12.10.2021 Views

SPORT-130AZ-small

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S P O R T S M A N

TOKIO 2020

Qarabağ müharibəsi qazilərinin də

heyətində yer aldığı yığmamızın üzvləri

bu yarış sayəsində özlərini dünya idmanının

bir parçası hiss edib. Onlar burada sadəcə

bir parça deyil, lider imicini nümayiş

etdirməyə də müvəffəq olublar.

Tokioya yollanarkən “Yenilməzlər

zəfərə doğru” şüarını seçən paralimpiyaçılar,

bunu yarış meydanlarında da gerçəkləşdiriblər.

Təmsilçilərimiz Yaponiyaya

turist kimi deyil, zəfər üçün getdiklərini

müxtəlif idman növlərində sübuta yetirib.

Atlantadan Rioya qədər olan 6 Paralimpiadada

8 çempionluq yaşayan paraidmançılarımız

təkcə Tokioda az qala ikiqat

artığına nail olub. 14 qızıl medal əldə edən

təmsilçilərimiz, ümumi mükafat sayında

da rekorda imza atıb. Paralimpiyaçılarımız

27-ci olduğumuz London-2012-də 12

dəfə, “Gündoğar ölkə”də isə 19 dəfə fəxri

kürsüyə qalxdılar.

спортсман № 130 / 2021

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!