söhbət əsnasında idmandankənar

bir hadisəni danışan

Barinov, Rusiya telekanallarından

birinin reytinqli

verilişindən guya nikahdankənar

qızının tapıldığı və bunun

üçün DNT analizi aparacaqları,

razılaşacağı halda 500 min

rubl (14 min manata yaxın)

məbləğində qonorar verəcəkləri

ilə bağlı təklifi təəccüblə

qarşıladığını və qəbul etmədiyini

də diqqətimizə çatdırdı.

“Kütlə haradadırsa,

biz orada olmalı deyilik”

S P O R T S M A N

Sonra tanınmış idman fotoqrafı,

öz sahəsində həm

Rusiyada, həm də beynəlxalq

arenada mükafatlar qazanmış

Sergey Kivrin, “İdman

fotojurnalistikasının problemləri”

mövzusunda danışdı.

O, 1980-ci ildən ümumilikdə

18 yay və qış olimpiadasında

foto çəkdiyini diqqətimizə

çatdırdı.

Digər fotoqraf Andrey Qolovanovla

birlikdə çalışdıqlarını

qeyd edən Kivrin yarışlarda

bu prinsiplə işlədiklərini bildirdi:

“Kütlə, yəni əksər fotoqraflar

haradadırsa, biz orada

olmalı deyilik, bizim öz xüsusi

yerimiz olmalıdır. Yaxşı şəkildə

hər şey üst-üstə düşməlidir

– fon, əllərin mövqeyi və

sair...”

O, həmçinin son vaxtlar yarış

meydanlarında fotoqrafların

sıxışdırıldıqlarını, sərbəst

hərəkət etmək imkanlarının

məhdudlaşdırıldığını, ancaq

onlar üçün ayrılmış yerlərdə

foto çəkməyə icazə verildiyini

narazılıqla vurğuladı.

“Yaxşı jurnalist

həmişə bir dəlili, sübutu

ehtiyatda saxlayar”

Tanınmış idman şərhçisi,

Rusiyanın əməkdar mədəniyyət

işçisi, TEFİ mükafatının laureatı

Gennadi Orlov, “Şərhçi

mikrafon qarşısında” mövzusunda

master-klass keçdi.

1973-cü ildən televiziyada

şərhçilik edən Orlov indiyədək

17 olimpiadada çalışdığını da

xatırlatdı.

O, ötən əsrin 60-cı illərində

Xarkovun “Metallist” və

Sankt-Peterburqun “Zenit” və

“Dinamo” komandalarının formasını

geyinib. Ondan futbolçu

karyerası barəsində daha

geniş məlumat verməsini

istədikdə Azərbaycandan olduğumu

bilərək hətta 1961-ci

ildə Ukraynanın yeniyetmələr

yığmasının heyətində Bakıda

məktəblilərin spartakiadasında

çıxış etdiyini də yada saldı.

Orlovun çıxışından

şərhçiliklə bağlı maraqlı

məqamlar və fikirlər:

“Əsas düzgün nəfəs almağı

öyrənməkdir. Mən fasiləsiz

12 saat şərh edə bilərəm.

Kimisə yamsılamaq, təqlid

etmək, kiməsə oxşamaq lazım

deyil.

Yaxşı şərhçi olmaq üçün

dili və öz sahəni mükəmməl

bilməlisən.

Mən efirdən həmişə

həqiqəti deyirəm, amma hamısını

yox.

Yaxşı jurnalist həmişə bir

dəlili, sübutu ehtiyatda saxlayar”.

44

спортсман № 122 / 2020


S P O R T S M A N

мцсабигя

“Öz məqsədinizə çatmaq

üçün bir qədər artıq yol qət

etməkdən çəkinməyin”

“İdman jurnalistikası: dünən, bu gün

və sabah” mövzusunda danışan tanınmış

jurnalist Keir Radnedge televiziyanın

xüsusilə görüntünün rəngli olmasından

sonra sponsorların və azarkeşlərin

diqqətini daha çox cəlb etməyə başladığını

vurğuladı.

Britaniyalının bu fikri də diqqətimi

cəlb etdi: “Jurnalistika mənim üçün təhsildir”.

O, ümumiyyətlə, jurnalistikanı xeyirli

bir iş hesab etdiyini vurğuladı: “Yazırsan,

izləyirsən, öyrənirsən, üstəlik buna

görə maaş da alırsan”.

Radnedge hamıya məsləhət də verdi:

“Öz məqsədinizə çatmaq üçün bir

qədər artıq yol qət etməkdən çəkinməyin”.

1965-ci ildən idman jurnalistikasında

fəaliyyət göstərən, 30-dan çox idman kitabının

müəllifi olan şəxsin tövsiyələrini

dinləməyə dəyər.

RASİM MÖVSÜMZADƏ

Ballon d’Or mükafatının jüri üzvü

Rasim Mövsümzadə

"Ballon d'Or", "The Best FIFA Football Awards", "World Soccer

Awards" kimi nüfuzlu beynəlxalq mükafatların jüri üzvüdür.

Yazıları müxtəlif vaxtlarda Almaniya, Fransa,

İngiltərə, Türkiyə, Rusiya və s. ölkələrdə nəşr olunub.

"Bir qolun tarixçəsi" adlı kitabın müəllifidir.

"The European Football Yearbook" kitabının

müəlliflərindən biri olub.

2007-ci ilin fevralında Rusiyanın "Ves futbol" jurnalının

futbol üzrə dünya çempionatlarının tarixinə həsr olunmuş çətin

viktorinasının qalibi olub.

2013-cü ildə Türkiyədə "İlin ən yaxşı əcnəbi idman yazarı"

nominasiyasında "Futbol Oscarı" mükafatına, 2015-ci ildə

isə "Sportsman" jurnalı tərəfindən "İlin idman jurnalisti"

nominasiyasında "Zəfər" mükafatına layiq görülüb.

спортсман № 122 / 2020

45


CrossFit

S P O R T S M A N

"Kiçik addımlarla irəliyə doğru"

Ölkəmizdə idman komplekslərinin sayı yetərincədir.

Burada idmansevərlər həm peşəkar,

həm də həvəskar idmanla məşğul olurlar. Bu

dəfəki söhbətimiz isə müasir, eyni zamanda xüsusi

trenajorlarla təchiz olunmuş bir idman klubundandır.

Bu klub, Azərbaycanda yeni yaranmasına

baxmayaraq kifayət qədər populyarlıq

qazanmış CrossFit - VikingsHammer klubudur.

Klubun təsisçisi Vidadi Əlisgəndərovla görüşüb

söhbətləşdik.

- Vidadi müəllimi yaxından tanıyaq…

- Əlisgəndərov Vidadi, 1983 ildə Aşqabad şəhərində

doğulmuşam. 1991 ildə ailəmlə köçmüşük Bakıya. Azərbaycan

Dövlət İqtisad Universitetinin Ümimi İqtisadiyyat

fakultəsini bitirmişəm. Uzun illər Azərbaycanın müxtəlif

banklarında çalışmışam. Hal-hazırda isə CrossFit zalım

var. Burada məşq keçirəm, özüm də məşq edirəm.

- İdmana gəlişiniz necə olub?

- Məktəb və universitet vaxtı idmanın müxtəlif növləri

ilə məşğul olmuşam – aykido, futbol, karate, atletika.

Sonrakı illərdə bodibildinq və fitneslə məşğul olurdum.

Lakin CrossFitlə tanış olandan sonra özümü bu idman

növündə tapdım.

- СrossFit bizim üçün yeni idman növüdür. Mümkünsə

СrossFit haqqında oxucularımızı ətraflı məlumatlandırardınız.

- CrossFit hal-hazırda dünyada çox populyar idman

növüdür. Çox ölkələrdə xüsusi zallar var, demək olar, onların

yarısı ABŞ-da yerləşir.

Sırf fiziki hazırlıq sistemi kimi Qreq Qlassman tərəfindən

ABŞ-da yaranımışdır. Qreq Qlassman və Loren

Cenay tərəfindən 2000-ci ildə təsis olunmuş CrossFit, Inc

korporasiyası tərəfindən əmtəə nişanı kimi qeydiyyatdan

keçirilmişdir.

Məşqlər yüksək intensivli ritmdə keçirilir və özündə

ağır atletikanın, pliometrikanın, pauerliftinqin, gimnastikanın,

stronqmen məşğələlərinin, qaçış və digər elementlərini

birləşdirir.

İnsanda güc, çeviklik, dözümlülük kimi fiziki keyfiyyətlərin

inkişafına yönəldilmiş məşğələlər kompleks şəklində

keçirilir. Buna görə də CrossFit sistemi ilə hazırlıqlar 3

əsas hissəyə bölünür: ağır atletika, gimnastika və kardio.

Hazırlığın xüsusiyyətlərindən biri də odur ki, ayrı-ayrı

məşq günlərində fərqli fiziki keyfiyyətlərin üzərində işlənilir,

məsələn: güc və çeviklik, dözümlülük və çeviklik, dözümlülük

və güc.

46

спортсман № 122 / 2020


S P O R T S M A N

- СrossFit Azərbaycana gəlişi necə oldu?

- Əlbəttə ki, CrossFit-lə mənim ilk tanışlığım internetdə

oldu. Bu idman növünü bəyəndiyimə görə başladım maraqlanmağa.

Rəsmi saytda Azərbaycanda CrossFit, Inc

nümayəndəliyini tapmadım. Unutmayaq ki, CrossFit rəsmi

brenddir və bu ad altında məşq keçmək üçün ABŞ-ın Cross-

Fit, Inc-dən rəsmi lienziya almaq lazımdır. Elə onda da dostum

Hakim İbrahimovla qərara gəldik ki, ölkəmizdə də rəsmi

brend altında belə zal açaq. Beləliklə bütün Zaqavqaziyada

birinci belə lisenziyanı 2017-cı ildə CrossFit_VikingsHammer

aldı. Və hal-hazırda regionda yeganə rəsmi CrossFit

zalı olaraq qalırıq.

- Hazırda beynəlxalq yarışlarda iştirak edən peşəkar

idmançı və məşqçiləriniz varmı?

- CrossFit, Inc tərəfindən hər il 5-mərhələli rəsmi yarışlar

keçirilir. Əgər 5 il bundan öncəki göstəriciyə baxsaq Azərbaycandan

cəmi 3 nəfər bu yarışlarda iştirak edirdisə, sonuncu

dəfə 15 kişi və 8 qadın iştirakçımız ölkəmizi təmsil

etmişdir. O ki qaldı peşakar məşqçilərmizə, Azərbaycanda

CrossFit, Inc-də imtahan vermiş və rəsmi icazə (məşqçi sertifikatı)

almış 8 nəfər peşəkar məşqçi var və onlar haqqında

məlumat CrossFit, Inc-in rəsmi saytında yerləşdirilmişdir. Bu

məşqçilərdən 3-ü elə bizim zalda çalışır.

- Gələcək planlar…

- Planlarımız çoxdur. Kiçik addımlarla irəliyə doğru.

Etibar Hüseynov

спортсман № 122 / 2020

47


QONAQ

S P O R T S M A N

Elnur Qafarov : "Hər bir insan

sevdiyi işlə məşğul olmalıdı"

29 yasim var. Müalicəvi

idman müəllimiyəm. Artıq 6

ildən çoxdur ki, xüsusi qayğıya

ehtiyacı olan uşaqlara müalicəvi

idman dərsləri keçirəm.

Bu sahəni seçmək və məşğul

olmaq mənim peşəkar idmançı

olmağımla sıx bağlıdır. Özümü

dərk edəndən idmanla məşğul

oluram. Hobbim olan MMA üzrə

ölkəmizdə və xaricdə bir çox

mükafat və diplomlar qazanmişam.

Əsgərlikdən qayıtdıqdan

sonra idman fəaliyyətimi

hobbimlə məhdudlaşdırmama-

48

спортсман № 122 / 2020


S P O R T S M A N QONAQ

ğı qarşıma hədəf qoydum. İlk

olaraq həm idmandan kənarda

qalmamağı, həm də cəmiyyətə

faydalı olmağı özumə məqsəd

seçdim. Buna görə də xüsusi

qayğıya ehtiyacı olan uşaqlara

idman dərsləri keçməyə, onlara

yardım etməyə və onların cəmiyyətdə

öz yerlərini tapmaqda

dəstək olmağa çalışdım.

Çalışdığım illər ərzində mən bir

neçə psixoloji mərkəzlərlə əməkdaşlıq

edərək, həm sahənin incəliklərinə

yiyələndim, həm də müalicəvi idman

müəllimi kimi bu sahəyə müəyyən

töhfələr verməyə çalişdım. Düşünürəm

ki, hər bir insan sevdiyi işlə məşğul

olmalıdı. O zaman yüksək nəticə və

uğurlar özu ardı-ardınca gələr.

2016-cı ildə mən, məşğul olduğum

autizmli tələbəmlə Türkiyənin İzmir

şəhərində keçirilən “Otizmli cocukların

masaüstü tennis yarişı”nda iştirak

edərək, 3-cü yeri qazandiq. Daha

sonra isə 2019-cu ilin oktyabrında

Alanyada kecirilən “Otizmli cocukların

uluslararası festivalı”nda velosiped

yarışında iştirak edərək 1-ci yerə layiq

görüldük. Mən isə ən yaxşı idman

müəllimi diplomu ilə mükafatlandırıldım.

Məşğul olduğum tələbələrlə öz

ölkəmizdə də velosiped, stolüstü tennis,

yüngül atletika və s. idman növlərində

iştirak edərək, müxtəlif mükafatlara

layiq görülmüşük. Hal-hazırda

müalicəvi baş idman müəllimi kimi

fəaliyyətimə “Loqos” Psixoloji və Nitq

İnkişaf Mərkəzində davam edirəm. Artıq

mərkəzin 9 filialı üzrə peşəkar idman

müəllimləri qrupu da yaratmişam.

Hədəf və məqsədlərimizin əsasında

xüsusi qayğıya ehtiyacı olan uşaqların

idman uğurlarını Azərbaycanda və

ölkə xaricində artırmaq, onların inkişafı

və sosiallaşması üçün beynəlxalq

statuslu festival və layihələrin ölkəmizdə

keçirilməsini təşkil etməkdir. Bu

işdə komandamıza uğurlar və yeni-yeni

qələbələr arzu edirəm.

Tel.: (+994 12) 563 57 08

Mob.: (+994 50) 580 46 48

(+994 12) 563 57 08

E-mail: info@loqos.az

www.loqos.az

спортсман № 122 / 2020

49


мяктяб идманлары

S P O R T S M A N

AZƏRBAYCANIN OLİMPİYA ODİSSEYASI

Layihə Gənclər və İdman Nazirliyi, Milli

Olimpiya Komitəsi, Azərbaycan Məktəb

İdmanları Federasiyası, Azərbaycan İdman

Könüllüləri və Azərbaycan İdmançıları İctimai

Birliyi ilə birlikdə «İdman hamı üçün» şüarı altında

gənclərin narkotik vasitələr və psixotrop

maddələrdən istifadəsinə qarşı mübarizəyə,

həmçinin sağlam həyat tərzinin təbliğinə həsr

olunmuş Azərbaycanın Olimpiya çempionları

haqqında hazırlanmış filmlərin nümayişi,

həmçinin onlarla canlı göruşlərin həyata keçirilməsini

nəzərdə tutur.

- Layihənin əsas məqsədləri:

1.Sağlam həyat tərzinin təbliği;

2.Yeni nəslin sağlamlığının ön plana çəkilməsi;

3.Narkotik vasitələr və psixotrop maddələrdən

istifadəyə qarşı mübarizəyə çağırış;

4.«İdman hamı üçün» şüarı altında hər bir yaş

kateqoriyası üçün bədən tərbiyəsi və idmanın təbliği;

5.Uşaqların, yeniyetmələrin və gənclərin cəmiyyətə

sağlam inteqrasiyası;

50

спортсман № 122 / 2020


S P O R T S M A N

мяктяб идманлары

6.Olimpiya dəyərlərinin təbliğ edilməsi;

7. Olimpiya oyunlarında uğur qazanmış çempionlarımızla

canlı ünsiyyətin yaradılmasıdır.

Çəkilən filimlərlə bağlı qeyd etmək istərdik ki, 2008-

ci ildə Milli Olimpiya Komitəsi Azərbaycanın Olimpiya

çempionları haqqında sənədli filmlərin çəkilməsi barədə

qərar qəbul etmişdir. Həmin dövrdən başlayaraq “İlk

Qızıl”, “Qızıl Sidney”, “Cəngavər”, “Elin Nuru”, “Ərtoğrul”

adlı sənədli filmlər istehsal olunmuşdur. 2018-ci ildə silsilənin

bütün filmləri bir albom şəklində buraxılmışdır və

bu albomun təqdimatı keçirilmişdir. “Olimpiya Odisseyası”

proqramı Avropa Olimpiya Komitəsi və “Olympic Solidarity”

təşkilatlarının dəstəyi ilə həyata keçirilmiş və bu

albom işıq üzü görmüşdür. Beləliklə layihə çərçivəsində

iştirak edən tərəfdaş qurumlarla birgə hər bir olimpiya

çempionumuz haqqında çəkilən filimlərin bölgələr üzrə

19 noyabr 2019-cu il tarixində Naxçıvan Şəhər Gənclər

Mərkəzində olimpiya çempionumuz Fərid Mansurovun,

20 noyabr 2019-cu il tarixində Gəncə şəhərinin Heydər

Əliyev Mərkəzində olimpiya çempionumuz Toğrul Əsgərovun,

21 noyabr 2019-cu il tarixində Sumqayıt şəhərinin

Heydər Əliyev Mərkəzində Zemfira Meftahəddinovanın,

22 noyabr 2019-cu il tarixində Şəki şəhərinin Heydər

Əliyev Mərkəzində Namiq Abdullayevin, 23 noyabr 2019-

cu il tarixində Sabirabad rayonunun Heydər Əliyev

Mərkəzində Nazim Hüseynovun və 24 noyabr 2019-cu il

tarixində Cəlilabad rayonunun Heydər Əliyev Mərkəzində

Elnur Məmmədlinin iştirakı ilə nümayişi həyata keçirilmiş

və onlarla olimpiya zirvəsinə gedən şərəfli yolda keçdikləri

çətinliklər barəsində canlı ünsiyyət üçün görüş təşkil

edilmişdir. Hal-hazırda layihənin 2020-ci il üçün davamlı

olaraq həyata keçirilməsi planlaşdırılır.

Pərvin Mehdiyev

спортсман № 122 / 2020

51


AVTOBAN

S P O R T S M A N

Для чистого сердца

вашего автомобиля

Какое бы высококачественное

моторное масло ни было

залито в двигатель, в процессе

эксплуатации неизбежно образуются

вредные отложения,

которые приводят к повышенному

износу деталей, увеличению

расхода топлива, снижению

мощности и сокращают ресурс

двигателя. Для удаления отложений

немецкая компания LIQUI

MOLY на протяжении нескольких

десятилетий выпускает

линейку специальных средств,

помогающих очистить масляную

систему двигателя.

На деталях двигателя, которые

в процессе работы нагреваются

до высокой температуры, происходит

отложение нагара и продуктов

неполного сгорания топлива.

Это лаковые отложения, которые

можно увидеть на поршнях, клапанах,

поршневых кольцах. Они

уменьшают теплоотвод и плохо

удерживают масляную пленку, что

приводит к увеличению износа.

Для удаления лаковых отложений

используется так называемая

пятиминутка – промывка на основе

базового масла с повышенной

концентрацией моющих, защитных

компонентов. Такое средство

наливается в масляную систему

двигателя на пять-десять минут

непосредственно перед заменой

моторного масла. За это время

промывка разжижает старое моторное

масло, способствуя максимально

полному его удалению

из системы, а также растворяет

лаковые отложения. При этом «пятиминутки»

полностью безопасны

для двигателя и уплотнителей, а

также совместимы с любыми моторными

маслами – они не изменяют

их вязкость и не уменьшают

ресурс нового моторного масла,

так как остатки промывки быстро

испаряются из системы. На клапанной

крышке, поддоне картере,

гидрокомпенсаторах и других де-


S P O R T S M A N

AVTOBAN

талях двигателя, куда масло попадает не под давлением,

а разбрызгиванием или в виде масляного

тумана, происходит огложение шлама при относительно

низкой температуры в виде большого количества

слоев. Такие отложения невозможно удалить

за пять минут, поэтому промывку заливают в

масляную систему за 100-200 км до замены масла.

Эта промывка также содержит концентрированный

пакет присадок в моторное масло – моющих, защитных

компонентов, которые послойно растворяют

и размывают шлам поддерживают загрязнения

во взвешенном состоянии, предотвращая забивание

масляных каналов. Кроме того, промывка разжижает

моторное масло, делает его менее вязким,

чтобы облегчить растворение шлама и более полный

слив масла при замене. Летучие компоненты

промывки быстро испаряются, а остаточные количества

присадок полностью совместимы с моторными

маслами и не влияют на их свойства или

ресурс. Компания LIQUI MOLY рекомендует промывать

масляную систему при каждой смене масла, в

особенности если двигатель автомобиля работает

в сложных условиях: на морозе, в пробках и с топливом

сомнительного качества.

Tel.: +994 12 4096636

Mob.: +994 50 5544703


ФУТБОЛ

S P O R T S M A N

Наш соотечественник

Рамил Адигезалов родился

и живет в Кишиневе,

Молдове. Ему 32 года, человек

он футбольный, сам

играл в футбол, а сейчас

футбольный «агент», то

есть посредник.

- Рамил, как зародилась у вас

любовь к футболу?

- Как у большинства мальчишек,

любовь к футболу мне привил отец,

в детстве дома по ТВ всегда был

футбол и много разной спортивной

прессы. Отец болел за «Нефтчи» и

киевское «Динамо», и я, как любой

ребёнок, хотел устроить здоровую

конкуренцию в семье и начал болеть

за московский «Спартак», с

Рамил Адигезалов:

«Большим плюсом азербайджанского

футбола является инфраструктура»

возрастом это прошло, но именно

так зародилась моя любовь к футболу.

Сам я в футбол играл на детско-юношеском

уровне и всю юношескую

карьеру провёл в одном

клубе. Это был столичный клуб

«Политехника», который на данный

момент уже не существует, но в то

время он играл в высшей лиги чемпионата

Молдовы и представлял

филиалы политехнических вузов,

которые разбросаны по всей стране.

Там я отыграл с 11 до 17 лет,

после чего передо мной встал выбор:

идти учиться или продолжать

играть в футбол…

И поскольку перспективы и

времена тогда были непростые, я

выбрал учебу, ныне нельзя было

даже представить, что уже через

10-15 лет игроки сборной Молдовы

будут играть в чемпионатах Италии,

Голландии, Турции и т.д.

Те времена я вспоминаю с

большой ностальгией, там у меня

появилось много хороших друзей,

даже с некоторыми из них общаюсь

по сегодняшний день, вместе

мы объездили, хоть и не большую,

54

спортсман № 122 / 2020


S P O R T S M A N ФУТБОЛ

но всю страну целиком.

И так, можно сказать, что моя карьера футболиста

началась в 1998 году во время чемпионата мира во

Франции, а закончилась во время чемпионата Европы

2004 года в Португалии.

- А как стали футбольным посредником?

- Посредником в футболе я стал, по сути, случайно.

Молдова небольшая страна, футбольный круг тоже достаточно

узкий, у меня были друзья футболисты, которым

я начал помогать с трудоустройством за рубеж,

так меня эта сфера и затянула. Самым известным моим

клиентом является тренер Андрей Чернышов, бывшая

легенда сборной России, московских «Динамо» и

«Спартака», и кстати, этой зимой мы вели переговоры

с «Динамо Москва», но, к сожалению, не удалось договориться.

Надеюсь, что когда-то получится уговорить

Андрея приехать тренировать в Азербайджан, очень

хочется, чтоб человек, открывший столько талантов в

молодёжной сборной России и получивший опыт, даже

в главной сборной своей страны, поможет моему родному

Азербайджану.

- 2019-й год можно считать для вас удачным?

- 2019 был очень насыщенным и в плотную познакомил

меня с азербайджанским футболом. До прошлого

года я следил за ним только удаленно и вряд ли мог бы

многое о нем рассказать.

Также в 2019 году мне удалось посетить несколько

крупных футбольных семинаров, в ноябре я был в

Амстердаме на форуме, который устраивала аналитическая

компания «Wyscout», там участвовали представители,

более чем 180 клубов, в том числе и таких грандов,

как «Ювентус», «Манчестер Сити» и «Ливерпуль».

Но это не означает, что там были только сильные мира

сего, так же там были клубы из менее статусных чемпионатов,

таких как Румыния, Грузия, Венгрия, клубы из

серии Б и второй бундеслиги, к огромному сожалению,

клубов из Азербайджана я там не встретил.

На этом форуме было много практики. Нетворкинг -

формат очень современный, и вместо лекций, которые

сейчас не так актуальны, представители клубов и агенты

общались между собой «без галстуков». Атмосфера

была шикарной и все прошло на самом высочайшем

уровне. Форум шёл три дня с 9 утра до 17:00, это было

очень увлекательно.

А после Амстердама у меня было запланировано посещение

немецких футбольных школ, и так получилось,

что после этого я сразу полетел в Одессу, даже не успев

посетить дом. В общей сложности, в 2019 году я провёл

10 месяцев вне дома и посетил форумы в Москве, Амстердаме,

Одессе и т.д.

- Давайте поговорим об азербайджанском футболе…

- Нынешнее состояние футбола в Азербайджане,

по моему мнению, которое естественно является

субъективным, могло бы быть гораздо лучше. В Азербайджане

есть всё, чтоб выступать гораздо успешней,

чем сейчас. Есть матч, который засел у меня в памяти,

спортсман № 122 / 2020

55


это как ни странно, нулевая ничья

между «Нефтчи» и «Карабахом».

Последний матч между ними, хоть

и закончился 0:0, но очень сильно

понравился скоростями, и в первую

очередь, скоростью принятия

решений. Жаль, что матчей с таким

уровнем борьбы в чемпионате

Азербайджана единицы. Уверен,

что только играя каждую неделю на

пределе своих возможностей, можно

повысить средний уровень лиги

в целом. Могу привести в пример

другие 0:0, это матч между «Сабаилом»

и «Кешлей» на «Баил-Арене»,

при ветре 60 км/час, командам

ФУТБОЛ

было сложно сделать 2-3 точные

передачи подряд, количество брака

в этой игре зашкаливало, этот

матч не принёс ни удовольствия,

ни пользы никому.

- Как вам со стороны видеться,

какие у азербайджанского

футбола плюсы и минусы?

- Большим плюсом азербайджанского

футбола на сегодняшний

день является инфраструктура,

для стран из постсоветского пространства

она на очень хорошем

уровне, народ в Азербайджане,

как я понял, очень любит футбол,

поэтому при правильной работе с

болельщиками и при хороших результатах,

клубы могли бы собирать

аншлаги.

Из минусов я бы выделил детско-юношеского

футбола, неправильная

подготовка юниоров, страх

у основных команд подпускать

к играм молодых футболистов,

большое количество «странных»

трансферов, особенно это касается

трансферов некачественных

легионеров. Это те проблемы, которые

тянут наш футбол на дно,

молодежь поэтому не уезжает и не

востребована за переделами Азербайджана.

Об этом можно говорить

долго, и если разбирать проблему

изнутри, то можно понять, что

масштаб трагедии уже достаточно

велик.

- Над каким проектом сейчас

вы заняты?

- Сейчас мы подготовили проект

развития детско-юношеского футбола

на основе опыта европейских

стран. Для этого мы ездили на стажировку

в страны ЕС, в частности

посещали ДЮСШ в Германии, Нидерландах,

Польше, Чехии, Украине

и т.д. Его мы хотим презентовать

футбольной общественности в

Азербайджане в ближайший месяц.

- А какие другие планы на

2020-й год?

- Планы на 2020 год помочь, как

можно большему количеству талантливых

футболистов из Азербайджана

и не только, раскрыться.

Потому что я уверен, что в Азербайджане

очень много талантливой

молодежи, которая при должном

подходе дала бы результат уже в

S P O R T S M A N

течение ближайших нескольких

лет.

Не зря некоторые иностранные

клубы уже связывались со мной и

даже высылали официальные приглашения

на просмотр талантливым

юниорам Азербайджана, но, к

сожалению, за нашим молодежным

футболом следят не на должном

уровнем.

На юношеских матчах чемпионата

Польши, к примеру, всегда

присутствуют скауты из Италии,

потому что по стилистики польский

футбол очень схож с итальянским.

У нас же, к сожалению, даже с соседних

стран скауты не приезжают,

это надо исправлять, причём

немедленно. Так же проблема в

том, что матчи юношеского первенства

не снимают ни “Wyscout”,

ни «Instat», соответственно материалов

просто нет, талантливых

ребят невозможно даже показать

за границей. Некоторые клубы начали

сами снимать себя и делать

нарезки на игроков, я считаю это

очень правильным шагом. Потому

что, если скаутов на матчах нет,

надо хотя бы по средствам видеоматериалов

пробовать предлагать

ребят за рубеж.

Хочется отметить федерацию -

АФФА, которая реально пытается

помочь в продвижении молодых

футболистов за рубеж, просто это

надо делать отлажено и системно,

только тогда будет смысл.

- Ваша главная цель в футболе?

- Может прозвучать очень пафосно

- сделать наш азербайджанский

футбол чуточку лучше, приблизить

его к европейским реалиям

и более конкурентоспособным на

евроарене, вот те цели, которые

должны объединять всех тех, кому

не безразличен наш футбол. Потому

что в одиночку добиться чего

либо, увы, практически нереально.

Очень надеюсь, что в 2020 году

удастся поделиться своим опытом

на родине предков, потому что у

нас есть огромный потенциал, который

нужно уметь правильно использовать.

Беседовал: Вюсал М.

56

спортсман № 122 / 2020





Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!